Məhkəmə qərarları › İş №1(101)-544/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-544/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-544/2025 10.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının sonuncu ongünlüyündə tanışı Zərərçəkmiş şəxs ona zəng vuraraq digər tanışları Şahid1 ilə görüşüb sonuncudan 65000 manat pulu götürərək ona göndərməsini xahiş etdikdə, həmin pulu ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs pulu götürüb göndərəcəyi barədə yalan vəd edərək həmin müddətdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Meyvəli» bazarın qarşısında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Şahid1 ilə görüşüb sonuncudan 65000 manat məbləğində pulu alıb Bakı şəhəri, “28 may” metrostansiyasının yanında gözləyən Zərərçəkmiş şəxs çatdırmağı vəd edərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid1 5-6 ay onun yanında taksi sürücüsü olaraq fəaliyyət göstərmiş, o da məşhur iş adamının şəxsi işlərini görmüşdür. Emillə o, taksidə tanış olmuş, 5-6 ay çalışdıqdan sonra Emillə yollarını ayırmışdır. O, Zərərçəkmiş şəxs adlı birinin nə adını eşitmiş, nə də görmüşdür. Zərərçəkmiş şəxsin əlində ona 65000 manat verməklə bağlı heç bir sübut olmamış, onu şərləmişlər. Onun heç bir təqsiri olmamışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, fərdi bizneslə məşğul olan iş adamının işlərini görmüş, həmin iş adamının adını hadisəyə heç bir aidiyyəti olmadığından çəkməmiş, gördüyü işin müqabilində hər ay əlbəəl şəklində maaş almış, Emil ona Zərərçəkmiş şəxs kirvəsi olduğunu söhbət əsnasında söyləmiş, lakin o, heç vaxt Zərərçəkmiş şəxs adlı şəxsi görməmiş, o, istintaq zamanı ifadə verməmiş, həmin dövrdə döyülmüş, bununla bağlı prokurorluğa müraciət etmiş, Zərərçəkmiş şəxs yanına gedibgəlməmiş, o, heç vaxt "xxxx" ASC-yə getməmiş, Zərərçəkmiş şəxs söylədikləri doğru olmamış, Qaradağ Rayon Məhkəməsində hadisə ilə bağlı ona sual verilib-verilməməsini xatırlamamış, çirkli pulun nə olduğunu bilməmiş, həmin sözü müstəntiq Elnur Abdullayevin təsiri altında söyləmiş, o, qanunsuz heç bir işlə məşğul olmamış, ibtidai istintaqda verdiyi ifadə ona məxsus olsa da, həmin ifadəni güclü psixi və fiziki təsir altında vermiş, cinayət işinin materiallarında olan bəzi imzalar isə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Lukoil” yanacaq doldurma tərəfdən “Meyvəli” bazarının qarşısında Şahid1 Zərərçəkmiş şəxs olan 65000 manat borcunu 200 manat müqabilində Şahid1 alıb Zərərçəkmiş şəxs çatdırmaq vədi ilə alıb aldatmağına dair Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə əlaqədar baş verənləri təsdiq etmişdir. Çünki həmin pulların mənbəyi bilinməyən çirkli pullardır. Musa ona tapşırmışdır ki, heç bir orqanda adını çəkməsin. Bunları ona Musa özü danışmışdır. Bu qanuni pullar olsa idi, Musa bu hərəkəti etməzdi. Bu səbəbdən də o, Musaya çatdırmaq adı ilə “Meyvəli” bazarının qarşısında Emildən 65000 manatı alıb Musaya çatdırmayıb Saray qəsəbəsində yaşadığı evə getmişdir. Həmin vaxt qardaşı yanında olsa da, pulu Emildən özü almışdır. Baş verənlər barədə qardaşı Elbrusun xəbəri olmamış və o, əvvəlcədən nə edəcəyini bilməmişdir. Belə ki, Musa ilə 3-4 il olar ki, təsadüfən tanış olmuşdur. Bildiyinə görə Musa "xxxx" ASC-nin idarə heyətinin sədrinin müavini olmuşdur. O, Musa ilə dost münasibətlərində olmuşdur. xx.xx.2023-cü il tarixdə Musa mobil telefonuna zəng vuraraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” bazarının yanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində saat 19 radələrində Emil adlı tanışının gözləyəcəyini, Emilin ona 65000 manat pul verəcəyini bildirib xahiş etmişdir ki, həmin pulu Emildən götürsün və Musaya çatdırsın. Əvəzində Musa ona 200 manat verəcəkmiş. Həmin gün saat 19 radələrində deyilən yerə qardaşı Elbrus ilə getmiş və Emil adlı şəxs ilə görüşüb Musaya çatmalı olan 65000 manat pulu sellofan paketdə götürmüş, pulların mənbəyi çirkli pullar olduğu üçün həmin pulları Musaya çatdırmayıb Saray qəsəbəsində yaşadığı evə gəlmişdir. Pulu saydıqda 65000 manat olmuşdur. 25000 manatı adını çəkə bilmədiyi borclarına versə də, hadisədən sonra qardaşı Elbrus ona demişdir ki, 27 may 2023-cü il tarixdə axşam saatlarında bu məsələyə görə Sumqayıt şəhərində yerləşən “Priçal” restoranının qarşısında Musa və Ramin adlı şəxs tanımadığı bir neçə nəfər şəxs ilə birlikdə qardaşı Şahid3 təkləmişdirlər ki, onun yerini desin və götürdüyü pulları qaytarsın. Bundan sonra qardaşı Elbrus Saray qəsəbəsində olan Emildən götürdüyü qalıq 30000 manat pulu həmin şəxslərə vermişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, uzun müddət müxtəlif banklarda fərqli vəzifələrdə işləmiş, hazırda işsizdir. Təqsirləndirilən şəxsla onu uşaqlıq dostu olan Şahid1 tanış etmişdir. Emil ondan 65000 manat borc pul istəmiş, o da Emili uzun müddət tanıdığına görə həmin pulu rahatlıqla Emilə vermişdir. Emil uzaqda olduğuna görə onun Emilə borc verdiyi pulu, yəni 65000 manatı ona çatdırmasını Təqsirləndirilən şəxs xahiş etmiş, lakin Təqsirləndirilən şəxs pulu Emildən aldıqdan sonra mobil telefonunu söndürərək pulu ona çatdırmamışdır. Üzərindən bir qədər müddət keçdikdən sonra onlar Rəşadın qardaşı Elbrus ilə pullarının geri qaytarılması məqsədilə görüşmüş və həmin görüşdən sonra 30000 manat Rəşad tərəfindən qaytarılmış, qalıq qalan 35000 manatı qaytarmaq üçün Rəşad onlardan vaxt istəmiş, lakin 35000 manat qaytarılmamışdır. Ona görə də, o, polisə müraciət etmiş, hazıradək 35000 manatdan 1 manat belə ona geri qaytarılmamışdır. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Emillə Rəşadın yaxın münasibəti olmuş, Rəşadla onu məhz Emil tanış etmiş, 1 ilə yaxındır ki, Rəşadı tanımış, Emil 65000 manatı Rəşada verdikdən sonra zəng edərək onu məlumatlandırmış, o da Rəşada zəng etmiş, Rəşad 65000 manatı qısa zamanda ona çatdıracağını söyləmiş, lakin sonra Rəşad yoxa çıxmış, o, dəfələrlə Rəşada zəng etsə də sonuncu onun zənglərini açmamış, belə olan halda, o, Rəşadın qardaşı Elbrusa zəng etdikdən sonra 30000 manatı sonuncu ona qaytarmış, bütün hadisələrdən Elbrus məlumatlı olmuş, hadisədən sonra Rəşadla görüşməmiş, istintaq vaxtı Rəşad işləyib qalan 35000 manatı qaytaracağını söyləmiş, Elbrus Rəşadın borcları olduğunu, həmin pullarla borclarını qaytardığını demiş, 65000 manat borcu Emilə ehtiyacı olduğuna görə vermiş, həmin pulu Emilə harada verdiyini xatırlamamış, səhv etmirsə, mikrorayon ərazisində vermiş, hadisədən 7-8 ay əvvəl 65000 manatı Emilə borc olaraq vermiş, o, yas mərasimi ilə əlaqədar uzaqda olduğuna görə pulu ona Rəşad çatdırmalı olmuş, pulu ona çatdırması qarşılığında Rəşada 200 manat pul verməyi nəzərdə tutmuş, həmin gün Rəşadın qardaşı Elbrus ilə görüşmüş və 30000 manatı Elbrus ona qaytarmış, Rəşad qalan 35000 manatı qaytarmaq üçün 1 həftə möhlət istəmiş, lakin 1 həftə sonra pulu qaytarmamış və o, polisə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, “Sədərək” Ticarət Mərkəzində ticarətlə məşğul olmuş, Təqsirləndirilən şəxs həbs olunmamışdan 2-3 il əvvəldən tanımış, Rəşad və sonuncunun ailəsinə vaxtilə çox köməklik göstərmiş, hətta o, Rəşadın atasını belə həkimə aparmışdır. O, Təqsirləndirilən şəxs 2024-cü il tarixdə 65000 manat pul vəsaitini “Meyvəli” bazarında verərək həmin pulu Zərərçəkmiş şəxs çatdırmasını xahiş etmiş, bunun qarşılığında Rəşada müəyyən məbləğdə pul verməyi nəzərdə tutmuşdur. Lakin Rəşad pulu Zərərçəkmiş şəxs təhvil verməmiş, o, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, "xxxx" MTKda yerləşən evinə pulu tələb etmək üçün getmiş, Rəşadın qardaşı Şahid3 ona 30000 manat vermiş, lakin Təqsirləndirilən şəxs qalıq qalan 35000 manatı verməyərək onlara hara istəyirlərsə, ora da şikayət edə biləcəklərini söyləmişdir. Şahid1 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs özü qarşısına çıxmadığına görə qardaşı vasitəsilə 30000 manatı qaytamış, lakin 35000 manatı nə qədər deməsinə baxmayaraq qaytarmamışdır. O, avtomobil alğı-satqısı ilə məşğul olmuş, 65000 manat pulu Təqsirləndirilən şəxs qardaşı ilə “Meyvəli” bazarında ondan təhvil almış, Təqsirləndirilən şəxs qardaşı Şahid3 da bu işin içərisində olmuş, Təqsirləndirilən şəxs verilən 65000 manatı Zərərçəkmiş şəxs çatdırmamış, bütün pulu götürərək qaçmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, o, Zərərçəkmiş şəxs həmişə külli miqdarda borca pul alaraq avtomobil alğı-satqısı ilə məşğul olmuş, əvəzində Zərərçəkmiş şəxs həm verdiyi pulu qaytarmış, həm də xeyir vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs onun dostu olmuş, Zərərçəkmiş şəxs 70000 manatdan aşağı, lakin 60000 manatdan yuxarı pulu Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmiş, o, dəfələrlə Təqsirləndirilən şəxs qardaşı Şahid3 ilə görüşərək pulların geri qaytarılmasını söyləmiş, Şahid3 isə onunla olan görüşlərdə qardaşı Təqsirləndirilən şəxsla yaxın münasibətdə olmadığını, hətta Təqsirləndirilən şəxs anasının qızıllarını satıb, ailəsini borca saldığını və s. kimi halları ona söyləmişdir. Təqsirləndirilən şəxs qardaşı ilə danışıqlardan sonra 30000 manat geri qaytarılmış, lakin 35000 manat qaytarılmamışdır. Şahid3 30000 manatı geri qaytardıqdan sonra 3-4 gün ərzində qalıq 35000 manat pulu da Rəşaddan alaraq qaytaracağını söyləsə belə, pulu qaytarmamışdır. Şahid4 ifadəsində həmçinin bildirmişdir ki, Şahid1 uzun müddətdir ki tanımış, Şahid1 külli miqdarda pulun haradan olduğunu bilməmiş, Şahid3 ilə Sumqayıt şəhəri ərazisində yerləşən adını xatırlamadığı kafedə görüşmüş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, bir vaxtlar Zərərçəkmiş şəxs sürücüsü kimi fəaliyyət göstərmişdir. Bir gün Zərərçəkmiş şəxs göstərişi əsasında Şahid1 “Meyvəli” bazarının yanına müəyyən məbləğdə pulu tanımadığı bir şəxsə verməsi məqsədilə aparmış, Şahid1 əlindəki pulu tanımadığı şəxsə verdikdən sonra sonuncunu götürdüyü ünvana qaytarmışdır. Başqa heç bir məsələdən onun məlumatı olmamış, sonradan verilən pulla bağlı müəyyən problemlər yarandığını bilmişdir. Şahid2 ifadəsində həmçinin bildirmişdir ki, o, Şahid1 Zərərçəkmiş şəxs göstərişi əsasında “Meyvəli” bazarının yanına aparmış, o, həmin gün hadisə yerində Təqsirləndirilən şəxs görməmiş, hansı məbləğdə pulun Şahid1 tərəfindən Təqsirləndirilən şəxs verildiyini bilməmiş, "xxxx" ASC bağlanana kimi o, sürücü olaraq fəaliyyət göstərmiş, təxminən may ayında Şahid1 “Meyvəli” bazarının yaxınlığına avtomobillə aparmış, həmin gün üzərində ***-***-**-** saylı mobil nömrə olmuş, Şahid1 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindən götürərək “Meyvəli” bazarının yaxınlığına aparmış, əslində həmin gün o da avtomobildən düşməyi nəzərdə tutsa da, avtomobili saxlamağa yer tapa bilmədiyi üçün o, avtomobildən düşməmiş, təxminən 15-20 dəqiqə Şahid1 gözləmiş, Şahid1 gəldikdən sonra Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq pulu Təqsirləndirilən şəxs verdiyini söyləmiş, pulun kiməsə təqdim olunmasının şahidi olmamış, pul bağlama formasında Şahid1 əlində olmuşdur. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Musa isə onun tanışı olmaqla ona məlum olmayan alış-verişləri olmuşdur. Yəni bildiyinə görə lazım olanda Musa Rəşada iş buyurmuşdur. Emili isə Musanın tanışı kimi tanımışdır. Lakin onlarla heç bir iş görməmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qardaşı ilə Sumqayıt şəhərində olarkən qardaşı Rəşad ona demişdir ki, işi ilə əlaqədar Lökbatan qəsəbəsində Meyvəli bazarın qarşısında pul götürməlidir. Rəşad ondan birlikdə həmin yerə getməyini xahiş etmişdir. Belə ki, qardaşı Rəşadla taksi ilə həmin gün saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” bazarının qarşısında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin ətrafına gəlmiş və orada Emil adlı şəxs ilə görüşmüşdür. Emilin yanında tanımadığı bir nəfər şəxs də olmuş, Emil adlı şəxs sellofan paketdə Musaya pul vermişdir. Emildən ayrıldıqdan sonra Rəşad ona demişdir ki, sellofan paketdə 65000 manat pul var, Musa ilə aralarında olan iş haqq hesabı ilə götürmüşdür. Həmin pullar hələlik onda qalmalıdır. Bundan sonra onlar Sumqayıt şəhərində yaşadığı evə getmişlər. Rəşad ondan ayrı yaşadığı üçün pullar Rəşadda qalmışdır. xx.xx.2023-cü il tarixdə Musanın Sumqayıt şəhərində qardaşı Rəşadı axtarmasını eşidib ona zəng edib Sumqayıt şəhərində yerləşən “Priçal” adlı kafedə görüşmüşdür. Söhbət zamanı Musa ona qardaşının ona məxsus olan 65000 manat pulunun ələ keçirməsini bildirib həmin pulu tələb etmişdir. O isə həmin məsələdən və qardaşının yeri barədə məlumatının olmadığını bildirmişdir. Həmin vaxt Rəşadın yanında tanımadığı çox saylı adamlar olmuşdur. O da həmin şəxslərə əlindən gələn kömək edə biləcəyini bildirmişdir. Bundan sonra o, Musaya onu gözləməsini bildirib Sumqayıt şəhərinə qardaşı Rəşadın yaşadığı Saray "MTK”-ya gedib evdə olan həmin puldan qalıq qalan 30000 manat pulu götürüb gətirərək Musaya vermişdir. Qalan pul məsələsini də qardaşı tapıldıqda həll edəcəklərini bildirmişdir. Həmin şəxslərdən ayrıldıqdan sonra o, qardaşı Rəşad ilə əlaqə saxlayarkən sonuncu ona demişdir ki, Emildən götürdüyü 65000 manat pulu Musaya çatdırmalı olmuşdur. Lakin pullar nəsə çirkli pullar olduğu üçün onları özünə götürüb 25000 manatı adını çəkə bilmədiyi borclarına vermişdir. O da Rəşada baş verənləri, yəni Musanın bir neçə nəfər şəxs ilə gələrək görüşməyini, evdə olan 30000 manat pulu həmin şəxslərə qaytardığını bildirmişdir. Bundan sonra Rəşada məsləhət görmüşdür ki, problemlərini həll etsin. Rəşad Emildən pulu alarkən Rəşadın həmişəki kimi öz işləri ilə məşğul oldğunu düşünmüşdür. Sonradan Sumqayıt şəhərində Musa və sonuncu ilə olan digər şəxslər ilə görüşərkən ona bildirilmişdir ki, Rəşadın əldə etdiyi 65000 manat pullar Musaya məxsus olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Zərərçəkmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinə ünvanladığı xx.xx.2023-ci il tarixli, 899 nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aldadaraq onun 65000 manat pulunu ələ keçirmişdir. (Cild 1, iş vərəqi 7) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı X3 xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs və qardaşı Şahid3la ilə görüşüb Təqsirləndirilən şəxs 65000 manat pul verdiyi yeri göstərmişdir. (Cild 1, iş vərəqi 18-19) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 53) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 66) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2023-cü il tarixli, 18025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 67) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 99-100) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ilə Şahid3 üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 148-149) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 152-155) xx.xx.2024-cü il tarixli “CD-diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********** saylı mobil nömrənin istifadəçisi Şahid1 xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə müxtəlif vaxtlarda sms göndərək, Zərərçəkmiş şəxs məxsus ələ keçirdiyi pulları ona təhvil verməsi barədə xəbərdarlıq etmişdir. Həmçinin faylda “Ne qeder gec deyil,pulu qaytar. Pul yiyesi hele bilmir, Daha özün bil, meni aparsalar sizin hamınızın adını verecem, Rewad pulu dünen axwam götürmüsen, Yeke oglansan men men sene o qeder yaxwılıq elemiwem.rehmetlik atan wekeri qalxanda men geldim birinci, neçe defe onu apardım protezini, deyiwdik, sen gel pulun qalanını ver söhbet baglansın. Allaha and bunun axırı yaxwı olmayacaq, Pulun yiyesi vaxt qoyub bu axwam pul verilmelidir. Senide menide aparacaqlar. Men sene söz deyirem, bilse hamımızı aparacaqlar,pulu ver her wey bitsin, yoxsa pula tüpürecekler bizi mehf eliyecekler, Özüde sizde qrup wekilindedi,ananda bu iwin içindedi qardawında. Meim dostlarım meni çıxardacaq, amma senin heç kimin yoxdu hamınızı sroka gönderecekler yada babat pul alacaqlar. Men senle 1 manatımı bölmüwem, duz çörek kesmiwik mene qarwı niye bele hereket eledin, Daha özün bil, meni aparsalar sizin hamınızın adını verecem, çox menim beynimi xarab eleme özüm gedib wikayet eliyecem, hamınız, Rewad salam, zeng ele mene tecili. Alem deyib bir birine. Pul yiyesin euje bawqa yalan diye bilmirik,ora verse bizi hamımız ziyana düwecik, Rewad vaxt yoxdu,tez ele getir pulu,pul yiyesini saxlıya bilmirik, bize problem yaradacaq. İstemiremde sizin qapıya gelsin. Bu meseleni öz adma getir çıxarı pulu seni gözliyirem, m. Bizi aparsalar menim dostlarım meni çıxardacaq, amma senin dalınca hec kim gelmiyecek bilesen” məzmununda yazışmalar müəyyən olunmuşdur. (Cild 1, iş vərəqi 216-217) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkəti protokolları və digər istintaq sənədlər sübut kimi qiymətləndirilib cinayət işinə əlavə edilmişdir. (Cild 1, iş vərəqi 252-263) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 270-271) xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi barədə "xxxx" MMC-dən 01 ədəd CD disk formasında təqdim olunmuş disk maddi sübut qismində tanınmışdır. (Cild 1, iş vərəqi 283) Azərbaycan Respublikasının Prokurorluğundan daxil olmuş 27 yanvar 2025-ci il tarixli, 2-2/110/3-011136/2025 saylı məktuba əlavə edilmiş 08 avqust 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 1183- C-24 saylı material üzrə aparılmış araşdırma nəticəsində həmin material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Ali Məhkəmə Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid4 və Şahid2 dindirilmişlər. İttiham tərəfinin digər şahidi, yəni Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, onun iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclasları bir neçə dəfə, xx.xx.2025-ci il tarixə, xx.xx.2025-ci il tarixə, xx.xx.2025-ci il tarixə və xx.xx.2025-ci il tarixlərə təxirə salınmış, habelə şahidin məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilib icraya yönəldilmişdir. Məhkəməyə Sumqayıt Şəhər Polis İdarəsindən xx.xx.2025-ci il tarixdə daxil olmuş xx.xx.2025-ci il tarixli, 58-1/2-5363/2025 saylı və xx.xx.2025-ci il tarixdə daxil olmuş xx.xx.2025-ci il tarixli, 581/2-7120 saylı məktublarda Şahid3 məhkəməyə gətirilməsinin mümkün olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə məhkəməyə müraciət edib Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi razı olduğunu, həmin şəxsin məhkəmə iclasında iştirakına zərurət olmadığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, Şahid3 məhkəmə iclasında dindirilməsindən imtinası məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Sözügedən Plenum qərarının 12-ci bəndinə əsasən, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Məhkəmə qeyd edir ki, Şahid3 məhkəmə iclasında iştirakının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxsin məhkəmə iclasında iştirakı təmin edilə bilməmişdir. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən Şahid3 verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər görmüş və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə öz iradə ifadəsini söyləyib Şahid3 məhkəmə iclasına gəlməsinə zərurət olmadığını və həmin şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə razılaşdığını bildirmişdir. Odur ki, məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanınmaması, Zərərçəkmiş şəxs heç bir məbləğdə pulunu əldə keçirmədiyi və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək və aldatma yolu ilə Zərərçəkmiş şəxs 65000 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi aldadaraq həmin şəxsin etibarını qazanmış və nəticədə əmlak sahibi, yəni pulu olan həmin şəxs öz əmlakını, yəni pulunu könüllü surətdə Təqsirləndirilən şəxs vermişdir. Əmlakı, yəni pulu əldə edərkən Təqsirləndirilən şəxs niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsi deyil, həmin əmlakları şəxsi ehtiyaclarına sərf etmək olmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törədərkən həqiqətə uyğun olmayan məlumatlar təqdim etmiş, hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, əvəzsiz olaraq öz xeyrinə zərərçəkmiş şəxsin əmlaklarını ələ keçirmiş, həmin pul və digər əşyalara sərbəst şəkildə sərəncam vermişdir. Beləliklə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Dələduzluq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.14-cü maddələrinə əsasən ibtidai istintaq dövründə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödəməsi və azaldılmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı davranışını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı çəkmək üçün cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 10 fevral 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə gətirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 10 fevral 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 79; 115-117) Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, həbs olunmalı və üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci yoxdur. Məhkəmə, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, həbs olunmalı və xüsusi müsadirə edilməli olan əmlakın, məhkəmə xərcinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar