Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-540/2022 05.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Səfulla qızının iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan orta təhsilli, işləməyən, məhkum olunmamış, Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatda olmaqla, ünvan 2nvanında faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxx 1977-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında faktiki yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır; belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə tanışı Təqsirləndirilən şəxs2, İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Mehdi” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Binəqədi rayonu ərazisində gizlətməklə saxladıqları 2400 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 1030 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminİ, külli miqdarda 794,092 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda 3396,031 qram çəkidə narkotik vasitə heroini cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etdikləri qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərilərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 102, 64 №-li mənzilə qanunsuz daşımış, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitələrdən Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə 52,310 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 bir ədəd bükümdə 48,721 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədilə üzərilərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 22:00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 102 №-li binanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib 9 avqust 2021-ci il tarixdə saat 00:20-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə 52,310 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə 48,721 qram çəkidə narkotik vasitə heroin, daha sonra sonuncuların razılığı və iştirakı ilə yaşadıqları ünvan 2nvanına 09 avqust 2021-ci il tarixdə saat 03.00-dan etibarən keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı divanın yanındakı stulun altından bir ədəd torbada onların satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladıqları 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1750 qram və 650 qram, ümumi təmiz çəkisi 2400 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə ümumi təmiz çəkisi 1030 qram psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1235 qram, 1035 qram, 1025 qram, ümumi təmiz çəkisi 3295 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 377,121 qram və 416,971 qram, ümumi təmiz çəkisi 794,092 qram narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır; belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə tanışı Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Mehdi” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Binəqədi rayonu ərazisində gizlətməklə saxladıqları 2400 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 1030 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda 794,092 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda 3396,031 qram çəkidə narkotik vasitə heroini cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etdikləri qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərilərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 102, 64 №-li mənzilə qanunsuz daşımış,, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitələrdən Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə 52,310 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 bir ədəd bükümdə 48,721 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədilə üzərilərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 22:00-da Q.Qarayev prospektində yerləşən 102 №li binanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib 9 avqust 2021-ci il tarixdə saat 00:20-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə 52,310 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə 48,721 qram çəkidə narkotik vasitə heroin, daha sonra sonuncuların razılığı və iştirakı ilə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102, 64 №-li mənzildə 09 avqust 2021-cİ il tarixdə saat 03.00-dan etibarən keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı divanın yanındakı stulun altından bir ədəd torbada onların satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladıqları 2 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 1750 qram və 650 qram, ümumi təmiz çəkisi 2400 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə ümumi təmiz çəkisi 1030 qram psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1235 qram, 1035 qram, 1025 qram, ümumi təmiz çəkisi 3295 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 377,121 qram və 416,971 qram, ümumi təmiz çəkisi 794,092 qram narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 08 avqust 2021-ci il tarixdə saat təxminən 22:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanının yaxınlığında olarkən ona DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq zor tətbiq edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu təxminən 3-4 il əvvəl Fedya adlı ümumi tanışları vasitəsilə tanıdığı, bir yerdə meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olduğu Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanındakı mənzilə qaldıraraq qapının ona döydürmüşlər, Təqsirləndirilən şəxs2 qapını açdıqdan sonra onun və Aydının razılığı olmadan mənzilə daxil olmuşlar, mənzilə girən kimi Təqsirləndirilən şəxs2 təzyiq edərək mənzilində külli miqdarda narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişlər, Aydın buna etiraz edərkən Aydına təzyiq edilərək mənzildə axtarış aparmışlar və axtarış zamanı qonaq otağındakı divanın yanında stulun altından bir torba aşkar edilmiş, torbaya keçirilən baxış zamanı həmin torbadan 1 ədəd bükümdə tiryək, 3 ədəd bükümdə heroin, iki ədəd bükümdə qurudulmuş marixuana, bir ədəd bükümdə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Daha sonra videoçəkiliş aparılaraq polis əməkdaşlarının təzyiqi ilə Təqsirləndirilən şəxs2 etirafedici ifadələr verməyə məcbur olmuş, aparılan videoçəkiliş zamanı da evindən narkotik vasitə və psixotrop maddələrin aşkar olunmasını etiraf etmişdir. Mənzildə axtarış keçirildikdən sonra o və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış və həmin idarədə guya onun və Aydının hər birinin üzərilərindən videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı bir büküm aşkar edilmiş, həmin bükümlərin içərisində narkotik vasitə heroin olmuş, polis əməkdaşlarının təzyiqi ilə Aydınla küçədə gedərkən şübhəli şəxs kimi tutularaq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmaları, üzərilərindən narkotik vasitə aşkar edilməsi, bundan sonra onun və Aydının razılığı ilə yaşadıqları mənzilə gedib orada axtarış aparılması və mənzildən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilməsi barədə həqiqətə uyğun olamayan ifadələr verməyə məcbur edilmişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 09 avqust 2021-ci il tarixli şübhəli şəxs və 10 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o narkotik vasitə olan heroindən istifadə etmişdir. O Təqsirləndirilən şəxs2 təqribən 3-4 il olar tanımışdır. O Aydını Fedya adlı tanışları vasitəsilə tanımışdır. O təqribən 2 il olar İran İslam Respublikasının vətəndaşı olan “Mehdi” adlı şəxsi tanımışdır. O özü narkotik vasitə heroin istifadə etdiyi üçün sosial şəbəkə vasitəsilə Mehdi ilə tanış olmuşdur. Mehdidən dəfələrlə narkotik vasitə heroin almışdır. O, 2021-ci ilin əvvəllərində Mehdi ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Belə ki, Mehdi tanımadığı şəxslər vasitəsilə narkotik vasitə və psixotrop maddələri bir yerə qoydururmuş, daha sonra ona həmin yeri bildirirmiş və o da gedib həmin yerdən narkotik vasitə və psixotrop maddələri götürürmüş. Həmin maddələri tərəzi ilə çəkərək qablaşdırırmış və daha sonra qablaşdırdığı bükümləri Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoymaqla həmin yerin şəklini çəkib Mehdiyə “Whatsapp” vasitəsilə göndərirmiş. Mehdi də həmin şəkli öz alıcılarına göndərirmiş. Bəzən alıcılar həmin narkotik vasitə və psixotrop maddəni tapa bilmədikdə o narkotik vasitənin qoyulduğu yerin ətraflı izahı barədə Mehdiyə səsli mesaj göndərirmiş. Ancaq o təqribən bir ay bu qaydada işlədikdən sonra bir qədər pul yığıb daha bu işlə məşğul olmamaq qərarına gəlmişdir. O, əvvəllər də meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olduğundan bu işlə məşğul olmağa başlamışdır. Ancaq o bu sahədə pul qazana bilməmiş və Beyləqan rayonuna ailəsinin yanına qayıtmışdır. Ancaq iyul ayının sonları - avqust ayının əvvəllərində o, maddi imkanı yaxşı olmadığı üçün yenidən bu işlə məşğul olmaq qərarına gəlmişdir. O, Mehdi ilə “Whatsapp” vasitəsilə əlaqə saxlayaraq yenidən işləmək istədiyini demişdir. Mehdi də ona problem olmadığını və bir neçə gün ərzində ona müştərilərə çatdırması üçün narkotik vasitə və psixotrop maddə göndərəcəyini bildirmişdir. Avqust ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 ona maddi vəziyyətinin pis olduğunu və iş axtardığını bildirmişdir. O, Təqsirləndirilən şəxs2la birlikdə 8 km bazarında meyvə-tərəvəz alğı-satqısı ilə məşğul olmuşdur. Aydın ona işsiz olduğunu deyəndə o, Aydına Mehdi ilə işlədiyini və Mehdinin bir neçə gün ərzində narkotik vasitə göndərəcəyini demişdir. Aydın da onunla razılaşmış və malı aparıb Aydının yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti 102, mənzil 64 ünvanında saxlaya biləcəklərini demişdir. Bundan sonra tutulmamışdan 4-5 gün qabaq Mehdi onlara malı göndərdikdə Aydının sürdüyü Ford transit markalı avtomobillə gedib Binəqədi rayonu ərazisindən Mehdinin onlara göndərdiyi malı götürmüşlər və gətirib Nizami rayonu, Q.Qarayev prospekti 102, mənzil 64 ünvanında yerləşən mənzilə qoymuşlar. Həmin maldan 2 dəfə tərəzi ilə çəkib götürmüş və Aydınla birlikdə gedib həmin malı Xalqlar Dostluğunda olan parka qoymuşlar. 08 avqust 2021-ci il tarixdə Mehdinin göstərişi ilə o və Aydın hərəsi bir büküm narkotik vasitə qablaşdırıb götürmüş və müəyyən yerə qoyub şəklini Mehdiyə göndərmək üçün evdən çıxmışlar. 08 avqust 2021-ci il tarixdə saat təxminən 22:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2la birlikdə piyada hərəkət edərkən bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərib barəsində çıxarılmış əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və tanışı Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona və tanışı Aydına üzərilərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilsə də, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər-hansı əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümə iştirakçıların şahidliyi ilə baxış keçirilərkən içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş, zərfdə qablaşdırılmış, üzəri imzalanmışdır. Telefon ona bu barədə izah verildikdən sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları verməsi təklif edilmişdir. Aydın əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, sol yan cibindən bir ədəd sellofan bükümü və mənzilin açarını təqdim etmişdir. Üzərində şəxsi axtarış keçirilmiş lakin başqa əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümə baxış keçirilərkən içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş, zərfə qoyularaq üzəri imzalanmış, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş maddənin heroin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən aldığını, həmin maddələri Binəqədi rayonu ərazisindən götürdüyünü, həmin maddələri deyilən yerə qoyması müqabilində hər 1 kiloqrama görə 700 manat aldığını, Təqsirləndirilən şəxs2la birlikdə yaşadığı ünvanda narkotik vasitələrin digər hissəsini saxladıqlarını və evə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, onunla birlikdə Mehdi adlı İran vətəndaşının dediyi yerdən götürdüyünü, yaşadığı mənzildə də narkotik vasitə saxladığını və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O və Təqsirləndirilən şəxs2 ərizə verərək yaşadıqları ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazları olmadığını bildirmişlər. Sonradan Aydın və onun birlikdə yaşadığı ünvan 3 ünvanına yollanmışlar. Onlara mənzildə olan narkotik vasitə və psixotrop maddələri təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra onlar qonaq otağındakı divanın yanında stulun altından bir ədəd torbanı təqdim etmişlər. Torbaya keçirilən baxış zamanı oradan 1 ədəd bükümdə tiryək, 3 ədəd bükümdə heroin, iki ədəd bükümdə qurudulmuş marixuana, bir ədəd bükümdə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Qeyd edilən maddələr tərəzidə çəkilmiş, torbada qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu zamanı o və Təqsirləndirilən şəxs2 təqdim etdikləri torbada olan maddələrin narkotik vasitə olduğunu, həmin maddələri Mehdi adlı İran vətəndaşının göstərişi ilə əldə etdiklərini, Mehdinin dediyi yerlərə qoymaları müqabilində onlara pul veriləcəyini bildirmişlər. Daha sonra evin digər hissələrinə baxış keçirilsə də sübut əhəmiyyətinə malik hər-hansı əşya aşkar edilməmişdir. Mənzildə protokol tərtib etmək üçün əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmişdir. Aşkar edilmiş malları o özü almasa da, həmin maddələri “Mehdi” adlı şəxsin tapşırığı ilə götürmüşdür. Mehdinin də tapşırığı ilə həmin maddələri müvafiq yerlərə qoymalı olduğunu bildirmişdir. O narkotik vasitə olan heroindən arada istifadə etmişdir. Mehdinin tam anket məlumatlarım bilməmişdir. Ancaq üzərindən aşkar edilmiş ona məxsus olan “Samsung” markalı mobil telefonda “Mehdi”-nin İran İslam Respublikası mobil operatoruna məxsus olan nömrəsinin olduğunu bildirmişdir. Üzərində və yaşadığı mənzildə narkotik vasitə olması barədə yalnız Təqsirləndirilən şəxs2 məlumatı olmuşdur. O yenidən Mehdi ilə birlikdə işləməyə qərar verəndə Aydın maddi vəziyyətinin pis olduğunu ona bildirmişdir. Ona görə də o Aydına bu işi birlikdə görmələrini təklif etmişdir. Çünki Aydının maşını olduğunu bildirmişdir. O Aydınla birlikdə narkotik vasitəni rahat götürüb başqa yerə qoya, yaxud evə gətirə biləcəklərini söyləmişdir. Həmçinin, narkotik vasitələri müəyyən edilmiş yerlərə qoyarkən ya o, ya da Aydın kənardan başqa şəxslərin gəlməsinə baxmış, nəzarət etmişdir. Həmçinin, onun Mehdi ilə olan razılaşmasına əsasən Mehdi hər 1 kiloqram narkotik vasitənin paylanmasına görə ona 700 manat pul vermişdir. O da həmin puldan Aydına verəcəyini, ancaq onların konkret olaraq hər-hansı məbləği danışmadıqlarını bildirmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08 avqust 2021-ci il tarixdə saat təxminən 22:00 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102, 64 №-li mənzildə olarkən qapının döyüldyünü eşitmiş, qapını döyənin təxminən 3-4 il əvvəl Fedya adlı ümumi tanışları vasitəsilə tanıdığı, bir yerdə meyvə-tərəvəz alveri ilə məşğul olduğu Təqsirləndirilən şəxs1 olduğunu müəyən etdikdən sonra qapını açmış, Təqsirləndirilən şəxs1 ilə birlikdə mənzilə özlərini DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən polis əməkdaşları daxil olmuş, mənzilə daxil olan kimi ona zor tətbiq etməyə başlamışlar, evində narkotik vasitələr və psixotrop maddələrin saxlaması barədə məlumatlarının olduğunu bildirmişlər, buna etiraz etdikdə ona zor tətbiq edərək onun razılığı olmadan mənzildə axtarış aparmağa başlamışlar, həmin vaxt onun mənzilində qanunsuz heç bir əşya olmamış, lakin buna baxmayaraq mənzilin qonaq otağındakı divanın yanında stulun altından bir ədəd torba aşkar edilmiş, torbaya keçirilən baxış zamanı oradan 1 ədəd bükümdə tiryək, 3 ədəd bükümdə heroin, iki ədəd bükümdə qurudulmuş marixuana, bir ədəd bükümdə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Əslində onun mənzilində qanunsuz heç bir əşya aşkar olmamış, həmin qanunsuz maddələri yaşadıqları mənzilə polis əməkdaşları qoymuş, polis əməkdaşları tərəfindən ona qarşı edilmiş təzyiqlər nəticəsində etirafedici ifadələr verməyə məcbur olmuş, aparılan videoçəkiliş zamanı da evindən narkotik vasitə və psixotrop maddələr aşkar olunmasını etiraf etmişdir. Bundan başqa polis əməkdaşları tərəfindən evində axtarış aparılarkən yataq otağındakı şkafda olan pencəyinin cibində saxladığı özünə məxsus, meyvə-tərəvəz satışından qazandığı təxminən 100.000 rus rublu sonuncular tərəfindən götürülmüş, bu barədə prokurorluq orqanlarına şikayət etsə də nəticəsi olmamışdır. Evində axtarış keçirildikdən sonra o və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış və orada guya onun və Xəyalın üzərilərindən videoçəkilişlə aparlmış şəxsi axtarış zamanı bir ədəd büküm aşkar edilmiş, həmin bükümlərin içərsində narkotik vasitə heroin olmuş, polis əməkdaşlarının təzyiqi ilə Xəyalla küçədə gedərkən şübhəli şəxs kimi tutularaq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmaları, üzərilərindən narkotik vasitə aşkar edilməsi, bundan sonra onun razılığı ilə yaşadığı mənzilə gedilib orada axtarış aparılması və mənzildən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilməsi barədə həqiqətə uyğun olamayan ifadələr verməyə məcbur edilmişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 09 avqust 2021-ci il tarixli şübhəli şəxs və 10 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o narkotik vasitə olan heroindən istifadə etmişdir. O, Təqsirləndirilən şəxs1 təqribən 3-4 il olar tanımışdır. O Xəyalı Fedya adlı tanışları vasitəsilə tanımışdır. O meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. Xəyal da bir müddət onunla birlikdə işləmişdir. Avqust ayının əvvəllərində o tanışı Təqsirləndirilən şəxs1 maddi vəziyyətinin pis olduğunu və iş axtardığını bildirmişdir. Xəyal da “8-ci km” bazarında birlikdə meyvə-tərəvəz alğı-satqısı ilə məşğul olduqlarından işsiz olduğunu deyəndə ona Mehdi adlı İran İslam Respublikasının vətəndaşı ilə işlədiyini və Mehdinin bir neçə gün ərzində narkotik vasitə göndərəcəyini demişdir. O, Xəyaldan işin mahiyyətini soruşduqda Xəyal Mehdinin narkotik vasitə qoyduracağını, onların gedib həmin narkotik vasitəni qoyulmuş yerdən götürəcəklərini, daha sonra həmin narkotik vasitələri müəyyən edilmiş yerlərə qoymaqla müştərilərin həmin maddələri götürməsi üçün şəklini çəkib Mehdiyə göndərəcəklərini bildirmişdir. Mehdinin də bu işin müqabilində 1 kiloqram narkotik vasitənin paylanmasına görə Xəyala 700 manat pul verəcəyini bildirmişdir. O Xəyalla razılaşmışdır. Ancaq onlar konkret olaraq hər-hansı məbləğ danışmamışlar. O mah aparıb yaşadığı Nizami rayonu, Qara Qarayev prospekti 102, mənzil 64 ünvanında saxlaya biləcəklərini demişdir. Daha sonra onun Xəyalla işləməsi barədə Xəyal Mehdiyə məlumat vermişdir və Mehdi də onun nömrəsini götürmüşdür. Bundan sonra Mehdi onlara malı göndərdikdə onun sürdüyü Ford transit markalı avtomobillə gedib Binəqədi rayonu ərazisindən Mehdinin onlara göndərdiyi malı götürmüş və gətirib Nizami rayonu, Qara Qarayev prospekti 102, mənzil 64 ünvanında yerləşən mənzilə qoymuşlar. Həmin maldan 2 dəfə tərəzi ilə çəkib götürmüşlər və Xəyalla birlikdə gedib həmin malı Xalqlar Dostluğunda olan parka qoymuşlar. 08 avqust 2021-ci il tarixdə Mehdinin göstərişi ilə o və Xəyal hərəsi bir büküm narkotik vasitə qablaşdırıb götürmüş və müəyyən yerə qoyub şəklini Mehdiyə göndərmək üçün evdən çıxmışlar. 08 avqust 2021-ci il tarixdə saat təxminən 22:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanının yaxınlığında Xəyalla birlikdə piyada hərəkət edərkən bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək tanışı Xəyalın qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərib Xəyal barəsində çıxarılmış əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Sonra onun və tanışı Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona və tanışı Xəyala üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Xəyal əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra Xəyalın üzərində şəxsi axtarış keçirilsə də iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər-hansı əşya aşkar edilməmişdir. Xəyalın təqdim etdiyi bükümə iştirakçıların şahidliyi ilə baxış keçirilərkən İçərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş, zərfdə qablaşdırılmış, üzəri imzalanmışdır. Mobil telefon Xəyala bu barədə izah verildikdən sonra götürülmüşdür. Daha sonra ona üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları verməsi təklif edilmişdir. O əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, sol yan cibindən bir ədəd sellofan bükümü və mənzilin açarını təqdim etmişdir. Üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümə baxış keçirilərkən içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş, zərfə qoyularaq üzəri imzalanmış, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Şifahi sorğu zamanı Xəyal üzərindən aşkar edilmiş maddənin heroin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən aldığını, həmin maddələri Binəqədi rayonu ərazisindən götürdüyünü, həmin maddələri deyilən yerə qoyması müqabilində hər 1 kiloqrama görə 700 manat aldığını, onunla birlikdə yaşadığı ünvanda narkotik vasitələrin digər hissəsini saxladıqlarını və evə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, Xəyalla birlikdə Mehdi adlı İran vətəndaşının dediyi yerdən götürdüyünü, yaşadığı mənzildə də narkotik vasitə saxladığını və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O və Təqsirləndirilən şəxs1 ərizə verərək yaşadıqları ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazları olmadığını bildirmişlər. Sonradan Xəyal və onun yaşadığı ünvan 3 ünvanına yollanmışlar. Onlara mənzildə olan narkotik vasitə və psixotrop maddələri təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra onlar qonaq otağındakı divanın yanında stulun altından bir ədəd torbanı təqdim etmişlər. Torbaya keçirilən baxış zamanı oradan 1 ədəd bükümdə tiryək, 3 ədəd bükümdə heroin, iki ədəd bükümdə qurudulmuş marixuana, bir ədəd bükümdə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Qeyd edilən maddələr tərəzidə çəkilmiş, torbada qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu zamanı o və Təqsirləndirilən şəxs1 təqdim etdikləri torbada olan maddələrin narkotik vasitə olduğunu, həmin maddələri Mehdi adlı İran vətəndaşının göstərişi ilə əldə etdiklərini, Mehdinin dediyi yerlərə qoymaları müqabilində onlara pul veriləcəyini bildirmişlər. Daha sonra evin digər hissələrinə baxış keçirilsə də sübut əhəmiyyətinə malik hər-hansı əşya aşkar edilməmişdir. Mənzildə protokol tərtib etmək üçün əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmişdir. Düzdür, aşkar edilmiş malları o özü almasa da onları “Mehdi” adlı şəxsin tapşırığı ilə götürmüş, Mehdinin də tapşırığı ilə həmin maddələr müvafiq yerə qoymalı olduğunu bildirmişdir. O narkotik vasitə olan heroindən arada istifadə etmişdir. Mehdinin tam anket məlumatlarını bilməmişdir. Ancaq üzərindən aşkar edilmiş ona məxsus olan “Samsung” markalı mobil telefonda “Mehdi”-nin İran İslam Respublikasının mobil operatoruna məxsus olan nömrəsi olduğunu bildirmişdir. Üzərində və yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddələr olması barədə yalnız Təqsirləndirilən şəxs1 məlumatı olmuşdur. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir kİ, 08 avqust 2021-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx xxxxxx 1992-ci il tarixdə Beyləqan rayonu, Əlinəzərli kəndində anadan olmuş, Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1 müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 08 avqust 2021 -ci il tarixli qərar çıxarılmış və BNMİ-nin əməkdaşları - əməliyyat müvəkkili Şahid1, XMİÜ baş əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik Şahid3 həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs1 olması ehtimal edilən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanına yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 22:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 bənzər şəxs yanında olan başqa şəxslə birlikdə saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkillərin onların hüquqlarını müdafiə etmələrinə etiraz etmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə “Yusif Allahverdiyev və Partnyorlarr Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X1 dəvət olunaraq təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının həmin vəkillər tərəfindən müdafiə edilməsinə etirazları olmadığını bildirmişlər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri ilə konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri ilə konfıdensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə Xəyalın və Təqsirləndirilən şəxs2 üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 buna etiraz etmədiklərini, üstlərinin yoxlanmasına razı olduqlarını bildirmişlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilsə də iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər-hansı əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümə iştirakçıların şahidliyi ilə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş, zərfdə qablaşdırılmış, üzəri imzalanmışdır. Mobil telefon Təqsirləndirilən şəxs1 bu barədə izah verildikdən sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, sol yan cibindən bir ədəd sellofan bükümü və mənzilin açarını təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş lakin başqa əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümə baxış keçirilərkən İçərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş, zərfə qoyularaq üzəri imzalanmış, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddənin heroin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən aldığını, həmin maddələri Binəqədi rayonu ərazisindən götürdüyünü, həmin maddələri deyilən yerə qoyması müqabilində hər 1 kiloqrama görə 700 manat aldığını, Təqsirləndirilən şəxs2la birlikdə yaşadığı ünvanda narkotik vasitələrin digər hissəsini saxladıqlarını və evə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, Təqsirləndirilən şəxs1 ilə birlikdə Mehdi adlı İran vətəndaşının dediyi yerdən götürdüyünü, yaşadığı mənzildə də narkotik vasitə saxladığını və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərizə verərək yaşadıqları ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Sonradan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanına yollanmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mənzildə olan narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qonaq otağındakı divanın yanında stulun altından bir ədəd torbanı çıxarıb təqdim etmişlər. Torbaya keçirilən baxış zamanı oradan 1 ədəd bükümdə tiryəkə bənzər maddə, 3 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, iki ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddə, bir ədəd bükümdə metamfetaminə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Qeyd edilən maddələr tərəzidə çəkilmiş, torbada qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri torbada olan maddələrin narkotik vasitə olduğunu, həmin maddələri Mehdi adlı İran vətəndaşının göstərişi ilə əldə etdiklərini, Mehdinin dediyi yerlərə qoymaları müqabilində pul aldıqlarını bildirmişlər. Daha sonra evin digər hissələrinə baxış keçirilsə də sübut əhəmiyyətinə malik hər-hasm əşya aşkar edilməmişdir. Mənzildə protokol tərtib etmək üçün əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid3 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 09 avqust 2021-ci il tarixli 6/3376 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 48,721 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində : “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” yazısı olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 52,310 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilmiş...” yazısı olan çantasındakı, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1235 qram, 1035 qram, 1025 qram, ümumi təmiz çəkisi 3295 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 377,121 qram və 416,971 qram, ümumi təmiz çəkisi 794,092 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir; 1 ədəd bükümdə təmiz çəkisi 1030 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; bir ədəd üzərində “QZ 0161 5000g * lq” yazısı olan mavi rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və büktimlərdəki heroinlərlə və metmafetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs2 üzərindən və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinlər, eləcə də onların yaşadığı ünvandan götürülmüş 3 ədəd bükümdə heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan götürülmüş heroinin ümumi təmiz çəkisi 3347,31 qram təşkil edir. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizanın 09 avqust 2021-ci il tarixli 7/763 №-İi rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı...” yazısı və imzalar olan sintetik çantadakı qara rəngli polietilen bağlamanın içərisində 01 ədəd çəhrayı polietilen bağlamada təmiz çəkisi - 1750 qram və sarı rəngli polietilen bağlamanın içərisində 01 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi - 650 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 2400 qram. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (1-ci cild iş vərəqi 77-84). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 10 noyabr 2021-ci il tarixli 4383 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təxminən 18 yaşından narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Həmçinin müəyyən müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir (2-ci cild iş vərəqi 13-14). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 22 noyabr 2021-ci il tarixli 4602 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 1,6 ildir narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Əvvəllər arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə və güclü təsir edici maddə tramadol həblərindən istifadə edib (2-ci cild iş vərəqi 13-16). İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 3 395.681 qram qalmış narkotik vasitə heroin, 793,892 qram qalmış tiryək, 2399,8 qram qalmış qurudulmuş marixuana, 1029,9 qram qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmışdır və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 228-230). İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 09 avqust 2021-ci il tarixli protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08 avqust 2021ci il tarixdə saat 22.00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə 52,310 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə 48,721 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. DİN-in BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş “Mənzildə baxış və götürmə aparılması haqqında” 09 avqust 2021-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08 avqust 2021ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanının yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə yaşadıqları ünvan 2nvanına keçirilən baxış zamanı mənzilin qonaq otağındakı divanın yanındakı stulun altından bir ədəd torbada onların satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladıqları 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1750 qram və 650 qram, ümumi təmiz çəkisi 2400 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə ümumi təmiz çəkisi 1030 qram psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1235 qram, 1035 qram, 1025 qram, ümumi təmiz çəkisi 3295 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 377,121 qram və 416,971 qram, ümumi təmiz çəkisi 794,092 qram narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 1-ci cild iş vərəqi 50- 52 və 58-59). İşdə olan Baş Narkotklərlə Mübarizə İdarəsinin 14 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən, eləcə də yaşadıqları mənzildən aşkar edilən narkotik vasitə və psixotrop maddələri də satış məqsədi ilə əldə edib üzərilərində və yaşadıqları mənzildə saxlamaqla daşımaları aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdikləri narkotik vasitə və psixotrop maddələri nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etmələri, narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (1-ci cild iş vərəqi 221-222). İşdə olan 23 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və yaşadıqları evə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur (2-ci cild iş vərəqi 17-35). İşdə olan 24 sentyabr 2021-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş 24 sentyabr 2021-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd “CD” diskə baxış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (050) ******* saylı mobil nömrədən (050) ***-**-** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021 -ci il tarixdə “qaqa meni nİye pis vezyetde qoydun kola lazim iydi deyerdin ama bele elemezdin”məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “X8 5 Manatdigdan Var lstiyirsen Gelim” məzmunlu, (077) ***-**-** saylı mobil nömrə istifadəçisi Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (050) ***-**-** saylı mobil nömrəyə xx.xx.2021 ci il tarixdə “Dede patı var varsa 3 dene şeple mene” məzmunlu mesaj göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş 25 oktyabr 2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş 01 ədəd “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (077) ***-**-** saylı mobil nömrədən (055) ******* saylı mobil nömrə İstifadəçisinə xx.xx.2021-ci il tarixdə “Xeyal kolani mene ne” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “+**********00 Mehdi” mıəzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Qaqa torpağ istiyen” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Qaqa patini vermedin ki” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Adaw meni yig srocnu kola isdiyen var gonderim senin yanina” məzmunlu, (070) ******* saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci İl tarixdə “patpiresi goturum ge” məzmunlu, İran İslam Respublikasına məxsus olan mobil operatora aid +**********00 saylı mobil nömrəyə 10 yanvar 2021-ci il tarixci il tarixdə “Qardaw meni yaddan cixarma”məzmunlu, (070) ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə “Adaw 1 kola qoyarsan” məzmunlu, (070) ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə “Qaqa 1 dene de pati 1” məzmunlu, (070) 838-28-28 saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə “Mene 2 pati 2 kola g” məzmunlu, (055) ***-**-** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Qaqa torpağ var qaqa gor istiyen var” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə İstifadəçisinə xx.xx.2021-ci il tarixdə “20 q atde mene qaqa” məzmunlu, Təqsirləndirilən şəxs2 məxsus (070) ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə “Emi salam xaİw elİyirem yazdiglarimi axira kimi oxu evvela sennen qacmagimin sebebi sen elediyin yaxwiliga gore iydi cunki sene istemirdim xirda xirda verem kom vermek istiyirdim vallah senide qinamiram adima soz cİxariblar ki guya kiloynan iwdİyİrem bizim milletde var biraz wiwirmey ama 2-3 gune kimi senin kartina 200 250 atib seni yigacagdim ki goruwey birine 5 kilo mal qoyacagdim sen mene demiwdin axi ele gel yanima meııniydi mende onu sennen sobet eliyeceydim qismet her iwde bir xeyir var vallah dunenki hereketi hec senen gozdemezdim yatsam yuxuma bele girmez” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə İstifadəçisinə 05 fevral 2021-ci ci il tarixdə “Bir temiz qram pati” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “qaqa gəlim bir az kola ver də mənə” məzmunlu, (055) ***-**-** saylı mobil nömrə istifadəçisinə xx.xx.2021-ci il tarixdə “Qaqam 1 qram kola ver temiz yari hele artig pati verim mene bir he yox de” məzmunlu mesaj göndərmişdir. (055) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Qaqa sendeki bidene torpagİ getir birde biraz pati tap mene qiza verecem qiz mene pul verir her gün ona göre mene xeber ver” məzmunlu, (077) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Qaqa nese istiyen olsa xeber elede yaxiwi 1 q pati 50 manat kola 4005 pati 30 manat kola 20 manat” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Adaw xocesene gedende wehernen gede bilersen 1 dene pati qalmiwdi haa onu goturumimkan varsa he yox de” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Mene 2 pati 2 kola getir birde 25 manati getir bibinin pulun yaxwi tez gel” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Aye ehmedlideyem 5q pati lazimdi ac gorey” məzmunlu, (050) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Xeyal acda nagdi bir qram pati lazimdi” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “qaqa menem Malis teli acda fıkrun nedi? axwam oldu uje 1 kola 5 meti 0.5 pati isdiyirler men qalmiwam sene gore temasiz dalunca cox duwecem men?” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “3 qram pati hazirla gelirem qapiya” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “YARİ PATİ YARİ QOLA HAZİRLA ÇATDİM” məzmunlu, (055) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “pati mutlek lazımdı qaqas heresınden 05 olsun kolanı 30 dan versen” məzmunlu, (050) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Ay xaloglu mana yarı pati lazmdi xaloglu mana bir söz də iwimi bilim” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Adaş senol birin goturudu kolanin gec getim diye 1 kola yari pati ustumdedi” məzmunlu mesajları Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (077) ***-**-** saylı mobil nömrəyə göndərmişdir (1-ci cild iş vərəqi 236-241 və 244-250). İşdə olan "xxxx" MMC-dən daxil olmuş 28 sentyabr 2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş 1 ədəd “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, (070) ***- **-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Sabahun xeyir xaloglu vaxdun varsa gel bir iki tüsdü vur get” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (077) ***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə “Emi salam xaiw eliyirem yazdiglarimi axira kimi oxu evvela sennen qacmagimin sebebi sen elediyin yaxwiliga gore iydi cunki sene istemirdim xirda xirda verem kom vermek istiyirdim vallah senide qinamiram adima soz cixariblar ki guya kiloynan iwdiyirem bizim milletde var biraz wiwirmey ama 2-3 gune kimi senin kartina 200 250 atib seni yigacagdim ki goruwey birine 5 kilo mal qoyacagdim sen mene demiwdin axi ele gel yanima menniydi mende onu sennen sobet eliyeceydim qismet her iwde bir xeyir var vallah dunenki hereketi hec senen gozdemezdim yatsam yuxuma bele girmez” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-cİ il tarixdə “Emi 05 goturmey lazimdi hansi karta vursun1’ məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “2 sini 09 09 ele qalaninida 07” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Qaqa bidene butoy goturde” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Qaqa 05 goturmek olar” məzmunlu, (070) ***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2021-ci il tarixdə “Qaqa necesen bidene 05 alinar oralardan” məzmunlu mesajı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (070) ***-**-** saylı mobil nömrəyə göndərmişdir (2-ci cild iş vərəqi 1-12). İşdə olan 23 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında protokoldan görünür ki, telefonla aparılan danışıqların "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi ilə bağlı məlumatların əks etdirildiyi 03 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (2-ci cild iş vərqəi 17-35). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 19 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (1-ci cid iş vərəqi 166-167). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 19 noyabr 2022-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 167-168). İşdə olan şübhəli şəxsin tutulması haqqında 8 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 8 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 21). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 8 avqust 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 164-166). İşdə olan şübhəli şəxsin tutulması haqqında 08 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 08 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildiş vərəqi 22). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 8 avqust 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 158-163). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə zamanı verdikləri ifadələri özlərini və biri-birilərini müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdikləri cinayət əməllərinə görə məsuliyyətlərini yüngülləşdirmək məqsədi daşıyır, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ifadələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmələri, saxlamaları və daşımaları tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, tiryək narkotik vasitəsinin külli miqdarının aşağı həddi 50 qram, marixuana narkotik vasitəsinin külli miqdarının aşağı həddi 500 qram, metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Binəqədi rayonu ərazisində gizlətməklə saxladıqları 2.400 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1.030 qram çəkidə psixotrop maddə metamfetamin, 794,092 qram çəkidə narkotik vasitə tiryək və 3.396,031 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş mötəbər sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onların təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin sanksiyasında yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3 maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onların barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə görə cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin əvvəli 08 avqust 2021ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 08 avqust 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 08 avqust 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. 10 noyabr 2021-ci il tarixli 4383 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən və 22 noyabr 2021-ci il tarixli 4602 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, məcburi müalicəyə əks göstərişi olmadığından, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 3.395,681 qram narkotik vasitə heroin, 793,892 qram narkotik vasitə tiryək, 2.399,8 qram narkotik vasitə qurudulmuş marixuana, 1.029,9 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 5 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 192,82 manat (yüz doxsan iki manat səksən iki qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5, 236.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 8 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5, 236.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 8 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 3.395,681 qram narkotik vasitə heroin, 793,892 qram narkotik vasitə tiryək, 2.399,8 qram narkotik vasitə qurudulmuş marixuana, 1.029,9 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 5 ədəd CD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqaların dəyəri 192,82 manat (yüz doxsan iki manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-540/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-540/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver