Məhkəmə qərarları › İş №1(101)-538/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-538/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-538/2024 18.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissə - CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, bir ədəd bükümdə 6,013 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 mart 2023-cü il tarixdə, saat 16:00-da dəqiqədə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4əşən Xətai RPİ-nin 37-ci PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş halda külli miqdarda təmiz çəkisi 6,013 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evdə olduğu zaman işığı sayğacdan ayırmışlar, o da qoşmaq üçün həyətə çıxmışdır. Bu zaman özünü təqdim etməyən 3-4 nəfər şəxs əl-qolunu bağlamış, «Lada Niva» markalı avtomobilə əyləşdirmiş, onu Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Həmin şəxslər şöbədə də özlərini təqdim etməmiş və namaz qıldığına görə onu vurmağa başlamışlar. Ondan sonra 5-10 nəfər şəxs “dubinka” ilə onu döymüş, başına kitabla vurmuş, sonra da cibinə bir büküm narkotik vasitə qoyaraq onun olduğunu, bu hal ilə razılaşmadığı təqdirdə üstünə silah və ya narkotik vasitə qoyacaqlarını bildirmişlər. Onu axşama kimi Xətai RPİ-nin 37-ci PŞ-də saxlamışlar, o da təqsirli olmadığını, narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Onlar 3-4 dəfə çəkiliş etsələr də, kameranı yandırıb söndürsələr də, ona heç nəyi sübut edə bilməmişlər və onu MSY-ə aparmışlar. Onu orada iki gün saxlamışlar və o, orada CM-nin 234.1-ci maddəsi ilə ittiham olunduğunu bilmişdir. Sonradan müstəntiq gəlmiş və ona sənədləri oxutdurmadan tez qol çəkməyə məcbur etmişdir, o da 10 nəfər şəxsin onu döydüyünə görə qol çəkmək məcburiyyətində qalmışdır. O, neçə il xəstə olmuş və sağlamlığı onun üçün çox önəmlidir. Onu oradan Bakı İstintaq təcridxanasına aparmışlar, orada da qan analizi vermiş və hansı orqanlarının zədələndiyini göstərmişdir. Narkotik vasitənin nə olduğunu bilmir, siqaret çəkmir, heç bir narkotik vasitə satan şəxslə əlaqəsi yoxdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Xətai rayonu, S.Əhmədov küçəsi, ev 4/6 ünvanında ailəsi ilə birgə yaşayır. Həmin günü atasından başqa hamı evdə olmuş, amma atası da onu aparanda görmüşdür. Onu aparmaqları küçədə quraşdırılan kameralara da düşmüş və qonşular da görmüşdür. Hadisə ilə bağlı görüntülər və şahidlər var, hadisənin şahidi olan qonşuları evdəki qohumları görmüşdür. Onu polis əməkdaşları aparan zaman küçədə o, heç kimi görməmişdir. Dəri-zohrəvi xəstəliyi ilə bağlı hərbi xidmətdə olmamışdır. O vaxtlar da, indi də başında və ağciyərində problemlər olmuş, damarları partlayır, qan təzyiqi var, əsəbləri pozulur, əsəb və vərəm xəstəsidir. Ona polis əməkdaşları bildirmişlər ki, onlara məlumat daxil olmuş və belə göstəriş verilmişdir. Onu 3 nəfər polis əməkdaşı avtomobil ilə bölməyə aparmışlar. Şəxsi axtarış zamanı aparılan videoçəkilişdə onu tutan 3 nəfər polis əməkdaş və digər polis əməkdaşları da iştirak etmişlər. Xətai RPİ-nin 37-ci PŞ-də ayağının altına vurmuşlar, bu da qaraciyərini məhv etmişdir. Onu şöbədə döymüşlər, başına kitabla vurmuşlar, nalayiq sözlər demişlər, qol çəkməyə məcbur etmişlər. Xətai RPİ-nin MSY-də 2 gün saxlanıldıqdan sonra onu Bakı İstintaq Təcridxanasına aparmışlar. BİT-ə daxil olanda qan analizini götürmüşlər, xəsarətlərini qeydə almışlar. Məhkəməyə çıxmazdan qabaq onu Xətai rayon Prokurorluğuna aparmışlar. Bakı şəhəri Xətai rayon Məhkəməsində şahidlərin iştirakı olmadan barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona elan olunan ittihamla razı olsaydı, xəsarətləri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməzdi. O, tutulana qədər kömək məqsədilə məscidlərə çağırmışlar, ətir satışı ilə məşğul olmuş, şəxsi biznesi olmuşdur. Müstəntiq ifadəsini alanda müdafiəçisi olmamışdır. Ona imzaları təzyiq altında çəkdirmişlər. Ona ifadəsini əlyazma formasında yazmağa qoymamışlar, kompüterdə yazılaraq imzalayacağını bildirmişlər. Şahid2ı əvvəllər tanımamışdır. Şahid2 əvvəl yaşadığı ərazidə baş verən hadisə ilə bağlı tanımışdır. Onu döyən polis əməkadaşların sırasında Şahid2 da olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt əynində idman şalvarı və cırıq köynək olmuşdur. Şahid1 ona qarşı fiziki təzyiq göstərmiş və onu nalayiq sözlərlə təhqir etmişdir. Onu 4 nəfər şəxs Niva markalı avtomobillə Xətai RPİ-nin 37-ci PB-yə aparmışlar. Onu saxlayan şəxslərin hamısı mülki geyimdə olmuşlar. O, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində ünvan 6 ünvanının qarşısında gəzəndə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində və satışında şübhələndikləri üçün onu saxlayaraq onlarla birgə Xətai RPİ-nin 37-ci polis şöbəsinə getməyə dəvət etmişlər. O, onlarla birgə 37-ci polis şöbəsinə gəlmişdir. Şübhəli şəxs qismində tutularaq hüquq vəzifələri ona izah edilməklə, təqdim olunmuş vəkillərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə edilməsi ətraflı izah edilmişdir. Bununla bağlı üzərində olan qeyri-qanuni və digər əşyaları masanın üzərinə qoymaq təklif olunmuş, bu təklifdən sonra o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin 1 ədəd şəffaf sellofana bükülmüş maddənin nə olması soruşulduqda, həmin bükümdəki kütlənin narkotik maddə olmasını bildirmişdir. Həmin şəffaf sellofan açıldıqda, içərisində tünd qəhvəyi rəngli olan spesifik iyə malik olan maddə aşkar edilmişdir. Həmin bükümdə olan maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 7,47 qram olmuşdur. Bundan sonra onun üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində Təqsirləndirilən şəxs adlı şəxs tərəflərindən saxlanılaraq Xətai RPİ-nin 37-ci PŞ-yə gətirilmişdir. 37-ci PŞ-də təhqiqatçının iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən narkotik vasitə aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saat 16:00- 18:00 radələrində Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində saxlamışlar. Xidmət etdikləri inzibati ərazidə narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumatlar çox olduğundan Təqsirləndirilən şəxs şübhəli şəxs və ya daxil olan məlumat əsasında saxlamaqları tam yadında deyil. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunun saxlanıldığı ərəfələrdə Xətai RPİ-nin 37-ci PŞ-də sahə inspektoru vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs tutulduğu vaxta qədər belə adda adam tanımamış və yaşadığı ünvanın harda yerləşdiyini bilməmişdir. Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbiri nəticəsində yaradılmış qrup rəhbəri Şahid2 daxil olmuş məlumat əsasında saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt heç bir narazılıq bildirməmiş, sonuncu Xətai RPİ-nin 37-ci PŞ-də narkotik vasitənin ona aid olmaması kimi sözlərlə narazılığını bildirirdi. Təqsirləndirilən şəxs narkotik vasitəni hardan əldə etdiyini demirdi. Təqsirləndirilən şəxs yaşadığı evə girməmişdilər. Tədbir zamanı o və 37-ci PŞ-in əməliyyat müvəkkili Şahid2 istirak etmiş, digər şəxsin iştirak edib-etməməsi yadında deyil. Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuş və məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvlərinin 2 nəfər olması yadındadır, digər şəxsin olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yaşadığı evin məhləsində saxlamışlar, sonuncunun yaşadığı evin məhləsindən təxminən 10 metr aralıda market var idi. Təqsirləndirilən şəxs işlədiyi inzibati ərazinin sakini olduğundan, sonuncunun yaşadığı ünvanı qiyabi də olsa tanıya bilər. Təqsirləndirilən şəxs saxladıqları vaxt o, polis formasında, digər əməkdaş isə mülki geyimdə idi. Təqsirləndirilən şəxs saxladıqları vaxt yanlarında başqa təşkilata məxsus forma geyinən şəxs olmayıb. Onun tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin işıq sayğacına müdaxilə olunmayıb. Təqsirləndirilən şəxs saxladıqları vaxt nə geyindiyi tam yadında deyil. Təqsirləndirilən şəxs narkotik vasitəni əynindəki şalvarın cibindən çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın cibinin olub-olmamasına, rənginə və ölçüsünə tam fikir verməmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir və ya təzyiq göstərilməyib. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin neçə büküm olması yadında olmasa da, təxminən 6 qram olmasını bilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan otaqda video çəkilişdən qabaq cibinə narkotik vasitə qoymaqları barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs saxladıqları vaxt o və Şahid2 başqa 2 nəfər şəxs olmamışdır. Xətai RPİ-nin 37-ci PŞ-yə məxsus Niva markalı xidməti avtomobili o, idarə etmiş, Şahid2 isə Təqsirləndirilən şəxsla birgə avtomobilin arxa hissəsində əyləşmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlara Nihat adlı şəxsin Xətai rayonu, NZS qəsəbəsində narkotik vasitələrin satışı və daşınması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı rəhbərliyə məlumat verdikdən dərhal sonra əməliyyat qrupu yaradılmış, həmin ünvana getmişlər. Xətai rayonu, NZS qəsəbəsində Nihat adlı şəxsə yaxınlaşmış özlərini təqdim etdikdən sonra şəxsi Xətai RPİ-nin 37-cü PŞ-yə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə çəkiliş aparılan zaman üzərinə baxış keçirildikdə Təqsirləndirilən şəxs üzərindən 1 büküm qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Həmin maddə zərfə qoyularaq tərkibinin müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saat 16:00 radələrində Xətai rayonu, NZS qəsəbəsində yerləşən marketin yaxınlığında, yaşadığı evin yaxınlığında hərəkətdə olan zaman saxlamışlar, sonuncunun evdə saxlanılması ilə bağlı verdiyi ifadəsi yanlışdır. Şəxsi saxladıqları vaxt qaçmağa cəhd göstərmiş, saxlanılan zaman sonuncuya heç bir fiziki təzyiq göstərilməmişdir. Tədbir zamanı o və 37-ci PŞ-in əməliyyat müvəkkili Şahid1 iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı yerə şəxsi avtomobilləri ilə getmişlər. Təqsirləndirilən şəxs onunla birlikdə arxada oturan zaman əlini cibinə salmağa cəhd göstərmişdir. Bölməyə daxil olan zaman Təqsirləndirilən şəxs təhqiqatçının otağına aparmışlar. Çəkiliş aparılan zaman müdafiəçi, o, Şahid1 və təhqiqatçı iştirak etmişlər. Aşkar olunan maddə zərfə qoyularaq tərkibinin müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxsla bağlı narkotik vasitələrin daşınması ilə bağlı məlumat ona daxil olmuşdur. 3 ildir xidmət apardığı 37-ci PŞ-in inzibati ərazisini yaxşı tanıyır. Təqsirləndirilən şəxs yaşadığı evi tanımır. Təqsirləndirilən şəxs evinə baxış keçirtməmişlər. Şəxsin itkin düşməsi ilə bağlı ona məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs və atasını əvvəllər də tanımamışdır. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı iş materialları toplanaraq şəxs MSY-yə təhvil vermişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman atası ona yaxınlaşmamışdır. Şəxsə fiziki təzyiq göstərilməsiylə bağlı verdiyi məlumat yalandır. Təqsirləndirilən şəxs narkotik vasitələrin kimlərə satmağı və satışdan nə qədər pul əldə etməsiylə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs Xətai rayonu, NZS qəsəbəsində marketin yaxınlığında hərəkətdə olan zaman saxlamışlar. Xidmət etdiyi zamanlarda heç kimə qarşı fiziki təzyiq göstərməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə, saat 16 radələrində Xətai RPİ-nin 37-ci PŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində zahiri əlamətləri “Nihat” adlı şəxsin əlamətlərinə uyğun olan bir şəxsin ünvan 8 ünvanının yaxınlığında hərəkət etdiyini müşahidə edərək həmin şəxsə yaxınlaşaraq polis vəsiqələrini göstərərək özlərini təqdim etmiş və həmin şəxsdən adını soruşduqda bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində ona hüquqları izah edildikdən sonra dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyi izah edilmiş, üzərində hər hansı qanunla qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik olan maddəni təqdim edib heroin olduğunu bildirmişdir. Həmin heroini tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığından düzgünlüyü imzalarla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild i.v. 1) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istehlakı və satışı ilə məşğul olması barədə Xətai RPİ-nin 37-ci PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 5-6) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16.30-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 16.00-dan tutulmuş hesab edilmişdir. (İ cild i.v. 24) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş, Təqsirləndirilən şəxs həmin 1 ədəd şəffaf sellofana bükülmüş maddənin nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin narkotik maddə olmasını bildirmişdir. Həmin şəffaf sellofan açıldıqda, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddə aşkar edilmiş, həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 7,47 qram olmuşdur. (İ cild i.v. 35-36, 55) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1507 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №153” dairəvi möhür əksi olan, ” Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,013 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (İ cild i.v. 42-45) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 56) Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(011)-187/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 75- 77) xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından və onun polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı üzrə cinayət hadisəsi olmadığından 157-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (İ cild i.v. 94-96) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild i.v. 97) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X7 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1885 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 104-105) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild i.v. 118) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild i.v. 119) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD-R disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 6,013 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 5,913 qram heroin Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmişdir. (İ cild i.v. 48, 123-128) Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-437/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 144-146) Azərbaycan Respublikası Xətai rayon Mənzil-Kommunal Təsərrüfat birliyinin 66 saylı Mənzil-Komunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəməyə xx.xx.2023-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinəsi zamanı sağ biləyin ön səthində təxminən 2-3 sm, sol biləyin və əlin arxa səthində təxminən 6 sm, sağ ayağın altında təxminən 4 sm ölçüdə sarımtıl-çəhrayı rəngli qançır müşahidə olunmuşdur. Bakı şəhəri Xətai rayon Polis İdarəsindən məhkəmə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan, tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİnin müvəqqi saxlama yerinə qəbul olunan zaman onun bədənində heç bir xəsarət aşkar olunmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərarı əsasında təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2023-cü il tarixli, 1567 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində tərtib olunmuş 2861/2023 saylı məhkumun tibbi kitabçasının surətindən görünür ki, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə daxil olmuş və bədənin dəri səthinə baxış zamanı “sağ biləyin ön səthində təxminən 2-3 sm, sol biləyin və əlin arxa səthində 6 sm, sağ ayağın altında təxminən 4 sm ölçüdə sarımtıl-çəhrayı rəngli qançır” aşkar olunmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkumun tibbi kitabçasında qançırların təsviri müfəssəl və ətraflı aparılmadığından, yəni qançırların rəngi müxtəlif vaxtlara uyğun rəng göstəriciləri ilə qeyd olunduğundan (məsələn, sarımtıl rəng müayinədən 5-7 gün əvvələ, çəhrayımtıl rəng isə 1 gün əvvələ uyğun gələ bilər) dəqiq olaraq törənmə müddətləri haqqında fikir söyləmək mümkün olmadı. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarı əsasında təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 43 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman və ondan əvvəl hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı: xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs anamnezində ötüb-keçən psixotik pozuntular qeyd olunub. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən və cinayət əməlini törətdikdən sonra, hal-hazırda öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş narkotik vasitənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, narkotik vasitə bir bağlamada aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, qanunsuz olaraq külli miqdarda, bir ədəd bükümdə 6,013 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi ifadələri və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəməkimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, fiziki təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda narkotik maddə olan heroini əldə etməsinə dair ibtidai istintaq zamanı ilkin mərhələdə dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(011)-187/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 4(011)-437/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 80 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-də məsul saxlanca verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 5,913 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD- R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-də məsul saxlanca verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 5,913 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar