Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-539/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və Zərərçəkmiş şəxs6 Herov oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı: Zərərçəkmiş şəxs1 və nümayəndəsi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs və mülki iddiaçı: Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2 və nümayəndəsi 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 oğlunun, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs Hafıq oğlunun müdafiəçisi Müdafiəçi1 oğlunun iştirakları ilə xx xxxx 1981-ci İl tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi. Sulu-Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, ev 9-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Hafıq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Hafıq oğlu özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə uzun müddət ticarət münasibətlərində olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək öz qulluq mövqeyindən istifadə edib satış üzrə mütəxəssis vəzifəsində işlədiyi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin satışını həyata keçirdiyi tütün məmulatlarının (siqaret) kampaniyaya düşən hissəsini ucuz qiymətə alıb Bakı şəhərindəki topdan satış məntəqələrinə və digər yerlərə baha qiymətə sataraq bu işdən yaxşı qazanc əldə etmək imkanı olduğunu, lakin özündə pul az olduğuna görə fürsətləri yaxşı dəyərləndirə bilmədiyini, həyata keçirəcəyi tütün məmulatlarının satışına sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir verəcəyinə dair həqiqətə uyğun olmayan yalan məlumat verib Zərərçəkmiş şəxs1 aldadaraq bu məqsədlə sonuncudan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının ticarət cərgəsində yerləşən «Teksun» adlı mağazada 27.12.2018-ci il tarixdə 98,175 manat, 09.01.2019-cu il tarixdə 77.000 manat, 14.02.2019-cu il tarixdə 119.350 manat, 23.05.2019-cu il tarixdə 65,450 manat, 15.06.2019-cu il tarixdə 164,395 manat, 09.08.2019-cu il tarixdə 327,250 manat, 20.08.2019-cu il tarixdə 204,050 manat, 03.10.2019-cu il tarixdə 462.000 manat, 09.10.02019-cu il tarixdə 423.500 manat, 05.11.2019-cu il tarixdə 346.500 manat, 17.12.2019-cu il tarixdə 462.000 manat, 13.01.2020-ci il tarixdə 423.500 manat, 04.02.2020-ci il tarixdə 308.000 manat, 13.02.2020-ci il tarixdə 462.000 manat, 06.03.2020-ci il tarixdə 288.750 manat, 02.04.2020-ci il tarixdə 577.500 manat, 20.04.2020-ci il tarixdə 519.750 manat və 24.04.2020-ci il tarixdə 269.575 manat olmaqla, ümumilikdə 5.596.745 manat pul almış, həmin pulun 3.596.053 manat hissəsini istintaqa məlum olmayan ayrı-ayrı tarix və vaxtlarda hissə-hissə olmaqla guya ticarətdən əldə edilən qazanc adı ilə qaytarıb qalan 2.000.2692 (iki milyon iki min altı yüz doxsan iki) manatını vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə aralarında uzun müddətli şəxsi münasibətləri olduğu Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək öz qulluq mövqeyindən istifadə edib satış üzrə mütəxəssis vəzifəsində işlədiyi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin satışını həyata keçirdiyi tütün məmulatlarını (siqaret) kampaniyaya düşən hissəsini ucuz qiymətə alıb Bakı şəhərindəki topdan satış məntəqələrinə və digər yerlərə baha qiymətə sataraq, «xxxx» və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətlərindən kampaniyaya düşən ərzaq məhsullarını ucuz qiymətə alıb Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində, Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının ticarət cərgəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus «Teksun» adlı mağazaya baha qiymətə sataraq, həmçinin Bakı şəhərinə gələn meyvələri «Meyvəli» Ticarət Mərkəzindən kənarda ucuz qiymətə alıb həmin ticarət mərkəzində baha sataraq yaxşı qazanc əldə etmək imkanı olduğunu, lakin özündə pul az olduğuna görə fürsətləri yaxşı dəyərləndirə bilmədiyini, həyata keçirəcəyi tütün məmulatları və ərzaq məhsullarının satışına sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir verəcəyinə dair həqiqətə uyğun olmayan yalan məlumat verib Zərərçəkmiş şəxs3 aldadaraq bu məqsədlə sonuncudan Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Bakı metropoliteninin «Həzi Aslanov» stansiyasının qarşısında 15 aprel 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki «Kaktus» restoranın yaxınlığında yerləşən ofisdə 15 iyul 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 28.900 manat təşkil edən 17.000 ABŞ dolları, 15 oktyabr 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 18.700 manat təşkil edən 11.000 ABŞ dolları, 15 yanvar 2020-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 11.050 manat təşkil edən 6.500 ABŞ dolları və 15 aprel 2020-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları olmaqla, ümümilikdə 56.500 ABŞ dolları pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə həmin dövrün məzənnəsi ilə 96.050 (doxsan altı min əlli) manat təşkil edən 56.500 ABŞ dolları məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə şəxsi münasibətləri olduğu Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək öz qulluq mövqeyindən istifadə edib satış üzrə mütəxəssis vəzifəsində işlədiyi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin satışını həyata keçirdiyi tütün məmulatlarını (siqaret) kampaniyaya düşən hissəsini ucuz qiymətə alıb Bakı şəhərindəki topdan satış məntəqələrinə və digər yerlərə baha qiymətə sataraq, «xxxx» və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətlərindən kampaniyaya düşən ərzaq məhsullarını ucuz qiymətə alıb Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində, Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının ticarət cərgəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus «Teksun» adlı mağazaya baha qiymətə sataraq, həmçinin Bakı şəhərinə gələn meyvələri «Meyvəli» Ticarət Mərkəzindən kənarda ucuz qiymətə alıb həmin ticarət mərkəzində baha sataraq yaxşı qazanc əldə etmək imkanı olduğunu, lakin özündə pul az olduğuna görə fürsətləri yaxşı dəyərləndirə bilmədiyini, həyata keçirəcəyi tütün məmulatları və ərzaq məhsullarının satışına sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir verəcəyinə dair həqiqətə uyğun olmayan yalan məlumat verib Zərərçəkmiş şəxs4 aldadaraq bu məqsədlə sonuncudan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki «Kaktus» restoranın yaxınlığında yerləşən ofisdə 2019-cu ilin mayın əvvəllərində həmin dövrün məzənnəsi ilə 68.000 manat təşkil edən 40.000 ABŞ dolları, həmin ilin may ayının sonlarında həmin dövrün məzənnəsi ilə 102.000 manat təşkil edən 60.000 ABŞ dolları, 27 aprel 2020-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 102.000 manat təşkil edən 60.000 ABŞ dolları olmaqla, ümumilikdə 160.000 ABŞ dolları pul almış, həmin pulun 75.000 ABŞ dollarını istintaqa məlum olmayan ayrı-ayrı tarix və vaxtlarda guya ticarətdən əldə etdiyi qazanc adı ilə qaytarıb qalan 85.000 ABŞ dolları pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 ümumilikdə həmin dövrün məzənnəsi ilə 144.500 (yüz qırx dörd min beş yüz) manat təşkil edən 85.000 ABŞ dolları məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək öz qulluq mövqeyindən istifadə edib satış üzrə mütəxəssis vəzifəsində işlədiyi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin satışını həyata keçirdiyi tütün məmulatlarını (siqaret) kampaniyaya düşən hissəsini ucuz qiymətə alıb Bakı şəhərindəki topdan satış məntəqələrinə və digər yerlərə baha qiymətə sataraq, «xxxx» və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətlərindən kampaniyaya düşən ərzaq məhsullarını ucuz qiymətə alıb Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində, Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının ticarət cərgəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus «Teksun» adlı mağazaya baha qiymətə sataraq, həmçinin Bakı şəhərinə gələn meyvələri «Meyvəli» Ticarət Mərkəzindən kənarda ucuz qiymətə alıb həmin ticarət mərkəzində baha sataraq yaxşı qazanc əldə etmək imkanı olduğunu, lakin özündə pul az olduğuna görə fürsətləri yaxşı dəyərləndirə bilmədiyini, həyata keçirəcəyi tütün və ərzaq məmulatlarının satışına sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir verəcəyinə dair həqiqətə uyğun olmayan yalan məlumat verib Zərərçəkmiş şəxs5 aldaraq bu məqsədlə sonuncudan Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli Bazar» Ticarət Mərkəzinin yaxınlığında 17 aprel 2020-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 272.000 manat təşkil edən 160.000 ABŞ dolları, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki «Kaktus» restoranının yaxınlığında 03 may 2020-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 272.000 manat təşkil edən 160.000 ABŞ dolları pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs5 ümumilikdə həmin dövrün məzənnəsi ilə 544.000 (beş yüz qırx dörd min) manat təşkil edən 320.000 ABŞ dolları məbləğində xüsusilə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə aralarında uzun müddətli ticarət əlaqələrinin olduğu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək öz qulluq mövqeyindən istifadə edib satış üzrə mütəxəssis vəzifəsində işlədiyi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin satışını həyata keçirdiyi «Maqna» markalı siqaretin kampaniyaya düşən 1000 qutu (hər qutuda 50 blok siqaret) hissəsini alacağı təqdirdə 100 qutu dəyərində 1 manatlıq «Azərcell» mobil operatoruna məxsus danışıq kartlarının hədiyyə olacağını, həmin siqaretlərin onun üçün alınmasını təşkil etmək iqtidarında olmasına dair həqiqətə uyğun olmayan yalan məlumat verib Zərərçəkmiş şəxs2 aldadaraq bu məqsədlə sonuncudan Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli Bazar» Ticarət Mərkəzinin yaxınlığında 04 may 2020-ci il tarixdə saat 11:00-da həmin dövrün məzənnəsi ilə 518.500 manat təşkil edən 305.000 ABŞ dolları, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Binə» Ticarət Mərkəzinin yaxınlığındakı «Bazar Store» Ticarət Mərkəzinin qarşısında 07 may 2020-ci il tarixdə saat 16:00-da həmin dövrün məzənnəsi ilə 110.500 manat təşkil edən 65.000 ABŞ dolları pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə həmin dövrün məzənnəsi ilə 629.000 (altı yüz iyirmi doqquz min) manat təşkil edən 370.000 ABŞ dolları məbləğində xüsusilə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə şəxsi münasibətdə olduğu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində iş yoldaşı olmuş Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən ucuz qiymətə ərzaq məhsulları alıb Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində, Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının ticarət cərgəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus «Teksun» adlı mağazaya sataraq yaxşı qazanc əldə etmək imkanı olduğunu, lakin özündə pul az olduğuna görə fürsətləri yaxşı dəyərləndirə bilmədiyini, həyata keçirəcəyi ərzaq məhsullarının satışına sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir verəcəyinə dair həqiqətə uyğun olmayan yalan məlumat verib Zərərçəkmiş şəxs7 aldadaraq bu məqsədlə sonuncudan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsi, ev 232 ünavanın qarşısında 27 aprel 2020-ci il tarixdə 14.000 ABŞ dolları pul almış, həmin pulun 600 ABŞ dolları hissəsini istintaqa məlum olmayan ayrı-ayrı tarix və vaxtlarda guya ticarətdən əldə etdiyi qazanc adı ilə qaytarıb qalan həmin dövrün məzənnəsi ilə 22.780 (iyirmi iki min yeddi yüz səksən) manat təşkil edən 13.400 ABŞ dolları hissəsini ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə şəxsi münasibətləri olduğu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində iş yoldaşı olmuş Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən ucuz qiymətə ərzaq məhsulları alıb Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində, Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının ticarət cərgəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus «Teksun» adlı mağazaya sataraq yaxşı qazanc əldə etmək imkanı olduğunu, lakin özündə pul az olduğuna görə fürsətləri yaxşı dəyərləndirə bilmədiyini, həyata keçirəcəyi ərzaq məhsullarının satışına sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir verəcəyinə dair həqiqətə uyğun olmayan yalan məlumat verib Zərərçəkmiş şəxs6 aldadaraq bu məqsədlə sonuncudan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektindəki «Messanat» yaşayış binasının qarşısında 27 aprel 2020-ci il tarixdə 17.000 ABŞ dolları pul almış, həmin pulun 1000 manat hissəsini istintaqa məlum olmayan ayrıayrı tarix və vaxtlarda guya ticarətdən əldə etdiyi qazanc adı ilə qaytarıb qalan həmin dövrün məzənnəsi ilə 27.200 (iyirmi yeddi min iki yüz) manat təşkil edən 16.000 ABŞ dolları hissəsini ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Hafıq oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o 2017-ci ilin mart ayından 2020-ci ilin aprel ayına qədər «xxxx» Məhdud Məsuliyyəli Cəmiyyətində çalışmışdır. «xxxx» MMC Keşlə qəsəbəsində yerləşən «xxxx» ASC-nin istehsal etdiyi «Bakı», «Azəri», «Maqna» və sairə markalı siqaretlərin müqavilə üzrə satışını həyata keçirirdi. O həmin şirkətdə bölgə üzrə satış müdiri vəzifəsində çalışmış və tabeliyində 7 nəfər ekspeditor var idi. Həmin 7 nəfər ekspeditorun Bakı şəhəri üzrə öz əraziləri var idi və anbarlardan qutularda olan siqaretləri götürüb öz əraziləri üzrə paylayırdılar. O da bütün bu proseslərə anbardan malın çıxışına, paylanmasına, müştərilərin axtarıb tapılmasına nəzarət edirdi. Əmək haqqı 850 manat idi və bundan başqa şirkət tərəfindən əlavə olaraq satışın miqdarına görə əlavə bonuslar da verilirdi. O 2017-ci ilin əvvəllərindən etibarən «İnşaatçılar» metrostansiyasının yaxınlığında yerləşən «Teksun» adlı pərakəndə və topdan satış mağazasının sahibi Zərərçəkmiş şəxs1la tanış oldu. Yaxşı münasibətləri yarandı. 2017-ci ilin sentyabr-oktyabr aylarında çalışdığı şirkət ucuz qiymətə siqaretlər təklif edirdi və imkanı yaranmışdı ki, ucuz qiymətə siqaret alıb Bakıda topdan satış yerlərinə paylamaqla yaxşı pul qazansın. Normal halda «Bakı» markalı siqaretin bir qutusunu 385 manata topdan satış qiymətinə müştərilərə təklif edirdiksə artıq hər qutunu 370 manatdan təklif etmək imkanı yaranmışdı, hər qutuda 50 blok siqaret olurdu. Həmin vaxt o hər qutudan 15 manat qazanc əldə edə biləcəyini bilirdi, ancaq əlində vəsait olmadığından bunu reallaşdıra bilmirdi. Ona görə də qərara gəldi ki, kiməsə bu işi birlikdə görməyi təklif etsin. Həmin vaxt da Zərərçəkmiş şəxs1la münasibəti yaxşı olduğu, həmçinin onda müəyyən qədər pul vəsaiti ola biləcəyini düşündüyü üçün bu iş barədə ona danışmaq qərarına gəldi. Zərərçəkmiş şəxs1 təklif etdi ki, ona siqaretin hər qutusuna görə 385 manat pul versin, o da siqaret alıb-satmaqla hər qutuya görə ona 395 manat pul qaytarsın. Yəni hər qutu siqaretə görə ona 10 manat qazanc təklif etmiş oldu. Beləliklə Zərərçəkmiş şəxs1la iş görməyə başladı. İlk dəfə Şakirin işlədiyi mağazaya gedib ondan 20.000 manat pul almışdı. Həmin pula şirkətdən 20.000 manat dəyərində siqaret aldı və başqa şəxslərə satdı. Təxminən bir neçə gün sonra Şakirə 20.000 manatdan 150 manat qazanc qaldığını bildirdi və 100 manatını ona verdi qalan 50 manatını isə özündə saxladı. Bir neçə ay bu formada işləməyə başladılar. Şakirdən pul alırdı, həmin pula siqaret alıb-satır və satdığı hər qutuya görə Şakirə 10 manat qazanc verirdi, özünə isə 5 manat qazanc qalırdı. 2018-ci ilin təxminən yaz aylarından etibarən Şakirə təklif etdi ki aldığı pullar onda dövriyyədə qalsın və o ona ancaq razılaşdıqları vaxtlarda həmin pula görə qazanc versin. Təklifinə səbəb həm müştərilərin, həm də siqaret sifarişlərinin çox olması idi. Zərərçəkmiş şəxs1 da razılaşdı və onlar artıq bu formada işləməyə başladılar. Aldığı və qazanc olaraq qaytardığı pulları həm o, həm də Zərərçəkmiş şəxs1 ayrı-ayrılıqda hərəsi öz qeydiyyat dəftərlərində qeyd edirdilər. 2019-cu ilin sentyabr ayına qədər heç bir problem olmadan Zərərçəkmiş şəxs1la bu qaydada işlədilər. O həmin vaxta qədər ümumilikdə 2.900.000 ABŞ dolları pulu qazancı ilə birlikdə Şakirə qaytarmışdı. 2019-cu ilin sentyabr ayından etibarən şirkətdən ucuz mal almaq imkanı olmadı, müəyyən müddət sonra da siqaretlərin qiyməti kəskin şəkildə endiyindən o problemlər yaşamağa başladı. İş dayandıqdan sonra o vəziyyəti Şakirə izah edə bilmədiyi üçün yenə də iş adı ilə ondan pul alıb qazanc kimi verirdi. Fikirləşirdi ki, işlər düzələr, o hər şeyi qaydasına qoya bilər. Zərərçəkmiş şəxs1 170 qutu siqaret üçün aldığı məbləğə görə həftənin bazar günü istisna olmaqla hər gün 850 manatdan qazanc adı ilə pullar vermişdir. Əvvəl aldığı pullara görə də Zərərçəkmiş şəxs1 hər həftənin 1-ci günü 13.000 manat (110 və 120 qutunun qazancı), İİ günü 33.000 manat (1200, 1200 və 900 qutu), İİİ günü 34.000 manat 310, 427, 530 və 850 qutu), İV günü 37.050 manat (1200, 255, 1500 və 750 qutu), V gün 11.000 manat (1100 qutu, Vİ günlər isə bir həftəsi 10.435 manat (427, 310 və 530), növbəti həftə isə 5235 manat (427 və 310) qazanc verirdi. 2020-ci ilin yanvar, fevral, mart və aprel aylarında Şakirdən 1200 qutu, 1500 qutu və 695 qutu siqaretin pulunu alıb, aldığı pulları da ona qazanc adı ilə qaytarmışdır. Ümumilikdə Zərərçəkmiş şəxs1 5.550.000 manat pul almışdır, ona verdiyi qazancları da nəzərə alınsa aldığı pulu artıqlaması ilə geri qaytarmışdır. 18.01.2018-ci il tarixdə Şakir ona 98.175 manat pul verib və hər həftənin 4-cü günü üçün 2.550 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər 119 həftə üçün ümumilikdə 303.450 manat Şakirə pul vermişdir. 21.05.2018-ci il tarixdə Şakir ona 77.000 manat pul verib və hər həftənin 1-ci günü üçün 2.000 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər 102 həftə üçün ümumilikdə 204.000 manat Şakirə pul vermişdir. 27.06.2018-ci il tarixdə Şakir ona 119.300 manat pul verib və hər həftənin 3 və 6-cı günü üçün 6.200 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər 194 həftə üçün ümumilikdə 601.400 manat Şakirə pul vermişdir. 25.07.2018-ci il tarixdə Şakir ona 204.050 manat pul verib 06.05.2020-ci il tarixə qədər 139 dəfə üçün ümumilikdə 736.700 manat Şakirə pul vermişdir. 02.11.2018-ci il tarixdə Şakir ona 423.500 manat pul verib və hər həftənin 5-ci günü üçün 11.000 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər 78 həftə üçün ümumilikdə 858.000 manat Şakirə pul vermişdir. 06.02.2019-cu il tarixdə Şakir ona 164.395 manat pul verib və hər həftənin 3 və 6-cı günləri üçün 2.135 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər 130 həftə üçün ümumilikdə 277.550 manat Şakirə pul vermişdir. 26.02.2019-cu il tarixdə Şakir ona 462.000 manat pul verib və hər həftənin 2-ci günü üçün 12.000 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər 61 həftə üçün ümumilikdə 732.000 manat Şakirə pul vermişdir.11.03.2019-cu il tarixdə Şakir ona 423.500 manat pul verib və hər həftənin 1-ci günü üçün 11.000 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər 60 həftə üçün ümumilikdə 660.000 manat Şakirə pul vermişdir. 23.05.2019-cu il tarixdə Şakir ona 65.450 manat pul verib və bazar günü istisna olmaqla həftənin hər günü üçün 850 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər 100 həftə üçün ümumilikdə 255.000 manat Şakirə pul vermişdir. 06.06.2019-cu il tarixdə Şakir ona 462.000 manat pul verib və həftənin hər 4-cü günü üçün 12.000 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər 47 həftə üçün ümumilikdə 564.000 manat Şakirə pul vermişdir. 09.08.2019-cu il tarixdə Şakir ona 327.500 manat pul verib və həftənin hər 3-cü günü üçün 8.500 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər 39 həftə üçün ümumilikdə 331.500 manat Şakirə pul vermişdir. 07.11.2019-cu il tarixdə Şakir ona 346.500 manat pul verib və həftənin hər 2-ci günü üçün 9.000 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər 26 həftə üçün ümumilikdə 234.000 manat Şakirə pul vermişdir.17.12.2019-cu il tarixdə Şakir ona 462.000 manat pul verib, 06.05.2020-ci il tarixə qədər 20 həftə üçün ümumilikdə 240.000 manat Şakirə pul vermişdir. 04.02.2020-ci il tarixdə Şakir ona 308.000 manat pul verib və həftənin hər 3-cü günü üçün 8.000 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər 39 həftə üçün ümumilikdə 112.000 manat Şakirə pul vermişdir. 06.03.2020-ci il tarixdə Şakir ona 288.750 manat pul verib və həftənin hər 4-cü günü üçün 7.500 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər ümumilikdə 60.000 manat Şakirə pul vermişdir. 02.04.2020-ci il tarixdə Şakir ona 577.500 manat pul verib və həftənin hər 4-cü günü üçün 15.000 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər ümumilikdə 60.000 manat Şakirə pul vermişdir. 20.04.2020-ci il tarixdə Şakir ona 519.750 manat pul verib və həftənin hər 5-ci günü üçün 13.500 manat qazanc olmaqla, 06.05.2020-ci il tarixə qədər ümumilikdə 27.000 manat Şakirə pul vermişdir. 24.04.2020-ci il tarixdə Şakir ona 267.575 manat pul verib 06.05.2020-ci il tarixə qədər ümumilikdə 14.000 manat Şakirə pul vermişdir. 18.01.2018-ci ildən 06.05.2020-ci ilə qədər ummumilikdə 5.596.995 manat Şakirdən pul alıb, 6.270.600 manat ona pul vermişdir. Digər Zərərçəkmiş şəxs2 2018-ci ildən tanıyır. Farid birbaşa anbardan onun vasitəsi ilə siqaretlər alırdı və həmin siqaretləri aparıb rayonlarda satırdı. Onunla münasibətləri belə yaranmışdı. Daha sonra o Zərərçəkmiş şəxs2 faizə pul aldı və həmin pulun faizlərini vaxtıvaxtında Faridə ödəyirdi. 2020-ci ilin aprel ayınadək Fəriddən ümumilikdə 350.000 ABŞ dolları pul almışdır. Artıq aprelin ortalarında o, həmin pulları geri tələb etdiyindən o 350.000 ABŞ dolları və üzərində 40.000 ABŞ dolları qazanc kimi Zərərçəkmiş şəxs2 pul qaytardı. Ancaq bir neçə gündən sonra Fəriddən 250.000 ABŞ dolları pul götürdü. Həmin məbləği ona geri qaytarmadı. Növbəti dəfə 3-4 gün sonra ondan 160.000 ABŞ dolları pul götürdü, lakin həmin pulu götürdükdən bir müddət sonra geri qaytardı. Aprel ayının sonlarında növbəti dəfə Fəriddən 55.000 ABŞ, daha sonra isə 65.000 ABŞ dolları pul götürdü. Beləliklə Fəriddən götürdüyü ümumi məbləğ 370.000 ABŞ dolları təşkil edir. Fəriddən aldığı pulun hər 10.000 ABŞ dollarına gündəlik 370 manat faiz verirdi. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 10.000 ABŞ dolları, Zərərçəkmiş şəxs6 isə 14.000 ABŞ dolları pul almışdır. Zərərçəkmiş şəxs3, onun qardaşı Zərərçəkmiş şəxs4 və Babəkin qaynı Zərərçəkmiş şəxs5 da ümumilikdə 400.000 ABŞ dolları pul almışdır. Zərərçəkmiş şəxs1 aldığı pulları artıqlaması ilə geri ödəmişdir, lakin digər zərərçəkmiş şəxslərə qeyd etiyi məbləğləri geri qaytara bilməyib. Bütün anbarlar şirkətə məxsus olub. Anbarlardan istifadə haqqını da şirkət ödəyirdi. Bir nəfər şəxs ona ən çoxu 5.000-10.000 qutu siqaret olmaqla, Bakı şəhəri üzrə aylıq 7.000.000 qutudan çox olmaqla siqaret satırdı. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o 1994-cü ildən Yasamal rayonu ərazisində «İnşaatçılar» metrostansiyasının yaxınlığında «Teksun» adlı topdan və pərakəndə ərzaq mağazasını işlədir. Mağazada ərzaq məhsulları ilə yanaşı, tütün məlumatlarının satışı ilə də məşğul olurdu. Təqsirləndirilən şəxs işlədiyi «xxxx» şirkətindən də siqaret alırdı. O 2015-ci ildən onlarla əməkdaşlıq edirdi. Ancaq bir müddət sonra malların çatdırılmasında problem yaşamağa başladı, bu barədə şirkətin nümayəndəsinə iradımı bildirdi və o ona Təqsirləndirilən şəxsla əlaqə qurmağını və bütün iradlarını ona bildirməli olduğunu dedi. Samir şirkətin Bakı şəhəri üzrə bölgə müdiri idi. O da Samirin əlaqə nömrəsini alaraq ona zəng vurdu və problemi bildirdi. Təxminən 2017-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs onun yanına gəldi və bildirdi ki, işlədiyi şirkətdən ucuz qiymətə siqaret ala bilmə imkanı var, ancaq əlində pul yoxdur. Ona izah etdi ki, həmin ucuz qiymətə olan siqaretləri alıb ayrı-ayrı yerlərə satacaq və yaxşı qazanc əldə edəcək. Buna görə də ondan ona pul verməyini xahiş etdi və söz verdi ki, həmin pula siqaret alıb topdan satış yerlərinə satacaq və əldə etdiyi gəlirdən ona da müəyyən pay verəcək. O Samirə ətraflı şəkildə öz suallarını verdi, Samir də ona şirkətdən siqareti hansı yolla ucuz qiymətə alacağını izah etdi. Ona bildirdi ki, şirkətdə siqaret satışı ilə bağlı kampaniya var və siqaretləri kampaniya çərçivəsində ucuz qiymətə ala bilər. Samir uzun müddətdir ki, bu işlə məşğul olduğu üçün onun təklifini qəbul etdi. O ilk dəfə Samirə öz dükanında 10 qutu siqaretin pulunu verdi. Hər qutuda da 50 blok siqaret olurdu. Samir ona bir qutunun dəyərinin 385 manat olduğunu demişdi. O da ona 10 qutu siqaretə görə 3850 manat pul ödəməli idi, Samir də ona siqaretləri satdıqdan sonra 3950 manat pul qaytarmalı idi. Elə də oldu, o Samirə hər qutuya görə 385 manatdan 3850 manat pul verdi, o da ona 3950 manat pul qaytardı. Ancaq o onun siqareti hansı qiymətə satdığını bilmirdi. Bundan sonra o davamlı olaraq Samirlə işləməyə başladı. O, ondan müxtəlif məbləğlərdə pullar alırdı və söz verdiyi vaxtda da gətirib pulu qazancı ilə birlikdə ona qaytarırdı. Daha sonra Samir ondan daha böyük məbləğlərdə pul istəməyə başladı. Səbəb olaraq da həbsxanalara, gəmilərə, rayonlara siqaret payladığını bildirdi. Əvvəllər Samir aldığı pulu ona qazancı ilə birgə qaytarırdı, ancaq sonradan, yəni təxminən 2018-ci ilin dekabr ayından etibarən verdiyi pulların onda dövriyyədə qalmasını təklif etdi. Ancaq ona hər həftə həmin dövriyyədə qalan məbləğin qazancını gətirəcəyinə söz verdi. Samir ondan 2018-ci ilin sonlarında, təxminən dekabr ayının 27-28-i ərəfələrində 255 qutu siqaret üçün 98.175 manat pul aldı və həmin pula görə həftəlik olaraq ona 2550 manat qazanc verməyə başladı. Ancaq maya pul onda qalırdı, həmin məbləği ona qaytarmırdı. Eyni qaydada Samir ondan 2019-cu ilin yanvar ayında 77.000 manat pul aldı, hər həftə isə ona 2000 manat qazanc verirdi. Fevral ayında 119.350 manat pul verdi, həmin pula görə də hər həftə 3100 manat qazanc verirdi. May ayında 65.450 manat pul verdi, qazanc olaraq hər həftə 850 manat pul aldı. İyun ayının 15-də 164.395 manat pul verdi, qazanc olaraq hər həftə 2135 manat pul aldı. Avqust ayınun 9-da 327.250 manat pul verdi, qazanc olaraq hər həftə 8500 manat pul aldı. Avqustun 20-də 204.050 manat pul verdi, qazanc olaraq hər həftə 5300 manat pul aldı. Oktyabrın 3-də 462.000 manat pul verdi, qazanc olaraq hər həftə 12000 manat pul aldı, oktyabrın 9-da isə 423.500 manat pul verdi, qazanc olaraq hər həftə 11000 manat pul aldı. Noyabr ayının 5-də yenə də Samirə 346.500 manat pul verdi, qazanc olaraq hər həftə 9000 manat pul qaytardı. Dekabr ayının 17-də 462.000 manat pul verdi, qazanc olaraq hər həftə 12000 manat pul qaytardı, 2020-ci ilin yanvarın 13-də 423.500 manat pul verdi, qazanc olaraq hər həftə 11000 manat pul qaytardı, fevralın 4-də 308.000 manat pul verdi, qazanc olaraq hər həftə 8000 manat pul qaytardı, fevralın 13-də 462.000 manat pul verdi, qazanc olaraq hər həftə 12000 manat pul qaytardı, martın 6-da 288.750 manat pul verdi, qazanc olaraq hər həftə 7500 manat pul qaytardı, aprelin 2-də 577.500 manat pul verdi, qazanc olaraq hər həftə 15000 manat pul qaytardı, aprelin 20-də 519.750 manat pul verdi, qazanc olaraq hər həftə 13500 manat pul qaytardı, aprelin 24-də isə Samir ondan 269.575 manat pul aldı. Qazanc olaraq isə hərə həftə 6950 manat pul qaytardı. Samir ancaq verdiyimpulların müqabilində həftəlik qazanc adı ilə pullar verirdi. 2020-ci ilin mart ayında o artıq Samirə bildirnişdi ki, daha ona pul vermək imkanı yoxdur, həmin ana məbləğləri yavaş-yavaş qaytar. Ancaq aprel ayında karantin olduğu üçün o ona yenə də may ayına qədər pul verməyə davam etdm. Aprel ayının ortalarında işlədiyi dükanda olan zaman Samir onun dükanının qarşısına gəldi. Həmin vaxt o, Prado markalı avtomobildə idi, o təzə maşın aldığını düşünüb onu təbrik etdi, Samir isə həmin maşının qardaşına məxsus olduğunu dedi. Onu söhbət etmək üçün maşına dəvət etdi, maşının arxa oturacağında bir neçə sellofan torba var idi, həmin sellofan torbaları açıb içərisindəki pulları ona göstərdi. Dedi ki, sənin pulların burdadır, heç nəyə görə narahat olmağa əsas yoxdur. Daha sonra təxminə may ayının 5-i Samir ona zəng etdi və bildirdi ki, artıq siqaret satışı dayandı və ona məxsus pulları gələn həftədən etibarən qaytaracağını bildirdi. Bu söhbətdən 2 saat sonra ona yenidən zəng vurdu və sifariş olduğuna görə sonuncu dəfə olmaqla 1200 qutu siqaretin pulunu istədi. O onunla razılaşmadı. Samir ona malı sifariş edib aparıb anbarına yığdığını, lakin malın pulunu ödəmədiyini deyəndə, o Samirə bir şərtlə həmin pulu ona verə bilər ki, ona anbarını və anbarda olan siqaretlərini göstərsin. Samir heç bir problem olmadığını və anbara getmək üçün Samirin avtomobilinə əyləşdilər. Bir qədər getdikdən sonra Samir anbardara zəng etdi, ona anbardar artıq anbarda olmadığı üçün ora gedə bilməyəcəklərini dedi. O başa düşdü ki, Samir qəsdən boyun qaçırır. Sonradan Samir ona pul verməyi üçün çox dil tökdü. Acaq ona pul verməyəcəyini bildirdi. May ayının 7-də Samir ona dedi ki, 1200 qutu siqaretin pulunun böyük bir hissəsini düzəldib, sadəcə olaraq 65.000 ABŞ dolları çatmır, ona yenə də anbarı görməsə pul verə bilməyəcəyini dedi. Həmin gün axşam saat 6-7 radələrində Samir yenidən yanına gəldi və ondan borc kimi 5.500 manat pul istədi və səhər həmin pulu qaytaracağını bildirdi. Nə üçün borc istədiyini soruşduqda, Samir ona polislik məsələsi olduğunu dedi və o həmin məbləğdə pulu ona verdi. May ayının 8-i, yəni səhərisi gün borc kimi verdiyi 5500 manatı tələb etmək üçün Samirə zəng vurdu, ancaq o telefonu açmadı. O da əvvəlcə qardaşına, sonra isə yenidən Samirə zəng vurdu. Həmin vaxt telefonu yoldaşı götürdü və ona Samirin xəstə olduğunu dedi. O yoldaşından ünvanlarını soruşdu ki, gedib Samiri görsün. Yoldaşının verdiyi ünvana Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Qurtuluş yaşayış massivindəki evlərinə getdi, mənzildə olarkən Samir özünü xəstəliyə vurdu, onu tanımadığını bildirdi. O bundan sonra başa düşdü ki, Samir onu aldadıb və o hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gəldi. Təqsirləndirilən şəxs ona onda qalan ana məbləğlərə görə həftəlik olaraq ödədiyi qazanc məbləğlərini cəm halda istəyir. Təkcə 2018-ci ilin dekabr ayında ona verdiyi 98.175 manat pula görə hər həftə 2250 manat olmaqla ümumilikdə ona 176.800 manat qazanc vermişdir. Bütün epizodlar üzrə isə Samir ümumilikdə ondan 14.537 qutu siqaretin pulu olan 5.596.745 manat pul vəsaitini almış, ona ümumi olaraq qazanc şəklində 3.596.053 manat pul qaytarmışdır. Ana məbləğ isə bütov şəkildə ona qaytarılmamışdır. Həmin məbləğləri Samirə öz dükanında vermişdi, həmin vaxt dükanda işçilər və ya digər şəxslər olsa da, onlar onun Samirdən nə qədər pul aldığını, ona nə qədər pul verdiyini görmürdülər. O təxminən 20 dəfəyə yaxın Təqsirləndirilən şəxs böyük məbləğlərdə pul vermişdir, hansı ki, həmin məbləğlər üçün ona qazanc məbləğini hər həftə versə də ana məbləği qaytarmayıb, həmin verilən məbləğlərlə bağlı heç bir rəsmiləşdirmə aparılmayıb. Təqsirləndirilən şəxs verdiyi pullar bütövlükdə ona məxsus deyil, ayrı-ayrı şəxslərdən alıb Samirə vermişdir. Hətta 50.000 manata yaxın məbləği də bankdan kredit kimi götürmüşdü. Samirə verdiyi pulların qeydiyyatını şəxsi dəftərində aparırdı, həmin dəftərdə Samir heç nə qeyd etmirdi, onun da öz qeydiyyat dəftəri var idi. Samir ona siqareti hansı mağazalara satdığını şifahi şəkildə desə də, onu həmin yerlərlə tanış etməyib, ona heç vaxt malların satışı ilə bağlı qaimə və ya digər rəsmi sənəd göstərməyib. Samirə ümumilikdə 5.596.745 manat pul vermiş, o da ona ümumi olaraq qazanc şəklində 3.596.053 manat pul qaytarıb. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir, yəni həmin pul məbləği geri qaytarılmamışdır. O vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsini də müdafiə edərək, məhkəmədən 5.596.745 manat maddi və ******* manat məbləğində mənəvi vurulmuş ziyanın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısının həyat yoldaşı Zərərçəkmiş şəxs4 və onun qardaşı Zərərçəkmiş şəxs3 görə tanımışdır. Təxminən 2019-cu ilin mart ayı idi, Babək ona dedi ki, Samir adlı tanışı var, ona 3-4 saatlıq 30.000 ABŞ dolları pul lazımdır. Pulu qaytaran zaman həmin məbləğin qarşılığında əlavə olaraq 1200 manat pul verəcəyini də bildirdi. O da Babək ailə üzvü olduğu, tanıyıb güvəndiyi üçün onun xahişini yerə salmadı. Həmin pulu, yəni 30.000 ABŞ dollarını Samirə çatdırması üçün Babəkə verdi. Elə həmin gün Babək 30.000 ABŞ dolları pulu gətirib ona qaytardı, əlavə olaraq 1200 manat pulla birlikdə. Həmin pulun 800 manatı ona çatdı, qalan 400 manatını isə Babək özü götürdü. Bir müddət sonra Babək ona Samirlə olan iş birliyindən söz açdı və dedi ki, Samirin əlində vəsait olmadığı üçün ona müəyyən məbləğdə pul verib, bunun müqabilində Samir «Meyvəli» Ticarət Mərkəzində meyvə alıb satır, yəni meyvə biznesi ilə məşğul olur, həm də işlədiyi «xxxx» şirkətində siqaretləri ucuz qiymətə alaraq topdan satış yerlərinə satır. Həmin alqı-satqılardan da yaxşı qazanc əldə edir və Babəkə də müəyyən məbləğdə qazanc verir. Babək ona təklif etdi ki, əgər istəsə Samirlə iş görə bilər, yəni o Samirə müəyyən məbləğdə pul verəcəkdi, o da həmin məbləği ona qazancı ilə qaytaracaqdı. O da etiraz etmədi, Babəki tanıdığı üçün Samirlə iş görmək üçün razılaşdı. Beləliklə 2019-cu ilin aprel ayında Babək ondan 190.000 ABŞ dolları pul alıb Samirə verdi. Təxminən 3-4 gün sonra Samir həmin pulu Babək vasitəsilə ona qaytardı. Daha sonra Babək ona bildirdi ki, Samir təklif edir ki, ona verdiyi pulları geri qaytarmayaraq dövriyyədə saxlasın. Samir daha əvvəl ona verdiyi məbləğləri vaxtı-vaxtında qaytardığı üçün artıq ona qarşı inamı yaranmışdı və o Babəkin təklifinə etiraz etmədi. Qərarlaşdırdı ki, Samirlə özü görüşüb söhbət etsin. 2019-cu ilin iyunun əvəllərində o Babək vasitəsi ilə Samirlə görüşdü. Samir ona işlərini böyütmək üçün külli miqdarda pul lazım olduğunu, əgər əlində vəsait olarsa yaxşı qazanc əldə edəcəyini bildirdi. Ona istədiyi məbləğləri verəcəyi təqdirdə ona yaxşı qazanc verəcəyini də vəd etdi, onun dediklərindən heç bir şübhə duymadı və ortada Babək də olduğu üçün ümumilikdə 300.000 ABŞ dolları pul tapa biləcəyini dedi. Bir neçə gün sonra həmin məbləği, yəni 300.000 ABŞ dolları pulu Babəkə verdi ki, aparıb Samirə versin. Babək də həmin pulu Samirlə görüşüb ona verdi. Razılaşmaqları belə idi ki, Samir həmin məbləğin müqabilində hər ayın 15-i 27.000 ABŞ dolları pulu qazanc kimi verməli idi. Belə də oldu, Samir razılaşdıqları qaydada ona hər ay həmin məbləği qazanc kimi verirdi. Həmin pulun 20.000 ABŞ dolları ona çatırdı, 7000 ABŞ dolları isə Babək və Emilə. Təxminən 4 ay bu şəkildə ona qazanc məbləğlərini vaxtı-vaxtında verdi. 4 ay sonra, yəni 2019-cu ilin oktyabr ayında o qərara gəldim ki, ana məbləğ olan 300.000 ABŞ dolları pulu Samirdən geri alsın və öz borclarını qaytarsın. Yerdə qalan pulu yenə də dövriyyəyədə saxlamaq fikrində idi. Samirə bu barədə danışdı, o da onunla razılaşdı. Həmin pulu, yəni 300.000 ABŞ dollarını geri qaytardı. Samir o tələb etdiyi vaxt pulu heç bir bəhanə gətirmədən geri qaytardığı üçün onun ona etibarı daha da artdı. Borclarını verdikdən sonra əlində ümumilikdə 110.000 ABŞ dolları pul qaldı. Təxminən 1 aydan sonra, noyabr ayında Samir ona yeni bir iş təklif etdi və yenə də müəyyən məbləğdə pul lazım olduğunu bildirdi. Təklif ondan ibarət idi ki, Samir «xxxx»dən ucuz qiymətə aldığı yağı Yasamalda Şakir adlı topdan satışla məşğul olan şəxsə satacaqdı. Buna görə də pul lazım olduğunu dedi və bildirdi ki, işi gördükdən sonra ya pulu qaytaracaq, yada ki, pul onda qalacaq və həftəlik qazanc verəcək. O Samirlə razılaşdı, ona 110.000 ABŞ dolları pul verə biləcəyini dedi. Ancaq həmin pulu istəyən kimi geri qaytarması şərti ilə. Samir də onun şərti ilə razılaşdığı üçün həmin 110.000 ABŞ dolları pulu Babəkə verdi, Babək də Samirə çatdırdı. Həmin pulun qarşılığında Samir həftədə bir-iki dəfə qazanc kimi 2700 manat pul verirdi, həmin pulun da 2000 manatı ona çatırdı, 700-ü isə Babəkə. Bu proses 2020-ci ilin mart ayının sonuna qədər davam etdi. 2020-ci ilin aprel ayında o Samirə 160.000 ABŞ dolları pul verdi. Həmin pulu Zərərçəkmiş şəxs2la «Meyvəli» Ticarət Mərkəzində gördüyü işini həll etmək üçün Babəkdən istəmişdi. Babək də ona bu barədə danışmışdı. Həmin pulu 3-4 gün ərzində qazancı ilə birlikdə geri qaytaracağını dediyi üçün o da etiraz etmədi. Həmin məbləği Babəkə verdi, Babək də Faridə çatdırdı. May ayının əvvəllərində o Babəkə bildirdi ki, Samirdən pulu qaytarmasını tələb etsin. Samir də görüşmək istədiyini dediyi üçün onlar axşamtərəfi görüşdülər. O Samirdən onda olan ona məxsus ümumilikdə 270.000 ABŞ dolları pulu qaytarmasını tələb etdi. Yəni həm əvvəlcə verdiyi 110.000, həm də sonradan verdiyim 160.000 ABŞ dolları birlikdə. Samir ona bildirdi ki, 110.000 ABŞ dolları pulu Şakirdən alıb və meyvə alıb cənub bölgəsinə satması üçün Zərərçəkmiş şəxs2 verib. Lakin karantin olduğu üçün Farid postlardan keçə bilmədiyi üçün meyvələri satıb pulu Samirə çatdıra bilməyib. Daha sonra Samir başqa bir iş barədə söz açdı, bu dəfə ucuz qiymətə sement alıb satmaq üçün məndən pul istədi və bildirdi ki, sement işini gördükdən sonra ona 10.000 ABŞ dolları qazanc verəcək. Həmçinin ona belə bir şərt qoydu ki, əgər sement işi üçün istədiyi məbləği ona versə ona həm sement üçün alacağı 160.000 ABŞ dolları pulu, həm də əvvəl aldığı 270.000 ABŞ dolları pulu qısa müddətdə geri qaytaracaq, onunla razılaşdı, ondan əvvəl aldığı pulları da geri qaytarsın. Samirə istədiyi 160.000 ABŞ dolları pulu vermək üçün borc aldı və həmin gün axşam Samirlə görüşüb pulu ona verdi. Pulları qaytarmaq üçün razılaşdıqları gün Samirə zəng etdi və pulları qaytarıbqaytarmayacağı barədə maraqlandı. O isə ondan iki gün də əlavə vaxt istədi və pulu qaytaracağına söz verdi. Yenə də pulu qaytarmadığı üçün bu dəfə qərara gəldi ki, Samirlə görüşsün. 2020-ci il may ayının 7-də Samirlə «Koroğlu» metro stansiyası yaxınlığında görüşdülər. Samir ona pulun aqibəti barədə konkret bir söz demədi. Müxtəlif bəhənlər gətirdi və yenə də bir neçə gün vaxt istəyib pulu bir neçə günə qaytaracağına söz verdi. Daha sonra o Samirin hüquq-mühafizə orqanları tərəfindən tutulduğunu eşitdi. O vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsini də müdafiə edərək, məhkəmədən 320000 ABŞ dolları məbləğində vurulmuş maddi ziyanın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o Abşeron rayonu, Qobu qəsəbəsində ərzaq dükanı işlədir. 2015-ci ildən topdan satış yerlərindən ucuz qiymətə siqaret alıb satmağa başladı. Bu işə başlayanda ilk siqaret aldığı yerlərdən biri Yasamal rayonu ərazisində yerləşən «Teksun» adlı topdansatış mağazası olmuşdu. Həmin yerin müdiri Zərərçəkmiş şəxs1la da siqaret almağa başladıqdan sonra tanış olmuşdu. Zərərçəkmiş şəxs1 yerli istehsal olan «Bakı» və «Azəri» markalı siqaretləri alırdı. Şakirdən iki ilə yaxın bir müddət hər dəfə 20-25 qutu olmaqla siqaret aldı. Hər qutuda da 50 blok siqaret olurdu. 2017-ci ilin əvvəllərində Şakir təklif etdi ki, siqaretləri birbaşa olaraq həmin siqaretləri istehsal edən «xxxx» şirkətinin satış müdiri Təqsirləndirilən şəxs alsın. Şakir tanış etmək üçün Samiri mağazaya dəvət etdi, onlar görüşüb söhbət etdilər və razılaşdılar ki, həmin vaxtdan sonra birbaşa olaraq Samirdən siqaret alsın. Samirlə birbaşa işləməyə başladıqdan sonra siqaretləri daha ucuza aldığı üçün hər qutudan 5 manat artıq pul qazanırdı. 3 ilə yaxın bu qaydada işlədilər. O nağd şəkildə pulunu verib Samirdən siqaret alırdı. O da vaxtı-vaxtında ona siqaretləri çatdırırdı. 2020-ci il təxminən aprel ayının ortalarında Samir ona 800 qutu «Astra» markalı siqaret olduğunu və bir qutusunu 400 manatdan olmaqla ümumilikdə 320.000 manata təşkil edə biləcəyini dedi. Bu hesabla bir qutu Astra 80 qəpiyə alınmış olurdu. «Astra» markalı siqaret də həmin vaxt 1 manatdan satıldığından mən qazanc əldə edə biləcəyimi düşünüb onunla razılaşdı. Samirlə «Meyvəli Bazarı»nın yaxınlığında görüşdü və ona 272.000 manat təşkil edən 160.000 ABŞ dolları pul verdi, razılaşdılar ki, pulun qalanını da siqareti təhvil götürdükdən sonra ödəyəcək. Bir neçə gün sonra Samir ona siqaret işinin alınmadığını dedi və müdirinin gətirib pulunu qaytaracağını bildirdi. O da Samirin dediyi kimi «Meyvəli Bazarı»nın yaxınlığında Babək adlı şəxslə görüşdü. O 160.000 ABŞ dolları pulu ona qaytardı və Samirlə bir yerdə işlədiyini bildirdi. Bir müddət sonra, təxminən may ayının 3-ündə Samir ona şirkətlərində kampaniya olduğunu dedi və 1000 qutu «Maqna» markalı siqaret götürəcəyi halda 100 qutunun dəyərində 1 manatlıq «Azərcell» danışıq kartlarının hədiyyə olacağını bildirdi. Həmin vaxt «Maqna»-nın bir karobkası 765 manat, 100 karobkanın dəyəri 76.500 edirdi. Samir də ona dediyinə görə hədiyyə olaraq kampaniya daxilində 76500 ədəd 1 manatlıq danışıq kartını hədiyyə olaraq verməli idi. O yenə də qazancı düşünüb Samirlə razılaşdı. Səhərisi gün, o Samirə «Meyvəli Bazarı»nın yaxınlığında 305.000 ABŞ dolları pulu aparıb verdi. Həmin pul ona məxsus idi və uzun müddətdir ki, yığdığı pul idi. Samirə qalan məbləği sonra tapıb verəcəyini dedi, fikirləşirdi ki, hardansa tapıb qalan məbləği verə bilər. Ancaq Samir bildirdi ki, qalan məbləği tapacağı təqdirdə siqaretləri ayın 7-də zavoddan çıxara biləcək. O qalan 65.000 ABŞ dolları da tapdı və mayın 7-də, «Binə» Ticarət Mərkəzinin yaxınlığında yerləşən «Bazar Store» topdan satış məntəqəsinin həyətində Samirə verdi. Samir dediyinə görə siqaret həmin gün axşam saat 18:00-da «Meyvəli Bazarı»nın qarşısına gəlməli idi. O təxminən 6-nın yarısı Samirə zəng etdi və siqaretlər barədə maraqlandı. Samir dedi ki, özü malın yeri barədə məlumat verəcək. Həmin gün, gecə saat 24:00-dək «Meyvəli Bazarı»-nın qarşısında gözlədi, Samirə nə qədər zənglər etdsə də o telefona cavab vermədi. O da əlacsız qalıb evə qayıtdı. Gecə yarısı saat təxminən 2 radələrində Samir ona zəng etdi və dedi ki, siqaretləri gətirməli olan adam gəlib çıxmayıb narahat olma, may ayının 12-nə qədər siqaretlər gələcək. Ertəsi gün Samirə nə qədər zəng etsə də cavab vermədi. O əlacsız qalıb Babəklə əlaqə yaratdı. Görüşən zaman Babək Samirin onlardan da böyük məbləğdə pul alıb qaytarmadığını bildirəndə o artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşdü. Hazırda Təqsirləndirilən şəxs ilə qarşılıqlı razılığa gəlmişlər və ona qarşı heç bir şikayəti və tələbi yoxdur, barəsində qanunvericiklə nəzərdə tutulmuş qaydada qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəməyə yazılı şəkildə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını, gələcəkdə də olmayacağını bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb, məhkəmə proseslərini zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Belə ki, onunla Hövsan qəsəbəsində qonşu olmuş və bir sinifdə oxumuşdur. Təqsirləndirilən şəxs Hövsandan köçəndən sonra da onunla əlaqəni kəsməmiş, ailəvi gediş-gəlişləri davam etmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edib onunla hal-əhval tutub ordan burdan danışmış və sonra ona təclili 30.000 manat pul lazım olduğunu, «Meyvəli» bazarına Tırla meyvə gəldiyini, həmin meyvəni ucuz qiymətə bazardan kənarda alıb bazarda baha qiymətə satacağını, ona görə həmin pulun ona lazım olduğunu və bu prosesi 3-4 saat müddətində həyata keçirib pulu götürəcəyini və aldığı pulu qaytaracağını, bunun müqabilində 1200 manat qazanc verəcəyini bildirmişdir. Həmin vaxt özündə pul olmadığından o, qardaşı Babəkə zəng edib ona Təqsirləndirilən şəxs təklifini bildirmiş, Babək də etiraz etməmiş və qaynı Zərərçəkmiş şəxs5 30.000 ABŞ dolları pul götürmüşdür. Bundan sonra o və qardaşı Babək Təqsirləndirilən şəxsla danışmış və sonuncu onları «Meyvəli» Tircarət Mərkəzinin qarşısında gözlədiyini bildirmişdir. O da qardaşı Babəklə birlikdə Təqsirləndirilən şəxs dediyi yerə getmiş və onunla görüşmüş və 30.000 ABŞ pulu sonuncuya vermişdir. Pulu götürəndən sonra Təqsirləndirilən şəxs bazara daxil olub pulu bazarda bu işə baxan Farid adlı şəxsə verib geri qayıdacağını bildirmişdir. Bundan bir müddət sonra sarı rəngli «Ford Tranzit» markalı yük avtomobili gəlmiş və Təqsirləndirilən şəxs gələn şəxsin Farid olduğunu bildirib 30.000 ABŞ dolları pulu aparmış və «Ford Tranzit» markalı yük avtomobilinə əyləşmiş, bir neçə dəqiqə sonra geri qayıdıb hər şeyin yolunda olduğunu və bir-iki saata işin həll olunacağını bildirmişdir. Bundan sonra onlar orada gözləmiş və söhbət etmişdirlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs «xxxx» şirkətində bölgə müdiri işlədiyini, həmin şirkətin ölkə daxilində siqaret alqı-satqısı fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Həmin vaxtı işsiz olan qardaşı Babək əgər iş olarsa, onu da işə düzəltməsini xahiş edəndə Təqsirləndirilən şəxs yaxınlarda bir nəfər ekspeditorun işdən çıxacağını və onu işə götürə biləcəyini bildirmiş, Babək də razılaşmışdır. Aradan təxminən iki saat keçəndən sonra Təqsirləndirilən şəxs artıq məsələnin həll olunduğunu bildirib bazara girmiş və geri qayıdıb 30.000 ABŞ dolları pulu qaytarıb üstündə 1200 manat pulu qazanc kimi vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs daimi olaraq «Meyvəli» bazarında meyvə alış-satışı ilə məşğul olduğunu, bundan başqa «xxxx»-dən ucuz qiymətə yağ götürdüyünü və həmin yağı «İnşaatçılar» metro stansiyasının yaxınlığında Şakir adlı topdan satışla məşğul olan şəxsə satıb həmin işdən də qazanc əldə etdiyini, lakin əlində pul az olduğu üçün işlərini genişləndirə və əlindəki fürsətləri yaxşı dəyərələndirə bilmədiyini bildirib ona pul tapıb verə bilsə həmin pula ticarət edəcəyini və aylıq ona qazanc verə biləcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs uzun müddət tanıdığından etiraz etməmiş və 15 aprel 2019-cu ildə yaşadığı evin yaxınlığında, yəni «Həzi Aslanov» metro stansiyasının qarşısında Təqsirləndirilən şəxsla görüşüb ona 20.000 ABŞ dolları pul vermişdir. Danışığa görə Təqsirləndirilən şəxs həmin pula görə hər ay ona 1500 ABŞ dolları qazanc kimi pul verməli imiş. Bundan sonra Təqsirləndirilən şəxs vədinə uyğun olaraq həmin pula görə aylıq 1500 ABŞ dolları qazancı ona verməyə başlamışdır. 15 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs eyni işə görə əlavə ona pul lazım olduğunu bildirib ondan əlavə olaraq ona 20.000 ABŞ dolları pul verməsini istəmiş, o da Təqsirləndirilən şəxs verdiyi vədinə uyğun olaraq vaxtı-vaxtında qazanclar verdiyini görüb etiraz etməmiş və «ƏmrahBank»da olan hesabından 17.000 ABŞ dolları pul çıxardıb və həmin pulun üzərinə Təqsirləndirilən şəxs ona qazanc kimi verdiyi iki aylıq pulu qoyub 20.000 ABŞ dolları düzəldib həmin vaxt Təqsirləndirilən şəxs ekspeditoru işləyən qardaşı Babəkin vasitəsilə ona göndərmiş və Təqsirləndirilən şəxs həmin pulu Lider TV-nin yanındakı ofisdə götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aldığı ümumilikdə 37.000 ABŞ dollarına (hesablamaya görə həmin məbləğ 40.000 ABŞ dolları idi) görə hər ay ona 3000 ABŞ dollar pulu qazanc adı ilə veməyə başlamışdır. 15 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs yenə ondan əlavə olaraq 20.000 ABŞ dolları pul tapıb verməsini istəmiş, o da həm yığdığı Təqsirləndirilən şəxs ona qazanc kimi verdiyi 3 ayın pulunu, yəni 9000 ABŞ dolları pulun üzərinə 11.000 ABŞ dolları tapıb düzəldib həmin pulu da eyni qaydada qardaşı Babəklə Təqsirləndirilən şəxs göndərmiş və sonuncu həmin pulu «Kaktus» restoranın yaxınlığındakı ofisdə Babəklə görüşüb götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona aylıq 4500 ABŞ dollar pulu qazanc adı ilə verməyə başlamışdır. 15 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yenə ondan əlavə olaraq ona 20.000 ABŞ dolları pul tapıb verməsini istəmiş, o, yenə də Təqsirləndirilən şəxs ona 3 ay müdətində qazanc kimi verdiyi ümumilikdə 13.500 ABŞ dolları (aylıq 4500 ABŞ dollarından) pulun üzərinə 6.500 ABŞ dolları pul tapıb düzəltmiş, həmin pulu yenə qardaşı Babəklə Təqsirləndirilən şəxs göndərmiş və bundan sonra sonuncu hər ay ona 6000 ABŞ dolları pul qazanc kimi verməyə başlamışdır. Həmin müddət ərzində Təqsirləndirilən şəxs ondan başqa qardaşı Babəkdən və sonuncunun qaynı İsmayıldan müxtəlif məbləğlərdə pullar almış və onlara da qazanc adı ilə pullar verirmiş. Sonuncu dəfə 15.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ondan yenə əlavə olaraq pul tapıb verməsini istəmiş, o da yenə etiraz etməmiş və Təqsirləndirilən şəxs 3 ay müddətində qazanc kimi verdiyi ümumilikdə 18.000 ABŞ dolları pulun üzərinə özü 2000 ABŞ dolları pul düzəldib həmin pulu yenə qardaşı Babəklə Təqsirləndirilən şəxs göndərmişdir. Bu dəfə Təqsirləndirilən şəxs 7500 ABŞ dollar pul qazanc kimi verməli imiş. 2020-ci ilin aprelin sonlarında ona Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 160.000 ABŞ dolları pul aldığı da məlum olmuşdur. Günlərin bir günü Təqsirləndirilən şəxs ona zəng edib İsmayılın ona verdiyi 160.000 ABŞ dolları pulu geri istədiyini, lakin problemləri olduğu üçün pulu qaytara bilmədiyini, buna görə də İsmayılla danışıb ondan 3-4 gün vaxt almasını istəmiş. O da İsmayılla əlaqə saxlayıb Təqsirləndirilən şəxs bir-iki gün möhlət verməsini xahiş edəndə sonuncu ona Təqsirləndirilən şəxs ondan 160.000 dolları puldan başqa 240.000 dollar pul da aldığını bildirmişdir. 07.05.2020-ci il tarixdə o, Babək və İsmayıl «Koroğlu» metro stansiyasının yanında olan «Asan» xidmətin qarşısında Təqsirləndirilən şəxsla görüşmüş və orada söhbət zamanı Təqsirləndirilən şəxs aldığı pulu hara xərclədiyini əsaslandıra bilməmişdir. Orada bir qədər Təqsirləndirilən şəxs sıxışdıranda sonra sonuncu problemləri yarandığını, aldığı pulları borclarına ödədiyini, yəni «Əlinin başından götürüb Vəlinin başına qoyduğunu» bildirmişdir. Oradakı söhbət zamanı artıq o, Təqsirləndirilən şəxs hər hansı bir ticarət edib pul qazanmadığını, sadəcə olaraq onları aldadıb onlardan aldığı pullara öz borc problemlərini həll etdiyini başa düşmüşdür. Görüşün yekununda Təqsirləndirilən şəxs ilk növbədə İsmayıldan aldığı 160.000 ABŞ dolları pulu 10 may 2020ci il tarixdə tapıb qaytaracağını bildirmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyırmış. Belə ki, onunla Hövsan qəsəbəsində qonşuluqda yaşamış, onunla münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs həmçinin qardaşı Emilin sinif yoldaşı olmuş, qardaşı ilə də münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs Hövsan qəsəbəsindən köçəndən sonra da qardaşı ilə münasibəti qalmış, lakin onunla bir o qədər münasibət saxlamamışdır. 2019-cu ilin mart ayında qardaşı Emil ona Təqsirləndirilən şəxs 3-4 saatlıq 30.000 ABŞ dolları pul lazım olduğunu və həmin pulun müqabilində 1200 manat pul verəcəyini bildirmişdir O da Təqsirləndirilən şəxs çoxdan tanıdığına görə və bu xahişi qardaşı etdiyinə görə heç bir etiraz etməmiş və qaynı Zərərçəkmiş şəxs5 30.000 ABŞ dolları pul almış və ona məsələni danışmışdır. Aralarındakı razılığa görə əlavə verilmiş 1200 manatın 800 manatını İsmayıla, qalan pul isə ona çatacaqmış. Bundan sonra o, Təqsirləndirilən şəxsla danışmış və sonuncu onu Bakı şəhəri, Qardağ rayonunda yerləşən «Meyvəli» Ticarət Mərkəzinin qarşısında gözlədiyini bildirmişdir. O da qardaşı Emil ilə birlikdə Təqsirləndirilən şəxs dediyi yerə getmiş və sonuncu ilə görüşmüşlər. Orada söhbət zamanı pulun ona nəyə görə lazım olduğunu soruşanda Təqsirləndirilən şəxs «Meyvəli» Ticarət Mərkəzində rayonlardan meyvə gəldiyini, həmin meyvəni ucuz qiymətə bazardan kənarda götürüb bazara baha qiymətə «salacağını», ona görə həmin pulun ona lazım olduğunu və bu prosesi 3-4 saat müddətində həyata keçirib pulu götürəcəyini, bu işdən yaxşı qazanc əldə etdiyini, lakin əlində pul olmadığını, buna görə həmin pulu onlardan istədiyini, alacağı pulu qaytaranda üstündə qazanc verəcəyini bildirmişdir. Onlar da Təqsirləndirilən şəxs inandıqları üçün etiraz etməmiş və 30.000 ABŞ dolları pulu sonuncuya vermişlər. Təqsirləndirilən şəxs da öz növbəsində pulu götürəndən sonra bazara daxil olub pulu bazarda bu işə baxan Farid adlı şəxsə verib geri qayıdacağını bildirmiş, bundan sonra bazara daxil olmuş və təxminən on dəqiqədən sonra geri qayıdıb hər şeyin yolunda olduğunu və bir-iki saata işin həll olunacağını bildirmişdir. Bundan sonra onlar orada gözləyib söhbət etmişlər, söhbət əsnasında Təqsirləndirilən şəxs «xxxx» şirkətində bölgə müdiri işlədiyini, həmin şirkətin ölkə daxilində siqaret alqısatqısı ilə məşğul olduğunu bildirmişdir. Həmin vaxt işsiz olduğundan o, Təqsirləndirilən şəxs əgər iş olarsa, onu da cəlb etməsini xahiş edəndə sonuncu yaxın vaxtlarda bir nəfər ekspeditorun işdən çıxacağını və onun yerinə onu işə götürə biləcəyini bildirmiş, o da bunu edərsə ona minnətdar olacağını bildirib onunla razılaşmışdır. Aradan təxminən iki saat keçəndən sonra Təqsirləndirilən şəxs artıq məsələnin həll olunduğunu bildirib bazara girmiş və geri qayıdıb 30.000 ABŞ dolları pulu qaytarıb üstündə 1200 manat pulu qazanc kimi vermişdir. Onlar pulu götürəndən sonra 1200 manatdan 800 manatını İsmayıla aparıb vermiş, qalan 400 manat pulu isə qardaşı Emillə öz aralarında bölmüşlər. 2019-cu ilin aprelin 1-dən etibarən Təqsirləndirilən şəxs köməkliyi ilə «xxxx» MMC-də ekspeditor işinə başlamışdır. Vəzifəsi «Lider» TV-nin yaxınlığındakı bölgənin anbarından (sonradan anbar «Kaktus» restoranının yanına köçmüşdür) siqaretləri götürüb Bakı şəhərində, Badamdar, 20-ci sahə, Bayıl qəsəbələri və «Elmlər Akademisyası» ərazisindəki pərakəndə satış nöqtələrinə paylamaq imiş. İşə başlayandan təxminən 10-15 gün sonra, yəni aprelin ortalarında Təqsirləndirilən şəxs ona şirkətin təklif etdiyi kampanyalı siqaretlər olduğunu və bu işdə yaxşı pul qazanmağın mümkün olduğunu, 200.000 ABŞ dollarından yuxarı məbləğdə pul tapıb ona verəcəyi təqdirdə həmin pula kampaniyaya düşən siqaretləri alıb satacağını və üç-dörd gün sonra əlavə xeyri ilə aldığı pulu qaytaracağını bildirmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs siqaret ticarəti ilə yanaşı «Azərsun» və «xxxx» şirkətlərindən ucuz qiymətə ərzaq məhsulları alıb topdan satış yerlərinə payladığını və həmin işdən də yaxşı qazanc əldə edə bildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilk dəfə onlardan 30.000 ABŞ dolları pulu alıb vədinə uyğun vaxtda qaytardığından onda Təqsirləndirilən şəxs qarşı inam yaranmış və buna görə də pul tapıb verəcəyini söz vermişdir. Bundan sonra o, qaynı İsmayıldan 190.000 və həmin pulun üstünə özünə məxsus olan 50.000 ABŞ dolları pul qoyub ümumilikdə 240.000 ABŞ dollar pul düzəltmış və 2019-cu ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki «Malbora» mağazasının qarşısında Təqsirləndirilən şəxsla görüşüb sellofan torbaya qoyduğu 240.000 ABŞ dolları pulu ona vermişdir. Təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs aldığı 240.000 ABŞ dollar pulu 5-6 min manat qazancı ilə birlikdə geri qaytarmışdır. O da həmin pulu aldığı şəxslərə qaytarmış, əlavə 5-6 min manatı isə o və qaynı öz aralarında bölmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs olan etibarı daha da artmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs ona onda olan 40.000 ABŞ dolları pulu (o, əvvəlcədən 40.000 ABŞ dolları pulun onda olduğunu bilirmiş.) ona aylıq dövriyyəyə verməsini istəyib həmin pula mütəmadi olaraq siqaret alveri edəcəyini və əldə etdiyi gəlirdən ona hər ay qazanc verəcəyini bildirmişdir. O da əvvəlki vədlərinə vaxtında əməl etdiyini görüb Təqsirləndirilən şəxsla razılaşmış və 2019-cu ilin may ayının əvəllərində 40.000 ABŞ dolları pulu «Kaktus» restoranın yaxınlığındakı ofisdə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs hər ay ona 3000 ABŞ dollar pul qazanc kimi verməyə başlamışdır. (bu pula görə 10 ay müddətində Təqsirləndirilən şəxs ayda 3000 ABŞ dolları qazanc kimi vermişdir). Həmin ərəfələrdə Təqsirləndirilən şəxs başqa pul verən şəxs olarsa ona bildirməyini istəmişdir. 40.000 ABŞ dolları verdiyi vaxtdan təxminən on gün sonra o, Təqsirləndirilən şəxs istəyi üzrə 2019-cu ilin mayın sonlarında 60.000 ABŞ dollar pul tapıb yenə ofisdə Təqsirləndirilən şəxs aylığa vermişdir. Bunun qarşılığında Təqsirləndirilən şəxs hər ay 4500 ABŞ dolları pul qazanc verirmiş. (bu məbləğə görə Samir 10 ay müddətində hər ay 4500 ABŞ dolları pul qazanc kimi vermişdir). 2019-cu ilin iyunun əvəllərində Təqsirləndirilən şəxs onun vasitəsi ilə qaynı Zərərçəkmiş şəxs5 ilə görüşmüş, görüş zamanı sonuncu işlərini Zərərçəkmiş şəxs5 danışmış və ona külli miqdarda pul lazım olduğunu, həmin pulun müqabilində yaxşı ticarət edəcəyini və pul qazanacağını bildirib Zərərçəkmiş şəxs5 əgər ona pul verərsə bu işdən ona qazanc verəcəyini vəd etmişdir. Zərərçəkmiş şəxs5 da Təqsirləndirilən şəxs inanıb ona bu iş üçün ümumilikdə 300.000 ABŞ dolları pul tapa biləcəyini bildirmişdir. Bu hadisədən iki gün sonra Zərərçəkmiş şəxs5 300.000 ABŞ dolları pulu ona verib həmin pulu Təqsirləndirilən şəxsla görüşüb ona verməsini xahiş etmişdir. O da 2019-cu ilin iyunun əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Kaktus» restoranın yaxınlığındakı ofisdə Təqsirləndirilən şəxsla görüşmüş və 300.000 ABŞ dolları pulu sonuncuya vermişdir. Həmin məbləğdə pulun qarşılığında Təqsirləndirilən şəxs hər ayın 15-i 27.000 ABŞ dolları pulu qazanc kimi verməli imiş və vədinə uyğun olaraq da verməyə başlamışdır. (həmin məbləğə görə Təqsirləndirilən şəxs 4 ay müddətində hər ay 27.000 ABŞ dolları qazanc kimi pul vermişdir). Həmin pulun 20.000 ABŞ dolları Zərərçəkmiş şəxs5, 3500 ABŞ dolları onun, 3500 ABŞ dolları isə qardaşı Emilin payına düşürmüş. Təxminən, 4 ay sonra, yəni 2019cu ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs5 300.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs geri almaq və öz borclarını qaytarmaq, yerdə qalan pulu isə yenə də dövriyyədə saxlamaq qərarına gəlmişdir. Həmçinin, pulu almaqda məqsədi Təqsirləndirilən şəxs yoxlamaq olmuşdur. Bu qərara gəldikdən sonra Təqsirləndirilən şəxs ona verilən 300.000 ABŞ dolları pulu geri qaytarmasını tələb etmişlər, öz növbəsində Təqsirləndirilən şəxs 300.000 ABŞ dolları pulu geri qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olan etibarları daha da güclənmişdir. Zərərçəkmiş şəxs5 borclarını verəndən sonra əlində ümumilikdə 110.000 ABŞ dolları pul qalmışdır. Təxminən 1 aydan sonra, yəni 2019-cu ilin noyabrın ortalarında Təqsirləndirilən şəxs Yasamalda topdan satış yerinə, yəni Şakir adlı toppdan satışla məşğul olan şəxsə «xxxx»dən ucuz qiymətə aldığı yağı satacağını, buna görə də ona pul lazım olduğunu, həmin işi yerinə yetirdikdən sonra ya pulu qaytaracağını, yada ki, pulun onda qalacağını, buna görə həftəlik qazanc verəcəyini bildirmiş, o da bu təklifi qaynı Zərərçəkmiş şəxs5 aparanda sonuncu onda olan 110.000 ABŞ dolları pulu verməyə razılaşmış, lakin şərt olaraq həmin pulu istəyən kimi Təqsirləndirilən şəxs dərhal geri qaytarmalı olduğunu irəli sürmüşdür. O da Təqsirləndirilən şəxs bunu bildirəndə sonuncu bu tələblə razılaşmış və Zərərçəkmiş şəxs5 tələb etdiyi vaxt pulu qaytaracağını vəd etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs5 110.000 ABŞ dolları pulu ona vermiş, o da həmin pulu yenə də Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən ofisdə Təqsirləndirilən şəxs vermişdir. Bunun qarşılığında Təqsirləndirilən şəxs həftədə bir-iki dəfə 2700 manat pulu qazanc kimi verirmiş. (Samir guya hansısa sifarişi yerinə yetirib əldə edilən qazancı verirmiş və buna görə də qazanclar müxtəlif vaxtlarda olurmuş, yəni hər dəfə sifariş yerinə yetiriləndən sonra qazancı verirmiş). Təqsirləndirilən şəxs verdiyi 2700 manatın 2000 manatı Zərərçəkmiş şəxs5, 350 manatı ona, 350 manatı isə qardaşı Emilə çatırmış. Bu proses 2020-ci ilin mart ayının son günlərinədək davam etmişdir. 2020-ci ilin aprel ayının ortalarında bu dəfə Təqsirləndirilən şəxs «Meyvəli» Ticarət Mərkəzindəki, yəni, Zərərçəkmiş şəxs2la gördüyü işi həll etmək üçün ona 160.000 ABŞ dolları pul lazım olduğunu, həmin pulu 3-4 gün ərzində bazarda meyvə alıb satdıqdan sonra qazancı ilə birlikdə geri qaytaracağını bildirmişdir. Qaynı Zərərçəkmiş şəxs5 da Təqsirləndirilən şəxs bu təklifilə razılaşmış və 17.04.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 ona 160.000 ABŞ dolları pul vermiş və ona həmin pulu aparıb Təqsirləndirilən şəxs verməsini tapşırmışdır. O da Təqsirləndirilən şəxsla əlaqə saxlayıb pulun onda olduğunu bildirmiş, sonuncu da Bakı şəhərində olmadığını, Şamaxı rayonunda olduğunu bildirib ondan «Sədərək dairəsi»nə gedib orada Zərərçəkmiş şəxs2la görüşməsini və pulu ona verməsini istəmişdir. O da 160.000 ABŞ dolları pulu götürüb idarə etdiyi «Prado» markalı avtomobillə deyilən yerə getmiş və orada ilk dəfə gördüyü Zərərçəkmiş şəxs2la görüşmüş və 160.000 ABŞ dolları pulu ona vermişdir. Pulu Zərərçəkmiş şəxs2 verəndə aralarında hər hansı bir danışıq olmamış, ancaq pulu verib sagollaşıb ayrılmışdırlar. Bundan təxminən 10 gün sonra Təqsirləndirilən şəxs yenə topdan satışla məşğul olan Şakirə «mal» verəcəyini, yəni sifariş yerinə yetirəcəyini bildirib ona pul tapıb verməsini xahiş etmiş, o da 60.000 ABŞ dolları pul tapıb 27.04.2020-ci il tarixdə ofisin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Bundan 3-4 gün sonra, yəni 01.05.2020-ci il tarixdə həftənin 5-cü günü o, qaynı Zərərçəkmiş şəxs5 yanında olan zaman Təqsirləndirilən şəxsla əlaqə saxlamış və ona verilən pulu qaytarmasını tələb etmiş, sonuncu da onlarla görüşmək istədiyini bildirmişdir. Buna görə də həmin gün axşam tərəfi onlar Yasamal rayonunda görüşmüş, həmin görüş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ümumilikdə 270.000 ABŞ dolları (110.000+160.000) pulu geri verməsini tələb etmiş, Təqsirləndirilən şəxs da guya 110.000 ABŞ dolları pulu Şakirdən alıb Zərərçəkmiş şəxs2 verdiyini, sonuncunun həmin pula meyvə alıb cənub bölgəsinə satmağa apardığını, lakin hazırda geri qayıtmadığını, karantinə görə guya Faridin postlardan keçə bilmədiyini bildirməyə başlamışdır. Elə həmin görüş zamanı Təqsirləndirilən şəxs guya «Akkord» şirkətindən ucuz qiymətə sement çıxara bildiyini, 160.000 ABŞ dolları pul olarsa sement işini görüb 10.000 ABŞ dolları qazanc verə biləcəyini bildirib əgər həmin pulu tapıb verə bilsələr həftənin 1-ci günü həm alacağı 160.000 ABŞ dolları pulu, həm də əvvəl aldığı 270.000 ABŞ dolları pulu qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs5 da 270.000 ABŞ dolları pulu geri almaq naminə Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış, bundan sonra sonuncu öz tanışından borc pul tapıb həmin gün axşam Təqsirləndirilən şəxs özü vermişdir. Həftənin 1-ci günü Təqsirləndirilən şəxs zəng edib verdiyi vəd barəsində soruşanda sonuncu problemi olduğunu və həftənin 3-cü günü pulu qaytaracağını bildirmişdir. Lakin həftənin 3-cü günü yenə də Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş və buna görə də həmin gün, yəni mayın 7-də o, qardaşı Emil və qaynı Zərərçəkmiş şəxs5 ilə birlikdə Təqsirləndirilən şəxsla «Koroğlu» metro stansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs heç nə danışmayıb pulun aqibəti barədə konkret bir söz deməmiş, müxtəlif bahənlər gətirmiş və yekunda onlardan aldığı pulları mayın 9-da geri qaytaracağına vəd etmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs barəsində BMCMİ-də araşdırma aparıldığını öyrənmişlər və onları da həmin idarəyə dəvət edib izahatlarını almışlar, onlar da baş verənləri düzgünlüyü ilə izahatlarında qeyd etmişlər. Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 məhkəməyə notarial qaydada təstiq edilmiş ərizə göndərərək, onların Təqsirləndirilən şəxs Hafıq oğluna qarşı şikayəti və tələbləri olmadığını nəzərə alıb, onların iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini və təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb, məhkəmə proseslərini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayından 2020-ci ilin aprelin əvvəlindək «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində satış müdiri vəzifəsində çalışmışdır. «xxxx» MMC-yə işə qəbul olunan vaxt şirkətdə Təqsirləndirilən şəxs bölgə üzrə satış müdiri vəzifəsində işləyirmiş və həmin vaxtdan onu tanımışdır. Bakı şəhəri üzrə Təqsirləndirilən şəxs kimi 3 başqa bölgə müdiri işləyirmiş, həmin bölgə müdirləri Bakı şəhəri üzrə satış müdiri Zərərçəkmiş şəxs7, sonuncu da bütün Respublika üzrə satış müdiri kimi ona tabe imiş. «xxxx» MMC «X4» MMC-nin törəmə şirkəti kimi sonuncu Cəmiyyətin Keşlə qəsəbəsindəki fabrikində istehsal olunan «Bakı», «Azəri», «Maqna», «Veqas» və «Astra» markalı siqaretlərin topdan və pərakəndə satışını həyata keçirirmiş. Bakı şəhəri üzrə bölgə müdiri kimi Təqsirləndirilən şəxs da tabeçiliyində ekspeditorları olmuşdur. Hər bir bölgə müdirinin siqaret məhsullarının yığılması üçün anbarları olurmuş və Təqsirləndirilən şəxs anbarı ilk əvvəl Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində, sonra «Lider» televiziyasının yaxınlığında, sonuncu dəfə isə «Kaktus» restoranın yaxınlığında olmuşdur. İş prinsipinə görə siqaretlər ilk olaraq «xxxx» MMC-nin anbarlarından bölgə müdirlərinin anbarlarına yığılırmış, sonra isə oradan daşınaraq satışı həyata keçirilirmiş və cəmiyyətlə hesablaşma aparılırmış. Təqsirləndirilən şəxs işlədiyi dövrdə hər hansı bir problemi olmamış, hesabtlarda həmişə təmiz olmuş, yəni onun hanısa ay ərzində çatışmamazlığı olmamışdır. «xxxx» MMC-nin fəaliyyəti 07.04.2020-ci il tarixdə dayanmış və bundan sonra həm o, həm də bütün əməkdaşlar ixtisara düşmüş və işsiz qalmışlar. Təxminən 2020-ci ilin aprelin 22-də Zərərçəkmiş şəxs7 ona zəng edərək Təqsirləndirilən şəxs topdan satış məntəqələrinə ərzaq məhsullarının tədarükü ilə məşğul olduğunu, yəni topdan satış yerlərinə böyük şirkətlərdən ərzaq məhsulları alıb verdiyini, bundan yaxşı qazanc əldə etdiyini, lakin əlində pulu olmadığı üçün işlərini genişləndirə bilmədiyini, Təqsirləndirilən şəxs ona əgər ona pul verən olarsa həmin pula iş görüb yaxşı qazanc əldə edib qazancından pul verən şəxsə də verə biləcəyini təklif etdiyini, Təqsirləndirilən şəxs bu işə onu da cəlb etmək istədiyini bildirib fikri ilə maraqlanmış, o da həm onu, həm də Təqsirləndirilən şəxs tanıdığını bildirib etiraz etməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs7 nə qədər pul verə biləcəyini soruşanda onda cəmi 30.000 manat pul olduğunu demişdir. Bundan sonra Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxsla danışıb ona bir söz deyəcəyini bildirmiş, bir neçə saatdan sonra Zərərçəkmiş şəxs7 onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs razı olduğunu bildirmiş, o da bundan sonra problem olmadığını və Təqsirləndirilən şəxs görəcəyi iş üçün pul verə biləcəyii bildirmişdir. Ertəsi gün, Zərərçəkmiş şəxs7lə Təqsirləndirilən şəxs yanına gəlmiş və o, Təqsirləndirilən şəxs gördüyü iş barəsində ətraflı maraqlananda sonuncu guya «xxxx»də tanışları olduğunu, həmin şirkətin satdığı ərzaq məhsullarını həm ucuz qiymətə ala bildiyini, həm də şirkətin satdığı məhsulların kampaniyaya düşən hissəsini aldığını və «İnşaatçılar»da topdan satış işlədən Şakir adlı topdan satışla məşğul olan şəxsə satdığını və bu işdən yaxşı qazanc əldə etdiyini, lakin özündə pulun az olduğuna görə əlindəki fürsətləri yaxşı dəyərləndirə bilmədiyini, yaxşı pul olarsa daha çox qazanc əldə edə biləcəyini bildirmişdir. Əvvəllər Təqsirləndirilən şəxs hər hansı neqativ hərəkətlərini görmədiyindən ondan şübhələnməmiş və onun dediklərinə inanmışdır. Həmin vaxt pulu «Bank of Baku»dakı hesabında olduğundan onlar birlikdə Puşkin küçəsindəki «Bank of Baku»nun filialında olan bankomata gedib kartından 15.000 manat pul çıxartmış, bir gündə pulun çıxarılması limiti 15.000 manatdan artıq olmadığından kartı Təqsirləndirilən şəxs verib sonuncunun kartdan pulu çıxarması qərarına gəlmiş, buna görə də kartı və kartın kodunu Təqsirləndirilən şəxs vermişdir. Ertəsi gün səhər tezdən telefonuna kartından 15.000 manat pulun çıxarılmasına dair SMS gəlmişdir. Həmin gün axşam Zərərçəkmiş şəxs7 yanına gəlmiş və 30.000 manat pulunu (pulu qaytaranda 17.000 ABŞ dolları və qalanı da manatla qaytarmış) qaytarıb pulun üzərində ona Təqsirləndirilən şəxs guya ərzaq məhsullarının satışından gələn gəlirindən 1000 manat qazanc adı ilə pul vermişdir. Bunun ertəsi gün Zərərçəkmiş şəxs7 onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs yenə iş görmək üçün 17.000 ABŞ dollarını istədiyini bildirmiş, o da etiraz etməmişdir. 27.04.2020-ci il tarixdə, həftənin birinci günü Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb pulu ondan götürmək istədiyini bildirmiş, həmin vaxt o, «Alman kilsəsi»nin yanındakı bərbərxanada olduğundan sonuncunu ora dəvət etmiş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Mazda» markalı avtomobillə gəlib onu bərbərxanadan götürmüşdür. Birlikdə yolda söhbət edə-edə anasının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektindəki «Messanat» yaşayış binasına tərəf getmişlər. Yolda o, bir daha Təqsirləndirilən şəxs gördüyü işlər barədə maraqlanada sonuncu ərzaq məhsullarının satışı ilə yanaşı qaynının vasitəsi ilə «Akkord» şirkətindən ucuz qiymətə sement alıb sata bildiyini, həmin işdə də yaxşı qazanc olduğunu,120.000 ABŞ dolları olarsa aylıq 20.000 ABŞ dolları qazanc verə bildiyini, lakin həmin iş üçün külli miqdarda pul lazım olduğunu bildirib avtomobilin arxa oturacağı üzərinə qoyduğu qara rəngli ağzı kilidli kiçik kisəni göstərib həmin kisədə iri məbləğdə pul olduğunu və həmin məbləğdə pulu məhz sement işi üçün kimdənsə götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əgər ona iri məbləğdə pul verə bilərsə həmin pula da sement alıb-sata biləcəyini və bu işdən yaxşı qazanc verə biləcəyini bildirmişdir. Artıq anasının yaşadığı binanın qarşısına çatanda o, üzərində olan 17.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs vermiş və sonuncuda iki gündən sonra, yəni 29.04.2020-ci il tarixdə pulu qaytaracağını söz vermişdir. 29.04.2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs onun yanına gəldiyini və onun 17.000 ASBŞ dolları pulunu gətirdiyini, üzərində də 500 ABŞ dolları qazanc verdiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs7 ona Təqsirləndirilən şəxs həmin pulun onda qalmasını və yenə eyni işi görmək istədiyini təklif etdiyini bildirib onun fikrimi soruşmuş, o da etiraz etməyib pulun onda qala biləcəyini bildirmişdir. Danışığa görə Təqsirləndirilən şəxs həmin pulu iki gün sonra qaytarmalı imiş. Bundan iki gün sonra Zərərçəkmiş şəxs7 yenə onunla əlaqə saxlamış və Təqsirləndirilən şəxs 17.500 ABŞ dolları pulu gətirdiyini və əlavə 500 ABŞ dolları qazanc verdiyini bildirmişdir. Bu dəfə də Zərərçəkmiş şəxs7 ona Təqsirləndirilən şəxs həmin pulun onda qalmasını və pula yenə eyni işi görmək istədiyini bildirmiş, o da etiraz etməmişdir. Hər iki 500 ABŞ dolları pulu Zərərçəkmiş şəxs7 qazanc kimi ona çatdırmışdır. Təqsirləndirilən şəxs pulu qaytarmasını vəd etdiyi gün çatanda o, Zərərçəkmiş şəxs7lə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuş, sonuncu da Təqsirləndirilən şəxsla danışdığını, onun Bakı şəhərində olmadığını, Şamaxı rayonuna getdiyini, qaynatasının vəziyyətinin yaxşı olmadığını bildirdiyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs tapa bilməmiş və sonuncu ya müxtəlif bəhanələr gətirirmiş, yadaki zənglərə cavab vermirmiş. Təqsirləndirilən şəxs tapa bilmədiklərini görüb Zərərçəkmiş şəxs7lə birlikdə onun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsindəki evinə getmişlər, o, aşağıda gözləmiş, Zərərçəkmiş şəxs7 isə Təqsirləndirilən şəxs mənzilinə qalxıb orada sonuncu ilə görüşmüş, orada Təqsirləndirilən şəxs özünü xəstəliyə vurub müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs onları aldadıb pullarını ələ keçirdiyini başa düşmüşdür. Bir neçə gün gözləyəndən sonra Təqsirləndirilən şəxs BMCM tərəfindən həbs edildiyini öyrəndiklərindən Zərərçəkmiş şəxs7lə birlikdə Təqsirləndirilən şəxs şikayət etmək qərarına gəlmişlər. «xxxx» MMC tərəfindən ildə 5-7 dəfə siqaretlərin satışı ilə bağlı kampaniya keçirilirmiş ki, bu kampaniya da bir-iki blok siqaret alana 1 manatlıq SİM və CİN danışıq kartlarınınn hədiyyə kimi verilməsindən ibarət olmuşdur. Yəni şirkət tərəfindən keçirilən kampaniya hansısa siqaret markasının ucuz satılması ilə bağlı olmamış, şirkət tərəfindən həmin kampaniya da 2019-cu ilin oktyabrından qiymətlərin qalxması ilə bağlı dayandırılmışdır. Yəni Təqsirləndirilən şəxs guya kampaniyaya düşən siqaretləri almasını bildirməsi həqiqətə uyğun olmamışdır. Təqsirləndirilən şəxs cavabdeh olduğu bölgə üzrə ən yuxarısı 20-30 min manatlıq danışıq konturu kampaniyaya düşə bilərmiş. İbtidai istintaqda zərərçəkmiş şəx Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2017-ci ilin dekabrın 25-dən 2020-ci ilin aprelin 7-dək «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində Bakı şəhəri üzrə satış müdiri vəzifəsində çalışmışdır. «xxxx» MMC-yə işə qəbul olunan vaxt həmin şirkətdə Təqsirləndirilən şəxs Bakı şəhərində, bölgə üzrə satış müdiri vəzifəsində işləyirmiş və həmin vaxtdan onu tanımışdır və iş prinsipinə görə Təqsirləndirilən şəxs onun bilavastə tabeliyində olmuşdur. «xxxx» MMC-nin fəaliyyəti 07.04.2020-ci il tarixdə dayanmış və bundan sonra həm o, həm də bütün əməkdaşlar ixtisara düşmüş və işsiz qalmışlar. İşdən çıxsalar da biribirilərilə əlaqə saxlamış və əlaqə saxladığı iş yoldaşlarından biri də Təqsirləndirilən şəxs olmuşdur. Təxminən 2020-ci ilin martın sonlarında növbəti dəfə Samirlə Həsənovla əlaqə saxlayarkən sonuncu «xxxx»də tanışları olduğunu, həmin şirkətin satdığı ərzaq məhsullarını həm ucuz qiymətə ala bildiyini, həm də şirkətin satdığı məhsulların kampaniyaya düşən hissəsini aldığını və «İnşaatçılar»da topdan satış işlədən Şakir adlı topdan satışla məşğul olan şəxsə satdığını və bu işdən yaxşı qazanc əldə etdiyini, lakin özündə pul az olduğuna görə əlindəki fürsətləri yaxşı dəyərləndirə bilmədiyini, yaxşı pul olarsa daha çox qazanc əldə edə biləcəyini, ona pul verən olarsa həm özü, həm də pul verən şəxsi qazandıra biləcəyini bildirmişdir. Bundan sonrakı günlərdə Təqsirləndirilən şəxsla əlaqələri olanda sonuncu hər dəfə eyni məsələni danışmış və onun işinə pul yatızdırmağını təklif etmişdir. Sonda o, nə qədər pul lazım olduğunu soruşanda Təqsirləndirilən şəxs nə qədər çox pul olarsa bir o qədər yaxşı qazanc olacağını bildirmişdir. O da öz növbəsində cəmi 10.000 ABŞ dolları düzəldə biləcəyini, bu məbləğin qarşılığında ona nə qədər qazanc verə biləcəyini soruşanda Təqsirləndirilən şəxs verəcəyi pulu 2-3 günə qaytaracağını və bu müddət ərzində alış-satışın uğurlu olmasından aslı olaraq 10.000 ABŞ dollarına görə ya 200 ABŞ dolları, yadaki 200 manat qazanc kimi verə biləcəyini bildirmişdir. O da əvvəllər Təqsirləndirilən şəxs hər hansı bir səhf hərəkətlərini, onu kimisə aldatmasını görmədiyindən və onu uzun müddət tanıdığından ona inamı olmuş və buna görə də etibar edib razılaşmışdır. Ona görə də ilk dəfə 2020-ci ilin aprelin əvvəllərində Təqsirləndirilən şəxsla yaşadığı ünvan 4 ünvanın qarşısında görüşmüşdür. Həmin vaxt pandemiyaya görə karantin günləri olduğundan onun hərəkətinə icazəm olmamış, lakin Təqsirləndirilən şəxs icazəsi olmuş və buna görə də yaşadığı evin qarşısında görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs ondan 10.000 ABŞ dolları pulu götürmüş və ondan ayrılmışdır. Təqsirləndirilən şəxs vəd etdiyi iki gündən sonra pulu gətirib qaytarmış və üzərində 200 ABŞ dolları qazanc pul vermişdir. Bundan iki gün sonra Təqsirləndirilən şəxs yenə əlaqə saxlayıb 10.000 ABŞ dolları pulu götürmək istədiyini bildirmiş, o da etiraz etməmiş və Təqsirləndirilən şəxs yenə yaşadığı evin qarşısına gəlib həmin pulu ondan götürmüşdür. Təqsirləndirilən şəxs yenə vəd etdiyi gün 10.000 ABŞ dolları pulu qaytarıb üzərində 200 ABŞ dolları qazanc adı ilə ona pul vermişdir. Bundan sonrakı günlər təxminən 4 dəfə eyni adla Təqsirləndirilən şəxs ondan pulları alıb qaytarmış və eyni qazancları vermişdir. 22.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona bir qədər çox (100.000 ABŞ dollarından çox) pul lazım olduğunu bildirib eyni işi görməyi müdirləri olan Zərərçəkmiş şəxs6 təklif etməsini xahiş etmiş, o da bundan sonra Zərərçəkmiş şəxs6 zəng edib Təqsirləndirilən şəxs təklifini ona çatdırmış, özünün Təqsirləndirilən şəxsla işlədiyini, heç bir problem olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs6 da onda iri məbləğdə pul olmadığını, ancaq şirkətdən çıxan zaman aldığı 30.000 manat konpensasiya pulu olduğunu bildirib həmin məbləği verə biləcəyini bildirmişdir. O da bundan sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayıb Zərərçəkmiş şəxs6 təklifini ona deyəndə sonuncu bununla razılaşmışdır. Ertəsi gün, yəni 23.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ondan eyni adla 15.000 ABŞ dolları və 12.400 manat pul almışdır. Bunun ertəsi gün, yəni 24.04.2020-ci il tarixdə o, Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs6 yanına getmiş, görüş zamanı Zərərçəkmiş şəxs6 özü də şəxsən Təqsirləndirilən şəxs gördüyü iş barədə maraqlananda sonuncu «xxxx»də tanışları olduğunu, həmin şirkətin satdığı ərzaq məhsullarını həm ucuz qiymətə alıb toptdansatış yerlərinə satmaqla yaxşı qazanc əldə etdiyini, yaxşı pul olarsa daha çox qazana biləcəyini və qazancından pul verən şəxsə də qazanc verəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxsla razılaşmış və həmin vaxt sonuncunun pulu «Bank of Baku»dakı hesabında olduğundan onlar birlikdə Puşkin küçəsindəki «Bank of Baku»nun filialında olan bankomata gedib kartdan 15.000 manat pul çıxartmışlar. Həmin vaxt bir gündə pulun çıxarılması limiti 15.000 manatdan artıq olmadığından Zərərçəkmiş şəxs6 ertəsi gün əlavə 15.000 manat pul çaxarması üçün kartı Təqsirləndirilən şəxs vermiş, sənuncu da ertəsi gün səhər tezdən kartdan 15.000 manat pulu çıxartmışdır. Həmin gün axşam Təqsirləndirilən şəxsla yaşadığı evin yaxınlığında görüşmüş və sonuncu həm ondan aldığı 15.000 ABŞ dolları və 12.400 manat pulu, həm də Zərərçəkmiş şəxs6 aldığı 30.000 manat pulu tam şəkildə qaytarmış və ondan aldığı pula görə 1500 ABŞ dolları, Zərərçəkmiş şəxs6 aldığı pula görə isə 1000 manat pul qazanc kimi vermişdir. O da bundan bir saat sonra Zərərçəkmiş şəxs6la görüşüb 31.000 manat pulu (Samir həmin pulu qaytaranda 17.000 ABŞ dolları və qalanı da manatla qaytarmışdır) sonuncuya vermişdir. Növbəti gün, yəni bazar günü Təqsirləndirilən şəxs onunla əlaqə saxlamamış, lakin 1-ci gün, yəni 27.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb ona nə qədər pul verə biləcəyini soruşmuş, o da əlində cəmi 14.000 ABŞ dolları pul olduğunu bildirmiş, Təqsirləndirilən şəxs da həmin məbləğlə razılaşmış, daha sonra ondan Eldar İmsayılovdan da pul götürməsini xahiş etmiş, öz növbəsində o da Zərərçəkmiş şəxs6 özünün əlaqə saxlamasını istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenə yaşadığı evin yaxınlığına gəlib ondan 14.000 ABŞ dolları pul almışdır. Həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6la da görüşüb ondan 17.000 ABŞ dolları pul götürmüşdür. Təqsirləndirilən şəxs ondan və Zərərçəkmiş şəxs6 aldığı pullara eyni vaxtda ərzaq məhsulları alıb sataraq eyni vaxtda pullarını qaytaracağını vəd etmişdir. 29.04.2020ci il tarixdə Təqsirləndirilən şəxsla yenə də yaşadığı evin yaxınlığında görüşmüş və bu zaman sonuncu aldığı ümumilikdə 31.000 ABŞ dolları pulu pul kissəsində olduğunu bildirib pulu ona göstərmiş, lakin həmin pula yenə də məhsul alacağını bildirib pulun onda qalmasını, ancaq qazancı verməsini təklif etmiş, o da razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs ona 300 ABŞ dolları, Zərərçəkmiş şəxs6 isə 500 ABŞ dolları pulu qazanc kimi vermişdir. Bundan iki gün sonra Təqsirləndirilən şəxs yenə yaşadığı evin yaxınlığına gəlmiş və bu dəfə yenə də pulun onda qalacağını bildirib eyni qazancları, yəni 300 ABŞ dolları ona, 500 ABŞ dolları isə Zərərçəkmiş şəxs6 qazancı kimi verib getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs vəd etdiyi gün gəlib çatanda onunla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşanda sonuncu Bakı şəhərində olmadığını, Şamaxı rayonuna getdiyini, qaynatasının vəziyyətinin yaxşı olmadığını söyləyib bir-iki günə qayıdacağını bildirmişdir. Lakin bir-iki gündən sonra Təqsirləndirilən şəxsla əlaqəyə çıxanda o, ya müxtəlif bəhanələr gətirirmiş, yadaki zənglərə cavab vermirmiş. Təqsirləndirilən şəxs tapa bilmədiklərini görüb Zərərçəkmiş şəxs6 birlikdə sonucunun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsindəki evinə getmiş. Zərərçəkmiş şəxs6 aşağıda gözləmiş, o, isə Təqsirləndirilən şəxs mənzilinə qalxıb sonuncu ilə görüşmüşdür. Mənzildə olan Təqsirləndirilən şəxs özünü xəstəliyə vurub yataqda uzanılı vəziyyətdə olmuş, arvadı da ağlayıb guya Təqsirləndirilən şəxs ürəyinin tutduğunu bildirirmiş. Təqsirləndirilən şəxsla söhbət zamanı sonuncu onlardan aldığı pulu hara verdiyini bildirməsə də pulu başqa bir işə qoyduğunu və həmin işdə bir balaca problem yarandığını, ayağa duran kimi ən uzağı 5 günə problemi aradan qaldırıb pullarını qaytaracağını vəd etmişdir. O, artıq Təqsirləndirilən şəxs həm özünü xəstəliyə vurmasından, həm də onun danışıqlarından aldadıldıqlarını başa düşmüşdür. Oradan geri qaydandan sonra dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə yaratmaq istəsələr də sonuncu əlaqəyə çıxmaqdan boyun qaçırırmış və onlardan gizlənirmiş. Sonradan onun BMCMİ tərəfindən həbs olunduğunu öyrəndikdə onlar da Təqsirləndirilən şəxs şikayət etmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs hələ əvvəllər ondan pulu yuxarıda qeyd etdiyi kimi ərzaq məhsullarının satışı ilə bağlı alırdısa sonradan ona ərzaq məhsullarının satışı ilə yanaşı qaynının vasitəsi ilə «Akkord» şirkətindən sement alıb sata bildiyini, həmin işdə də yaxşı qazanc olduğunu, çox yüksək məbləğlərdə pul verilərsə aylıq yaxşı qazanc verə biləcəyini bildirib həmin pulu ondan istəmiş, lakin onun bu məbləğdə pulu olmadığı üçün onunla razılaşmamış, sonradan əslində Təqsirləndirilən şəxs ondan daha iri məbləğdə pulları qoparmaq istədiyini büşü düşmüşdür. «xxxx» MMC tərəfindən ildə bir neçə dəfə siqaretlərin satışı ilə bağlı kampaniya keçirilirmiş ki, bu kampaniyada bir-iki blok siqaret alana 1 manatlıq SİM və CİN danışıq konturları verilirmiş, həmin kompaniyanın keçirilməsi də 2019-cu ilin oktyabrından siqaret qiymətlərin bazarda qalxması ilə əlaqədar olaraq şirkət tərəfindən dayandırılmışdır. Yəni şirkət tərəfindən keçirilən kampaniya hansısa siqaret markasının ucuz satılması ilə bağlı olmamış, Təqsirləndirilən şəxs kampaniyaya düşən siqaretləri ucuz qiymətə almasını bildirməsi və bu adla ayrı-ayrı şəxslərdən külli miqdarda pulların almaqla bilavastə dələduzluq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o Şakiri uzun illərdir ki, tanıyır. 2020-ci ilin aprel ayının ortalarında Şakirə 200.000 manat məbləğində pul verdi, bu pulu Şakirlə aralarında razılaşmaya əsasən siqaret ticarətindən gəlir əldə etmək məqsədilə aylıq 3.000 manat gəlir əldə etməklə, bir aylıq 203.000 manat geri qaytarılması şərtilə verdi. Şakirə həmin pulu siqaret ticarətindən qazanc əldə etmək məqsədi ilə vermişdi. Şakirlə yalnız bir aylıq razılaşmaları olmuşdu və 1-ci ayın sonunda o, ona 203.000 manat qaytarmalıydı, amma həmin pulu qaytarmadı. Cinayət işində olan 12 may 2020-ci il il tarixli ittiam elan etmək üçün şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Hafıq oğlu tutulmuşdur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Hafıq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə töfsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Hafıq oğlunun Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməməsi və ona borclu olmamağına dair ifadəsi ilə məhkəmə iclasında zərərçəkmiş şəxsin, iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan «xxxx» MMC-nin 03.07.2020-ci il tarixli 10016 nömrəli müşayiət məktubu ilə əldə edilmiş bir ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsun istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrlə zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-**, zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-**, zərərçəkən şəxs Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-**, zərərçəkən şəxs Zərərçəkmiş şəxs4 istifadəsində olan ***- ***-**-**, zərərçəkən şəxs Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** və zərərçəkən şəxs Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** nömrələr arasında mütəmadi danışıqlar aparılmış və SMS yazışmaları olmuşdur. Cinayət işində olan «xxxx» MMC tərəfindən təqdim edilən 11 oktyabr 2020-ci il tarixli HR/100 nömrəli məkutbla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 mart 2017-ci il tarixdən «xxxx» MMC-də satış üzrə mütəxəssis vəzifəsində işləmiş və 07.04.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «a» bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) tutuduğu vəzifədən azad edilmişdir. Cinayət işində olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Hafıq oğlu ilə X2 birgə nikahlarından 19.04.2008-ci il təvəllüdlü Aysel adlı, 06.11.2005-ci il təvəllüdlü Ruhin və 29.10.2016-cı il təvəllüdlü Əli adlı övladları var. Məhkəmə Təqsirləndirilən şəxs Hafıq oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs Hafıq oğlunun törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-cü maddəsinə əsasən xüsusiilə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Hafıq oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Cinayət işində olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Hafıq oğlunun ona vurduğu 5.596.745 manat maddi və ******* manat məbləğində mənəvi ziyanın Təqsirləndirilən şəxs Hafıq oğlundan tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs5 tərəfindən yazılmış iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Hafıq oğlunun ona vurduğu 320.000 ABŞ dolları məbləğində ziyanın Təqsirləndirilən şəxs Hafıq oğlundan tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs Hafıq oğluna qarşı mülki iddialarına məhkəmə münasibət bildirərək, hesab edir ki, mülki iddialar baxılmamış saxlanılmalıdır. Belə ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 iddia ərizələrinə sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunverijiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3 maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə Təqsirləndirilən şəxs Hafıq oğlunun himayəsində 3 azyaşlı uşağının olmasını, zərərçəkmişlərdən ona qarşı şıkayətin və tələbin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan işdə telefon məlumatlarının əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Hafıq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 may 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki iddiaları baxılmamış saxlanılsın. İş üzrə maddi sübut olan işdə telefon məlumatlarının əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Zərərçəkmiş şəxs6
Məhkəmə qərarları › İş №1(101)-539/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-539/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver