Məhkəmə qərarları › İş №1(101)-543/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-543/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-543/2021 22.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər – Müdafiəçi3, Müdafiəçi4 İbnyamin oğlu, Müdafiəçi2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 oğlunun iştirakları ilə xx.xx.1991-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 10, mənzil 31də qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 228.1, 263-1.1-maddələri ilə 04.14.1995-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Ə.Vahid küçəsi ev 39-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 82, mənzil 84-də yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X13 tanışları Təqsirləndirilən şəxs2, X9, X14 ilə 21 may 2020-cı il tarixdə saat 00:15 radələrində idarə etdiyi «Hyundai Sonata» markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi ilə gedərkən avtomobildə olan və yuxarıda adları çəkilən şəxslərin xahişi ilə həmin küçədə 5 saylı ünvanın qarşısında olarkən onun idarə etdiyi avtomobildə əyləşən şəxslər əvvəlcədən tanıdıqları Şahid1 vasitəsilə yaxınlıqda yaşayan X3 olduqları yerə çağıtdırıb, sonra isə onu avtomaşında əyləşməyə dəvət edib oturtduqdan sonra avtomobilin içərisində X6 etirazlarına baxmayaraq Zərərçəkmiş şəxs2 qarşı zorakı hərəkətlər edərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakı hərəkətlər edib Təqsirləndirilən şəxs2,Cahandar Əliyev və Tofiq Fərəcov Zərərçəkmiş şəxs2 sifət və bədəninin müxtəlif nahiyyələrinə əl zərbələri ilə vuraraq üst dodağın selikli qişa səthinin, boynunun sıyrıqları sol baldırın qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş. Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi, soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını Royal İsgəndərova göstərib nümayiş etdirməklə həmin bıçaqla sonuncuya zor tətbiq edəcəyi ilə hədələyib əlində olan içərisində arvadı Zərərçəkmiş şəxs1 məxsus 500 manat nağd pul və 1 ədəd 5 beş manat dəyərində balansında pul olmayan «Viza» kartı olan 1 ədəd 10 manat dəyərində «bont blanc » markalı pul qabını, əynindəki şalvarının sol cibində olan arvadı Nəimin Qulivevaya məxsus İ50 manat, sağ cibində olan özünə məxsus 15 manat nağd pulunu, Tofiq Fərəcov isə 1 50 manat dəyərində «Svatc» markalı qol saatını və əlində olan Zərərçəkmiş şəxs2 arvadı (Zərərçəkmiş şəxs1 məxsus, 600 manat dəyərində «Samsung A 30» markalı mobil telefon aparatını ələ keçirərkən X6 onlara qarşı etdiyi etirazlara məhələ qoymayıb ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 175 manat, Nərminə Quliyevaya 1.255 manat məbləğində maddi ziyan vurmaqla quldurluq edərkən, avtomobili idarə edən X13 avtomobildə əyləşən Təqsirləndirilən şəxs2,Cahandar Əliyev və Tofiq Fərəcovun quldurluq hərəkətlərini qarşını almağa cəhd etsə də, buna nail ola bilməmiş və avtomaşını idarə edərkən həyəcanlanıb Azərbaycan Respublikası «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq Bakı şəhər DYPİ-nin qərarı ilə 10.03.2020-ci il tarixdən 11.09.2020-ci il tarixədək müddətə sürücülük hüququndan məhrum edildiyi halda sürücülük hüququ olmadan 21 may 2020-ci il tarixdə saat 04 radələrində, idarə etdiyi, atası Şahid10 məxsus «Hyundai Sonata» markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R .Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətdə hərəkətdə olarkən, həmin gün saat 00:15 radələrində Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törədilməsi ilə əlaqədar Nizami RPİ-nin PPXB-nin əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq avtomobilin sürətini artırmaqla eyni istiqamətdə hərəkətim davam etdirərək. «Yol hərəkəti haqqında» Azərbavcan Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu elməyərək yol hərəkəti və nəqliyyat vasitəsilərinin istismarı qaydalarını pozub avtomobili yüksək sürətlə hərəkət etdirərək idarəetməni itirməklə əks yol ilə hərəkətdə olan avtomaşınların yoluna çıxmış, bu zaman Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi 2445-cı məhəllədə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında, əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «QAZ- 33021» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 sağ diz qapağının sınığı ilə müşayiət olunan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, avtomobilin arxa oturacağında əyləşmiş digər sərnişin Təqsirləndirilən şəxs2 təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sol gözaltı nahiyəsinin, sol qulaq seyvanının arxa səthinin, sol baldırın ön səthinin qançırları, sol yanaq nahiyəsinin, boynun sağ-ön səthinin, döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları ilə müşayət olunan, sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən xəsarətlər, «QAZ-33021» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ diz oynağının şişkinlik halında əzilməsi ilə nəticələnən, sağlamlığa qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər almasına və «QAZ-33021» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs4 2870 manat maddi ziyan dəyməsinə səbəb olmuş və avtomobildə əyləşən şəxslərin Təqsirləndirilən şəxs2, X9, X8 Zərərçəkmiş şəxs2 qarşı zorakı quldurluq hərəkətləri edərək ağır cinayət törətmələrini görməsinə baxmayaraq həmin cinayət barədə müvafiq orqanlara məlumat verməyərək cinayəti gizlətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah hesab edilən, zavod üsulu ilə, keçmiş «SSRİ» dövlətində, 1955-ci ildə Tula silah zavodunda istehsal olunmuş 114814 №, 16 kalibrli TOZ- B modelli hamar qoşalüləli çaxmaqlı, lüləsi və qundağı kustar üsulu ilə kəsilməklə öz təyinatını itirmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfənginin kəsiyini (obrczi) və 2 ədəd zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatı hesab olunan patronlar əldə edərək idarə etdiyi «Hyundai Sonata» markah ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 21 may 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri. Nizami rayonu, R.Rüstəmov küçəsi 2445-ci məhəllədə yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən, həmin gün saat 00.15 radələrində Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törədilməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi «Hyundai Sonata» markah ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, avtomobilin yük yerindən həmin təyinatını itirmiş 16 kalibrli TOZ-B modelli ov tüfənginin kəsiyini (obrezi) və 2 ədəd 16/70 kalibrli ov sursatı hesab olunan patronlar aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X10, X14 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 21 may 2020-ci il tarixdə saat 00:15 radələrində istifadəsində olan «Hyundai Sonata» markah ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısına gələrək tanışları Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 həmin yerə gətirdikdən sonra aralarında olan vəzifə bölgüsünə əsasən o, qrupun digər üzvü Cahandar Əliyev ilə birlikdə Zərərçəkmiş şəxs2 zorla Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Sonata» markah ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirdikdən sonra avtomobilin içərisində hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib o, Cahandar Əliyev və X27 İsgəndərovun sifət və bədəninin müxtəlif nahiyyələrinə əl zərbələri ilə vuraraq üst dodağın selikli qişa səthinin, boynun sıyrıqları, sol baldırın qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, o, üzərində gəzdirdiyi, soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını Zərərçəkmiş şəxs2 göstərib nümayiş etdirməklə həmin bıçaqla sonuncuya zor tətbiq edəcəyi ilə hədələyib, əlindəki içərisində arvadı Zərərçəkmiş şəxs1 məxsus 500 manat nağd pul və 1 ədəd 5 manat dəyərində balansında pul olmayan «Viza» kartı olan 1 ədəd 10 manat dəyərində «Bont Blanc» markalı pul qabısını, əynindəki şalvarının sol cibində olan arvadı Zərərçəkmiş şəxs1 məxsus 150 manat, sağ cibində olan özünə məxsus 15 manat nağd pulunu, Tofiq Fərəcov isə 150 manat dəyərində «Svatch» markalı qol saatını və əlində olan Röyal İsgərdərovun arvadı Zərərçəkmiş şəxs1 məxsus, 600 manat dəyərində «Samsung A30» markalı mobil telefon aparatını ələ keçirərək, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 175 manat, Nərminə Quliyevaya isə 1255 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını əldə edərək üzərində gəzdirmiş, 21 may 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 2445-ci məhəllədə yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən həmin gün saat 00:15 radələrində Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törədilməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi, sonuncunun atası Şahid10 məxsus «Hyundai Sonata» markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin sol qabaq ayaqaltısından soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə iclasında ifadə verərək göstərdi ki, o 8-ci kilometrdə yaşayır, Suraxanı rayonunda evə getmişdir. Evə gedəndə uzun müddət tanıdığı Şahmar, Cahan və Tofiqi görmüşdür. Maşını saxlayıb salamlaşmışdır. Cahan demişdir ki, vaxtı varsa Rahilgilə getmək lazımdır. Etiraz etməyib Rahilgilə getmişlər. Rahilgilə gedəndə maşında Cahan kimisə telefonla yığmışdır. Rahilgilə çatanda Cahan Rahilə zəng edib Rahil evdən çıxıb gəlmiş, Cahan Rahilə demişdir ki, Röyal onun telefonunu açmır, yəqin tanımır, bir dənə yığsın Röyalı, onunla tanışlığı var. Rahildə yığmış lakin, onunda telefonunu açmamışdır. Cahan Rahilə demişdir ki, getsinlər Röyalın yaşadığı yerə onun getməyi alınmır, onun tanışlığı var gedəndə o çağırsın Röyalı. Birlikdə Röyalın yaşadığı NZS-ə getmişlər. Maşını saxlamış, Cahan, Rahil və Tofiq düşüb getmişlər, bir qədər sonra gəlib maşına oturmuşlar, Rahildə arxada taksi ilə arxalarınca gəlmişdir. Yolda artıq mübahisə başlamış, Tofiq Röyala demişdir ki, niyə onun telefonunu açmır. O, demişdir ki, nə olub, cavabında isə heç nə özü bilər demişdir. Röyal ona pul borclu olmuş, telefonunu açmamışdır. Yolda səs küy artmış, Tofiq Röyalın üstünə qışqırıb onu telefonu açmamağına görə yumruqla vurmuşdur. Sonra Tofiq telefonu və saatı ona verməyini demişdir. O isə demişdir ki, lazım deyil həm onun maşınında oturmuşlar, həmdə tanıdıqları uşaqdır. Tofiq ona demişdir ki, «sən qarışma sənlik deyil». Həmin vaxt maşında benzin olmadığından yanacaqdoldurma məntəqəsinə gedib benzin vurub 8-ci kilometrə qayıtmışlar. Maşını Rahilgilin köhnə evlərinə sürmüş, Rahildə arxalarınca gəlmişdir. Orada saxlayanda Rahil maşından düşmüş, Cahan gəlib maşının arxa qapısını açıb Röyalı yumruqla vurmuşdur. O yenə belə hərəkətlər etməmələrini demiş, onun maşınında oturan tanıdığı adamı vurmaq ona xoş gəlmədiyini bildirmişdir. Röyalı aparıb götürdüyü yerə düşürtmüş, sonra ona zəng gəlmiş, sinif yoldaşının atası zəng edib ona demişdir ki, oğlu evdə yoxdur gedək bir iki otelə dəyək görək ordadırmı. O da razılaşmış və yenidən 8-ci kilometrə qayıtmışlar. Qaydında Cahanı düşürtmüşlər, o Tofiq və Şahmar maşında qalmışlar. Dostunun atasını və oğlunu götürüb getmişlər. Yolda PPX qarşısını kəsmiş lakin onun sürücülük vəsiqəsi məhdudlaşdırıldığına görə və 1000 manat da cəriməsi olduğundan saxlamağı qorxmuş, həmçinin evdə problem yaranmasın deyə saxlamayıb sürmüş, gedəndə yolda maşını vurmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə iclasında ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 həmin hadisədə heç bir rolu olmadığını, sadəcə taksi fəaliyəti ilə məşqul olduğunu demişdir. Cahan və Tofiqlə bir yerdə olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 maşınla gəldiyini görüb onu saxlatmışlar. Tofiq demişdir ki, Zərərçəkmiş şəxs2 ona borcu var zəng edir Röyal telefonu açmır. Təqsirləndirilən şəxs1 maşınına əyləşib getmişlər, Rahilgilə çatanda Cahan Rahilə zəng etmiş, Rahil evdən çıxıb gəlmiş, Cahan Rahilə demişdir ki, Röyal onun telefonunu açmır, yəqin tanımır, o da yığsın, onunla tanışlığı var. Rahildə yığmış, lakin, onunda telefonunu açmamışdır. Cahan Rahilə demişdir ki, Röyalın yaşadığı yerə getsinlər, onun getməyi alınmır, Rahillə tanışlığı var o, çağırsın Röyalı. Birlikdə Röyalın yaşadığı NZS-ə getmişlər. Cahan, Rahil və Tofiq düşüb getmişlər, bir qədər sonra gəlib maşına oturmuşlar, Rahildə arxada taksi ilə arxalarınca gəlmişdir. Yolda artıq mübahisə başlamış, Tofiq Röyala demişdir ki, niyə onun telefonumu açmır. Yolda səs küy artmış, Tofiq Röyalın üstünə qışqırıb onu telefonu açmamağına görə yumruqla vurmuşdur. Sonra Tofiq demişdir ki, telefonu və saatı versin. Təqsirləndirilən şəxs1 demişdir ki, lazım deyil, tanıdıqları uşaqdı, Tofiq isə demişdir ki, «sən qarışma sənlik deyil». Aparıb Röyalı götürdükləri yerə düşürtmüşlər. Sonra Təqsirləndirilən şəxs1 zəng gəlmiş, dostları Rəşadın qardaşının ruhi xəstəliyi olmuş, o yaşadığı qızla bir yerdə qalmışdır. Röyal onu, Əkbər və Əkbərin atasını götürüb Günəşli qəsəbəsinə getmişlər. Əkbərin qardaşının yaşadığı yerə, ordanda X21 olan yerə gətirmişlər, oradan otelə getmişlər, oradan gələndə onları tutmuşlar. Zərərçəkmiş şəxs2 maşına minəndə o maşında oturmuşdur. Tofiq qabaqda oturmuş, o Cahan və Zərərçəkmiş şəxs2 arxada oturmuşlar. Onlar ora gedəndə pul məsələsinə görə getmişlər, Röyalın Tofiqə borcu olmuşdur. Borcun məbləqini bilməmişdir.Tofiq pul qabı ilə telefonu götürmüşdür. Onlar ancaq sakitləşdirmişlər, bir də demişdir ki, telefonu qaytarsın. Pul qabını götürdüyünü görməmiş, sonradan bilmişdir ki, pul qabını da götürmüş, o telefonu götürdüyünü görmüş və telefonu qaytarmağını demişdir. O Zərərçəkmiş şəxs2 qarşı zorakı təzyiq hərəkətləri etməmiş, ona qarşı hədə qorxu gəlməmiş, ona bıçaq çıxarıb nümayiş etdirməmiş, onda ümumiyyətlə əlində bıçaq olmamış, bıçaq maşında olmuşdur. O düşmənli olduğu üçün, maşına minəndə bıçağı maşına atır. Polis əməkdaşı Röyala saxla əmri verəndə saxlamayanda o da, Röyalın yanında olmuşdur. Zərərçəkmiş şəxs2 tanıyır. Təqsirləndirilən şəxs1 ancaq onları sakitləşdirmiş, belə hərəkət etməmələrini demişdir. O maşında odlu silah görməmişdir. O özünü üzərində bıçaq gəzdirməkdə təqsirli bilir, üzərində bıçaq gəzdirmiş, amma onu istifadə etməmişdir. O, Zərərçəkmiş şəxs2 pul qabısını, telefonun almamışdır. Onu Nizami rayon 23–cü PB-nin rəisi aparıb skoçlayıb onu döymüşlər. Onu döyüb boynuna qoymaq istəyirdilər ki, o da boynuna almadığından döymüşlər, onu təcridxanaya nasılkada aparmışlar. Bu barədə Baş prokurorluğa şikayət etmişdir. Həm Röyal həm də Tofiqə telefonu qaytarmasını desələr də Tofiq onları eşitməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, həyat yoldaşı loteriya oynamış, onun pulunu vermək üçün hadisə günü axşam tərəfi taksi çağırmışdır ki, 8-ci kilometrə gedib loteriyanın pulunu versin. Taksi çağırmış, çıxıb bayıra siqaret çəkmiş, Rahilin keçdiyini görüb görüşmüş, ona sən nə gəzirsən burda, cavabında isə “heç səni görmək istəyirdim ki, görüm neynirsən”. Ona 8-ci kilometrə getdiyini, taksi çağırdığını, gedirsə birlikdə getməyi təklif etmişdir. Bir az qabağa getmişlər ki, Röyalın maşının dayandığını görmüş, yaxınlaşıb başını qaldıranda Tofiq bir qolundan Şahmar da bir qolundan tutub onu maşına arxaya mindirmişlər. Nə olduğunu soruşduqda, dedilər ki, “gözlə görərsən nə olduğunu”. Röyala isə maşını sürməyini demişlər. Rahil taksiyə oturub onların arxaları ilə getmişlər. Rahilgilin məhləsinə gəlib, onun orada pul qabısını Şahmar almış, telefonunu və saatını Tofiq almışdır. Ona hədə qorxu ediləndə Röyal iştirak etməmişdir.Əksinə onların qarşısını almağa cəhd etmişdir. O odlu silah görməmiş, maşında sonradan eşitmişdir. Onu evə qoyub gedəndən sonra yoldaşı zəng edib Rahilə demişdir ki, pul loteriya puludur, telefonuda qaytarsınlar, lakin qaytarmamışlar, bu barədə polisə zəng etmişlər. Xəsarətləri olmuşdur. Əvvəllər ondan pul tələb etməyiblər, birinci dəfə idi. Cahandar sonradan gəlib yaxınlaşmışdır. O Tofiqi tanımamışdır. Röyalı sürücü kimi maşını sürdürmüşlər. Onun Röyala qarşı şikayəti və tələbi yoxdur. Tofiq təhlükəli adam idi. Şahmar bıçağı çıxarmış, lakin xəsarət yetirməyib qorxutmaq istəmişdir. O Röyalı orada hər hansı bir hərəkətdə əlaqəsi olmasını hiss etməmişdir. Röyal əvvəlcədən bilməmişdir ki, ona qarşı belə hərəkət edəcəklər. Röyal demişdir ki, “yaxşı deyil aparıb düşürək lakin Tofiq Röyalın üzərinə qışqırmışdır ki, sən maşını sür sənlik deyil”. Röyal sürücü kimi yalnız onların dediyini yerinə yetirmiş, Röyal ona heç bir hörmətsizlik və ya başqa nəsə bir hərəkət etməmişdir. Tofiqi ümumiyyətlə adın eşitmiş, onunla heç bir münasibəti olmamışdır. Ağzını açan kimi hərəsi bir tərəfdən yumruq təpik vurmağa başlamış, üzərində nə varsa verməyini tələb etmişlər. Pulqabının içində 630 manat loteriyanın pulu olmuşdur. Əvvəldən onda pul olduğunu bilməmişlər. Saatını da qolundan açıb onu aparıb Rahilgilin məhləsindən yuxarı marketin yanına orada ona sillə təpik vurub düşürtmüşlər. Sonra Nobel Prospektinə sürüb, “dedilər ki, səni aparıb dəniz kənarına başına belə oyun açacağıq”. Onu, polisə getməməyi üçün qorxutmuşlar. Tofiq hədə qorxu gəlib onu qorxutmuşdur. Röyal demişdir ki, “pulunu telefonunu aldınız yaxşı deyil tanıdığımız uşaqdı məhlə uşağıdı işiniz olmasın aparıb düşürək evinə, onlar dedi yox-yox aparmırıq, orada hamısı dedi ki, telfenunu da qaytarın”. Tofiq telefonu qaytarmamış, onu orada düşürüb çıxıb getmişlər. Rahil əvvəlcədən çıxıb getmiş, Rahil sadəcə onu evdən çağırmışdır. O, Röyalı, Şahmarı, Cahandarı tanımış, onlarlada heç vaxt aralarında heç nə olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, hadisə günü Röyal evə ağzı burnu qanın içində gəlmiş, nə baş verdiyini soruşduqda Röyal heç nə deməmişdir. Röyalın telefonun adaptorun götürüb apardığını görmüşdür. Hara getdiyini soruşmuş, Röyal heç nə deməmişdir. Baş düşmüşdür ki, onlar bunu döyüb telefonun pulun alıb telefonun adaptorun gətirməsi üçün bunu evə göndəriblər. O Röyalın ardı ilə çıxmış, maşını görüb ardı ilə qaçmışdır ki, maşını sürüb uzaqlaşmışlar. O evə qayıdıb Royaldan yenə nə baş verdiyini soruşmuş, Röyal məhəllə uşaqlarının onun telefonu və pulunu apardığını demişlər. O şikayət etmək istəmiş, Röyal isə qoymamış, o Royalı itələyib otağa salıb qapını bağlayıb 102 xidmətinə zəng etmişdir. 600 manat pulu o vermiş, Röyala özünün nə qədər pulu olduğunu bilməmişdir. Polisə o zəng etmişdir. Əvvəllər aralarında nə olmasnı bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Əlizami oğlu göstərdi ki, 21 may 2020-ci il tarixdə saat təxminən saat 04 radələrində idarə etdiyi QAZ-33021 markalı yük avtomaşını ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Zığ yolunun üstündəki «Öküz» heykəlinin yanından bir baş iri buynuzlu və 5 baş xırda buynuzlu heyvanları avtomaşına götürüb Bakı şəhəri, Yasamal rayonu ərazisinə gətirmək üçün hərəkət etməyə başlamış və Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ilə «Neftçilər» metrosu istiqamətində hərəkətini saatda 40 km sürətlə davam etdirərək yoxuşu qalxmışdır. Həmin zaman o yolun birinci hərəkət zolağı, yəni soldan birinci hərəkət zolağı ilə hərəkət etmişdir. Bu zaman Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan qara rəngli Hyundai Sonata markalı avtomaşın hərəkət etməni itirərək onun hərəkət zolağına çıxmış və yolun sağında yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinə girməmək üçün sükanı sağa çəkdikdə həmin avtomaşının qabaq sağ tini ilə onun avtomaşınının qabaq sağ tini toqquşmuşdur. Bundan sonra hər iki avtomaşın dayanmış və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Həmin zaman avtomaşında 5 nəfər şəxs olmuş, sürücü avtomaşın dayanan kimi düşərək avtomaşından qaçmış, digər 4 nəfəri isə qaçmaq istəyərkən polis əməkdaşları saxlamışlar. Həmin avtomaşında qabaq sağ oturacaqda əyləşmiş sərnişin ayağından xəsarət aldığını bildirmişdir. Hyundai markalı avtomaşının onun yoluna çıxmasını gördüyü an təxminən 2 metr məsafə olmuşdur. Həmin avtomaşın onun yoluna çıxmaqla toqquşmuşdur. Röyala qarşı şikayət və tələbi yoxdur. Hadisə zamanı o tək olmuş və avtomaşında qeyd etdiyi heyvanları nəzərə aldıqda 250-300 kq ağırlığında yük olmuşdur. Hadisədən əvvəl o heç bir spirtli içki qəbul etməmişdir. Sığorta şirkəti onun pulunu tam ödəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 oğlu göstərdi ki, 20 may 2020-ci il tarixdə təxminən saat 19-20 radələrində oğlu Səxavət evdən harasa getmişdir. O gecə saat 23 radələrinədək onu gözləmiş, lakin Səxavət gəlmədikdə onun mobil telefonuna zəng etmişdir. Səxavət bir neçə dəfə onun telefonunu götürərək gah çayxanada olmasını, gah moteldə olmasını, az bir vaxta evə qayıdacağını desə də, lakin sonradan telefonuna zəng çatmamışdır. O isə narahat olmuş, artıq 21 may 2020-ci il tarixdə saat 1-2 radələri olardı ki, o Səxavətin telefonuna zəng çatmadığını görüb oğlu Əkbərdən qardaşının harada olmasını bilib-bilmədiyini soruşmuş, Əkbər isə ona bildiyini bildirdikdə o əsəbiləşərək, kiməsə zəng etməyini, təcili Səxavəti axtarmağa getdiyini demişdir. Bundan sonra Əkbər kiməsə zəng vurmuş və aradan təxminən 15-20 dəqiqə keçdikdən sonra ona dostlarının gəldiyini bildirmiş və birlikdə evdən çıxaraq həyətə düşmüşlər. Həyətə düşdükdə Əkbərin zənginə əsasən üzdən tanıdığı Röyalın idarə etdiyi avtomaşınla gəldiyini görmüşdür. Həmin zaman qabaq oturacaq boş olduğundan o avtomaşının qabaq oturacağına keçərək əyləşmişdir. Bu zaman arxada adının sonradan Şahmar olduğunu bildiyi və digərini isə tanımadığı şəxsin olmalarını görmüşdür. Əkbərdə avtomaşında arxa oturacaqda əyləşmiş və bununla da avtomaşında beş nəfər olmuşlar. Bundan sonra Röyal onun xahişinə əsasən avtomaşını Qara Qarayev prospekti, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət etdirməyə başlamış, çünki, o əvvəllər oğlu Səxavət evə gec gəldikdə onu həmin ərazilərdə yerləşən çayxanalarda tapmışdır. Lakin həmin çayxanalar hadisə günü bağlı olmuşdur. Röyal avtomaşını çox təhlükəli vəziyyətdə idarə etmiş və bu səbəbdən də ona bir neçə dəfə avtomaşını normal darə etməsini demişdir. Onlar hərəkət edərək Qara Qarayev prospektindən «Neftçilər» metrosunun yanına çıxaraq Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yanından evlərinə aparan yol istiqamətində hərəkət edən zaman polis avtomaşını Röyala saxla işarəsi vermiş və bu zaman Röyal avtomaşını saxlamayaraq sürətlə idarə etməyə başlamışdır. O Röyala nə üçün saxlamadığı deyərək irad bildirmiş və ondan tələb etmişdir ki, avtomaşını saxlasın ki, o düşsün. Çünki onun avtomaşını təhlükəli idarə etməsindən qorxmuşdur. Lakin Röyal avtomaşını saxlamayaraq «ağsaqqal narahat olma» deyib hərəkətini davam etdirmiş və bu zaman «Azpetrol» Yanacaq Doldurma məntəqəsinin qarşısında avtomaşının idarə etməsini itirərək əks istiqamətdən hərəkətdə olan Qazel markalı avtomaşınla toqquşmuşdur. Həmin zaman o sağ ayağından sınıq xəsarəti almışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları və TTY gələrpək onu 3 saylı xəstəxanaya aparmışlar. Şahmarın və ya Röyalın özlərini şübhəli aparmasını hiss etməmişdir. Onlar hər hansı bir cinayət etmiş şəxs kimi özlərini aparmamışlar. Günah Röyalda olmuşdur belə ki, sürətli idarə etmə nəticəsində idarəetməni itirmiş və qarşı zolaqda hərəkətdə olan QAZEL markalı avtomaşınla toqquşmuşdur.O Təqsirləndirilən şəxs1lə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan Röyal tərəfindən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 21 may 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətindən Zərərçəkmiş şəxs2 qarşı Bakı şəhəri, Nizami rayonu, Babək prospektində 4 nəfər şəxs tərəfindən quldurluq edilməsi və əmlakının ələ keçirilməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Röyal bölməyə dəvət olunub ərizəsi alınmış, Zərərçəkmiş şəxs2 deməsindən məlum olmuşdur ki, quldurluq edən şəxslərin Hyundai Sonata markalı avtomaşında olublar. Bu barədə efir vasitəsilə məlumat verilmişdir. Bir qədər sonra həmin avtomaşının Bakı şəhəri, Nizami rayonu Rüstəmov küçəsi ilə hərəkətdə olmasını aşkar edilərək polis əməkdaşları tərəfindən saxla əmrinə tabe olmayaraq qaçarkən qəza törədərək dayanmışdırlar. Həmin vaxt avtomaşından düşərək qaçan üç nəfərdən iki nəfər şəxsin saxlanılması barədə məlumat daxil olduğundan əməliyyat qrupu üzvləri ilə birlikdə həmin yerə gəlmişlər və orada saxlanılan şəxslərin Təqsirləndirilən şəxs2 ilə avtomaşının sahibi Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Maşına baxış zamanı maşından bıcaq və silah aşkar edilmişdir. Röyal izahat verərkən ona qarşı quldurluq cinayəti törədən şəxslərin Tofiq, Şahmar adlı şəxlər olduğnu , Röyalın isə avtomaşını idarə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid8, Şahid9 və Şahid11 eyni məzmunlu ifadələr verərək Şahid5 göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu göstərdi ki, 21 may 2020ci il tarixdə xidməti ərazidə avtopatrul ilə hərəkətdə olan zaman Babək prospektində Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayətinin törədilməsi və həmin şəxslərin Hyundai markalı avtomaşınla hadisə yerini tərk etmələri barədə məlumat daxil olmuşdur. Xidməti ərazidə xidməti davam etdirərək əraziyə baxan zaman Hyundai markalı avtomaşının Nizami rayonu İcra Hakimiyyəti binasının yanından Rüstəmov küçəsi ilə hərəkət etməsini görüb həmin maşına avtopatrulla yaxınlaşaraq saxlama barədə işarə verdikdə avtomaşının sürücüsü avtomaşının sürətini artıraraq həmin istiqamətdə sürətlə hərəkət etməyə başlamış və «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında «Qazel» markalı avtomaşınla toqquşaraq dayanmışdır. Bundan sonra onlar hadisə yerinə yaxınlaşdıqda Hyundai Sonata markalı avtomaşının sürücüsü və arxada oturan iki nəfər şəxs avtomaşından düşərək qaçmış, həmin şəxslərdən ikisini saxlamışlar. Onlar bu barədə efir vasitəsilə məlumat vermiş və dərhal hadisə yerinə 23-cü PB-nin əməkdaşları gəlmişlər. Sonra saxlanılmış şəxsləri 23-cü PB-nə gətirib təhvil verərək xidməti əraziyə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid2 göstərdiklərini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 2-3 il olar ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən əvvəlki adı «Su pərisi», hazırkı adı isə «Nazlı» şadlıq sarayı olan sarayın yaxınlığında yerləşən avtomaşın yuyulması məntəqəsində yuyucu işləyir. «Tosu» kimi çağırdıqları Zərərçəkmiş şəxs2 təxminən 1 il olar ki, tanıyır, sonuncu ilə yaxşı münasibətləri vardır, o, bir neçə dəfə Röyahn evinə gedib gəlmişdir, Təqsirləndirilən şəxs1 adlı şəxsi isə təxminən 5-6 ay olar ki, tanıyır, müştəri kimi yuyucu məntəqəsinə gəlib getdiyi üçün tanımışdır. X24 markalı 90 R.T 102 dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. Şahmar adlı şəxsi də təxminən 1 ıl olar ki, tanımış, sonuncu ilə salam-sağol münasibəti olmuş, Cahanı isə 1-2 dəfə Şahmara görə görmüşdür. Tofiq adlı şəxsi isə əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. Tofiqi hadisə günü Röyahn idarə etdiyi avtomaşında görüb tanımışdır. 20 may 2020-ci il tarixdə təxminən saat gecə 12-nin yarısı olarmış o, evdə olan zaman onun mobil telefonunun «vatsap» sosial şəbəkəsinə ***-***-**-** saylı mobil telefonun «vatsap» vasitəsi ilə zəngi gəlmişdir. O, ilk dəfə zəngi görsə də nömrəni tanımadığı üçün cavab verməmiş, lakin ikinci dəfə təkrar ona zəng gəldiyində telefona cavab verərək zəng edən şəxsin kimliyini soruşduqda, həmin şəxs ona Cahan olmasını bildirmiş və o, da Cahanın səsini tanıdığından sonuncuya nə baş verməsi barədə sual vermişdir. Cahan ona harada olduğunu sual etmiş, o, isə evdə olduğunu dedikdə, Cahan ondan həyətə düşməyimi istəmiş, o, Cahana gec olmasım bildirsə də, Cahan təkidlə ona həyətə düşməsini demişdir. Bundan sonra o, həyətə düşdükdə Röyalın idarə etdiyi avtomaşının orada olmasını görmüşdür. O, həyətə düşdükdən sonra Röyal sükan arxasından, adını sonradan bildiyi Tofiq qabaq sağ oturacaqdan, Şahmarla Cahan isə arxa oturacaqdan enmişlər və Cahan ona Zərərçəkmiş şəxs2 evinə gedərək sonuncunu bayıra çağırmaq lazım olmasını bildirmiş, o, isə sonuncuya etiraz etdikdə, Tofiq avtomaşının «bardaçokunda»n bıçaq çıxartmışdır. Qaranlıq olduğundan o, bıçağın digər əlamətlərini dəqiq görməsə də, tiyəsini görmüşdür. Tofiq ona «Röyalı çağırmaq istəmirsən?» deyə sual verdikdə, o, sonuncunun sifət cizgilərinin dəyişməsini görüb onu vura biləcəyindən ehtiyyat edərək razılaşmışdır. Ancaq onlardan nə səbəbə Röyalı axtarmalarını soruşduqda, Şahmar, Röyal və Cahan «Zərərçəkmiş şəxs2 bizə pul verməlidi» demişlər. O, belə başa düşmüşdür ki, sonuncuların Royalın pul verməli olmasını demələri, Röyalı «yükləmək» niyyəti ilə deyirmişlər. Çünki sonuncuların sifətində özündən razılıq əlaməti olmuşdur. Bundan sonra o, sonuncuların çox olmasını görüb onu vura biləcəklərindən qorxaraq avtomaşına əyləşmişdir. Həmin zaman Röyal avtomaşını idarə edirmiş, Tofiq qabaq oturacaqda, o, arxada ortada, ondan solda Şahmar sağda isə Cahan oturmuşlar. Röyal avtomaşını idarə etməyə başlamışdır. Artıq təxminən 21 may 2020-ci il tarixdə saat 00.15 radələri olarmış Zərərçəkmiş şəxs2 yaşadığı evin küçəsinə çatmış, Röyal avtomaşını həmin küçənin Babək prospekti ilə kəsişməsində yerləşən «Madeyra»nın yanında saxlamış, o, və Cahan avtomaşından düşmüşlər. Cahan ona bildirmişdir ki, o, Röyala artıq söz deməsin deyə ona zəng edir və o, telefonu açıq saxlasın. Bundan sonra Cahan ona «vatsap» vasitəsi ilə zəng vurmuş və o, da telefonun zəngini açıq qoymuşdur. Daha sonra Cahan ondan aralıda dayanmış, Röyal, Şahmar və Tofiq isə maşında qalmışlar. O, piyada təxminən 100 metr Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısına gedərək qapını döymüş, həmin zaman qapını Röyal ilə birlikdə arvadı Nərmin açmışlar. O. Röyala işinin olmasını bildirmiş və Röyal həyətdən bayıra çıxaraq, ondan nə baş verməsini soruşmuşdur. O, isə yalandan Röyala «buradan keçirdim, səninlə görüşmək istədim» demişdir. Bundan sonra Röyal ondan haraya getdiyini soruşmuş, o, Röyala bildirmişdir ki, 8 km qəsəbəsinə gedir, Röyal isə ona təklif etmişdir ki, özü da taksi çağırıb ki, 8-ci km qəsəbəsinə getsin, onu da apara bilər. O, da Röyal ilə razılaşmış və bundan sonra Röyal mobil telefonla sifariş etdiyi taksi avtomaşının sürücüsü ilə danışa-danışa piyada ondan qarşıda getməyə başlamışdır. O, isə sonuncunun ardınca gedirmiş və bu zaman Cahan da ondan arxada gəlirmiş. Bundan sonra onlar artıq Babək prospektinə çatmağa az qalmış Röyal arxadan idarə etdiyi avtomaşınla gələrək onların yanlarında saxlamış və avtomaşından Tofiqlə Şahmar düşmüşlər. Həmin zaman Cahan da piyada onlara çatmışdır. Bu vaxt Tofiq Zərərçəkmiş şəxs2 avtomaşına əyləşməsini demiş, Röyal etiraz etdikdə Şahbar sonuncunun boynundan tutmuş və Tofiq əli ilə Röyal tsgənqdərovun sifətindən vurmuş, daha sonra sonuncular Zərərçəkmiş şəxs2 zorla avtomaşına əyləşdirmişlər. Həmin zaman Tofiq yenidən avtomaşını idarə edən Royalın yanında əyləşmiş, arxada isə Şahmardan sonra Zərərçəkmiş şəxs2 əyləşmiş, o, isə Zərərçəkmiş şəxs2 yanında əyləşmişdir. Lakin, Cahan da orada olduğundan və Royalın idarə etdiyi avtomaşında yer olmadığından ona avtomaşından düşərək taksi avtomaşınına əyləşməsini demişlər. O, avtomaşından düşərək yolun kənarında dayanmış «Hyundai» markalı taksi avtomaşınına arxa oturacağa əyləşmiş və Cahan da gələrək həmin avtomaşında qabaq oturacaqda əyləşərək, Röyahn idarə etdiyi avtomaşını göstərib həmin avtomaşının arxası ilə sürməyi sürücüyə tapşrmışdır. Bundan sonra onlar həmin avtomaşının ardınca hərəkət etməyə başladıqda, o, taksi avtomaşınının sürücüsünün taksi proqramından həmin avtomaşının Zərərçəkmiş şəxs2 sifariş etdiyi taksi avtomaşını olmasını başa düşmüşdür. Yolda taksinin pulunu almaq üçün avtomaşınları hərəkətdə ola-ola yan-yana versələr də, Şahmar pəncərədən pulu verə bilməmişdir. Daha sonra onlar dal-qabaq «Lconom» marketin yanma gəlmiş və orada avtomaşın dayandıqda, Cahan avtomaşından düşərək Röyahn avtomaşınından düşmüş Şahmardan 3 manat yol haqqını alıb taksi sürücüsünə vermiş və hər ikisi Röyahn avtomaşınına minərək oradan çıxıb getmişlər. O, isə taksi avtomaşını ilə bacısı Rahilə Həsənovanın yaşadığı evə getmişdir ki, gecəni orada qalsın. O, bacısının evinə gedərək orada qalmış, gecə saat 3 radələrində Zərərçəkmiş şəxs2 arvadı Nərmin onun telefonuna zəng etmiş, lakin o, sonuncunun zənginə cavab verməmişdir. Bu zaman Nərmin ona SMS yazaraq «Telefonumu götürmüsüz, sizi polisə verəcəm» bildirmişdir. O, isə həmin SMS mətnini skrinşot edərək «vatsap» şəbəkəsi vasitəsi ilə Şahmarın ***-***-**-** nömrəsində olan «\atsap»ına atmışdır. Lakin Şahmar ona cavab vermədiyindən o, da yatmışdır. Məhkəmə istintaqı zamanı elan edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Tofiq, Şahmar, Cahandar, Rahil, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 məhəllə uşaqları kimi tanıyır, sonuncularla normal münasibətləri vardır, sonuncuların aralarında hər hansı bir narazıçılıq olubolmamasım bilmir. Ailədə iki qardaşdırlar, o, və kiçik qardaşı Səxavət. Səxavətin uşaqlıqdan epileptik tutmaları vardır. Ona görə də Səxavət spirtli içki qəbul edəndə narahat olurlar. 20 may 2020-ci il tarixdə qardaşı Səxavət tanışları ilə harasa getmişdir. 21 may 2020-ci il tarixdə təxminən saat 1-2 radələri olarmış evdə olan zaman atası Cahangir ona əsəbi halda qardaşının evdə olmamasını və ona görə də kiməsə zəng edib çağırmasını, birlikdə gedib qardaşı Səxavəti axtarmalarını bildirmişdir. O, bundan sonra tanışı olan Təqsirləndirilən şəxs1 zəng vurmuş və Royaldan xahiş etmişdir ki, maşını ilə gəlib onları götürsün, birlikdə gedib qardaşı Səxavəti axtarsınlar. Aradan təxminən 15-20 dəqiqə keçmiş Röyal ona zəng edib evin yanında olmasım bildirmiş və bundan sonra o, atası ilə birlikdə evdən çıxaraq avtomaşına yaxınlaşmışlar. Atası avtomaşında qabaq sağ oturacaqda əyləşmiş, o, isə arxa oturacağa əyləşdikdə həmin zaman avtomaşında Şahmar və Tofiqində arxa oturacaqda əyləşmələrini görmüşdür. Bundan sonra birlikdə əvvəlcə Günəşli qəsəbəsinə getmişlər ki, Səxavətin münasibətdə olduğu qızn evinə gedib Səxavətin orada olub-olmamasını soruşsunlar, lakin evi tapa bilmədiklərindən, yəni Şahmarın evi dəqiq göstərməməsindən geri qayıdıb onlara məlum olan yerlərə getsələr də Səxavəti tapa bilməmişlər. Bundan sonra yaşadığı evə tərəf gedən zaman Nizami RİHBnin binasının yanından evlərinə doğru aparan yola dönən zaman polis maşını saxla işarəsi verdikdə Röyal avtomaşını saxlamayaraq əksinə avtomaşını yüksək sürətlə idarə etmiş və atası bir neçə dəfə avtomaşını saxlamasını desə də, Röyal avtomaşını saxlamamış, «Azpetrol» YDM-nin qarşısında digər avtomaşınla toqquşmuşdur. Həmin zaman o, heç bir xəsarət almamış, atası isə ayağından xəsarət almışdır. Hadisədən sonra Tofiq avtomaşından düşüb qaçmışdır. Hadisə yerinə gələn polis əməkdaşları Röyal və Şahmarı saxlamışlar. Təqsirləndirilən şəxs2 yalan danışır. O, Şahmara deyil Təqsirləndirilən şəxs1 zəng etmiş, Yenə Günəşliyə gəldikdə isə Şahmar ünvanı dəqiq göstərə bilmədiyindən geri qayıtmışlar. Məhkəmə istintaqı zamanı elan edilərək sübut kimi qəbul edilmiş X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 21 may 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanından keçən zaman polis əməkdaşları ondan orada baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əzilmiş vəziyyətdə olan» Hyundai Sonata markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomaşına keçıriəcək baxışda hal şahidi qismində iştirak etməyimi xahiş etmişlər. O, polis əməkdaşları ilə razılaşdıqdan sonra Hyundai Sonata markalı avtomaşına baxış keçirildikdə, avtomaşının salonunda ayaqaltında 1 ədəd «Nokia» markalı, 1 ədəd «PHİLİPS» markalı mobil telefon aparatları, 1 ədəd taxta dəstəkli balta, 1 ədəd bıçaq, Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsi, sürücü əyləşən oturacağın üzərindən içərisində 4 ədəd plastik kart, 1 ədəd qeydiyyat dəftərçəsi, 1 ədəd «Bakı kart» kartı, 12 ədəd ödəniş çeki, 2 ədəd vizit kartı olan dəri materialdan olan pul qabı, avtomaşının yük yerində bir ədəd ağ rəngli sellofana bükülü olan 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 2 ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar olunmuş əşyalar polis əməkdaşları tərəfindən qablaşdılmaqla, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı elan edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, şahid Hüseyinağa Əliyevin göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilərək sübut kimi qəbul edilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 onun doğma oğludur, onun mülkiyyətində «Hyundai Sonata» markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. Həmin avtomaşını onunla yanaşı idarə etməyə verdiyi etibarnamə əsasında oğlu Təqsirləndirilən şəxs1 də idarə edirmiş. 21 may 2020-ci il tarixdə oğlu Röyalm Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında yol-nəqliyyat hadisəsi törətməsi və avtomaşının əzilməsi barədə məlumat almışdır. Sonradan isə oğlunun Nizami RPİ-si tərəfindən saxlanılmasım eşitmişdir. Onun oğlu Röyalm sürücülük hüququndan 6 ay müddətinə məhrum edilməsindən, o, cümlədən avtomaşından aşkar edilmiş lüləsi və qundağı kəsilmiş ov tüfəngi, patronlar, bıçaq və baltadan xəbəri olmamış, avtomaşının əzilməsinə görə oğlu Təqsirləndirilən şəxs1 heç bir şikayəti yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş bir ədəd bıçağı tanıyaraq həmin bıçaqla hadisə zamanı Şahmar İsazadənin ona nümayiş etdirərək hədələyib əmlakını ələ keçirdiyi bıçaq olmasım bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş bir ədəd pulqabını tanıyaraq həmin pul qabının ona məxsus olmasını və hadisə zamanı ələ keçirildiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş fotoşəkillər arasından X4 fotoşəkilini tanıyaraq ona qarşı quldurluq etmiş şəxslərdən «Cahan» adlı şəxs olmasını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş fotoşəkillər arasından X8 fotoşəkilini tanıyaraq ona qarşı quldurluq etmiş şəxslərdən «Tofiq» adlı şəxs olmasını bildirmişdir. «Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında» 21 may 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 qarşı quldurluq hadisəsi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Y.Səfərov küçəsinin kəsişməsində yerləşir. «Baxış keçirilməsi haqqında» 21 may 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri. Nizami rayonu, R.Rüstəmov küçəsində toqquşmadan sonrakı Hyundai Sonata markalı avtomaşına baxış keçirilən zaman, avtomaşının sürücü tərəfdən ayaqaltında 1 ədəd «Nokia» markalı, 1 ədəd «PHİLİPS» markalı mobil telefon aparatları, 1 ədəd taxta dəstəkli balta, 1 ədəd bıçaq, Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsi, sürücü əyləşən oturacağın üzərindən içərisində 4 ədəd plastik kart, 1 ədəd qeydiyyat dəftərçəsi, 1 ədəd «Bakı kart» kartı, 12 ədəd ödəniş çeki, 2 ədəd vizit kartı olan dəri materialdan olan pul qabı, avtomaşının yük yerində bir ədəd ağ rəngli sellofana bükülü olan 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 2 ədəd patron aşkar edilərək götürülmüşdür. «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 21 may 2020-ci il tarixli protokoldan görünür ki, Hyundai Sonata markalı ** RJ *** dövlət qeydiyyat nişanlı və «Qazel» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomaşınların toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 2445-ci məhəllədə yerləşən «Azpctrol» yanacaq doldurma məntəqəsinin qarşısında baş vermişdir. «Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» 21 may 2020-ci il tarixli «Qazel» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ hissəsi toqquşmadan sonrakı əzik vəziyyətdədir. «Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» 21 may 2020-ci il tarixli Hyundai Sonata markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ hissəsi toqquşmadan sonrakı əzik vəziyyətindədir. «Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 21 may 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən mobil telefon aparatı «Mİ» markalı mobil telefon aparatıdır. Mobil telefon aparatı işlək vəziyyətdədir. Mobil telefon aparatının giriş kodu Şahid1 Dostəli oğlu tərəfindən açıldıqdan sonra mobil telefon aparatının «SMS» bölümünə girdikdə mobil telefon aparatının yaddaşına «Tosu Ne» adı ilə qeyd edilmiş +**********30 nömrəli abonentdən «Rakkıdı aç telefonu mənim pulumu telefonumu sən çölə çıxartdırıb aldırıbsan uşaqlara, polisə sən gedəcəksən başda» mətnli və «Rakkıdı damlanın canı polisə verdim başda səni Röyalı, sən çağırdın evdən çıxartdın, mənim pulumu telefonumu aparıbsınız, siz qoçusunuz» mətnli 2 ədəd SMS aşkar edilir. 21 may 2020-ci il tarixli 1/2829 saylı «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» aktından görünür ki, Təqsirləndirilən şəxs1 sərxoşluq aşkar edilməmişdir. 21 may 2020-ci il tarixli 1/2830 saylı «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» aktından görünür ki, Təqsirləndirilən şəxs2 marixuana sərxoşluğu aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 11 iyun 2020-ci il tarixli 016-51677- 1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 15.12.2015-ci il tarixdə AE 517918 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, Bakı şəhər DYPİ-nin qərarı ilə 10.03.2020-ci il tarixdən 10.09.2020-ci il tarixədək müddətə sürücülük hüququndan məhrum edilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının 20/291R saylı 11.06.2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 114814 №-li silah, zavod üsulu ilə keçmiş «SSRİ» dövlətində, 1955-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqla, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin, həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir (obrezdir) texniki cəhətdən şazdır və atış üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16/70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş üçün yararlıdır. Təqdim edilmiş 02 ədəd 16x70 kalibrli ov patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olundu. Cinayət işi üzrə təyin edilmiş məhkəmə soyuq silahların tədqiqi ekspertizasının 3/520 saylı 06 iyun 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş l(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş l(bir) ədəd predmet, kustar üsulla hazırlanmış kəsici-çapıcı xassəyə malik məişət-təsərrüfat təyinatlı baltadır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 1471 saylı 07 avqust 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda «Yüngül dərəcədə ifadə olunmuş nevrasteniya» müəyyən edilir. Təqsirləndirilən şəxs2 aşkar olunan «Yüngül dərəcədə ifadə olunmuş nevrasteniya» psixi xəstəlik hesab edilmir. Buna görə də Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-cı maddələrinin təsiri altına düşmür. X7 məcburi müalicəyə ehtiyacı yoxdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 1472 saylı 07 avqust 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 avqust 2020-ci il tarixli 8/1262 sayh rəyindən görünür ki, 1.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Sonata markah, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünashq ekspertizasının 31 avqust 2020- ci il tarixli 9/2730 sayh təyindən görünür ki, nəzəri hesablama yolu ilə 30 iyim 2020ci il tarixli ziyan aktında olan məlumatlara əsasən 1996-cı il buraxılışlı olan «QAZ33021» minik markah 10 NS281 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2870 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 1870 manat, təmir-bərpa işlərinin qiyməti 1000 manat təşkil edir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 31.05.2020-ci il tarixli 359 saylı rəyindən görünür ki, X2 üst dodağın selikli qişa məthinin, boynun sıyrıqları, sol baldırın qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 21.05.2020-ci il tarixdə əmələ gəlmələri mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 31.05.2020-ci il tarixli 358 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 Əlizaınin oğlunda hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ diz qapağının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 21.05.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 22.05.2020-ci il tarixli 362 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sol gözaltı nahiyəsinin, sol qulaq seyvanının arxa səthinin, sol baldırın ön səthinin qançırları, sol yanaq nahiyəsinin, boynun sağ-ön səthinin, döş qəfəsinin arxa səthinin sağ yarısının sıynqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 21.05.2020-ci il tarixdə alınmaları mümkündür və həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmaya xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyası və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi, o cümlədən şəxsin göstərdiyi şəraitdə də alınmaları istisna olunmur. Xəsarətlərin konkret olaraq alınma şəraitinin istintaq araşdırması nəticəsində müəyyən olunması daha məqsədə uyğundur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyul 2020ci il tarixli 9/1561 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində «Bont Blanc» yazıları olan qara rəngli 22/14 sm ölçülü, düymə və zəncirbəndlə açılıb- bağlanın, süni dəri materiallı pul kisəsinin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 10 manat müəyyən edilir. Cinayətişi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 575 saylı 10 avqust 2020-ci il tarixli rəyinjən görünür ki, Zərərçəkmiş şəxs3 sağ diz oynağının cisminin qapalı yerinidəyişmiş sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 21.05.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı hazır ki cinayət işinin quldurluq epizodu üzrə X10 və X8 barəsində Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham məhkəmə istintaqı zamanı kifayət qədər toplanmış sübutlar nəticəsində öz təsdiqini tapmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində quldurluq cinayəti törətməsinə dair ittiham verilmişdir. Aparılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbirliyi barədə hər hansı bir sübut və ya fakt müəyyən edilməmişdir. İstintaq orqanı qabaqcadan əlbirlik faktını müəyyən etmədiyi halda Təqsirləndirilən şəxs1 bununla bağlı ittiham verməsini əsaslı hesab etmir. İbtidai və məhkəmə istintaqı müddətində nə zərərçəkmişin ifadəsində, nə təqsirləndirilən şəxslərin ifadələrində, nə də digər şahidlərin ifadələrində Təqsirləndirilən şəxs1 quldurluq cinayəti törətməsi faktını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Göründüyü kimi, istintaq orqanı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbirlik edərək cinayət törətməsi faktını yalnız ehtimal etmiş və ehtimallar əsasında Təqsirləndirilən şəxs1 ittiham elan etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 elan edilmiş quldurluq epizodu üzrə məhkəmə istintaqı zamanı dindirilmiş digər Təqsirləndirilən şəxs2 özü də ifadəsində, həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs2 və dindirilmiş digər şahidlər də vermiş olduqları ifadələrində Təqsirləndirilən şəxs1 quldurluq faktında iştirakını tamamilə inkar etmişlər, Təqsirləndirilən şəxs1 törədilmiş cinayətlə əlaqəsinin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs1 yalnız avtomaşının sürücüsü kimi iştirak etməsini təsdiq etmişlər. Eyni zamanda, həmin quldurluq epizodu üzrə Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, ona qarşı edilən zorakı hərəkətlərdə Təqsirləndirilən şəxs1 ümumiyyətlə iştirak etməmiş, əksinə ona qarşı törədilən cinayətin qarşısını almağa cəhd etmiş, avtomaşında oturan şəxslərə belə zorakı hərəkətlər etməmələrini dedikdə avtomaşında olan digər şəxslər ona iradını bildirərək «sən qarışma» demişlər. Sadəcə olaraq Təqsirləndirilən şəxs1 ona kömək etməyə cəhd etsə də ona əhəmiyyət verməmişlər, o isə tək olduğuna görə həmin şəxslərdən çəkinmişdir. Yəni, Tofiqdən, Şahmardan və Cahandan ehtiyat etdiyinə görə hadisənin qarşısını ala bilməmişdir. Ona görə də onun Ona görə də onun Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Həmçinin ifadəsində, Təqsirləndirilən şəxs1 ona qarşı hər hansı fiziki və ya pxisi təsir göstərmədiyini, ona qarşı hədə-qorxu gəlmədiyini, ona qarşı basqında iştirak etmədiyini, ona qarşı zor tədbiq etmə və ya əmlakının ələ keçirməsində iştirak etmədiyini, ondan nəsə tələb etmədiyini, ondan nəsə almadığını, hadisə baş verən zaman bu hadisəyə aidiyyatı olmadığını bildirmişdir. Məhkəmə istintaq zamanı toplanmış sübutlarla kifayət qədər təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törətməmişdir. Aparılmış məhkəmə araşdırması ilə bir daha müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törətməsə də, törədilmiş quldurluq cinayətini görmüş, lakin, bu cinayət barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində nəzərdə tutulur ki, “şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin(şübhəli şəxsin) xeyrinə həll edilir.” Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 1 oktyabr 1982-ci il tarixli qərar, X18rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 qarşı olan quldurluq cinayətinin epizod üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulan ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə cinayətinin tərkibi vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə tövsif edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 263-1.1 və 307.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 228.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin cinayət əməllərini törətməkdə təqsirli bilinməli, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.08.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM- nin 70 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına 01 il 06 ay sınaq müddəti təyin edilməklə şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 sınaq müddəti başa çatmadan cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 məhkumluğu dövründə yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.08.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM- nin 70 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına 01 il 06 ay sınaq müddəti ləğv edilməli, həmin hökmlə təyin edilmiş və 02 il 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni təyin olunmuş hökmlə birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivi mövcud olduğundan, Azərbaycan Respublikası Cinayət məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən, ona təyin ediləcək cəzanın müddəti təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 228.4-cü maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxslərə qarşı zərərçəkmiş şəxslərin şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun əməllərində cinayətlərin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməllərində ağırlaşdırıcı hal olan cinayətlərin təhlükəli residivi olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları tətbiq oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 263-1.1 və 307.1-ci maddələri ilə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan Nizami rayon məhkəməsinin 21 may 2020-ci il tarixli qərarlarının surətindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 may 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-ci maddələrinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “böyük ictimai təhlükə törətməyən” və “ az ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmçinin Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.4-ci maddələrinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “böyük ictimai təhlükə törətməyən” və “ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş olsada ona təyin edilmiş cəza sınaq müddətinə şərti hesab edilmişdir, yəni Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin təhlükəli residivi mövcud olsada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 21 may 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 264 manat təqsirləndirilən şəxslər arasında bölünərək 162 manat Təqsirləndirilən şəxs2 və 162 manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Nizami RPİ-də saxlanılan bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, iki 16 kalibrli patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, bir ədəd bıçaq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, 1 ədəd pul qabının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, mobil telefon aparatına baxış keçirilməsi haqqında 21 may 2020-ci il tarixli protokola əlavə edilmiş iki vərəq mesaj mətnlərinin fotoşəkilləri olan kağızlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi4 İbnyamin oğluna, yardım göstərdikləri üçün dövlət büdcəsinin hesabından Müdafiəçi2 yardım göstərdiyi üçün 192 (yüz doxsan iki) manat, Müdafiəçi4 yardım göstərdiyi üçün 240 (iki yüz qırx) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 357, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 263-1.1 və 307.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı isə tam birləşdirməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 21 may 2020-ci il tarixdən həbsdə saxlanılması nəzərə alınaraq cəzasını çəkmiş hesab edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 -ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinin tələblərinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, Təqsirləndirilən şəxs2 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin 19.08.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə şərti məhkum etmə ləğv edilsin, Azərbaycan Respublikası CM-nin 67 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin 19.08.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə qismən birləşdirilməklə ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 oğlu həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 oğlunun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 264 manat təqsirləndirilən şəxslər arasında bölünərək 162 manat Təqsirləndirilən şəxs2 və 162 manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Nizami RPİ-də saxlanılan bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, iki ədəd 16 kalibrli patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin, bir ədəd bıçaq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, 1 ədəd pul qabının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın, mobil telefon aparatına baxış keçirilməsi haqqında 21 may 2020-ci il tarixli protokola əlavə edilmiş iki vərəq mesaj mətnlərinin fotoşəkilləri olan kağızlar cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi4 İbnyamin oğluna, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat, Müdafiəçi2 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına 192 (yüz doxsan iki) manat pul ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar