Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-541/2020 06.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X6 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2000-ci il yanvarın 05-də Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olmuş, Laçın rayonunun Minkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu il dekabrın 21-də saat 18 radələrində mütəmadi olaraq bacısı Şahid5 baxaraq sataşmasının səbəbinin soruşmaq üçün Zərərçəkmiş şəxslə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 89 ünvanında yerləşən «X14 Evi»nin qarşısında görüşüb söhbət edərkən sonuncu onu Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 192 ünvanındakı «Bravo» marketinin arxasına qədər gətirtmiş, orada baş verən münaqişə zamanı Təqsirləndirilən şəxs qısqanclıq zəminində üzərindəki bıçaqla Zərərçəkmiş şəxs qəsdən vurmaqla sonuncuya sol bazu nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya, həmçinin qarın boşluğuna nüfuz edərək mədəni və köndələn çəndər bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət insan həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 89 ünvanındakı həmyerlisi X3 məxsus kafedə görüb tanıdığı Zərərçəkmiş şəxslə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2019-cu il dekabr ayının əvvəllərində bacısı Şahid5 hazırlıqdan qayıdarkən Sahib adlı oğlanın ona söz atdığını bildirdikdə o, bacısını dərsə özü aparmağı qərarlaşdırmış, Mehribanı hazırlıqdan gətirərkən Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 89 ünvanındakı «X14 Evi»nin qarşısında dayanan Sahibin gözlərini zilləməklə onun bacısına baxdığını görmüş, 2019-cu il dekabrın 21-də saat 18 radələrində sonuncunu hazırlıqdan götürərək yol gələrkən eyni hal təkrarlandığı üçün bərk əsəbiləşmiş, Mehribanı evə qoyduqdan sonra Sahiblə söhbət etməkdən ötrü qonşusu Şahid1 işlədiyi «Ağcabədi» ət mağazasının qarşısına gedib yan tərəfdəki kafedən Sahibi çağırmasını xahiş etmiş, sonuncu gələndə onun bacısına baxmaqla gülməsinin və söz atmasının səbəbini soruşmuşdur. Sahib «üstümə davaya gəlmisən?» dedikdə o, dalaşmaq istəmədiyini, bir daha bacısına baxmamasını bildirmiş, lakin Sahib kimə istəsə, baxa biləcəyini, sözü varsa, «Bravo» marketin arxasında söhbət edə biləcəklərini söyləmişdir. O, getmək istəməsə də Sahibin «camaatın içində ürəklənərək təkbətək söhbət etməkdən qorxursan?» deməsindən təsirlənib sonuncu ilə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 192 ünvanındakı «Bravo» marketin arxasına doğru getməyə başlamış, Elməddin arxalarınca getsə də Sahib sonuncudan getməsini tələb etmişdir. Marketin arxasına çatanda o, Sahibə yenə xəbərdarlıq etmiş, aralarında yaranan mübahisə nəticəsində əynində olan gödəkçənin sol yan cibindən bıçaq çıxarmaqla Sahibin qarın nahiyəsindən bir dəfə vurmuş, sonuncu isə onu təhqir edərək üzərinə cumub bıçağı almağa çalışmışdır. O, Sahibin geri çəkilməsi üçün bıçağı əlində sağa-sola doğru hərəkət etdirsə də sonuncu onun üstünə gəldiyindən davanın böyüməməsinə görə oradan qaçmaqla uzaqlaşaraq bıçağı xatırlamadığı yerdə yol kənarına atdıqdan sonra yaşadığı evə gedib hadisə barədə atası Şahid4 məlumat vermiş, sonuncu onu danlamaqla müalicə xərclərini ödəməkdən ötrü Sahibin aparıldığı xəstəxanaya yollanmışdır. O, bərk qorxduğundan Ağcabədi rayonunda yaşayan qohumugildə bir müddət qalmış, 2020-ci il yanvarın 21-də atası zəng edərək polisin onu axtardığını bildirdikdə növbəti gün könüllü şəkildə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gəlmişdir. Ümumiyyətlə Sahiblə dalaşmaq, xəsarət yetirmək fikrində olmamış, imkanı olsa da sonuncunu bir daha bıçaqla vurmamış, sadəcə Mehribanın qardaşı kimi Sahibdən bacısına baxmamağı və söz atmamağı üçün məsələni aydınlaşdırmaq istəmiş, adətən üzərində bıçaq gəzdirməmiş, münaqişə günü cibində təsadüfən olmuşdur. Əməlindən həddindən artıq peşmandır, hazırda xarici ölkəyə köçən zərər çəkmiş şəxsdən dönə-dönə üzr istəmiş, iş üzrə dəyən maddi və mənəvi ziyan ödənilmiş, sonuncu ilə barışıq əldə etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 2018-ci ilin noyabr ayından Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 89 ünvanındakı «Ağcabədi» ət mağazasında qəssab işləyib Zərərçəkmiş şəxs onun müdiri X2 həyətindəki tikilidə kirayə yaşayan şəxs, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. 2019-cu il dekabrın 21-də saat 18 radələrində dostu Şahid2 ilə iş yerində söhbət edərkən Kənan yaxınlaşmaqla mağazaya bitişik kafedən Sahibi çağırmasını xahiş edərək sonuncuya hazırlığa gedib gələn bacısı Şahid5 baxmamasını və söz atmamasını, özünü düzəltməsə, bu işin axırının yaxşı olmayacağını söyləmiş, Sahib hər şeyi inkar etsə də Kənan dediklərini təkrarlamağa davam etmişdir. Həmin vaxt Sahib Kənana Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 192 ünvanında yerləşən «Bravo» marketin arxasında təkbətək söhbət etməyi təklif etmiş, dalaşacaqlarından ehtiyat etdiyindən o, arxalarınca getmiş, Sahib şəxsi söhbətləri olduğunu bildirməklə qayıtmasını tələb etmiş, o, geri dönərək 20-30 metr aralaşanda qarşıdan Sənanın gəldiyi gözünə çarpmış, marketin yaxınlığından səs-küy eşidib dərhal uşaqların yanına qaçdıqda Sahibin bir əli ilə böyrünü tutmaqla ona doğru gəldiyini, Kənanın isə əks tərəfə qaçdığını görmüşdür. Sənan Bəhruz adlı taksi sürücüsünün «VAZ 2107» markalı avtomobili ilə Sahibi Respublika Klinik Xəstəxanasına aparmış, o isə qəssabxanaya qayıtmış və hadisə barədə Sahibin anası Şahid3 məlumat vermişdir. Hazırda Sahiblə anası Amerikaya köçmüşlər. İş üzrə şahid qismində dindirilən Şahid2 şahid olan dostu Şahid1 ilə analoji ifadə verib 2019-cu il dekabrın 21-də saat 18 radələrində sonuncunun iş yeri, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 89 ünvanındakı «Ağcabədi» ət mağazasında olarkən Elməddinin tanışları Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dalaşacaqlarından ehtiyat etməklə qəssabxananı ona tapşıraraq uşaqların arxasınca getdiyini, təxminən 5 dəqiqədən sonra Sahibin anası Şahid3 ona yaxınlaşıb narahat olduğunu və oğlunun dalınca getməyini xahiş etdiyini, onun da nə baş verdiyini öyrənmək üçün getdiyi, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 192 ünvanında yerləşən «Bravo» marketin arxa hissəsində Elməddinlə qarşılaşdığını, arxadan səs-küy eşitməklə göstərilən tərəfə qaçaraq Sahibin bir əli ilə böyrünü tutub onlara doğru gəldiyini, Kənanın isə əks tərəfə qaçdığını gördüklərini, onun Bəhruz adlı taksi sürücüsünün «VAZ 2107» markalı avtomaşını ilə Sahibi Respublika Klinik Xəstəxanasına yola salmaqla Elməddinin yanına qayıtdığını göstərmişdir. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən «Halal ət» mağazasında qəssab işləyir. 2019-cu il dekabrın 21-də saat 19 radələrində yaşadığı evdə olarkən övladı Təqsirləndirilən şəxs qaçaraq qorxu içində evə gəlib bacısı Şahid5 sataşan Zərərçəkmiş şəxs adlı şəxsin təhriki ilə oğlanı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 192 ünvanında yerləşən «Bravo» marketin arxasında bıçaqla vurmaqla xəsarət yetirdiyini bildirmişdir. O, oğlunu danlayaraq dərhal evdən çıxmış, Sahibin aparıldığı Respublika Klinik Xəstəxanasına getmiş, orada olan Sahibin anası Şahid3 üzrxahlıq edib bütün xərcləri çəkəcəyinə söz verməklə dediklərinə əməl etmişdir. Axşam evə qayıdanda Kənanın Ağcabədi rayonundakı qohumlarıgilə getdiyini bilmiş, 2020-ci il yanvarın 21-də oğluna zəng etməklə polis tərəfindən axtarıldığını nəzərinə çatdırdıqda növbəti gün Kənan könüllü olaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə getmişdir. Kənanda olan bıçaqla sonuncu hərdən ona işində kömək etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, ali məktəbə qəbul olunmaq üçün Bakı şəhərindəki 286 saylı orta məktəbin yaxınlığında olan «İstedad» hazırlıq kurslarına hər gün getmiş, son zamanlar Məhəmməd Xiyabani küçəsi, 89 ünvanında yerləşən «X14 Evi»nin qarşısından keçərkən adını sonradan bildiyi Zərərçəkmiş şəxs gözünü zilləyib ona baxmaqla arada bir söz atırmış, o, ilk əvvəllər fikir verməsə də sonda belə hərəkətlərin mütəmadi hal almasından qorxmuş və 2019-cu il dekabrın 20-də bu barədə qardaşı Təqsirləndirilən şəxs deyəndə sonuncu onu hazırlığa özünün aparacağını bildirmişdir. 2019-cu il dekabrın 21-də saat 18 radələrində o, Kənanla birlikdə hazırlıqdan qayıdarkən Sahibin gözünü zilləyərək onlara baxdığını, sataşan şəkildə gülüb hansısa qadınla danışmağa başladığını görmüşlər. Kənan onu evə saldıqdan sonra geri qayıtmış, bir müddət sonra qardaşının Sahiblə mübahisə etməklə oğlanı bıçaqla vuraraq xəsarət yetirdiyini eşitmişdir. Atası Şahid4 hadisədən xəbər tutub Kənanı və onu danlamaqla Sahibi xəstəxanaya aparmaq üçün evdən çıxmışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, təxminən 7 ay bundan əvvəl anası Şahid3 müalicə etdirmək üçün Gürcüstandan gətirdikdən sonra onlar ünvan 6 ünvanında kirayə yaşamağa başlayaraq anası qaldıqları evin qarşısındakı yolun kənarında yerləşən «X14 Evi»ndə işləmiş, o da gününün çox vaxtı həmin kafedə olmuşdur. 2019-cu il dekabrın 21-də saat 18 radələrində o, göstərilən yerdə anası ilə dayanıb söhbət edərkən məhəllədən tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs bacısı ilə bərabər yanlarından keçməklə getmiş, 5-10 dəqiqədən sonra qonşuluqdakı «Ağcabədi» ət mağazasında qəssab işləyən Şahid1 adlı şəxs gələrək Kənanın onu gözlədiyini demişdir. O, Elməddinlə birgə dükanın qarşısına çatdıqda Kənan ona bu küçə ilə gedib gələn zaman bacısına baxdığını və söz atdığını bildirmişdir. O, deyilənləri inkar etsə də sonuncu sözlərini davam etdirməklə bir daha belə davransa, nəticəsinin onun üçün yaxşı olmayacağı ilə hədələyəndə oğlana Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 192 ünvanındakı «Bravo» marketin arxasında danışmalarını təklif etmiş, dallarınca düşən Elməddinə qayıtmasını bildirmişdir. Onlar marketin arxasında söhbət edərkən Kənan sözlərini təkrarlamışdır, o isə heç kimə baxmadığını, ürəyi kimə istəsə, baxacağını bildirdikdə onlar əlbəyaxa olmuşlar və Kənan cibindən çıxartdığı qara dəstəkli 15-20 sm uzunluqda qatlanıb açılan bıçaqla onun sağ qarın nahiyəsindən bir dəfə vuraraq geri çəkilmiş, sonuncunun üzərinə cumub əlindəki bıçağı almağa çalışanda Kənan iki dəfə onun sol qol nahiyəsinə vurmaqla qaçaraq oradan uzaqlaşmışdır. İmkanı olsa da Kənan bir daha ona xəsarət yetirməyib hadisə yerini tərk etmişdir (iş vərəqi 19-22). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid3 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən övladı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə uyğun ifadə vermişdir (iş vərəqi 120-122). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 2019-cu il dekabrın 26-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 28). İş materiallarındakı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq olunan 2020-ci il 09 yanvar tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır (iş vərəqi 40). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin tərtib etdiyi 2020-ci il 22 yanvar tarixli protokollardan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 22 yanvar tarixli ********* №-li məktubundan görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhələnilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 1730-da könüllü olaraq polis şöbəsinə gəldikdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun tutulması barədə atası Şahid4 məlumat verilmişdir (iş vərəqi 46 və 67-69). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 23 yanvar tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə yerində ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 70-74). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 24 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 76-77). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 24 yanvar tarixli qərarlarından görünür ki, həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina edilən Təqsirləndirilən şəxs həbsdən azad edilmiş, sonuncu barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 93-100). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2020-ci il 25 yanvar tarixli 81 nömrəli ekspert rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qarın boşluğuna nüfuz edərək mədəni, köndələn çəndər bağırsağı zədələmiş, qarnın ön divarında yerləşən bir ədəd, sol bazu nahiyəsində yerləşən iki ədəd deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənməklə mədəni və köndələn çəndər bağırsağı zədələyən deşilmiş-kəsilmiş yara dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol bazu nahiyəsindəki iki ədəd deşilmiş-kəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; müddəti 2019-cu il dekabrın 21-nə uyğundur (iş vərəqi 113-116). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-X4» X12 ambulator məhkəmə-psixiatrik ekspertizasının 2020-ci il 28 yanvar tarixli 160 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda və ittiham olunduğu cinayət əməlinin törədildiyi dövrdə hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır; həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməklə onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır (iş vərəqi 124-125). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» X12 maddi sübutların müayinəsinə dair 2020-ci il 10 fevral tarixli 47-MTKŞ/2020 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs köynəyinin ön səthində bir ədəd, sol qolun ön səthində iki ədəd dəlibkeçən zədələr küplü, kafi itilikdəki ülgüclü və iti uclu, yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilərdi; bu zədələr Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş xəsarətlərlə nisbi olaraq uyğundur (iş vərəqi 132-134). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» X12 maddi sübutların müayinəsinə dair 2020-ci il 10 fevral tarixli 86/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin üzərində aşkarlanan qan ləkələrindəki qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunaraq A və H antigenləri alındığından ləkələr A-beta(H)/İİ qruplu şəxsə, o cümlədən əgər onun qanında müşayiətçi H antigeni vardırsa, sonuncuya məxsus ola bilər (iş vərəqi 138-141). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 2020-ci il 24 fevral tarixli və 2020-ci il 25 fevral tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yenidən ittiham elan edilməklə barəsində seçilən polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının CM-nin 228.4.-cü maddəsi ilə, habelə Azərbaycan Respublikasının CM-nin 29, 120-ci, 126.2.4.-cü və 221.3.-cü maddələri cinayət təqibinin başlanması rədd edilmiş, Şahid4, Şahid5 və X5 barəsində Azərbaycan Respublikasının CM-nin 307.1.-ci və 307.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs əynindəki bir ədəd köynək maddi sübut kimi tanınmaqla saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır (iş vərəqi 154-165 və 168-169). İş materiallarında olan 2020-ci il 28 fevral tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus bir ədəd köynəyi istifadəyə yararlı şəkildə təhvil almışdır (iş vərəqi 186). İş materiallarında olan hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X10 tərəfindən 40 iş saatı müddətində müdafiə olunmuşdur (iş vərəqi 203). Məhkəməyə təqdim olunan 2016-cı il 28 dekabr tarixli AA seriyalı 377300 №-li vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan məcburi köçkündür. Məhkəməyə təqdim olunan 2020-ci il 06 noyabr tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs hazırda mövcüd olan hərbi vəziyyətlə əlaqədar döyüşlərdə könüllü iştirak etmək istədiyini və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün tam etirafedici, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilib tədqiq edilən zərər çəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasının, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, gəncliyini, əməlindən səmimi peşmanlığını, məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs 2020-ci il yanvarın 22-dən 2020-ci il yanvarın 24-dək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynindəki bir ədəd köynəyin sonuncuya qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X10 tərəfindən 40 iş saatı; məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 52 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 312 manat köçürülməlidir. Təqsirləndirilən şəxs tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2020-ci il yanvarın 22-dən 2020-ci il yanvarın 24-dək həbsdə saxlanıldığı 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq təyin olunan cəzaya şərti məhkum edilsin. Təqsirləndirilən şəxs haqqında seçilən polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhərinin Yasamal Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 312 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin sonuncuya qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-541/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-541/2020
06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver