Məhkəmə qərarları › İş №1(101)-540/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-540/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-540/2023 11.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov Azad Əliağa oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 və həmin şöbənin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X12, zərərçəkmiş şəxsin hüquqi varisi X7 nümayəndəsi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1992-ci ildə Salyan rayonu, Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 12, mənzil 424-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş və törətdiyi yol nəqliyyat-hadisəsi yerindən qaçmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığından nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi xx.xx.2022-ci il tarixdə, saat 23:47-də etibarnamə əsasında alkoqol sərxoşluğu vəziyyətdə idarə etdiyi “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsi ilə həmin küçənin Yahya Bakuvi küçəsi ilə kəsişməsi istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən ünvan 1 ünvanında yerləşən “Odlar Yurdu” Universitetinin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən, yəni sürücü svetoforun qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt qarşısında, piyada keçidi qarşısında dayanmalı, qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr istifadə edilməsi nəticəsində, idarə etməməli, qanunun 37-ci maddəsinin 4-ci hissəsinin tələblərini, yəni sürücü hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda, habelə qanunun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, avtomobilin qabaq sol tərəfi ilə Koroğlu Rəhimov küçəsində piyada keçidi zolaqları üzəri ilə avtomobil yolunu iti yerişlə soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vurmuş, ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş beyin toxumasına, qişalar altma və yan mədəciklərə qansızına, kəllə qapağı və əsası sümüklərinin sınıqları, sol baldır sümüyünün sınığı, sağ almacıq nahiyəsinin, burun belinin, sağ qaşın bayır kənarının, sağ alın-təpə sərhəddinin səthi əzilviş yaralan, alın nahiyəsinin sıyrığı, döş qəfəsinin qançırı, qarının sağ bayır səthinin sıyrıqları, sağ çiyin qurşağının, sağ bazunun qançırları, hər iki dizin sıyrıqları, sağ baldırın əzilmiş-cırılmış yarası kimi dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərin yetirilməsinə, baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə baş vermiş qansızma səbəbindən ölməsinə səbəb olmuş və sonra törətdiyi yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.1992-ci ildə Salyan rayonunda anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə o, dostu Romanın ad günü məclisində iştirak etmişdir. Həmin məclisdə o, az miqdarda spirtli içki (viski) qəbul etmişdir. Romanın ad günündə o, tanışı Şahid2, Roman və onun həyat yoldaşı Tünzalə olmuşdur. Romanın ad günü məclisi bitdikdən sonra o, Roman və onun həyat yoldaşı Tünzaləni evlərinə ötürmüş, daha sonra isə Şahid2 evinə ötürmüşdür. O, Şahid2 evinə ötürdükdən sonra yaşadığı evə doğru hərəkət etmişdir. O, “Odlar Yurdu” Universitetinin qarşısından keçən zaman bir anda qarşısına mərhum Nurəddin çıxmışdır. O, mərhumu görən zaman artıq avtomobilini saxlaya biləcək qədər uzaqlıqda olmamışdır. O, hadisə yerinə çatmazdan əvvəl 2 (iki) nəfər şəxsin yol ilə bir tərəfdən digər tərəfə keçdiyini görmüşdür. Lakin hadisə yerinə yaxınlaşan zaman mərhum Nurəddin bir anda yola atılmışdır. Bu səbəbdən o, artıq idarə etdiyi avtomobili saxlaya bilməmişdir. O, idarə etdiyi avtomobil ilə mərhum Nurəddini vurmuşdur. Həmin anda o, tək olduğu üçün qorxaraq hadisə yerindən uzaqlaşmışdır. Hadisə baş verdikdən dərhal sonra o, yaşadığı mənzilə getmişdir. Lakin o, qorxu və həyəcan içində olduğu üçün avtomobili idarə edə bilməyərək yaşadığı mənzilə 200 (iki yüz) metr qalmış avtomobildən enərək piyada getmişdir. Həmin an o, çox güclü stress içində olduğu üçün əsə-əsə yaşadığı mənzilə çata bilmişdir. O, evə çatdıqdan sonra dərhal su içərək sakitləşməyə çalışmışdır. Hətta evdə olanlar belə onun nə halda olduğunu görmüşlər. Evdə olan şəxslər ondan nə olduğunu soruşduqda o, qəza törətdiyini bildirmişdir. Sonra o, biraz özünə gəldikdə, “Bolt” proqramı vasitəsilə taksi sifariş edib hadisə yerinə qayıtmaq istəmişdir. Lakin o, yaşadığı mənzildən çıxan zaman polis əməkdaşları onu saxlayaraq Polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman təxminən 23:00-24:00 radələri olmuş, həmçinin həmin vaxt hava normal olmuşdur. Hava yağışlı, çiskinli olmamışdır. Mərhum Nurəddin anidən onun qarşısına çıxmışdır. Anidən dedikdə, o, həmin yerdən keçərkən kiminsə onun qarşısına çıxa biləcəyini düşünməmişdir. Hadisə yerində avtomobil yolunun eni təxminən 7-8 metr uzunluqda olmuşdur. Mərhum onun hərəkət etdiyi yol xəttinin üzərində olmamışdır. Digər tərəfdən o, hərəkət etdiyi yol xəttinə gəlmişdir. O, hadisənin təsirindən qorxu içində və həyəcanlı olduğundan yaşadığı mənzilə yıxıla-yıxıla getmişdir. O, az miqdarda spirtli içki qəbul etdiyi üçün hadisə baş verən vaxt içkinin təsirində olmamışdır. O, qorxduğu üçün avtomobili yaşadığı mənzilə qədər idarə edə bilməmişdir. Bu səbəbdən də o, yaşadığı mənzilə 200 (iki yüz) metr qalmış avtomobildən düşərək piyada getmişdir. O, hadisənin təsirindən pis qorxduğu üçün hadisə yerində dayanaraq mərhuma köməklik edə bilməmişdir. Hadisə baş verdikdən təxminən bir saat ərzində o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, zərərçəkmiş şəxsin ailəsinə hər zaman köməklik göstərməyə hazırdır. Lakin zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə edilməsi mümkün olmamışdır. O, sürücülük hüququnun nə vaxtdan məhdudlaşdırıldığını bilmir, sürücülük hüququnun hansı səbəbdən məhdudlaşıdırıldığını dəqiq bilməsə də, güman edir ki, cərimə və qayda pozuntuları səbəbindən onun sürücülük hüququ məhdudlaşdırılmışdır. O, hadisə yerində hər hansı qırmızı işıq yanan işıqfor görməmişdir. Hadisə baş verən anda o, qəza törətdiyini, sonu ölümlə nəticələnə biləcəyini dərk etmişdir. Polis əməkdaşları onu hadisə baş verdikdən təxminən 15-20 dəqiqə sonra saxlamışlar. Baş vermiş hadisə ilə əlaqədar onun polis orqanına məlumat verməməsinin səbəbi, hadisə yerinə qayıtmaq istəməsi olmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman hadisə yerinə qayıtmaq istədiyi üçün hadisəni törədən şəxsin qardaşı olduğunu bildirmişdir. Bundan başqa, sərxoşluq vəziyyəti yoxlanıldığı zaman da o, hadisə yerinə qayıtmaq üçün qardaşı Şahid6 adını vermişdir. O, düşünmüşdür ki, polislər onu buraxacaqlar və o da hadisə yerinə gedəcək. Hadisə baş verənə qədər və hadisə baş verən zaman o, avtomobili hansı sürətlə idarə etdiyini xatırlamasa da, avtomobili yüksək sürətlə idarə etmədiyini bilir. O, əvvəllər narkotik vasitələrdən bir neçə dəfə istifadə etmişdir. Lakin hadisə baş verən gün o, heç bir narkotik vasitədən istifadə etməmişdir. O, hadisə yerinə yaxınlaşana qədər onun sağ və sol tərəfində avtomobil olmamışdır. Həmin vaxt onun qarşısında avtomobil olduğu üçün o, həmin avtomobili keçmək istəyərkən qəza baş vermişdir. O, dostu Romanın ad günündə spirtli içki hesab edilən viski içmişdir. O, mərhum Nurəddini görən zaman Nurəddin artıq piyada keçidinin üzərində dayanmışdır. O, mərhum Nurəddinlə toqquşmanı elə hadisə baş verən an hiss etmişdir. Mərhum Nurəddin ilə toqquşma piyada keçidinin üzərində baş vermişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsinin elan edilməklə tədqiq edilməsinə zərurət yaranmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 263.1-3 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatdadır və hazırda özü ailə üzvləri ilə birlikdə Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən evlərdə kirayədə yaşayır. Faktiki isə Bakı şəhəri, Nərimanov rayonu, köhnə “Kosmos” deyilən məhəllədə kirayədə yaşayır. Hal-hazırda qırmızı rəngli, “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün etibarnamə ilə o, hər gün 25 manat icarə haqqı ödəməklə götürüb idarə edir və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 2021-ci ildə yol hərəkəti qaydalarım pozduğuna görə onun sürücülük hüququ məhkəmə qərarı ilə məhdudlaşdırılmışdır. Lakin taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırdığına görə o, sürücülük vəsiqəsini təqdim etməmişdir. Sürücülük hüququnun məhdudlaşdırılması barədə ona xəbərdarlıq olunmuşdur. Onun AC148069 nömrəli “BC” kateqoriyaları ilə sürücülük vəsiqəsi olmuş, hazırda sürücülük hüququnun məhdudlaşması yoxdur. 28 avqust 2022-cu il tarixdə, təxminən saat 21:00 radələrində o, tanışı və münasibətdə olduğu Şahid2 rəfiqəsi Şahid3 əri Şahid4 doğum günü münasibəti ilə ünvan 4 ünvanında yerləşən “Gilənar” adlı restoranda məclisdə iştirak edib spirtli içki qəbul etmişdir. Təxminən saat 22:30 radələrində o, restorandan çıxıb idarə etdiyi “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək münasibətdə olduğu Şahid2 yaşadığı ünvan 5 ünvanında Şəhanəni düşürdüb, təkrarən sərxoş vəziyyətdə avtomobili idarə edərək yaşadığı Nərimanov rayonu ərazisiə getmək üçün Atatürk prospekti ilə hərəkət edib Koroğlu Rəhimov küçəsi ilə Yahya Bakuvi küçəsinin kəsişməsi istiqamətində “Odlar yurdu” Universitetinin qarşısına çatanda işıqforun qırmızı işığında keçmək istəyərkən piyadalar üçün nəzərdə tutulmuş piyada zolağının onun hərəkət hissəsinin qarşısında piyada zolağının üzərində piyadanın sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsi avtomobilin qabaq sol hissəsi ilə vurub. Avtomobilin piyadanı vurma nəticəsində qabaq sol işığı, qabaq alın şüşəsi, qabaq önlük hissəsi, mühərrikin üst örtüyünün qabaq sol hissəsini zədələyərək sınmış və hadisə yerinə tökülmüşdür. O, həmin vaxt avtomobili hansı sürətlə idarə etdiyini sərxoş olduğundan tam xatırlamır, ola bilər ki, təxminən onun sürəti 80-90 km/saat olsun. O, sərxoş olsa da piyadanı görmüş, lakin sərxoş olduğu üçün piyadanı hansı məsafədən gördüyünü xatırlamır, eləcə də işıqforun da qırmızı işığının yanmasını xatırlamır. Piyadanın başı avtomobilin alın şüşəsinə dəymişdir. Zərbənin gücündən piyada təxminən 15-16 metr kənara atılmışdır. O, həmin vaxt sərxoş olduğu üçün qorxub avtomobili saxlayaraq yaşadığı evin yanında avtomobili saxladıb qapılarını bağlayıb gizlənmək istəmişdir. Bu zaman polislər avtomobilin izi ilə gələrək onu saxlayıb özlərini təqdim edib Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə dəvət edərək onu sərxoşluq və tibbi ekspertizadan keçirmişlər. Hadisənin bir an içində baş verdiyini, onun həmin an sərxoş olduğu üçün həyəcan içində imiş və bu səbəbdən o, qorxmuşdur. Həmin an onun ağlına yalnız bir fikir gəlmişdir ki, tək olduğu üçün evə getsin, evdə biraz özünə gəlsin. O, başqa nə edəcəyini bilməmişdir. O, həmin vaxt avtomobili idarə edərkən avtomobildə heç bir sərnişin və ya yük olmamış, yük yeri boş olmuş, hadisə vaxtı spirtli içki təsiri altında olmuş və avtomaşınla vurduğu piyada onun idarə etdiyi avtomobilin hərəkət hissənin solundan sağa doğru hərəkət edirmiş. Hadisə günü onun əynində qolsuz köynək, tünd mavi rəngli şalvar olmuş, indi də həmin şalvar və köynək onun əynindədir. O, həmin paltarları təqdim etmişdir. O, ***-***-**-** nömrədən istifadə etmiş, hadisə günü həmin nömrə onun üzərində olmuşdur. Hadisədən əvvəl idarə etdiyi avtomobildə heç bir texniki nasazlıq olmamışdır. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən sonra avtomobildə heç bir təmir işləri aparılmamış və yuyulmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılıb alkoqol sərxoşluğu yoxlanılarkən o, qorxduğu üçün kiçik qardaşı Şahid6 adını vermişdir. Yoxlama zamanı onun qanından narkotik aşkar edilməsi barədə bildirmişdir ki, təxminən 20 gün əvvəl Masallı rayonunda olan zaman tanımadığı şəxs onun avtomobilinə müştəri qismində əyləşən zaman marixuana çəkmiş, bundan sonra o da həmin şəxslər həmin marixuanadan çəkmiş, lakin o, narkoman deyil və narkomaniyadan əziyyət çəkmir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, avtobusla həyat yoldaşı ilə görüşəcəyi ünvana gedərkən Süleymanlı Bəhruz tərəfindən təxminən saat 13:00 radələrində ona zəng gəlmişdir. O, həmin zəngə cavab verən zaman Süleymanlı Bəhruz ona həyat yoldaşı ilə görüşəcəyi ünvana çatıb-çatmadığını soruşmuşdur. O da həmin ünvana çatıb-çatmadığını niyə soruşduğunu Bəhruzdan öyrənmək istəmişdir. Bu zaman Süleymanlı Bəhruz ona qorxmamağını və narahat olmamağını bildirərək həyat yoldaşı Nurəddinin avtoqəzaya düşdüyünü bildirmişdir. O da dərhal avtobusdan düşərək taksi ilə adını dəqiq bilmədiyi “Gənclik” ərazisində yerləşən 5 nömrəli şəhər xəstəxanasına getmişdir. O, həmin xəstəxanaya çatan kimi dərhal qeydiyyat şöbəsinə yaxınlaşmışdır. Lakin xəstəxananın əməkdaşları ona həyat yoldaşının vəfat etməsi səbəbindən qeydiyyat şöbəsinə deyil, morqa yaxınlaşmağını bildirmişdirlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Ona təqsirləndirilən şəxs tərəfindən barışıqdan əlavə narahatçılıq törədilmişdir. Buna görə də o, ölkə rəhbərliyinə bununla bağlı şikayət etmişdir. Təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən barışıq əldə edilməsi məqsədilə onunla əlaqə saxlasalar da, o, təqsirləndirilən şəxslə barışmaqdan imtina etmişdir. O, təqsirləndirilən şəxslə barışmamış və barışmaq fikri də yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə vaxtı o, Şamilin yanında olmamışdır. Hadisə Şamillə ortaq tanışları olan Romanın ad gününü qeyd etdikləri gün baş vermişdir. Həmin gün o, Şamillə birlikdə Romanın ad gününü qeyd etməyə getmişdir. Həmin gün Şamil təxminən 1 stəkan spirtli içki olan viski içmişdir. Daha sonra Romanın valideynləri gəldiyinə görə o, Şamillə oradan ayrılmışdır. Şamil onu aparıb qaldığı evə düşürmüşdür. Hadisə Şamilin onu qaldığı evə düşürdükdən sonra öz yaşadığı ünvana qayıtdığı zaman baş vermişdir. Şamil onu yaşadığı ünvana apardığı vaxt avtomobildə yalnız ikisi olmuşdur. Həmin gün Şamildən ayrıldıqdan sonra o, gecəni evində olmuşdur. Səhər vaxtı polis əməkdaşları tərəfindən zəng olunanda o, bilmişdir ki, Şamil idarə etdiyi avtomobillə bir nəfəri vurmuşdur. Əlavə olaraq, polis əməkdaşları ona Şamilin hadisə yerindən qaçdığını da bildirmişlər, lakin o, buna inana bilməmişdir. O, polis əməkdaşlarına Şamilin hadisə yerindən qaçmayacağını, əgər avtomobillə bir nəfəri vurubsa hadisə yerini tərk etməyəcəyini demişdir. O, bütün bunların bir zarafat olduğunu düşünmüşdür. Növbəti gün polis əməkdaşları onun iş yerinə yaxınlaşaraq Nərimanov rayon Polis İdarəsinə dəvət etmişlər. O, Nərimanov rayon Polis İdarəsinə olarkən qeyd edilən hadisənin həqiqətən də baş verdiyi ona məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə onun ad günündə, yəni 28 avqust 2022-ci il tarixdə baş vermişdir. Həmin gün onlar onun ad gününü qeyd etmək məqsədi ilə görüşmüşlər. Onlar, yəni o, yoldaşı Tünzalə, Şahanə və Şamil təxminən saat 21:00 radələrində görüşmüşlər və 01:00 radələrinədək birlikdə olmuşlar. Onlar restoranda kabinetlərin birində onun ad gününü qeyd etmişlər. Daha sonra o, tortu kəsmiş, habelə Şamil ilə birlikdə viski içmişdir. Həmin gün o, 50 ml spirtli içki qəbul etmişdir. Şamil də ondan 50 ml daha çox, yəni təxminən 100 ml, maksimum isə 150 ml spirtli içki qəbul etmişdir. Şamil spirtli içki qəbul etsə də, restorandan çıxdığı vaxt sərxoş vəziyyətdə olmamışdır. Şamil özünü normal idarə etmişdir. Şamil restorandan Şəhanə ilə birlikdə çıxmışdır. Ad gününü qeyd etdikdən sonra o da yoldaşı ilə birlikdə çıxıb yaşadıqları evə getmişdir. Növbəti gün polis əməkdaşları ona zəng edərək Nərimanov rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarından hansı səbəbə görə Nərimanov rayon Polis İdarəsinə dəvət edildiklərini soruşmuşdur. Polis əməkdaşları ona Şamilin idarə etdiyi avtomobillə bir nəfəri vurub qaçdığını bildirmişlər. Onun Şamil ilə qısa müddət idi ki, dostluq münasibətləri yaranmışdır. Şamil “Toyota Prius” markalı avtomobili idarə etmişdir. Lakin həmin avtomibilin Şamilə məxsus olması və Şamilin həmin avtomobili icarəyə götürüb-götürməməsi barədə onun məlumatı olmamışdır. Şamil taksi fəaliyyəti ilə məşğul olmuşdur. Yoldaşı Tünzalə və o, Şamilə təklif etmişlər ki, taksi və ya ayıq sürücü çağırsınlar. Lakin Şamil onlarla razılaşmamış və özü avtomobili idarə edib gedəcəyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə baş verən zaman o, “Odlar Yurdu” Universitetinin qarşısında, yəni Koroğlu Rəhimov küçəsində üzü Prezident iqamətgahı tərəfə olan yolda piyada keçidi zolağında işıqforun qırmızı işığında dayanmışdır. Həmin vaxt o, yanından keçən avtomobilin yolu keçən piyadanı vurduğunu görmüşdür. Həmin avtomobil onun yanından keçdikdə, qırmızı rəngli sedan tipli avtomobil olduğunu görmüşdür. O, zərərçəkmiş şəxsin vurulma anını görməmişdir. Lakin o, avtomobilin piyadanı vurub onun olduğu avtomobilin yanından uçuraraq qabağa atdığını görmüşdür. Səhv etmirsə, təqsirləndirilən şəxs həmin vaxt əyləcə basmış, lakin əyləcə basması hadisənin qarşısını almağa kömək etməmişdir. Hadisə baş verdikdən sonra o və orada olan digər şəxslər vurulan piyadanın yanına getmişlər. Həmin vaxt o, vurulan piyadanın ayağının sındığını və burnundan qan gəldiyini görmüşdür. O, X16 Stansiyasının “103” Çağrı Mərkəzinə zəng etmiş və X16ı hadisə yerinə çağırmışdır. O, hadisə yerində insanların sayının çox olmasına görə təqsirləndirilən şəxsin orada olub-olmamasını dəqiq bilmir. O, vurulan piyadanı ilk olaraq hadisə baş verdikdən sonra görmüşdür. Bu vaxt həmin şəxs yerdə qan içində olmuşdur. O, işıqforda dayandıqları vaxt onların qabağında avtomobil olmuşdur. Bu səbəbdən də o, hadisə baş verdiyi zaman vurulan piyadanın piyada keçidindən keçib-keçmədiyini tam olaraq xatırlamır. Şahid5 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hadisə zamanı onlar “Bolt” tətbiqi vasitəsiylə çağırdıqları taksi avtomobilində olmuşlar. Onlar həmin vaxt piyada keçidi zolağında işıqforun qırmızı işığında dayanmışlar. Hadisəni törədən avtomobil onların qarşı tərəfindən gəlmişdir. Səhv etmirsə, onun qarşısında da bir avtomobil olmuş və bu səbəbdən də o, yolu keçən piyadanı görməmişdir. O, vurulma anını görməmişdir. Hadisə baş verdikdən sonra onlar səs eşitmişlər və bundan sonra piyadanın vurulduğunu başa düşmüşlər. Onlar vurulan şəxsə yaxınlaşdıqları vaxt o, hələ yaşayırdı. Təcili yardım hadisə yerinə hadisə baş verdikdən 4-5 dəqiqə sonra gəlmişdir. Təcili yardım hadisə yerinə gəldiyi vaxt vurulan piyada artıq həyatını itirmişdir. O, vurulan şəxsin həyatını itirdiyini həm qanaxmanın dayandığına, həm də vurulan şəxsin hərəkət etmədiyinə görə anlamışdır. Səhv etmirsə, təqsirləndirilən şəxs toqquşmadan qabaq əyləcə basmış. Lakin o, həmin şəxsin əyləcə basdığını tam olaraq görməmiş, amma əyləc səsinin gəldiyini eşitmişdir. Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra hadisə yerindən uzaqlaşmışdır. Piyadanı vuran avtomobil qırmızı rəngli sedan tiöli avtomobil olmuşdur. O, piyadanın vurulma anını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 28 avqust 2022-ci il tarixdə mərhum Zərərçəkmiş şəxs onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq axşam saatlarında həyat yoldaşı Arzu xanımı qarşılayacağını bildirmişdir. Nurədddin həyat yoldaşını qarşılayana qədər onunla görüşüb söhbət edə biləcəyini bildirmişdir. Nəticədə onlar “Gənclik Mall” ticarət mərkəzinin qarşısında görüşmüşlər və Koroğlu Rəhimov küçəsi ilə səhv etmirsə, X21 küçəsinin kəşisməsində yerləşən mağazadan yeyib-içmək üçün ərzaq almışlar. “Odlar Yurdu” Univeritetinin qarşısındakı piyada keçidində piyadaların keçməsi üçün yanmış yaşıl işığa baxmayaraq o, həmin piyada keçidinin ortasında təhlükəsizliklərinə görə dayanaraq ətrafa baxmışdır. Lakin Zərərçəkmiş şəxs ondan iti addımlarla irəlilədiyi üçün ondan 2-3 addım qabaqda olmuşdur. Bu zaman avtomobillər üçün qırmızı işıq yanmasına baxmayaraq, o, qırmızı rəngli “Prius” markalı avtomobilin yüksək sürətlə Nurəddini vurduğunu və havaya qaldıraraq təxminən 10-15 metr məsafədə kənara atdığını görmüşdür. Mərhum Nurəddini vurmuş qırmızı rəngli “Prius” markalı avtomobil sanki belə bir hadisə baş verməmiş kimi öz yoluna davam etmişdir. O, dərhal mərhuma yaxınlaşaraq sonuncunun hərəkətsiz qaldığını görüb əvvəlcə X16 mərkəzinə, daha sonra isə öz dostlarına zəng edərək belə bir hadisənin baş verdiyini bildirmişdir. Lakin X16 maşını gələnədək artıq Zərərçəkmiş şəxs vəfat etmişdir. Sonra o, dostları ilə birlikdə X13 Yardım maşınına qoymuş və 5 nömrəli Şəhər Xəstəxanasına aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən gün onun əri Şahid4 ad günü olmuş və Şamil Şəhanə ilə birlikdə Romanın ad gününü qeyd etmək məqsədi ilə onlara məxsus olan “Gilənar” restoranına gəlmişdir. Onlar həmin gün restoranda Şamil və Şəhanə ilə az bir müddət birlikdə vaxt keçirmişlər. Şamil özü ilə spirli içki olan viski gətirmişdir. Onun əri Roman və Şamil az miqdarda spirtli içki olan viski qəbul etmişlər. Həmin vaxt o, yeni uşaq dünyaya gətirdiyinə görə ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Şamil və Roman təxminən 1 viski bokalının yarısı qədər viski içmişlər. Daha sonra Şamil və Şəhanə evə getmək qərarına gəlmişlər. O və əri Roman Şamilə təklif etmişlər ki, Şamil taksi çağırsın. Lakin Şamilin vəziyyəti normal olduğundan özü avtomobili idarə edə biləcəyini demişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Masallı rayonunda qeydiyyatda olmaqla, 2 ildir ki, ailəsi ilə birlikdə ünvan 6 ünvanında onun ailəsinə aid restoranları vardır ki, həmin restoranda o, mühasib işləyir, yoldaşı Roman isə restoranı idarə edir. Şahid4 ilə o, 2020-ci ildə ailə qurmuşdur. Əvvəlki ərindən onun 1 (bir) uşağı, eləcə də Romanla nikahdan onun 1 (bir) azyaşlı övladı var. Şahid2 onun uzaq qohumudur və onlar rəfiqədilər. O, həm də Şəhanənin müştərisidir. Belə ki, Şəhanə gözəllik salonu icarəyə götürüb işlədir. O, Şəhanənin sevgilisi olan Şamili də tanıyır. 28 avqust 2022-ci il tarixdə onun həyat yoldaşı Romanın ad günü olmuş və Şəhanə sevgilisi Şamillə birlikdə onun yoldaşını təbrik etmək üçün onlara məxsus “Gilənar” restoranına gəlmişlər. O və həyat yoldaşı Roman həmin vaxt restoranda olmuşlar. Şamilgili restorana gələndə saat 21:00 olmuş və bundan sonra onlar bir masada əyləşmişlər. Onlar Şəhanəgilin özləri ilə gətirdikləri tortu kəsib viskini içmişlər. Lakin onun körpə uşağı olduğundan o, spirtli içki içməmiş. Şamil və Şəhanə isə birlikdə həmin viskini içmişlər. Onun həyat yoldaşı Roman da az miqdarda viski içmişdir. 750 qramlıq viskidən butulkada təxminən 150 qram qalmış, qalanını Şamil və Şəhanə içmişlər. Həyat yoldaşı da az miqdarda viski içmişdir. Sonra saat 23:00 radələrində Şəhanə ilə Şamil restorandan çıxmışlar və Şamilin idarə etdiyi “Prius” markalı qırmızı rəngli taksi avtomobilinə minib getmişlər. O isə həyat yoldaşı Roman ilə birlikdə restoranda qalmışlar. Restorandan çıxarkən Şəhanə içkinin təsirindən özündə olmamışdır. Lakin Şamil içki içsə də özünü idarə edə bilmişdir. Hətta o, Şamilə təklif etmişdir ki, bəlkə taksi çağırsınlar. Lakin Şamil bununla razı olmamış və özünü normal hiss etdiyini bildirmişdir. O, Romanla birlikdə Şamilin içkili olsa da özünü idarə edə bildiyini görüb Şamilə öz maşını ilə getməsinə razılıq vermişlər. Şamilgili gedəndən təxminən yarım saat sonra o, həyat yoldaşı Romanla birlikdə evlərinə getmişdir. Onlar gecəni evlərində qalmışlar və hər hansı hadisə ilə əlaqədar onların məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər Şəhanə ona zəng edərək demişdir ki, Şamil Şəhanəni evdə düşürəndən sonra getmiş və avtomaşınla adam vurmuş, nəticədə Şamilin vurduğu adam ölmüş, eləcə də Şamil hadisə yerində avtomaşını atıb hadisə yerindən qaçmışdır. Hadisə vaxtı o, hadisə yerində olmamışdır. Ona görə də hadisənin necə, harada və hansı şəraitdə baş verməsi barədə onun məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doşa qardaşıdır. Şamil 28 avqust 2022-ci il tarixdə idarə etdiyi avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və avtomobil ilə vurduğu piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bu hadisə barədə onun məlumatı olmamışdır. O, qardaşı Şamilin yol-nəqliyyat hadisəsi törətməsini və avtomobil ilə vurduğu piyadanın hadisə yerində ölməsini hadisədən 1 gün sonra, yəni 29 avqust 2022-ci il tarixdə axşam saatlarında eşitmişdir. O, qardaşı Şamil ilə bir-birilərinə oxşadıqlarına görə Şamil hadisə yerinə getmək üçün onun adını vermişdir. Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs kiçik qardaşıdır, onlar ailədə 3 qardaşdırlar, ailələrində qardaşlarının, valideyinlərinin soyadları “Eyvazov”dur, Eyvaz onun ulu babasının adıdır, yalnız onun soyadı “Qəfərov”dur, Qəfər də onun öz ata babasının adıdır. Şamil uzun müddətdir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində kirayədə yaşamışdır. O isə Salyan rayonu, Şorsulu kəndində valideyinlərilə qalır. Onun böyük qardaşı Şamillə münasibətləri yaxşıdır. Böyük qardaş kimi onun Şamilə hörməti var. Şamilin də ona olan münasibəti eynidir. Şamil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində idarə etdiyi taksi kimi istifadə etdiyi “Toyota Prius” markalı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş və avtomaşınla vurduğu piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bu əməlinə görə Şamil həbs olunmuş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Hadisə baş verən zaman onun bu barədə məlumatı olmamışdır. O, qardaşı Şamilin yol-nəqliyyat hadisəsi törətməsini və avtomaşınla vurduğu piyadanın hadisə yerində ölməsini xx.xx.2022-ci il tarixdə günorta vaxtları eşitmişdir. O, qardaşı Şamilin alkoqol sərxoşluğunun yoxlanılması zamanı öz adını gizlədib, bunun əvəzinə onun adını verməsindən yalnız indi xəbər tutur. Şamilin onun adını verməsi ilə əlaqədar onunla qardaşı Şamil arasında heç bir danışıq, razılaşma olmamışdır. O, hesab edir ki, qardaşı Şamil törətdiyi ağır cinayət hadisəsindən qorxaraq səhv edib onun adını vermişdir. Burada başqa məqsəd ola bilməz. Onun bildiyinə görə Şamil hadisə vaxtı içkili vəziyyətdə olmuşdur. Mülki iddiaçı X5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur və o, həmin avtomaşını Salyan rayonu, Şorsulu kəndində yaşayan Təqsirləndirilən şəxs günü 25 manatdan idarə etmək üçün etibarnamə ilə vermişdir. Təqsirləndirilən şəxs həmin avtomobili taksi kimi işlədirmiş. xx.xx.2022-ci il tarixdə həmin avtomaşını Təqsirləndirilən şəxs idarə etmişdir. Həmin avtomaşın bir ilə yaxındır ki, Təqsirləndirilən şəxsdır. Həmin avtomaşın etibarnamə ilə X1 da verilmiş, lakin Ədalət həmin avtomaşını idarə etməmişdir. Son iki ayda Təqsirləndirilən şəxs fasiləsiz olaraq həmin avtomaşını idarə etmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsindən onun məlumatı olmamış, bəli həmin marka və nömrədə olan maşın ona məxsus avtomaşındır. xx.xx.2022-ci il tarixdə ona məxsus “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir, həmin avtomaşını Şamil qaçırmamışdır. O, həmin avtomaşını Təqsirləndirilən şəxs idarə etmək üçün etibarnamə ilə vermişdir. Cərimə yerində o, avtomobilinə baxıb və avtomobilin qabaq kapotu, qabaq sol qanadı, qabaq buferi, qabaq sol fara, ön şüşə, arxa sol stop hissələrinin əzilməsi, sınmasına görə yenilənməsi vacibdir, bundan əlavə, dəmirçi, rəngsaz, elektrik və sair işlərə ümumilikdə 2.135 manat xərc çəkilməlidir. Beləliklə ona ümumilikdə 2.135 manat maddi ziyan vurulmuşdur. Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2022ci ilin avqust ayının 28-də işlədiyi Polis bölməsində növbətçi əməliyyat qrupunda olmuşdur. Həmin gün saat 24:00 radələrində bölməyə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Odlar yurdu” Universitetinin inzibati binasının qarşısında naməlum sürücünün idarə etdiyi qırmızı rəngli “Toyota Prius” markalı avtomaşın bir nəfər piyadanı işıqforun qırmızı işığında piyada keçidi üzərində vurmuş, nəticədə piyada hadisə yerində ölmüş, hadisəni törədən naməlum sürücü idarə etdiyi avtomaşını hadisə yerindən sürüb qaçmışdır. Hadisəni törədən avtomaşının məlumatlarının və yerinin, həmçinin maşını idarə etmiş naməlum sürücünün şəxsiyyətinin müəyyən edilməsi üçün apardıqları araşdırma ilə müəyyən edilmişdir ki, həmin avtomaşın X8 məxsus olmuş və avtomaşın “Toyota Prius” markalı olmuşdur. **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə vaxtı etibarnamə əsasında Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində, “Köhnə kosmos” deyilən məhəllədə kirayədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən idarə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin avtomaşın Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində olan “Köhnə kosmos” məhəllədə saxlanılmış vəziyyətdə aşkar edilmişdir. Həmin vaxt avtomaşının qabaq buferi, ön şüşəsi, sol farası, qabaq örtüyü sınmış və əzilmiş halda olmuş, eləcə də həmin vaxt onlar polis əməkdaşlarını görüb məhəllədən qaçmaq istəyən Təqsirləndirilən şəxs saxlamışlar. Bu vaxt Təqsirləndirilən şəxs sərxoş halda olmuş və törətdiyi cinayəti, yəni idarə etdiyi “Toyota Prius” markalı, qırmızı rəngli **-LY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Odlar Yurdu” Universitetinin qarşısında piyadanı vurmasını, sonra da hadisə yerindən qaçmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt bilmişdir ki, vurduğu piyada idarə etdiyi maşınla vurulduqdan sonra bə həmin vaxt aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Təqsirləndirilən şəxs spirtli içki təsirindən sərxoş olduğu üçün alkoqol sərxoşluq vəziyyətinin yoxlanılması üçün Respublika Narkoloji Mərkəzinə aparılmışdır. Respublika Narkoloji Mərkəzində Təqsirləndirilən şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirib 1997-ci il təvəllüdlü Şahid6 olduğunu oradakı həkim narkoloqa bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olması barədə həkimdən sərxoşluq aktını alıb Təqsirləndirilən şəxs aktla birlikdə Polis bölməsinin rəisinin məktubu ilə gətirib istintaqa təqdim etmişlər. Orada Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yoxlanılarkən öz adının yox, qardaşı Şahid6 adını vermişdir. Ona görə də müstəntiqin təliqəsi ilə onlar ikinci dəfə öz adı ilə Təqsirləndirilən şəxs sərxoşluq aktını almaq üçün aparmışlar. Təqsirləndirilən şəxs saxlanılarkən və istintaqa gətirilənə qədər heç kim xəsarət yetirməmiş, habelə zor tətbiq olunmamışdır. Saxlanılan vaxt Təqsirləndirilən şəxs tam sərxoş halda olmuş və onları görüb qaçarkən ayağı ilişib üzü üstə yerə yıxılmışdır. Ola bilsin ki, Təqsirləndirilən şəxs sifətində olan xəsarəti həmin vaxt almışdır. Təqsirləndirilən şəxs piyadanı idarə etdiyi avtomaşının qabaq hissəsi ilə vurmuş və piyada Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının ön şüşəsinə dəymişdir. Ola bilsin ki, həmin vaxt Təqsirləndirilən şəxs sifəti sükana dəymişdir. Onlar Təqsirləndirilən şəxs gecə vaxtı saxlamışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 28 avqust 2022-ci il tarixli, HK-1 №928/102-2107 saylı raportdan (cild 01, iş vərəqə 04) görünür ki, Nərimanov RPİ-nin NH-nin məsul növbətçisi, polis mayoru Ərşad Məmmədov raportla həmin idarənin rəisinə məruzə edərək xx.xx.2022-ci il tarixdə, saat 23:54-də DİN-in 102 xidmətinə müraciət edən özünü təqdim etməyən vətəndaş məlumat verərək K.Rəhimov küçəsi “Odlar Yurdu” Universitetinin yaxınlığında naməlum avtomobilin 25-30 yaşlarında kişi çinsli vətəndaşı vurub uzaqlaşmasını, piyadanın isə ölmək üzərə olmasını bildirmişdir. 28 avqust 2022-ci il tarixli, HK-2 №10617 saylı raportdan (cild 01, iş vərəqə 05) görünür ki, Nərimanov RPİ-nin NH-nin məsul növbətçisi, polis mayoru Ərşad Məmmədov raportla həmin idarənin rəisinə məruzə edərək xx.xx.2022-ci il tarixdə, saat 00:50-də 2 KTM-dən həkim Ramazanovun məlumat verib K.Rəhimov küçəsində 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobil vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində həkimə qədər ölüm faktını qeydə alınmasını bildirmişdir. 29 avqust 2022-ci il tarixli raportdan (cild 01, iş vərəqə 03) görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Elnur Məmmədov raportla həmin idarənin rəisinə məruzə edərək 28 avqust 2022-ci il tarixdə, saat 23:47-də Nərimanov RPİnə daxil olmuş ünvan 7 ünvanında yerləşən “Odlar Yurdu” Universitetinin qarşısından Yahya Bakuvi küçəsinin kəsişməsi istiqamətində avtomobil yolunda hərəkətdə olan, X5 mülkiyyətində olan, “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən istintaqa məlum olmayan sürücü yolun hərəkət hissəsinin sol kənarından yolu piyada keçidinin zolağı ilə piyada yerişlə yolu sağa keçən xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs piyada keçidinin üzərində vuraraq hadisə yerindən qaçması və piyada Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsini bildirmişdir. 29 avqust 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, sxemdən və fotoşəkillərdən (cild 01, iş vərəqə 6-14) görünür ki, baxış gecə vaxtı süni işıqlanmada, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə Yahya Bakuvi küçəsinin kəsişməsi istiqamətində keçirilmişdir. Hadisənin növü piyadanın vurulması və hadisə yerindən qaçma olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yer ünvan 1 ünvanıdır. Yolun işlək hissəsi düzdür. Yol örtüyünün növü asfalt örtüklüdür. Yol örtüyünün vəziyyəti qurudur. Yol örtüyünün hər iki istiqamət üçün eni 12 metr, işlək hissəsinin eni 6 metr, ehtiyat hissəsinin eni 0 metr, ehtiyyat hissəsinin (səki) eni 4 metr, ayırıcı zolağın eni 0,5 metr, hərəkət zolaqlarının sayı 4-dür. Yolun işlək hissəsində aşkar edilmiş nişan xətləri piyada zolağıdır. İşlək hissəyə sağdan və soldan səki birləşir. Hadisə yerinin koordinatları ünvan 1 “Odlar Yurdu” Universitetinin qarşısıdır. Həmin sahədə hərəkətin nizamlanma üsulu işıqforladır. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, piyada zolağının üzərində piyada keçərkən vurulmuşdur. Hadisə yerinə baxış zamanı süni işıqlandırılmışdır. Sürücünün yerindən faraların işığında görmə vəziyyəti uzaq işıqda 50 metr, yaxın işıqda 50 metr, gündüz 100 metrdir. Şinlərin izləri yoxdur. Tormoz izləri yoxdur. Qarşı istiqamətdə 20 metr vurulma nöqtəsindən nəqliyyat vasitəsinin fara şüşələrinin qırıntıları səpələnmişdir. Zərərçəkmiş şəxsin vurulma nöqtəsindən 15 metr aralıda qoşa xəttin üzərində piyadanın zərbədən düşdüyü yerdə qan izləri vardır. Meyit xx.xx.1992 təvəllüdlüdür, sağ ayağının görünən sınığı, başın, alının açıq cırılmış yarası vardır. Meyit vurulduğu yerdən 15 metr aralıda zərbədən düşdüyü yerlə məsafədədir. Meyitin baş, alın, sağ ayaq nahiyələrində görünən açıq sınıqlar, cırılmış yaralar vardır. Meyitin üzərində şort, qolsuz yay köynəyi vardır, qara saçlı, qara bığlı, üzü tüklüdür. 29 avqust 2022-ci il tarixli №078-24619-1221 saylı məktubdan (cild 01, iş vərəqə 39) görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 28 avqust 2022-ci il tarixdə, saat 23:47-də sürməyə etibarnaməsi olan idarə etdiyi “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsindən keçən avtomobil yolunda Yahya Bakuvi küçəsinin kəsişməsi istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən “Odlar Yurdu” Universitetinin qarşısından keçən piyada zolağından soldan sağa doğru iti yerişlə keçən xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs piyada zolağının üzərində işıqforun qırmızı işığında avtomobilin qabaq sol hissəsi ilə vurmuş və hadisə yerindən avtomobili idarə edərək yayınmış, nəticədə piyada Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. 29 avqust 2022-ci il tarixli, №2/20454 saylı sərxoşluq hallarının bütün növlərinin təyinin məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan (cild 01, iş vərəqə 46) görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və onun sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. 29 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 01, iş vərəqə 47) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 29 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 57-58) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 29 avqust 2022-ci il tarixli müqayisəli tədqiqat üçün geyim paltarlarının götürülməsi haqqında protokoldan (cild 01, iş vərəqə 71) görünür ki, ********* saylı cinayət işi üzrə lifli ekspertiza üçün müqayisəli tədqiqat aparılması məqsədi ilə şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi və hadisə vaxtı əynində olmuş geyim paltarları 29 avqust 2022-ci il tarixli qərar əsasında ondan götürülmüş və Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə müvafiq olaraq hazırkı protokol tərtib edilmişdir. Götürülmüş geyim paltarları aşağıdakılardır: 01 ədəd mavi-ağ milli rəngdə şalvar, 01 ədəd qara rəngli qısaqol köynək. 29 avqust 2022-ci il tarixli müqayisəli tədqiqat üçün geyim paltarlarının götürülməsi haqqında protokoldan (cild 01, iş vərəqə 81) görünür ki, ********* saylı cinayət işi üzrə yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüş və tibbi müayinə edilməsi üçün X16 briqadası tərəfindən hadisə yerindən götürülərək “МТЕ və РА” Birliyi Nərimanov rayon şöbəsinə təhvil verilmiş mərhum Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş və meyitin tibbi müayinəsindən sonra məhkəmə-tibbi ekspert Ş.İ.Fətdayev tərəfindən istintaqa təqdim edilmiş geyim paltarları 29 avqust 2022-ci il tarixli qərar əsasında müqayisəli tədqiqat aparılması məqsədi ilə ondan götürülmüş və Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə müvafiq olaraq hazırkı protokol tərtib edilmişdir. Götürülmüş geyim paltarları aşağıdakılardır: 01 ədəd ağ-qara milli açıq boz rəngli şort, 01 ədəd qara-ağ çilli qısaqol yay köynəyi. 29 avqust 2022-ci il tarixli Salyan rayon İHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin №586 saylı arayışından (cild 01, iş vərəqə 166) görünür ki, Təqsirləndirilən şəxs həqiqətən hal-hazırda Salyan rayonu Şorsulu kəndində yaşayır. 30 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən (cild 01, iş vərəqə 93-97) görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra onun istiqamətləndirməsi ilə ifadədə qeyd olunan yerə getmişdirlər. Həmin yerə getdikdə Təqsirləndirilən şəxs Əlihiseyn oğlu bildirmişdir ki, 28 avqust 2022-cu il tarixdə, saat 22:30-da sərxoş vəziyyətdə restorandan çıxıb idarə etdiyi “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək münasibətdə olduğu Şahid2 yaşadığı ünvan 8 ünvanında onu düşürmüş, sərxoş vəziyyətdə avtomobili idarə edərək yaşadığı Nərimanov rayonu ərazisinə getmək üçün Atarürk prospekti ilə hərəkət edib Koroğlu Rəhimov küçəsi ilə Yahya Bakuvi küçəsinin kəsişməsi istiqamətində “Odlar Yurdu” Universitetinin qarşısına çatanda işıqforun qırmızı işığında keçmək istəyərkən piyadalar üçün nəzərdə tutulmuş piyada zolağının onun hərəkət hissəsinin qarşısında piyada zolağının üzərində piyadanın, sonradan adını öyrəndiyi mərhum Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsi avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur. Avtomobilin piyadanı vurma nəticəsində qabaq sol farası, qabaq alın şüşəsi, qabaq önlük hissəsi, mühərrikin üst örtüyünün qabaq sol hissəsi zədələnərək sınmış və hadisə yerinə tökülmüşdür. O, həmin vaxt avtomobili hansı surətdə idarə etdiyini sərxoş olduğundan tam xatırlamır, ola bilər ki təxminən surəti 80-90 km/s olmuşdur, hadisədən qabaq vurduğu piyadanı görmüş, lakin sərxoş olduğu üçün piyadanı hansı məsafədən gördüyünü xatırlamır, işıqforun da qırmızı işığının yanmasını gördüyünü xatırlamır. Piyadanın başı zərblə avtomobilin alın şüşəsinə dəymişdir. Zərbənin gücündən piyadanı təxminən 15-16 metr məsafədə kənara atmışdır. Həmin vaxt sərxoş olduğu üçün qorxub avtomobili saxlayaraq yaşadığı evin yanında avtomobili saxladıb qapılarını bağlayıb gizlənmək istəmişdir. Bu zaman polislər avtomobilin izi ilə gələrək onu saxlayıb onu və avtomaşını Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə aparmış və sərxoşluq vəziyyətini yoxlatmış və tibbi müayinədən keçirmişlər. Həmin vaxt avtomobili idarə edərkən avtomobildə heç bir sərnişin və ya yük olmayıb, o, tək olmuşdur. Avtomaşınla vurduğu piyada onun hərəkət hissəsinin solundan sağa doğru hərəkət edirmiş. Hadisədən əvvəl idarə etdiyi avtomobildə heç bir texniki nasazlıq olmayıb. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olub. Şübhəli şəxs Təqsirləndirilən şəxs piyadanı vurduğunu göstərdiyi yer Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən “Odlar Yurdu” Universitetinin qarşısıdır. 30 avqust 2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən (cild 01, iş vərəqə 100-101) görünür ki, avtomobili göstərən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin avtomobili etibarnamə ilə idarə etmiş və xx.xx.2022-ci il tarixdə, 23:47-də ünvan 1 ünvanında piyada keçidinin zolağında piyada keçən şəxsi sərxoş vəziyyətdə idarə etdiyi avtomobili ilə vuraraq hadisə yerindən qaçmışdır. Avtomobilin sürücü tərəfdən alın şüşə sınıqları, qabaq hissənin əzilməsi aşkar görünür, həmin vaxt sürücü oturacağının üzəri ekspertə təqdim etmək üçün götürülmüşdür. 30 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X15 606 nömrəli məktubundan (cild 01, iş vərəqə 102) görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Ziyad oğlunun meyiti xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Elnur Məmmədovun qərarı əsasında “MTE və PA” Birliyinin Nərimanov rayon şöbəsində daxili və xarici müayinədən keçirilmiş müayinə zamanı ilkin olaraq onun ölümünə səbəb kəllə tağı və kəllə əsası sümüklərinin sınığı nəticəsində baş vermiş baş beyinin ağır dərəcəli əzilməsi, baş beyin toxumasına, qişalarına geniş-qansızma olmuşdur. 30 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/2284 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən (cild 01, iş vərəqə 107-110) görünür ki: istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi eksperti Ş.İ.Fətdayevin Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Elnur Məmmədova təqdim etdiyi arayışdan (cild 01, iş vərəqə 120) görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı - baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə qan sızma, kəllə qapağı və əsası sümüklərinin sınıqları, sol baldır sümüyünün sınıqları, sağ almacıq nahiyəsinin burun belinin sağ qaşın bayır kənarının sağ alın təpə sərhəddinin səthi əzilmiş yaraları, alın nahiyəsinin sıyrığı, döş qəfəsinin qançırı, qarnın sağ bayır səthinin sıyrıqları, sağ çiyin qurşağının, sağ bazunun qançırları, hər iki dizin sıyrıqları, sağ baldırın əzilmiş cırılmış yarası ilə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. 31 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 121-122) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. 31 avqust 2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 935/2022 saylı qərarından (cild 01, iş vərəqə 141-145) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 29 avqust 2022-ci il tarixdən hesablanmışdır. 01 sentyabr 2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan (cild 01, iş vərəqə 156-157) görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs ölməsi faktı üzrə onun arvadı X12 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. 01 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X15 920 saylı Təqsirləndirilən şəxs bədən xəsarətlərinə dair rəyindən (cild 01, iş vərəqə 208-210) görünür ki: Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər-sol almacıq və sol göz ətrafını əhatə edən fluktuasiya ilə müşayiət olunan hematoma küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2022-ci il və eləcə də şəxsin göstərdiyi xx.xx.2022-ci il tarixə uyğun gələ bilər, müxtəlif şəraitlərdə əmələ gələ bilər, o cümlədən yol-nəqliyyat hadisəsi zamanı, həmçinin kənar şəxs tərəfindən küt zərbə ilə vurulması nəticəsində törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Salyan rayon İHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Nərimanov rayon Polis şöbəsinə təqdim etdiyi xasiyyətnamədən (cild 01, iş vərəqə 157) görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində özünü nizam-intizamlı, nümunəvi bir vətəndaş kimi göstərmişdir. Kəndin ictimai işlərində yaxından iştirak etmişdir. Ona verilən tapşırıqları həvəslə yerinə yetirmişdir. Kənd əhalisinə qarşı yardım sevər olmuşdur. O hər zaman hörmət qazanmışdır. Uşaqlara qarşı mehribandır. Tələbkarlığı və qayğıkeşliyi ona yoldaşları və kənd camaatı arasında dərin hörmət qazandırmışdır. Pis vərdişləri yoxdur. Azərbaycan Dövlətinin daxili və xarici siyasətini bəyənir və müdafiə edir. 07 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 01, iş vərəqə 175) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 13 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinin №078-26163-1222 saylı məktubundan (cild 01, iş vərəqə 178) görünür ki, 28 avqust 2022-ci il tarixdə saat 23:47 radalərində ünvan 7 ünvanında yerləşən “Odlar Yurdu” Unuversitetinin qarşısında X8 məxsus olan, “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən istintaqa məlum olmayan sürücü yolu keçən 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq hadisə yerindən qaçmış və piyada Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. 19 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin №016-118552-1222 saylı məktubundan (cild 01, iş vərəqə 182) görünür ki, Azərbaycan Respublikası DİN-in Baş X20 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. X8 məxsus “Toyota Prius (HİBRİD)” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİNin Baş X20 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. 19 sentyabr 2022-ci il tarixli Şahid1 izahatından (cild 01, iş vərəqə 184) görünür ki, o, xx.xx.2022-ci ildə verdiyi ifadə zamanı unudub qeyd etmədiyi məlumatı iş üçün əhəmiyyət kəsb etdiyini düşündüyündən ifadəsinə əlavə olaraq bildirmişdir ki, köhnə “ABU Petrol”, indiki “MS Oil” yanacaq doldurma məntəqəsi istiqamətindən təxmini 100 km/saat sürətlə hərəkət edən qırmızı “Prius” markalı maşın bütün maşınların qırmızı işıqda dayanmağına baxmayaraq, sürətini aşağı salmadan mərhum Zərərçəkmiş şəxs sağ tərəfindən vuraraq onu 20 metr qabağa qoşa xəttin üzərinə atmışdır. Sürətlə vurmasına baxmayaraq, maşın istiqamətini itirmədən yoluna davam etmiş, sanki maşının arxası dolu olmuşdur. X16 maşını gəldikdə mərhumun həyatını artıq itirdiyi bildirilmiş və mərhumu 5 nömrəli xəstəxananın morquna aparmışlar. O, orada mərhumun həyat yoldaşı Arzu xanıma zəng vuraraq Nurəddini maşın vurması ilə bağlı məlumatlandırmışdır. 29 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin №6/4671 saylı materialların məhkəmə ekspertizası rəyindən (cild 01, iş vərəqə 211-216) görünür ki: tədqiqata təqdim edilmiş, “Toyota Prius” markalı, **-LY- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən silinərək götürülmüş parolon süngərin üzərində, “Toyota Prius” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının oturacaq hissəsinin üzlüyünün üzərində, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən silinərək götürülmüş parolon süngərin üzərindən aşkar edilmiş topa şəklində olan göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şortun tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının oturacaq hissəsinin üzlüyünün üzərindən aşkar edilmiş bozumtul göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri (və mikrohissəciklər) arasında “Toyota Prius” markalı **- LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının oturacaq hissəsinin üzlüyünün tərkibinə məxsus mikrohissəciklər (süni dəri) yoxdur. 30 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X15 №105 saylı məhkəmə-tibbi ekspertizasına dair rəyindən və fotoşəkillərdən (cild 01, iş vərəqə 203-207) görünür ki: 1. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: “Baş beyin toxumasına, qişalar altına və уаn mədəciklərə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınıqları, sol baldır sümüyünün sınığı, sağ almacıq nahiyəsinin, burun belin, saö qaşın bayır kənarının, sağ alın-təpə sərhəddinin səthi əzilmiş yaraları, alın nahiyəsinin sıyrığı, döş qəfəsinin qançırı, qarnın sağ bayır səthinin sıyrıqları, sağ çiyin qurşağının, sağ bazunun qançırları, hər iki dizin sıyrıqları, sağ baldırın əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər həyati olub, Zərərçəkmiş şəxs ölümündən az əvvəl küt əşyanın təsirindən törənib, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdir. 2. Zərərçəkmiş şəxs ölümünə baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə baş vermiş qansızma səbəb olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 8-12 saat əvvəl baş vermişdir. 3. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimyəvi müayinə zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. 15 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin 6105 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 01, iş vərəqə 219-220) görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkimaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. 20 oktyabr 2022-ci il tarixli görüntülərə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 198-199) görünür ki, ekranda avtomobillərin iki tərəfli hərəkət istiqamətli avtomobil yolu olan Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi avtomobillərin hər iki istiqamətdə hərəkət etmələri görüntülənmişdir, kamera fırlanan və küçənin bir tərəfində “Odlar Yurdu” Universiteti, digər tərəfi isə beton hasarla əhatə olunan bağlıq sahə və səkini göstərir, həmin görünüş bucağına avtomobil yolunda olan piyada keçidi zolağı da düşmüşdür. Görüntünün başlanılmasının 02:09 dəqiqəsində yolun piyada keçidində işıqforun piyadalar üçün yaşıl işığı yandığı və hərəkət edən avtomaşınların dayandığı halda Yəhya Bakuvi küçəsi istiqamətində qaranlıqda dayanmış avtomaşınların arasından sürətlə qırmızı rəngli minik avtomobilinin piyada zolağı istiqamətində hərəkət etməsi görüntülənmişdir, lakin hadisə kameranın görüntü bucağına düşmədiyindən piyadanın vurulması anı görünməmişdir. Həmin görüntü 5 dəqiqə davam etmişdir. Sonra ikinci görüntü açılmış, həmin görüntü də 5 dəqiqə davam etmiş, görüntünün başlanmasının 02:09 dəqiqəsində piyada keçidi zolağında piyadaların keçidi üçün yaşıl işıq yanarkən hər iki istiqamətə piyadalar keçmiş, avtomobillərin hərəkəti dayanmışdır, işıqforun yaşıl işığı yanıb-sönən vaxt “Odlar Yurdu” Universiteti tərəfə əks tərəfdən piyada zolağına tərəf çəpəki yüyürək iki piyada yaxın məsafədə qaçmışdırlar, iki yol arasında qoşa xətdə həmin piyadalardan biri dayanmış, irəlidə qaçan piyada isə yüyürək yolu keçmək istəmişdir, həmin hərəkət istiqamətində piyada zolağı 03 qoşa zolaqdan ibarətdir və yolu keçmək istəyən piyada ortadakı zolaqda dayanıb ona tərəfə gələn maşına baxanda ona tərəf gələn qırmızı rəngli “Toyota Prius” markalı avtomaşın dayanmadan, gəldiyi sürətlə də qabaq hissəsi ilə həmin piyadanı vurub havaya qaldıraraq irəli atmışdır və onun əlində olan torba və torbadakılar yola dağılmış, piyadanı vuran avtomaşın isə gəldiyi sürətlə də hadisə yerindən uzaqlaşıb getmişdir. Sonra orada avtomaşınlar dayamış və adamlar toplaşmışdırlar. Həmin görüntü də 5 dəqiqə davam edir. Üçüncü görüntü də 05 dəqiqə davam etmişdir, görüntüdə hadisəni törədən avtomaşının gəldiyi tərəf görünmüş, piyada keçidi zolağı görünməmişdir, görüntü bulanıq və gecə şəraitində aparıldığından görüntülər və avtomaşınlar aydın görünməmiş, ona görə də istintaq marağı kəsb edən hər hansı fakt aşkar edilməmişdir. Dördüncü görüntü də 05 dəqiqə davam etmişdir, görüntüyə avtomobil yolunda olan piyada zolağı aydın görünmüşdür, görüntünün yuxarı sol tinində tarix xx.xx.2022 və saat görünmüşdür, saat 23:47:05-də piyada zolağı üçün yaşıl işıq yanarkən 2 nəfər piyada “Odlar Yurdu” Universiteti tərəfdən, bir nəfər piyada isə əksinə piyada zolağını keçmişlər, yaşıl işıq yanıb-sönmə vaxtında iki nəfər piyada, hər ikisinin əlində torba vardır, piyada zolağı tərəfə qaçaraq piyada keçidi zolağında iki yol ayrıcında onlardan biri dayanmış, qabaqda qaçan oğlan isə işıqforun yaşıl işığı sönmüş halda, hələ qırmızı işıq yanmamış 03 qoşa zolağın ortasında sürətlə ona tərəf avtomaşın gəlməsini görüb dayanmış və ona tərəf gələn avtomaşına tərəf dönmüşdür, həmin vaxt sürətlə gələn qırmızı rəngli avtomaşın qabaq hissəsi ilə həmin piyadanı vurmuş və havaya qaldıraraq qabağa uçurmuşdur, həmin vurulmuş piyadanın əlində olan torba və içindəkilər dağılmış, həmin vaxt avtomaşınlar dayanmış və vurulmuş piyadanın düşdüyü yerə adamlar toplaşmışdır. 20 oktyabr 2022-ci il tarixli avtomobilin olduğu yerlər barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 200) görünür ki, ekranda bir neçə səhifə açılmış, ilkin səhifədən sonuncuya qədər ekranda xx.xx.2022-ci il tarixdə, saat 12:42:49-dan həmin gün saat 23:26:10-dək olan müddət ərzində qırmızı rəngli “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissədən görüntüləri, görünmə vaxtı, saatı və ünvanlar qeyd edilmiş, sonuncu görüntü xx.xx.2022-ci il saat 23:26:10-dur və həmin vaxta avtomobilin Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, Atatürk prospekti istiqamətində qeyd edilmişdir. 14 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin №9/6761 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən (cild 01, iş vərəqə 221-224) görünür ki: nəzəri hesablama yolu ilə, tədqiqata təqdim edilmiş Avto Servis “357” firması tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin avqust ayına olan təmir-bərpa xərci təxminən 2.135,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 1.215,00 manat, təmir-bərpa işlərinin qiyməti – 920, manat. 16 noyabr 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 01, iş vərəqə 217) görünür ki, mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş üst geyimi olan 1 (bir) ədəd ağ-qara milli, açıq boz rəngli şort, 1 (bir) ədəd qara-ağ çilli qısaqol yay köynəyi, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 1 (bir) ədəd mavi milli rəngdə şalvar və qara rəngli qısaqol köynək, həmçinin idarə etdiyi avtomobilin qarşı sukan olan oturacağın üzlüyü və avtomobilin ön hissəsindən silinərək götürülmüş parolon süngər ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Maddi sübut hesab edilmiş həmin predmetlər Nərimanov RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. 17 noyabr 2022-ci il tarixli X5 ərizəsindən (cild 01, iş vərəqə 225) görünür ki, Təqsirləndirilən şəxs cinayat əməlləri nəticəsində ona məxsus-avtomobilin hissələrinin əzilməsi, sınması və təmir-bərpa işlərinə görə ümumilikdə 2133 (iki min yüz otuz beş) manat məbləğində maddi ziyan vurulmuşdur. 17 noyabr 2022-ci il tarixli mülki iddiaçı qismində tanınma haqqında qərardan (cild 01, iş vərəqə 226) görünür ki, cinayət işi üzrə X11 mülki iddiaçı qismində tanınmışdır. 23 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 3106 saylı məhkəmə-psixiatrik ekspertiza rəyindən (cild 01, iş vərəqə 246-248) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstlik aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psix xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq va sar psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. 24 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinin 078-20111-1222 saylı məktubundan (cild 01, iş vərəqə 249) görünür ki, X2 məlumatına əsasən vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 6 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmış, lakin vətəndaş sürücülük vəsiqəsini aidiyyəti üzrə təhvil vermədiyindən qərar icra edilməmişdir. 29 noyabr 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 275-294) görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinə zamanı adını, kiçik qardaşı “Şahid6” kimi təqdim etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”nin xx.xx.2022-ci il tarixli, 2/28586 nömrəli protokolu sübut növü hesab edilməklə yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmasına əsas kimi qiymətləndirilmiş, eləcə də hadisə yerinə yaxınlıqda quraşdırılmış və baxış keçirilməklə bu barədə protokollar tərtib edilmiş TŞ 6-071 kamerasından götürülmüş və hadisənin videogörüntüləri ilə olan 01 ədəd DVD-R disk, həmçinin avtomaşının hadisə günü olduğu yerlər barədə görüntülər köçürülmüş 01 ədəd DVD-R disk cinayət işi üzrə sübut növü hesab edilmişdir. 16 avqust 2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 01, iş vərəqə 155) görünür ki, Zərərçəkmiş şəxs ilə X12 16 avqust 2019-cu il tarixdə nikaha daxil olmuşdurlar. 13 avqust 2021-ci il tarixli Salyan Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından (cild 01, iş vərəqə 251A) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs onun seçdiyi müdafiəçi ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütovlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirməmişlər, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş və törətdiyi yol nəqliyyathadisəsi yerindən qaçmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığından nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi xx.xx.2022-ci il tarixdə, saat 23:47-də etibarnamə əsasında alkoqol sərxoşluğu vəziyyətdə idarə etdiyi “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsi ilə həmin küçənin Yahya Bakuvi küçəsi ilə kəsişməsi istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən ünvan 1 ünvanında yerləşən “Odlar Yurdu” Universitetinin qarşısında hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, avtomobilin qabaq sol tərəfi ilə Koroğlu Rəhimov küçəsində piyada keçidi zolaqları üzəri ilə avtomobil yolunu iti yerişlə soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vurmuş və törətdiyi yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Nəticədə Zərərçəkmiş şəxs çoxsaylı xəsarətlər almış və hadisə yerində ölmüşdür. Göründüyü kimi cinayət hadisəsinin baş verməsinə səbəb Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 60-ci maddəsinin 2-ci hissəsinin (sürücü svetoforun qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt qarşısında, piyada keçidi qarşısında dayanmalıdır), həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin (hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr istifadə edilməsi nəticəsində, idarə etməməlidir), həmin Qanunun 37-ci maddəsinin 4-ci hissəsinin (sürücü hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir) və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin (avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etməməlidir) tələblərinin kobud şəkildə pozulması olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsində göstərilən vəzifələri icra etməmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “X16” maşını çağırmaq, zərərçəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərərçəkənləri öz nəqliyyatında xəstəxanalara aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. Odur ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən də onun tərəfindən törədildiyindən məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmiş, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini isə qəsdən törətmişdir. Onun hər bir əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməlini cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, məhkəmədə etirafedici ifadə verməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasına bir neçə dəfə cəhd etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması halında 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan, Cinayət Məcəlləsinin 264cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, ona Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən əlavə cəza kimi nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza təyin edilməli, habelə ona təyin ediləcək əsas cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən təyin ediləcək əlavə cəza qismən toplanılmış cəzaya birləşdirilməklə ona qəti olaraq nəqliyyat vasitələrini idaetmə hüququndan məhrum etmə cəzası tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yalnız bu cəzalar vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 224 (iki yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 224 (iki yüz iyirmi dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 (bir) ədəd ağqara milli, açıq boz rəngli şort, 1 (bir) ədəd qara-ağ çilli qısaqol yay köynəyi, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 1 (bir) ədəd mavi milli rəngdə şalvar və 1 (bir) ədəd qara rəngli qısaqol köynək, avtomobilin qarşı oturacağının üzərində olan üzlük və ön hissəsindən silinərək götürülmüş parolon süngər məhv edilməlidir. Mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı mülki iddiaçı kimi tanınmış X11 tərəfindən cinayət mühakimə icraatı qaydasında mülki iddia verilsə də, cinayət işinin materiallarında mülki iddianın verilməsinə görə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən heç bir ödəniş qəbzi yoxdur. Bundan başqa, məhkəmə tərəfindən mülki iddiaçı X11 dəfələrlə məhkəməyə dəvət edilsə də, sonuncu məhkəmənin çağırışlarına gəlməmiş, habelə mülki iddia ilə bağlı dövlət rüsumunun ödənilməsi barədə hər hansı ödəniş qəbzini məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, mülki iddiaçı X11 tərəfindən 2.135 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulmasına dair mülki iddiası baxılmamış saxlanılmalı və mülki mühakimə icraatı qaydasında X8 Təqsirləndirilən şəxs qarşı iddia qaldırmaq hüququ izah olunmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza ilə qismən toplamaqla və toplanmış əsas cəzanı təyin edilmiş əlavə cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 (bir) ədəd ağqara milli, açıq boz rəngli şort, 1 (bir) ədəd qara-ağ çilli qısaqol yay köynəyi, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 1 (bir) ədəd mavi milli rəngdə şalvar və 1 (bir) ədəd qara rəngli qısaqol köynək, avtomobilin qarşı oturacağının üzərində olan üzlük və ön hissəsindən silinərək götürülmüş parolon süngər məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 224 (iki yüz iyirmi dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Mülki iddiaçı X8 2.135 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulmasına dair mülki iddiası baxılmamış saxlanılsın və mülki mühakimə icraatı qaydasında X8 Təqsirləndirilən şəxs qarşı iddia qaldırmaq hüququ izah olunsun. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Məmmədov hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar