Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-545/2025 03.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat: 11 : 00 – da X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X2, Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Rafiq oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar olaraq Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdə saat 04 radələrində qəbul etdiyi spirtli içkinin təsiri altında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında gəzərkən ünvan 2 ünvanında yerləşən yaşayış binasını əvvəllər yaşadığı Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov ünvanında yerləşən yaşayış binası olmasını zənn edərək həmin binanın blokundakı mənzillərin qapısının açıq olub-olmamasını yoxlayarkən 32 saylı mənzilin qapısının açıq olmasından istifadə edib Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan şəxsin iradəsinə zidd olaraq həmin mənzilə daxil olub cinsi ehtirasını təmin etməyə yönələn çirkin niyyətini həyata keçirmək məqsədilə qonaq otağındakı masanın üzərinə qoyulmuş kustar üsulla hazırlanmış ucu deşici olan bir tərəfi kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürdükdən sonra həmin otaqda yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs oyadaraq bıçağı nümayiş etdirməklə sakit olmasını və müqavimət göstərəcəyi təqdirdə bıçaqla vuracağını bildirib zor tətbiq etmək hədəsi ilə sonuncunun cinsiyyət orqanına əlləri ilə toxunduqdan sonra əynindəki şalvarın zəncirbəndini açıb cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna daxil etmiş, daha sonra Zərərçəkmiş şəxs üzü üstə divana uzatmaqla şalvarını və alt paltarını aşağı çəkib seksual xarakterli digər hərəkətlərini davam etdirərək cinsiyyət orqanını Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə sürtməklə yanaşı, müqavimətini qırmaq məqsədilə baş nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurub sonuncuya sağ təpə nahiyəsinin qançır-şişkinliyi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirib zor tətbiq edərək yenidən öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna daxil edib cinsi tələbatını pozğun formada tam təmin edərək zərərçəkmiş şəxsə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni, AR CM-in 157.1-ci maddəsi ilə təqsirli bilsə də, AR CM-in 150.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər 1 saylı Psixiatriya Xəstəxanasında müalicə olunmuş, xəstəliyi ilə əlaqədar dərmanlar qəbul etmişdir. Xəstəxanadan çıxdıqdan sonra da həmin dərmanları qəbul etməyə davam etmişdir. Hadisənin baş verdiyi gün, yəni 18 may 2024-cü il tarixdə işdə əsəbləşdiyi üçün evə qayıdarkən yolda mağazaya daxil olub "Go" adlı spirtli içki qəbul etmiş və “Böyükşor” ərazisində kirayə qaldığı evə getmişdir. Evdə 1 saat uzanmış, lakin, əsəbləri sakitləşməmişdir. Təzə paltar geyinib çölə çıxmış və “Tarqovıy” adlanan əraziyə getmişdir. Orada restoranlardan birində əyləşib əlavə olaraq viski və şampan içmişdir. Sonra evə qayıtmaq qərarına gəlmiş və “bir manatlıq” taksilərdən birinə minib “Şamaxinka” adlanan əraziyə getmişdir. Yaddaşında zəiflik olduğu üçün, həm də spirtli içkinin təsiri altında “Şamaxinka” adlanan ərazidə düşüb, Cavadxan küçəsində yerləşən 5 mərtəbəli binanın həyətinə getmişdir. Fikrində belə qalmışdır ki, həmin evdə yaşayır. Bu səbəbdən qeyd olunan binada yerləşən mənzillərin bir-bir qapısını yoxlamağa başlamış, belə fikirləşmişdir ki, açıq qapı hansıdırsa, həmin ev onun evidir. Qapılardan biri açıq olduğundan, həmin mənzilə daxil olmuşdur. Ayaqqabı ilə cins pencəyini çıxararkən, tanımadığı bir qız ayağa durub ona: "Sən kimsən?" demişdir. O da həmin qıza: "Bəs sən kimsən?" deyə sual vermişdir. Həmin qız onu itələmiş, o da qızı itələmişdir. Qapını açıb çölə çıxan vaxt dəhlizdə başqa bir qızla rastlaşmışdır. Həmin vaxt qorxmuş, çünki, başa düşmüşdür ki, səhv yerə gəlmişdir. Qapıda dayanan qıza “Keç” demişdir. Sakit formada çıxıb evdən getmişdir. Polislər zərərçəkmiş xanımdan onun cinsiyyət orqanının ölçüsünü soruşduqda, sonuncu 03 (üç) santimetr olduğunu bildirmiş və bununla əlaqədar ekspertiza keçirilməmişdir. İbtidai araşdırma zamanı işgəncələrə məruz qaldığı üçün deyilən sənədlərə qol çəkməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs həmçinin, qeyd etmişdir ki, əsəblərində problem olduğu üçün müalicə kursu keçmiş, bununla bağlı dərmanlar qəbul etmişdir, lakin qəbul etdiyi dərmanların adlarını bilmir. Hadisədən sonra Memar Əcəmi metrostansiyası ilə 3-cü mikrorayon dairəsinin arasında yerləşən parkda oturmuş və anlamışdır ki, həmin vaxt səhv ünvana gedib. Zərərçəkmiş şəxsi əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Düşünür ki, Nuranə xanım kimdənsə qorxaraq ondan şikayət etmişdir. Bir daha vurğulayır ki, hadisə vaxtı binanın bütün qapılarını yoxlamışdır, mənzildə cəmi 15 (on beş) saniyə olmuş, mənzildən bıçaq götürməmiş, zərərçəkmiş xanımın başına yumruqla vurmamışdır. Polislər onu döymüş və zərərçəkmişə onu göstərib xanıma “Budur həmin şəxs” deyə bildirmişlər. Nəsillərində psixi xəstəliyi olan və ya intihar edən şəxs olmamışdır. O, tez-tez əsəbləşmir, mütəmmaddi içki içən deyildir, narkotik vasitələrdən istifadə etmir. Qəbul etdiyi dərmanlar sakitləşdiricilər olmuşdur. Tərkibində psixotrop maddə olmamışdır. Həmin dərmanları ona Nihad adlı həkim yazmışdır. O, yaddaş pozğunluğundan əziyyət çəkir, sərxoş olanda cinsi istəyi olmur, cinsi pozğunluqdan əziyyət çəkir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, məlum hadisə baş verən ünvanda yaşamır. Orada rəfiqəsi Leyla yaşayır və o, həmin evə hadisə günü qonaq getmişdir. O, divanda yatan zaman kimsə əli ilə üzünə su vurmuş və o, yuxudan oyanmışdır. Bu zaman başının üstündə kiminsə bıçaqla dayandığını görmüş və həmin şəxs ona gözlərini bərəldərək “Səsini çıxarma, mən səni öldürə bilərəm. Bilirsən ki, mən güclüyəm” deyə bildirmişdir. O, həmin şəxsin rəfiqəsi Leylanın tanışı olduğunu düşünmüşdür. O, həmin şəxsdən “Leyla hardadı?” deyə soruşmuşdur. Həmin şəxs, yəni təqsirləndirilən Təqsirləndirilən şəxs onu köynəyindən tutaraq ayağa qaldırmışdır. Bu zaman həmin şəxsin şalvarının qabağı açıq olduğunu görmüşdür. Bundan sonra həmin şəxs ona qarşı ittiham aktında qeyd deyilən seksual zorakılıq hərəkətlərini etmiş, yəni zorla cinsiyyət orqanını onun ağız boşluğuna yeritmişdir. Zərərçəkmiş şəxs həmçinin, qeyd etmişdir ki, ona qarşı yuxarıda qeyd olunan seksual xarakterli hərəkətləri edən şəxs, təqsirləndirilən şəxs qismində tanımış, hazırda şüşə qəfəsdə əyləşmiş şəxsdir. İbtidai istintaq zamanı bilmişdir ki, ona qarşı seksual zorakı hərərkətlər etmiş şəxsin adı Təqsirləndirilən şəxsdur. Bildirir ki, bir müddət sonra rəfiqəsi Leyla dostu Elşənlə evə gəlmiş, Leylanı və Elşəni görən kimi Murad qaçmışdır. O, Muradın əlindəki bıçağı mətbəxdən götürdüyünü sonradan bilmişdir. O, həmin mənzilə məlum hadisə baş verən günü gecə saat 22-23 radələrində rəfiqəsi Leyla ilə birlikdə gəlmişdir. O, mənzilə gələn vaxt orada rəfiqəsinin otaq yoldaşı olan bir qız və həmin qızın 14-15 yaşlı qardaşı da olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, hadisə baş verən mənzil 1 otaqdan ibarətdir. Evdə ayaqyolu, hamam, mətbəx və zal mövcuddur. Məhkəmənin diqqətinə çatdırır ki, hadisə günü Leyla təxminən gecə saat 1-ə işləmiş evdən getmişdir. Leylanın qapını bağlamayıb çıxmasından xəbəri olmamışdır. Çünki, həmin vaxt yatmışdır. Bildiyinə görə rəfiqəsi Leyla oğlan dostu Elşənlə görüşmək üçün şəhər mərkəzinə getmişdir. Çünki, Leyla ona dostu ilə görüşəcəyini bildirmişdir. Qeyd edir ki, o yatarkən soyunmamışdır. Belə ki, əynində papaqlı jaket və idman şalvarı, üstündə yorğan olmuşdur. Çünki, may ayı olsa da hava soyuq olmuşdur. O, əvvəllər Muradı heç vaxt görməmişdir. Hadisə baş verən vaxt otaqda işıq sönülü olmuşdur. Mətbəxin işığı yanılı olduğu üçün az miqdarda otağa işıq düşmüş və o, həmin şəxsin üzünü tam görə bilməmişdir. Çarpayı qapı ilə üzbəüz yerləşmişdir. Həmin şəxs təxminən 20 (iyirmi) dəqiqə mənzildə olmuşdur. Muradın əlindəki bıçaq göy və ağ rəngli kombinə rəngdə olmuşdur. Muradın cibindən siqareti düşmüş və o, siqareti ayağıyla divanın altına itələmiş, həmin siqareti ibtidai araşdırma orqanına təhvil vermişdir. Murad 1-2 dəfə yumruqla onun başından vurmuşdur. Həmin vaxt qanayan xəsarət almamışdır. Lakin ekspert rəyinə görə zərbə nəticəsində başında şiş əmələ gəlmişdir. Murad onun idman şalvarını aşağı çəkmiş, onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, o isə Murada aybaşı olduğunu bildirmişdir. Murad əlindəki bıçağı arada divanın üstünə qoymuş, tələbi o olmuşdur ki, nə olur-olsun onunla cinsi yaxınlıq etməlidir. Bundan sonra Murad tələb etmişdir ki, onun cinsiyyət orqanını ağzına alsın və bu yolla cinsi yaxınlıq etsinlər. O qorxusundan Muradın dediyini etmişdir. Qorxusundan səsini çıxara bilməmiş, Murad isə eyni cümlələri dayanmadan təkrar etmişdir. O, paltarlarını ibtidai araşdırma orqanına təqdim etmiş, Muradın paltarları ilə onun paltarları arasında təmas olması təsdiq olunmuşdur. Bildirir ki, o, rəfiqəsigildə ilk dəfə idi ki, qalırmış. Rəfiqəsi də Muradı tanımamışdır. Bildirir ki, hadisə vaxti Muraddan çox kəskin spirt iyi gəlmişdir. O, hadisədən sonra dəri-zöhrəvi xəstəliyinə yoluxubyoluxmamağını dəqiqləşdirmək üçün analiz vermişdir. Lakin, xəstəlik aşkar edilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Nigar adlı xanım və onun qardaşı ilə birlikdə ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli binada kirayədə yaşayır. Zərərçəkmiş şəxs Nuranə onun rəfiqəsidir. Hadisə günü Nuranə ilə birlikdə onun yaşadığı evə gəlmişlər. Nuranə evdə qalmış, o isə dostu Elşənlə görüşmək üçün evdən çıxıb şəhər mərkəzinə getmişdır. Gecə saatlarında Elşən onu evə ötürən zaman evdən yad adamın çıxdığını görmüşlər. Nuranə onlara həmin şəxsin əlində bıçaq olmasını demişdir. O, utandığı üçün Nuranədən həmin an ətraflı şəkildə içəridə nə baş verməsini soruşa bilməmişdir. Hadisə baş verən gün Nuranə ilə birlikdə işdə olmuşlar. Nuranənin özünün valideynləri ilə birlikdə yaşadığı evi var. Bildirir ki, Elşən onun dostudur. Elşən də həmin an Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxsi nə Elşən, nə də o, hadisəyədək tanımamış, onu ilk dəfə hadisə günü görmüşlər. Şahid2 həmçinin, qeyd etmişdir ki, evdə birlikdə qaldığı ev yoldaşı dövlət işində işlədiyi üçün iş saatlarında fərqlilik olduğundan, bir-birilərini narahat etməmək səbəbindən bəzən qapını açıq qoymuşlar. 1 ildən artıq müddətdir ki, həmin evdə qalır. O, təqsirləndirilən şəxsin əlində bıçaq görməmiş, Nuranə ona qarşı seksual zorakı hərəkətlər edən şəxsin əlində bıçaq olmasını demişdir. Təqsirləndirilən şəxs qapıdan çıxıb qaçaraq uzaqlaşmışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə məlumat vermişdir. Onlar həmçinin X11 çağırmışlar, belə ki, Nuranənin halı pisləşmiş, özünü yaxşı hiss etməmişdir. O və dostu Elşən evə gələn vaxt gecə saat 4 radələri olmuşdur. Nuranə həmin şəxsin ona qarşı cinsi zorakılıq etdiyini bildirmişdir. Nuranə qeyd etmişdir ki, həmin şəxs onun üzərinə su tökərək onu yuxudan oyatmışdır, gözlərini açanda həmin şəxsin əlində bıçaq olmasını görmüşdür. Həmin şəxs Nuranənin alt paltarına baxıb, Nuranənin menstruasiya (aybaşı) dönəmində olduğunu görüb, ağız yolu ilə ona qarşı cinsi zorakı hərəkətlər etmişdir. Mənzilə gələn zaman mənzildə Nigar və onun qardaşı da olmuşdur. Onlar evə gələndə Nigar və onun qardaşı yatmış olmuşdur. Nigar və qardaşının yatdığı otağa ümumiyyətlə səs getməmişdir. Hətta digər otaqda köhnə paltaryuyan maşın işlədikdə belə Nigar və onun qardaşının qaldığı otaqda səs eşidilmir. Rəfiqəsi Nuranənin əynində onun evdə geyinməsi üçün verdiyi dəyişək paltarlar olmuşdur. O, qapını açan zaman Elşən də yanında olmuşdur. Elşən də çıxıb həmin şəxsi axtarmağa cəhd etmişdir. Sonradan polislər onlara həmin şəxsin zirzəmidə gizləndiyini demişlər. Zorlama hadisəsinə şahidlik etməmişdir. Elşən onu sadəcə olaraq mənzilə kimi yola salmış, onun evə gəlmək fikri olmamışdır. Əvvəllər yaşadıqları evlərdə müəyyən vaxtlar qız və oğlan dostlarıyla yığıncaqları olmuş, lakin, bu kimi neqativ hallar baş verməmişdir. Hadisə baş verən evdə isə ümumiyyətlə əyləncə yığıncaqları təşkil olunmamışdır O və Elşən evə gələrkən qapını Murad açmış, Murad olnarı görüb təşvişə düşmüş və evdən çıxıb qaçmışdır. Nuranə də onun dalınca qaçmış və onları görərək dayanmışdır. Nuranə özünü yaxşı hiss etmədiyi üçün həmin gün Elşən və onunla əylənməyə getməmişdir. Gecə saat 3-4-də geri qayıtmağı planlaşdırdığı üçün Nuranəni narahat etməmək məqsədilə evdən çıxanda giriş qapını açıq saxlamışdır. Hadisə olan dövrdə Nuranə ilə “Ağ şəhər” adlı ərazidə yerləşən eyni restoranda hər ikisi “barista” kimi fəaliyyət göstərmişlər. Nuranə ilk dəfə hadisə baş verən evdə olmuşdur. Birlikdə səhər tezdən gəzməyə getməyi planlaşdırdıqlarından, Nuranənin səhər tezdən durub taksi axtarıb yol gəlməməsi üçün onlarla birlikdə evdə qalmasını təklif etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onlar Şahid2 ilə birlikdə hadisə günü gecə 3-4 radələrində konsertdən gəlmişlər. O, gecə olduğu üçün Leylanı yaşadığı evə ötürmüşdür. Binanın blokunun birinci mərtəbəsində yerləşən mənzilin qapısının ağzında olarkən Təqsirləndirilən şəxs mənzildən çıxaraq qaçmışdır. İçəri girdikdə Nuranəni görmüşlər. Nuranə həmin şəxsin əlində bıçaq olmasını deyərək, arxasınca getməmələrini bildirmişdir. Nuranə həmin şəxsin ona təcavüz etdiyini bildirmiş, o, hadisənin detallarını dinləməmiş və qapıdan çölə çıxaraq polisin gəlməsini gözləmişdir. Belə ki, Leyla hadisə barədə DİN-in 102 xidmətinə zəng etmişdir. Şahid1 eyni zamanda qeyd etmişdir ki, əvəllər həmin mənzildə olmamışdır. Həmin gün o, kiçik ölçüdə spirtli içki “viski” içmişdir. Leylanın isə spirtli içki içib-içməməsi yadında deyil. Ümumiyyətlə sərxoş vəziyyətdə olmamışlar. Təqsirləndirilən şəxslə mənzilin qapısının ağzında rastlaşmışlar. Həmin şəxs qapını açıb qaçmışdır. Onlar mənzilə daxil olanda Nuranəni mənzilin içərisində sağ tərəfdə yerləşən otağın qapısının qarşısında görmüşdür. O, mənzilə daxil olanda Nuranə ilə sağdakı otağın qapısının ağzında rastlaşmışdır. Nuranənin əynində paltarları olmuşdur. İlk olaraq Nuranə ona qarşı cinsi təcavüz olunduğunu demişdir. Hadisənin təfərrüatlarını səhəri günü polis bölməsində olarkən polislərdən eşitmişdir. O, təqsirləndirilən şəxsin arxasıyca çıxıb, təxminən 10 dəqiqədən sonra evə qayıtmış, Leyladan polisə xəbər verib-verməmələrini soruşmuşdur. Leyla xəbər verdiyini bildirmişdir. Leyla tərəfindən verilmiş məlumatın məzmununu dəqiq bilməmişdir. Nuranəyə çox yaxınlaşmadığı üçün onun üzərində hər hansı xəsarət görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki,o 15 yaşlı qardaşı ilə birlikdə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 5 mərtəbəli binada kirayədə yaşayır. Leyla da qeyd etdiyi ünvanda yerləşən mənzildə onlarla birlikdə kirayədə yaşayır. Nuranə hadisə günü onların yaşadığı evə qonaq gəlmişdir. O və qardaşı adəti üzrə hər gün saat 22-də, 23-də yatıb səhər tezdən oyanırlar. Hadisə baş verən gün də o və qardaşı saat 22 radələrində öz otaqlarında yatmışlar. Gecə saat 04:00 radələrində evdən səs-küy gəldiyini eşitmişdir. Əvvəlcə elə fikirləşmişdir ki, səs çöldən gəlir. Daha sonra səsin daha yaxından gəldiyini eşitdikdə səsin evin içindən gəldiyini yəqin etmiş və otaqdan çıxmışdır. Digər otağa keçdikdə Leyla, Leylanın dostu Elşən və Nuranənin otaqda dayandıqlarını görmüşdür. Nuranəyə baxdıqda onun ağladığını görmüşdür. Nə olduğunu soruşduqda sonuncu: bir nəfərin evə daxil olduğunu və ona qarşı cinsi zorakılıq etdiyini bildirmişdir. Sonra Leylanın tanışı evə daxil olan şəxsin arxasınca getmişdir. Şahid3 həmçinin, qeyd etmişdir ki, Nuranə Leyla ilə birlikdə təxminən saat 21:30 radələrində evə gəlmişdir. Leyla Nuranənin onun rəfiqəsi olduğunu, gecəni evdə qalıb, səhər işə gedəcəyini bildirmişdir. Nuranəni ilk dəfə həmin gün görmüş, sonuncu daha əvvəl onların evinə gəlməmişdir. 2 ilə yaxındır ki, həmin mənzildə yaşayır, Leyla isə ondan 1 il sonra gəlmişdir. O, səs-küy eşidib otaqdan çıxdıqda Nuranə üst geyimində olmuşdur. Nuranədə xəsarət izi görməmişdir. Lakin, halı pis vəziyyətdə olmuş, ağlamış, hətta, ona ürək dərmanı vermişlər. Daha sonra isə X11 gəlmişdir. Nuranə demişdir ki, evə daxil olan şəxs başının üstündə əlində bıçaqla dayanmış, eləcə də başına yumruqla zərbə vurmuşdur. Leyla demişdir ki, o qapını açan zaman evə daxil olan şəxs evdən çıxmışdır. O, nə baş verdiyini soruşmuş, Nuranə isə nə baş verdiyini təfərrüatı ilə izah etmişdir. Hadisə ilə bağlı polisə də məlumat verilmişdir. O, daha sonra hadisənin təsirindən pis olduğu üçün öz otağına keçmişdir. Polislər gələndə onu çağırmışlar, o da otaqdan çıxmışdır. O, yorğun olduğundan, işdən gəlib yatmış, otağının qapısını da həmişə bağlı saxlamışdır. Nuranənin yatdığı otaqla onların otağı yan-yana olmamaqla, aralarında sanitar qovşağı və hamam vardır. Ona görə səsi sonradan eşitmişdir. Leylanın nə vaxt çıxıb getdiyini bilməmişdir. Qapını Leyla çıxarkən açıq qoymuşdur. Qeyd edilən ev 2 otaqdan ibarətdir. Qardaşı və onun qaldığı otağa onlardan başqa sadəcə bəzi hallarda Leyla güzgüdən istifadə etmək üçün daxil olmuşdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Murad adətən hər gün anası ilə telefon vasitəsilə əlaqə saxlamışdır. 21 may 2024-cü il tarixdə həyat yoldaşı, yəni, Muradın anası Murada nə qədər zəng etsə də telefonuna zəng çatmamışdır. 22 may tarixində zəng edəndə isə Muradın telefonuna polis əməkdaşı cavab verərək, Muradın dünən 19-cu polis şöbəsi tərəfindən həbs edildiyini məlumat vermişdir. Həyat yoldaşı zəng edərək ona bu xəbəri çatdırdıqda, o, 19-cu PŞ-yə getmiş, lakin, ona oğlunun Nəsimi RPİdə saxlanıldığını, onun barəsində işi müstəntiq Rauf Abuzərlinin apardığını bildirmişlər. O, Nəsimi RPİ-yə getsə də oğlu ilə görüşə bilməmişdir. O, vəkil tutmaq istəsə də, buna imkan yaradılmamış və səhər tezdən Muradın məhkəməyə aparacaqlarını demişlər. O, məhkəmə iclası bitdikdən sonra oğlu Muradı görə bilmiş və bu zaman Murad ona döyüldüyünü, bu səbəbdən məcbur qalaraq, hadisəni boynuna almalı olduğunu danışmışdır. O, oğlunun üz-gözünü gördükdə halı pisləşmişdir. Muradın tutulmasından sonra onun işlədiyi “İntourist” otelinə getmişdir. İş yoldaşları və həmin müəssisənin mühafizə xidmətinin rəisi İsmayıl müəllim Muradın ayın 21-i tarixində, saat 4 radələrində “İntourist” otelinin qarşısında Fövqəladə Hallar Nazirliyinin videogörüntü kamerasının altında dayandığı zaman bir neçə şəxs tərəfindən tutulub aparıldığını, həmin şəxslərdən kim olduqlarını soruşduqda, onların 19-cu Polis Şöbəsinin əməkdaşları kimi özlərini təqdim etdiklərini ona bildirmişlər. Polis əməkdaşları Muradın yaşadığı evə daxil olaraq, onun əşyalarını da axtarmışlar. O, oğlu Təqsirləndirilən şəxs bədənindəki xəsarətləri onunla qətimkan tədbiri ilə bağlı məhkəmə iclasından görüşərkən öz gözləriylə görmüşdür. Oğlunun sifətində, başında, qabırğasında xəsarətlər olmuşdur. Nuranə adlı qız özü sərxoş vəziyyətdə olmuşdur. Nuranə adlı qız və onun rəfiqələri narkotik tərkibli dərmanlardan istifadə edən şəxslərdir. Onun oğlu Təqsirləndirilən şəxs psixiatriya xəstəxanasında müalicə almışdır. O, sakitləşdirici dərmanların təsiri altında həmin əraziyə getmişdir. Oğlu Təqsirləndirilən şəxsla ayrı yaşamışlar. O, müvəqqəti olaraq hosteldə qalır. Oğlu isə Böyükşor qəsəbəsində kirayədə yaşamışdır. 18 may tarixində o, Mərdəkan qəsəbəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X6 Nəsimi rayon şöbəsində keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 638 saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət - sağ təpə nahiyəsinin qançır-şişkinliyi bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasıyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, insan bədəninin hissələrinin (əl, əl barmaqları, ayaq və s.) təsirindən əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 214 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət - sağ təpə nahiyəsinin qançırı aşkar edildi. Bu xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, müddəti bir-üç gün əvvələ uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tanxdə yaranması inkar olunmur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa müddət haqqıda fikir söyləmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 1818 saylı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal- hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/951 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş materialların ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3085 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi cədvəldə göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 220 saylı rəyindən görünür ki, 1992ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olaraq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “51/2-20455/2024” rəqəmləri yazılmış olan CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:30:10-dan 07:36:04-dək Təqsirləndirilən şəxs “Baki shahari, Nasimi rayonu, A. Maharramov kuchasi 32ANasimiBaku” anten dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “51/2-19513/2024” rəqəmləri yazılmış olan CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “2-20455_001_Hadisə _ (abunə_ilə_- _Texniki_parametr_ilə)_**********50_01” faylından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00-dan saat 23:30-dək Səbail rayonu Azərbaycan prospekti 2a ünvanında, xx.xx.2024-cü il tarixdə 00:10-dan saat 02:30 dəqiqəyədək ünvan 5 ünvanında, xx.xx.2024-cü il tarixdə saat 02:30-dan 04:29-dək Nəsimi rayonu, 3-cu mkr, H. Əliyev küçəsi 2, Nəsimi rayonu, 20 Yanvar küçəsi 40B və Nəsimi rayonu, 5-ci mikrorayonu, 20 Yanvar kuchasi 32-34 ünvanlarında yerləşən anten dairələri ərazisində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, DVD diskdə 06 ədəd video görüntü faylı vardır. Həmin görüntülərə baxarkən baxışda iştirak edən Nəsimi RPl-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili qeyd olunan video görüntülərdə olan şəxsin xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirdi. Həmin şəxsin şəxsiyyəti Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən “Üztanıma” sistemi vasitəsilə təsdiq olunmuşdur. “1.mp4” faylından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02:45-də Nəsimi rayonu Cavadxan küçəsi 21 ünvanı ətrafında maşınların arası ilə hərəkət edir. “2.mp4” faylından görünür ki, 04 saylı kameradan Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yerləşən binanın blokunda xx.xx.2024-cü il tarixdə saat 03:09-da binanın blokunda mənzilin qapısına yaxınlaşır, əlindəki siqareti ağzına qoyaraq qapını açmağa cəhd göstərir. Qapını aça bilmədikdə isə qapının yanından uzaqlaşır. “3.mp4” faylından görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanına xx.xx.2024-cü il tarixdə saat 02:39-da gedən görüntüləri əks etdirir. “4.mp4” faylından görünür ki, Nəsimi rayonu Cavadxan küçəsi 21 ünvanında yerləşən binanı müşahidə edən 06 saylı kamerada Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə əvvəlcə 2-ci bloka yoxlayır. Daha sonra isə 3-cü bloku yoxlayır və həmin bloka daxil olur. “5.mp4” faylından görünür ki, ünvan 10 ünvanında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03:08-də məhəllədə maşınların arası ilə irəliləyir. “6.mp4” faylından görünür ki, ünvan 10 ünvanında Təqsirləndirilən şəxs (01 saylı kamera) xx.xx.2024-cü il tarixdə saat 03:08də məhəllədə maşınların arası ilə irəliləyərək binanın blokuna daxil olur. Bir neçə saniyə sonra həmin blokdan çıxır və digər blok istiqamətində irəliləyir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin üzləşmə keçirilməsindən imtina etməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə üzləşmək istəmədiyini, hadisə barədə ifadəsində ətraflı məlumat verdiyini və üzləşmək istəməməsinə səbəbin baş vermiş hadisəyə görə dəfələrlə psixoloji sarsıntı keçirməsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, bıçağa baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bıçaq xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər edilməsi barədə daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirilərkən götürülmüşdür. Bıçaq - tiyə və dəstək hissəsindən ibarətdir və ümumi uzunluğu 24.5 sm-dir Bıçağın tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu isə deşici xassəyə malikdir. Bıçağın tiyəsinin uzunluğu 13.5 sm-dir. Bıçaq formasına və xüsusiyyətlərinə görə mətbəx bıçağı təyinatlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsə hadisə yerindən götürülmüş mətbəx bıçağı və başqa 03 ədəd mətbəx bıçağı təqdim edilmişdir. Zərərçəkmiş şəxs 03 nömrəni göstərərək təqsirləndirilən şəxsin əlində olmuş bıçaq olduğunu bildirmişdir. Həmin bıçağı dəstəyinə görə, yəni dəstəyinin göy, ağ və qırmızı rənglərdən ibarət olmasına görə tanıdığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “şəxsin tanınmaya təqdim edilməsi haqqında” 22 may 2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı seksual xarakterli zorakılıq etmiş şəxsi geyimindən və bədən quruluşundan tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “şəxsin tanınmaya təqdim edilməsi haqqında” 22 may 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqsirləndirilən şəxsi geyimlərindən və bədən quruluşundan tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “şəxsin tanınmaya təqdim edilməsi haqqında” 22 may 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqsirləndirilən şəxsi onun şalvarı, pencəyi və ayaqlarının əyri olmasından tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-272/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 22 may 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs sol budun önündə, sol sağrıda, sağ budun hər iki səthində, döş qəfəsinin solunda, sol bazunun içəri səthində, hər iki gözətrafı və hər iki qulaq seyvanı ətrafı nahiyələrdə tündyaşılımtıl qançırlar mövcud olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2024cü il tarixli məktubuna əlavə olunmuş aktdan görünür ki, Nərimanov RPİ-nin MSY-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman hər iki qulağında, belində sıyrıqlar, burnunda şiş aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin xəsarətləri saxlanılan zaman aldığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində aparılmış araşdırma zamanı qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insanı rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən, toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs bədənində olan dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı hissədə əlavə araşdırma aparılmasının təmin edilməsi üçün materialın surəti Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsində öz əksini tapmış Məhkəmə-tibbi ekspertizasının 957 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsində tibbi baxışdan keçirilərkən ona “sol budun önündə, sol sağrıda, sağ budun hər iki səthində, döş qəfəsinin solunda, sol bazunun içəri səthində, hər iki gözətrafı və hər iki qulaq seyvanı ətrafı nahiyələrdə tünd-yaşılımtıl qançırlar” diaqnozu təyin edilmişdir. Qeyd olunan xəsarətlər küt yaranma mexanizminə malikdirlər, Bakı İstintaq Təcridxanasında üzərinə baxış keçirildiyi xx.xx.2024-cü il tarixdən 5-8 gün əvvəl yetirilməyə uyğun gəlir, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyaların dəyməsi nəticəsində yarana bilərdilər; dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində zərərçəkmiş şəxsə qarşı hər hansı seksual xarakterli zorakılıq hərəkətləri etməməsi, ibtidai araşdırma zamanı işgəncələrə məruz qaldığı üçün deyilən sənədlərə qol çəkməyə məcbur olmasına dair xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Qeyd olunan xüsusatlar iş üzrə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 638 saylı, xx.xx.2024-cü il tarixli 214 saylı, xx.xx.2024-cü il tarixli 220 saylı, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1818 saylı, məhkəmə-ballistik materialların tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/951 saylı rəyləri, CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, bıçağa baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokollar, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində aparılmış araşdırma zamanı qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, məhkəmə-tibbi ekspertizasının 957 nömrəli rəyi, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 may 2024-cü il tarixli ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Böyükşor küçəsi fərdi yaşayış evində kirayədə yaşayır. Əvvəllər psixi xəstəliklə bağlı bir dəfə Respublika psixiatriya xəstəxanasında müalicə almışdır. 17 may 2024-cü il tarixdə gecə saatlarından etibarən Bakı şəhərində Bulvar kənarı ərazidə gəzə-gəzə “Go” spirtli içkisi içmişdir. 3 ədəd “Go” spirtli içkisi içdikdən sonra sərxoş olmuşdur. Həmin vaxt əvvəllər Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən beşmərtəbəli bina evinin 2-ci mərtəbəsində yerləşən kirayədə yaşadığı mənzil yadına düşmüşdür. O gəzə-gəzə gəlib həmin əraziyə çatmışdır. Həmin ərazidə gəzərkən bloklardan birinin qarşısında qabağında olan zaman həmin bloku əvvəl yaşadığı bloka oxşatmışdır. Həmin bloka girən zaman birinci mərtəbədə olan evlərdən birinin qapısının aralı olduğunu görüb içəri girmişdir. İçəri girəndə sağ tərəfdə olan otaqda divan görmüş və öz yatağı olduğunu fikirləşmişdir. Həmin divanda yatmaq istədikdə divanda bir şəxsin bədənində latuirovka olan şəxsin uzandığını görmüşdür. Uzanan şəxsin kim olduğunu bilmədiyi üçün divanın yuxarı tərəfində olan stolun üstündə olan bıçağı götürmüşdür. Həmin vaxt orda uzanan şəxsin qız olduğunu gördükdə qızla cinsi əlaqədə olmaq qərarına gəlmişdir. Bıçağı yerə qoyaraq qıza sakit olmağını, onunla cinsi əlaqədə olub daha sonra çıxıb gedəcəyini demişdir. Qız onun ayaqlarından tutmuş və bundan sonra cinsi orqanını şalvarının ön hissəsindən sepi açaraq çıxarıb həmin qızın ağız nahiyəsinə daxil etmişdir. Bir neçə dəfə ağzına saldıqdan sonra qızı divana uzadıb şalvarın və alt paltarını aşağı çəkərək cinsi orqanını qızın cinsi orqanına sürtməyə başlamışdır. Qız ona aybaşı olduğunu dedikdən sonra ağız vasitəsilə cinsi əlaqədə olmağı bildirmişdir. Təxminən 15-20 saniyə sürtdükdən sonra yenidən divana oturub cinsi orqanını ağzına almasını bildirmişdir. Qız o dediyi kimi edərək cinsi orqanını ağzına aldmışdır. Təxminən 40 saniyə ağız vasitəsilə əlaqədə olmuşdur. Daha sonra qızın ağzına cinsi ifrazını boşaltdığını deyərək mətbəxə keçmişdir. Lakin o dəqiq olaraq boşalıb-boşalmadığını xatırlamamışdır. Qız mətbəxə keçib qayıtdıqda blokdan səs gəldiyini eşitmişdir. O qapını açıb evdən Çıxan zaman qapının ağzında bir nəfər qızla qarşılaşmışdır. Həmin qıza “keç də” deyərək çıxıb getmişdir. Blokdan çıxıb düz harasa getmişdir. Lakin dəqiq olaraq hansı istiqamətə getdiyini xatırlamır. Yola çıxdıqdan sonra taksi ilə yaşadığı evə getmişdir. İçkili olduğu üçün ağlı başımda olmamış, etdiyi əməldən peşmandır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, sərxoş olduğu üçün neçənci mərtəbədə qaldığını xatırlamamışdır. O Nuranəni hədələməmişdir. Bıçağı stolun üstündən götürmüşdür, lakin götürdükdən 5-10 saniyə sonra yerə qoymuşdur. Həmin qıza sakit olmağını, cinsi əlaqədə olub gedəcəyini bildirmişdir. O Nuranəni qucaqlamamış, başından vurmamışdır. Yalnız bir dəfə başına sığal çəkmişdir. O Nuranəyə qarşı zorakılıq etmədiyindən, Nuranə də ona heç bir müqavimət göstərməmişdir. O divanda uzanan şəxsin qız olduğunu gördükdən sonra ancaq cinsi əlaqədə olub getmək istəmişdir. O həmin qızı bıçaqla vurmaq və ya öldürmək istəməmişdir. Bıçağı götürməkdə məqsədi həmin qızın onunla cinsi əlaqədə olmasına nail olmaq olmuşdur. Hadisə olan vaxt üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Əvvəllər belə bir əməl etməmişdir. Həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 may 2024-cü il tarixdə saat təxminən 21:45 radələrində işdən çıxan zaman gecəni iş yoldaşı Leyla ilə qalmaq üçün Nəsimi rayonu, Cavadxan küçəsi 21 ünvanında kirayədə yaşadığı mənzilə getmişdir. Həmin vaxt mənzildə onlardan başqa digər otaqda kirayədə yaşayan İlkin və Nigar adlı şəxslər olmuşdur. Saat təxminən 23-24 radələrində Leyla kimləsə görüşmək üçün evdən çıxıb getmişdir. O isə həmin vaxt uzanıb yatmışdır. 18 may 2024cü il saat təxminən 04 radələrində o yatan zaman dodağına nəyinsə toxunduğunu hiss etmişdir. Oyanan zaman təxminən 33-35 yaşlarında orta boylu əlində bıçaq olan bir şəxsin əli ilə dodağını islatdığını görmüşdür. O qorxaraq həmin şəxsdən kim olduğunu, burada nə etdiyini soruşmuşdur. Həmin şəxs əlində olan bıçağı göstərərək sakit olmağını, müqavimət göstərdiyi halda onu bıçaqla vuracağını bildirmişdir. Bundan sonra həmin şəxs onu qucaqlayıb əlləri ilə paltarının üstündən cinsi orqanına toxunmağa başlamışdır. Daha sonra həmin şəxs onu qolundan tutub qaldıraraq şalvarının sepini açıb cinsi orqanını çıxararaq ağzına almağını tələb etmişdir. O qorxduğu üçün cinsi orqanı ağzına almışdır. Təxminən 3-4 dəqiqə həmin şəxs onunla ağız vasitəsilə cinsi əlaqədə olduqdan sonra həmin şəxs onu üzü üstə divana uzadıb şalvarını və alt paltarını aşağı çəkərək cinsi orqanı arxa tərəfdən onun cinsi orqanına sürtməyə başlamışdır. Lakin həmin şəxs onunla təbii yolla əlaqədə olmayıb bir qədər cinsi orqanını onun cinsi orqanına sürtdükdən sonra divana oturub onun başından tutaraq yenidən cinsi orqanını ağzına almağını tələb edərək yenə onunla ağız vasitəsilə əlaqədə olmuşdur. O həmin vaxt cəld alt paltarını və şalvarını yuxarı çəkmişdir. Yenə 3-4 dəqiqə ağız vasitəsilə əlaqədə olduqdan sonra həmin şəxs cinsi ifrazını onun ağzına boşaltmışdır. Cinsi ifrazını ağzına boşaldan zaman onun qaytarmağı gəldiyi üçün itəliyib mətbəxə getmişdir. Həmin şəxs evdən qaçmışdır. Həmin vaxt Leyla evə girdiyi anda həmin şəxs yanından qaçıb getmişdir, ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə ünvan 11 ünvanında yerləşən beş mərtəbəli binanın 1-ci mərtəbəsində kirayədə yaşayan rəfiqəsi Leylanın yaşadığı evdə 18 may 2024-cü il tarixdə saat təxminən 04 radələrində baş vermişdir. Həmin vaxt digər otaqda Leyla ilə birlikdə həmin evdə kirayədə yaşayan Nigar və İlkin adlı bacı-qardaş olmuşdur. O yatan zaman dodağına nəyinsə toxunduğunu hiss etmiş, oyananda görmüşdür ki, tanımadığı bir nəfər şəxs başının üstündə durub əli ilə dodağını isladır. Həmin şəxs bir əli ilə dodağına toxunmuş, bir əlində isə ağ-göy-qırmızı rəngdə dəstəyi olan mətbəx bıçağı olmuşdur. Həmin şəxs o oyanan kimi əlindəki bıçağı göstərərək sakit olmağını, səs-küy salacağı halda onu bıçaqla vura biləcəyini demişdir. O idman şalvarı və papaqlı idman köynəyi geyinib yatmışdır. Həmin şəxs cinsi orqanını onun cinsi orqanına daxil edərək təbii yolla cinsi əlaqədə olmamışdır. Həmin şəxs yalnız şalvarını və alt paltarını aşağı çəkib öz cinsi orqanını onun cinsi orqanına sürtmüşdür. Həmin şəxs yalnız bir neçə dəfə başından yumruqla vuraraq cinsi orqanını ağzına almağını tələb etmişdir. Lakin bədənində heç bir xəsarət yoxdur. Həmin şəxs onu oyatdığı andan əlindəki bıçağı göstərərək tabe olmadığı halda onu bıçaqla vuracağını dediyi üçün özünü təhlükədə hiss edib həmin şəxsin dediklərini etməyə məcbur olmuşdur. Əlaqə nəticəsində çox cüzi cinsi ifrazatı olmuş, həmin sperma da ağzına boşalmış, paltarlarına və ya divana dəyməmişdir. Daha sonra o qusmağı gəldiyi üçün mətbəxə qaçıb ağızını yumuşdur. Ona qarşı zorla seksual hərəkətlər etmiş təxminən 33-35 yaşlarında, 165-170 boylarında, dolu bədən quruluşlu, əynində cins şalvar, boynu ağ rəngli cins pencək və qara rəngli ayaqqabı geyinmiş bir şəxs olmuşdur. xx.xx.2024-cü il tarixdə adının Təqsirləndirilən şəxs olduğunu bildiyim şəxs zorla öz cinsi orqanını onun ağız boşluğuna daxil edərək əlaqədə olmuşdur. Ekspertizadan keçərkən baş vermiş hadisənin təsiri altında olduğundan fikrini düzgün izah edə bilməmişdir. Qeyd etmişdir ki, Murad adlı şəxs onunla təbii yolla cinsi əlaqədə olmamışdır. Haddisə vaxtı qorxu və təşvişli olmuşdur. Həmin şəxs öz cinsi orqanını onun cinsi orqanına sürtdüyü zaman onunla təbii yolla cinsi əlaqədə olmaq imkanı olmuşdur. İstəsəydi davam edə bilərdi. Təqsirləndirilən şəxs onunla təbii yolla cinsi əlaqədə olmasının qarşısını almaq üçün qorxduğundan onun tərəfindən hər hansı müqavimət olmamışdır. O ifadəsini düzgün formada vermişdir. Həmin şəxs öz cinsi orqanını onun ağız boşluğuna daxil edərkən, yəni ona qarşı seksual xarakterli hərəkətlər edərkən bir neçə dəfə başına vurmuşdur. O ekspertizadan keçərkən həmin şəxsin onun başına vurduğu nahiyədə qançır izi aşkar edilmişdir. O ifadələrində hər hansı yalan məlumat verməmişdir. Təqsirləndirilən şəxs o və polis əməkdaşları tərəfindən döyülməmiş və hədəqorxu gəlinməmişdir. Eyni zamanda, məhkəmə tərkibi, iş üzrə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid4 da ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəyə təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyan, dəqiq faktlara söykənməyən və yuxarıda sadalanan sübutlarla tam təkzib olunmuş ifadə kimi hüquqi qiymət verir. Belə ki, Şahid4 fərziyyələrə əsaslanaraq, birlikdə yaşamadığı və gündəlik ünsiyyətdə olmadığı oğlu Muradın 21 may tarixində həbs edildiyini, həmin, halı Təqsirləndirilən şəxs iş yoldaşlarından eşitdiyini, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü qeyd edərək, hər hansı mötəbər sübuta istinad edə bilməmişdir. Qeyd etmək lazımdır ki, AR Cinayət-Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 150.1 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri də qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə bir daha vurğulayır ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs hər iki cinayət əməlini qəsdən törətmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 150.1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: intizam xarakterli hərbi hissədə saxlamanın bir günü; azadlığın məhdudlaşdırılmasının iki günü; islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü; ictimai işlərin səkkiz saatı bərabər tutulur. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər daxil olduğundan, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15ci maddəsinə əsasən, AR CM-in 150.1-ci maddəsi ağır cinayətlər, həmin Məcəllənin 157.1-ci maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni, 22 may 2024cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ballistik (64 manat) və materialların ekspertizası (89 manat) ilə əlaqədar Təqsirləndirilən şəxs ümumilikdə 153 (yüz əlli üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd mətbəx bıçağı məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1 və 157.1ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə 05 (beş) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə 10 (on) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən, islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla,ona CMin 157.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) ay müddətinə islah işləri cəzası 02 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 22 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs ümumilikdə 153 (yüz əlli üç) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-545/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-545/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver