Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-546/2020 30.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 64, mənzil 5-də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 115, mənzil 10-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-2.2.3 və 144-2.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayana hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qardaşı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin iyul ayının əvvəllərində Rəfayıl İmamverdiyev xx xxxx 2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Ting, ev 34/34-də yerləşdirib 2016-cı ilin avqust ayının əvvəllərinədək təkcə, həmin tarixdən isə Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs bacısı Şahid1 döyəcəyi ilə hədə-qorxu gələrək özünə şillə və ayaq zərbələri ilə zor tətbiq edib, eyni zamanda zor tətbiq etmək hədəsi ilə psixi təsir göstərib qorxu hissi yaratmaqla həmin ünvanda, bundan əlavə ünvan 1 Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 107, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, bina 115, mənzil 27 və Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, Müzəffər Həsənov küçəsi, ev 83-də saxlamaqla qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırdıqdan sonra xx xxxxxxxx 2018-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi 830 ünvanında yerləşən «xxxxxxxxx» restoranının yaxınlığında məndil satmağa və dilənçilik etməyə məcbur etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsı qardaşı Rəfayılın qaynı kimi tanıyır. Belə ki, o, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 64, mənzil 5-də qeydiyyatda olsa da Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi ev 107-də kirayədə yaşamış, dostuna məxsus Pejo markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Uşaq olarkən valideynləri rəhmətə getmiş və o böyük qardaşı Rəfayılla birlikdə Gəncə şəhərin 1 saylı internatda yaşayıb oxumuşlar, orada 9-cu sinfə kimi təhsil almışdır. İnternatı bitirdikdən sonra Bakı şəhərinə köçmüş, 2009-cu ildə dələduzluq cinayətinə görə 3 il müddətinə azadlıqdan məhrum olunmuş və 2012-ci ildə azadlığa çıxmışdır. Bundan sonra Bakı şəhərində kirayə yaşayaraq əsasən taksi fəaliyyəti ilə məşğul olmuş, onu tanıyanlar ona «Racu» deyə müraciət etmişlər. Böyük qardaşı Rəfayıl törətdiyi soyğunçuluq cinayət əməlinə görə cəza çəkərək CÇM-dən 2015-ci ildə azad olunmuş, təxminən 2016-cı ildə Rəfayıl Ruslanın bacısı Zarina ilə qeyri-rəsmi ailə həyatı quraraq birlikdə yaşamağa başlamış, həmin vaxt o Rəfayılın Zarina ilə ailə həyatı qurmasına razı olmadığından aralarında mübahisə baş vermış, bundan sonra demək olar ki, Rəfayılla danışmamışdır. Təxminən 2016-cı ilin yay aylarında Rəfayıl Ruslanı da yanına gətirmiş, o, arada qardaşıgilə getsə də təsadüfi hallarda gecəni orada qalmış, Rəfayıl qırmızı rəngli Vaz 2107 markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, o isə **-GF-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, Tofaş markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşlar. Ruslan təxminən 2014-cü ildən Bakı şəhəri, metronun Gənclik stansiyası yaxınlığında, xxxxxxxxx restoranın avtomobillə sifariş verilən hissəsində sürücülərə yaxınlaşaraq məndil satmaqla, yəni dilənçilik etməklə məşğul olmuş, Rəfayıl Ruslanı evində saxladığı vaxtdan etibarən hər gün Ruslanı həmin yerə Rəfayıl özü aparmış, onunla Rəfayıl həmin ərazidə dayanaraq taksi kimi müştəri gözləmiş, o, Rəfayılın işlərinə qarışmadığı üçün Ruslanın orada məndil satmaqla dilənçilik etməsinə də qarışmamış, Ruslanın əldə etdiyi pulları hara xərclədiyini və kimə verdiyini bilməmişdir. Ruslanı isə diləndiyi yerə Rəfayıl aparır, gecə saatlarında isə o evə gətirmiş, Ruslan əldə etdiyi puldan ona heç vaxt pul verməmiş, həmçinin o da Ruslandan heç vaxt pul istəməmiş, Rəfayıl Ruslana yaxşı baxmış, Ruslanın təhsil alması üçün kursa da qoymuşdur. Təxminən 2018-ci ilin avqust ayında Ruslan qaçıb Gəncə şəhərinə getmiş, Ruslanın nə üçün Gəncə şəhərinə qaçıb getməsindən onun məlumatı olmamış, Gəncə polisindən bu barədə məlumat verildikdən sonra onlar, yəni o, Rəfayıl, Ruslanın anası Olqa birlikdə Gəncə şəhərinə gedərək Ruslanı qaytarmışlar. Ruslana heç vaxt təzyiq göstərməmiş, Ruslanı döyməmiş, dilənməyə və ya pul qazanmağa məcbur etməmiş, Ruslana qarşı törətdiyi cinayətə görə, yəni dilənçiliyə məcbur etdiyinə görə qardaşı Rəfayıl həbs olunmuş, halhazırda cəza çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs qardaşı Rəfayıl İmamverdiyevlə birlikdə onu istismar etmişlər, onu məndil satıb, satışından əldə etdiyi pul vəsaitini əlindən alırdılar. Belə ki, bacısı Şahid1 Rəfayıla ərə getmiş, Rəfayıl onu anası Olqanın yaşadığı evdən bacısı ilə yaşadığı evə gətirib hər gün özünə məxsus maşınla onu metronun Gənclik stansiyasının yaxınlığında yerləşən «xxxxxxxxx» restoranının yanına apararaq məndil satmağa məcbur etmiş, günün sonunda isə onu həmin yerdən götürür, məndilin satışından əldə etdiyi pulları əlindən alırdı. Razim isə özünə məxsus maşını ilə metronun yaxınlığında dayanıb ona nəzarət edirdi ki, o heç bir yerə qaçmasın və yaxud da özünə bir şey almasın. O zaman onun 10 yaşı olmuş, məktəbdə oxumaq istəsə də Rəfayıl buna imkan verməmiş, onu istismar etmişdir. Artıq Rəfayıl ona qarşı törətdiyi cinayətə görə bu məhkəmədə məhkum olunub cəzasını çəkir. Razim isə qaçıb gizləndiyi üçün sonradan yaxalanıb işi sonradan məhkəməyə verilmişdir. Anası və bacısı X14 qorxusundan ona heç bir köməklik göstərə bilməmişlər. Hətta bu ikisinin əlindən Gəncə şəhərinə qaçmış, orada polis əməkdaşları tərəfindən saxlanılmış, polislər onun saxlanılması barədə anasına xəbər verdikdə anası Razimin maşını ilə Razim və Rəfayılla birlikdə gəlib onu polisdən götürmüş, Gəncədən Bakıya gəldiyi zaman Razim onu qaçdığına görə möhkəm döymüşdür. Bakıya gətirildikdən sonra Razimlə Rəfayılın təzyiqi ilə Gənclik metrostansiyasının yanında məndil satışı ilə məşğul olmuşdur. Məndillərin birini 50 qəpikdən satmış, eyni zamanda Razimlə Rəfayıl ondan bahalı avtomobilləri gördüyü halda həmin maşınlara yaxınlaşıb dilənməyi məcbur etmişlər. Rəfayıl ona gün ərzində 100 manatdan aşağı pul gətirməməyi tapşırmış, az pul qazandıqda isə Rəfayıl onu döymüş, bu səbəbdən artıq pul qazananda həmin pulu gizlətmiş, az pul qazandığı gün gizlətdiyi pulu qazandığı pulun üstünə qoyaraq Rəfayıla vermişdir ki, döyülməsin. xx xxxxxxxx 2018-ci il tarixədək Rəfayıl və Razim onu məcburi olaraq diləndirmiş, həmin tarixdə Bakı şəhəri, 18-ci polis bölməsinin əməkdaşları onu «xxxxxxxxx» restoranının yaxınlığında görüb polis bölməsinə aparmışlar. Orada başına gələnləri danışmış, bundan sonra onu Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağına yerləşdirmişlər. Hal-hazırda isə Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində təhsil alır və orada da yaşayır.Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Zarinanın hal-hazırda CÇM-də cəza çəkən əri Rəfayılın qardaşıdır. Zarina Rəfayıla, digər qızı Anna isə Şahid18 təxminən 4 il bundan əvvəl ərə gedərək ailələri ilə birlikdə ondan ayrı yaşamışlar. Oğlu Zərərçəkmiş şəxs bir müddət onunla yaşamış, lakin Rəfayıl Zarina tək qalmasın deyə Ruslanı öz evinə aparmış, lakin Ruslan Rəfayılın nəzarəti altında Gənclik metrostansiyasının yanında məndil satmış və dilənçiliklə məşğul olmuşdur. Oğlu Ruslan ona dəfələrlə şikayət etmişdir ki,Rəfayıl onu və bacısı Zarinanı döyür, ona məktəbdə oxumağa icazə vermir, məndil satdırıb dilənçiliyə məcbur edərək əldə olunan pulları onun əlindən tutub alırdı. Ruslan həmçinin onu da demişdir ki, Rəfayılın qardaşı Razim metronun yanında öz maşını ilə dayanaraq ona nəzarət edir, bəzən axşam onu oradan Rəfayılgilin evinə aparır. Hətta bir dəfə X15 əlindən Gəncə şəhərinə qaçıb gedəndə Razimlə Rəfayıl onu Gəncə şəhərinə maşınları ilə apararaq Ruslanı polisdən götürüb Bakıya qayıdan zaman Razim Ruslanı vəhşicəsinə döymüş, o isə qorxduğu üçün heç bir şey edə bilməmişdir. Bakıya qayıtdıqdan sonra Razim və Rəfayıl yenə Ruslanı metronun yanına çıxararaq məndil satmağa və dilənçiliyə məcbur etmişlər. Nəhayət 2018-ci ildə polis əməkdaşları Ruslanla maraqlanmış və o zaman bu iki qardaşın cinayəti açılmışdır. Rəfayıl artıq oğluna qarşı etdiyi cinayətə görə məhkum edilmişdir. Təqsirləndirilən şəxs də ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, o, «xxxxxxxxx» MMC-nin Gənclik filialında 2016-cı ilin yanvar ayından mühafizəçi işləmişdir. İşə başladığı vaxtdan işlədiyi yerin qarşısında salfet satmaqla dilənçilik edən Ruslan adlı uşağı görmüş, işlədiyi restorana gələn müştəriləri narahat etməməsi üçün rəhbərliyin göstərişi ilə Ruslanı restorana yaxın buraxmamışdır. Təqsirləndirilən şəxs isə «xxxxxxxxx»in yaxınlığında «VAZ-2107» markalı maşını ilə taksi xidməti göstərən şəxs kimi tanımışdır. Razim qardaşı Rəfayılla «xxxxxxxxx»-ə sanitar qovşağından istifadə etmək üçün gəlibgedirdilər. Bu iki şəxs məhkumluq həyatı sürmüş, narkotik vasitələr qəbul edən şəxslərə oxşayır, hər ikisinin bədənində döymələr var idi. Razimi ətrafdakılar «Racu» kimi çağırmış, bu səbəbdən onu «Racu » kimi tanımışdır. Orada işlədiyi müddət ərzində Rəfayıl və Racunun Ruslana yaxınlaşmaqlarını, avtomobilləri ilə Ruslanı aparıb-gətirmələrini görməmiş, lakin Ruslanın gecə saatlarına qədər dilənçilik etdiyini bilmiş, hətta restoranda çörək yeyən müştərilər yemək alaraq Ruslana da verirdilər. Ruslanın zahiri görkəmindən, onun çirkli və cırıq paltarlarından aydın olurdu ki, o, baxımsız bir uşaqdır. Təxminən 2018-ci ilin sentyabr ayının əvvəllərindən o, Ruslan, Rəfayıl və Razimi «xxxxxxxxx»a yaxın ərazidə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, 2017-ci ilin oktyabr ayından etibarən «xxxxxxxxx» MMC-nin Gənclik filialında menecer vəzifəsində çalışmış, o vaxtlar filialın yaxınlığında məndil satmaqla dilənçilik edən Ruslanı demək olar ki, hər gün restoranın yaxınlığında görmüş, hətta restorana gələn adamlar da ondan məndil almış, eyni zamanda ona yazıqları gəldiyi, şirin uşaq olduğu üçün əlavə pul verir, ona bununla yanaşı yemək də alıb verirdilər. Ruslanın ailə üzvlərinin olub olmaması, onun dilənməyə məcbur olunması barədə heç bir məlumatı olmamışdır. Ətrafdakıların «Racu» kimi müraciət etdiyi Təqsirləndirilən şəxs isə «VAZ-2107» markalı maşını ilə restoranın yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Elə taksi fəaliyyəti ilə məşğul olan Racunun qardaşı Rəfayılı da həmin ərazidə dəfələrlə görmüşdür. Racu ilə Rəfayıl tez-tez restoranın sanitar qovşağından istifadə edirdilər. Lakin onların restoranın fəaliyyətini pozması hallarını müşahidə etməmişdir. Racu ilə qardaşı Rəfayılın Ruslanı dilənməyə məcbur etdiklərini istintaq zamanı bilmişdir. O, Racunun avtomobili ilə Ruslanı həmin əraziyə məndil satmağa və ya dilənçilik etməyə gətirməsini görməmiş, onun Ruslanı həmin ərazidən aparmasını da görməmişdir. Lakin təxminən 2018-ci ilin sentyabr ayında Ruslanı, Razimi və Rəfayılı artıq həmin ərazidə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun məhkum olunmuş qardaşı Rəfayıl İmamverdiyevi tanıyır, Zərərçəkmiş şəxs isə onun qaynıdır. Rəfayıl İmamverdiyev və Təqsirləndirilən şəxs uşaq yaşlarından, təxminən 2008-ci ildən tanımış, onlarla tanış olduğu zaman o, Razim və Rəfayıl Bakı şəhərində metronun 28 May stansiyasının yaxınlığında avtomobil yuyub özlərini dolandırırdılar. Sonradan Rəfayılı soyğunçuluq üstündə, Razimi isə dələduzluq etdiyi üçün tutmuşlar. 2015-ci ildə o, təsadüfən Bakı şəhərində Şahid12 ilə tanış olub onunla dini kəbin kəsmiş, Annanın anası Olqa, bacısı Zarina və qardaşı Ruslan Sovetski deyilən yerdə birlikdə yaşamışlar. Dolanışıqları çətin olduğu üçün Ruslan məndil sataraq pulu bacısı Annaya verirdi. Onu o məndil satmağa məcbur etmirdi. 2015-ci ildə Rəfayıl türmədən çıxaraq onun evinə qonaq gəlmiş , orada baldızı Zarinanı görmüş, onunla ailə qurmaq istəyini ona bildirmişdir. Zarina da razı olduğu üçün Rəfayıla ərə gedərək onun yaşadığı evə köçüb getmişdir. Nədənsə Rəfayılın qardaşı X12 ailə qurmalarına narazı qalmışdır. Bir müddət sonra Rəfayılın xahişi ilə Ruslan yaşamaq üçün onların evinə getmişdir. Rəfayıl bəhanə gətirmişdir ki, guya Zarina tək darıxır. Əslində isə Rəfayılın Ruslanı aparmaqda məqsədi onu dilənçiliyə və məndil satmaqla pul qazanmağa məcbur etmək, qazandığı pulları əlindən almaq olmuşdur. Soyğunçuluq etdiyi üçün o 2016-cı ilin iyul ayında tutulmuş, CÇM-də olan zaman yanına gələn arvadı Anna və qaynı Ruslandan eşitmişdir ki, Rəfayılla Razim hər səhər Ruslanı «Gənclik» metrostansiyasının yanına apararaq ona məndil satdırmaqla yanaşı dilənçilik etməyə də məcbur etmiş, Ruslanın qazandığı pulları əlindən almışlar. O, bu gün məhkəmədə Ruslanı Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində oxuyub yaşamasını eşidərək buna çox sevinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, «xxxxxxxxx» MMC-nin Gənclik filialının direktoru vəzifəsində 2015-2016-ci illərdə işləmiş, bundan sonra digər filiallarda işləmiş, xx xxxxxx 2018-ci il tarixdən hazırki vaxta kimi yenidən Gənclik filialında işləyir. Razimi «Racu» adı ilə tanımış, sonuncu 2016-cı il ərzində taksi sürücüsü kimi “xxxxxxxxx»MMC-nin yanında fəaliyyət göstərmiş, hərdən bir onların sanitar qovşağından istifadə etdiyi üçün ora gəlibgedirdi. Zərərçəkmiş şəxsı isə ilk dəfə xx xxxxxx 2015-ci il tarixdən Gənclik filialında işə başlayarkən filialın yaxınlığında məndil satan şəxs kimi tanımışdır. Lakin onun dilənçilik etməsinin şahidi olmamışdır. Ruslanın Razim tərəfindən və ya qardaşı Rafayıl tərəfindən metronun yanına gətirib-aparılmalarını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Həmçinin Razimin qardaşı Rafayılı da tanıyır. Bu iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxsı da tanıyır. Belə ki, o, 2003-cü ildən Bakı şəhəri, Nərimanov rayonu, metronun Gənclik stansiyası yaxınlığında, «xxxxxxxxx» restoranı və Bazar Store supermarketin qarşısında səyyar CD disklərin satışı ilə məşğul olur. Əsasən hər gün saat 19-dan gecə saatlarına kimi həmin ərazidə piyada gəzməklə disk satır. Zərərçəkmiş şəxsı təxminən 2015-ci ildən tanıyır. Ruslan həmin ərazidə məndil satışı ilə məşğul olurdu. Ruslanı Gənclik stansiyasınin yanına atalığı bildiyi Rafayıl İmamverdiyev qırmızı rəngli «VAZ-2107» markalı maşınla gətiridi. Rafayılın qardaşı Razim də qardaşı ilə birlikdə həmin ərazidə taks fəaliyyəti ilə məşğul olurdular. İbtidai istintaq zamanı və Rafayıl İmamverdiyevin bu məhkəmədə olan iclasında şahid qismində ifadə vermişdir. Həmin ifadələrində göstərmişdir ki, Ruslanı hər gün Rəfayılla Razim adlı qardaşlar idarə etdikləri qırmızı rəngli «Vaz 2107» markalı avtomobillə həmin əraziyə gətirmiş, özləri də avtomobili orada saxlayıb həm Ruslana nəzarət etmiş, həm də müştəri olduqda taksi kimi fəaliyyət göstərmişlər. Həmin ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Lakin Zərərçəkmiş şəxs tanıyır. Bu şəxslərlə onun heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. Belə ki, o, 2017-ci ildən etibarən Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X19 Patrul Bölüyündə polis nəfəri vəzifəsində işləmiş, hər gün saat 21:00-dan növbəti gün saat 10:00 kimi Bakı şəhəri Nərimanov rayonunun müxtəlif ərazilərində xidmət aparmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə saat 00:40 radələrində həmkarı, polis nəfəri Şahid15lə Fiat markalı xidməti avtomobillə «Gənclik» metrostansiyasının yaxınlığında dayandıqları zaman onlara bir qadın yaxınlaşmış, hansısa dövlət orqanının işçisi olmasına dair vəsiqəsini təqdim etməklə yaxınlıqda olan uzun saçlı sarışın oğlan uşağını göstərərək onun dilənçilik etdiyini bildirmiş, bu məsələni araşdırmalarını xahiş etmişdir. Bu səbəbdən onlar ayrı-ayrı maşınlara yaxınlaşıb məndil təklif edən Ruslana yaxınlaşaraq ona onlarla birlikdə Polis Bölməsinə getməyi təklif etmişlər. Ruslan etiraz etməsə də maşina oturduqdan sonra qorxduğu üçün ağlamışdır. Ruslanı bölməyə gətirərək növbətçi hissəyə dilənçiliklə məşğul olan şəxs kimi təqdim etmişlər. Həmin ərazidə hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 həmin iş üzrə şahid qismində dindirilmiş Şahid17la eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o, X19 polis nəfəridir, həmkarı Şahid17la xx xxxxxxxx 2018-ci il tarixdə saat 00:40 radələrində Fiat markalı xidməti avtomobillə «Gənclik» metrostansiyasının yaxınlığında dayandıqları zaman onlara bir qadın yaxınlaşmış, hansısa dövlət orqanının işçisi olmasına dair vəsiqəsini təqdim etməklə yaxınlıqda olan uzun saçlı sarışın oğlan uşağını göstərərək onun dilənçilik etdiyini bildirmiş, bu məsələni araşdırmalarını xahiş etmişdir. Bu səbəbdən onlar ayrı-ayrı maşınlara yaxınlaşıb məndil təklif edən Ruslana yaxınlaşaraq ona onlarla birlikdə Polis Bölməsinə getməyi təklif etmişlər. Ruslan etiraz etməsə də maşina oturduqdan sonra qorxduğu üçün ağlamışdır. Ruslanı bölməyə gətirərək növbətçi hissəyə dilənçiliklə məşğul olan şəxs kimi təqdim etmişlər. Həmin ərazidə hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Razim onun əri Rəfayılın qardaşıdır. Zərərçəkmiş şəxs isə onun kiçik qardaşıdır. Onun 18 yaşı vardır. Rəfayılla qeyri-rəsmi ailə quran zaman 14 yaşı olmuşdur. Rəfayıl qardaşı Ruslanı anası Qanuni nümayəndə yanından kirayə yaşadıqları evə gətirərək onu taksi kimi işlətdiyi maşınla hər səhər Gənclik metrostansiyasının yanına aparıb məndil satmaq və dilənçiliyə məcbur edirdi. Ruslanın qazandığı pulu isə ondan tutub alırdı. Razim də həmin ərəfələrdə özünün taksi kimi işlətdiyi maşınla dəfələrlə Ruslanı Gənclik metrostansiyasının yanına aparıb məndil satmaq və dilənçiliyə məcbur edirdi. Belə ki, Rəfayılın başı başqa işlərə qarışdığı zaman onun əvəzinə Ruslanı dilənməyə və məndil satmağa həmin bu məhkəmədə gördüyü Razim aparırdı. Onun özünü Rəfayıl mütəmadi döydüyü üçün qardaşını qoruya bilmirdi. Bir dəfə X15 əlindən Gəncəyə qaçıb getdiyi üçün o ikisi anasını götürüb Ruslanın arxasınca Gəncəyə getmiş, Ruslanla Bakıya qayıtdıqda Razim maşını yolda saxlamış, Ruslanı maşından çıxarıb onu vəhşicəsinə döymüşdür ki, o bir daha onların əlindən qaçmasın, dilənçiliyi davam edib qazandığı pulları onlara versin. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Həqiqətən Rəfayıl və Razim 2016-cı ildən Ruslanın polis tərəfindən Gənclik metrostansiyasının yanından apararaq sığınacağa yerləşdiyi 2018-ci ilin sentyabr ayına qədər məndil satmaq və dilənçiliyə məcbur etmiş, Rəfayıl Ruslanı dəfələrlə döymüş, bütün qazancını əlindən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Razim bacısı Zarinanın qaynıdır. O, yoldaşı Şahid18lə ailəsindən ayrı yaşadığı üçün kiçik qardaşı Ruslanın Rəfayıl və Təqsirləndirilən şəxslər tərəfindən dilənçiliyə məcbur edilməsini görməsə də anası Olqanın, bacısı Zarina və Ruslanın özündən eşitmiş, onu da Ruslanın sözlərindən bilmişdir ki, Ruslan bu ikisinin əlindən Gəncəyə qaçıb gizlənməsinə baxmayaraq yerli polis tərəfindən həmin bu iki qardaşa təhvil verilmiş, onlar Ruslanı öz maşınları ilə Gəncədən Bakıya gətirdiyi zaman yolda Razim maşını saxlayıb Ruslanı maşından çıxararaq vəhşicəsinə döymüşdür. Anası Olqa o zaman maşında olmasına baxmayaraq qorxusundan heç bir şey edə bilməmişdir. Düzdür, Ruslanı Rəfayıl öz yanına aparana qədər o onunla əri Sərxanın kirayə tutduğu evdə yaşamışdır. Maddi vəziyyətləri çox ağır olduğu üçün Ruslan öz təşəbbüsü ilə Gənclik metrostansiyasının yanında məndil sataraq onlara köməklik etmişdir. Lakin nə o, nə də ki, əri Sərxan Ruslanı dilənçiliyə məcbur etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Lakin Zərərçəkmiş şəxs tanıyır, onu bir dəfə görmüşdür. Belə ki, o, ünvan 3 ünvanında yerləşən «Atletiko» video oyun zalında nəzarətçi işləmiş, təxminən 2018-ci ilin yanvar ayının əvvəllərində gecə saatlarında işlədiyi oyun zalına təxminən 10-12 yaşlı oğlan uşağı gəlmiş, ac olduğunu dediyi üçün ona yemək alıb vermişdir. Ondan əvvəl isə həmin uşaq adının Ruslan olmasını bildirmiş, lakin valideynlərinin olub-olmaması və harada yaşaması barədə bir söz deməmişdir. Həmin vaxt görmüşdür ki, Ruslanın ayaqqabısı cırıq, paltarı isə köhnə və çirkli olmuşdur. Ruslanın getməyə yerinin olmadığını anlamış, ona oyun qoşmuş, bir neçə dəqiqə sonra Ruslanın yuxuya getdiyini görmüş, ona yazığı gəldiyindən oyatmamış, səhər isə iş yoldaşı Orxan gələndən sonra uşağı Orxana təhvil verərək çıxıb getmiş, bundan sonra baş verənlərdən məlumatı olmamışdır. Lakin Orxandan sonra bilmişdir ki, Orxan dostları ilə uşağa ayaqqabı almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır və onu görməmişdir. Lakin Zərərçəkmiş şəxs tanıyır, belə ki, o, ünvan 3 ünvanında yerləşən «Atletiko» video oyun zalında nəzarətçi işləmişdir. 2018-ci ilin yanvar ayının əvvəllərində işə gələrkən növbəni iş yoldaşı Şahid3 qəbul etmiş və iş yerində əvvəllər tanımadığı təxminən 10-12 yaşlı Ruslan adlı uşağın yatdığını görmüşdür. Ceyhundan uşağın kim olduğunu soruşduğu zaman Ceyhun həmin uşağın qalmağa yerinin olmadığını, yazığı gəldiyi üçün gecələməyə yer verdiyini, gecəni oyun zalında keçirdiyini, oyandıqdan sonra çıxıb gedəcəyini bildirmişdir. Ceyhun çıxıb getdikdən sonra Ruslan oyanmış, onun nədənsə qorxduğunu hiss etmiş, lakin Ruslana kim olması və harada yaşaması barədə suallar versə də o, suallara cavab verməmiş, özü haqqında danışmamışdır. Həmin vaxt dostları Turanla Eşqin onun yanına gələrək Ruslanın ayaqqabısının cırıq, paltarının isə çirkli olduğunu görərək uşağa yazıqları gəldiyi üçün onu özləri ilə yaxınlıqda yerləşən ayaqqabı dükanına apararaq Ruslana ayaqqabı almışlar. Həmçinin ona Eşqin yemək almışdır. Bu vaxt özünü Rəfayıl kimi təqdim edən bir nəfər şəxs gələrək özünü Ruslanın yeznəsi kimi təqdim etmiş, Ruslanın evdən qaçdığını, anasının narahat olduğunu bildirərək Ruslanı idarə etdiyi qırmızı rəngli «Vaz 2107» markalı avtomobilə mindirib aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Lakin Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, 2017-ci ilin oktyabr ayından Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 94 ünvanında icarəyə götürdüyü ofisdə «Bright Kids» tədris mərkəzini açaraq onun rəhbəri olmuş, həmin mərkəzdə 1-ci sinifdən 4cü sinfə kimi uşaqlara hazırlıq dərsləri keçirilməsi üçün tanışları Şahid14 və Şahid16 dəvət etmişdir. Xatırlamadığı bir şəxsin 2017-ci ilin oktyabr ayında Ruslan adlı sarışın, rus milliyətinə bənzəyən uşağı mərkəzə gətirdiyini, Ruslanın təxminən iki həftə kursa gəldiyini, bu müddət ərzində dəfələrlə dərsləri buraxdığını, ondan sonra isə ümumiyyətlə dərsə gəlmədiyini xatırlayır. Bundan sonra o Ruslanı görməmiş, Ruslanı kursa kimin gətiribapardığını xatırlamır, onun ailə vəziyyəti haqqında heç bir məlumatı olmamışdır. Ruslanın dilənçiliklə məşğul olması barədə də heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Lakin Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, rəfiqəsi Şahid13 açdığı və Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 94 ünvanında yerləşən «Bright Kids» tədris mərkəzində ingilis dili müəlliməsi işləmiş, 2017-ci ilin oktyabr ayında Əsmər xanımın ona təqdim etdiyi yaşı 10-12 olan Ruslan adlı uşağa təxminən 2 həftə ərzində dərs keçmiş, Ruslan sakit təbiətli olmuş, lakin dərsləri tez-tez buraxır, sonda isə ümumiyyətlə dərslərə gəlməmişdir. Ruslanın nə işlə məşğul olması və yaxınları barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Lakin Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, tanışı Şahid13 açdığı və Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 94 ünvanında yerləşən «Bright Kids» tədris mərkəzində rus dili müəlliməsi işləmiş, 2017-ci ilin oktyabr ayında Əsmər xanımın ona təqdim etdiyi yaşı 10-12 olan Ruslan adlı uşağa təxminən 2 həftə ərzində dərs keçmiş, Ruslan sakit təbiətli olmuş, lakin dərsləri tez-tez buraxır, sonda isə ümumiyyətlə dərslərə gəlməmişdir. Ruslanın nə işlə məşğul olması və yaxınları barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-nin İAQMBİ-nin ƏTŞ-nin əməliyyat müvəkkilinin tərtib etdiyi xx.xx.2018-ci il tarixli şifahi ərizə protokolundan müəyyən olunur ki, özünü Zərərçəkmiş şəxs kimi təqdim edən şəxs bildirmişdir ki, təxminən 2016-cı ilin iyul ayından X6 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşn “xxxxxxxxx» restoranın qarşısında iradəsinə zidd olaraq nəzarətləri altında salfet satmağa məcbur etmiş, onu döyərək salfet satışından əldə etdiyi pulları əlindən almışlar. Məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə Viktorananın xx.xx.2018-ci il tarixli şifahi ərizə protokolundan müəyyən olunur ki, Rafael İmamverdiyev və Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs 2016-2018-ci illər ərzində dilənçilik etməyə məcbur etmişlər. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılmsı haqqında” xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Ruslan X1 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Ting, ev 34/34, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Motodrom, döngə 1, ev 38, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 107, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, bina 115, mənzil 27 və Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, Müzəffər Həsənov küçəsi, ev 83-i, eyni zamanda Rəfayıl İmamverdiyevin ona satdırması üçün məndil aldığı mağazanı, Rəfayıl İmamverdiyev və Təqsirləndirilən şəxs onu diləndirdikləri Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi 830 ünvanında yerləşən «xxxxxxxxx» restoranının yaxınlığını göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış “axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla X9 şöbəsinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2019cu il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-2.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 144-2.2.3 və 144-2.2.6-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 22106 saylı psixoloji ekspertizasının rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə daha çox ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləminə yönəlməsi) yaxındır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində ünsiyyətçilik, mehribançılıq, təmkinlilik və optimistlik kimi əlamətlər müşahidə olunur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs qarşılaşdığı şəraitdə psixoloji təsirə məruz qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X7” Publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli, 112 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Ekspert cinayət işi materiallarının, həmin cinayət işindəki toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tətbiqi və hərtərəfli təhlili sahəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları göstərilən kimi cavablandırır: Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən və törətdikdən sonra onda hər hansı xronik psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müşahidə olunmur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün surətindən müəyyən olunur ki, X3 Azərbaycan Respublikası CM-in 144-2.2.3, 144-2.2.6 və 152.1-ci maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Zərərçəkmiş şəxs üzərindən aşkar edilmiş, dilənçilik və məndil satmaqla əldə olunan 65 manat pul onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə qaytarılması qət edilmişdir. DİN-in X16 depozit hesabına keçirilən həmin məbləğ sonuncuya qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, “xxxxxxxxxx» MMC-dən götürülmüş video görüntülərə baxış keçirilərkən Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi 830 ünvanında “xxxxxxxxxx» mağazası ilə «xxxxxxxxx» restoranının arasında restoranın avtombillə gələn müştərilərə satış həyata keçirilən hissəsində dayandığı, məndil satdığı və dilənçilik etdiyi müəyyən edilmiş. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu ödənilmiş və həmin məhkumluq ödənildiyi üçün CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticəni ləğv edir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məndil satmağa və dilənçilik etməyə məbur etmədiyini, Zərərçəkmiş şəxs öz istəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi 830 ünvanında yerləşən «xxxxxxxxx» restoranının yaxınlığında məndil satdığını, qardaşı X8 Fomenko ilə münasibətinə qarışmadığını, Ruslanın əldə etdiyi pulları hara xərclədiyini və kimə verdiyini bilməməsi barədə məhkəmədə verdiyi ifadəsi öz ifadəsindən başqa heç bir sübutla təsdiq edilmədiyini nəzərə alır. Məhkəmənin gəldiyi bu nəticə zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı verdikləri ifadələrə, ibtidai istintaqın istintaq hərəkətlərinin keçirilməsinə dair protokolları, ekspertiza rəyləri və cinayət işinin digər materiallarına əsaslanır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-2.2.3 və 144- 2.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 144-2.2.3 və 144-2.2.6-cı cu maddələri ilə tövsif etmişdir. Bel ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs və onun bu iş üzrə əlbir olaraq bir qrup şəxs halında törtdiyi əməllərə görə məhkum olunmuş Rəfayıl İmamverdiyevlə birlikdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hədə-qorxu gəlməklə, ona qarşı zor tətbiq etməklə, həmçinin zor tətbiq etmək hədəsi ilə azadlığını məhdudlaşdırmış, onu məndil satma və dilənçiliyə məcbur etməklə əldə etdiyi pulları əlindən alaraq öz məqsədləri üçün xərcləmişlər. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət işinin bütün hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun Azərbaycan Respublikası CM-nin 144-2.2.3 və 144-2.2.6-cı maddələrinin sanksiyası çərçivəsində cəza təyin etməklə mümkündür. Azərbaycan Respublikası CM-nin 144-2.2.3 və 144-2.2.6-cı maddələri ilə nəzərdə tutulmuş əməllər Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid edilir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli isə xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə DİN-in X16 depozit hesabına keçirilən 65 manat pulun Qanuni nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X17 (hesabat arayış i/v c.2, 189), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X17 üçün Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə 180 (yüz səksək) manat, müdafəçi Müdafiəçi üçün isə 520 AZN (beş yüz iyirmi manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərinirəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-2.2.3 və 144-2.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə DİN-in X16 depozit hesabına keçirilən 65 manat pulun Qanuni nümayəndə qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X17 üçün 180 (yüz səksən) manat pul Bakı şəhəri 5 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 520 AZN (beş yüz iyirmi manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs oğlnuna verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-546/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-546/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver