Məhkəmə qərarları › İş №1(101)-545/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-545/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-545/2021 09.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, x xxxx 1972-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum olunmuş) məhkumluğu ödənilmiş, Ağdam rayonunun Şıxbabalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 saylı yaşayış kompleksi, ev 10, mənzil 35-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni və psixotrop maddələri külli miqdarda əldə edib daşımaqla üzərində və yaşadığı mənzildə saxlamış, həmçinin döyüş sursatını və soyuq silahı istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etməklə daşıyıb gəzdirərək yaşadığı evdə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd ayrı-ayrı bükümlərdə 0,240 qram və 0,168 qram ümumi xalis çəkisi 0,408 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 3 ədəd ayrı-ayrı bükümlərdə 0,228 qram, 0,244 qram, 0,259 qram və açıq şəkildə külli miqdarda 2,627 qram, ümumi təmiz çəkisi 3,358 qram külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşımaqla üzərində və evində saxlamış, həmçinin 1 ədəd 5,45 mm kalibrli “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş sursatı hesab olunan istifadəyə (atəşə) yararlı patronu istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 saylı yaşayış kompleksi, ev 10, mənzil 35 ünvanında yataq otağında 2 mərtəbəli çarpayının üzərində olan döşəyin altında saxlamış, eləcə də 1 ədəd kustar üsulla kastet tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silah hesab olunan təyinatı üzrə istifadəyə yararlı predmeti istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək yaşadığı evdə yataq otağında 2 mərtəbəli çarpayının üzərində olan döşəyin altında saxlamış, xx xxxx 2020-ci il tarixində saat 14 radələrində Sabunçu RPİ-nin CAŞ-ın və 14cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 10-cu yaşayış kompleksi, ev 10 ünvanının qarşısında saxlanılaraq bölməyə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,228 qram, 0,244 qram, 0,259 qram, ümumi təmiz çəkisi 0,731 qram psixotrop maddə olan metamfetamin, əynindəki şalvarının ön kəmər hissəsinin içəri kəsik hissəsindən 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,240 qram, 0,168 qram, ümumi xalis çəkisi 0,408 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 saylı yaşayış kompleksi, ev 10, mənzil 35 ünvanına videoçəkilişlə keçirilən baxış zamanı evin mətbəxində yerləşən soyuducunun yastığında açıq şəkildə ümumi çəkisi 2,627 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, yataq otağında 2 mərtəbəli çarpayının üzərində olan döşəyin altından 1 ədəd 5,45x39 mm kalibrli döyüş sursatı hesab olunan istifadəyə (atəşə) yararlı patron, həmin yerdən 1 ədəd kustar üsulla kastet tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silah hesab olunan təyinatı üzrə istifadəyə yararlı predmet aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda göstərilən heroin, metamfetamin, beşbarmaq, patron və açılıb-qatlanan bıçaq ona aid olmamışdır. Baxış zamanı üzərindən yalnız tapança formalı alışqan aşkar olunmuşdur. Həmin tapança formalı alışqanı isə zibillikdən tapmışdır. Baxış zamanı polis əməkdaşlarına müqavimət göstərməmişdir. Polis əməkdaşları onu döymüşlər. Üzərinə baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. İbtidai istintaq zamanı ona qarşı fiziki və psixi təsir göstərildiyindən yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində xx xxxx 2020-ci il tarixində saat 14 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yaşayış kompleksi 810, 10-cu binanın qarşısında dayanarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etdiklərini və 14-cü PB-nə dəvət etdiklərini, polis əməkdaşları xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçiriləcəyini bildirib üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini bildirdikdə o, əynində olan qara rəngli şalvarının sol yan cibindən 3 ədəd ağ rəngli siqaret kağızını və həmin şalvarın ön kəmər hissəsinin içəri kəsik hissəsindən 2 ədəd olmaqla biri ağ rəngli siqaret kağızına, digəri isə ağ kağıza bükülmüş bükümləri təqdim etdiyini, polis əməkdaşı həmin maddənin nə olduğunu soruşduqda o, 3 bükümdə olan maddənin narkotik vasitə heroin, 2 bükümdəki maddənin isə metamfetamin olduğunu, sonra üzərindən aşkar olunan narkotik vasitə olan heroinin zərfə qoyularaq qablaşdırıldığını və möhürlənib ekspertizaya göndərildiyini, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildikdən sonra polis əməkdaşları videoçəkilişlə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən yaşadığı evə də baxış keçiriləcəyini bildirdiklərini, o da heç bir etiraz etməyərək bu barədə ərizə yazdığını, daha sonra evə baxış zamanı yataq otağında ikimərtəbəli çarpayının üzərində olan döşəyin altında 1 ədəd patron, 1 ədəd beşbarmaq adlanan əşya və 1 ədəd sellofona bükülmüş tapança, mətbəxdə dolabın üzərindən 1 ədəd qara rəngli açılıb-qatlanan bıçaq və soyuducunun qapısının yastığından açıq şəkildə ağ rəngli maddə aşkar edildiyini, həmin maddələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını, həmçinin evindən aşkar olunan digər əşyaların ona məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqə 66-69). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini qismən etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifafəsində göstərmişdir ki, hazırda Sabunçu RPİ-nin 14-cü PB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Sabunçu RPİ-nin və 14-cü PB-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirləri çərçivəsində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs uyğun gələn şəxsə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yaşayış kompleksi 810, bina 10nun yaxınlığında yaxınlaşmış və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu aydınlaşdırandan sonra ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və satılmasında şübhəli olduğu bildirilərək üzərində şəxsi axtarış keçirilməsi üçün bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getmişdir. Bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi elan olunaraq üzərində qanunsuz əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən 3 ədəd ağ rəngli siqaret kağızını və həmin şalvarın ön kəmər hissəsinin içəri kəsik hissəsindən 2 ədəd, bunlardan biri ağ rəngli siqaret kağızına, digəri isə ağ kağıza bükülmüş bükümləri təqdim edərək həmin 3 bükümdə narkotik vasitə heroin, 2 bükümdə metamfetamin olduğunu, həmin narkotik və psixotrop vasitələri 2020-ci ilin iyul ayının ilk günlərində xatırlamadığı tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ ayağındakı qara rəngli corabında gəzdirdiyi boz rəngli qında olan bıçaq aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd bükümdə tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik maddənin narkotik vasitə heroinə və metamfetaminə bənzər maddə olduğu aşkar edilmişdir. Aşkar olunmuş 5 ədəd siqaret kağızına bükülmüş narkotik vasitə heroin və metamfetaminə bənzər maddələr və bıçaq təhqiqatçı tərəfindən zərfə qoyularaq 100 saylı zərf möhürü ilə möhürlənmiş və zərfin üzərini iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən aşkar edilmiş 4 manat pul, üzərindən aşkar edilmiş “Vest” markalı tütün qabı cinayət təqibi üzrə sübut əhəmiyyətə malik olmadığından sahibinə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs mənzilində axtarış keçirilməsi zərurəti olduğu üçün birlikdə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yaşayış kompleksi 810, bina 10, mənzil 35 ünvanına baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirərək ərizə yazmış, sonra da ona izah edilmişdir ki, baxış videoçəkiliş ilə keçiriləcək. Bundan sonra Təqsirləndirilən şəxs evinə keçirilən baxış zamanı yataq otağında ikimərtəbəli çarpayının üzərində olan döşəyin altından 1 ədəd patron, 1 ədəd “beşbarmaq” adlanan əşya, 1 ədəd sellofana bükülmüş tapança formalı alışqan, mətbəxdə dolabın üzərindən 1 ədəd qara rəngli açılıb-bağlanan bıçaq və soyuducunun qapısının yastığından açıq şəkildə narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Aşkar olunmuş 1 ədəd patron, 1 ədəd “beşbarmaq” adlanan əşya, 1 ədəd sellofana bükülmüş tapança, 1 ədəd qara rəngli açılıb-bağlanan bıçaq və soyuducunun qapısının yastığından aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar maddə zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə tərtib olunmuş protokol da imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin x xxxxxx 2020-ci il tarixli 6/1436 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ..” yazısı olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,228 qram, 0,244 qram, 0,259 qram, ümumi təmiz çəkisi 0,731 qram ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,240 qram, 0,168 qram, ümumi təmiz çəkisi 0,408 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş …” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,627 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 3,358 qramdır, həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 0,408 qram, tədqiqata sərf edildi ümumi 0,1 qram, qalıq 0,308 qram; metamfetaminin ümumi təmiz çəkisi 3,358 qram, tədqiqata sərf edildi ümumi 0,2 qram, qalıq 3,158 qram, cild 1, iş vərəqə 43-45). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin x xxxxxxxx 2020-ci il tarixli 3/952 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd predmet zavod üsulu ilə tapança formasında istehsal edilmiş alışqandır, odlu, qaz, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 ədəd patron 5,45 mm kalibrli “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir (cild 1, iş vərəqə 125-127). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx xxxxxxxx 2020-ci il tarixli 2532 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə naticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 128-129). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx xxxxxx 2020-ci il tarixli 121 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli törədərkən “Travma mənşəli ifadəli üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi və özünükəsmələrlə” kimi psixi patologiyadan əziyyət çəkmişdir. N.A. Allahyarov ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda anlaqlı olubolmaması məsələsini həll etmək olmaz. Çünki “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün və düzgün deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, hal-hazırki müayinə zamanı Təqsirləndirilən şəxs “Travma mənşəli ifadəli üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi və özünükəsmələrlə” formasında psixi patologiyaya xas əlamətlər müəyyən edilir. Lakin həmin pozuntu Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə rəhbərlik etmək və özünə hesabat vermək iqtidarındadır. Onun iş üzrə bir sıra istintaq hərəkətlərində iştirak etməsi mümkündür. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs “Travma mənşəli ifadəli üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi və özünükəsmələrlə” formasında psixi patologiyadan əziyyət çəkməsi nəzərə alınaraq onun vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Travma mənşəli ifadəli üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi və özünükəsmələrlə” kimi psixi patologiya onu cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda “Travma mənşəli ifadəli üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi və özünükəsmələrlə” kimi psixi patologiya müşahidə edilir (cild 1, iş vərəqə 180-183). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” x xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müraciət üzrə aparılmış araşdırma zamanı Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşlarının əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri təsdiq edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 120-122). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 185-186). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmişdir (cild 1, iş vərəqə 105-107). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə əsasən “böyük ictimai təhlükə törətməyən” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı vardır (cild 1, iş vərəqə 108). Məhkəmə Təqsirləndirilən şəxs cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 10). Cinayət materiallarında olan Sabunçu rayon məhkəməsinin x xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 75-77). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2, 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “böyük ictimai təhlükə törətnməyən”, “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 178 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ümumi təmiz çəkisi 0,408 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 2,627 qram psixotrop maddə metamfetamin, tədqiqata təqdim edilmiş 1 ədəd kustar üsulla kastet tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silah Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, 1 ədəd 5,45 mm kalibrli “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 178 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ümumi təmiz çəkisi 0,408 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 2,627 qram psixotrop maddə metamfetamin, tədqiqata təqdim edilmiş 1 ədəd kustar üsulla kastet tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silah Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, 1 ədəd 5,45 mm kalibrli “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar