Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-539/2023 03.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər–Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,649 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə saat 23:50-də ünvan 2 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 03 ədəd bükümdə ayrı- ayrılıqda 1,622 qram, 1,359 qram və 1,668 qram olmaqla ümumilikdə külli miqdarda 4,649 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü narkotik maddələrdən istifadə edir, özünü yalnız narkotiklərin istifadəsində təqsirli bilir. Saxlanıldığı gün metronun «Sahil» stansiyasının yanında onu saxlayıb Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparmışlar. Baş idarəyə çatandan sonra 3 büküm psixatrop maddə masanın üzərinə qoyub, boynuna götürməsini tələb etmişlər. Onun üzərində narkotik vasitə və ya psixatrop maddə olmamış, baxış zamanı aşkar olunan bükümlər isə polis əməkdaşlarının onun üzərinə qoyduğu bükümlər olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunarkən müəyyən olunmuşdur ki, o, özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır və həmin ünvanda anası ilə birlikdə yaşayır. Psixotrop maddə metamfetamindən istifadə edir. X5 ilə tanışdır, birlikdə asudə vaxtlarını keçirirlər. Psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən mütəmadi olaraq istifadə edir. Sonuncu dəfə 05 iyul 2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə adlanan ərazidə anket məlumatlarını dəqiq bilmədiyi ‘'İlkin” adlı şəxsdən 45 manat pul müqabilində öz istifadəsi üçün 03 ədəd bükümdə psixotrop maddə metamfetamin alıb şalvarının cibinə qoymuşdur. Həmin bükümləri imkan tapdığı halda istifadə etmək üçün üzərində saxlamışdır. 05 iyul 2022-ci il tarixdə axşam saatlarında tanışı Nihadla əlaqə saxlayıb görüşmüşdür. 05 iyul 2022-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində tanışı X7 ilə birlikdə sonuncunun idarə etdiyi “Honda” markalı, **-BM-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Nihad Abtalıbovun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “şüşə” və ya “metamfetamin” adı ilə tanıdığı maddə vardır. Eləcə də Nihad Abtahbov da üzərində “şüşə” və ya “metanfetamin” adı ilə tanıdığı maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polİs idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə hər ikisinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində “şüşə” və ya “metanfetamin” adı ilə tanıdığı maddə olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 5 manat pulu, əynində olan qara rəngli cins şalvarımın sağ yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd sellofan bükümün içində “şüşə” və ya “metanfetamin” adı ilə tanıdığı maddə olduğunu bildirmişdir. Təqdim etdiyi 03 ədəd sellofan biikiim iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərimdən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 05 iyul 2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə adlanan ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “İlkin” adlı şəxsdən ümumilikdə 45 manat pul müqabilində öz istifadəsi üçün aldığını, psixotrop maddə metamfetamini üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 5 manat pul özümə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 iyul 2022-ci il tarixdə X6 qanunsuz külli miqdarda narkotik vasitə və psixatrop maddələrin saxlanılması, gəzdirilməsi və satışı ilə məşqul olması ilə əlaqədar daxil olmuş məlumata əsasən əməliyyat qrupu yaradılmış və daxil olmuş məlumat əsasında raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib İfşa olunması istiqamətində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 05 iyul 2022-ci il tarixli qərar qəbul edildi, əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs gecə ünvan 2 ünvanının qarşısında Nihad Abtalıbovun idarə etdiyi "‘Honda” markalı, nişanlı avtomobilin yol kənarında və avtomobilin yanında 2 nəfər şəxsin durmasını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs cibindən 03 ədəd sellofan bükümündə metamfetamin çıxarıb masanın üzərinə qoymuş, həmin 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin psixatrop maddəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid2 və Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli 6/3694 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs: X3 üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan zərfdəki 3(üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,287 qram, 1,428 qram, 1,381 qram, ümumi təmiz çəkisi 4,096 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” yazısı və imzalar olan zərfdəki 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,622 qram, 1,359 qram, 1,668 qram, ümumi təmiz çəkisi 4,649 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Vət. X2 və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildir. 07 iyul 2022-ci il tarixli qərar ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən X3 üzərindən aşkar edilərək götürülmüş 4,096 qram çəkidə psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,649 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq N.Abtalıbovdan aşkar edilmiş 3,946 qram və Təqsirləndirilən şəxs aşkar edilmiş 4,499 qram çəkidə psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli 6/3694 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4,649 qram çəkidə psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4,499 qram çəkidə psixotrop maddə metamfetamin hazırki cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3675 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi ekspertizasının xx.xx.2022- ci il tarixli, 338/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş sağ qulaq seyvanı nahiyəsinin çənə oynağı əhatə olunmaqla şişkinlik fonunda qançırı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi müayinəsindən 1-2 gün əvvələ uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni Öz boyu hündürlüyündən yıxılaraq yer səthinə dəyməsi nəticəsində yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, “Samsung” markalı, İMEİ1 “**********75405/01 və İMEİ2 “ **********75403/01 kodlu mobil telefon aparatı göy rəngli, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Mobil telefon aparatı sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır. Mobil telefonun daxilində olan məlumatlara baxış zamanı müxtəlif məzmunlu mesaj mətnlərinin olması müəyyən edilmişdir. “Galereia” bölməsində müxtəlif formatda şəkillər mövcuddur. Həmçinin şəkillərin içərisində üzərində 10k, 3p yazısı olan büküm, kağız üzərində narkotik vasitə qurudulmuş marixuana bənzər maddə, kağız üzərində narkotik vasitə heroinə bənzər maddə və narkotik vasitə, psixotrop maddələrin istifadə edilməsi üçün şüşə boru, elektron tərəzinin üzərində 3.68 qram, 3,70 qram, 18.95 qram, 1,37 qram, 3,80 qram içərisində narkotik vasitə heroinə bənzər bükümlərin olması müəyyən edilmişdir. Bundan başqa elektron tərəzinin üzərində ağ rəngli kristall şəkilli maddələrin 2,07 qram, 6,95 qram çəkidə olması müəyyən edilir. Həmçinin mobil telefonun galeria bölməsində 02 ədəd konvaludda üzərində methadone 40 yazısı olan həblərin şəkilləri aşkar olunmuşdur. “Watsapp” bölməsində müxtəlif nömrələrdən “bidene cavab ver ot lazımdı”, “ salam ceyhun necəsən, 10 manata bir baş yaxşı şey götürmək olar”, “qaqaş gələndə mənə xəbər et gəlim yarım kola götürüm”, “ mənə 5 kola 5 diy patinka veressən ay qa”, “kecci 10 manatım var 10 kola ver pis gündəyəm”, “20 patı lazımdı xalam oğlu gəlim”, “1 qram patı lazım 40 manat var”, “tema var qedes”, “kişisən, gəlim mənə mal ver 20 manatım var Ölürəm ağrıdan”, “qaqaş İlkindi, gəlmisən 20 var, lomkadayam”, “10 manat var, gəlsəm nəsə alınar?”, “qaqaş yoxdu orda. Pulu əlbəəl verərdim, ona yarim kola, yarım da patı lazımdı”, “4 daş 4 kola”, “ Ceka mənəm Bayram, Tema varındı”, “Ceka mənəm Amin pul götürüb gəlirəm sənin yanına”, “Ceka 7,7 gəldi sən mənə 0,3 borclusan” məzmununda mesajlar göndərilir. Bundan başqa narkotik vasitələrin alıq-satqısı ilə bağlı gündəlik olaraq mesajların yazılması və göndərilməsi müşahidə olunur. Mobil telefona baxış zamanı “Niko” adı ilə qeyd alınmış ***-***-**-** saylı mobil nömrənin istifadəçisi olan X5 ilə Təqsirləndirilən şəxs arasında danışıqlar müəyyən edilsə də, qeyd olunan yazışmalarda narkotik vasitə və psixotrop maddələrlə əlaqədar danışıqlar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilməsindən ötrü Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondan fotoşəkillər çap olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonda narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar iş üzrə əhəmiyyət kəsb edən yazışmalar, görüntülər və digər əhəmiyyət kəsb edən halların olması müəyyən edildiyindən Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon aparatı 10 iyul 2022-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. "xxxx" MMC-dən 17294 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə tərəfimdən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş 051-760- 08- 38 və ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onlarm olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Sms tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Qaqaw RUFATDİ, 20 manatliq kola birazda pati tawkil ela qardawiva MOSKVA”, "Ay kishi pul var evdesense gelim deyim”, “Ala ceyhun bir soz yaz bilim man qedim bawqa yera, San na vare mana Naz eliyirsane qaqaw xeyir ola bawa duwa bilmadim sani yox yoxda qedaram bawqa yera”, “Qaqa Bir xBer var ? Brden ydnan cxram e ?”, “15diyde kola lazim idi”, “Qaqa marketin qabagindayam 20 manat var gelim verim gedimde qardawim”, "qaqa Sene and verirem Vusalin qebrine meni camahatin agzinda qoyma”, "qaqa Emildi lirilere gore yigiram deqiq saxlayim”, "Salam qaqam ncsen Brat bdne yrı almar bir dmcd piti?”, "Qaqa yari torpağ isteyen var”, “ğagaw agriram nolar gelim rastvardan yadan birwey ver”, “Ayib deil qaqa O.Ssey vermisen mene budu halalliq getir 0.5mj ver”, "Qaqa mende 35var mene ldene temiz lver lOluqda pati”, "Mənəm keçici brat sen ol 20 manat pulum var atacani təkəm gəlim men”, “brat 20 liy Coca-Cola ver mene”, "Mehlede bir yere qoy bir iki dene daw gelim goturum berk dilxorçuluq du .yalanan fırlatma da .gozduyurem xeber ele”, “Qaqaw her weyin ola ola meni burursan her weyden xeberim var 1 2 dene dawnan kas ib lay as san sen ? Qoy mehlede bir yere ! gelim goturum . Bawim xarab olub d”", “Ceka lqr kola, 0,5pati lazimdi tezbazar emele gelir?”, “salam qaqa ncsen ceka 25 pul var nese olsa xber el ama tdez imkan qedr”, “Qaqa menem Anardi uwaglardan 10 manat tapdim gelib kola goturerdim beyaqkinde daniwdigmiz kimi sabah getirib vererdim qaqa”, “Salam brat necasan 40 manat pul var qalmak istayiram”, “Yari kola lazimdi brat acda teli”, “0.5kola lazimdi ceka varindi?”, “Qaqaw niye bele edirsenki? hec olmasa 04 ola derd yari, day 03 yoxda qaqa. kecen defede bele vermiwdin utandim demedim senol”, “X14 10 uqu vurum karta narmalni pati oturde mene . Pisdi veziyyet”, “Qaqa eve 3 gundu getmirem elim ayaqim donub 5 10 tustuluk pati ver mene sabah evezin cixacam. .telefon zakaz vermiwen satacam”, “Ceyhun menem samir qaqa uwaga 10 manat vermiwem seni gozleyir qaqa”, “Yari kola yari pati”, “Ceka mne Bidne kol i lazmd düz Qoş elmy olar cvab yazd he yox bilm qaqa?” məzmunda mesajlar göndərilir. Bundan başqa istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Menen mezelenirsen 3 ; defe tapwirdimki temiz ceki olsun dostuma goturem biyabir oldum sen ol diyir qaytar bu ne hereketdiye edirsen ozum olsam cehenem”, “agash cavab ver.Mende bashga cur oldu”, “Qardaşimsan 3 manat a gore ilişdin” məzmununda mesajlar göndərilir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələr ilə X3 istifadəsində ***- ***-**-** saylı nömrə arasında danışıq və sms mətnləri olsa da, narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, dövriyyəsi ilə bağlı ; hallar müəyyən edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd CD disk 23 noyabr 2022-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs törətmədiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasına dair əlavə ifadəsində göstərdiyi xüsusatlar üzrə Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlamlmasmm rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilən məhkəmə iclasında çıxış edərək psixotrop maddəni özü üçün əldə edib daşımasını bildirməsi sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs və X1 miqdarda psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi və onların narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə istintaq tapşırığı verilmiş, verilmiş tapşırığa 007-12264-1222 nömrəli cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X3 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsi, həmçinin, psixotrop maddəni kimdən, necə və hansı şəraitdə əldə etməsini keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, onun üzərində aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə etmədiyini və həmin narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etdiyini bildirməkdə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirsədə o, həmin narkotik vasitələrin ayrı-ayrı çəkib bükümlərə yerləşdirməsi onun həmin narkotik maddələri satış məqsədi ilə əldə eməsini göstərir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Beləliklə də, istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayə Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Bakı şəhər yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Binəqədi rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə 02 ay 13 gün vaxtından əvvəl şərli olaraq azad olunmuşdur, sınaq müddəti başa çatdığından və cəzası tam bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvələr məhkum olunduğu cinayət az ağır cinayətlər katiqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən –az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61 və 59-cu maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 05 iyul 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,499 qram çəkidə psixatrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntüsü köçürülmüş 01 ədəd "xxxx" disk və Azərsell MMC-dən daxil olmuş bir ədəd CD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,499 qram çəkidə psixatrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntüsü köçürülmüş 01 ədəd "xxxx" disk və Azərsell MMC-dən daxil olmuş bir ədəd CD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-539/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-539/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver