Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-538/2020 10.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili x2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi ev 100A, mənzil 55-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi 3-cü dalan nömrəsiz evdə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən şəxsə müqavimət göstərməklə, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşaiyət olunan, qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, iki şəxsə qarşı, təkrarən, zərərçəkmiş şəxsin ictimai borcunu yerini yetirməsi ilə əlaqədar ona qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi “Bulağın yanı” deyilən ərazidə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili onun idarə etdiyi avtomobilə sürtməsi nəticəsində baş vermiş yolnəqliyyat hadisəsindən sonra yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi turist bıçağından silah qismində istifadə edərək, xuliqanlıq niyyəti ilə əvvəlcə Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının arxa səthinə və sol bazu nahiyəsinə bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs1 sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın və qaraciyərin yaralanmasına səbəb olan döş qəfəsinin sağ yarısının arxa səthinin döş və qarın boşluğuna nüfuz edən bir ədəd, sol bazunun bir ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, sonra Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirərək Təqsirləndirilən şəxs üzərinə gedib onu tutub saxlamaq istəyən zaman Təqsirləndirilən şəxs əlində olan turist bıçağıyla, xuliqanlıq niyyəti ilə, təkrarən Zərərçəkmiş şəxs2 döş qəfəsinə iki dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs2 sol tərəfli hemotoraksa (sol döş boşluğuna sərbəst qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən bir ədəd, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan təkrarən qəsdən sağlamlığa ağır zərər vurmuş, daha sonra isə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirərək Təqsirləndirilən şəxs sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs3 həmin bıçaqla sağ saidinə bir dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs3 sağ saidin kəsilmiş yarasından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun “VAZ-2106” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 22 dekabr 2019-ci il tarixdə saat 18:15 radələrində o, dostu Şahid1 ilə birlikdə "VAZ-2106” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Ramana qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində gedərkən '‘Bulağın yanı” adlanan ərazidə "Ford Transit” markalı dövlət qeydiyyat nişanını bilmədəyi avtomobil onun idarə etdiyi avtomobili soldan ötmə edən zaman onun avtomobilinin sol qabaq hissəsindən sürtmüşdür. O və digər avtomobilin sürücüsü və 2 nəfər tanımadığı şəxs düşmüşlər. Onlar söhbət edən zaman avtomobilə zədə yetirildiyini və düzəltdirmək lazım olduğunu bildirmiş, "Ford Transit” markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 maşının 40 manat xərci olduğunu demiş, o isə özü maşın idarə edən şəxs kimi bilmişdir ki, həmin zədənin aradan qaldırılması üçün 40 manat kifayət deyildir. O, Vüsala 50 manat pul verməyi təklif etmiş, maşınını özü düzəldirəcəyini bildirmişdir. "Ford Transit” markalı avtomobilin sürücüsü isə nömrəsini verməyi, onunla ertəsi gün danışıb avtomobilini düzəltdirməyi demiş, o, isə avtombilin sənədlərini verməyi və avtomobili düzəltdirəndən sonra sənədlərini qaytacağını bildirmişdir. Bu zaman aralarında mübahisə baş vermişdir. Həmin vaxtı hadisə yerinə x9 əməkdaşları və “Niva” markalı bir maşından düşən şəxslər yaxınlaşmışlar. Polislər və həmin “Niva” markalı maşından düşən şəxslər onlardan nə baş verdiyini soruşduqda, onlar heç nə baş vermədiyini bildirmişlər. O, “Niva” markalı maşından düşən şəxslərdən kim olduqlarını soruşmuşdur. Amma həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim etməmişlər. Şəmistan ona kənarda dayanmağı, özü polis əməkdaşları ilə söhbət edəcəyini demişdir. Bu zaman bir nəfər tanımadığı şəxs yumruqla Şəmistanı vurmuş, Şəmistan həmin şəxsi itələmişdir, bunu görən polis əməkdaşları Şəmistanı avtomobilə mindirmişlər. "Ford Tranzit” markalı avtomobilin sürücüsü və yanında olan 2 nəfər şəxs onun üstünə gələrək, onu vurmuşlar. Lakin həmin şəxsin hansı zərərçəkmiş şəxs olduğunu hazırda xatırlamır. Bu zaman o, cibində olan cib bıçağını çıxarıb, onlardan birini qarın nahiyəsindən vurmuşdur. Həmin vaxt “Niva” markalı maşından düşən şəxslər kənarda dayanmışlar. Daha sonra digər avtomobilin sürücüsünün də onun üstünə gəldiyini görüb həmin şəxsi də bıçaqla vurmuşdur, ancaq onları neçə dəfə vurduğunu bilmir. Daha sonra isə sonuncu şəxs də onu yumruqla vuran zaman həmin şəxsi də əlindən bıçaqla vurmuşdur. Həmçinin hadisə zamanı onlardan kimsə onu yumruqla sifətindən vurmuşdur. Həmin vaxtı polis əməkdaşları yaxınlaşaraq onu saxlayıb avtomobilə mindirmiş və onunla birlikdə Şəmistanı 14-cü polis bölməsinə gətirmişlər. Bir daha bildirir ki, baş vermiş yolnəqliyyat hadisəsindən sonra aralarında mübahisə baş vermiş, digər avtomobildə olan şəxslər onun üstünə gələrək onu döymək istəmiş, o, da buna görə üstündə olan cib bıçağı ilə həmin şəxsləri vurmuşdur. Hadisə zamanı istifadə etdiyi bıçağı polisə təqdim etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, “Niva” markalı maşından düşən şəxslər Şəmistanı vurmuş, onlar Şəmistanı vuranda polislər heç bir müdaxilə etməmiş, o, belə başa düşmüşdür ki, həmin şəxslər də polis əməkdaşlarıdır və onlar PPX işçilərindən daha yüksək vəzifəli şəxslərdir ki, Şəmistanın döyülməsinə müdaxilə etmirlər. Bıçağı maşında olmuş, mübahisə başlayanda bıçağı maşından götürüb cibində hazır vəziyyətdə saxlamışdır. O, özünü müdafiə etmişdir. Sidiyindən aşkar olunan marixuanadan 5-10 gün olardı ki, istifadə etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə ifadəsində göstərdi ki, onun "Ford Transit” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, Zərərçəkmiş şəxs2 ilə birlikdə işlədiyi üçün həmin avtomobili Murad da tez-tez sürmüşdür. 22 dekabr 2019-cu il tarixdə saat təxminən 18-19 radələrində Murad “Ford Transit” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Ramana qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində hərəkət etmişlər. Həmin vaxtı avtomobildə o və digər tanışı Zərərçəkmiş şəxs3 da olmuşdur. Ramana qəsəbəsində Murad həmin avtomobili Zabrat qəsəbəsi istiqamətində idarə edib qarşıda hərəkət edən "VAZ-2106” markalı maşını ötmək istəyən zaman avtomobilin qabaq sağ hissəsi ilə həmin "VAZ-2106” markalı avotmobilin sol qabaq hissəsi toqquşmuşdur. Murad avotmobili yolun kənarında saxlamış və onlar avtomobildən düşmüşlər. Həmin "VAZ-2106” markalı avtomobildən 2 nəfər cavan oğlan düşmüşdür. Vüsal həmin “VAZ-2106” markalı avtomobilin sürücüsü olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs demişdir ki, avtomobilə böyük ziyan dəyməyib, yerində həll edə bilərlər. Lakin həmin avtomobilin sürücüsü Vasif demişdir ki, ya dəymiş ziyanın pulunu indi versin, ya da avtomobilin sənədlərini versin, sabah görüşüb avtomobili düzəldərlər. Vüsal sığorta çağırmağı təklif etmiş, Vasif isə sığorta çağırmağın lazım olmadığını demişdir. Həmin vaxtı x9 əməkdaşları da oraya gəlmişlər. Polislər nə baş verdiyini soruşduqda, Vüsal ciddi bir şey olmadığını, özləri razılaşacaqlarını demişdir. Həmin vaxtı “VAZ-2106” markalı avtomobilin sürücüsünün yanında olan Şəmistan adlı şəxsin səs-küy salmasına görə polis əməkdaşları Şəmistanı öz avtomobillərinə mindirmişlər. Bu zaman “VAZ-2106” markalı avtomobilin sürücüsü Vasif nalayiq söyüş söydüyü üçün o, həmin sürücüyə tərəf yaxınlaşmış və bu zaman Vasif nə iləsə onun kürək nahiyəsindən və sol qolundan vurmuş, vurulduğu yerdən qan axdığını görüb huşunu itirmiş və yerə yıxılmışdır. O, halsız olduğu üçün sonra nə baş verdiyini xatrılamamış, yalnız 23 dekabr 2019-cu il tarixdə ayılmış və 3 saylı Şəhər kliniki xəstəxanasında olduğunu bilmişdir. Ona sonradan məlum olmuşdur ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü onu bıçaqla vurmuş, daha sonra Muradı və Vüsalı da bıçaqla vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır və ona vurulmuş ziyan tam olaraq təqsirləndirilən şəxsin ailəsi tərəfindən ödənilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirdi ki, Vasif və onun yanında olan Şəmistan adlı şəxs elə başa düşmüşlər ki, polisi hadisə yerinə zərərçəkmiş şəxslər çağırmışlar, amma polisi əslində onlar çağırmamışlar, hadisə yerində PPX maşınından başqa “Niva” markalı maşın olmamış, Vasif polislərin gəlməsindən çox narahat olmuş, onu və ətrafda olan hər kəsi söymüşdür. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun tanışıdır və o, Əli ilə birlikdə işləyir. Əlinin “Ford Transit” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, Əli ilə birlikdə işlədiyi üçün həmin avtomobili o, da tez-tez sürür. 22 dekabr 2019-cu il tarixdə saat təxminən 18-19 radələrində Əliyə məxsus “Ford Transit” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Ramana qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində hərəkət etmişlər. Həmin vaxtı avtomobildə digər tanışları Zərərçəkmiş şəxs3 da olmuşdur. Ramana qəsəbəsində o, həmin avtomobili idarə edən zaman qarşıda hərəkət edən “VAZ-2106” markalı avtomboili ötmək istəyən zaman avtomobilin qabaq sağ hissəsi ilə həmin "VAZ-2106” markalı avotmobilin sol qabaq hissəsi toqquşmuşdur. O, avotmobili yolun kənarında saxlamış və onlar avtomobildən düşmüşlər. Həmin “VAZ-2106” markalı avtomobildən 2 nəfər cavan oğlan düşmüşdür. Vüsal həmin “VAZ-2106” markalı avtomobilin sürücüsü olan Təqsirləndirilən şəxs demişdir ki, avtomobilə böyük ziyan dəyməyib, yerində həll etsinlər. Lakin həmin avtomobilin sürücüsü demişdir ki, ya dəymiş ziyanın pulunu indi versin, ya da avtomobilin sənədlərini versin, ertəsi gün görüşsünlər, ya pulunu verərlər, ya da avtomobili düzəldərlər. Vüsal sığorta çağırmağı təklif etmiş, həmin sürücüsü isə sığorta çağırmağın lazım olmadığını demişdir. Həmin vaxtı x9 əməkdaşları da oraya gəlmişlər. Polislər nə baş verdiyini soruşduqda, Vüsal ciddi bir şey olmadığını, onlar özləri razılaşacaqlarını demişdir. Həmin vaxtı “VAZ-2106” markalı avtomobilin sürücüsünün yanında olan şəxsin səs-küy salmasına görə polis əməkdaşları həmin şəxsi öz avtomobillərinə mindirmişlər. Bu zaman sürücü Təqsirləndirilən şəxs onların ünvanına söyüş söydüyü üçün Əli həmin şəxsin üstünə getmiş və onların əlbəyaxa olduğunu görüb, o, oraya yaxınlaşmış və həmin sürücünü qucaqlayıb yerə yıxmış, bu zaman qarın nahiyyəsindən ağrı hiss etmiş və özünü pis hiss eləmişdir. Həmin vaxtı isə Vüsal qışqıraraq demişdir ki, həmin şəxsin bıçağı var, əlini kəsmişdir. O, yerdən qalxmış, polis əməkdaşları həmin "VAZ-2106” markalı avtomobilin sürücüsünü polis avtomobilinə mindirmişlər. Həmçinin o, sol qarın nahiyəsindən qan axdığını görüb Vasifin onu bıçaqla vurduğunu bilmişdir. Bundan sonra o, polislərlə birlikdə polis bölməsinə getmiş və oradan onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Daha sonra isə o, bilmişdir ki, Vasif Əlini də bıçaqla vurmuş, Vüsalın isə əlini kəsmişdir. Bir daha bildirir ki, Vasif və onun yanında olan Şəmistan adlı şəxs elə bilmişlər ki, polisi onlar çağırmışlar. Ona görə də Vasif söyüş söyməyə başlamış, Əli də Vasifin üstünə söyüş söyməməsi üçün getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Vasifin ailəsi tərəfindən vurulmuş ziyan ödənilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, hadisə yerində “Niva” markalı maşın olmamış, o, Vasifi vurmamış və söyməmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs3 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun tanışıdır. Əlinin “Ford Transit” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 22 dekabr 2019-cu il tarixdə saat təxminən 18-19 radələrində o, Zərərçəkmiş şəxs1 məxsus “Ford Transit” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ramana qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində hərəkət etmişlər. Həmin vaxtı avtomobili digər tanışları Zərərçəkmiş şəxs2 idarə etmişdir. O və Zərərçəkmiş şəxs1 avtomobildə sərnişin kimi əyləşmişlər. Ramana qəsəbəsində Murad avtomobili idarə edərək qarşıda hərəkət edən “VAZ-2106” markalı maşını ötmək istəyən zaman avtomobilin qabaq sağ hissəsi ilə həmin “VAZ-2106” markalı avotmobilin sol qabaq hissəsi toqquşmuşdur. Murad avotmobili yolun kənarında saxlamış və onlar avtomobildən düşmüşlər. Həmin “VAZ - 2106” markalı avtomobildən 4 nəfər cavan oğlan düşmüşdür. Avtomobildən düşdükdən sonra onlardan iki nəfər kənarda dayanmış, adlarını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs və Şəmistan onlara yaxınlaşmışlar. Onlar Vasifgilə bildirmişlər ki, avtomobilə böyük ziyan dəyməyib, həll edərlər. Həmin avtomobilin sürücüsü Vasif ona demişdir ki, avtomobilin sənədlərini versin, sabah görüşüb, ya pulunu verərələr, ya da avtomobili düzəldərlər. O, sığorta çağırmağı təklif etmiş, həmin sürücü isə sığorta çağırmağın lazım olmadığını demişdir. Onlar bir qədər aralıya gedib işıqda avtomobilə baxmışlar. O özü avtomobilin əzilmiş hissəsinə baxmış və demişdir ki, təxminən 50 manat xərci olar. Həmin vaxtı x9 əməkdaşları da oraya gəlmişlər. Polislərdən biri ondan nə baş verdiyini soruşduqda, o, ciddi bir şey olmadığını, özləri razılaşacaqlarını demişdir. Bu zaman arxadan səs gəldiyini görüb geri dönən zaman “VAZ-2106” markalı avtomboilin sürücüsü Vasifin yerdə uzandığını və Muradın həmin şəxsin üzərində olduğunu həmin şəxsin Muradı bıçaqla vurduğunu görüb oraya yaxınlaşmışdır. Muradı tutub kənara çəkmək istəyən zaman Vasif bıçaqla onun sağ qoluna bir dəfə vurmuşdur. Həmçinin Muraddan əvvəl isə həmin şəxs Əlini bıçaqla vurmuşdur. Bu zaman polis əməkdaşları yaxınlaşıb, bıçağı həmin şəxsin əlindən alıb polis avotmobilinə mindirmişlər. Sonra Əlinin xəsarət aldığını görüb taksi ilə xəstəxanaya yola salmışlar, Muradı is təcili tibbi yardım avtomboili ilə xəsrəxanaya aparmışlar. Onu da sonra xəstəxanaya aparmışlar. Hadisə zamanı sürücüdən başqa kiminsə dava etdiyini görməmişdir. Vasif və Şəmistan adlı şəxs elə bilmişlər ki, polis əməkdaşlarını hadisə yerinə onlar çağırmışlar. Ona görə onlar belə hərəkətlər etməyə başlamışlar. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Vasifin ailəsi tərəfindən vurulmuş ziyan ödənilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirdi ki, Vasif orada onları və hər kəsi söyməyə başlamış və mübahisəyə Vasifin söyüş söyməsi olmuş, hadisə yerində “Niva” markalı maşın olmamışdır. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, o, Əlahiddə x9 8-ci patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir. Onların xidmət etdiyi ərazi Sabançu RPİ-nin 14-cü PB-nin xidməti ərazisini əhatə edir. 22 dekabr 2019-cu il tarixdə saat təxminən 18:05 radələrində o, xidmətdə olan zaman idarə etdiyi “Fiat Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində hərəkət etmişlər. Həmin vaxtı iş yoldaşları, polis nəfərləri x3 və Şahid4 da onunla birlikdə xidmətdə olmuşlar. Ramana qəsəbəsində “Bulağın yanı” adlanan ərazidə “VAZ-2106” markalı və “Ford Transit’ markalı avotmobillərin iştirakı ilə yol-nəqliyyat hadisəinin baş verdiyini görüb, avtomobili saxlayıb oraya yaxınlaşmışlar. Orada 4-5 nəfər şəxs olmuşdur. O, orada olan şəxslərdən birindən nə baş verdiyini soruşmuş, həmin şəxs bildirmişdir ki, avtomobilləri bir-birinə sürtmüşlər. O, sürücülərin kim olduğunu soruşmuş, “Ford Transit” markalı avotmobilin adını bilmdəyi sürücüsü yaxınlaşmışdır. O, sürücüyə bildirmişdir ki, əgər lazımdırsa yol polisi dəvət edə bilərlər. Lakin sürücü ona demişdir ki, onlar razılaşmışlar, ehtiyac yoxdur. O, digər maşının harada olduğunu soruşanda orada olan şəxslərdən biri demişdir ki, o biri maşın da indi gələcək. “Ford” markalı maşının sürən şəxs hadisənin baş verməsində səbəbkar özünün olduğunu bildirmişdir. Onlardan biri, adını sonradan bildiyi Şəmistan adlı şəxs ona yaxınlaşmış, Şəmistandan “VAZ-2106” markalı avtomobilin sürücüsünün kim olduğunu soruşduqda Şəmistan ona demişdir ki, polissən özün axtar tap. Həmin vaxt oraya bir nəfər tanımadığı şəxs də gəlmişdir. Həmin şəxs Şəmistana yaxınlaşmış, söhbət eləmişlər və birdən Şəmistanla həmin şəxs yaxalaşmışlar və dava edəcəklərini görüb, iş yoldaşı Şahid4la birlikdə Şəmistanı idarə etdikləri avtomobilə mindirmişlər. Şəmistanı avtomobilə mindirdikən sonra görmüşdür ki, təxminən 15-20 metr aralıda, adını sonradan bildiyi “VAZ-2106” markalı avtmboilin sürücüsü Vasif adlı şəxs yerdə uzanıb əlində bıçaqla “Ford Transit“ markalı avtomobilin sürücüsünü və sərnişini vurur. O, cəld oraya yaxınlaşmış və ayağını Vasifin əlinin üstünə qoyub, əlini salxamış, iş yoldaşı Şahid4la köməkləşib bıçağı Vasif adlı şəxsin əlindən almışlar, dərhal həmin Vasif adlı şəxsi idarə etdikləri avtomobilə midirmişlər. Vasif adlı şəxsin bıçaqla vurduğu şəxsləri isə taksi ilə xəstəxanaya göndərmişlər. Daha sonra onlar 14-cü polis bölməsinə getmişlər və orada Təqsirləndirilən şəxs və Şahid1 14-cü polsi bölməsinə təhvil vermişlər. Hadisə zamanı Şəmistanı heç kim vurmamış, o da heç kimi vurmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, hadisə yerində “Niva” markalı avtomobil olmamış, onlardan başqa hadisə yerində polis əməkdaşı olmamış, hadisə barədə onlara məlumat daxil olmamış, sadəcə xidmət əraziləri olduğu üçün oradan təsadüfən keçmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdilər. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, Vasifin ‘"VAZ-2106"' markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 22 dekabr 2019-ci il tarixdə saat 18:15 radələrində Vasiflə birlikdə Vasifın idarə etdiyi “VAZ -2106” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ramana qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində gedərkən “Bulağın yanı” adlanan ərazidə “Ford Transit” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil Vasifin idarə etdiyi avtomobili soldan ötmə edən zaman Vasifin avtomobilinin sol qabaq hissəsindən sürtmüşdür. Vasif avtomobili saxlamış, onlar avtomobildən düşmüşlər, digər avtomobildən sürücüsü və 2 nəfər tanımadığı şəxs avtomobildən düşmüşlər. Söhbət zamanı Vasif digər avtomobilin sürücüsünə demişdir ki, avtomobilə zədə yetirib düzəltmək lazımdır. “Ford Transit” markalı avtomobilin sürücüsü isə demişdir ki, nömrəni versin sabah danışıb avtomobilini düzəltdirər. Vasif isə demişdir ki, avtombilin sənədlərini versin, avtomobili düzəltdirəndən sonra sənədlərini qaytarar. Həmin vaxtı hadisə yerinə polis əməkdaşları yaxınlaşmışlar. Polislər onlardan nə baş verdiyini soruşduqda onlar demişlər ki, heç nə baş verməmişdir. Bu zaman polis əməkdaşlarının yanında olan bir nəfər tanımadığı şəxs ondan avtomobillərin harada olduğunu soruşmuşdur, o, isə demişdir ki, avtomobillər oradadır. Bu zaman həmin şəxs yumuruqla onun sinəsindən vurmuşdur. Polis əməkdaşları həmin şəxsi saxlamışlar, lakin həmin şəxs yenə də onu yumruqla vurmuşdur. Həmin şəxs yenə də ona yaxınlaşıb, vuran zaman o, həmin şəxsi kənara itələmişdir. Həmin vaxtı polis əməkdaşları onu avtomobilə mindirmişlər. Təxminən 2-3 dəqiqə sonra polis əməkdaşları Vasifi də gətirib avtomobilə mindirən zaman o, bilmişdir ki, Vasif digər avtombilin srücüsü və yanında olan 2 nəfər şəxslə dava etmiş və Vasif onları bıçaqla vurmuşdur. Daha sonra polis əməkdaşları Vasiflə onu 14-cü polis bölməsinə gətirmişlər. Hadisə zamanı onu oraya sonradan gələn tanımadığı şəxs yumruqla vurmuşdur, onu başqa heç kim vurmamışdır. O, da heç kimi vurmamışdır (cild 1, iş vərəqi 33). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərşəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokolu, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 24.12.2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən istintaqa verdiyi ifadəsindəki xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqi 68-70). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında 23.12.2019-cu il tarixli protokoldan görünür ki, ona təqdim edilmiş bıçaqlar arasında Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bıçağı tanımışdır (cild 1, iş vərəqi 37). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın 25.12.2019-cu il tarixli, 1929 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alt dodağın selikli qişa səthinə qansızma və sol qalça nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 22.12.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 104-105). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın 25.12.2019-cu il tarixli, 1930 saylı rəyindən görünür ki, Şahid1 bədənində xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 106-107). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın 27.12.2019-cu il tarixli, 1937 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol tərəfli hemotoraksa (sol döş boşluğuna sərbəst qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən bir (1) ədəd, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən bir (1) ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 22.12.2019-cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol tərəfli hemotoraksa (sol döş boşluğuna sərbəst qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən bir (1) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli ola sağlamlığa ağır zərərvurmaya, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən bir (1) ədəd deşilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqi 108-110). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın 27.12.2019-cu il tarixli, 1938 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın və qaraciyərin yaralanmasına səbəb olan döş qəfəsinin sağ yarısının arxa səthinin döş və qarın boşluğuna nüfuz edən bir (1) ədəd, sol bazunun bir ədəd deşilmişkəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 22.12.2019-cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın və qaraciyərin yaralanmasına səbəb olan döş qəfəsinin sağ yarısının arxa səthinin döş və qarın boşluğuna nüfuz edən bir (1) ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol bazunun bir (1) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqi 111-113). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın 28.12.2019-cu il tarixli, 1946 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sağ saidin kəsilmiş yarası müəyyən edildi. Xəsarət kəsici kənara malik əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 22.12.2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqi 114-115). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kriminalistik ekspertizanın 21.01.2020-ci il tarixli, 32191 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 1, iş vərəqi 116-118). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 14.01.2020-ci il tarixli, 66 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olun əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 122-123). İşdə olan 27.12.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 78). İşdə olan 28.12.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 87). İşdə olan 28.12.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 94). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22.12.2019-cu il tarixli, 1/7282 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və onun sidiyində THC (marixuana) izləri aşkar edilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan 28.02.2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan bir ədəd turist bıçağı maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 119-120). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət tərədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2002-ci il tarixli 1 saylı Qərarının 5-ci və 6-cı bəndlərində məhkəmələrə tövsiyə edir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 22 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi “Bulağın yanı” deyilən ərazidə münaqişənin təşəbbüskarı özü olmaqla heç bir səbəb və əsas olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi turist bıçağından silah qismində istifadə edərək, əvvəlcə Zərərçəkmiş şəxs1 qəsdən vuraraq ona insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurması, sonra Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirərək Təqsirləndirilən şəxs üzərinə gedib onu tutub saxlamaq istəyən zaman həmin bıçaqla, xuliqanlıq niyyəti ilə, təkrarən Zərərçəkmiş şəxs2 qəsdən təkrarən vuraraq Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına ağır zərər vurması, daha sonra isə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirərək Təqsirləndirilən şəxs sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs3 həmin bıçaqla sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etməsi kifayət qədər sübuta yetirilir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə bədən xəsarətləri yetirərkən özünü müdafiə etdiyi, münaqişənin hadisə yerinə “Niva” markalı avtomobillə gəlmiş şəxslərin sövqi ilə başladığı barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək hesab edir ki, törədilmiş cinayətin halları, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə bədən xəsarətləri yetirməmişdən əvvəl və yetirərkən ona müdafiəyə əsas ola biləcək hər hansı hücum, habelə hadisə yerində “Niva” markalı avtomobil olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 30.10.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 70-ci maddəsi tətbiq edilməklə 6 ay sınaq müddəti müəyyən edilməklə 3 il müddətə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 100-101). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər ona təyin edilmiş cəza üzrə sınaq müddəti başa çatdığına görə onun məhkumluğu ödənildiyindən məhkəmə onu məhkumluğu olmayan şəxs hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 221.3-cü maddəsinin sanksiyasında isə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 22.12.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində 24 dekabr 2019-cu ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 dekabr 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 26, 65-67). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 22 dekabr 2019-cu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan bir ədəd turist bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 maddələrilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 22 dekabr 2019-cu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan bir ədəd turist bıçağı məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-538/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-538/2020
10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver