Məhkəmə qərarları › İş №1(101)-543/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-543/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-543/2025 08.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X9 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Qərbi Azərbaycanda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, iki azyaşlı uşağı olan, işləməyən, orta təhsilli, məhkum olnumamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan “Baba” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə və psixotrop maddəni əvvəlcədən aralarındakı razılağa əsasən müəyyən ünvanlara çatdırılması üçün onun istifadəsində olan ***-***-**-** nömrəli Redmi Note 6 markalı mobil telefonunda Whatsapp ani mesajlama sistemi vasitəsi ilə “Baba” adlı şəxsin istifadəsində olan +**********95 nömrə ilə əlaqə saxlayıb istintaqa məlum olmayan şəxs tərəfindən müxtəlif ünvanlara qoyularaq göndərilmiş fotoşəkillərə uyğun yerlərdən bir ədəd torbada külli miqdarda təmiz çəkisi 1040,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 11,566 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində daşımaqla saxlamış və onun narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlər nəticəsində 13 may 2024-cü il tarixdə saat 19:30-da ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3 36-cı PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi-axtarş və götürmə zamanı sol əlində saxladığı bir ədəd göy rəngli torbada külli miqadarda təmiz çəkisi 1040 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 11,566 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, hadisə günü evdə oturmuşdur, qonşusu onu evdən həyətə çağırmış, evdən çıxıb aşağı düşdükdə isə onu aşağıda polislər tutub bölməyə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, taksi fəaliyəti ilə məşğul olur, əvvəllər narkotik vasitə istifadə etmiş, çoxdandır ki, istifadə etmir. Taksi kimi maşınını sürdüyü şəxslə mübahisəsi olduğundan, hesab edir ki, onu bu hadisə ilə bağlı həmin şəxs tutdurub. Polis əməkdaşları onu maşında idarəyə aparanda da, idarədə də döyüblər. Döyülməyimlə bağlı şikayət etmiş və prokurorluqdan gəlib izahatını alımışlar. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, 5 ildir “patı” kimi tanıdığı psixotrop maddədən istifadə edir. 10 gün bundan öncə “İnstagram” sosial şəbəkəsində “Baba” adı ilə qeydiyyatdan keçmiş səhifəyə daxil olduqda vasitələrin və psixotrop maddələrin şəkillərin paylaşıldığını və kuryer axtarılması yazısını görüb oraya yerləşdirilmiş +**********95 mobil nömrəsi ilə whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə əlaqə saxladıqda telefon zənginə cavab verən şəxs özünü İran İslam Respublikasının vətəndaşı olduğunu və sosial şəbəkədə “Baba” adlı səhifə istifadəçisi olmasını bildirmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin danışması üçün kuyerlik edə biləcəyini bildirdikdə hər ünvan üçün 300 manat pul verəcəyini bildirmişdir. 04 may 2024-cü il tarixdə saat 21 radələrində “Baba” ona zəng edərək Xətai rayonu Günəşli qəsəbəsində ağacın altında olan 30 qram “patı” nı götürüb whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə göndərəcəyi ünvana aparmasını və qarşılığında 300 manat pul verəcəyini bildirmişdir. Bundan sonra özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi whatsapp ani mesajlaşma sisteminə “Baba”nın göndərdiyi yerin xəritəsinə uyğun olaraq “patı” kimi tanıdğı psixotrop maddəni götürüb Xətai rayonu P.Həşimov küçəsində yerləşən 221 nömrəli orta məktəbin qarşısında şam ağacının altına qoymuşdur. “Baba” ona pul köçürməsi üçün kart istədikdə özünün adına bank kartı olmadığı üçün tanışı İlkin Əzimzadənin adına olan “Leo bank’’a məxsus bank kartının şəkilini göndərmişdir. Həmin bank kartı tanışı İlkin Əzimzadənin adına olsada daimi olaraq özünün istifadəsində olmuşdur. Müxtəlif vaxtlarda “Baba” adlı şəxs həmin bank kartına hissəli şəkildə ümumilikdə 300 manat pul köçürmüşdür. 12 may 2024-cü il tarixdə “Baba” adlı şəxslə whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə danışdıqda ondan bir kiloqram “ot” kimi tanıdğı narkotik vasitə qurudulmuş marixuana göndərməsini istəmişdir. “Baba” adlı şəxs verəcəyi hesab nömrəsinə 2000 manat pul köçürməsini və ona bir kiloqram narkotik vasitə qurudulmuş marixuana və çəkisini demədiyi qədər “patı” kimi tanıdığı psixotrop maddə göndərəciyini dedikdə razılaşmışdır. “Baba” adlı şəxsin verdiyi M10 hesab nömrəsinə 2000 manat pulu 12 may 2024-cü il tarixdə Xətai rayonu X.Məmmədov küçəsində yerləşən “Kapital bank” filialının qarşısında “MilliÖn” ödəmə terminalı vasitəsi ilə köçürmüşdür. 13 may 2024-cü il tarixdə radələrində “Baba” adlı şəxsin ona zəng etdiyini işçisinin marixuananı və metamfetamini xətai rayonu kənd Əhmədlidə yerləşən məzarlığında olmasını bildirmişdir. “Baba” ilə danışdıqdan təxminən 15-20 dəqiqə sonra sonuncunun göndərdiyi ünvanada qara rəngli sellofan bükümü götürüb əvəlcədən özü ilə apardığı göy rəngli sellofan bükümün içərisinə, psixotrop maddə metamfetamini isə əynindəki qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Bir qədər sonra oradan uzaqlaşaraq pilləkənlərdə hərəkət etdiyi zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görüb geriyə qaçmaq istədikdə ayağının büdrəyib yıxılaraq xəsarət almasını bildirmişdir. Həmin şəxslər onu yerdən qaldırıb polis əməkdaşları olduqlarını bildirərək qaçma səbəbini soruşduqda əlində olan torbanın içərisində “ot” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana və əynindəki gödəkcənin cibində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasına görə qaçdığını bildirmişdir. Həmin şəxslər Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsinə hüquqlarını müdafiət mək üçün dəvət olunmuş 13 saylı vəkil bürosunun vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə və əlindəki torbaya baxış keçirilmişdirş Baxış zamanı sol əlində saxladığı göy rəngli sellofan torbanı və əynindəki qara rəngli gödəkcənin sağ yan cibində olan bükümü masanın üzərinə qoymuşdur. Təqdim etdiyi göy rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana və ənindəki qara rəngli gödəkcənin sağ yan cibindən çıxarıb təqdim etdiyi bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə olmasını bildirmişdir. Bundan sonra təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılıb zərflərin üzəri imzalanmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs əlavə dindirmə zamanı ifadəsində göstərmişdir ki, istintaqa əvvəl verdiyi etiraf edici ifadələrini təsdiq etmir və ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Belə ki, xx.xx.2024-cü il tarixdə yaşadığı ünvandan döyülərək çıxarılıb polis şöbəsinə aparılmış, "xxxx" markalı mobil telefon ona məxsusdur, lakin üzərində Azərfon MMC-ə aid ***-***-**- ** mobil nömrə və “Redmi” markalı mobil telefonun ona məxsus deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı şahid X8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. 13 may 2024-cü il tarixdə şəxsə yaxınlaşmaq istəyəndə o qaçmış, qaçanda isə pilləkənlərdən yıxılmışdır. Yıxıldıqdan sonra ona yaxınlaşmışlar, həmin şəxsin əlində göy torba olmuşdur. Ona özlərini təqdim etmişlər və onu polis idarəsinə dəvət etmişlər. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, məlumat ona daxil olmuşdur və saxlama zamanı 2 nəfər olmuşlar. Şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Şəxsi Q. Məmmədov 6 ünavanında saxlamışıq, binanın yan hissəsində. Ona yaxınlaşanda o qaçmış və yıxılmışdır. İbtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar 13 may 2024-cü il tarixdə saat 19:30-da Xətai RPİ-nin 36-cı PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı X3 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs əlində göy rəngli torba olmasını və özünü şübhəli aparmasını görüb ona yaxınlaşdıqda qaçmaq istədikdə ayağı büdrəyib yıxılmışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb qaçma səbəbini maraqlandıqda əlində olan göy rəngli sellofan torbanın və cibindəki gödəkcənin cibində narkotik vasitə olmasına görə qorxub qaçmaq istəmişdir. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan dəvət olunmuş vəkilin, onun və əməliyyat müvəkkili Həbullah Bayramovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu sol əlində saxladığı göy rəngli torbanı və əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə təqdim etmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu göy rəngli torbanın içərisində qara rəngli büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs qara rəngli bükümün içərisində “ot” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana, əynindəki gödəkcənin sağ yan cibindən çıxardıb təqdim etdiyi ağ rəngli sellofan bükümdün içərisində “patı” kimi tanıdğı psixotrop maddə olmasını bildirmişdir. Həmin bükümləri 10 gün öncə “İnstagram” sosial şəbəkəsində tanış olduğu və whatsapp ani mesajlaşma sisti vasitəsi ilə əlaqə saxladığı iran vətəndaşı vətəndaşı “Baba” adlı şəxsin satması üçün aralarında olan razılaşmaya əsasən ona göndəriyini bildirmişdir. 12 may 2024- cü il tarixdə “Baba” adlı şəxsin verdiyi hesab nömrəsinə 2000 manat pul köçürdüyünü əvəzində isə oan 1 kiloqram narkotik vasitə qurudulmuş marixuana və çəkisini demədiyi miqdarda “patı” kimi tanıdığı psixotrop maddənin olduğu yer üzrə göndərilmiş xəritə üzrə Xətai rayonu kənd Əhmədlidə yerləşən məzarlıqdan götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə əldə etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirildikdə heç bir əşya predmet aşkar edilməmişdir. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli torbanın içərisində olan büküm qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkildikdə 1.230 qram və ağ rəngli selofan büküm qablaşdırma ilə birlikdə 11.78 qram çəkidə olmaları müəyyən edilmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs döyülərək evindən polis şöbəsinə aparılması, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddənin aşkar edilməməsi barədə ifadəsi özünü müdafiə xarakteri daşıyır. Ha belə Şahid3 oğlu Təqsirləndirilən şəxs müdafiə etməsi üçün sonuncunun evdən Samir adlı şəxsin vasitəsi ilə çağırılması, həyətdə döyülməsi, evlərində axtarış aparılması barədə ifadəsi həqiqətə uyğun deyildir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur, 13 may 2024-cü il tarixdə Qədir Əmmədov küçəsi 16 ünvanında şəxs saxlanılaraq şöbəyə gətirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, şəxs saxlanılarkın qaçmağa cəht göstərmiş və yıxılmışdır. Şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Saxlanılarkən şəxsin əlində klyok olmuşdur. Şahid2 ibtidai araşdırma zamanı şahid X4 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı əlavə Şahid3 ifadəsində bildirmişdir ki, ona həmin gün Samir deyilən bir şəxs zəng eləmiş və demişdir ki, bibi Osman evdədi, o da demişdir ki, evdədi. Sonra həmin şəxs bildirmişdir ki, 5-10 dəqiqyə məhəlləyə çatacaq Osman məhəlləyə düşsün. O, da Osmanı yuxudan oyatmış və Osman məhəlləyə düşmüşdür. Osman məhəlləyə düşdükdən o, eyvana çxmış və 5 nəfər şəxsin Osmanı döyə-döyə maşıa mindirdiklərin görmüşdür. Bu hadisədən sonra saat axşam saat 5-6 radələrində biro, Samirə zəng etmiş, Samir isə ona demişdir ki, Osmanın yeri barədə ona məlumat vrəcək. Sonraqkı zəngində isə Samir ona demişdir ki, bibi narahat olma qoy getsin bir il yatsın, qayıdandan sonra onu işlə təmin edəcəkdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Rapotdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əlində saxladığı 1 ədəd göy rəngli torbanı və əynində olan qara rəngli gödəkçənin cibindən 1 ədəd sellofon bükümü çıxardaraq masanın üzərnə qoymuş və torbanın içərisində marixuana olduğunu, sellofonun işərisində isə metamfetamin olduğunu bildirmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli aktda qeyd olunmşdur ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis idarəsinə gətirilərkən üzərində olan gözlə görünən xəsarətlərlə bağlı bildirmidir ki, saxlanılarkən polis əməkdaşarından qaçmağa cəhd etmiş, lakin qaçarkən pilləkanlardan yıxılmış və qeyd olunan xəsarətlər almışdır. xx.xx.2024-cü il tarixli “Tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında” 494 nömrəli protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs axtarışı zamanı 1 ədəd pult, 1 ədəd bank kartı,2 ədəd telefon "xxxx" və “Redmi” markalı,1 ədəd kəmər aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən qacmağa cəhd etmiş və qaçarkən üzərindən düşmüş mobi telefonlar polis idarəsinə təvil verilmişdir. xx.xx.2024-cü il tarixli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16- 2-6/2716-7/748 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “imza Təqsirləndirilən şəxs...’’ yazı və imzalar olan zərfdə 1 ədəd sellofan bükümdə təmiz çəkisi 11,566 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir.Tədqiqata təqdim edilmiş üzərində “imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan göy rəngli polietlien bağlamada 1 (bir) ədəd qara rəngli sellofanda təmiz çəkisi 1040,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra qalıq çəkiləri 1039,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və 11,516 qram olan psixotrop maddə metamfetamin Xətai RPİ-nin saxlancına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 3367 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Bundan başqa, xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokolda (protokola əlavə olunmuş foto cədvəl və dvd disk) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində ***-***-**-** mobil nömrə olan “Redmi” markalı mobil telefona baxış keçirilərkən telefonun “Mesajlaşma” faylına daxil olduqda Təqsirləndirilən şəxs +**********61 mobil nömrə istifadəçisi “Namiq” adlı şəxsə “Mənəm ilkin buna yığ **********”, “Qaqa evdeyem zaryatka yox idi qoşdum indi yene gedecem torpaqa konuma”, “Qaqa vacibdi oan göre yigiram ac tez”. +**********61 mobil nömrə istifadəçisi “Namiq” adlı şəxs Təqsirləndirilən şəxs “Qaqa vatsapda zeng eliyirem acma”, “Qaqa qurban sene bidene mene cvb verda”, “Qaqa goruseciy yoxsa gozlemiyim seni men”. +**********85 mobil nömrə istifadəçisi “İlkin” adlı şəxsə “Oyaqsansa mənə xəbər elə tez”, “pul düz qos ele tez qaldim lokbatanda benzin yolda qutardi das goturub gelirdim mənə tez xeber ele”, “Qurban sene gortez bacar alindira bilirsen”, “Noldu qaqa sən cani”, “Namiqe deda oyaq olar”, “Hecne qaqa oldu yazmiram”, “İçinə pox dedim çatar catmadi”, “Hecne oturmusam arxada qoyuram”, “Qaqa sən durub gələ bilərsən bizə danışa bilirsənsə viziv at mənə”, “Qaqa danisa bilirsen viziv at mene”, Varyoxuna nehlet qiz usaqi senden yaxsidi adboy verisen acmirsan ne bilim ne”, “Sen cani qaqa men getdim sebrim catmir poxu kec bir yana cavab verda neyse”, “Ay qaqa danisa bilirsen sen cani mən senin kartini tele yazim musterilere gore kod gelecek onu acib mene deye belesen? Deye bilesense viziv at kodu gonderim”, “Qaqa sene kontur atiram 20 qep sen cani o kodu yaz atda mene”, “Qaqa smsde yaza bilmirsen sen allah bir soz de bilim atirsan atmirsan”, “Osdurax düşə bilirsen bizə gedək cetim var çəkək sabaha yoxdu”, “ilkin bize gel falqa getir mehliye girende sagina soluna yaxsi bax huseyn buralarda eyer gorse denen osman yazmisdi meni bolmmeye aparillar tez gel”, “Hec kim olmasa gizdin qalx tez qapini yavas doy teli sondururem men sen cani ele et hec kim gormesin yoxsa pox poxa deyecek”, “Qaqa qurban sene kartinda senin 10 man var 5man men goturumda siqaret zad alim seher gel bura das var mende olar he yox de mene”, “Ala sen osduraqcisan yuku tutdun dedin ne sikirem e osmani zadi”, “Qaqa dedem cixir ele et gormesin seni mende dusurem dalica”, “Cixiram noldu”, “Niye noldu de gorek”, “Ay qaqa sepitle mumkun deyil e bir sey tap dedeyin ayaqqabisi zadi sen canin biraz celd terpen", “Qaqa ses deyir bu gun konum olacaq gedesen hazir ol”, “Ay qaqa basina donum bu gunluk kleyle bir wey ele geyin cix sabah birini alariq”, “Qaqa sen dediyimi eledin goturdun mene pul lazimdir”. +**********85 mobil nömrə istifadəçisi “İlkin” adlı şəxs Təqsirləndirilən şəxs mesaj yazaraq “oyaqam, yigma ama yaz.nolub?, yaxwi gozda 1 2 nefere yigim, valla acan yoxdu, hele tezdi yigmaq olmaz bu vaxti. vatcapda yaz gor, benzinsiz hara gedsen axi getmemiwden fikirlewde, neyniye bildin? Namiqe yazdim ama ses yoxdu, Qaqa xaladenike su qoyda metrodayam gelem, qaqa babanin nomresin at mene. uwaq var tema gotrur ona gore.gotrum gelem yanva. narmalni pay olacaq, basdamada sencanl.ozum gotursem yanva geleremde qaqaw. prosta buda resul kimi uwagdi qardawcani. ozumde pul ne (nalayiq söz), sene dedyim tema alinmadi evdən pul meselesi, varyoxun sikim binəmizin qabagindayam hele hecne goturmemiwem.uwag gelib cixmiyib hele yanma, evdeyem qaqa, evdesen qaqa?1 dene daw 40 a vermey olar?, telefonu acda blet bu ne smsdı yazmısan he?, aca bilmirem osman ama sebrli ol gorweciyiy, dunan konuma getmişdin a gel bura yig mene, Gel ikimizdıyde söhbet elyey aydınnıg getırey seni gozduyrem.yazdığın smsderın cvbın veressen hamsın, dedımde hara gel, Dunen seher hara duwdun neyrocerrahıyeden awagı demıryolu terefe, xeber yoxdu qaqa?, niye acmirsanki zengimi qaqa, yaxwi eliyisen acma niye acasanki ilkinnen ancaq ziyan gelirde yuk oldu uje, qaqa hardasa 40 deq zad telim sonlu olacaq zeng çatmasa bil, brat alinmir e ele gelmir ayaqqabi.sen bele elede yeginki gedesi yermiz olacagda babani deyrem. Wepiti getrersen onan gederem prablem yoxdu. Belede ne vaxt gelirden gel, indi getmeliyiyki?dedemin ayaqqabisi olmurda cox yekedi, ay ble ayaqabi tapmaliyam yoxsa alinmaz sende maraglan gor sencani, adboy niye verirsen qaqa.deyrem bekarciligdi qalxim siz terefe?” müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş Redmi markalı mobil telefonunda whatsapp ani mesajlaşma sistemində ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir. Whatsapp ani mesajlaşma sisteminə daxil olduqda +**********12 mobil nömrə istifadəçisi “Ruslan” adlı şəxsin “qardaşım hemise sene demisen bu tema içini (nalayiq söz) basdiyanda demisem ki bu içini (nalayiq söz) ele seydi ki hami bir birine deyir, nem elive tema dusub deylene gore deyirsen ki ruslan xeberi olmasin balamin cani menen sene pisdik gelmez yene deyirem bele ozun bilersen amma sen menim qardasimsanda onu bil, nem qaqa ele deyibler sen ol mene de lezet elemediki ala mən osmani siznen tanis elemisem osman indi meni burur, qaqa sene bir soz deyim qardaş kimi ozuvu yiqisdir biraz anam cani ciddi diyirem torban tikilecek bax sene deyirm, Uje hami bilir sen zaklatka zad isine baxirsan, bu yaxinlarda bir nefer yaxinin mene deyib ki menim 1 nefer usaq var Hezide qalir zaklatsikdi axsam gedir zaki qoymağa ya goturmeye onu gudub vurmaq lazimdi temasin aparmaq lazimdi 30 qram temasi olacaq vurub aparaq ad cekmemisdi indi fikirlesdim ki seni deyir, Ayqa gor ne deyirem kolan qalib?, Yari, İstiyen var idi 20 manatdi da?, De sen ol mene 20 demisdiler dunen anam cani ona gore usaq var idi o axtarir di mende kisi kisi deyirem 20 olmalidi kanalim var, Yox e ayqa goturmuyecek sen ol bele deye bilerem deyecem yarini 25 e verir 20 ye 04 verir amma 04 vere bileceksense deyim, bildim ayqa basa dusdum anam cani dunen mene dediler 20 ye verirsen ona gore dedim men ele usaqa, tema istiyen dostumdu kenandi adi, qaqa 25 e verersen bes alinsa?, qaqa dedim zaki elesin bir yere qoysunlar ele ancaq deyir yox e qorxuram pox zad olar nem ne, aciqi men ciqanmiram sen ol cixa bilsem ozum gelerdim, bayaq bilsen niye yiqmisdimn sene acmadin evde tek idim qardasim das var idi uşaqda deyecekdim istiyirsense gel bize cekek, aciqi cox deyildi 10 nuq idi day acmadin mende elmirnen çekdim sen ol ne geder yiqdim acmadin, indi yox amma gece emele geler prosta saat 12 1 bele, bas uste ayqa, qaqa gor ne deyirem ee bele bu uşaqlar pox zad deyil ha balamin cani eger istiyirsen se el be el gorusmek problem yoxdu pulu verecek qepiyne kimi temani vereceksen, qaqa 25 manat vercek amma yariya, qaqa 1qram necye verersen, 50 ye verersen temiz 1 qram, bele lazim olmaqina 100 faiz lazimdi pula gore qalib istiyirdiler ne var hamisini gotursunler de, dasi danisdim qaqa deyir gelen kimi deyecem gelersen, mendede dedim getdi eve qaqa basqa yere gedersen istesen eger deyerem zaki eliyer gedib goturerseb, qaqa saat 12 de evde olacaq bu biri gelersen goturmeye sene ne qeder lazım olacaq das, qaqa yari vilmirem axi var ya yox men 10 nuq demişdim sen ol diya sorucum helw, qaqa gor ne deyirem kolan varsa sabah biraz cekdire bilersen imkan varsa eger bele 5 6 manatim.var lazimdisa vererem sene, qaqas ne oyun cixaribsan sen sen etaqa, xeberin var ozun oz ipivi cekibsen, sroka getmək istiyirsen, (silinmiş video) buna bax ala basin xarab olub senin, ayqa beyem 1 kq vermişdi sene irannı Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrədən whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə ***-***-**-** mobil nömrə istifadəçisi Ruslan adlı şəxsə “ay qaqa tema düşdü düşmədi mən heç kimə deməmişəm ki ruslan ordadı ya orda deyil onu sene deyen pox yeyir, can sağlığı qaqa kim necə istiyir fikirləşsin mənədə maraqlıdı kimi ele o, he, 30 man, qaqa 03 vererikda 20 ye, qaqaş yo sən cani indi hansı 25 e 04 verir sen cani, başa düşdüm, qaqa ancaq buralara qoyaraq konum kimi götürə belə görüşə bilmirem, məndə ondan qorxuram qaqa vallah qalsın onda elbe ele istemirem, qaqa siz tərəfdə kimdəsə var daş götürmək olar ondan, xəbr elede məne sən cani, qaqa and ola qorxuram ama səni tanıyıram da nəsə olsa, 04 verecem qaqa, temiz, tərəziyə qoyub çəkib sene atacam, qaqa bir söz deyim sene üstümdə qramdan çox var and ola 1.6 60 man versin hamsını verim, yari, qaqa fərq eləmir olsun 10luq, baxarıq qaqa sən cani, (silinmiş video) nolub e qaqaş, əşi, Ruslan sən cani gör yarı bidene istiyen var verim qaçım rayona, üstümdə qalan verim gedim rayona, yox anası (nalayiq söz), axrıncı 30 qr getdim yerinde yox idi,” müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə +**********95 istifadəçisi “Baba” adlı şəxslə, +**********99 mobil nömrə istifadəçisi, +**********59 mobil nömrə istifadəçisi “Rəis Narkobiznes” adlı istifadəçisi ilə, +**********61 mobil nömrə istifadəçisi “Namiq” adlı istifadəçi ilə, +**********00 mobil nömrə istifadəçisi “Resul” adlı şəxslə, +**********58 mobil nömrə istifadəçisi “Afiq” adlı şəxslə, +**********33 mobil nömrə istifadəçisi “Asim” adlı şəxslə, ++**********49 mobil nömrə istifadəçisi “Yetim” adlı şəxslə, narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə yazılı mətnlərlər və həmin şəxslərlə aralarında olan yazışmalarda silinmiş səsli mətinlərin, vidoe və şəkillərin olması müəyyən edilmişdir. Həmin mesaj mətnləri şəkil (foto cədvəl) formatında, həmçinin mobil telefona baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin - psixotrop maddənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, narkotik vasitəni - psixotrop maddəni satmaq fikri olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə axtarış-baxış keçirilmişdir. Axtarış-baxışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 3367 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Bundan başqa, xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində ***-***- **-** mobil nömrə olan “Redmi” markalı mobil telefona baxış keçirilərkən telefonun “Mesajlaşma” faylına daxil olduqda Təqsirləndirilən şəxs +**********61 mobil nömrə istifadəçisi “Namiq” adlı şəxsə “Mənəm ilkin buna yığ **********”, “Qaqa evdeyem zaryatka yox idi qoşdum indi yene gedecem torpaqa konuma”, “Qaqa vacibdi oan göre yigiram ac tez”. +**********61 mobil nömrə istifadəçisi “Namiq” adlı şəxs Təqsirləndirilən şəxs “Qaqa vatsapda zeng eliyirem acma”, “Qaqa qurban sene bidene mene cvb verda”, “Qaqa goruseciy yoxsa gozlemiyim seni men”. +**********85 mobil nömrə istifadəçisi “İlkin” adlı şəxsə “Oyaqsansa mənə xəbər elə tez”, “pul düz qos ele tez qaldim lokbatanda benzin yolda qutardi das goturub gelirdim mənə tez xeber ele”, “Qurban sene gortez bacar alindira bilirsen”, “Noldu qaqa sən cani”, “Namiqe deda oyaq olar”, “Hecne qaqa oldu yazmiram”, “İçinə pox dedim çatar catmadi”, “Hecne oturmusam arxada qoyuram”, “Qaqa sən durub gələ bilərsən bizə danışa bilirsənsə viziv at mənə”, “Qaqa danisa bilirsen viziv at mene”, Varyoxuna nehlet qiz usaqi senden yaxsidi adboy verisen acmirsan ne bilim ne”, “Sen cani qaqa men getdim sebrim catmir poxu kec bir yana cavab verda neyse”, “Ay qaqa danisa bilirsen sen cani mən senin kartini tele yazim musterilere gore kod gelecek onu acib mene deye belesen? Deye bilesense viziv at kodu gonderim”, “Qaqa sene kontur atiram 20 qep sen cani o kodu yaz atda mene”, “Qaqa smsde yaza bilmirsen sen allah bir soz de bilim atirsan atmirsan”, “Osdurax düşə bilirsen bizə gedək cetim var çəkək sabaha yoxdu”, “ilkin bize gel falqa getir mehliye girende sagina soluna yaxsi bax huseyn buralarda eyer gorse denen osman yazmisdi meni bolmmeye aparillar tez gel”, “Hec kim olmasa gizdin qalx tez qapini yavas doy teli sondururem men sen cani ele et hec kim gormesin yoxsa pox poxa deyecek”, “Qaqa qurban sene kartinda senin 10 man var 5man men goturumda siqaret zad alim seher gel bura das var mende olar he yox de mene”, “Ala sen osduraqcisan yuku tutdun dedin ne sikirem e osmani zadi”, “Qaqa dedem cixir ele et gormesin seni mende dusurem dalica”, “Cixiram noldu”, “Niye noldu de gorek”, “Ay qaqa sepitle mumkun deyil e bir sey tap dedeyin ayaqqabisi zadi sen canin biraz celd terpen", “Qaqa ses deyir bu gun konum olacaq gedesen hazir ol”, “Ay qaqa basina donum bu gunluk kleyle bir wey ele geyin cix sabah birini alariq”, “Qaqa sen dediyimi eledin goturdun mene pul lazimdir”. +**********85 mobil nömrə istifadəçisi “İlkin” adlı şəxs Təqsirləndirilən şəxs mesaj yazaraq “oyaqam, yigma ama yaz.nolub?, yaxwi gozda 1 2 nefere yigim, valla acan yoxdu, hele tezdi yigmaq olmaz bu vaxti. vatcapda yaz gor, benzinsiz hara gedsen axi getmemiwden fikirlewde, neyniye bildin? Namiqe yazdim ama ses yoxdu, Qaqa xaladenike su qoyda metrodayam gelem, qaqa babanin nomresin at mene. uwaq var tema gotrur ona gore.gotrum gelem yanva. narmalni pay olacaq, basdamada sencanl.ozum gotursem yanva geleremde qaqaw. prosta buda resul kimi uwagdi qardawcani. ozumde pul ne (nalayiq söz), sene dedyim tema alinmadi evdən pul meselesi, varyoxun sikim binəmizin qabagindayam hele hecne goturmemiwem.uwag gelib cixmiyib hele yanma, evdeyem qaqa, evdesen qaqa?1 dene daw 40 a vermey olar?, telefonu acda blet bu ne smsdı yazmısan he?, aca bilmirem osman ama sebrli ol gorweciyiy, dunan konuma getmişdin a gel bura yig mene, Gel ikimizdıyde söhbet elyey aydınnıg getırey seni gozduyrem.yazdığın smsderın cvbın veressen hamsın, dedımde hara gel, Dunen seher hara duwdun neyrocerrahıyeden awagı demıryolu terefe, xeber yoxdu qaqa?, niye acmirsanki zengimi qaqa, yaxwi eliyisen acma niye acasanki ilkinnen ancaq ziyan gelirde yuk oldu uje, qaqa hardasa 40 deq zad telim sonlu olacaq zeng çatmasa bil, brat alinmir e ele gelmir ayaqqabi.sen bele elede yeginki gedesi yermiz olacagda babani deyrem. Wepiti getrersen onan gederem prablem yoxdu. Belede ne vaxt gelirden gel, indi getmeliyiyki?dedemin ayaqqabisi olmurda cox yekedi, ay ble ayaqabi tapmaliyam yoxsa alinmaz sende maraglan gor sencani, adboy niye verirsen qaqa.deyrem bekarciligdi qalxim siz terefe?” müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş Redmi markalı mobil telefonunda whatsapp ani mesajlaşma sistemində ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir. Whatsapp ani mesajlaşma sisteminə daxil olduqda +**********12 mobil nömrə istifadəçisi “Ruslan” adlı şəxsin “qardaşım hemise sene demisen bu tema içini (nalayiq söz) basdiyanda demisem ki bu içini (nalayiq söz) ele seydi ki hami bir birine deyir, nem elive tema dusub deylene gore deyirsen ki ruslan xeberi olmasin balamin cani menen sene pisdik gelmez yene deyirem bele ozun bilersen amma sen menim qardasimsanda onu bil, nem qaqa ele deyibler sen ol mene de lezet elemediki ala mən osmani siznen tanis elemisem osman indi meni burur, qaqa sene bir soz deyim qardaş kimi ozuvu yiqisdir biraz anam cani ciddi diyirem torban tikilecek bax sene deyirm, Uje hami bilir sen zaklatka zad isine baxirsan, bu yaxinlarda bir nefer yaxinin mene deyib ki menim 1 nefer usaq var Hezide qalir zaklatsikdi axsam gedir zaki qoymağa ya goturmeye onu gudub vurmaq lazimdi temasin aparmaq lazimdi 30 qram temasi olacaq vurub aparaq ad cekmemisdi indi fikirlesdim ki seni deyir, Ayqa gor ne deyirem kolan qalib?, Yari, İstiyen var idi 20 manatdi da?, De sen ol mene 20 demisdiler dunen anam cani ona gore usaq var idi o axtarir di mende kisi kisi deyirem 20 olmalidi kanalim var, Yox e ayqa goturmuyecek sen ol bele deye bilerem deyecem yarini 25 e verir 20 ye 04 verir amma 04 vere bileceksense deyim, bildim ayqa basa dusdum anam cani dunen mene dediler 20 ye verirsen ona gore dedim men ele usaqa, tema istiyen dostumdu kenandi adi, qaqa 25 e verersen bes alinsa?, qaqa dedim zaki elesin bir yere qoysunlar ele ancaq deyir yox e qorxuram pox zad olar nem ne, aciqi men ciqanmiram sen ol cixa bilsem ozum gelerdim, bayaq bilsen niye yiqmisdimn sene acmadin evde tek idim qardasim das var idi uşaqda deyecekdim istiyirsense gel bize cekek, aciqi cox deyildi 10 nuq idi day acmadin mende elmirnen çekdim sen ol ne geder yiqdim acmadin, indi yox amma gece emele geler prosta saat 12 1 bele, bas uste ayqa, qaqa gor ne deyirem ee bele bu uşaqlar pox zad deyil ha balamin cani eger istiyirsen se el be el gorusmek problem yoxdu pulu verecek qepiyne kimi temani vereceksen, qaqa 25 manat vercek amma yariya, qaqa 1qram necye verersen, 50 ye verersen temiz 1 qram, bele lazim olmaqina 100 faiz lazimdi pula gore qalib istiyirdiler ne var hamisini gotursunler de, dasi danisdim qaqa deyir gelen kimi deyecem gelersen, mendede dedim getdi eve qaqa basqa yere gedersen istesen eger deyerem zaki eliyer gedib goturerseb, qaqa saat 12 de evde olacaq bu biri gelersen goturmeye sene ne qeder lazım olacaq das, qaqa yari vilmirem axi var ya yox men 10 nuq demişdim sen ol diya sorucum helw, qaqa gor ne deyirem kolan varsa sabah biraz cekdire bilersen imkan varsa eger bele 5 6 manatim.var lazimdisa vererem sene, qaqas ne oyun cixaribsan sen sen etaqa, xeberin var ozun oz ipivi cekibsen, sroka getmək istiyirsen, (silinmiş video) buna bax ala basin xarab olub senin, ayqa beyem 1 kq vermişdi sene irannı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə ***-***-**-** mobil nömrə istifadəçisi Ruslan adlı şəxsə “ay qaqa tema düşdü düşmədi mən heç kimə deməmişəm ki ruslan ordadı ya orda deyil onu sene deyen pox yeyir, can sağlığı qaqa kim necə istiyir fikirləşsin mənədə maraqlıdı kimi ele o, he, 30 man, qaqa 03 vererikda 20 ye, qaqaş yo sən cani indi hansı 25 e 04 verir sen cani, başa düşdüm, qaqa ancaq buralara qoyaraq konum kimi götürə belə görüşə bilmirem, məndə ondan qorxuram qaqa vallah qalsın onda elbe ele istemirem, qaqa siz tərəfdə kimdəsə var daş götürmək olar ondan, xəbr elede məne sən cani, qaqa and ola qorxuram ama səni tanıyıram da nəsə olsa, 04 verecem qaqa, temiz, tərəziyə qoyub çəkib sene atacam, qaqa bir söz deyim sene üstümdə qramdan çox var and ola 1.6 60 man versin hamsını verim, yari, qaqa fərq eləmir olsun 10luq, baxarıq qaqa sən cani, (silinmiş video) nolub e qaqaş, əşi, Ruslan sən cani gör yarı bidene istiyen var verim qaçım rayona, üstümdə qalan verim gedim rayona, yox anası (nalayiq söz), axrıncı 30 qr getdim yerinde yox idi,” müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrədən whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə +**********95 istifadəçisi “Baba” adlı şəxslə, +**********99 mobil nömrə istifadəçisi, +**********59 mobil nömrə istifadəçisi “Rəis Narkobiznes” adlı istifadəçisi ilə, +**********61 mobil nömrə istifadəçisi “Namiq” adlı istifadəçi ilə, +**********00 mobil nömrə istifadəçisi “Resul” adlı şəxslə, +**********58 mobil nömrə istifadəçisi “Afiq” adlı şəxslə, +**********33 mobil nömrə istifadəçisi “Asim” adlı şəxslə, ++**********49 mobil nömrə istifadəçisi “Yetim” adlı şəxslə, narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə yazılı mətnlərlər və həmin şəxslərlə aralarında olan yazışmalarda silinmiş səsli mətinlərin, vidoe və şəkillərin olması müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən psixoloji və fiziki təzyiqlərə məruz qalması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillər işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin - psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitəni - psixotrop maddəni satmaq fikri olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsi zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin - psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin - psixotrop maddənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmçinin aşkar olunmuş sms mətnlərin və video görüntülərin məzmununu nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və baxış protokolları və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin 2 azyaşlı uşağı uşağı var. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını və 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserdə (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Xətai RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 1039,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və 11,516 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı optik disk, mobil telefona baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı optik disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Redmi” və 01 ədəd "xxxx" markalı mobil telefonlar təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılsın. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində profilaktik (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xətai RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 1039,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və 11,516 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mobil telefona baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Redmi” və 01 ədəd "xxxx" markalı mobil telefonlar təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci 70 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar