Məhkəmə qərarları › İş №1(101)-542/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-542/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-542/2021 22.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs X9 iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuş, Azəbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xəzər rayonu, Sovxoz Ramanı qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, X14 təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, X14 özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 34 saylı evin qarşısında markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan taksinin arxa oturacağında əyləşmiş tanışı Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçaqdan silah qismində istifadə edərək sonuncunun boğaz nahiyəsinə dirəyib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Zərərçəkmiş şəxs məxsus, sonuncunun əlində saxladığı üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** GSM nömrə, 4 (dörd) manat dəyərində ***-***-**-** GSM nömrə və 6 (altı) manat dəyərində 16 GB yaddaş həcmli mikrokartı olan 200 (iki yüz) manat dəyərində 1 (bir) ədəd “X20 8” markalı mobil telefonu zorla almış, bundan sonra Zərərçəkmiş şəxs özündən bıçağı uzaqlaşdırarkən sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən sol əlin İİ və İİİ barmaqlarının səthi kəsilmiş yaraları xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs ümumilikdə 214 (iki yüz on dörd) manat dəyərində əmlakını ələ keçirməklə quldurluq cinayətini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə hadisə baş verməzdən bir neçə ay əvvəl tanış olmuş və onların arasında sevgi münasibəti yaranmışdır. Aralarında sevgi münasibəti yarandıqdan sonra onlar birlikdə evlərin təmir işləri işi ilə məşğul olmuşlar. Hadisə baş verən gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində o, Güllü ilə birlikdə təmir etdiyi evə getmişdir. O, evə çatdıqda Güllü orada olmuşdur. O, Güllüyə çay qoymasını demişdir. Bundan sonra onlar çay içərək söhbət etmişlər. O, Güllüyə cinsi əlaqədə olduqdan sonra sonuncudan ona cinsi xəstəliyin keçdiyini bildirmişdir. Bu vaxt Güllü onun üstünə qışqırmışdır. O da Güllünün bu hərəkətindən əsəbiləşərək sonuncunu üzündən və başından sillə ilə vurmuşdur. Bundan sonra Güllü ağlamağa başlamışdır. Onun Güllüyə yazığı gəldiyi üçün evdən çıxmış və Güllüyə şirniyyat almağa getmişdir. O, Güllüyə şirniyyat və özünə pivə aldıqdan sonra evə qayıtmışdır. O, evə qayıtdıqdan sonra Güllü yeni ev sahibinin onu işdən çıxardığını bildirmişdir. O, ev sahibinə zəng etmək üçün Güllünün mobil telefonunu götürmüşdür. Lakin Güllünün telefonunda kontur olmadığından o, zəng edə bilməmiş və telefona kontur yükləmək üçün mağazaya getmişdir. O, mağazaya gedərkən Güllünün telefonunu özü ilə götürmüşdür. O, mağazaya gedib Güllünün mobil telefonuna kontur yüklədikdən sonra evə qalxmaq istədikdə, Güllünün telefonuna sonuncunun əri zəng vurmuşdur. O, telefonu açdıqda Güllünün əri ondan niyə arvadının telefonuna onun cavab verdiyini soruşmuşdur. Güllü evdə onun üstünə qışqırdığından və kobudluq etdiyindən o, Güllünün ərinə Güllü ilə sevgi münasibətində olduğunu və Güllüdən ona cinsi xəstəliyin keçdiyini bildirmişdir. Lakin Güllünün əri ona inanmamışdır. O da Güllü ilə olan şəkilləri Güllünün ərinə göndərəcəyini bildirmişdir. Sonra o, evə qalxıb Güllüdən 10 manat pul istəmişdir. Güllü isə ona 10 manat pul verməmişdir. O da yenə Güllünü döymüşdür. Bundan sonra o, aşağı düşüb yenidən Güllünün əri ilə telefonda danışmışdır. Sonra Güllü onun arxasınca həyətə düşmüş və telefonu ondan alaraq DİN-nin 102 xidmətinə zəng vurmuşdur. O, Güllüyə mane olmaq üçün cəld telefonu sonuncudan almışdır. Güllünün 102 xidmətinə zəng etməsi onu daha da əsəbiləşdirmişdir. Bundan sonra o, həyətdə yenə Güllünü döymüşdür. Bu vaxt həyətdə olan bir yaşlı kişi onlara yaxınlaşmış və Güllü ilə onu ayırmışdır. Bundan sonra o, evə qalxmışdır. Lakin həmin yaşlı kişi onu evdən çıxarmış və evin açarlarını, eləcə də Güllünün mobil telefonunu ondan alaraq Güllüyə vermişdir. Sonra o, yaşlı kişi ilə birlikdə evdən çıxmışdır. Lakin Güllü evdə qalmışdır. O, həyətə düşdükdən sonra həyətdə Güllünü gözləməyə başlamışdır. Bir qədər sonra Güllü həyətə düşərək taksiyə minmişdir. Bu vaxt o da həmin taksiyə minmiş və Güllünün telefonunda olan öz şəkillərini götürmək üçün sonuncudan telefonunu istəmişdir. Güllü isə öz telefonunu ona verməmişdir. Sonra o, mobil telefonu Güllüdən almış və cəld şəkildə taksidən düşmüşdür. O, taksidən düşdükdən sonra Güllüyə telefonu istəyirsə onunla gəlməsini demişdir. O, Güllünü gözləsə də sonuncu taksidən düşməmiş və sonra taksi ilə çıxıb getmişdir. Növbəti gün o, Güllünün mobil telefonunu 28 May metrosu yaxınlığında fəaliyyət göstərən mağazaların birinə apararaq 200 (iki yüz) manata satmışdır. Həmin pulun 80 (səksən) manatına dərman almış, pulun qalan hissəsini isə öz şəxsi istifadəsi üçün xərcləmişdir. O, taksidə Güllünü vursa da, sonuncunu bıçaqlamamışdır. Onun üstündə həmin vaxt bıçaq olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs X14 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə X9 Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən sonuncuya qarşı bıçaqdan istifadə etməməsi və sonuncuya xəsarət yetirməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Rauf Əsədov məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Rauf Əsədov ibtidai istintaq zamanı dəfələrlə ifadə verərək Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu, nəticəsini və həmin cinayət əməlini bıçaqdan istifadə etməklə törətdiyini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, cinayət işinin materiallarında olan çoxlu sayda sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X14 həqiqətən də ona irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, həm rəngsaz ustası kimi fəaliyyət göstərir, eləcə də müxtəlif evlərə gedərək orada təmizlik işləri ilə məşğul olaraq ailəsini dolandırır. O, evlidir və 4 (dörd) övladı var. O, X12 4 aydır ki, tanımışdır. Rauf təxminən 4 ay bundan əvvəl ona zəng edərək ondan xoşu gəldiyini bildirmişdir. Sonra o, Raufla görüşmüş və sonuncunun yaxşı adam olduğunu görmüşdür. O, Raufdan harada yaşadığını soruşduqda sonuncu ona Mirəli Qaşqay 36, ev 28-də Rövşən adlı yaşlı kişi ilə yaşadığını bildirmişdir. O, Raufla həmin ünvana getdikdə orada yaşayan Rövşənin Raufu düzgün yola çəkmədiyini görmüş və bu səbəbdən Rövşəndən Raufu düz yola çəkməsini istəmişdir. Bundan sonra onun Raufa yazığı gəlmiş və sonuncunu yanına apararaq yanında fəhlə kimi işlətməyə başlamışdır. Onlar bir neçə dəfə birlikdə evlərin təmiri işlərində işləmişlər. Sonuncu dəfə ona Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 34, mənzil 40-da təmir etmək üçün təklif gəmişdir. O, ev sahibi ilə görüşmüşdür. Lakin ev sahibi ondan Raufu yanında işlətməməsini istəmişdir. O da ev sahibi ilə razılaşmış və bu barədə Raufa bildirmişdir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Rauf həmin ünvana gəlmişdir. Rauf qapını döymüş və o da qapını açmışdır. Bundan sonra Rauf evdə çay qoymuşdur. Sonra Rauf ona “Mən səni ərindən ayıracam. Mən səni sevirəm, sən mənim olacaqsan” demişdir. O, bunu eşitdikdə Raufdan gic-gic hərəkətlər etməməsini xahiş etmişdir. Bundan sonra onların arasında mübahisə başlamış və Rauf ondan ərindən ayrılmağını tələb etmişdir. Həmin vaxt Rauf əsəbiləşərək onu döyməyə başlamışdır. O, Raufun onun bədəninin hansı nahiyələrinə vurmasını dəqiq bilməmişdir. Bir qədər keçdikdən sonra Rauf sakitləşmiş və onun mobil telefonunu götürüb su almaq üçün çıxıb getmişdir. O, evdə Raufu xeyli gözləsə də, sonuncu gəlməmişdir. Bundan sonra o, evin pəncərəsindən baxmış və həmin vaxt Raufun onun telefonu ilə kiminləsə danışdığını görmüşdür. O, diqqətlə qulaq asdıqda Raufun onun əri ilə danışdığını və ərinə onun haqqında nalayiq sözlər işlətməsini eşitmişdir. Bundan sonra o, cəld həyətə düşmüş və öz telefonunu Raufun əlindən almışdır. O, telefonu aldıqdan sonra DİN-nin 102 xidmətinə zəng etmişdir. O, 102 xidmətinə məlumat vermək istədikdə Rauf telefonu onun əlindən alıb söndürmüşdür. Bundan sonra Rauf həyətdə onu döyməyə başlamışdır. Həmin vaxt məhəllədə olan bir yaşlı kişi onlara yaxınlaşmış və onları ayırmışdır. Sonra Rauf evə qalxmışdır. Həmin yaşlı kişi ona kömək edərək onunla birlikdə evə qalxmış və Raufdan onun mobil telefonunu alaraq ona qaytarmışdır. Bundan sonra həmin yaşlı kişi Raufu evdən çıxarmışdır. Sonra o, qapını bağlayaraq ərinə zəng etmişdir. Əri ona DİN-nin 102 xidmətinə zəng etməsini demişdir. Lakin o, 102 xidmətinə zəng etməmişdir. Sonra o, evin sahibinə zəng vurub bu barədə məlumat vermiş və *2111 xidmətindən taksi sifariş etmişdir. Taksi gəldikdən sonra o, aşağı düşərək taksiyə minmişdir. Bu vaxt Rauf qəflətən gələrək taksinin sol tərəfindəki qapını açıb əlində bıçaqla avtomobilə oturmuş və qolunu onun boğazına tərəf apararaq əlindəki bıçağı onun boğazına dayamış və onun əlindəki “Redmi Note 8” markalı mobil telefonu əlindən almışdır. Bu vaxt o, bıçağı boğazından uzaqlaşdırmaq istəmişdir. O, bu etmək istədikdə bıçaq onun əlini kəsmiş və Rauf telefonu anidən götürərək oradan qaçmışdır. Bundan sonra o, ev sahibinə zəng vurmuş və bu barədə sonuncuya məlumat vermişdir. Ev sahibi ondan şikayət etməməsini, bunun əvəzində sonuncu sahə inspektorunun nömrəsini ona vermiş və sahə inspektorunun bu məsələni həll edəcəyini bildirmişdir. O, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında sahə inspektoruna məlumat vermişdir. Bundan sonra isə DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə narədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin onun mobil telefonunun ibtidai istintaq dövründə ona qaytarıldığını, onun təqsirləndirilən şəxslə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, hadisə baş verən vaxt “Nar Expres” mağazasında satıcı işləmişdir. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində onun əvvəllər tanımadığı şəxs, yəni Rauf Əsədov mağazaya yaxınlaşaraq “Redmi Note 8” markalı mobil telefonu ona göstərib həmin telefonu satmaq istədiyini bildirmişdir. O, telefona baxmış və həmin telefonu 200 (iki yüz) manata ala biləcəyini Raufa demişdir. Sonra Rauf onunla razılaşmamış və mağazadan çıxıb getmişdir. Bir qədər sonra Rauf yenidən mağazaya qayıdaraq telefonu 200 (iki yüz) manata satacağını ona bildirmişdir. O da Raufdan həmin telefonu 200 (iki yüz) manata almış və sonuncudan şəxsiyyət vəsiqəsinin surətini götürmüşdü. Bundan sonra o, Raufdan aldığı telefonu sonuncunun yanında format edərək təmizləmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspertiza rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 9-11) görünür ki, Zərərçəkmiş şəxs təmir işləri ilə məşğul olduğu mənzilin yerləşdiyi ünvanı, yəni Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 34 saylı evin qarşısını, mənzilin girişini, sifariş etdiyi taksiyə mindiyi yeri, cinayət hasisəsinin baş verdiyi yeri və ona qarşı törədilmiş cinayətin üsulunu, eləcə də mexanizmini əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 42) görünür ki, həmin gün X9 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 44) görünür ki, həmin gün X14 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 57) görünür ki, həmin gün X14 cinayət hadisəsinin baş verdiyi yerdə insanların toplaşmasından utanmış və bu səbəbdən də ifadənin yerində yoxlanılmasına dair istintaq hərəkətində iştirak etməkdən imtina etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 58-59) görünür ki, həmin gün X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 101-105) görünür ki, həmin gün X14 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 97) görünür ki, X14 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X16 572 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 115-116) görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş sol əlin İİ və İİİ barmaqlarının səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin), ola bilsin ki, bıçağın kəsərinin təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 111) görünür ki, təqsirləndirilən şəxs X14 barəsində yaşadığı yer üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 1499 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 121-122) görünür ki, İ. Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert belə qənaətə gəlir ki, yoxlanılan şəxs X10 hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sənədlər sübut edir. İİ.Yekun hissəsi. Ekspert cinayət işinin materiallarının, həmin cinayət işindəki toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Hal-hazırda X14 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. X11 hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda “Xasiyyətin psixopatik cizgiləri" müəyyən olunur. X14 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. X14, həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, X14 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. X9 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 108) görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş cinayət nəticəsində talanmış mobil telefonun ona qaytarılmasını, onun təqsirləndirilən şəxslə barışdığını, eləcə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını ibtidai istintaqı aparan orqana bəyan etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2923 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 118-119) görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 (bir) ədəd “X20 8” markalı M1908C3XG model mobil telefonun satış üçün komplektləşdirməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 200 (iki yüz) manat, ***- ***-**-** GSM nömrə - 4 (dörd) manat, ***-***-**-** GSM nömrə - 4 (dörd) manat, 16 GB yaddaşı olan mikrokart – 6 (altı) manat müəyyən edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/898 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 124-125) görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 129) görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 133-141) görünür ki, X9 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi üzrə yeni məzmunlu ittihamın elan edilməsi, cinayət hadisəsi nəticəsində talanmış 1 (bir) ədəd “X20 8” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd kustar üsulla hazırlanmış turist bıçağının maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc otağına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 143- 144) görünür ki, həmin gün X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə yeni məzmunlu ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 45) görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X14 ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X15 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, məhkəmə istintaqında təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı və sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlardan görünür ki, cinayət hadisəsi baş verənədək təqsirləndirilən şəxs X14 ilə Zərərçəkmiş şəxs bir-birini tanımışlar və onların arasında sevgi münasibəti olmuşdur. Qeyd edilən hal məhkəmə istintaqında zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilsə də, məhkəmə istintaqında onların sevgi münasibətində olması həm zərərçəkmiş şəxsin, həm təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə vermiş olduqları ifadələr, həm də təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Onlar tanış olanadək və onların arasında sevgi münasibəti yarananadək zərərçəkmiş şəxs qadın olmasına baxmayaraq, ev təmiri işləri ilə məşğul olmuşdur. Onlar tanış olduqdan sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə ev təmiri işləri ilə məşğul olmağı təklif etmiş və sonuncu da zərərçəkmiş şəxslə razılaşmışdır. Bundan sonra onlar birlikdə ev/mənzil təmiri işləri ilə birlikdə məşğul olmağa başlamışlar. Onlar 2020-ci ilin iyul ayında təmir etmək məqsədi ilə yeni sifariş almışlar və onların təmir etməli olduqları mənzil Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 34 saylı binada yerləşmişdir. Lakin xx xxxx 2020-ci il tarixdə onlar həmin mənzildə olduqları vaxt aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmışdır. Məhkəmə istintaqında mübahisənin səbəbi ilə bağlı tərəflər ayrı-ayrı səbəblər göstərmişlər. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadəsinə əsasən mübahisəyə səbəb - onunla zərərçəkmiş şəxs arasında baş vermiş cinsi əlaqədən sonra zərərçəkmiş şəxsdən ona cinsi xəstəliyin keçməsi, zərərçəkmiş şəxsin isə məhkəmə istintaqında vermiş olduğu ifadəsinə əsasən mübahisəyə səbəb - təmir etməli olduqları mənzilin sahibinin təqsirləndirilən şəxsin öz evində təmir işləri ilə məşğul olmasına dair etdiyi etirazı olmuşdur. Məhkəmə istintaqında onların arasında baş vermiş mübahisəyə səbəbin nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Lakin məlum cinayət hadisəsi baş verməmişdən əvvəl onların arasında şəxsi münasibətlər zəminində sözlü mübahisənin yaranması, sözlü mübahisənin sonradan təqsirləndirilən şəxsin zoraki aktiv hərəkətlərinə keçməsi və nəticədə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə zor tətbiq edərək döyməsi halları cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yaranmış sözlü mübahisə sonradan zorun tətbiq edilməsinə çevrildikdən sonra onların arasında artıq mənzilin yerləşdiyi binanın qarşısında növbəti dəfə zorun tətbiq edilməsi ilə müşayiət olunan davadalaş baş vermişdir. Binanın qarşısında onların arasında baş vermiş dava-dalaşa səbəb zərərçəkmiş şəxsin DİN-in 102 xidmətinə təqsirləndirilən şəxsin qanunsuz hərəkətləri ilə bağlı zəng edərək məlumat verməsi olmuşdur. Belə ki, həyətdə təqsirləndirilən şəxs növbəti dəfə zərərçəkmiş şəxsə zor tətbiq etdikdən sonra sonuncu 102 xidmətinə zəng edərək şikayət etmək istəmişdir. Lakin təqsirləndirilən şəxs buna imkan verməmiş və zərərçəkmiş şəxsin əlindən zorla mobil telefonu alaraq yenidən zərərçəkmiş şəxsə zor tətbiq etmişdir. Bu vaxt həyətdə olan, şəxsiyyəti ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmiş şəxs onlara yaxınlaşaraq sonuncuları bir-birindən aralamışdır. Həmin şəxsin qanuni müdaxiləsi nəticəsində həmin vaxt təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı öz qanunsuz hərəkətlərini davam etdirə bilməmişdir. Qeyd edilənlərdən sonra Zərərçəkmiş şəxs təmir işlərini aparmalı olan mənzilə getmişdir. Təqsirləndirilən şəxs isə həmin mənzilin yerləşdiyi binanın qarşısında zərərçəkmiş şəxsdən qisas almaq məqsədi ilə sonuncunu bir neçə saat gözləmişdir. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 23:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə getmək üçün taksi sifariş etmişdir. Taksi həmin yerə gəldikdən sonra Zərərçəkmiş şəxs aşağı düşmüş və taksiyə minmişdir. Taksi oradan uzaqlaşmaq istədikdə, təqsirləndirilən şəxs Rauf Əsədov anidən həmin taksinin qapısını açaraq avtomobilin arxa oturacağında oturmuş zərərçəkmiş şəxsin yanına oturmuşdur. Təqsirləndirilən şəxs taksiyə mindiyi vaxt üzərində əvvəlcədən özü ilə götürdüyü və ekspertiza rəyi soyuq silah hesab olunmayan turist bıçağı olmuşdur. Təqsirləndirilən şəxs Rauf Əsədov Zərərçəkmiş şəxs yanına oturduqdan sonra qəflətən üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçağı sonuncunun boğaz nahiyəsinə dirəyib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş və Zərərçəkmiş şəxs əlində olan mobil telefonu ona verməsini tələb etmişdir. Lakin zərərçəkmiş şəxs öz mobil telefonunu təqsirləndirilən şəxsə verməkdən imtina etmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxs taksidə yenidən zərərçəkmiş şəxsə zor tətbiq etmiş və sonuncudan dəyəri 200 (iki yüz) manat olan 1 (bir) ədəd “X20 8” markalı mobil telefonu (telefonla birlikdə telefonda olan dəyəri 4 (dörd) manat olan ***-***- **-** GSM nömrəni, dəyəri 4 (dörd) manat olan ***-***-**-** GSM nömrəni, dəyəri 6 (altı) manat olan 16 GB həcmli yaddaş mikrokartı) qanunsuz olaraq zorla ələ keçirmişdir. Rauf Əsədov Zərərçəkmiş şəxs mobil telefonunu və həmin telefonda olan digər predmetləri zorla ələ keçirdikdən sonra Güllü X5 qarşı tətbiq etdiyi bıçağı özündən uzaqlaşdırmaq istəmişdir. Zərərçəkmiş şəxs bunu etmək istədikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən sol əlin İİ və İİİ barmaqlarının səthi kəsilmiş yaraları xəsarətlərini almışdır. Bundan sonra Rauf Əsədov taksidən düşmüş və oradan uzaqlaşmışdır. Növbəti gün o, Zərərçəkmiş şəxs qanunsuz olaraq zorla ələ keçirdiyi mobil telefonu 28 May metro stansiyası yaxınlığında mobil telefonların satışı ilə məşğul olan mağazada 200 (iki yüz) manata satmışdır. İbtidai istintaq zamanı cinayət əməli nəticəsində talanmış mobil telefon aşkar edilmiş və zərərçəkmiş şəxsə qaytarılmışdır. Bununla da təqsirləndirilən şəxs Rauf Əsədov Zərərçəkmiş şəxs qarşı silah qismində istifadə edilən əşyadan tətbiq etməklə quldurluq cinayətini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxs Rauf Əsədovun Zərərçəkmiş şəxs qarşı silah qismində istifadə edilən əşyadan tətbiq etməklə quldurluq cinayətini törətməsi nəticəsinə gələrkən cinayət əməlinin törədilməsi üsulu və mexanizminə xüsusi diqqət yetirmişdir. Belə ki, birinci məsələ ondan ibarətdir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində niyyətinin özgə əmlakını talamaq olmadığını və həmin vaxt üzərində bıçağın olmadığını, zərərçəkmiş şəxsə qarşı bıçaqdan istifadə etməklə cinayət törətmədiyini bildirsə də, onun sonraki hərəkətləri, yəni zərərçəkmiş şəxsə məxsus mobil telefonu qanunsuz olaraq zorla ələ keçirdikdən sonra həmin telefonu sonuncuya qaytarmaq əvəzinə bir gün özündə saxlamış, sonra mobil telefonların satışı ilə məşğul olan mağazaya gedib satmış, satışdan hasil olunan pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Eyni zamanda cinayət işi üzrə maddi sübut qismində çıxış edən bıçaq, zərərçəkmiş şəxsin almış olduğu xəsarətlər ona dəlalət edir ki, Rauf Əsədov Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini məhz bıçaqdan istifadə etməklə törətmişdir. İkinci məsələ isə ondan ibarətdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əyləşdiyi taksiya icazəsiz və anidən minmiş, taksiyə mindikdən sonra məhz zərərçəkmiş şəxsin yanına oturmuş, başqa sözlə basqın etmişdir. Təqsirləndirilən şəxsin basqın etməsi onun qanunsuz hərəkətlərinin zərərçəkmiş şəxs üçün gözlənilməz və qəflətən baş vermiş olmasından ibarətdir. O, basqın etdikdən sonra, yəni taksiyə oturduqdan dərhal sonra üzərində gəzdirdiyi bıçağı zərərçəkmiş şəxsin boğazına dirəyərək zərərçəkmiş şəxsdən başqa əşya deyil, məhz mobil telefon tələb etmiş, zərərçəkmiş şəxs telefonu ona vermək istəməmiş, nəticədə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən zorla mobil telefonu almış, bu ərəfədə zərərçəkmiş şəxs müxtəlif xəsarətlər almışdır. Qeyd edilən bu iki hal birbaşa ona dəlalət edir ki, təqsirləndirilən şəxs Rauf Əsədov Zərərçəkmiş şəxs qarşı silah qismində istifadə edilən əşyadan tətbiq etməklə quldurluq cinayətini törətmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif edir. X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. X9 törətdiyi cinayət əməli başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi üzrə sanksiya həddində ədalətli şəkildə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə X13 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə X9 ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, onun cavan olmasını, ailədə yeganə övladın olmasını, Zərərçəkmiş şəxs onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yuxarıda göstərilən halları və maddi hüquq nomaların imperativ tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X14 ona məhkəmə tərəfindən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməlidir. Qanunun bu tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd kustar üsulla hazırlanmış turist bıçağı məhv edilməli, eləcə də törədilmiş cinayətin nəticəsində talanmış 1 (bir) ədəd “X20 8” markalı mobil telefonun ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş cəmi 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfini təşkil edən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs X8 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X9 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. X14 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X14 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd kustar üsulla hazırlanmış turist bıçağı məhv edilsin. Cinayətin nəticəsində talanmış 1 (bir) ədəd “X20 8” markalı mobil telefonun ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs X8 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, X13 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar