Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-544/2020 02.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri x12 və x9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, İsmayılov Rövşən Səməd oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6, nümayəndələr - zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili x13, Zərərçəkmiş şəxs6 nümayəndəsi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5 nümayəndəsi, Lənkəran rayon Vəkil Bürosunun vəkili x10, təqsirləndirilən şəxslər-mülki cavabdehlər x4 və Təqsirləndirilən şəxs və müdafiəçilər - "Verdiktum" Vəkil Bürosunun vəkilləri x15 və Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 07 mart 2016-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində axtarış elan edilmiş, 22 iyul 2016-cı il tarixdə tutulmuş və Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 23 iyul 2016-cı il tarixli qərarına əsasən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 22 iyun 2017-ci il tarixli qərarına əsasən, barəsində seçilmiş həbs qətimakn tədbiri ev dustaqlığı ilə əvəz edilmiş, 22 iyul 2017-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs və qeyrisi tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xətai rayonu, “Bakı Əyləncə Mərkəzi”nin qarşısında yerləşən yeni tikilinin 24-cü mərtəbəsindən bir otaqlı mənzil satacaqlarına dair yalan vəd verib aldatmaqla, 07 yanvar 2013-cü il tarixdən 2014cü ilin sonlarınadək olan dövr ərzində Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 33.000 manat məbləğində pulunu etibarından sui-istifadə edərək alıb öz aralarında bölüşdürməklə ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs və qeyrisi təkrar tamah niyyəti, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən “Ələsgəroğlu-K” şirkəti tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasında yerləşən bir otaqlı mənzili ona satcaqlarına dair yalan vəd verib aldatmaqla, 2014-cü ilin yay aylarından həmin ilin noyabr ayınadək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 9.000 manat dəyərində “Audi Q7” markalı avtomobilini və 21.000 manat nəğd pulunu etibarından sui-istifadə edərək alıb öz aralarında bölüşdürməklə ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 30.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs və qeyrisi təkrar tamah niyyəti, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Novxanı kəndi ərazisində kənd təsərrufat təyinatlı torpaq sahəsinin üzərində yarımçıq tikilini göstərib 3 ədəd fərdi yaşayış evini tikib qanuni sənədləri ilə birgə ona təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq, 2014-cü ilin payız ayları ərzində Bakı şəhərinin müxtəlif ərazilərində vahid niyyətlə əhatə olunan qəsdlə 20.000 manat dəyərində “BMV X5” markalı avtomobili, 7.000 manat dəyərində “Mersedes Benz” markalı avtomobili, 2.100 manat dəyərində 3 ton armatur və 6.000 manat nəğd pulunu Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək alıb öz aralarında bölüşdürməklə ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 35.100 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs və qeyrisi təkrar tamah niyyəti, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında İsmayılov Rövşən Səməd oğluna Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən “Ələsgəroğlu-K” şirkəti tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasındakı bir otaqlı mənzili ona satacaqlarına dair yalan vəd verib aldatmaqla, onlar tərəfindən satılacaq həmin mənzilin Zərərçəkmiş şəxs6 məxsus olduğunu deyib, onunla aparılan danışıqlarda Rövşən İsmayılovun da iştirakını təmin edib inandıraraq, həmin mənzilə dair Rövşən İsmayılovun adına 01 dekabr 2014-cü ildə notarial qaydada başqa məzmunda etibarnamə verməklə həmin dövrün məzənnəsi ilə 23.532 manat təşkil edən 30.000 ABŞ dolları dəyərində 2006-cı il buraxılışlı “BMV-X5” markalı, bir ədəd həmin dövrün məzənnəsi ilə 10.981,6 manat təşkil edən 14.000 ABŞ dolları dəyərindəki 2007-ci il buraxılışlı “Volsvagen Passat” markalı və bir ədəd həmin dövrün məzənnəsi ilə 12.550,4 manat təşkil edən 16.000 ABŞ dolları dəyərində 2008-ci il buraxılışlı “Nissan Qaşqay” markalı avtomobilləri Bakı şəhərinin müxtəlif ərazilərində vahid niyyətlə əhatə olunan qəsdlə R.İsmayılovdan etibarından sui-istifadə etməklə alıb ələ keçirərək zərərçəkmiş şəxs Rövşən İsmayılova ümumilikdə 47.064 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs və qeyrisi təkrar tamah niyyəti, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Novxanı kəndi ərazisində kənd təsərrufat təyinatlı 3 sot torpaq sahəsinin üzərində yarımçıq tikilini göstərib inandıraraq, həmin sahədə 4 ay ərzində 2 mərtəbəli ev tikib qanuni sənədləri ilə birgə ona təhvil verəcəklərinə dair yalan vəd verib aldatmaqla, 2015-ci ilin yayından 2016-cı lin yanvar ayının ortalarınadək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində, eləcə də Abşeron rayonu, Novxanı kəndi ərazisində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 41.000 manat dəyərində “x38” markalı, 6.000 manat dəyərində “Subaru” markalı, 10.000 manat dəyərində 2001-ci il buraxılışlı “Mersedes” markalı avtomobili və 18.500 manat nəğd pulu etibarından suiistifadə etməklə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 75.500 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs və qeyrisi təkrar tamah niyyəti, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında İsmayılov Rövşən Səməd oğluna Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanındakı “Ələsgəroğlu-K” şirkəti tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasında yerləşən bir otaqlı mənzilin Zərərçəkmiş şəxs6 məxsus olduğunu deyib satdıqlarını bildirdikləri həmin mənzillə bağlı danışıqlarda Rövşən İsmayılovun da iştirakını təmin edərək, mənzilə dair sənədlərin qanunusuz olması Zərərçəkmiş şəxs6 və R.İsmayılova məlum olduqdan sonra, sonuncu, həmin mənzili almaq üçün verdiyi əmlakı və pulları geri qaytarmalarını tələb etdikdə, Təqsirləndirilən şəxs və Ziya Ələkbərli həmin mənzilə görə R.İsmayılovun verdiyi əmlakın üzərinə əlavə olaraq 13.000 ABŞ dolları qoyub onlara verəcəyi halda Abşeron rayonu, Novxanı kəndi ərazisində kənd təsərrufatı təyinatlı 5 sot torpaq sahəsinin üzərində yarımçıq tikilini göstərib bir ay ərzində 73.000 ABŞ dollarına qiymətləndirilən 2 mərtəbəli ev tikib qanuni sənədləri ilə birgə Rövşən İsmayılova təhvil verəcəklərinə dair yalan vəd verib aldatmaqla, 02 sentyabr 2015-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 ünvanında yerləşən Abşeron rayon İcra Hakimiyyəti binasının yaxınlığında ondan həmin dövrün məzənnəsi ilə 15.356,9 manat təşkil edən 13.000 ABŞ dolları məbləğində pulu etibarından sui-istifadə etməklə alıb öz aralarında bölüşdürərək ələ keçirməklə zərərçəkmiş şəxs Rövşən İsmayılova 15.356,9 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs və qeyrisi təkrar tamah niyyəti, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 dekabr 2014-cü il tarixli müqavilə və tam ödəniş barədə arayış əsasında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllə ünvanında “xxxxxxx” MTK-nın inşa etdiyi hündürmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 58 saylı bir otaqlı 57,13 kvadrat metr sahəsi olan 34.278 manat dəyərindəki mənzili dəyərini hissə-hissə ödəməklə digər şəxsə satacaqlarına dair yalan vəd verib aldatmaqla özlərinin adına qeydiyyata aldırıb, 16 noyabr 2015-ci il tarixdə həmin mənzili sataraq əldə etdikləri pulu Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə alıb öz aralarında bölüşdürməklə ələ keçirib Zərərçəkmiş şəxs3 34.278 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs və qeyrisi təkrar tamah niyyəti, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 dekabr 2014-cü il tarixli müqavilə və tam ödəniş barədə arayış əsasında Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllə ünvanında “xxxxxxx” MTK-nın inşa etdiyi hündürmərtəbəli binanın 15-ci mərtəbəsində yerləşən 75 saylı üç otaqlı 104,6 kvadrat metr sahəsi olan 62.760 manat dəyərindəki mənzili dəyərini hissə-hissə ödəməklə digər şəxsə satacaqlarına dair yalan vəd verib aldatmaqla özlərinin adına qeydiyyata aldırıb, 18 noyabr 2015-ci il tarixdə həmin mənzili sataraq əldə etdikləri pulu Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə alıb öz aralarında bölüşdürmüklə ələ keçirib Zərərçəkmiş şəxs4 62.760 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədi və ifadəsində bildirdi ki, Sərxan adlı maklerin vasitəsilə Şahid4la tanış olmuş, Ramin mənzil almaq istədiyini demişdir. Ona Gəncə prospektində «Ələsgəroğlu» firmasının inşa etdirdiyi binadakı sənəddə mansard kimi qeyd olunan mənzili göstərmiş, damının yaxın vaxtlarda bağlanacağını demişdir. Mənzili 23.000 manata razılaşmış, Ramin Nərimanov rayonu ərazisində ona 12.000 manat pul vermiş, o, həmin pulun 1.500 manatını makler Sərxana vermişdir. Raminlə razılaşmışlar ki, qalan 11.000 manatın əvəzinə ona bank girovunda olan Audi Q7 markalı avtomobil versin. Avtomobili ona vermiş, lakin etibarnamə tanışı Sərxanın adına yazılmışdır. Lakin Audi Q7 markalı maşını Sərxan sürən zaman bankın əməklaşları onu almış və maşının kredit borcunun olduğunu demişlər. Ramin maşının kredit problemini həll edəcəyini desə də, bunu edə bilməmişdir. Sonra Ramin onu Nərimanov rayonu ərazisində bir ofisdə atası Ədalətlə görüşdürmüş, Sərxan da orada olmuşdur. Ədalət söz vermişdir ki, Ramin həmin maşının problemini yaxın vaxtlarda həll edəcəkdir. Həmin ərəfədə Ziya ilə o, Novxanı kəndində «Fresko» marketinin arxasında dostu Elçinə məxsus 10 sot torpaq sahəsində 3 ədəd 2 mərtəbəli ev tikməyə başlamışlar. Bunu Sərxan da bilmiş, həmin evləri Ədalətgilə satacağını ona demişdir. Sərxan hər evə görə ona 2.000 manat makler haqqı kimi pul alacağını demişdir. Bu söhbəti açanda Ədalət evlərə baxmaq istədiyini demiş, Sərxan, Ziya, Ədalət və Raminlə birgə həmin yerə getmişlər. Evlərə baxdıqdan sonra Ədalət həmin evlərin hər üçünü almaq istədiyini bildirmişdir. Üç ev 200.000 manata razılaşdırmış, Ədalət onlara hissə-hissə pullar vermiş, 2100 manatlıq armatur göndərmiş, 20.000 manata X5 markalı, 6.500 manat pulun əvəzinə bank girovunda olan Mersedes Panorama markalı avtomobillər vermişdir. BMV X5 markalı maşını 15.000 manata razılaşıb beton zavodundan betonla dəyişdirmiş, lakin rəsmiləşdirmə zamanı maşının 3.750 manat cəriməsi olmuş, həmin pulu 15.000 manatdan çıxıb onlara cəmi 11.250 manatlıq beton verilmişdir. Həmin betonu evlərin tikintisində istifadə etmişdir. Mersedes markalı maşını isə qardaşı Maarifə bir neçə günlük sürmək üçün vermiş, bank əməkdaşları maşını saxladıb Maarifdən almışlar. O, bu barədə Ədalətə və Raminə demiş, Ramin maşını bankdan götürüb verəcəyinə söz vermişdir. Lakin Ramin məsələni həll edə bilməmişdir. Bu hesabla Ədalətlə Ramin onlara 2.100 manatlıq armaturla yanaşı, 3.750 manat çıxıldıqda 16.250 manat əvəzində BMV X 5 markalı avtomobil vermiş olmuş, hissəhissə verdikləri pulları da topladıqda cəmi 21.350 manat vermiş olmuşlar. Həmin evlərin Ədalət və Ramin tərəfindən alıması ilə bağlı proseslərin gedişində Ramin Gəncə prospektindəki mənzili satmaq istədiyini bildirmişdir. Raminin xahişi ilə Ziya ilə birgə Nərimanov rayonu ərazisində notariat kontoruna getmiş, Ziya Rövşən adlı şəxsin adına həmin Gəncə prospektində Raminə satdıqları mənzilə dair etibarnamə vermişdir. Lakin onlara həmin vaxt Raminin həmin mənzili Rövşənə hansı şərtlərlə satması məlum olmamışdır. Bu ərəfədə Ədalət ona Rövşənin tikinti yerinə gələcəyi təqdirdə, həmin tikililəri bir yerdə tikmələrini bildirməyi xahiş etmişdir. Sonra dolların kursu düşməyə başlamış, Ədalət Novxanıdakı evləri almaqda çətinlik çəkdiyini, evlərdən birini ala biləcəyini demiş və razılaşmışlar. O, demişdir ki, onda həmin evə görə pulun qalan hissəsini də versin, evi tikib ona təhvil versin. Sonra Ədaləti bir müddət görməmiş, yaxın qohumunun rəhmətə getməsini eşitmişdir. Bir müddət sonra Rövşən onunla görüşmüş, Ədalətdən Gəncə prospektində ev aldığını, MTK tərəfindən tikintinin dayandığını, şirkətin nümayəndəsinin onu binaya buraxmadığını deyərək narahatlığını bildirmişdir. Həmin vaxt şirkətlə aralarında artıq problemlər yaranmış, Rövşən ona demişdir ki, Ədalət onun nömrəsini ona verib, mənzili onlardan aldığını demişdir. O, Rövşənə Gəncə prospektindəki mənzili Ədalətgilə onların satdığını bildirmişdir. Rövşəndən Ədalətgilə nə verdiyini soruşduqda, Rövşən bir neçə avtomobil verdiyini demiş, o isə, həmin avtomobillərdən yalnız BMV X5 markalı avtomobilin ona gəlib çatdığını, eyni zamanda Ədalətin ona müəyyən məbləğdə pul verdiyini söyləmişdir. O, Rövşənə təklif etmişdir ki, onun Ədalətə verdiyi BMV X 5 markalı avtomobil və müəyyən məbləğdə pulun əvəzindən ona Novxanı kəndində tikdirdiyi evlərdən birini versin, əlavə olaraq da Rövşən 25.000 manat pul versin. Rövşən pulun hiss-hissə verilməsi ilə razılaşmışdır. Rövşən 4-5 ay ərzində Ziya ilə ona hissə-hissə olmaqla 13.000 manat pul vermişdir. Novxanıdakı evə dair Ziya ilə Abşeron icra hakimiyətində təsdiqlənmiş eskiz layihəsi vermiş, eyni zamanda «fərdi yaşayış evinə naturada keçirilmiş baxışa dair» rəy adlı boş blankı da icra hakimiyyətindən adını bilmədiyi işçi onlara vermiş, sənəddə memarlıq şöbəsinin müdirinin imzası və möhürü də olmuş, ev hazır olanda blankın doldurulacağı bildirilmişdir. Ədalətə və Rövşənə dəymiş maddi ziyan tam şəkildə ödənmişdir və həmin şəxslərin onlara qaşı heç bir şikayəti və tələbi qalmamışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, 2013 və ya 2014-cü ildə Bakı Əyləncə Mərkəzinin qarşısında yerləşən “xxx” MTK-ya məxsus yeni tikilidə mərmər tikinti materialı verdiyi üçün həmin materialın əvəzinə ona binadan təxminən 19-cu mərtəbədə yerləşən 102 kv/metr sahəyə malik olan mənzil verilmiş, lakin mənzilə dair sənədlər ona təqdim edilməmişdir. Həmin vaxt Elman ona müraciət edib həmin mənzilin hər kvadrat metrini 500 manata satmağını xahiş etmişdir. Bundan sonra Elman il yarım iki il müddətdində ona ümumilikdə hissə-hissə 30.000 manat pul ödəmişdir. Sonradan məlum olmuşdur ki, həmin MTK-dan ona verilən binanın sahibi tamamilə başqa adamdır və əslində həmin mənzili heç ona verilməmişdir. Həmin ərəfələrdə MTK-nın müdiri Məzahir adlı şəxs intihar etmişdir. Sonra o, Elmana verdiyi pulun əvəzində bir neçə dəfə başqa evlər təklif etsə də, Elman həmin əmlakı istəməmişdir. İbtidai istintaq dövründə Elmana dəymiş maddi ziyandan 7.400 manat pul ödənmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1lə bağlı ittiham üzrə ifadəsində göstərdi ki, 2015-2016-cı illərdə Abşeron rayonu, Novxanı qəsəbəsində torpaq sahəsində iki mərtəbəli ev tikdirib vermək adı ilə hissə-hissə olmaqla ondan 75.350 manat pul almışlar. Həmin pul və öz vəsatləri hesabına Novxanı kəndi ərazisində iki ədəd iki mərtəbəli və bir ədəd birmətərbəli fərdi yaşayış evi tikmişlər. Onlar həbsdə olan ərəfədə evləri tikdikləri torpağın mülkiyyətçisi Elçin adlı şəxs həmin evləri satmışdır. Buna görə də onlar Anara verdikləri vədi yerinə yetirə bilməmişlər. Anara dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Anarın heç bir şikayət və tələbi yoxdur. Bundan başqa, Ramin və Abdulladan onlara yeni tikilidən ev vermək adı ilə pullar almışlar. Belə ki, x24 qəsəbəsində yeni tikilidən bir otaqlı mənzil satacağı üçün təxminən 20.000 manat pul almış, o isə, Abdulladan həmin tikilidən üç otaqlı mənzil satmaq adı ilə təxminən 41.000 manat pul almışdır. Sonradan həmin mənzillərdən bir otaqlı olanını Novxanıda tikdikləri evlərin tikintisinə sərf etmək üçün materialla əvəzləmişlər. Üç otaqlı mənzili isə o, Qurban adlı şəxsə verib pulunu ala bilməmişdir. Nəticədə, Ramin və Abdulladan aldıqları pullar sonradan tam olaraq geri qaytarılmışdır. Həmin şəxslərin onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadə verən 1(101)-94/2020 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs x7 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədi və hər bir epizod üzrə ifadə verərək bildirdi ki, təxminən 2014-cü ilin noyabr ayının axırlarında Sərxan adlı makler ona müraciət edərək Ramin adlı şəxsin onların satmaq istədiyi mansardakı evi almaq istədiyini bildirmişdir. Həmin gün o, Təqsirləndirilən şəxslə Nərimanov rayonu ərazisində yerləşən ofisdə görüşmüş, orada Raminin atası Ədalət də olmuşdur. Onlar həmin mənzili 35.000 manata satdıqlarını bildirmiş, Ramin və atası həmin mənzili onlara avtomaşınlarla barter kimi təklif etmiş, onlar razılaşmamışlar. Lakin 01 dekabr 2014-cü ildə Ramin və Ədalət onlara müraciət edərək mənzilə müştəri tapdıqlarını, bu alqı-satdıqdan onlara ümumilikdə 32.000 manat pul verəcəklərini bildirdikdə, Arif evi satmağa razılaşmış və razılığa görə Ramin onlara 11.800 manat pul və 2006-cı il buraxılışlı, 20.000 manat dəyərində “BMV- X5” markalı avtomaşın verməli olmuşdur. Həmin gün 43 saylı notarial kontorda Raminlə birgə üzünü görmədiyi Rövşən İsmayılovun adına mansardakı evə 30 illik etibarnamə vermiş, lakin etibarnamə verərkən Rövşən orada olmamış, yalnız Ramin olmuşdur. Etibarnamə verildikdən sonra Ramingil Arifə 11.800 manat pul və “BMV-X5” markalı avtomobil vermişdir. Arif 11.800 manat pulun hamısını, habelə “BMV-X5” markalı avtomaşının satışından əldə olunan 16.000 manatın 10.000 manatını evin sahibi Zaura vermiş, qalan pulu isə Ariflə aralarında bölmüşdür. Eyni vaxtda 10-cu mərtəbədəki 1 otaqlı mənzil də Arif tərəfindən tanımadığı şəxsə 35.000 manata satılmış və ilk mənzildən onlar pul götürdüklərindən həmin 35.000 manatın hamısını Arif Zaura vermişdir. Təxminən 2015-ci ilin yay aylarında Rəşad adlı şəxs onlara müraciət edərək, Ramin və atası Ədalətin onun adına olan mansardakı mənzilini Rövşən adlı şəxsə 12-ci mərtəbədə olan 1 otaqlı mənzil göstərməklə satdıqlarını, həmin mənzilin başqa bir şəxs tərəfindən təmir olunaraq alındığını və mənzilinin çıxarışının onun adına olduğundan onun üçün problemlər yaranacağını bildirmişdir. Həmin vaxt onlar Ramingilin ondan həmin mansard mənzili 32.000 manata alıb Rövşənə adi mənzil kimi 60.000 ABŞ dollarına satdığını öyrənmişlər. Onlar Ramin və atası Ədalətlə nə qədər əlaqə saxlamaq istəsələr də, onları tapa bilməmişdir. Təxminən 2015-ci ilin iyul və ya avqust ayında o, Ariflə ilk dəfə gördükləri Rövşən və qardaşı Arafatla görüşmüş, Novxanı kəndində tikdikləri yarımçıq evlərdən birini Rövşənə təklif etmişlər. Bununla da, Rövşəndən əlavə 13.000 ABŞ dolları almağı fikirləşmişlər. Rövşən qardaşı Arafatla birlikdə evə baxmaq istədiyini bildirmiş, onlar adları çəkilən şəxsləri Novxanı kəndinə aparıb yan-yana tikdirdiyi evlərdən üçüncüsünü göstərmiş, Rövşən fikirləşib qərar verəcəyini bildirərək sonra Qazaxstana getmişdir. Təxminən bir ay sonra Rövşən gələrək evin sənədlərinin qaydasında olacağı təqdirdə onlarla razılaşacağını bildirmişdir. Həmin tikilən evin torpağının əkin üçün nəzərdə tutulmasını ona bildirməyib 13.000 ABŞ dolları verəcəyi təqdirdə, onlar həmin yarımçıq evin dam örtüyünü bağlayıb qapı-pəncərəsini də qoymaqla bir ay ərzində ona təhvil verəcəyinə söz vermişlər. Rövşən onlara inanıb elə həmin gün Xırdalan şəhər icra hakimiyyətinin qarşısında onlara 13.400 manat pul vermişdir. Rövşən evə dair sənəd istədikdə, Arif icra hakimiyyətinin yanında olan iki mərtəbəli binaya girib oradan üstündə möhürü olan, lakin digər qeydiyyat aparılmayan boş blankla oradan çıxıb həmin blankı Rövşənə verərək bunun aldığı evə dair mülkiyyəti təsdiq sənəd olduğunu, ev tikildikdən sonra blankın içərisinin doldurulacağını bildirmişdir. Rövşən onlara inanaraq həmin sənədi götürüb Qazaxıstana gedəcəyini bildirərək onlardan ayrılmışdır. O isə Ariflə birlikdə Rövşənə satdıqları evin damını bağlamayıb, uzun müddət fəhlələrə və tikinti materialları mağazalarına qaldıqları borcları ödəmişlər. Rövşən hər dəfə Qazaxstandan onlara zəng vurub evin tikintisi ilə maraqlanarkən ona yalandan tikintinin getdiyini və bir neçə gün ərzində başa çatacağını bildirmişlər. Rövşən Azərbaycana qayıdıb tikintinin nə vəziyyətdə olmasına baxmaq üçün Novxanı kəndinə getmiş, orada heç bir iş görülmədiyini bildikdə, onlarla əlaqə saxlayıb aldanıldığını bildirərək, onlardan verdiyi pulları geri tələb etmiş, lakin onların pulu olmamışdır. Bu səbəbdən Rövşənə müraciət edib onlara pulunu qaytarılması və ya evin təhvil verilməsi üçün bir qədər möhlət verilməsini xahiş etmişlər. Rövşən isə ona verilən sənədlərin də saxta olduğunu bildirib, onlardan şikayət edəcəyini demişdir. Buna görə də, onlar Rövşəni sakitləşdirmək üçün evlərdən birincisini satdıqları Anar adlı şəxsdən pul əvəzinə aldıqları “Mersedes” markalı avtomaşını ona 10.000 manat əvəzinə təklif etmiş, lakin Rövşən həmin avtomaşının da sənədlərinin qaydasında olmadığını bildirib avtomaşını onlardan götürməkdən imtina etmişdir. Bu səbəbdən, onlar Rövşənlə bir daha görüşməkdən yayınaraq müxtəlif bəhanələr gətirirmiş və zənglərinə də cavab verməmişlər. Təqsirləndirilən şəxs Ziya Ələkbərli ifadəsində daha sonra bildirdi ki, Ariflə birlikdə tikdirdikləri üç evdən birinci və ikincisini Zərərçəkmiş şəxs1 üçün tikdirib tam olaraq təhvil vermək adı ilə pul və avtomaşın şəklində ondan 75.350 manat pul almışlar. Pulun təxminən 20.000 manatını evlərin tikintisinə sərf etsələr də, digər hissələrini öz tələbatlarına xərcləmiş və evin birincisinin yalnız damı bağlanmış, digərinin isə yalnız mişar daşla birinci mərtəbəsi qaldırılmışdır. Arifin ona icra hakimiyyətində tanışları olduğunu və həmin tanışları vasitəsi ilə torpağın təyinatını dəyişdirəcəyini bildirdiyindən, o, Ariflə razılaşaraq həmin tikinti işlərini aparmışlar. Rövşənə evin mülkiyyətini təsdiq edən sənəd kimi təqdim etdikləri üzərində möhür və imza olan boş blankı Arifin tanıdığını həmin sənədə möhür vurulmasına görə memarlıq şöbəsində işləyən tanışına 3.500 manat pul verdiyini bildirmişdir. Lakin o, həmin şəxsin kim olmasını bilməmişdir. Təqsirləndirilən şəxs Ziya Ələkbərlinin ifadəsinə görə, Zərərçəkmiş şəxs2 2014-cü ilin sonlarından tanımış, onları Arif tanış etmiş, Elmanla tanış olanda bilmişdir ki, sonuncu, Arifə Xətaidə «Ramstor» mağazasının yanındakı yeni tikilidə mənzil almaq üçün hissəhissə 25.500 manat pul vermişdir. Arifin özü də bunu təsdiq etmişdir. Onun iştirakı ilə Elman Arifə 6.750 manat pulu hissə-hissə vermiş, həmin puldan Arif 4.000 manatını Gəncə prospektində «Ələsgəroğlu-K» şirkətinin tikdirdiyi binadan mənzil almaq üçün ilkin ödəniş etmişdir. Arif həmin binadan cəmi 64.000 manata iki mənzil almış, 4.000 manat verib 60.000 manat borclu qalmışdır. Elmanla da bir neçə dəfə görüşüb vaxt almışdır ki, onun pulunun müqabilində ona mənzil veriləcəkdir. Bunu ondan Arif xahiş etmiş, lakin Elmana mənzil verilməmiş və pulu qaytarılmamışdır. Elmandan cəmi 32.250 manat pul alınmış, həmin pulun 6.750 manatı onun yanında Arif tərəfindən alınsa da, ona həmin puldan heç nə çatmamışdır. Digər cinayət epizodları üzrə ifadəsində təqsirləndirilən şəxs Ziya Ələkbərli bildirdi ki, Abdulla və Ramini çoxdan tanımış, onlarla normal münasibətləri olmuşdur. 2015-ci ilin noyabr ayının 15-də onlarla razılaşıb özlərinə məxsus Qaraçuxur qəsəbəsində «xxxxxxx» MTK-nın inşa etdirməkdə olduğu binadan 3 və 1 otaqlı iki mənzili satıb onlara pulunu ayda 5000 manatdan olmaqla verməsinə söz vermişdir. Bü söhbətlərdə Arif də iştirak etmiş, lakin tanışları onu tanımamış və ona inanmışlar. Mənzilləri onlar cəmi 60.000 manata danışmışlar. Həmin bina yarımçıq olmuş, tikintisi başa çatmamış, Abdulla və Ramin özləri mənzillərin satılmasında maraqlı olmuşlar. Həmin mənzillərin birini, yəni 1 otaqlı mənzili özü 17.000 manata almış, borclu olduğu Samir Neymətov adlı şəxsin adına həmin 17.000 manat borcunun əvəzindən keçirmişdir. 3 otaqlı mənzili isə Arif mərmərlə dəyişdirmiş, alıcısı Arifin tanışı olmuş, Elxan və Elməddin adlı şəxslər mənzili götürmüşlər, kimin adına sənədləşməsi onun yadında qalmamışdır. Arif həmin mənzili Elməddinə 62.000 manata qiymət qoyaraq satmış, daha doğrusu 62.000 manatlıq mərmər almalı olmuş, onlara 7000 manat vermişlər, 2000 manatı MTK-ya rəsmləşdirməyə verilmiş, 5000 manat isə Abdullaya vermişdir. Dekabr ayının 15-də Abdullaya əlavə olaraq Arifin yanında 5000 manat da pul vermişdir. Elxanla Elməddin 7000 manat verdikdən sonra 55000 manatlıq mərməri Arifə verməmiş, işi uzatmışlar. 2016-cı ilin mart ayında o, tutulmuş, aprel ayının axırlarında buraxılmış, daha sonra Qurban adlı şəxs ortaya çıxmış, Elxanın qardaşı olduğunu demiş, məsələni o, həll edəcəyini, mərməri onlara verəcəyini demişdir. Qurbanı Ramin və Abdulla ilə dəfələrlə görüşdürmüş, Qurban onlara bildirmişdir ki, mərmər yoldadır. Daha sonra Qurban demişdir ki, gömrükdə malı var, 7000 manat gətirsə, 2 maşın mərmər verə bilər, bu da təxminən 30.000 manat edir. O, bu barədə Ramin və Abdulla ilə danışmış, onlar razılaşmışlar, lakin Qurban söhbətdən qaçmış, mərmərin gömürkdə olmadığını demiş, malın İrandan gətirilməsi üçün pul istəmişdir. Ramingil isə ona inanmamış və pul verməmişlər. Digər epizodla bağlı Ziya Ələkbərli bildirdi ki, Zərərçəkmiş şəxs5 uzun müddət tanımış, Sevincin həyat yoldaşı İlqar işi ilə əlaqədar Azərbaycanda az-az olmuşdur. 2015ci ilin sentyabr ayında Sevinc torpaq sahəsi alıb ev tikdirmək istədiyini deyərək, uyğun bir yerdən torpaq sahəsi tapmağı xahiş etmişdir. O da, elanlara baxan zaman Novxanı kəndində Nazim adlı şəxsin 6,5 sot torpaq sahəsi satdığını görmüşdür. Bu barədə Sevincə bildirmiş və Sevinclə birlikdə Novxanı kəndində yerləşən torpaq sahəsinə baxmağa getmişlər. Həmin vaxt o, Sevincə bildirmişdir ki, torpağın sahibi torpağı 27.500 manata satır. Sevinc ona borcları olduğunu və həyat yoldaşı İlqara torpağın qiymətinin 32.500 manat olduğunu deyəcəyini, həmin puldan 5000 manatı özünə götürəcəyini, qalanını isə torpağa verəcəyini bildirmişdir. 2015-ci ilin dekabr ayının 15-də Sevinc ona İlqarın 20.000 manat pul göndərdiyini bildirərək, ona ümumilikdə 17.000 manat pul vermişdir. O da, həmin gün Nazim və Sevinclə birlikdə Xırdalan şəhəri, 1 saylı notariat kontoruna gedərək torpağı Sevincin adına sənədləşdirmişlər. Sevinc qalan pulu 1 ay ərzində verəcəyini ona söyləmiş, buna görə Nazimlə öz aralarında qalan 17.500 manata görə 3 aylıq borc müqaviləsi bağlamışdır. 2016-ci ilin mart ayının əvvəllərində o, dələduzluğa görə həbs edilmiş, həmin ilin aprel ayının sonlarında həbsdən çıxmışdır. Həmin ilin iyun ayında Nərimanov rayonu ərazisində yerləşən “Funda” klinikasının qarşısında Sevinc ortaq tanışları olan Fəqan vasitəsi ilə ona 4000 ABŞ dolları pul göndərmiş, daha sonra onun təkrar zənginə görə daha 1000 ABŞ dolları pul vermişdir. Həmin gün “Funda” klinikasının yanında o, Nazimə 4500 manat təşkil edən 3.000 ABŞ dolları, daha sonra yenidən 500 manat vermişdir. Qalan pulu isə lazım olduğu üçün Nazimə deyib özünə götürmüşdür. Təxminən 2017-ci ilin yay aylarında ona məlum olmuşdur ki, İlqar torpağı Sevincin əlindən almışdır. 2018-ci ilin yanvar ayında o, yaşadığı ünvanda Sevincə 9.500 manat pul vermişdir. Bundan sonra bcz, 2018-ci ilin oktyabr ayına qədər müxtəlif vaxtlarda əlavə olaraq Sevincə 4.700 manat pul qaytarmışdır. Sevincə hal-hazırda heç bir borcu yoxdur. Sevinc ümumilikdə ona 24.500 manat pul vermiş, həmin puldan 15.000 manatını Nazimə, 9.500 manatını isə Sevincə qaytarmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs İsmayılov Rövşən Səməd oğlu ifadəsində göstərdi ki, 2014-cü ilin noyabr ayında o, Bakı şəhərindən ev almaq istəmiş və bu barədə qardaşı Arafata bildirdikdə, dostu Raminin Gəncə prospektində, 12 mərtəbəli binanın 12-ci mərtəbəsindəki bir otaqlı evini satmaq istədiyini bildirmişdir. O, Raminin atası Ədalətlə söhbət edərkən, sonuncu, həqiqətən də oğlu Raminin Ziya adlı şəxsdən həmin binada bir otaqlı evinin almasını və həmin evi 60.000 ABŞ dollarına satmaq fikrində olduqlarını bildirmişdir. Onlarla birlikdə həmin gedərək mənzilə baxmış, evi almaq barədə razılaşmış və pul əvəzinə üç ədəd 60.000 ABŞ dolları dəyəri olan avtomaşınlar verəcəyini bildirmişdir. Ramin və atası onunla razılaşmışlar. Sonra o, 30.000 ABŞ dolları dəyərində “BMV-X5” markalı, 14.000 ABŞ dolları dəyərində “Volsfagen-Passat” markalı və 16.000 ABŞ dolları dəyərində “Nissan-Qaşqay” markalı avtomaşınları həmin şəxslərə vermiş, əvəzində isə Ramin ona x4 adına olan 27 iyun 2015-ci il tarixli müqavilənin surətini, həmin tarixli arayışı və 379 saylı çıxarışı verib qalan sənədləşməni notarius vasitəsi ilə həyata keçirəcəklərini bildirmişdir. Sonra onlar 43 saylı notariat kontoruna getmiş, x2 adlı şəxslə oraya gəlmişdir. Ziya, Ramin və onun iştirakı ilə notarius etibarnamə tərtib etmiş, Ziya qeyd olunan mənzil üzərində sərəncam hüququnu ona vermişdir. Sonra o, Qazaxıstana qayıtmış, 2015-ci ilin yay aylarında Bakı şəhərinə gəlmiş və evə baxmaq üçün getdikdə həmin mənzilə qapı qoyulduğunu və mənzilin təmir olunduğunu görmüşdür. Binanın mühafizəçisi təmirin evin əsl sahibi tərəfindən aparıldığını bildirmişdir. O, dərhal Ədalətə zəng vuraraq danışmış, Ədalət özünün də aldadıldığını, lakin məsələni həll edəcəklərini bildirmişdir. Sonra müqaviləni, çıxarışı və etibarnaməni diqqətlə oxuduqda, sənədlərdə mənzildən yox, binanın mansardından söhbət getdiyini görmüş və binanın ümumiyyətlə mansardı olmamışdır. O, aldanıldığını başa düşüb Ədalətə zəng vuraraq avtomaşınları tələb etmişdir. Ədalət isə məsələni həll edəcəklərini, özlərinin də aldanıldıqlarını bildirmişdir. Sonra Ziya və Ariflə əlaqə saxlayaraq görüşmüş, həmin şəxslər pulun əvəzinə Abşeron rayonu, Novxanı kəndi ərazisində 5 sot torpaq sahəsinin ərazisində tikilmiş yarımçıq tikilini vermələrini təklif etmişdir. Ziya və Arif əlavə 13.000 ABŞ dolları verəcəyi təqdirdə, həmin evin dam örtüyünü də bağlayıb 5 sot torpaq sahəsi ilə birlikdə onun adına sənədləşdirəcəklərini bildirmişlər. 2015-ci ilin sentyabr ayında qohumu Sahil Məmmədov, qardaşı Arafat, həmçinin Ziya və Ariflə birlikdə Novxanıya getmişlər. O, torpaq sahəsinə və tikiliyə baxıb razılaşmış, 13.000 ABŞ dolları elə həmin gün Ziyaya vermişdir. Sonra yenidən Qazaxıstana qayıtmış və orada olduğu dövrdə bir neçə dəfə Arif və Ziya ilə telefonla danışıb tikintinin nə yerdə olduğunu soruşanda, onlar hər dəfə tikintinin tam qaydasında getdiyini, bir neçə gündən sonra işin başa çatacağını bildirirmişlər. 2016-cı ilin yanvar ayında Bakıya qayıdıb Novxanı kəndinə gedərək evin tikintisinin nə yerdə olduğunu baxdıqda, orada heç bir tikinti aparılmadığını görmüşdür. O, Ziya və Arifə zəng etmiş, lakin onlar cavab verməmiş və yenə də aldanıldığını başa düşmüşdür. Ona ümumilikdə 73.000 ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs Rövşən İsmayılov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Ədalətdən pulunu geri aldığını, Arif ilə Ziyaya 10.000 ABŞ dolları və sonra 3.000 manat pul verdiyini, Ziya tərəfindən ona 13.000 manat pul qaytarıldığını, hazırda ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi və bununla bağlı 17 sentyabr 2019-cu il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən şahidlər Şahid2 və Şahid3 zərərçəkmiş şəxs Rövşən İsmayılovun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında həmçinin Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən, onun zərərçəkmiş şəxs olan qardaşı Rövşən İsmayılovun məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 45-50). Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, təxminən 2015-ci ilin aprel ayının axırlarında Ziya və Arif tanışı Sərxanla birlikdə onun iş yerinə gəlmiş və söhbət zamanı o, Ziya və Arifə həyət evi istədiyini bildirmişdir. Onlar həmin gün onu Abşeron rayonu, Novxanı kəndinə gətirmiş, orada bir həyətdə olan üç ədəd yarımçıq evləri göstərib evlərin hər üçünü satmaq üçün tikdiklərini və hər birini 65.000 manata satdıqlarını bildirmişlər. O, birinci evi almaq istədiyini bildirəndə, onlar 5.000 manat müqabilində həmin evi iki mərtəbə şəklində tikib, damını bağlayıb, içərisini təmir etməklə müvafiq sənədlərlə birlikdə dörd ay ərzində təhvil verəcəklərini bildirmişlər. O, həmin şərtlərlə razılaşmış və onlara notarial qaydada özünə məxsus avtomaşını, həmçinin həmin gün evdə qaynanası Mərziyədən də 4.000 manat götürüb onlara vermişdir. Qalan pulu isə onlara hər ay 500 manat olmaqla verəcəyi barədə razılaşmışlar. Sonra Arif və Ziya hissəhissə ondan işlədiyi bazara gəlib, 2015-cı ilin yay ayları ərzində 4.000 manat, 6.000 manat, iki dəfə 1.500 manat, avqust ayında 6.000 manat əvəzinə kreditdə olan 2011-ci ilburaxılışlı “Subaru” markalı avtomaşınını almışlar. O, evin pulun tamam ödəyib qurtarsa da, Ziya və Arif evin tikintisini çox zəif aparmışlar. 2015-ci ilin oktyabr ayında Arif və Ziya ona məxsus tikilən evin yanında olan ikinci evi də almağı təklif etmiş, o da, həmin evi xalası oğlu Anar üçün almağı fikirləşmişdir. Onlar ikinci evi ona 60.000 manata sata biləcəklərini bildirmişlər. O, 2015-ci ilin oktyabr ayının sonlarında işlədiyi “Təzə bazar” ərazisində ikinci ev üçün Ziyagilə “Mersedes” markalı avtomaşınını 10.000 manat pul əvəzinə vermişdir. Qalan pulu isə hissə-hissə birinci evi təhvil verdikdən sonra verəcəyini bildirmişdir. 2016-ci ilin yanvar ayında birinci evə görə onlara cəmi 1.500 manat borcu qalmışdır. Təxminən 2016-cı ilin yanvar ayının ortalarında Ziya və Arif birinci evin tamamlanması üçün qalan 1.500 manatı istəmişlər. O, yenə inanıb 1.500 manat pulu vermiş, onlardan evə və torpağa dair sənədləri tələb etmişdir. Onlar sənədləşməni tezliklə başa çatdıracaqlarına söz vermiş və bir neçə gün sonra onların həmin torpağa dair heç bir sənədlərinin olmadığını, evin tikilişinə heç 10.000 manat xərc çəkilmədiyini öyrənmişdir. O, Ziya və Arifdən pulunu geri tələb etmiş, əks halda polisə şikayət edəcəyini bildirdikdə, hər ikisi yalvararaq tezliklə pulunu qaytaracaqlarını, ya da Xırdalan şəhərində tikilən yeni binalardan birindən ona ev verəcəklərini bildirmişlər. Sonra o, bunun da yalan olduğunu bilib Abşeron rayon Polis idarəsinə Ziya və Arif barəsində şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi və bununla bağlı 17 sentyabr 2019-cu il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, təxminən 2012-ci ilin dekabr ayının axırlarında özünə ev almaq istəmiş və bu məqsədlə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən yeni tikilən binalara baxmaq üçün getdikdə, binaların mühafizəçisi Arif adlı şəxsin mobil telefon nömrəsini ona verərək həmin binalarda onun mənzilləri olduğunu və ucuz qiymətə satdığını bildirmişdir. O, Ariflə zəngləşmiş və binaların yanında onunla görüşmüşdür. Söhbət zamanı Arif ona həmin binada iki mənzili olduğunu bildirmiş, 24-cü mərtəbədə yerləşən 100 kvadrat metrlik mənzili hər kvadratı 500 manatdan almaq barədə razılaşmışlar. Bundan bir neçə gün sonra Ariflə T.Bəhramov stadionunun yanında görüşüb 6.000 manat pul vermiş, sonuncu, pulu aldıqdan sonra 2013-cü ilin aprel ayınadək binaların tam hazır olacağını, bundan sonra mənzilin açarlarını və sənədləri ona verəcəyini bildirmişdir. Lakin Arif sözünə əməl etməmiş, sənədlərin ona verilməsini yubatmışdır. 2014-cü ilin iyul ayınadək Arifə ümumilikdə 33.000 manat pul vermişdir. Ariflə görüşərkən hər dəfə onun yanında Ziya adlı şəxs də olmuş, Arif Ziyanı özünün şəriki kimi təqdim etmişdir. O, hər dəfə Arifə pulu verdikdə, sonuncu, pulları saymaq üçün Ziyaya vermişdir. 2014-cü ilin iyul ayının ortalarında sonuncu məbləği verdikdən sonra Arif yaxın vaxtlarda evin sənədlərini ona verəcəyini bildirsə də, sözünə əməl etməmişdir. Təxminən 5-6 ay sonra Arif və Ziya ona müraciət edərək həmin evin problemi olduğunu, MTK-nın sahibləri ilə aralarında mübahisə yarandığını bildirərək, ona satdıqları mənzilin əvəzinə Xəzər rayonu ərazisində yerləşən yeni tikilmiş binanın 9-cu mərtəbəsində mənzil verməyi təklif etmiş, o da, pulunun batacağını görüb çarəsiz qalaraq razılaşmışdır. Onlar Xəzər rayonu ərazisində yerləşən yeni tikilmiş binanın 9-cu mərtəbəsində yerləşən mənzilin sənədlərini götürüb həmin evə gedib baxmışlar. O, həmin evdə təmir işləri görməyə hazırlaşarkən, təxminən 2015-ci ilin mart ayında Ziya ona müraciət edərək Arifin Moskvada olduğunu, ona satdığı mənzilin pəncərələrinin binalara baxdığını bildirib həmin mənzilin əvəzinə eyni binada yerləşən 6-cı mərtəbədəki mənzilin pəncərələrinin dənizə baxdığını qeyd edərək həmin mənzili ona təklif etmişdir. O, razılaşdıqda Ziya ona verdiyi 9-cu mərtəbədəki mənzilin sənədlərini götürərək 6-cı mərtəbədəki mənzilin sənədlərini gətirmək üçün getmiş və daha sonra onlar həmin mənzilin sənədlərini ona verməyərək müxtəlif bəhanələr gətirməyə başlamışlar. Bundan sonra o, Ziya və Arifin onu aldadaraq 33.000 manat pulunu ələ keçirdiklərini başa düşmüşdür. O, adları çəkilən şəxslərlə görüşüb verdiyi pulu tələb etməyə başlamış, əks halda onlardan şikayət edəcəyini bildirmişdir. Ziya və Arif ona yalvararaq yaxın vaxtlarda pulunu qaytaracaqlarını deyərək heç yerə şikayət etməməsini xahiş etmişlər. 02 oktyabr 2015-ci il tarixdə Arif və Ziya onu x8 adlı şəxslə görüşdürüb onu öz ağsaqqalları kimi təqdim etmişlər. İlqar ona müraciət edərək narahat olmamağı, iki ay ərzində Arifgilin ona ya yeni mənzil verəcəklərini, ya da ki, 33.000 manatı qaytaracaqlarını bildirərək özünün hər şeyə cavabdeh olduğunu demişdir. İlqar onu inandırmaq üçün notariusa gedib borcun etiraf edilməsi barədə rəsmi müqavilə bağlamağı təklif etmiş, o da, İlqara inanaraq 51 saylı notariat kontoruna gedib onunla borcun etirafı barədə müqavilə bağlamışlar. Həmin müqaviləyə görə İlqar 02 dekabr 2015-ci il tarixədək 33.000 manat pulu ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin iki ayın tamamında o, İlqara zəng vurub məsələnin nə yerdə olduğunu soruşanda, sonuncu, hazırda Moskvada olduğunu, gəldikdən sonra görüşüb məsələni həll edəcəyini demişdir. Lakin bundan bir neçə gün sonra ona zəng vurduqda isə İlqar onun bu işə heç bir aidiyyəti olmadığını bildirib onu narahat etməməsini, pulu kimə veribsə, onlarla da söhbət etməyi tələb etmişdir. O, başa düşmüşdür ki, Arif və Ziya növbəti dəfə onu aldadıb pulunu qaytarmaq fikrində deyillər. Bu səbəbdən şikayət ərizəsi ilə Nərimanov rayon polis idarəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinə görə, Arif və Ziya ilə apardığı danışıqlarda həmişə onunla birlikdə qardaşı Zahid və bacısı oğlu Elşən iştirak etmişlər. Məhkəmə iclasında dindirilən şahidlər Şahid5 və Şahid6 Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdilər. Məhkəməyə təqdim edilmiş 13 dekabr 2019-cu il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədə Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Ziya Ələkbərli tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, həmin şəxslərlə barışdığını və onlara qarşı tələbinin olmadığını bildirsə də, 22 may 2020-ci il tarixli məhkəmə iclasına gələrək ona vurulmuş maddi ziyanın ödənilməsinə söz verilsə də, təqsirləndirilən şəxslər tərəfindən hələ də ziyanın ödənilmədiyini qeyd edərək, notariat qaydasında verdiyi ərizənin etibarsız sayılmasını və maddi zərərin ödənilməsini tələb etdi, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, 2014-cü ilin dekabr ayında dostu Zərərçəkmiş şəxs4lə birlikdə Qaraçuxur qəsəbəsində «Yağmur» şadlıq sarayının yanında «xxxxxxx» MTK-nın inşa etdiyi çoxmərtəbəli binada mənzil almaq qərarına gəlmişlər. O, binanın 2-ci blok, 12-ci mərtəbə, 58 saylı 1 otaqlı 57,13 kv.mlik mənzili, Abdulla isə 2-ci blok, 15-ci mərətbəsində yerləşən 75 saylı 3 otaqlı, 104,6 kv.mlik mənzili almışlar. Onun aldığı mənzilin dəyəri 34.278 manat, Abdullanın aldığı mənzilin dəyəri isə 62.760 manat təşkil etmişdir. Onlar həmin məbləğləri MTK-ya ödəyib adlarına müqavilə və maliyyə arayışı almışlar. 2015-ci ilin payızında işlədiyi «Riad» mühafizə xidmətinin rəisi Etibar müəllimin tanışı olaraq bir neçə dəfə ofisdə gördüyü Ziya Ələkbərli adlı şəxs onların həmin mənzilləri pula ehtiyacı olduğundan satmaq istədiyini bilmişdir. Ziya maşın alveri ilə məşğul olduğundan ona bu barədə demişlər ki, müştəri olsa barterlə, yəni maşın əvəzində razılaşıb mənzilləri sata bilərlər. Bir gün Ziya tanımadığı Arif adlı şəxsi ofisə gətirib, sonuncunun İrandan mərmər gətirməklə məşğul olduğunu demiş, onun tanışları olan şəxslərə həmin mənzilləri verib əvəzində mərmər gətirib burada sataraq pullarını verəcəklərini bildirmişdir. Ziya Arifə cavabdeh olduğunu, heç bir problem olmayacağını onlara demişdir. Onlar razılaşaraq MTK-nın ofisində sənədləşmə aparılmış, mənzillər onların adlarından çıxarılıb Ziya ilə Arifin gətirdiyi İranlıların adına keçirilmişdir. Orada həmin müştərilərdən 10.000 manata qədər pul alınaraq, 1000 manatı MTK-ya sənədləşmə üçün verilmiş, Ziya 5000 manat pulu Abdullaya vermişdir. Onların danışıqları belə olmuşdur ki, hər ayın 5-dək onlara 5000 manat pul veriləəcəkdir. 2 mənzili cəmi 61.000 manata razılaşmışlar. Mənzilləri onlar MTK-ya nəğd pul vermədən, yəni torpaq və maşın verməklə əldə etdiklərindən, həm də binanın tikintisi yubandığından, nəğd pul verən alıcı tapa bilmədiklərinə görə bu qiymətə satmağa məcbur olmuşlar. Bir ay sonra Ziya onun yanında Abdullaya 5000 manat da vermiş, 51.000 manat borclu qalmışdır. Həmin vaxtdan sonra Ziya və Arifi tapa bilməmişlər, sonuncuların telefon nömrələri bağlı olmuşdur. Ona görə də, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə ərizə ilə müraciət etmişlər. Raminlə ərizəni sonuncunun öz adından verməsi və orada cəmi məbləğin qeyd edilməsini razılaşmışlar. Ərizə qəbul olunduqdan sonra Ziya ona və Abdullaya zəng edərək, Arifin onun başına oyun açdığını, onu aldadıb İrana qaçdığını, Arif gələn kimi məsələni həll edib pulları qaytaracağını bildirmişdir. Ziya onlarla görüşmək istəsə də, polisin onu axtardığını dediyindən görüşə bilməmişlər. Bir neçə gün sonra Ziyanın Abşeron rayon Polis idarəsi tərəfindən tutulduğunu eşitmişlər. Daha sonra Ziyanın zaminə buraxılmasını eşitmişlər. Ziya onlarla görüşmüş, Arif barədə telefonda dediklərini təkrar edərək ona vaxt vermələrini xahiş etmişdir. Daha sonra onlarla bir neçə dəfə görüşmüş, pulun əvəzində onlara mərmər verəcəyini söz vermiş, lakin onlardan 10.000 manat pul istəmişdir ki, guya mərmərin gömrük sənədləşməsi üçün lazımdır. Onlar razılaşmamışlar, Ziyanın təkrar onları aldatmaq istədiyini başa düşmüşlər. Sonrakı görüşləri zamanı Ziya 3 otaqlı mənzilin, yəni Abdullanın mənzilinin pulunun Arif tərəfindən, onun mənzilinin isə pulunun onun tərəfindən götürülməsini etiraf etmişdir. İş materillarına əlavə edilmiş 16 yanvar 2018-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədə Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs Ziya Ələkbərli tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayətinin və iddia tələbinin olmadığını bildirmişdir (cild 7, iş vərəqi 142). Həmçinin məhkəməyə təqdim edilmiş 13 dekabr 2019-cu il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədə Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Ziya Ələkbərli tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, həmin şəxslərlə barışdığını və onlara qarşı tələbinin olmadığını bildirsə də, 22 may 2020-ci il tarixli məhkəmə iclasına gələrək ona vurulmuş maddi ziyanın ödənilməsinə söz verildiyini, təqsirləndirilən şəxslər tərəfindən hələ də ziyanın ödənilmədiyini qeyd edərək, əvvəlki ərizələrinin etibarsız sayılmasını və maddi zərərin ödənilməsini tələb etdi, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində Zərərçəkmiş şəxs3 ilə yaxın dost olduqlarını, 2014-cü ilin dekabr ayında Qaraçuxur qəsəbəsi «Yağmur» şadlıq sarayının yanında «xxxxxxx» MTK-nın inşa etdiyi çoxmərtəbəli binada mənzil almaq qərarına gəldiklərini, özünün həmin binada 3 otaqlı, Raminin isə 1 otaqlı mənzil aldıqlarını, sonradan Ziya Ələkbərli ilə tanış olduqlarını bildirərək, işin qalan halları barədə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi yuxarıda göstərilən məzmunda ifadə ilə oxşar ifadə verdi. Məhkəməyə təqdim edilmiş 12 dekabr 2019-cu il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədə Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Ziya Ələkbərli tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, həmin şəxslərlə barışdığını və onlara qarşı tələbinin olmadığını bildirmişdir. Bununla belə, 14 fevral 2020-ci il tarixli məhkəmə iclasına gələn Zərərçəkmiş şəxs4 ona vurulmuş ziyanın ödənilməsi barədə məhkəməyə təqdim olunmuş ərizədən imtina etdiyini, təqsirləndirilən şəxslər tərəfindən ona ziyanın ödəniləcəyi barədə vəd verildiyini, lakin vurulmuş ziyanın hələ də ödənilmədiyini bildirdi. Həmçinin Zərərçəkmiş şəxs4 22 may 2020-ci il tarixli məhkəmə iclasına gələrək ona vurulmuş maddi ziyanın ödənilmədiyini, bu barədə ona söz verilsə də, təqsirləndirilən şəxslərin öz vədlərinə əməl etmədiklərini, buna görə notariat qaydasında verdiyi ərizənin etibarsız sayılmasını və maddi zərərin ödənilməsini tələb etdi, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində Ziya Ələkbərlini təxminən 10 ildir ki, tanıdığını, həyat yoldaşı x22 yük maşını sürücüsü olduğundan tez-tez xaricdə olduğunu, telefonla danışan zaman həyat yoldaşı İlqarla məsləhətləşərək torpaq sahəsi alıb ev tikdirmək qərarına gəldiklərini, bu barədə ailəvi tanışları olan Ziyaya bildirdiyini, sonuncunun ona köməklik edəcəyinə söz verdiyini bildirdi. Zərərçəkmiş şəxs5 ifadəsinə görə, 2015-ci ilin sentyabr ayının əvvəllərində Ziya onun Nazim adında tanışı olduğunu, Nazimin Novxanı qəsəbəsində torpaq sahəsi satdığını ona bildirmiş, birlikdə gedib həmin torpaq sahəsinə baxmışlar. Bu zaman Nazimin özü olmamış, Ziya Nazimin bui şi ona tapşırdığını demişdir. Ziyanın sözlərindən torpağın sahibinin həmin torpaq sahəsini 32.500 manata satdığını bilmiş, həyat yoldaşı ilə danışıb torpaq sahəsini almaq qərarına gəlmişdir. Bundan sonra 2015-ci ilin dekabrında həyat yoldaşı İlqar qohumu Nicatla ona 20.000 manat pul göndərmişdir. O, Ziyaya hazırda 20.000 manat pulu olduğunu bildirmiş, Ziya da Nazimlə danışdığını, torpağın pulunu hissə-hissə ödəməklə almağa razılaşdığını söyləmişdir. Həmin gün o, Ziya və Nazim ilə birlikdə Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontoruna getmiş, orada 20.000 manat pulu Ziyaya vermişdir. Notariat kontorunda Nazim torpağı onun adına sənədləşdirmişdir. Həmin vaxtı o, Nazimi ilk dəfə idi ki, görmüşdür. Lakin o, Nazimlə aldığı torpaq barəsində heç bir söhbət aparmamış, Ziya özü hər şeyi danışmışdır. Alqı-satqı edildikdən sonra onlar həmin yerdən getmişlər. Bundan sonra 2016-cı il fevralın sonu-martın əvvəllərində Ziya dələduzluqla həbs edilmiş, həmin ərəfədə Nazim adlı şəxsin onu axtardığını eşitmişdir. Nazim Ziyanın həbs edildiyini bildirərək, torpağın pulunun kim tərəfindən ödəniləcəyini soruşmuş, o da, torpağın pulunu özünün verəcəyini demişdir. Nazim ona bildirmişdir ki, Ziya ona 10.000 manat pul vermiş, o isə, Ziyaya torpağa görə 20.000 manat verdiyini söyləmişdir. Sonra Ziya həbsdən ona zəng etmiş, o, Nazimlə olan söhbətini Ziyaya bildirmiş, sonuncu da, onunla Nazim arasında pul məsələsi olduğunu deyərək, Nazimə daha heç nə verməməyi tapşırmışdır. 2016-cı ilin aprel ayının sonlarında Ziya həbsdən çıxmış, həmin il may ayının əvəllərində həyat yoldaşı İlqar ona 5.000 manat pul göndərmişdir. O da, həmin gün yaşadığı ünvanda Ziyaya 5000 manatı vermişdir. 2016-cı ilin iyun ayının əvvəllərində həyat yoldaşının göndərdiyi 4000 ABŞ dollarını tanışı Fəqanın vasitəsilə “Funda” klinikasının yanında Ziyaya vermişdir. Bundan sonra o, Nazimə zəng edib torpağın pulunu tamamilə Ziyaya verdiyini bildirmişdir. Sonra onun əri ilə həmin torpağın üstündə məhkəmə mübahisələri olmuş, Ziyaya zəng edib pulunu tələb etmişdir. Ziya pulu tezliklə qaytaracağını bildirsə də, bunu yubatmışdır. Lakin 2017-ci ilin sonlarında Ziya yaşadığı ünvanda ona 2000 manat, 2018-ci ilin iyun ayında daha 4.500 manat, 2018ci ilin sentyabr ayının əvvəllərində isə 1.600 manat vermişdir. Həmin ayın sonlarında o, «Memar Əcəmi» metro stansiyasının yaxınlığında Ziya ilə görüşmüş, həmin yerə Ziya tanışı Arif ilə gəlmişdir. Həmin vaxt Ziya ona 500 manat vermişdir. Bundan sonra Ziya ona heç bir pul verməmişdir. O, da polisə müraciət edib baş vermiş hadisə barəsində məlumat vermişdir. O, Ziyaya ümumilikdə 32.500 manat pul vermişdir. Ziya həmin puldan ona 8.600 manat pul qaytarmışdır. Qalan 23.900 manat pulu isə verməmişdir. Məhkəmə iclasında dindirilən Şahid7 ifadəsində bildirdi ki, 2015-ci ilin iyul ayında özünə məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən 13 sot torpağı satmaq qərarına gəlmiş və həmin torpağın satışı ilə bağlı elan vermişdir. 2015-ci ilin avqust ayının əvvəllərində Ziya adlı şəxs ona zəng edib həmin torpaq sahəsini almaq istədiyini demişdir. Qeyd etmişdir ki, həmin torpaq sahəsi iki hissədən ibarətdir, yəni 6,5 sot biri, yanında da 6,5 sot digəridir. Həmin gün Ziya yanında olan Arif adlı tanışı ilə Bakıxanov qəsəbəsinə gəlmişdir. Söhbət zamanı Ziya demişdir ki, hər iki torpaq sahəsini alır. Lakin bildirmişdir ki, hər ikisini də aldığına görə ona endirim etsin və onlar hər iki torpaq sahəsinə cəmi 55000 manata razılaşmışlar. Bundan sonra 15.12.2015-ci il tarixdə o Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunda Ziya, tanışı Arif və torpağı alacaq qadın Sevinc ilə görüşmüşdür. Həmin vaxt Ziya Sevinc ilə kənara çəkilib öz aralarında söhbət eləmişlər. Bir az keçdikdən sonra Ziya onun yanına gəlmişdir. Ona 10.000 manat pul vermiş və demişdir ki, qalan 45.000 manat pulu da sonra verəcək. Qeyd etmişdir ki, ona məxsus olan iki 6,5 sotluq torpaq sahəsindən birini Sevinc alır, digər 6,4 sotu isə Ziya özü alırmışdır. Həmçinin qeyd etmişdir ki, Ziya ona Sevincin 20.000 manat verdiyini, həmin puldan 10.000 manat ona verdiyini, digər 10.000 manatı isə özünə götürdüyünü, qalan 45.000 manatını da tezliklə verəcəyini demişdir. O da Ziyayla razılaşmıəşdır. Notariat kontorunda 6,5 sot torpağı Sevincin adına sənədləşdirmişlər. Digər 6,5 sot torpaq sahəsini isə Arifin adına sənədləşdirməyi demişdir. O isə Sevincin adına sənədləşdirdikləri torpağın pulunu tam verdikdən sonra edəcəyini demişdir. Sonra onlar oradan getmişlər. Həmin vaxt o faizə pul götürmü və düşündür ki, torpağı satıb faizə olan borcunu ödəyər. O bu barədə Ziyaya bildirmişdir. Ziya da ona demişdir ki, narahat olma faiz borcunu o həll edəcəkdir. Bundan sonra Ziya ona faiz borcunu ödəmək üçün 500 manat pul vermişdir. Sonra o Ziyadan pulun qalanını istədikdə tezliklə verəcəyini deyirmiş. 2016-cı ilin mart ayının əvvəllərində Ziya həbs edilmişdir. O Ziya ona pul vermədiyini görə məhkəməyə müraciət edib ona məxsus olan torpağı geri almışdır. Qeyd etmişdir ki, Sevinc sonradan ona demişdir ki, torpağın pulunun hamısını Ziyaya vermiş və bildirmişdir ki, Ziya həmin torpağın 32500 manat olduğunu demiş, Sevinc də həmin məbləğdə pulu Ziyaya vermişdir. Sevinc torpağı öz adına sənədləşdirdikdən sonra həmin torpağı həyat yoldaşı İlqarın adına keçirmişdir. O da məhkəmə qaydasında torpağı geri almışdır. Həmçinin bildirmişdir ki, qeyd edilən torpaq sahəsi faktiki olaraq onun mülkiyyətində olsa da oğlu x16 adına qeydiyyatdadır. Həmin torpağa dair onun adına etibarnamə də vardır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirdi ki, 2014-cü ilin yayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində, «Bakond»un yanında ofisdə oturmuş, oğlu Raminlə birlikdə tanımadığı Sərxan adlı makler, Arif və Ziya adlı şəxslər yanına gəlmişlər, Ramin demişdir ki, Arif Əhmədlidə, keçmiş «Xəzər» univermağının yaxınlığında yeni tikilən çoxmərtəbəli binanın tikintisinə mal-material verib, tikintini aparan şəxslər Aifin pulunu nəqd verə bilmədiyindən əvəzində həmin binadan mənzil vermişlər, o da satıb pulunu götürmək istəyir. Ramin demişdir ki, həmin mənzilə baxıb, yaxşıdır. Ramin əvvəlcədən mənzilə baxıb bəyəndiyi üçün o mənzilə baxmadan razılaşmış, 30 000 manatı mənzili almağa aralarında razılağa gəlmişlər. Bundan sonra həmin ərəfədə təxminən bir neçə ay ərzində 21 000 manat pulu hissə-hissə nəqd şəkildə Arif və Ziyaya həm ayrı-ayrı həm də birlikdə vermişdir, qalan 9000 manatın əvəzindən isə bankda girovda olan «Audi Q7» markalı maşını razılaşıb vermişlər. Bu zaman baş etibarnaməni səhv etmirsə Arifin adına vermişdir. x33 adına mənzilə dair MTK-nın sənədini vermişlər, notariat qaydada Ziyanın adından Raminin adına keçirilmişdir. Bir neçə ay sonra onlara pul lazım olduğundan həmin mənzili satmaq istəmişlər, Ramin tanışı Ərafatgilə mənzili göstərmiş, onlar mənzili bəyənmişlər, Ərafatın qardaşı Rövşən həmin mənzili 38.500 manata almağa razılaşmış, ofisə onun yanına gəlmişlər, Ərafat və Rövşəni ilk dəfə orada görmüş, danışıb razılaşmışlar, pulun əvəzindən Rövşən onlara təzə olmayan, səhv etmirsə 10HP313 nömrəli «BMV X5» (24000 manata razılaşdıq), «Nissan Qaşqay» (karobkası yox idi, 10 000 manata razılaşdıq) və «Vosvagen Passat» markalı (8000 manata razılaşdıq) maşınlar vermiş, o Raminlə birgə Rövşənə 3.500 manata pul vermişlər ki, hesabları düz olsun. Ariflə Ziya onlarla necə sənədləşmə aparımışlarsa onlar da o formada notariat qaydada sənədləşmə aparmışlar, Ramin Arifgilin göstərdiyi mənzili Rövşəngilə göstərmiş, o həm Arifgildən mənzili alanda, həm də Rövşənə satanda mənzili görməmiş, o sənədləri görmüş, sənədləşmədə iştirak etmişdir. Bir neçə gün sonra Arif Ziya ilə birgə onun yanına gələrək Novxanıda torpaqlarının olmasını, torpağın sənədlərinin qaydasında olduğunu, orada ev tikdiklərini deyərək tikintinin lahiyəsini göstərmiş, lazım olarsa onlar üçün də ev tikə biləcəklərini, pulunu hissə-hissə verməyə razılaşacaqlarını demişdir. O oğlu Raminlə birlikdə Novxanıda «Fresko» marketin arxa tərəfində torpaq sahəsinə baxmışlar, Arif və Ziya orada 3 evin tikintisini başlamışdılar, qalan boş sahəyə daş tökülmüşdü. O tikilməkdə olan 3-cü evi almağa razılaşmış, 65 000 manata danışmışlar, pulu hissə-hissə ödəməyi də razılaşmışlar, Ariflə Ziya demişlər ki, tikintini davam etmək üçün pulun təxminən 50-60 faizini əvvəlcə verməli olduğunu demişdir. Ofisə qayıtmışlar, nəqd pulları olmadığından Rövşəndən götürdükləri «BMV x5»-i təklif etmiş, Ariflə Ziya həmin maşını 20.000 manat hesabı ilə götürmək istədiklərini deyəndə o 24.000 manata aldığını demişdir, lakin onlar 20.000 manatdan baha sata bilməyəcəklərini demiş, sonda razılaşmışlar. Maşını Raminin ya da ki, onun adından notarial qaydada Arifin ya da ki, Ziyanın adına etibarnamə ilə vermişlər, bundan əlavə onlara etibarnamə ilə səhv etmirsə 10 (ya da 90) PN 477 nömrəli «Mersedes Panarama» markalı maşını 7000 manat hesabı ilə vermişlər, bundan əlavə onlara bir tonu 700 manatdan olmaqla cəmi 2.100 manatlıq 3 ton armatur vermişdir. Hissə-hissə təxminən 6.000 manat da nəqd pul vermiş, bu hesabla o ev üçün Ariflə Ziyaya 35 000 manat vermiş, qalan pulu evin açarlarını onlara təhvil verəndə verəcəklərini razılaşmışlar, Arifgil 2015-ci ilin mart ayında evi onlara təhvil verəcəklərini söz vermişlər, bir neçə dəfə gedib tikintinin vəziyyətinə baxmış, işin getdiyini, lakin zəif aparıldığını görüb bu barədə Arifə və Ziyaya narazlığını bildirmişdir, Ziyagil söz verdikləri vaxta evi mənə tikib təhvil verəcəklərinə təkrar söz vermişlər. 2015-ci ilin aprel ayında o həmin evin tikintisinə baxmağa gedəndə görmüşdür ki, birinci mərtəbə tikilib lakin ikinci başlasa da tikinti dayanmışdı, iş getmirdi. Arifə zəng eləmiş, narazılığını bildirmişdir, Arif demişdir ki, maliyyə problemi var, lakin çox qısa müddətə tikib təhvil verəcək, bundan sonra o Arifi və Ziyanı daha görməmişdir, telefon danışıqları olmuş, çox vaxt cavab verməmişlər, cavab verəndə hər dəfə yalan vədləri davam etdirmişlər. Nəhayət çox təkid edəndən sonra 2015ci ilin iyun ayında «Gənclik» metrostansiyasının yaxınlığında, «Şuşa» kinoteatrının arxasında parkda Ariflə görüşmüş, Arifin yanında Hacı deyə müraciət etdiyi təxminən 45 yaşlarında adam olmuşdur. O pulunu geri tələb etmiş, Arif ona demişdir ki, 2015-ci ilin sentyabr ayının 1-dək evi tikib sənədləri ilə birgə ona təhvil verəcək. Hətta Arif ona demişdir ki, pula ehtiyacı varsa ona kafel-metlax verə bilər, o həmin malı satıb pul edib problemimi həll edər, evi tikib təhvil verəndə hesablaşarlar. O razılaşmış, lakin dəfələrlə zəng etməyimə baxmayraq onu aldadıb həmin kafel-metlaxı ona vermişdir. 2015-ci ilin səhv etmirsə iyul-avqust aylarında Rövşən ona zəng etmiş, bildirmişdir ki, ona satdıqları mənzili təmir etmək istəyəndə başqa adamın təmir edib qapı qoymuşdur. O dərhal Arifə zəng edib bu barədə Arifə demiş, Arif demişdir ki, ola bilməz, həmin adamın telefon nömrəsin ver, özüm danışıb qaydasına qoyar. O Arifə demişdir ki, sən Raminə hansı mənzili göstərmisənsə və onlara hansı mənzilə dair sənəd vermisənsə onlar da həmin mənzili eyni qaydada Rövşənə satmışlar. Bundan sonra Ariflə Rövşənin arasında olanlardan xəbəri olmamışdır. Lakin Abşeron RPİ-də cinayət işi başlayandan sonra eşitmişdsir ki, Ariflə Ziya Rövşəni aldadıb əlavə pullar almışlar. 01 sentyabr 2015-ci ildə qardaşı rəhmətə getmiş, başı qarışmış, təxminən ayın 17-20-də Arifə zəng etmiş, dedi görüşüb danışarlar, lakin daha sonra nömrəsini bağlamış və onu tapa bilməmişdir. Eyni zamanda Ziyanın da nömrəsinə zəng çatmırmış. Arifin telefon nömrəsi ***-***-**-**dir, onun 050 ilə də nömrəsi var olmuş, lakin xatırlamır, əsasən 055 ilə olan nömrəsi ilə əlaqə saxlamışam. O Ariflə ***-***-**-** və ***-***-**-** nömrələriylə danışırdım. Ziyanın nömrəsi səhv etmirsə 070 ya da (077) ***-**-** idi. Arifin və Ziyanın barəsində Abşeron RPİ-də cinayət işi olduğunu, həmin şəxslərin onlardan əlavə bir neçə vətəndaşı o cümlədən Rövşəni aldadıb pullarını ələ keçirmələrini eşitmişdir. Arif və Ziya barəsində onlar da şikayət etmək istəmişlər. O oğlu Ramini bu məqsədlə Abşeron RPİ-ə göndərmiş, lakin Ramini saxlamışlar. Onun buraxılması qarşılığında Rövşəndən aldıqları pulu ödəməyi tələb etmişləır, bildirmişlər ki, onlar Rövşəni aldatmamışlar, Arifgil onları aldadıb, onlar da bilmədən həmin mənzili Rövşənə satmışlar, Rövşən kimi onlar da zərərçəkmişdirləe. Lakin buna məhəl qoyulmamış, Raminin azadlığa buraxılması üçün məcbur qalıb 20 000 manat pulu istintaq vasitəsilə Rövşənə ödəmişlər. Ramin buraxılmışdır. Oğlum Ramin və o Rövşəni aldatmamışlar, Rövşənə qarşı dələduzluq etməmişlər, Ariflə Ziya onlara daha doğrusu oğlu Raminə hansı mənzili göstəriblərsə, Arifgilin verdiyi sənəd əsasında da onlar Rövşənə həmin mənzili satmışlar. İstintaqın qanunsuz təzyiqi ilə Rövşənə ödədikləri 20 000 manatı da onlar Ariflə Ziyadan tələb edirlər. İstintaqın sonrakı gedişatında onlar Rövşənə əlavə olaraq pullarda verib ona dəymiş 38.500 manat maddi ziyanı tamamilə ödəmişlər. Beləliklə Arif və Ziya ondan 2014-cü ilin yay aylarından noyabr ayına qədər olan müddətdə Bakı şəhərinin müxtəlif ərazilərində ümumilikdə 30.000 manat pulu nəğd pulu və əmlakını Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yeni tikili binadan bir otaqlı mənzil almaq adı ilə, daha sonra 2014-cü ilin təxminən payız aylarında Arif və Ziya Novxanı qəsəbəsində mənə 3 otaqlı iki mərtəbəli fərdi yaşayış evi tikib təhvil vermək adı ilə hissə hissə 35.000 manat dəyərində nəğd pul və əmlakını Bakı şəhərinin müxtəlif yerlədində alıb ələ keçirmişdir. Onlar hazırdadək həmin ümumi 65.000 manat ziyandan hissə hissə olmaqla 17.500 manat maddi ziyanı ödəmişlər. Qalan maddi ziyan yəni 47.500 manat hələ də ona ödənilməmişdir. Onu da qeyd etmişdir ki, Arif və Ziya istintaq zamanı ev dustaqlığına çıxmaq istəyən zaman yaxın qohumlarının xahişi ilə həmçinin Arifin atasının vəfat etməsini nəzərə alıb onun müvəqqəti olaraq buraxılması üçün o guya Arifgil tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsi barədə notarial qaydada ərizəni onların pulu ödəməsinə inanıb vermişdir. Lakin verdiyi vədi yerinə yetirməyib ona dəymiş maddi ziyanı tam ödəmədiyi üçün qeyd olunan ərizənin nəzərə alınmamasını xahiş etmişdir. Həmin şəxslər tərəfindən ona vurulmuş 47.500 manat maddi ziyanın ödənilməsini tələb edir. Məhkəməyə təqdim edilmiş 11 fevral 2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədə Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Ziya Ələkbərli tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onlarla barışdığını və hər iki şəxsə qarşı heç bir iddia tələbinin və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən, onun atası - iş üzrə Zərərçəkmiş şəxs6 ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 4, iş vərəqi 16-22). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 13 iyun 2017-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Ziya Ələkbərli və Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı onlar sərbəst ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 6, iş vərəqi 129-133). Cinayət işinə əlavə edilmiş 04 mart 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 həmin istintaq hərəkəti zamanı sərbəst ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Ziya Ələkbərlinin üzünə qarşı təsdiq etmişdir (cild 7, iş vərəqi 14-18). Cinayət işində olan 11 mart 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid7 həmin istintaq hərəkəti zamanı sərbəst ifadəsində göstərdiyi halları təqsirləndirilən şəxs Ziya Ələkbərlinin üzünə qarşı təsdiq etmişdir (cild 7, iş vərəqi 22-25). İş materiallarına əlavə edilmiş 27 iyun 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, “xxxxxx” MMC-nin direktoru x18 Bakı şəhəri, Gəncə prospekti, 29/35 A ünvanında olan 12 mərtəbəli yaşayış evinin mansarında ümumi sahəsi 59,47 kv/metr olan 01 otaqdn ibarət mənzili x5 verməyi, Z.Ələkbərli isə həmin mənzilin dəyərini tam olaraq ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin tarixli maliyyə arayışının surətindən görünür ki, Z.Ələkbərli qeyd edilən mənzilin müqavilə dəyərini tam olaraq ödəmişdir. 27.06.2014-cü il tarixli “xxxxxx” şirkəti tərəfindən tərtib edilmiş çıxarışdan görünür ki, x7 qeyd edilən mənzilin mülkiyyətçisidir. 43 saylı notariat kontorunda təsdiq edilmiş 01 dekabr 2014-cü il tarixli etibarnamə ilə x7 və Şahid4 “Ələsgəroğlu-K” şirkətinin Bakı şəhəri, Gəncə prospekti, 29/35 A ünvanında inşa etdiyi binanın mansar hissəsindən ümumi sahəsi 59,47 kv/metr olan mansar hissəsinə dair bütün mülkiyyət hüququna aid bütün hərəkətləri etməyi Rövşən İsmayılova etibar etmişdir. x6 04 dekabr 2014-cü il tarixli 3 saylı notariat kontorunda notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, qeyd edilən mənzilin İmayılov Rövşən Səməd oğlunun adına rəsmiləşdirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarına “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Şahid3 məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində olan fərdi yaşaşyış evinin eskiz layihəsinin surəti əlavə edilmişdir. Cinayət işinə Şahid4 məxsus fərdi yaşayış evinin eskiz layihəsi əlavə olunmuş, həmçinin iş materiallarına əlavəı edilmiş qəbzin surətindən görünür ki, «BMV X5» markalı avtomobil 20.000 manat, “Mersedes Ponarama” markalı avtomobil 7.000 manat, 3 ton armatur 2100 manat kimi qiymətləndirilmiş, həmin əmlaklar və 2.000, 1.500, 1.000, 300 və 500 manat olmaqla 5.300 manat nəqd pulun verilməsi qeyd olunmuş, verilmiş hər bir pul məbləğinin və əmlakın qarşısından Ziya Ələkbərli öz imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqi 228-240). İş materiallarına əlavə edilmiş 02 oktaybr 2015-ci il tarixli 51 saylı notariat kontorunda təsdiq edilmiş borcun etirafı müqaviləsinin surətindən görünür ki, x8 01.12.2013-cü il tarixdə Zərərçəkmiş şəxs2 aldığı 33.000 manat borcu 02.12.2015-ci il tarixədək ona geri qaytaracaqdır. Bundan başqa, 26.12.2015-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən əlyazma ilə yazılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 1 ABŞ dollarının 0.78 manat olan məzənnəsi ilə 42.000 ABŞ dolları pulu 29.12.2015-ci il tarixədək ödəməyəcəyi təqdirdə həmin məbləği 1 ABŞ dollarının 1,55 AZN məzənnəsi ilə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan “xxxxxxx” MMC-nin daşınmaz əmlakın qiymətləndirmə rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində yerləşən fərdi yaşayış evinin 21 yanvar 2016-cı il tarixə olan dəyəri 35.000 manat təşkil edir (cild 4, iş vərəqi 1-3). İş materiallarına əlavə edilmiş 22 dekabr 2014-cü il tarixli “xxxxxxx” MTK-nın direktoru C.H.İsmayılovla payçı Zərərçəkmiş şəxs3 arasında bağlanmış müqavilənin surətindən görünür ki, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49 məhəllədə inşa edilmiş binanın 2-ci blokunun 12-ci mərtəbəsində 57,13 kv/metr sahəyə malik 58 nömrəli 1 otaqlı mənzili 34.278 manat müqabilində Zərərçəkmiş şəxs3 verilmişdir. Həmin tarixli maliyyə arayışının surətindən görünür ki, Zərərçəkmiş şəxs3 qeyd edilən mənzilin dəyərini tam olaraq ödəmişdir. Həmin müqavilə və maliyyə arayışının üzərindən etibarsız hesab edilməsi mənasına gələn çarpaz xətlər çəkilmişdir (cild 4, iş vərəqi 62-63). İş materiallarına əlavə edilmiş 22 dekabr 2014-cü il tarixli “xxxxxxx” MTK-nın direktoru C.H.İsmayılov ilə payçı Zərərçəkmiş şəxs4 arasında bağlanmış müqavilənin surətindən görünür ki, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49 məhəllədə inşa edilmiş binanın 2-ci blokunun 15-ci mərtəbəsində 104,6 kv/metr sahəyə malik 75 nömrəli 3 otaqlı mənzili 62.760 manat müqabilində Zərərçəkmiş şəxs4 verilmişdir. Həmin tarixli maliyyə arayışından görünür ki, Zərərçəkmiş şəxs4 qeyd edilən mənzilin dəyərini tam olaraq ödəmişdir. Bundan başqa, iş materiallarına həmin sənədlərin üzəri xətlənməklə etibarsız hesab edilməsi ilə bağlı surətləri də əlavə edilmişdir. Eyni zamanda həmin mənzilin dəyəri tam ödənilməklə x11 verilməsinə dair 18 noyabr 2015-ci il tarixli müqavilənin surəti iş materiallarına əlavə edilmişdir. Həmin mənzilə dair 16 noyabr 2015-ci il tarixli üzəri xətlənməklə etibarsız heab edilmiş müqavilənin və arayışın surətindən, həmçinin 18.11.2015-ci il tarixli x14 ərizəsinin surətindən görünür ki, qeyd edilən mənzil x17 verilmiş və o, həmin mənzilin x1 etiraz etməmişdir (cild 4, iş vərəqi 69-70). İş materiallarına əlavə edilmiş 18 fevral 2019-cu il tarixli xasiyyətnamədən, həmçinin nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 105 ünvanında qeydiyyatdadır və onun barəsində Nəsimi rayonu, 59 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs 11.08.2011-ci il təvəllüdlü x27 və 23.11.2013-cü il təvəllüdlü x23 olmaqla iki azyaşlı uşağı vardır (cild 7, iş vərəqi 102-105). Cinayət işinə əlavə edilmiş 08 noyabr 2016-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 4, iş vərəqi 84-85). Cinayət işi üzrə məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayınmağa başlamış və məhkəmənin 14 fevral 2020-ci il tarixli qərarına əsasən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, həmçinin barəsində axtarış elan olunması haqqında qərar qəbul edilmişdir. Bununla əlaqədar, məhkəmənin 18 mart 2020ci il tarixli qərarı ilə 1(101)-94/2020 saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində 1(101)-544/2020 saylı cinayət işi ayrıca icraata ayrılmış və Təqsirləndirilən şəxs tapılıb məhkəməyə təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 13.05.2020-ci il tarixli 17/38-3897 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2020-ci il tarixdə Nəsimi rayon Polis idarəsi Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən tutulmuş və həmin tarixdən Bakı İstintaq təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən isə, vurulmuş maddi zərərin qismən ödənilməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əsasən, Təqsirləndirilən şəxs 22 iyul 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən 22 iyul 2017-ci il tarixədək, yəni 1 (bir) il həbsdə və ev dustaqlığında saxlanılmışdır. Bundan başqa, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasının 13.05.2020-ci il tarixli 17/38-3897 saylı məktubuna əsasən, Təqsirləndirilən şəxs 12 may 2020-ci il tarixdə Nəsimi rayon Polis idarəsi Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən tutulmuş və həmin tarixdən Bakı İstintaq təcridxanasında saxlanılır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai araşdırma dövründə həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 1 (bir) il həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 12 may 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə istintaqı başlananadək zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək Zərərçəkmiş şəxs2 vurulmuş 60.000 manat məbləğində maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehlər Təqsirləndirilən şəxs və x3 tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi barədə qərar qəbul edilməsini, Zərərçəkmiş şəxs4 ona vurulmuş 62.760 manat məbləğində maddi ziyanın, qaldırılmış mülki iddiaya görə dövlət büdcəsinə ödənilmiş 30 manat rüsumunun cavabdehlər Təqsirləndirilən şəxs və x3 tutularaq ona ödənilməsini xahiş etmişlər. Qeyd olunan mülki iddialarla bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyrisi ilə cinayət əlaqəsinə girərək həqiqətən də Zərərçəkmiş şəxs2 məxsus 33.000 manat məbləğində pulun, Zərərçəkmiş şəxs4 məxsus 62.760 manat məbləğində pulun dələduzluq yolu ilə ələ keçirilmələsi öz təsdiqini tapdı. Lakin məhkəmə baxışı dövründə adları çəkilən zərərçəkmiş şəxslər tez-tez öz mövqelərini dəyişməklə müxtəlif ərizələr verərək, gah onlara vurulmuş maddi ziyanın ödənildiyini, onların Təqsirləndirilən şəxs qarşı iddia və şikayətlərinin qalmadığını, gah da onlara ziyanın ödənilməsi barədə vədlər verildiyini, əslində isə onların maddi zərərinin ödənilmədiyini bildirmişlər. Bundan başqa, qaldırılmış mülki iddialarda təkcə maddi zərər yox, həm də mənəvi ziyanın ödənilməsi tələbləri qoyulduğundan, bəzi mülki iddialarda maddi ziyanın məbləği ittihamda qeyd olunanlardan artıq olduğundan, eləcə də Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi çərçivəsində qeyd olunan mülki iddialar üzrə yekun qərar qəbul edilməsi mümkünsüzdür. Bu səbəbdən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 qaldırdıqları mülki iddialar baxılmamış saxlanılmalı, adları çəkilən zərərçəkmiş şəxslərə, həmçinin məhkəmədə mülki iddia qaldırmamış Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəflərinin və maddi sübutların olmaması, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 22 iyul 2016-cı il tarixdən 22 iyul 2017-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) il təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 may 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən qaldırılmış mülki iddialar baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, həmçinin hazırkı cinayət işi üzrə mülki iddia qaldırmamış Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə məhkəmə məsrəflərinin və maddi sübutların olmaması, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-544/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-544/2020
02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver