Məhkəmə qərarları › İş №1(101)-538/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-538/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-538/2023 20.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X1 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X2 iştirakı ilə, xx xxxxxxx 1966-cı ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşamış, 04 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri, xx xxxxxx 1980-cı ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 yaşamış, 04 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 03 iyun 2022-ci il tarixdə şəxsiyyəti “Baloğlan” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən, sonuncunun ona mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə satış məqsədi ilə külli miqdarda - ümumi təmiz çəkisi 6,884 qram olan narkotik vasitə heroini əldə edərək qrup üzvü Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 evə daşımaqla saxlamış, həmçinin qrup üzvü Təqsirləndirilən şəxs2 həmin mənzili narkotik vasitələrin istehlakı üçün elektron tərəzi və şprislər ilə təhciz etməklə qanunsuz olaraq əldə etdikləri narkotik vasitələri ayrı-ayrı bükümlərə bölməklə istehlakçılar üçün əlverişli və yararlı vəziyyətə gətirib tanışları Şahid5 və şəxsiyyəti məlum olmayan digər şəxslərə həmin ünvanda narkotik vasitə istehlakı üçün tiryəkxana təşkil etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 04 iyun 2022-ci il tarixdə saat 20 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2la birgə sonuncunun yaşadığı ünvanda tanışı Şahid5 20 manat pul müqabilində həmin narkotik vasitə heroinin 0,530 qram hissəsini satmış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid5 04 iyun 2022-ci il tarixdə saat 20:10 radələrində ünvan 5 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 “B” ünvanında yerləşən Bakı şəhəri, Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində Şahid5 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın arxa sağ cibindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə satdığı 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,530 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara damalı ağ xətli köynəyin sol döş cibindən 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,341 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman isə əynində olan göy idman şalvarının sağ yan cibindən onun və Şahid5 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş və komponentlərinə görə eyni olan 1 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,480 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 04 iyun 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami RPİ, Narkotiklərlə mübarizə bölməsinin və 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvanda yerləşən evə baxış keçirilərkən mənzilin yataq otağında güzgülü dolabın siyirməsindən bir ədəd şəffaf bükümdə külli miqdarda - təmiz çəkisi 5,533 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi və iki ədəd şpris aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, istintaq zamanı müstəntiqə ifadə verməmişdir, buna görə də məhkəməyə verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edir. Belə ki, tutulduqları gün Zamiq ona zəng vuraraq evin kirayəsini ödəyə bilmədiyi üçün 50 manat borc pula ehtiyacı olduğunu demiş, o da, pulu Zamiqə vermək üçün onlara getmiş və orada olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona böyük bir bükümü göstərib həmin bükümün ona aid olduğunu deyərək boynuna qoymaq istəmişlər. O isə, boynuna almadığı üçün ona qarşı güclü təzyiqlər olmuş, polis əməkdaşları tərəfindən iki dəfə vurulduğu üçün ürəyi getmiş, onu su tökərək ayıltmışlar. Daha sonra polis əməkdaşları tərəfindən o, 24-cü Polis şöbəsinə aparılmış, digər 2 qram çəkidə narkotik vasitə də göstərilərək ikisindən birini boynuna almasını təklif etmişlər. Ona məhkəmə qarşısına çıxarılcağını, sonra isə cərimə edilib buraxılacağını bildirilmişlər. O da, əlacsız qaldığı üçün həmin narkotik vasitənin özünə məxsus olduğunu qəbul etmiş, kamera ilə çəkiliş zamanı cibinə qoyulan bükümü çıxararaq təqdim etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 sanksiya zamanı məhkəmə qarşısına çıxarılarkən heç bir şey danışmadığını, ondan yalnız adının və soyadının soruşlduğunu, həmin vaxt döyülməsi barədə heç nə demədiyini, polis işçiləri tərəfindən saxlanılarkən qandalı ona arxadan vuraraq belinə çıxdıqları və başına vurduqları üçün üzərində xəsarət izlərinin olmadığını, təcridxanaya gətirildikdə ondan xəsarətlərinin olub-olmaması barədə heç bir şey soruşulmadığını, Zamiqlə Naxçıvanda yaşayarkən qonşu olduqlarını, Bakıda olduqları vaxt Zamiqin onun evindən 200 metr kənarda kirayə ev tutaraq ailəsini də gətirənə qədər tək yaşadığını bildiyini, bir neçə dəfə onu evinə dəvət etdiyini, həbsdən azad olunduqdan sonra Zamiqi görmədiyi üçün və yaxınlıqda kirayə ev tutduğunu eşitdikdən sonra onun yanına dərdləşməyə getdiyini, növbəti dəfə isə Zamiqin ondan 50 manat borc pul istədiyi üçün onlara getdikdə polis əməkdaşları tərəfindən saxlanıldığını, Bakıda olarkən burada heç bir işlə məşğul olmadığını, özünün narkotik düşkünü olmadığını, lakin ondan istifadə etdiyini, Zamiqgildə olarkən onlardan başqa Rövşənin də orada olduğunu, Zamiqin ona Rövşənin də 100 manat borc pul gətirəcəyini bildirdiyini, Rövşənin narkotik vasitə istifadə edibetmədiyini bilmədiyini, polis işçilərinin evə girərək onları döydüklərini, həmin vaxt onların üzərindən heç bir şey çıxmadığını, ifadəni qarşısına qoyaraq ona imza etdirdiklərini, videoçəkiliş keçirilərkən onun üzərinə bir büküm qoyduqlarını, həmin bükümü götürməsə, daha artıq çəkidə narkotik vasitəni qəbul etməli olacağını dediklərini, “Baloğlan” adlı şəxsin Astaralı olduğunu və ona zəng edərək narkotik vasitə təklif etdiyini, lakin onun bu təkliflə razılaşmadığını, iyun ayının 3-ü, ya da 4ündə, axşam saat 8-9 radələrində Zamiqgilin evinə getdikdən təxminən 2-3 dəqiqə sonra saxlanıldıqlarını, onu döyən polis əməkdaşlarını üzdən tandığını, lakin adlarına bilmədiyini, evdə olarkən birlikdə narkotik vasitə istifadə etmədiklərini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Naxçıvan şəhərində olarkən orada Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və Bakı şəhərində də sonuncu ilə münasibəti qalmışdır. Narkotik vasitələr istifadə etməyə başlayarkən Zamiqin də narkotik vasitələr istifadə etməsini öyrənmiş və sonuncu ilə əvvəllər bir neçə dəfə görüşüb, bir-birinə narkotik vasitələr verərək istifadə etmişlər. Buna görə də onların hansında narkotik vasitə olmuşsa, bir-birinə istifadə etmək üçün narkotik vermişlər. Tutulmamışdan bir ay əvvələ qədər Zamiq ünvan 8 ünvana köçmüşdür. O da, narkotik vasitə əldə edərkən Zamiqin həmin mənzilinə aparmış və orada birlikdə həmin narkotik vasitədən istifadə etmişlər. O, narkotik vasitəni müxtəlif mənbələrdən, o cümlədən internet vasitəsilə tanış olduğu “Baloğlan” adlı İran İslam Respublikasının vətəndaşından əldə etmişdir. Həmin “Baloğlan” ona göndərdiyi hesab nömrəsinə pul göndərmiş və sonuncu da, ona narkotik vasitənin olduğu yerin şəklini atıb harada olduğunu izah etmişdir. Zamiq özü də müxtəlif mənbələrdən narkotik vasitə əldə etmişdir. Lakin bu barədə onun dəqiq məlumatı olmamışdır. Sonuncu dəfə 03 iyun 2022-ci il tarixdə axşam saatlarında həmin “Baloğlan” adlı şəxslə əlaqə saxlamış, 120 manatlıq heroin sifariş vermiş və onun hesabına kartına post-terminal vasitəsilə 120 manat pul köçürmüşdür. «Baloğlan» narkotik vasitənin yerini izah edib şəkillərini göndərmiş, o, narkotik vasitəni götürdükdən sonra həmin şəkilləri və «Baloğlan»la olan danışıqlarını telefonundan silmişdir. Əldə etdiyi narkotik vasitəni həmin gün üzərində saxlamışdır. 04 iyun 2022-ci il tarixdə axşam saatlarında Zamiqin yaşadığı B.Nuriyev küçəsi, 81 ünvanına getmişdir. Orada Zamiqlə narkotik vasitə istifadə etmək istəyərkən qapı döyülmüş və sonradan adının Rövşən olduğunu bildiyi şəxs evə daxil olmuşdur. Zamiqin evində narkotik vasitə istifadə etmələri üçün Zamiq özü bir neçə ədəd şpris və “falqa" hissəcikləri düzəldib evində saxlamışdır. Rövşən Zamiqlə danışarkən onu “ağrıdan” çıxarmasını istəmişdir. Rövşənin üzərində pul olmamışdır. Zamiq isə sonuncuya evin kirayəsi üçün ona 100 manat borc pul verməsini bildirmişdir. Rövşən bununla razı olub, 05 iyun 2022-ci il tarixdə evin kirayəsi ödəmək üçün Zamiqə 100 manat borc pul verəcəyinə söz vermişdir. Bundan sonra Zamiq ondan Rövşənə narkotik vasitə verməsini istəmiş, o da, buna razı olmuşdur. Lakin Rövşənin ona 20 manat pul verəcəyini bildirmiş, Rövşən də ona 20 manat borclu qaldığını deyərək narkotik verməsini istəmişdir. O, Rövşənə 1 qrama yaxın narkotik vasitə heroin vermişdir. Bundan sonra hər üçü həmin mənzildə narkotik vasitə olan heroindən istifadə etmişlər. Rövşən narkotikdən bir hissəsini ayırıb istifadə etmiş, o isə, Zamiqlə özünün gətirdiyi ümumi heroindən və ya evdə olan başqa heroindən hərəsi bir istifadəlik ayırıb ciblərinə qoymuş, üçü də birlikdə həyətə çıxmışlar. Bu zaman onları binanın qarşısında polis əməkdaşları saxlamış, onların adlarını soruşduqdan sonra onları saxlayaraq 24-cü polis şöbəsinə gətirmişlər. Onlara hüquq və vəzifələri izah olunmuş, həmçinin vəkil dəvət olunmuşdur. Şəxsi axtarış zamanı o, əynindəki köynəyin sol döş cibindən içərisində heroin olan şəffaf selofan bükülünü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində olan maddənin narkotik vasitə “kokos” olduğunu qeyd etmişdir. Bundan sonra aşkar olunmuş heroin qablaşdırılmış və üzəri imzalanmışdır. O, Zamiqin yaşadığı ünvan 9 ünvanda mütəmadi narkotik vasitə istifadə edir, lakin o, olmayanda Zamiq özü evində kiməsə narkotik vasitə satırsa və ya orada kimsə narkotik vasitə istifadə edirsə, bunu o, dəqiq bilmir. Bununla belə Zamiqlə yaxın tanışları olarsa, sonuncuya evdə narkotik vasitə istifadə etməsinə imkan yaradırlar. Həmin şəxs də pulu vardırsa, istifadə etdiyi narkotikin pulunu onlara verir, yoxdursa ya borclu olur, ya da onlar həmin tanışlarına həmin verdikləri narkotik vasitəni “hədiyyə” etmiş olurlar. Təqsirləndirilən şəxs2 mənzilində olan elektron tərəzi və sprislər narkotik vasitə istifadə etmək üçündür və onları Zamiq almışdır. Həmçinin o da, elə vaxt olmuşdur ki, Zamiqin evinə spris alıb aparmışdır ki, istifadə etsinlər. Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 dindirmə protokolunun hər bir vərəqində olan imzaların və sonda yazılmış qeydin ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, dindirmə protokolunu oxumadan imzaladığını, buna görə də həmin ifadəni qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 oğlu elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis işçiləri tərəfindən saxlanılarkən onlara təzyiq göstərilmişdir. Onlara qarşı müxtəlif biədəb ifadələr deyilmiş, ona narkotik vasitəni boyunlarına götürməli olduğunu, əks halda daha ağır nəticələr olacağını bildirmişlər. Baxış zamanı ilk olaraq narkotik vasitə Tarzanın üstündən çıxmış, yəni polislər özləri həmin narkotik vasitəni Tarzanın üzərinə qoymuş, daha sonra çıxarmışlar. Polis əməkdaşları Tarzanla onu vurmuşlar. Tarzan üzərində olan narkotik vasitəni gördükdə təəccüblənərək, həmin narkotiki polis əməkdaşlarının üstünə atmışdır. Bu zaman polislər Tarzana həmin narkotik vasitəni götürməsini bildirmiş, onlara qarşı təzyiqlər göstərilmişdir. Təcridxanaya qəbul olunanda onun üzgözündə çapıq olmuşdur. Daha sonra onun evinə getmişlər və polislər ona otaqda güzgülü dolabın içərisinə narkotik vasitə qoyduqlarını, onu götürüb təqdim etməsini demişlər. Həmin vaxt ona qarşı edilən təzyiqlərə görə razılaşmalı olmuşdur. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin veriləcəyini bildirərək, razılaşmağa məcbur etmişlər. Polislər onun evinə tərəzi də qoymuşlar. Evdən tapılan şpris isə özünə məxsus olmuşdur. Baxış zamanı vəkil olmamışdır, çünki onun özü vəkilə ehğtiyacı olmadığını bildirmiş və vəkildən imtina etmişdir. Ona tiryəkxana təşkil etməsi barədə ittiham vermişlər. Onun evinin qabağında sahə müvəkkilinin otağı yerləşir, belə olan halda, yəni tiryəkxana təşkil edirdisə, sahə müvəkkili onu saxlamalı idi. O, narkotik vasitələrdən istifadə edir, lakin tiryəkxana təşkil etməmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, o, narkotik vasitə kimi heroindən istifadə etmişdir. Həmin narkotiki əldə etmək üçün əvvəl o, narkotik satan şəxsə zəng etmiş, daha sonra həmin narkotiki qoyulan yerdən gedib götürmüşdür. Tutulmamışdan təxminən 3- 5 gün əvvəl narkotikdən istifadə etmiş, həmin narkotiki 5-10 manata Günəşlidən alaraq iynə vurmaq yolu ilə qəbul etmişdir. O, Tarzanla bir həftə əvvəl zəngləşmiş, Tarzan gəldikdə ev sahibi zəng edərək kirayə pulunu istəmişdir. Rövşənlə o, cəzaçəkmə müəsissəsində bir yerdə olmuş, həmçinin əvvəllər bir neçə dəfə onun evində də görüşmüşlər. Sonuncu dəfə Rövşən onlara gələrkən kirayə pulunu verə bilmədiyi üçün ona 100 manat pul verməsini istəmişdir. Saxlanıldıqdan sonra onun bədənində qançırlar, başında çapıq olmuş, həmçinin Tarzana qarşı da təzyiqlər olmuşdur. Polis əməkdaşları saat 7-də evə gəlmiş, çəkiliş aparmış, ilk çəkiliş evdə olmuş və narkotik vasitəni onun özü evdən çıxarıb vermişdir. Baxış zamanı vəkili iştirak etməmiş, çəkiliş aparılarkən vəkilə ehtiyacının olmadığını demişdir. İstintaq təcridxanasına qəbul olunanda tibbi yoxlama aparılmış, ekspertizadan keçirilmiş, çapıqla bağlı soruşulduqda, döyüldüyünü söyləmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrdən isitifadə edir. Təqsirləndirilən şəxs1 Naxçıvan şəhərindən tanıyır. Sonradan bir neçə il əvvəl Bakı şəhərində onunla görüşmüşdür. Daha sonra, Tarzanın da narkotik vasitələrdən istifadə etməsini bilmişdir. Onunla əvvəllər bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişdir. Tutulmasından beş ay əvvəldən sonuncu dəfə qaldığı B.Nuriyev küçəsi, 81 saylı evdə yaşayır. O, narkotik vasitəni müxtəlif adamlardan, həmçinin anket məlumatlarını bilmədiyi iranlı şəxsdən almışdır. Narkotik vasitə əldə edərkən Zamiq onun evinə gəlmiş, sonuncu ilə birlikdə narkotik vasitədən istifadə etmişdir. O, narkotik vasitə əldə edə bilməyəndə, Tarzan narkotik əldə etmiş, onun evinə gətirib narkotik vasitəni onun evində saxlamışdır. Evdə mütəmadi olaraq Tarzanla narkotik vasitələrdən istifadə etdikləri üçün evə bir neçə ədəd şpris, bir ədəd elektron tərəzi və “falqa” hissəcikləri qoymuşdur. Tarzan onun evinə gələndə içəridə narkotik vasitələrdən istifadə etmişlər. 04 iyun 2022-ci il tarixdə axşam vaxtı Tarzan narkotik vasitə əldə etdiyini deyib, onun evinə gətirmişdir. Onlar həmin narkotik vasitənin bir qismini istifadə edib, bir qismini saxlamaq fikrində olmuşlar. Bu zaman qapı döyülmüş və Rövşən olduğunu görüb sonuncunu içəri dəvət etmişdir. Rövşən “ağrıda” olmasını bildirib, onu «ağrıdan» çıxartmağını istəmişdir. Rövşən pulunun olmadığım deyərkən o, 05 iyun 2022-ci il tarixdə yaşadığı evin 200 manat kirayə haqqının 100 manatının çatışmadığını bildirmiş, Rövşən isə həmin tarixdə ona 100 manat borc pul tapacağına söz vermişdir. Bu zaman o, Tarzana Rövşənə narkotik vasitə verməsini bildirmişdir. Tarzan Rövşənə gətirdiyi və ya əvvəldən evdə olan başqa narkotik vasitədən vermiş və Rövşən onun həbs yoldaşı, Tarzan isə dostu olduğundan bir-birlərinə inanmışlar. Rövşən aldığı narkotikə görə 20 manat Tarzana borclu qalmışdır. Rövşən Tarzanın verdiyi narkotik vasitənin bir qismini onlarla birlikdə onun mənzilində istifadə etmiş, bir qismini isə sonra istifadə etməsi üçün üzərində saxlamışdır. Bundan sonra onunla Tarzan sonuncunun gətirdiyi narkotik vasitədən və ya evdə olan başqa heroindən daha sonra istifadə etmələri üçün az miqdarda üzərlərində saxlayaraq üçü də yaşadığı evdən həyətə çıxmışlar. Yaşadığı evin qarşısında onlara yaxınlaşan mülki və polis geyimində olan şəxslər onların narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onları 24-cü Polis şöbəsinə gətirmişlər. Şöbədə hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra öz razılığı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Göy rəngli idman şalvarını sağ yan cibindən şəffaf selofan bükümdə heroin aşkar olunaraq qablaşdırılmış və üzəri imzalanıb götürülmüşdür. Bu barədə tərtib olunmuş protokolu digər iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra ona başqa yerdə qanunsuz əşya saxlayıb-saxlamamağı barəsində sual verilmiş, o isə, artıq gizlətməyin mənasız olduğunu başa düşüb, yaşadığı yerdə narkotik vasitələrin olmasını polis əməkdaşlarına bildirmiş və evinə baxış keçirilməsinə etirazı olmaması barəsində ərizə vermişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə evinə yollanmışlar. Evə baxış keçirilərkən güzgülü dolabın sağ siyirməsindən Tarzanın saxlamaq üçün verdiyi narkotik vasitə heroin aşkar olunmuşdur. Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 həmin ifadənin düz olmadığını, Rövşəndən 100 manat istəməsi barədə yazılanların doğru olduğunu, onda tərəzi olmadığını, ilk çəkilişin evdə olduğunu, daha sonra bölmədə baxış keçirildiyini, polis əməkdaşlarının onun evinə basqın edərək ona işgəncə verdiklərini, sonra isə bölməyə gətirdiklərini, müstəntiqin ona heç bir sənəd təqdim etmədiyini bildirdi. İbtidai istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş və həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi sərbəst ifadəsini bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı təsdiq etmişdir (cild 1, iş vərəqi 106-109). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 05 noyabr 2022-ci il tarixdə məhkəmə-tibb ekspertizasından keçərkən xx.xx.2022-ci il tarixdə saat 22:15-də Yasamal rayonu ərazisində saxlanılarkən qaçdığını və yıxılaraq sağ dizinin sıyrıldığını bildirmişdir (cild 2, iş vərəqi 39). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 04 iyun 2022-ci il tarixdə işlədiyi bölməyə Şahid5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxslərin ifşa olunması məqsədi ilə Nizami RPİ NMB-nin və 24-cü Polis şöbəsinin əməkdaşlarının daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 21:10-da ünvan 10 ünvanın qarşısında olan üç nəfərin xarici əlamətlərinin məlumatda adları qeyd olunan şəxslərin əlamətləri ilə üst-üstə düşdüyündən onlar Nizami RPİ, 24-cü Polis şöbəsinə aparılmışdır. Şöbədə hər üç şəxs üçün vəkil dəvət olunmuş və onların üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Şahid5, sonra Təqsirləndirilən şəxs1, sonda isə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, onlara hər hansı bir qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Hər üç şəxsin üzərindən az miqdarda narkotik vasitə şeroinə bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr qablaşdırılaraq götürülmüş və ekspertizaya təqdim edilmişdir. Şahid5 üzərindən aşkar edilmiş maddəni 04 iyun 2022-ci il tarixdə Zamiqin yaşadığı ünvanda olarkən tanışı Tarzandan 20 manat borc müqabilində aldığını, bir hissəsini Zamiqin yaşadığı evdə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində olan narkotik vasitəni tanışı Tarzanın gətirdiyini, birlikdə yaşadığı evdə istifadə etdiklərini, yaşadığı evdə də narkotik vasitə saxladığını demişdir. Tarzan isə narkotik vasitələri tanımadığı İran vətəndaşından aldığını bildirərək, Rövşənin və Zamiqin dediklərini təsdiq etmişdir. Bundan sonra aşkar olunmuş maddələr qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və hamı tərəfindən imzalanmışdır. Şahid1 ifadəsində həmçinin bildirdi ki, daha sonra Təqsirləndirilən şəxs2 təklifi ilə onun yaşadığı evə getmişlər, ondan ərizə alındıqdan sonra yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı yataq otağında olan güzgülü dolabın siyirməsindən 1 ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi və 2 ədəd şpris aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin kütlə, şprislər və tərəzi qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokol və zərfin üstü imzalarla təsdiq edilmişdir. Şahid Oqtay Abdullayev suallara cavab olaraq, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, saxlanılan vaxt şübhəli şəxslərin onlara qarşı müqavimət göstərmədiklərini, qaçmağa cəhd etmədiklərini, şəxslərin üzərinə ayrı-ayrı otaqlarda təhqiqatçı və müdafiəçilərin iştirakı ilə şəxsi axtarışlar keçirildiyini, təqsirləndirlən şəxslərə qarşı təsir və ya təzyiq olunmadığını, həmin şəxslər küçədə olarkən hər üçünün bir yerdə saxlanıldıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 və Bakı şəhəri, Nizami RPİ, 24-cü Polis şöbəsinin Cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 04 iyun 2022-ci il tarixdə şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, həmçinin Şahid5 müəyyən edilərək saxlanılmaları və üzərində şəxsi axtarış keçirilməsi zamanı külli miqdarda narkotik vasitə aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, tutulmamışdan 3-4 gün əvvəl Zamiqlə görüşmüş, həmin gün də Zamiqin evinə getmişdir. Zamiq ona evin kirayə pulunu verə bilmədiyini və ona 100 manat pul lazım olduğunu dedikdə, onun pulunun olmadığını, qardaşı gəldikdən sonra pul düzəldə biləcəyini demişdir. Evdə Zamiqlə bir yerdə çay içən zaman qapı döyülmüş, Tarzan içəri gəlmişdir. Təxminən 30 dəqiqə sonra qapı yenidən döyülmüş və bu zaman polislər içəri girmişlər. Polis işçiləri əvvəlcə Zamiqi, sonra isə Tarzanı tutmuş, daha sonra içəri girib onun qolunu bağlayaraq yerə yıxmışlar. Polis işçiləri yerdə uzanıqlı vəziyyətdə olan Tarzanı təpikləyərək vurmuş, Zamiqin isə başını partlatmışlar. Müstəntiq onun işini həmin şəxslərin işindən ayıraraq ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iş başlayacağını, əgər onun dediyi ilə razılaşmasa, onun evindən də kilolarla narkotik vasitə çıxaracağını bildirərək onu təhdid etmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Şahid5 göstərmişdir ki, narkotik vasitələrin aludəçisi olduğu üçün əvvəllər, yəni 2020-ci il tarixdə Azərbaycan Respublikasının CMnin 234.1, 69.3-cü maddəsi ilə məhkum olunmuş və bir ildir ki, cəzasını çəkib qurtararaq azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra narkotik vasitələr qəbul etməsə də, son 1 aya yaxındır ki, yenidən narkotik vasitələrdən istifadə edir. Həbsdə olduğu müddətdə həbs yoldaşı Təqsirləndirilən şəxs2la münasibəti olmuş və narkotik vasitələr tapmaq üçün sonuncuya müraciət etmişdir. Tutulmağından təxminən 20 gün əvvəl mobil telefonu ilə Zamiqlə danışmış və sonuncudan narkotik vasitə almaq üçün kirayə yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsi, 81 saylı binanın qarşısına gəlib 15 manat müqabilində bir istifadəlik heroin alıb həmin gün başqa yerdə həmin narkotiki istifadə etmişdir. Bundan sonra onun yenidən narkotikə ehtiyacı olarkən anket məlumatlarını bilmədiyi İran vətəndaşından internet vasitəsi ilə narkotik almışdır. 04 iyun 2022-ci il tarixdə saat 20 radələrində narkotik asılılığına görə ağrıları olduğundan Zamiqin evinə gəlmişdir. Orada ondan başqa sonradan adının Tarzan olduğunu bildiyi şəxs də olmuşdur. O, üzərində pulunun olmamasını və Zamiqə “onu ağrıdan çıxarmasını”, yəni ona narkotik verməsini deyərkən Zamiq onda narkotik olmamasını və sabahı gün evinin 200 manat kirayə pulunu verməli olmasını bildirmişdir. O isə, ağrıları olduğuna görə Zamiqin ondan 100 manat pul istəməsinə razı olmuş, 05 iyun 2022-ci il tarixdə sonuncuya borc 100 manat pul verə biləcəyi barədə söz vermişdir. Bu zaman Tarzan onda narkotik olmasını deyib, təxminən yarım qram heroini üzərindən çıxarıb ona vermişdir. O da, orada Tarzanın verdiyi narkotikin bir qismini istifadə etmiş, az miqdarda narkotiki isə əynindəki qara rəngli şalvarın arxa sağ cibinə qoymuşdur. Lakin Tarzan da ona verdiyi narkotikə görə 20 manat pul verməli olduğunu demişdir. O isə, Tarzana da 20 manat borclu qaldğını bildirmişdir. O, orada narkotik istifadə edərkən Tarzanla Zamiq də narkotik istifadə etmişlər. Bundan sonra hər üçü birlikdə evdən çıxıb Nizami rayonu, B.Nuriyev küçəsi, 81 saylı ünvanın qarşısında olarkən orada mülki və polis geyimində olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan adlarını soruşduqdan sonra onları saxlayaraq 24-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Bu vaxt o, narkotik vasitə aludəçisi olduğunu bildirib, əynindəki qara rəngli şalvarın arxa sağ cibindən şəffaf selofan bükülünü çıxarıb təqdim etmişdir. Bükülünün içərisində olan maddənin narkotik vasitə, yəni “kokos” olduğunu, həmin narkotik vasitəni 04 iyun 2022-ci il tarixdə Zamiqin yaşadığı ünvanda tanışı Tarzandan 20 manat borc müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra iştirakçıların gözü qarşısında üzərindən aşkar olunmuş heroin qablaşdırılmış və üzəri imzalanmışdır. 04 iyun 2022-ci il tarixdə ilk dəfə o, Zamiqin yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsi, 81 ünvanda narkotik vasitə qəbul etmişdir. Lakin oraya Zamiqin tanışı Tarzanın və kənar şəxslərin mütəmadi olaraq gəlib narkotik vasitələr qəbul etmələrindən az-çox məlumatı olmuşdur (cild 1, iş vərəqi 172-174). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 04 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya varsa, təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs1 təkliflə razılaşaraq əynindəki boz rəngli qolsuz gödəkcənin sol yan cibindən 1 qutu «Rotmans» markalı siqaret, 1 ədəd göy rəngli alışqan, əynindəki qara rəngli şalvarın sol arxa cibindən qəhvəyi rəngli cib dəsmalı, şalvarın sağ arxa cibindən 2 manat pul, əynindəki qara damalı ağ xətli düyməli köynəyinin sol döş cibindən şəffaf sellofan bükümü çıxarıb təqdim edir və həmin bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, tozşəkilli, xüsusi iyə malik kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş maddəni tanımadığı İran vətəndaşından aldığını və dostu Zamiqin evində qəbul etmək niyyətində olduğunu bildirmişdir (cild 1, iş vərəqi 68-69). Cinayət işində olan 04 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya varsa, təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs2 təkliflə razılaşaraq əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində bükülmüş vəziyyətdə olan 01 ədəd bükülünü çıxarıb təqdim etmiş və həmin bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, tozşəkilli, xüsusi iyə malik kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş maddəni tanışı Tarzanın gətirməsini birlikdə yaşadığı evdə istifadə etmələrini, yaşadığı ünvan 9 ünvanda narkotik vasitə saxladığını və dostları ilə birlikdə istifadə etdiklərini bildirmişdir (cild 1, iş vərəqi 102-103). İş materiallarına əlavə edilmiş 04 iyun 2022-ci il tarixli baxış və götürmə barədə protokoldan görünür ki, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı evin yataq otağında olan güzgülü dolabın çəkməsindən 1 ədəd şəffaf rəngli sellofanda olan bükümdə olan qəhvəyi rəngli, spesifik iyə maili maddə, 1 ədəd elektron tərəzi və 2 ədəd şpris aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 112-113). Məhkəmə-kimyəvi ekspertizasının 6/3168 saylı 05 iyun 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №164» dairəvi möhür əksi olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən ...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,341 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisitndə dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 115-119). Məhkəmə-kimyəvi ekspertizasının 6/3169 saylı 05 iyun 2022-ci il tarixli rəyindən görünürki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №164» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs2 üzərindən ...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,480 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisitndə dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 120-124). Məhkəmə-kimyəvi ekspertizasının 6/5306 saylı 22 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №65” dairəvi möhür əksləri olan “6\3168... 5 iyun 2022-ci il.." sözləri soyadlar və imzalar qeyd edilmiş və “6\3169...5 iyun 2022-ci il..” sözləri soyadlar və imzalar qeyd edilmiş üç ədəd kağız paketdə olan bir bükümdə təmiz çəkisi 0,450 qram olan heroin, bir bükümdə təmiz çəkisi 0,271 qram heroin və bir bükümdə təmiz çəkisi 0,400 qram heroin bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir (cild 2, iş vərəqi 114- 118). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X7»in 17 iyun 2022-ci il tarixli 3311 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 98-99). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X7»in 17 iyun 2022-ci il tarixli 3307 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 96-97). Cinayət işinə əlavə edilmiş 04 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 il 9 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunaraq 3 il sınaq müddəti təyin edilərək şərti azad olunmuşdur. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 09 aprel 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilərək cinayət məsuliiyətindən azad edilmişdir. 12 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə nazirliyi (Nizami) tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi (Kəpəz) tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən CM-nin 73- 2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir (cild 2, iş vərəqi 51-54). İş materiallarında olan 17 iyun 2022-ci il tarixli tələbnamə ilə müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayon məhkəməsinin 06 iyun 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 185.2.1, 185.2.3-cü maddələri ilə 2 il müddətə azadlıqdan mərhum etmə cəzasına, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 05 fevral 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 69.3, 70-ci maddələri ilə 3 il 11 ay 29 gün azadlıqdan mərhum etmə cəzasına, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 22 aprel 2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 67.1-ci maddələri ilə 5 il 6 ay müddətə azadlıqdan mərhum etmə cəzasına, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, 01 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən cəzadən azad edilmişdir (cild 1, iş vərəqi 244-246). Göründüyü kimi, hər iki təqsirləndirilən şəxs əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərini törətdiklərinə görə məhkum olunsalar da, onların məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmiş, hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, istintaq zamanı müstəntiqə ifadə vermədiyini, buna görə də məhkəməyə verdiyi ifadəsinin nəzərə alınmasını xahiş etdiyini, tutulduqları gün Zamiqin ona zəng vuraraq evin kirayəsini ödəyə bilmədiyi üçün 50 manat borc pula ehtiyacı olduğunu dediyini, o da, pulu Zamiqə vermək üçün onlara getdiyini və orada olduğu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşlarının ona böyük bir bükümü göstərib həmin bükümün ona aid olduğunu deyərək boynuna qoymaq istədiklərini, boynuna almadığı üçün ona qarşı güclü təzyiqlər olduğunu, polis əməkdaşları tərəfindən iki dəfə vurulduğu üçün ürəyi getdiyini və onu su tökərək ayıltdıqlarını, daha sonra polis əməkdaşları tərəfindən 24-cü Polis şöbəsinə aparıldığını, digər 2 qram çəkidə narkotik vasitə də göstərilərək ikisindən birini boynuna almasını təklif etdiklərini, ona məhkəmə qarşısına çıxarılacağını, sonra isə cərimə edilib buraxılacağını bildirdiklərini, əlacsız qaldığı üçün həmin narkotik vasitənin özünə məxsus olduğunu qəbul etdiyini və kamera ilə çəkiliş zamanı cibinə qoyulan bükümü çıxararaq təqdim etdiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 oğlu elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyərək, polis işçiləri tərəfindən saxlanılarkən onlara təzyiq göstərildiyini, onlara qarşı müxtəlif biədəb ifadələrin deyildiyini, ona narkotik vasitəni boyunlarına götürməli olduğunun, əks halda daha ağır nəticələr olacağını bildirdiklərini, polislərin özlərinin həmin narkotik vasitəni Tarzanın üzərinə qoyub daha sonra çıxardıqlarını, polis əməkdaşlarının Tarzanla onu vurduqlarını, Tarzan üzərində olan narkotik vasitəni gördükdə təəccüblənərək, həmin narkotiki polis əməkdaşlarının üstünə atdığını, bu zaman polislərin Tarzana həmin narkotik vasitəni götürməsini bildirdiklərini və onlara qarşı təzyiqlər göstərildiyini, təcridxanaya qəbul olunanda onun üz-gözündə çapıq olduğunu, daha sonra onun evinə getdiklərini və polislərin ona otaqda güzgülü dolabın içərisinə narkotik vasitə qoyduqlarını, onu götürüb təqdim etməsini dediklərini, həmin vaxt ona qarşı edilən təzyiqlərə görə razılaşmalı olduğunu, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin veriləcəyini bildirərək razılaşmağa məcbur etdiklərini, polislərin onun evinə tərəzi də qoyduqlarını, evdən tapılan şprisin isə özünə məxsus olduğunu, baxış zamanı vəkilin olmadığını, çünki onun özünün vəkilə ehtiyacı olmadığını bildirdiyini və vəkildən imtina etdiyini, özünün narkotik vasitələrdən istifadə etdiyini, lakin tiryəkxana təşkil etmədiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarışları zamanı, həmçinin Təqsirləndirilən şəxs2 kirayə yaşadığı mənzilə keçirilmiş baxış zamanı özləri heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişlər. Həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin sorğular zamanı hər iki şübhəli şəxs sərbəst şəkildə narkotik vasitələri hansı qaydada, kimdən, harada və hansı məqsədlə əldə etmələri barədə bir-birinə uyğun gələn izahatlar vermişlər. İbtidai istintaq zamanı şübhəli şəxs qismində, həmçinin CM-nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilmiş, şəxsi axtarışlar zamanı, həmçinin sonuncu kirayə yaşadığı evə baxış zamanı aşkar olunmuş narkotik vasitələrin onlara məxsus olduğunu, onları İran vətəndaşı kimi tanıdıqları şəxsdən aldıqlarını bildirmişlər. Yalnız ibtidai istintaqın sonunda Təqsirləndirilən şəxs2 ona yeni məzmunlu ittiham elan olunarkən ifadəni imzalamaqdan imtina etmiş, Təqsirləndirilən şəxs1 isə həmin ifadəsində də özünü təqsirli bilərək cinayət işinin hallarına uyğun etirafedici ifadə vermişdir. Bundan başqa, cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, barələrində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən hər iki təqsirləndirilən şəxs vəsatətdə və təqdimatda göstərilən xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən polis əməkdaşları tərəfindən döyülmələri və onlara xəsarət yetirilməsi xüsusatları məhkəmə tərəfindən yoxlanılmışdır. Bununla bağlı onların saxlanıldıqları Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına, həmçinin Bakı şəhəri, Nizami rayon prokurorluğuna müvafiq sorğular göndərilmişdir. Təcridxananın Tibbi sanitar hissəsində həmin şəxslərin adlarına açılmış tibbi kitabçalardakı qeydlərdən görünür ki, Təqsirləndirilən şəxs1 polis işçiləri tərəfindən saxlanılarkən zədə almadığını bildirmiş və onun bədən səthində hər hansı xəsarət izi aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 isə zədə aldığını bildirmiş, onun bədən səthində qançır və sıyrıqlar müəyyən edilmişdir. Bununla bağlı Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanası tərəfindən Bakı şəhəri, Nizami rayon prokurorluğuna məlumat göndərilmiş və həmin məlumat əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılarkən qaçıb yayınmağa cəhd etdiyini və bu zaman həmin sıyrıqların və qançırların əmələ gəldiyini bildirmişdir. Eyni halı Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş polis əməkdaşları da təsdiq etmiş, bununla belə şübhəli şəxsə qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini göstərmişlər. Aparılmış araşdırmanın nəticəsi olaraq 20 iyul 2022-ci il tarixli qərarla 645 C-22 nömrəli toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin qərar Təqsirləndirilən şəxs2 tərəfindən mübahisələndirilməmişdir. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Nizami RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş «Təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair» 04 iyun 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ziddiyyətli ifadələr verməsini təqsirləndirilən şəxslərin məsuliyyətdən yayınmaq və ya cəzalarnı yüngülləşdirmək üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması, həmçinin onların Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 evi narkotik vasitələrin istehlakı üçün elektron tərəzi və şprislərlə təhciz etməklə qanunsuz olaraq əldə etdikləri narkotik vasitələri ayrı-ayrı bükümlərə bölməklə istehlakçılar üçün əlverişli və yararlı vəziyyətə gətirib tanışları Şahid5 və şəxsiyyəti məlum olmayan digər şəxslərə həmin ünvanda narkotik vasitə istehlakı üçün tiryəkxana təşkil etmələri nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı onlardan aşkar olunmuş narkotik vasitələrin özlərinə məxsus olduğunu, həmin maddələri Təqsirləndirilən şəxs1 “Baloğlan” adı ilə tanıdığı İran vətəndaşından aldığını səmimi etiraf etmələrini, həmçinin aşkar olunmuş maddələrin ayrı-ayrı bükümlərdə olmasını, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə narkotik vasitə heroin, elektron tərəzi və şprislər saxlamaqla narkotik vasitələrin istehlakı üçün şərait yaratmalarını, həmçinin aşkar olunmuş narkotik vasitələrin kütləsinin külli miqdar anlayışından bir neçə dəfə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ, 24-cü Polis şöbəsi və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə hər ikisi barəsində həbs qətimkan tədbiri seçilərək hal-hazıra qədər həbsdə saxlanılırlar. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2022-ci il tarixli 3307 saylı və 3311 saylı rəylərini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişləri olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, onların hər ikisi barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidirlər. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,271 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,400 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 11 ünvanda yerləşən evdən götürülmüş və tədqiqatdan sonrakı qalıq çəkisi 5,503 qram təşkil edən narkotik vasitə heroin, narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi və iki ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd, ünvan 11 ünvanda yerləşən evə keçirilmiş baxış və götürməni özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 260 (iki yüz altmış) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 260 (iki yüz altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 130 (yüz otuz) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə, Cinayət Məcəlləsinin 238.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə, Cinayət Məcəlləsinin 238.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı şəkildə həll olunsun: - Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 0,271 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,400 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 11 ünvanda yerləşən evdən götürülmüş və tədqiqatdan sonrakı qalıq çəkisi 5,503 qram təşkil edən narkotik vasitə heroin, narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi və iki ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 04 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd, ünvan 11 ünvanda yerləşən evə keçirilmiş baxış və götürməni özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 260 (iki yüz altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 130 (yüz otuz) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar