Məhkəmə qərarları › İş №1(101)-544/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-544/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-544/2024 26.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Lerik rayonu, Bibiyani kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Vizəzəmin Ərazi Dairəsi, Bibiyani kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 yanvar 2024-cü il tarixdə, saat 16:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır.

2. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, məlum olmayan vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 12,856 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 1 ünvana daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 31 mart 2023-cü il tarixdə, saat 17:00-da ünvan 1 ünvanda saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 6,271 qram və 6,585 qram olmaqla, ümumilikdə külli miqdarda 12,856 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

3. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 31 mart 2023-cü il tarixdə bacısı Ziyafət Hacıyevanın həyat yoldaşı Ağayev X5 rayonundan onlara qonaq gəlmiş, sonuncunun onların evində olarkən Ağcabədi Rayon Polis Şöbəsindən bacısına zəng gəlmiş, zəng edən polis əməkdaşı Şahid4 onlarla birlikdə olmasından əmin olmaq məqsədilə Şahid4 olduğu ünvana yaxın polis bölməsinə getməli olmasını bildirmişlər. O, Şahid4 əvvəlcə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən polis şöbəsinə aparmış, lakin orada sonuncunu qəbul etmədiklərindən Ruslanla birlikdə Binə qəsəbəsində yerləşən digər polis şöbəsinə getmişlər. Şahid4 həmin polis şöbəsinə təhvil verdikdən sonra azyaşlı övladı Zəhranı məktəbdən götürmək üçün sonuncunun təhsil aldığı məktəbə getmiş, məktəbin qarşısında idarə etdiyi avtomobilin qapılarını bağlayaraq məktəbə doğru getmişdir. Məktəbin ərazisində gəzərkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq ondan Təqsirləndirilən şəxs olub-olmadığını soruşmuş, o özünü təqdim etdikdən sonra həmin şəxslər rəislərinin onunla söhbət etmək istədiklərini bildirərək orada olan avtomobilə əyləşməyi dəvət etmişlər. O, hər hansı etiraz etməyərək həmin şəxslərə məxsus avtomobilə əyləşdikdən sonra ona “Rəis səni gözləyir” deyilərək onlarla birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (bundan sonra mətndə - DİN-in BMCMİ) aparılmış və orada onu rəis deyə müraciət etdikləri şəxsin yanına aparmışlar. Orada həmin rəislə təxminən 10 dəqiqə söhbət etmiş, söhbət zamanı sonuncu onun İran İslam Respublikası ilə hər hansı əlaqəsinin olub-olmaması ilə maraqlanmış, o isə İrana ancaq ziyarət üçün getdiyini, bir dəfə Məşhəddə, bir dəfə isə İraqda “Kərbəlada İmam ziyarətlərində” olduğunu bildirmiş, ondan Azərbaycan Respublikasında hansı məscidlərdə ibadət etməsi soruşulduqda isə 7 il “Həsən Məscidində” ibadət etdiyini bildirmişdir. Bundan sonra rəis orada olan polis əməkdaşlarına “Bunu külli miqdarda” yükləyin ifadəsini işlətmişdir. Daha sonra onu dəhlizə çıxartmışlar və orada polislər ciblərindən 2 (iki) ədəd büküm çıxararaq həmin bükümləri götürməyini demişlər. O həmin bükümlərin nə olduğunu bilmədiyini dedikdə polis əməkdaşları ya həmin bükümləri boynuna götürməyini, ya da 3 kiloqram narkotik vasitəni evinə qoyacaqları, habelə ailəsi və valideynlərini də tutacaqları ilə hədələmişlər. Ona qarşı edilmiş psixi və fiziki təsir və təzyiqlər nəticəsində polislər tərəfindən təqdim edilmiş psixotrop maddənin ona məxsus olmasını boynuna götürməyə məcbur etmişlər.

4. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq ifadəsinə davam edərək göstərdi ki, bacısının həyat yoldaşı Şahid4 polis şöbəsinə qeydiyyatdan keçməsi üçün aparmışdır. Şahid4 Ağcabədi rayonunda ailə münaqişəsi olduğundan onların evinə qonaq kimi gəlmişdir. Məktəbdən polis əməkdaşları ilə birlikdə avtomobillə DİN-in BMCMİ-yə gedənə qədər yolda ona qarşı hər hansı təzyiq olmamış, lakin BMCMİ-də olarkən döyülmüş və incidilmişdir. Belə ki, o, polis əməkdaşları tərəfindən “dubinka” ilə döyülmüş, lakin polis əməkdaşları onun bədəninin iz qalmayan yerlərinə zərbələr vurduğundan bədənində hər hansı iz qalmamışdır. Eyni zamanda onun yeməyinə narkotik vasitə qatmaqla qan analizi nəticəsində onun qanından narkotik vasitə çıxmasına nail olmuşlar. Belə ki, polis əməkdaşları tərəfindən ona verilmiş şorbanı yeyərkən şorbanın dadında hansısa acılıq hiss etmişdir və buna görə də həmin şorbanın tərkibinə narkotik vasitə qatıldığını düşünür. İbtidai istintaqın ilkin mərhələsində ifadə verərkən psixi və fiziki təzyiqlərə məruz qaldığından psixotrop maddənin ona məxsus olmasını boynuna almışdır. Lakin ona psixi və fiziki təzyiqlər göstərilməsi ilə bağlı barəsində qətimkan tədbiri seçilərkən məhkəməyə, o cümlədən saxlanıldığı istintaq təcridxanasında hər hansı məlumat verməmişdir.

5. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Şahid4 Ağcabədi rayonundan bir neçə gün müddətinə onlara qonaq gəlmiş, lakin Ruslanın valideynləri bu barədə xəbərsiz olduqlarından onu itkin düşmüş kimi axtarışa vermişlər. O, Şahid4 polis şöbəsinə apardıqdan sonra sonuncunun hara getməsinin şahidi olmamışdır. Polis əməkdaşları avtomobildə ona qarşı hər hansı pis rəftar göstərməmiş, ondan yaşını, nə işlə məşğul olduğunu soruşulmuş və əlinə hər hansı qandal vurulmamış, avtomobildə narkotik vasitə və ya psixotrop maddələr ilə bağlı hər hansı söhbət aparılmamışdır. Rəislə danışdıqdan sonra isə polislər onu başqa otağa aparıb iki ədəd bükümü ona vermişlər. Daha sonra iftar vaxtı olduğundan polis əməkdaşları iftarını açmaq üçün həmin otaqda ona yemək vermiş, sonra isə onu döyməyə başlamışlar. Döyülərkən onu saxlayan əməliyyat müvəkkilləri orada olsalar da, sonunculardan heç biri onu döyməmiş, onu döyən tanımadığı başqa iki nəfər şəxs olmuşdur. Ona fiziki zorakılıq edən polis əməkdaşları, qollarını bağlayaraq üzərinə su tökmüş, üstünə çıxaraq tapdalamaqla incitmiş və psixotrop maddəni boynuna götürməyini tələb etmişlər. Bundan sonra onu video çəkilişə hazırlamaqla verdikləri psixotrop maddəni zibil qutusunun yanından götürməsini bildirməsini, o cümlədən ona veriləcək digər suallara hansı cavabları verəcəyini izah etmişlər. Daha sonra paltarları islanmış vəziyyətdə həmin gün, təxminən saat 20:30 radələrində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir.

6. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, ona vəkil siyahısı təqdim olunmamış, o, öz istəyi ilə müdafiəçi seçməmişdir. Özləri kifayət qədər yaşı olan bir nəfər vəkil çağırmış, sonuncu da heç nə danışmadan kənarda əyləşərək müşahidə etmişdir. Həmin vəkili cəmi iki dəfə görmüşdür. Vəkil gələnə qədər ona artıq suallara necə cavab verməli olması öyrədilmiş, videoçəkiliş bir neçə dəfə dayandırıldıqdan sonra davam etdirilmiş, ona təqdim etdikləri maddənin psixotrop maddə olduğunu deməsini izah etmişlər. O, vəkil gəldikdən sonra müstəntiq tərəfindən ifadəsi alınmaqla dindirilmiş, təhqiqatçı tərəfindən isə dindirilməmiş, sonuncu ona imzalamaq üçün heç bir sənəd təqdim etməmişdir. Sənədləri imzalamaq üçün ona tanımadığı başqa şəxs vermişdir. Belə ki, onu başqa otağa aparıb təqdim olunmuş sənədləri imzalamasını bildirilmiş, o da oxumadan və müdafiəçinin iştirakı olmadan həmin sənədləri imzalamışdır. İfadəsinin sonunda olan əlyazma olan yazıları öz xətti ilə yazmışdır. Nahar fasiləsində ona yemək və çay verilmiş, lakin yeməkdən iki qaşıq yedikdə acı olduğunu hiss edərək ayaqyoluna tökmüşdür. Daha sonra onun yanına gətirilən iki nəfər şəxsə verilən yeməklərin dadına baxmış, lakin onların yeməyində acılıq hiss etməmişdir. Onunla birlikdə tutulmuş Ruslan və Ramil də, yeməklərinin acı olduğunu bildirmişlər.

7. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə 31 mart 2023-cü il tarixdə verdiyi izahat, habelə 1 aprel 2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında gəzən zaman yerdə 2 (iki) ədəd bükümün olmasını görmüş, əvvəllər yanında bir neçə dəfə psixotrop maddə istifadə edənlər olduğundan həmin bükümlərdə psixotrop maddə metamfetamin olmasını bilmişdir. Əvvəllər istifadə etməsə də, sonradan istifadə etmək məqsədi ilə həmin bükümləri götürüb şalvarının cibinə qoymuşdur. 31 mart 2023-cü il tarixdə, günorta saatlarında Xəzər rayonu, Binə qəsəbəsi ərazisində piyada hərəkət edən zaman özlərini DİN-in BMCMİ-nin əməkdaşları kimi təqdim etmiş 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq onun anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək üzərində psixotrop maddələrin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu BMCMİ-yə dəvət etmişlər. Buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində psixotrop maddələr olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən 2 (iki) ədəd şəffaf sellofon bükümü, daha sonra həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd mobil telefon və 65 manat məbləğində pulu çıxardıb masanın üzərinə qoymuşdur. Belə ki, həmin maddələri 30 mart 2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığını söyləmişdir. Daha sonra təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda içərisində kristal şəkilli, ağ rəngli maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. 2 (iki) ədəd büküm ağ rəngli zərfə qoyularaq üzəri möhürlənmiş və tərəflərindən imzalanmışdır. 1 (bir) ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. 65 manat məbləğində pul isə özünə geri qaytarılmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin protokollardan görünür ki, qeyd edilən ifadələrin sonunda Təqsirləndirilən şəxs tərəfindən öz əlyazması ilə müvafiq olaraq “İfadəmi oxudum. düzdür. Əlavəm yoxdur. Doğruluğunu təsdiq edirəm” və “ifadəmi oxudum. düzdür. İmzamla təsdiq edirəm” cümlələri qeyd edilməklə həmin protokollar özü və müdafiəçisi tərəfindən imzalanmışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 38-39; 52-54; 64-66).

8. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 31 may 2023 və 20 iyun 2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin ifadələrində məhkəmə iclasında verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadələr vermişdir (Cild 1, i.v.129-131; 176-179).

9. Məhkəməyədək icraat zamanı ifadələri elan edildikdən sonra Təqsirləndirilən şəxs göstərdi ki, istintaqa verdiyi ilkin ifadələri təsdiq etmir. Psixotrop maddə metamfetamindən istifadə etməmiş, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini həyata keçirməmişdir. 31 mart 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, X10 yerləşən “Kəlbəcər məktəbinin” qarşısına övladı Zəhra Hacızadəni məktəbdən götürmək üçün getmişdir. Məktəbin qarşısında olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb “Rəis səni gözləyir” ifadəsini işlədərək özlərinin idarə etdiyi avtomobilə əyləşdirmişlər. Onlara uşağı məktəbdən götürməli olduğunu bildirsə də, sözünə məhəl qoyan olmamışdır. Onu BMCMİ-yə gətirmiş, “Rəis” adı ilə müraciət etdikləri şəxsin otağına aparmışlar. Orada əyləşən şəxs ondan yeznəsi Şahid4 ilə nə əlaqəsinin olmasını soruşmuşdur. Ruslanı elə həmin gün Binə qəsəbəsində yerləşən polis bölməsinə apardığını, özü isə sonradan məktəbə gəldiyini demişdir. Ondan Ruslanı nə üçün polis bölməsinə apardığını soruşduqda, bacısına Ağcabədi rayon polis şöbəsindən zəng gəldiyini və Ruslanla maraqlandıqlarını, təcili yaxınlıqdakı polis bölməsinə yaxınlaşıb Ağcabədi polisi ilə əlaqə saxlanılmasını söylədiklərini demişdir. Həmin şəxs ibadəti barədə və İranla bağlılığını soruşmuşdur. Həmçinin neçə müddət namaz qıldığını və hansı məscidlərə getdiyini maraqlanmışdır. O da “İmam Həsən” məscidinə getdiyini və 7 ildir ibadət edib namaz qıldığını söyləmişdir. İranda olub-olmadığını soruşmuş, o isə 2 dəfə İrana ibadət etmək üçün getdiyini demişdir. Başqa hansı ölkədə olmağı barədə maraqlananda bir dəfə də “Kərbala ziyarətində” olduğunu söyləmişdir. Bundan sonra həmin şəxs oraya gətirən şəxslərdən birinə barəsində nalayiq ifadələr işlətməklə “bunu külli miqdar ilə yükləyin” ifadəsini işlətmişdir. O isə nə baş verdiyini anlamamışdır. Sonra digər otaqda ona 2 (iki) ədəd şəffaf sellefon büküm verib həmin bükümləri cibinə qoymağını və çəkiliş vaxtı onları özünün çıxarıb təqdim etməsini, yaşadığı əraziyə yaxın zibillikdən tapdığını deməsini tapşırmışlar. Buna qəti şəkildə etiraz etdikdə orada olan digər tanımadığı şəxslər “dubinka” və sillə zərbələri ilə bədən nahiyəsinə vurmağa başlamışlar. Bir qədər onların işgəncələrinə dözsə də, onlar razı olmadığı halda yaşadığı evdən 2 kiloqrama yaxın narkotik vasitə çıxaracaqlarını, ailə üzvlərini də gətirib həbs edəcəklərini demişlər. Onların işgəncələrindən və təhdidlərindən qorxub 2 (iki) ədəd bükümü götürüb cibinə qoymuş və nə söyləməli olduğunu soruşmuşdur. Onlar həmin bükümləri yaşadığı evin yaxınlığından tapdığını və əvvəllər bir neçə dəfə tanışlarının onun yanında istifadə etdikləri üçün tanıdığını deməsini tapşırmışlar, o da deyilənləri təkrar etmişdir. Müvəqqəti saxlama yerində olan zaman kamerada 2 nəfər başqa şəxs də olmuşdur. Onlara yemək verilən zaman 2 nəfər şəxsi kameradan çıxarıb dərhal “sup” gətirmişlər. “Sup” çox acı daddığı üçün düşünmüşdür ki, onun içərisinə narkotik vasitə qatılmışdır. 1-2 qaşıq yedikdən sonra həmin yeməkdən yeməkdən yeməyərək tualetə boşaltmışdır. Yeməyinin bitdiyini görən nəzarətçilər digər 2 nəfər şəxsi də otağa salmışlar. Səhəri gün isə narkoloji ekspertizaya aparılıb qan və sidik analizi götürülmüşdür. BMCMİdə 4 gün saxlanılsa da, ailə üzvlərinə bu barədə məlumat verə bilməmişdir. Yalnız Bakı İstintaq Təcridxanasına gəldikdən sonra bu barədə ailəsi ilə danışmışdır.

10. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

11. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

12. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 31 mart 2023-cü il tarixdə Baş İdarəyə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvlərini təlimatlandırarkən Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin onun xarici əlamətlərini bildirmişdir. 31 mart 2023-cü il tarixdə günorta saatlarında əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə getmişlər. Qeyd olunan ərazidə bir qədər müşahidə apardıqdan sonra saat 17:00-da Xəzər rayonu, Binə qəsəbəsi, Cavadxan küçəsi 3 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməyini bildirmişlər və o, Təqsirləndirilən şəxs olmasını söyləmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərindəki əşyaları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 2 (iki) ədəd sellofan bükümü, digər cibindən isə 1 (bir) ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində ağ rəngli, kristal şəkilli, spesfik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 (iki) ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon götürülmüş, üzərindən aşkar edilmiş 65 manat pul isə özünə qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 30 mart 2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığını söyləmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır.

13. Şahid1 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Elsəvər Hacıyev saxlanılarkən tək olmuş, sonuncu saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən üzərində aşkar olunmuş predmetlərlə bağlı hər hansı etirazı olmamışdır. O və ya digər şəxslər tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi və sair zorakılıq və ya pis rəftar göstərilməmişdir. Təqsirləndirilən şəxs Baş İdarənin xidməti istifadəsində olan avtomobillərdən biri ilə idarəyə aparılmış və həmin avtomobil onun tərəfindən idarə edilmiş, Təqsirləndirilən şəxs və əməliyyat qrupunun üzvləri olan digər iki nəfər polis əməkdaşı avtomobilin arxa oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs saxlayarkən ona məxsus hər hansı avtomobili görməmiş, onun üzərində dəqiq olaraq narkotik vasitə və ya psixotrop maddə olub-olmasını bilməmişlər. Təqsirləndirilən şəxs Baş İdarəyə gətirildikdən sonra ilk öncə rəhbərliyə məlumat verilməsi üçün növbətçi hissəyə aparılmış, oradan isə birbaşa təhqiqatçının otağına aparılmış, təhqiqatçının otağına aparılanadək Təqsirləndirilən şəxs Baş İdarədə hər hansı başqa mərtəbələrə çıxarılmamış və digər vəzifəli şəxsin yanına aparılmamışdır. Təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, sonuncu gələnə qədər Təqsirləndirilən şəxs hər hansı məsələ ilə bağlı sorğu-sual edilməmiş, müdafiəçi dəvət edildikdən təxminən 15 dəqiqə sonra gəlmişdir. Müdafiəçi Təqsirləndirilən şəxslə konfidensial söhbət etmişdir. Ona daxil olmuş əməliyyat məlumatının məzmununa görə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması göstərilsə də, aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs nə onun, nə də hər hansı digər polis əməkdaşı tərəfindən dini görüşləri və ya İran İslam Respublikasına gedib-getməməsi ilə bağlı hər hansı sual verilməmişdir.

14. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Baş İdarənin Növbətçi hissəsinin məsul növbətçisi (hadisə vaxtı əməliyyat müvəkkili vəzifəsində olan), polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu və Şahid1lə əsasən oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.

15. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, o, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan başqa bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Ona elan edilmiş ittiham əsassız və qanunsuz olmaqla, həmin ittihamda özünü təqsirli bilmir. Belə ki, o, bir neçə günlük daimi yaşadığı Ağcabədi rayonundan Bakı şəhərinə gəlmiş, həmin vaxt istifadəsində olan mobil telefonunda nasazlıq olduğundan telefonu işləməmiş, ailə üzvləri onunla əlaqə saxlaya bilmədiklərindən, ailədaxili müəyyən narazılıq və problemlər olduğundan ailə üzvləri onun yerini müəyyən etmək üçün polis orqanına müraciət etmişlər. Polis əməkdaşları isə onun ailə üzvləri ilə əlaqə saxlayaraq barəsində axtarış elan olunduğunu qeyd edərək evə gəldiyi halda yaxınlıqdakı polis şöbəsinə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən, 31 mart 2023-cü il tarixdə, təxminən saat 11-12 radələrində qaynı Təqsirləndirilən şəxs öz avtomobili ilə onu Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 3-cü Polis Şöbəsinə aparmışdır. Onu polis şöbəsinə ötürdükdən sonra Elsevər avtomobili park etmək üçün yer axtarmış, o isə Elsəvəri polis şöbəsinin inzibati binasının həyətində gözləmişdir. O, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarına müraciət edərək ailə üzvlərinə onun axtarılması ilə bağlı məlumat verildiyini bildirmiş, polis əməkdaşları tərəfindən məsələ dəqiqləşdirilməsi üçün Ağcabədi Rayon Polis Şöbəsi ilə əlaqə saxlanıldıqdan təxminən 20-30 dəqiqə sonra onun üzərində yoxlama aparılmaqla əşyaları götürülərək DİN-nin BMCMİ-yə göndərilmiş, 6 gün müddətində həmin idarədə saxlanılmış, daha sonra isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına gətirilmişdir. BMCMİ-də saxlanılarkən polis əməkdaşları tərəfindən döyülərək təhqirlərə məruz qalmışdır. Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə getdiyi vaxtdan sonra Təqsirləndirilən şəxs görməmiş, onun barəsində hər hansı məlumatı olmamışdır. Yalnız ailə üzvləri ilə görüşdükdən sonra qaynı Təqsirləndirilən şəxs də tutulmasını öyrənmişdir.

16. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

17. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 31 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda ümumi təmiz çəkisi, iki bükümdə 12,856 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşıması faktına görə DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X16 tərəfindən 1 aprel 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v.1;).

18. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 31 mart 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, DİN-nin BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən Lerik rayonu, Vizəzəmin ərazi dairəsi, Bibiyani kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar DİN-nin BMCMİ-nin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin İdarənin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq həmin Baş İdarəyə gətirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarəti qaydasında müvafiq məhkəmələrə məlumat verilmişdir (Cild 1, i.v. 4-12).

19. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin və Bakı Şəhəri, Xəzər Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli qərarlarından görünür ki, DİN-nin BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilməklə həmin Baş İdarənin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 31 mart 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir (Cild 1, 89-91; 110-112).

20. “Şübhəli şəxsin tutulması haqqında” 31 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, X6 müdafiəçisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən həmin tarixdə, saat 18:22-də şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə, saat 17:00-da ünvan 1 ünvanın yaxınlığında saxlanılmış və bu barədə atası X1 istifadəsində olmuş mobil telefon vasitəsi ilə məlumat verilmişdir (Cild 1, i.v.21-22).

21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 18:58-dən 19:13-dək DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı K.E.Kərimli tərəfindən həmin Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 iştirakı ilə DİN-nin BMCMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasına dair qərar ilə tanış edildikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə olan narkotik maddə olaraq tanıdığı “şüşə” adlı maddənin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd şəffaf sellofan bükülünü, həmin cins şalvarın sol yan cibindən 1 (bir) ədəd mobil telefonu və pul əskinaslarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” markalı mobil telefona baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin olmasını bildirmişdir. Təqdim edilmiş 65 (altmış beş) manat pul əskinasına baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin pul əskinaslarını hər hansı qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Daha sonra təqdim olunmuş 2 (iki) ədəd şəffaf sellofan bükümlər iştirakçıların şahidliyi ilə açılaraq içərisində ağ rəngli kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 (iki) ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri 1 gün əvvəl 30 mart 2023-cü il tarixdə yaşadığı ünvanın, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış sahəsində yerləşən zibillik ərazisinin yaxınlığında olarkən yerdən tapmasını, həmin maddələrin “şüşə” olaraq adlanan narkotik maddə olmasını, özünün heç zaman narkotik vasitə istifadə etmədiyini, lakin bu maddələri yerdə görən kimi “patı” və ya “şüşə” adlanan narkotik maddələr olmasını bildiyini, habelə yanında bir neçə dəfə həmin maddələrdən istifadə edən şəxslərin olduğunu, tapdığı maddələri bundan sonra öz üzərində saxlamaqla daşımağa başlamasını, bu maddələrin onda maraq yaratdığını və gələcəkdə də bu maddələrdən istifadə etmək istədiyini, üzərindən aşkar edilmiş həmin narkotik maddələri şəxsi istifadə üçün üzərində saxladığını, həmin maddəni hər hansı bir şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqbi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 (bir) ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 1 (bir) ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 65 manat məbləğində pul əskinasları isə iş üzə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə “Sony” markalı mobil telefonunun kamerası vasitəsilə videoçəkiliş aparılmaqla axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində həyata keçirilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protkolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 29-32).

22. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 may 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 15 dəqiqə 46 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməklə fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 33)

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/1905 saylı, 1 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunan maddələr...” və s. yazılar, imzalar olan kağız paketdəki 2 (iki) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 6,271 qram və 6,585 qram, ümumi təmiz çəkiləri 12,856 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 2 (iki) bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 12,856 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq çəki 12,756 qram. Aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manatdır (Cild 1, i.v. 41-45).

24. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 31 mart 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, müdafiəçi X14 Təqsirləndirilən şəxs hüquqlarını fəal müdafiə etməklə həbs qətimkan tədbirinin seçilməsi üçün hər hansı əsasın olmasını, Təqsirləndirilən şəxs isə istintaq orqanının bütün çağırışlarına vaxtında gələcəyini bildirərək vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişlər (Cild 1, i.v. 80-82).

25. “Maddi sübut hesab etmə haqqında” 1 aprel 2023-cü il tarixli qərar və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 12,856 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı qalıq 12,756 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v.83-85).

26. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 15 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş və iş üçün hər hansı əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir (Cild 1, i.v.92).

27. DİN-in BMCMİ-nin rəis müavini, polis polkovniki Fariz Vəliyevin həmin İdarənin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Rəhman Kərimova ünvanladığı 5 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satması, həmçinin psixotrop maddə olan metamfetamini əldə etdiyi şəxsin, o cümlədən cinayətkar əlaqələrinin müəyyən olunması istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (Cild 1, i.v.107).

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X20 tərəfindən təqdim edilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxana müalicədə olmamışdır (Cild 1, i.v.125).

29. “Müdafiəçi təqdim etmək haqqında” və “Müdafiəçidən imtina edilməsi barədə” 31 may 2023-cü il tarixli protokollardan, müvafiq ərizədən və “Vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilməsi haqqında” 31 may 2023-cü il tarixli qərardan görünür ki, 12 may 2023-cü il tarixli, ******* nömrəli order əsasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 müqavilə əsasında 31 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu Müdafiəçi etirazı olmadığını bildirmiş və dövlət büdcəsi vəsaiti hesabına təyin edilmiş müdafiəçi X7 isə imtina etmiş, sonuncunun həmin tarixdə cinayət işi üzrə müdafiəçi qismində iştirakına xitam verilmişdir (Cild 1, i.v.126-128; 133;).

30. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə 31 may 2023-cü il tarixdə istintaq orqanına ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şahid qismində dindirilmiş polis əməkdaşları ilə üzləşməkdən imtina etmişdir(Cild 1, i.v.132).

31. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 3 iyul 2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v.137;).

32. “Baxış keçirilməsi haqqında” 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, məhkəmə qərarı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə giriş-çıxış zəngləri, sms mətnləri və anten əhatə dairələri barədə məlumatlar müvafiq mobil operator "xxxx" MMC-dən CD formatlı diskdə əldə edilərək həmin diskdəki məlumatlara baxış keçirilmiş və baxış zamanl iş üçün hər hansı əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir(Cild 1, i.v.138;).

33. “Məhkəmə-kimyəvi ekspertizasının” 17 aprel 2023-cü il tarixli, 1286/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir (Cild 1, i.v. 140-142).

34. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 3 aprel 2023-cü il tarixli, 1854 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.143-144).

35. “Məhkəmə-tibbi ekspertizasının” 20 aprel 2023-cü il tarixli, 136/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində 31 mart 2023-cü il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. Rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Özünün deməsinə görə 31 mart 2023-cü il tarixdə, Binə qəsəbəsində BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt xəsarət almadığını bildirir”. (Cild 1, i.v. 146-147).

36. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan və bu barədə toplanmış 335-C-23 saylı materialdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 335-C-23 saylı material üzrə polis əməkdaşlarının hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir (Cild 1, i.v.148-150; Cild 2;).

37. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 iyun 2017-ci il təvəllüdlü Yusif və 10 mart 2015-ci il təvəllüdlü Zəhra adlı iki azyaşlı uşağı vardır (Cild 1, i.v. 151-152).

38. “Sübutların qiymətləndirilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən videogörüntülərini özündə saxlayan 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun ailə üzvlərinə təhvil verilməsi qərara alınmışdır (Cild 1, i.v. 153-161).

39. “Təqsirləndirilən şəxsə yenidən ittiham olunması haqqında” 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilməklə itihamın mahiyyəti, habelə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 167-168).

40. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq A.A.Məcidov tərəfindən 3 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 4 iyul 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.193-202).

41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 3541/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 3 aprel 2023-cü il tarixdə həmin istintaq təcridxanasına daxil olmuş və təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində Təqsirləndirilən şəxs dəri səthinin müayinəsi zamanı sağ saidin ön səthində köhnə çapıq toxumalarının aşkar olunması qeyd edilmişdir (Cild 2).

42. Müdafiə tərəfinin vəsatəti əsasında DİN-nin BMCMİ-nin rəisi Əbülfət Rzayev tərəfindən 2 dekabr 2023-cü il tarixli məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Baş İdarənin Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən bədən səthində xəsarətin aşkar olunmadığı müəyyən edilmiş, həmçinin 31 mart 2023-cü il tarixə nəzərdə tutulmuş videomüşahidə kameralarının görüntülərini təqdim etmək mümkün olmamışdır (Cild 2).

43. Müdafiə tərəfinin vəsatəti əsasında DİN-in BMCMİ-nin Əbülfət Rzayev tərəfindən 25 dekabr 2023-cü il tarixli məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda göstərilmişdir ki, Baş İdarənin Müvəqqəti Saxlama Yerində müvafiq qeydiyyat aparılmadığından Təqsirləndirilən şəxs MSY-də hansı kamerada saxlanılması ilə bağlı məlumat vermək mümkün olmamışdır (Cild 2).

44. Müdafiə tərəfindən təqdim edilmiş bir ədəd “CD-R” formatlı diskdəki videogörüntü məhkəmə iclasında monitorda nümayiş etdirilməklə tədqiq edilmişdir. “WhatsApp Video 2023-12-06 at 08.36.54” kimi adlandırılmış bir ədəd videogörüntü, 1 dəqiqə 41 saniyədən ibarət olmaqla həmin videogörüntüdə iş üçün əhəmiyyət kəsb edən hər hansı hal olması müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin diskdəki videogörüntülərlə bağlı bildirmişdir ki, həmin görüntülər onun tutulduğu ərazinin yaxınlığında olan mağazanın müşahidə kameralarının görüntülərinin mobil telefonla çəkilməsi nəticəsində əldə edilmiş, lakin görüntü keyfiyyətli olmadığından baş verənlər aydın görünmür (Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

45. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

46. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

48. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

49. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

50. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

51. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

52. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır.

53. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.

54. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 38-ci bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.

55. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndinə istinad etmişdir. Həmin bənddə göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

56. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

57. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

58. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddələri satacağı istehlakçı ilə razılığın əldə edilməsi, psixotrop maddələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.

59. Bundan başqa, istintaq orqanı hökmün 38-ci bəndində göstərilmiş qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə çox olması onun qeyd olunan psixotrop maddəni satış məqsədi ilə əldə etməsini sübut edən amillərdən biridir.....Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı tam olaraq sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.

60. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız psixotrop maddənin külli miqdarda olmasına istinad etsə də, özü özlüyündə yalnız bu əlamət “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.

61. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılarkən üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini, həmin maddəni hər hansı şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını göstərmişdir. İstintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.

62. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavabdan (bax hökmün 27-ci bəndi) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satması keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilməmişdir.

63. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin əməliyyat məlumatlarının olmasına baxmayaraq, sonradan bu məlumatlar öz təsdiqini tapmamışdır.

64. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş psixotrop maddənin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.

65. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

66. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.

67. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.

68. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.

69. Hökmün 68-ci bəndində qeyd edilmiş Ali Məhkəmə Plenumun Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır.

70. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

71. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

72. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

73. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

74. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

75. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.

76. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

77. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

78. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.

79. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

80. X18 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.

81. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.

82. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

83. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.

84. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir.

85. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.

86. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

87. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

88. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur.

89. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində hər hansı psixotrop maddə olmaması, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aşkar edilmiş psixotrop maddənin polis əməkdaşları tərəfindən ona verilməsi, polis əməkdaşları tərəfindən tutularkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi vaxtadək fiziki və psixi təsir və təzyiqlərə məruz qalması, bu səbəbdən törətmədiyi əməlini boynuna götürməsinə dair ilkin ifadə və izahatlar verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə iclasında heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmədiyini bildirsə də, onun opioidlərdən istifadə etməsi hallarının olması (bax hökmün 33-34-cü bəndləri) müəyyən edilmişdir.

90. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

91. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ilkin dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Hökmün 21-22, 35-36 və 41-42-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

92. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

93. Eyni zamanda, məhkəmə müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə bağlı qeyd edir ki, Şahid4 həmin ifadəsində 31 mart 2023-cü il tarixdə, saat 11 radələrində polis şöbəsinə getməsini və daha sonra orada tutularaq istintaqa cəlb edildiyini, Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək tutulmasını isə uzun müddət sonra öyrəndiyini göstərmişdir. Başqa sözlə, məhkəmə Şahid4 ifadəsində Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair hazırkı iş üzrə işin faktiki halları ilə bağlı hər hansı əhəmiyyətli məlumatları bildirmədiyindən, həmin ifadəyə hüquqi qiymət verilməsini zəruri hesab etmir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs ifadəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı deyil, məhz özünün, habelə qaynı Şahid4 dini görüşləri ilə bağlı həbs olunmasını iddia etməsi, hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, ittiham olunduğu ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıdığından iş üzrə tədqiq edilmiş mötəbər sübutlarla tam inkar edilir.

94. Məhkəmə eyni zamanda, hökmün 44-cü bəndində göstərilən müdafiə tərəfindən təqdim edilmiş bir ədəd diskdəki videogörüntülərdə müdafiə tərəfinin də təsdiq etdiyi kimi iş üzrə hər hansı əhəmiyyət kəsb edən halın müəyyən edilmədiyini nəzərə alaraq, həmin diskdəki məlumatlara hüquqi qiymət verilməsini zəruri hesab etmir.

95. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

96. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

97. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

98. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

99. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

100. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması, 30 yaşında olmaqla cavan olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

101. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.

102. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

103. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

104. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

105. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 31 mart 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.21-22;80-82; Cild 2)

106. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 mart 2023-cü il tarixdən hesablanmalıdır.

107. Məhkəmə hökmün 34-cü bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalır.

108. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

109. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 12,756 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

110. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

111. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

112. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

113. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

114. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

115. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 31 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 12,756 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on manat) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar