Məhkəmə qərarları › İş №1(101)-541/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-541/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-541/2025 11.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X5 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 2,733 qram, beş ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 21 sentyabr 2022-ci il tarixdə saat 18:30-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4ləşən Xətai RPİ-nin 37-ci PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,370 qram, 0,253 qram, 0,045 qram, 0,035 qram, 0,03 qram, ümumi təmiz çəkisi 2,733 qram olan öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının 21-də evinin qarşısında 4-5 nəfər polis əməkdaşı ona yaxınlaşmış və əllərini qandallayaraq maşında saxlamışlar. Polis əməkdaşları evə qalxmışlar. Təxminən 20-30 dəqiqə sonra onu da evə qaldırmışlar və narkotik vasitələri göstərərək onun evindən çıxdığını bildirmişlər. O da narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Daha sonra onu bölməyə aparmışlar. İttiham aktında şahid qismində göstərilmiş şəxslər onu saxlamamışlar. Belə ki, həmin polis əməkdaşlarını o ilk dəfə bölmədə görmüşdür. Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında həmin polis əməkdaşları onu narkotik vasitələrin istifadəçisi kimi tutduqlarını bildirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o 2 il olar ki, narkotik vasitə heroin istifadə edir. O, gün ərzində 0.2-0.4 qram heroin istifadə edirmiş. O, heroini çəkmək yolu ilə istifadə edirmiş. Heroinin 1 qramını 40 manata alırmış. O, mühasib işləyir, aylıq əmək haqqısı 800 manat olmuş, eyni zamanda taksi fəaliyyəti ilə də məşğul olurmuş. Himayəsində anası və bacısı var. Cinayət işinə birinci dəfə baxıldıqda daha ağır ittihamla geri qaytarılmasının səbəbini cinayət işində SMS-lər çıxdığı üçün olduğunu demişlər. İttiham aktında əks olunmuş SMS-lər yanlış anlaşılmışdır. O, narkotik vasitəni yalnız özü istifadə edir. O, heç kəsə narkotik vasitə verməmiş və kuryerlik etməmişdir. Polis əməkdaşları onu narkotik vasitə istifadəçisi kimi saxlamışlar. Onu saxlayarkən polis əməkdaşları sinəsindən 1-2 yumruq vurmuşlar, başqa fiziki təsir olmamışdır. Videoçəkilişdən əvvəl müdafiəçi ona narkotik vasitələrin onun olduğunu qəbul etməsini, prokurorun isə ona kömək edəcəyini demişdir. Bundan əvvəl o yol polisi işçisinə müqavimət göstərdiyi üçün saxlanmışdır. Ona qarşı fiziki təsir göstərən olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, problemləri olduğu üçün narkotik vasitə olan heroindən istifadə edir. Hər dəfə narkotik vasitə heroini Bakı şəhərində tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxslərdən alır. Lakin heç zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı Xətai rayonu, A.Qurban 25 ünvanının qarşısında olan vaxtı iki nəfər polis geyimində olan əməkdaş ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində şübhələndikləri üçün onu saxlayaraq birgə Xətai rayon 37-ci Polis Şöbəsinə getməyini izah etmişlər. Onlarla birgə əllərini cibinə salmağa imkan verməyərək 37-ci polis şöbəsinə gəlmişdir. Şübhəli şəxs qismində tutularaq hüquq, vəzifəsi ona izah edilməklə, təqdim olunmuş vəkilərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edildi. Bununla bağlı üzərində olan qeyri qanuni və digər əşyaları masanın üzərinə qoymaq təklif olunmuşdu. Bu təklifdən sonra o əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofanın içərisində 2-si siqaretin gümüşü kağızına, 2-si yaşıl sellofana, 1-i ağ kağıza bükülmüş ümumilikdə 5 büküm bükülüləri, içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmişdir. Həmin 5 ədəd bükümün içərisində nə olması ondan soruşulduqda, həmin 5 ədəd bükümdəki kütlənin narkotik maddə olan “heroin” olmasını bildirmişdir. Həmin bükümlərdə olan maddə elektron tərəzidə çəkilmiş və ona məlum olmuşdu ki, həmin bükülünün çəkisi müvafiq olaraq 0.15, 0.14, 0.34, 2.96, 0.11 qram, ümumu çəkisi isə 3.7 qramdır. Ondan həmin narkotik maddəni nə vaxt və haradan almağını soruşduqda, bildirmişdir ki, 2 gün öncə yəni xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən 15 manata alıb, özü istifadə etməyi üçün bir ədəd sellefanın içində 5 büküm edib üzərində saxlamışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmışdır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və o həmin protokola tanış olaraq iştirakçılarla birgə imza etmişdi. Narkotik vasitələrlə bağlı ona müraciət olunsa da, o, həmin şəxslərə hər hansı narkotik vasitəni nə pul müqabilində, nə də əvəzsiz olaraq satmamışdır. Çingiz bilmişdir ki, o, narkotik vasitə istifadəçisidir və həmin vaxt Çingiz onunla danışan zaman demişdir ki, Fərid adlı şəxsdən öz istifadəsi üçün narkotik vasitə almağa gedir. Çingiz də bildirmişdir ki, Fəridin kart hesabına pul atmış və ondan xahiş etmişdir ki, Fərid adlı şəxsdən aldığı narkotik vasitəni Çingizə çatdırsın. O da Çingizin xahişini yerə salmayıb Fəriddən həm öz istifadəsi üçün, həm də Çingizin göndərdiyi pul müqabilində Çingizə satdığı narkotik vasitəni almışdır. Daha sonra isə həmin narkotik vasitəni Çingizə çatdırmışdır. Elxan isə düz deyir, belə ki, onlar bir neçə dəfə birlikdə narkotik vasitə alaraq istifadə etmişlər. (Cild 3; iş vərəqə; 122-127) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının 21-də məxfi mənbədən Orxan adlı şəxsin narkotik vasitələrin daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında dərhal raportla şöbə rəisinə məruzə etmişlər və daha sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu Şahid2 və ondan ibarət olmuşdur. Daha sonra məlumatın dəqiqliyini yoxlamaq üçün onlar əməliyyat məlumatında da qeyd olunmuş ünvan 7 ünvanına getmişlər. Bir müddət gözlədikdən sonra, təxminən saat 18-19 radələrində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir şəxsi görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin daşınmasında şübhəli şəxs olduğunu bildirmişlər və daha sonra şəxsi bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Daha sonra bölmənin təhqiqatçısı Şahin Nurəliyevin otağında vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd böyük bükümün içində 5-6 ədəd kiçik bükümlər çıxmışdır. Həmin bükümlərin içində nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Narkotik vasitələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatı daxil olduqdan 5-6 saat sonra əməliyyat tədbiri keçirilmişdir. Əməliyyat qrupu o və Şahid2 ibarət olmuşdur. Qrup rəhbəri o olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olması barədə araşdırılma aparılsa da, məlumat öz təsdiqini tapmamışdır. O, şəxsi axtarış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən təxminən 5-6 büküm çıxmışdır. Özünün bildirdiyinə görə bükümlərdə olan maddə narkotik vasitə heroin olmuşdur. Təqsirləndirilən şəxs təxminən saat 18-19 radələrində, A.Qurbanov küçəsi ərazisində yaxınlaşmışlar. Təqsirləndirilən şəxs saxlanılarkən yanında heç kəs olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs heç bir fiziki təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitə şalvarının sağ cibindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Xətai RPİ-nin 37-ci PŞnin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, polis leytenantıdır. 21 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən Orxan adlı şəxsin narkotik vasitə olan heroin, psixotrop maddələrin əldə etməsi, saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü aidiyyəti üzrə raportla polis şöbəsinin rəhbərliyinə müraciət etmiş, Orxan adlı şəxsin qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o təyin olunmuşdur. Bundan sonra Şahid2 ilə birlikdə ünvan 8 ünvanın qarşısına getmişlər və orada müşahidə aparmışdılar. Saat 18:30 radələrində bir nəfər zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduğunu bildirmiş və ondan anket məlumatları barədə maraqlanmışlar. Həmin şəxs anket məlumatların bildirdikdən sonra onlar tam əmin olmuşlar ki, həmin şəxs Təqsirləndirilən şəxsdir və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş, birlikdə polis şöbəsinə keçməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs onlara öz razılığını bildirmiş və əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirmişlər və bu barədə raportla müraciət etmişlər. Daha sonra həmin bölmənin təhqiqatçısı, polis leytenantı Şahin Nurəliyev xidməti otağında Təqsirləndirilən şəxs təyin edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə hərəkətinin aparılacağı bildirilmiş və hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya maddə və predmetin olması barədə sual verilmiş, olduğu halda könüllü olaraq təqdim edilməsi xahiş olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd selofanın içərisində 2-si siqaretin gümüşü kağızına bükülmüş, 2-si yaşıl selofana bükülmüş, 1-i ağ kağıza bükülmüş, ümumilikdə 5 büküm bükülüləri, həmin bükülülərin içərisindən qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan narkotik vasitə heroindir. Həmin bükümlər Şahin Nurəliyev tərəfindən açılmış və bükümlərin içərisində qəhvəyi toz şəkilli spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümlərdə olan maddələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və kütlələrin çəkiləri müvafiq olaraq 0.15, 0.14, 0.34, 2.96, 0.11 qram, ümumilikdə 3.7 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin haradan əldə olduğunu soruşduqda bildirmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi yaxınlığından üzdən tanıdığı, lakin heç bir anket məlumatların bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində almış və 1 ədəd selofanın içərisində 5 büküm edərək üzərində saxlamışdır. Həmin bükümlər ağ rəngli zərfə qablaşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. (cild 1, iş vərəqə 88-89) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Narkotik vasitəni Təqsirləndirilən şəxslə birlikdə onun tanışı olan şəxsdən birlikdə gedib götürürmüşlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, belə ki, onlar birlikdə böyümüşlər. O narkotik vasitə olan metamfetamini pandemiya vaxtında istifadə edirmiş. Daha sonra məhkumluğu olmuşdur. Həbsdən çıxdıqdan sonra isə hərdən istifadə edir. O, AR CM-nin 178-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs də pandemiya dövründən narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotik vasitə istifadə etməyə Təqsirləndirilən şəxslə birlikdə başlamamışlar. Əvvəllər narkotik vasitə istifadə etməmişlər. Narkotik vasitəni eyni adamdan götürürmüşlər. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini də narkotik vasitə götürməyə gedəndə orada qarşılaşdıqdan sonra bilmişdir. O, narkotik vasitəni götürüb çıxanda, Təqsirləndirilən şəxs həmin yerə daxil olurmuş. Narkotik vasitələri müxtəlif yerlərdə, evlərdən götürürmüşlər. Narkotik vasitə heroinə “Kola” deyirmişlər. Narkotik vasitəni götürdükləri şəxsin adı Əli olmuş, Əlinin yanında Elvina adlı bir qız da olurmuş. O və Təqsirləndirilən şəxs metamfetamin alırmışlar. Təqsirləndirilən şəxs heroin istifadə etdiyinin şahidi olmamışdır. O, Təqsirləndirilən şəxs ona narkotik vasitə gətirməsini istəməmişdir. Təqsirləndirilən şəxsla Elvinanın münasibəti olmuş, bu səbəbdən bir dəfə zarafatla Təqsirləndirilən şəxs demişdir ki, Elvinaya daha çox narkotik vasitə qoymasını desin. Həmin narkotik vasitəni Təqsirləndirilən şəxs ona gətirməmiş, o özü gedib götürmüşdür. Təqsirləndirilən şəxs ona aldığı narkotik vasitəni birlikdə istifadə etməyi təklif etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və həmin mobil nömrəni 2022-ci il ərzində təxminən 5-6 ay işlətmişdir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, eyni məhəllədə böyümüşlər. 2022-ci ilin yay aylarında cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotik vasitəni anket məlumatlarını tam bilmədiyi Fərid adlı şəxsdən əldə etmişdir. Narkotik vasitəni Fəriddən Nərimanov rayonu ərazisində götürmüşdür. Bir gün Fərid narkotik vasitə alarkən Orxanı da orada görmüş və söhbət zamanı sonuncu ona narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra bir neçə dəfə Orxanla birlikdə gedib Fəriddən narkotik vasitə almışlar. Orxanla hər ikisi narkotik vasitəni Fəriddən aldıqları üçün bir neçə dəfə o, Fəridə məxsus hazırda xatırlamadığı kart hesabına pul göndərib Orxandan narkotik vasitəni götürüb ona çatdırmasmı xahiş etmiş, Orxan da onun xahişini yerə salmayıb narkotik vasitəni Fəriddən götürüb ona çatdırmışdır. Qeyd edilən mesajları da Orxan ona narkotik vasitəni çatdırdıqdan sonra yazmışdır. O, narkotik vasitə üçün Orxana heç vaxt heç bir ödəniş etməmişdir. (cild 3, iş vərəqə 82-84) Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs narkotik vasitəni götürüb ona çatdırması barədə ifadə verdiyini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumuşdur. İfadənin altındakı imza ona məxsusdur. Əli və Fəridin hər ikisindən narkotik vasitə almışlar. Fəridi Əli sayəsində tanımışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni ona gətirməsi barədə ifadə verməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən polis əməkdaşları ona fiziki və psixi təsir göstərməmişlər. Məhkəmə iclasına gələnədək heç kəs ona necə ifadə verməyi ilə bağlı hər hansı təsir göstərməmişdir. O bir dəfə narkotik vasitə götürən zaman miqdarını az qoymuşlar. Təqsirləndirilən şəxs Elvina ilə münasibəti yaxşı olduğu üçün Orxandan Elviraya deməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona narkotik vasitə verməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxslə eyni məhəllədə qalır. Təqsirləndirilən şəxslə birlikdə bir müddət narkotik vasitələr istifadə etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməyə ondan əvvəl başlamışdır. Birinci dəfə narkotik vasitə istifadə edən zaman Təqsirləndirilən şəxs onun yanında olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxslə birlikdə gedib narkotik vasitə almışlar. O, sürücü işləyir, aya 600-700 manat qazanır. O, hal-hazırda narkotik vasitə istifadə etmir. Əvvəllər gündəlik olaraq heroin istifadə edirmiş. Əvvəllər onda olmayanda Təqsirləndirilən şəxs özündə olan narkotik vasitəni birlikdə istifadə etmişlər. Narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxslə aralarında yazışmalar olmuşdur. Narkotik vasitəni almaq üçün o da, Təqsirləndirilən şəxs də adam tapırmış. Narkotik vasitə aldıqları şəxsə pulu əlbəəl vermişlər. İfadə vermək üçün ona heç bir şəxs təsir etməmişdir. O, bir ildən çoxdur ki, narkotik vasitə istifadə etmir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və həmin mobil nömrəni təxminən 5 ildən artıqdır ki, işlədir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, belə ki, eyni məhəllədə böyümüşlər. 2018-ci ilin əvvələrindən narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni anket məlumatlarını bilmədiyi şəxslərdən əldə etmişdir. Orxan da narkotik vasitə istifadəçisi olduğu üçün bəzi vaxtlarda sonuncu ilə birlikdə gedib narkotik vasitə alıb birlikdə istifadə etmişlər. Çox vaxt Orxanla birlikdə narkotik vasitə əldə etdikləri üçün o, bəzi vaxtlarda Orxana mesajlar yazaraq birgə gedib narkotik vasitə əldə etməyi təklif etmişdir. Qeyd edilən mesajlarda «kola» dedikdə narkotik vasitə heroini nəzərdə tutmuşdur. O, narkotik vasitə üçün Orxana heç vaxt heç bir ödəniş etməmişdir. (cild 3, iş vərəqə 85-87) Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru vəzifəsində xidmət aparır. Polis baş leytenantıdır. Mahiyyəti üzrə bildirir ki, 21 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən Orxan adlı şəxsin narkotik vasitə olan heroin, psixotrop maddələrin əldə etməsi, saxlaması və istifadəsi barədə iş yoldaşı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur və həmin məlumatın yoxlanılmasından ötrü o aidiyyəti üzrə raportla polis şöbəsinin rəhbərliyinə müraciət etmişdir və Orxan adlı şəxsin qanunsuz əməllərin ifşa edilməsi məqsədi ilə o və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1 təyin olunmuşdur. Bundan sonra o Şahid1 ilə birlikdə ünvan 3 ünvanın qarşısına qarşısına getmişlər. Orada müşahidə aparmışlar. Saat 18:30 radələrində bir nəfər zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar olan şəxsi görüb yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını bildirmişlər və həmin şəxsdən anket məlumatları barədə maraqlanmışlar. Həmin şəxs anket məlumatların bildirdikdən sonra onlar tam əmin olmuşlar ki, həmin şəxs Təqsirləndirilən şəxsdir və Orxana narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə keçməyi xahiş etmişlər. Təqsirləndirilən şəxs onlara öz razılığını bildirmiş və onlar Orxanı əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirmişlər və bu barədə raportla müraciət etmişlər. Daha sonra həmin bölmənin təhqiqatçısı, polis leytenantı Şahin Nurəliyev xidməti otağında Təqsirləndirilən şəxs təyin edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə hərəkətinin aparılacağı bildirilmiş və Orxana hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya maddə və predmetin olması barədə sual verilmiş, olduğu halda könüllü olaraq təqdim edilməsi xahiş olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd selofanın içərisində 2-si siqaretin gümüşü kağızına bükülmüş, 2si yaşıl selofana bükülmüş, 1-i ağ kağıza bükülmüş, ümumilikdə 5 büküm bükülüləri, həmin bükülülərin içərisindən qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan narkotik vasitə heroindir. Həmin bükümlər Şahin Nurəliyev tərəfindən açılmış və bükümlərin içərisində qəhvəyi toz şəkilli spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümlərdə olan maddələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və kütlələrin çəkiləri müvafiq olaraq 0.15, 0.14, 0.34, 2.96, 0.11 qram, ümumilikdə 3.7 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin haradan əldə olduğunu soruşduqda bildirmişdir ki, 2 gün öncə Səbail rayonu, Badamdar qəsəbəsi yaxınlığından üzdən tanıdığı, lakin heç bir anket məlumatların bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində almış və 1 ədəd selofanın içərisində 5 büküm edərək üzərində saxlamışdır. Həmin bükümlər ağ rəngli zərfə qablaşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. (cild 1,iş vərəqə 90-91) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Orxan adlı şəxsin narkotik vasitə olan heroin, psixotrop maddələri əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan və həmin tarixli, 51/7 saylı əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 5-9) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:30-da Bakı şəhəri, Xətai rayonu, A.Qurbanov 25 ünvanın qarşısında saxlanılaraq Xəzər RPİ-nin 37-ci PŞ-nə gətirilmişdir. (cild 1, iş vərəqə 11) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuş, o, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 21 sentyabr 2022-ci il tarixdən, saat 18:30-dan tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-yə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri zamanı sonuncu 21 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində ünvan 3 qarşısında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilmiş, videoçəkilişdən istifadə edilməkdə üzərində şəxsi axtarış aparılan zaman, ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd selofanın içərisində 2-si siqaretin gümüşü kağızına bükülmüş, 2-si yaşıl selofana bükülmüş, 1-i ağ kağıza bükülmüş, ümumilikdə 5 büküm bükülüləri, həmin bükülülərin içərisindən qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan narkotik vasitə heroindir. Həmin bükümlər Şahin Nurəliyev tərəfindən açılmış və bükümlərin içərisində qəhvəyi toz şəkilli spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümlərdə olan maddələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və kütlələrin çəkiləri müvafiq olaraq 0.15, 0.14, 0.34, 2.96, 0.11 qram, ümumilikdə 3.7 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin haradan əldə olduğunu soruşduqda bildirmişdir ki, 2 gün öncə Səbail rayonu, Badamdar qəsəbəsi yaxınlığından üzdən tanıdığı, lakin heç bir anket məlumatların bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində almış və 1 ədəd selofanın içərisində 5 büküm edərək üzərində saxlamışdır. Həmin bükümlər ağ rəngli zərfə qablaşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 30-32) Məhkəmə-kimyəvi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 6/5405 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Allahverdiyev ...» sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,285 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir. QEYD: Heroinin təmiz çəkisi 2,733 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,633 qram. (cild 1, iş vərəqə 44-47) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 55-56) “Videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “DVD-R” formatlı diskə baxış keçirilmiş, baxış zamanı təhqiqatçı Şahin Nurəliyev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah etdikdən sonra ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər-hansı əşya, predmet və maddənin olması barədə maraqlanır, olduğu halda təqdim etməyi xahiş edir və Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd selofanın içərisində 2si siqaretin gümüşü kağızına bükülmüş, 2-si yaşıl selofana bükülmüş, 1-i ağ kağıza bükülmüş ümumilikdə 5 büküm bükülüləri, həmin bükülülərin içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim edir və bildirir ki, həmin bükümlərdə olan narkotik vasitə heroindir. Həmin bükümlər Şahin Nurəliyev tərəfindən açılır və bükümlərin içərisində qəhvəyi toz şəkilli spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümlərdə olan maddələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və kütlələrin çəkiləri müvafiq olaraq 0.15, 0.14, 0.34, 2.96, 0.11 qram, ümumilikdə 3.7 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin haradan əldə olduğunu soruşduqda bildirmişdir ki, 2 gün öncə Səbail rayonu, Badamdar qəsəbəsi yaxınlığından üzdən tanıdığı, lakin heç bir anket məlumatların bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində almış və 1 ədəd selofanın içərisində 5 büküm edərək üzərində saxlamışdır. Həmin bükümlər ağ rəngli zərfə qablaşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülməsi müəyyən olunmuşdur. (cild 1, iş vərəqə 66) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 78-81) Elektron daşıyıcıda olan görüntüyə baxış keçirilməsi haqqında 30 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin və sms mətnlərinin "xxxx" MMC-dən daxil olmuş CD- R formatlı diskə baxış keçirilmiş, baxış zamanı istintaqa maraq kəsb edən heç bir zəng və sms çətni aşkar edilməmişdir. (cild 1, iş vərəqə 99) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6487 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 104) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. (cild 1, iş vərəqə 111-116) Sübutların qiymətləndirilməsi haqqında 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi nəzərə alınmış, iş üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 05 ədəd bükümdə 2,733 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış, tədqiqat zamanı sərf olunduqdan sonra ümumi qalıq çəkisi 2,633 qram narkotik vasitə olan heroin müvafiq olaraq Xətai RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda, yənmi külli miqdarda əldə etmə, saxlama, daşıma və satma cinayətinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində narkotik vasitə olan heroini satmış şəxs barəsində cinayət işinin materiallarından ayrıca material ayrılmış və araşdırma aparılmasından ötrü Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilmişdir. (cild 1, iş vərəqə 118-126) İşdə olan ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı tərtib edilmiş, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. (cild 1, iş vərəqə 132-139) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-649/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti 15 (on beş) gün olmaqla 05 yanvar 2022-ci il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 144-147) Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş mobil nömrələrə dair məlumatlardan görünür ki, sorğu verilmiş 1 iyun 2022-ci il, saat 00:00-dan 22 sentyabr 2022-ci il saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs, o cümlədən sonuncudan digər şəxslərə narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısında ehtiva olunan məzmunda çoxsaylı smslər göndərilmişdir. Belə ki, Təqsirləndirilən şəxs göndərilmiş narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısı ilə bağlı aşağıdakı məzmunlu smslər aşkar edilmişdir: - xx.xx.2022-ci il tarixdə +**********32 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “Qaqa qurban olum cox pisdi vezyetim inan ki cox pisem qurban olum komey ele baxcanin arasinda oturmuwam 20 manatim var qadan alim cox pisem 19 manat verdim asefe dedi orxana dwyersen bilsin yadimdan cixmiwdi sene deyim qaqa kotur vurdum tilfonuma ki sene yiga bilim 20 azn vermeliydim sene 20 demiwdim uzrlu say qadan alaram bir manatlig kotur atacam buyun qaqa gecen xeyire qalsin qadan alaram ne qulugun olsa haziram qardawim.” - xx.xx.2020-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qaqa novanın patpresin ustanofqa edə bilərsən on manata?” - xx.xx.2022-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qaqa saba adgunumdu anam dedi 50man vercəm saba,məni vezyetden çıxmaqa komey edebilersen saba kartva varyoxun ..... 20man atacam olar?” - xx.xx.2022-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qurban olum qaqam xaish edirəm tez dede bərk agriyiram pisem” - xx.xx.2022-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qaqa 10 man kola alnar?alnarsa mənə xəbər elə evdəyəm hara desən gelim” - xx.xx.2022-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qaqa 17manim var mənə yarı verə bilərsən indi gəldim evə” - xx.xx.2022-ci il tarixdə +**********80 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “ORXAN BU NE HEREKETDİ AGRİDA GOZDUYUREM ACMİRSAN TELİ?” - xx.xx.2022-ci il tarixdə +**********66 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “ay birat partblese gore zeng eliyirem meni yig indi sora gec olacax gedirem men” - xx.xx.2022-ci il tarixdə +**********15 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “Qaqa az qoyub a brat heç 02 yoxdu sen öl. Men elə şeyə danışan deyilem sen yene de deyersen ona brat” - xx.xx.2022-ci il tarixdə +**********15 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “Teli açmadın burdan deyim. Öpürem seni sağol bratka. Yeri var özümünkü başqadı da brat. Keçrn defe sen vermemişdin bilirem yaverin qızı qoymuşdu deyesen orafyada oğlanı ona göre az idi qaqa hemde daş deyilen şey yox idi toz idi. Neyse öpürem seni üreysen mugayet ol” - xx.xx.2022-ci il tarixdə +**********50 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “QAQA GOTURDUZ TORPAG VE DAWİ İSTEYEN VAR ZAMİNDE AXTARİR BELE ALİNİBSA SMS YAZ MENİMDE XEYİRİM OLSUN ALANAR TEREFTEN ZAMİN İNANKİ 1QRAM.K 35AZN VERİB DELİ OLUB” - xx.xx.2022-ci il tarixdə +**********97 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “ozun deyirdine, kimise agrida qoyan filan filandi..soyuw soyurdun..indi meni qoymusan” - xx.xx.2022-ci il tarixdə +**********80 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinə “Qaqaw hardasan? Orxan 10 manat tapmiwam kola goturekde. Qaqaw gor 03 duzelde bilirsen. Xeber elede” - xx.xx.2022-ci il tarixdə +**********32 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinə “Salam qardawim. Qaqa qurban olaram imkan vasa mene komey ele qadan alaram cox pisdi vezyetim dunen gece den qalmiwam lomkada qaqa qadan alaram hemiwe komey elemisen allah seni qardawdigdan eskiy elemesin qadan alaram qardaw 5 manatda pulum var elin catan yer vasa qadan alim el tut cox pisem qaqa” - xx.xx.2022-ci il tarixdə +**********57 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinə “Boyuy qardaw qadan alaram burdayam qaqa smsda yazdim ki deqiq olsun qurban olaram 1q veresen qurban olaram ya buyun yada saba 13manat verim 17manat pula” - xx.xx.2022-ci il tarixdə +**********94 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinə “Orxan sene bir soz deyim s***m mala amma imennni sen menim ele bir vezyetimde mene komeyliy elemisen men onu yere vuran oglan bir bawa g***e olar .seni hec kimin ayaqina balam cani vermerem.men eleein yaxsiligi hec vaxt unutmaram ferqi yoxdu pul sohbet deyil” Bundan başqa, Təqsirləndirilən şəxs digər şəxslərə göndərilmiş narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısı ilə bağlı aşağıdakı məzmunlu smslər aşkar edilmişdir: - xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsindən +**********14 saylı mobil telefon nömrəsinə “adas neter eliyek,başım s*****r uje menim,camaatda yanımda.dünen bele danışmadın sen, yığıb dedinki lazım olsa de.4saatdı ortalıqda heçne yoxdu,bu gece ya pul ya mal verilnelidi camata,deyim bilesende” - həmin tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsindən eyni nömrəyə “adas 5saatdı rovnu pul atmışam ki camaata tema verim,sen zaryatkadan danışırsan?hardasane sen bele bidene görüşekde?” - xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsindən +**********90 saylı mobil telefon nömrəsinə “qaqa 1dene yerden alınır,kart atım sene 20m at ona yrr var deyecem get götür.5002-2973Leobank” Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-140/2024 saylı qərarından (sədrlik edən C.İ.Hüseynov, hakimlər E.H.İsmayılov, S.İ.Əliyev) görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən, cinayət işinin baxılmasına xitam verilmiş və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti bir ay müddətində - qərarın qəbul edildiyi 07 mart 2023-cü il tarixdən 07 aprel 2024-cü il tarixədək uzadılmış, cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol vermiş Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılmışdır. (cild 2, iş vərəqə 269-277) Cinayət işinin icraata qəbul edilməsi haqqında 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilib istintaqı aparılmışdır. (cild 3, iş vərəqə 3-4) Qətimkan tədbiri seçilməsi barədə 07 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 3, iş vərəqə 10-13) İbtidai istintaq müddətinin uzadılması haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müdəti 2 (iki) ay, 6 (altı) ayadək, yəni 01 iyul 2024-cü il tarixədək uzadılmışdır. (cild 3, iş vərəqə 26-27) CD diskə baxış keçirilməsi haqqında 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarışda iştirak etmiş Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrəsinin anten dairəsi yoxlanılan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və saxlanıldıqdan sonra Şahid2 həmin müddət ərzində Xətai rayonunun inzibati ərazisində, yəni 37-ci PŞ-nin ətraf ərazilərində olmuşdur. (cild 3, iş vərəqə 57) Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild 3, iş vərəqə 62-63) Cinayət işi üzrə icraatın dayandırılması haqqında 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 3, iş vərəqə 65-66) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və barəsində 2 il sınaq müddəti təyin olunmuşdur. xx.xx.2018-ci il tarixdə cəzasının vaxtı başa çatmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 3, iş vərəqə 68-77) Cinayət işinin ibtidai istintaqının təzələnməsi haqqında 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir. (cild 3, iş vərəqə 79-80) Könüllü gəlmə haqqında 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarxidə, saat 15:15-də könüllü şəkildə Xətai RPİnin İstintaq Şöbəsinə gəlmişdir. (cild 3, iş vərəqə 88) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması barədə 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə yenidən ittiham elan edilməklə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs, şahidlər Şahid3 və Şahid4 barələrində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə 05 ədəd bükümdə ilkin təmiz çəkisi 2,733 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınması, qalıq qalmış 2,633 qram çəkidə narkotik vasitə heroinin saxlanış üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan 01 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş CD disklər maddi sübut kimi tanınsın və iş materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etməsi xüsusatının araşdırılması məqsədi ilə ********* №-li cinayət işinin istintaq materiallarından Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. (cild 3, iş vərəqə 95-105) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması barədə 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq materiallarından iş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etməsi xüsusatının araşdırılması məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (cild 3, iş vərəqə 107-109) Təqirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. (cild 3, iş vərəqə 112-113) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən 2023-cü ilin sentyabrın 21-də evin qarşısında 4-5 nəfər polis əməkdaşının ona yaxınlaşdığını, əllərini qandallayaraq maşında saxladıqlarını, polis əməkdaşlarının evə qalxdığını, təxminən 20- 30 dəqiqə sonra onu da evə qaldıraraq narkotik vasitələri göstərərək evindən çıxdığını bildirdiklərini, həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirdiyini, daha sonra onun bölməyə aparıldığını, ittiham aktında şahid qismində göstərilmiş şəxslərin onu saxlamadığını, həmin polis əməkdaşlarını ilk dəfə bölmədə gördüyünü, ittiham aktında əks olunmuş SMS-lərin yanlış anlaşıldığını, heç kəsə narkotik vasitə vermədiyini, kuryerlik etmədiyini, polis əməkdaşlarının onu narkotik vasitə istifadəçisi kimi saxladıqlarını, saxlayarkən polis əməkdaşlarının onun sinəsindən 1-2 yumruq vurduqlarını, başqa fiziki təsir olmadığını, videoçəkilişdən əvvəl müdafiəçinin ona narkotik vasitələrin onun olduğunu qəbul etməsini və prokurorun isə ona kömək edəcəyini bildirdiyini, əvvəl yol polisi işçisinə müqavimət göstərdiyi üçün saxlanıldığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-8025/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi ktabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə BİT-ə daxil olmuş və təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, yoxlanış zamanı xəsarət almadığını bildirmiş, sol bazu və qarının sağ tərəfində, sol said nahiyəsində köhnə çapıqlar, qarının ön divarında köhnə çapıqlar qeydə alınmışdır. Bundan başqa məhkəmə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə sorğu ünvanlamış, Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-55/2-37633 nömrəli məktubdan və məktuba əlavə edilmiş 960 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 02:15-də MSY-ə qəbul edilmiş, qəbul olarkən onun üzərinə baxış keçirilmiş və xəsarət aşkar olunmamışdır. Bundan başqa məhkəmə Bakı Şəhəri Xətai Rayon Prokurorluğuna sorğu ünvanlamış, Xətai Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, ********* saylı məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı zaman və ya istintaq müddəti ərzində polis əməkdaşları tərəfindən təzyiq və işgəncələrə məruz qalması barədə Xətai Rayon Prokurorluğuna müraciət daxil olmamış və bu barədə Prokurorluqda araşdırma aparılmamışdır. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində 2022-ci ilin sentyabr ayının 21-də məxfi mənbədən Orxan adlı şəxsin narkotik vasitələrin daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, əməliyyat qrupu yaradıldığını, həmin gün təxminən saat 18-19 radələrində ünvan 7 ünvanında getdiklərini, Orxan adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin daşınmasında şübhəli şəxs olduğunu bildirdiklərini, sonuncunu bölməyə dəvət etdiklərini, bölmədə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd böyük bükümün içində 5-6 ədəd kiçik bükümlər aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin bükümlərin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini, tərəflərindən Təqsirləndirilən şəxs heç bir fiziki təsir olmadığını bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması görüntüsünə məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir, sonuncuya hüquq və vəzifələri izah etdikdən sonra ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər-hansı əşya, predmet və maddənin olması barədə maraqlanır, olduğu halda təqdim etməyi xahiş edir və Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd selofanın içrisində 2-si siqaretin gümüşü kağızına bükülmüş, 2-si yaşıl selofana bükülmüş, 1-i ağ kağıza bükülmüş ümumilikdə 5 büküm bükülüləri, həmin bükülülərin içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim edir və bildirir ki, həmin bükümlərdə olan narkotik vasitə heroindir. Həmin bükümlər Şahin Nurəliyev tərəfindən açılır və bükümlərin içərisində qəhvəyi toz şəkilli spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümlərdə olan maddələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və kütlələrin çəkiləri müvafiq olaraq 0.15, 0.14, 0.34, 2.96, 0.11 qram, ümumilikdə 3.7 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin haradan əldə olduğunu soruşduqda bildirmişdir ki, 2 gün öncə Səbail rayonu, Badamdar qəsəbəsi yaxınlığından üzdən tanıdığı, lakin heç bir anket məlumatların bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində almış və 1 ədəd selofanın içərisində 5 büküm edərək üzərində saxlamışdır. Həmin bükümlər ağ rəngli zərfə qablaşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülməsi müəyyən olunmuşdur. Həmin şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsi, tutulan zaman polislər tərəfindən əllərininin qandallanaraq maşında saxlanıldığı, polis əməkdaşlarının onun evə qalxdığını, təxminən 20-30 dəqiqə sonra onu da evə qaldıraraq narkotik vasitələri göstərərək evindən çıxdığını bildirdikləri, daha sonra onu polis bölməsinə aparmaları, həmçinin üzərindən aşkar edilmiş narlotik vasitələrin polislər tərəfindən üzərinə qoyulmasına dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, əksinə Xətai RPİ-nin MSYdə tərtib edilmiş və Təqsirləndirilən şəxs tərəfindən şəxsin imza edilmiş xx.xx.2022-ci il tarixli, 960 saylı protokolda heç bir xəsarətinin olmadığını və heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu hal artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmiş və bununla da məsuliyyətdən yayınmaq istəmişdir. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarış və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin özünün şəxsi mobil telefonunda (nömrəsi) apardığı əməliyyatlar və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Beləliklə, xx.xx.2022-ci il tarixdə, saat 18:30-də Təqsirləndirilən şəxs ünvan 16 ünvanının qarşısında saxlanılması, Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına aparılması, orada həmin tarixdə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,370 qram, 0,253 qram, 0,045 qram, 0,035 qram, 0,03 qram, ümumi təmiz çəkisi 2,733 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilməsi məhkəmədə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, yəni, 2023-cü ilin sentyabrın 21-də evin qarşısında 4-5 nəfər polis əməkdaşının ona yaxınlaşdığını, əllərini qandallayaraq maşında saxladıqlarını, polis əməkdaşlarının evə qalxdığını, təxminən 20-30 dəqiqə sonra onu da evə qaldıraraq narkotik vasitələri göstərərək evindən çıxdığını bildirdiklərini, həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirdiyini, daha sonra onun bölməyə aparıldığını, ittiham aktında şahid qismində göstərilmiş şəxslərin onu saxlamadığını, həmin polis əməkdaşlarını ilk dəfə bölmədə gördüyünü, ittiham aktında əks olunmuş SMS-lərin yanlış anlaşıldığını, heç kəsə narkotik vasitə vermədiyini, kuryerlik etmədiyini, polis əməkdaşlarının onu narkotik vasitə istifadəçisi kimi saxladıqlarını, saxlayarkən polis əməkdaşlarının onun sinəsindən 1-2 yumruq vurduqlarını, başqa fiziki təsir olmadığını, videoçəkilişdən əvvəl müdafiəçinin ona narkotik vasitələrin onun olduğunu qəbul etməsini və prokurorun isə ona kömək edəcəyini bildirdiyini, əvvəl yol polisi işçisinə müqavimət göstərdiyi üçün saxlanılması barədə məhkəmə iclaslarında verdikləri bu kimi ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətmsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, mobil nömrəsi ilə narkotik vasitələrin alış-verişi ilə bağlı aparılan smslər və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda ibtidai istintaq zamanı eyni məzmunlu ifadə verməsini və təqsirlərini qismən etiraf etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən qeyd olunan narkotik vasitələrin aşkar edilməsi, həmçinin istifadəsində olmuş mobil nömrələr vasitəsi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi (satışı) ilə bağlı smslərin olması işin mübahisəsiz hallarıdır. Narkorik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsini, istifadəsində olmuş mobil nömrələrdə narkotik vasitələrin satışı ilə bağlı smslərin olmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş mobil nömrələrə dair məlumatlardan görünür ki, sorğu verilmiş 1 iyun 2022-ci il, saat 00:00-dan 22 sentyabr 2022-ci il saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs, o cümlədən sonuncudan digər şəxslərə narkotik vasitələrin, psixotrop maddələrin alqısatqısında ehtiva olunan məzmunda çoxsaylı smslər göndərilmişdir. Belə ki, Təqsirləndirilən şəxs göndərilmiş narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısı ilə bağlı aşağıdakı məzmunlu smslər aşkar edilmişdir: - xx.xx.2022-ci il tarixdə +**********32 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “Qaqa qurban olum cox pisdi vezyetim inan ki cox pisem qurban olum komey ele baxcanin arasinda oturmuwam 20 manatim var qadan alim cox pisem 19 manat verdim asefe dedi orxana dwyersen bilsin yadimdan cixmiwdi sene deyim qaqa kotur vurdum tilfonuma ki sene yiga bilim 20 azn vermeliydim sene 20 demiwdim uzrlu say qadan alaram bir manatlig kotur atacam buyun qaqa gecen xeyire qalsin qadan alaram ne qulugun olsa haziram qardawim.” - xx.xx.2020-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qaqa novanın patpresin ustanofqa edə bilərsən on manata?” - xx.xx.2022-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qaqa saba adgunumdu anam dedi 50man vercəm saba,məni vezyetden çıxmaqa komey edebilersen saba kartva varyoxun ...... 20man atacam olar?” - xx.xx.2022-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qurban olum qaqam xaish edirəm tez dede bərk agriyiram pisem” - xx.xx.2022-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qaqa 10 man kola alnar?alnarsa mənə xəbər elə evdəyəm hara desən gelim” - xx.xx.2022-ci il tarixdə +**********03 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 saylı mobil telefon nömrəsinə “Qaqa 17manim var mənə yarı verə bilərsən indi gəldim evə” - xx.xx.2022-ci il tarixdə +**********80 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “ORXAN BU NE HEREKETDİ AGRİDA GOZDUYUREM ACMİRSAN TELİ?” - xx.xx.2022-ci il tarixdə +**********66 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “ay birat partblese gore zeng eliyirem meni yig indi sora gec olacax gedirem men” - xx.xx.2022-ci il tarixdə +**********15 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “Qaqa az qoyub a brat heç 02 yoxdu sen öl. Men elə şeyə danışan deyilem sen yene de deyersen ona brat” - xx.xx.2022-ci il tarixdə +**********15 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “Teli açmadın burdan deyim. Öpürem seni sağol bratka. Yeri var özümünkü başqadı da brat. Keçrn defe sen vermemişdin bilirem yaverin qızı qoymuşdu deyesen orafyada oğlanı ona göre az idi qaqa hemde daş deyilen şey yox idi toz idi. Neyse öpürem seni üreysen mugayet ol” - xx.xx.2022-ci il tarixdə +**********50 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “QAQA GOTURDUZ TORPAG VE DAWİ İSTEYEN VAR ZAMİNDE AXTARİR BELE ALİNİBSA SMS YAZ MENİMDE XEYİRİM OLSUN ALANAR TEREFTEN ZAMİN İNANKİ 1QRAM.K 35AZN VERİB DELİ OLUB” - xx.xx.2022-ci il tarixdə +**********97 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsinə “ozun deyirdine, kimise agrida qoyan filan filandi..soyuw soyurdun..indi meni qoymusan” - xx.xx.2022-ci il tarixdə +**********80 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinə “Qaqaw hardasan? Orxan 10 manat tapmiwam kola goturekde. Qaqaw gor 03 duzelde bilirsen. Xeber elede” - xx.xx.2022-ci il tarixdə +**********32 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinə “Salam qardawim. Qaqa qurban olaram imkan vasa mene komey ele qadan alaram cox pisdi vezyetim dunen gece den qalmiwam lomkada qaqa qadan alaram hemiwe komey elemisen allah seni qardawdigdan eskiy elemesin qadan alaram qardaw 5 manatda pulum var elin catan yer vasa qadan alim el tut cox pisem qaqa” - xx.xx.2022-ci il tarixdə +**********57 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinə “Boyuy qardaw qadan alaram burdayam qaqa smsda yazdim ki deqiq olsun qurban olaram 1q veresen qurban olaram ya buyun yada saba 13manat verim 17manat pula” - xx.xx.2022-ci il tarixdə +**********94 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsinə “Orxan sene bir soz deyim s***m mala amma imennni sen menim ele bir vezyetimde mene komeyliy elemisen men onu yere vuran oglan bir bawa g***e olar .seni hec kimin ayaqina balam cani vermerem .men eleein yaxsiligi hec vaxt unutmaram ferqi yoxdu pul sohbet deyil” Bundan başqa, Təqsirləndirilən şəxs digər şəxslərə göndərilmiş narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısı ilə bağlı aşağıdakı məzmunlu smslər aşkar edilmişdir: - xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsindən +**********14 saylı mobil telefon nömrəsinə “adas neter eliyek,başım s*****r uje menim,camaatda yanımda.dünen bele danışmadın sen, yığıb dedinki lazım olsa de.4saatdı ortalıqda heçne yoxdu,bu gece ya pul ya mal verilnelidi camata,deyim bilesende” - həmin tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********38 saylı mobil telefon nömrəsindən eyni nömrəyə “adas 5saatdı rovnu pul atmışam ki camaata tema verim,sen zaryatkadan danışırsan?hardasane sen bele bidene görüşekde?” - xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********36 saylı mobil telefon nömrəsindən +**********90 saylı mobil telefon nömrəsinə “qaqa 1dene yerden alınır,kart atım sene 20m at ona yrr var deyecem get götür.5002- 2973Leobank” Göründüyü kimi, Təqsirləndirilən şəxs mobil nömrələrinə daxil olan və həmin mobil nömrələrdən müxtəlif şəxslərin mobil nömrələrinə göndərilmiş sms-lərin (mesajların) məzmunundan açıq-aşkar görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə mesaj göndərərək sonuncudan jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri almaq istədiklərini bildirmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, eyni məhəllədə böyümüşlər. Lakin heç vaxt Orxan ona narkotik vasitə satmamışdır. Həmçinin, digər Şahid4 ifadəsində bildirmişdir ki, ***-***- **-** saylı mobil nömrə ona məxsusdur, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, eyni məhəllədə böyümüşlər. Lakin heç vaxt Orxan ona narkotik vasitə satmamışdır. Məhkəmə hesab edir ki, istər Şahid3, istərsə də Şahid4 (həmçinin Təqsirləndirilən şəxs) bir-birilərini tanımışlar, faktiki isə dostluq münasibətlərində olmuşlar. Bu səbəbdən də onlar məhkəmədə ifadə verərək və həqiqəti gizlətməklə bir-birinə kömək etmək istəmişlər, bununla da məsuliyyətə cəlb edilmiş şəxsin xeyrinə ifadə verməklə sonuncunun məsuliyyətdən yayınmasına nail olmaq istəmişlər. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə, istifadəsində olmuş mobil nömrələr vasitəsilə narkotik vasitələrin və ya psixotrop maddələrin alış-verişini əks etdirən yazışmaların olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun ev dustaqlığında saxlanılma müddəti 15 (on beş) gün olmaqla 05 yanvar 2023-cü il tarixədək uzadılmış, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə olan cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri bir ay olmaqla 07 aprel 2024-cü il tarixədək uzadılmış, 07 aprel 2024-cü il tarixli qərarla onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 221.2.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri lə əvəz edilmiş və o dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsi üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, həmçinin cəza təyin edərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri mütləq nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 20 (iyirmi) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, həbs etmənin əvvəli yəni 11 fevral 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,633 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin əks edildiyi 01 ədəd DVD disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X6 üçün 96 (doxsan altı) manat məbləğində, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-29/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “həbsdə” və “ev dustaqlığında” olduğu 04 (dörd) ay 20 (iyirmi) gün və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-29/2024 nömrəli hökmü ilə tutularaq həbsdə saxlanıldığı, (cəza çəkdiyi) 01 (bir) il 02 (iki) ay müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş 07 (yeddi) il müddətə cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,633 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin əks edildiyi 01 ədəd DVD disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X6 üçün 96 (doxsan altı) manat məbləğində, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 90 (doxsan) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar