Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-54/2025 04.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və onun nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi “Nümayəndə2 və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə4, müdafiəçi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyası "De Fendo" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 02 il şərti sınaq müddəti təyin edilməklə qəti olaraq 05 il 08 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü tikinti və mənzillərin alqı-satqısı sahəsində işgüzar, uğurlu iş adamı kimi təqdim etməklə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək sahibi olmadığı və üzərində sərəncam vermə imkanı olmayan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 9 ünvanında inşa edilmiş 1-ci korpus 10-cu mərtəbədə yerləşən 156,77 kvadrat metr sahəyə malik olan 61 saylı mənzilin təcili olaraq ucuz qiymətə satılmasını bildirib aralarında formal olaraq beh müqaviləsi bağlamaqla həmin mənzili 78.000 manata ona satacağını vəd edib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 18 iyul 2014-cü il tarixdə ünvan 5 ünvanın yerləşən “Neapol” darəsi yaxınlığında yerləşən ofisdə 40.000 manat, 2014-cü ilin iyul ayının sonunda Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 83A ünvanınında yerləşən Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasının yaxınlığında 5.000 manat, 2014-cü ilin avqust ayının əvvəlində ünvan 8 ünvanının yaxınlığında X18 vasitəsilə 5.000 manat, 2014-cü ilin avqust ayının sonunda həmin ünvanda “Faud” adlı şəxs vasitəsilə 16.000 manat, 2014-cü ilin avqust ayının sonunda həmin ünvanda 10.000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 76.000 manat məbləğində yəni, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü tikinti və mənzillərin alqı-satqısı sahəsində işgüzar, uğurlu iş adamı kimi təqdim etməklə Zərərçəkmiş şəxs5 sahibi olduğu iki mənzili vasitəçi kimi qısa zaman ərzində satılmasını təşkil edərək etibarından suiistifadə edib armatur tikinti materiallarını ucuz qiymətə alıb baha qiymətə satmaqla qazanc verəcəyini vəd edib aldadaraq 2017-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 ünvanında yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin inzibati binasının yaxınlığında 69.000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 69.000 manat məbləğində yəni, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü tikinti sahəsində işgüzar, uğurlu iş adamı kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 bir müddət ondan armatur tikinti materialları alıb dəyərini ödəməklə etibarından sui-istifadə edib bir tonu orta bazar qiymətindən 50 manat ucuz qiymətə 180 ton çəkidə armaturu nağd pula alıb tanıdığı tikinti şirkətlərinə daha baha qiymətə nisyə olaraq satmaqla bir ay ərzində 12.000 manat məbləğində qazanc verəcəyini vəd verib aldadaraq 19 fevral 2018-ci il tarixdə ünvan 10 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində 151.000 manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 151.000 manat məbləğində yəni, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü tikinti sahəsində işgüzar, uğurlu iş adamı kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 və Şahid11 etibarından sui-istifadə edərək sement və armatur zavodlarında yaxın adamları olduğu üçün ucuz qiymətə həmin tikinti materiallarını nağd alıb əvvəlcədən razılaşması olan binaların tikintisi ilə məşğul olan şirkətlərə daha baha qiymətə satmaqla qazanc verəcəyini vəd verib aldadaraq ünvan 11 ünvanında yerləşən “Xudafərin” adlı restoranda vahid niyyətlə əhatə olunmuş qəsdlə 2018-ci ilin may ayında Şahid11 vasitəsilə 10.000 manat, 2018-ci ilin iyun ayının əvvəlində həmin ünvanda 7.250 manat, bir neçə gün sonra 2018-ci ilin iyun ayının əvvəlində həmin ünvanda 30.000 manat, 2018-ci ilin iyun ayının ortalarında həmin ünvanda 26.350 manat, 2018-ci ilin iyul ayının sonunda həmin ünvanda 50.000 manat, 2018-ci ilin avqust ayının ortalarında həmin ünvanda 57.200 manat, 2018-ci ilin sentyabr ayının əvvəlində həmin ünvanda 50.000 manat pulu hissə-hissə olmaqla Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 230.800 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatma yolu İlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 230.800 manat məbləğində yəni, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü tikinti sahəsində işgüzar, uğurlu iş adamı kimi təqdim etməklə Qurbanova (Əkbərova) Natəvan Zülfiqar qızının etibarından sui-istifadə edib sement və armatur zavodlarında yaxın adamları olduğu üçün ucuz qiymətə həmin tikinti materiallarını alıb əvvəlcədən razılaşması olan binaların tikintisi ilə məşğul olan şirkətlərə daha baha qiymətə satmaqla qazanc verəcəyini vəd verib aldadaraq ünvan 12 ünvanında yanında yerləşən “Bamboo Lounge & Restaurant” adlı restoranda 20 oktyabr 2018-ci il tarixdə 17.000 manat, 24 oktyabr 2018-ci il tarixdə həmin ünvanda 24.000 manat, 05 noyabr 2018-ci il tarixdə ünvan 13 ünvanının yaxınlığında 5.000 manat, 13 noyabr 2018-ci il tarixdə ünvan 12 ünvanında yanında yerləşən “Bamboo Lounge & Restaurant” adlı restoranda 68.000 manat, 20 noyabr 2018-ci il tarixdə Binəqədi rayonu, Cavadxan küçəsi, ev 31C ünvanının yaxınlığında 7.000 manat, 29 noyabr 2018-ci il tarixdə ünvan 14 ünvanında yanında yerləşən “Bamboo Lounge & Restaurant” adlı restoranda 49.000 manat və 09 dekabr 2018-ci il tarixdə Bakı şəhəri ,Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən “Qəzənfər Musabəyov” parkında 10.000 manat və həmin dövrün məzənəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Natəvan Qurbanovaya 180.850 manat məbləğində yəni, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü tikinti və mənzillərin alqı-satqısı sahəsində işgüzar, uğurlu iş adamı kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 satmaq istədiyi Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasında olan mənzilini tez bir zamanda satılması üçün müştərisinin olmasını bildirib 38.000 manat pulu Zərərçəkmiş şəxs1 “beh” kimi verərək etibarından suiistifadə edib sonuncuya məxsus mənzilin dəyərini qısa müddətə ödəyəcəyini vəd verib aldadaraq 15 mart 2021-ci il tarixdə ünvan 15 ünvanında yerləşən Bakı şəhəri 50 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 1-ci binanın 8-ci mərtəbəsində olan 72,2 kvadrat metr sahəyə malik 108.300 manat dəyərində 150 saylı mənzili alıb ələ keçirərək tanışı Şahid12 satıb Zərərçəkmiş şəxs1 108.300 manat məbləğində yəni, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü tikinti və mənzillərin alqı-satqısı sahəsində işgüzar, uğurlu iş adamı kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 satmaq istədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595 saylı məhəllədə inşa edilmiş yaşayış binasında olan mənzilini tez bir zamanda satılması üçün müştərisinin olmasını bildirib 18.000 manat pulu Zərərçəkmiş şəxs2 “beh” kimi verərək etibarından suiistifadə edib sonuncuya məxsus mənzilin dəyərini qısa müddətə ödəyəcəyini vəd verib aldadaraq 2021-ci ilin yanvar ayının ortalarında ünvan 17 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595 saylı məhəllədə inşa edilmiş 7-ci bina,1-ci blok, 15-ci mərtəbədə yerləşən 80,57 kvadrat metr sahəyə malik 100.000 manat dəyərində 149 saylı mənzili alıb ələ keçirərək tanışı Şahid4 satıb Zərərçəkmiş şəxs2 100.000 manat məbləğində yəni, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 münasibətdə dələduzluq hərəkətlərinə yol verməsinə dair epizodla bağlı ona elan edilmiş ittihamla razılaşmır. Belə ki, hadisələr əslində özünün Şahid6 tərəfindən aldanılmasına görə baş vermişdir. Hazırki epizod üzrə cinayət işinə 5-6 dəfə xitam verilmişdir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Şahid6 başqa dələduzluq işləri də hal hazırda da davam edir.2018-ci ildə 2014-cü ildən tanıdığı Şahid6 həmin vaxt “Şərur MTK” da məcburi köçkünlər üçün sosial evlər inşa etdirmişdir. Şahid6 həmin vaxt ondan tikinti materialı kimi beton götürmüşdür. Şahid6 həmin betondan ona 72000 manata yaxın borcu olmuş,həmin vaxt dələduzluğa görə 07 il müddətinə həbs olunmuşdur. O, həmin vaxt Fikrət barəsində şikayətçi olmamış, Şahid6 7-8 aydan sonra Ali Məhkəmənin qərarı ilə şərti olaraq azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra Şahid6 onu yanına çağıraraq şikayətçi olmadığına görə təşəkkürünü bildirmiş, Zərərçəkmiş şəxs3la birlikdə iş görməsini yəni, sonuncu tərəfindən ona “armatur” veriləcəyini, onun də həmin “armatur” dan əldə etdiyi gəlirdən Şahid6 borcunun çıxılmasını təklif etmişdir. Şahid6 bu təklifi üzrə Zərərçəkmiş şəxs3la tanış olmuş, Şahid6, o və Zərərçəkmiş şəxs3 birlikdə iş birliyinə başlamışdırlar. Zərərçəkmiş şəxs3 əvvəl onlara 300.000-350.000 manatlıq “armaturun” bir növü olan “katinka” vermişdir. Onlar hər dəfə “armaturu” satanda Şahid6 ona verəcəyi borcun bir hissəsi çıxılmışdır. Şahid6 borcun ödənilməsinin uzun çəkəcəyini görüb ona bir nəfər şəxsin Fikrətə borcu olduğunu, həmin şəxsin Göyçayda nar bağına sahib olduğunu, nar bağını özəlləşdirmək üçün 70 000 manat pul lazım olduğunu, nar bağının özəlləşdiriləcəyinə kömək edəcəyi təqdirdə ona olan borcunun tam şəkildə ödəniləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 tanışı olan Samirin dostu X10 müdürü olan Toğrul bəyin köməkliyi ilə 153 000 manat məbləğində pul vəsaiti 5 %-lə borca götürülmüşdür. Həmin nar bağının sənədləri düzələcəyi təqdirdə Şahid6 nar bağını satıb həm onun pulunu verməli, həm götürülən krediti bağlamalı idi. Götürülməli olan pulun məbəğini Samirə onlar təklif etmişdirlər. Kreditə götürülmüş pul vəsaitinin 70 000 məbləği Şahid6, 3 000 manat məbləği Zərərçəkmiş şəxs3, 80 000 manat məbləğini isə o götürmüşdür. O da həmin pula “X39”dən “armatur” alıb "xxxx"i MTK-ya vermişdir. O, öz qazancından 153 000 manata görə Zərərçəkmiş şəxs3 hər ay ödəniş etməyə başlamışdır. Həmin pullar guya torpaq sahəsi satılandan sonra ona qaytarılmalı olmuşdur. Şahid6 bir neçə ay bu məsələni uzatdıqdan sonra heç bir sənədin düzəlmədiyi məlum olmuş, Zərərçəkmiş şəxs3 əvvəlcə pulu ikisindən istəsə də sonradan Fikrətdən pulu ala bilməyəcəyini anlayaraq pulları ondan istəməyə başlamışdır. O, Samirə 80 000 manatın özü, 70 000 manatı isə Şahid6 tərəfindən ödəniləcəyini bildirmişdir. Ən pis halda pullar 3 ay müddətinə ödənilməli olmuşdur. Pulun faizinin ödənilməsi Fikrət və onun üzərinə qoyulmuşdur. Lakin Şahid6 həmin vaxt ona sənədlərin hələ düzəlmədiyini bildirdiyinə görə bütün faiz borcları onun tərəfindən qaytarılmışdır. 8 aydan çox müddətə həmin borc pul vəsaitinə görə Fikrətə faiz ödəmişdir. Sonradan Zərərçəkmiş şəxs3 Nərimanov rayon Polis İdarəsinə şikayət vermiş, o isə həmin dövr ərzində səhhəti ilə əlaqədar Türkiyəyə getmiş, ölkə ərazisinə qayıtdıqdan sonra hava limanında onu saxlamışdırlar. Polis İdarəsində ondan ifadə alındıqda onun Zərərçəkmiş şəxs3 80 000 manat borcu olduğunu, qalan pulun isə Şahid6 tərəfindən verilməli olduğunu bildirmişdir. O, müstəntiqdən həbs olunacağı təqdirdə Şahid6 də həbs olunmasını tələb etdiyinə görə hər ikisi dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilmişdirlər. 14 gün sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılmışdır. Ailəsi "xxxx" MTK-ya gedərək Elçinin onlara görə həbsdə olduğunu və pulun ödənilməsini tələb etmişdirlər. Həmin vaxt “verdiyi “armatur” əvəzinə Zərərçəkmiş şəxs3 həmin şirkət tərəfindən ev verilmişdir. Ona elan edilmiş ittihama daxil olan, əslində isə Şahid6 verməli olduğu 70 000 manat məbləğindəki pul vəsaiti məhz özünün şikayəti əsasında Şahid6 tərəfindən Zərərçəkmiş şəxs3 ödənildiyinə görə Şahid6 barəsində açılmış cinayət işi üzrə həmin epizod hissəsində xitam verilmişdir. Samirə evi istintaq dövründə vermişdir. Cinayət işi materiallarında Şahid6 və Zərərçəkmiş şəxs3 də ifadələri ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs3 dediyinə görə 153 000 manatın hamısı Samirin özünə məxsus olmuşdur. Götürdüyü 80 000 manat əvəzinə onun material verdiyi şirkət 1 ay ərzində ya 88 000 manat pul, ya da həmin məbləğdə ev verməli olmuşdur. Samir onsuz MTK-lara getdiyi üçün ona pul veməmişdirlər. O, Samirə ancaq “Global Azəri MTK” şirkətinin yerini göstərmişdir. Zərərçəkmiş şəxs3 Şahid6 tərəfindən aldadıldığına görə məhkəmə iclasında ona qarşı dələduzluq etdiyini bildirmişdir. Samir ona şikayət edəcəyini də bildirmişdir. O, həmin zaman şərti azadlıqda olduğu üçün məcbur olub “WhatsApp” mobil tətbiqindən ona pulun hamısını qaytaracağını bildirmişdir. Nar bağının sənədləşməsinə onun heç bir aidiyyatı olmamışdır. 153 000 manatın onun götürdüyü 80 000 manatı ticarətlə bağlı olmuşdur. Zərərçəkmiş şəxs6 münasibətdə dələduzluq hərəkətlərinə yol verməsinə dair epizod üzrə onu qeyd edir ki, onun ticarət əlaqələri Zərərçəkmiş şəxs6la deyil, Şahid11lə olmuşdur. Təxminən yanvar ayının biri, ikisi aralığında Habilin təzyiqlərindən bezərək borc qəbzi imzalamaq üçün getmiş, həmin vaxt Zərərçəkmiş şəxs6 Şahid11lə bir yerdə olmuşdur. Zərərçəkmiş şəxs6 Şahid11 hüquqşünası, həmçinin ağsaqqalı kimi tanımışdır. Habil ona kriminal aləmə meyilli insan olduğunu, ona görə də sonuncuya 230.800 manatlıq borcu olması barədə qəbzi Zərərçəkmiş şəxs6 adına yazılmasını xahiş etmişdir. O, həyatı təhlükədə olduğu üçün notarial qaydada Zərərçəkmiş şəxs6 borcu olması barədə sənəd imzalamış, ona ərizə yazdırmışdırlar. Bir neçə gündən sonra ailə üzvləri və dostları ilə məsləhətləşdikdən sonra Şahid11 tərəfindən ticarət əlaqələrində olmadığı şəxsə borclu olmağı barədə qəbz imzalamağa məcbur edildiyi barədə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. O, eyni zamanda Şahid11 ona hədə-qorxu gəldiyini də bildirmişdir. Polis İdarəsində Şahid11 ticarət əlaqəsi qurduqları halda mülki qaydada məhkəməyə müraciət edilməsi bildirilmişdir. Onun ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs6la bir neçə dəfə üzləşməsi olmuşdur. Üzləşmə zamanı Zərərçəkmiş şəxs6 hər dəfə onunla ticarət əlaqəsinin olmadığını bildirmişdir. Onun qəbz yazmamışdan öncə Zərərçəkmiş şəxs6la hansısa telefon danışıqları da olmamışdır. Zərərçəkmiş şəxs6 4 ayrı orqanın müstəntiqi tərəfindən zərərçəkmiş şəxs kimi tanınmamışdır. Zərərçəkmiş şəxs6 230.000 manat pulu olduğu təqdirdə niyə kirayədə qalır? Onun Habillə ümumilikdə 400 000 manat məzmununda ticarət əlaqələri olsa da borcu 113 000 manat təşkil etmişdir. Habil onun ziyanına şərik olmamış, verdiyi pul vəsaiti ilə əlaqədar müflis olduğu təqdirdə qazancını ondan götürəcəyini bildirmişdir. Ticarət əlaqəsi dedikdə tikintilərlə onun “armatur” alış-verişi nəzərdə tutulmuşdur. Habilə əvvəlcədən hansı ticarət əlaqəsi ilə məşğul olacağını, ona faiz verəcəyini bildirmişdir. Ondan aldığı pul müqabilində “armaturu” 1100 manata almış, həmin “armaturu” 01 aylıq nisyə ilə 1200 manata vermiş, həmin puldan 100 manat qazancı olmuşdur. Bu pulun 70 manatı Habilə, 30 manatı isə ona çatmışdır. Pul 01 ay gecikdiriləndə və yaxud həmin pulun əvəzinə ev verildikdə və həmin ev ziyana satıldıqda Habil həmin pulların faizini ondan almışdır. Misal üçün bir binanın bir mərtəbəsinə neçə ton “armatur” düşürdüsə həmin “armaturun” qiymətinin civarında Habildən pul almışdır. O, əvvəllər birinci mərtəbənin pulunun həm maya dəyərini, həm də xeyirini Habilə qaytarmışdır. Onların ticarətində yığılan pullar hər mərtəbəyə görə alınan pullar olmuşdur. Həmin pulların da bir hissəsi Habilə qaytarılmışdır. Şirkətlər onun pulunu gecikdirəndə onun Habillə mübahisələri yaranmağa başlamışdır. Habil və onun arasında sıxıntı yarandıqdan sonra Habildən pul alınmamışdır. Sonradan Habil həmin şirkətlərdən Sadiqi, Fikrəti və İsmayılı görüşə dəvət etmiş, əsas məbləği onlardan almışdır. Habil ona qalan pulları ondan alacağını, başqa şəxs tanımadığını, pulun onun öz pulu olduğunu, Zərərçəkmiş şəxs6 onun dayısı olduğunu, pulların ona verilməsini tələb etmişdir. O, Habil, Sadiq, Fikrət və İsmayılla görüşərkən Habil həmin şəxslərə onların Elçinə verəcək pullarının olduğu təqdirdə həmin pul vəsaitlərinin Habilə verilməli olduğunu tələb etmişdir. Həmin üç nəfər şəxs pulun Habilə verilməsi üçün onun razılığını almışlar. Həmin görüşdə Zərərçəkmiş şəxs6 iştirak etməsə də borc barəsində qəbz yazarkən orada Zərərçəkmiş şəxs6, Habil, Samir və Eldar adlı şəxslər olmuşdur. Habil ona o qədər təzyiq göstərmişdir ki, hətta “sirkə” də içmişdir. Həmin qəbzdən sonra Habilə 32.000 manat, 28.000 manat, 14.000 manat pul ödənilmişdir. Bunlara baxmayaraq Habil onların ofisinə girərək işçiləri hədələmişdir. Hətta o, hədə-qorxu məqsədilə Təqsirləndirilən şəxs xəncər şəkli də atmışdır.O, Habildən 73.600 manat məbləğində pul vəsaiti almamışdır. Habildən 2018-ci ildə hissə-hissə 50.000 manat və 57.200 manat pul vəsaiti almışdır. 50000 manat pul vəsaitini Habildən Nəsirulla bəyin yanında alsa da həmin pul vəsaitinin Habilə aid olduğunu düşünmüşdür. O, Kərbəlayi Samir adlı şəxslə qəbz yazılana qədər görüşsə də həmin görüşdə məqsəd ticarət əlaqəsi olmamışdır. O, Habilə Rüfət adlı şəxsdən bəhs etmiş, atasına Şahid11 nömrəsini verib sonuncu ilə görüşməsini xahiş etmiş, atasının yanında Şahid12 də olmuşdur. Şahid11lə görüşdə olarkən Zərərçəkmiş şəxs6 da orada iştirak etmişdir. Atası Habildən pulun ödənilməsi üçün vaxt istədikdən sonra Habilin köməkliyi ilə üç nəfər şəxsdən pulu alıb Habilə vermişdirlər. Onun aldığı “armaturların” qaimə, fakturalar da olmuş, həmin qaimələr onun adına olmuşdur. O, Zərərçəkmiş şəxs6 ev təklif etməmişdir. Onun özünə də pul borclu olmadığı halda Zərərçəkmiş şəxs6 nə üçün Şirvana, atasının yanına getdiyini anlamamışdır. Pulun ödənilməsi üçün vaxt Şahid11 alınmışdır. İbtidai istintaq zamanı müstəntiq ondan Zərərçəkmiş şəxs6 pul alıb-almamasını soruşduqda bir dəfə “Xudafərin” restoranında Zərərçəkmiş şəxs6 40.000 manat pulu gətirib Şahid11 verdiyini gördüyünü bildirmişdir. Zərərçəkmiş şəxs6 ondan pul tələb etməsi yanvar ayından sonra başlamışdır. 2016-2017-ci illərdə Zərərçəkmiş şəxs5 makler fəaliyyəti ilə məşğul olan Fərid adlı şəxsin vasitəsilə tanımışdır. “Çay evi” adlanan yerdə Zərərçəkmiş şəxs5 “Mesanat Holdinq”in nümayəndəsi kimi ona təqdim etmişdirlər. Səbuhi ondan nə işlə məşğul olduğunu soruşduqda o, tikinti şirkətlərinə beton, sement kimi ləvazimatlar verdiyini bildirmişdir. Səbuhi onu “Mesanat Holdinq”ə Ramiz İsayevin yanına aparmışdır. Səbuhi ona Ramizin Dərnəgüldə olan beton zavoduna sement lazım olduğunu, onunla bir yerdə işləməsini və onun özünə də qazanc verdiyini bildirmişdir. Ramiz İsayev ona sement satmasını xahiş etmiş, həmin sement müqabilində Əhmədlidə olan "xxxx" MTK-dan ev verəcəyini bildirmişdir. Onların həmin dövrdə “Norm” şirkəti ilə müqaviləsi olmuş, keramika işlərini görmələri müqabilində sement almışdırlar. O, Ramiz İsayevlə 7 evin qarşılığında 800.000 manat civarında olan müqavilə bağlamış, bir evi alıb həmin evin dəyərində ona sement vermişdirlər. Onların aldığı evi Fərid adlı makler satmışdır. Onlar həmin evdən əldə edilən gəlirdən Səbuhiyə də xeyir vermişdirlər. Həmin vaxt şəriki Vüsal ona Türkiyənin “Çanaqqala” firmasından seramik gətirməli olduğunu və ona 65 000 manat pul vəsaiti lazım olduğunu bildirmişdir. Səbuhi onlara Ramizin qardaşı Həbibdən pul ala biləcəyini, Həbib isə onlara həmin pulu 4 faizlə verə biləcəyini bildirmişdir. Həbib onlara onun sürücüsü olan Zaur Dadaşov ilə borc müqaviləsi bağlamalarını bildirmişdir. Ramazan ayında Səbuhi “Keşlə bazarı”nın yanında iftar süfrəsi açmış, sonuncu pulu ona, o isə pulu Vüsala vermişdir. Həmin pula görə hər ayın sonunda 3900 manat pul ödəməli olmuşdurlar. Vüsal Türkiyədən sifariş verdikləri seramikalarla bağlı maraqlandıqda şirkətdən onlara məhsulların 3 həftə sonra gələcəyini bildirmişdirlər. Onlar pulu Səbuhiyə verərək Həbibə verməsini bildirmiş, buna səbəb 21 gün həmin pulun üzərinə faiz gəlməsini istəməmələri olmuşdur. Səbuhi buna etiraz etməyərək pulları qəbul etmişdir. Səbuhinin zənginə əsasən Ramiz İsayevlə görüşmüş, Səbuhidən ona verdiikləri 67 000 manatın 40 000 manatını müvəqqəti olaraq istədikdə Səbuhi bunun üçün Elçindən icazə almalı olduğunu bidirərək bu haqda ona məlumat vermişdir. O, buna etiraz etməmiş, bazar günü Səbuhiyə zəng edib pulun aqibətini soruşmuş və Ramiz İsayevin olduğu ofisə getmişdir. Həmin gün ofisdə Ramiz İsayevin arvadı rəhmətə getdiyi üçün qarışıqlıq yaranmışdır. 2 həftə sonra o, X14 həmin pulu qaytarmasını bildirdikdə, Səbuhi ona Ramizin rəhmətə gedən yaxını olduğu üçün başı qarışıq olduğunu və pulun faizini özü ödəyəcəyini bildirmişdir. Ramiz İsayev həqiqətən də pulların 1 aylıq faizini özü ödəmişdir. 65 000 manatın 25 000 manatı Səbuhinin özündə qalmışdır. Bundan sonra Ramiz İsayev 40 000 manatı ona verməli olduğu sement və “armatur”-un əvəzində götürdüyünü onlara bildirmişdir. Yerdə qalan 25 000 manatı isə Səbuhi Vüsalla birlikdə “şeben” almaq üçün sərf etmişdir. Onlar Elçini özlərinə yaxın buraxmamışdırlar. Vüsal Həbibə pulu ödəyə bilmədiyi üçün hər ay ümumilikdə 28 000 manat faiz ödəməyə başlamışdır. Əgər pulu o götürmüşdüsə nəyə görə həmin pulun faizini Vüsal ödəyirdi. Vüsal əməliyyat olunduğu üçün Həbibgil onu mülki qaydada məhkəməyə vermişdirlər. O, Vüsala bu barədə məlumat verdikdə sonuncu pulu ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 özü 40 000 manat pul vəsaitini Ramiz İsayevə vermiş, qalan 25000 manatı isə Vüsalla birlikdə “şeben” işinə xərcləmişdir. Onlar pulu götürərkən Səbuhiyə pulları nə üçün götürdüklərini bildirmişdirlər. Səbuhi, Vüsal və o şərik olmuşdurlar. Həbib pulu hara xərcləyəcəklərinə maraqlı olmadığını bildirmişdir. Səbuhi Həbibə onları onun ortağı kimi tanıtmışdır. Həbibgil də Səbuhiyə limitsiz pul ayırmışdır. Həmin pulun aylıq faizi 4 faiz olmuşdur. 40000 manatı X33 vermişdir. Vüsal Ramizin dostundan “armatur” götürdüyünə görə və pulun vaxtı çatdığına görə Ramiz 40000 manatı “armatur”un əvəzinə çıxdığını bildirmişdir. Birinci dəfə Həbib özünü sığortalamaq üçün onun sürücüsü ilə müqavilə bağlamasını tələb etmişdir. Həbib Səbuhinin simasında onlara pul verdiyi üçün pulu Səbuhidən tələb etmişdir. Birinci dəfə borc müqaviləsi bağlandıqda öhdəliyi Səbuhi və o birlikdə götürmüşdürlər. Səbuhiyə hədə-qoxu gəlindiyi üçün Vüsal yenidən borc müqaviləsi bağlanmasını həmin müqavilənin isə Həbibə göstərilməsini bildirmişdir. O, müqaviləni bağlayarkən Səbuhiyə bir qəpik də borcu olmadığını bildirmişdir. Səbuhini seramik alverinə görə 65000 manat məbləğində aldatmamışdır. Seramik alverinə görə götürülmüş pulu Səbuhiyə əlbəəl qaytarmış, sonradan onlar seramikanın pulunu Hacı Elşəndən almışdırlar. X34 göstərişi ilə 65000 manata görə Səbuhi və onu mülki qaydada məhkəməyə versə də həmin işə məhkəmə qərarı ilə xitam verilmişdir. Həbibgil pulu Səbuhidən tələb etdiyi üçün və Səbuhiyə hədə qorxu gəldikləri üçün Səbuhi onunla borc müqaviləsi bağlamışdır. Səbuhinin onunla müqavilə bağlamaqda məqsədi Həbibgilin pulunun Səbuhinin yox, Elçinin özünün xərcləməsini Həbibgilə sübuta yetirmək olmuşdur. 65000 manatın 40000 manatını o, Ramiz İsayevə həmin pulu Həbibə verməsi üçün vermişdir. Qalan 25000 manatı o qaytara bilmədiyi üçün həmin pul “Şeben”ə sərf edilmişdir. Onun Zərərçəkmiş şəxs5 borcu yoxdur. Natavan Əkbərovaya münasibətdə dələduzluq hərəkətlərinə yol verməsi epizodu üzrə təqsirləndirilən şəxs bildirmişdir ki, Natəvanı 2011-ci ildən Şahid11 vasitəsilə tanımışdır. Habil və Natəvan isə Nəsirulla bəy vasitəsi ilə tanış olmuşdur. Habil, o və Natəvan 200 000 manatlıq dəyərində ticarət fəaliyyəti ilə məşğul olmuşlar. Habil və Natəvan arasında iş birliyi pozulduqdan sonra Habilin tələbi və vasitəçiliyi ilə Natəvanın pullarını qaytarmışdır. Sonradan Natəvan özü ticarətlə məşğul olmağı təklif etmişdir. Habil və Natəvan arasında olan iş birliyinin sonlandırılmasının səbəbini bilmir. Natavandan götürdüyü pul müqabilində aylıq xeyri mütəmadi vermişdir. Natəvan pulları ona yaxşı qazanc əldə etdiyi üçün vermişdir. Onun Natəvandan pul almasının səbəbi isə ehtiyaclarından irəli gəlmişdir. Natəvan verdiyi borc müqabilində ödənilməli olan aylıq gəliri sonuncu özü müəyyən etmişdir.Zərərçəkmiş şəxs3 barəsində dələduzluq hərəkətlərinə yol verməsi epizodu üzrə həbs olunmuşdur. O, həbs olunana qədər Natəvandan aldığı 98 000 manatın 90 000 manatını Əli adlı taksi sürücüsü vasitəsilə geri qaytarmışdır. Natəvan ondan şikayət verdikdən sonra o, ev dustaqlığına buraxılmışdır. Natəvana pulunu ödədiyini, ondan niyə şikayətçi olduğunu soruşduqda sonuncu, onun tutulmağını eşitdikdən sonra şikayətçi olduğunu bildirmişdir. Natavan Qurbanovaya 185.000 manat məbləğində pul alıb qaytarmaması ilə bağlı ittihamı qəbul etmir. Belə ki, ev dustaqlığına buraxıldıqdan sonra Natavana 30 000 manat məbləğində pulu geri qaytarmışdır. Natavana olan borcu 155.830 manat təşkil edir. Həmin pul məbləği yalnız əsas borc məbləğini deyil, həm də tərəfindən ödənilməli olan xeyirləri də ehtiva edir. Habillə arasındakı konfliktdən sonra o, özü birbaşa Natəvanla əlaqə qurmuşdur. 10 000 manatlıq qəbzdəki yazı xətti onun xətti deyil, həmin qəbzi o, özü yazmamışdır. 2018-ci ildə Natəvandan aldığı 7 000 manata görə 20 günə 940 manat xeyir vermişdir. Ümumilikdə 180 850 manata görə 66 000 manat xeyir, ana pula görə ayrılıqda 30 000 manat, 98 000 manat və 5 000 manat ödəmişdir. Zərərçəkmiş şəxs1 münasibətdə dələduzluq əməllərinə yol verməsi epizodu üzrə bildirmişdir ki, 2010-cu ildə Eldar Yusifov adlı şəxs ona zəng edərək Gənclik ərazisində onu bir şəxslə tanış etmək istədiyini bildirmiş, həmin ərazidə o, Fuad, Eldar Yusifov və Zərərçəkmiş şəxs1la birlikdə görüşmüşdür. Ona Sadiq bəyin elektrik olması və binalarda işlər görməsini təklif etmişdirlər. Sadiq ona “Zümrüd Residens”də işlərinin olduğunu və həmin yerdə iş görməyi ona təklif etdikdə o, onların büdcəsi ilə öz büdcəsinin eyni olmadığını bu səbəbdən orada iş görə bilməyəcəyini bildirmişdir. Sadiqlə bir müddət söhbət etdikdən sonra onunla ortaq tanışlığı yaranmışdır. O, Sadiqə evlərin barter işi ilə məşğul olduğunu qeyd etdikdə Sadiq özünün Olimpus şirkətində bir evi olduğunu bildirmişdir. Sadiq, həmin evin barter edilməsinə görə ondan köməklik istəmişdir. Sadiq ona həmin evə görə ilkin olaraq 30 000 manat verilməsini, qalan pulun isə hissə-hissə verilməsinə, habelə elektrik malları ilə əvəzləşdirilə biləcəyinə razı olduğunu bildirmişdir. Sadiq evin ümumi qiymətinin 105 000 manat olmasını qeyd etmişdir. Sonradan həmin şirkətdə barter işi ilə məşğul olan Vüsal adlı şəxs ona 194 kvdaratmetrlik evi təklif etmiş, həmin ev isə sonradan Tural adlı şəxsə satılmışdır. Onun Vüsala təqdim edtiyi 72 kvadratmetrlik ev müqabilində Vüsal ona 194 kvadratmetrlik ev verməli idi. 194 kvadratmetrlik evin qiyməti 234 000 manat olmuşdur. O, Sadiq bəyin 72 kvadratmetrlik evini Vüsala verdikdən sonra 134 000 manat da əlavə Vüsala ödəniş etmişdir. Çünki Vüsalın ona verdiyi evin qiyməti 234 000 manat olmuşdur. Həmin vaxt ev Sadiqin oğlunun adına olmuşdur. O, Sadiqə ilkin olaraq 30 000 manat pul verəcəyini bildirmişdir. Onların ikisinin də razılığı ilə 5.000 manatı Fuad və Eldara verməli, buna səbəb isə onları tanış etməsi olmuşdur. O, 72 kvadratmetrlik evi Vüsala, Vüsal 194 kvadratmetrlik evi Turala vermişdir. Turaldan aldığı 135 000 manatı “Olimpus” şirkətinə, 30 000 manatı Sadiqə, 2500 manat Fuada, 2500 manatı isə Eldara vermişdir. Onun Sadiqə 70 000 manat borcu qalmışdır. O, Sadiqə Turalın ona ağ şəhərdəki evinin pulunu verdikdən sonra qalan pulu qaytaracağını bildirmişdir. Tural ona ağ şəhərdəki evin tikintisinin dayandığını bildirmişdir. Onun buna görə həm ağ şəhərdəki evə, həm də Sadiqə borclu qalmışdır. 100 000 manatdan Sadiq bəyə ayrılıqda 30 000 manat, 2000 manatı oğluna, 4 000 manatı və 2000 manatı isə ayrılıqda vermişdir. Sonradan onu Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinin əməkdaşları saxlamışdırlar. Əməkdaşlar ona həmin gecə pulu verməli olduğunu bildirmiş, o isə əməkdaşlara ağ şəhərdəki ev satılmayınca Sadiqin pulunu ödəməyəcəyini bildirmişdir. İdarədən ona bildirmişdirlər ki, bu işi bağlamaq üçün 10 000 manat idarəyə, 10 000 manat isə Sadiq bəyə verməlidir. O, 20000 manat pulu İdarənin əməkdaşına vermişdir. Sonradan Sadiqin ona Nərimanov rayon Polis İdarəsinə şikayət etdiyini bilmiş və Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinin əməkdaşına zəng edərək hadisələrin nəyə görə bu həddə gəldiyini soruşmuşdur. Onlar isə ona öz işini özünün həll etməsini bildirmişdirlər. Zərərçəkmiş şəxs2 münasibətdə dələduzluq əməllərinə yol verməsi epizodu üzrə təqsirləndirilən şəxs ifadə verərək Rəşadı əvvəllər tanımadığını bildirmişdir. Yaxın dostu Sənan Dünyamalıyev adlı şəxs yaxın dostu Kənan adlı şəxsin Binəqədidə bina tikdiyini bildirərək, X25 “Mahal MTK”da yerləşən evinin barter edilməsini xahiş etmişdir. Həmin ev 135 000 manat dəyərində qiymətləndirilmişdir. Sənan ona həmin evə görə ödəniləcək 135 000 manatdan 10 000 manatı onların arasında, qalan 125 000 manatın isə Rəşad və Kənan arasında bölünəcəyini bildirmişdir. Əldə edilmiş razılığa əsasən ilk ödəniş 50 000 manat onlara ödənildikdən sonra yerdə qalan pul tikinti materialları şəklində Rəşada təqdim edilməli idi. Rəşad isə şirkətin vergiyə borcu olduğu üçün evin başqa şəxsin adına keçirilməsinin bir həftə gecikəcəcəyini qeyd etmişdir. Rəşada evi başqa şəxsin adına keçirmədən ona pul verə bilməyəcəyini vurğulamışdır. Sənan ona inanmasını pulun Rəşada verilməsini xahiş etmişdir. Rəşadın müştərinin onlarla notariusa getməsi, həmin mülkiyyətin başqa şəxsin adına keçirilməsinə etiraz etməməsi barədə sənəd təqdim etdikdən bir həftə sonra evi alan şəxsə adına keçiriləcəyi barədə məlumatı müştəriyə məlumat versə də sonuncu buna etiraz etmişdir. Ev əldən çıxmamaq üçün Hacı Elşəndən 50 000 manat borc pul vəsaiti əldə etmişdir. Həmin pul vəsaiti ilkin ödəniş qismində Rəşada təqdim edilmiş və sonuncu notarius vasitəsilə evin Vasif adlı şəxsin adına keçməsinə etiraz etməməsi barədə sənədi imzalamışdır. Bundan sonra Rəşad evin sənədlərini təqdim etmişdir. Razılığa əsasən evə görə 50 000 manat pul vəsaiti ilkin ödəniş kimi, qalan 85 000 manatı isə tikinti materialı kimi verilməli imiş. Daha sonra şirkətin qarşısında Rəşada zəng edərək evin müştərinin adına keçirilməsi xahiş etsə də Rəşad bir müddət onları yola verdikdən sonra sonuncunun şirkətlə öhdəlik müqaviləsinin olduğunu və həmin öhdəliyi yerinə yetirməyənə qədər onun adına ev verilməyəcəyini öyrənmışdir. Hacı Elşən isə ondan pulunu istəməyə başlamışdır. Rəşad ona Akkord şirkəti tərəfindən tikilmiş evin satılaraq pulunu götürməsini təklif etmiş, o da həmin evi Elşənə vermiş, özünün sonuncuya olan borcunu çıxdıqdan sonra qalan pulu Rəşada tikinti materialı şəklində verilməsini təklif etmişdir. Lakin həmin evdə əvvəlki sahibi qalmışdır. Belə ki, o, başqa evi olduğunu, evi təmir olunana qədər Rəşadın onlara verdiyi evdə qalmağa icazə verilməsini xahiş etmişdir. Rəşad həmin şəxsin qeyd edilən evdə qalmağı üçün ona 6 ay möhlət verilməsini xahiş etmişdir. Ev Elşənin adına keçirilmiş, sonuncu ona 40 000 manat pul göndərmiş, həmin pul vəsaitinin 23 000 manatı Rəşada, 3 000 manatı evin qeydiyyatına, 17 000 manatı isə armatur aldığı yerə verilməli olmuşdur. Elşən Rəşada 40 000 manat pul verdiyini, qalan pulun əvəzinə sonuncuya armatur göndərəcəyini bildirmişdir. Rəşad həmin evi 80 000 manata ona vermişdir. Polis əməkdaşları tərəfindən tutularkən pulun Hacı Elşəndə olduğunu bildirmişdir. Elşənlə üzləşmə zamanı da pul vəsaitinin Elşəndə olduğunu bildirmişdir. Sonradan Rəşad öz ərizəsini geri götürmüşdür. Zərərçəkmiş şəxs7 münasibətdə dələduzluq əməllərinə yol verməsi barədə ifadə verərkən təqsirləndirilən şəxs bildirmişdir ki, 2011-ci ildə Sərvər adlı şəxs tikinti şirkətlərinə beton və armatur satmaqla məşğul olmuşdur. Sərvərdən nisyə tikinti materialı götürmüşdür. Bir müddət sonra Sərvərin ona 276 000 manat borcu yaranmışdır. Sərvər ona "xxxx" MTK-ya tikinti materialı verdiyini və həmin materialların əvəzində ona ev verildiyini bildirmişdir. Sərvər ona həmin evi təklif etmiş, evin qiymətini 76 000 manata razılaşdıqdan sonra evi onun adına keçirtmək üçün şirkətə 20 000 manat pul verilməli olduğunu bildirmişdir. Həmin vaxt ev üçün müştəri axtarmağa başlamış, Aqil Nəcəfov adlı şəxsə belə bir evin olduğunu qeyd etmişdir. Aqil onu Zərərçəkmiş şəxs7lə tanış etmişdir. Sərvərin ona verdiyi maliyyə arayışını, müqaviləni və evin başqa şəxsin mülkiyyətinə keçməsinə etiraz etməməsi barədə sənədini Zaura təqdim etmişdir. Həmin evi satıb pulu nisyə qaydada alınmış tikinti materiallarına görə yaranmış borclarını qaytarmasını düşünmüşdür. Zaurla birgə evin sənədləri yoxlanılmış, hər hansı problemlə qarşılaşmamışlar . Zaur ona ilkin olaraq 40 000 manat verəcəyini , 36 000 manat pulu isə iki aya qaytaracağını söyləmişdir. O, Zaurla 40 000 manatlıq beh müqaviləsi bağlamış, iki aya qalan pulu gətirməyəcəyi təqdirdə evi satacağını qeyd etmişdir. 40 000 manatı Zaurdan alanda onun 5 000 manatını vasitəçi kimi Aqil və onun yanındakı şəxsə vermişdir. Aqil Zaurun yanında ondan 5 000 manat mənə borc pul vəsaiti istəmiş, Zaur qalan pulu qaytaranda o da həmin puldan 5 000 manatı Elçinə qaytaracağını bildirmişdir. Beləliklə Zaurdan aldığı 30 000 manat pul vəsaitinin 20 000 manatını Sərvərə təqdim etmişdir. İki ay tamam olduqdan sonra Zaura zəng edərək pulun qalan hissəsini tələb etmişdir. Həmin ərəfədə o həbs olunmuş, həbsdən çıxdıqdan sonra Zaura 30 000 manatdan 10 000 manat pul qaytarmışdır. Zaur Razində “Həkəri” kafesində tanımadığı Hacı adlı şəxsin yanında ondan 5 000 dollar, sonradan isə hissə-hissə 5 000 manat almışdır. 2019-cu ildə yenidən həbs olunmuş, dindirilərkən Zaurdan aldığı 76 000 manatın geri qaytarılmasını xahiş etmiş, o, aralarında 40 000 manatlıq borc müqaviləsi olduğunu, həmin borcun 23 500 manatını ödədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs7lə üzləşən zaman ondan istədiyi 76 000 manat pul vəsaitinin 10 000 manatının Aqildə olduğunu, 23 500 manatını ödədiyini, qalan 6 500 manatı ödəməyə hazır olduğunu qeyd etmişdir. Zaur ibtidai istintaqa iki dənə yəni 40 000 manatlıq və 76 000 manatlıq beh müqaviləsi təqdim etmişdir. Əgər evin qiyməti 76 000 manatdırsa hansı səbəbdən Zaurla 76 000 manatlıq beh müqaviləsi bağlanmışdır. Zaura 10 000 manat Elşən Pişanov və Şahid12 yanında verilmişdir. 76 000 manatlıq beh müqaviləsinin saxta olması ibtidai istintaq dövründəki xətşünaslıq ekspertizaının rəyi də təsdiq edib. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirmişdir ki, Elçinlə Fikrət adlı şəxsin vasitəsilə tanış olmuşdur. Elçinlə onun ilk dəfə ticarət əlaqələri tikinti materialları ilə əlaqəli olmuşdur. Həmin ticarət əlaqəsindən Elçin 60000 manatdan çox pulu ona vermişdir. Növbəti dəfə Elçin və onun arasında tikinti ilə bağlı “armatur” ticarəti olmuşdur. O, Elçinə həm nağd şəkildə pul, həm armatur vermişdir. Bu ticarətə başlayarkən armaturu kimə satacağı barədə aralarında hər hansı razılaşma olmamışdır. “Armatur”dan gələn xeyrin Fikrət, o, Elçin və Samirin aralarında bölüşdürülməsi barədə razılıq olmuşdur. O, Elçinə materialları Fikrətin Elçini tikinti işi ilə məşğul olan dostu kimi təqdim edərək sonuncuya “armatur” və digər tikinti materialları verməsi barədə xahişinə əsasən vermişdir. Aralarında olan razılaşmaya görə Elçinə təqdim edilən 151 000 manatlıq “armaturlar” 1 ay müddətində satılmalı olmuşdur. Bir ildən çox müddət keçdikdən sonra borc sahibləri onun üzərinə gəldiyi, o, pulunu ala bilmək üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə şikayət etmişdir. Ərizəsində Elçinə “armatur” verdiyini və pulunu ala bilmədiyini bildirmişdir. Elçin ona pulun verilməməsinin səbəbi kimi Rüfətin böyrəyini dəyişməsi, xaricdə olması kimi bəhanələr səsləndirmişdir. Elçin daha sonra “armaturu” “Kaktusun” yaxınlığındakı yeni tikilən binanın həyətinə boşaltdığını bildirdikdə o, həmin əraziyə “armaturları” almaq üçün getmişdir. Binanın sahibi Rauf adlı şəxs nə Elçini tanıdığını, nə də orada “armatur” olduğunu, binanın həyətində olan tikinti materiallarını isə “X39”dən aldığını bildirmişdir. O, həmin binanın ərazisinə Elçinlə getsə də ani məqamda Elçin ərazidən yoxa çıxmışdır. O, sonradan Elçinə bu barədə dedikdən sonra Elçin “armaturları” dənizə tökdüyünü bildirmişdir. Elçinin dediyi Masazır, Yeni Yasamal və Neftçilər ərazisinə getsə də verdiyi “armaturları” tapa , aqibətini müəyyən edə bilməmişdir. Daha sonra Elçinə materialları gətirməsini tələb etmişdir. Elçin ona materialları verdiyi şəxsin Mərdəkanda yaşadığını bildirmişdir. Elçin maşınla gedərkən onlar onu başqa maşınla sonuncunun xəbəri olmadan izləməyə başlamış, Mərdəkan ərazisində Elçinə “bəs sən həmin şəxslə görüşürdün nə oldu” dedikdə Elçin ona həmin şəxsin sonuncuya böyrək köçürülməsi ilə əlaqədar İstanbulda olması kimi bəhanələr gətirmişdir. Bütün bu məsələlər onun öz materiallarını axtardıqdan sonra baş vermişdir. O, Rüfət adlı şəxsi görməmişdir. Elçin ona ümumilikdə 151000 manat məbləğində ziyan vurmuşdur. Elçin ona vurulan ziyanın 30000 manatdan çoxunu pul ilə, qalanını isə iki ev verməklə ödəmişdir. Elçin ona evləri Yeni Yasamal ərazisindəki “Qlobal MTK” dan vermişdir. “Armaturun” dəyərini Elçin özü ona ödəmişdir. O, pulu Toğrul adlı şəxsdən almışdır. Ona ev verilən zaman Fikrət pulun bir qisminin onda olduğunu bildirmişdir. 151000 manat məbləğindəki puldan onların xeyri olmamışdır. Təqsirləndirilən şəxs ona vurulan ziyanın yarısını Fikrət, yarısı isə Elçin tərəfindən tam şəkildə 2019-cu ildə ödəmişdir. O, əvvəlcədən şikayət verdikdən sonra Elçin tərəfindən ona vurulan ziyan ödənildiyi üçün şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadə verərək göstərmişdir ki, o, Vüsal və Habil adlı şəxslərlə birlikdə işləmişdir. May ayının əvvəllərində onun həmin şəxslərdə 73600 manat məbləğində pulu olmuşdur. O, həmin şəxsləri çağıraraq işlərini yekunlaşdırmalarını və ona aid pulu qaytarmalarını bildirmiş, bu ərəfədə Habilin Yasamal rayonu ərazisində yerləşən 150000 manat dəyərində olan obyektini satdığını eşitmişdir. O, Habilə həmin obyektin ona satılmasını, 73600 manat məbləğindəki borcun həmin 150000 manat məbləğindən çıxılmasını və 2019-cu ilin may ayına qədər qalan pulu ödəyə biləcəyini bildirmişdir. Bundan sonra həmin obyektin Habilin sahibliyində, lakin başqa adamın adına olmasını bilmişdir. Bir müddətdən sonra o, Təqsirləndirilən şəxs çox görməyə başlamış, sonuncu özünü iş adamı kimi tanıtdırmışdır. Bir dəfə Habil ona belə bir şəxsin olduğunu, ona iş təklif etdiyini, o da buna qoşulmayacağını bildirmişdir. Bir gün həmin şəxslər armaturdan, betondan söhbət etdikdə Habilə sonuncuda olan 73600 manat məbləğindəki pulu obyekt almaq üçün yox, bu işə yatırım etmək üçün istifadə edəcəyini bildirmişdir. İki-üç gün keçdikdən sonra Habil ona zəng edərək Elçinlə birlikdə oturduğunu və 50000 manat məbləğində əlavə pul vəsaiti lazım olduğunu qeyd etmişdir. Orada “Kərbəlayi” Samir deyilən bir nəfər də olmuşdur. O, Habil və Elçin arasındakı söhbət yatırılan pul müqabilində əldə edilən qazancın üç yerə bölünməsi ilə bağlı olmuşdur. O, 45000 manat məbləğindəki pul vəsaitini səhərisi gün Təqsirləndirilən şəxs vermişdir. Ona axşam zəng edərək 123600 manat məbləğində həmin mala pul verilməli olduqlarını bildirməsinə görə 5000 manat məbləğində pul vəsaitini qardaşından alıb gətirərək ona vermişdir. Vaxt bitən ərəfədə o, Elçin və Habillə mütəmadi olaraq görüşmüşdür. Elçin ona yenə “armatur” işi olduğunu, bu səfərki “armatur”un “X39”-ə məxsus olduğunu, 200 ton “armaturu” almaq üçün 57200 manat məbləğində pulun çatmadığını bildirmişdir. O, uzun illər Ukraynada bizneslə məşğul olduğundan, “armaturun” alışında iştirak etmək istədiyini bildirmiş, lakin müxtəlif bəhanələrlə aldadılmışdır. Elçin ona qiyməti 1070 manat olan “Rus “armaturu” alıb 1200 manata satacağını, Rüfət adlı bir şəxsin pulun 60%-ni verəcəyini lakin qalan 40% pul məbləğinin çatmadığını söyləmişdir. O, 73600 manat məbləğindəki pulu da “armatur” almaq üçün vermişdir. Bundan sonra ona 292 ton “armatur” satın almaq üçün əlavə 50000 manat pul lazım olduğu bildirilmişdir. Elçin 1 ay 4-5 gün ərzində ondan 230800 manat pul almış, sonradan isə telefonlara cavab verməməyə başlamışdır. O, həyat yoldaşı və Habilin qardaşı ilə birlikdə Elçinin valideyinləri qaldığı Şirvan şəhərinə getmişlər. Elçinin atası onlara Elçinlə problem yaratmamalarını, onların Bakıya gələrək məsələni həll edəcəklərini bildirmişdir. 3-4 gün keçdikdən sonra Vüsal ona zəng edərək Elçinin atasının onunla görüşmək istədiyini söyləmişdir. Onlar kafedə oturub söhbət etdikdə Elçinin atası ona Elçin həmin halları etiraf etdiyini və 150000 manat pul vəsaitini 2 aya, qalan məbləği isə 3 aya qaytaracağını bildirmişdir. Sonradan o, Habil və Eldarın həbs edildiklərini eşitmiş, X11 tutulma səbəbinin Təqsirləndirilən şəxs Habilin onu öldürəcəyi barədə ərizəsinin olduğunu eşitmişdir. O, pulun özünün olduğu halda Habilin adam öldürməklə kimisə hədələməsini məntiqsiz hesab etmiş, Təqsirləndirilən şəxs daha sonra ona da hədə qorxu gəlməyə başlamışdır. O, Təqsirləndirilən şəxs ona rəsmi şəkildə nə qədər borclu olduğunu qeyd edəcəyi təqdirdə ona inanacağını bildirmişdir. Onlar “həsir” çayxanasında Habil, Samir və Elçinlə birlikdə oturmuş, Elçin 245000 manat məbləğində borclu olduğunu qeyd edəndə ona yalnız verdiyi 230800 manat məbləğinin əks olunduğu qəbzə qeyd etməsini xahiş etmiş, bunu ona verdikdən sonra rəsmi şəkildə dövlətə müraciət edəcəyini söyləmişdir. İbtidai istintaq zamanı Elçin həmin qəbzi fiziki təzyiq altında yazdığını bildirmişdir. Ekspert həmin qəbzin anlaqlı şəkildə yazıldığı barədə rəy də vermişdir. İbtidai istintaq dövründə verdiyi ifadələr ilə məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyəti izah edərkən O, Elçinlə ancaq “armatur” almaq üçün razılaşdığını, 10000 manat məbləğində pulun Habilin Elçinə verməsini bilmədiyini, Elçin tərəfindən 10000 manat pula görə ona 740 manat xeyir verməsini qeyd etmədiyini, verdiyi pul vəsaitinə görə Elçindən faiz almadığını, Elçinə sementə görə 7250 manat, “BM Proje” şirkətinə görə 30000 manat məbləğində pul vermədiyini bildirmişdir. 50000 manat və 57200 manat məbləğində pulun verilməsi ərəfəsində o, Elçinə 150000 manata qədər olan pulun hansı məhsullara xərcləməsi barədə sualına cavab olaraq Elçin onu 3-cü mkr-nın döngəsinə aparmış, həmin pul vəsaitini həm oradakı obyektə, həm də Xətai ərazisindəki “İST Petrol” deyilən yeni tikilən obyektə verdiyini bildirmişdir. Əvvəllər aldığı “armatur”un satışından 100 manat, sonuncu razılaşdığı “armatur” satışından isə 200 manat qalması nəzərdə tutulan xeyir 3 yerə bölünməli idi. O, Habildən xeyir adı ilə 13000 manat məbləğində pul almışdır. Elçin ondan 2018-ci ilin sentyabr ayında aldığı 50000 manat məbləğindəki pula 292 ton “armatur” almışdır. Tərəfindən bütün pul vəsaiti əlbəəl Habilin iştirakı ilə Elçinə verilmişdir. O, hüquqşünas deyil sadəcə Habilin qardaşına nümayəndəlik etmişdir. Elçinə verdiyi 230000 manat məbləğindəki pulun qarşılığında ondan 54000 manat qazanc istəməmiş, sonuncu ilə heç vaxt ortaq olmamışdır. Elçinin Habilə 98000 manat, 10000 manat, 29500 manat, 32000 manat, 14000 manat, 50000 manat məbləğində pul ödəməsi barədə hallardan xəbəri yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadə verərək göstərmişdir ki, o, X35 vasitəsilə tanış olmuş, Elçin onlara evlərin alqı-satqısı ilə məşğul olduğunu bildirmiş, Elçinə vaxtilə "xxxx" MTK-dan 12 ədəd mənzil vermişdir. Şahid12, o və Elçin bir yerdə olarkən onlar evləri Elçinə təklif etmişdirlər. Vüsalı Elçinin iş ortağı kimi tanımışdır. Elçin evlərin hamısını sataraq pullarını ödəmişdir. 14 dənə ev “Mesanat Holdinqin” icraçı direktoru Ramiz İsayevə məxsus olmuşdur. X28 o görüşdürmüşdür Evləri Elçinlə birgə satmaqda məqsəd pul qazanmaq olmuşdur. O, üzərinə düşən məbləği Ramiz İsayevə “sement ” şəklində ödəmişdir. Elçin bir dəfə ona 65000 manat məbləğində pul lazım olduğunu bildirmiş, ondan pulun nə üçün lazım olduğunu soruşduqda Şıxov ərazisində evlərin tikildiyini və pulun “keramika” almaq üçün lazım olduğunu söyləmişdir. Ramiz İsayevin qardaşı Həbib İsayevdən 65000 manat məbləğində pulu Elçinə vermiş, Elçin, o və Həbibin sürücüsü Zaur həmin məbləğin verilməsinə dair 6 ay müddətinə borc müqaviləsi bağlamışdır. Üç gün sonra 65000 manat pul vəsaitini Elçin ona Keşlə bazarının yanında materiallar gəlmədiyinə görə qaytarmışdır. O isə həmin məbləğin 40000 manatını Elçingilin evlərə görə Ramiz İsayevə borcu qaldığına görə sonuncuya qaytarmışdır. 25 000 manat isə Şıxov ərazisində tikilən evlərə sərf olunan “şeben” in alınması üçün istifadə edilmişdir. 25000 manat borca görə Şahid12 Elçinə 2500 manat pul ödəmişdir. 65000 manata görə 20000 manat Səbuhi özü, 13000 manat isə Vüsal Həbibə faiz şəklində pul ödənilmişdir. Daha sonra 65000 manat yenidən hissə-hissə tam şəkildə ondan alınmışdır. Bir müddət sonra Elçinin maddi vəziyyəti pisləşmiş, 35000 manat məbləğində pul Şahid12, 30000 manat məbləğində pul isə Elçində borc olaraq qalmaqda davam etmişdir. Vüsal Elçin tutulmamışdan qabaq ona “Toyota Camry” avtomobilini verməklə borcunun bağlaya biləcəyini söyləmiş, o isə həmin avtomobilin qiymətini öyrənmək üçün avtomobil alqısatqısı ilə məşğul olan şəxslə avtomobili, qiymətinin 30000 manat ola biləcəyini dəqiqləşdirdikdən sonra qəbul etməmişdir. Vüsal sonradan ona Elçinin ona “Səbuhi ilə səni mən tanış etmişəm, Səbuhi də pulu mənə görə sənə veribdir. Ona görə də maşını ver mənə, mən Səbuhi ilə özüm danışacağam” dediyini söyləmişdir. Vüsal maşını Elçinə verdikdən sonra sonuncu həmin maşın vasitəsilə digər zərərçəkmiş şəxs Samirin borcunu bağlamış, onunla isə notarius tərəfindən təsdiq edilməklə 65000 manat pulun ödənilməsi barədə borc müqaviləsi bağlamışdır. Sonradan ona aydın olmuşdur ki, Elçin həmin müqaviləni hazırki işin mülki işə çevrilməsi üçün etmişdir. Elçinin ona 69000 manat məbləğində borcu olmuşdur. Elçingilin 65000 manatdan əlavə ona “şebendən” 48000 manat borcları qalmışdır. 25000 manatın 15000 manatı Elçinin borcuna görə Hacı Elşənə ödənilmişdir. 65000 manata görə 20000 manat o, 13000 manat isə Vüsal Həbibə faiz şəklində pul ödəmişdirlər. Həbib bəyə 65000 manata görə 33000 manat məbləğində pul ödənilmişdir. Pulu o versə də “keramikaları” Elçin almalı idi. Elçin işi onlara tam şəkildə göstərməmişdir. Elçinin “Seyidliyinə” görə hörmət etmişdir. Belə ki, Elçin onu Əlibayramlı rayonu ərazisindəki pirə apararaq həmin pirin nənəsinin piri olduğunu bildirmişdir. Onlar qeyd edilən yerləri ziyarət edib gəlmişdir. Elçinə satdığı 14 ədəd evin pullarını qaytardığına görə onun Elçinə inamı artmışdı. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla ticarət əlaqələrində olmamışdır. Oğlunun adına aldığı 108350 dəyəri olan evi Təqsirləndirilən şəxs 100000 manata satmışdır. Evin çıxarışı olmadığına görə sadəcə evi başqasının adına keçirməyə etiraz etmirəm sənədini imzalamış, həmin gün ona 30000 manat pul vəsaiti ödənilmişdir. Evinin barter olunacağından xəbəri olmamışdır. Evin Turala satıldığını 70000 manatını sonuncu tərəfindən ona ödəniləcəyini düşünmüşdür. Sonradan bilmişdir ki, Elçinin Tural adlı şəxsə 60000-80000 pul borcu, sonuncunun isə Vüsal adlı şəxsə borcu olmuşdur. Elçin ondan satın aldığı evi Turala borclu olduğu pul vəsaiti əvəzinə sonuncuya təqdim etmiş, ev Pərvanə adlı şəxsin adına rəsmiləşdirilmişdir. Tural isə həmin evi Vüsala olan borcu ilə əvəzləşdirmişdir. Elçinə 40000 manat da verməsini aralarında olan borcun bağlanmasını xahiş etmişdir. İstintaq dövründə vəziyyəti yaxşılaşsın deyə ona Təqsirləndirilən şəxs tərəfindən 5000 AZN ödəniş etmişdir. Ümumi evin qiymətindən Elçin tərəfindən ona 48800 manat pul ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirmişdir ki, əvvəllər ticarət fəaliyyəti ilə məşğul olmuş, 2012-ci ildə Binə bazarı yanmış, əldə qalan pul vəsaitini banka qoymuş və kafe işlətməyə başlamışdır. Kafedə makler Rasim ilə tanış olmuş, ev almaq istədiyini bildirdikdə sonuncu tərəfindən ona təcili olaraq 93600 manata satılan ev təklif edilmişdir. Rasim də həmin məsələ ilə bağlı onu makler yoldaşı X18 ilə tanış etmiş, o hər iki makler vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Elçin özünü ona polis əməkdaşı kimi təqdim etmiş, həmçinin bildirmişdi ki, tikinti materialları, mənzillərin alqı-satqısı ilə bağlı uğurlu iş fəaliyyəti ilə məşğul olmaqla yüksək qazanc əldə edir. Rasim və Aqilin onu Elçinlə tanış etmələrinə səbəb də o olmuşdur ki, Elçin guya özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 9, 1-ci korpus, 10-cu mərtəbədə yerləşən 156,77 kvadrat metr sahəyə malik 61 nömrəli mənzili təcili olaraq 93.600 manat müqabilində satır. Bu barədə Elçin özü ona bildirmişdi. Elçin ona demişdi ki, həmin mənzil özünə məxsusdur, lakin dostu hazırda adını xatırlamadığı şəxsin adına qeydiyyatdadır. O, həmin mənzilə baxmaq istədiyini bildirəndə Elçin ona qeyd etdiyi mənzili göstərmişdir. Onlar bu mənzilə baxan zaman mənzilin qapısı açıq vəziyyətdə imiş, bina da artıq tikilib qurtarsa da hələ bina təhvil verilməmişdir. Bu yeni tikili bina İsfəndiyar adlı şəxsin rəhbəri olduğu Şərur MTK tərəfindən inşa edilmişdir. O, həmin mənzilin həqiqətən də Elçinin ona dediyi dostunun adına olmasını dəqiqləşdirmək üçün Elçinlə birlikdə Binəqədi rayonu ərazisində Miqrasiya İdarəsinin yanında yerləşən ofisə gedib binanı tikən şirkətlə maraqlanan zaman məlum olmuşdur ki, hazırda adını xatırlamadığı Elçinin bildirdiyi dostunun adına həqiqətən də belə bir mənzil vardır. Beləliklə, Elçin onu inandırmışdır. Elçin hər dəfə ona mənzilin çox ucuz satılması səbəbindən müştərisinin çox olduğunu qeyd edərək həmin mənzili alıb-almaması barədə düşnücələrinin dəqiqləşdirilməsini istəmişdir. O, isə Elçinə mənzilin hüquqi sahibi olan şəxslə görüşmək istədiyini qeyd etdikdə Elçin ona mənzilin adına olan şəxsin Bakıda olmadığını, tezliklə gələcəyini, mənzilin faktiki olaraq Elçinin özünə məxsus olduğunu, ona görə də satışını sürətlə həyata keçirib müqavilə bağlamaqla pulu qəbul etmək istədiyini bildirmişdir. O, Elçinlə razılaşmış, bundan sonra 18 iyul 2014-cü il tarixdə o X15 Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi yaxınlığında olan ofisində, o, Elçin, Rasim, Elçinin tanışı olan X19 görüşmüşlər. Həmin görüş zamanı qeyd etdiyi mənzilin ona satılması ilə bağlı beh müqaviləsi bağlanmışdır. Bundan başqa ilk əvvəl mənzilin dəyəri 93.600 manat qeyd edilsə də Elçin sonradan ona güzəşt edib pulların hamısını bir dəfəyə ödənilməsi şərtilə mənzili 78.000 manata ona satacağını bildirmişdir. O da mənzili ucuz alacağını düşünüb Elçnlə razılaşmışdır. Həmin vaxt o bu mənzil əlindən çıxmasın deyə Təqsirləndirilən şəxs 40.000 manat pulu beh kimi vermişdir. Bu məsələ həmin müqavilədə öz əksini tapmış, həmin müqavilədə olan yazılar Rasim tərəfindən yazılmış, daha sonra burada iştirak edən hər bir şəxs adlarının qarşısında öz imzalarını qeyd etmişlər. Bundan sonra təxminən 5-10 gündən bir o, həmin mənzilin dəyərini ödəmək üçün təxminən 2014-cü ilin iyul və avqust ayları ərzində pulları vermişdir. Belə ki, 2014-cü ilin iyul ayının sonunda 5.000 manat pulu 16-cı Polis Bölməsinin yanında Elçinə vermişdir. Həmin vaxt Elçinin idarə etdiyi Niva markalı avtomobildə olan asılqanda polis geyim formasını görmüş, Elçin özü həmin vaxt 16-cı Polis Bölməsinin bölmənin rəisi olmuş Hikmət müəllimlə yaxın münasibətlərinin olduğunu qeyd edərək həmin bölmədə çalışdığını bildirmişdir. Polis geyim formasını gördükdən sonra Elçin onun etibarını daha da qazanmışdır. Buna görə də o Elçinə verdiyi növbəti pulları rəsmiləşdirməmişdir, çünki Elçin mənzili birbaşa onun adına keçirəcəyini bildirmişdir. Bundan bir müddət sonra 2014-cü ilin avqust ayının əvvəlində yaşadığı evin yaxınlığında Elçinin sözünə əsasən 5.000 manat pulu Elçinə verməsi üçün Aqil Nəcəfova təqdim etmiş, həmin pulun Elçinə çatmasının isə elə həmin gün sonuncu ilə dəqiqləşdirmişdir. Daha sonra Elçinin tələbi ilə 2014-cü ilin avqust ayının ortalarında Rasim Mirzəyev adlı tanışından 23.000 manat pulu borca alıb həmin puldan 16.000 manat hissəsini ilə yaşadığı evin yaxınlığında həmin ərəfədə Elçinə görə tanıdığı Fuad adlı şəxsə vermiş və Elçinlə pulu alıb-almamasını dəqiqləşdirmişdir. 2014-cü ilin avqust ayının sonuna yaxın Elçinin özünə yenə də yaşadığı evin yaxınlığında 10.000 manat pulu vermişdir. Beləliklə, o Elçinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 9, 1-ci korpus, 10cu mərtəbə, 156,77 kvadrat metr sahəyə malik 61 nömrəli mənzili almaq üçün 76.000 manat pul vəsaiti vermişdir. Lakin Elçin ondan bu mənzilin tam dəyərini alsa da guya özünün də aldanmasını bildirib mənzili onun adına keçirməmişdir. Sonradan müxtəlif şəxslər və həyat yoldaşı ondan xahiş edib vaxtı uzadaraq həmin pulu ona geri qaytaracaqlarına dair söz versələr də ona bu günə kimi heç bir məbləğdə pul qaytarılmmamışdır. O ifadəsində bildirdiyi hər iki beh müqaviləsinin surətini istintaqa təqdim etmişdir. İfadəsində adlarını qeyd etdiyi şəxslərdən Rasim vəfat etmiş, Aqil hazırda törətdiyi başqa cinayət əməlinə görə həbsədədir, Fuad adlı şəxs isə ölkə hüdudlarından kənarda, bildiyinə görə Avropada yaşayır. Müqavilələrdə bu şəxslərin anket məlumatları və mobil telefonları qeyd edilmişdir. Elçinə 76.000 manat pul vəsaitini ödəyəcəyini qeyd edərək onunla bağlı şikayət etməməsini xahiş etmişdir. O da Elçinə inanıb gözləməyə başlamışdır. Elçin tikinti materiallarının alqı-saqtısı ilə bağlı qazanc əldə etdiyinə onu inandırmışdır. Elçin ondan aldığı 76.000 manat pul vəsaitini hazırki günədək ödəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək bildirmişdir ki, o, 2016-2017-ci illərdə mülkiyyətində olmuş Binəqədi rayonu İlqar Cümşüdov küçəsində 6-cı mkr, bina 4, mənzil 9- da kirayədə yaşadığı vaxtdan Zərərçəkmiş şəxs6, təxminən həmin ərəfədə Nəsirullanın vasitəsilə Habil Məmmədovu tanımış, hər iki şəxs ilə münasibətləri hər zaman yaxşı olmuşdur. O, Nəsirulla və Habillə hər zaman söhbətlərin gedişində həmin şəxslərin işləri ilə də maraqlanaraq Təqsirləndirilən şəxs adlı şəxslə sement və armatur materiallarının satışını təşkil etməklə bağlı işlər görüb gəlir əldə etdiklərini bilmişdir. Bu söhbətlər ona məlum olan vaxtı Elçinlə Nəsirulla arasında olan işlər yenicə başlanmışdı. 2018-ci ilin təxminən yaz aylarında o, Nəsirulla və Habillə birlikdə Binəqədi rayonu ərazisində Xudafərin restoranında olan zaman Elçinlə tanış olmuş, Elçinlə Nəsirullanın arasında olan söhbətlərdən də bir daha görmüşdür ki, Elçin həmin şəxslər üçün qeyd etdiyi tikinti materiallarının satışını təşkil etməklə müxtəlif işlər görüb gəlir verməyi vəd vermişdir . Həmin vaxtı maraq göstərdiyi üçün Elçin ona birlikdə iş görüb yüksək gəlir əldə edə biləcəklərini təklif etmişdir. Uzun illərlə oğluna toy etmək, ayrıca ev almaq üçün yığdığı pulları evdə hərəkətsiz vəziyyətdə saxlamaqdansa, Habil vasitəsilə Elçinə tikinti materialları alıb satmaq üçün təqdim edərək gəlir əldə etmək qərarına gəlmişdir. Bu barədə təsadüfi söhbət əsnasında rəfiqəsi Kəmaləyə danışdıqda Kəmalə də bildirmişdir ki, özünə məxsus mənzilin satışından Kəmalənin də əlində bir qədər pul vardır, belə bir etibarlı iş varsa Kəmalə də öz pulundan həmin işə sərmayə etmək arzusundadır. O, Elçinin Nəsirullagillə olan söhbətlərini eşitdiyindən sonuncuya olan inamı yaranmışdır. Bu minvalla o, özündə olan uzun illər Rusiyada özü və mərhum həyat yoldaşının biznes fəaliytəti nəticəsində, daha sonra Bakı şəhərində 2017-cİ ildən etibarən qadın geyimlərinin satışı ilə məşğul olmaqla yığdığı 27.000 manat məbləğində pulun üzərinə Kəmalənin də verdiyi 68.000 manat məbləğində pulu qoyub ümumilikdə 95.000 manat pul vəsaitini xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən «Xudafərin» kafesində ümumi tanışları Nəsirullanın yanında Elçinə təqdim edilməsi üçün Habilə vermişdir. Aralarında olan razılaşmasına görə Elçin 20 gündə bir dəfə ona verdiyi pulun qazancı kimi 600 manat pul verilməsini öhdəsinə götürmüşdür. Habil həmin vaxtdan sonra avqust, sentyabr, oktyabr aylarında ona Elçindən aldığı-verdiyi pulun 600 manat qazancını versə də, artıq oktyabr ayının sonlarında ondan aldığı 95.000 manat pulu qaytararaq bildirmişdir ki, Elçin artıq qazanc vermir, buna görə də onun pulunu geri qaytarır. O da pulunu geri alaraq həmin puldan Kəmaləyə aid 68.000 manat pulu sonuncuya qaytarmışdır. Bu söhbətlərdən sonra Təqsirləndirilən şəxs özü onunla bir başa əlaqəyə girərək vasitəsisiz işləməklə daha çox qazanc götürə biləcəklərini təklif etmişdir. Elçin ona bildirmişdir ki, sonuncunun “Bakı Armatur” zavodunda, eləcə də, sement zavodunda öz adamları var, həmin şəxslərdən malı çox ucuz qiymətə ala bilir, həmçinin satmaq üçün bir neçə MTK ilə razılaşması da vardır. Bundan başqa artıq qazancın hər on gündən bir veriləcəyini ona vəd etmişdir. O, Elçinə inanaraq, sonuncunun təklifi ilə razılaşmışdır. Bundan sonra Elçin təklif etmişdir ki, onun pulları hesabına tikinti materiallarının alqı satqısı ilə bağlı işlər görüb ona də gəlir verəcəkdir. Lakin bir şərtlə ki, vəsaiti o qoymalıdır, malı ucuz alıb daha baha satmaqla çoxlu gəlir əldə edəcək və əldə olan qazancı onunla yarı böləcəkdir. Bu yolla Elçin onu inandırdıqdan sonra birinci dəfə xx.xx.2018-ci də «Qələbə» dairəsi yaxınlığındakı Karvan şadlıq evinin yanındakı «Bom- bom» restoranında armatur alınması üçün 17.000 manatı ondan almışdır. Bu pul vəsaitindən aralarında bərabər paylarla bölünmək şərtilə 1600 manat gəlir əldə edilməli imiş. 4 gün sonra isə o, 10 gündən bir 1300 manat qazanc əldə edəcəkləri şərti ilə Elçinin istəyi ilə sement alınması üçün elə həmin ünvanda sonuncuya 24.000 manat pul vəsaiti vermişdir. Daha sonra Elçin xx.xx.2018-ci ildə 25 gündən bir 900 manat qazanc verəcəyi şərti ilə ondan 5.000 manat pulu yaşadığı evin 4-cü mikrarayon Cavadxan küçəsi 31C ünvanın yaxınlığında, xx.xx.2018-ci ildə Karvan şadlıq evinin yanında olan «Bom-bom» restoranında armatur almaq üçün 68.000 manat pul vəsaitini ondan almışdır. xx.xx.2018-ci ildə yaşadığı evin həyətində Elçinə sement almaq üçün 7.000 manat pul vermişdir. xx.xx.2018-ci ildə isə Karvan şadlqı evinin yanında yerləşən «Bom-bom» restoranında ayda 5310 manat qazancları olacağına inandıraraq ondan armatur almaq üçün 49.000 manat pulu almışdır. Sonuncu dəfə isə 9 dekabr 2018-ci ildə Yasamal rayonunda Musabəyov parkı yanındakı şüşəli kafedə armatur almaq üçün o, Elçinə 10.000 manat və 500 ABŞ dolları vermişdir. Elçinə verdiyi bütün məbləğlərdən qazanc kimi cəmi 20.685 (iyirmi min altı yüz səksən beş) manat ona təqdim edilmişdir. Halhazırda Təqsirləndirilən şəxs ona real borcu 180.000 (yüz səksən min) manat və 500 (beş yüz) ABŞ dolları məbləği təşkil edir. Elçin ondan aldığı ilkin pullara görə guya qazanc adı ilə hissə-hissə az məbləğlərdə pulları ona verdikcə o Elçinə daha da etibar etmişdir, lakin hazırda başa düşmüşdür ki, Elçin onun daha da böyük məbləğdə pulunu ələ keçirmək üçün onu şirnikləşdirmək və etibarını qazanmaq məqsədilə belə etmişdir. Təqsirləndirilən şəxs ondan ümumilikdə 180.000 (yüz səksən min) manat 500 (beş yüz) ABŞ dolları məbləğində pul almışdır, həmin pulun 49.000 (qırx doqquz min) manat məbləğində hissəsi rəfiqəsi Kəmaləyə, qalan 131 000 (yüz otuz bir min) manat və 500 (beş yüz) ABŞ dolları məbləğində pul isə şəxsən onun özünə məxsus imiş. Kəmaləyə məxsus həmin pulu o Elçindən borc olaraq almışdır ki, geri qaytaracaq, Elçin onu aldadaraq pulunu ələ keçirdiyindən o Kəmaləninin pulunu evini sataraq geri qaytarmış, buna görə də bütün maddi ziyan ona dəymişdir. Kəmalə Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elçinin dedikləri yalandır. Belə ki, o ifadəsində bildirdiyi kimi 180.000 manat və 500 ABŞ dolları pulu faiz olaraq yox, özünün bildirdiyi kimi tikinti materiallarının satışını təşkil edib ona qazanc verməsi üçün vermişdir. Həmin puldan cəmi ona 20.685 manat pulu qazanc kimi vermişdir. Bu məsələdən onun övladları Mirələm və Aminin ümumiyyələt məlumatı olmamışdır, Elçin onun pulunu ələ keçirib ona pullarını geri qaytarmadığı vaxt söz söhbət olduğu üçün övladları bu məsələdən xəbərdar olmuşdur. O, dəfələrlə Elçinə bildirmişdir ki, həmin pulları o, uzun illərdir ibadətlə məşğul olduğu üçün faizə pul verə bilməz. Elçin özü də onlara özünü ibadətlə məşğul olan şəxs kimi təqdim etmişdi. Elçin ondan necə faizə pul almışdır ki, həm qısa müddətə faizi pulunu ondan tələb edirmiş, həmçinin gördüyü işlə bağlı onu tələbi əsasında bir dəfə ünvanını dəqiq bilmədiyi Dərnəgüldə yerləşən hansısa obyekti bayırdan göstərib guya sementi buradan aldığını bildimiş, həmçinin watshapp proqramı vasitəsilə ona gördüyü işlərin alqı-satqısı materailların şəkillərini göndərmiş, gördüyü işlərin mahiyyətini göstərməyə çalışmışdır. Həmçinin Elçinin onun arasında olan səs yazılarında da faiz söhbətinə dair məsələlər öz əksini tapmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, Razində olan özünə məxsus evi 100000 manata Təqsirləndirilən şəxs satmaq barədə aralarında razılıq əldə edilmişdir. O, notariusda evin başqa şəxsin adına keçməsinə etiraz etmədiyinə dair sənədlə birlikdə Elçinə vermişdir. Elçingil özü gedərək “Akkordun” binasından sənəd almışdırlar. Belə ki, Elçin “çıxarışı” özü edə biləcəyini bildirmişdir . Adi halda “çıxarış” almaq üçün 40 gün müddət lazım olduğu halda Elçingil bu prosesi bir günə həll etmişdirlər. Elçin razılaşdırılmış məbəğdən iki dəfəyə 21500 manat pul vəsaiti ödəmişdir. Elçin ona pul verdikdə onların arasında hər hansısa sənədə imza edilməmişdir. “Çıxarış”da Hacı Elşənin adı qeyd olunmuş, lakin ona pulu Elçin verməli olmuşdur. X42 mülkiyyətinə keçməsinə etiraz etməməsi barədə sənədi imzalayarkən, Hacı Elşəni tanımamışdır. Elçin 25000 manat pul aldığını, 3000 manat “çıxarışa” xərc çəkdiyini bildirərək sonuncuya ya 18000 manat məbləğində pul vermişdir. Yeridə qalan 80000 manatın ya armatur tkinti materialı, ya da pul şəklində ödənilməsi razılaşdırılmışdır. Elçin onu Hacı Elşənlə görüntülü danışdırdıqda ona “armatur” verəcəyini bildirmişdir. Hacı Elşən siyahını yazıb Elçinə verəcəyini və iki həftə ərzində “armaturu” ona təqdim ediləcəyini bildirmişdir. Bu söhbətin üzərindən bir il keçsə də müvafiq ödəniş edilməmişdir. Hacı Elşən sonradan pulu ödəməməsini Elçinin ona borcu olması ilə əlaqələndirmişdir. Hal hazırda şikayət və tələbi yoxdur. Onun pulu Hacı Elşənin səhvinə görə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, “Olimpus Baku”da yerləşən və atasının adına olan ev sonradan onun adına keçirilmişdi. Məqsədi evin gələcəkdə satılacağı təqdirdə işləri ilə əlaqədar özünün vaxt məhdududiyyəti olmuşdur. Hadisə baş verən zaman o, Vətən müharibəsinə çağrıldığından evin satılması üçün atasına etibarnamə vermişdir. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ev faktiki olaraq atasına məxsus olmuş, sadəcə olaraq onun adına rəsmiləşdirilmişdir.Onun bu prosesdə iştirakı yalnız atasına notarial qaydada hərbi hissə komandirinin imzası ilə etibarnamənin verilməsilə bağlı olmuşdur. Onun Elçinlə evlə bağlı hər hansı danışığı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, o, özü “Olimpus” tikinti şirkətində təsisçidir. Həmin şirkətdə 4 otaqlı evi satışa qoymuşlar. Elçin onlara “sizin başqa bir layihənizdən olan iki otaqlı ev var, mən o evi və evin üzərində pul verim, siz də 4 otaqlı evi mənə verin” demişdir. Onlar da Elçinlə razılaşmışlar. Həmin vaxt söhbətdə Zərərçəkmiş şəxs1 da olmuşdur. Həmin vaxt evin Sadiqə aid olduğunu bilmişlər. Elçin Sadiqin sahəsi az olan evi onlara verməli, əvəzində isə onlara verdiyi həmin evin üzərində pul verib onlardan 4 otaqlı evi almalı imiş. Həmin zaman Zərərçəkmiş şəxs1 evin pulunun bir hissəsini almışdır. Onlar evi Elçin dediyi şəxs olan Pərvanə xanımın adına yazmışlar. Pərvanə Turalın bacısıdır. Zərərçəkmiş şəxs1 pulun gecikdiyini görüb, həmin pulun tikinti materialı ilə əvəz edilməsini Elçindən xahiş etmişdi. Onlar Elçinlə birlikdə Turalın yanına getmişlər. X29 danışığından hiss etmişdir ki, Turalın Elçinə verəcəyi var. Ona görə də o, Elçinə güvənmişdir. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, Tural və Elçinin pul barədə böyük məbləğdə dəftərdə qeydlərinin olduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 ona məxsus olan pul vəsaitinin tikinti materialı ilə əvəz edilməsini dedikdə elektrik materiallarını nəzərdə tutmuşdur.Zərərçəkmiş şəxs1 bu işə girən zaman heç bir şikayəti olmamışdır. Onların yanından ofisdən çıxan zaman Elçinin Zərərçəkmiş şəxs1 nə qədər pul ödədiyini xatırlamır. Vüsal özü Zərərçəkmiş şəxs1 “sənin alacaq pulun qalacaq sonradan nəsə narazıçılıq olmayacaq?” demiş, Zərərçəkmiş şəxs1 bunun cavabında “mənim pulumu heç kim yeyə bilməz” deyə bildirmişdir. Elçinin onların şirkətinə heç bir borcu olmamışdır. Məhkəmə iclasında şahid dindirilmiş Şahid7 ifadə verərək bildirmişdir ki, Elçinin xahişi ilə bir-iki dəfə pul vəsaiti aparıb Natəvan adlı xanıma və başqa vaxt bir şəxsə çatdırmışdır. Şahid7 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Natəvan adlı xanımı tanımır.Elçinin verdiyi pulları aparıb öz ünvanına çatdırmışdır. Onun apardığı pulların məbləğləri müxtəlif olmuşdur. Pulları 4-cü mikrorayonun dairəsində yerləşən binaya aparmışdır. Natəvan xanım evdə olmadığı vaxt pulları ondan bir nəfər oğlan almışdır.Onun pulları verdiyi xanım orta yaşlı bir xanım olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək bildirmişdir ki, o, rəfiqəsi Natəvana 50000 manata yaxın borca pul vermişdir. Natəvan pulları iş görmək üçün əldə etdiyini bildirmişdir. Ondan borcunu geri istəyən zaman Natəvan ona aldadıldığını bildirərək külli miqdarda pulunun əlindən çıxdığını söyləmişdir. Şahid8 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki,aralarında olan razılaşmaya əsasən Natəvan pulu ona tam şəkildə qaytarmalı olmuşdur.Elçinin adını Natəvandan eşitmişdir. Natəvan özünə məxsus evi sataraq ona olan borcunu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs6, o və Şahid12 birlikdə təxminən bir il iş birliyində olmuşlar. Elçin ona demişdir ki, Vüsal onlardan pulları götürüb ona faiz kimi verir. Pullar Zərərçəkmiş şəxs6 olsa da onlar qazanca şərik olmuşlar. Zərərçəkmiş şəxs6 Şahid12lə o, tanış etdiyi üçün qazanca o da şərik olmuşdur. O, Zərərçəkmiş şəxs6 “Vüsal pulları Elçinə faizə verdiyi üçün biz o pulları Vüsaldan geri almalıyıq” demişdir. Zərərçəkmiş şəxs6 onun fikri ilə razılaşmışdır. O, Vüsaldan pulları ondan geri istəmək səbəbini izah etmiş, Vüsal pulları hissə-hissə geri qaytarmışdır. Lakin pulun 73 600 manat olan hissəsi qalmışdır. Vüsal pulu onlardan tikinti materialları alıb satmaq adı ilə almışdır. Onun Yasamal rayonu ərazisində 50 kvadratmetrlik qeyri-yaşayış sahəsi olmuşdur. O, həmin obyekti satışa çıxartmışdır. Zərərçəkmiş şəxs6 ona “həmin obyekti sən mənə sat və Vüsalda olan 73 600 manat pulu özünə götür qalan pulu mən sənə bir il ərzində ödəyəcəyəm” demişdir. O, obyekti Zərərçəkmiş şəxs6 pulu tam ona versin deyə adına keçirtməmişdir. O, 73 600 manatı Vüsaldan götürdükdən sonra Elçin ona iş təklif etmişdir. Elçin birinci ona sement işini təklif etmiş, o da Elçinə birinci 10 000 manat, sonradan isə 7 250 manat sementə görə pul vermişdir. Bundan sonra o, Elçinə 56 350 manat pulu armatur alverinə görə vermişdir. 2018-ci ilin iyun ayının axırlarında Zərərçəkmiş şəxs6 ona obyekti almaq istəmədiyini demişdir. O, həmin obyekti “Şərur inşaat”ın sahibi İsfəndiyarın şərikindən almışdır. Həmin şəxs onun obyektini başqa şəxsə satmışdı. O, İsfəndiyarın qəbuluna getmişdir. Sonuncu ona “sizin obyekti satmaq hüququnuz yoxdur” demişdir. Onların işi məhkəməyə qədər gedib çıxmışdır. Yasamal Rayon Məhkəməsinin qərarı qarşı tərəfin xeyrinə olsa da onlar həmin qərardan apellyasiya şikayəti vermişlər. Apellyasiya Məhkəməsi həmin qərarı ləğv edib onların xeyrinə qərar qəbul etmişdir. Zərərçəkmiş şəxs6 bütün bunları gördükdən sonra həmin obyekti almaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs6 “pul Elçindədir ondan alıb sənə verəcəyəm” demişdir. Elçinə Zərərçəkmiş şəxs6 pulunu qaytarmaq lazım olduğunu bildirdikdə Elçin ona “ pulu işə yatırmışıq qayıtsın Zərərçəkmiş şəxs6 pulunu verəcəyəm” demişdir. Elçin bir dəfə ona “paslı Rus armaturu var, hər tonundan 100 manat bizə xeyir qalacaq” demişdir. O da Elçinə “pul Zərərçəkmiş şəxs6dur ondan icazə almaq lazımdır” bildirmişdir. O, Zərərçəkmiş şəxs6la Elçini Xudafərin restoranında görüşdürmüşdür. Həmin zaman 73 600 manat pul Elçində olmuşdur. Elçin və Zərərçəkmiş şəxs6 danışıqlardan sonra armatur almaq barədə qərara gəlmişlər. Elçin onlara “200 ton armatur 206 000 manat pul edir və pulun 60 faizini siz, qalan 40 faizini isə Rüfət adlı şəxs verəcək, həmin armaturları tikinti yerlərinə verəcək, siz 123 600 manat pul verməlisiniz” demişdir. Zərərçəkmiş şəxs6 73 600 manatdan sonra sonrakı gün 50 000 manat da Elçinə vermişdir. Onlar Elçinə “armaturları bir yerdə təhvil verək” demiş, amma Elçin onlara müxtəlif bəhanələr gətirmişdir. 15 avqust tarixində Elçin onlara “X39”-yə aid 50 ton armatur 3-cü mikrorayon ərazisi ilə üzbəüz olan yerə verilməlidir” demişdir. Armaturun məbləği 57 500 manat olsa da Zərərçəkmiş şəxs6la danışdıqdan sonra Elçinə 57 300 manat pul vermişdir. Sonradan Elçin ona “İran armaturunu alıb, bir il tikinti şirkətinə armatur verəcəyik və bizim burada daha çox qazancımız olacaq” demişdir. Elçin həmin şirkətlərin 292 ton armatur istədiyini ona bildirmişdir. Həmin armaturun məbləği 300 760 manat olmuşdur. Elçin armaturun 70 000 manatını Rüfətin verəcəyini bildirmişdir. Həmin zaman Zərərçəkmiş şəxs6 Elçində 180 800 manat pulu olmuşdur. Elçin həmin pulun üzərinə 50 000 manat da pul qoyulsa məbləğin alınacağını bildirmişdir. Zərərçəkmiş şəxs6 50 000 manatı da Elçinə vermişdir. Elçin həmin armaturları Rüfətə verdiyini, Rüfətin isə qeyd edilən yerlərə payladığını bildirmişdir. Bir ay sonra Elçin onlara “mən işi bir aylıq yox 45 günlük danışmışam” demişdir. 45 gündən sonra Elçin Rüfətin müxtəlif ərazilərdə olduğunu bildirərək onları yubatmışdır. Onlar Elçinlə razılaşmışlar ki, Elçin öz dilindən Zərərçəkmiş şəxs6 borcunun olmasına dair qəbz yazsın. “Həsir” kafesində üçü çay içmişlər və Elçin həmin qəbzi imzalamışdır. 11 ay sonra Elçin tərəfindən ondan şikayət edilmişdir. O və onun dostunu Baş Polis İdarəsinin əməkdaşları İdarəyə aparmışlar. İdarədə onlara “siz soyğunçuluq və “reketlik” ilə məşğulsunuz” demişlər. İdarədə ondan Elçinin kimə borcu olduğu soruşulduqda o, Zərərçəkmiş şəxs6 borcunun olduğunu bildirmişdir. O, polis əməkdaşına bildirmişdir ki, Zərərçəkmiş şəxs6 Elçinlə o, tanış etdiyi üçün bu iş üçün özü Elçinlə danışmışdır. Zərərçəkmiş şəxs6 Elçingilin evinə getdikdən sonra Elçinin atası Zərərçəkmiş şəxs6la görüşmüşdür. Elçinin atası Zərərçəkmiş şəxs6 demişdir ki, 03 ay ərzində bütün borc bağlanacaq. Sonradan Elçinin atasından xəbər çıxmamış, Zərərçəkmiş şəxs6 Elçindən Polis İdarəsinə şikayət etmişdir. Şahid11 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, 230 800 manat pul vəsaitinin hamısı Zərərçəkmiş şəxs6 məxsus olmuşdur. Aralarında olan razılığa əsasən onların biznesi 2018-ci ilin avqust ayından sentyabr ayına kimi davam etməli, qazancın 33 faizi ona verilməli, armaturları almağa bir yerdə getməli imişlər. Lakin onlar heç bir armaturun alınmasında iştirak etməmişlər.Həmin an üçün onların Elçinə güvəni olduğu üçün armatur ilə maraqlanmamış, əldə edilmiş heç bir materialları görə bilməmiş, Elçinin onlara göndərdiyi armaturların şəkilləri ilə kifayətlənmişlər. Həmin şəkillərdəki armaturların onlara aid olan armatur olub-olmadığını bilməmişlər. Pullar onlara qaytarılmadan Elçin onlara yeni armatur biznesi təklif etmişdir. Onların növbəti ticarət fəaliyyəti sentyabr ayına təsadüf etmişdir. İkinci dəfə 14 300 manat qazancı da yeni armatur almaq üçün Elçinə vermişlər. Sentyabr ayından sonra obyektlərə bir illik armatur verilməli, həmin zaman aylıq 54 000 manat qazanc götürməli imişlər.Həmin armaturun alınmasında da onlar iştirak edə bilməmişlər. Çünki, Elçin materialların gecə vaxtı obyektlərə verildiyini və onları narahat etmək istəmədiyini bildirmişdir. İran armaturlarının verilməli olduğu obyektlərə Elçinlə birgə baxış keçirən zaman Elçin ona armaturların bu obyektlərə verildiyini demişdir. Sonradan Elçin onlara Rüfətin evlərini təklif etmişdir. Onlar Elçin dediyi evlərə baxdıqda oradakı şəxslər Rüfəti makler kimi tanıdıqlarını və onun burada evləri olmadığını bildirmişlər. Avqust ayına kimi Elçinə verdikləri pullar 73 600 manat olmuşdur. Elçin və Zərərçəkmiş şəxs6 o, görüşdürmüşdür. Elçin Zərərçəkmiş şəxs6 armaturu ucuz qiymətə alıb, baha qiymətə satacaqlarını təklif etmişdir. Onun əlləri qırıq olduğu üçün pulları Elçinə Zərərçəkmiş şəxs6 vermişdir. Pullar verilərkən “Xudafərin” restoranında Şahid13 və Azər də olmuşdur. Elçinə pullar armatur alveri üçün verilmişdir. Elçinə 123 600 manat bir, 57 200 manat bir, 50 000 manat da bir verilmişdir. Onlara heç kim pul qaytarmamışdır. İlk dəfə Elçinə 10 000 manat vermişdir. 10 000 manat verərkən Zərərçəkmiş şəxs6 orada olmasa da pulların Zərərçəkmiş şəxs6 aid olmasını bildirmişdir. 50 000 manata 49 ton armatur alınmalı və hər tonunda 100 manat xeyir qalmalı imiş. Elçinə verilən 73 600 manat pul 10 000 manat bir, 7 250 manat bir, 30 000 manat bir, 26 350 manat da bir yəni hissə-hissə verilmişdi. Bütün pulları Zərərçəkmiş şəxs6 əlbəəl Elçinə vermişdir. Natəvan xanımla onun ayrıca iş birliyi olmuşdur. İsmayıl, Fikrət, Sadiq adlı şəxslərin heç biri ona pul verməmişdir.Fikrətin evini Elçinin pulunun verilməsi üçün axtarmışdır. Elçin ona “Fikrətin mənə verəcək pulu var onu xahiş et ki, mənə qaytarsın” demişdir. Qeyd dəftərindəki qeydlər onun olsa da Elçinə aidiyyəti yoxdur.Əlində bıçaq olan şəkli Elçinin arvadı Ayselin özü Elçinə atmışdı. Zərərçəkmiş şəxs6 onun qardaşının nümayəndəsi kimi heç bir yerdə iştirak etməmişdir. 73 600 manatı o, özü Elçinə vermişdir.Elçin bir dəfə üçün onlara 14 300 manat qazanc verməli, həmin qazancla birlikdə Zərərçəkmiş şəxs6 pulu da qaytarılmalı imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, Rəşad və Elçin bir yerdə alverlə məşğul olmuşlar. Elçin bir dəfə ona ucuz evin satışa çıxarıldığını demişdir. Həmin ev Rəşadın evi olmuşdur. Onlar notariusa gedib sənədləşmə işini həll etmişlər və o, evi Rəşaddan pul müqabilində almışdır. O, notariusda pulu Rəşada verdikdən sonra şirkətdən onlara “bir həftəyə gəlin evi sizin adınıza keçirdək” deyilmişdir. Bu problem artıq 4 ildir ki, həll olunmur. Ev onun adına keçə bilmədiyi üçün Xırdalanda ona iki ədəd ev verilmiş, sonradan həmin evləri Elçinə geri qaytarmışdır. Şahid5 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Elçini 10-15 ildir ki, tanıyır, onunla ticarət münasiətləri olmuşdur.Elçin ona ucuz ev olduğunu demişdir. Onlar MTK-dan həmin ev barədə maraqlandıqda ev ilə əlaqədar hər hansı problem olmadığı, MTK-nın vergi ilə problemi olduğu üçün evin onların adına keçirilə bilməyəcəyini öyrənmişlər. Həmin evin müqabilində o, Rəşada 75 000 manat versə də Rəşad razılaşdıqları evi ona verməmişdir.75 000 manatdan ona 48000 manat pul ödənilmişdir. Bakıxanov qəsəbəsindəki evdən onun xəbəri yoxdur. Pulu Elşənlə bir yerdə vermişdir. Notariusda olarkən evin ona verilməsinə dair öhdəliyi Rəşad öz üzərinə götürmüşdür.48000 manatlıq evi isə Elçin ona vermişdir.Rəşad həmin problemli evi sonradan başqa şəxsə vermişdir. Rəşadın iki evi olmuş, həmin evlərdən biri Razində, biri isə Yasamalda olmuşdur .Evin sənədləşməsi alınmadığı üçün Elçin ona Xırdalan ərazisindən iki ədəd 51 kvadratmetrlik ev vermişdir.O, həmin evlərin kimə aid olmasını bilməmişdir. Elçin və Rəşad bir yerdə işlədiyi üçün və o, Elçini tanıdığı üçün Xırdalandakı evləri Elçin ona vermişdir. Ona 27000 manat pul verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Elçinə görə tanımışdır. Elçin, o və Vasif adlı şəxsə Rəşaddan ev götürüb vermişdir. Onlar həmin evin müqabilində ödənilməli olan məbləğin bir hissəsini Elçinə tikinti materialları şəklində, bir hissəsini isə Rəşada notarial qaydada pul vəsaiti qismində təqdim etməklərinə baxmayaraq ev onlara verilməmişdir. O, Vasiflə şərik işləmiş, Elçin isə Rəşadla barter işləri ilə məşğul olmuşdur. Onların pulunun müəyyən hissəsinin müqabilində Rəşaddan götürülən ev verilmişdir. Evin dəyəri 75 000 manat məbləğində qiymətləndirilmişdir. Həmin pullar ona ev şəklində verilsə də verdiyi pulun miqdarını ödəməmişdir. Rəşadla onlar arasında vasitəçilik edən şəxs Elçin olduğundan pulu ondan tələb etməli imiş, lakin evin onlara verilməməsi səbəbi Rəşad olmuşdur. Şahid4 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ilk dəfə təklif edilən evin rəsmiləşdirilməsi mümkün olmadığından Rəşad ona Bakıxanov qəsəbəsində 80 000 dəyərində ki evi vermək istəmişdir. Rəşad ona daha bahalı ev verəcəyi üçün əlavə 36 000 manat da pul verməli olmuşlar. Həmin evlər Bakıxanov qəsəbəsində yerləşmişdir. Evlər notarial qaydada Vasifin adına keçirilmişdir. 36 000 manat isə Elçinin onlara olan borcunu təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, Bakıxanov qəsəbəsində "xxxx" binasında onun mənzili olmuşdur. Zərərçəkmiş şəxs2 borcu olduğu üçün o, evini Rəşada vermişdir. Rəşad ondan xahiş etmişdir ki, evi Elçinin adına keçirtmək lazımdır. O da evi Elçinin adına keçirtmişdir. Şahid3 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, evi dəqiq kimin adına verdiyini xatırlamır. Evin başqa şəxsin adına keçirilməsi zamanı aralarında olan razılığa əsasən yeni evində təmir işləri bitənə qədər 1 il müddətinə o həmin evdə qalmalı imiş. Lakin o, həmin evdə 2 ay qaldıqdan sonra Cəlilabadlı bir şəxs onu evdə 1 il qalmağa qoymamışdır. Ondan evi tələb edən şəxsin 50-dən yuxarı yaşı olmuşdur. Onun Rəşada 80 000 manat borcu olmuşdur.Verdiyi ev də 80 000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək bildirmişdir ki, Elçinin dostu Zərərçəkmiş şəxs5 pul borcu olmuşdur. Səbuhi ona Elçinin yanında “Elçinin mənə pul borcu var” demişdir. Elçini Aqil adlı şəxsin vasitəsilə 10 il bundan əvvəl tanımışdır. Aqilin iştirakı ilə o, Səbuhini Elçinlə tanış etmişdir. Elçini o, aldığı evlərin əvəzində tikinti materialları verən şəxs kimi tanımışdır. Elçin və Səbuhinin arasında ticarət onun yanında olmamışdır. Səbuhinin Ramiz adlı dostunun beton zavodu olmuşdur. Şahid10 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, özü əmlakçı işləyir. Səbuhi Elçinə müəyyən məbləğdə gəlir əldə etmək məqsədilə ümumi dəyəri 60 000-65 000 manat təşkil edən armatur və betondan ibarət tikinti materialı vermişdir. Bir müddət sonra Səbuhi Elçinin ona verməli olduğu pulları gecikdirdiyini ona bildirmişdir. Səbuhi Elçini həmçinin Ramiz adlı şəxslə tanış etmişdir. Ramiz adlı şəxsin Əhmədlidə evləri olmuş və həmin evlərin satışını Elçin Vüsal adlı şəxslə şərikli qaydada həyata keçirmişdir. Səbuhi 65 000 manatı Ramizin qardaşı Həbibdən almışdır. Elçin müəyyən məbləğdə pulu ramazan ayının xatırlamadığı günündə Səbuhiyə qaytararaq materiallarının gecikəcəyini, pulun üzərinə faiz gəlməsini istəmədiyini bildirmişdir. Ramizə Vüsalın da borcu olmuşdur. Sonradan həmin pulun Elçin tərəfindən geri alındığını eşitmişdir. Həmin pulu Elçin Səbuhidən seramikə və sementə görə almışdır.Elçinin Səbuhiyə qaytardığı pulun məbləğini bilmir. Pullar Elçinə əlbəəl verilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Şahid10 ifadəsində göstərmişdir ki, 2008-2009-cu illərdən Bakı şəhərinin əsasən Xətai rayonu olmaqla müxtəlif ərazilərində olan daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan maklerlik fəaliyyəti ilə məşğul olur. O Təqsirləndirilən şəxs təxminən 2015-ci ildən dostları maklerlik fəaliyyəri ilə məşğul olan Aqil adlı şəxs vasitəsilə sonuncunun həmyerlisi kimi tanımışdır. Elçin ona bildirmişdir ki, tikinti materiallarının alqı-satqısı ilə bağlı gördüyü işlərə görə müxtəlif evlər təqdim edilir, həmin evləri ucuz qiymətə satışa çıxarır. Elçin bildirirmiş ki, Elçində olan evləri satdıqları təqdirdə maklerlik fəaliyyətləriylə bağlı onlara da xeyr verə bilər. Həmçinin o, Zərərçəkmiş şəxs5 ortaq tanışları olan makler olan Əlixanın vasitəsilə tanımışdır. Həm Elçin həm də Səbuhi ilə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 2017-ci ilin təxminən ortalarında Təqsirləndirilən şəxsla Səbuhi onun vasitəsiylə tanış olmuş, Səbuhi bu ərəfədə "xxxx" QSC-nin X16 İşləyirmiş, həmçinin müxtəlif mənzillərin alqı-satqısı ilə də məşğul olurmuş. Səbuhi ilə Elçin tanış olan ərəfədə sonuncunun sözlərinə istinadən həm o, həm də Elçin özü bildirmişdi ki, Elçin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradovun yaxın qohumudur, ölkə ərazisində istənilən məsələni həll edə bilir, bacarıqlı iş adamıdır, yeni tikilmiş hündürmərtəbəli yaşayış binalarından mənzillərin satışı ilə məşğul olur, geniş əlaqələri var. Səbuhi ilə Elçin tanış olduqdan sonra sonuncu bildirmişdir ki, Səbuhinin satmaq istədiyi Bakı şəhəri Nərimanov rayonu ərzisində yerləşən «Metsenant Xoldinq» Yaşayış Kompleksindən bir neçə mənzili qısa zaman ərzində yaxşı qiymətə satmağı bacarmışdı, bununla da Səbuhinin etibarını qazanmışdı. Həmin vaxtlar o, həm Səbuhi, həm də Elçinin sözlərindən ona məlum olmuşdur ki, Elçin Səbuhiyə bildirmişdi ki, dövriyyədə külli miqdarda pulu var, həmin vəsaiti hesabına nağd pulla bazardan tikinti məhsulları, əsasən də armatur alaraq tikinti şirkətlərinə qısa müddətə nisyə olmaqla baha qiymətə satır, təxminən bir neçə ay ərzində tikinti şirkətləri işlərini yekunlaşdıraraq nisyə aldıqları tikinti materiallarının əvəzində ya nağd pul, ya da ki, ucuz qiymətə hesablamaqla tikdikləri mənzillərdən verirlər, bu minvalla yaxşı qazanc götürür. Elçin Səbuhiyə təklif etmişdir ki, əlində olan pul vəsaitini sərmayə kimi Elçinin biznesinə yatırsın, əvəzində Səbuhiyə də hər ay stabil olaraq yaxşı qazanc versin, hətta vəd vermişdir ki, guya qohumu Mahir Muradov vasitəsi ilə təmənnasız olaraq Səbuhinin vəzifəsini artıraraq sonuncunun çalışdığı QSC-də Stansiya rəisi vəzifəsinə təyin etdirəcəkdir. Bu minvalla Elçin Səbuhidə özünə inandırıb, sui-istifadə etməklə bazardan Səbuhinin nağd pulu ilə armatur alıb nisyə tanış tikinti şirkətlərinə baha qiymətə sataraq qısa müddətə şirkətlərdən ya nağd pul, ya da ki, tikdikləri mənzillərdən ucuz qiymətə ahb Səbuhiyə yaxşı pul qazandıracağını vəd verib aldadaraq 2017-ci ilin təxminən oktyabr ayında 69.000 manat məbləğində pulunu almışdır. Sonradan isə nə vəd verdiyi qazancı, nə də ki, aldığı pullarını qaytarmamışdır. Səbuhinin pulları qaytarması ilə bağlı çox təkidlərindən sonra Elçin pullarını qaytaracağına vəd verərək Səbuhini sakitləşdirmək üçün bir daha aldadaraq aldığı pullarına dair zəmanət kimi notarial qaydada borc müqaviləsi bağlamışdır. Bildiyinə görə Elçin hazıradək Səbuhinin heç bir məbləğdə pullarını geri qaytarmamışdır (cild 8, iş vərəqə 104-107). Elan olunmuş ifadə ilə bağlı Şahid10 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadələri Səbuhinin dediklərinə əsasən demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, tikinti işi ilə məşğul olur. Onun Elçinə 31 500 manat pul borcu olmuşdur.Elçinin xahişi ilə o, 31 500 manat pul vəsaitini Şahid11 vermişdir. Şahid6 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Elçinə olan borcu tikinti materialına görə yaranmışdır. Elçinin Habilə nə üçün borclu olmasından məlumatı yoxdur. O, Habilə hissə-hissə ümumilikdə 31 500 manat pul vermişdir. Qeyd edilən pul vəsaiti Habilə həm özü tərəfindən şəxsən , həm də İsmayıl adlı şəxs vasitəsilə göndərilməklə verilmişdir. Şahid6 Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 münasibətdə dələduzluq əməllərinə yol verilməsi epizodu üzrə məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Samir, o və Elçinin arasında iş birliyi qurulmuşdur.Zərərçəkmiş şəxs3 onun işçisi olmuşdur. Samir və Elçin onun vasitəsi ilə tanış olmuşlar. Sərvər Şeyxov tutulduğu üçün Elçinlə Samirin işində gecikmələr yaranmışdır.Onunla bağlı olan işə bəraətverici əsaslarla xitam verilmişdir.Zərərçəkmiş şəxs3 verilməli olan pul vəsaiti 3 otaqlı mənzil ilə əvəzləşdirilmişdir. Elçin Zərərçəkmiş şəxs3 evi tikintidən vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs5 münasibətdə dələduzluq əməllərinə yol verilməsi epizodu üzrə ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs5 onun dostudur. Zərərçəkmiş şəxs5 “Mesanat Holdinq”dən 65 000 manat pul götürmüşdür. Həmin pulu Səbuhiyə etibar edildiyi üçün Elçinə vermişlər. 65 000 manat Elçində olmuşdur. Elçin həmin pula “alver” edəcəklərini bildirmişdir. Elçin və Səbuhi onun yanına gəlib “65 000 manata görə borcumuz yaranıb” deyəndə , onlara şeben işi üzrə ortaq biznes qurmağı təklif etmişdir. O, həmin işdən özü də pul qazanmış, Səbuhigilə də pul qazandırmışdır. Onların şərik işləri bitdikdən sonra həmin pulun bir hissəsini şeben şəklində Ramizin qardaşına qaytarmışdır. Pulun təxminən 33 000-34 000 manat hissəsi isə avtomobillə əvəzləşdirilərək Elçinə verilmişdir. Şahid12 Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs5 münasibətdə dələduzluq əməllərinə yol verilməsi epizodu üzrə məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, “Messanat Hoding”in rəhbərinin qardaşından alınmış 65 000 pul manatın ona heç bir aidiyyəti yoxdur. Həmin pul vəsaiti ticarətlə məşğul olmaq üçün Elçin və Səbuhi tərəfindən alınmışdır.Səbuhi ilə ilk dəfə Təqsirləndirilən şəxs onu tanış etmişdir. Onların həmin pul vəsaiti hesabına görülən ticarətin məzmunundan xəbəri yoxdur. Səbuhi və Elçin bir müddət sonra onun yanında “alver etmək üçün pul götürmüşük və aybaay həmin pula görə faiz verməliyik” dediyinə görə Səbuhi və Elçinə Qaradağ rayonunda şeben ticarətinə yatırım etməyi təklif etmişdir. Bildiyi qədər 65 000 manatı Təqsirləndirilən şəxs seramik ticarəti ilə məşğul olmaq üçün götürmüş, Elçin və Səbuhi həm pul vəsaitinə görə aylıq 4 000 manata yaxın pul ödəmişdir. Onlar üçü ticarətə başlayarkən Ramizdən alınmış 65 000 manatın üzərindən təxminən 15 000 manat götürülmüşdü. Ortaq biznes fəaliyyəti uğurlu alındığına görə vaxtı-vaxtında pulu Elçingilə ödəmiş, yerdə qalan pul vəsaitinin isə özünə məxsus “Toyota Camry” markalı avtomobil ilə əvəzləşdirilməsini Elçin və Səbuhiyə təklif etmişdir. Belə ki, Onlar “Mona Liza” restoranında olarkən Səbuhiyə “bu avtomobili mənə verdiyiniz pulun əvəzi kimi götürün və pulu borclu olduğunuz şəxsə qaytarın” demişdir. Səbuhi həmin təklflə razılaşmasa da Elçin ona “pulu götürən şəxs mənəm ona görə də avtomobili mənə verməlisən” demişdir. O da avtomobili Elçinin adına keçirtmişdir. Bununla da o, Səbuhiyə olan borcunu qaytarmışdır. Zərərçəkmiş şəxs5 avtomobilin bazarda 1 000 dollar aşağı qiymətə istənildiyini bildirərək həmin avtomobildən imtina etmişdir. Elçingil “Mesanat Holdinq”in rəhbərinin qardaşına olan həmin borcun bir hissəsi şebenlə qaytarmışlar. Tərəfindən verdiyi avtomobil isə “Mesanat Holdinq”ə olan borcun bağlanması üçün istifadə edilməmişdir. Həmin avtomobilin aqibətini bilmir. Elçingil “Laura MTK”nın evlərini Ramizdən, pulu isə Ramizin qardaşından almışlar. 65 000 manat Ramizin qardaşından götürülmüşdür. Ramizin qardaşından alınmış 65 000 manata görülən ticarətdən əvvəl Səbuhi və Elçin “Laura MTK” üçün sement satmışdırlar. “Laura MTK”nın sahibi isə Ramiz İsayev olmuşdur. X30 də borcu olmuşdur. “Mesanat Holding”in sahibinə verilməli olan pul vəsaiti də Elçinin borcu olmuşdur. 40 000 manat pul vəsaitini X12 armatura görə borclu olduğu üçün özündə saxlamışdır. Elçin və Səbuhi Ramizin qardaşından aldıqları 65000 pul vəsaitinə görə bir qəpik də ödəməmişdir. Hər ay 3 900 manat pulu o, ödəmişdir. Şahid12 Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs6 münasibətdə dələduzluq əməllərinə yol verilməsi epizodu üzrə ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 borcu olduğu üçün Elçinin qardaşı, atası və o birlikdə Şahid11 yanına getmişlər ki, borcun ödənilməsi üçün ondan vaxt alsınlar. Habil Zərərçəkmiş şəxs6 göstərərək pulun ona məxsus olduğunu, söhbəti onunla etməklərini bildirmişdir. Elçinin atası Zərərçəkmiş şəxs6 “70 000-80 000 manat ilkin ödəniş kimi ödəyib qalan pulu 03 ay ərzində bağlayacağıq” demişdir. Həmin borc ticarət ilə bağlı yaranmışdır. Zərərçəkmiş şəxs6 bir dəfə restoranda olarkən görmüşdür. O, iş görmək üçün Habilin vasitəsilə Zərərçəkmiş şəxs6 pul götürmüşdür. Bir müddət sonra Habil ona zəng edib Zərərçəkmiş şəxs6 pulunun qaytarılmasını xahiş etmişdir. Bir ay sonra o, həmin pulu geri qaytarmışdır. Həmin pulun miqdarı 70 000-80 000 manat olmuşdur. Sonradan Habil ona həmin pulu geri qaytartdıranın Elçinin özü olduğunu demişdir. Elçin guya demişdir ki, Vüsal pulu Habildən götürüb faizə başqa şəxslərə verir. O, pulu qaytaran zaman Elçin ona Habillə iş birliyi olduğunu demişdir. Bir müddət sonra Elçinin Habilgillə anlaşılmazlığı başlamışdır. Elçin ondan atasıgillə birlikdə Habildən borcun qaytarılması üçün vaxt verilməsini xahiş etmişdir. Onlar “Limon” restoranında görüşmüşlər. O, Habildən vaxt almaq istəyən zaman Habil ona “pulun sahibi Zərərçəkmiş şəxs6dur vaxtı ondan alın” deyə bildirmişdir. Elçinin qardaşı Zərərçəkmiş şəxs6 70 000-80 000 manatın 10-15 gün ərzində, qalan məbləğin 3 ay ərzində qaytaracaqlarını bildirmişdir. Şahid12 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Zərərçəkmiş şəxs6 Elçinə pul verməsini görməmişdir.Elçini həmişə Habil axtarmışdır. O, Zərərçəkmiş şəxs6 məxsus 230 000 manatın qaytarılması üçün Habildən vaxt almaq üçün görüşmüşdür. Elçin armatur alqı-satqısı ilə məşğul olmuşdur. Elçinin dediyinə görə Rüfət adlı şəxs onu aldatdığı üçün bu vəziyyətə düşmüşdür.Elçin ondan Zərərçəkmiş şəxs6 borclu olduğu pul məbləği əvəzinə “Sea park”da yerləşən dörd otaqlı evin verilməsini təklif etmək məqsədilə Zərərçəkmiş şəxs6la görüşdürülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs6 bu barədə dedikdə sonuncu ona “həmin evi satmağa cavabdehsən?” soruşmuş, o isə həmin binadakı bir evin beş nəfərə satıldığını bildiyindən sonuncunun təklifindən imtina etmişdir. Borc pul məbləğinin qaytarılması üçün Zərərçəkmiş şəxs6 alınmış üç aylıq müddət bitdikdən sonra Elçin “Sea park”da yerləşən evin sonuncuya təklif edilməsini ondan xahiş etmişdir. Şahid12 Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs7 münasibətdə dələduzluq əməllərinə yol verilməsi epizodu üzrə ifadə verərək bildirmişdir ki, Elçinin Zaura ev alqısatqısı ilə əlaqədar borcu yaranmışdır. Zərərçəkmiş şəxs7 10 000 manatı o, özü vermişdir. Elçinlə ortaq ticarət fəaliyyətindən düşən qazancın 10 000 manat hissəsini o, Zərərçəkmiş şəxs7 vermişdir. Şahid12 Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 münasibətdə dələduzluq əməllərinə yol verilməsi epizodu üzrə ifadə verərək bildirmişdir ki, o, “Olimpus Baku”nun şərikidir. “Nəsimi” bazarının yerində onlar bina tikmişlər. Təqsirləndirilən şəxs təklifi əsasında Zərərçəkmiş şəxs1 “Olimpus Baku”dakı iki otaqlı evini əvəzləşdirmək məqsədilə Şahid1 və o, həmin binadan 04 otaqlı ev götürmüşdürlər. O, Zərərçəkmiş şəxs1 Elçinlə olan probleminə görə cavabdehlik daşımadığını bildirmişdir. O, verdiyi dörd otaqlı evin əvəzinə iki otaqlı ev və üzərində pul almışdır. Belə ki, Elçin dörd otaqlı evin qarşılığında onlara iki otaqlı ev və 160 000 manat pul vermişdir.Elçin həmin dörd otaqlı evi Tural adlı şəxsə satmışdır. Elçinin Turaldan həmin evin pulunu tam alıb-almadığını bilmir. Şahid12 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Elçinin ona borcu olduğunu demiş, Elçin özü də Sadiqə borcu olduğunu etiraf etmişdir. Elçinin Turala borcu olduğunu eşitməmişdir. Mahir ona Turalın Elçinə 120 000 manat borcu qaldığını, həmin pul vəsaitini ödəyəcəyini bildirsə də Tural həmin evin pulunun tam şəkildə tərəfindən Elçinə ödəməsini etiraf etmişdir.30 000 manatı dörd otaqlı evin pulundan vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək bildirmişdir ki,o, notariusda Səbuhi və Elçinlə bir yerdə olmuşdur. Hadisə 5-6 il bundan əvvəl baş vermişdir. Notariusda Səbuhi ilə Elçin borc müqaviləsi bağlamalı imişlər. O, notariusa Səbuhinin yanında getmişdir. Notariusda müqavilə bağlandıqdan sonra Elçin və Səbuhi “Azadlıq” metrosunun yaxınlığındakı “Muğan bank”dan pulun götürülməsi üçün getmişlər. Hətta rüsum belə ödənilmişdir. Şahid9 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, təsadüfən Səbuhi ilə notariusa getmişdir. O, bildiyinə görə Elçin Səbuhiyə 65 000 manat pul verməli imiş. Bildiyinə görə həmin pula Elçingil iş görməli imişlər.Həmin vaxt notarius və bankın ərazisi bir-birinə yaxın olmuşdur. Borc müqaviləsi bağlanan zaman notariusda pul olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Şahid13 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən “Həzrəti Əli” məscidində 2008-2009cu illərdə axund əvəzi kimi işləmiş, daha sonra turizm sahəsində fəaliyyət göstərmiş, 7-ci mikrorayon ərazisində Binəqədi dini icmasında ərəb dili müəllimi kimi işləmiş, 2018-ci ildə isə Pirşağı qəsəbəsi cümə məscidində axund kimi fəaliyyət göstəmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 12-13 ildir ki, Şahid11 Həzrəti Əli məscidində ibadət etdiyi vaxtdan tanıyırmış və münasibətləri hazırkı vaxta qədər yaxşıdır. Nəsirulla kişini isə Habilin vasitəsilə 5-6 ildir ki, tanımışdır. O Habillə birlikdə Nəsirulla ilə bir neçə dəfə eyni məclisdə olmuş və beləliklə onların da münasibətlər yaranmışdır. 2018-ci ilin təxminən may ayından etibarən Habilin vasitəsilə Təqsirləndirilən şəxs Habilin tanışı kimi tanımışdır. 2018-ci ilin may ayından mütəmadi olaraq Təqsirləndirilən şəxsda Habillə birlikdə olduğunu görürmüş. Həmin ərəfədə Razaman ayına təsadüf etdiyi üçün Elçin dəfələrlə iftar süfrələrinə gəlir və onlarla birlikdə məsciddə namaz qılırmış, özünü ibadət edən şəxs kimi təqdim edirmiş. Onu da demişdir ki, ona məlum imiş ki, Habil və Nəsirulla kişi birlikdə ticarət işi ilə məşğul olurlar. Həm Habil, həm də Nəsirulla ilə münasibəti olduğu üçün onun Habilin Nəsirulla kişiyə Bakı şəhəri Yasamal rayonu ərazisində obyekt satmaq istədiyini, Nəsirullanın həmin obyektə görə Habillə həmin vaxta qədər məşğul olduqlarını bilirmiş. Habillə Nəsirulla kişinin birlikdə məşğul olduqları işdən həmin vaxtı Habildə qalan 73.600 manat pulu Nəsirulla kişi obyektin alınmasına yönəldəcəyini, qalan pulu isə sonradan Habilə verməklə həmçin obyektin alqı-satqısını realllaşdıracağını bildirmişdi. Lakin sonradan Nəsrulla kişi həmin obyekti istəməmiş və Habildə qalan 73.600 manat pulu geri istəmişdi. Həm də Habilin deməsindən ona məlum imiş ki, həmin Nəsirulla kişiyə məxsus olan pul hesabına sonuncu Elçinlə müəyyən müddət sement alqı-satqısı etməklə iş görmüşdü. Nəsirulla həmin pulu istəyən zaman isə Elçin həm Habil, həm də Nəsirulla kişiyə həmin pul hesabına armatur alıb satmaqla iş görməyi təklif etmişdir. O özündə bu söhbətdə işitirak etmişdir. 2018-ci ilin iyul ayının axırlarında avqust ayının əvvəlində o Habillə Xudafərin kafesindən oturan zaman Elçin Habilə zəng vuraraq danışmaq istədiyini demişdir. Bundan bir müddət sonra Elçin onların oturduqları Xudafərin kafesinə gələrək bildirmişdir ki, Dərnəgül bazarı tərəfdə bazar qiymətindən aşağı olan İran və Bakı armaturları var, belə ki, onlar həmin armaturları Rüfət və adını xatırlamadığı MTK-lara hər bir tonunu 100 manat baha qiymətə satıb xeyir götürəcəklər. Habildə Elçinə bunları Nəsirullayla danışmağını pulun Nəsirullaya məxsus olmasını bildirmişdir. Həmin günün sabahısı o, Nəsirulla, Habil və Habilin qardaşı X26 kafesinə getmişlər. Həmin şəxslər ora çatdıqdan təxminən 20-25 dəqiqə sonrada Elçin yanlarına gəlmişdir. Həmin vaxt Elçin eyni onlara danışdıqlarını Nəsirullayada danışaraq bildirmişdir ki, Elçin həmin armaturları alıb Rüfət adlı tanışma və 3-4 müəssiyə sataraq yaxşı qazanc götürəcəkdir. Daha doğrusu Elçin bildirmişdir ki, Rüfət adlı şəxs onunla birlikdədir və bu işlə məşğuldur. Elçin əldə olunmuş qazancın 33 faizini özünə götürəcəyini, 67 faizini isə Nəsirullaya verəcəyini bildirmişdir. Həmçinin Elçin bu işi görmək üçün ümumi 123.600 manat pul lazım olduğunu da bildirmişdir. Nəsirulla da razılaşaraq Elçindən 73.600 manat pulu gətirdiyini soruşmuşdur. Bu vaxt Elçin pulu gətirdiyini bildirib həmin pulu stolun üstünə qoymuşdur. Daha sonra Nəsirulla Habilin əli sarıqlı olduğundan ondan pulu saymağı xahiş etmişdir. O da pulu saydıqdan sonra orada 73.600 manat pulun olduğuna əmin olub Nəsirullaya bildirmiş və yenidən stolun üzərinə qoymuşdur. Nəsirullada Elçinə pulu götürməsini, qalan 50.000 manat pulu sabah və ya birisi gün verəcəyini bildirmişdir. Elçində razılaşaraq pulu götürüb getmişdir. Həmin günün sabahısı o, Nəsirulla, Habil, Habilin qardaşı Samir Əliyev və Elçin Xudafərin kafesində görüşmüşlər. Həmin vaxt Nəsirulla Elçinə pulu saydığını bildirmiş, lakin yoxlamaq üçün onunda saymağını istəmişdir. Onda pulu sayaraq 50.000 manat olduğunu bildirib stolun üzərinə qoymuşdur. Daha sonra Nəsirulla Elçindəndə pulu saymasını istəmişdir. Elçində pulu sayaraq 50.000 manat olduğunu bildirib götürmüşdür. 2018-ci ilin avqust ayının 12-i tarixində o, Habil və Nəsirulla Xudafərin kafesində oturan zaman Elçin Nəsirullaya yeni iş olduğunu, əldən çıxmaması üçün tez bir zamanda bu iş görmələrini bildirmişdir. Nəsirulla bunun nə iş olduğunu soruşduqda Elçin bazar qiymətindən aşağı olan armaturun olduğunu, üzərinə düşən 57.200 manat pulu verməsini, qalanını isə Rüfətlə özü həll edəcəyini bildirmişdir. Nəsirulla da Elçinlə razılaşaraq günü sabah pulu gətirib verəcəyini bildirmişdir. Həmin günün sabahısı Nəsirulla onun, Habilin və Habilin qardaşı Samirin yanında Elçinə 57.200 manat pul vermişdir. Bildirmişdir ki, Nəsirulla 57.200 manat pulu Elçinə verməmişdən qabaq ona uzadaraq saymağını istəmişdir. Onda pulu sayıb 57.200 manat olduğuna əmin olub Nəsirullaya dedikdən sonra stolun üzərinə qoymuşdur. Elçində saydıqdan sonra pulu götürüb onlarla sağollaşmışdır. Elçin həmin satdığı armaturdan qazandığı gəliri 1 ay ərzində gətirəcəyini də bildirirmiş. Təxminən sentyabr ayının 1-i tarixində X4yıtmış və o, Habil, Nəsirulla və Elçin Xudafərin kafesində görüşmüşlər. Həmin vaxt Elçin Nəsirullaya 292 ton bazar qiymətindən çox ucuz məbləğdə armatur olduğunu, təcili həmin almaturu almah olduqları və bunun üçün əlavə 50.000 manat lazım olduğunu bildirmişdir. Nəsirulla da sabah pulu gətirəcəyini söyləmiş və Elçin onlarla sağollaşaraq getmişdir. Həmin günün səhərisi Nəsirulla 50.000 manat pulu onun, Habilin və Elçinin yanında sayaraq sonuncuya vermişdir. Elçində pulu sayaraq tam olduğunu söyləmişdir. Daha sonra Nəsirulla dəqiqləşdirmək üçün Elçindən həmin armaturların deyilən yerə çatdırılıb-çatdırılmadığını soruşmuşdur. Elçində narahat olmamaqlarını, həmin armaturların dediyi yerlərə çatdırıldığı söyləmişdir. Bundan təxminən bir neçə gün sonra, sentyabr ayının 3-4-ü tarixlərində kafedə oturan zaman Nəsirulla Elçinə zəng edərək Elçindən həmin armaturları satdığı yerləri aparıb göstərməsini istəmişdir. Elçində razılaşaraq özünə məxsus avtomobillə onu, Nəsirullanı və Habili 3-cü mikrorayon bazarı ilə üzbəüz beş mərtəbəli yaşayış binasına tərəf aparmışdır. Elçin əli ilə onlardan təxminən 20 metr uzaqlıqdakı tikilini göstərərək malların bura verildiyini bildirmişdir. Daha sonra onlara gözləməklərini bildirərək maşından düşüb oraya getmiş və təxminən 3 dəqiqə sonra qayıtmışdır. Elçin bundan sonra onları Xətai rayonunda yerləşən “Günəş” petrolun arxasındakı hasarlanmış, boş sahəyə aparmışdır. Orada da Elçin malların bir hissəsini bura satdığını bildirmişdir. Təxminən sentyabr ayının 12-sində Elçin onunla Habili “Paxlava” restoranın yanına apararaq oradakı bir şəxsi də göstərib həmin şəxslərə də mal satdığını bildirmiş, həmçinin əlavə etmişdir ki, onun göstərdiyi binalar da bu şəxslərə məxsusdur. Daha sonra onlara gözləməklərini bildirib maşından düşüb həmin şəxsin yanına gedərək bu şəxslə görüşmüşdür. Bundan sonra Elçin qayıdaraq maşına minmiş və onlar getmişlər. O bundan sonra uzun müddət Elçini görməmişdir. Elçin sentyabr ayının axırlarına kimi danışığa əsasən əldə etdiyi gəlirin bir hissəsini Nəsirullaya verməli olsa da, sonuncu onların zənglərinə cavab verməməyə başlamışdır. 2019-cu ilin yanvar ayının 2də o, Elçin, Habil, Samir və Nəsirulla “Həsir” kafesindən görüşmüşlər. Həmin vaxt Nəsirulla Elçindən verdiyi bütün pulları geri qaytarması ilə bağlı qəbz yazıb verməsini tələb etmişdir. Elçində həmin qəbzi notarius vasitəsilə yazıb verməyini təklif etsə də, Nəsirulla istəməyib həmin qəbzi burda yazmasını bildirmişdir. Elçin də deyilən qəbzi sərbəst formada azad iradəsi ilə öz xətti ilə yazaraq Nəsirullaya vermişdir. Lakin buna baxmayaraq o, verdiyi vədə əməl etmirmiş. Elçin ara-sıra onlarla əlaqə qurub Rüfət adlı şəxsin Qazaxıstanda olduğunu, işlərin dayandığını və Elçinə vaxt vermələriniz istəyirmiş. X37 adlı şəxs haqqında ətraflı məlumat verməsini istəsələr də, Elçin cavab verməkdən yayınırmış. Beİəbelə Elçin onları yubadırmış. O, Elçinin qardaşı Arifə də zəng edərək bu işlərinin sonunun yaxşı olmayacağını desə də, Elçin utandığını, əlindən heçnə gəlmədiyini, Elçinin həmin şəxlərin başına bu mövzuda işlər açdığını bildirirmiş. Hətta dəfələrlə Elçinin atası Səmid Nəsirulladan vaxt istəsə də, nəticəsi olmamışdır. Bu günə kimi Elçin Nəsirullaya heç bir məbləğdə pul qaytarmamışdır. Elçinin həyat yoldaşı Aysel adlı şəxs özü də onlarla əlaqə saxlayıb vaxt istəmiş, tezliklə pulu qaytaracağını deyirmiş. X31 və Nəsirullanı aldadaraq sonuncuya məxsus olan 230.000 manatdan artıq pulu tikinti materialları ilə məşğul olmaq adı ilə ələ keçirmişdir. Bu hadisələrdən sonra o özü bir dəfə həmin Paxlava restoranına gedərək burada Elçinin onlara kənardan təqdim edib qeyd etdiyi binaları həmin obyekti işlədən şəxslər tərəfindən tikilməsini və malları həmin şəxslərə verməsinə dediyi üçün Elçinin şəkilini oranın adını bilmədiyi işçilərinə və sahibinə göstərsə də həmin şəxslər bu məlumatları təkzib edib,c Elçini müştəri kimi tanıdıqlarını qətiyyən bina tikintisi ilə əlaqəsi olmamasını bildirmişlər(cild 4, iş vərəqə 207-210). Məhkəmə iclasında elan edilərək tədqiq olunan Şahid14 ifadəsində göstərmişdir ki, Bakı şəhərində 2009-2010-cu illərdən müxtəlif ünvanlara kirayədə yaşayır. Bakı şəhərinə köçdüyü vaxtlardan müxtəlif restoranlarda nəzarətçi, inzibatçı və s. kimi işləmişdir. 2017-ci ilin noyabr ayından 2019-cu ilin yaz aylarına kimi olan müddətdə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrarayon Həmzə Babaşov küçəsində yerləşən “Xudafərin” adlı restoranı qohumu Şahid12 ilə birlikdə icarəyə götürüb işlətməyə başlamışlar, o həmin restoranda inzibatçı kimi işləyib daimi olaraq həmin restoranda olurmuş. Onların restoranı saat 10:00dan saat 24 radələrinə kimi fəaliyyət göstərirmiş. O gələn müştəriləri qəbul edir, həmin şəxsləri restoranda yerləşdirir, həmin müştərilərə ofisantların qulluq etməsinə, eyni zamanda restorana ərzaqların alınması və s. bu kimi ümumi nəzarət həyata keçirirmiş. Hər gün həmin restoranı özü açıb sonda da özü bağlayırmış. Bu restoran girişdən sonra yayda müştərilərin əyləşməsi üçün ümumi həyətdən, 8 ədəd kabinet, ümumi qapalı zal və mətbəxtdən ibarətdir. O, adətən müştərilərin əyləşdiyi yerdə olur, ümumi nəzarəti həyata keçirirmiş. Həmin vaxtlar işlətdikləri bu restoranda o və Vüsal rəhbərlik edir, Ramal, Şakir kimi ofisantlar demək olar ki daimi və digər adları yadında qalmayan 5-6 nəfər ofisantlar isə müvəqqəti, həmçinin müxtəlif vaxtlarda işləyən iki nəfər aşpaz var imiş. O Habili 2013- 2014-cü illərdən Binəqədi rayonu, 9-cu mikrarayonda, 65 saylı marşurut xətinin sonuncu dayanacağında yerləşən Qala Qapısı adlı restoranda işləyən zaman həmin yerə daimi gəlib gedən müştəri kimi tanımışdır. Habillə həmin vaxtdan həmyerli olduqları üçün yaxşı münasibətləri olmuşdur. Qeyd etdiyi kimi 2017-ci ildən sonra Xudafərin restoranını işlədən zaman Habil də tez-tez onların obyektinə özü və digər şəxslərlə gedib gələrək yemək yeyib istirahət edirmiş, onların münasibətləri də yaxşı olduğundan bəzi vaxtlarda onu da əyləşdiyi stola dəvət edir, qonaqları ilə tanış edir, birlikdə söhbətlər edirmişlər. Həmçinin Habillə bəzən özləri də əyləşib dərdləşir, işləri haqqında bir-birlərinə danışırmışlar. Habili hər zaman ibadət edən şəxs və halal adam kimi tanımışdır. Habil daimi olaraq “Heydər” məscidində ibadət edir, oradan çıxdıqdan sonra özü və qonaqları ilə birlikdə restorana gəlirmiş. O həm də Habillə ortaq tanışları olan Kərbalayi Samiri də həmyerliləri kimi tanıyırmış, Samirlə münasibətləri hər zaman yaxşı olmuşdur. Habil bir çox vaxtlarda Samirlə birlikdə də bu restorana gəlirmişlər. O həmin resoranda Habillə birlikdə sonuncunun tanışı kimi Nəsirulla kişini və Elçin adlı şəxsi də tanımışdır. Habil hər zaman Elçini sonuncunu özünün aparmasına görə ibadət edən düzgün bir şəxs kimi təqdim edir, yaxşı münasibətinin olmasını bildirirmiş. Habil ümumiyətlə hər zaman onların restoranına gələn zaman Habilin xahişi ilə restoranda yay aylarında mətbəxtə yaxın yerləşən ən hündürdə olan stolda əyləşirmiş, həm də Habil tez-tez əllərini yuduğu üçün qeyd etdiyi stolun yaxınlığında krandan sərin su gəldiyindən Habil həmin stolda əyləşməyə üstünlük verirmiş. Bildirdiyi kimi o, Habillə yaxın olduğu üçün Habillə dərdləşmiş bəzi vaxtlarda sonuncunun və qonaqlarının yanında əyləşib onlarla söhbətləşmişdir. Beləliklə, X17, Nəsirulla kişi və Elçin adlı şəxslə etdiyi söhbətlərdən və özünün də ona deməsindən məlum olmuşdur ki, Habil Nəsirulla kişinin pulu hesabına Elçin adlı şəxsə hansısa tikinti materialları yəni, sement və armatur məhsullarını tikintilərə verməklə ticarətlə məşğul olurlar. İlk əvvəl yəni, 2018-ci ilin yay aylarının əvvəllərində Habil Elçinlə özü və Kərbalayi Samirin işitrakı ilə qeyd etdiyi məsələləri söhbət edir, Elçinə külli miqdarda pullar verir, Elçində həmin pullan götürüb gedirmiş. Daha sonra Nəsirula kişi də həmin söhbətlərdə iştirak edir və sonuncu özü ilə gətirdiyi külli miqdarda pulları Elçinə verirmiş. O, hər zaman şahidi olurmuş ki, Elçinlə Habilgil müəyyən haq-hesab etdikdən yəni, vərəqlərdə hanısa hesablamalar etməklə hesabat apardıqdan sonra pulları qəbul edir, oradan gedirmiş. Elçin hər dəfə bu hesabatlarda guya həmin şəxslərə etdiyi alverdən nə qədər gəlir qalacağını deyirmiş. O, bu söhbətlər gedən ərəfədə Habillə etdiyi söhbətlərin birində Habilə təklikdə onun artıq neçə illərdir ki, restoran işində olmaqla bizneslə tanış olmağını bilirmiş, Elçinin yalnız gəlib restoran şəraitində heç bir işi real olaraq göstərmədən sadəcə şifahi sözlə izah edib biznesin olmasını deməsi həmçinin, həmin işə görə pulları qəbul etməsi nəsə şübhəli görünür. Buna cavab olaraq Habil Elçinin ibadət edən şəxs olmasını, Elçinə inandığını, işlə bağlı məsələlərlə isə malları verdiyi obyektləri göstərdiyini, həmçinin işin gəliri olaraq müəyyən məbləğdə pullar ödədiyini bildirmiş, o da Habilin xətrinə dəyməmək üçün başqa bir söz deməmişdir. 2018-ci ilin yay aylarının sonunda sonra yəni, həmin ilin oktyabrnoyabr aylarında artıq Habilgillə Elçinin arasında narazılıq yaranmasını hiss etməyə başlamışdır. Belə ki, Habil tez-tez onların obyektinə gəlir, Elçini gözlədiyini bildirir, dəfələrlə telefonla danışsa da Elçin həmin yerə gəlib çıxmırmış, Habil əsəbi olduğunu görüb vəziyyətlə bağlı maraqlananda Habil Elçinə 230.000 manatdan çox pul verilməsini, lakin həmin pulun müqabilində iş görməklə verməli olduğu qazancı vermədiyini, görüşlərdən yayındığını bildirirmiş. Habil həmçinin Nəsirulla kişi və Samirlə də birlikdə onların obyektində həmin vaxtlarda olan söhbətlərdən və özlərinin də ona demələrindən artıq başa düşmüşdür ki, Elçin Nəsirulla kişiyə məxsus 230.000 manatdan çox pulu alaraq həmin şəxsləri aldatmış və nəticədə Habili pis vəziyyətdə qoymuşdur. Bildirdiyi kimi həmin restoranda yaxşı alver getmədiyi üçün 2019-cu ilin əvvələrində buranı təhvil vermişlər. Həmin ərəfədə Habilgil artıq restoran az-az gəlib gedirmiş, o, Habillə Elçinlə bağlı məsələnin nə yerdə olmasını soruşan zaman Habil Elçinin onunda əvvəlcədən bildiyi kimi məhz tikinti materialları ilə bağlı işlər görüb həmin şəxsləri aldadaraq pulları aldığını və geri qaytarmadığını, buna görə də Habilgilin polisə şikayət etməsini bildirmişdir. O 2018-ci ilin yay aylarında dəfələrlə Elçinin Habil və Nəsirulla kişidən tikinti materalarının satışı ilə əlaqədar işlə bağlı külli miqdarda sonda isə 230.000 manatdan artıq olmasını bildiyi pulu almasının şahidi olmuşdur. Hər dəfə bu görüşlərdə Elçin Habilgillə haqq-hesab edir, guya hər dəfə nə qədərsə gəlir verəcəyini həmin şəxslərə bildirirmiş. Sonda isə Habil bütün vədlərini yerinə yetirməyib aldığı pulları ələ keçirmiş, bildiyinə görə hazıradək heç bir pul vəsaiti geri qaytarmamışdır (cild 5, iş vərəqə 135-139). Məhkəmə iclasında elan edilərək tədqiq olunan Şahid15 ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq ittihamı üzrə 7 il müddətinə azadlıq məhrum olunmuş, sonradan cəzası azadlığın məhdudlaşdırılması ilə əvəz olunmuş və 2022-ci İlin mart ayında azadlığa çxmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 20 ildən artıqdır ki, fərdi şəkildə tikinti materiallarının satışı ilə məşğul olur. O, Təqsirləndirilən şəxs təxminən 10 ildən çoxdur ki, fəaliyyət göstərdiyi tikinti sahəsindən tanımışdır. Elçinlə normal münasibətləri olmuş və əvvəllər qısa müddətə avtomobil alqı-satqısı ilə bağlı iş birliyi olmuşdur. Elçinlə onun ortaq tanışı Fikrət adlı şəxs də vardır ki, həmin şəxslə münasibətləri normal olmuş və birlikdə iş birlikləri də olmuşdur. Təxminən 2019-cu ilin əvvəllərində tarixini dəqiq bilmədiyi vaxtda Fikrətin ona verdiyi “BMW” markalı avtomobilə görə 14.000 manat verəcəyi var imiş, həmin ərəfədə o Fikrətə olan borcunu qaytarmaq istədikdə Fikrət özü də ona bildirmişdir ki, Elçinə verəcəyi vardır, Elçin də onun əvvəldən həmyerlisi kimi tanıdığı Habil adlı şəxsə bilmədiyi səbəbə görə verəcəyinin olmasını bildirmiş və ondan xahiş etmişdir ki, həmin pulu Habilə çatdırsın. Lakin bu pulun nə ilə bağlı olmasını o qətiyyən bilməmişdir. Bundan sonra o Habillə zəngləşib 4-cü mikrarayonda yerləşən “Limon” çay evində görüşərək 14.000 manat pulu Elçinin əvəzində təqdim etmişdir. Habil özü də ona bu pulun nə ilə bağlı olmasını ona deməmişdir. O Habillə qısa müddətə görüşdükdən sonra öz işlərinin arxası ilə getmişdir. Elçinlə Habilin arasında nə baş verməsindən onun başqa məlumatı olmamışdır. Bu hadisədən təxminən 8-9 ay sonra Elçinlə Habilin arasında pulla bağlı nəsə narazılıq olmasını eşitmişdir. Məsələnin mahiyyətini isə dəqiq bilmir (cild 8, iş vərəqə 69-71). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 münasibətdə dələduzluq əməllərinə yol verilməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticəni qəbul edir və belə qənaətə gələrkən zərərçəkmiş şəxsin, şahidlər Şahid1, Şahid2, Şahid12 ifadələri ilə yanaşı aşağıdakı sənədləri də sübut kimi nəzərə alır və qiymətləndirir: 27 oktyabr 2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 7, iş vərəqə 1-8). 11 may 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılarkən istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 8, iş vərəqə 83-85). Cinayət işi materiallarına "xxxx" MMC-nin 24 iyun 2021-ci il tarixli 77-06/21 saylı müşayiət məktubu ilə göndərilməklə əlavə edilmiş 29 aprel 2020-ci il tarixli Y/150 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin hüquqi şəxs tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli, S.Zeynalov və Təbriz küçələrinin kəsişməsində inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 72,2 kvadrat metr olan 02 otaqdan ibarət 150 saylı mənzil hər kvadrat metri üçün 1.500 manat olmaqla ümumilikdə 108.300 manat müqabilində iş üzrə Zərərçəkmiş şəxs1 övladı Şahid2 satılmışdır, həmçinin 29 aprel 2020-ci il tarixli maliyyə arayışına əsasən həmin mənzilin dəyəri tam olaraq ödənilmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-nin sədrinə Şahid2 etibarnamə ilə nümayəndəsi Zərərçəkmiş şəxs1 və həyat yoldaşı X5 tərəfindən ünvanlanmış 06 noyabr 2021-ci il tarixli ünvan 20ada təsdiq edilmiş ərizələrdən görünür ki, qeyd edilən mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə və həmin müqavilənin istənilən şəxsin adına rəsmiləşdirilməsinə etiraz etməməyi ilə bağlı ərizə vermişdir (cild 1, iş vərəqə 70-77). Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi “Elektron notarial” avtomatlaşdırılmış informasiya sistemlərindən çıxarış və Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə aralarında olan yazışmalara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında olan sms yazışmaları 24 vərəqdən ibarətdir, məzmunu Təqsirləndirilən şəxs mütəmadi olaraq Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanı, yəni aldığı mənzilin pulun ödəməsi üçün hər dəfə vaxt istəməsindən ibarətdir. Bundan başqa “Elektron notarial” avtomatlaşdırılmış informasiya sistemlərindən 01 ədəd çıxarışdan görünür ki, Şahid2 etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs1 06 noyabr 2020-ci il tarixli ünvan 20ada təsdiq edilmiş Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli, S.Zeynalov və Təbriz küçələrinin kəsişməsində inşa edilən 1 saylı binanın 8-ci mərtəbəsindəki ümumi sahəsi 72.2 kvadrat metr olan 150 saylı mənzilə dair "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 övladı Şahid2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi və həmin müqavilənin istənilən şəxsin adına rəsmiləşməsinə etirazının olmaması məzmununda ərizə vermişdir (cild 1, iş vərəqə 132-156, 204). Cinayət işi üzrə tərtib edilmiş 10 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyandan 5000 manat ödəmişdir (cild 8, iş vərəqə 68). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus evin sonuncuya ilkin olaraq 38000 manat məbləğində pul vəsaitinin verilməklə əvəzləşdirilməsi işin mübahisəsiz halını təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la arasında olan münasibətlərin mülki xarakterli daşımasını, yəni ondan aldığı pulu qaytarmaq niyyətində olduğu, Zərərçəkmiş şəxs1 aldığı evin əvəzinə Tural Axundova satılması nəticəsində əldə edəcəyi pul vəsaitinə ödəniləcəyi, sonuncunun evi almaqdan imtina etdiyinə görə Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitinin qaytarıla bilməməsi barədə dəlilləri şahidlər Şahid12 məhkəmə iclasında verdiyi ifadələr ilə təkzib edilmişdir . Belə ki, Şahid12 məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs təklifi əsasında Zərərçəkmiş şəxs1 “Olimpus Baku”dakı iki otaqlı evi əvəzləşdirilərək ona və Şahid1 04 otaqlı ev verilmişdir. Elçin isə həmin dörd otaqlı evin qarşılığında onlara iki otaqlı ev və 160 000 manat pul vermişdir. Elçin həmin dörd otaqlı evi Tural adlı şəxsə satmışdır. Tural həmin evin pulunun tam şəkildə tərəfindən Elçinə ödəməsini etiraf etmişdir. Bundan başqa məhkəməyədək istintaq dövründə Tural Əkbərov izahat verərək Təqsirləndirilən şəxs “Olympus Park” və Ağ şəhərdə yerləşən “Era Tower” şirkətindən ev aldığını, “Olympus Park” şirkətinə məxsus evin pulunu tam şəkildə yəni, 235000 manat pul ödədiyini, “Era Tower” şirkətinə məxsus evə görə ilkin olaraq 135 000 manat pul verməsinə baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən vəd edilən müddətdə ona müvafiq mənzil verilə bilmədiyi üçün həmin evi almaqdan imtina etdiyini və Təqsirləndirilən şəxs nəticədə ona 135000 manat pul borclu qaldığını qeyd etmişdir (cild 1 iş vərəqə 54-56). Göründüyü kimi əvvəla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus evin əvəzləşdirilməsi zamanı kifayət qədər pul vəsaitinə məxsus olsa da həmin pul vəsaitini (160000 manat) o, Zərərçəkmiş şəxs1 məxsus iki otaqlı evi əvəzləşdirdiyi dörd otaqlı mənzilin məxsus olduğu şirkətə ödəmişdir. Digər tərəfdən Tural tərəfindən ona “Olympus Park” şirkətinə məxsus evin müqabilində 235000 manat, “Era Tower” şirkətinə məxsus evə görə 135000 manat pul Təqsirləndirilən şəxs ödənilsə də həmin pul vəsaitləri hesabına Zərərçəkmiş şəxs1 hər hansı borc qaytarılmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 münasibətdə dələduzluq əməllərinə yol verilməsi epizodu üzrə ibtidai istintaq orqanının gəldiyi nəticəni qəbul edir və bu zaman zərərçəkmiş şəxsin, şahidlər Şahid3, Şahid4, Şahid5 ifadələri ilə yanaşı aşağıdakı sənədləri də sübut kimi nəzərə alır və qiymətləndirir: 27 oktyabr 2021-ci il tarixli üzləşdirmə haqqında protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 7, iş vərəqə 9-15). Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi sənədlərin surətinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 01 sentyabr 2020-ci il tarixli yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında 76 saylı müqavilə və maliyyə arayışı ilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, ev 14 saylı binanın yaxınlığında inşa edilən hündürmərtəbəli yaşayış binasının “B” blokunda 11-ci mərtəbəsində (yaşayışın 10-cu mərtəbəsi) yerləşən, ümumi sahəsi 145,63 kvadrat metr təşkil edən 03 otaqdan ibarət, 3 saylı mənzili almış və onun 160.193 manat dəyərini tam ödəmişdir. Bundan başqa 23 sentyabr 2010-cu il tarixli maliyyə arayışı və 23 sentyabr 2010-cu il tarixli 12416 saylı mənzilin alqı-satqı müqaviləsi ilə Şahid3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595 saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binalarından 7-ci bina, 1-ci blok, 15-ci mərtəbədə yerləşən ümumi sahəsi 80,57 kvadrat metr sahəsi olan 149 saylı mənzili almış və 40.285 manat dəyərini tam ödəmişdir (cild 1, iş vərəqə 172-190). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la arasında olan münasibətlərin mülki xarakterli daşımasını, həmin epizod üzrə əvvəllər 45000 manat pul vəsaiti Zərərçəkmiş şəxs2 (18500 manat mənzilə, 2500 manat sənədləşməyə, 14000 manat Rəşadın Vasifə olan borcuna, 10000 manat Sənana)verilsə də sonuncudan mənzil alınmaması, Zərərçəkmiş şəxs2 ona mənzil verə bilməməsi səbəbindən ödədiyi 45000 manat əvəzində "xxxx" MTK şirkətindən ona mənzil verilməsi barədə dəlilləri şahidlər Şahid5, Şahid4 ibtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr ilə təkzib edilmişdir . Belə ki, əvvəla Şahid5 Rəşadın ona borcu əvəzinə sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən evin Şahid4 adına rəsmiləşdirdikdən sonra 14000 manat hissəsinin Elçin tərəfindən ödənilməsi barədə sonuncunun ibtidai istintaq dövründə verdiyi ifadəni təkzib edərək həmin evin ona aidiyyətinin olmamasını, Elşənin Elçinə ödədiyi məbləğdən ona hər hansı vəsait verilməməsini, həmin evin isə hələ də problemli olaraq qalmasını bildirmişdir. Şahid4 isə Elçinin ona borclu olduğu 34000 manat pul vəsaiti əvəzində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən evin verilməsini, həmin evi aralarında olan razılığa əsasən məbləği 74000 manat müəyyənləşdirildiyi üçün 44000 manatı Elçinə verdiyini, qalan məbləği isə Elçinlə öz aralarında olan razılığa əsasən sonuncunun ona olan borcu ilə əvəzləşdirdiyini bildirmişdir. Göründüyü kimi bu epizod üzrə də Təqsirləndirilən şəxs məqsədi Zərərçəkmiş şəxs2 məxsus evin satılması və sonuncuya hər hansı pul vəsaiti ödənilməsi deyil Şahid4 olan borcunun ödənilməsi təşkil etmişdir. Məhkəmə belə qənaətə gələrkən Zərərçəkmiş şəxs2 ifadələrini mötəbər sübut kimi qəbul edərək həm də ona istinad edir ki, yuxarıda göstərilən ifadə və izahatlardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus "xxxx" MTK- da yerləşən mənzil Təqsirləndirilən şəxs tərəfindən Şahid5 satılmış, 75000 manat pul vəsaiti sonuncu tərəfindən tam ödənilsə də, həmin ödənişdən ona yalnız 40000 manat verilmiş, lakin həmin evin sənədlərində problem olduğu üçün Rəşad evi Şahid5 adına keçirdə bilməməsi səbəbindən Təqsirləndirilən şəxs ona 40000 manat ziyana düşməsi barədə dediklərinə inanaraq Akkord şirkətinə məxsus 100000 manatlıq evin 80000 manat qiyməti müəyyənləşdirilməklə Şahid4 adına keçirilməsinə, əldə edilmiş pul vəsaitinin Elçinlə öz arasında yarıbayarı bölünməsinə razı olmuş, lakin sonradan öyrənmişdir ki, "xxxx" MTK- da yerləşən mənzilə görə pul vəsaiti tamamilə Şahid5 tərəfindən ödənilmiş, Şahid4 adına rəsmiləşdirdiyi “Akkord ” şirkətinə məxsus mənzil isə Təqsirləndirilən şəxs sonuncuya olan 34000 manat borcu ilə əvəzləşdirilmiş, Təqsirləndirilən şəxs həmin mənzilə görə əldə etdiyi 44000 pul vəsaitində isə nə Zərərçəkmiş şəxs2 nə də Şahid5 hər hansı pul vəsaiti qaytarılmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 münasibətdə dələduzluq yol verilməsi epizodu üzrə ibtidai istintaq orqanının gəldiyi nəticəni qəbul edir və bu zaman zərərçəkmiş şəxsin, Şahid6 ifadələri ilə yanaşı aşağıdakı sənədləri də sübut kimi nəzərə alır və qiymətləndirir: 09 iyul 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid6 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 67-71). 08 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi WhatsApp ani mesajlaşma proqramı vasitəsilə edilmiş səs yazıları olan diskə baxış keçirilmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs məxsus aşağıdakı məzmunda danışıqlar müəyyən edilmişdir: WhatsApp Audio 2018-10-09 at 18.34.24 (1): Baturdada da pul var nə var deyilib Fikrətdə də nə var hamısı bəllidir göz qabağında eybi yoxdur gəlib hesabat verərəm, dövlət axtarmır kimdədir? məndən də soruşan WhatsApp Audio 2018-10-09 at 18.34.24 (2): Ondadır bu qədəri bundadır qalanı da bundadır, eybi yox heç bir problem yox ondan sonra day mənə heç kim zəng eləməsin, day araşdırar kimdə nə var alar WhatsApp Audio 2018-10-09 at 18.34.24: Bayaq söz deyirəm düzdü dövlət qarşında cavab verərik heç bir problem yoxdur, sən bir dənə yığ sənə sözüm var WhatsApp Audio 2018-10-09 at 18.34.25 (1): Demişəm deyirəm gəlib 3-4 günə edə biləcəyəm, ödəyə biləcəyəm ev şəklində, razısan bir dənə mənə köməklik edə bilərsən elə zəng elə de WhatsApp Audio 2018-10-09 at 18.34.25 (3): Bu məsələ bitəcək, bitməsə day mən səndən xahiş etməyəcəyəm. Bir dənə onu mənə edə bilirsən köməklik elə, edə bilmirsən yenə də Allah sənin canını sağ eləsin WhatsApp Audio 2018-10-09 at 18.34.26 (1): Qanun var kimdədir qardaş ödəyər eybi yoxdur mən Zeynala da indi zəng edərəm. Bir beş dəqiqəyə Zeynalı nə var ki tapmağa iki vur ikidir mənim üçün deyəcəyəm qardaş gəlib WhatsApp Audio 2018-10-09 at 18.34.26: dədə pul onlara lazımdı kimdədir, ondan da alacaqlar. Məni yükləyə bilməyəcəklər ki, amma mən öz xoşumla deyirəm ki şikayət olmasa özüm verəcəyəm olacaq haqq var. WhatsApp Audio 2018-10-09 at 18.34.27 (1): Qardaş nə var nə yox nətərsən, necəsən? neynirsən? Samir bilirəm sən də pis vəziyyətdə qalmısan day indi biz bir ildən artıqdır ki, işləyirik də belə bir situasiyaya düşməmişdik. Bax sən öl, özüm ölüm mən sənə ev verirəm, nə maşın verirəm nə torpaq verirəm. Qardaş orda səndə ziyana gedəsən məndə istəmirəm, hər şeyi qoyduq o üzə mən ala bildim ala bilmədim, məni qardaş bir həftənin tamamına kimi gözlə, sənə olan qəpiyinə kimi o borcumu qardaş 89.000 İlham, 74 eyy 89.000 Toğrul 74.000 də sənin özünün bir həftənin tamamına kimi qardaş istəyirsən İltimac müəllimə istəyirsən İlham müəllimə istəyirsən dayına ürəyin kimə istəyir söz ver qardaş mən sənə bir həftənin tamamında 163.000 manat pul köçür, onu da qəpiyinə kimi sənə verəcəyəm. 1000 manat borclu qalacam onu da öz aramızda sabaha biri günə onu da verə bilərəm heç bir problem yoxdur. Qardaş bura kimi işləmişik beş manat səndə xeyir götürmüsən məndə gözləmişik Allah baianı saxlasın, sənə də əziyyət vermişəm, kimlərinsə pulu hörmətlərində edəcəyik qardaş eləmişik bundan belə də edəcəyik, bir həftə WhatsApp Audio 2018-10-09 at 18.34.27: Qardaş düşmüşük situasiyaya neçə dəfə ev verdim götürmədi, indi gəlim qardaş səninlə kişi söhbəti edəcəyəm beş dənə kişinin içində, sözümüzü danışaq həftədə nə qədər ödəniləcək qalanı WhatsApp Audio 2018-10-09 at 18.35.47: ...eləmir zəngi başa düşmədim pulundu qardaş mən səni pis vəziyyətə salmışam bilirəm, neçə aydır vəziyyətə salmışam düzdü qardaş indidə bunu bu gün sabah WhatsApp Audio 2018-10-09 at 18.35.48: Mən xəstəxanaya gəlmişəm qardaş burda nə olub ki, dünya dağılıb? Qardaşıq mən bəli 5-6 aydır səni çətinə salmışam gəlib ödəyəcəyəm kimlərinsə ucbatından WhatsApp Audio 2018-10-09 at 18.35.49: İncimirəm, incikliyim də yoxdur. WhatsApp Audio 2018-10-09 at 18.38.24: 74.000 manat. 1000 manat vermişəm sənə, 73.000 verəcəm. Qardaş, qalanını qaytaracam şirkətə. Qəpiyinəcən. 73.000 verib, qalanını da şirkətə qaytar. Elə bil 73.000 sənə verəcəm, 2000 manat Naraya verəcəm, qalanını da qaytaracam şirkətə. 101 kv da bu götürüləndə onu da veriləcək. Yəni bir kəlmə dedim yazdılar, dedilər hazırdı al, peçatlayaq götürün sənədinizi gedin. WhatsApp Audio 2018-10-09 at 18.39.58 (1):.......... 74.000 birdi, 89.000 birdi. WhatsApp Audio 2018-10-09 at 18.39.58: Həftənin tamamına kimi, qardaş,mən sənin pulunu qəpiyinəcən verəcəm. Söz verirəm, kişi sözü. WhatsApp Audio 2018-11-16 at 12.32.04 (3): Bu məsələ bitəcək. Bitməsə day mən səndən xahiş eləməyəcəm. Birdənə onu mənə eləyə bilirsən köməklik elə. Eləmirsən yenə də Allah sənin canını sağ eləsin. WhatsApp Audio 2018-11-16 at 12.37.26: Biraz səbr elə. Bu pulu qoymayacam dekabra. Elə noyabrın 1-ə, 2-ə kimi hamısını elə. Bunlardan 2 dənə şey çəkib ötürsəm elə sənlə sıfırlanıram. Bunlarla vəziyyətim yaxşılaşır. O qalenvagenlə mustanqı verir. Evi prosta birdənə 106-a çevirəcəyik. Rafaeli yığdı götürmədi ki, onu birdənə 106 kv-a çevirək. Ona da pul lazımdır. Yeşkanı verim ona, evi götürüm. Rafaellə birazdan danışır. 106-ya çevirsək bombadırda, verim elə tez, skunt yazdıraq onun adına. İlham pulunu versin, qalanını da çıxsın borcuna da. Darıxma indi 106-ya çevirəcəm. 137-di nağddır. WhatsApp Audio 2018-11-20 at 15.52.08: Həmişə toyda, balalarının xeyir işini görəsən. Bax sənin başına dönüm, qadanı alım. Bax sənin Alinin nə bilim canı, nə bilim sən balalarının canı birdənə səbrli ol. Mən bunları şeyə göndərirdim, günah məndə oldu. Bunlar hazır eləyib, sənədi hazır olub, məndə oldu. Birinci gün saat 11 tamamacan gözlə. Birinci gün 11 tamamda sənlə inşaAllah, onsuzda sən məndən pul zad istəmirsən sözü danışılıb bu dəfə. Amma mən indi insanlıq xatirinə, yoldaşlıq, birinci gün saat 11 tamamacan sənin o sənədin sənə veriləcək. Kişi sözü verirəm. Yəni verilməsə deyərəm verilmir. 100 % 11 tamamda sənə o sənəd çatacaq. Kəlmə deyirəm sənə. WhatsApp Audio 2018-11-20 at 15.52.09: .... ev satıb, yəni Spakta ev satıb Allahın köməkliyi ilə. X32 ev. Birinci gün o da sənə öz payından yerdə qalan 25.000, 30.000 manat verəcək. Bir yerdə idik, ayrıldıq. Spak var Çapayevdə, ordan ev satıb 800 manata 112 kv. İnşaAllah oda birinci gün üstünə qoyulacaq veriləcək sənə. Allahın köməyilə. Day prokratura zadı gedib özümüz danışacağıq hamısını. WhatsApp Audio 2018-11-20 at 15.52.10: Ev satıb, spakda. Mən o pulundan götürəcəm ordan, mənim klientimdir, satmışam. Həmin o puldan 25, 30.000 götürmüşük, saxlayacam. Demişəm bu şərtlə ki, Samirə ödəniləcək. Deyib baş üstə. Day özünə heç nə demə. Deyib yəni apar ödədə. 800 manata Çapayevdə satıb. WhatsApp Audio 2018-11-20 at 15.52.11 (1): Axşamın xeyir. Vəziyyət çox yaxşıdır, həddindən artıq yaxşıdır. Şükür Allaha düzəlib. Elə sən səbrli ol, Allaha xatir. Bircə gün də səbr elə. Bir gün, gün yarım patalok səbr elə. 100.000 sənə pul şəklində verəcəm. Ev Nəsimidən də yaza bilərəm, İnqilabdan da yazaram, Çapayevdən də. Ev çoxdu, əlimdə maşınlar zaddar da var, diskaver zad. Bircə gün səbr elə. Sabah alverim qurtarır. Pul şəklində verəcəm. Çox güman ki, 99% pulla. Olmasa ev. Yəni söz üçün deyil, 100% işimiz çox yaxşı gedirdə. Həddindən artıq, brat. Yaxşı bir kanaldayam, əməlli-başlı, llje Olimpusa zada özüm ma! verirəmdə. Bircə gün səbrli ol, bircə gün. Sabah işimi qurtarım, birisigün sənin qardaşının məsələləri xitam verəcək. Söz verirəm, narahat olma. Bircə gün səbr elə. WhatsApp Audio 2018-11-20 at 15.52.11: Hə Spakda satıb Ağa, mən satmışam, 800 manata 112 kv. Prosta ki mən bir şərtlə satdım ki, Samirə burdan pul ödəniləcək. Dedi hə, 25, 30.000, yəni saxlaya bilərsəndə ona orda. Demişəm ki, o puldan saxlayacam. Birinci gün yazdıracağıq orda. İkisi də yəni, o da ordan pul da verəcək, mən də ev verəcəm. Yəni bu şərtlə onunla razılaşmışam. O deyib eləyək. Day qırılan qoy verək qurtarsında (cild 8, iş vərəqə 224-225). Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 28 avqust 2019-cu il tarixli ərizəsində ona dəymiş qalan 52500 manat ziyan müqabiləndə Təqsirləndirilən şəxs və Şahid6 tərəfindən mənzil verilməklə ona dəymiş maddi ziyanın tam həcmdə ödənilməsi göstərilmişdir (cild 2, iş vərəqə 104). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 151.000 manat alması işin mübahisəsiz halını təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dələduzluq əməllərinə yol verməsi barədə verilmiş ittihamın həqiqəti əks etdirməməsi, əslində Samirin 75000 manat pulu Şahid6 onun üçün “Nar bağı” deyilən ərazinin sənədlərini düzəltmək üçüb verməsi, sonuncu isə həmin pul vəsaitini Təqsirləndirilən şəxs "xxxx" MTK –dan armatur alması üçün məbləği ora yönəltməsi, sonradan Samir ilə Fikrətin arasında narazılıq başlandığına görə əslində Fikrətdən şikayət etməsini, vurulmuş zərərin də bir qisminin məhz Fikrət tərəfindən ödənilməsini, həmin epizod üzrə əvvəllər Şahid6 də təqsirli bilinməsi, lakin sonuncu barəsində bəraətverici əsaslarla xitam verilməsini əsas götürərək Elçin ilə Samir arasında olan münasibətlərin mülki xarakter daşımasını hesab etməsi barədə müdafiə tərəfinin dəlili ilə əlaqədar qeyd edir ki, həmin dəlillər məhkəmə iclasında ifadə verən Şahid6 və Zərərçəkmiş şəxs3 ifadələri ilə təkzib edilmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş 06 mart 2020-ci il tarixli “Sübutların Qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Şahid6 barəsində cinayət işinə bəraət verici əsaslarla xitam verilərkən sonuncu tərəfindən zərərçəkmiş şəxsə dəymiş hər hansı ziyanı ödəməsi faktına deyil, Şahid6 həm Samir Dəşdəmirovu, həm Təqsirləndirilən şəxs tanıması, onları biznes ilə məşğul olmaq üçün tanış etməsi ilə kifayətlənməsi, sonradan onların öz aralarında danışıqlar apararaq iş birliyi qurması, , Şahid6 vasitəçiliyi və iştirakı olmadan Zərərçəkmiş şəxs3 tərəfindən pul qoyularaq Təqsirləndirilən şəxs tərəfindən tikinti materiallarının alınması barədə işin faktiki hallarına istinad edilmişdir. Həmçinin Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadələrdə Təqsirləndirilən şəxs kömək etmək məqsədilə sonuncudan Samirin şikayət etdiyini bildiyi üçün Samirə 3500 manat pul verdiyini, nar bağının isə dostuna məxsus olmasını, həmin bağın ucuz satılması səbəbindən gəlir əldə etmək məqsədilə satın alınmasını nəinki Elçinə, hətta tanıdığı digər şəxslərə də təklif etməsini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 münasibətdə dələduzluq əməllərinə yol verilməsi epizodu üzrə ibtidai istintaq orqanının gəldiyi nəticəni qəbul edir və bu zaman zərərçəkmiş şəxsin, şahidlər Şahid8, Şahid7 ifadələri ilə yanaşı aşağıdakı sənədləri də sübut kimi nəzərə alır və qiymətləndirir: 29 iyun 2019-cu il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 60-63). Cinayət işi materiallarına zərərçəkmiş şəxs Əkbərova (Qurbanova) Natəvan Zülfiqar qızı tərəfindən təqdim edilməklə əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş iki ədəd əylazmanın surətində aşağıdakı məzmunda yazılar yazılmışdır: “l-Mən Bağırov X6 Natəvan xanımdan iş birliyi üçün. Mal alış-verişi üçün 180.850 manat pul götürmüşəm və üç ay iş birliyi yoxdur, üç ay pul vermişəm....başıma iş gəldiyindən son aylarda xeyir verməmişəm, intizam İİ- Mən Təqsirləndirilən şəxs verirəm həmin intizamı borclu olduğum Natavan Qurbanova və onun vəkili Nümayəndə2 ondan ötrü ki, 2018-ci il dörd ay Natavan Qurbanovadan götürdüyüm 180.850 AZN pulu işüçün aldığım puldan 70.000 manat hissəsini bu illin may ayı ərzində ödəməyi öhdəmə götürürəm. Qalan məbləği sonrakı üç ay ərzində ödəyəcəm, öhdəlik götürürəm. İmza:Bağırov. 2019-cu il 24 aprel (cild 6, iş vərəqə 85-86). 08 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs Əkbərova (Qurbanova) Natəvan Zülfiqar qızının istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi wtashapp ani mesajlaşma proqramı vasitəsilə edilmiş yazışmalar və səs yazılarının olduğu ekran video-görüntüsü vasitəsilə qeydə alınmış video görüntülər olan diskə baxış keçirilmişdir. Həmin səs yazılarında iş materiallarından müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs (A) və Zərərçəkmiş şəxs4 (B) məxsus aşağıdakı məzmunda danışıqlar müəyyən edilmişdir: VİD-20211014-WA0182: “sən deyəsən məni yaxşı tanımırsan. Haçan istəsən müqavilə notariusda tərtib eləyərsən. Zəng eləyərsən gələrəm şeydi, qol çəkərəm. Heç bir problem yoxdu. Ağlına başqa şey gətirmə. Bugünkü gündə də Habilin yanımda olan oğlanlardan biri mənəm. Sənə ödənilən pullar sənin Habillə mənim pulların idi. Mənim ödədiyim pullar idi. Ödənmişdi. O da sənə ödədi. Bu da verdiyim tikintilər, birdə mallardı. Bu da mənim çekim, qəbzin, mən qanuni işləyirəm, vergi ödəyicisiyəm. Bu da mənim müqaviləm, kimə mal verirəm. Bax yenə deyirəm, ölç biç məni. Mənim səndən narazılığım olmayıb. Sən də həmişə hörmətim olub, yenə də bax. Bir dəqiqə gözlə şirkətlə danışım, qrafiki bir dəqiqə deyirəm sənə, 5 dəqiqə gözlə. Belə bahalı lüsturlar var, istəyən olsa de. Deyirəm sadiqdi. İstəyən olsa de, dostumundu, ucuz verir. Qızın pulunu həftənin əvvəli dedim axı, həll edim, şirkət xeyrini verib ancaq. Yəni 540.000 mamatan bu qalıb. Mən səni heç vaxt pasçatit etmərəm. Sadəcə ev gec satıldı. Ona görə. Ümumiyyətlə məndən heç kimə pislik dəyməyib. Mənim işlədiyim adam, işlədiyim uşaqlar da sağlam və etibarlı adamlardı. Set yaxşı tutmur, yığmayıblar hələ. Yığsınlar xəbər edəcəm. Mal verilər, gec olsa götürüb saxlayacam, xəbər edəcəm.Salam, necəsiz? Üzrlü sayın, bu gün bazar günüdür deyə, pul verilməyibdir. O 7.000 manat pul düzəldilsin xəbər edəcəm sizə. Birdə 1425 manatla bağlı, bu gün çatdırılacaq. Birinci günə qədər də məsələ bağlanır. Bu gün bazar günüdür deyə iş yoxdur. Axşam, dünən bilirsən baş qarışıq oldu, beton vermişik üzrxahlıq edərsiz, sabah inşallah məsələni bağlayırıq. Mən kişi kimi deyirəm, bu gündə çatacaq, narahat olma. Kişigillə çıxım axşamüstü götürəcəm narahat olma. Ölüm də olsa çatacaq, kişi sözü. Yığma məni, axşamüstü çatacaq. Üzrlü sayın, gecə vaxtı yazıram Bizim işimiz qaldı sabaha. Səhər bu 8 tamam deyir. Mən də onun yarısı pataloq deyirəm, bir qızımın namusu, pul səndədir. Bir dəqiqə belə gecikməyəcək. 7.000, 1300, 900, birdə 6.000, sabah 4 tamamda məndə xeyiri bir gün gecikdə olarda əvvəldə” VİD-20211014-WA0184: “Notarius kağız da aldım ki, dilimdən intizam, müstəntiq aldı, borcum yoxdur ki. Ev yazıram, o kupçasız evlərdən, tikilən evlərdən birində Fikrət gəldi yazdı qurtardı. Şükür Allaha bu qurtardı. Səbrini bas o adam Türkiyədəndir. 9-cu mikrorayonda ev var birdənə. 9 deyirəm e, Tərgülün yanında. Tərgül ticarət mərkəzi vare, orda. Adam Türkiyədədir, bu gün gəlir. Gəlsin, çıxarışlı evdir, kupçalı, remontlu evdir. Onu götürəcəm, aparacam verəcəm müstəntiqə, gəlib baxacaqsan, qiymət eləyəcəm verəcəm sənə. Səbrini bas, bu gün gəlir. Gəlsin səni də həll eləyəcəm. Bir-birdə. Özün bilirsən məndə pul yoxdu. Görürsən hamıya ev verirəm. Uje düzələninə gedəkdə. Səbrini bas, bu gün gəlir. Qoy gəlsin mən götürü verəcəm sənə. B: Yaxşıyam sağol sən necəsən? A: söz verirəm yığıram. Rovnu 1 saata səni yığıram. Bankdayam. 1 saata yığıram. B: ok. Məni yığ A: Salam orda kassada, şeydə, komendantda açar var. Elnur Gürcüstandadır, cavab vermir. Bizim açar Elnurdadır. Amma komendantın özünün açarı var. Adamın oldu apar göstər. İndi sabah Elnurdan götürərəm öz açarımızı. Belə adam varda. Denən apar göstər ora, problem yoxdu. Bu 181 -in kupçası idi. Səhv atmışdım. Həmin adresdi. Həmin şeydi. Bayaq o 181 vare. Asan xidmətlə üzbəüz var, göstərmişdim. Səhv atmışdım kupçanı. Həmin o mənzildi. 209, birdə 175 deyirdim e, həmin. 181 də sənə göstərmişdim. Səhv göstərmişdim. Amma texpasportda eynidir. Atmışam sənə texpasport? Zəng eləyəcəm gedək məsələni həll eləyək. Açarı zadı götürüm gedək bax məsələni həll eləyək. Bir qabaqcadan deyərsən, adama deyərəm sənədləri hazırlayar, gedərik alq-satqıya. nətərsən? Nə var nə yox? Bu gün biraz gecə oldu. Şirkətin rəhbəri Nofəl müəllimgil başqa yerdə idi, ona görə görüşüb sənlə açarı götürə bilmədim. Səhər-səhər açan götürəcəm, günorta gələcəm səni götürəcəm hardan desən. Gedək baxaq, okey eləsən sənədləri də ordan verəcəm, apar müstəntiqin yanına həll elə getsində bu.” VİD-20211014-WA0185: A: yəni çox şükürlər olsunda, çoxusu düzəlib. Allahın bu gününə şükür. Narahat olma, sənində, əzab verdim, əziyyət verdim. İşdir, alındı. Allah qoysa, qəpiyinəcən nədir halallıqla verəcəm. Onlara o qrafik var idi. Məndə də var idi, səndə də var idi, tarixlə. Qrafiki itirmişəm. Sənin telefonunda şəkli qalmayıb? Ona baxmaq istəyirəm. Açotlanmı yazıram özüm A4 vərəqində. Hər şeyi qeyd edirəm ki, yəni pulu səni 2 dəfəyə, 3 dəfəyə verəcəm. O qrafiklə birinci hansıları vermişəm, onları ödənişin eləmək istəyirəm. Gör səndə telefonda qalıb qalmayıb? Məndə telefon düşdü, sınıq-sınıq olub, başqa telefondur. İndi birisigün görüşəndə görəcəksəndə. Hər şeyim itib, heç nə, birdənə uşağın şəkli də qalmayıb ki, atam, ancaq Aysel atıb mənə. Özün nətərsən? Evdəkilər yaxşıdır? Mən o evdə qalmıram deyə, həmin evdən çıxmışam. Hamısı qalıb sənədlər qayınanamgildə ona görə. 8: Allah köməyin olsun. Allah böyükdü. A: Allah böyükdü, Allah haqqın yerini tutur. Sən canı o gələndə o vəkilinə denən çox danışmasın. O keçən dəfə söyüş söyüş söyməsəydi, mən indiyə sənlə 5.000, 10.000 ödəyib qurtarmışdım. Ona denən normal danışsın. Yəni orda qırğınlıq çıxmasın. Mən sənin xətrini dünnyalar qədər istəyirəm. Hörmətin də var, hər yerdə də deyirəm. Prosta onunla mənimki tutmurda. Birdənə denən mehriban, yəni şey eləməsin, ağız başına danışmasın. Ora Korrupsiyadır. 8: telefonumu oğurladılar hamısı getdi. A: baxarsan. Gör olsa at mənə. Mən bütün açotlanmı müstəntiq deyib çıxart birinci günəcən. Ona görə. Gətirib sənin açotlarınla uyğunlaşdıracaq. Yekunlaşdırıram... 8: odu dəftərdədi. A: kim oğurladı 8: lənkəranda toyda A: hə B: pis insanlara Allah nəhlət eləsin A: Amin. Bacı səhər atarsanda. İşlərin gedir. B: Yoxde vəziyyətim pisdi. Nə iş? İş var A: qızım da böyüyüb. Görürsən. B: Mirinin maşına qalmışam. Allah saxlasın. A: eybi yox yaman günün ömrü az olar. Sən yaxşı insansan B: İnşallah A: düz deyir İnşallah qurtaracaq. Allah səndən razı olsun ki, dua edirsən B: ok. 1-ci gün görüşərik A: hə. Necəsiz, Natavan xanım? Üzrlü sayın. Bu gün Korrupsiyada görüşüm var idi. O adam da gəlmədi, 11, 2 dedi, biraz yubandı. Sabah saat 2-nin yarısı mən sizi gəlib götürəcəm. 2, 2-nin yarısı hardan deyirsiz. Sabah rahat baxaqda, həm də o biri evlərin də açarların da götürüm, balaca kvadratları bir yerdə sabah B: məni yığ A: birazdan yığıram. Görüşdəyəm. Salam necəsiz? Sənin evinlə məşğulam kupçalı. Birazdan gətirirlər siz tərəfdə götürüm sənə zəng vuracam... kupçalı istəmisən həll edir. VİD-20211014-WA0186: A: salam pul hazırdı, indi yazdılar sabah altıda görüşüb götürürəm. Sabah 4-ə kimi telefonum bağlı olacaq, qalanınsa 26-27-si bağlatdırıram. İş başlasın malı verim, bütün pulunu verəcəm. Narahat olma, sabahkını götür, qalanını da bu ay bitirəcəm. Narahat olma, sənin pulunu yemərəm. Nakişi deyilik. Salam. B: əleykum A:necəsən? B: səncə necə olaram. Məni yıxdında, Elçin. Mən sənə inanmışdım. A: sənə elə gəlir. Bu həftə sənin pul sıfırlanacaq B: mənim sənə heç pisliyim dəyməmişdi A: yox dəyməyib B: inşallah. Təkin işin yaxşı olsun A: bizim aramızda 170 min, 180 min açot varsa sən atda. B: məni də bu dərddən qurtarasan A: Bakıdasan? Yoxsa Lənkəranda? Birinci gün korrupsiyaya gələcəksən? B: 180.000 birdə 500 dollar. İslərin qaydaya gəlir A: ora ərizə vermişəm. Orda bağlanmalıdır. Bidənə sən qalmısan. B: pul verəcəksən, Elçin, mənə birinci günə? A: səndə qarafaq qaydası var? Məndə telefon sönüb hamısı silinib. Əlbəttə, birinci gündən ödəniş edəcəm. B: hə gələrəm. Mən sənə göndərim A: müstəntiq deməyib gəl? B: sən yaxşı bilirdin ki, dəftərdə A: Bakıdasan? B: yazmısan A: məndə silinib, demirəm tək fin itineraries B: yüz səksən min manat bəs sizdə dollar. Hə Bakıdayam A: sənə verəcəm. Vəkilini soxmasaydın çoxdan vermişdim. Bildime. Məndə o silinib nə qədər pul götürmüşəm. O səndə olmalı idi. O vaxt sənə çəkib atmışdım. Kopiravat. O durur səndə? Hansı müddətdə nə qədər pul götürmüşəm, onları. Gəl orda da ödəniş olunacaq sənə. Müstəntiq deməyib birinci gün gələrsən? Şəklini baxdın, yedəkləmisən. O tutuldu da. Onda da pulum batdı. Hardasa bir 70.000-ə yaxın onda batdı. Tutuldu da şərəfsiz axır ki. Bütün mənə borclu olanların hamısı tutulub. Çox şükür olsun. Hamısını qoydurmuşam. Yavaş-yavaş ödəyirlər. B: Hə birinci gün gələrəm. Müstəntiqdə var hamısı. Advakatım hamısını yazıb. Hansı aydan vermişəm. A: müstəntiqi neynirəm. Məndə var idi. B: narahat olma. A: silinib. Birincidə də 5.000 olmuşdu. Səhv eləmirəmsə ikinci 68.000 B: Elçin, mən sənə həqiqətən inanmışam. Məni qurtar bu dərddən. Pulu ödə bu bəla bitsin getsin. A: narahat olma hamısı ödənəcək. B: hamısı sənətdə yazılıb narahat olma A: səndə qalmayıb? Özüm üçün açot edirəm. Ona görə B: mən heç nəyi yalan yazdırmamışam. Hər şeyi necə var düzgün yazmışam. Mənə haramçılıq lazım deyil. İki balamı atasız böyüdürəm. Mənə hala! pul lazımdı. İnan hər gün mənə oğlum təsəlli verir. Mən əmimgildəyəm. Dəftər evdədi. Sənin dəftərin hanı? Sən açotda düz idin ki. İşin necədi indi? A: narahat olma. Mən prosta situasiya düşdüm. Mən sənin heç vaxt haqqını yemərəm. Ümumiyyətlə heç kimin yemirəm. İş görmüşük. İş birliyidir. 5 manat sən çörək pulu qazanmaq istəyirsən, 5 manat mən. Sən qadın xeylağısan Hər yerdə də gəlib demişəm ki, onun haqqı var üzərimdə. Ondqan narahat olma. Prosta situasiyaya düşdüm. Bu haralarda. Sağolsun dövlət də, kömək elədi mənə, çox pulumu yığdım. Çox mənə o adamlar, borclu olanlar elə bildi rahat oturacaqlar. Heç biri rahat oturmadı. Hamısı tutuldu. Birini qoraddel tutdu, birini xətai, birin korrupsiya pulu boynuna qoyub. Yəni çox şükürlər olsunda. Çoxusu düəzlib, allahın bu gün VİD-20211014-WA0187: A: kişi söhbəti kəsik aşhər Allaha and olsun sizə verdilər pul qəpiyinə kimi məndədir. Sən balanın canı səbrini sabaha kimi bas, səhər tezdən gedib üstlərinə düşün həll etdirəcəm. Kişi sözü day oldu aramızda. Oturduq kişi söhbəti. Namus qeyrət şərəf. Bax söz verdilər. Bax ən aşağısı çörək kəsmişəm, münasibətimiz var. Özün bilirsən, mən sənin xətrini nə qədər istəyirəm. Bunu da bil. Ağlına başqa şey gətirmə. Mən səndən pul almışam. Pulunu da verirəm. Sənə qurban olum. Ən aşağısı kəsdiyimiz çörəyə görə mənə iki gün dəymə. Bunlar da mənə üz vurur. Çəkib ataram bunların danışığını mənlə, nələr danışmışam. Ofisdəyəm. Qanım qaraldıye. Bayrama yaxın idi. Ona görə problem çıxdı. Yəni sənə birinci günədək, sənin pulunun 60-70 %-nin hamısını bağlayacam. Bidənə 24.000 qalacaq. Onu da bayramdan sonra verəcəm. Sənə qurban olum, başına dönüm, ikicə gün səbr elə. Bunlara iki gün vaxt verdim. Birinci gün də o 68,000, o qohumların var idiye, şəhər bağlarından götürdüyün, onlara da söz ver ki, saat 6-ya kimi pulu verəcəm. Yəni üstümdəki xeyirlə. Başıva dönüm, qurban olum. Bax sənə yalvarıram. Dostluğumuza, münasibətimizə xatir səbr elə gözlə birinci günü. Sabah, birisigünə, bunlar iki günə ödəyəcəklər. Bütün 17.000, 24.000, 8.000, 5.000, hamısını götürürəm bunlardan. Birdə 10.850 manat. Onların xeyirləri ilə, zadı ilə. İki gün ərzində and olsun Allaha bax götürürəm. Birinci gün də 68.000 götürürəm. Yerdə iki dənə pulum qalacaq. Onu da bayramdan sonra verəcəm. Onsuzda. Sənə bax, and olsun bayramacan qızımın canı, anamın canı qalmayacaq. Əgər. İki gün ərzində, birinci günə kimi bunları eləməsəm, lap dədəmə, anama sms atarsan ki, bax oğlun bunları yazmışdı mənə, eləmədi. Sənin başına dönüm, qadanı ahm, münasibətimiz var, çörək kəsmişik. Başqa şey ağlına gətirmə. Prosta bunlarla da 2 ildir, 3 ildir işləyirəm. İnsandır da, qardaşı rəhmətə getdi. Başı ora qarışdı, bura qarışdı. Malların pulunnu yığa bilmirlər. Şəhərdə böhrandır, heç yerdə pul yoxdur. Veriblər nisyələri yığa bilmirlər. Yəni ikicə gün vaxt istədilər ki, altıbazar pataloq maşınımızı çıxardıb satıb, sənin pulunu verəcəyik, Elçin. Bazara çıxardacağıq, dəyər-dəyməzinə verəcəyik. Altlarında Lexus 5 7 motor, lexusları zadı var. Yəni ikicə gün mənə görə, sənin başına dönüm, məni yığma. Mən utandığımdan səni koda atmışam. Başqa cür ağlına gəlməsin. İkicə gün səbr elə. Birinci gün də bu 68.000. Hamısını bir yerdə. Bu iki günü səbr elə. VİD-20211014-WA0188: A: o məni narahat eləyir. Bu bir. Mən narahat eləsəm, Natavan, mən narahat eləsəm, bütün Bakını narahat eləyərəm. Yəni sənnə deyirəm. Sən mənim ailəmə götürüb iki dəqiqədən bir zəng eləməyin, o sənin işini çətinləşdirər. Mən, Allaha and olsun, mən prinsipialni adamam. Allahın bir adına and olsun, məni prinsipə salma. Polis deyil, get ver. Məhkəmə deyil, get ver. Məni hədələmə. Sən mənim arvadımın adını çəkirsən ki, brend geyinir, nağarır, neyniyir. Əcəb eləyir. Əlinin içindən gəlir. Əri qazanır, bu yeyir. Kimin puluna atmışam? Puluna atan olsaydım, 66.000 sənə faiz verməzdim. Xeyir verməzdim. Faiz deyil. Xeyirdi. Xeyir verməzdim. Mən yalan danışa bilmərəm. Sən məni kimləsə tay tutma. B: mənlə çox yaxşı danışdı, mədəni danışdı. Çox da təhqir eləmə bunu, üstünə də getmə. Danış. Sən d sözünü denən. Denən pulunu göndərirəm. Özün də bilirsən ki, mən yüklənmişəm. Sənin pulunu, faizlərini çıx. Haqla detirsən, halallıqla deyirsən, deyirsən mənim pulumu heç kimə yedizdirmə. Mənim uşaqlarımın haqqını heç kimə yedizdirmə denən. Denən yedizdirmirəm. Haqla deyirsənsə, haqla sənin halal pulunu göndərəcəm denən. Haqla danışırsansa. Denən faizlə uje göndərə bilmirəm. Yüklənmişəm mən də. A: sənə neçə dəfə deyim ki, atamı yığma. Sənə dedim bu həftədən pullar qayıdır. Qoy işimizi, xeyrimizi görəkdə. Birinci gündü. Qoy rahat yığıb pullarını da. Bir həftədir çölə çıxmırdım. Birdə dədəmi yığma. O sənə pul verən deyil. Mən verəcəm. Sabah dqa sənə pullaqr başlayacaq çatmağa. Atamı yığma yığdıqca səni yığmayacam. Amma söz verirəm ki, sabahdan sən daşıyacam pullan göndərəcəm. Axşamın xeyir pul biraz gec gələcək. Sənin başına dönüm məni sabqah 12, 1-in yarısı yığıb dediyim məbləğ çatacaq. Axşam da verəcəklər. Səhər 12-də toma səhər verəcəm narahat olma. Mən də bunlardan pişim-pişim alıram. Balana qurban, səbrli ol, səhər yüz faiz göndərəcəm, yatmıram. Demişəm hamısını gətiririk pulları. Yığılar. Biraz gecikir. Neçə olsa da gələcəm. Əl çəkmirəm. Narahat olma. Öturb obyektlərində gözləyirəm. Necə olsa gələcəm. Şərik, axşamın xeyir. Pul hazırdı. Sabah səhər götürük. İndi ayeildin kişi söhbəti kəsik aşhər Allaha and olsun sizə verdilər pul qəpiyinə kimi məndədir. Sən balanın canı səbrini sabaha kimi bas, səhər tezdən gedib üstlərinə düşün həll etdirəcəm. Kişi sözü day oldu aramızda. Axşamın xeyir, Natış. Neynirsən? Nə var nə yox? Bilirəm sənə əziyyət verdim. Prosta hirsləndim əziyyət verdim o vaxtları. Amma səninlə mən çörək kəsmişəm. Yəni haqqı salam olubda. Sənin mənim boynumda ərkin var, yəni pul vermisən mənə. Yəni bütün sənin pullarını yığıram. Birinci gün 68,000 də xeyiri ilə, bu 2-3 gün gecikdiyinə görə, hamısını xeyiri ilə bir yerdə, o armaturun da pulunu verirəm. Bunlarda biraz, bu sementçilərdə vəziyyət biraz kritik idi. Qturdug kişi söhbəti, ora bura, namus, qeyrət, şərəf. Bax söz verdilər. VİD-20211014-WA0189: A: zəng eləyərsiz. Sabah inşallah məsələni bağlayırıq. Mən kişi kimi demişəm bu gündə çatacaq. Narahat olma. Kişigillə çıxım. Axşamüstü götürəcəm narahat olma. Ölüm də olsa çatacaq. Kişi sözü. Yığma məni axşamüstü çatacaq. Üzrlü say gecə vaxt yazıram. Telefona cavab verə bilmədim. Bizim iş məsələmiz qaldı sabaha. Sabah inşallah gün sonuna qədər, 8-ə qədər sənin bütün qalıq haqq- hesabların hamısı bağlanacaq. Hamıdan üzrxahlıq elə. Valla istəməyərək oldu. Özün də gördün ki, aformutla bağlı sıxıntı oldu. Mal gec gəldi boşaldı. Day bu qədər səsbr edibsən, bir gün də səbrini bas. Sabah inşallah məsələ bağlanır. Allah da köməyin olsun. And verirəm Allaha. Sabah bu qadınla mən bağlanım. Sabah onun pulunu verməliyəm. Xəstə də oldum neçə gün. Sabah onun qalığını götür. Nə qalıb orda, yəni bütün sementin pulu. Nə var hamısı çıxart aparım verim. Xahiş edirəm səndən. Səhər bu 8 tamam deyir. Mən də onun yarısı pataloq deyirəm, bir qızımın namusu, pul səndədir. Bir dəqiqə belə gecikməyəcək. 7.000, 1300, 900, birdə 6.000, sabah 4 tamamda məndə xeyiri bir gün qecikdə olarda əvvəldə sərt var. Xeyri vermədilər, qızımən canı haqqı pulu göndərəcəm. Sən Allah üzrlü say. Saat 9 tamamda yığma. 10-un yarısı zəngsiz falansız qapıdayam. Birigün də 5.000 səndədir. Day görə nəyə and içimdə sabah 9. Onun yarısı qapıda gözlə. Mən zəng vurmayacam sənə. Pramoy qapıdayam. Kişi sözü. Yenə deyirəm. Mən bu Bakı şəhərində heç kimdən qorxmuram. Allahdan qorxuram, birdə qanundan qorxuram. Qanun nədisə. Get ver polisə. Aylarla, illərlə məhkəmələrdə, polislərdə. Ya da oturub halalca pulunu al məndən. Yəni halal nəyin çatır onu alacaqsan. Əgər məni şantaj eləyirsənsə, get mən haqqam, ədalətəm. İşə qoymuşam, xdeyir vermişəm. Ona görə. Sənə bir manat xeyir vermişəmsə deməli bu qanundur, qaydadır. Habilə də vermişəm, sənə də vermişəm. Gedin. Allah işini avand eləsin. Məni heç nəylə hədələmə. Eşidəm biləm məni nəyləsə birdə hədələmisən, respublikada mənim hədələdiyim qabağında Bakı şəhərində heç kim bilməyəcək. Kim kimin haqqını yeyib ki? Kim kimin haqqını yeyibsə elə mərdimazar adamdır. O mənim ailəmi narahat edir. Bu bir. Mən narahat eləsəm Natavan bütün Bakını narahat edərəm. Yəni sənə deyirəm VİD-20211014-WA0190: A: pulun verməyəndə deyir evin vardüa, götür sat. Mən ayın axırı prosta, mən demişəm ki, pulun vaxtından 3 gün gecikə bilər. Elə bil bu gün vaxtıdır, ondan 3 gün sonra gecikə bilər. 4-cü gün mən pulumu almağın yolunu bilirəm. Ona görə şüküürlər olsun ki, incitmirlər, pulumu da verirəm. Ev zad problem deyil. Onu almaq asandır. Yəni gələcəkdə işimiz şey olsa, lazım olsa, sənin də adına ev yazaram. Şirkətin nümayəndəsidir. Bir şirkət var. Mal verirəm. Hər ehtimala qarşı evin götürmüşəm ki, 2 dənə, 3 dənə evin. Mən zaloksuz işləmirəm, Natavan. Mən padarka deyiləm. Mən özün bilirsən ki, mən yerdən çıxmamışam ki. Mən işimi bilirəm. Raşotumu götürürəm. Rahatam mən. Gələcəkdə sənlə 100.000, 200.000 nədi, vaxt olacaq 50.000 işləyəcəyik. Mən, çox sağol inandığına görə. İnamını da doğruldacam. Yenə deyirəm, səninlə mənə sərf edir işləmək. Heç kim bilmir. O da yaxşıdır ki, nəfis yoxdur, ah-nalə yoxdur. Rahatdır. Sən mənə padderşka ol. Mən qazandıracam səni. Sən kimlərdən pul götürmüsən ha, bax 68.000 zad, onları öz qazancınla qaytaracaqsqan. Darıxma. Bu il sən görəcəksən. Mən dediklərimə qulaq assan, sən birdə görəcəksən o arvadın pulunu qazancınla qaytarmısan. O xeyirlər özünə qalacaq ancaq. Rahat qazanacaqsan. Sən səbrli ol. Mən Habilin, 30, 50,000 pulu var idi. Onu 30.000 elədim mən. ... 100.000 də belə xərclədir. Bax həmin oğlan mənəm. Birdənə bunu yadından çıxartma. İnşallah gələn sementləri qaytarsam səni məndə qalacaq 49.000, birdə 68.000. İndi kuruqnu pullarla İnşallah qoyulsun, lazım olsa qarant üçün evlər yazaram. Qarantın mənəm, mən bilirəm kimin adına yazıram. Yüksək səviyyəli adamın adına. Amma ürəyin istəsə, gələcəkdə pul qoymaq istəsən, sənin də adına yazaram. Heç bir problem yoxdu. VİD-20211014-WA0191: A: ondan çıxartdıdqa o pulu. Sən fikir verdində. Belə elədi. Yenə də, brat insan nə eləyir, səhv özündə olur. Başqasında tapmamalıdır. Tamahına görə. Gərək şərik şəriki aldatmasın. Dost dosta düz olsa mən sənə deyirəm. Allah qəbul eləsin. Allah bizim dostluğumuzu bir-birimizdən əsirgəməsin. Yoldaşlığımızı, mehribanlığımızı, Qismətdirsə 5 manat balamıza aparaq. Allah xoş niyyətlə versin. Qismət deyilsə qazanmayaq. Əgər Allah bizə o halal yetirsində. Nə qazanırıqsa halal yetirsin. Mərdimazar şükür Allaha uzaqdır. Üzümüzə gələn il təki Allah təala bundan da çox maya əlimizə gəlsin. Bundan da çox işlərə qoyaq. Heç kim bilmədən. Bax səninlə niyə rahatdır. Heç kim bilmədən qazanaq. Habil bütün Bakıya qdedi ki, bu qədər adama pul vermişəm. Bu qədər xeyir qazanıb. 10.000. Bütün Bakı nəfsin tökürdü. Səninlə işi heç kim bilmir. Ona görə səninlə işləmək istəyirəm. Doğma arvadım bilmir səninlə İşləməyimi. Mən ona görə sənə deyirəm, pul tap, belə elə. Səninlə rahatdır. Bir sən bilirsən, bir mən bilirəm. O əladırda. Nəfis yox, ah-nalə yox. Ən yaxşı şey odur. Başqa adamlara evlər yazdırıram. Özün gördündə. Mən zaloxumu da götürürəm. Gələcəkdə lazım olsa səninlə də edərik. Problem deyil. Prosta mən çox evə getmirəm ki. VİD-20211014-WA0192: A: bilirəm adamın yanında olarsan, dəstək olarsan hər cürə. Bilirəm ki, dostluqda mərdsən. Deyərsən ki, Natavan mənə 1000 manat borc ver, lazımdı. Əsirgə m əyərsən adam olarsan dostluğumuz tutmaz. Tutarda yaxşı məsələn niyyətin, məqsədin düzdürsə, elə də olar. And olsun Allaha, yəni mənim nəinki səninlə, hamı ilə məqsədim düz olub, niyyətim düz olub. Mən haram yeməmişəm. Amma mənə kimsə haramçılıq eləyibsə, nəsə eləyibsə, görürsən adamın özündən çıxır. Mən o vaxt dedim ki, Habil mənə lox gözü ilə baxma, belə şey eləmə. Gördün Allah qabağına. Mən də ağır seyidəm. Mən əziyyət çəkirəm. Gedirəm. Oturmuşdu evində, çayxanada. Belə pis çıxmasın, Natavan. Mən gedirəm malı alıram, risk edirəm. Mal verirəm. Pul aparıram. Açot eləyirəm. Səbr edirəm. Əsəbiləşirəm. Amma bu qədər əziyyəti mən çəkirəm. Amma axırda gördün Allah təala neylədi. Yenə. Lovğalanmıram, təkəbbürlük yaraşmaz bizə. Şükür Allaha. Amma yenə də mən öz adımla, öz sanımla, öz abrımla yenə də onun yanındayam. Elə birdənə dua elə, Natavan, hər dəfə. Valla mənim sizin duanıza ehtiyacım var. Dualar olsun. Mərdimazar uzaq olsun. Şükr Allaha beşdən, üçdən qazanırıq. Düşmənimiz yox. Yadımız yox. Normal qazanırıq. Pulumuz 1 gün, 2 gün o yan, bu yan ola bilər. İşlədiyimiz adamlar şükür ki, var. Axtarsan, yəni halallığa gedib çıxırlar. Əmlakları, mülkləri. Yaxşı insanlardır. Mən təmiz adamlar istəyirəm. Yenə deyirəm. Şəriklər arasında yalan olmamalıdır. Şəriklər arasında düzgün olmalıdır. Fikir düzgün olmalıdır. Hər dəfə birdənə söz olmamalıdır. Şərik şəriki aldatmamalıdır. Burdan bu xeyir mənə çatmır, başqasına çatır. Və yaxudda ki, mən Habili aldadım, bu qədər xeyir olmaz. Görürsən Habillə bizim aramızda belə şeylər oldu. Nətər özü elədi. Məndən 3 0aldı ki, guya bu qədər verirəm. Sən mənə bunu ver. Bir iki şey olduda. Özün bilirsəndə. Köhnəni xatırlatmıram. Amma gördün axırı. Məndən Allah təala çıxarmadı. Ondan çıxartdıda o pulu. Sən fikir verdin, yenə də brat insan nə eləyir, səhv özündə olur. Başqasında tapmamalıdır, VİD-20211014-WA0193: A: Gəl qoyaq işləyək. Heç kimlə işləməyək. İkimiz işləyək. Görürdə mən yetim nətər işləyirəm. Mən Habillə görürdə xeyrim pataloq 1 gün, 2 gün, 3 gün olar. Aylarla olmaz məndə. Mən düzünə ... vallah. Habil deyir. Deyir lijbi 5 gün gecikdir. Mənlə işlə. Bayaqdan oturub ki, gəl sabah 60.000 pul verim. Sementə, taxtaya. Deyirəm istəmirəm. Səncanı səninlə işləmək istəmirəm. Ürəyimdə deyirəm iş yoxdu. Nə bilim ona da yazığım gəlir. Ruslan bilər. Qardaşımızdıye, amma belə düz hərəkət eləmədidə. Çörək bundadıye, çörək bunda. Camaatın pulun götürdüm. Malı vurmuşam. Pulunu vermirəm. Deyirəm qoy yiyəsinə göstərim, xeyrini verim, aparım. Buna bax. Yuxu tutub məni. Birdənə köməkçi lazımdı mənə. Uje inanırsan başım gedir, havalanıram. Kuruqnu pulların hamısını birləşdirək. Xırda pulların hamısını birləşdirək, Natavan. Kurupniyi alaq ataq. Sementi birdəki işləyək. Sementdə az işləyək. Kurupni. Kurupni, bir dəfə 6.000, 7.000 götürək duraq kənara. Zakazı belə yüklətdirirəm. Atıram kənara tikinti müdirinə ki, filandan filan ton. Baax aşağıda verilənlər armaturun planlarıdır. 7.000 də, 5.000 də, birdənə axırıncı 10.000 də armaturda. Hamısı sementdədir. 900 manat qalır ordan. Nə qalır. 800 manat qalır. Nə qalır. 2350 manat. Nə qalır. 1300 manat 10 günə qalır. Nə qalır. Hamısı sementdədir. Görürsən əzbər bilirəm. Baxmamış bilirəm səndə nədir, nədir. Özdə sabah görüşək. Bu təzə tarixdən, hamısını təzə tarixdən yazaqda. Orda bir gün biri gecikib. Bir gün bir tez verib. Hamısını yazaq ki, şey olmasında aramızda. Açotumuz düz getsin. Mən deyirəm birləşdirək kurupni eləyək. Nə məsləhət bilirsən? Yox, sənin insanlığın, qanacağın, vaspitil tərbiyən, sən bilirsən ki, işləməmişdən qabaq mənim sənə hörmətim necə var. İndi də var qadın kimi. Biraz səbrsizsən, amma çox gözəl insansan. Dar gündə bilirəm, adamın yanındasan. VİD-20211014-WA0194: A: verəcək, mənə sonra verəcək. Mən bunu özümdən verdim, heç öz xeyrimi özüm götümədim. On manat taksiyə xahiş elədim səndən. Onu böyütdün. Mən zəng eləyərəm taksiyə ki, ehtiyac yoxdur. Ondan götürmə. Mən əlli dəfə vermişəme. Bu nə söhbətdir a bu. Yaxşı ki mən yad deyiləm. Bidənə səndən xahiş etməmişəm ay Natavan. Prosta adama çox naprijonnu eləyirsən sən. Nə ölü bilirsən, nə diri. Ayıbdır axı. Mən səndən pulu götürəndə demişəm ki, vaxtından 3 gün sonra mənə zəng vura bilərsən. 3 gün bizim pul gecikə bilər. Amma şükür Allaha gecikməyib. 3 gün zad gecikməyib. Heç o adam mənə verməyib. Amma mən sənə bayaq dedime, bu gün sənə dünya dağılsa pulun çatacaq. 23000 manat, yer var idi, ordan gedin götürün. Şirkət verməyib deyə huşum çıxıb. Səndən birdənə alacağım. Mənim 50 dənə adamla açotum. 50 nəfərlə. Gündə pul götürürəm, gündə pul verirəm. And olsun Allaha. O da başqa şeyin pulu idi, götürdüm verdim sənə. Sabah öz qardaşımdırda, 3-ün yola versin, götürəcəm. Valla sən adamın üstünə çox gəlirsən. Odur mənə çətinlik yaradan quran haqqı. Pulun da malını sabah vuracam. Səhər-səhər o pulu götürüb kassadan vuracam. Açotuna yaz, səhər-səhərdən yaz. 25 gündən sonra 2350 manatını məndən inşallah, Allah qismət eləsin, Allaqh deyən olsun, götürəcəksən. Yəni tez. Sabah günorta onun pulunu götürəcəm. Axşama da vuracam mah. 17.000-i. Səhər-səhər yazarsan açotuna. Sabahdan. Qeyd elə özündə, açotunda bilinsin. Yəni tezdəndən uje vurulacaq mal. Axşamın xeyir. Neynirsən? Bu ay 7.000, 5.000 bunları qaytardıqda. 17.000 çıxardacağıq sementdən. İstəyirəm şərik sənlə ancaq armatur işləyim. Sementdə paddeşka vermirsən. Armaturda yaxşı xeyir qalır, maraqlıdır həm də. Sementdə bizdə 17.000, 5.000, 24.000, 7.000 budurda səhv etmirəmsə. Düzdü? 68.000, 49.000, 10,000 armaturda. Bu daa bunun ad günündə. İşlədiyim o Vəli ilə olan puldur. İndi gözləyirəm gəlsin götürsün o armaturu. Onunla da işləyirəm axı. Pulları çəkib atmışam ki, gəl poxunu götür, gedim yatımda. Maşının içində qalmışam. And olsun Allaha. Elə adam olsa, Elçin Elçindiye. Gecə yatmır, camaatın pulunu aparır verir VİD-20211014-WA0195: A: .... girirəm. Bir 10 dəqiqə, 15 dəqiqəlik Ruslanın bir dostunun xahişini həl! edirəm burda, rəhbərlikdə. Çıxım gəlim Xətaidə zadda görüşəkdə. Orda Azurun yanında gəl görüşəkdə. Ortalıqda görüşək. Burdan çıxan kimi zəng eləyirəm sənə görüşək orda. İstəyir 17.000-i mən yarım saata sənə göndərim. Sənə ağzınla deyirəm ki, mən o pulu özümdən verdim. Şirkətin qardaşı rəhmətə gedib. O pulu istəmə. Çox sıxırsane Natavan məni. İstəyirsən 17.000-i də göndərim sənə. Deyirəm özümdən verdime 17. VİD-20211014-WA0196: A: görüşdüyünü, danışdığını, mənə pul verdiyini, nə bilime, mənlə iş gördüyünü, heç birini demə. Bu öz aramızda qalacaq. Yaxşı? Deyirəm... Bilməsin. Bilər məni qanıma qəltan edər. Sən Allah poxa salma məni. Bura Moskva deyil. Bura Bakıdır. Bakıda belə şeylər çox olur. Sabah mal vuracam. Səhər mənə kömək elə. Qazancımız əldən çıxmasın. Bu günə mənə 50.000 olsa kömək edə bilirsən? Mal qa danışır, cəmi 73.000 atmışam, xeyir ikimizindi. Şirkətdəyəm, açotdu, çıxım yığıram. Əziz Natavan xanım, biz, dünən pulu verdilər. Bir gün gecikdirdi. O ana pul dünən mənim əlimə gəldi. Axşam 8-də. Axşam 8-də də onların malını verdim. Ona görə, Natış. Burda elə bil sənin o ana pulun yoxdu, sementin 24.000-i, o dünən mənim əlimə gəldi. O gəlib təzədən mal alıb verməliyəm axı xeyir yazsın. Ona görə. Bir gün odur fərqlərimiz bizim. O yan bu yan. Birdə Allah rəhmət eləsin. Nəsə lazımdı köməklik eləmək zad? Onda gələndə xəbər elə görüşək. Həm də bu xırdaları birdənə kurupni mala salaq. Mən bu sementin pulunu, bu gün 7.000 də götürüm. Saxlayacam, vurmayacam mala. Gəl oturaq bu 5.000- dir, 7.000dir kurupniyə salaq. Yaxşı kurupni verimdə sənə, narmalni verim. Bu gün 7.000 götürüb saxlayacam da yəni əlimdə. 5.000, 7.000 başqa pullarım da var. Onları da götürəcəm saxlayacam əlimdə, sənin pulunu, öz pulumu. Gəl birdənə mal var, onu vuraq, məsləhətləşək. 27-si var ha, o mal, 49.000. O yadına gəlir, zavodda mal olmadı həmin gün, bazar gününə düşdü. Mən onu 29-u vurmuşam. Baxıram dəftərə o də orda bizdə 29udur. Mal olmadı, qüllədə çörək yedik e, onun səhəri günü vura bilmədim. Elə bil biz vurduq o malı 29-u. Açotum orda 29-udur. Bax birdənə onu biləsən. Mal olmadı, vura bilmədik. Bax bidənə, hamisi düzdü. Birdənə 29-u burda bidənə o var. Mənlə o səndə düz gəlmir. Fso. (cild 8, iş vərəqə 217-223). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 məxsus 180.850 manat məbləğində pul vəsaitinin verilməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, Elçinlə Natəvan arasında telefon danışıqlarının məzmunundan görünür ki, Elçin Natəvana hesabatlarının itdiyini bildirərək ona olan borcun məbləği ilə əlaqədar verdiyi suallara sonuncu həmin borcun 180000 manat və 500 dollar təşkil etdiyini qeyd etmişdir. Həmin səs yazıları ilə əlaqədar Təqsirləndirilən şəxs dindirilərkən səslərin ona məxsus olmasını qeyd edərək 68 000 manat faiz borcundan, 97000 manat isə əsas borcdan qaytardığını, cəmi 60000 manat borcu qaldığını qeyd edərək aralarında olan münasibətlərin faiz şərti ilə borc verilməsi ilə əlaqədar olduğunu qeyd etmişdir(Cild 8, iş vərəqə 226-236). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş vəsatətdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ilə arasında olan münasibətlərin mülki xarakterli daşımasını, Natəvana əsas borcdan 10850, 17000, 5400, 54000 manat , 2700 faiz məbləği, istintaq dövründə isə 5000 manat pul ödəməsi göstərilsə də həmin hallar yuxarıda göstərilən ifadələr və səs yazıları ilə təkzib edilmişdir . Belə ki, əvvəla məhkəmə iclasının əvvəlində Təqsirləndirilən şəxs ümumilikdə 180 850 manata görə Natəvana 66 000 manat xeyir, ana puldan isə ayrılıqda 30 000 manat, 98 000 manat və 5 000 manat ödədiyini bildirməklə fərqli məzmunda ifadə vermişdir.Bundan başqa Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında yuxarıda göstərilən səs yazılarının məzmunundan görünür ki, əvvəla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ilə aralarında olan borc münasibətləri ilə bağlı məlumatları telefonunun itirilməsi ilə əlaqədar məlumatsız olmuş, borcun miqdarını onunla dəqiqləşdirmiş, Zərərçəkmiş şəxs4 isə həmin borcun 180000 manat və 500 dollar təşkil etdiyini qeyd etmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs4 verməli olduğu borc pul vəsaitinin miqdarını bilmədiyi halda Təqsirləndirilən şəxs sonradan məhkəməyə dəqiqliklə sonuncuya hansı miqdarda pul qaytarması barədə verdiyi ifadələrini məhkəmə ağlabatan hesab etmir. Bundan başqa həmin smslərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 əvvəlcə “”puluna atan olsaydım 66.000 sənə faiz verməzdim” desə də sonradan sözlərini düzəldərək “faiz deyil. Xeyirdi. Xeyir verməzdim” bildirmişdir. Bundan başqa həmin danışıqlarda Zərərçəkmiş şəxs4 da Təqsirləndirilən şəxs “sənin pulunu, faizlərini çıx” deyə bildirmişdir. Göründüyü kimi “faiz” söhbəti Elçinlə Natəvan arasında əldə etidkləri “xeyir” mənasında işlədilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 arasında olan münasibətlər təqsirləndirilən şəxsin dediyi kimi faizlə qaytarmaq şərtilə zərərçəkmiş şəxs tərəfindən ona verilən borc münasibətləri ilə əlaqədar olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 əvvəllər aralarında mövcud olan “iş birliyi” əsasında ona müəyyən qədər pul vəsaiti qaytarmaqla aralarında mövcud olan etibarlılıq münasibətlərindən istifadə edərək sonuncuya tikinti materiallarının alıb satılması üçün pul vəsaitinin lazım olduğunu bildirməklə əldə edilən qazancın isə aralarında faiz nisbəti ilə bölünəcəyinə dair vəd etmiş və Zərərçəkmiş şəxs4 180000 manat və 500 dollar məbləğində pul vəsaiti almaqla geri qaytarmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs5 münasibətdə dələduzluq əməllərinə yol verilməsi epizodu üzrə ibtidai istintaq orqanının gəldiyi nəticəni qəbul edir və bu zaman zərərçəkmiş şəxsin, şahidlər Şahid9, Şahid10 ifadələri ilə yanaşı aşağıdakı sənədləri də sübut kimi nəzərə alır və qiymətləndirir: 25 iyun 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 57-59). 31 oktyabr 2018-ci il tarixli Bakı şəhəri 11 saylı notariat kontorunda notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs 65.000 manat pulun 01 may 2019-cu il tarixədək müddətinə qaytarılması şərti ilə borc verilmişdir (cild 5, iş vərəqə 189). İş materillarından görünür ki, Elçinin təklifi ilə Zərərçəkmiş şəxs5 vasitəsilə Həbib İsayedən 65000 pulun götürülməsi işin mübahisəsiz halını təşkil edir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs5 arasında bağlanmış borc müqaviləsinin həqiqəti əks etdirməməsi, əslində 65000 pul vəsaitinin Həbib adlı şəxsdən faizə götürülməsi, lakin işlərinin alınmaması səbəbiilə həmin pul vəsaitinin Həbibin qardaşı Ramizə qaytarılması, Ramizin isə qeyd edilən pul vəsaitini onların şəriyi olan Vüsalın borcu ilə əvəz edilməsi barədə dəlilləri ilə əlaqədar isə məhkəmə qeyd edir ki, həmin hallar məhkəmə iclas zalında ifadə vermiş Şahid12 ifadəsi ilə təkzib edilmişdir. Belə ki, Şahid12 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, pul vəsaiti Zərərçəkmiş şəxs5 tərəfindən “Mesanat Holdinq”in rəhbəri Ramiz adlı şəxsin qardaşı Həbib adlı şəxsdən faizlə götürülmüş, Elçin ona hər ay faiz ödəməli olduğunu bildirdiyinə sonuncuya kömək məqsədilə şeben ticarət ilə məşğul olmağı təklif etmiş, həmin ticarət fəaliyyətinə özü də qoşularaq onların aylıq 3900 manatın Həbibə özü ödəmiş,ümumiyyətlə 65000 manat pul vəsaitinin 40000 manat hissəsini Elçinin borc götürdüyü Həbib adlı şəxsin qardaşı Ramiz adlı şəxs tərəfindən Elçinin Ramizə məxsus "xxxx" MTK-ya verməli olduğu sementə görə qalmış qalıq borc pul vəsaiti üçün silinmiş, 40000 manat pul vəsaiti çıxıldıqdan sonra yerdə qalan pul vəsaiti hesabına qurulmuş ortaq biznes fəaliyyətindən əldə edilmiş pul vəsaitindən özünə çatan hissəsini mülkiyyətində olan “Toyota Camry” markalı avtomobil ilə əvəzləşdirilməsini və borclu olduqları Həbib adlı şəxsə verilməsi üçün Elçinə və Səbuhiyə təklif etmiş ,Elçin isə pulu Həbibdən alan şəxsin özü olduğunu bildirərək avtomobili özü götürmüşdür. Bundan başqa müdafiə tərəfi Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs5 arasında bağlanmış 31 oktyabr 2018-ci il tarixli kredit müqaviləsini mübahisələndirərək əslində həmin müqavilənin Səbuhinin Həbibin onu tutdurmasından qorxduğu üçün Elçindən xahiş etməsi ilə əlaqədar bağlanmasını qeyd etmiş və müvafiq halın təsdiq edən dəlil kimi X7 Zərərçəkmiş şəxs5 qarşı borc tələbinin ödənilməsi barədə iddiasından ilə imtina etməsi əsası ilə icraata xitam verilməsinə dair Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsinə istinad etmişdir. Məhkəmə müdafiə tərəfinin həmin dəlili ilə əlaqədar əvvəla qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 07 noyabr 2018ci il tarixli qərardad ilə müəyyən edilmişdir ki, X20 14 iyun 2017-ci il tarixli müqavilələ üzrə verilmiş 650000 manat pul məbləğinin yalnız Zərərçəkmiş şəxs5 deyil, sonuncu ilə yanaşı həmçinin, Təqsirləndirilən şəxs və Şahid12 müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddia ilə müraciət etmişdir. Digər tərəfdən qətnamədən görünür ki, iddiaçının vermiş olduğu iddiadan imtina etməsi əsası ilə həmin mülki iş üzrə icraata xitam verilmişdir (cild 2, iş vərəqə 136).Qeyd olunan təqdirdə məhkəmə hesab edir ki, həmin qərardadla hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə əsasən preyudisial xarakter daşıyan hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə iclasında ifadə verən Şahid12 də Həbibdən borc pul vəsaitinin Zərərçəkmiş şəxs5 aldığını, həmin pul vəsaitini Elçinə verdiyi, həmin pul vəsaitinin bir hissəsi hesabına Vüsalın özünün də Elçin və Səbuhi ilə müştərək qaydada ticarət fəaliyyəti ilə məşğul olduğunu, lakin özünə düşən borc məbləğinin qaytarılması məqsədilə mülkiyyətində olan avtomobili Elçinin adına keçirtməsini bildirsə də sonuncu həmin avtomobili əldə etməsinə baxmayaraq Zərərçəkmiş şəxs5 hər hansı məbləğdə pul ödəməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs6 münasibətdə dələduzluq əməllərinə yol verilməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticəni qəbul edir və bu zaman zərərçəkmiş şəxsin, şahidlər Şahid11, Şahid12, Şahid13, Şahid14, Şahid15, Şahid6 ifadələri ilə yanaşı aşağıdakı sənədləri də sübut kimi nəzərə alır və qiymətləndirir: 12 may 2020-ci il, 01 fveral 2021-ci il, 24 may 2022-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs6 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 3, iş vərəqə 64-67, cild 5, iş vərəqə 10-15, cild 8, iş vərəqə 130-139). 13 may 2020-ci il tarixli götürmə aparılması haqqında qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən əlyazma ilə yazılmış A4 formatlı vərəq götürülmüşdür (cild 3, iş vərəqə 83-86). 08 iyul 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir qeyri-adi psixofizilioji vəziyyət (stress, həyəcanlı vəziyytədə və ya təyziq altında) olmadan icra edilmiş və imzalanmış əyazmaların məzmunu aşağıdakılardan ibarətdir. Birinci qəbz: “ Mən Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi seriya AZE 14756997 22 sentyabr 2012-ci il tarixli) yaxın dostum Şahid11 Bayram oğlunun yaxın qohumu Zərərçəkmiş şəxs6 tikintiləri ilə iş birliyi qurmaq məqsədi ilə 230.800 manat pul aldım. Ondan 45.000 manat 6-cı mikrorayon dairəsində yerləşən “Xudafərin” restoranında götürdüm, 185.000 manatı isə Habilin vasitəsi ilə almışam. Danışığımız belə olmuşdu. Tikinti işi görən Rüfət adlı şəxsdən 205 ton və 87 ton cəmi 292 ton armatur gətirməklə 205 tonun hər biri 190 manata 87-190 metal qazanc əldə olunmalı idi. Belə ki, cəmi hər ay əldə olunmaqla 54.470 manat təşkil edəcəkdi. Həmin 67 faizin Şahid11 və Zərərçəkmiş şəxs6 qazanc çatacaqdı. Sövdələşmədə ötən dövr ərzində qazanc olub 59.480 manat yəni, 37.171 manat Şahid11 Zərərçəkmiş şəxs6 ondan 22.577 manat ödənib, qazancın qalığı 14.591 təşil edir. Ödəniləcək məbləğ 24.533 manat. 12 yanar 2019-cu il tarixdə tam ödəyəcəm. İkinci qəbz: Mən Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi seriya AZE 14756997 22 sentyabr 2012-ci il tarixli) yaxın olan dostum Şahid11 yaxın qohumu Zərərçəkmiş şəxs6 tikintiləri ilə iş birliyi qurmaq məqsədi armatur alıb satmaq məqsədi ilə 230.800 manat pul aldım, ondan 50.000 manatı Nəsir müəllimdən 6-cı mikrorayon ərazisində yerləşən Xudafərin restoranında nağd götürdüm, 185.800 manatı İsə Habilin vasitəsilə almışam. Danışığımız belə olmuşdu ki, tikintidə işləyən Rüfət adlı şəxsə 205 ton və 87 ton cəmi 292 ton armatur verilməklə hər bir tona 190 manat 87-90 mant qazanc əldə olunmalı idi. Beləliklə, cəmi hər ay əldə olunmalı qazanc 54.480 manat təşkil edəcəkdi, həmin məbləğin 67 faizi Şahid11, 33 faizi Zərərçəkmiş şəxs6 çatmalı idi. Sövdələşmədə ötən dövr ərzində qazanc cəmi olub 54.470 manat, 67 faizi 37.177 manat. Şahid11, Zərərçəkmiş şəxs6 22.577 manat mənim tərəfindən ödənilib. Qazanc qalıq 14.599 manat təşkil edir. Üçüncü qəbz: Mən Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi seriya AZE 14756997 22 sentyabr 2012-ci il tarixli) yaxın dostum Şahid11 yaxın qohumu Zərərçəkmiş şəxs6 tikintidən və iş birliyi qurmaq məqsədi ilə armatur alıb satmaq məqsədi ilə 230.800 manatı aldım. Ondan 45.000 manatı Nəsir müəllimdən 6-cı mikrarayon ərazisində yerləşən Xudafərin restoranında nağd götürdüm, 185.700 manatı isə Habilin vasitəsilə almışam. Danışıq belə olmuşdu ki, tikintidə işləyən Rüfət adlı şəxsə 205 ton və 87 ton cəmi 292 ton armatur verilməklə hər bir tona 190 manat 87-90 mant qazanc əldə olunmalı idi. Belə ki, cəmi hər ay əldə olunmalı qazanc 54.480 manat təşkil edəcəkdi, həmin məbləğin 67 faizi Şahid11, 33 faizi Zərərçəkmiş şəxs6 çatmalı idi. Sövdələşmədə ötən dövr ərzində qazanc cəmi olub 54.480 manat həmin məbləğin 67 faizi Şahid11, 33 faizi Zərərçəkmiş şəxs6 çatmalı idi (cild 4, iş vərəqə 1-13). 03 fevral 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi 01 ədəd diskə baxış keçirilən zaman CD diskdə AUD-20200126-WA0090.opus, AUD-20200126-WA0095.opus, AUD- 20200126- WA0098.opus, AUD-20200126-WA0105.opus. AUD-20200126-WA0106.opus, AUD- 20200126-WA0107.opus, AUD-20200126 WA0108.opus, AUD 20200126WA01165.opus, AUD-20200126-WA0235.opus adlı cəmi 114 ədəd faylların olduğu, həmin audiofaylların hamısında olan səs yazılarında ümumilikdə bir nəfər kişi cinsli şəxsin “Habil” adı ilə müraciət etdiyi şəxslə telefonla danışdığını və mallar (armatur) barədə söhbət etməklə, həmin şəxsdən köməklik istəyərək malların satışından sonra həmin şəxsə olan müxtəlif məbləğdə olan pulları ödəyəcəyinə dair söz verməsi müəyyən olunmuşdur. İş üzrə istintaq əhəmiyyəti daşıdığından, baxış keçirilmiş 01 ədəd CD disk maddi sübut kimi götürülmüşdür (cild 4, iş vərəqə 133). 21 dekabr 2020-ci il tarixli sənədin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şahid qismində dindirilmiş Şahid11 qalıq qalmış olan 110.000 (bir yüz on min) manat borcunun əvəzi olaraq xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən alınmış çıxarışın surətini istintaqa təqdim edərək, Şahid11 olan borcunun müqabilində qeyd olunan çıxarışda göstərilən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 157 kvadrat metrlik fərdi yaşayış evini verə biləcəyini bildirmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən həmin 01 vərəqədə çıxarışın surəti götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 4, iş vərəqə 215-216). Cinayət işi materiallarına əlavə edilmiş məktublardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, Fəzail Bayramov, Afiəddin Cəlilov və Ayaz İsmayılov küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasının tikintisi zamanı xx xxxxx 1989-cu ildə Şirvan şəhərində doğulmuş Təqsirləndirilən şəxs bilavasitə özü və ya qeyrisi (fiziki və ya hüquqi şəxs) vasitəsilə tikinti materialları verib-verməməsi, müsbət halda hansı tarixlərdə, növdə, həcmdə və şərtlərlə tikinti materiallarını satması barədə məlumatları özündə əks etdirən rəsmi sənədlərin əsli ilə təsdiq edilmiş surətlərinin göndərilməsi bağlı müraciətə cavab olaraq Təqsirləndirilən şəxs özü və ya qeyrisi vasitəsi ilə həmin şirkət arasında heç bir ticarət fəaliyyətləri olmamışdır (cild 8, iş vərəqə 192-193). 08 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid11 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs +**********39 saylı mobil telefon nömrəsi vasitəsilə onun tərəfindən Şahid11 istifadəsində olan +**********18 saylı mobil telefon nömrəsinə WhatsApp ani mesajlaşma proqramı vasitəsilə göndərilmiş səs yazıları olan diskə baxış keçirilmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs məxsus aşağıdakı məzmunda danışıqlar müəyyən edilmişdir: WhatsApp Audio 2022-07-11 at 18.43.12 (1): “salam nətərsən. Nə var nə yox. Keçən dəfə gəlmədim. Gördüm əsəbisən dedim vuracaqsan məni. Ona görə gəlmədim. Əsəblərin soyusun səbrini bas, məni axtarma, arama nə olar. 220.000 manat alqı-satqı var. Pulu mən qötürəcəm. Telefonumu söndürüb qaçacam yanına. Borcumu sənə verəcəm. Sən Allah 1-ci, 2-ci günə kimi məni axtarma poxu çıxmasın. Tanıdığın adamlara qoyuram. 1-ci, 2-ci gün alqı-satqıdı. Bax əlimlə beh verdirdim 5.000 manat. And olsun Allaha. Day 2.000ə, 3.000-ə, 20.000-ə, 10.000-ə getmirəm. Onunla səni bağlaya biləcəyik. WhatsApp Audio 2022-07-11 at 18.43.48: “Deməyəcəkdim bu variantı. Allah keçsin günahımdan boğuluram. Sənin kimi qardaşı da pis vəziyyətə salmışam. Qoy eləyim. Sən bilirsən axı mənim əlimdə o heçnədi. Sənə demişdim də, bu sentyabr səninlə qurtaracam. Yadına gəlir, söz vermişdim axı qurtaracam. Deməli 2-ci gündə səninlə qurtarıram, bitirəm. Yəni, belə borcum qalacaq e, 90.000 borcum qalacaq. Ona mənə vaxt verərsən ki, gəlim onu da 20.000-20.000, 30.000-30.000 ödəyim. Uje 210.000-i verəndə sənin yanında rahat olacam, rahat qalacam. Heç bir şey eləməyəcəm də, qorxum olmayacaq. Sən Allah, nə eləyirsən elə. Gözlə qoy bir dənə bunlara vurum, Allah keçsin günahımdan. Bilirəm düz eləmirəm ama başqa yolum yoxdu. Qoy eləyim canım qurtarsın.” WhatsApp Audio 2022-07-11 at 18.43.12 (2): “səni mən qoy vəziyyətdən qurtarım. 1ci, 2-ci gün alqı satqıdı. Habil 220.000-i dəc qötürəcəm ortadan. Pulun mənə verəcəklər mən aparacam. Gətirməyəcəm deyəcəm aldatdılar məni borcumdan çıxdılar. Nə variant fırladacam özüm bilərəm. Gətirib 210.000-i sənə verəcəm. 10.000-i də qötürəcəm ki gizlənməyə zada. Görək üstümdə pul olsun. Məni Naxçıvana zada bir yerə göndərərsən. Bir az hərəkət eləyə bilim də. Ara sakitləşsin gəlim vaxt alım onların pulun malla-materialla bağlayım.” WhatsApp Audio 2022-07-11 at 18.43.12: “Qardaş deməli orda 60 kvadratdan 153 kvadratacan ev var. O bir dənə binanın şəklidi. 2 blokludu da yəni orda bir dənədir. 12 mərtəbəli binadır. Deməli 60 kvadratdan 153 kvadratacan ev var. Dayı indi hansı kvadratı istəsə ona görə gedib danışmalıyıqda. Hansı kvadratı istəsə. Şey olsa onun pulu olmasa gərək mən onu armaturla verəm əvəz eləyəm. Bir şey fikirləşim də. Orda bəyənsə nəsə həll eləmək olarda. Sabahlarım baxsın onsuzda biz günortadan sonra görüşəndə oturaq müzakirə eləyəkdə. Nəsə yolun tapacayıq da.” WhatsApp Audio 2022-07-11 at 18.43.13 (1): "Birinci Habil faiz söhbətini deyənin varın-yoxun sikim. Dünən qronkidə yığılıb bilmirəm 10 nəfər idiniz orda, 5 nəfər idiniz, 3 nəfər idiz, mən demişəm ki, 230.000 manat ana puldu 40.000 manat da xeyir olub. 38 min nə qədər. Dünən də yığıblarmən demişəm 300.000 borcum var. Mən bunu danmamışam bu iki. 2-cİ də ki, sən o pulu mənə göndərmə. Zaur mənə deyib ki 100-200 olan da. Deyirəm Zaur indi özün görürsən də nəyim olur. Ondan görmüşəm 100 manat, 200 manat. Əlimə nə keçir onu göndərmişəm. Birincidə mənə 500 manat Zaur veribsə mənim ağzımı siksinlər. Zaur deyib ki, 500 manat Habilə qoyum, 500 manat da öz cibimdən göndərim. Demişəm göndər. O da sənə deyib sən götürməmisən. Mənə veribsə sənə görməmişəmsə nəisə. Bunu da qoydum o üzə. 2-ci dəki mən ev götürə bilsəm sənin həyatınla oynamaram. Mənim, ananı Allah şəfa versin anamızdı. Mənim anamı Samir yığıb bilmirəm nə deyib mən sənə heç vaxt onu deməmişəm. Mənə prosta ki atam yığıb deyəndə ki, Samir yığıb belə deyib. ƏstafurAllah qardaşım yığıb deyən də, Zaurgil mənim yanımda idi. Dedim nolub. Dedi, mama yığıb Samir belə danışıb onunla mamanı balnitsaya aparıblar. Qardaşımla bir az sporlaşdım heç mən nə sənə qayıdıb deməmişəm onu nə də Samirə bir söz deməmişəm. Bu bir.” WhatsApp Audio 2022-07-11 at 18.43.13 (2): Pulun mən qəpiyinəcan çatdıracam Habil. Mən, dünən orda idin, orada deyildin bilmirəm mikrofona da qoşuldu, Samir idi. Dedilər qardaşıdır burda. Dedim, fərqi yoxdurda mənə kim olur olsun. Yəni mənim 270.000 yox 300.000 borcum var. Qardaş danmıram ki. Heç yerdə də danmaram. 130,000 zad o səhv başa düşübdür. Demisəm, 230.000 ana puldu, 40.000 manat da işdə xeyir var idi, 38.000 nə qədər, o gələcəkdi. Onu götürə bilmədim. O düşdü bunun poxuna. Ə o sənin problemin deyil də qardaş, o mənim problemimdi. Ataların bir sözü var, "çimmə, boğulma". Mən boğulmadım e batdım. Eybiyoxdur, Allah böyükdü, nə bilim e qurban olum Allaha. Yoluna qoyar hər şeyi. WhatsApp Audio 2022-07-11 at 18.43.54: Armatur çəkməyim, iş görməyim qardaş bizim xeyirimizədə. Əlimi-əlimin üstünə qoymamışam. Hərəkətdəyəm özü də bərk hərəkətdəyəm. 5.000, 10.000 yox a 15.000 yox a. 250.000, 300.000 həll eləyirəmdə. Sən görəcəksən ki, mənim nətər "divijeniyam" var da. Qardaş, mən "padarka" deyiləm ki, 200- 300.000-lə oynayan oğlan olmuşam. İndi düşdüm, həll eləyirəm "brat" sakit ol. Səbrini bas məndə yorulmuşam. Ama bilki bu gün, sabahlıq da yorulmağımız. 1-2 gün qalıb bizim söhbətlərə. Nə sən məni öldürəcəksən, nə də heç kəsi. Allah heç o günü göstərməsin buracan da qoruyum. WhatsApp Audio 2022-07-12 at 16.29.43: Bir də ki o 40.000 nə bilim ayın 5-i zad mən hamıya demişəm ki, ordan mənə 40.000 kömək eləyin. 30.000 bu üz verəcək, 10.000 də bu. Kömək eləyin, mənim Habillə problemim var. Heç biri o biri pulu bilmir. Mən nə götürəcəm, nağaracam, neyləyəcəm. Yəni ayın 5-i zadıda boş ver kiminsə sözün. Mən onu bu gün-sabah özüm həll eləyib, gətirib verəcəm onu. Yəni mən onu 3-4 gün ərzində Habil mən o pulu həll eləyəcəm. Mənim sənə dünəndə mikrofonda bilmirəm orda idin, orda deyildin qardaşında orda idi. Mən dedim, Habilə 300.000 borcum var. 270.000 yox 300,000. Deməli mən 230.880 manatıda sənə söz verdiyim kimi. Bu alverdən mənim, ən real alverim budu. Bundan götürüb, gətirib verəcəm. WhatsApp Audio 2022-07-12 at 16.30.54: “Birdəki mən o Ağ şəhərdəki evin pulun gətirib sənə verəcəm. İstəyirsən götümü deş, istəyirsən ağzıma ver. Nə istəyirsən elə özün bilərsən qardaş. Nə istəyirsən elə mənə. Mənim o pulumdu, gətirib verəcəm sənə. Qaldı ki, dünən də demişəm ki, çünki o səhv başa düşüb. 230.000 ana puldu 40.000 də ki xeyirdi. Xeyiridə ki, mən ağzımla demişəm ki, sənə bu qədər xeyir var. Sən mənə xeyir qoşmamısan, xeyir verməmisən. Bu sözü təkrarlamaqdan mən uje yoruldum. Mən 50 dəfə demişəm ki, 300.000 borcum var ona. Birinci kimə nə girib-çıxanı var, mənim Habilə borcum var, nəyim var. Kimsə mən sənin üstünə Zauru xahişə göndərməmişəm. Özünüz danışmısınız, o gedib sənin yanına. Mən özüm səndən vaxtımı da, alıram andımı da içirəm, söyüşümüdə söyürəm özüm.” WhatsApp Audio 2022-07-12 at 16.32.24: “Allah dualarımı eşidir. Dünənlərim bu Samirlə bax Allaha and olsun qurtardım. Evin yazdım bax, gətirdi 5-10.000 pul bir dənə ev yazdım getdi. Karruçiyaya qoydu ki, bu mənim risqi ödədi də. Bax Allaha and olsun bax indi atacam sənə. Allah üzümə baxıb. Əvvəlki Elçin deyiləm. İşlərim düzəlib brat. Malıda vermişəm İran armaturudu. Allah qoysa 5-ci gün səhər-səhər səninlə gedəcem. Günorta 2- ə, 3-ə can 52.000 manat götürəcəm. Bax bir dənə söyüş atıram sənə. Əgər 5-ci gün onu mən verməsəm Ayselə deyərsən ki, bax budu sənin ərin. Bu sms-i atarsan dədəmə, qardaşıma, yoldaşıma kimi tanıyırsan atarsan. Bir dənə bu vermişəm dünənlərim 5-ci gün götürəcəm. Bu iki gün bayramdı. Oğlan Zərdabdadır. Gedib bayrama. Sabah yox birisigün götürəcəm and olsun Allaha (cild 8, iş vərəqə 215-216). Məhkəmə, müdafiə tərəfinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6la ümumiyyətlə heç bir əlaqəsi olmaması, sonuncunun ona pul verməməsi, onların arasında heçbir pul, ticarət, kommersiya və s. münasibətlərinin olmadığını bildirməsi barədə dəlilləri məhkəmə iclas zalında tədqiq edilən yuxarıda göstərilən sübutlar ilə təkzib edilmişdir. Məhkəmə toplanmış sübutları məcmu şəkildə bir- biri ilə müqayisə etməklə müdafiə tərəfinin yuxarıda göstərilən dəlili ilə əlaqədar əvvəla qeyd edir ki, müdafiə tərəfi iş materiallarına əlavə edilmiş müvafiq qəbzlərin Habilə olan borcu olduğu üçün Təqsirləndirilən şəxs tərəfindən yazıldığını etiraf etsə də həmin qəbzlərdə Təqsirləndirilən şəxs aldığı pul vəsaitini Rüfət adlı şəxsə verdiyini göstərmişdir. Lakin cinayət işi materiallarına əlavə edilmiş 21 dekabr 2020-ci il tarixli dindirmə protokolundan görünmüşdür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ifadə verərək Şahid11 faizlə pul aldığından sonuncunun Elçinin kimlə işgüzar münasibətlərdə olmasının maraqsız olduğunu, Rüfət adlı şəxsi tanımadığını, sonuncu ilə armatur alveri ilə məşğul omadığını bildirməklə həmin faktı da təkzib etmişdir. Bundan başqa müdafiə tərəfi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6la ümumiyyətlə heç bir əlaqəsi olmaması barədə dəlilini əsaslandırarkən Elçinin borcla bağlı telefon danışıqlarının yalnız Habillə olmasına istinad etsə də Habillə Elçin arasında baş tutmuş , “Sənin kimi qardaşı da pis vəziyyətə salmışam. Qoy eləyim. Sən bilirsən axı mənim əlimdə o heçnədi. Sənə demişdim də, bu sentyabr səninlə qurtaracam. Yadına gəlir, söz vermişdim axı qurtaracam”, “Dayı indi hansı kvadratı istəsə ona görə gedib danışmalıyıqda. Hansı kvadratı istəsə. Şey olsa onun pulu olmasa gərək mən onu armaturla verəm əvəz eləyəm. Bir şey fikirləşim də. Orda bəyənsə nəsə həll eləmək olarda.” kmi məzmunlu həmin danışıqlarla təsdiq edilir ki, Elçin həmin pul vəsaitinin Habilə deyil, “dayı” kimi müraciət etdiyi şəxsə məxsus olduğunu dərk etmiş və mövcud borc pul məbləğinin “dayı” adlı şəxsin təklif edilən evlə əvəz edilməsi barədə razılıq əldə edilməsinə ümid etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs7 münasibətdə dələduzluq əməllərinə yol verilməsi epizodu üzrə ibtidai istintaq orqanının gəldiyi nəticəni qəbul edir və bu zaman zərərçəkmiş şəxsin, şahidlər Şahid4, Şahid12 ifadələri ilə yanaşı aşağıdakı sənədləri də sübut kimi nəzərə alır və qiymətləndirir: 27 oktyabr 2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 7, iş vərəqə 16-20). Cinayət işi materiallarına əlavə edilmiş 18 iyul 2014-cü il tarixli daşınmaz əmlakın satışına dair beh müqavilələrinin surətinin birincisindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs7 arasında bağlanmış beh müqaviləsinə əsasən Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 9 ünvanında yerləşən binanın 10-cu mərtəbədə yerləşən 156,77 kvadrat metr sahəyə malik 93.600 manat dəyərində mənzilə dair 40.000 manat pul beh olaraq Təqsirləndirilən şəxs verilmiş, mənzilin alqı-satqı günü 18 avqust 2014-cü il tarix kimi nəzərdə tutulmuşdur. Həmin müqavilədə alıcı qismində Zərərçəkmiş şəxs7, satıcı qismində Təqsirləndirilən şəxs, şahid kimi Rasim Vəliyev, X19 imzalamışdır. İkinci beh müqaviləsində birincidəkində olan bütün əlamətlər eyni olsa da həmin mənzilin satış qiyməti 78.000 manat kimi, 40.000 manat ödənildikdən sonra ödənilməli məbləğ isə 38.000 manat kimi nəzərdə tutulmuşdur (cild 6, iş vərəqə 198-199). İş materiallarından görünür ki, müdafiə tərəfi Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs7 arasında olan münasibətlərin mülki xarakterli olmasını, Zaur tərəfindən ona yalnız 40000 manat pul məəbləğinin alqı-satqı predmeti olan mənzilin alınması üçün beh qismində verməsini, evin satışı üçün nəzərdə tutulmuş pulu ödəyə bilmədiyi üçün həmin mənzilin mülkiyyətçsi tərəfindən başqa şəxsə satılmasını, Mülki Məcəllənin tələbinə əsasən isə beh məbləğinin qaytarılmaması barədə müddəalara əsaslanaraq həmin pul vəsaiti geri qaytarılmamasını iddia edir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 40000 manat pul vəsaitini əldə etməsi barədə işin faktiki halını etiraf edir, lakin Zərərçəkmiş şəxs7 tərəfindən evin pulunun tam ödənilməməsi səsbəbilə behin batdığı qənaətinə gəldiyini və bu səbəbdən pulu qaytarmadığını qeyd edir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında ifadə verən Şahid12 etiraf etmişdir ki, Elçinin ev alqı-satqısına görə Zərərçəkmiş şəxs7 borcu olmuş, hətta həmin borcun bir hissəsinin Elçinin əvəzinə o ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmə Zərərçəkmiş şəxs7 ifadələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən mötəbərliliyinin şübhə altına alınması üçün əsaslar müəyyən etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Qeyd edilən əməllərin külli miqdarda ziyan vurmaqla törədilməsi həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. CM-nin 177-ci maddəsinin Qeydinə əsasən külli miqdar dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Məhkəmə, yuxarıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə münasibətdə dələduzluq əməlinə yol verməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə təkrarən külli miqdarda maddi ziyanın vurulması ilə yolu ilə dələduzluq əməli törətməsi cinayət işi materialları ilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21 dekabr 2015-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın qismən ödənilməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi əlamətinin olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən barəsində cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 02 il şərti sınaq müddəti təyin edilməklə qəti olaraq 05 il 08 ay 12 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir.Sınaq müddəti 28 sentyabr 2018-ci il tarixdə başa çatmışdır (cild 1, iş vərəqə 51-52, cild 2, iş vərəqə 164-209, cild 7, iş vərəqə 21-22). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin 18.4-cü maddəsində əvvəllər Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə (məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum edildikdə) və yaxud 18.4cü maddəsində göstərilən hallara aid olduqda (yəni, şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan – islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə) residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər tərəfindən törədilmiş cinayətlərə görə məhkumluq müddəti sınaq müddəti başa çatdıqda ödənilmiş hesab edilir. Göründüyü kimi təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən sınaq müddəti başa çatmadığı, yəni məhkumluğunun ödənilmədiyi dövrdə yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli residiv hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi kimi barəsində cəzasını yüngülləşdirən halın və əməlində cinayətlərin təhlükəli residivi əlaməti kimi cəzasını ağırlaşdıran halın müəyyən edilməsini, törətdiyi cinayətin xarakteri, ictimai təlükəliliyi və xarakterini nəzərə alaraq, cəzanın məqsədlərinə nail olmaq nöqteyi nəzərindən hesab edir ki, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Qanunun yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm ilə təyin olunacaq cəza ilə qismən toplanılmalıdır. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 05 (beş) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi ləğv edilməli, Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş və çəkilməmiş 05 (beş) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunacaq cəza ilə qismən birləşdirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 yanvar 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilmiş (cild 6, iş vərəqə 122), 26 mart 2019-cu il tarixdə tutulmuş(cild 6, səh 137) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 26 mart 2019-cu ildən hesablanmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş (cild 6, iş vərəqə 157-160, 161-164), barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdiyindən ibtidai istintaq orqanının 21 iyun 2019-cu il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş (cild 2, iş vərəqə 52-55), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli həmin tarixdən hesablanmışdır (cild 7,iş vərəqə 71-77), 23 dekabr 2021-ci il tarixli Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 yanvar 2022-ci il tarixədək uzadılmış (cild 7, iş vərəqə110-113), 22 yanvar 2022-ci il tarixli Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri 27 mart 2022-ci il tarixədək uzadılmış(cild 7, iş vərəqə 149-154), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 27 aprel 2022-ci il tarixədək uzadılmış(cild 7, iş vərəqə 225-234), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2022 –cil tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 27 may 2022-ci il tarixədək uzadılmış (cild 8, iş vərəqə 31-37), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti 27 may 2022-ci il tarixədək müəyyən edilmiş (cild 8, iş vərəqə 86-89), ibtidai istintaq orqanının 28 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdiyindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 8, iş vərəqə 140-143),Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2019-cu il tarixdən 20 yanvar 2019-cu il tarixədək tutulduğu 1 gün, 26 mart 2019-cu il tarixdən 21 iyun 2019-cu il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 2 ay 25 gün, 29 oktyabr 2021-ci ildən 27 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 6 ay 28 gün müddət Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalı, ibtidai həbs müddəti və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilmiş hissəsi qəti cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Şahid11 təqdim etdiyi səs yazılarından ibarət 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.17 və 346.1.21 ) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsidir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Zərərçəkmiş şəxs4 mülki iddia ərizəsində maddi ziyana görə 180850 (bir yüz səksən min səkkiz yüz əlli) manat ziyanın əvəzinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 % məbləğində (dekabr 2018-iyun 2025 = 6 il 6 ay 180.850x0.05x6.5=58.776,25 (əlli səkkiz min yeddi yüz yetmiş altı manat iyirmi beş) qəpik borcun, vəkil xərci 2500 (iki min beş yüz) manatın və 539 (beş yüz otuz doqquz) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə yanaşı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 ittiham aktında qeyd edilən məbləğdə ziyan vurulması ilə əlaqədar dələduzluq cinayəti törətdiyi barədə qənaətə gəldiyindən hesab edir ki, Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs tutularaq 180.850 manat pul vəsaiti, 471 manat məbləğində dövlət rüsümu Zərərçəkmiş şəxs4 ödənilməlidir. Bundan başqa məhkəmə cinayət işinə baxılma müddətini, cinayət işi cildlərinin sayının çoxluğunu nəzərə alaraq, həmçinin Zərərçəkmiş şəxs4 hüquqlarının təmsil edilməsi üçün tərəfindən vəkilə ödənilmiş 2500 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq ona qaytarılmalıdır. Məhkəmə ******* (əlli səkkiz min yeddi yüz yetmiş altı manat iyirmi beş) qəpik məbləğinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ödənilməsi barədə zərərçəkmiş şəxsin iddia ərizəsinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi əvvəla tərəflər arasında mövcud olan borc münasibətlərinə şamil edilir. Hazırki iş üzrə təqsirləndirilən şəxsə elan edilmiş ittiham sonuncunun zərərçəkmiş şəxs barəsində dələduzluq əməllərinə yol verilməsi ilə əlaqədar olmuşdur. Digər tərəfdən zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə pul vəsaitinin faizlə və ya bank olmayan digər kredit təşkilatı qismində ödənilməsi, sonuncunun hər hansı ticarət fəaliyyəti ilə məşğul olması və bu səbəbdən həmin pul vəsaiti ona vaxtında verildiyi təqdirdə nə qədər qazanc əldə edəcəyi barədə dəlillər məhkəməyə təqdim edilməmişdir. Zərərçəkmiş şəxs4 da məhkəmə iclasında da dəfələrlə Təqsirləndirilən şəxs pul vəsaitini faizlə vermədiyini etiraf etmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 242 (iki yüz qırx iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 4, iş vərəqə 2, Cild 8 iş vərəq 196-198). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökmetdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplama yolu ilə birləşdirilərək üzərində 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 05 (beş) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi ləğv edilsin, həmin hökmlə təyin edilmiş və çəkilməmiş 05 (beş) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 2 (iki) ay 6 (altı) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət nəticəsində Zərərçəkmiş şəxs4 müdafiəçisi Nümayəndə2 tərəfindən verilmiş mülki iddia qismən təmin olunsun. Zərərçəkmiş şəxs4 vurulmuş 180.850 (yüz səksən min səkkiz yüz əlli) manat , dövlət rüsumu ilə bağlı ödənilmiş 471 (dörd yüz yetmiş bir) manat və hüquqi xidmət göstərilməsi ilə əlaqədar 2500 (iki min beş yüz) manat, ümumilikdə 183.821(yüz səksən min səkkiz yüz iyirmi bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. İş üzrə maddi sübut - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Şahid11 təqdim etdiyi səs yazılarından ibarət 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 242 (iki yüz qırx iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-54/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-54/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver