Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-540/2025 21.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X24 və X13 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X8, Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 120 saylı Mənzil-Kommunal istismar sahəsində dalandar vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 07 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu X15 ilə birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağında çörək yeyib spirtli içki qəbul etdikdən sonra orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində münasibətlərini rəsmləşdirərək nikaha daxil olmaq istəməsinə dair təklifinə Samir İsrəfılovun biganə yanaşaraq onunla vaxtını keçirməkdən ötrü münasibət saxladığını deyib rədd cavabı verməsindən sonra bu hərəkətləri özünə təhqir kimi qəbul edib şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı əvvəlcə qarşılıqlı olaraq əlbəyaxa olub dalaşaraq sonuncuya sol kürək və sol bazu nahiyələrinin qançırı kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlər yetirdikdən sonra ondan fiziki cəhətdən daha güclü olan Samir İsrəfilova güc gələ bilmədiyini görüb daha da qəzəblənərək qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirməkdən ötrü masa üzərində olan məişət təyinatlı deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək Samir İsrəfilovun bədən səthinə bir dəfə zərbə vurub sonuncuya ürəyin yaralanmasına səbəb olan ölümü ilə birbaşa səbəbli əlaqəli döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik bir ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarət yetirməklə qəsdən öldürmüş, yəni X10 qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 10 il 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 120 saylı Mənzil-Kommunal istismar sahəsində dalandar vəzifəsində işləmişdir. Hadisə baş verdiyi gündən əvvəl Şabranda yaşayan dayısıqızının evinə getmək üçün işlədiyi yerdən 2 günlük icazə almışdır. Lakin Samir ona rayona getməsinə icazə verməmişdir. Buna görə də Samirə “necə ailə qurursan ki, rayona getmirsən?” demiş, sonuncu ona “o kimdir ki, mən onun ayağına gedəm?” cavabını vermiş və aralarında mübahisə yaranmışdır. Samir yaşadıqları evin qapısını bağlayaraq açarları cibinə atmışdır. Bundan sonra Samir onu təhqir edərək döyməyə başlamış və əlini bıçağa atmışdır. O, bıçağı Samirin əlindən almış və sonuncunun sinəsindən vurmuşdur. Lakin Samiri bilərəkdən vurmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona verilmiş suallara cavab olaraq bildirdi ki, Samirlə Nizami rayonunda ailə qurub yaşamaq məqsədilə tanış olmuşdur. Tanış olduqlar ilk bir ay ərzində çöldə görüşmüş, 1 ay sonra Samir onu anası və qardaşı ilə tanış etmişdir. Bu müddətdə o, Samiri öz evinə gətirmişdir. Hadisə baş verən gün səhər saatlarında qonşunun uşağı onlarda olmuşdur. Samir həmin uşağı təpiklə vuraraq bir də onların evinə gəlməməsini tapşırmış, ona “sən niyə uşağı bura buraxırsan? Bəlkə, tək idin evdə? Sən heç bir qonşu ilə danışa bilməzsən, icazə vermirəm. O uşaq daha buraya gəlməsin, niyə çörək yeyir?” sözlərini demişdir. Samir onu hədələyərək həmçinin “səni öldürəcəyəm, heç bir yerə şikayət edə bilməyəcəksən, sən qadınsan, “qız uşağı” kimi mənə gəlməmisən, sən mənə heç nə edə bilməyəcəksən və s.” kimi sözlər də demişdir. Samirin onu qarşı münasibəti gah yaxşı, gah da pis olmuşdur. Əvvəllər Samirin adam öldürüb məhkum olunduğunu bilməmişdir. Hadisə baş verən gün Samir içkili olmuş, o isə içki içməmişdir. Samiri vurduqdan sonra təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Sonuncunu vurduğu bıçaq mətbəx bıçağı olmuşdur. İbtidai istintaq zamanı vermiş ifadəsini təsdiq etməyərək aralarında “evlənməliyik” söhbətinin olmadığını, Samirin anasının evinə getdiyini, anasının yaşamaqlarına icazə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olmasını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayının sonlarından etibarən ünvan 2 ünvanında X15 ilə birlikdə yaşamışdır. Əvvəllər isə həmin ünvanda rəsmi nikahlı əri X14 ilə birlikdə yaşamış və 21 fevral 2024-cü il tarixdə Mətbağır Məmmədov insult keçirdiyindən vəfat etmişdir. Belə ki, o, 1976-cı il tarixdə Xocavənd rayonu, Xocavənd kəndində anadan olmuş, evin tək övladı olmuşdur. 1988-ci il tarixdə atası Mürvət Səfərov, 2023-cü il tarixdə isə anası Qönçə Tahirova vəfat etmişdir. 1992-ci il tarixdə valideyni ilə birlikdə Bakı şəhərinə köçüb burada yaşamağa başlamış, əvvəllər müxtəlif Mənzil-Kommunal istismar sahələrində çalışmışdır. Təxminən 2015-ci il tarixdən etibarən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 120 saylı Mənzil-Kommunal istismar sahəsində dalandar olaraq fəaliyyət göstərməyə başlamışdır. Samir İsrəfilovu əvvəllər tanımamış, aralarında hər hansı münasibət olmamışdır. Bu ilin fevral ayının sonlarından etibarən, yəni əri vəfat etdikdən sonra isə X15 adlı şəxslə tanış olmuş, Samirlə aralarında olan razılığıa əsasən sonuncu ilə ailə həyatı qurub ər-arvad münasibətində yaşamalı olmuşlar. Ona görə də, fevral ayının sonlarından etibarən Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən küçəsi, ev 43 ünvanında birlikdə yaşamağa başlamışlar. Samir ona əvvəllər ailəli olduğunu, sonradan boşandığını, həmin evliliyindən 3 övladı olduğunu, övladlarının arvadı Fərqanə adlı qadınla qaldıqlarını, özünün isə anası ilə birlikdə Xətai rayonu, NZS qəsəbəsində yaşadığını bildirmişdir. Hətta 26 may 2024-cü il tarixdə Samirlə birlikdə gedib anası, hazırda adını xatırlamadığı qadınla görüşüb tanış olmuşdur. Samir ona 2012-ci il tarixdə atasını bıçaqla ürəyindən vuraraq qətlə yetirməsi və bununla bağlı məhkumluq həyatı yaşaması barədə də məlumat vermişdir. Samirlə birlikdə yaşadığı bu qısa zaman ərzində onların münasibəti çox yaxşı olmuş, aralarında indiyə kimi hər hansı dava-dalaş olmamışdır. Təxminən may ayının sonlarından etibarən, yəni anası ilə görüşdükdən sonra aralarında sözlü mübahisələr yaranmağa başlamışdır. Hətta bu mübahisələr zamanı Samir bədəninin müxtəlif nahiyələrinə zərbələr belə vurmuşdur. Onların arasında olan mübahisənin əsas səbəbi isə demək olar ki, Samirin onunla ciddi münasibət fikirləşməməsi olmuşdur. Belə ki, o, hər dəfəsində evlənməli olduqlarını desə də, Samir hələ tez olduğunu, bir müddət də qeyri rəsmi münasibətdə qalmalı olduqlarını deyib onu “fırlatdığım” bildirmişdir. 29 may 2024-cü il tarixdə, saat 14 radələrində iş yerindən çıxıb Sabunçu bazarına gedərək 2 kilo kabab çəkmək üçün ət, daha sonra 5 manat 80 qəpiklik 1 litr araq alıb yaşadığı ünvana gəlmişdir. Günüz saatlarında həyətdə Samirlə birlikdə kabab çəkmiş, daha sonra isə evə daxil olub yeyib içməyə başlamışlar. Növbəti gün, yəni 30 may 2024-cü il tarixə kimi birlikdə yeyib içmiş, daha sonra araq qurtardığı üçün gecə saatlarında Samirə pul verib yenidən araq alması üçün mağazaya göndərmiş, sonuncu qayıtdıqdan sonra birlikdə yenidən içməyə başlamışlar. 30 may 2024-cü il tarixdə, saat 08 radələrində onunla söhbət edib birlikdə yaşamalı olduqları halda evlənməli olduğunu bir daha xatırlatmışdır. Samir isə, ürəyi istədiyi kimi yaşadığı ünvana gedib-gələcəyini, onunla vaxtını keçirəcəyini israrla demiş, sonuncunun bu sözləri onu qıcıqlandırmışdır. Daha sonra onunla bu cür danışmasının düzgün olmadığını demiş, Samir isə dediklərinə məhəl qoymamış, bundan sonra qıcıqlanaraq onunla bu cür rəftar edə bilməyəcəyini deyib bu cür danışacağı halda “vurub itirəcəyini” bildirmişdir. Samir isə cavabında vurmayanın biqeyrət olduğunu deyib oturduğu çarpayıdan qalxaraq onun üz və bədəninin müxtəlif nahiyələrinə şillə zərbələri vurmağa, o cümlədən ailə üzvlərini söyüb təhqir etməyə başlamışdır. Daha sonra ondan əl çəkib çarpayıda oturmuş, “duxum çatırsa” vurmağını istəmişdir. O da həmin an masa üzərində olan qara dəstəkli mətbəx bıçağını götürüb Samirin ürək nahiyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Həmin vaxt Samir oturaqlı vəziyyətdə, o isə ayaq üstə Samirin sol tərəfində dayanmışdır. Samiri bıçaqla vurduqdan sonra sonuncu sağ əli ilə ürək nahiyəsindən tutub oturaqlı vəziyyətdə dayanmış, o, yaxınlaşıb baxmaq istəyəndə üzü üstə döşəmə üzərinə yıxılmış və anidən ətrafa qan axmağa başlamışdır. Təxminən 15-20 dəqiqə gözləyib səsinin çıxıb-çıxmadığını müşahidə etmiş, Samirdən səs çıxmadığından, yəni sonuncunun öldüyündən əmin olduqdan sonra dərhal istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə DİN-nin 102 xidmətinə zəng edib yaşadığı adamı bıçaqla vurub öldürdüyünü bildirmiş, 102 xidmətinə məlumat verdikdən sonra isə iş yerində müdiri Şahid4 zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra qonşuluqda yaşayan Səid adlı uşağa Samiri bıçaqla vurub öldürdüyünü və sonuncunu yerdən qaldırmağa kömək etməsini xahiş etmişdir. Səid isə qapının qarşısından baxıb qorxduğu üçün içəri daxil olmamışdır. Həmin gün və ondan əvvəlki gün Səid onların evində evdə olmuşdur, belə ki, sonuncu adətən gəlib onlarda oturmuşdur. Samir Səidi öz evlərinə yola saldıqdan sonra onunla mübahisə edib, onu döyməyə başlamışdır. Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları yaxınlaşmış, o da könüllü olaraq təslim olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, hadisə yerinə baxış, ifadənin yerində qoxlanılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 izahatında göstərdi ki, zərərçəkmiş şəxs Samir onun qardaşıdır. Samir onun qardaşı olsa da münasibətləri soyuq olmuşdur. Belə ki, onlar ayrı yaşamış, qardaşı anası ilə əlaqə saxlasa da, onunla saxlamamışdır. Lakin onlar küsülü olmamışlar. Qardaşı spirtli içkiyə meyilli şəxs olmuşdur. Tez-tez araq içmişdir. Samir Ruhiyyə ilə tanış olana qədər o və anası ilə birlikdə yaşamışdır. Fevralda NZS qəsəbəsinə köçdükdən sonra qardaşı onlarla yaşmamışdır. Ümumiyyətlə üç ay ərzində qardaşı onların evinə gəlməmişdir. Qardaşını da son dəfə fevralda görmüşdür. Mobil telefon aldıqdan sonra Samir anasına zəng edərək hal-əhval tutmuşdur. Evdə olarkən xalasıoğlu “WhatsApp” vasitəsilə ona mesaj yazaraq qardaşı Samirin öldürüldüyünü demişdir. Bu xəbərə əvvəlcə inanmamışdır. Sonradan qardaşının öldürüldüyünü bilmişdir. Bundan sonra Sabunçu rayonunda yerləşən morqa getmişdir. Oradan qardaşının meyitini götürmüş və dəfn etmişlər. İstintaq zamanı ona məlum olmuşdur ki, qardaşı Ruhiyyəni təhqir etmiş, sonuncu bu səbəbdən Samiri öldürmüşdür. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Tural İsrəfilov məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, lakin onunla barışmadığını bildirmiş, çıxış zamanı isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və barışmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs qismində çıxış edən Samir oğludur. Samir cəzasını çəkib qurtarmış, 4 ildir ki azadlıqdadır. Samirin əvvəlki evliliyindən üç oğlu olmuşdur. Həmin uşaqlardan böyüyünün 15 yaşı var. Samiri əvvəlki həyat yoldaşından o ayırmış, 2021-ci ildən birlikdə yaşamışlar. Samir bazarda işləmişdir. Ümumiyyətlə oğlu Ruhiyyə ilə daimi yaşamamışdır. Belə ki, Samir 3-4 gündən bir, bəzən həftədə bir dəfə Ruhiyyənin evinə getmişdir. Onlar, yəni Samir və Ruhiyyə bir ay birlikdə yaşamışlar. Tarixi dəqiq xatırlamadığı soyuq günlərin birində, hansısa ayın 26 və 27-də oğlu Samir ona zəng edərək evə gəldiyini və qarşısına çıxmasını demişdir. Oğlunun qarşısına çıxdıqda əlində sellofan paket olan oğlunu və arxasınca bir nəfər qadının gəldiyini görmüşdür. Oğlundan həmin qadının kim olduğunu soruşmuşdur. Oğlu ona həmin qadınla ailə qurmaq istədiyini demişdir. Samirə həmin qadından xoşu gəlmədiyini demiş və evinə elə bir qadını gətirməsinə etiraz etmişdir. Bundan sonra oğlu sənədlərini və paltarlarını istəmişdir. Oğluna sənədlərini və paltarlarını vermiş, lakin yenə də həmin qadınla ailə qurmasına etiraz etmişdir. Hadisə baş verdiyi gün axşam saat 11-də qonşular Samirin yatdığı yerdə öldürüldüyünü demişlər. Ruhiyyə özü qonşulara Samiri öldürdüyünü demişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasının bibisi qızıdır. Qohum olsalar da, yaxın münasibətləri olmamışdır. Hadisə baş verməmişdən bir gün əvvəl 29 may 2024-cü il tarixdə günorta saatlarında Ruhiyyə zəng edərək onun evinə gəlmək istədiyini demişdir. O, Ruhiyyəyə həmin gün işdə olduğunu və sabah gəlməsini demişdir. Ruhiyyənin iki aydan artıq müddətdir Samir adlı şəxslə münasibətinin olduğunu, ailə qurmaq istədiklərini bilmişdir. Lakin axşam saatlarında Ruhiyyə yenə ona zəng edərək ağlayaraq Samirin onu aldatdığını, onunla evlənmək fikri olmadığını demişdir. O isə Ruhiyyəyə “əgər Samir səninlə evlənmək istəmirsə ayrılın, münsaibətiniz bitsin” demişdir. X28 evlənəcəyi barədə qonşulara və digər şəxslərə məlumat verdiyindən biabır olduğunu düşünmüşdür. Ata-anası olmadığından ondan Samirlə danışmasını xahiş etmişdir. Daha sonra o, Samirə zəng etmişdir. Sonuncu içkili olduğu üçün çox danışmamışdır. Samirə Ruhiyyə ilə münsaibətini ciddiləşdirmək istəmədiyi halda, sonuncu ilə ayrılmalı olduqlarını demişdir. X29 anası ilə tanış etdiyini və münasibətlərinin ciddi olduğunu demişdir. Həmin günün səhəri Ruhiyyə ona yenidən zəng edərək “öldürdüm” demişdir. Yuxulu halda Ruhiyyədən kimi öldürdüyünü soruşmuşdur. Sonuncu ona Samiri öldürdüyünü demişdir. Əvvəlcə inanmasa da Ruhiyyə ona yenidən Samiri öldürdüyünü demişdir. Lakin bu dəfə də ona inanmamışdır. Ruhiyyəyə Samiri niyə öldürdüyünü soruşduqda sonuncu ona anasının qəbrinə söydüyü və qonşula içində biabır etdiyi üçün öldürdüyünü bildirmişdir. Daha sonra Ruhiyyə ilə əlaqələri kəsilmişdir. Ayıldıqdan sonra ona çoxlu sayda zəng gəldiyini görmüşdür. Sonra bacısı ona zəng etmişdir. Bacısı ilə zəngə Ruhiyyəni də əlavə etmişlər. Ruhiyyə onlara yenə də Samiri öldürdüyünü demişdir. Onlar, yəni o və bacısı təcili tibbi yardıma və ya başqa şəxslərə məlumat verib-vermədiyni soruşmuşlar. Ruhiyyə hər kəsə xəbər verdiyini demişdir. Daha sonra həyat yoldaşı oyanmış, hadisə barədə xəbər tutduqdan sonra telefonu onun əlindən almış və gələn zənglərə cavab verməyə icazə verməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ildən onun işçisidir. Ruhiyənin vəzifəsi dalandar olmuşdur. İş zamanı özünü nizam-intizamlı aparmışdır. Sonuncunun içki içdiyini və siqaret çəkdiyini bilməmişdir. Onun siqaret çəkdiyini ilk dəfə hadisə yerinə gedərkən görmüşdür. O, hadisə yerinə getdikdə həyətdə qonşular olmuşdur. Ruhiyyə səhər saatlarında ona zəng edərək adam öldürdüyünü demişdir. Öz işçisini götürərək, Ruhiyyənin yaşadığı mənzilə getmişdir. Mənzilə çatdıqda sonuncu ona başına gələn hadisə barədə danışmışdır. O, Ruhiyyəyə niyə ona zəng etdiyini, polisə məlumat verdiyini demişdir. Bundan sonra Ruhiyyə polisə məlumat vermiş, polis və prokurorluq işçiləri sonuncunun evinə gəlmişdir. Məhkəmə baxışı iclasında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 7-ci sinifdə oxuyur. Qiymətləri normaldır. Hadisədən iki gün qabaq Ruhiyyənin yaşadığı evə qonaq kimi getmişdir. Sonuncunun evində televizora baxmışdır. Samirlər Ruhiyyə bir-birilərilə sakit şəkildə söhbət etmişlər. Orada olarkən onlar arasında mübahisənin olmasına şahidlik etməmişdir. Səhəri gün ansını işə yola salarkən Ruhiyyənin evinin qarşısında təcili tibbi yardım və polis avtomobillərinin dayandığını görmüşdür. Ruhiyyə onu çağıraraq yaxınlıqdakı polis bölməsinin nömrəsini soruşmuşdur. Qonşular özləri polisə zəng vuracaqlarını demişlər. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxışı zamanı elan edilərək araşdırılmış ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, 12-ci Mədən ev 43 ünvanında yaşayan qonşu kimi tanımışdır. Ruhiyyə əvvəllər başqa ünvanda yaşamış, iki ildir ki, ünvan 3 ünvanda əvvəllər əri ilə birlikdə yaşamışdır. 2024-cü ilin fevral ayının sonlarında Ruhiyyənin əri vəfat etdikdən sonra həmin ünvanda tək yaşamağa başlamışdır. Ruhiyyə MKT Birliyinin birində süpürgəçi olaraq fəaliyyət göstərmişdir. Ruhiyyə qonşuluqda qaldığı müddətdə qonşularla hər hansı mübahisəsi, dava-dalaşı olmamışdır. X15 adlı şəxsi əvvəllər tanımamış, aralarında hər hansı münasibət olmamışdır. Samiri Ruhiyyənin əri öldükdən təxminən 2-3 həftə sonra Ruhiyyə yaşadığı ünvana gəlib-gedən biri kimi tanımışdır. Sonradan ona məlum olmuşdur ki, Samir adlı şəxs Ruhiyyə ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışdır. Onlar demək olar ki, tez-tez spirtli içki qəbul edir, mübahisə edib, dava-dalaş etmişlər. Onların evlərindən tez-tez hay-küy səsləri eşidilmiş, Ruhiyyə ilə bu barədə danışdıqda Samirin çox qısqanc olduğunu, ona görə də, aralarında mübahisə yarandığını, hətta mübahisələr zamanı bir neçə dəfə Samirin Ruhiyyəni döyərək xəsarət belə yetirdiyini demişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 07:40 radələrində bacısı Aliyə onu həyətə çağırmış, Ruhiyyənin Samiri bıçaqla vurub qətlə yetirməsi barədə məlumat vermişdir. O dərhal həyətə çıxmış, Ruhiyyənin evin qarşısında dayandığını və öz-özünə deyindiyini görmüşdür. Ruhiyyə Samir adlı şəxsi ata və anasını söyüb təhqir etdiyi üçün bıçaqla vurub qətlə yetirdiyini demişdir. Evin giriş qapısından baxanda Samirin üzü üstə uzanıqlı vəziyyətdə döşəmə üzərində olduğunu görmək mümkün olmuşdur. Bir müddət sonra hadisə yerinə Ruhiyyənin müdiri adının sonradan Sadiq olduğunu bildiyi şəxs gəlmiş və polisə məlumat verilməli olduğunu bildirmişdir. Ruhiyyə də polisə məlumat verib adam öldürdüyünü demişdir. Polis əməkdaşları gəlib hadisə yerini müayinə etmiş və meyit ekspertizaya göndərilmişdir. O, həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Ruhiyyəgil həyətdə manqal qurub kabab çəkmiş, sonra isə evə daxil olmuşlar. Onların axşam saatlarında səsləri gəlmiş, mübahisə etdikləri hiss olunmuşdur. Ruhiyyə əvvəllər Samiri öldürmək istəməsi barəsində məlumat verməmiş, Samir və Ruhiyyə heç vaxt həyətdə mübahisə etməmiş, ona görə də onların dalaşdıqların gözləriylə görməmiş, lakin onlar sərxoş olduqları zaman evlərindən səs-küy və dava-dalaş səsləri eşidilmişdir. X20 çox qısqanc olduğunu, ona görə də aralarında dava-dalaş olduğu, hətta bir-iki dəfə Ruhiyyəni sillə ilə vurub xəsarət yetirdiyini demişdir. Hadisədən sonra Ruhiyyə Samirin onu vurub-vurmaması barədə heç nə deməmiş, sadəcə valideynlərinə söydüyü üçün öldürdüyünü demişdir. X3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxışı zamanı elan edilərək araşdırılmış ifadəsində göstərmişdir ki, 30 may 2024-cü il tarixdə təxminən saat 07:30 radələrində zibil atıb yaşadığı evə qayıdarkən Ruhiyyənin həyətdə dayanıb öz-özünə deyindiyini görmüşdür. Yaxınlaşıb nə olduğunu maraqlanmaq istədikdə qonşuluqda yaşayan Şahid5 Ruhiyyənin birlikdə yaşadığı Samir adlı şəxsi bıçaqla qətlə yetitməsi barədə məlumat vermiş, daha sonra Ruhiyyə özü də etiraf edib Samiri ata və anasını söyüb təhqir etdiyi üçün bıçaqla vuraraq qətlə yetirməsi barədə məlumat vermişdir. Əvvəlcə o, deyilənlərə inanmamış, ona görə də, Ruhiyyəgil yaşadığı evin giriş qapısından içəri boylandıqda Samirin döşəmə üzərində üzü üstə uzanıqlı vəziyyətdə dayandığını və döşəmənin qana bulaşdığını görmüşdür. Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-dən rayon prokurorluğuna ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan xx.xx.1976-ci il tarixdə doğulmuş Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu xx.xx.1986-cı il tarixdə doğulmuş X10 mətbəx bıçağı ilə döş qəfəsinin sol yarısının ön səthindən bir dəfə vurmaqla qəsdən öldürməsi barədə daxil olmuş məlumat və həmin məlumat əsasında rayon prokurorluğunda toplanmış materiallar olmuşdur. (Cild 1 i.v. 1) 30 may 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə zəng edərək qeyri-rəsmi yaşadığı əri Samiri ürəyindən bıçaqlaması barədə məlumat vermişdir. (Cild 1 i.v. 122) 30 may 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1 i.v. 37) 31 may 2024-cü il tarixli Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v. 89-91) 30 may 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş 30 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin ev natamam təmirli olmala 2 otaqlı və divarları boyasızdır. Giriş qapısı dəmir konstruksiyalı olmaqla 1 taylıdır. Daxil olduqda giriş hissədə sol tərəfdə 01 ədəd sanitar qovşağı mövcuddur. Sanitar qovşağı evin yataq otağı ilə dəhliz hissəni bir-birindən ayıran arakəsmədə yerləşir. Evin içərisində müxtəlif təyinatlı əşyalar dağınıq formadadır. Yataq otağına daxil olduqda otaqda 2 ədəd stul, 1 ədəd masa, 1 ədəd skamya, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd çarpayı və 1 ədəd dolab mövcuddur. Masa və çarpayı arasında döşmə üzərində üzü üstə uzanılqlı vəziyyətdə, yarı çılpaq formada, ətrafına qana bənzər maye yığılmış kişi cinsli meyit olduğu görünür. Həmin meyit X12 məxsusdur. Baxış zamanı yataq otağında mövcud olan masa üzərində tiyəsinin uzunluğu təxminən 14 sm, dəstəyi 12 sm, ümumi uzunluğu 26 sm olan qara dəstəkli bıçaq aşkar edildi. Bıçağın tiyəsi üzərində qana bənzər ləkələr mövcuddur. Hadisə yerinə baxış zamanı döşəmə üzərindən qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaq yolu ilə 2 ədəd nümunə, hadisə yerində masa üzərində olan qara dəstəkli bıçaq, 01 ədəd əl çantası hadisə zamanı Samir İsrəfilvun əynində olması güman edilən 01 ədəd göy rəngli qısa qol kofda müvafiq aydada qablaşdırılmaqla götürüldü. (cild 1 i.v 3-8) 30 may 2024-cü il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə” protokolundan görünür ki, xx.xx.1976-cı il tarixdə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:56 radələrində DİN-nin 102 xidmətinə zəng edərək, qeyri-rəsmi yaşadığı X10 yaşadığı ünvanda ürəyindən bıçaqla vuraraq öldürməsi və hazırda təqsirini boynuna almaqla təslim olmaq üçün yaşadığı ünvanda polis əməkdaşlarını gözləməsi barədə məlumat vermiş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs ünvan 2 ünvanında aşkar edilərək saxlanılmışdır. (cild 1 i.v 17) Əşyanın tanınmaya təqdim edilməsi haqqında 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi qara dəstəkli bıçağı digər bıçaqlar arasında seçərək bildirdi ki, həmin bıçaq X12 xəsarət yetirdiyi bıçaqdır. (cild 2 i.v 86-87) xx.xx.2024-cü il tarixli ifadəsnin yerində yoxlanılması protokolundan və ona əlavə edilmiş video çəkilşdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində ifadəsinin yerində yoxlanılması zamanı Samir İsrəfilovu necə öldürməsini ətraflı şəkildə göstərmişdir. (cild 1, i.v 67-72) Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 111 nömrəli rəyindən görünür ki, X1 meyitində ürəyin yaralanmasına səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; sol kürək və sol bazu nahiyələrinin qançırı, kürəkarası nahiyənin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən deşilmiş- kəsilmiş yara deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər; qançırlar və sıyrıq isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər. Dərəcəsinə görə: Ürəyin yaralanmasına səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir; Sol kürək və sol bazu nahiyələrinin qançırı, kürəkarası nahiyənin sıyrığı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb qeyd olunan deşilmiş-kəsilmiş yara ilə əlaqədar ürəyin yaralanması nəticəsində baş vermiş çoxlu qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. X1 xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərdi. X2 xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin S.İsrəfilovun özü tərəfindən özünə yetirilməsi inkar olunur. X1 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində 0,8%0 qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda bu miqdar qatdığı tərtib olunmuş cədvələ əsasən canlı şəxslərdə YÜNGÜL dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkolidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 2 i.v. 28-34) Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1258 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs butun və döş qəfəsi nahiyələrinin sıyrığı, hər iki bazu və sol bud nahiyələrinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddətinə görə döş qəfəsi nahiyələrinin sıyrığı, hər iki bazu və sol bud nahiyələrinin qançırı qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitə, burun nahiyəsinin sıyrığı isə şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (cild 2 i.v. 23-25) Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 257-MTKŞ/2024 nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş X2 məxsus köynək, şalvar, tuman, cib dəsmalı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Mərhum Zərərçəkmiş şəxs bədəninin döş qəfəsinin sol yarısının ön səthində olan bir ədəd deşilmiş-kəsilmiş yara onun paltarı üzərində öz əksini tamamışdır, bu da paltarın yerdəyişməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək və idman şalvarı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq məişət təyinatlı deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. (cild 2 i.v. 41-46) Məhkəmə tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 366/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X9 qan qrupu ABO sistemi üzrə AB(İV)-dir. Ekspertizaya təqdim olunmuş bıçaq, 02 ədəd pambıq ucluqlu çubuq, Zərərçəkmiş şəxs məxsus köynək, alt tumanı, şalvar, əl yaylığı, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda 02 ədəd pambıq ucluqlu çubuq, Zərərçəkmiş şəxs məxsus alt tumanı, şalvar, əl yaylığı, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində A və B antigenləri alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə AB(İV) qruplu bir şəxsə, o cümlədən də X12 məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş bıçaq, Zərərçəkmiş şəxs məxsus köynək üzərindəki ləkələrdə qanın qrupu təyin etdikdə heç bir qrup antigenləri alınmadığı üçün bu ləkələrdə olan qan qrupu haqqında fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək üzərində baxış zamanı qana şübhəli hər hansı ləkə aşkar olunmadı. Təqsirləndirilən şəxs qan nümunəsi və qan qupu haqqında hər hansı bir sənəd təqdiM olunmadığı üçün ləkələrdə olan qanın ona məxsus olub-olmaması barəsində fikir söyləmək mümkün olmadı. (cild 2 i.v. 49-54) Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1903 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlindən sonra hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1 -ci, 21.3-cü və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər, öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, ihtellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında situasiya ilə əlaqədar hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt alında olmamışdır. (cild 2 i.v. 57-59) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4375 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2 i.v. 37-38) "xxxx" MMC-dən 25 iyun 2024-cü il tarixli, 13462 nömrəli məktubla əldə edilmiş 01 ədəd DVD-də olan məlumatlara keçirilmiş baxış protokolundan görünür ki, həmin disk ağ rəngli olmaqla üzərində zavod üsulu ilə latın qrafikalı Azərbaycan əlifbası ilə “Verbatim” sözləri və “4.7gb, 16x, 120min” rəqəmləri, mürəkkəbli qələmlə isə “8300” rəqəmləri yazılmışdır. 01 (bir) ədəd disk “HP” markalı stolüstü kompüterə daxil edildikdə içərisində “8300”ad!ı zip fayl olduğu aşkar edilir. Həmin fayl açıldıqda içərisində adları: “504582947_SMS.txt”, “507854538_SMS.txt”, “**********47.txt”, “**********38.txt”, “abuneciler8300.xls” və “anetna8300.xls” olmaqla 06 fayl olduğu aşkar edilir: Həmin fayllardan birincisinə daxil olduqda ********** saylı abunəçi, yəni Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 14:37:39-da “9623” qısa nömrəsinə boş sms göndərildiyi məlum olur. Baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı xüsusat aşkar edilməmişdir. Həmin fayllardan ikincisinə daxil olduqda ********** saylı mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 15:17:22-dən xx.xx.2024-cü il, saat 14:13:37-ədək olan müddət ərzində mesajlaşdığı şəxslərin mobil telefon nömrələri və mesajların məzmunu öz əksini tapmışdır. Baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı xüsusat aşkar edilməmişdir. Həmin fayllardan üçüncüsünə daxil olduqda ********** saylı mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 00:00:00-dən xx.xx.2024-cü il, saat 23:59:59-ə qədər olan müddət ərzində əlaqə saxladığı şəxslərin telefon nömrələri və aralarında olan danışıq dəqiqələri öz əksini tapmışdır. Həmin danışıqlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il, saat 05:45:45-də və 05:46:25-də “103” Çağrı mərkəzi ilə əlaqə saxlamış və aralarında müvafiq olaraq 28 və 96 saniyə danışıq olduğu müəyyən edilmişdir. Həmin fayllardan dördüncüsünə daxil olduqda ********** saylı mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 00:00:00-dan xx.xx.2024-cü il, saat 23:59:59-a qədər olan müddət ərzində əlaqə saxladığı telefon nömrələri və aralarında olan danışıq dəqiqələri öz əksini tapmışdır. Həmin danışıqlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il, saat 05:31:29-da 103 Çağrı mərkəzi ilə, 05:38:21-də, 06:12:36-da, 06:16:54-də ********** saylı telefon nömrəsi ilə əlaqə saxlamış və aralarında müvafiq olaraq 207, 76, 22 və 42 saniyə ərzində danışıq olduğu müəyyən edilmişdir. Tərəfimdən həmin nömrə ilə əlaqə saxlanılan zaman məlum olmuşdur ki, həmin nömrə “103” Çağrı mərkəzinin dispetçerləri tərəfindən istifadə olunur. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il, saat 05:57:52-də, 06:00:35-də və 06:04:41-də 055-353-8864 saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və aralarında müvafiq olaraq 29, 89 və 156 saniyə ərzində danışıq olduğu müəyyən edilmişdir. Tərəfimdən həmin nömrə ilə əlaqə saxlanılan zaman məlum olmuşdur ki, həmin nömrə Bakı Şəhəri Təcili Tibbi və X4 12 saylı bölməsində həkim işləyən X7 məxsusdur. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il, saat 07:06:23-də, 07:07:51-də və 08: 00:50-də ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və aralarında müvafiq olaraq 8, 45 və 49 saniyə ərzində danışıq olduğu müəyyən edilmişdir. Tərəfimdən həmin nömrə ilə əlaqə saxlanılan zaman məlum olmuşdur ki, həmin nömrə 120 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Şahid4 məxsusdur. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il, saat 00:09:12-də, 07:41:32-də, 07:58:48-də, 08:05:53-də və 08:06:13-də ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və aralarında müvafiq olaraq 31, 300, 123, 8 və 68 saniyə ərzində danışıq olduğu müəyyən edilmişdir. Tərəfimdən həmin nömrə ilə əlaqə saxlanılan zaman məlum olmuşdur ki, həmin nömrə Təqsirləndirilən şəxs qohumu Şahid6 məxsusdur, lakin nömrə sonuncu əri X17 adına qeydiyyatdadır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:54:33-də və 08:58:56-da DİN-nin 102 xidməti ilə əlaqə saxlamış və aralarında müvafiq olaraq 100 və 41 saniyə ərzində danışıq olmuşdur. Baxış zamanı yuxarıda qeyd edilənlərdən başqa cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı xüsusat aşkar edilməmişdir. Həmin fayllardan beşincisinə daxil olduqda ********** və ********** saylı mobil telefon nömrələrinin Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil telefon nömrəsinin Şahid4 və ***-***-**-** saylı mobil telefon nömrəsinin isə X18 aid olduğu öz təsdiqini tapmışdır. Baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı xüsusat aşkar edilməmişdir. (cild 1 i.v.171-175) 26 avquts 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X9 hadisə vaxtı əynində olmuş 01 ədəd boz rəngli, belində qara rəngli kəməri olan cins şalvar, 01 ədəd sarı rəngli trusik və 01 ədəd göy rəngli qısa qol kofda, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd ağ rəngli qısa qol köynək və 01 ədəd göy rəngli fınka, hadisə yerinə baxış keçirilərkən hadisənin baş verdiyi yerdə döşəmə üzərində olan qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 02 ədəd nümunə, qara dəstəkli 01 ədəd bıçaq və 01 ədəd çəhrayı rəngli əl çantası əhəmiyyət kəsb etdiyindən istintaq zamanı maddi sübut kimi tanınmış və maddi sübutlar saxlanılması üçün Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. (cild 2 i.v. 113- 134) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli hökmü ilə 01 il müddətinə sınaq müddəti müəyyən edilməklə, 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhumetmə cəzasına məhkum edilmişdir. (cild 1 i.v.145-146) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək zərərçəkmiş şəxs X15 və Təqsirləndirilən şəxs arasında qeyri-rəsmi ər-arvad münasibətləri olmuş, 30 may 2024-cü il tarixdə, saat 07 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Samir İsrəfilovun bədən səthinə bir dəfə zərbə vurmuş və həmin zərbə nəticəsində sonuncu həyatdan məhrum olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Samir İsrəfilovu bir dəfə bıçaq zərbəsi ilə vurduğunu göstərsə də, sonuncunun onu təhqir etməsi və ardınca təzyiqlər göstərməsi səbəbindən özünü müdafiə etmək məqsədilə vurduğunu göstərmişdir. Bu səbəbdən məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs Samir İsrəfilovu öldürmək niyyətinin olub-olmamasını və zəruri müdafiə vəziyyətində törətməsini araşdırmaqdır. Təqsirləndirilən şəxs ifadəsindən də aydın olur ki, Samir İsrəfilov onu təhqir edib vurduqdan sonra ondan əl çəkib çarpayıda oturmuş, “duxum çatırsa” vurmağını istəmişdir. O da həmin an masa üzərində olan qara dəstəkli mətbəx bıçağını götürüb Samirin ürək nahiyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Həmin vaxt Samir oturaqlı vəziyyətdə, o isə ayaq üstə Samirin sol tərəfində dayanmışdır. Göründüyü kimi zəruri müdafiənin hücüm elementi başa çatmış və davam etmə əlaməti yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs zəruri müdafiə vəziyyətində hərəkət etməsi müəyyən olunmur. Məhkəmə onu da qeyd etmək istəyir ki, Ruhiyyə Tahorova CM-nin 120.1-ci maddəsinin mətnində nəzərdə tutulan başqa şəxsi həyat məhrum etmiş və bunu birbaşa qəsdlə törətmişdir. Belə ki, cinayət hüquq nəzəriyyəsində birbaşa qəsdin bilmək və istəmək əlamətləri fərqləndirilir. Yəni Təqsirləndirilən şəxs Samir İsrəfilova bıçaqla vurmaqla hərəkətinin ictimai təhlükəliyini bilirdi və həmin bıçağın ürək nahiyyəsində dəyib ölümlə nəticələnməsini də istəmişdir. Həmin əlamətlər Azərbaycan Respublikası Cinayət Məcələsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 25-ci maddəsində göstərilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Burada bilmək ünsürü kimi şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməsi, istəmə ünsürü kimi ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında da qeyt edilmişdi ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırki iş üzrə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilə Samir İsrəfilov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və Təqsirləndirilən şəxs sonuncuya sol kürək və sol bazu nahiyələrinə xəsarətlər yetirmiş, daha sonra bıçaqla zərərçəkmiş şəxsin həyat üçün mühüm orqan olan ürəyin yaralanmasına səbəb olan zərbə vurmuş və Samir həmin xəsarətlər nəticəsində həyatdan məhrum olmuşdur. Göründüyü kimi zərərçəkmiş şəxsə müxtəlif bədən xəsarətləri yetirdikdən sonra, həyati orqan hesab olunan ürək nahiyəsinə zərbə endirmişdir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, cinayət törətdiyi əməldən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə 10 (on) il 6 (altı) aydan artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli 30 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş X9 hadisə vaxtı əynində olmuş 01 ədəd boz rəngli, belində qara rəngli kəməri olan cins şalvar, 01 ədəd sarı rəngli tuman və 01 ədəd göy rəngli qısa qol kofta, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd ağ rəngli qısa qol köynək və 01 ədəd göy rəngli fınka, hadisə yerinə baxış keçirilərkən hadisənin baş verdiyi yerdə döşəmə üzərində olan qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 02 ədəd nümunə, qara dəstəkli 01 ədəd bıçaq və 01 ədəd çəhrayı rəngli əl çantası məhv ediməli, 3 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 65 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 390 (üç yüz doxsan) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş X9 hadisə vaxtı əynində olmuş 01 ədəd boz rəngli, belində qara rəngli kəməri olan cins şalvar, 01 ədəd sarı rəngli tuman və 01 ədəd göy rəngli qısa qol kofta, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd ağ rəngli qısa qol köynək və 01 ədəd göy rəngli fınka, hadisə yerinə baxış keçirilərkən hadisənin baş verdiyi yerdə döşəmə üzərində olan qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 02 ədəd nümunə, qara dəstəkli 01 ədəd bıçaq və 01 ədəd çəhrayı rəngli əl çantası məhv edilsin, 3 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 390 (üç yüz doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-540/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-540/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver