Məhkəmə qərarları › İş №1(101)-538/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-538/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-538/2021 21.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X19 və X5 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1970-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1991-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 2 ünvanda yaşamış, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq, yəni külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə cinayətlərini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini İran İslam Respublikasının ərazisində qanunsuz olaraq əldə etməklə Gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına 500 (buş yüz) manat pul müqabilində gətirilməsini tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşmış, bu məqsədlə Təqsirləndirilən şəxs1 21 vanvar 2020-ci il tarixdə, saat 14:51 radələrində Astara Gömrük buraxılış məntəqəsindən İran İslam Respublikasına getmiş və orada şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş "Behman" adlı şəxsdən bir ədəd şəffaf rəngli sellofan bükümdə, tiryəkdən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrim siyahısına (Siyahı İ) daxil olan, təmiz çəkisi 35,274 (otuz beş tam, mində iki yüz yetmiş dörd) qram külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq 300 (üç yüz) manat müqabilində əldə edərək üzərində saxlamışdır. Öz növbəsində Təqsirləndirilən şəxs2 22 yanvar 2020-ci il tarixdə, saat 11:34 radələrində Astara Gömrük buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş və orada Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 35,274 (otuz beş tam, mində iki yüz yetmiş dörd) qram külli miqdarda narkotik vasitə olan heroini Azərbaycan Respublikasına Gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün əvvəlcədən razılaşdığı 500 (beş yüz) manat puldan 100 (yüz) manat pulu vermiş, qalan 400 (dörd yüz) manat pulu isə həmin narkotik vasitə olan heroini Azərbaycan Respublikasının ərazisində Təqsirləndirilən şəxs2 götürdükdən sonra ona verəcəyini öz aralarında razılaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin gün, yəni 22 vanvar 2020-ci il tarixdə saat 16:36 radələrində İran İslam Respublikasından Astara Gömrük buraxılış məntəqəsindən gömrük nəzarətindən keçməklə Azərbaycan Respublikasına qayıtmışdır. Öz növbəsində Təqsirləndirilən şəxs2 isə həmin bir ədəd sellofan bükümdə təmiz çəkisi 35,274 (otuz beş tam, mində iki yüz yetmiş dörd) qram külli miqdarda narkotik vasitə olan heroini öz cinsiyyət orqanın daxilinə yerləşdirməklə gizlətmiş və 22 yanvar 2020-ci il tarixdə saat 15:15 radələrində Astara Gömrük buraxılış məntəqəsindən Gömrük nəzarətindən gizli olaraq həmin külli miqdarda narkotik vasitə olan heroini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmişdir. Sonra isə Təqsirləndirilən şəxs2 razılaşmaya əsasən qeyd edilən narkotik vasitəni həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs1 o zaman kirayədə yaşadığı ünvan 3 ünvana apararaq üzərində daşımış və həmin mənzildə yuxarıda qeyd edilən bir bükümdə olmaqla təmiz çəkisi 35,274 (otuz beş tam, mində iki yüz yetmiş dörd) qram külli miqdarda narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra isə, yəni 26 yanvar 2020-ci il tarixdə saat 19:40 radələrində Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş-93'’ yaşayış kompleksində 5 saylı evin qarşısında Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zaman Təqsirləndirilən şəxs1 saxlanılaraq Abşeron RPİ-nə aparılıb onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində oluş qara rəngli cins şalvarın sağ cibində saxladığı həmin təmiz çəkisi 35,274 (otuz beş tam, mində iki yüz yetmiş dörd) qram qram külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonunun Saray qəsəbəsində daimi qeydiyyatda olsa da, həmin iş üzrə həbs olunmazdan əvvəlki dövrdə ünvan 4 ünvanda kirayədə yaşamışdır. İş üzrə digər Təqsirləndirilən şəxs2 2019-cu ilin sonlarından tanıyır. Ləmanla həmişə yaxşı münasibətlərdə olmuşdur və aralarında heç bir ədavət, narazıçılıq yoxdur. Ona qarşı irəli sürülmüş ittihamla bağlı bildirir ki, o, xərçəng xəstəliyindən əziyyət çəkməklə boğazında xoş xassəli şiş olduğu, həmçinin böyrək xəstəliyindən və digər xəstəliklərdən əziyyət çəkməklə bir böyrəyinin çıxarıldığına görə o, bədənində olan ağrıları kəsmək üçün həmin iş üzrə həbs olunmazdan əvvəlki dövrdə arada narkotik vasitə olan heroindən istifadə etmişdir. Lakin, onun özü heç vaxt hər-hansı bir narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Onu da bildirmək istəyir ki, onun özü xırda alverlə məşğul olmaqla həmin iş üzrə həbs olunmazdan əvvəlki təxminən iki il ərzində İran İslam Respublikasından ayaqqabı və muxtəlif ərzaq mallarını gətirib Azərbaycanda satmaqla məşğul olmuşdur. Ləman Şirəliyevla İİR-na gedib-gələn zaman tanış olmuş və sonuncunun Lənkəran şəhərində yaşamaqla onun da narkotik maddə olan heroindən istifadə etdiyini onun deməsindən bilmişdir. Aralarında olan söhbət zamanı, yəni təxminən 2020-ci ilin yanvar ayının ortalarında Ləman ona beş yüz manata 35 qram narkotik maddə olan heroin tapa biləcəyini demiş və o, Ləmanın təklifi ilə razılaşaraq ona yüz manat pul vermişdir. Lakin, Ləman həmin narkotik maddəni kimdən alacağı barədə ona bir söz deməmiş və deməsindən Ləmanın həmin narkotiki Lənkəranda kimdənsə alacağını başa düşmüşdür. Bundan bir neçə gün sonra, yəni 22 yanvar 2020-ci il tarixdə axşam saatlarında Ləman onunla telefon əlaqəsi saxlayaraq onun dediyi narkotiki alıb gətirdiyini ona bildirmiş və həmin gün axşam saatlarında onun Masazır qəsəbəsində kirayədə yasadığı evə gələrək bir bükümdə olan təxminən 35 qram çəkidə olan heroini ona vermişdir. O zaman pulu olmadığına görə o, Ləmana borclu qaldığı dörd yüz manat pulu ona sonra verəcəyini demişdir. Bundan üç gün sonra, yəni 26 yanvar 2020-ci il tarixdə axşam üstü o, kirayədə yaşadığı Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksi 5 nömrəli binının həyətində olan zaman əvvəllər tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq onu Abşeron rayon Polis İdarəsinə aparmışlar. Orada o, üzərində öz istifadəsi üçün narkotik maddə heroin olduğunu etiraf edərək həmin narkotiki könüllü olaraq polis işçilərinə təqdim etmişdir. Həmçinin o, həmin narkotiki Ləman adlı cavan qızdan öz istifadəsi üçün aldığını bildirmişdir. Ləmanın həmin narkotiki, yəni təxminən otuz beş qram çəkidə olan heroini kimdən və haradan əldə etdiyi barədə onun məlumatı yoxdur. Onun həmin narkotik maddəni kiməsə satmaq niyyəti olmamışdır. Buna görə də ona qarşı irəli sürülmüş ittihamda, yəni Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli hesab etmir. O, həmin heroini öz istifadəsi üçün əldə etmişdir və buna görə də özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli hesab edir. Verilmiş suallara cavab olaraq bidlirmişdir ki, onun özü 2019-cu il ərzində bir neçə dəfə və həmçinin 2020-ci ilin yanvar ayında İran İslam Respublikasına gedib-gəlmişdir. Həmin ölkəyə o, müalicə almaq və həmçinin xırda alverlə məşğul olması ilə bağlı gedib-gəlmişdir. Sonuncu dəfə o, İrana 21 vanvar 2020-ci il tarixdə Astara Gömrük buraxılış məntəqəsindən keçməklə getmiş, növbəti gün, yəni 22 vanvar 2020-ci il tarixdə həmin sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycana qayıtmışdır. 22 vanvar 2020-ci il tarixdə o, İran İslam Respublikasında olan zaman təsadüfən Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. O zaman Ləman bir nəfər qadınla birlikdə olmuş və Ləman həmin qadının onun öz anası olduğunu ona demişdir. Təqsirləndirilən şəxs2 anası İlhamə adlı qadını o yalnız sifətdən tanıyır, lakin həmin qadınla onun heç bir söhbəti olmamışdır. 21-22 yanvar 2020-ci il tarixlərdə o, İran İslam Respublikasında olan zaman onun özü hər-hansı bir narkotik maddə əldə etməmiş və Azərbaycan Respublikasına gətirməsi üçün Təqsirləndirilən şəxs2 hər-hansı bir narkotik maddə verməmişdir. İran İslam Respublikasının vətəndaşı olan "Behman" adlı şəxsi onun özü tanımır və həmin şəxsin şəxsiyyəti barədə onun özünün heç bir məlumatı yoxdur. 21-22 vanvar 2020-ci il tarixlərdə o, İran İslam Respublikasında olan zaman o, Təqsirləndirilən şəxs2 ilə telefon əlaqəsi saxlamışdır və Ləmanın da İrana gəlməli olduğunu bildirmişdir. Bir daha bildirir ki, 21-22 vanvar 2020-ci il tarixlərdə o, İran İslam Respublikasında olan zaman o, Təqsirləndirilən şəxs2 hər-hansı bir narkotik maddə verməmişdir. Bir daha təsdiq edir ki, 22 yanvar 2020-ci il tarixdə, yəni İrandan Azərbaycana qayıtdığı gün Ləman onunla telefon əlaqəsi saxlayaraq ona 500 manat müqabilində vəd etdiyi narkotiki, yəni 35 qram heroini tapıb aldığını ona bildirmiş və onun özünün xahişi ilə Ləman bir bükümdə olan həmin narkotiki onun özü kirayədə yaşadığı Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksi 5 nömrəli binada olan mənzilə gətirərək ona vermişdir. Həmin vaxt Ləman onun qaldığı mənzilə tək gəlmişdir və həmin vaxt onların yanında başqa bir adam olmamışdır. Təqsirləndirilən şəxs2 ona verdiyi həmin 35 qram çəkidə heroini X29 Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyi barədə onun özünün heç bir məlumatı olmamışdır. Hər-hansı bir narkotik maddənin və o cümlədən narkotik maddə olan heroinin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmək barədə onunla Təqsirləndirilən şəxs2 arasında heç bir razılaşma olmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitəni aldığı adamı o, tanımır. Narkotik vasitə olan heroin cəmi 35 qram olmuşdur və bildirdiyi kimi həmin narkotiki Ləman özü gətirib kirayədə qaldığı evdə ona vermişdir. Onun özü heç vaxt hər-hansı bir narkotik maddənin satışı ilə məşğul olmamışdır. Yalnız arada öz xəstəliyi ilə əlaqədar narkotik maddə, yəni «kokos» deyilən heroindən ağrıkəsici kimi istifadə etmişdir. Bir daha bildirir ki, üzərində aşkar olunmuş 36 qram narkotik maddə olan heroini o, Təqsirləndirilən şəxs2 pul müqabilində almışdır. Ləman ona 500 manat pula 35 qram heroin verəcəyini demiş və buna görə də o, buna razılıq verərək Ləmana ilkin olaraq yüz manat pul vermişdir. O, Azərbaycan Respublikasında hər-hansı bir xəstəliyi ilə əlaqədar qeydiyyatda olmamışdır. 26 yanvar 2020-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərfindən saxlanılıb həmin polis idarəsinə aparılan zaman onun üzərində cəmi bir bükümdə narkotik maddə, yəni bir neçə gün əvvəl Ləmandan əldə etdiyi narkotik maddə heroin olmuşdur. Həmirn polis idarəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman o, üzərində bir bükümdə narkotik vasitə heroin olduğunu etiraf etmiş və həmin təxminən 35 qram çəkidə olan heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Göstərdiyi kimi Abşeron PRİ-nin əməkdaşları onu 26 yanvar 2020-ci il tarixdə axşam saatlarında onun özü kirayədə yaşadığı Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksi 5 nömrəli binının həyətində saxlamışlar və bundan dərhal sonra isə onu həmin idarəyə aparmışlar. Həmin vaxt o, kirayədə yaşadığı həmin evin həyətinə ziibil atmaq üçün düşmüşdür. Onun üzərində aşkar edilərək götürülmüş həmin 35 qram çəkidə narkotik vasitə olan heroini 22 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 öz istifadəsi üçün əldə etdiyi halda, həmin narkotik maddəni yaşadığı mənzildə, yaxud başqa yerdə saxlamayaraq, 26 yanvar 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən yaxalanan vaxtda öz üzərində daşıyıb saxladığının səbəbəini izah etməkdə çətinlik çəkir. 2019-cu il ərzində və 2020-ci ilin yanvar ayında, yəni Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılan vaxta qədər onun özünün istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs2 və həmçinin digər tanışları ilə o, həmin telefon nömrəsindən istifadə etməklə telefon əlaqəsi saxlamışdır. Elan edilməklə ona təqndim edilmiş cinayət işinin biirinci cildinin 27-29-cu vərəqlərində olmaqla “Şəxsi axtarış və götürmə haqqında” 26 yanvar 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «Təqsirləndirilən şəxs1» qeydləri qarşısında imzalar onun özünə məxsusudur. Həmin protokolda göstərilənləri, yəni 26 yanvar 2020-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində saxlanılaraq həmin Polis idraəsinə aparılaraq orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirildiyi, ondan üzərində dövriyyəsi qadağan olunmuş hər-hansı əşya olub-olmaması soruşulduqdan sonra özü könüllü olaraq qara rəngli sellofana bükülmüş bükümü təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirdiyi, onun təqdim etdiyi bükülü elektron tərəzidə çəkilərək bükülünün çəkisinin 37,274 qram olması müəyyən olunduğu, həmin bükülünün ekspertizaya təqdim ediməsi üçün bir ədəd zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edildiyi, şəxsi axtraış zamanı onun üzərindən bir ədəd “Samsung” markalı mobil telefon götürüldü, həmin protokolun onlara oxunduğu və bütün iştirakçılar kimi heç bir heç bir etiraz və şikayət daxil olmadan həmin protokolu onun özü də imzaladığını təsdiq edir. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin 1-ci cildi 87- 89-cu vərəqlərində olmaqla onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 28 yanvar 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda “Təqsirləndirilən şəxs1” qrafasındakı imzalar ona məxsusdur. Həmin ifadəsində o cümlədən onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyi ilə bağlı verilmiş suala cavab olaraq “Mən narkotik vasitəni dörd-beş gün əvvəl İran İslam Respublikası «Behman» adlı şəxsdən təxminən 3300 manat satmaq məqsədilə almışam və bu məqsədlə də üzərimdə gəzdirirəm” məzmunda olan hissədə ifadəsini hal-hazırda təsdiq etmir. O zaman polis əməkdaşları ona təzyiq edəcəklərindən çəkindiyinə görə o, həmin heroini İranda tanışı «Behman» adlı şəxsdən aldığını bildirmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 87-89-cu vərəqlərində olmaqla onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 28 yanvar 2020-ci il tarixli protokol ona tanışdır, həmin protokolda “Təqsirləndirilən şəxs1” qrafasındakı imza ona məxsusdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən bir nəfər vəkil onun müdafiəçisi kimi iştirak etmişdir. Həmin protokolda onun üzərində aşkar edilmiş narkotik vasitə heroinin mənbəyi ilə bağlı verilmiş suallara cavab olaraq “Mən narkotik vasitəni İran İslam Respublikası «Behman» adlı şəxsdən aldıqdan sonra Azərbaycan Respublikasında keçirtmək üçün İlhamə və Ləman adlı şəxslərə verirdim. Onlar da narkotik vasitəni Azərbaycan Respublikasına keçirtdikdən sonra mənə verirdilər. Mən də buna görə hər dəfə 500 manat pul verirdim” məzmunda olan ifadəsini hal-hazırda təsdiq etmir. Verilmiş suallara cavab olaraq bidlirmişdir ki, onun özü İranda olan zaman «Behman» adlı şəxsdən və yaxud başqa bir şəxsdən narkotik maddə almamışdır və hər-hansı bir narkotik maddəni Azərbyacan Respublikasında keçirtmək üçün tanışı Ləmana və yaxud İlhamə adlı qadına verməmişdir. Məhkəmədə bildirdiyi kimi, onun üzərindən aşkar edilərək götrülmüş 35 qram çəkidə olan heroini tanışı Ləman özü ona 500 manata gətirəcəyini demiş və Ləmanın həmin narkotiki harada və kimdən əldə etdiyi barədə onun özünün məlumatı yoxdur. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin ikinci cildinin 45-46-cı vərəqlərində olmaqla onun iş üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilməsi hapqqında 31 my 2020-ci il tarixli protokol ona ona tanışdır və həmin protokolda «Təqsirləndirilən şəxs1” qeydləri qarşısında imza onun özünə məxsusdur. Həmin tarixdə müstəntiq tərəfindən dindirilib protokol tərtib olunduğu vaxt müdafiəçisi iştirak etmişdir. Həmin protokolun məzmununda verilmiş suallara cavab olaraq «İran İslam Respublikasında «Behman» adlı taksi sürücüsü ilə tanış olduğu və hər dəfə İrana gedəndə «Behman»ın idarə etdiyi taksi avtomobilində onu onu istədiyi yerə apardığı, müxtəlif xəstəliklərdən əziyyət çəkdiyinə görə bədənində olan ağrılarla bağlı narkotik vasitə qəbul etmək istədiyi, Azərbaycanda narkotik vasitə almaq mümkün olmadığı üçün İran İslam Respublikasında olanda «Behman»a bu barədə dediyi, sonuncunun isə onun üçün narkotik vasitə olan heroin təşkil edə biləcəyini bildirdiyi, «Behman»a narkotik vasitəni Azərbaycana apara bilməyəcəyini bildirdiyi, sonuncunun isə ona onun özünün Lənkəranda tanıdığı Ləman adlı qadın olduğu və həmin qadının onun üçün narkotik vasitəni Azərbaycana keçirəcəyini bildirdiyi, buna razılıq verdikdən sonra «Behman»nın ona Ləmanın mobil telefon nömrəsini verdiyi və Ləman ilə telefonda danışdığı, eləcə də ondan əvvəl «Behman»nın özünün Ləmana zəng edib bu barədə dediyi, sonra Ləman ilə danışıb ona narkotik vasitə İrandan Azərbaycana 500 manat müqabilində keçirməyini dediyi və sonuncunun ona razılıq verdiyi, bundan bir neçə gün sonra onun özü Ləmanla danışaraq 21 yanvar 2020-ci il tarixdə İrana gedəcəyi və onun da İrana gəlməyini dediyi, Ləmanın 22 yanvar 2020-ci İi tarixdə İrana gələcəyi və onu qarşılayacağını bildirdiyi, 22 yanvar 2020-ci il tarixdə saat təxminən 10 radələrində İran İslam Respublikasının İran Astarası adlanan şəhərində «Behman» ilə görüşərək sonuncudan qəbul etmək üçün 300 manata bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin aldığı, sonra «Behman» ilə sonuncunun idarə etdiyi taksi avtomobilində İran-Astara Gömrük məntəqəsinə gələrək Ləmanı gözlədikləri, həmin gün saat təxminən 11 radələrində Ləmanın Gömrük keçid məntəqəsindən İrana keçdiyi, sonuncu ilə telefonda danışanda Ləmanın özü tək deyil anası İlhamənin onun yanında olmasını ona bildirdiyi, Ləmanın anası İlhamənin onların söhbətlərindən, yəni Ləmanın onun üçün narkotik keçirəcəyindən xəbəri olmadığı, Ləman öz anası ilə birlikdə İran tərəfə keçdikdən sonra onları qarşılayaraq «Behman»nın idarə etdiyi avtomobildə yaxınlıqda olan bazarın yanında düşürdükləri, razılaşdıqları kimi az sonra Ləmanın onun orada kirayədə qaldığı evə gəldiyi və özündə olan həmin narkotik vasitəni və yüz manat pulu Ləmana verərək narkotik vasitəni Azərbaycanda ona verəndə qalan dörd yüz manat pulu da ona verəcəyini bildirdiyi, Ləmanın razılaşaraq yüz manat pulu və bir bükümdə olan həmin narkotik vasitəni ondan alıb evdə olan tualetə girib beş-on dəqiqə sonra çıxıb onunla sağollaşaraq bazara tərəf getdiyi, onun özü isə həmin gün İrandan Azərbaycana, yəni Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksində olan kirayədə yaşadığı evə gəldiyi, həmin gün saat təxminən 22 radələrində Ləmanın onun yaşadığı evə gələrək həmin narkotik vasitəni ona verdiyi, həmin vaxt pulu olmadığı üçün Ləmana pulu daha sonra verəcəyini dediyi, 26 yanvar 2020-ci il tarixdə saat 19 radələrində kirayədə yaşadığı evdən çıxıb zibil atmaq istəyərkən polis əməkdaşları onu saxlayaraq polis idarəsinə apardıqları və polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını etiraf edərək özü könüllü olaraq o zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını və həmin narkotik vapsitəni 4-5 gün əvvəl İran İslam Respublikasında «Behman» adlı şəxsdən 300 manata aldığını, həmin narkotik vasitəni Ləman adlı qadının onun üçün Azərbaycana 500 manat pul müqabilində keçirdiyini bildirdiyi barədə olan ifadələrini halhazırda tam təsdiq etmir. Həqiqətən onun özü 21 yanvar 2020-ci il tarixdə İrana gedərək 22 yanvar 2020-ci il tarixdə Azərbaycana qayıtmışdır. Lakin, o zaman İranda olan zaman o, hər-hansı bir şəxsdən və o cümlədən «Behman» adlı şəxsdən hər-hansı bir narkotik vasitə əldə etməmiş, Təqsirləndirilən şəxs2 ilə İranda görüşməmiş və ona Azərbaycana keçirməsi üçün hər-hansı bir narkotik maddə verməmişdir. Məhkəmədə bildirdiyi kimi, aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs2 ona 500 manat 35 qram heroin tapa biləcəyini demiş və bununla bağlı ona əvvəlcədən yüz manat pul verdikdən sonra, Ləman 22 yanvar 2020-ci il tarixdə axşam saatlarında onun Masazır qəsəbəsində kirayədə yaşadığı mənzilə gələrək ona vəd etdiyi təxminən otuz beş qram çəkidə olaqla bir bükümdə olan heroini ona vermişdir. Ləmanın həmin narkotik maddə olan heroini harada və kimdən əldə etdiyi barədə onun özünün məlumatı yoxdur. O zaman saxlanılıb Abşeron RPİ-nə aparıldıqdan sonra tanımadığı polis işçiləri ona təsir göstərib həmin məzmunda ifadə verməsini demiş və əks təqdirdə onu döyəcəkləri ilə hədəmişlər. Buna görə də o, iş üzrə müstəntiq tərəfindən dindirilən zaman həmin narkoiki maddəni özü İranda alaraq Azərbaycana keçirməsi üçün tanışı Ləmana verdiyini bildirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindtirilən zaman müstəntiq tərəfindən ona qarşı heç bir təzyiq və təsir olmamışdır. Bir daha bildirir ki, onun üzərindən aşkar olunmuş bir bükümdə olan təxminən 35 qram çəkidə olan heroini o, öz tanışı, Lənkəran şəhzər sakini Təqsirləndirilən şəxs2 öz istifadəsi üçün almışdır. O, özünü Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik maddə olan heroini qaçaqmalçılıq yolu ilə Azəçrbaycana gətirməkdə təqsirli hesab etmir. Təqsirləndirilən şəxs2 ona verdiyi heroini harada və kimdən əldə etdiyi barədə onun məlumatı yoxdur. Son olaraq bildirmişdir ki, o, özünü yalnız narkotik maddə olan heroini öz istifadəsi üçün qanunsuz olaraq əldə etməkdə, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli hesab edir. Himayəsində iki azyaşlı uşağının olmasını, muxtəlif xəstəliklərdən əziyyət çəkdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1991-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Lənkəran şəhərində daimi qeydiyyatda olmaqla həmin iş üzrə həbs olunana vaxta qədər o, öz ailə üzvüləri ilə birlikdə həmin şəhərdə yaşamışdır. Onun özünün on və on bir yaşları olan iki övladı vardır. Valideynləri onu gənc yaşlarında ərə vermişlər. Sonradan ailə həyatında çətinliklər yaranmış və həyat yoldaşından rəsmi qaydada boşanmışlar. Şəxsi həyatında çətinliklər olduğu və həmçinin maddi vəziyyəti ağır olduğuna görə o, son illər müxtəlif narkotiklərdən istifadə etməyə başlamışdır. Lakin, onun özü əvvəllər hər-hansı bir narkotik maddənin satışı ilə məşğul olmamışdır. Onu bu işə iranlı «Behman» adlı şəxs və hazırki iş üzrə Təqsirləndirilən şəxs1 cəlb etmişlər. Belə ki, həmin «Behman» adlı şəxsi və Təqsirləndirilən şəxs1 o, 2019-cu ilin əvvəllərindən tanıyır. Həmin şəxslər onun atası Şahların tanışları olmuşlar və atası xırda alverlə məşğul olduğuna görə tez-tez İrana gedib gəlmişdir. Lakin, onun atası bir neçə il əvvəl həbs olunmuşdur və bundan sonrakı dövrdə «Behman» və Təqsirləndirilən şəxs1 onlara zəng vuraraq atasının işi ilə maraqlanmışlar. Atası həbs olunduqdan sonra o, öz anası Şahid3 İrana gedib-gələrək xırda alverlə məşğul olmuş və İrana gedib-gələndə «Behman» atasının tanışı kimi ona alver işində köməklik etmişdir. Təxminən 2019-cu ilin sonlarında o, alver işi ilə bağlı növbəti dəfə İranda olan zaman «Behman» və Qalib ona yaxşı pul qazana bilcəyini demişlər. O, Qabildən pulu necə qazana biləcəyini soruşduqda Qabil onun İrandan Azərbaycana narkotiki asanlıqla keçirə biləcəyini və qadın olduğuna görə heç kəsin ondan şübhələnməyəcəyini və bunu etsə ona yaxşı məbləğdə pul verəcəyini demişdir. O, Qabildən və «Behman»dan bu işə görə ona nə qədər pul verəcəklərini soruşmuş, Qabil isə həmin işi görsə ona 500 manat pul verəcəyini bildirmişdir. O, bu işin qanunsuz olmasını bildiyinə görə əvvəlcə buna razılıq verməmişdir. Lakin, sonrakı söhbətləri zamanı maddi çətinlikləri olduğuna görə o, Qalibin həmin təklifi ilə razılaşmışdır. Bundan bir müddət sonra, yəni 21 yanvar 2020-ci il tarixdə Qabil növbəti dəfə ona zəng edərək İrana getdiyini və oradan ona zəng vuran kimi onun da İrana gəlməsini demişdir. Növbəti gün Qabil ona zəng vuraraq İran Astarasında olduğunu və orada onu qarşılayacağını demişdir. Buna görə də o, alver üçün mal almaq üçün öz anası İlhaməni də özü ilə götürüb sərhəddi Astara keçid məntəqəsindən keçib İranın Astara şəhərinə getmişlər. Sərhədi keçdikdən sonra o, Qabilə zəng edərək artıq sərhədi keçdiyini ona demişdir. Qabil isə «Behman»a məxsus avtomobildə onu gözlədiyini və heç kəsdə şübhə yaratmamaq üçün bir qədər irəlidə yerləşən «Aptek»in qarşısına gəlməsini və orada onların maşınına oturmasını demişdir. Həmin söhbət zamanı o, Qabilə öz anası ilə birlikdə olduqlarını demiş, Qabil isə anası bilməməsi üçün onları aparıb bazarda düşütdükdən sonra ona dediyi yerə gəlməsini demişdir. Buna görə də o, anası ilə birlikdə «Aptek»in yanına getmişlər və o, Qabil ilə «Behman»ı əvvəlcədən tanıdığına görə sonuncunun idarə etdiyi avtomobilə oturmuşlar. Onlar həmin yerdən bir qədər aralandıqdan sonra «Behman» maşını orada olan bazarın yaxınlığındakı bir evin qarşısnda saxlamışdır. Onlar avtomobildən düşdükdən sonra «Behman» çıxıb getmiş, Qabil isə oradakı evin yanında qalmışdır. Bundan sonra o, öz anası ilə birlikdə Qabildən aralanıb yaxınlıqda olan bazara girib orada bir qədər gəzişib mallara baxmışlar. Bundan sonra sonra o, anasına tualetə gedib onun yanına qayıdacağını demiş və anasından ayrılıb Qabilin onu gözlədiyi yerə qayıtmışdır. Qabil orada olan həyət evinin qapısını açdıqdan sonra onunla birlikdə həmin evə daxil olmuşlar. Həmin evdə olan zaman Qabil oradakı qonşu otaqdan götürdüyü bir ədəd kiçik selofan bükümünü ona verərək orada narkotik maddə heroin olduğunu demiş və razılaşdıqları beş yüz manatdan yüz manat pulu ona vermişdir. Qalan dörd yüz manat pulu isə ona Azərbaycana qayıtdıqdan sonra Bakı şəhərində verəcəyini demişdir. Həmin pulu və narkotiki Qabildən götürdükdən sonra o, evin tualetinə girərək narkotik olan həmin bükümü öz cinsiyyət orqanına yerləşdirib oradan çıxmışdır. Bundan sonra Qabil ilə birlikdə həmin evdən çıxmış və Qabil Bakı şəhərinə qayıtdıqdan sonra onunla telefon əlaqəsi saxlamasını demişdir. O, isə Qabilə həmin gün geri qayıdaraq anası ilə birlikdə Bakı şəhərində yaşayan bacısının evinə gedəcəklərini və orada görüşüb narkotiki ona verəcəyini və qalan pulu verməsini demişdir. Bu barədə razılaşdıqdan sonra Qabil ondan ayrılıb çıxıb getmişdir. Onun özü isə bazara gedib anası ilə mağazaları gəzərək lazımı əşyaları aldıqdan sonra elə həmin gün nahar vaxtından sonra birlikdə Astara keçid məntəqəsindən keçərək geri qayıtmışlar. Bundan sonra isə öz anası ilə birlikdə tanımadığı bir taksi maşınında axşam saatlarında Bakı şəhərinə gelmiş və öz bacısının yaşadığı Bakı şəhəri «Q.Qarayev» metrostansiyasının yaxınlığındakı evinə getmişlər. Həmin gecə saat təxminən 01 radələrində o, Qabilə zəng edərək Bakı şəhərində olduğunu demiş, Qabil bir taksi sifariş etməyini və onun yaşadığı Masazır qəsəbəsində ona verməsini ondan xahiş etmişdir. O, Qabilin qalan pulu da ona verəcəyini zənn edərək sirafış etdiyi tanımadığı bir taksi maşınında Qabilin yaşadığı Masazır qəsəbəsi, Qurtuluş 93 adlanan yaşayış massivinə getmiş və Qabilin yaşadığı mənzili tanıdığına görə onun evinə qalxaraq həmin bir bükümdə olan narkotik maddəni ona vermişdir. O, Qabildən qalan pulu da verməsini demiş, Qabil isə evdə pulu olmadığını və bir neçə günə qalan 400 manat pulu da ona verəcəyini bildirmişdir. Bundan sonra o, taksi maşınında Bakı şəhərinə qayıdaraq öz bacısının evinə getmişdir. Bundan sonra o, öz anası ilə birlikdə üç gün bacısının evində qalmışlar, lakin Qabildən cavab gəlməmişdir. Buna görə də o, 26 yanvar 2020-ci il tarixdə o, öz mobil telefonundan Qabilin telefonuna səs mesajı göndərib xahiş etmişdir ki, gətirib qalan pulu ona versin. Lakin, Qabil cavab verməmişdir. Bakı şəhərində darıxdığı və şəxsi işləri olduğuna görə o, öz anası İlhaməyə bu barədə bildirərək elə həmin gün Lənkəran şəhərinə çıxıb getmiş, anası isə bacısının evində qalmışdır. Elə həmin gün, axşam üstü o, artıq Lənkəran şəhərinə gedən zaman Qabil özü ona zəng edərək onunla görüşüb ona olan borcundan iki yüz manat pulu vermək istədiyini demişdir. O isə Qabilə rayona getdiyini və həmin pulu aparıb anası İlhaməyə verməsini xahiş etmişdir. Bundan sonra o, öz anasına zəng edərək Qabil adlı tanışının ona olan borcunu ona verəcəyini və həmin pulu Qabildən götürməsini demişdir. Lakin, bundan bir neçə saat sonra anası onun telefon zənglərinə cavab verməmişdir. Sonra isə ona məlum olmuşdur ki, anası İlhamə onun xahişi ilə Qabildən pulu almaq üçün bacısının evindən çıxıb «Qara Qarayev» metrosunun yaxınlığında olan məktəbin yanında Qabili gözləyən zaman polis işçiləri anasını saxlayaraq Abşeron rayon polis idarəsinə aparmış və anasını həbs etmişlər. Bundan bir neçə gün sonra, yəni 1 aprel 2020-ci il tarixdə polis işçiləri onun Lənkəran şəhərində yaşadığı evə gələrək onu da həbs edib Abşeron rayon polis iidarəsinə aparmışlar. Orada o, anası İlhamənin bu işdə heç bir günahı olmadığın və Qabilin və iranlı «Behman» adlı şəxsin onu aldadaraq bu işə cəlb etdiklərini və narkotiki İrandan Qabildən götürüb gömrükdən gizlin Azərbaycana keçirdiyini və bu işin müqabilində Qabilin ona cəmi yüz manat pul verdiyini bildirmişdir. Tutduğu həmin əmələ görə çox peşmandır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı olan "Behman" adlı şəxsi onun özü tanımır və həmin şəxsin şəxsiyyəti barədə onun özünün heç bir məlumatı yoxdur. 21-22 vanvar 2020-ci il tarixlərdə o, İran İslam Respublikasında olan zaman o, Təqsirləndirilən şəxs2 ilə telefon əlaqəsi saxlamışdır və Ləmanın da İrana gəlməli olduğunu bildmişdir. Bir daha bildirir ki, 21-22 yanvar 2020-ci il tarixlərdə o, İran İslam Respublikasında olan zaman o, Təqsirləndirilən şəxs2 hər-hansı bir narkotik maddə verməmişdir. Bir daha təsdiq edir ki, 22 vanvar 2020-ci il tarixdə, yəni İrandan Azərbaycana qayıtdığı gün Ləman onunla telefon əlaqəsi saxlayaraq ona 500 manat müqabilində vəd etdiyi narkotiki, yəni 35 qram heroini tapıb aldığını ona bildirmiş və onun özünün xahişi ilə Ləman bir bükümdə olan həmin narkotiki onun özü kirayədə yaşadığı Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksi 5 nömrəli binada olan mənzilə gətirərək ona vermişdir. Həmin vaxt Ləman onun qaldığı mənzilə tək gəlmişdir və həmin vaxt onların yanında başqa bir adam olmamışdır. Təqsirləndirilən şəxs2 ona verdiyi həmin 35 qram çəkidə heroini X25 Yuxarıda göstərdiyi kimi İrandan Aəzərbaycana narkotik maddə gətirməsini Təqsirləndirilən şəxs1 özü ona demişdir və o zaman iranlı «Behman» da onların yanında olmuşdur. Bir bükümdə olan narkotik maddəni ona Təqsirləndirilən şəxs1 22 yanvar 2020-ci il tarixdə İranın Astara şəhərində oradakı bazarın yaxınlığında yerləşən evlərin birində vermişdir. Həmin evin ünvanın onun özü bilmir. Qabil ona bu işə görə beş yüz manat pul verəcəyini demişdir. Həmin narkotiki ona verən zaman Qabil ona yüz manat pul vermişdir, qalan dörd yüz manat pulu isə Bakı şəhərində narkotik ona təhvil verəndən sonra verəcəyini demişdir. Yuxarıda göstərdiyi kimi, Qabil həmin narkotiki ona verəndən sonra, həmin evin tualetdə o, həmin bükümü öz cinsiyyət orqanına yerləşdirmiş və həmin gün öz anası ilə birlikdə Astara gömrük məntəqəsindən keçərək Bakı şəhərinə öz bacısının yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs1 ona İranda verdiyi həmin bir ədəd bükümü o, elə həmin gün gecə saat təxminən 01 radələrində Masazır qəsəbəsinə aparıb Qabilin yaşadığı evdə ikilikdə ona vermişdir. Qabilin ona verdiyi həmin bükümün içərisində narkotik maddə olan heroin olmasını o bilmiş, lakin həmin bükümü açmamış və Qabildən bükümü necə götürmüşdürsə, elə həmin vəziyyətdə onun özünə təhvil vermişdir. 22 yanvar 2020-ci il tarixdə İran İslam Respublikasından Astara gömrük buraxılış məntəqəsindən Azərbaycana keçən zaman orada olan gömrük işçiləri onun üst-başını və irandan satmaq üçün aldığı əşyaları yoxlamışlar. O zaman gömrük işçiləri ondan üzərində hər-hansı bir qanunsuz maddə olub-olmamasını soruşmuş, o isə üstündə və yaxud çantasında heç bir qanunsuz maddə olmadığını bildirmişdir. Göstərdiyi kimi, Astara gömrük buraxılış məntəqəsindən Azərbaycana keçən zaman içərisində narkotik maddə oldan büküm onun cinsiyyət orqanında olmuşdur və bu barədə heç kəsə bildirməmişdir. Həmin narkotiki bu üsulla Azərbaycana gətirən zaman o, bunu qanunsuz etdiyini, yəni qaçaqmalıçılıq yolu ilə Azəraycana narkotik maddə gətirdiyini dərk etmişdir. Bunu o, maddi imkansızlığı ucbatından etmişdir və həmin əmələ görə peşmançılıq çəkir. Bir daha bildirir ki, anası Şahid3 onun Qabilə məxsus narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmək üçün getdiyi və həmin işin müqabilində Qabilin ona 500 manat pulu verəcəyindən anasının heç xəbəri olmamışdır. Çünki anası İlhamə ilə X13 ərzaq və qeyri-ərzaq mallarını aşağı qiymətə aldıqları üçün onlar İrana mütəmadi olaraq gedib-gəlmişlər. X8 İranda olan zamanı narkotik vasitə və yüz manat pul verdiyini görməmiş və o, anasına bu barədə heç nə deməmişdir. Onun özü Təqsirləndirilən şəxs1 heç vaxt hər-hansı bir narkotik maddə təklif etməmiş və narkotik maddə alıb ona vercəyini ona heç vaxt deməmişdir. Onun özünün 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs1 beş yüz manata 35 qram çəkidə narkotik maddə olan heroin tapa biləcəyini dediyi və Qabilin bununla bağlı qabaqcadan ona yüz manat pul verdiyi, daha sonra isə onun özünün kimdənsə həmin çəkidə narkotik vasitə olan heroin əldə edərək 22 yanvar 2020-ci il tarixdə həmin narkkotik vasitəni Təqsirləndirilən şəxs1 Masazır qəsəbəsində yasadığı evə apararaq ona verdiyi barədə Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmir. Göstərdiyi kimi bu işə onu Təqsirləndirilən şəxs1 İranda yaşayan tanışı «Behman» adlı şəxs özləri cəlb etmişlər. Təqsirləndirilən şəxs1 yaşca ondan çox böyük olmaqla həmişə İrana gedibgəlmişdir və iranlı «Behman» adlı şəxs Qabilin özünün tanışıdır. Yuxarıda göstərdiyi kimi, İrandan Azərbaycana narkotiki gətirməyi Qabil özü ona təklif etmiş və buna görə ona beş yüz manat pul verəcəyini demişdir. 22 vanvar 2020-ci il tarixdə o, İrana Qabilin təklifi ilə getmiş və İranın Astara şəhərində olan zaman Qabil özü ona bir büküm narkotik maddə heroin verərək həmin narkotiki Azərbaycana gizlin keçirib Bakı şəhərinə gətirməsini özü ona demiş və orada ona vəd etdiyi puldan cəmi yüz manat pul vermişdir. Onun özü əvvəllər hər-hansı bir narkotik maddəni Aəzrabycana qaçaqmalçılıq yolu ilə gətirməmiş və hər hansı bir şəxsə özü narkotik maddə satmamışdır. İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq olmamış və o, hadisənin yuxarıda göstərdiyi şəraitdə baş verdiyini bildirmişdir. Lənkəran şəhərində saxlanılarkən eləcə də Abşeron RPİ-nə gətirilən zaman və orada olduğu vaxt ərzində polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin ikinci cildinin 194-cü vərəqində olaqla onun iş üzrə təqsirləndiirlən şəxs qismində dindirilməsi haqqında 17 noyabr 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «Təqsirləndirilən şəxs2» qeydi qrafasındakı imza onun özünə məxsusdur. Həmin protokol tərtib olunduğu vaxt təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisi iştirak etmiş və onunla birlikdə həmin protokolla tanış olaraq müdafiəçisi də həmin protokolu imzalamışdır. İş üzrə ibtidai istintaq zamanı dindirlən zaman da o, hadisənin məhkəmdə göstərdiyi kimi baş verdiyini, yəni bir bükümdə olan narkotik vasitəni 22 yanvar 2020-ci il tarixdə İran İslam Respublikasında olan zaman Təqsirləndirilən şəxs1 ona verdiyini, həmin narkotiki Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirməsi üçün Qabilin ona beş yüz manat pul vercəyini bildirməklə orada ona yüz manat pul verdiyini, həmin narkotiki öz cinsiyyət orqanında gizlədərək Azərbaycana gətirib Masazır qəsəbəsində Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Həmin protokolun doğruluğunu təsdiq edir. Göstərdiyi kimi onun özünün iki azyaşlı övladı vardır və halhazırda uşaqları onun valideynlərinin himayəsindədəirlər. Həmin iş üzrə həbs olunmazdan əvvəlki dövrdə onun özünün istifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuş, öz qohum və tanışları və o cümlədən Təqsirləndirilən şəxs1la da o, həmin telefon nömrəsindən istifadə etməklə teolefon əlaqəsi saxlamışdır. Son olaraq bildrmişdir ki, törətdiyi əmələ görə çox peşmandır. Cavan qadın olmaqla iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özlərinin hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis idarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, 26 yanvar 2020-ci il tarixdə ona ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edərək satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Abşeron RPİ-nin rəhbərliyinə onun tərəfindən məruzə olunmuş və həmin məlumatın yoxlanılması əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa rəhbərlik ona həvalə olunmuş və Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 həmin qrupa daxil edilmişdir. Əməliyyat tədbiri keçirilən zaman Qalib Məmmədovun yaşadığı ünvanda olduğu barədə əməliyyat məlumatı əldə olunmuş və həmin tarixdə saat 20 radələrində o, əməliyyat müvəkkili Şahid1la birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı binanın yanına getmiş və həmin vaxt Təqsirləndirilən şəxs1 həmin binanın qarşısında olduğunu görmüş və birlikdə ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olmasını bildirmiş və onu Abşeron RPİ-nə dəvət etmişlər. Bu barədə idarə rəhbərliyinə məruzə olunduqdan sonra idarə rəhbərliyi tərəfindən araşdırmanın aparılması Abşeron RPİ-nin təhqiqatçısı Ayaz Gülməmmədova həvalə olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən bir nəfər vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Bundan sonra təhqiqatçısı Ayaz Gülməmmədov Təqsirləndirilən şəxs1 videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs1 buna etiraz etməmişdir. Daha sonra təhqiqatçı Ayaz Gülməmmədov Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah edərək üzərində hər hansı qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində heroin oldğunu bildirmiş və o vaxt əynində olan qara rəngli cins şalvarının cibindən sellofan kəsiyinə bükülmüş bir ədəd kiçik bükümü təqdim edərək içərisində narkotik vasitə olan beroin olmasını və həmin maddəni üç-dörd gün əvvəl İran İslam Respublikasında olan zaman «Behman» adlı şəxsdən təxminən 3300 manata satmaq məqsədilə aldığını, həmin narkotik vasitəni Lənkəran şəhərindən olan Ləman və sonuncunun anası İlhamə adlı qadın tərəfindən 500 manat müqabilində Azərbaycana sərhəddən gizlin keçirilərək gətirildiyini və Ləman adlı cavan qızın sonra həmin narkotik vasitəni onun Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksində yaşadığı evə gətirərək ona verdiyini bildirmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Həmin büküm onların yanında tərəziyə qoyularaq çəkilmiş və həmin bükümün çəkisinin təxminən 35 qramdan bir qədər artıq olması müəyyən edilmişdir. Sonra həmin büküm bir ədəd zərfə qoyularaq möhürlənmiş və bütün iştirakçılar kimi Qabil də həmin zərfin üzərində imza etmişdir. Bu barədə təhqiqatçı Ayaz Gülməmmədov tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi də heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Onu da bildirmək istəyir ki, sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin heroini İran İslam Respublikasında öz tanışı olan «Behman» adlı şəxsdən özü aldığını, həmin narkotik vasitənin Azərbaycana gizlin olaraq keçirilməsini öz tanışı Ləman adlı cavan qadına təklif etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 bunun müqabilində Ləmana beş yüz manat pul vercəyini dediyini və İranda Ləmana yüz manat pul verdikdən sonra Ləmanın bir bükümdə olan həmin narkotik vasitəni ondan götürərək onun özünün iştirakı olmadan sərhəd buraxılış kömrük məntəqəsindən gizlin olaraq keçirdiyini və Masazır qəsəbəsində onun yaşadığı evə gətirərək ona verdiyini bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs1 Ləmana vəd etdiyi puldan qalan dörd yüz manat pulu ona verə bilmədiyini və həmin pulu sonra ona verəcəyini vəd etdiyini bildirmişdir. Buna görə də əməliyyat tədbirinin davamı olaraq həmin Ləman adlı cavan qadın və sonucunun anası İlhamə adlı qadının şəxsiyyətlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları üçün onlar tərəfindən Təqsirləndirilən şəxs1 istintaqa köməklik etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs1 buna etiraz etməyərək o zaman onun üzərindən aşkar olunmuş öz mobil telefondan Ləman adlı qadına zəng edərək onun harada olmasını soruşmuş və onun üçün narkotik vasitə gətirdiyinə görə ona verməli olduğu puldan iki yüz manat pulu ona vermək istədiyini yalandan bildirmişdir. Telefon söhbəti zamanı Ləman adlı qadın Bakı şəhərində olmadığını, Lənkəran şəhərində olduğunu, lakin anası Bakı şəhərində Nizami rayonunda bacısının evində olduğunu bildirmişdir. Həmçinin Ləman telefonda Qabilə bu barədə anasına onun 200 manat borcu olmasını deyəcəyini və bacısının evinin yaxınlığında olan məktəbin qarşısına çıxıb pulu ondan qəbul etməsini anasına tapşıracağını Qabilə bildirmişdir. Daha sonra Ləman ilə Qabil telefon əlaqəsi saxlayaraq öz anası İlhamənin onu həmin məktəbin qarşısında qarşılayacağını bildirmişdir. Bundan sonra onun özü, əməliyyat müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs1 təhqiqatçı Ayaz Gülməmmədovun rəhbərliyi ilə Bakı şəhəri Nizami rayonu «Qara Qarayev» metrostansiyasının yaxınlığında olan məktəbin qarşısına getmişlər və zaman onlar orada orta yaşlı bir qadının dayandığını görmüşlər. Təqsirləndirilən şəxs1 həmin qadının Ləmanın anası olmasını və adının İlhamə olduğunu bildirmişdir. Bundan sonra onlar həmin qadına yaxınlaşaraq özlərini təqdim etmiş və həmin qadın adının Şahid3 olduğunu və qızı Ləmanın xahişi ilə Qabildən iki yüz manat pul götürmək üçün həmin yerə gəldiyini bildirmişdir. Bundan sonra onlar həmin qadını Abşeron RPİ-nə aparmış və bu barədə idarə rəhbərliyinə məruzə olunduqdan sonra təhqiqatçı Ayaz Gülməmmədov tərəfindən bir nəfər vəkil müdafiəçi kimi dəvət olunduqdan sonra videoçəkiliş aparılmaqla həmin qadının, yəni soyadını o zaman bildiyi Şahid3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərindən dövriyyəsi qadağan olunmuş hər-hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sorğu-sual zamanı Şahid3 həqiqətən bir neçə gün əvvəl öz qızı Ləman ilə İran İslam Respublikasında olduqlarını, lakin onun özü Təqsirləndirilən şəxs1 tanımadığını və hər-hansı bir narkotik vasitəni Azərbaycana keçirmədiyini, öz qızı Ləmanın xahişi ilə iki yüz manat pulu götürmək üçün həmin məktəbin yanına getdiyini bildirmişdir. Bu barədə təhqiqatçı Ayaz Gülməmmədov tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Şahid3 və sonuncunun müdafiəçisi də həmin protokolu imzalamışlar.Verimiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılıb Abşeron RPİ-nə aparıldığı və orada olduğu müddət ərzində şəxsən onun özü və yaxud digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Abşeron RPİ-nə aparıldıqdan sonra təhqiqatçı Ayaz Gülməmmədov tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs1 o zaman əynində olan cins şalvarının cibindən bir ədəd kiçik sellofan bükümünü çaxarıb özü onlara könüllü olaraq təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Həmin narkotik vasitənin mənbəyi ilə bağlı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni şəxsən özü İran İslam Respublikasında tanışı «Behman» adlı şəxsdən sonradan 3300 manata satmaq məqsədilə aldığını, həmin narkotik vasitəni Azərbaycana tanışı Ləman adlı cavan qadının öz anası İlhamə adlı qadın ilə birlikdə sərhəddən gizlin keçirib gətirdiklərini və həmin narkotik vasitəni Ləmanın Masazır qəsəbəsinə gətirib ona verdiyini bildirmişdir. Həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi, İran İslam Respublikası vətəndaşı olan «Behman» adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı onlar tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçiriliş, lakin hal-hazırki vaxta qədər həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin həmin narkotik vasitə olan heroinin qnunsuz yolla əldə edilərək İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 anası Şahid3 həmin cinayət əməlinə aidiyyəti olub-olmadığı onlar tərəfindən əməliyyat yolu ilə yoxlanılımış, lakin bununla bağlı müsbət nəticə əldə olunmamışdır. Onlara Təqsirləndirilən şəxs1 adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və həmçinin narkotik vasitələrin satışı ilə də məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etmiş olduğu narkotik vasitə olan heroini Abşeron rayonu əraziəsində və yaxud başqa yerdə kiməsə satmaq istədiyi və hər-hansı bir şəxslə bu barədə qapbapqcadan razılaşdığı barədə onlarda heç bir məlumat olmamışdır. Yuxarıda göstərdiyi kimi Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılıb Abşeron RPİ-nə aparıldığı və onun üzərindən narkotik vasitə olan heroin aşkar olunduqdan sonra Təqsirləndirilən şəxs1 könüllü olaraq istintaqa köməklik etmiş, həmin narkotik vasitəni onun xahişi ilə İran İslam Respublikasından qanunsuz olaraq gətirib ona Masazır qəbəbəsində vermiş Təqsirləndirilən şəxs2 və həmçinn sonuncunun anası Şahid3 şəxsiyyətlərinin müəyyən edilməsində onlara köməklik etmişdir. Təqsirləndirilən şəxs1 onlar tərfindən saxlanılıb Abşeron RPİ-nə aparılıb və sonuncunun üzərinə şəxsi axtarış keçirilib onun üzərindən narkotik vasitə olan heroin aşkar olunduqdan sonra, Abşeron RPİnin təhqiqatçısı Ayaz Gülməmmədov tərəfindən onun özünün və həmçinin əməliyyat müvəkkili Şahid1, həmçinin Təqsirləndirilən şəxs1 özünün iştirakı ilə sonuncunun yaşadığı ünvan 6 ünvana videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış-axtarış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən dövriyyəsi qadağan olunmuş hər-hansı bir narkotik vasitə və yaxud əşya aşkar edilməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 27-29-cu vərəqlərində olmaqla “Şəxsi axtarış və götürmə haqqında” 26 yanvar 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «iştirak etdi, Şahid2» qeydləri qarşısında imza onun özünə məxsusudur. Həmin protokolda göstərildiyi kimi alınmış əməliyyat məlumatı ilə əlaqədar 26 yanvar 2020-ci il tarixdə saat 20 radələrində o, əməliyyat müvəkkili Şahid1la birlikdə Qalib Məmmədovu sonuncunun yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş-93'’ yaşayış kompleksində 5 saylı evin qarşısında saxlayıb Abşeron RPİ-nə dəvət etdikdən sonra, Abşeron RPİ-nin təhqiqatçısı Ayaz Gülməmmədov tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı ilə videçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. O zaman Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu etiraf edərək o zaman əynində olan cins şalvarının sağ yan cibindən qara rəngli sellofana bükülmüş bir ədəd bükümü təqdim edərək, həmin bükümdə narkotik vasitə olan heroin olmasını bildirmiş, həmin büküm elektron tərəzidə çəkilərək onun ümumi çəkisinin 37,274 qram olması müəyyən olunmuşdur. Həmin büküm bir ədəd zərfə qoyularaq möhürlənib götrülmüşdür. Üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd “Samsung” markalı mobil telefon götürülmüş və başqa hər-hansı bir əşya və yaxud dövriyyəsi qadağan olunmuş maddə aşkar olunmamışdır. Bu barədə təhqiqatçısı Ayaz Gülməmmədov tərəfindən həmin protokol tərtib olunaraq onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi də heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Həmin protokolun doğruluğunu təsdiq edir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis idarəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Şahid2 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, 26 yanvar 2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Qalib Məmmədovun yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş-93'’ yaşayış kompleksində 5 saylı evin qarşısında onlar tərəfindən saxlanaraq Abşeron RPİ-nə dəvət etdikdən sonra, Abşeron RPİ-nin təhqiqatçısı Ayaz Gülməmmədov tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı ilə videçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildiyi, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu etiraf edərək əynində olan cins şalvarının sağ yan cibindən qara rəngli sellofana bükülmüş bir ədəd bükümü təqdim edərək, həmin bükümdə narkotik vasitə olan heroin olmasını bildirdiyi, həmin narkotik vasitəni bir neçə gün əvvəl İran İslam Respublikasında «Behman» adlı şəxsdən təxminən 3300 manata satmaq məqsədilə aldığını, həmin narkotik vasitəni İlhamə və Ləman adlı şəxslər tərəfindən beş yüz manat müqabilində Azərbaycan Respublikası sərhədindən gizli yolla keçirilərək gətirildiyi və Ləman adlı qadının həmin narkotik vasitəni onun Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış kompleksində yaşadığı evə gətirərək ona verdiyini bildirdiyini, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş həmin maddənin bir ədəd zərfə qoyularaq möhürlənib götürüldüyü, bu barədə tərtib olunmuş protokolun bütün iştirakçılar kimi onun tərəfindən də imzalandığını, daha sonra onların təklifi ilə Təqsirləndirilən şəxs1 Ləman adlı qadına zəng edərək onun harada olmasını soruşduğu, narkotik vasitə gətirdiyinə görə ona verməli olduğu puldan iki yüz manat pulu ona vermək istədiyini ona yalandan bildirdiyi, Ləman adlı qadının Bakı şəhərində olmadığını və Lənkəran şəhərində olduğunu öz anasının Bakı şəhəri Nizami rayonunda bacısının evində olduğunu bildirdiyi və öz anasına Qabilin ona 200 manat borcu olmasını deyəcəyini və anasının bacısının yaşadığı evin yaxınlığında olan məktəbin qarşısına gedib həmin pulu Qabildən götürəcəyini bildirdiyini, bundan sonra onların Bakı şəhəri Nizami rayonu «Qara Qarayev» metrostansiyasının yaxınlığında olan məktəbin qarşısına gedərək və orada olan İlhamə adlı qadını Abşeron RPİ-nə dəvət etdikləri, sonra müdafiəçi dəvət olunaraq videoçəkiliş aparılmaqla təhqiqatçısı Ayaz Gülməmmədov tərəfindən həmin qadının üzərinə şəxsi axtarış keçirildiyi, lakin həmin qadının üzərindən dövriyyəsi qadağan olunmuş hər-hansı bir əşya aşkar olunmadığını, sorğu-sual zamanı Şahid3 öz qızı Ləman ilə İran İslam Respublikasına ərzaq almaq üçün gedib-gəldiklərini, lakin Təqsirləndirilən şəxs1 tanımadığını və qızı Ləmanın narkotik vasitə almasından xəbəri olmadığını bildirdiyini götərmişdir. (cild 1 iş vər.168-169). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanda yaşayır. İş üzrə Təqsirləndirilən şəxs2 onun doğma qızıdır və münasibətləri yaxşıdır. İş üzrə digər təqsirləndirilən şəxs Qabil Məmmədovu əvvəllər tanımamış və onun adını istintaq zamanı bilmişdir. O, öz qızı Ləman ilə birlikdə əvvəllər İrana ərzaq və paltar almaq üçün tez-tez gedib-gəlmişlər. Onun özü və ya qızı Ləman heç vaxt hər-hansı bir narkotik maddənin satışı ilə məşğul olmamışlar. Sonradan ona məlum oluşdur ki, qızı Ləmanı bu işə Qabil Məmmədov qoşmuşdur. Həmin hadisə ilə bağlı bildirmək istəyir ki, 22 yanvar 2020-ci il tarixdə o, öz qızı Ləman ilə birlikdə Astara gömrük buraxılış məntəqəsindən keçərək İrana ərzaq malları almaq üçün getmişlər. Onlar sərhədi keçəndən sonra Ləman bir taksi maşını saxlatdırmış və onlar həmin avtomobilin arxa oturacağına oturmuşlar. O zaman həmin avtomobilin qabaq oturacağında əvvəllər tanımadığı bir kişi oturmuşdur. Onun özü həmin şəxsi tanımasa da həmin adam onlarla salamlaşdığına görə həmin adamın qızı Ləmanı tanıdığını başa düşmüşdür. Sonra onlar həmin taksi avtomobili ilə yaxınlıqda olan bazarın yanında düşmüş və həmin şəxs də maşından düşüb onlardan ayrılmışdır. Həmin şəxslə söhbət etməsələrə də, həmin adamın sifəti onun yadında qalmışdır və o, tam əmindir ki, həmin şəxs Qabil olmuşdur. Bundan sonra o, öz qızı Ləman ilə birlikdə oradakı bazarda gəzərək bazarlıq etmiş və elə həmin gün nahar vaxtından sonra Ləman ilə birlikdə gömrük məntəqəsindən keçib İrandan Lənkəran şəhərindəki evlərinə getmişlər. Sonra isə qızı Ləman ilə birlikdə Bakı şəhərində yaşayan digər qızına baş çəkmək üçün Bakı şəhərinə yola düşmüşlər. Elə həmin gün gecə vaxtı qızı Ləman ilə birlikdə Bakı şəhəri «Qara Qarayyev» metrosunun yaxınlığında yaşayan qızının evinə gəlmişlər və həmin gündən etibarən bir neçə gün qızının evində qalmışlar. Bakı şəhərində bir neçə gün qaldıqdan sonra, yəni 26 yanvar 2020-ci il tarixdə səhər saatlarında qızı Ləman rayona qayıtmaq istədiyini ona bildirərək Lənkəran şəhərinə çıxıb getmiş, onun özü isə öz qızının evində qalmışdır. Ləman rayona çıxıb gedəndən sonra həmin gün saat təxminən 18 radələrində Ləman ona zəng edərək bacısıgilin evinin yaxınlıqda olan məktəbin qarşısına getməmini və bir nəfər tanışının ona iki yüz manat pul verməli olmasını və həmin adamdan pulu almasını demişdir. O, qızının yaşadığı evdən çıxaraq yaxınlıqda olan məktəbin qabağına getmiş, lakin həmin vaxt əvvəllər tanımadığı bir neçə şəxs ona yaxınlaşaraq onun adını soruşmuş və onun adının İlhamə olduğunu bildirdikdən sonra özlərinin polis işçiləri olmalarını demiş və o, buna etiraz etsə də onu saxlayıb Abşeron rayon polis idarəsinə aparmışlar. Orada polis işçiləri bir nqəfər qadın dəvət edib onun üst-başını yoxlamış, lakin onun üzərindən heç bir narkotik və ya başqa qanunsuz əşya olmamışdır. Sonra həmin polis idraəsində ona məlum olmuşdur ki, polis işçiləri Təqsirləndirilən şəxs1 adlı şəxs tutulmuşlar və həmin adamın üzərində narkotik maddə olan heroin aşkar olunmuşdur və Qabil adlı şəxs həmin narkotikin onun öz qızı Ləman ilə birlikdə İrandan Azərbaycana gətirdiklərini və sonra qızı Ləmanın ona verdiyini bildirişdir. O isə polis işçilərinə həqiqətən 22 yanvar 2020-ci il tarixdə öz qızı Ləman ilə birlikdə İrana getdilərini, lakin orada bazarlıq etdikdən solnra elə həmin gün Lənkəran şəhərinə qayıtdıqlarını və sonra isə Bakı şəhərinə öz qzının evinə qonaq gəldiklərini bildirmişdir. O, polis işçilərinə həmin Qabil adlı adamı tanımadığını və heç bir narkotik maddəni İrandan Azərbaycana gətirmədiyini bildirmişdir. Lakin, o zaman polis işçiləri onun dedliklərinə inanmayaraq onu həbs etmişlər. Lakin, sonradan ona məlum olmuşdur ki, həmin tarixdə qızı Ləman ilə birlikdə İrana getdikdən sonra Qabil onun xəbəri olmadan onun qızı Ləmana bir büküm narkotik vermiş və həmin narkotiki Aəzərbaycana gətirməsi üçün ona beş yüz manat pul vəd etmişdir. Beləliklə, Qabil öz qızı yaşında olan Ləmanı aldadaraq bu işə qoşmuş, qızı Ləman isə bu barədə ona bir söz deməmişdir. Bu işdə onun günahı olmadığı sübut olunduğuna görə sonradan onun özünü hbəsdən azad etmişlər, lakin qızı Ləman həbsə alınmışdır. Belə hesab edir ki, Qabil onun qızı Ləmanın cavan qadın olması və maddi baxımdan pis dolanmasından istifadə edərək qızı Ləmanı aldadıb bu işə cəlb etmişdir. Polis işçiləri onun özünü saxlayıb Abşeron RPİ-nə apardıqdan sonra orada polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmiş və o, Qabil adlı şəxsi tanımadığını həmin şəxslə heç bir münasibəti olmadığını bildirmişdir. 26 yanvar 2020-ci il tarixdə qızı Ləman Lənkərana çıxıb getdikdən sonra Ləman özü ona zəng edərək Qabil adlı tanışının ona 200 manat borcu olmasını demiş və məktəbin qarşısına çıxaraq həmin adamdan pulu götürməsini xahiş etmişdir. Buna görə də o, qzı Ləmanın xahişi ilə həmin yerə getişdir. Qızı Ləmanın həmin Qabil adlı şəxslə nə kimi münasibətləri olmasından onun özünün məlumatı olmamışdır. Qızı Ləman xırda alverlə məşğul olmaqla İrandan gətirdiyi geyim əşyalarını müxtəlif adamlara satmışdır və buna görə də o, Qabil adlı şəxsin qızı Ləmana alverlə bağlı borclu olmasını zənn etmişdir. 22 yanvar 2020-ci il tarixdə o, öz qızı Ləman ilə birlikdə İranda olan zaman onlar sərhədi keçdikdən sonra oturduqları taksi maşınında qabaqda oturmuş şəxsin hal-hazırda təqsirləndirilən şəxs kürsüsündə oturmuş Təqsirləndirilən şəxs1 özü olmasına o, tam əmindir. O zaman həmin şəxs onlarla birlikdə həmin taksi maşınında oradakı bazarın yaxınlığında düşmüş, sonra isə onlardan ayrılmışdır. Sonra qızı X26 ilə necə görüşdüyü və narkotiki ondan necə götürməsini onun özü görməmiş və bundan xəbəri olmamışdır. Lakin, həmin gün o, qızı Ləman ilə birlikdə oradakı bazarda mal alan zaman qızı Ləman ona ayaqyoluna gedəcəyini bildirərək təxminən on beş-iyirmi dəqiqə onun yanında olmamışdır. 22 yanvar 2020-ci il tarixdə o, öz qızı Ləman ilə birlikdə Astara gömrük buraxılış məntəqəsindən keçərək İran tərəfdə oturduqları taksi maşının sürücüsünün kim olmasını o, bilmir və qızı Ləmanın həmin şəxsi tanıyıb-tanmadığı ona məlum deyil. İran İslam Respublikasının vətandaşı olan «Behman» adlı şəxsi onun özu tanımır və şəxsin Təqsirləndirilən şəxs1la nə kimi əlaqələri olması barədə onun məlumatı yoxdur. Onun qızı Ləmanın 2008-ci təvəllüdlü qızı və 2010-cu il təvəllüdlü bir azyaşlı oğlu vardır və hal-hazırda həmin uşaqlara onlara baxırlar. Qızı Ləman rəsmi qaydada ailə qurmuş, lakin həyat yoldaşı ailəsinə baxmadığına görə sonra onlar boşanmışlar. Onun özünün də maddi imkanı olmadığına görə qızı Ləman maddi baxımdan çətinliklə dolanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və həmin şəxslərin adlarını istintaq zamanı eşidib bilmişdir. Onun özü 2018-ci ilin iyun ayından hal-hazırki vaxta qədər Azərbaycan Respublikası Astara Gömrük buraxılış məntəqəsində sərnişin-piyada nəzarəti üzrə inspektor vəzifəsində işləyir. Onun işi əsasən İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olan şəxslərin əl yüklərinin yoxlanması işini həyata keçirməkdən ibarətdir. Əgər hər hansı bir əməliyyat məlumatı olduğu halda və yaxud hər hansı bir səxsin şübhəli olduğu halda, bu halda məsul işçilərin iştirakı ilə protokol tərtib olunmaqla həmin şəxsin üzərinə fiziki baxış keçirilir. 22 yanvar 2020-ci il tarixdə onun özü xidmətdə olmaqla İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olan şəxslərin əl yüklərini yoxlamış və hər-hansı bir şübhəli hal olmamışdır. Lakin, 2020-ci ilin yanvar ayının sonlarında rəhbərliyin deməsindən sonra ona məlum olmuşdur ki, 22 yanvar 2020-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olan Təqsirləndirilən şəxs2 adlı qadın öz bədənində gizlətməkdə azərbaycana qanunsuz olaraq narkotik maddə heroin keçirmiş və həmin fakt sonradan polis əməkdaşları tərəfindən müəyyən olunmuşdur. Bir daha bildirir ki, hal-hazırda təqsirləndirilən şəxs kürsüsündə oturmuş Təqsirləndirilən şəxs2 ilə onun əvvəllər heç bir tanışlığı olmamışdır. Həmin qadın həmin tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olan tanımadığı şəxslərdən biri olmuş və nəzarətdən keçən zaman həmin qadınla bağlı heç bir məlumat və ya şübhə doğuran hal olmamışdır. Təqsirləndirilən şəxs1 da onun özü əvvəllər şəxsən tanımamış və həmin şəxs də adi qaydada yoxlamadan keçərək Azərbaycana gəlmiş şəxlərdən biri olmuşdur. 22 yanvar 2020-ci il tarixdə onun özü xidmətdə olan zaman həmin şəxslər İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olan həmin şəxslərin əl yüklərini yoxlamış, lakin hər-hansı bir şübhəli hal müəyyən edilməmişdir. O, Şahid3 adlı qadını şəxsən tanımır. Lakin, həmin tarixdə Təqsirləndirilən şəxs2 öz anası Şahid3 ilə birlikdə gömrük postundan keçən zaman şübhəli olmadıqları və həmin şəxslər barədə hər hansı bir əməliyyat məlumatı olmadığına görə həmin şəxslərin üzərinə fiziki baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsinə nə kimi aidiyyəti olması və həmin tarixdə narkotik vasitəni İran İslam Respublikasında kimdən əldə etməsi barədə onun məlumatı yoxdur və bu barədə onlarda heç bir əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, «Cinayət işi başlama və icraata götürmə barədə» 27 yanvar 2020-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Abşeron RPİ-nin İŞ-nin müstəntiqi R.Ə.Adilbəyli tərəfindən 26 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə aparılıb üzərində şəxsi axtarış aparılan zaman üzərindən təmiz çəkisi 35,274 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə işi başlanaraq icraata qəbul edilib istintaq aparılmışdır. (cild 1, iş vər. 1). İşdə olan 26 yanvar 2020-ci il tarixli raportdan görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən həmin tarixdə Abşeron RPİ-nin rəisinə rəsmi raportla müraciət edərək Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində narkotik vasitə olan heroini üzərində gəzdirməsində şübhəli olması barədə məlumat olduğu və həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs1 cinayət başında ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsinə və əməliyyat qrupunun yaradılmasına icazə verilməsini xahiş etmişdir. Həmin raport Abşeron RPİ üzrə «Daxilolma № 588» qeydiyyat sayı üzrə 26 yanvar 2020-ci il tarixdə qeydiyyata alınmışdır. (cild 1, iş vər. 04). “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 26 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı əməliyyat-axtarış tədbirləri keçirilməsi, saxlanılan zaman Azərbaycan Respublikası CPM-nin 34,236, 246.2.1-ci maddlərinin tələblərini rəhbər tutaraq onun üzərinə və mənzilinə müvafiq qaydada baxış keçrilməsi qərara alınmış və həmin Qərar Abşeron RPİ-nin rəisi Ş.Şəmşirli tərəfindən həmin tarixdə təsdiq edilmişdir. (cidl 1, iş vər. 6). «Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında» 26 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22-30 radələrində Abşeron RPİ-nin TŞ-nin təhqiqatiçısı A.F.Gülməmmədov tərəfindən Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər. 21). “Şəxsi axtarış və götürmə haqqında” 26 yanvar 2020-ci il tarixli, Abşeron RPİ-nin TŞ-nin təhqiqatiçısı A.F.Gülməmmədov tərəfindən tərtib olunmuş protokoldan görünür ki, 26 yanvar 2020-ci il tarixdə Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli bilinərək Abşeron RPİ-nə aparılmış Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçrilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 könüllü olaraq öz üzərində olmaqla qara rəngli sellofana bükülmüş bir ədəd bükümü təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmiş, həmin büküm elektron tərəzidə çəkilməklə onun ümumi çəkisinin 37,274 qram olması müşahidə edilmiş və həmin büküm ekspertizaya təqdim ediməsi üçün bir ədəd zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtraış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bundan başqa qanunla dövriyyəsi qadağan edilmiş başqa əşya aşkar olunmamış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi “Samsung” markalı mobil telefon həmin protokola əlavə edilmişdir. (cild

1. İş vər. 27-29). “Şəxsi axtarış və götürmə haqqında” 26 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, 26 yanvar 2020-ci il tarixdə Abşeron RPİ-nə aparılmış Şahid3 üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçriilmiş və onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Səlimova X2 Qabil Nadir oğlunun tanımadığını və İran İslam Respublikası sərhədindən Azərbaycan Respublikasına narkotik vasitə keçrimədiyini bildirmişdir. (cild 1, iş vər 49-50, 51). “Axtarış aparılması haqqında” 27 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 yaşıdığı ünvan 8 ünvanında videoçəkiliş aparılaqla axtarış keçirlmişdir. Axtarış zamanı həmin mənzildə qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. (cild 1, iş vər. 56, 57). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 27 yanvar 2020-ci il tarixli, 1958 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görnür ki, tədqiqata təqdim edilmiş üzərində ".Təqsirləndirilən şəxs1..." sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 35,274 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Heroinin təmiz çəkisi 35,274 qram olmaqla, 0,05 qram tdqiqata sərf edilmiş, qalıq çəkisi 35,224 qramdır. (cild 1. iş vər. 60-61). “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 26 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2,234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və müdafiəçinin iştirakı ilə həmin qərar ona elan olunmuşdur. (cild 1, iş vər. 77-78). Abşeron Rayon Məhkəməsinin 4(012)-39/2020 saylı 26 yanvar 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 26 yanvar 2020-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vər. 110-111). “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 26 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qisində cəlb edilməsi və həmin qərar müdafiəçinin iştirakı ilə ona elan edilmişdir. (cild 1, iş vər. 114-115). Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 03 fevral 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 129). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 fevral 2020-ci il tarixli, 012-3405-1220 saylı məktubu ilə daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası vətəndaşının C02564960 saylı AZE seriyalı pasoprtdan istifadə etməklə 08.05.2019-cu il tarixdən Astara sərhəd buraxılış məntəqəsindən keçməklə mütəmadi olaraq İran İslam Respublikasına gedib-gəlmişdir. O cümlədən, sonuncu dəfə isə 22 yanvar 22020-ci il tarixdə saat 11-34-də Astara Gömrük sərhəd buraxılış məntəqəsindən İran İslam Respublikasına keçmiş, həmin tarixdə saat 15- 15 radələrində isə əks istiqamətdə, İran İslam Respublikasından Azərbaycana Respublikasının ərazisinə daxil olmuşdur. (cild 1, iş vər. 145-147). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 sentyabr 2020-ci il tarixli, 012-5691-1220 saylı məktubu ilə daxil olmuş məlumatdan görünür ki, Şahid3 sonuncu dəfə 22 yanvar 2020-ci il tarixdə saat 11:34-də Astara Gömrük sərhəd buraxılış məntəqəsindən İran İslam Respublikasına keçmiş, həmin tarixdə saat 15- 15-də isə əks istiqamətdə İran İslam Respublikasından Azərbaycana Respublikasının ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası vətəndaşının C02279237 saylı AZE seriyalı pasportdan istifadə etməklə 21 yanvar 2020-ci il tarixdə saat 14-51 radələrində Astara Gömrük sərhəd buraxılış məntəqəsindən İran İslam Respublikasına keçmiş. 22 yanvar 2020-ci il tarixdə saat 16-36 radələrində isə əks istiqamətdə, İran İslam Respublikasından Azərbaycana Respublikasının ərazisinə daxil olmuşdur. (cild 1, iş vər. 158-160). “Axtarışda olan şəxsin tutulması barədə” 01 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərfindən keçirilmiş əməliyyavt tədbiri zamanı Təqsirləndirilən şəxs2 01 aprel 2020-ci il tarixdə saat 19-30 radələrində Lənkəran şəhəri, M.Hüseynzadə küçəsi ev 9/1 ünvaında tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilməsindən ötrü rayon polis idarəsinə gətirilmişdir. Baxış zamanı onun üzərindən heç bir cinayət xarakterli əşya aşkar edilməmişdir. (cild 1, iş vər.171). Abşeron Rayon Məhkəməsinin 4(012)-141/2020 saylı 03 aprel 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində 01 (bir) ay, 27 (iyirmi yeddi) gün müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01.04.2020-ci il tarixdən hesablanmışdır. (cild 1. iş vər. 209-212). Təqsirləndirilən şəxs2 məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 04 aprel 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhum olunmamışdır. (cild 1, iş vər. 214-216). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın 26 fevral 2020-ci il tarixli, 509 saylı rəyindən görünür ki, müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vər. 220-221). Məhkəmə-narkoloji ekspertizanın 02 aprel 2020-ci il tarixli, 846 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə etmə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vər. 224-225). “Baxış keçirilməsi haqqında” 30 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olna heroinin aşkar edilməsi ilə əlaqədar tərtib edilmiş protokola əlavə edilmiş bir ədəd diskə baxış keçirilmiş, həmin diskə “HP” markalı kompyuterə taxılraq diskdə olan videgörüntülər müşahidə edilmişdir. Diskdə olan görüntülər üzrə müəyyən edilmişdir ki, Abşeron RPİ-nin TŞ-nın təhqiqatçısı Ayaz Gülməmmədov tərəfindən, əməliyyat müvəkkili Rüsəm Vahidov, Şahid2 və müdafiəçi Məhəmməd Quliyevin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə zamanı sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan vibindən bir büküm təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni İİR-da «Behnam» adlı şəxsdən aldığını, həmin narkotik vasitəni Ləman ona verdiyini, narkotik vasitəni İİR-dan 500 manat pul müqabilində Ləman və sonuncunun anası, adını dəqiq bilmədiyi İlhamə və ya İlahə ilə birlikdə həmin narkotik vasitəni Azərbaycana gətirdiyini, həmin gün Ləmanın narkotik vasitəni Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş yaşayış massivinə gətirib ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş büküm elektron tərəzidə çəkilərək onun çəkisinin 37.89 qram təşkil etdiyi, Təqsirləndirilən şəxs1 üzərində olan bir ədəd “Samsung” markalı mobil telefonda aşkar edilərərk götürüldüyü öz əksini tapdığı müəyyən edilmişdir. (cild 2, iş vər. 41). “Baxış keçirilməsi haqqında” 01 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zənglər barədə «xxxx» MMC-dən daxil olmuş məlumatlar olna diskə baxış keçrilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs X9 istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zənglər barədə «xxxx» MMC-dən daxil olmuş məlumatlar olan disk HP markalı komyuterə daxil edilib diskdə olan məlumatlara və bu barədə çıxarışlara nəzərdən keçirilmiş və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsi zənglərin qeydə alınmadğı aşkar edilmişdir. (cild 2, iş vər. 51, 52-62). Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanda X6, 2008-ci il təvəllüdlü X10, 2010-cu il təvəllüdlü X4 yaşayırlar. (cild 2, iş vər. 89). Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri, F.Məmmədov küçəsi, ev 17-də yaşadığı müddət ərzində özünü ərazidə və ictimai yerlərdə sakit aparmış, heç bir şəxslə pis münasibətdə olmamışdır. Ailəlidir, 2 azyaşlı övladı vardır. Şəxs barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. (cild 2, iş vər. 90). İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 23.11.2008-ci təvəllüdlü X10 və 27.06.2010-cu il təvəllüdlü X4 adlı iki azyaşlı övladı vardır. (cild 2, iş vər. 91-92). AR DİN Abşeron RPİ-nin CAŞ-nın rəis vəzifəsini icra edən, polis mayoru Mübariz Əliyev tərəfindən həmin idarənin istintaq şöbəsinin rəisi Vilayət Kazımova ünvanlanmış məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirlləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni İİR-da naməlum şəxsdən əldə edərək, əvvəlcədən razılaşdığı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni vermiş və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində Təqsirləndirilən şəxs1 yaşadığı evdə ona vermişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 anası Şahid3 qeyd edilən narkotik vasitənin əldə edilib Azərbaycan keçirilməsindən xəbəri olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.(cild 2, iş vər. 97). Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Saray qəsəbəsi X18 üzrə nüməyəndəlik təərfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki 37 nömrəli evdə qeydiyatdadır. Abşeron rayonu İHB-nın Saray qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs1 barəsində istər qəsəbə əhalisi tərfindən, istərsə də qonşuları tərəfindən heç bir yazılı və şifahi ərizə daxil olmamışdır. (cild 2, iş vər. 132-133). İş materiallarına əlavə edilmiş X11 məxsus vəsiqədən və X7 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladı vardır. (cild 2, iş vər. 134-135). İş üzrə keçirilmiş məhkəmə-texniki ekspertizasının 06 noyabr 2020-ci il tarixli, 5/808 saylı rəyindən görünür ki, təqdim edilmiş sensor ekranlı "Android" əməliyyat sistemi ilə təchiz olunmuş "Samsung Galaxy J3” markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “SM-J330G/DS" modelli "354814/09/148532/2. 354815/09/148532/9" irnei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin tədqiqi hissəsinin 2-ci bəmdində göstərilən səbəblərə görə tədqiq olunan "Samsung Galaxy J3” markalı "SM-J330G/DS" modelli mobil smartfonun yaddaşından məlumatları silmədən ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy J3” markalı “SM-J330G/DS" modelli mobil smartfonun yaddaşından hər hansı bir (“sms” mesaj, "WhatsApp" proqram təminatı və "İnstqram" sosial şəbəkəsi vasitəsi ilə aparılmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. (cild 2 iş vər. 174-175). “Sübutların qiymətləndirilməsi barədə” 16 noyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan edilməsi, əməlində cinayət tərkibi olmadığında cinayət işi üzrə icraatda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs Şahid3 barəsində cinayət təqbinə xitam verilməklə, barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməsi və bu barədə ayrılmış material saxlanılması üçün Abşeron rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitəni satan şəxsiyyəti istintaqa məlum olmayan “Behnam” adlı şəxsin müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edilməsi, Təqsirləndirilən şəxs1 Nadir oğlundan götürülmüş və tədqiqatdan sonra qalıq qalan 35,224 qram heroinin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPŞ-nin anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs1 üzərindən külli miqdarda narkotik vasitə olan heroinin aşkar edilib götürülməsinə dair şəxsi axtraış və götürmə haqqında protokola əlavə edilmiş bir ədəd disk maddi sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. (cild 2, iş vər 176- 186). İş materillarına əlavə edilmiş Bakı İstintaq Təcridxanası tərəfində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş. Barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlanıldığı müddət ərzində rəhbərlik tərəfindən ona nümunəvi davranışa görə iki dəfə “Təşəkkür” elan olunmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 və cavabdeh Təqsirləndirilən şəxs2 arasında Lənkəran rayon Qeydiyyat şöbəsində 13.09.2008-ci il tarixdə 454 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və 23 noyabr 2008-ci il təvəllüdlü X10 və 21 iyun 2010-cu il təvəllüdlü X4 atası X1 himayəsində və yanında saxlanılmışdır. Məhkəmə baxışında tədqiq edilmiş iki ədəd «DVD» diskdə olan videgörüntülərdə “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 26 yanvar 2020-ci il tarixli protokol, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 yanvar 2020-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə,məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslərin yuxarıda qeyd olunan cinayət əməllərini törətmələrində təqsirli olmaları onların özlərinin hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxslərin iş üzrə ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri ilkin izahatları, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, İstintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolları əyani əks etdirildiyi DVD diskə köçürülməklə iş materillarına əlavə edilmiş video görüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, ona qarşı irəli sürülmüş ittihamla bağlı narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini və özünü narkotik vasitələrin satışı ilə məşğul olmadığı barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadələr özünün ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadələrdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs1 iş üzrə təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına və işin hallarına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitərinin miqdarını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Dövlət sərhədini keçmələri barədə məlumatlarda hər ikisinin eyni tarixdə Azərbaycan Respublikası ərazisinə giriş etmələrinə dair məlumatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların təqsirkarın özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr, psixotrop maddələr və prekursorlar olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyriqanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarında göstərilmiş tövsiyələri, iş materiallarında olmaqla mötəbər sübutlarla müəyyən edilmiş halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma, satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan tanışları İran İslam Respublikası vətəndaşı “Behman” adlı şəxs ilə şəvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə, qrupun digər üzvü ilə sıx əlaqədar olmaqla yuxarıda qeyd olunan cinayət əməllərini törətdikləri tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cavanlığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını faktiki olaraq tutulduqdan sonra verdiyi məlumatlarla digər şəxslərin cinayət əməllərinin açılmasına köməklik göstərməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə ağır cinayət əməlləri törətməkdə təqsirli bilindikləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə isə əsasən onlar cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizalarının rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübutlar Abşeron rayon PŞ-nin anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan 35,224 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş 27 yanvar 2020-ci il tarixdə keçirilmiş “Axtarış aparılması haqqında” və 26 yanvar 2020-ci il tarixdə keçirilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətlərinin protokolların əlavə edilmiş video görüntüləri özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 124,94 (yüz iyirmi dörd manat, doxsan dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CMnin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə və CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 26 yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CMnin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə və CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 01 aprel 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Abşeron rayon PŞ-nin anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan 35,224 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş 27 yanvar 2020-ci il tarixdə keçirilmiş “Axtraış aparılması haqqında” və 26 yanvar 2020-ci il tarixdə keçirilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətlərinin protokolların əlavə edilmiş video görüntüləri özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərci cəmi 124,94 (yüz iyirmi dörd manat, doxsan dörd qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar