Məhkəmə qərarları › İş №1(101)-543/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-543/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-543/2022 06.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünaslar Dövlət ittihamçısı2, Dövlət ittihamçısı3, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Verdiktum” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 2000-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Şadlinski küçəsi, ev 2, mənzil 13-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində fərdi evdə yaşamış, 19 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 19, mənzil 54-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 19 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxx 2000-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, ünvan 2 ünvanda yaşamış, 04 iyun 2021-ci il tarixdə tutulmuş, 04 iyun 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs3, xx xxxxxxxx 1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 22 gün islah işləri cəzasına məhkum olunmuş, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, bina 1, mənzil 34-də qeydiyyatda olan və ünvan 3 ünvanında yaşamış, 19 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişlər. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir-biri ilə tanışlıq münasibətində olub, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 16 fevral 2021-ci il tarixdə, saat 02:40 radələrində Bakı şəhəri, Nəsimi rayonunun H.Əliyev küçəsində 7a saylı binanın qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs görüb aralarında apardıqları rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs3la birlikdə həmin yerə gəldikləri sürücü Şahid2 idarə etdiyi «Saipa» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb Zərərçəkmiş şəxs yanlarına çağıraraq sonuncuya avtomobilə əyləşməsini bildirmiş, sonuncu onları tanımadığı üçün avtomobilə əyləşməkdən imtina etdikdə o, özündə olan silah qismində istifadə etdiyi vintaçanla hücuma məruz qalmış Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün onun həyatı və sağlamlığı üçün zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib həmin vintaçanı sonuncunun bədəninin sağ hissəsinə tutaraq iradəsinə zidd olaraq avtomobilin arxa sərnişin oturacağının orta hissəsində əyləşdirdikdən sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sol tərəfində, Təqsirləndirilən şəxs3 isə sağ tərəfində əyləşərək Zərərçəkmiş şəxs avtomobili tərk etməsinin qarşısını almış, o isə Təqsirləndirilən şəxs4 ilə birlikdə avtomobilin qabaq sərnişin oturacağında əyləşərək sürücü Şahid2 avtomobili Abşeron rayonu Xırdalan şəhəri istiqamətində hərəkət etdirməsini bildirib həmin istiqamətdə gedərkən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «20 yanvar» metrostansiyası yaxınlığında, avtomobildə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib yumruq zərbəsi ilə sonuncunun sifət nahiyəsindən zərbə vuraraq ona sol gözün alt qapağının qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib üzərində olan pul və digər qiymətli əşyaları verməsini tələb etməklə Zərərçəkmiş şəxs əlində olan 5 manat pulunu, arxa sərnişin oturacağında əyləşmiş Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs üzərində olan 100 manat pulunu ələ keçirmiş, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 3 saylı orta məktəbin qarşısına çatdıqda o, yenidən Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib əlindəki içərisində 40 manat dəyərində ***-***-**-** saylı mobil nömrə və həmin nömrənin yaddaşında 5 manat balansı olan 400 manat dəyərində «İphone-7» markalı mobil telefonu götürüb ələ keçirərək həmin mobil telefonu Təqsirləndirilən şəxs4 təqdim etmiş, Təqsirləndirilən şəxs4 mobil telefonu götürüb özündə saxladıqdan sonra o, Zərərçəkmiş şəxs avtomobildən düşürdüb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə yerə yıxaraq həyatı və sağlamlığı üçün təhlüklə olan fiziki zor tətbiq etməklə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs ümumilikdə 550 manat manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişlər. Qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək quldurluq etmələri, yəni Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı zərəçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 16 fevral 2021-ci il tarixdə, saat 02:40 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsindəki evlərindən çıxıb bankomat vasitəsi ilə «Azəriqaz» kartına vəsait köçürmək üçün gedərkən təsadüfən iki həftə öncə yaşadıqları məhəllədə tanış olduğu Murad adlı şəxslə rastlaşmış, Murad ona qarşı tərəfdə bir nəfər qızla görüşəcəyini bildirmişdir. Onlar birlikdə «Azərtürkbank»ın qarşısınadək gəlmiş və Murad orada dayanmışdır. O isə irəlidə olan Milliön ödəmə terminalına tərəf getmiş və karta pul yükləməyə başlamışdır. O, «Azəriqaz» kartına pul köçürüb evlərinə tərəf qayıdarkən nömrə nişanına fikir vermədiyi ağ rəngli, «Saipa» markalı avtomobilin Muradın yanında saxladığını, avtomaşından iki oğlanın düşdüyünü və Muradın maşının salonuna əyləşdiyini görmüşdür. Həmin vaxt Murad onu avtomobildən yanına çağırmış, o, avtomobilə yaxınlaşmış və Murada ona maşına oturmağı xahiş etmişdir. Avtomobilin salonunda Muraddan başqa əvvəllər tanımadığı üç nəfər – iki oğlan və bir qız olmuşdur. Avtomobildən düşən iki oğlan – təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs3 isə maşından 4-5 metr kənarda dayanmışlar. O, gec olduğunu, Murada evə tələsdiyini bildirmiş və getmək istəmişdir. Avtomaşında oturmuş Murad və avtomaşının çalonunda arxa oturacaqda sürücünün arxasında oturmuş Təqsirləndirilən şəxs2 onu bir neçə dəfə maşına oturmağa israr etdikdə o, yenə də imtina etmişdir. Elə həmin vaxt avtomobildən kənarda dayanmış oğlunlardan Təqsirləndirilən şəxs1 ona yaxınlaşmış, ona əmr formasında «otur maşına» sözlərini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əlində otvertka (burada: vintaçan) olmuş, lakin həmin otvertkanı ona qarşı tətbiq etməmiş, onu otvertka ilə hədələməmişdir. Vəziyyəti görüb qorxmuş, həyacan hissi keçirib avtomobilin arxa oturacağında əyləşmişdir. Kənarda dayanmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 da maşina oturmuş və avtomobil yola düşmüşdür. Avtomobili bir nəfər əvvəllər tanımadığı, lakin adının Fərid olmasını bildiyi şəxs idarə etmiş, qabaq sərnişin oturacağında bir nəfər «Naza» dedikləri, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs4 oturmuş, qabaq sərnişin oturcağında daha bir nəfər - əlində vintaçan olan Təqsirləndirilən şəxs1 üzü ona tərəf əyilmiş vəziyyətdə oturmuşdur. Arxa salonda onun sol tərəfində Murad, sağ tərəfində bir nəfər əvvəllər tanımadığı, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs3, Muradın solunda isə yenə də təqsirləndirilən şəxslərdən əvvəllər tanımadığı başqa biri - hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs2 oturmuşlar. O, həmin şəxsləri həyatında ilk dəfə görürmüş, onlarla heç bir münasibəti olmamışdır. Onlar sürücü ilə birlikdə maşında 7 nəfər olmuş, çox sıx oturmuşlar. O, maşına mindiriləndən sonra Nəzrin onu göstərib “məsələ bunluq deyil, niyə bunu maşına mindirirsiniz?” deyə soruşmuş, məsələnin Muradlıq məsələ olduğunu demişdir. Amma buna baxmayaraq o, maşında qalmışdır. Maşında danışıqlardan onların Xırdalana getdiklərini başa düşüb, düşmək istədiyini bildirmiş və maşını saxlamağı xahiş etmişdir. Lakin söhbət etdiklərini demiş, Xırdalana taksi sifariş etdiklərini bildirmiş, taksi ilə qayıda biləcəyini tövsiyyə etmişlər. X3 pulunu verməməsinin səbəblərini soruşduqda, Murad pulu olmadığını bildirmiş, amma cibindən nəsə bir bükülü çıxarıb onlara uzatmış, pulun əvəzinə qəbul etməyi xahiş etmişdir. Suat həmin bükülünü alıb açmadan maşının pəncərəsindən bayıra atmış və Muradın sinə nahiyəsinə bir neçə dəfə vurub ondan narkotik vasitə satıb camaatı zəhərləməsinin səbəblərini soruşmuşdur. Murad isə Suadın suallarına cavab verməmişdir. O, danışıqlardan belə başa düşmüşdür ki, Suadın Muraddan alıb bayıra atdığı bükülünün içərisində narkotik vasitə olmuş və o, həmin narkotik vasitəni Nəzrinə borclu olduğu pulun əvəzinə vermişdir. Lakin o, Muradda narkotik vasitə olmasını biməmiş, Muradın Nəzrinə və ya qeyrisinə pul borcu olub-olmadığını bilməmişdir. Həmin vaxt Murad özünün mobil telefonunu çıxarpıb borcunun əvəzinə vermişdir. Amma telefonu konkret olaraq kimə verdiyini, telefonun hansı markada olduğunu xatırlaya bilməmiş, Muradın hansı məbləğdə borclu olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs1 eyni sualı ona da vermiş, lakin o, onu (zərər çəkmiş şəxsi) kiminləsə səhf saldıqlarını bildirmiş, onda heç bir narkotik vasitə olmadığını, heç kimə narkotik maddələr satmadığını, onun bu işlə əlaqəsinin olmadığını demişdir. Bundan sonra təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 onun telefonunu istəmiş, vermədikdə tələb etmiş, ona təzyiq göstərmişdir. O, Suatın əlində vintaçan gördüyündən özünə məxsus 400 manat dəyərində «İphone-7» markalı mobil telefonu Suata vermişdir. Suat telefonu almış, lakin cibinə qoymasını və ya başqasına verməsini yadında saxlamamışdır. Hadisə vaxtı onun üzərində bir ədəd beşlik və bir ədəd yüzlük, ümumilikdə 105 manat pulu olmuşdur. Suat ondan pul istəmiş, lakin o, bilərəkdən pulu olmadığını bildirmişdir. Lakin hadisədən sonra pullarının üzərində olmadığını müəyyən etmişdir. Həmin pulu Suatgilə verib-vermədiyini, sonuncuların onu götürüb-götürməmələrini və ya salıb itirdiyini xatırlaya bilməmişdir. Bundan sonra onlar həmin gecə, yəni 16 fevral 2021-ci il tarixdə, saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, ərazisində yerləşən 3 saylı orta məktəbin yaxınlığına gəlib çatmış və sürücü orada avtomobili saxlamışdır. Onlar hələ avtomobilin salonunda olarkən əlində vintaçan tutmuş Təqsirləndirilən şəxs1 onun əlində olan 400 manat dəyərində «İphone-7» markalı mobil telefonu əlindən almışdır. Onlar avtomobildən düşən kimi Murad qaçmağa başlamış, lakin onu heç kim təqib etməmişdir. Avtomobildə olan digər şəxslər isə, Təqsirləndirilən şəxs4 başqa, orada onu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi kimi şiddətli olmasa da, ona təpik atmış, o, yıxılmış və hətta o, yerə yıxılarkən Fərid adlı oğlan da onun üstünə yıxılmış və dərhal ayağa qalxmışdır. O, özü ayağa qalxmış və o, da həmin vaxt cavab olaraq Fəridə təpik atmışdır. Həmin şəxslərdən biri isə ona «indi buradan çıxıb gedə bilərsən» demişdir. O da onlardan ayrılıb taksiyə oturaraq yaşadığı evə getmiş, hadisəni anası Bayramova Zeynəb Bakılı qızına danışmış, sonuncu DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə vaxtı talanmış ona məxsus mobil telefonun üzərində 40 manat dəyərində 055 *** ** ** saylı mobil nömrəsi və həmin nömrədə 5 manat məbləğində vəsait olmuş, baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 550 manat məbləğində maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərdi ki, hadisəyədək onun təqsirləndirilən şəxslərin heç biri ilə tanışlığı olmamış, o, tam təsadüfən Murad adlı şəxsə görə hadisə yerində olmuşdur. O, Muradın anket məlumatlarını, onunla qısa müddət ərzində tanış olduğundan onun istifadəsindəki mobil telefon nömrəsini bilməmişdir. Sürücü avtomaşınını idarə etmiş, onun bu hadisə ilə heç bir əlaqəsi olmamışdır. Avtomobil hərəkətdə ola-ola avtomobilin sürücüsünün geriyə çevrilməklə onun sifət nahiyəsinə bir dəfə yumruqla vurması barədə ibtidai istintaqda göstərdikləri doğru olmamışdır. Avtomobilin sürücüsü onu vurmamışdır. Sürücü arxaya çevrilib vintaçanı Suatın əlindən almaq istədikdə əli onun üzünə dəymişdir. İlk ifadəsini verərkən əsəbi olmuş, avtomaşında olanların hamısının əleyhinə ifadə vermiş və müstəntiq bunu özünün istədiyi kimi yazmışdır. Bu hadisədə yalnız Suad iştirak etmiş, digərləri ona qarşı qanunsuz heç nə etməmişdir. Onun Raminlə heç bir dialoqu olamamış, sonuncu onu vurmamış, ondan heç nə tələb etməmiş və ya hər hansı əmlakını ələ keçirməmişdir. Təqsirləndirilən şəxs3 bu hadisədə heç bir rolu olmamışdır. Belə ki, Fərid yolda Suadın hərəkətlərini görüb hətta ona “bəs deyirdin məhəlləyə gedirik?” kimi sualla müraciət etmişdir. O, Fəridin onu təpiklə vurması barədə heç nə deməmişdir. Onu yalnız Suat təpiklə vurmuş və ona çıxıb getməsini demişdir. O, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin hamısının onu təpiklə vurmaları kimi bir fikir bildirməmişdir. Suad istisna olmaqla, onun digər şəxslərə – Raminə, Fəridə, Nəzrinə və taksi sürücüsünə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəlri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəlri elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tədqiq olunan 19 noyabr 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, 16 fevral 2021-ci il tarixdə, saat 02:40 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində bankomat vasitəsi ilə «Azəriqaz» kartına vəsait köçürmək istəyən zaman, iki həftə öncə yaşadıqları məhəllədə tanış olduğu Murad adlı şəxslə rastlaşmış, Murad ona həmin yerdə bir nəfər qızla görüşəcəyini bildirmişdir. O, gedib «Azəriqaz» kartına pul köçürüb evinə getmək istəyən zaman, Muradın ağ rəngli, «Saipa» markalı avtomobilin salonuna əyləşdiyini görmüşdür. Həmin vaxt Murad onu avtomobildən səslədiyindən o, avtomobilə yaxınlaşmış və Murada maşına oturmağı ondan xahiş etmişdir. Avtomobilin salonunda Muraddan başqa üç nəfər olmuş, avtomobilin kənarında isə daha iki nəfər əvvəllər tanımadığı şəxslər dayanmışdır. Elə həmin anda kənarda dayanmış şəxslərdən biri əlində tutduğu vintaçanla onun sağ böyrək nahiyəsinə sıxıb ona «otur maşına» sözlərini demişdir. O, həyacan hissi keçirib, həmin avtomobilin salonunda, arxa oturacaqda avtomobilin kənarında dayanmış şəxslərlə birlikdə əyləşmişdir. Avtomobil yola düşmüş, avtomobili bir nəfər əvvəllər tanımadığı şəxs idarə etmişdir. Avtomobilin qabaq sərnişin oturacağında bir nəfər «Naza» dedikləri qız oturmuş, həmin oturacaqda isə üzü ona tərəf əyilmiş əlində vintaçan olan şəxs, onun sol tərəfində Murad, Muradın yanında bir nəfər və onun sağ tərəfində bir nəfər əvvəllər tanımadığı şəxslər oturmuşlar. Əlində vintaçan olan şəxs Muradın sinə nahiyəsinə bir neçə dəfə vurub ondan narkotik vasitənin harada gizlətdiyini soruşmuş, Murad da həmin şəxslərə narkotik vasitəni, Bakı şəhəri, Günəşli qəsəbəsi ərazisində aldığını demişdir. Bundan sonra həmin şəxslər ondan da narkotikin harada olduğunu soruşmuş, amma o, onlara onu kiminləsə səhv saldıqlarını bildirmiş, onda heç bir narkotik vasitə olmadığını demişdir. Həmin anda avtomobilin sürücüsü onun sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş, əlində vintaçan olan şəxs onun 5 manat məbləğində, sol tərəfində olan Muradın yanında əyləşən şəxs onun 100 manat məbləğində pulunu götürmüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, bundan sonra onlar həmin gecə, yəni 16 fevral 2021-ci il tarixdə, saat 03 radələrində avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, ərazisində yerləşən 3 saylı orta məktəbin yaxınlığına gəlmiş, avtomobil orada dayanmış, avtomobilin salonunda əlində vintaçan olan şəxs onun əlində olan 400 manat dəyərində «İphone-7» markalı mobil telefonu əlindən almışdır. Onlar avtomobildən düşən zaman, Murad qaçmağa başlamış, avtomobildə olan digər şəxslər «Naza» deyilən qızdan başqa, orada onu təpiklə və yumruqla vurmağa başlamışlar. Daha sonra həmin şəxslərdən biri ona «indi buradan çıxıb gedə bilərsən» sözlərini demişdir. O, oradan çıxıb taksiyə oturaraq yaşadığı evə getmiş və evdən DİN-nin 102 zəng xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsinin yekununda göstərmişdir ki, ona məxsus telefonun üzərində 40 manat dəyərində 055 *** ** ** saylı mobil nömrə və həmin nömrədə 5 manat məbləğində vəsait olmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 550 manat məbləğində maddi ziyan dəymişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu, məhkəmə baxışı zamanı tədqiq olunan daha bir – 19 noyabr 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, hadisə onun ibtidai istintaqa verdiyi ilkin ifadəsində göstərdiyi kimi olmuşdur. Avtomobildə olarkən onu Suat vurmuş, sonra isə Xırdalan şəhərində onları avtomobildən düşürdükdən sonra Suat, Fərid və Ramil onu itələyib yerə yıxmışlar. O, yerə yıxılarkən Fərid onun üstünə yıxılaraq dərhal qalxmış və o, həmin vaxt Fəridə təpik atmışdır. Bundan sonra onlar üçü onu yerdə təpiklə vurmuşlar. İlkin istintaq zamanı həyəcanlı olduğu üçün hadisə vaxtı Xırdalan şəhərinə gəldikdən sonra onu dörd nəfər şəxsin döydüyünü göstərmişdir. Abşeron RPİ-də olarkən ifadə verən zaman hələ ki, hadisəni törədən şəxslərin konkret olaraq adlarını bilməmişdir. O, Abşeron RPİ-də ifadə verən zaman həyəcanlı olduğu üçün hadisə vaxtı onu avtomobilin sürücüsünün də vurduğunu göstərmişdir. Əslində avtomobilin sürücüsü onu vurmamışdır. Onu avtomobildə Suat adlı şəxs vurmuş, həmçinin Xırdalan şəhərində onu düşürdükdən sonra o, yerdə olarkən Suat, Fərid və Ramil onu təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. Suat və Fərid vintaçanla onu avtomobilə zorla oturduqdan sonra orada ondan üzərində nə varsa onlara verməyini istəmişlər. O, həmin vaxt, əvvəlki ifadəsində göstərdiyi kimi mobil telefonu və ümumilikdə 105 manat pulu Suata vermişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs tədqiq olunan ifadəsinin davamında, həmçinin göstərmişdir ki, onlar avtomobildə olarkən Suat əlindəki vintaçanla Muradın sinə nahiyyəsindən bir neçə dəfə zərbə endirmişdir. Muradın soyadını, atasının adını, harada yaşamasını, işləməsini, istifadəsindəki mobil telefon nömrəsinin neçə olmasını o, bilməmişdir. Hadisə günü o, əvvəlki ifadəsində də qeyd etdiyi kimi, saat 02 radələrində qaz smart kartına pul vurmaq üçün küçəyə düşdükdə orada Muradla rastlaşmışdır. Eşitdiyinə görə Murad özü narkotik vasitələrin satışı ilə məşğul olmuş, lakin bunu hansı qaydada etdiyini və kimlərə satdığını bilməmişdir. Hadisə günü o, aşağı düşüb Murad ilə rastlaşıb salamlaşdıqda Murad ondan hara getdiyini soruşmuş, o da yaxınlıqda qaz smart kartına pul yükləməyə getdiyini demişdir. Murad ona özünün də onun getdiyi tərəfdə bir nəfərlə görüşməli olduğunu deyib onunla getməyə başlamışdır. Onlar «Azərtürkbank»ın qarşısına gəlmiş və Murad orada dayanmışdır. O isə irəlidə olan «Milliön» ödəmə terminalına tərəf getmiş və karta pul yükləməyə başlamışdır. Karta pul yüklədikdən sonra o, evlərinə tərəf qayıdarkən Muradın «Saipa» markalı avtomobildə oturduğunu görmüşdür. O, həmin avtomobilin yanından keçərkən Murad onu səsləmiş və onun yanına gəlməyi istəmişdir. O isə işinin olduğunu, evə tələsdiyini deyərək avtomobilə oturmaqdan imtina etmişdir. Lakin Murad ondan bir neçə dəfə, sonra isə Muradın yanındakı Ramil də onu avtomobilə dəvət etmişdir. Lakin o, yenə də oturmamış və evə tələsdiyini dedikdə, həmin vaxt avtomobildən bir neçə metr aralıda dayanmış iki nəfər, yəni Fərid və Suat ona yaxınlaşmış, Suat əlində tutduğu vintaçanı onun sağ tərəfinə tutub avtomobilə oturmağını demişdir. Bundan sonra o, avtomobilə oturmuşdur. Avtomobildə baş verənlərlə bağlı isə əvvəlki ifadəsində hər şeyi göstərmişdir. Sadəcə olaraq avtomobildə onu Suat vurmuş və avtomobildən düşürüldükdən sonra onu üç nəfər Ramil, Suat və Fərid onu döymüşlər. Zərər çəkmiş Zərərçəkmiş şəxs tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, ilk ifadəsini verərkən həyəcanlı olduğundan bəzi məsələləri düzgün deməmişdir. Belə ki, ona məxsus mobil telefon onun əlindən Xırdalan şəhərində deyil, hələ onlar avtomobildə olarkən «20 yanvar» metrostansiyasının yaxınlığında alınmışdır (iş vərəqə: cild İ, səh. 19- 20, cild İV, səh. 195-199). Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Ramin onların məhəllə uşağı olmuş, Fərid isə Naxçıvanlı olmaqla onunla həmyerli olmuşdur. Nəzrin isə Raminin tanıdığı qız olmuşdur ki, sonuncu ilə elə həmin gün tanış olmuşdur. Ramin ona zəng edib görüşmək istədiyini ona demiş, o da etiraz etməmişdir. Hadisə günü Nəzrinlə Ramin gəlib maşınla gəlib onu da götürmüş və onlar öz aralarında razılaşaraq hazırlaşıb birlikdə Gəncəyə gəzməyə getmək istəmişlər. Maşın «Saipa» markalı avtomobil olmuş, Vasif adlı tanışlarına məxsus olmuş və maşını Vasif özü idarə etmişdir. O, maşina oturarkən artıq sürücü Vasifi, Nəzrini və Ramini maşında görmüşdür. Gəncəyə getmək üçün onlara pul lazım olmuşdur. Təqsirləndirilən şəxs1 arayış verib göstərdi ki, həmin gün onun adına bank vasitəsi ilə Türkiyədən pul gəlməli olduğundan o, pulu gözləmişdir. Lakin özünün şəxsiyyət vəsiqəsi olmadığından o, pulu Fəridin adına göndərməyi xahiş etmiş, Fəridin şəxsiyyət vəsiqəsinin surətini göndərmişdir. Axşam saat 12:00, 01:00 radələrində ona bir dəfə zəng olunmuş, ona gedib pulu götürmək tapşırılmışdır. Fəridi çağırmış, şəxsiyyət vəsiqəsini götürüb aşağı düşməsini ona demişdir. O, «Bank Respublika»nın şöbəsinə getmiş, lakin həmin vaxt COVİD-19-a görə karantin olduğundan bank bağlı olmuş və o, pulu götürə bilməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə davam edib göstərdi ki, Ramingillə görüşdükdən sonra Raminin deməsinə görə Murad adlı birinin Nəzrinə 150 manat pul borcu olmuş, danışığa görə guya Murad Nəzrinə zəng edib ona gəlib pulu götürməyi demiş və Nəzrin pulu ala bilməsi üçün Murad adlı şəxsi görüşə dəvət etmişdir. Odur ki, onlar Raminin təklifi ilə Muradın Nəzrinə borclu olduğu pulu götürməyə getmişlər. Onlar avtomobildə olarkən Nəzrin Muradla telefonla danışmış və X10 rayonu ərazisində yerləşən «Kontakt Home» adlı mağazanın yanına gəlməsini demişdir. Murad hələ gəlib çıxmamış o, maşından düşüb «Milliön» aparatı vasitəsi ilə telefonuna mobil danışıq konturu yükləmiş, sonra isə maşına qayıtmışdır. Görüş yerində, yəni İnqilab küçəsi deyilən ərazidə (indiki Həsəq Əliyev küçəsi), «Kontakt Home» mağazasının qarşınında Murad gəlib arxa tərəfdə maşına oturmuş, hal-hazırda pulu olmadığını bildirmiş və cibindən borclu olduğu pulun əvəzinə narkotik vasitə çıxarmışdır. Belə ki, hələ görüşməzdən əvvəl telefonla danışarkən Murad onlara İnqilab küçəsinə gəlib pulu götürməyi demiş, lakin gedib görüşdükdə Murad gəlib maşına oturmuş və pulu verəcəyinə söz verdiyini, amma sınmaq istəmədiyini və pulun əvəzinə onlara narkotik vasitə vermək istədiyini bildirərək maşında narkotik vasitə çıxarmışdır. Həmin vaxt o, qabaqda sərnişin oturacağında, Nəzrin də onun sağında qapı tərəfdə oturmuşdur. Buna görə də o, əsəbiləşmiş və Murada «sən mənim maşınımda narkotik vasitə çıxarıb, məni tutdurmaq istəyirsən?» demiş və sonuncunun əlindən alıb maşından çölə atmışdır. Həmin vaxt Murad əlini atıb maşının stəkan qoydulan yerindən maşına aid vintaçanı götürmüş və onu vurmaq istəmişdir. O, Muradın Əlini tutmuş və çox əsəbiləşdiyi üçün vintaçanı Muradın əlindən alı bonu 2-3 dəfə vintaçanla vurmuşdur. Lakin maşında olan uşaqlar onları tutub sakitləşdirmişlər. Uşaqlar onları sakitləşdirdikdən sonra münasibətləri normallaşmışdır. Bundan sonra Murad özünə məxsus «Nokia» markalı və Turala məxsus «İphone 7» markalı mobil telefonları sıfırlayıb onlara vermiş və növbəti gün saat 12-yədək gəlib pulu qaytara bilməyəcəyi təqdirdə, telefonları satıb, borclu olduğu pulu götürməyi onlara təklif etmişdir. Bundan sonra onlar yavaş-yavaş Abşeron tərəfə getmək və sakit bir yerdə oturub söhbət etmək qərarına gəlmişlər. Vüsal maşını Xırdalan istiqamətdə sürməyə başlamışdır. X5 çıxıb getdikdən sonra onlar Səbail rayonu ərazisinə gedib Fəridin şəxsiyyət vəsiqəsi ilə bank filialından pulu çıxarmış və Xırdalana qayıdaraq Fəridi evə düşürmüş, özləri isə çıxıb gəncəyə getmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra göstərdi ki, maşında olan narazıçılıq vaxtı Muradla birlikdə baxılan cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs da olmuş və o da həmin vaxt Muradla birlikdə maşinın arxa salonunda oturmuşdur. Öyrəndiyinə görə Muradla Tural dost olmuşlar. Muradgil özləri gəlib maşına oturmuş, onları maşına oturmağa heç kəs məcbur etməmişdir. Onun fikrincə Muradla Tural maşına planlı şəkildə oturmuş, Muradgil onlara pul deyil, narkotik vasitə verməyi nəzərdə tutmuşlar. Əks təqdirdə onlar maşının pəncərəsindən pulu verib gedə bilərdilər. Muradgil maşına oturmazdan əvvəl onlar maşında sürücü də daxil olmaqla 5 nəfər olmuşlar. O, əvvəllər nə Muradı və nə də Turalı tanımamışdır. Onlar Muradla əlaqə saxlaya bilmələri üçün ondan başqa nömrə götürmüş, lakin səhəri gün ona nə qədər zəng etsələr də, Murad onlara cavab verməmişdir. Saat 12:00-dan 14:00-dək onlar Muradı gözləmiş, lakin Murad pulu gətirmədiyindən, ehtiyacları olduğu üçün onlar internet vasitəsilə telefonların hər birini 270 manata satmış, pulunu götürüb Gəncəyə getmiş və növbəti gün tutulmuşlar. Məhkəmə istintaqı zamanı iş üzrə dindlirilmiş Təqsirləndirilən şəxs1 ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs1 ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək 20 fevral 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində o, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yaşayış massivində olan zaman onun istifadəsində olmuş 050 *** ** ** saylı mobil nömərəsinə əvvəllər tanıdığı Ramil adlı şəxs zəng vuraraq, ondan aşağı düşməyi xahiş etmişdir. O, Ramillə razılaşaraq, aşağı düşmüş və sonuncunu, əvvəllər tanıdığı Vasif adlı şəxsin idarə etdiyi «Saipa» markalı avtomobildə əvvəllər tanımadığı «Naza» adlı qızla avtomobilin arxa oturacağında oturduğunu görmüşdür. O, həmin avtomobilin qabaq sərnişin oturcağına oturmuş, avtomobildə Ramil ondan Gəncə şəhərinə getmək istəyib-istəmədiyini soruşmuş və o da öz razılığını bildirmişdir. Bundan sonra «Naza» adlı qız onlara Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində Murad adlı şəxsdən psixotrop maddə metamfetamin almaq lazım olduğunu bildirmiş və onlar da onunla razılaşmışlar. Bundan sonra o, onunla bir evdə yaşayan Təqsirləndirilən şəxs3 zəng edərək, sonuncunu da avtomobilə çağırmışdır. Fərid gəldikdən sonra avtomobilin arxa oturacağında oturmuş və onlar Bakı şəhərinə yola düşmüşlər. Yolda Naza adlı qız onlara Bakı şəhəri, Nəsimi rayonu ərazisində onu gözləyən Murad adlı şəxsə hədə-qorxu gələrək, üzərində olan psixotrop maddəni, pulunu və telefonunu götürmək lazım olduğunu demişdir. Onlar hamısı Naza ilə razılaşmış və bu səbəbdən o, avtomobilin salonunda saxlanc yerində olan bir ədəd vintaçanı Murad adlı şəxsə qarşı silah qismində işlətməsi üçün götürmüşdür. xx.xx.2021-ci il tarixdə, saat təxminən 02:40 radələrində onlar Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsinə gəlmiş, orada yerləşən bankomatın yaxınlığında əvvəllər tanımadığı iki nəfəri görmüşdür. O, Fəridlə avtomobildən düşmüş, bankomatın yaxınlığında duran şəxslərdən biri, Murad adlı şəxs avtomobilə yaxınlaşaraq avtomobilin arxa oturacağına oturmuşdur. Sonradan adının Tural olmasını bildiyi şəxs avtomobilə yaxınlaşan zaman, o, əlində olan vintaçanı Turalın sağ böyrək nahiyəsinə tuşlayıb avtomobilə əyləşməsini ondan tələb etmişdir. Vasif avtomobili idarə etmiş, o, Naza ilə qabaq oturacağda oturmuş, Muradla Tural adlı şəxslər avtomobilin arxa oturacağında ortada, onların sol tərəfində Ramil, sağ tərəfdə isə Fərid oturmuşdur. O, üzərində olan narkotiki, pulu və telefonunu verməsi üçün əlində olan vintaçanla bir neçə dəfə Muradın sinə nahiyəsinə vurmuş, Ramillə Fərid isə Turalla Muradın ciblərini axtarmışlar. Muradın cibindən yarım doza psixotrop maddə metamfetamin və bir ədəd «Nokia» markalı mobil telefon, Turalın cibindən isə 5 manat məbləğində pul və bir ədəd «İphone-7» markalı mobil telefon çıxmışdır. «Nokia» markalı telefonu Fərid, «İphone-7» markalı mobil telefonu isə Ramil həmin telefonları avtomobilin salonunda yerləşən saxlanc yerinə qoyması üçün Naza adlı qıza ötürmüşlər. Bundan sonra onlar Turalla Murad adlı şəxsləri maşınla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 3 saylı məktəbin yaxınlığına gətirmişlər. O, Naza adlı qızla avtomobildə qalmış, avtomobildə olan digər şəxslər isə avtomobildən düşmüşlər. Təxminən 5 dəqiqə sonra Ramil, Fərid və Vasif gəlib avtomobilə əyləşmiş və daha sonra onlar aparıb Fəridi yaşadıqları evin qarşısında düşürtmüşlər. Bundan sonra o, Vasif, Ramil və Naza adlı qız Vasifin idarə etdiyi «Saipa» markalı avtomobillə Gəncə şəhərinə getmişlər. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, ifadəsində göstərdiyi cinayəti törətməsini onlara Naza adlı qız təklif etmişdir. Muradın üzərindən götürülən metamfetaminin miqdarı təqribən üç nəfəri bihuş edə biləcək yarım dozada olmuş, həmin metamfetamini o, Ramil, Vasif və Naza adlı qız Fəridi evə düşürtdükdən sonra Xırdalan şəhəri ərazisində avtomobilin salonunda istifadə etmişlər. Vintaçan tək onun əlində olmuş və həmin vintaçanı o, avtomobilin salonunda yerləşən saxlanc yerindən götürmüşdür. Əldə etdikləri mobil telefonları Ramil özünün şəxsiyyət vəsiqəsi ilə Tap.az saytına qoyduğu elan vasitəsi ilə hər ikisini 270 manat tanımadıqları şəxslərə satmışdır. Zərərçəkmiş şəxs da üzərindən cəmi 5 manat pul götürülmüşdür. Həmin pulları onlar öz şəxsi ehtiyaclarına xərcləmişlər. Onlar Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə getdikdən sonra o, və Naza avtomobildə oturmuş, Ramilin, Vasifin və Fəridin Turalı döymələrini görməmişlər (iş vərəqə: cild İ, 180-182). Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat mərhələsində cinayət hadisəsinin baş verdiyi tarixdən təqribən on ay sonra verdiyi 06 dekabr 2021-ci il tarixli ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməmiş və məhkəmə baxışı zamanı verdiyi sərbəst ifadəsinə uyğun ifadə vermişdir(iş vərəqə: cild V, səh. 31-33). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs1 ifadəsində əlavə etdi ki, onlara qarşı irəli sürülən ittihamla razı deyildir. Belə ki, Abşeroin RPİ-də onların əlləri skoçla bağlanmaqla onlara işgəncə verilmiş, İşgəncə altında olduğundan ibtidai istintaqın ilkin mərhələlərində verdiyi ifadələrində özümü qismən təqsirli bilmişdir. Onların Turalla heç bir əlaqəsi olmamış, onlar Muradı tanımışlar. Onlar heç kimə qarşı quldurluq etməmiş və quldurluq yolu ilə kimsənin əmlakını ələ keçirməmişlər. Muradın da, Turalın da narkotikin satışı ilə məşğul olduqlarını sonralar öyrənib bilmişdir. Lakin onlar narkotik vasitədən istifadə belə, etməmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilmədi və ifadəsində konkret olaraq göstərdi ki, 15 fevral 2021-ci il tarixdə, saat 22 radələrində tanışı, «Saipa» markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 ilə görüşmüş, sonra isə təqsirləndirilən şəxslərdən tanışı – baxılan iş üzrə digər Təqsirləndirilən şəxs4 ilə əlaqə saxlamış, sonuncunu Bakı şəhərində yaşadığı mənzildən götürmüş və həmin avtomobillə Xırdalana getmişlər. Xırdalanda o, dostu - baxılan iş üzrə digər təqsirləndirilən şəxs Suatla Əliyevlə telefon əlaqəsi saxlamış və onlar üçü birlikdə Suatın yaşadığı evin qarşısına getmişlər. Orada Suatın tanışı və həmyerlisi olan Fəridin adına Suat üçün Türkiyədən pul göndərildiyini öyrənmişlər. Suat Fəridin də gəlməsini gözləməyi və birlikdə Bakı şəhərinə pul çıxartmaq üçün getmələrini xahiş etmişdir. Razılaşılmış, Fərid gəldikdən sonra Bakı istiqamətində yola çıxmışlar. Onlar avtomobildə olarkən Gəncə şəhərinə gəzməyə getməyi planlaşdırmış və razılaşmışlar. Avtomobildə olarkən Nəzrin Murad adlı şəxs olduğunu və sonuncunun ona pul borcunun olduğunu demiş, gedib həmin pulu götürməyi təklif etmişdir. Hələ maşında olarkən Nəzrin Muradla «WhatsApp» proqramı vasitəsi ilə danışmış və X10 rayonu ərazisində yerləşən «Kontakt Home» adlı mağazanın yanına gəlməyi demişdir. Buna görə Vasif avtomobili həmin yerə sürmüş, onlar orada dayanıb gözləyən zaman, Suatla Fərid yaxınlıqdakı «Milli Ön» aparatına kontur yükləmək üçün yaxınlaşmışlar. Həmin vaxt yanlarına adlarının Murad və Tural olmasını sonradan öyrənib bildiyi şəxslər gəlmişlər və avtomobilin arxa oturacağına əyləşmişlər. Söhbət əsnasında Tural özü onlara əl atmış və buna görə aralarında yüngül çəkişmə olmuşdur. Belə ki, Tural onlara pulun əvəzinə narkotik təklif etmiş, onlar isə onun narkotikini əlindən alıb pəncərədən çölə tullamışlar. Aralarında mübahisə məhz buna görə yaranmışdır. Abşeron RPİ-də ondan alınan ifadə onun tərəfindən yazılmamış, o, həmin ifadəsini oxumamış, ona Abşeron RPİdə təzyiq göstərilmişdir. Hətta barəsində həbs qətimkan tədbiri seçilərkən o, məhkəmə prosesində hakimə ona qarşı təzyiq göstərildiyini, buna görə cinayəti etiraf etdiyini bildirmiş, əslində onun telefondan və ya puldan xəbərinin olmadığını qeyd etmişdir. Onlar heç kimə qarşı quldurluq etməmiş və quldurluq yolu ilə kimsənin əmlakını ələ keçirməmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə dindlirilmiş Təqsirləndirilən şəxs2 ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Ramin Novruzovun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs Ramin Novruzov ona qarşı Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək 20 fevral 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, Şahid2 təxminən 6-7 il ərzində tanımış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. «Naza» dedikləri X4 da son iki ildə tanımış, sonuncu onun sevgilisi olmuşdur. Təqsirləndirilən şəxs1lə isə 4-5 ay əvvəl tanış olmuş, onunla da heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 15 fevral 2021-ci il tarixdə, saat 21 radələrində istifadəsində olan 070 *** ** ** saylı mobil nömrədən Nəzrinin istifadəsində olan xatırlamadığı mobil nömrəyə zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. Nəzrin onunla razılaşmış və o, tanışı Vasifin idarə etdiyi «Saipa» markalı avtomobillə Nəzrinin yaşadığı ünvana gəlib sonuncunu oradan götürmüşlər. Bundan sonra onlar, həmin avtomobillə Abşeron rayonunun Xırdalan şəhərinə getmiş, yolda Nəzrin onlara narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər tanımadığı Murad adlı şəxsi döyüb üzərində olan narkotik vasitə və ya psixotrop maddəni, pulunu, mobil telefonunu götürməyi təklif etmiş, o, və Vasif Nəzrinlə razılaşmışlar. Bundan sonra o, Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yaşayış massivində yaşayan əvvəllər tanıdığı Suat adlı şəxsə zəng vuraraq, sonuncudan evdən çıxmasını xahiş etmişdir. Onlar Suadın yaşadığı evin qarşısına getmiş, Suat evdən çıxıb avtomobilin qabaq sərnişin oturacağına əyləşmişdir. O, avtomobildə Suat adlı şəxsə Nəzrinin onlara dediklərini təklif etmiş və Suat da onlarla razılaşaraq, avtomobilin salonunda olan saxlanc yerindən vintaçanı götürmüşdür. Bundan sonra Suat evində qonağı olan, onun əvvəllər tanımadığı Fərid adlı şəxsə zəng vuraraq ona evdən çıxmasını bildirmiş, sonuncu da evdən çıxaraq gəlib avtomobilə oturmuşdur. Suat Fəridə də Nəzrinin təklifini bildirmiş, Fərid də onlarla razılaşdıqdan sonra, Nəzrin Muradın istifadəsində olan «WhatsApp» nömrəsinə yazaraq sonuncudan 1,5 qram psixotrop maddə olan metamfetamin almaq istədiyini bildirmişdir. Bundan sonra onlar 16 fevral 2021-ci il tarixdə, saat təxminən 02:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsinə gəlmiş və orada yerləşən bankomatın yaxınlığında iki nəfər əvvəllər tanımadığı şəxslərin dayanmalarını görmüşdür. Vasif orada avtomobili saxladıqdan sonra Suatla Fərid avtomobildən düşmüş, Nəzrin Muradı öz yanına çağırmış, Murad avtomobilə yaxınlaşaraq avtomobilin arxa oturacağına oturmuşdur. Bundan sonra Suat, Muradın yanında olan digər şəxsin böyrək nahiyəsinə vintaçanı tutub avtomobilə otuzdurmuşdur. Bundan sonra Suat Nəzrinlə qabaq oturacaqda oturmuş, Muradla sonradan adını bildiyi Tural adlı şəxs avtomobilin arxa oturacağında ortada, onların sol tərəfində o, sağ tərəflərində isə Fərid oturmuşdur. Suat Muradın üzərində olan narkotiki, pulu və telefonunu onlara verməsi üçün əlində olan vintaçanla bir neçə dəfə Muradın sinə nahiyəsinə vurmuşdur. O, və X8 ciblərini axtarmış, Turaln cibindən yarım doza psixotrop maddə metamfetamin və bir ədəd «Nokia» markalı telefon, Turalın cibindən isə 5 manat məbəlğində pul və bir ədəd «İphone-7» markalı mobil telefon çıxmışdır. «Nokia» markalı telefonu Fərid, «İphone-7» markalı mobil telefonu isə o, avtomobilin salonunda yerləşən saxlanc yerinə qoyması üçün Nəzrinə ötürmüşlər. Daha sonra onlar X6 rayonu, Xırdalan şəhərində yerləşən 28-ci məhəlləyə aparmış, Suatla Nəzrin avtomobildə qalmış, o, Murad, Tural, Fərid və Vasif avtomobildən düşmüşlər. Murad maşından düşən kimi qaçmış, Tural isə qaça bilməmiş və həmin yerdə o, Fərid və Vasif Turala yumruq və təpik zərbələri endirmişlər. Elə həmin gün, yəni 16 fevral 2021-ci il tarixdə, saat 15 radələrində o, Nəzrin, Suat, Vasif və Vasifin Babək adlı dostu Gəncə şəhərinə yollanmışlar. Babək adlı şəxsin bu işdən heç bir xəbəri olmamışdır. Təqsirləndirilən şəxs Ramin Novruzov tədqiq olunan 20 fevral 2021-ci il tarixli ifadəsinin davamında göstərmişdir ki, həmin cinayəti törətməsini onlara Təqsirləndirilən şəxs4 təklif etmiş, o, Murad adlı şəxsi əvvəllər tanımamış, Muradın üzərindən götürülən metamfetaminin dəqiq miqdarını bilməmişdir. Onlar Fəridi evə düşürdükdən sonra Muradın üzərindən götürülən həmin metamfetamini o, Nəzrin, Vasif və Suat avtomobilin salonunda Xırdalan şəhəri ərazisində istifadə etmişlər. Fərid psixotrop maddə istifadə etməmişdir. Onların heç birinin üzərində hər hansı bir silah və ya silah qismində istifadə edilə biləcək əşya olmamış, yalnız Suatın əlində vintaçan olmuşdur. Zərərçəkmiş şəxs üzərində cəmi 5 manat pul olmuşdur. Murad adlı şəxsin «Nokia» markalı mobil telefonunu Bakı şəhərində, «İnşaatçılar» metrostansiyasının yaxınlığında telefon dükanına 100 manata satmışlar. Turalın üzərindən çıxan «İphone-7» markalı mobil telefonu isə Suat Gəncə şəhərində tanımadığı şəxəsə 250 manata satmışdır. Həmin pulları onlar öz şəxsi ehtiyaclarına xərcləmişlər(iş vərəqə: cild İ, səh. 169-171). Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat mərhələsində verdiyi 03 dekabr 2021ci il tarixli ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməmiş və məhkəmə baxışı zamanı verdiyi sərbəst ifadəsinə uyğun ifadə vermiş, həmçinin ifadəsində göstərmişdir ki, Suat Muradın pul əvəzi təqdim etdiyi maddəni sonuncunun əlindən alaraq çölə tulladıqdan sonra Muradla Suat arasında mübahisə başlamış və həmin vaxt onlar bir-birlərinə qısa müddət ərzində əl-qol atmışlar. Mübahisə zamanı Murad avtomobildə stəkan qoymaq üçün nəzərdə tutulmuş yerdən vintaçanı (burada: otvertka) götürüb Suatın üstünə tərəf tutmuş və bu zaman Suat həmin vintaçanı Muradın əlindən alıb sonuncunun sifətinə şillə vurmuş və öz iradını bildirmişdir. Bundan sonra maşında olan kimsə, xatırlamadığı şəxs həmin vintaçanı ön tərəfdə ayaqaltına atmışdır. Təqsirləndirilən şəxs Ramin Novruzov tədqiq olunan 03 dekabr 2021-ci il tarixli ifadəsinin davamında göstərmişdir ki, Muraddan borcunu nə vaxt qaytaracağını soruşduqda Murad özünə məxsus «Nokia» markalı və Turala məxsus «İphone 7» markalı mobil telefonları sıfırlayaraq ona vermiş, borcunu növbəti gün saat 11-12-yə qədər qaytaracağını demiş, əks halda telefonları istəməyəcini bildirmişdir. Həmin vaxt Murad mobil telefonlarda olan GSM nömrələri üzərindən çıxarmış, əlaqə üçün başqa nömrə vermişdir. Bundan sonra onlar avtomobilin sağ tərəfindən düşərək getmişlər. Növbəti gün saat 11-12 aralığında o, Muradın verdiyi mobil nömrəyə zəng etsə də, həmin nömrəyə cavab verən olmamışdır. Həmin gün saat 15 radələrində o, Nəzrin, Suat, Vasif və Vasifin tanışı olan Babək adlı şəxs birlikdə Gəncəyə getmiş, Babək oradan Ağstafa şəhərinə getmişdir. Gəncədə olarkən isə o, «İphone 7» markalı mobil telefonu tanımadığı bir şəxsə 250 manata satmışdır. Təqsirləndirilən şəxs2 tədqiq olunan 03 dekabr 2021-ci il tarixli ifadəsində təqsirsiz olduğunu, etirafedici ifadəsini ona qarşı edilən işgəncələr qarpşılığında verdiyini, Zərərçəkmiş şəxs üzərindən telefondan başqa heç bir əşya götürülmədiyini, mobil telefonu sonuncunun özünün könüllü verdiyini, Muradın Nəzrinə 50 manat borcu olduğunu, 50 manat borca görə 2 ədəd mobil telefon verilməsi təklifini Muradın özünün etdiyini bildirmiş, Həverdiyi ifadəsini oxumadığını göstərmişdir (iş vərəqə: cild İV, səh. 256-259). Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 ona qarşı Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs2 tutulmazdan iki il əvvəl tanımış, onunla sevgili olmuşlar. Murad adlı şəxsin isə sevgilisi olan qızla tanış olmuş və o, həmin qıza borca 150 manat pul vermişdir. Hadisə günü isə evdə olarkən Murad ona zəng etmiş, qızın borcunu verəcəyini deyib görüşmək təklif etmişdir. Həmin ərəfədə elə Ramil də ona zəng etmiş və görüşmək istədiyini bildirmişdir. O, Ramilə pul götürməyə gedəcəyini dedikdə, Ramil yaxında olduğunu demiş və birlikdə getməyi təklif etmişdir. Razılaşdıqdan sonra Ramil Vasiflə birlikdə “Saypa” markalı maşınla gəlmiş və birlikdə Muradla görüşməyə getmişlər. Avtomaşını Vasif idarə etmişdir. Yolboyu əlaqə saxladıqda Murad onlara bir neçə dəfə dəyişik yerlər desə də, nəhayət, Nəsimi rayonu ərazisində yerləşən “Kontakt-Home” mağazasının yanında görüşməyə razılaşmışlar. Təqsirləndirilən şəxs4 ifadəsinin davamında göstərdi ki, onlar maşında olarkən X9 gəzməyə getməyi təklif etmiş, lakin getməyə kifayət qədər pul olmamışdır. Ramil Təqsirləndirilən şəxs1 zəng etmiş və Suata kiminsə Türkiyədən bank vasitəsi ilə pul göndərməli olduğunu öyrənmişdir. Suatı da onlar maşına götürmüşlər. Saat 9-dan sonra bankların çoxu bağlanmış, lakin onlar gəzib 24 saat işləyən açıq bank tapmışlar. Amma Suatın vəsiqəsi olmadığı üçün o, pulu götürə bilməmiş, onlarda isə vəsiqə olmamışdır. Suatgil gedib digər təqsirləndirilən şəxs Fəridi götürmüş və Fəridin şəxsiyyət vəsiqəsi ilə pulu götürmüşlər. Fəridi o, tanımamış, Fəridin Suatın qohumu olduğunu təqribi bilmişdir. Pulu götürdükdən sonra isə onlar Muradın yanına getmişlər. O, əvvəllər Muradı görmədiyimdən onu tanımamış, lakin sonuncu onu tanımışdır. Onlar gecə saat 3-4 radələrində “Kontakt-Home” mağazasının qarşısına çatanda yolun kənarında olan dayanacağın qarşısında bir nəfər oğlanın dayandığını görüb maşının pəncərəsini endirmiş və qısa danışıqla həmin oğlanın Murad olduğunu öyrənmişdir. O, maşından düşərək ondan borcunu istəmiş, Murad isə 5 dəqiqə söhbət etməyi təklif etmişdir. O, razılaşmamış, Murada tələsdiyini demiş, pulunu istəmişdir. Lakin Murad 5 dəqiqə söhbət etməkdə israrlı olduğundan o, Muradı maşında dəvət etmiş, Murad öz xoşluğu ilə gəlib maşına oturmuşdur. Murad maşına oturan vaxt Suadla Fərid siqaret almağa getmiş, maşında o, Ramil, Vasif və Murad olmuşlar. O, Muraddan borcunu tələb etdikdə Suatgil qayıdıb gəlmiş, onlar da maşına oturmuşlar. O, zərər çəkmiş şəxs kimi tanınmış Tural adlı şəxsi də ümumiyyətlə tanımamış, onunla bağlı hər hansı məlumatı olmamışdır. Murad səsləyib Turalı çağırmış, Tural həmin vaxt bir az aralıda post-terminalda qaza pul vurmuşdur. Tural da gəlib maşına oturmuşdur. Muradın Turalı nə üçün maşına çağırmasının səbəbini o, bilməmişdir. O, pulu tələb etdikdə Murad çıxarıb narkotik vermişdir. O, narkotikin ona lazım olmadığını, istifadə etmədiyini dedikdə, Murad satıb pulunu götürməyi təklif etmişdir. Həmin vaxt Suat əsəbiləşmiş və narkotiki Muradın əlindən alaraq pəncərədən bayıra atmışdır. Həmin vaxt o, qabaqda sərnişin yerində sağda, Suat da qabaq oturacaqda sürücü ilə onun arasında oturmuşdur. Arxada isə Fərid, Türal, Ramil və Murad oturmuşlar. Murad həmin vaxt əsəbiləşib əlini maşının stəkan qoyulan yerində olan vintaçana atmış, lakin Suat onu qabaqlayıb Muradın üzündən yumruq vurmuşdur. Həmin vaxt vintaçan onun ayağının altına düşmüş, vintaçanı təkrarən kiminsə götürməməsi üçün ayağını vintaçanın üstünə qoymuşdur. Həmin vaxt Suat vintaçandan istifadə etməmişdir. Murad onlara narkotik təklif edən vaxt ətrafda post-patrul maşını gədiyindən uşaqlar Muradgilin onları tutdurmaq istədiyini başa düşmüş və ona görə də aralarında münaqişə baş vermişdir. Tək onların uşaqları Muradgili vurmamış, Muradgil də onların uşaqlarını vurmuşdur. Sonra sakitlik yaradılmış və təkrar pul söhbəti açıldıqda, Murad Turalın “İphone 7” markalı və özünün isə “Nokia” markalı, sensor ekranlı telefonunu onlara vermişdir. “İphone 7” markalı telfonda İcloud funksiyası olduğundan və buna görə həmin telefonu sahibindən başqa qeyrisinin aça bilməyəcəyini nəzərə alıb, Muradgil özləri telefonun İclodunu açmış, uşaqlar ona iynə tapıb vermiş, Muradgil telefonda olan nömrələri də çıxarmış, telefonun ikisini də sıfırlayıb telefonları maşında olan stəkan yerinə qoymuşdur. Telefonlar şəxsən ona verilməmişdir. Lakin telefonları oradan kimin götürdüyü onun yadında qalmamışdır. Murad növbəti gün saat 12-yədək onun 150 manat pulunu verəcəyinə söz vermiş, əks təqdirdə telefonları satmalarına razılıq vermişdir. Bütün bunlar Bakı şəhərində Nəsimi rayonu ərazisində baş vermişdir. Artıq hadisədən sonra uşaqlar barışmış və onların əksəriyyəti Xırdalanda yaşadıqlarından onlar açıq çay evi tapacaqları təqdirdə oturaq çay içmək məqsədilə Xırdalana getmişlər. Lakin Xırdalanda açıq yer tapa bilməmişlər. Orada Muradgil onları lazım olan yerə aparıb düşürməyi xahiş etsə də, Vasif vaxtının olmadığını demiş, düşüb özlərinin getmələrini məsləhət görmüşdür. Muradgil düşüb gedəndən sonra onlar Fəridi aparıb evə qoymuşlar. Fərid onlarla Gəncəyə getməmişdir. Səhər saat 12 olmuş və Ramilgil onu aparıb evə düşürtmüş, o, paltarlarımı dəyişmişdir. Bundan sonra Ramilgil gəlib Gəncəyə getmələri üçün onu yenidən götürmüşlər. Gəncəyə o, Suat, Ramil, Vasif və sonuncunun Babək adlı dostu getmişlər. Onlar saat 3-ə, yəni 15-ədək Murada zəng etmiş, lakin Muradgil telefona cavab verməmişlər. Uşaqlardan kimsə telefonlardan birini Bakıda, digərini isə Gəncədə satmışlar. Lakin hansı telefonun Bakıda, hansının isə Gəncədə satıldığını o, bilməmiş, amma ikisinin birlikdə 270 manata satıldığını eşitmişdir. Belə ki, o, telefonların satılmasında iştirak etməmişdir. Telefonlardan əldə olunan pulları benzinə və şəxsi ehtiyaclarına xərcləmişlər. Gəncədə isə polislər gəlib onları tutmuş, onlardan şikayət olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs4 ifadəsinin davamında daha sonra göstərdi ki, onlar heç kimə qarşı quldurluq hadisəsi törətməmiş, heç kimin əmlakını quldurluq yolu ilə ələ keçirməmişlər. O, uşaqların, o cümlədən Ramilin Turalın və ya Muradın ciblərini axtarmalarını, pul götürmələrini görməmişdir. Turalın ifadələrinə görə hadisə günü onun üzərindən 100 manat pul götürülmüşdür. Lakin o, Turaldan 100 manat pul götürüldüyünü görməmişdir. Fəridin ümumiyyətlə hadisə ilə heç bir əlaqəsi olmamış, heç kimə əl qaldırmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə dindlirilmiş Təqsirləndirilən şəxs4 ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs4 ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs4 məhkəmə baxışı zamanı tədqiq olunan 06 dekabr 2021-ci il tarixli ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 15 fevral 2021-ci il tarixdə saat 21 radələrində Ramil onun istifadəsində olan 050 *** ** ** mobil nömrəsinə öz istifadəsində olan xatırlamadığı mobil nömrədən zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. O, Ramillə razılaşmış və Ramil əvvəllər tanıdığı Vasif adlı şəxsin idarə etdiyi «Saipa» markalı avtomobillə onun yaşadığı ünvana, yəni Bakı şəhərinin Nərimanov rayonuna gəlmiş və o da həmin avtomobilə əyləşmişdir. Bundan sonra onlar, həmin avtomobillə Abşeron rayonunun Xırdalan şəhərinə getmişlər. Ramil gəlməmişdən əvvəl o, Murad adlı tanışı ilə görüşmək və Muradın ona olan 150 manat borcu almaq üçün Muradla görüşməli olmuşdur. Ramil gəldikdən sonra isə Vasifin idarə etdiyi avtomobilə Xırdalan şəhərində əvvəlcə Suat, daha sonra isə Fərid adlı şəxslər maşina minmişlər. Daha sonra onlar birlikdə onun Murad adlı şəxslə görüşməyi üçün Bakı şəhər ərazisində müxtəlif ünvanlara getmişlər. Belə ki, Muradla danışdıqda sonuncu hər dəfə müxtəlif ünvanlar demişdir. Lakin sonda Murad Nəsimi rayonu ərazisində yerləşən «Kontakt Home» adlı mağazanın yanına gəlməyi demiş, Vasif də avtomobili həmin yerə sürmüşdür. 16 fevral 2021-ci il tarixdə, saat təxminən 01 və ya 02 radələrində onlar Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsinə gəlmiş və maşını «Kontakt Home» adlı mağazanın yanına çatmamış sürücü saxlamışdır. Suat və Fərid siqaret almaları üçün avtomobildən düşmüşlər. Vasif isə avtomobili bir qədər irəliyə sürmüş və avtomobili Murad adlı şəxsdən bir qədər aralıda saxlamışdır. O, Muradın avtomobilə yaxın gəlmədiyini görüb avtomobildən düşmüş və sonuncuya yaxınlaşıb pulunu verməsini istəmişdir. Murad isə onunla söhbət etmək istədiyini bildirmiş, sonra Vasifin avtomobilinə arxa oturacağa, Ramilin yanında oturmuş, o özü də həmin avtomobilin qarşıdakı oturacağına sərnişin yerinə oturmuşdur. Avtomobildə Muraddan ona olan borcunu istədikdə, Murad cibindən bir bükümdə psixotrop maddə olan metamfetamin çıxarıb Ramilə uzatmış və pulun əvəzində bunu götürməyi təklif etmişdir. Həmin vaxt yol ilə post-patrul avtomobili keçdiyindən Ramil əsəbiləşərək Muradın verdiyi bükümü alıb çölə tullamış və Murada iradını bildirib onunla əlbəyaxa olmaqla mübahisə etməyə başlamışlar. Həmin vaxt Fərid və Suat onların avtomobilindən bir qədər aralıda olan bankomatın yanında dayanmış tanımadığı, adının Tural olduğunu sonradan bildiyi bir oğlanı tutub maşina gətirmişlər. Həmin an Suatın əlində vintaçan olmuşdur. Suat və Fərid Tural adlı şəxsi avtomobilə zorla otuzdurmuşlar. Bundan sonra Vasif avtomobili idarə etmiş, Ramil, Suat, Fərid isə arxa oturacaqda Turalla Muradı döymüş və onların ciblərində nə var idisə çıxarıb Vasifə vermişlər. Həmin vaxt o, Ramilgilin Vasifə bir ədəd «Nokia» markalı və bir ədəd «İphone 7» markalı mobil telefonları, həmçinin 5 manat pul vermələrini görmüşdür. Yolda olarkən o, Ramil, Suat və Fəridə Muradın yanındakı şəxsi tanımadığını, etdikləri hərəkətləri dayandırmalarını desə də, ona qulaq asan olmamışdır. Vasif avtomobili sürüb birlikdə Xırdalan şəhərində dağlıq yerə gəlmişlər və orada Suat onunla avtomobildə qalmış, qalanları isə avtomobildən düşüb aralanmışlar. Bir neçə dəqiqə sonra Suat, Fərid və Ramil qayıdıb avtomobilə gəlmiş və bundan sonra Vasif avtomobili Xırdalan şəhərinə sürmüşdür. Xırdalan şəhərində o, evdə düşmüşdür. 16 fevral 2021-ci il tarixdə saat 12 radələrində isə Vasif, Ramil, Suat və Babək adlı şəxs onun dalınca gəlmiş və onlar birlikdə Gəncə şəhərinə getmişlər. Mobil telefonları isə Ramilgili artıq Bakı şəhərində satmışlar. O, tutulanadək psixotrop maddə istifadə etmişdir (iş vərəqə: cild V, səh. 51-53). Lakin Təqsirləndirilən şəxs4 məhkəmə baxışı zamanı tədqiq olunan 20 fevral 2021ci il tarixli ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs4 tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron-2»-də yaşayan Təqsirləndirilən şəxs2 iki il əvvəl tanımış, o, sonuncunun sevgilisi olmuşdur. 15 fevral 2021-ci il tarixdə, saat 21 radələrində Ramil onun istifadəsində olan 050 *** ** ** mobil nömrəsinə özünün istifadəsində olan xatırlamadığı mobil nömrədən zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. O, Ramillə razılaşmış və Ramil onun yaşadığı ünvana əvvəllər tanıdığı Vasif adlı şəxsin idarə etdiyi «Saipa» markalı avtomobillə gəlmiş və o da həmin avtomobilə əyləşmişdir. Bundan sonra onlar, həmin avtomobillə Abşeron rayonunu4n Xırdalan şəhərinə getmiş, yolda Ramil onlara, narkotik vasitələrin satışı ilə məşğul olan ümumi tanışları Murad adlı şəxsi döyüb üzərində olan narkotik vasitə və ya psixotrop maddəni, pulunu, mobil telefonunu götərməyi təklif etmişdir. O, ilk öncə razı olmasa da, sonradan razılıq vermişdir. Bundan sonra Ramil onun əvvəllər tanımadığı Suat adlı şəxsə zəng vuraraq sonuncudan evdən çıxmasını xahiş etmiş və maşınla Suadın yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yaşayış massivinə onun yaşadığı evin qarşısına getmişlər. Suat evdən çıxıb avtomobilin qabaq sərnişin oturacağında oturmuşdur. Ramil avtomobildə onlara təklif etdiyni Suat adlı şəxsə də təklif etmişdir. Suat da onlarla razılaşmış, avtomobilin salonunda olan saxlanc yerindən vintaçanı götürmüşdür. Bundan sonra Suat Fəridə zəng vurmuş, ona evdən çıxmasını demiş, Fərid də evdən çıxıb avtomobilə əyləşmişdir. Suat Fəridə də Ramilin təklifini bildirmiş, Fərid də onlarla razılaşmışdır. Bundan sonra Ramil onun telefonu ilə, Muradın istifadəsində olan xatırlmadığı «WhatsApp» nömrəsinə yazaraq sonuncudan 1,5 qram psixotrop maddə olan metamfetamin almaq istədiyini bildirmiş, Murad da «WhatsApp»-da onunla (Təqsirləndirilən şəxs4) yazışdığını başa düşmüşdür. Bundan sonra onlar, 16 fevral 2021-ci il tarixdə, saat təxminən 02:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsinə getmiş və orada yerləşən bankomatın yaxınlığında Muradı və sonuncunun yanında daha bir nəfər əvvəllər tanımadığı şəxsi görmüşdür. Avtomobil orada dayandıqdan sonra Suatla Fərid avtomobildən düşmüş, o, isə Muradı öz yanına çağırmışdır. Murad avtomobilə yaxınlaşdıqdan sonra avtomobilin arxa oturacağına oturmuşdur. Bundan sonra Suat Muradın yanında olan digər şəxsin böyrək nahiyəsinə vintaçanı tutub avtomobilə otuzdurmuşdur. Bundan sonra Suat onunla qabaq oturacaqda oturmuş, Muradla sonradan adını bildiyi Tural adlı şəxslər avtomobilin arxa oturacağında ortada, onların sol tərəfində Ramil, sağ tərəfdə isə Fərid oturmuşdur. Suat əlində olan vintaçanla bir neçə dəfə Muradın sinə nahiyəsinə vurmuş, ondan üzərində olan narkotiki, pulu və telefonunu verməsini istəmişdir. Ramillə Fərid isə Turalla Muradın ciblərini axtarmışlar. Turalın cibindən yarım doza psixotrop maddə metamfetamin və bir ədəd «Nokia» markalı, Muradın cibindən isə 5 manat məbləğində pul və bir ədəd «İphone-7» markalı mobil telefonlar çıxmışdır. «Nokia» markalı telefonu Fərid, «İphone-7» markalı mobil telefonu isə Ramil avtomobilin salonunda yerləşən saxlanc yerinə qoyması üçün ona ötürmüşlər. Bundan sonra X6 rayonu, Xırdalan şəhərində yerləşən 3 saylı məktəbin yaxınlığına aparmış, o, və Suat avtomobildə qalmışlar, avtomobildə olan digər şəxslər isə avtomobildən düşmüşlər. Təxminən 5 dəqiqə sonra Ramil, Fərid və Vasif gəlib avtomobilə oturmuş, sonra isə Fəridi yaşadığı evin qarşısına aparıb orada düşürtmüşlər. Elə həmin gün o, Vasif, Ramil və Suat, Vasifin idarə etdiyi «Saipa» markalı avtomobillə Gəncə şəhərinə getmişlər. Təqsirləndirilən şəxs4 tədqiq olunan həmin ifadəsində, həmçinin göstərmişdir ki, o, Murad adlı şəxsi tanımış, əvvəllər Muraddan bir neçə dəfə narkotik vasitə almışdır. Həmin cinayəti törətməsini onlara Təqsirləndirilən şəxs2 təklif etmişdir. Muradın üzərindən götürülən metamfetamin 1,5 qram olmuş, həmin metamfetamini o, Ramil, Vasif və Suat avtomobilin salonunda Xırdalan şəhəri ərazisində istifadə etmişlər. Onlar metamfetamindən istifadə edərkən Fəridi artıq evdə olmuş, sonuncu onlarla psixotrop maddə istifadə etməmişdir. Hadisə vaxtı yalnız Suadın əlində vintaçan olmuşdur. Turalın üzərində 105 manat məbləğində pul olmasını o, bilməmiş, lakin Ramilgil ona Turalın üzərində cəmi 5 manat olduğunu bildirmişlər. Əldə etdikləri mobil telefonları, Ramil öz şəxsiyyət vəsiqəsi ilə tanımadıqları şəxslərə, hər ikisini cəmi 270 manata satmış və öz şəxsi ehtiyaclarına xərcləmişlər. Ən nəhayət, Təqsirləndirilən şəxs4 tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, hadisə ərəfəsində o, Vasifin idarə etdiyi maşında istər Bakıda və istərsə də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qabaq oturacaqda həmişə Suatla oturmuşdur. Ramil qabaqda onunla oturmamış, Suad arxada Vasif və Fəridlə birlikdə Muradla Turalı döyməmişlər. O, bu barədə ifadəsinin əvvəlində düzgün göstərməmişdir. Muradla Turalı maşında Ramil, Vasif və Fərid döymüşlər (iş vərəqə: cild İ, səh. 158-160). Daha sonra məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona qarşı Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 03 fevral 2021-ci il tarixdə Naxçıvan MR-dan Bakı şəhərinə işləmək üçün gəlmişdir. Qalmağa yeri və yaşamağa pulu olmadığından o, Bakı şəhərində tanıdığı şəxs Suat olduğundan o, Xırdalanda Suatgildə qalmışdır. 15 fevral 2021-ci il tarixdə Suat ona adına Türkiyədən pul göndəriləcəyini demiş, lakin, şəxsiyyət vəsiqəsi olmadığından pulun onun adına göndərilməsi üçün onun (Təqsirləndirilən şəxs3) şəxsiyyət vəsiqəsini istəmişdir. O, Suata heç bir etiraz etməmiş və şəxsiyyət vəsiqəsini sonuncuya vermişdir. 15 fevral 2021-ci il tarixdə, saat 22 radələrində o, evdə olan zaman Suat onu həyətə çağırmış və tanışları Təqsirləndirilən şəxs4, Şahid2 və Təqsirləndirilən şəxs2la birlikdə Vasifin idarə etdiyi «Saipa» markalı avtomobillə Bakı şəhərinə gedəcəklərini deyib, onlarla birlikdə getməyi və Bakı şəhərində adına göndərilməli olan həmin pulu çıxarmağı ona da təklif etmişdir. Onlar Bakı şəhərində yerləşən Azneft dairəsinin yaxınlığındakı banka getmiş, lakin həmin bank bağlı olmuşdur. Bu səbəbdən də həmin gecə pulu çıxara bilməmişlər. Onlar avtomobildə olarkən Gəncə şəhərinə gəzməyə getməyi də planlaşdırmış, lakin o, getmək istəməmişdir. Avtomobildə olarkən Nəzrin Murad adlı tanışının olduğunu və Muradın ona borcu olduğunu demiş və gedib həmin pulu götürməyi təklif etmişdir. Lakin o, Muradın kimliyini, Nəzrinə nə qədər borcu olduğunu bilməmiş, Nəzrin özü bu barədə heç nə deməmişdir. Nəzrin avtomobildə olarkən Muradla «WhatsApp» vasitəsilə danışmış və Murad ona Nəsimi rayonu ərazisində yerləşən «Kontakt Home» adlı mağazanın yanına gəlməyi demişdir. Ona görə də Vasif avtomobili həmin yerə sürmüşdür. Onlar həmin yerdə dayanıb bir qədər gözlədikdən sonra onların yanına Murad və Tural adlı şəxslə gəlmiş və avtomobilə əyləşmişlər. Həmin vaxt o nə Turalı və nə də Fəridi tanımış, onlarla heç bir münasibəti olmamışdır. Həmin vaxt Ramil avtomobildən düşərək onlara yol vermiş və Ramil keçib sürücünün arxa tərəfində oturmuşdur. Ramilin yanında Murad, ən sağda o, onun solunda isə Tural oturmuşdur, yəni Muradla Tural onun və Ramilin arasında, ortada otiurmuşlar. Nəzrin isə qabaq oturacaqda oturmuşdur. Suat isə avtomobilin ön oturacağının arxasında olan çıxıntıda onunla üzbəüz oturmuşdur. Ümumi danışıqlardan sonra gedib haradasa bir yerdə oturaraq söhbət etməyi və borc məsələsini aydınlaşdırmağı planlaşdırmışlar. Onlar Xırdalan şəhərində açıq kafe tapa biləcəklərini düşünmüş və bu səbəbdən də Xırdalan şəhərinə getmək qərarına gəlmişlər. Bundan sonra Vasif avtomobili Xırdalan şəhəri istiqamətində sürmüşdür. Yolda söhbət əsnasında Murad əlini cibinə ataraq oradan bir bükümdə nəsə çıxarmış və Nəzrinə tərəf uzadaraq «Patı» deyilən psixotrop maddə olduğunu demiş, borclu olduğu pulu verə bilmədiyini, əvəzində isə həmin maddəni verdiyini bildirmişdir. Suat həmin maddəni göüb dərhal Muradın əlindən alaraq tullaması üçün Vasifə vermiş, Vasif də öz növbəsində onu tullamışdır. Suat bu hərəkətinə görə Muradla mübahisə etməyə başlamış, qısa müddət ərzində bir-birlərinə əl-qol atmışlar. Suat Muradla mübahisə edərkən Tural avtomobildə stəkan qoymaq üçün nəzərdə tutulmuş yerdən vintaçanı götürüb Suatın üstünə tərəf tutmuşdur. Həmin vaxt Suat həmin vintaçanı Turalın əlindən alıb sonuncunun sifətinə bir sillə vurmuş və ona öz iradını bildirmişdir. Bundan sonra Suat vintaçanı ön tərəfdə ayaqaltına atmışdır. Onlar aranı sakitləşdirmək üçün Murad və Turalla mehriban söhbət etmiş, Nəzrinə pul verməyəcəyi təqdirdə, Muraddan onları çağırmasının səbəbini soruşmuşlar. Murad isə söyüş söydüyü üçün belə etdiyini bildirmişdir. Onlar Xırdalan şəhərində avtomobili saxlayıb orada Muraddan borcu nə vaxt qaytaracağını soruşmuş, həmin vaxt Murad özünə məxsus «Nokia» markalı və yanındakı Turala məxsus «İphone 7» markalı mobil telefonları sıfırlayaraq Ramilə vermiş, borcunu növbəti gün saat 11-12-yə qədər qaytaracağına söz vermiş, əks halda telefonları istəməyəcini bildirmişdir. Həmin zaman onlar mobil telefonda olan GSM nömrələri çıxarmış və avtomobilin sol, yəni sürücü tərəfindən düşərək çıxıb getmişlər. İstər əvvəlcə və istərsə də həmin vaxt Muradla Turalı heç kəs döyməmiş, onlardan heç nə tələb etməmiş və ya onlardan pul almamışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ifadəsinin davamında göstərdi ki, Muradla Tural getdikdən sonra onlar səhərə qədər şəhər ərazisində gəzmiş, səhər saat 09 radələrində xatırlamadığı bankdan Suada göndərilən pulu çıxartmışlar. Bundan sonra o, evə getmiş və həmin andan sonrakı proseslərdən onun xəbəri olmamış, telefonların aqibətini bilməmişdir. Tutulana qədər istifadəsində olan mobil nömrə açıq olmaqla üzərində olmuş, qeyd olunan hadisə ilə bağlı axtarışda olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə dindlirilmiş Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi 04 iyun 2021-ci il və 03 dekabr 2021-ci il tarixli ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 sonuncu - 03 dekabr 2021-ci il tarixli ifadəsi məhkəmə baxışı zamanı verdiyi qeyri-etirafedici ifadəsinə uyğun olsa da, onun axtarış nəticəsində tutularkən ilk dəfə verdiyi 04 iyun 2021ci il tarixli ifadəsi digər təqsirləndirilən şəxslərin və zərər çəkmiş şəxsin ifadələrinə, həmçinin işin hallarına daha uyğun olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı tədqiq olunan 04 iyun 2021ci il tarixli ifadəsində Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, 08 fevral 2021-ci il tarixdə bərbər işləmək məqsədi ilə Naxçıvan şəhərindən Bakı şəhərinə gəlmişdir. Suat adlı şəxsi o, Naxçıvan şəhərindən tanımış, onunla normal münasibəti olmuşdur. Bakı şəhərinə gəldiyi zaman, onun Bakıda Suatdan başqa yaxın tanışı olmadığından o, Suatla əlaqə saxlamışdır. Suat ona ilkin olarag ona köməklik edəcəyini demiş və ona iş tapacağını bildirmişdir. Bu səbəbdən o, Suatın anası ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Quşçuluq» yaşayış massivində yerləşən evində yaşamağa başlamışdır. 15 fevral 2021-ci il tarixdə o, evdə olduğu zaman, Suat evdə olmamış, həmin gün təxminən saat 20 radələrində Suat evə gəlmiş və ona bildirmişdir ki, Türkiyədən pul köçürməlidirlər, lakin, şəxsiyyət vəsiqəsini itirdiyinə görə həmin pulu ala bilmir. Suat ondan onun şəxsiyyət vəsiqəsini istəmiş və Türkiyədən onun adına pul köçürüləcəyini demişdir. O, buna etiraz etməmiş, Suat onun vəsiqəsinin şəkilini çəkib harasa çıxıb getmişdir. Təxminən bir saat sonra Suat evə qayıtmış və onun şəxsiyyət vəsiqəsini ondan alaraq, onunla birlikdə Bakı şəhərinə getməyi təklif etmişdir. O, Suatla razılaşmış və aşağı düşdükdə həyətdə «Saipa» markalı avtomobilin durduğunu görmüşdür. Avtomobili idarə edən şəxs əvvəllər tanımadığı, lakin sonradan adının Vasif olduğunu öyrəndiyi şəxs olmuş, avtomobildə sürücüdən başqa yenə də əvvəllər tanımadığı Ramil və Naza adlı şəxslər də olmuşdur. Ramil avtomobilin arxa oturacağında, Naza isə qabaq oturacaqda oturmuşdur. Bundan sonra o, və Suat avtomobilin arxa oturacağında oturub Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərində 24 saat işləyən bank tapmışlar və o, Suat üçün onun adına göndərilən pulu bankdan alıb Suata vermişdir. Bundan sonra onlar Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsinə getmiş, orada «Naza» adlı qız Suatgilə dediyi iki nəfər şəxsin gəldiyini demiş, həmin şəxsləri götürmək lazım olduğunu bildirmişdir. Həmin vaxt avtomobilə yaxınlaşan əvvəllər tanımadığı iki nəfər şəxsin avtomobilə otura bilmələri üçün Suat ona avtomobildən düşməyi təklif etmişdir. O, avtomobildən düşmüş, avtomobilə yaxınlaşan iki nəfər şəxs avtomobilə əyləşmişlər və o, avtomobildə həmin şəxslərin Tural və Murad adlı şəxslər olduğunu öyrənib bilmişdir. Suat Naza ilə qabaq oturacağda oturmuş, Muradla Tural adlı şəxslər avtomobilin arxa oturacağında ortada, onların sol tərəfində Ramil, sağ tərəfdə isə o, özü oturmuşdur. Həmin vaxt Suat əlində olan vintaçanla bir neçə dəfə Muradın sinə nahiyyəsinə vurmuş, ona üzərində olan narkotiki, pulu və telefonunu verməsini istəmişdir. X11 və Muradın ciblərini axtarmış, Muradın cibindən yarım doza psixotrop maddə metamfetamin və bir ədəd «Nokia» markalı, Turalın cibindən isə 5 manat məbləğində pul və bir ədəd «İphone-7» markalı mobil telefonlar çıxmışdır. «Nokia» markalı telefonu Suat, «İphone-7» markalı mobil telefonu isə Ramil avtomobilin salonunda yerləşən saxlanc yerinə qoyması üçün Naza adlı qıza ötürmüşlər. Bundan sonra Tural və Murad adlı şəxsləri Abşeron rayonunun Xırdalan şəhərində yerləşən 3 saylı məktəbin yaxınlığına aparmışlar. Suat Naza adlı qızla avtomobildə qalmış, o, Ramil və Vasif avtomobildən düşmüş, Vasif Tural adlı şəxsin arxasına təpiklə vurmuş və bundan sonra Turalla Murad oradan qaçıb getmişlər. Bundan sonra o, Suatın yaşadığı evə getmiş, Ramil, Vasif və Naza adlı qız isə harasa çıxıb getmişlər. Təqsirləndirilən şəxs3 tədqiq olunan həmin ifadəsinin yekunun göstərmişdir ki, o, Suadın və sonuncunun dostlarının cinayətkar olduqlarını bilib səhəri gün o, Suatın evini tərk etmişdir. Bundan sonra o, Bakı şəhərində Nərimanov rayonunda özünə iş tapmış və orada kirayədə yaşamağa başlamışdır. Cinayəti törətməyi Naza adlı qəz təklif etmişdir. O, heç kimə xəsarət yetirməmişdir. Tək Suatın əlində vintaçan olmuş, sonuncu həmin vintaçanı avtomobilin salonunda olan saxlanc yerindən götürmüşdür. O, Ramilin Zərərçəkmiş şəxs cibindən pul götürməyini görmüş, lakin miqdarını bilməmişdir (iş vərəqə: cild İ, səh. 58-60). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs3 göstərdi ki, o, Abşeron RPİ-də verdiyi etirafedici ifadəsini təzyiqlər altında vermiş, həmin ifadə onun öz sözləri ilə yazılmamışdır. Murad və ya Tural adlı şəxsləri ilk dəfə görmüş, Turalın üzərindən telefondan başqa heç bir əşya götürülməmişdir. Mobil telefonu da Tural özü könüllü olaraq vermişdir. Suat Turalı şillə ilə vurmuş, ona vintaçanla xəsarət yetirməmişdir. O, özü heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. O, heç bir yerə qaçmamış, Bakı şəhərində işləmişdir. Suadgilin hadisədən bir gün sonra Gəncədə tutulmalarını sonradan eşitmişdir. O, Gəncə şəhərinə getməmiş, heç kimə qarşı quldurluq etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 04 iyun 2021-ci il tarixli sərbəst ifadəsi yerində yoxlanılarkən sonuncu ibtidai istintaq mərhələsində ilk olaraq təsdiq etdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə də göstərmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən fotoşəkillər çəkilmiş və həmin şəkillər müvafiq protokola əlavə edilmişdir (iş vərəqə: cild İİİ, səh.252-253, 254-255). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, etibarnamə əsasında idarə etdiyi «Saipa» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Bolt» şirkəti ilə müqavilə bağlamaqla taksiçilik fəaliyyəti ilə məşqul olmuşdur. Baxılan iş üzrə Təqsirləndirilən şəxs2 hadisədən təxminən 6-7 il əvvəl tanımış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 15 fevral 2021-ci il tarixdə, saat 19 radələrində yaşadığı evdə olan zaman, Ramil onun 077 320 10 58 saylı mobil nömərəsinə hazırda xatırlamadığı nömrədən zəng vuraraq onun da tanıdığı «Naza» dedikləri qızı, yəni hazırda Təqsirləndirilən şəxs4 da götürüb, bir yerdə Gəncə şəhərinə getmək lazım olduğunu bildirmişdir baxılan iş üzrə təqsirləndirilən şəxs. O da etiraz etmədiyindən Ramil özü onun yaşadığı evin qarşısına gəlmiş və saat təxminən 21 radələrində onlar Nəzrini yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Çapayev – indiki Təbriz küçəsindən götürüb Xırdalana tərəf getməyə başlamışlar. Orada Təqsirləndirilən şəxs1 telefonla Ramini yığıb onun adına pul göndərildiyini demiş, həmin pulu götürmək lazım olduğunu bildirmişdir. Odur ki, Xırdalandan Suatı götürməyə getmiş, həmin vaxt baxılan iş üzrə Təqsirləndirilən şəxs3 da Suatın yanında olduğundan o, da maşina minib onlarla birlikdə getmişlər. Şahid qismində dindirilən Şahid2 ifadəsində arayış verib göstərdi ki, sürdüyü maşın balaca olmuş olsa da, maşina 5 nəfər rahat otura bilmişdir. Belə ki, hər iki qabaq oturacaqları bir az önə çəkdikdə, iki oturacağın arasında oturmaq üçüq yer yaranmış olur ki, hadisə vaxtı Suat məhz həmin yerdə üzü arxa istiqamətə, qabaqda Nəzrin, onun, yəni sürücünün arxasında Ramil, sonradan maşına gələn iki nəfər ortada, Fərid isə onların sağında qapı tərəfdə oturmuşlar. Şahid2 ifadəsinin davamında göstərdi ki, hələ hadisədən əvvəl Suadın adına göndərilən pulu götürmək üçün onlar “Azneft”in kruquna getmiş, saat təxminən 22 radələri oduğundan bank bağlı olmuşdur. Ondan sonra bir neçə banka getsələr də, banklar bağlı olduğundan pulu çəkə bilməmişlər. Buna görə də Suatla Fəridi düşürtmək üçün Xırdalana apararkən yolda Ramil İnqilab kimi tanınan Həsən Əliyev küçəsinə sürməyi xahiş etmiş, orada “Kontakt home” mağazasının yanında kiminləsə görüşəcəyini bildirmişdir. O, maşını “Kontakt home”nin qarşısına sürmüş, Suatla Fərid paypoint aparatında telefon kartına pul yükləmələri üçün maşından düşmüşlər. Sonra iki nəfər şəxs gəlib maşının qabaq qapısına yaxınlaşaraq Nəzrinlə danışmağa başlamış, sonra onlar maşina oturmuşlar. O, maqnitafonu qoşub asta səslə qulaq asdığından onların söhbətlərinə qulaq asmamışdır. X13 də gəlib maşina oturmuş və çayxanada oturub söhbət etmələri üçün Xırdalan istiqamətdə getməyə başlamışlar. Yolda onların birdən dalaşdıqlarını görüb maşını saxlamış və sakitlik yaratmağa çalışmışdır. Maşını içərisi qaranlıq olduğundan o, kimin kimə nə etdiyini və nə alıb-verdiyini görməmişdir. Sonra Ramin pəncərədən əlini çölə çıxarıb nəsə atmaq istədiyini görmüş və heç nə soruşmadan Raminin əlindən alıb çölə atmışdır. Həmin vaxt sonradan gələn iki şəxsdən biri, balacaboy olan şəxs, sonradan adının Tural olmasını öyrəndiyi şəxs maşından vintaçanı götürüb Suatı vurmaq istədiyini görmüşdür. Suat Turalın əlindən vintaçanı da alıb ona vermiş, o isə alıb kiminsə götürə bilməməsi üçün ayaq altına atmışdır. Turala kiminsə yuruq və ya təpik vurmasını, Suadın kiməsə sillə vurmasını o, görməmişdir. Şahid2 ifadəsinin davamında daha sonra göstərdi ki, o, iki nəfər şəxsin düşüb getmələri üçün Xırdalanda maşını saxlamış və sonuncular düşüb getmişlər. Lakin onların Ramilgillə aralarında olan pul söhbətinin sonunu bilməmiş, maşında olanda pul əvəzinə kiminsə telefon çıxarıb təqdim etməsini eşitməmiş və görməmsişdir. Turalgili aparıb Xırdalanda düşürənədək maşında pul və telefon söhbətindən o, xəbərsiz olmuşdur. Növbəti gün isə o, görüşmüş, Suat gedib bankdan pulunu götürmüş, o, Ramil, Suat və Nəzrini aparıb Gəncədə düşürüb geri qayıtmışdır. O, Gəncəyə gedərkən Ramilgildən bir gün əvvəlki məsələ barədə soruşmuş, Ramil həmin şəxslərin borcları olduğunu demiş, pul əvəzinə narkotik təklif etdiklərini və narkotiki alıb çölə atdıqdan sonra isə aralarında sözsöhbət olduğunu bildirmiş və hətta həmin vaxt iki nəfrdən birinin Suatı vurmaq istədiyini ona danışmışdır. Onun Ramildən alıb çölə atdığı kağız bükümün içində narkotik olduğunu həmin vaxt öyrənmişdir. Gəncəyə gedən gün Suatın yolda düşüb öz telefonunu telefon dükanında satdığını eşidib bilmişdir. O, Ramilgilin Gəncədə telefon satmalarını görməmiş, onları Gəncədə düşürüb Ağstafaya getmişdir. O, telefon söhbətini yalnız tutularkən polisdə bilmişdir. O, kimin kimə qarşı quldurluq etdiyini görməmişdir. O, Təqsirləndirilən şəxs3 ümumiyyətlə tanımamış, onun hadisədə hər hansı bir rolu olduğunu görməmişdir. Ən nəhayət, Şahid2 ifadəsinin yekununda göstərdi ki, o, ibtidai istintaq zamanı eyni ifadəni vermiş, lakin müstəntiq yazıb ifadəni ona imzalatmışdır. O, əvvəl cinayətin iştirakçısı kimi cəlb edilmiş, lakin sonradan təsdiq olunmadığını görüb, cinayəti bilib gizlətdiyimə görə onu məsuliyyətə cəlb etmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə dindlirilmiş Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi 19 fevral 2021-ci il və 12 noyabr 2021-ci il tarixli ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid2 tədqiq olunan 12 noyabr 2021-ci il tarixli ifadəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və digərləri ilə tanışlığı və münasibətləri, 15 fevral 2021-ci il tarixdə, saat 19-dan sonrakı görüşləri barədə məhkəmədəki ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin göstərmişdir ki, o, Ramil, Suat, Nəzrin və Fərid onun idarə etdiyi avtomobildə olarkən Nəzrin Murad adlı şəxsin ona borcu olduğunu demiş, gedib həmin pulu götürməyi təklif etmişdir. Nəzrin avtomobildə olarkən Muradla telefonla danışmış və Murad ona Nəsimi rayonu ərazisində yerləşən «Kontakt Home» adlı mağazanın yanına gəlməsini demişdir. Buna görə o, avtomobili həmin yerə sürmüş, orada dayanıb bir qədər gözlədikdən sonra yanlarına adını sonradan bildiyi Murad və Tural adlı şəxslə gəlmişlər və avtomobilə əyləşmişlər. Onlar aralarında avtomobillə Xırdalan şəhərinə gedib orada oturub rahat söhbət etmək barədə razılaşmış, ona görə də o, avtomobili Xırdalan şəhəri istiqamətində idarə etmişdir. Avtomobildə onlar nəsə söhbət etmiş, həmin vaxt Murad əlini cibinə ataraq oradan bir bükümdə «Patı» deyilən psixotrop maddəni çıxarıb Nəzrinə uzatmışdır. Suat isə bundan əsəbiləşərək Muradın verdiyi bükümü əlindən alıb pəncərədən tullamağı üçün ona vermişdir. O da öz növbəsində onu çölə tullamışdır. Onlar daha sonra Muradın bu hərəkətinə görə sözlə mübahisə etməyə başlamışlar. Tural avtomobildə stəkan qoymaq üçün nəzərdə tutulmuş yerdən vintaçanı götürüb Suatın üstünə tərəf tutmuş və bu zaman Suat həmin vintaçanı Turalın əlindən alıb sonuncunun sifətinə şillə vurmuş və öz iradını bildirmişdir. Daha sonra xatırlamadığı şəxs həmin vintaçanı ön tərəfdə ayaqaltına atmışdır. Daha sonra onlar sakit söhbət etməyə başlamışlar. Ona avtomobili Xırdalan şəhərində xatırlamadığı bir yerdə saxlamağını bildirmişlər və o da avtomobili deyilən yerdə saxlamışdır. Həmin vaxt onlar Muraddan borcu nə vaxt qaytaracağını soruşmuş, Murad isə özünə məxsus «Nokia» markalı mobil telefonunu və yanındakı Turala məxsus «İphone 7» markalı mobil telefonları sıfırlayaraq Ramilə vermiş və borcunu sabah saat 11-12-yə qədər qaytaracağını, əks halda telefonları istəməyəcini bildirmişdir. Həmin vaxt onlar mobil telefonda olan GSM nömrələri çıxarmış və bundan sonra onlar avtomobilin sağ tərəfindən düşərək çıxıb getmişlər. 16 fevral 2021ci il tarixdə, saat 15 radələrində isə o, Nəzrin, Suat, Ramil və Babək adlı dostu Gəncə şəhərinə getmiş, Babəkin hadisədən heç bir xəbəri olmamış, o, Babəki Gəncə şəhərindən Ağstafa rayonuna aparmışdır (iş vərəqə: cild İV, səh. 121-124). Lakin Şahid2 məhkəmə baxışı zamanı tədqiq olunan ilk – 19 fevral 2021-ci il tarixli ifadəsindən görünür ki, ifadə müəllifi həmin ifadəsində baş vermiş cinayət hadisəsini, həmçinin təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxslərə qarşı quldurluq cinayətinin törədilməsini, o cümlədən Təqsirləndirilən şəxs1 onun maşınında olan vintaçanı götürüb zərər çəkmiş şəxslərə «vintaçanı soxacam sizə» sözlərini dediyini, Ramilin ona bir ədəd büküm verib həmin bükümün Muradın cibindən çıxmasını dediyini, X2 maşından düşüb getmələrindən sonra Ramilin ona bir ədəd «Nokia» və bir ədəd «İphone 7» markalı mobil telefonlar göstərib həmin telefonları Muradla Turaldan aldıqlarını bildirməsini təsdiq etmişdir(iş vərəqə: cild İ, səh. 27-29). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 16 fevral 2021-ci il tarixdə, gecə saatlarında Bakı şəhərində olan zaman tanışı Vasif adlı şəxs ona zəng edib, Gəncə şəhərinə gedəcəklərini və getmək istəyirsə, birlikdə getməyi ona təklif etmişdir. O da Vasifin təklifini qəbul etmişdir. Vasif idarə etdiyi “Saipa” markalı, lakin dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə gəlib onu “Xudafərin” restoranının yanından götürmüş və onlar yola düşmüşlər. Həmin vaxt avtomobili Vasif idarə etmiş, o isə qabaqda oturmuşdur. Avtomobildə arxada isə onun tanımadığı 3 nəfər oturmuş, onlardan biri qız, ikisi isə oğlan olmuşdur. Onlar sonradan adının Nəzrin olduğunu bildiyi qızı yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinə aparmışlar və sonuncu evdə paltarını dəyişərək onlarla birlikdə Gəncə şəhərinə getmişlər. Onlar Vasiflə həmin üç nəfəri Gəncədə düşürmüş, özləri isə Vasifin əmisinin yaşadığı Ağstafa şəhərinə getmişlər. Ağstafada bir gün qaldıqdan sonra rayondan çıxan zaman polis əməkdaşları maşını saxlatmışlar və onları Ağstafa RPŞ-nə dəvət etmişlər. Şahid1 ifadəsinin davamında göstərdi ki, o, Ramili Vasifin vasitəsi ilə tanımış, lakin onunla münasibəti olmamışdır. Gəncəyə gedərkən o, maşındakı digər şəxslərin adlarının Suat və Nəzrin olduqlarını öyrənmiş, onlarla tanışlığı olmamış, Cəncəyə nə üçün getmələrinin səbələrini bilməmişdir. Təqsirləndirilən şəxslər Gəncəyə gedərkən yolda törətdikləri hadisə barədə heç bir söz danışmamışdılar. O, yalnız polis tərəfindən saxlanılarkən onların cinayət törətmələrini, kimlərinsə telefonlarını götürmələrini polisdə öyrənib bilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Baxış və götürmə aparılması haqqında» 19 fevral 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 bir ədəd dəstəyi narıncı rəngli plastikdən olan, ümumi uzunluğu 20,2 sm, vintaçan hissəsinin uzunluğu 11,7 sm olan vintaçan təqdim edərək 16 fevral 2021-ci il tarixdə, saat 02:40 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə təqdim etdiyi həmin vintaçanla Bakı şəhərinin H.Əliyev küçəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətdidiklərini bildirmişdir. İstintaq hərəkəti aparılarkən protokolda ehtiva olunan bir ədəd fotoşəkil çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 34-38). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ayrı-ayrılıqda tərtib edilmiş «şəxsin tanınmaya təqdim edilməsi haqqında» 19 fevral 2021-ci il tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona ayrı-ayrılıqda keçirilmiş istintaq hərəkəti zamanı ona təqdim olunmuş şəxslərin arasından hadisə vaxtı avtomobildə olan və ona zor tətbiq edən şəxsləri - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, həmçinin Şahid2 tanımışdır. İstintaq hərəkəti aparılarkən protokola müvafiq fotoşəkillər çəkilərək protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 136-147). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 22 fevral 2021-ci il tarixli, 371 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gözün alt qapağının qançırı kimi xəsarət aşkar edilmişdir. Həmin xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16 fevral 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqə: cild İİ, səh. 233). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 08 may 2021-ci il tarixli, 1444 nömrəli rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs4 psixotrop maddə olan metamfetamindən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 234-235). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 14 iyun 2021-ci il tarixli, 1899 nömrəli rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİİ, səh. 227- 228). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2021-ci il tarixli, 1239 nömrəli rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 236- 237). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəməpsixiatrik ekspertizasının 20 aprel 2021-ci il tarixli, 837 nömrəli, 09 iyun 2021-ci il tarixli, 1242 nömrəli, 27 noyabr 2021-ci il tarixli, 2772 nömrəli və 3027 nömrəli rəylərindən görünür ki, müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədilərkən və hazırda, yəni ekspertiza tədqiqatı aparılan mərhələdə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır, onlar öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, buna görə onlar ittiham olunduqları əməl barəsində anlaqlı hesab olunmalıdırlar. Təqsirləndirilən 4 şəxsin hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onların məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh. 241-242, cild İİİ, səh. 224-226, cild İV, səh. 202-205, 206-208). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək quldurluq cinayətini törətmələri mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri məhkəmə tərəfindən, onlara istinad olunan həmin maddələrlə tövsif edilməli və onlar Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özlərini onlara qarşı Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittihamla təqsirli bilməmələrini qanunla nəzərdə tutulan ağır cinayəti törətməyə görə cinayət məsuliyyətindən və buna görə təyin oluna biləcək cəzadan yayınmaq səqsədilə seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdiyi dəlillər, o cümlədən zərər çəkmiş şəxslərin onlara (təqs.şəxs N.Əliynevaya) pul borclu olmaları, pul borcunun əvəzinə müvəqqəti olaraq özlərinə məxsus mobil telefonları könüllü olaraq onlara vermələri, bir gün ərzində pulu ödəyib telefonları geri götürəcəkləri barədə bildirmələri, Murad adlı şəxsin onlara pul borcu əvəzinə narkotik vasitə təqdim etməsi və onların həmin narkotik vasitəni alıb maşından bayıra atmaları, zərər çəkmiş şəxslərin üstəlrini axtarmamaları, onların üzərindən pul götürməmələri, onların zərər çəkmiş şəxsləri deyil, zərər çəkmiş şəxslərin onları vintaçanla vurmaq istəmələri, zərər çəkmiş şəxslərə qarşı zor tətbiq etməmələri və ya onları zor tətbiq edəcəkləri hədəsi ilə hədələməmələri məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslərin cinayət işinin ilkin araşdırılması mərhələsində vermiş olduqları ifadələri, cinayət hadisəsinin baş verməsindən dərhal sonra vermiş olduqları ən səmimi, işin hallarına, zərər çəkmiş şəxsin ifadələrinə daha uyğun ifadələr kimi qiymətləndirilməlidir. Məhkəməyədək icraat mərhələsində keçirilən məhkəmə tibbi ekspertiza yolu ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində hadisəyə xarakterik xəsarətlər olması müəyyən edilmiş, həmçinin keçirilən məhkəmə narkoloji ekspertiza yolu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyi aşkar edilmişdir. Təqsirləndirilən şəxslər cinayət işinin ilkin araşdırılması mərhələsində ayrı-ayrılıqda, bir-biri ilə ünsiyyət və əlaqə olmadan şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verib əməllərini səmimi etiraf etmiş, Təqsirləndirilən şəxs3 sərbəst, etirafedici ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən bir daha təsdiq etmiş, zərər çəkmiş şəxsin hadisə barədə ərizə, izahat və ifadələrinin, Şahid2 ifadələrinin təqsirləndirilən şəxslərin ifadələrinə uyğun olduğu, ifadələr arasında ziddiyyətlərin olmadığı müəyyən edilmişdir. İş üzrə cinayətin aləti olan bir ədəd vintaçan Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilməklə götürülmüş və maddi sübut kimi tanınmışdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 6cı bəndində göstərilir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Həmin qərarın 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Ali Məhkəmə Plenumunun həmin Qərarının 10-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin Qərarın 15-ci bəndində qeyd olunur ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Ali Məhkəmə Plenumunun həmin Qərarının 23-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat arayışından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər cinayət törətməmiş və cinayət məsuliyyətinə cəlb edilməmişlər (iş vərəqə: cild İİ, səh.45-51). Lakin Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə 09 ay 22 gün qazancından 20 % dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum olunmuş, lakin təyin olunan cəzanı çəkməmişdir(iş vərəqə: cild İİ, səh.45-41). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən məhkəməyə təqdim olunan 13 sentyabr 2022-ci il tarixli, 21-1/3-15442 saylı arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Milli Məclisinin «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya tətbiq edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə uyğun olaraq Bakı şəhər Probasiya İdarəsinin 18 noyabr 2021-ci il tarixli qərarına əsasən cəzadan azad edilmiş və idarənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinin tələblərinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs4 məhkumluğu «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya tətbiq edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8ci bəndinə uyğun olaraq Bakı şəhər Probasiya İdarəsinin 18 noyabr 2021-ci il tarixli qərarına əsasən cəzadan azad edilməsi ilə bağlı qeydiyyatından çıxarıldığı tarixdən - yəni 18 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs4 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən olunan bir il keçməmiş və Təqsirləndirilən şəxs4 məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs4 əməli cinayətlərin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin təyini zamanı nəzərə alınmır. Məhkəməyədək icraat mərhələsində zərər çəkmiş şəxs Şahid2 ərizə ilə müraciət edərək ona vurulmuş maddi zərərin tam ödənildiyini bildirmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə, zərər çəkmiş şəxs Şahid2 təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Nail və Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən ağır cinayət törətmələri nəzərə alınmalı, sosial ədalətin bərpası, onların islah olunması, həm təqsirləndirilən şəxslərin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə hər dörd təqsirləndirilən şəxsə cəzanı yüngülləşdirən hallar olduqda cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 08 may 2021-ci il tarixli 1444 nömrəli və 14 iyun 2021-ci il tarixli 1899 nömrəli rəyi əsas götürülməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və hər ikisinin barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onların təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkilmələrnin əvvəli onların 19 fevral 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulduqları və 20 fevral 2021-ci il tarixdə barələrində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldıqları tarixdən, yəni 19 fevral 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkməsnin əvvəli isə onun axtarışla tutulduğu 04 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat mərhələsində istintaqdan gizləndiyindən onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və sonuncu 04 iyun 2021-ci il tarixdə tutularaq istintaqa təqdim olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə Bakı şəhəri Nəsimi RPİ-nin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd vintaçan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetirilmiş maddi zərərin tam ödənilməsi, iş üzrə məhkəmə məsrəflərinin, mülki iddianın olmaması, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi RPİ-nin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd vintaçan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetirilmiş maddi zərərin tam ödənilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar