Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-544/2022 24.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Yusif Allahverdiyev və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1963-cü il fevralın 03-də Puşkin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 178.3.2.-ci və 32.4., 312.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməyə hazırlıq hərəkətləri etmiş, lakin iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmiş, eyni zamanda digər şəxsləri xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxs tərəfindən hərəkətlər edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət qismində rüşvət verməyə təhrik etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il avqust ayının əvvəlindən 2021-ci il sentyabrın 17-dək Bakı şəhər sakini Şahid1 özünün yüksək vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını nümayiş etdirərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 19 may tarixli 1(101)-624/2021 saylı hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci maddəsi ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Elşən Kamil oğlu X8 Ömərovun xahişi ilə azadlığa buraxılmasına kömək edəcəyini sonuncuya bilə-bilə yalandan vəd etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə onların vasitəsi ilə Şahid6 külli miqdar təşkil edən 70.000 manat məbləğində əmlakını ələ keçirməyə, yəni dələduzluq etməyə hazırlıq hərəkətləri etmiş, bunun üçün həmin dövrdə Şahid1 ilə mütəmadi əlaqəyə girmiş, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən «Şaurma № 1» kafesində görüşərək sövdələşmiş, bununla da Şahid1 xidməti vəzifəsinin icrası ilə bağlı vəzifəli şəxs sayılan məhkəmə hakimi tərəfindən hərəkətlər edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa yolla vasitəçidən istifadə edib maddi nemət qismində 70.000 manat məbləğində rüşvət verməyə təhrik etmiş, Şahid6 maddi imkanının olmaması haqqında cavab aldıqdan sonra Şahid1 hədələməklə razılaşdıqları pulu tələb etmiş, lakin sonuncunun Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə könüllü surətdə məlumat verməsi nəticəsində 2021-ci il sentyabrın 17-də saxlandığından iradəsindən asılı olmayaraq dələduzluq cinayətini başa çatdıra bilməmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 28, 178.3.2.-ci və 32.4., 312.1.-ci maddələri ilə ona elan edilən ittihamda təqsirli bilməyib ifadəsində göstərdi ki, 1991-ci ildən 2017-ci il aprel ayına kimi polkovnik hərbi rütbəsində hazırda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti adını daşıyan qurumda hərbi xidmətdə olmaqla 2017-ci ilin mart ayında ehtiyata buraxılmışdır. İki il əvvəl tanış olduğu Şahid1la 2021-ci ilin iyul-avqust aylarında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən «Shaurma № 1» adlı kafedə görüşdükdə sonuncu məhkəmə hökmünü ona göstərmiş və iki nəfər tanışının aptekdə işləyərkən polis əməkdaşları tərəfindən tutularaq birinin dörd il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu, digərinin isə azadlığa buraxıldığını, adı çəkilən dustağa dair cinayət işinin Bakı Apellyasiya Məhkəməsində olduğunu bildirib ondan tanışları vasitəsi ilə azadlığa buraxılmasına köməklik etməsini xahiş etdiyindən o, razılaşmaqla bu məsələ ilə əlaqədar tanış vəkil Şahid5 müraciət etmiş, sonuncu işlə maraqlanacağını bildirsə də ona konkret söz deməmişdir. Göstərilən müddət ərzində Rövşən söhbətlərin birində məhkumun həbsdən azad edilməsi müqabilində sonuncunun ailəsinin 50-60 min manat verə biləcəyini söyləyəndə o, bunun ona aidiyyətinin olmadığını, düzələcəyi təqdirdə işi həll edən, tanımadığı adamla pul məsələsini danışmalı olduqlarını və ehtiyatlı olmağı məsləhət görmüş, bir neçə müddət sonra vəkil hələ ki kömək edə bilmədiyini dediyindən o da Rövşənə işin hələlik alınmadığını bildirmişdir. O, dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməyə hazırlıq hərəkətləri ilə işin həlli müqabilində vəzifəli şəxsə rüşvət verməyə təhrik etməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, övladı X12 mebel dəsti yığarkən tanış olduğu ev sahiblərinin qohumu Təqsirləndirilən şəxs ilə sonradan onun da yaxşı münasibətləri yaranmışdır. Tanışlıq zamanı Bahadir özünün əvvəllər Astara- Lənkəran rayonlarında polis rəisi vəzifəsində çalışdığını bildirmişdir. 2021-ci ilin iyul-avqust aylarında tanışı X17 onunla görüşərək aptek işlədən tanışı Şahid6 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu bildirdikdə o, Bahadirə zəng vurub həmin məsələni danışanda sonuncu məhkum olunan şəxs barədə sənədlərə baxmadan nə isə deyə bilməyəcəyini söylədiyindən bir neçə gün ötmüş Bahadir onunla Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən «Shaurma № 1» adlı kafedə görüşməklə Elşənin azadlığa çıxmasının çətin olacağını, buna görə 70.000-100.000 manat arası vəsait lazım olduğunu, lakin sonuncunun altı-səkkiz ay həbsdə qalmalı olduğunu, bunları kiməsə dedikləri təqdirdə onları aldada biləcəklərini, pulu boş yerə dağıtmamağı söyləmişdir. Bundan sonra Zaur işi onun vasitəsi ilə həll etməkdən imtina etsə də Bahadir dəfələrlə ona zəng edərək pulun hazır olub-olmamasını təkidlə soruşmuş, Elşənin azadlığa buraxılması məsələsi ilə bağlı artıq işə başladığını və lazımı şəxslərə söz verdiyini bildirməklə pulu verməkdən imtina etməsi halında Elşənin cəzasının ağırlaşacağı ilə hədələmişdir. O, çox qorxduğu üçün ərizə ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 2021-ci ilin iyul-avqust ayında söhbət əsnasında onun aptek işlədən tələbə yoldaşı Şahid6 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu bildirdiyi iş yoldaşı Şahid3 göstərilən ərəfədə bu problem barədə yaxın tanışlarına danışdığını, sonuncunun azadlığa çıxarılmasının həll olunması üçün Elşənin tutulması ilə bağlı sənədlərin lazım olduğunu demişdir. O, Elşənin telefon vasitəsi ilə aldığı razılığı əsasında həmin sənədləri 2-3 gün sonra Bakı şəhəri Nərimanov rayonunun Təbriz küçəsində tanımadığı şəxsdən götürərək Faiqə vermiş, sonuncu da X14 ötürmüşdür. 15-20 gün keçmiş Faiq onunla görüşüb Elşənin azadlığa çıxmasının çətin olacağını, bu işin 70.000-100.000 manat pul müqabilində həll oluna bilinəcəyini, lakin Elşənin 6-8 ay həbsdə qalmalı olduğunu bildirmiş, görüləcək məsələnin gizli saxlamasını, heç kəsə bildirməməsini tapşırmışdır. O, bunları Elşənin nəzərinə çatdırdıqda sonuncu istinad edilən pul məbləğini verməyə imkanı olmadığını, məhkəmənin yekun qərarı ilə razılaşmaqla qalan cəzanı çəkəcəyini cavablandırmışdır. İş üzrə şahid qismində dindirilən Şahid3 Şahid4lə uyğun ifadə verərək həmçinin göstərdi ki, Şahid6 problemi ilə bağlı tanışı Şahid2 məlumatlandırandan bir həftə sonra Zaur ona göstərilən məsələ ilə bağlı yuxarı vəzifədə çalışan yaxın tanışının danışıqlar aparacağını söylədiyindən 2021-ci ilin avqust ayında Zaurun istəyi ilə Elşənin sənədlərinin lazım olduğunu Azərə bildirib sonuncudan aldığı tələb olunan sənədləri 14-15 gün ötmüş Zaura çatdırsa da 15-20 gün keçmiş sonuncunun bu işin həlli üçün 70.000-100.000 manat tələb olunması sözlərini Azərə dedikdə sonuncu Elşənin imkansız olduğunu və həmin məbləğlə razılaşmadığını bildirdiyinə görə o, bu söhbəti eyni ilə Zaura çatdırmışdır. İş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 19 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 240.3.2.-ci maddəsi ilə təqsirli bilinməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 01 sentyabr tarixli qərarına əsasən cəza müddəti dörd ilə endirilmişdir. Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 tanımamaqla onlarla heç bir münasibəti olmamışdır. 2021-ci ilin yanvar ayında Bakı İstintaq Təcridxanasına onun ziyarətinə gələn tələbə yoldaşı Şahid4 ilə 2021-ci ilin yay aylarında yenidən əlaqə saxlayanda sonuncu ona Şahid3 adlı dostunun öz tanışları vasitəsi ilə onun azadlığa çıxmaq məsələsinin həll edilməsinə köməklik edə biləcəklərini və qeyd olunan hökmün surətinin lazım olduğunu dedikdə bir gün sonra xalasıoğlunun vasitəsi ilə hökmün surətini Azərə verdirmişdir. 10 gün ötmüş sonuncu onunla görüşə gələrək azadlığa buraxılması ilə bağlı hansısa vəzifəli şəxsə rüşvət kimi verilməsi üçün 70.000-100.000 manat arası pul lazım olduğunu söylədikdə razılaşmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş X17 ibtidai aparşdırma vaxtı şahid qismində dindirilərkən Şahid1la oxşar ifadə vermişdir (1-ci cild, iş vərəqi 57-61). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunan Şahid5 ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs hələ keçmiş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində işlədiyi dövrdən tanıdığını, sonuncunun 2021-ci il avqust ayının əvvəllərində ona zəng edərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan bir nəfərin azadlığa çıxarılması məsələsi ilə əlaqədar vəkil qismində iştirak edib həmin məsələni həll etməsini, işdə vəkil xidmətinə görə ona 3.000-5.000 manat arası pul verəcəklərini, işin həlli üçün isə ümumilikdə 30.000-40.000 manat məbləğində pulu hakimə verməyə hazır olduqlarını nəzərinə çatdıranda məhkuma minimum həddə cəza təyin edildiyini desə də sonuncunun dəfələrlə zəng çalıb təkid etdiyini, Bahadirlə görüşməməklə hər hansı məbləğdə pul tələb etmədiyini və hər hansı vəzifəli və ya digər şəxslə kiminsə həbsdən azad olması istiqamətində söhbətlər aparmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 111-113). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin tərtib etdiyi 2021-ci il 17 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış vaxtı Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 19 may tarixli hökmünün surəti, X3 məxsus 2014-cü il 05 avqust tarixli A seriyalı 050536 №-li diplomun və AZE seriyalı AA2254447 №-li şəxsiyyət vəsiqəsinin, Bakı Baş Səhiyyə İdarəsi 5 №-li X11 2016-cı il 27 sentyabr tarixli 287 №-li əmrinin surətləri, bir ədəd qara rəngli noutbuk, bir ədəd üzərində «Havay» yazılan fləşkart, Təqsirləndirilən şəxs məxsus ZH83902 və RH0378 №-li xidməti vəsiqələrin surətləri, iki ədəd qırmızı rəngli üzərində «FİOCCHİ 32 və 5», iki ədəd üzərində «Record 3 və 70 mm», iki ədəd qara rəngli üzərində «POZİS 70 mm», iki ədəd yaşıl rəngli üzərində «RİO 50 EXTRA GAME» yazılan patronlar, iki ədəd qara rəngli, bir ədəd qəhvəyi rəngli və bir ədəd gümüşü rəngli «Nokia» markalı mobil telefonlar, bir ədəd kiçik ölçülü, gümüşü rəngli yaddaş kartı, bir ədəd dəri çanta, habelə müxtəlif hüquq mühafizə orqanlarına məxsus sənədlərin surətləri aşkarlanıb götürülmüşdür (1-ci cild, iş vərəqi 13-16). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin tərtib etdiyi 2021-ci il 17 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 16:20-də Azərbaycan Respublikasının CM-nin 28, 178.3.2.-ci və 32.4., 312.1.-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 32-33). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin tərtib etdiyi 2021-ci il 17 sentyabr tarixli baxış protokolundan görünür ki, bir ədəd qara rəngli «Xiaomi Redmi» markalı mobil telefona baxış zamanı telefondakı «Cube ACR» mobil tətbiqi ilə qeydə alınan səs yazılarında Təqsirləndirilən şəxs Şahid1la telefon danışıqları zamanı «işin təxirə salınmasının onların xahişi olması», «məhkum olunmuş şəxsin azadlığa buraxılması ilə bağlı başqa adamlara görüşüb heç bir iş görməməyi», «hakim sözün deyəndən sonra, gəlməlidirlər sözlərinin dalınca elə belə deyil ki?! Sözü demisən gəl dur yanında», «onun adamının hazırda məsələnin həlli üçün orada danışıqlarda olduğunu və ondan cavab gözlədiyini», «bu iş bizim əlimizdədir, biz nə desək o da olacaq, başqa nəsə ola bilməz, yəni ora deyiləcək də kimin xahişidir», «o adamlarla əlaqə saxla, de ki, mənim adamım mənə deyir ki, təxirə saldırdıq. Gələn həftə də qərarı verdirəcəyik», «Bizi yarı yolda qoyarlar ha? Sonra deyərlər razı deyilik, onda düzgün alınmaz. Onda o yazıq bəlaya düşər, işini zadı artırarlar. Mən deyim sənə», «ola bilər ki, bu axşam deyildi, mən dedim ki, Rövşən o əmanəti götür gəl bura» məzmunda ifadələr işlətməsi müəyyənləşdirilmiş, qeyd edilən səs yazıları bir ədəd CD diskinə yazılmaqla cinayət işinə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 46-51). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 2021-ci il 18 sentyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 28, 178.3.2.-ci və 32.4., 312.1.-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 63-64). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin tərtib etdiyi 2021-ci il 17 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülən dörd ədəd «Nokia» markalı mobil telefona, bir ədəd «HP» markalı noutbuka, bir ədəd üzərində «Silicon Power» və bir ədəd üzərində «Havay» yazılan yaddaş kartlarına, sonuncunun müvafiq dövlət qurumlarına etdiyi müraciətləri əks etdirən sənədlərə, səkkiz ədəd patrona və Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 19 may tarixli hökmünün surətinə baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkarlanmamış, fotoşəkillər protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 74-89). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2021-ci il 18 sentyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 28, 178.3.2.-ci və 32.4., 312.1.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il sentyabrın 17-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 104-107). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 2021-ci il 18 sentyabr tarixli qərarından görünür ki, Şahid1 məxsus bir ədəd «Xiaomi Redmi» markalı mobil telefon maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 114-115). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il sentyabrın 22-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 123). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 2021-ci il 24 sentyabr tarixli qərarından görünür ki, maddi sübut kimi tanınan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 19 may tarixli hökmünün surəti cinayət işinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 149-150). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinin 2021-ci il 27 sentyabr tarixli 14/4031 №-li məktubundan, məhkəməyə təqdim olunan «Kapital Bank» açıq səhmdar cəmiyyətinin 2021-ci il 09 avqust tarixli GTKR4018147A105 saylı kredit müqaviləsinə əlavənin və 2017-ci il 09 dekabr tarixli Saimət Şahidulla qızı Xəlilovanın ərizəsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılmış xidməti yoxlama nəticəsində sonuncunun polkovnik rütbəsində 2006-2011-ci illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi vəzifələrində xidmət etdiyi dövrdə X4 ümumilikdə 70.000 ABŞ dolları məbləğində borc alıb müxtəlif bəhanələrlə qaytarmaması, Təqsirləndirilən şəxs borc müqabilində Xaçmaz rayonunun Seyidlər kəndindəki qayınatası Ramiz Zeynalovun adına rəsmiləşdirilmiş ikimərtəbəli fərdi yaşayış evini baş etibarnamə əsasında X7 verməsi, qısa müddət sonra Təqsirləndirilən şəxs və sonuncunun qohumlarının tələbi ilə mülkün geri qaytarılmasına X9 etiraz etdikdə hədə-qorxuya və təzyiqlərə məruz qalması, bundan başqa Bahadir Cəfər oğlu X1 2006-cı ildə aldığı 12.730 ABŞ dolları məbləğində pulu müxtəlif bəhanələrlə qaytarmaması, Təqsirləndirilən şəxs 2015-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin məlumat-təhlil qrupunun mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi dövrdə öz şəxsi məsələlərinin həlli üçün Saimət Şahidulla qızı Xəlilovadan 10.000 ABŞ dolları məbləğində borc alıb 6.000 ABŞ dolları məbləğində pulu qaytarmaması, Təqsirləndirilən şəxs həmin xüsusiyyətləri qismən etiraf etməklə sonuncunun «Kapital Bank» açıq səhmdar cəmiyyətindən 24 ay müddətinə 15.000 manat məbləğində kredit götürməsi, Saimət Şahidulla qızı Xəlilovaya qalan 6.000 ABŞ dolları məbləğində pulu 2019-2020-ci illərdə qaytarması və sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmaması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 157-158 və sair). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar Baş İdarəsinin 2021-ci il 04 oktyabr tarixli xx/xx/8411 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyində və Dövlət Təhlükəsizliyi Xidmətində xidmət dövründə əldə etdiyi nəticələrə görə «Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)» yubiley medalı, dörd dəfə pul mükafatı, təşəkkür və fəxri fərmanla təltif edilmiş, həmçinin ona keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 2000-ci il 09 oktyabr tarixli 0221 №-li və 2002-ci il 19 iyul tarixli 0191 №-li əmrləri ilə müvafiq qaydada «vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq» və «şiddətli töhmət», Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 28 fevral tarixli 047 №-li əmri ilə «şiddətli töhmət» intizam cəzaları verilmiş, sonuncu müvafiq hüquqi aktın tələblərini, xidmətkeçmə qaydalarını və üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozaraq ciddi intizamsızlıqlar etdiyinə, eləcə də xüsusi xidmət orqanı əməkdaşının nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 18 mart tarixli 007 №-li əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır (1-ci cild, iş vərəqi 166). İş materiallarındakı Bakı şəhəri Nəsim Rayon MKTB-nin 48 saylı MKİS-inin tərtib etdiyi 2021-ci il 05 oktyabr tarixli 471 №-li arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arvadı X15 və övladı X16 ilə birlikdə yaşayır ibarətdir, üç övladı olan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 169-170). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 06 oktyabr tarixli 4/1359 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd yaşıl rəngli «Verbatim» markalı CD diskindəki «K1» kimi işarələnən diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, «K2» kimi işarələnən diktorun səsi və nitqi Şahid1 məxsusdur, ekspertiza tədqiqatının dəyəri 150 manatdır (1-ci cild, iş vərəqi 172-178). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 2021-ci il 16 oktyabr tarixli qərarından görünür ki, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs Şahid1la telefon danışıqları olan bir ədəd yaşıl rəngli «Verbatim» markalı CD diski cinayət işinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 180-182). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin tərtib etdiyi 2021-ci il 28 oktyabr tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 22 oktyabr tarixli AZF/LGL- 27358/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan +**********12, +**********34 və +**********95 saylı nömrələr ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında 2021-ci ilin avqustsentyabr aylarında müntəzəm olaraq müxtəlif vaxtlarda telefon danışıqları mövcud olmuş, qeyd olunan CD diski cinayət işinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 192-201). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əməliyyat-Texniki Baş İdarəsinin tərtib etdiyi 2021-ci il 01 noyabr tarixli 19 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs mənzilindən aşkarlanıb götürülən səkkiz ədəd 12 mm kalibrli, hamarlüləli ov tüfəngindən atəş açmaq üçün nəzərdə tutulmuş patron təyinatı üzrə istifadəyə yararlıdır (1-ci cild, iş vərəqi 204). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 2021-ci il 17 dekabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2021-ci il 18 dekabr qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 28, 178.3.2.-ci və 32.4., 312.1.ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuş, Şahid1 barəsində Azərbaycan Respublikasının CM-nin 312.1.-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir (1-ci cild, iş vərəqi 210-226). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin tərtib etdiyi 2021-ci il 20 dekabr tarixli protokoldan görünür ki, dörd ədəd «Nokia» markalı mobil telefon, bir ədəd «HP» markalı noutbuk, iki ədəd yaddaş kartı və bir ədəd dəri çanta Təqsirləndirilən şəxs arvadı X10 qaytarılmışdır (1-ci cild, iş vərəqi 245). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin tərtib etdiyi 2021-ci il 20 dekabr tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs mənzilindən aşkarlanıb götürülən səkkiz ədəd ov patronu məhv edilmişdir (1-ci cild, iş vərəqi 247 «a»). Məhkəməyə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin 2022-ci il 22 yanvar tarixli 17/68 №-li məktubu ilə daxil olan 2022-ci il 21 yanvar tarixli Stasionar, ambulator xəstəsinin tibbi kartasından çıxarışdan, Hərbi Hospitalın 2021-ci il 13 yanvar tarixli müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sağ böyrək orta kasada 12 mm ölçüdə daş və 53x35 mm ölçüdə kist, sol böyrək yuxarı kasada 90x77 mm ölçüdə sadə kist vardır, sonuncuya «bel f/e disk yırtığı, kökcük ağrı sindromu ilə. Presbiopiya» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Astara Rayonu İcra Hakimiyyəti başçısının 2001-ci il 26 tarixli 175 №-li sərəncamından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Astara Rayon Şöbəsinin rəisi vəzifəsində işlədiyi müddətdə səmərəli fəaliyyətinə görə sonuncuya Astaranın fəxri vətəndaşı adı verilmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1995-ci il 29 dekabr tarixli fəxri fərmanından görünür ki, Təqsirləndirilən şəxs xidməti fəaliyyətində təşəbbüskarlıq və peşəkarlıq göstərərək əldə etdiyi müsbət nəticələrə görə fəxri fərmanla təltif edilmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının Tibb-sanitar hissəsinin 2022-ci il 22 yanvar tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs «Xroniki pankreatit», «Sağ tərəfli böyrək daşı xəstəliyi», «Sağ böyrəyin kistası» və «Sol böyrəyin qiqant kistası» diaqnozları qoyulmuşdur. Məhkəməyə təqdim olunan hesabatdan görünür ki, məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Yusif Allahverdiyev və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 95 iş saatı müddətində həyata keçirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 28, 178.3.2.-ci və 32.4., 312.1.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 28, 178.3.2.-ci və 32.4., 312.1.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan digər şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspert rəyi, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, xəstəliyini, qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmamasını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 63.2.-ci maddəsinə əsasən, cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunan Şahid1 məxsus bir ədəd «Xiaomi Redmi» markalı mobil telefon sonuncuya qaytarılmalı, bir ədəd yaşıl rəngli «Verbatim» markalı CD diskinin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə 150 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Yusif Allahverdiyev və Partnyorları» vəkil bürosunun nəfinə (VÖEN: **********) 570 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il sentyabrın 17-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 28, 178.3.2.-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə, Azərbaycan Respublikasının CM-nin 32.4., 312.1.-ci maddələri ilə təqsirli 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il sentyabrın 17-dən hesablansın. 150 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Yusif Allahverdiyev və Partnyorları» vəkil bürosunun nəfinə (VÖEN: **********) 570 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunan Şahid1 məxsus bir ədəd «Xiaomi Redmi» markalı mobil telefon sonuncuya qaytarılsın, bir ədəd yaşıl rəngli «Verbatim» markalı CD diskinin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-544/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-544/2022
24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver