Məhkəmə qərarları › İş №1(101)-542/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-542/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-542/2025 16.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qediyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində, xx.xx.1961-ci il tarixdə Sabirabad rayonu, Qaragünə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, ali təhsilli, ailəli, taksi fəaliyyəti ilə məşğul olmuş, ünvan 2 ünvanında qediyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, X5, bina 14, mənzil 21 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq özünə məxsus «Samsung Galaxy» markalı mobil telefondakı «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə «Ramil» adlı şəxsin istifadəsində olan +98 914 330 4429 mobil nömrəsinin «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb istintaqa məlum olmayan şəxs tərəfindən ünvan 4 ünvanında yerləşən «Nağılbağ» restoranının yaxınlığındakı yerə qoyularaq göndərilmiş fotoşəkillərə uyğun yerdən külli miqdarda bir ədəd sellofan paketdə təmiz çəkisi 2370,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 18:41-də Xətai RPİ-nin NMB-in və CAŞın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanında «Nağılbağ» restoranının yaxınlığında Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılıb ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı bir ədəd ağ rəngli sellofan paketin içərisindəki qara rəngli sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 2370,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən isə həmin «Samsung Galaxy» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 məxsus «Samsung Galaxy» markalı mobil telefondakı «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə «Ramil» adlı şəxsin istifadəsində olan +98 914 330 4429 mobil nömrəsinin «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb istintaqa məlum olmayan şəxs tərəfindən ünvan 4 ünvanında yerləşən «Nağılbağ» restoranının yaxınlığındakı yerə qoyularaq göndərilmiş fotoşəkillərə uyğun yerdən külli miqdarda bir ədəd sellofan paketdə təmiz çəkisi 2370,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 18:41-də Xətai RPİ-nin NMBin və CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanında «Nağılbağ» restoranının yaxınlığında Təqsirləndirilən şəxs1la birlikdə saxlanılıb ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı bir ədəd ağ rəngli sellofan paketin içərisindəki qara rəngli sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 2370,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən isə həmin «Samsung Galaxy» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir neçə müddət ona İran İslam Respublikasına məxsus mobil operatordan zəng gəlmişdir. Ona zəng edən şəxs özünü onun tutulmuş qardaşlarının tanışı kimi təqdim etmişdir. Həmin şəxs ona narkotik vasitə təklif edirdi. Həmin danışıqlarla bağlı telefonunda səs yazıları da var. O, narkotik vasitə istifadəçisi olsa da, belə əməllərin ona aid olmadığını bildirmişdir. Ona zəng edən şəxs 5-10 kiloqram narkotik vasitələr təklif edirdi. O da öz növbəsində belə əməllərin onluq olmadığını demişdir. İran İslam Respublikasına məxsus mobil operatordan zəng edən şəxs ona zəng edərək 100 qram narkotik vasitə marixuananın olduğunu və çöldə qaldığını bildirmişdir. O da 1 nəfər şəxs narkotik vasitə marixuanadan istifadə etdiyini və həmin şəxsə deyəcəyini demişdir. O da Təqsirləndirilən şəxs2a bu barədə bildirmişdir. Təqsirləndirilən şəxs2 onsuz da narkotik vasitə marixuana istifadəçisi olduğundan dedikləri ilə razılaşmışdır. O, həmin günü rayona getməli olmuşdur. Onlar Abşeron rayonu, Masazır qəsəbəsində qalmışlar. Təqsirləndirilən şəxs2 oğlu sonuncuya məxsus avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün götürdüyündən Şəmsəddin avtomobilsiz olmuşdur. Təqsirləndirilən şəxs2 ona birlikdə getməklərini və götürəcəyi narkotik vasitədən ona 5-6 siqaretlik istifadə etmək üçün verəcəyini demişdir. İran İslam Respublikasına məxsus mobil operatordan zəng edən şəxs ona Xətai rayonu, Əhmədli qəsəbəsi tərəfə getməklərini, çatdıqdan sonra ona proqram vasitəsi ilə məkan atacağını demişdir. O, həmin şəxsə etirazını bildirmiş, amma yenə də ondan dediyi əraziyə getməyini istəmişdir. O, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə həmin şəxsin dediyi yerə getmişdir. Həmin yerə gedib çatdıqdan sonra İran İslam Respublikasına məxsus mobil operatordan zəng edən şəxs ona proqram vasitəsi ilə məkan atmışdır. O da məkandan anlayışı olmadığından həmin məkanı Təqsirləndirilən şəxs2a atmışdır. Onlar birlikdə məkanda göstərilən yerə getmişlər. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan bükümü götürdükdə bükümün iri olduğunu görmüşdür, bükümün iri olduğunu ona demiş və təpiklə həmin bükümü vurub atmışdır. Ona yazan şəxsə zəng edib bükümün iri olduğunu demişdir. Zəng etdiyi şəxs bükümün içərisində başqa şeylərin və narkotik vasitə olan marixuananın yaş olduğu üçün iri görsəndiyini demişdir. Təqsirləndirilən şəxs2 bükümü götürüb 3-4 metr aralandıqdan sonra bükümü kənara atmışdır. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb onları yerə yıxıb, üstlərini yoxlamağa başlamışlar. Polis əməkdaşları sonra onları Xətai RPİ-nin 35 PB-yə aparmışlar. Xətai RPİ-nin 35-ci PB-də onların ikisi də birlikdə video çəkilişlə çəkmək istəmişlər, amma o, polis əməkdaşları ilə razılaşmamışdır. Video çəkiliş zamanı Təqsirləndirilən şəxs2 əlində olan bükümün ona aidiyyatı olmadığından Təqsirləndirilən şəxs2 aralı durmuşdur. Sonra müdafiəçi dəvət etmişlər. Polis əməkdaşı müdafiəçi ilə birlikdə onu CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində saxlayıb istintaqa təhvil verəcəklərini bildirmişlər. Sonra onları Xətai RPİ-yə aparmışlar. Xətai RPİdə müstəntiq ona da CM-in 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanacağını demişdir. O da etirazlarımı, xəstə olduğunu, müstəntiqin dedikləri ilə razı olmadığını bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, onu müstəntiq CM-in 234.4.3-cü maddəsi ilə ittiham etmək istəyirdi, amma o, heç bir sənədə yazı yazmamışdır. Təhqiqatçı tərəfindən isə tərtib olan sənədlər CM-in 234.1-ci maddəsi ilə olduğu üçün sənədlərə imza çəkmişdir. Müstəntiq onu nə qədər qorxutsa da heç bir sənədə imza etməmişdir. Müstəntiq onu sözlə qorxudurdu, amma heç bir fiziki təzyiq göstərməmişdir. Müstəntiqin yanında heç bir sənədə imza çəkməmiş, amma bir sənədin sonunda öz kəlmələri ilə niyyət məqsədi ilə narkotik vasitə əldə etməyə getdiyini qeyd etmişdir. Ona narkotik vasitə ilə bağlı zəng edən şəxsin kim olduğunu dəqiq bilmədiyindən, ailəsinin təhlükəsizliyini qorumaq üçün həmin şəxs barəsində şikayəti ancaq A.İsgəndərov adlı şəxsə bildirmişdir. Saxlanıldığı gün Hacıqabula getməli olmuşdur. Təqsirləndirilən şəxs2 məxsus avtomobili oğlu götürdüyündən yolda tıxaclarda qalmamaq üçün birlikdə Əhmədli qəsəbəsinə getmişlər. O, Təqsirləndirilən şəxs2 tıxaclarda çox gözləməməyi üçün sonuncu ilə birlikdə Əhmədli qəsəbəsinə getməyi və oradan Hacıqabul rayonuna getmək üçün Lökbatan dairəsinə getməyinə qərar vermişdir. Ona narkotik vasitə ilə bağlı yazan şəxs onlara təklif etdiyi narkotik vasitənin qiymətini deməmişdir. Təqsirləndirilən şəxs2 ona pulunu vermərik dediyi üçün həmin şəxsdən narkotik vasitənin qiymətini soruşmamışdır. İran İslam Respublikasına məxsus mobil operatordan zəng edən şəxs 1 ay yarım olardı ki ona zəng vururdu. Həmin şəxsdən gələn zəngləri arabir evdə nəvəsi cavablandırıb onun evdə olmadığını deyirdi. Saxlanıldığı gündən əvvəl həmin şəxslə narkotik vasitə almamışdır. Arabir narkotik vasitə marixuana istifadə edirdi. Onları polis əməkdaşları binanın qarşısında olan çökəklikdəki zibilliyin yanında saxlamışlar. Onları polis əməkdaşları saxladıqları vaxt yerə yıxmışlar və həmin vaxt xəsarətlər almışlar. Xəsarətləri ilə bağlı özü şikayət etməmiş, sadəcə BİT-ə daxil olan zaman bədənlərində olan xəsarətləri qeydiyyata aldıqları üçün prokurorluğun müstəntiqi izahatlarını almışdır. Özü arabir narkotik vasitə istifadə etdiyi üçün polisə şikayət etməmişdir. Tutulduqları vaxt polis əməkdaşları onları yerə yıxmışlar, təzyiq göstərmişlər, sürümüşlər. Ona qarşı da polis əməkdaşları saxladıqları vaxt təzyiqlər göstərmişlər, sürümüşlər, amma artıq polis şöbəsində olduğu vaxt heç bir fiziki təzyiqlər olmamış, nalayiq ifadələr ünvanlarına səsləndirmişlər. Bədənində olan xəsarətlər polis əməkdaşları onları saxlayarkən yerə yıxdıqları vaxt aldığı xəsarətlərdir. 7-8-ci qabırğalarının bitişmiş sınığından qalan əlamətlər polis əməkdaşları tərəfindən ona qarşı göstərilən təzyiqlərin izləridir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ancaq təhqiqatçının yanında verdiyi ifadəni, 1-ci verdiyi ifadəni təsdiq edir. İfadəsində narkotik vasitəni götürməyini deməmişdir. Mobil telefonunda “Ram İr” adlı qeyd etdiyi şəxs məhkəmə istintaqında ona narkotik vasitələr təklif etdiyini bildirdiyi şəxsdir. Yaşını, xəstəliyini, ailə tərkibində yeganə işləyən şəxsin olduğunu və himayəsində arvadı, 2 qızının olmasını nəzərə alınmağını xahiş edir. Etdiyi əməldən peşmandır. Deyilənlərin nəzərə alınmaqla barəsində məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, səhər radələrində evdə olduğu vaxt Təqsirləndirilən şəxs1 ona zəng etmişdir. Həmin günü çayxanaya getmiş və Təqsirləndirilən şəxs1 da orda olmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitə təklif edən şəxsin yenə də zəng etdiyini bildirmişdir. Artıq neçənci səfər idi ki, həmin şəxsin təklif etdiklərinə etiraz etmişlər. Onlar həmin adamdan 5-6 kiloqram narkotik vasitə istəməmişlər. Həmin şəxsə onlara narkotik vasitə lazım olmadığını demişlər. Sonra zəng edib 1-2 kiloqram narkotik vasitə təklif etmiş, amma həmin təklifə də etiraz etmişlər. Belə-belə azaldıb Təqsirləndirilən şəxs1 narkotik vasitə təklif edən şəxs axırda onlara 100 qram narkotik vasitə olduğunu, həmin narkotik vasitənin kimsə üçün bir yerə atdığını və həmin şəxsin olmadığı üçün onların götürməklərini, pulunu isə az-az olduqca verə biləcəyini demişdir. O da Təqsirləndirilən şəxs1 pullarının olmadığını, narkotik vasitəni gedib götürməklərini, amma pulunu verməməklərini demişdir. Həm də pulunu vermədikləri təqdirdə onlardan əl çəkəcəyini demişdir. Onlar Xətai rayonu, Əhmədli qəsəbəsinə getmişlər. 1 saat axtardıqdan sonra İranlı kimi özünü təqdim edən şəxsin atdığı yeri tapmışlar. Qoyulan çantanı ilk öncə gözü ilə nəzərdən keçirtdikdən sonra çantanın içərisindəkinin çox olduğunu, daha sonra təpiklə vurduqda çantanın içərisindəkinin həqiqətən də çox olduğunu hiss etmişdir. Təqsirləndirilən şəxs1 da həmin çantanı ayağı ilə yoxlamış, çantaya təpik vurmuş və çanta diyirlənib getmişdir. Mobil telefonu ilə taksi sifariş edirdi. Təqsirləndirilən şəxs1 buradan çıxıb getməklərini demişdir. Təqsirləndirilən şəxs1 onları həmin yerə gətirib çıxardan şəxsə zəng etmişdir. Danışıq vaxtı həmin şəxs Təqsirləndirilən şəxs1 sadəcə narkotik vasitənin yaş olduğu üçün çantanın içərisindəkinin böyük olduğunu demişdir. Bu sözləri Təqsirləndirilən şəxs1 ona dedikdən sonra həmin çantanı götürüb 3-4 metr hərəkət etdikdən sonra çantanın ağır olduğuna əmin olmuş və çantanı yenidən kolluğa tullamışdır. Təqsirləndirilən şəxs1 və o, əli boş yolun kənarına gəlmişlər. O, getməkləri üçün taksi sifariş vermiş və həmin taksini gözləmişlər. Həmin vaxt polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onları saxlayanda tulladığı çanta onlardan 5-10 metr aralıda kolluğun içində olmuşdur. Onu polis əməkdaşları yerə yıxdıqdan sonra həmin çantanı götürüb gətirib ayağının yanına qoymuşlar. Daha sonra onları avtomobilə əyləşdirəndə həmin çantanı da avtomobilə qoymuşlar. Onları Xətai RPİnin 35-ci PŞ-yə gətirmişlər. Onlar təhqiqatçının yanında olduqları vaxt hadisəni məhkəmə istintaqında danışdıqları kimi danışmışlar, amma onların danışdıqları ilə razılaşmamışlar. O, çantaya əlinin dəydiyini və həmin yerə getməkdə günahkar olduğunu başa düşdüyünü demişdir. Onlar həmin ünvana 100 qram narkotik vasitə ilə bağlı getmişlər. Təqsirləndirilən şəxs1 həmin günü rayona getməli olmuşdur. Onlar ikisi də Masazır qəsəbəsində yaşamışlar. O, narkotik vasitəni götürüb geri qayıdanda həm Masazır qəsəbəsində getdiyi yolda tıxaca düşməmək üçün, həm də Təqsirləndirilən şəxs1 geri qayıdanda öz payına düşəcək qədər narkotik vasitəni götürüb 20 Yanvar adlanan ərazidə düşəcəyi üçün onunla birlikdə getmişdir. Bundanda əlavə İranlı kimi özünü təqdim edən şəxslə Təqsirləndirilən şəxs1 əlaqə saxlamışdır. Onların 100 qram narkotik vasitəyə ehtiyacı olmamışdır. Evdən çıxıb hətta ora gedəndə belə götürəcəkləri narkotik vasitəni evdə harada gizlədəcəyini fikirləşmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, bədənində olan xəsarətlər polis əməkdaşları onları saxlayarkən yerə yıxdıqları vaxt aldığı xəsarətlərdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq etmir. Saxlanıldığı vaxt əlində heç nə olmadığı üçün özünü təqsirli bilmir. Getdikləri yerdə narkotik vasitə çox olduğunu gördükləri üçün çıxıb getmişlər. Gedəndə polis əməkdaşları onları saxlamışlar. Onlar bu cinayəti heç başa çatdırmamışlar. Tutulduqları yerdə videoçəkiliş olmamışdır. Xətai RPİ-nin 35-ci PB-də video çəkilişlə axtarış olmamışdır. O, özünü narkotik vasitənin əldə edib daşınmasında təqsirli bilir. O, özünü narkotik vasitənin satışında təqsirli bilmir. İranlı şəxs Qalibə bir neçə dəfə yuxarı çəkilərdə narkotik vasitələr təklif edib, amma Qalib razılaşmamışdır. Sonuncu dəfə isə Qalibə 100 qram narkotik vasitə marixuananın olduğunu və pulu olduğu vaxt verə biləcəyini demişdir. Onlar da həmin şəxsi həm cəzalandırmaq, həm də özləri istifadə etmək üçün narkotik vasitəni götürüb pulunu verməmək qərarına gəlmişlər. Onlar hadisə yerinə yaxınlaşanda çanta böyük olduğu üçün götürməmişdir. Təpiklə çantaya vurmuş və çanta Qalibin qabağına düşmüşdür. Qalib də çantaya bir təpik vurmuş və çanta üzü aşağa dığırlanıb düşmüşdür. Qalib narkotik vasitəni təklif edən şəxsə zəng etmiş və çantada 100 qramdan çox olduğunu demişdir. Həmin şəxsdə narkotik vasitənin yaş olduğunu və çoxlu bağlamalara bağlandığı üçün böyük göründüyünü demişdir. O, çantanı əlinə götürmüşdür. 2-3 addım irəlilədikdən sonra çantada çox olduğunu Qalibə demiş və çantanı tullamışdır. Daha sonra isə yol kənarında taxsi gözlədikləri vaxt polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları narkotik vasitəni götürüb gəlib onun yanına qoymuşlar. Daha sonra isə avtomobilə əyləşib 35-ci PB-yə gedəndə yenə də, həmin çantanı gətirib onun yanına qoymuşlar. Saxlanma yeri və saxlanma saatı ilə bağlı heç bir mübahisələndirdiyi məqam yoxdur. Məhkəmədən yaşlarını nəzərə almaqlarını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə olan marixuananı çəkmə üsulu ilə qəbul edir. X1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs olunmuş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Qardaşı həbs olunmamışdan əvvəl narkotik vasitəni heç bir anket məlumatlarını bilmədiyi, lakin adını Ramil kimi bildiyi İran İslam Respublikası vətəndaşından əldə etmiş və bu səbəbdən onun da mobil nömrəsi həmin Ramil adlı İran İslam Respublikası vətəndaşında olmuşdur. Qardaşı həbs olunduqdan sonra Ramil adlı şəxs bir neçə dəfə ona «Whatsapp» mobil tətbiqi vasitəsi ilə +98 914 *** **** nömrəsindən sms yazsa da, o, cavab yazmamışdır. Sonuncu dəfə 15 may 2024-cü il tarixdə Ramil adlı şəxs yenə də, «Whatsapp» mobil tətbiqi vasitəsi ilə ona zəng edərək, Bakı şəhəri, Xətai rayonu ərazisində özünə məxsus 100 qram narkotik vasitə marixuana olduğunu, lakin həmin narkotik vasitəni götürməli olan tanışının Bakı şəhərində olmadığını, bu səbəbdən narkotik vasitəni onun götürməsini xahiş etmişdir. O da narkotik vasitə marixuana istifadə etdiyi üçün onda maraq yaranmış və Ramil adlı şəxsdən həmin narkotik vasitə ilə nə edəcəyini soruşmuşdur. Sonuncu da ona bildirmişdir ki, həmin narkotik vasitənin qiyməti təxminən 500 manat təşkil edir, əgər istəyirsə özü götürüb pulu hissə-hissə verə bilər. Bu təklif onun diqqətini cəlb etsə də, o, bundan ehtiyat edib razılaşmamış, lakin bu barədə Masazır qəsəbəsində yaşayan tanışı Şəmsəddinə bildirmiş və sonuncuya təklif etmişdir ki, narkotik vasitəni götürdükdən sonra ona 2-3 istifadəlik narkotik vasitə versin. Həmçinin Ramil adlı şəxsin təklifini, yəni narkotik vasitənin dəyəri olan 500 manatı hissə-hissə verə biləcəyini də demişdir. Şəmsəddin onun bu təklifi ilə razılaşmışdır. O bu barədə Ramil adlı şəxsə dedikdən sonra, sonuncu da onunla razılaşaraq narkotik vasitəni gizlətdiyi yeri zəng vasitəsi ilə ona şifahi olaraq başa salmışdır. Belə ki, həmin yer ünvan 4 ünvanında yerləşən «Nağılbağ» restoranının yaxınlığındakı boş sahə olmuşdur. Bundan sonra o, Şəmsəddinlə birlikdə Ramil adlı şəxsin dediyi ünvana getmiş və bu barədə sonuncuya bildirmişdir. Həmin vaxt Ramil adlı şəxs narkotik vasitəni gizlətdiyi yerin şəkillərini ona göndərmiş və o, Şəmsəddinlə birlikdə işarələnmiş şəkillərə baxaraq həmin yeri tapmışlar. Bundan sonra Şəmsəddin orada gizlədilmiş ağ rəngli sellofan torbanı götürmüş və onlar həmin torbanın içərisinə baxan zaman orada qara rəngli sellofana bükülmüş büküm olmuşdur. Lakin həmin bükümdə olan narkotik vasitənin Ramil ona dediyi kimi 100 qram deyil, daha böyük ölçülü olmasını görüb bu barədə Ramildən soruşmuş, Ramil isə ona bildirmişdir ki, həmin paketdəki narkotik vasitə marixuana yaş vəziyyətdədir, bu səbəbdən də o cür görünür, quruduqda çəkisi azalacaqdır. Bundan sonra onlar həmin sellofan torbanı götürüb həmin ərazidən uzaqlaşmaq istədikdə iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman onlar özlərini itirmiş və bundan şübhələnən polis əməkdaşları onlarla sorğu-sual etmiş və onları 35-ci PB-yə dəvət etmişlər. Onlar da getməyə heç bir etiraz etməmiş və birlikdə 35-ci PB-yə getmişlər. PB-də şəxsiyyətləri müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün ona müdafiəçi təyin edilmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində heç bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitə hesab olunan marixuananı çəkmə üsulu ilə qəbul edir. Təqsirləndirilən şəxs1 təxminən 20 ilə yaxındır ki, tanıyır, münasibətləri normaldır. 15 may 2024-cü il tarixdə saat təxminən 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində olan zaman Qaliblə görüşmüşdür. Qalib ona bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı Ramil adlı şəxs ona «Whatsapp» mobil tətbiqi vasitəsi ilə zəng edərək bir ünvanda narkotik vasitə gizlətməsi barədə demişdir. Həmçinin Qalib, həmin narkotik vasitənin çəkisinin 100 qram olmasını, dəyərinin təxminən 500 manat olduğunu, lakin pulu hissə-hissə verə biləcəyini bildirmişdir. O da narkotik vasitə marixuana istifadə etdiyi üçün onda maraq yaranmış və Qaliblə razılaşmışdır. Qalib ona bildirmişdir ki, narkotik vasitəni götürdükdən sonra ona da 2-3 istifadəlik narkotik vasitə verər, o da Qaliblə bu barədə razılaşmışdır. Bundan sonra Qalib həmin İran İslam Respublikasının vətəndaşı olan Ramil adlı şəxslə «Whatsapp» mobil tətbiqi vasitəsi ilə zəng edərək danışmış və həmin şəxs narkotik vasitəni gizlətdiyi yeri zəng vasitəsi ilə Qalibə şifahi olaraq başa salmışdır. Belə ki, həmin yer ünvan 4 ünvanında yerləşən «Nağılbağ» restoranının yaxınlığındakı boş sahə olmuşdur. Bundan sonra o, Qaliblə birlikdə Ramil adlı şəxsin dediyi ünvana getmişdir. Həmin vaxt Ramil adlı şəxs narkotik vasitəni gizlətdiyi yerin şəkillərini Qalibə göndərmiş və o, Qaliblə birlikdə işarələnmiş şəkillərə baxaraq həmin yeri tapmışlar. Bundan sonra o, orada gizlədilmiş ağ rəngli sellofan torbanı götürmüş və həmin torbanın içərisinə baxan zaman orada qara rəngli sellofana bükülmüş büküm olmuşdur. Lakin həmin bükümdə olan narkotik vasitənin Ramil adlı şəxsin dediyi kimi 100 qram deyil, daha böyük ölçülü olmasını görüb Qalib bu barədə Ramildən soruşmuş, Ramil isə bildirmişdir ki, həmin paketdəki narkotik vasitə marixuana yaş vəziyyətdədir, bu səbəbdən də o cür görünür, quruduqda çəkisi azalacaqdır. Bundan sonra onlar həmin sellofan torbanı götürüb həmin ərazidən uzaqlaşmaq istədikdə iki nəfər mülki geyimli şəxs iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman onlar özünü itirmiş və bundan şübhələnən polis əməkdaşları onlarla sorğu-sual etmiş və onları 35-ci PB-yə dəvət etmişlər. Onlar da getməyə heç bir etiraz etməmiş və birlikdə 35ci PB-yə getmişlər. PB-də şəxsiyyətləri müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün ona müdafiəçi təyin edilmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçimin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı sağ əlində saxladığı içərisində narkotik vasitənin olduğu 01 ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə həmin ağ rəngli sellofan torbanın içərisindəki qara rəngli sellofan büküm açılmışdır. Daha sonra ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə qablaşdırılmış, qablaşdırılmış bağlama möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ona Təqsirləndirilən şəxs1 narkotik vasitələrin saxlanması və daşınmasında şübhəli olması ilə bağlı məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Xətai rayonu, Tusi küçəsi, Nağıl bağı adlanan restoranın yaxınlığında Təqsirləndirilən şəxs1 yanında 1 nəfər şəxsin də olması müəyyən olunmuşdur. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və Xətai RPİ-nin 35-ci PB-yə dəvət etmişlər. Hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. 35-ci PB-də ilk öncə Təqsirləndirilən şəxs1 yanındakı şəxsin şəxsiyyətini müəyyən etmişlər. Daha sonra isə müdafiəçilərin və təhqiqatçının iştirakı ilə videçəkiliş zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansısa əşya olduğu təqdirdə təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əlində olan ağ sellofanı təqdim etmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 mobil telefonla iranlının vasitəçiliyi ilə götürdüyünü bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, məlumat ona daxil olmuşdur və əməliyyat qrupuna o, rəhbərlik etmişdir. Hadisə Xətai rayonu, Tusi küçəsi, Nağıl bağı adlanan yerin yaxınlığında baş vermişdir. İlk öncə hadisə yerində Təqsirləndirilən şəxs1 müəyyən etmişlər və yanında 1 nəfər şəxs olmuşdur. Təqsirləndirilən şəxs2 əlində nəsə olmuşdur. 35-ci PB-də videçəkilişlə müdafiəçinin və təhqiqatçının iştirakları ilə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Təqsirləndirilən şəxslər saxlanıldıqları və 35-ci PB-yə gətirildikləri vaxt sonnunculara qarşı heç bir fiziki, psixoloji təzyiqlər olmamışdır. Daxil olmuş məlumatda narkotik vasitələrin istifadəsi və daşınması qeyd olunmuşdur. Onun tərəfindən saxlanılan şəxslərə qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxsləri saxladıqları vaxt əməliyyat çəkilişinin olub-olmaması yadında deyil. Tədbirdə 2 nəfər polis əməkdaşı iştirak etmişlər. Təqsirləndirilən şəxsləri əllərində sellofan Nağılbağı adlı restorandan 50-100 metr aralıda söhbət edə-edə hərəkətdə olan vaxt saxlamışlar. Təqsirləndirilən şəxs1 əlində tutub o, saxlamışdır. Təqsirləndirilən şəxs1 əlinin ağrıdığını dediyi üçün sonuncun əlini buraxmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİnin polis əməkdaşı Şahid1 məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Saat təxminən 18:00-19:00 radələrində təqsirləndirilən şəxslər saxladıqları yerə gəlmişlər. Təqsirləndirilən şəxs2 çantanı götürmüş, sonra isə tərəflərindən hər iki şəxs saxlanılmışlar. 35-ci PB-də saxladıqları şəxslər təhqiqatçı tərərfindən müdafiəçilərlə təmin olunmuşlar. Videoçəkilişlə bütün hərəkətlər həyata keçirilib sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 əlində torba olmuşdur. Torbanın içərisində narkotik vasitəyə bənzər qurudulmuş marixuana olmuşdur. Təqsirləndirilən şəxs2 Qalibin iranlı ilə danışdığını bildirmişdir. Qalibin danışdığı şəxsin əvvəllər Qalibin qardaşının tanışı olduğunu, indi isə həmin şəxsin Qaliblə əlaqə saxladığını demişdir. Təqsirləndirilən şəxs2 Qalibin sonuncuya narkotik vasitə gedib götürməklərini, amma narkotik vasitəni Təqsirləndirilən şəxs2 götürəcəyini demişdir. Daxil olmuş məlumatda narkotik vasitələrin satışı və daşınması göstərilmişdir. Saxladıqları vaxt və saxladıqdan sonra heç birinin üzərində xəsarət olmamışdır. Tədbirdə 2 nəfər polis əməkdaşı iştirak etmişlər. Təqsirləndirilən şəxsləri Nağılbağı adlanan restoranın yaxınlığındakı xarabalıqdan çıxanda, yolun kənarında saxlamışlar. Təqsirləndirilən şəxslər oradan çıxanda çanta əllərində olmuşdur. Təqsirləndirilən şəxsləri saxladıqları vaxt sonuncuları saxladıqları yerdə üzərilərində şəxsi axtarış keçirilməsi ilə bağlı yeni göstərişlər olmadığı üçün sonuncuları 35-ci PB-yə dəvət etmişlər. 35-ci PB-də saxladıqları şəxsləri müdafiəçilər ilə təmin edib təhqiqatçının iştirakı ilə videoçəkilişlə üzərilərində şəxsi axtarış həyata keçirmişlər. Təqsirləndirilən şəxsləri saxladıqları yerdə də əməliyyat çəkilişi olmuş və bu görüntülər mətbuatda belə yayımlanmışdır. Onun tərəfindən təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki, psixoloji təzyiq göstərilməmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, məxfi əməkdaşdan əldə olunmuş məlumatda Təqsirləndirilən şəxs1 rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması bildirilmişdir. (İ cild, i.v. 6) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə Xətai RPİ-yə daxil olmuş məlumat əsasında sonuncunun cinayət əməlinin ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild, i.v. 8-9) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 19:20-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 18:41-dən tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 24) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli video diskə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla istifadəsi və satışı qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlindəki ağ rəngli sellofan paketin içərisindən qara rəngli sellofana bükülmüş yaşıl rəngli, spesifik iyli, bitki tərkibli narkotik vasitə hesab olunan marixuanaya bənzər maddələri təqdim edərək tanışı Qalib adlı şəxsin ona İran İslam Respublikası vətəndaşının Xətai rayonu, N.Tusi küçəsində, “Nağılbağ” restoranının yaxınlığına gizlətdiyi narkotik vasitənin ünvanını göndərməsini, Qaliblə birlikdə qeyd olunan ünvandan həmin bükümü götürüb uzaqlaşan zaman saxlanılmasını, saxlanılan zaman ona qarşı fiziki güc tətbiq olunub-olunmadığı, üzərində axtarış aparılıb-aparılmaması barədə sual edildikdə, saxlanılan zaman ona qarşı hər hansı bir formada təzyiq olunmadığını və orada onun üzərində heçbir axtarış aparılmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan maddələrin ümumi çəkisinin müəyyən etmək məqsədilə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd sellofana bükülmüş marixuanaya bənzər maddələrin sellofanla birlikdə çəkisinin 2.515 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman əynində olan pencəyin sol cibindən göy rəngli, üzərində şəxsi axtarış aparılan zaman əynində olan pencəyin sol cibindən göy rəngli, üzərində 055 454 36 91 saylı mobil nömrə olan “Redmi 8” markalı mobil telefondan başqa üzərində heç bir aşya aşkar olunmamışdır. (İ cild, i.v. 35-38, 137) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 20:15-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 18:41-dən tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 51) xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan, xx.xx.2024-cü il tarixli video diskə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla istifadəsi və satışı qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan başqa, Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitəyə bənzər maddələr olan bükümü götürməyə onunla birlikdə getməsi ona bildirilib hadisəni danışması istənildikdə, o artıq bir neçə dəfədir ki, qardaşının vasitəsi ilə onunla əlaqə saxlayan İran İslam respublikası vətəndaşının ona narkotik vasitə yerləşdirməsini və onu oradan götürməsini istəməsini, bu barədə tanışı Şəmsəddinə söyləməsini, sonuncu da onunla razılaşıb həmin bükümdən ona bir neçə istifadəlik ona verəcəyini söz verərək birlikdə İran İslam respublikası vətəndaşının ona göndərdikləri ünvana gəlmələrini, həmin ünvanda Şəmsəddin içərisində narkotik vasitə hesab olunan bağlamanı götürüb uzaqlaşmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılmalarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol cibindən 02 ədəd mobil telefondan başqa üzərində heçbir əşya, sənəd və ya narkotik vasitə aşkar olunmamışdır. (İ cild, i.v. 62-65, 109) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/762 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bağlama” yazılar və imzalar olan 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi – 2370,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (İ cild, i.v. 76-79) xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 95-96, 119-120) xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy” markalı mobil telefona baxış zamanı mobil telefonun iş masası üzərində yerləşən “Whatsapp” tətbiqinə daxil olduqda “Рам Ир” adı ilə qeydiyyatda alınmış +98 914 *** **** GSM nömrəsi olan şəxsin Təqsirləndirilən şəxs1la səsli danışmaları, həmçinin 05 ədəd narkotik vasitənin saxlanıldığı yer işarələnmiş fotoşəkillər göndərməsi aşkar olunmuşdur. (İ cild, i.v. 110-112) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 171-180) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamələrindən, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(071)-74/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-in 70-ci maddəsi, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 5, 6, 7-ci bəndləri, 207-ci maddəsinin 3-cü hissəsi, 232.3.1, 232.3.2, 38-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 07 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur, xx.xx.2015ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 05 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatmışdır. Sonuncu dəfə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild, i.v. 214-231) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X11 Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4730 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin sintetik opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşdan yuxarı olan kişilərə və 55 yaşdan yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs1 yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 243-244) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X11 Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4731 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşdan yuxarı olan kişilərə və 55 yaşdan yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 245-246) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk, həmçinin bir ədəd “Samsung Galaxy” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 2370 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 2369,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (İ cild, i.v. 253-261) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına gətirilmiş və sol saidin ön səthində köhnə çapıq toxuma, sol dizin ön səthində sıyrılmış üzəri qərtməkli yara müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına gətirilmiş və sol baldırın orta 1/3-in boyu səthində 5-6 sm yaşılımtıl qançır və 3-4 sm ölçüdə üzəri qərtməkli yara müşahidə olunmuşdur. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktublarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 02:30-da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müvəqqəti saxlama yerinə qəbul edilmişlər, qəbul olunarkən onların üzərilərinə baxış keçirilmiş və sol diz nahiyələrində göyərmiş cızılmış xəsarət aşkar olunmuşdur. Demələrinə görə bu xəsarəti tutulmazdan qabaq almışlar. Xətai Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müraciətində göstərdiyi xüsusatlarla əlaqədar Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində Xətai RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması müəyyən edilmədiyi üçün toplanmış 1144-C-24 nömrəli material üzə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müraciətində göstərdiyi xüsusatlarla əlaqədar Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması müəyyən edilmədiyi üçün toplanmış 673-C-24 nömrəli material üzə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini, məhkəmə istintaqı zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, Təqsirləndirilən şəxs2 bükümü götürüb 3-4 metr aralandıqdan sonra bükümü kənara atması, tutulduqları vaxt polis əməkdaşları onlara təzyiq göstərmələri və s. ilə bağlı verdiyi ifadələri, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, saxlanıldığı vaxt əlində heç nə olmaması, getdikləri yerdə çox olduğunu gördükləri üçün çıxıb getmələri, onların 100 qram narkotik vasitə götürməyə getmələri və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol (“Whatsapp” tətbiqində “Рам Ир” adı ilə qeydiyyatda alınmış +98 914 *** **** GSM nömrəsi olan şəxsin Təqsirləndirilən şəxs1la səsli danışmaları, 05 ədəd narkotik vasitənin saxlanıldığı yer işarələnmiş fotoşəkillərin olması) məhkəmə sorğusu əsasında Xətai rayon Polis İdarəsindən daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər, Xətai Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özlərini müdafiə xarakterli ifadə, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs2 tam sərbəst şəkildə tanışı Qalib adlı şəxsin ona İran İslam Respublikası vətəndaşının Xətai rayonu, N.Tusi küçəsində, “Nağılbağ” restoranının yaxınlığına gizlətdiyi narkotik vasitənin ünvanını göndərməsini, Qaliblə birlikdə qeyd olunan ünvandan həmin bükümü götürüb uzaqlaşan zaman saxlanılmasını səmimi etiraf edir. Bundan sonra ibtidai istintaq orqanına da qeyd etdiyi həmin hallarla bağlı ardıcıl etirafedici ifadələri verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə ittiham olunduqları CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 20:15-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 19:20-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddətlərinin əvvəli onların azadlıqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlandıqları müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalarını, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 72 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidirlər. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş qalıq qalmış 2369,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Müdafiəçilər Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqdim etdikləri hesabatlara əsasən onlar, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 55 saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə 55 saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 55 saat hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 330 manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 55 saat hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 330 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş qalıq qalmış 2369,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 55 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 330 (üç yüz otuz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 55 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar