Məhkəmə qərarları › İş №1(101)-544/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-544/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-544/2023 31.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X9-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər 18 saylı Vəkil bürosunun vəkili X5, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 2007-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.4, 181.2.1, 181.2.2 və 181.2.5-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi «Qismət market»-in qarşısına gəlib mağazanı müşahidə edərək orada satıcı işləyən Şahid3 piştaxtanın altından çıxardığı polietilen sellofanın içərisində olan puldan bir qədər götürüb polietilen sellofanı həmin yerə qoyaraq çölə çıxmasından sonra özgənin əmlakını gizli olaraq talama məqsədilə sonuncuya yaxınlaşaraq təbii ehtiyacını ödəməsi adı ilə icazə almaqla mağazaya daxil olub bir müddət tualetdə gözləmiş və geri qayıdarkən Şahid3 mağazada olmamasından istifadə edib piştaxtanın altından içərisində Zərərçəkmiş şəxs1 məxsus 11000 (on bir min) manat pul olan polietilen sellofanı gödəkçəsinin iç hissəsinə yerləşdirməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 17 iyul 2022-ci il tarixdə saat 23:00 radələrində başqa şəxslə ünvan 4 ünvanda yerləşən “Qala Altı” kafesində tanış olduqları Zərərçəkmiş şəxs2 ilə eyni masada əyləşib spirtli içki qəbul etdikdən sonra 18 iyul 2022-ci il tarixə keçən gecə saat 00:40 radələrində kafeni birlikdə tərk edən zaman özgənin əmlakını ələ keçirmə məqsədilə başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan razılaşmaya əsasən cinayəti kənar şəxslərin görmədiyi yerdə həyata keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 avtobus dayanacağının bir qədər qarşıda olması barədə yalan məlumat verib sonuncu ilə ünvan 5 ünvanda yerləşən parkda piyada hərəkətdə olan zaman hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib yumruqla sifət nahiyəsindən zərbələr vurmaqla yerə yıxaraq ona alt dodağının selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, başqa şəxs isə üzərində olan silah qismində istifadə etdiyi təyinatı məlum olmayan bıçağla Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün zorakılıq hərəkətləri tətbiq edəcəyi hədəsi ilə sonuncunun bədəninə dirəyib üzərindəki qiymətli əşyaları verməsini tələb edib sonuncunun cibində olan 220 manat məbləğində pulu, 2 manat 70 qəpik dəyərində “Rothmans” markalı siqareti və 50 qəpik dəyərində alışqanı çıxardıb ələ keçirməklə hadisə yerindən uzaqlaşaraq ələ keçirdikləri pulları birlikdə xərcləyib Zərərçəkmiş şəxs2 ümumilikdə 223 manat 20 qəpik məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan əməlləri törətməkdə özünü qismən təqsirli bilərək törətdiyi əməllərdən peşman olduğunu bildirib ifadələrində göstərdi ki, hadisədən təxminən bir ay qabaq Bərdə şəhərindən Bakı şəhərinə iş tapıb işləmək üçün gəlmişdir. Anası yoxdur. Atasından icazəsiz gəlmişdir. Bakı şəhərində də özünə iş axtarsa da, tapa bilməmişdir. Əvvəlcə bir günlük kirayə evlərdə qalmış, lakin pulu qurtardıqdan sonra Bakı şəhərində tüfeyli həyat tərzi keçirməyə başlamışdır. Şahid1 tanıyır, sonuncu ilə Bərdə şəhərində qonşu olmuşlar, münasibətləri həmişə yaxşı olmuş və aralarında ədavət olmamışdır. Şahid2 da tanıyır, sonuncu ilə Şahid1 vasitəsilə tanış olmuş və Gülxanım ilə Fuadın arasında qeyri-rəsmi münasibətləri var idi. Bakı şəhərində iş tapa bilmədiyi üçün maddi cəhətdən sıxıntı çəkməyə başlamışdır. Buna görə oğurluq etmək qərarına gəlmişdir. 14 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 3 ünvanda yerləşən «Qismət market» adlı mağazanın qarşısına gəlmişdir. Həmin mağazanın qarşısında bir qədər durub mağazanı müşahidə edərkən mağazada olan satıcının piştaxtanın altından bir ədəd polietilen sellofan çıxarıb həmin sellofandan pul götürdüyünü görmüşdür. Qərara gəlmişdir ki, həmin sellofanı oradan oğurlasın. O mağazanın qarşısında bir qədər dayandıqda satıcının mağazanın çölündə dayandığını görüb yaxınlaşmış və mağazada tualet olub-olmamasını soruşmuşdur, satıcı tualetin olduğunu bildirdikdə, o tualetə keçmək üçün icazə istəmiş və satıcı icazə verdikdən sonra mağazaya daxil olub tualetə getmişdir. Tualetdə bir neçə dəqiqə durub oradan çıxmış və satıcının piştaxtanın yanında olmadığını və onu görmədiyini görüb, piştaxtanın yanından keçərkən əyilib piştaxtanın altından sellofan torbanı götürüb əynindəki gödəkçəsinin altında həmin sellofanı gizlədib mağazadan çıxıb getmişdir. Mağazadan uzaqlaşdıqdan sonra o, sellofanda olan pulları sayıb oğurladığı pulun on bir min manat olduğunu bilmişdir. Bundan sonra o, taksi ilə Əhmədli metrostansiyasının yanına gedib oradan 850 manata özü üçün “iPhone 11” markalı mobil telefon alıb oradan da Fuadın işlədiyi şərab evinə gəlmişdir. Fuadın yanına gəldikdən sonra üzərində olan sellofandakı pulları Fuada göstərib həmin pulları oğurladığını, on bir manat olduğunu, puldan yalnız özünə mobil telefon aldığını demişdir. X14 zəng vurub yanına çağırdı. Bir müddət sonra Gülxanım gəldi. O da həmin pulu Gülxanıma da göstərib həmin pulu oğurladığını demişdir. Həmin gün o, Fuad və Gülxanım birlikdə otelə getmişlər. Otelə getməmişdən əvvəl isə o, oğurladığı bütün pulları sellofanda Gülxanıma vermişdir ki, saxlasın. Gülxanım da dedi ki, pullar onda qalsın və birlikdə xərcləyərlər, qalanını isə anasına verər. Oteldə gecəni qalmışlar, orada yeyib-içib istirahət etmişlər. Həmin vaxt nə qədər pul xərclədiklərini xatırlamır. 15 aprel 2022-ci il tarixdə səhər saatlarında oteldən çıxaraq Fuad və Gülxanımla birlikdə 28 May metrostansiyasının yanına getmişlər. Orada hər üçü özlərinə paltarlar almışlar. Bundan sonra isə birlikdə Fuadın iş yerinə getmişlər. Fuadın iş yerində bir qədər dayandıqdan sonra o, Gülxanımla birlikdə restorana gedib yemək yemiş və sonra Gülxanım öz yaşadığı evə getmişdir. O isə Fuadın qaldığı evə getmiş və gecəni orada qalmışdır. Bundan sonra o,17 iyul 2022- ci il tarixdə təxminən saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Əcəmi metrostansiyası yaxınlığında yerləşən parkda gəzərkən təsadüfən tanışı Şəmsi ilə qarşılaşmışdır. Şəmsi ona həmin gün Beyləqan rayonundan gəldiyini dedi. Söhbət zamanı Şəmsi ona birlikdə pivə içməyi təklif etmişdir. O da Şəmsi ilə razılaşıb birlikdə yaxınlıqda yerləşən “Qala altı” kafesinə getmişdir. Kafedə bir qədər oturduqdan sonra onlar pivə içərkən kafeyə gələn tanımadığı şəxs onlarla görüşmüşdür. Şəmsi ona həmin şəxsin dostu olduğunu bildirib və həmin şəxsə “bico” deyə müraciət etdi. Bundan sonra onlar həmin şəxslə bir masada əyləşib pivə içməyə davam etmişlər. Təxminən bir saata yaxın oturub hərəyə iki stəkan pivə içmişlər. Pivələri içib qurtardıqdan sonra Şəmsinin tanışı olan həmin şəxs onlara getmək istədiyini bildirdikdə onlar da qalxmaq istədiklərini bildirmişlər. Həmin şəxs ümumi hesabları olan 12 manat ödədi. Təxminən saat 00:40 radələrində onlar birlikdə kafedən çıxmışlar. Həmin şəxs onlardan 199 saylı marşrut avtobusunun dayanacağının harada olmasını soruşarkən onlar Şəmsi ilə öz aralarında onu aldatmaq niyyətilə ona dayanacağın bir qədər qabaqda olduğunu deyərək onunla birlikdə Cavadxan küçəsi ilə üzü M.Əcəmi metrostansiyası istiqamətinə gedərkən yolu əks tərəfə keçmişlər. Daha sonra həmin şəxsi qəsdən parka tərəf yönləndirmişlər. Parka daxil olan kimi o, həmin şəxsə qəfil hücum çəkib, üz nahiyəsinə sağ əli ilə dalbadal bir neçə yumruq zərbəsi vurmuşdur. Həmin şəxs müvazinətini itirib yerə yıxıldı. Həmin şəxs yerə yıxıldıqdan sonra Şəmsi cibindən çıxartdığı bıçağı onun sol böyrünə dirəyib onu öldürəcəyi ilə hədələmişdir. O da Şəmsiyə “xahiş edirəm məni, öldürmə, qoca anam var, telefonumdan başqa üzərimdə olan nəyi istəyirsən götür” dedi. Bundan sonra Sənan həmin şəxsin əynindəki şalvarının arxa sağ cibindən 220 manat pulunu, siqaretini və alışqanını götürdü. Daha sonra Şəmsiylə qaçıb oradan uzaqlaşmışlar. Onlar bir qədər uzaqlaşdıqdan sonra yaxınlıqda yerləşən binaların arasına çatdıqda pulu saymadan Şəmsiyə vermişdir. Həmçinin onlar həmin şəxsdən götürdükləri «rothmans» siqaretini çəkib qurtarmış və alışqanı da atmışlar. Bundan sonra Şəmsi həmin pulla dönər alıb gələcəyini dedi. O da Şəmsini təxminən iki saata yaxın gözlədi, lakin Şəmsi qayıtmamışdır Şəmsinin yaşının neçə olmasını məlumatı yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, istintaq zamanı onun pulunu oğurlayan şəxsin məhkəmədə ona təqsirlənirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Onu əvvəllər tanımamışdır. Özü ünvan 3 ünvanda yerləşən «Qismət market» adlı mağazanı icarədar kimi işlədir, mağazada əmisi oğlu Kənan ona kömək edir. O, işlə bağlı başqa yerdə olarkən Kənan mağazada olur. 14 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində mağaza üçün lazım olan malları alıb geri qayıtdıqdan sonra alış-veriş etmək üçün götürdüyü puldan qalıq qaldığına görə həmin pulu digər pulların yanına qoymaq istəmişdir. Bunun üçün də adətən pullan qoyduğu piştaxtanın altına baxarkən pulları qoyduğu polietilen sellofanın yerində olmadığını görmüşdür. O, Kənandan pulların harada olduğunu soruşduqda, Kənan pulların piştaxtanın altında həmişə olduğu yerdə olduğunu dedi. O da Kənana piştaxtanın altında pulların olmadığını demişdir. Kənan da piştaxtanın altına baxdıqda həqiqətən də pulların olmadığını görmüşdür. Bundan sonra o və Kənan mağazada olan müşahidə kameralarına baxdıqda müəyyən etmişlər ki, saat 17:00 radələrində bir nəfər qara gödəkcəli, qara şalvarlı və qara ayaqqabılı cavan oğlan mağazaya daxil olub Kənandan tualet olubolmadığını soruşub, tualetə getmək üçün Kənandan icazə aldıqdan sonra tualet istiqamətində gedib bir neçə dəqiqə sonra gizlincə vitrinlərin arxası ilə piştaxtanın olduğu yerə gəlib oradan gizlincə sellofanda olan pullan götürüb gödəkcəsinin altına qoymaqla mağazadan çıxıb gedir. Həmin polietilen sellofanda on bir min manat olmuşdur. O da bu barədə DİN 102 xidmətinə məlumat vermişdir. Sonra polis əməkdaşları gəlmişlər və mağazaya baxış keçirib onu polis şöbəsinə dəvət etdmişlər. O, 19-cu polis şöbəsində ərizə və izahat vermişdir. Ona dəymiş zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o 17 iyul 2022-ci il tarixdə təxminən saat 23:30 radələrində ünvan 6 ünvanında yerləşən “Qala altı” kafesinə gedib orada pivə içərkən məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs və onunla birlikdə başqa oğlan onun əyləşdiyi masaya yaxınlaşaraq kafedə boş yer olmadığından onun ilə eyni masada əyləşmək istədiklərini deyərkən o, həmin şəxslərə onunla eyni masada oturmağa etiraz etməmişdir. Həmin şəxslər masa arxasına əyləşdikdən sonra onlardan biri pivə içməyə başladı. Təxminən 20-30 dəqiqə ərzində həmin şəxs iki stəkan pivə içdi. O da cəmi iki stəkan pivə içmişdir. O, həmin şəxslərə getmək istədiyini bildirdikdə onlar da ona qalxmaq istədiklərini bildirdilər. O ümumi hesabları olan on iki manatı ödəyib təxminən saat 00:40 radələrində onlar birlikdə kafedən çıxmışlar. O, onlardan 199 saylı marşrut avtobusunun dayanacağının harada olmasını soruşarkən onlar dayanacağın bir qədər qabaqda olduğunu deyərək onunla birlikdə Cavadxan küçəsi ilə üzü Memar Əcəmi metrostansiyası istiqamətinə gedərkən yolu əks tərəfə keçmişlər. Orada yerləşən parka daxil olan kimi həmin şəxslərdən biri, ona qəflətən hücum edərək onun üz nahiyəsindən yumruqla bir neçə vurdu. O da aldığı zərbələrin təsirindən yerə yıxılmışdır. Bu zaman həmin şəxslərdən digəri onun ona hücum edənlərədən hansının olduğunu indi xatırlamır, əynində ağ köynək olan şəxs onun sol ayağıma bıçaq dirəyərək onu öldürəcəyini dedi. O da həmin şəxsə “xahiş edirəm məni, öldürmə, qoca anam var, telefonumdan başqa üzərimdə olan nəyi istəyirsən götür” demişdir. Bundan sonra onlardan qara köynəkli olan şəxs onun əynindəki şalvarının arxa sağ cibindən 220 manat pulunu, siqaretini və alışqanını götürdü. Onlar onun pulunu və əşyalarını götürüdükdən sonra oradan qaçıb getdilər. Bundan sonra o, yerdən qalxıb dərhal DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş və ərizə ilə bu barədə müraciət etmişdir. Ondan götürülmüş «Rothmans» siqaretinin qiyməti 2 manat 70 qəpik, alışqanın qiyməti İsə 70 qəpikdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs atası tərəfindən ona ödənilmişdir. Ondan tələb və şikayəti yoxdur. Şahid3 ifadələrində göstərdi ki, o, qohumu Zərərçəkmiş şəxs1 ilə birlikdə ünvan 3 ünvanda yerləşən “Qismət” marketi şərik işlədir və həmin marketdə satıcı işləyir. Hadisədən təqribən bir ay əvvəl tanımadığı, təqribən 17-18 yaşlarında olan bir nəfər şəxs marketə gələrək ona kiminsə pul göndərəcəyini, ondan plastik kartının olub-olmamasını soruşmuş, o həmin şəxsə plastik kartının olmadığını bildirmişdir. Bir qədər söhbətdən sonra isə həmin şəxs marketdən çıxıb getmişdir. 13 aprel 2022-ci il tarixdə, təqribən saat 20:00 radələrində həmin şəxs yenidən dükana gəlmişdir. Ondan su istəmişdir. O da həmin şəxsə su vermişdir. Aralarında bir qədər söhbət olmuşdur. Daha sonra ondan mobil telefonunu istəmişdir. O həmin şəxsə telefonunu vermişdir. Həmin şəxs kiməsə zəng edərək ona mobil telefonunu geri qaytarmışdır. Daha sonra isə onun yanından çıxıb getmişdir. 14 aprel 2022-ci il tarixdə saat təqribən 17:00 radələrində həmin şəxs yenidən dükana gəldi. Bir qədər onunla söhbət etmişdir. Daha sonra isə marketin daxilində olan ayaqyoluna girmək üçün ondan icazə istəmişdir. O, həmin şəxsə ayaqyoluna girməyə icazə vermiş, özü dükana daxil olmamışdır. O, bayırda bir nəfərlə söhbət etmişdir. Bir qədərdən sonra isə həmin şəxs dükandan çıxaraq onunla sağollaşaraq getdi. Bundan sonra o, dükana daxil olaraq öz işləri ilə məşğul olmağa davam etmişdir. Saat təqribən 18:50 radələrində Muxtar dükana gəldi. Muxtar dükana daxil olduqdan sonra piştaxtanın arxasına keçib kassanın pullarının harada olmasını soruşdu. O, Muxtara pulların həmişəki yerdə olmasını bildirmişdir. Muxtar pulların orada olmadığını demişdir. O, Muxtarın yanına yaxınlaşmışdır. Görmüşdür ki, pullar həqiqətən yerində yoxdur. Bundan sonra mağazanın içərisində quraşdırılmış müşahidə kameralarına baxıb ayaqyoluna keçmək üçün icazə aldıqdan sonra dükana daxil olan və məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs gizlincə piştaxtanın altına qoyulmuş on bir min manatı götürüb cibinə qoyubə dükandan çıxıb gedir. Həmin pul onlara ödənilməmişdir. Şahid1 ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Onlar Bərdə rayonunda qonşu olmuşlar. Bakı şəhərində isə bir neçə dəfə görüşmüşlər. 14 aprel 2022-ci il tarixdə Sənan onun işlədiyi şərab evinə gələrək 11.000 manat pul əldə etdiyini dedi. O Sənandan bu qədər pulu necə əldə etdiyini soruşduqda, Sənan ona “özümündür, özüm bilərəm” deyib ona həmin puldan ona 200 manat pul verdi. Bundan sonra Sənan yaxınlıqda olan restorana yemək yeməyə getdi. Həmin gün gecə o, Sənan ona zəng edib restoranda olduğunu və olduqları yeri Sənana deyi ona restorana çığırıb gətirmişdir. Restoranda o, Sənan və Gülxanım olmuşlar. Sənan 11.000 manat pul əldə etməsini Gülüyə də dedi. Gülü Sənandan bu qədər pulu haradan əldə etməsi ilə bağlı sual verəndə, Sənan yenə də “özümündür, özüm bilərəm” dedi. Bundan sonra oteldə Sənanın pulu ilə eyş-işrət məclisi təşkil etmişlər. Səhəri gün 28 May metostansiyasının yaxınlığından həmin pul ilə Gülü və Sənan özlərinə geyim almışlar. Sənan həmin pul ilə özünə “İphone 11” markalı mobil telefon almışdı. 15 aprel 2022-ci il tarixdə Sənan gecəni onun evində qalmış və sonradan o Sənanı görməmişdir. Şahid2 ifadədələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Aralarında yaxın münasibələri olub, ədavətləri olmayıb. O, Şahid1 da tanıyır. Fuadla aralarında intim münasibətləri olmuşdur. Sənanı isə Fuadın vasitəsi ilə tanımışdır. 14 aprel 2022-ci il tarixdə Fuadla birlikdə olduqları vaxt Sənan da ora gəldi. Sənan restorana onların yanlarına gəldikdən sonra onlar oradan otelə getmişlər. Orada olduqları vaxt Sənan cibindən pul çıxardaraq 11.000 manat pul göstərdi. O Sənana bu pulu necə əldə etdiyini soruşduqda, cavabında ona “özümündür, özüm bilərəm” dedi. Onlar orada Sənanın pulu ilə eyş-işrət məclisi təşkil edib əylənmişlər. Səhəri gün onlar hər üçü 28 May metrostansiyasına gəlib mağazalardan birindən Sənana və özlərinə paltar almışlar. Həmin puldan ona ümumilikdə 670 manat pul xərclənmişdir. Sənanın qalan məbləği nə etməsi ilə bağlı məlumatı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmişdir. Zərərçəkmiş şəxs2 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tanıyaraq 18 iyul 2022-ci il tarixdə Nəsimi rayonu, Cavadxan küçəsi 31 saylı ünvanda yerləşən istirahət parkında onu yumruqla vuran və üzərində olan 220 manat pulu, dəyəri 2 manat 70 qəpik təşkil edən Rothmans siqaretini və dəyəri 50 qəpik təşkil edən alışqanını götürən şəxsin olduğunu bildirərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd CD diskə baxış protokolundan görünür ki, diskdə 14 ədəd videofayl vardır. Videofayllar bir-bir açılaraq içərisində olan videogörüntülər Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə izlənildi, videogörüntülər qısa müddətli olmaqla ünvan 3 ünvanda yerləşən “Qismət market” adlı mağazada quraşdırılmış müşahidə kameralarında qeydə alınmışdır. Görüntülərdə bir nəfər qara saçlı, əynində qara rəngli şalvar, qara rəngli gödəkcə, qara rəngli ayaqqabı olan cavan şəxsin «Qismət market» adlı mağazanın giriş qapısında dayanaraq müşahidə aparması, daha sonra mağazaya mağazaya daxil olması, mağazaya daxil olduqdan sonra orada olan satıcı kimi fəaliyyət göstərən şəxsə yaxınlaşaraq nəsə deməsi və sonra mağazaya daxil olub qarşıya hərəkət etməklə sola döndükdə olan qapısız yerə daxil olması, sonra həmin qara saçlı cavan oğlanın mağazada vitrinlərin arxası ilə piştaxtaya doğru hərəkət etməsi və hərəkət edərkən ətrafa gizlincə göz gəzdirməsi və gizlənərək hərəkət etməsi, sonra həmin cavan oğlanın vitrin arxasından çıxaraq əynində olan gödəkcənin altına nəsə qoymaqla gödəkcənin zəncirbəndini bağlaması və mağazanı tərk etməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs müşahidə olunan görüntülərdəki cavan oğlanın özü olmasını təsdiq edir. Həmin görüntülərdən aydın olur ki, o, satıcıdan ayaqyoluna getmək üçün icazə alır və sonra vitrinin yanından sola dönərək qapısı olmayan yerə daxil olur, sonra isə gizlincə həmin yedən çıxaraq vitrinin arxası ilə sakitcə hərəkət edib piştaxtanın altında olan sellofandakı pulları alıb gödəkcəsinin altına qoyub zəncirbəndi bağlayır və mağazadan çıxaraq oranı tərk edir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 8 aprel 2022-ci il tarixli götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə bir ədəd qara rəngli, “İphone 11” markalı mobil telefonu könüllü olaraq təhqiqata təhvil vermişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd qara rəngli, “İphone 11” markalı mobil telefon maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 18 iyul 2022-ci il tarixli 917 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarət-alt dodağın selikli qişasının əzilmiş yarası bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 18 iyul 2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olunduğundan dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Məhkəmədə elan olunub araşdırılmış komleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 iyun 2022-ci il tarixli 3060 nömrəli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda primitiv şəxs, psixopatik cizgilərlə müəyyən edilir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmçinin ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İş üçün əhəmiyyət kəsb edəcək halları qavramaq, təsvir etmək, dərk etmək və əməlinə tənqidi yanaşmaq qabiliyyətinə malikdir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 177.2.4, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin olmasını və onun bu əməli qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinib bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı cinayət qanunun tələblərinə uyğun müsadirə olunmalı əmlak kimi Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi “İphone 11” markalı mobil telefon müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş bir ədəd “İphone 11” markalı telefonun cinayət nəticəsində əldə olunmuş əmlak kimi Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən müsadirə olunmasını əsaslı sayır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 88 (səksən səkkiz) manat xərclənməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Alihüseyn oğlu tərəfindən 55 (əlli beş) saat hüquqi yardım göstərilməsi və buna görə ona manat 330 (üç yüz otuz) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, təqsirləndirilən şəxsin yetikinlik yaşına çatmadığını, həmin məbləği ödəmək üçün maddi imkanının olmadığını nəzrə alıb onu həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 24 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi təqsirli bilindiyi əməlləri törədərkən yetkinlik yaşına çatamaması, Zərərçəkmiş şəxs2 Spridonoviçə dəymiş zərərin ödənilməsi, təqsirli bilindiyi əmllərin törədilməsinin halları barəsində ifadələr verib əməllərindən peşman olması müəyyən ondu. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edrəkən təkcə onun tərəfindən törədilmiş əməli, həmin əməlin törədilməsi şəraitini, ağırlığını deyil, həm də onun hazırkı vaxtda və onun tərəfindən əməl törədilərkən vəziyyətini, təlabatını, o cümlədən də cəmiyyətin tələbatını nəzərə alır. Məhkəmə qeyd edir ki, Yetikinlik yaşına çatmayanların ədalət məhkəməsinin icrası üçün Birləşmiş X1ydalarında (Pekin Qaydaları) məhkəmə qərarı çıxararkən yetkinlik yaşına çatmayan şəxsi azadlıqdan məhudlaşdırmaq haqqında qərar yalnız məsələyə diqqətlə baxdıqdan sonra çıxarılmalı və məhdudiyyət minimuma endirilməli olması, o, yalnız başqasına qarşı zor işlətməkdə ciddi qanun pozuntusunda təqsirli bilindikdə onun barəsində azadlıqdan məhrumetmə cəzasının tətbiq oluna bilməsi nəzərdə tutulmuşdur Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəlillik dərəcələrini, həmin əməllərin nəticələrini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həyat tərzini, ətraf mühitini və ona təsir edən və edə biləcək mühiti nəzərə alıb ona azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza təyin olunmasını mümkün hesab etmir. Çünki o, məhkəmənin qənaətinə görə qanuna münasibətədə yüsək risklidir. Öz hərəkətələrində məsuliyyət hissinə malik deyildir. Başqasına qarşı törətdiyi əməli qarşı tərəfə təsirini nəzərə almır, öz hərəkətələrini adi davranış qaydası kimi nəql edir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs şəxsiyyəti öyrənilərkən onun ana himayəsindən məhrum olduğu, faktiki olaraq ata nəzarətindən və himayəsindən kənar olub, özü-özünü saxlamağa məcbur olması, təhsilinin olmaması, iş axtarıb tapmaması, yaşına uyğun olmayan gündəlik kirayəyə verilən mənzillərdə valideyn qayğısı görmədən gecələməsi, törətədiyi əməllərini bəhrələnmək kimi kimi deyil, onda uşaqlıq hissələrinin yaratdığı yemək əldə etmək, əylənmək məqsədi ilə yaşıdları ilə görüşmək üçün əldə etməsi müəyyən olundu. Məhkəmə, bu halları Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən müstəsna hallar kimi nəzərə alır və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddəsinə münasibətədə həmin məcəllənin 62-ci maddəsini tətbiq edib ona həmin maddələrin sankasiyasının aşağı həddində nəzərədə tutulan azadlıqdan məhrumetmə cəzasına nisbətən daha yüngül cəza tətbiq olunmasını mümkün sayır. Çünki təqsirli bilindiyi əməlləri törədərkən yetkinlik yaşına çatmamışdır. Əqli, fiziki inkişafı yetkin olmamışdır. Hazırda törtədiyi əməllərdən peşmandır, saxlanıldığı istintaq təcrixanasında müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən həmin halları nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs xarakterizə edən məlumatları nəzərə alıb onun təqsirli biliib barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qənaətinə gəldiyindən onun yetikinlik yaşına çatmadığını nəzərə alıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən ümümi rejimli tərbiyə müəssisəsində çəkməli olmasını nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarından görünür ki, 03 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, 05 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs bu işlə birləşdirilmiş digər iş üzrə 19 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.4- şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, 12 avqust 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilib həbsdə saxlanılır. Bu materiallardan görünür ki, Təqsirləndirilən şəxs həbsə alınana qədər iki dəfə, hər dəfə iki gün olmaqda, ümumilikdə dörd gün müddətində şəbhəli şəxs qismində tutulub həbsdə saxlanlımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, yuxarıda göstərilən halları, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına, həyat və ailə şəraitinə, yetikinlik yaşına çatmayan şəxslərə təyin edilmiş cəzaların çəkilmə qaydasını müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 90.0.2-ci maddəsinin tələblərini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrinə münasibətdə barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaqla ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixdək, 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək hazırkı işə birləşmiş işlər üzrə şübhəli şəxs qismində tutulub saxlanıldığı ümümilikdə 4 (dörd) gün ona təyin olunmuş cəza müddətinə daxil olunsun. Onun tərəfindən çəkilməli olan cəzanın qalıq müddəti 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün kimi müəyyən olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 12 avqust 2022-ci il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli tərbiyə müəsisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nəsimi RPİ-nin NH-nə təhvil verilmiş bir ədəd “İphone 11” markalı mobil telefon dövlət nəfinə müsadirə olunsun. Dövlət büdcəsindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 330 (üç yüz otuz) manat, Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar