Məhkəmə qərarları › İş №1(101)-538/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-538/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-538/2025 21.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:00-da X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1975-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Göyçay rayonu, Mallı Şıxlı kəndində qeydiyyatda olmaqla tutulana qədər həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1988-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan ünvan 3 ünvanında qeydiyyatda olmaqla tutulana qədər həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 181.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 07 may 2024-cü il tarixdə saat 22 radələrində tanışları X6 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında yerləşən “Kontakt Home” mağazasının qarşısında təsadüfən tanış olduqları Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə Elxan Əliyev və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunu həmin binanın arxasındakı söhbətgaha dəvət edib orada birlikdə spirtli içki qəbul etdikdən sonra ilkin olaraq Təqsirləndirilən şəxs2 hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib qəsdən əlləri ilə sonuncunun boğaz nahiyəsindən tutub sıxmaqla, o isə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq zərbəsi vurmaqla sonuncunun əynindəki şalvarının sol yan cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 4 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 190 manat dəyərində “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibindən içərisində 29 manat nağd pul, 2 manat gediş haqqı olan 2 manat dəyərində “Baku Bus” ödəniş kartı və 02 ədəd “Kapital Bank” tərəfindən pulsuz verilmiş bank kartları olan 4 manat dəyərində pul kisəsini götürüb ələ keçirərək Zərərçəkmiş şəxs yerə yıxmış, Elxan Əliyev isə sonuncunun ayağa qalxmasının qarşısını alıb yerdə təpik zərbəsi ilə bədən nahiyəsindən qəsdən vuraraq birlikdə Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında sıyrığı, sağ göz qapaqları və gözaltı nahiyənin qançırı, alın, sağ almacıq, sol əlin ovuc səthinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə birlikdə hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 231 manat məbləğində maddi ziyan vurub quldurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 may 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında yerləşən “Kontakt Home” mağazasının arxasındakı söhbətgahda quldurluq yolu ilə ələ keçirdikləri Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən 510307******5780 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartı vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün ünvan 6 ünvanda yerləşən «Sarı» adlı mağazadan 2 manat 98 qəpik, 16 manat 80 qəpik, 11 manat 65 qəpik, 4 manat 22 qəpik, 8 manat 40 qəpik, 5 manat 12 qəpik, ünvan 7 ünvanında yerləşən «Spar» adlı mağazada 8 manat 40 qəpik, 12 manat 22 qəpik, 75 qəpik, 8 manat 40 qəpik, 08 may 2024-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «Sarı» adlı mağazadan 16 manat 80 qəpik, 4 manat 20 qəpik, ünvan 7də yerləşən «Spar» adlı mağazadan 12 manat 60 qəpik, 12 manat 60 qəpik, ünvan 8 ünvanda yerləşən «Araz» adlı mağazadan 94 manat 21 qəpik, 4 manat 20 qəpik, 15 manat 39 qəpik, 8 manat 49 qəpik, 4 manat 50 qəpik, 21 manat, 21 manat, 74 manat 70 qəpik, 2 manat 60 qəpik, 23 manat 85 qəpik məbləğində alış-veriş etməklə, bank kartından ümumilikdə 395 manat 08 qəpik məbləğində pulları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrarən özgənin əmlakını gizli olaraq talayıb, oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 07 may 2024-cü il tarixdə saat 22 radələrində tanışları X6 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında yerləşən “Kontakt Home” mağazasının qarşısında təsadüfən tanış olduqları Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə Elxan Əliyev və Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunu həmin binanın arxasındakı söhbətgaha dəvət edib orada birlikdə spirtli içki qəbul etdikdən sonra ilkin olaraq o, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib qəsdən əlləri ilə sonuncunun boğaz nahiyəsindən tutub sıxmaqla, Təqsirləndirilən şəxs1 isə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq zərbəsi vurmaqla sonuncunun əynindəki şalvarının sol yan cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 4 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 190 manat dəyərində “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibindən içərisində 29 manat nağd pul, 2 manat gediş haqqı olan 2 manat dəyərində “Baku Bus” ödəniş kartı və 02 ədəd “Kapital Bank” tərəfindən pulsuz verilmiş bank kartları olan 4 manat dəyərində pul kisəsini götürüb ələ keçirərək Zərərçəkmiş şəxs yerə yıxmış, Elxan Əliyev isə sonuncunun ayağa qalxmasının qarşısını alıb yerdə təpik zərbəsi ilə bədən nahiyəsindən qəsdən vuraraq birlikdə Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında sıyrığı, sağ göz qapaqları və gözaltı nahiyənin qançırı, alın, sağ almacıq, sol əlin ovuc səthinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə birlikdə hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 231 manat məbləğində maddi ziyan vurub quldurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 may 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında yerləşən “Kontakt Home” mağazasının arxasındakı söhbətgahda quldurluq yolu ilə ələ keçirdikləri Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən 510307******5780 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartı vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün ünvan 6 ünvanda yerləşən «Sarı» adlı mağazadan 2 manat 98 qəpik, 16 manat 80 qəpik, 11 manat 65 qəpik, 4 manat 22 qəpik, 8 manat 40 qəpik, 5 manat 12 qəpik, ünvan 7 ünvanında yerləşən «Spar» adlı mağazada 8 manat 40 qəpik, 12 manat 22 qəpik, 75 qəpik, 8 manat 40 qəpik, 08 may 2024-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «Sarı» adlı mağazadan 16 manat 80 qəpik, 4 manat 20 qəpik, ünvan 7də yerləşən «Spar» adlı mağazadan 12 manat 60 qəpik, 12 manat 60 qəpik, ünvan 8 ünvanda yerləşən «Araz» adlı mağazadan 94 manat 21 qəpik, 4 manat 20 qəpik, 15 manat 39 qəpik, 8 manat 49 qəpik, 4 manat 50 qəpik, 21 manat, 21 manat, 74 manat 70 qəpik, 2 manat 60 qəpik, 23 manat 85 qəpik məbləğində alış-veriş etməklə, bank kartından ümumilikdə 395 manat 08 qəpik məbləğində pulları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona irəli sürülmüş ittihamlar üzrə özünü qismən, yəni, AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilərək, AR CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 7 may 2024-cü il tarixdə, axşam saatlarında 20 yanvar metrosuna yaxın binanalardan birinin həyətində olan söhbətgahda yeyib-içmişdir. Bir qədər sonra hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınmış, lakin sonradan vəfat etmiş tanışı Elxan Əliyev Zərərçəkmiş şəxslə birlikdə onu görüb yanına gəlmişdir. Zərərçəkmiş şəxsi əvvəllər görməmiş, Elxanın dediyinə görə, sonuncu onunla “Şamaxinka” adlanan ərazidə qarşılaşmışdır. Elxana da onunla yeyib-içməsini təklif etmişdir. Elxan ona qoşulduqdan biraz sonra Abdullanı göstərib “yaxşı qardaşdır” demişdir. O da Elxana “Mən pis qardaşam?” deyə cavab vermişdir. Daha sonra Elxana Abdullanın spirtli içkinin təsiri altında olduğunu, getməli olduğunu bildirmişdir. Elxan ona: “onunla işin olmasın, qoy o da bizimlə yeyib-içsin” demişdir. O isə cavabında: “Cəzaçəkmə müəssisəsindən yeni çıxmışam, bizə problem yaratmasın, getsin” deyə bildirmişdir. Daha sonra Yaməddin də onların yanına gəlmiş, onlara qoşulub yeyibiçməyə başlamış və 200 qram spirtli içki qəbul etmişdir. Elxana Abdullanın danışığını bilmədiyini, söyüş söydüyünü bildirərək, onu evə göndərməsini tələb etmişdir. Daha sonra Yaməddinə səslənərək, “gəl gedək” demişdir. Yaməddin ayağa duranda Elxan ona demişdir ki, “Dayan, Abdullanın telefonu var, tələsmə”. Elxandan telefonla bağlı nə fikrinin olduğunu soruşmuşdur. Bir müddət sonra o, Abdullanın telefonunu və pul kisəsini götürüb getmişdir. Elxan və Abdulla isə söhbətgahda qalmışlar. Bir neçə gün sonra 28 May ərazisində polis əməkdaşları onu saxlayaraq zərərçəkmiş Abdulla Yusubova adlı şəxsə qarşı quldurluq cinayət əməli törətdiyini bildirərək bölməyə getməli olduğunu bildirmişlər. Polislərə Abdullanın telefon və pul kisəsini götürdüyünü, onlarla bölməyə getməyə etiraz etmədiyini, lakin, quldurluq etmədiyini bildirmişdir. Polislər onu bölməyə apararaq ona fiziki zorakılıq göstərmişlər. Müəyyən prosessual hərəkətlərdən sonra isə onu müstəntiqin yanına aparmışlar. Müstəntiq onun barəsində quldurluq maddəsi ilə cinayət işi açılacağını bildirmişdir. Müstəntiqə quldurluq əməli törətmədiyini, həyatının yarısını həbsdə keçirdiyini, onu öldürsələr də quldurluq əməlini boynuna qoya bilməyəcəklərini demişdir. Müstəntiq isə quldurluqla bağlı ittihama razı deyilsə, barəsində soyğunçuluq maddəsi ilə cinayət işi başlanılacağını qeyd etmişdir. Soyğunçuluq cinayətinin sanksiyası daha az olduğu üçün razılaşmış və barəsində soyğunçuluq maddəsi ilə cinayət işi başlanılmışdır. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilmiş və o, Bakı İstintaq Təcridxanasına göndərilmişdir. 2 ay sonra müstəntiq təcridxanaya gəlmiş, ondan quldurluq və oğurluq maddələrinə imza çəkməsini istəmiş, o isə bununla razılaşmamışdır. Zərərçəkmiş şəxsin telefonunu və pul kisəsini o, götürmüş, lakin, ona xəsarət yetirməmiş, quldurluq əməli törətməmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq qeyd etmişdir ki, əvvəllər oğurluq, soyğunçuluq, quldurluq və narkotik vasitə əldə etməyə görə məhkum olunmuşdur. Fərdi qaydada bərbər işləmişdir. Spirtli içkini evdə, kafedə, küçədə qəbul etmişdir. Hadisə günü rayondan Bakıya gəlmişdir. Yaməddini də həmin gün Elxanın vasitəsi ilə tanımış, onlar ikisi həmkəndli olmuşlar. Elxanla isə cəzaçəkmə müəssisəsində tanış olmuşdur. Əvvəlcə Elxanla o yeyib-içmiş, Yaməddin onlara sonradan qoşulmuşdur. Elxan siqaret almağa getmiş, gedərkən Şamaxinka adlanan ərazidə zərərçəkmiş şəxs Abdulla ilə rastlaşıb onu da özü ilə gətirmişdir. Təxminən 1 saat birlikdə yeyib-içmişlər. Daha sonra Yaməddin 2 ədəd araq almışdır. O, özü də 35 manatlıq viski içmişdir. Abdulla onların yanına gələndə sərxoş olmuş, danışığını bilməmişdir. Abdullanın telefonunu və pul kisəsini cibindən götürmüşdür. Onun həyatı bu cinayətləri törətməklə keçmişdir. Abdulla ona müqavimət göstərməmiş, nə də o, Abdullaya xəsarət yetirməmişdir. Abdullanın bədənində olan xəsarətlərin necə yaranması barədə məlumatı yoxdur. Abdulla onların yanına gələndə xəsarəti olmamışdır. O, gedəndən sonra Abdulla və Elxan söhbətgahda qalmışlar. O da marketə gedib Abdulladan götürdükləri kart vasitəsi ilə siqaret, spirtli içki, yemək almışdır. Abdullanın bank kartından marketdə bir dəfə istifadə etmişdir. Polislər onu bölməyə gətirib döyməyə başlamışlar. Onu döyən şəxslərin adını bilməmişdir. Müstəntiq ifadəsini də bölmədə almışdır. Müstəntiqə döyüldüyünü demişdir. Dindirilməsində müdafiəçi iştirak etməmişdir. Məhkəmədə barəsində qətimkan tədbiri seçilərkən döyüldüyü barədə hakimə heç nə deməmişdir. BİT-ə daxil olarkən də xəsarətləri qeyd olunmamışdır. Müdafiəçini ilk dəfə polis idarəsində görmüşdür. Müdafiəçiyə də döyülməyi barədə məlumat verməmişdir. Onun savadı olmadığından ona soyğunçuluq maddəsinə dair ittiham üzrə sənədlərə imza çəkdirdiklərini demişlər, daha sonra müstəntiq onun barəsində quldurluq maddəsi ilə cinayət işi aparıldığını bildirmişdir. O isə buna etiraz etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, imzaların və yazının ona məxsus olduğunu, lakin, zərərçəkmiş şəxsi tutması, müqavimətini qırması, onu boğmasına dair hissədə ifadəni təsdiq etmədiyini, müstəntiqin dindirmə protokolunu ona oxumadığını, sadəcə sənədləri qarşısına qoyub imzalamasını tələb etdiyini, müdafiəçinin isə onun hüquqlarının müdafiəsi üçün təyin olunduğu halda ona keyfiyyətli hüquqi yardım göstərmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadə arasında qismən ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177, 181 və 234-cü maddələri ilə ümumilikdə 20 ilə yaxın məhkum həyatı yaşamışdır. 07 may 2024-cü il tarixdə axşam saatlarında dostu Elxanla birlikdə Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında yerləşən “Kontakt Home” mağazasının yaxınlığında küçədə yolun kənarında oturub spirtli içki olan araq içmişlər. 5- 10 dəqiqə sonra Elxanın əvvəllər tanıdığı Yaməddin adlı şəxs oradan keçəndə Elxanı görüb tanımış və onlara yaxınlaşıb görüşmüşdür. Bir qədər söhbət etdikdən sonra Yaməddin də bir şüşə içki gətirib onlarla içməyə başlamışdır. Həmin vaxt bir nəfər şəxs təsadüfən Elxanla çiyin-çiyinə toqquşmuşdur. Həmin şəxs üzr istədikdən sonra həmin şəxslə ünsiyyət yaratmışlar və hamı bir yerdə “Kontakt Home” mağazasının arxasında yerləşən parkda olan besedkaya getmişlər. Həmin besedkaya getdikdə Yaməddin yenidən mağazaya gedib spirtli içkilər və yemək alıb qayıtmışdır. Onlar yenidən spirtli içki içməyə başlamışlar. Elxanla toqquşan şəxs də onlarla içmişdir. Bir qədər sonra Yaməddinlə həmin şəxs arasında mübahisə yaranmışdır. Yaməddin həmin şəxsi sifət nahiyəsindən yumruqla vurub əli ilə arxadan boğmağa başlamışdır. O, Yaməddinin həmin şəxsi boğmağından istifadə edərək ciblərindən qara rəngli mobil telefonunu və pul kisəsini götürmüşdür. Bundan sonra o, Yaməddinlə birlikdə oradan uzaqlaşıb yaxınlıqda olan marketə getmişlər. Elxan isə onlarla gəlməyib besedkada qalmışdır. O, marketdə olarkən götürdüyü pul kisəsindən “Kapital Bank” kartını çıxarıb həmin kart vasitəsilə ödəməklə təxminən 80 manat dəyərində siqaret, spirtli içki, çörək və kolbasa almışdır. Marketdən çıxdıqdan sonra Yaməddinlə Əcəmi metrosu yaxınlığında parkda oturub aldıqları yeməyi yemişlər və spirtli içki qəbul etmişlər. Parkda olarkən Yaməddin oğurladığı telefonu ona verməyini xahiş etmişdir. O da telefonu Yaməddinə vermişdir. Həddindən çox içdiyi üçün elə həmin parkda yatıb qalmışdır. Ayılanda görmüşdür ki, Yaməddin oğurladığı pul kisəsini də götürüb getmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs ifadələrində yalan deyir, o, yalnız Zərərçəkmiş şəxs ciblərindən telefonunu və pul kisəsini götürmüş, sonuncunu vurmamış, Zərərçəkmiş şəxs Yaməddin vurmuşdur. Yaməddin yalan danışır, o, telefonu Yaməddinə vermiş, pul kisəsi isə onda qalmamışdır. O, qaçanda Elxan besedkada qalmış, daha sonra Elxanın hara getməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona irəli sürülmüş ittihamlar üzrə özünü qismən, yəni, AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilərək, AR CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, özü Mingəçevirdə, ailəsi isə Yasamalda yaşamışdır. Oğlu həqiqi hərbi xidmətə yollanacağından onunla görüşmək üçün Mingəcevirdən Bakı şəhərinə gəlmişdir. Oğluyla görüşdükdən sonra 20 yanvar metrostansiyası tərəfə gədib, “Kontakt Home” mağazasının qarşısında dayanıb siqaret çəkməyə başlamışdır. Həmin vaxt Misir və Elxan oradan keçmişlər. Misiri hadisə günü tanımış, Elxanla isə uşaqlıqdan tanışlığı olmuşdur. Elxanı səsləmiş, Elxan dayanmış, lakin, onu tanımamışdır. Elxana tanışlıq verdikdən sonra söhbətə başlamış, hal-əhval tutmuşlar. Elxan məhkum olunduğu və cəzaçəkmə müəssisəsindən bir az müddət əvvəl çıxdığını bildirmişdir. O da Elxana əvvəllər məhkum olunduğunu, 7 il əvvəl cəzaçəkmə müəssisəsindən çıxdığını bildirmişdir. Bir az söhbət etdikdən sonra Elxan üzərində pulunun olub-olmadığını soruşmuşdur. Ona pulu olduğunu bildirmiş, Elxan da araq alıb içməyi təklif etmişdir. Elxana yaxında tanış şəxslərin işlətdiyi “Mingəçevir” kafesində əyləşməyi təklif etmiş, o isə artıq pul xərcləməyə ehtiyac olmadığını qeyd edərək, marketdən araq və yemək alıb yaxınlıqda yerləşən binaların birinin həyətində olan söhbətgahda yeyib-içməyi təklif etmişdir. Onun üzərində 15-20 manat pul olmuşdur. Gedib marketdən araq və yemək almışlar. İlk aldıqları arağı içdikdən sonra yenidən gedib araq almışdır. Qayıtdıqda Elxanın yanında başqa bir şəxsin də olduğunu görmüşdür. Elxandan həmin şəxsin kim olduğunu soruşduqda Elxan ona “qonağımızdır” demişdir. Həmin ərəfədə Mingəçevirdə bıçaqlanma hadisəsində iştirakı olduğu üçün ehtiyat etmiş və Elxandan təkrarən həmin şəxsin kim olduğunu soruşmuş, çünki, kim olduğunu bilmədiyi üçün ona problem yarada biləcəyini düşünmüşdür. Misirlə söhbət etməyə başlamışlar və məhkumluq həyatları barədə söhbət etmişlər. Bir az sonra Elxan Abdullanı göstərib ona demişdir ki, bu şəxs hallıdır, bunu “aparmaq” lazımdır. Elxana əvvəllər quldurluq maddəsi ilə məhkum olunduğunu, problem istəmədiyini bildirmişdir. Daha sonra Misir Abdullanın telefon və pul kisəsini götürmüş, oradan çıxıb getmişdir. Telefon söhbətgahda stolun üstündə olmuşdur. Biraz sonra onun özü də oradan çıxıb getmişdir. Elxanı tapa bilməmiş, lakin, Şamaxinkaya gedən yolda Misirlə rastlaşmışdır. Misirdən Abdulladan nə götürdüyünü soruşmuş, Misir isə cavab olaraq Abdullanın pul kisəsini, bank kartını və telefonunu götürdüyünü bildirmişdir. Misirə kartla alış-veriş etməməsini, bunun təhlükəli olduğunu, tutulmaq ehtimalının çox olduğunu bildirmişdir. Belə ki, özü də bir dəfə Moskva şəhərində kartla alış-veriş etdikdən sonra kameraya düşüb saxlanılmışdır. Misirdən Elxanın harada olduğunu soruşmuş, o isə Elxanın qaçıb getdiyini bildirmişdir. Misirə demişdir ki, həmin ərazidə sahə müvəkkili var idi, yəqin Elxan saxlanılmışdır. Sonra Misir marketə daxil olmuş və kartla alış-veriş etmişdir. O, həmin gün spirtli içkidən əlavə, narkotik vasitə də qəbul etdiyi üçün vəziyyəti yaxşı olmamışdır. O da Misirin ardınca marketə daxil olmuşdur. Kartla alış-veriş etdikdən sonra küçəyə çıxıb arakəsmə yollarla 3-cü mikrorayon dairəsində olan parka getmişlər. Misirə otelə gedib qalmağı təklif etmiş, Misir isə oteldə qalmağın təhlükəli olmasını, polisin gəlib onları oteldə tapa biləcəyini demişdir. Yekunda parkda qalmağa qərar vermişlər. Səhərə yaxın o, oyanmış və Misiri də yuxudan oyatmağa çalışmış, lakin, sonuncu yuxudan durmamışdır. Özüylə Abdullaya məxsus heç nə götürmədən avtobusa minib Sədərəyə, oradan da Mingəçevirə, dostunun evinə getmişdir. Gecə saat 3 radələrində evdə yatdığı zaman polislər evə gələrək onu saxlayaraq şöbəyə aparmışlar. O, zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməmiş, onu boğmamış, hədə-qorxu gəlməmişdir. Daha əvvəllər quldurluq cinayətinə görə məhkum olunduğundan bu dəfə eyni əməli törətməmiş, çünki, nəticədə onu nə gözlədiyini bilmişdir. Təqsirləndirilən şəxs2 əlavə olaraq qeyd etmişdir ki, o, özünü sadəcə zərərçəkmiş şəxsə məxsus kartla Misirlə birlikdə alış-veriş etməkdə təqsirli bilir. Quldurluq cinayəti törətməmişdir. Elxan tutulduqdan bir az sonra istintaq təcridxanasında vəfat etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadə arasında qismən ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi ilə 8 il məhkum həyatı yaşamışdır. 07 may 2024-cü il tarixdə saat təxminən 19-20 radələrində rayona getmək üçün Avtovağzala gedən zaman yolüstü Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında yerləşən “Kontakt Home” mağazasının qarşısında təsadüfən Mingəçevir şəhərindən tanıdığı Elxan adlı şəxslə görüşmüşdür. Həmin vaxt Elxanın yanında Misir adlı dostu da olmuşdur. Onlar Elxanla hal-əhval tutduqdan sonra Elxan ondan pulu olub-olmadığını soruşmuşdur. O, pulu olduğunu demişdir. Elxan ondan araq alıb “Kontakt Home” mağazasının arxasındakı besedkaya gəlməyini və orada yeyib-içməklərini bildirmişdir. O, yaxınlıqda yerləşən mağazalardan birindən araq, meyvə şirəsi, siqaret alıb Elxanın dediyi yerə getmişdir. O, ora çatdıqda görmüşdür ki, Elxanla Misirin yanında bir nəfər təxminən 45-50 yaşlarında bir kişi vardır. Onlar bir yerdə spirtli içki içmişlər. O, besedkaya çatdıqda aldığı arağı açıb içməyə başlamışlar. Yeyib içən zaman o, durub rayona getməli olduğunu demişdir. Misir həmin vaxt onlarla içən şəxsdən pulu olub-olmadığını soruşmuşdur. Həmin kişi 3 və ya 5 manat pulu olduğunu bildirmişdir. Misir həmin kişinin sinəsindən tutub pul kisəsini almış və mağazaya gedib bir şüşə də araq və digər yeməli şeylər alıb qayıtmışdır. Həmin şəxs pul kisəsinin içərisində bank kartları olduğunu, Misirə həmin kartları qaytarmağını bildirmişdir. Həmin şəxs şəhid ailəsini olduğunu bildirdikdə o, Misirə pul kisəsini qaytarmağını bildirmişdir. Lakin Misir isə kişinin pul kisəsini qaytarmayıb Elxanla birlikdə qaçmağa başlamışdır. O da onların dalınca qaçmışdır. Bir qədər qaçdıqdan sonra Elxan gözdən itmişdir. O, Misirlə birlikdə “Spar” marketə gedib yenə bir şüşə araq, siqaret, kolbasa və başqa şeylər almışdır. Misir həmin ərzaqlarını pulunu kişidən götürdüyü pul kisəsinin içində olan kartlardan biri ilə ödəmişdir. Marketdən çıxdıqdan sonra Misirlə Əcəmi metrosu yaxınlığında parkda oturub aldıqları yeməyi yemişlər və spirtli içki qəbul etmişlər. Parkda olarkən o, yuxuya getmiş, ayılanda Misirin çıxıb getdiyini görmüşdür. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əl vurmamış, Misirin isə həmin şəxsi yumruqla vurduğunu görməmiş, lakin Misir həmin şəxsin ciblərindən pul kisəsini götürdüyünü görmüşdür. Mobil telefonu isə görməmişdir. Misir yalan danışır, o, nə telefon, nə də pul kisəsini götürməmişdir. Elxan yalan danışır, o, həmin şəxsi vurmamış, pul kisəsini də götürməmişdir. Ancaq mağazada Misirlə birlikdə kartından istifadə edib bazarlıq etmişdir. Saxlanılarkən və ya polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilən təqsirləndirilən şəxs X6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 234-cü maddələri ilə ümumilikdə 20 ildən çox məhkum həyatı yaşamışdır. 07 may 2024-cü il tarixdə axşam saatlarında dostu Misirlə birlikdə Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında yerləşən “Kontakt Home” mağazasının yaxınlığında küçədə yolun kənarında oturub spirtli içki olan araq içmişlər. 5- 10 dəqiqə sonra əvvəllər Mingəçevir şəhərindən qonşu kimi tanıdığı Yaməddin adlı şəxs oradan keçəndə onu tanımış və yaxınlaşıb görüşmüşdür. Bir qədər söhbət etdikdən sonra Yaməddin də bir şüşə içki gətirib onlarla içməyə başlamışdır. Həmin vaxt bir nəfər şəxs təsadüfən onunla çiyin-çiyinə toqquşmuşdur. Həmin şəxs üzr istədikdə o, həmin şəxsin də içkili olduğunu hiss etmişdir. Bundan sonra həmin şəxslə ünsiyyət yaratmışlar və hamıları bir yerdə “Kontakt Home” mağazasının arxasında yerləşən parkda olan besedkaya getmişlər. Həmin besedkaya getdikdə Yaməddin yenidən mağazaya gedib spirtli içkilər və yemək alıb qayıtmışdır. Onlar yenidən spirtli içki içməyə başlamışlar. Onunla toqquşan şəxs də onlarla içmişdir. Bir qədər sonra Yaməddinlə həmin şəxs arasında mübahisə yaranmışdır. Yaməddin həmin şəxsi sifət nahiyəsindən yumruqla vurub əli ilə arxadan boğmağa başlamışdır. Həmin vaxt Yaməddin həmin şəxsin pul kisəsini sağ cibindən götürmüşdür. Misir isə sol cibindən telefonunu götürmüşdür. Onlar pul kisəsini və telefonu götürən kimi qaçmağa başlamışlar. Həmin şəxs isə skamyanın üstünə yıxılıb qalmışdır. O, sərxoş olduğundan heç yerə getməmişdir. Təxminən 20 dəqiqə orada qalıb yıxılan şəxsə kömək etdikdən sonra oradan uzaqlaşıb yaşadığı evə qayıtmışdır. O, həmin şəxsi vurmamış, heç bir pulunu da götürməmişdir. Təqsirləndirilən şəxs Elxan Əliyev ifadəsində həmçinin göstərmişdir ki, o, həmin hadisədən sonra Yaməddini görməmiş, Misiri isə təxminən 3 gün əvvəl görmüş, Misir ona bildirmişdir ki, Yaməddin pul kisəsini və telefonu götürüb getmiş, heç ona da pay verməmişdir. Həmin şəxsi vurmamış, elə bir söz də deməmişdir. Əksinə o, həmin şəxsi qaldırıb skamyada əyləşdirmişdir. O, heç yerə qaçmamış, təxminən 20-25 dəqiqə “besedkada” oturmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 may 2024-cü il tarixdə axşam saatlarında 20 Yanvar metrostansiyası yaxınlığında Nəsimi rayonu, Moskva prospekti ilə gedərkən “Kontakt Home” mağazasının qarşısında bir nəfər şəxsə ehtiyatsızlıqdan dizi dəydiyi üçün həmin şəxsdən üzr istəmişdir. Həmin şəxslə əvvəlcə bir qədər sözlü mübahisə etmişlər. Toqquşduğu şəxs və yanında olan dostu onu “Kontakt Home" mağazasının yanında yerləşən binaların qarşısındakı söhbətgaha aparmışlar. Söhbətgahda oturduqdan sonra onların daha bir dostu onlara yaxınlaşmışdır. Onun toqquşduğu şəxs əlində olan sellofan paketdən spirtli içki olan viski şüşəsi çıxarıb içməyi təklif etmişdir. O, əvvəlcə etiraz etsə də, sonradan 1 stəkan viskini içmişdir. Bundan sonra ayağa durub evə getmək istəmişdir. Lakin, həmin təqsirləndirilən şəxs ona getməyə icazə verməmişdir. O, cibindən 5 manat çıxarıb verərək həmin şəxsin ondan əl çəkməsini xahiş etmişdir. Lakin, onu buraxmamışlar. Bir müddət sonra o, yenidən çıxıb getmək istədikdə həmin şəxsin sonradan gəlmiş dostları onu boğazından tutmuş, uzun boylu təqsirləndirilən şəxs isə onu yumruqla sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt onu yumruqla vuran uzun boylu təqsirləndirilən şəxs şalvarının cibindən içərisində “Kapital Bank”a məxsus 2 ədəd bank kartı, ona məxsus şəxsiyyət vəsiqəsi, “Baku Bus” kartı, 29 manat nağd pul olan pul kisəsini, digər cibindən isə mobil telefonunu götürmüş, həmin pul kisəsinin içərisində olan həmkəndlisi döyüşdə şəhid olmuş şəxsə məxsus fotoşəkili ona geri qaytararaq oradan uzaqlaşmışdır. Bundan sonra taksi ilə yaşadığı ünvana getmiş, bu barədə qızı Könülə danışmışdır. Qızı Könül isə DİN-in 102 xidmətinə məlumat vermişdir. Ona baş vermiş hadisə nəticəsində vurulmuş maddi ziyan ödənilməsə də, hazırda təqsirləndirilən şəxslərə qarşı şikayəti, tələbi yoxdur, onları bağışlamışdır, onlarla barışmışdır. Təqsirləndirilən şəxsləri əvvəllər görməmişdir, onları ilk dəfə hadisə baş verən gün görmüşdür. Təqsirləndirilən şəxslərlə birgə əyləşərək birlikdə yeyib-içdikdən sonra nə üçün həmin şəxslərin ona qarşı belə hərəkətlər törətdiyini başa düşməmişdir. Hadisədən sonra xəsarətləriylə bağlı rentgen müayinəsindən keçirilmiş və həmin müayinə kağızını ekspertə təqdim etmişdir. Ona məxsus olan bank kartından 395 manat 08 qəpik məbləğində pul təqsirləndirilən şəxslər tərəfindən çıxarılmışdır. Həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq etmişdir. Eyni zamanda, zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadədə göstərmişdir ki, 07 may 2024-cü il tarixdə saat 14 radələrində evdə olarkən təqribən 150 ml spirtli içki içmişdir. Həmin gün axşam saatlarında 20 Yanvar metrostansiyası yaxınlığında kafelərdən birində bir bokal pivə içdikdən sonra evə getmək məqsədilə yola çıxmışdır. Saat təxminən 21-22 radələrində Nəsimi rayonu, Moskva prospekti ilə gedərkən “Kontakt Home” mağazasının qarşısında bir nəfər şəxslə toqquşmuşdur. O, ehtiyatsızlıqdan dizi həmin şəxsə dəydiyi üçün həmin şəxsdən üzr istəmişdir. Həmin şəxslə əvvəlcə bir qədər sözlü mübahisə etsələr də, aralarında ünsiyyət yaranandan sonra mehribanlaşmışlar. O, toqquşduğu şəxs və yanında olan dostu qarşısında olduqları “Kontakt Home" mağazasının yanı ilə besedkalara tərəf getmişlər. Besedkada oturduqdan sonra onların daha bir dostu onlara yaxınlaşmışdır. Onun toqquşduğu şəxs əlində olan sellofan paketdən spirtli içki olan viski şüşəsi çıxarıb içməyi təklif etmişdir. O, əvvəlcə etiraz etsə də, sonradan ona süzdüyü 1 stəkan viskini içmişdir. Bundan sonra ayağa durub evə getmək istəmişdir. Lakin həmin şəxsin yanındakı uzun boylu dostu ona getməyə icazə verməmiş, onlarla araq içməyini tələb etmişdir. O, həmin uzun boylu şəxsə araq içməyəcəyini bildirib, cibindən 5 manat çıxarıb onlara verərək onlardan əl çəkmələrini xahiş etmişdir. Lakin onlar onu buraxmamışlar və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı oraya sonradan gəlmiş şəxs onu boğazından tutmuş, uzun boylu şəxs isə onu yumruqla sifət nahiyəsindən vurmuşdur. O, qarşılıq vermək istəsə də, digər şəxs əli ilə onu boğazından tutduğu üçün cavab verə bilməmişdir. Həmin vaxt onu yumruqla vuran şəxs şalvarının sağ yan cibindən içərisində “Kapital Bank”a məxsus 2 ədəd bank kartı, ona məxsus şəxsiyyət vəsiqəsi, “Baku Bus” kartı, 29 manat nağd pul olan pul kisəsini, sol cibindən isə markasını dəqiq bilmədiyi «Samsung» markalı mobil telefonunu götürərək qaçmağa başlamışdır. Həmin vaxt onu boğazından tutan şəxs onu itələyib yerə yıxaraq onu yumruqla vuran şəxsin arxasınca qaçmağa başlamışdır. Onunla toqquşan şəxs isə o, yerə yıxılanda onu təpiklə vuraraq "otur deyiləndə oturmaq lazımdı” sözlərini demişdir. Təxminən 20-30 saniyə sonra o, özünə gəldikdə hər üçünün qaçdığını görmüşdür. O, onların dalınca qaçmağa çalışsa da, hərəsi bir tərəfə getdiyi üçün onları izləyə bilməmişdir. Bundan sonra taksi ilə yaşadığı ünvana getmiş, bu barədə qızı Könülə danışmışdır. Qızı Könül isə DİN-in 102 xidmətinə məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, hadisə ünvan 10 ünvanında yerləşən “Kontakt Home” mağazasınına arxasında besedkada baş vermiş, ətrafda qaranlıq olduğu üçün heç kimi görməmişdir. Sonradan onlara qoşulan şəxs onu boğazından tutub boğmuş, uzunboylu şəxs yumruqla üz nahiyəsindən, toqquşduğu şəxs yerə yıxılanda təpiklə başından vurmuşdur. Oğurlanmış 4 manat dəyərində pul kisəsinin içində 29 manat nağd pul, içərisində 2 manat gediş haqqı olan 2 manat dəyərində “Baku Bus” kartı, içərisində 400 manat pul olan “Kapital Bank” tərəfindən ona pulsuz verilmiş bank kartı, “Kapital Bank” tərəfindən pulsuz verilmiş maaş kartı, şəxsiyyət vəsiqəsi olmuşdur. Markasını bilmədiyi Samsung markalı mobil telefonu isə 190 manata almış, üzərində 4 manata aldığı ***-***-**-** saylı GSM nömrəsi varlsh. Ona ümumilikdə 231 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. 07 may 2024-cü il tarixdə saat təxminən 23:50 radələrində atası yaşadıqları evə gəlmişdir. Atasının qaşı partlamış, burnu əzilmiş və bədənində müxtəlif zədələr vardır. O, atasından nə olduğunu soruşduqda atası ona 2 nəfər şəxslə Şamaxinka deyilən yerdə rastlaşdığını, onlarla birlikdə besedkada oturduğunu, həmin şəxslərdən birinin ondan 5 manat pul istədiyini, 5 manatı həmin şəxsə verdiyini, daha sonra həmin şəxslərin 1 nəfər tanışının da ora gəldiyini, sonradan gələn şəxsin onu boğazından tutub boğduğunu, digər 2 şəxsin isə ciblərindən içərisində pul və kartlar olan pul kisəsini və telefonunu götürdüyünü, daha sonra onu yerə yıxıb qaçıb getdiklərini bildirmişdir. DİN-in 102 xidmətinə 08 may 2024-cü il tarixdə saat 00:22-də məlumat verən zaman həyəcanlı olduğu üçün ola bilsin düzgün məlumat verə bilməmiş, həmin şəxslər 3 nəfər olmuşdur, əllərində bıçaq olması barədə atası ona heçnə deməmişdir. Atası evə gələndə sifəti qan olmuş, burnunda olan ağrılardan şikayət etmiş, həmçinin əl-qolunda sıyrıqlar vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, hadisə yerinə baxış keçirilməsi haqqında 08 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında yerləşən “Kontakt Home” mağazasının arxasındakı söhbətgahdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 hadisənin harada və hansı qaydada baş verməsini hadisə yerində əyani göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 hadisənin harada və hansı qaydada baş verməsini hadisə yerində əyani göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı təsdiq etmiş, Təqsirləndirilən şəxs2 da istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı X6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı təsdiq etmiş, Təqsirləndirilən şəxs2 da istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı təsdiq etmiş, Təqsirləndirilən şəxs2 da istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərdiyi xüsusatları X4 üzünə qarşı təsdiq etmiş, Elxan Əliyev də istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, götürmə aparılması haqqında 14 may 2024-cü il tarixli qərar və protokoldan görünür ki, “Spar” supermarketinə məxsus təhlükəsizlik kameralarının 07 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 marketdən alış-veriş etməsini özündə əks etdirən videogörüntüləri 01 ədəd diskdə götürülməklə cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 03 ədəd videofayllar vardır. Videofayllar açılıb baxıldıqda müəyyən olundu ki, videogörüntülər ünvan 7 ünvanda yerləşən «Spar» marketdə quraşdırılmış müşahidə kameralarında qeydə alınmış videogörüntülərdir. Videogörüntlərdə iki nəfər, birinin əynində qara rəngli gödəkcə, birinin əynində isə qollar qəhvəyi rəngli gödəkcədə olan şəxslərin marketdə kassada bank kartı ilə alış-veriş etmələri və marketdən çıxıb uzaqlaşmaları müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 videogörüntüdə qolları qəhvəyi rəngli gödəkcədə olan şəxsin Təqsirləndirilən şəxs2, qara rəngli gödəkcədə olan şəxsin isə özünün olduğunu, mağazada aldıqları ərzaqları və içkilərin pulunu Zərərçəkmiş şəxs bank kartı ilə ödədiklərini bildirmişdir. Həmin xüsusatı Təqsirləndirilən şəxs2 da təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, götürmə aparılması haqqında 07 iyun 2024-cü il tarixli qərardan, həmin tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus bank kartından hadisənin baş verdiyi gün, yəni 07 may 2024-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «Sarı» adlı mağazada 2,98 manat, 16,80 manat, 11,65 manat, 4,22 manat, 8,40 manat, 5,12 manat, ünvan 7 ünvanında yerləşən «Spar» adlı mağazada 8,40 manat, 12,22 manat, 0,75 manat, 8,40 manat, 08 may 2024-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «Sarı» adlı mağazada 16.80 manat, 4.20 manat, ünvan 7 ünvanında yerləşən «Spar» adlı mağazada 12.60 manat, 12,60 manat, ünvan 8 ünvanda yerləşən «Araz» adlı mağazada 94.21 manat, 4.20 manat, 15.39 manat, 8.49 manat, 4,50 manat, 21 manat, 21 manat, 74,70 manat, 2,60 manat, 23,85 manat məbləğində alış-veriş olunmuş, kart hesabında 5.42 manat pul qalmışdır. Zərərçəkmiş şəxs 07 may 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində yerləşən “Araz” marketdə olan bankomatdan 51 manat çıxardığını, digər pulların isə onun kartını quldurluq edərək ələ keçirmiş şəxslər tərəfindən müxtəlif mağazalarda ödəniş edildiyini bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, kart hesabından ödəniş edilməsi yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 395.08 manat maddi ziyan vurulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının 04 iyun 2024-cü il tarixli, 580 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında sıyrığı, sağ göz qapaqları və gözaltı nahiyənin qançırı, alın, sağ almacıq, sol əlin ovuc səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs öədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 may 2024-cü il tarixli, 1541 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 iyun 2024-cü il tarixli, 1815 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 cinayət törədərkən öz hərəkətlərini ölçüb- biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxsin hüquqi varisi X5 ərizəsi əsasında təqsirləndirilən şəxs X4 ölməsi ilə əlaqədar Elxan Əliyev barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 may 2025-ci il tarixli protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 13 may 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 may 2025-ci il tarixli protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 14 may 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 181.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 181.2.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır və həmin cinayətlərin törədilməsində təqsirlidirlər. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara qarşı ittiham üzrə qismən təqsirli bilərək, AR CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilməmələrinə dair ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri həqiqəti əks etdirməyən, özlərini müdafiə xarakteri daşıyan və məsuliyyətlərini yüngülləşdirməyə yönəldilmiş ifadələr hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini AR CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilməmələrinə dair ifadələri zərər çəkmiş şəxsin ifadəsi, eləcə də, hadisə yerinə baxış keçirilməsi haqqında, ifadələrin yerində yoxlanılması haqqında, üzləşdirmə istintaq hərəkəti, videogörüntüyə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-tibbi ekspertizasının 04 iyun 2024-cü il tarixli, 580 nömrəli rəyi və iş materiallarında olan digər sübutlarla tam təkzib olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respubliası Ali Məhkəməsinin Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X7 10-cu bəndinə əsasən, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. X7 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Qeyd edilən Plenum Qərarının 23-cü bəndinə əsasən, CM-nin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Konstitusiya Məhkəməsinin Plenumunun qənaətinə əsasən, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 181.2.1-ci maddələri ilə düzgün cinayət hüquqi tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrarən özgənin əmlakını gizli olaraq talayıb, oğurluq etmişlər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 181.2.1-ci maddələri ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİNin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-94/2023 saylı hökmündən və Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-391/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl şərti azad edilmişdir. AR Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 234.1-ci maddəsi az ağır cinayət təsnifatına daxildir. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir və AR Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin sadə residivi halı mövcuddur. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)- 418/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuş və xx.xx.2018-ci il tarixdə cəza sonu ilə qeydiyyatdan çıxarılmışdır. AR Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Beləliklə, CM-in 83.3.2-83.3.5 və 83.4-cü maddələrinin məzmunundan göründüyü kimi, həmin maddələrdə nəzərdə tutulmuş bütün hallarda məhkumluğun ödənilməsi müddətinin axımının başlanması cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilmə vaxtından hesablanır. (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarı). AR Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələri ağır cinayət təsnifatına daxildir. AR Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Zərər çəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, maddi ziyan ödənilməsə də, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayəti, tələbi yoxdur, onlarla barışmışdır, təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin sadə residivini isə AR CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməlləri ilə bağlı epizodları, cinayət əməllərinin üsulunu və mexanizmini, ictimai təhlükəliliyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 181.2.1-ci maddələri ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri üzrə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının, 181.2.1-ci maddəsi üzrə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs1 isə əməlində AR CM-nin 61.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri ona şamil olunmamalıdır. AR Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs1 cəza AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 181.2.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, onlara təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi halı mövcud olduğundan ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməli, Təqsirləndirilən şəxs1 cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 may 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzanın əvvəli isə onun tutulduğu vaxtdan, yəni, 14 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Zərərçəkmiş şəxs cinayət mühakimə icraatı qaydasında təqsirləndirilən şəxslərə qarşı mülki iddia irəli sürmədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut hesab olunan “Sparsupermarket” ərzaq mağazasına məxsus təhlükəsizlik kameralarının videogörüntüləri olan 01 ədəd kompakt disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi 34 (otuz dörd) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 204 (iki yüz dörd) manat, məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi 34 (otuz dörd) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 204 (iki yüz dörd) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 181.2.1-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 181.2.1-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut hesab olunan “Sparsupermarket” ərzaq mağazasına məxsus təhlükəsizlik kameralarının videogörüntüləri olan 01 ədəd kompakt disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs cinayət mühakimə icraatı qaydasında təqsirləndirilən şəxslərə qarşı mülki iddia irəli sürmədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah olunsun. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 204 (iki yüz dörd) manat məbləğində pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 204 (iki yüz dörd) manat məbləğində pul ödənilsin. Hökmdən onun elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elmin Rüstəmov Hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar