Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-546/2021 01.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, E.Allahverdiyev küçəsi, ev 24-də qeydiyyatında olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 17, fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı, şəxsiyyəti «Məhəmməd» kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək qərarına gəlmiş, bu məqsədlə xx xxx 2020ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən «Rəng Emalı» zavodunun yaxınlığındakı avtobus dayanacağında «Məhəmməd» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 4,707 qram çəkidə narkotik vasitə olan heroini bir bükümdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsinə kimi daşımış, xx xxx 2020-ci il tarixdə, saat 00:30-da Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 2/51 ünvanında saxlanılaraq 19cu PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 4,707 qram çəkidə satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham ounduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1 il olar ki, narkotik vasitə heroindən və psixotrop maddə olan metafetamindən istifadə edir. 2020-ci ilin aprel ayının əvvəllərində sosial şəbəkədən istifadə edərkən İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxslə tanış olmuşdur. Bundan sonra istifadəsində olan «Honor JAT-LX1» markalı üzərində ***-***-**-** saylı nömrə olan mobil telefonla İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxslə «VVhatsapp» sosial şəbəkəsi vasitəsi ilə danışmağa başlamışdır. Məhəmməd onun narkotik vasitədən istifadə etdiyini bildikdən sonra Məhəmməd narkotik vasitənin satışı ilə məşğul olduğunu, ona narkotik vasitə sata biləcəyini bildirmiş, o da Məhəmməddən narkotik vasitə almağa razılaşmışdır. Məhəmmədlə «VVhatsapp» sosial şəbəkəsi vasitəsi ilə danışarkən Məhəmməd ona narkotik vasitəni hara qoyacağını, onunda ora gedib götürməsini, hər narkotik vasitənin müqabilində hal-hazırda xatırlamadığı hesab nömrəsinə «Milliön» ödəmə terminalı vasitəsi ilə pul yükləməsini demiş, o da Məhəmmədlə razılaşmışdır. Beləliklə o, hal-hazırda xatırlamadığı hesab nömrəsinə pul yüklədikdən sonra Məhəmmədlə «vvhatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, Məhəməddə narkotik vasitəni Bakı şəhəri ərazisində hara qoyacağını dedikdən sonra o deyilən ünvana gedərək həmin narkotik vasitəni götürmüşdür. xx xxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində Məhəmmədə «vvhatsapp» sosial şəbəkəsi vasitəsi ilə zəng edərək onunla əlaqə saxlamış, Məhəmmədin ona verdiyi hesab nömrəsinə hal-hazırda harada yerləşməsini xatırlamadığı «Milliön» ödəmə terminalı vasitəsi ilə 100 manat pul yükləmiş, Məhəmməddə narkotik vasitənin Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən «Rəng Emalı» zavodunun yaxınlığındakı avtobus dayanacağında olduğunu bildirmişdir. Bundan sonra taksi ilə Məhəmmədin dediyi yerə- Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən «Rəng Emalı» zavodunun yaxınlığındakı avtobus dayanacağına getmiş, oradan 1 ədəd şəffav sellofana bükülmüş bükülünü götürərək əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Bundan sonra taksiyə oturaraq yaşadığı evə getmişdir. xx xxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində bibisi oğlu Elçinin yaşadığı Goranboy rayonuna getmək məqsədi ilə taksi ilə Nəsimi rayonu «Şamaxinka» kimi tanınan yerə getmişdir. Orada avtomobildən aşağı düşmüş, istifadəsində olan mobil telefon nömrəsinə kontur yükləmək məqsədi ilə «Milliön» ödəmə terminalına yaxınlaşmışdır. Həmin vaxt mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini ona təqdim etmişlər. Ona yaxınlaşan polis əməkdaşları onu 19-cu PŞ-nə dəvət edib demişlər ki «bizdə sənin narkotik vasitə qəbul etməyin və üzərində gəzdirməyin barədə məlumat vardır, ona görə də bizimlə polis bölməsinə gəlməlisən». Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt bir bükümdə narkotik vasitə onun üzərində olan qara rəngli gödəkçənin sol yan cibində olmuş, 19-cu PŞ-də ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, daha sonra isə mütəxəssis dəvət edilmiş, video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xakarterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına üzərində olan qara rəngli parça gödəkçənin sol yan cibində saxladığı 1 ədəd ağ şəffaf sellofan paketin içərisində olan bir ədəd bükümdə, el içində kakos adlanan narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli parça gödəkcənin sol yan cibində saxladığı, ağ şəffaf selofan paketin içərisində olan bir ədəd bükümdə narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin ağ rəngli şəffaf selofan paket açılarkən və baxış keçirilən zamanı, içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olması aşkar edilib götürülmüşdür. Üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzərisi imzalanmışdır. Narkotik vasitəni satış üçün deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. Aldığı narkotik vasitəni başqa şəxslərə də verib, həmin şəxslərdən narkotik vasitənin pulunu alıb Məhəməddə verdiyi hallar da olmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PB-yə “Roman” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib, daşıması və satış ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra xx xxx 2020-ci il tarixdə saat 00:20 radələrində əməliyyat qrupunun o, qrupun üzvü Şahid2 ilə birlikdə ünvan 3 ünvanının qarşısına gəlmişlər. Həmin küçədə bir müddət gözlədikdən, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs ora gəlmişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və həmin şəxsin narkotik vasitənin daşımasında və satışı ilə məşğul olması ilə bağlı məlumata malik olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyanın olub olmamasını, olduğu təqdirdə isə könüllü surətdə təqdim etməsini bildirdikdə Ramin üzərində hər hansı bir qeyri qanuni əşya olmadığını demiş, daha sonra isə onu Nəsimi RPİ-nin 19-cu PB-yə dəvət etmişlər və Ramin də onlarda bölməyə gəlmişdir. Bölmədə mütəxəssis qismində dəvət olunmuş RPİnin KTQ-nun inspektor krimnalisti X3 iştirakı ilə video müşahidə altında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilərkən Təqsirləndirilən şəxs hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmiş və sonuncu əynindəki gödəkçənin sol yan cibində el içində kakos kimi tanınan narkotik vasitə heroin olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs içərisində 3 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinasları olan qara rəngli üzərində «Daigisi» yazılan pul qabını, 1 ədəd qızılı rəngli «Nokia 6300» makralı mobil telefonu və 1 ədəd «Honor» markalı mobil telefonu və əynindəki qara rəngli gödəkçənin sol yan cibindən ağ rəngli şəffaf sellofana bükülmüş içərisində qəhvəyi toz halında olan maddəni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən zərfin üzəri imzalanmışdır. Bundan sonra həmin zərf Ədliyyə Nazirliyinin MEM-yə göndərilmiş və müvafiq rəy elan olunduqda müəyyən olmuşdur ki, həmin maddə Təqsirləndirilən şəxs qeyd etdiyi kimi narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs saxlayarkən müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı qeyri qanuni hərəkətlərə yol verilməmişdir və ona fiziki zor göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları üzunə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 1-ci cildinin 58-62-ci vərəqlərində olan xx xxx 2020-ci il tarixli, 6/625 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 4,707 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanılmış narkotik vasitə heroindir. Cinayət işinin 1-ci cildinin 147-150-ci vərəqlərində olan xx xxxx 2020-ci il tarixli, 988 saylı məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və halhazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur, əqli və psixi inkişafında gerilik əlamətləri müəyyən edilmir. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Məsuliyyətsizlik, eqosentrizm, inadkarlıq, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən, fərdi-psixi xüsusiyyətlərindən asılı olaraq öz hərəkətlərinin xarakter və mənasını dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin 1-ci cildinin 151-152-ci vərəqlərində olan xx xxxx 2020-ci il tarixli, 1945 nömrəli ambulator məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 47-52-ci vərəqlərində olan şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən içərisində 3 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinasları olan qara rəngli «Daigisi» yazılan pul qabı, bir ədəd qızılı rəngli «Nokia 6300» markalı mobil telefon, 1 ədəd «Honor-JAT-LX1» markalı mobil telefon, 1 ədəd «Rothmans» markalı siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd ağ rəngli şəffaf sellefona bükülü aşkar edilmişdir. Cinayət işinin 1-ci cildinin 186-195-ci vərəqlərində olan telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsdən alması, daha sonra isə həmin narkotik vasitəni tanışlarına satması müəyyən olunmuş, baxış zamanı telefonun “whatsapp” proqramının «söhbətlər» bölümünə daxil olduqda aşağıdakılar müəyyən olunmuşdur: «Tağı» adı ilə qeyd olunmuş +**********36 saylı nömrə ilə olan yazışmasından Tağı adlı şəxs «a» kimi, Təqsirləndirilən şəxs isə «b» kimi qeyd olundu: -a)Qaqa -b)Aycam -a)Nagaysan Hardasan -b)Hecnə Sen, Doma -a)Evdə sene 40 versem Alınar amma 05, Guneşlide olan uşaqla gelecek Az olsa qardaş canı delixana olur onda -b)Sen bilirsen ki Sene yoxdu sozu yoxdu qardaşım, vermesende olar -a)Yoxe qaqa o ne sozdu opurem «Saxı» adı ilə qeyd olunmuş +**********80 saylı nömrə ilə olan yazışmasından; Saxı adlı şəxs «a» kimi, Təqsirləndirilən şəxs isə «b» kimi qeyd olundu: -a)Deyəsən vəzyetin yaxşıdı.Brat qardaşivi lomkadan çıxarda bilmersen, Ramin ay qerdevv b) Beelede şükür ele sen deyen güçlü bir shey yoxdu…Yetim bi dene çet komeklik eliye bilerem, elimnen o geler beele cox yoxumdu a) Qerdevv geceden bax beleyem sen ol, olurem da durenib da, brat ay brat b) Gelirsen gel verim yetim prablem yoxdu a) gelirem duvversende avvagu, 2 deqiqelik olar qerdeevv b) Evde oyagdilar yetim cixa bilmiyecem bayag gelmishem eve pencereden ataram a) Ramin salam, Ay qaqavv niye cvb vermirsen mene, Vallah ayıbdı sen elediyin hereket, yadında gəldim sizin mehleye hecne yox idi e sende, pati çəkdik e mehlevizde dayın sen men. Orda dediyin sozler ne yaman tez yaddan cixdi. Yada yeqin patinin poxlarıdı hereye bir cur tesir edir, yeqin sende patili olanda ne danişdığıvi bilmirsen. b) X5 X8 patili ya Kakoslu ferqi yoxdu her neyin tesirinde olsamda ne danishiram ne cur hereket eliyirem bilirem… menede bilisen ne maraqlıdı sennen sende nese olanda niye itirib axtarmısan ya da başqa kanala gedib gelende….? Senin kanalın bağlı olanda birde imkansızlığın olanda meni yadıva salib axtarırsan mende kimin mene işhi düşende yada salırsa mende olara işim duşende yad eliyirem. a) Ay brat gor ne deyirem qerdevv b) Hee a) Ay qerdevv, 10 manaat pul bir packa qara kent 4 naziq birde ki bir cet pati ne verersen bunlara b) Yarı vererem yetim bashiva donerem a) Bele onda bevv de tapim ustune qoyum Bele sene dediklerim qurubu desek 2anat eliyir 24 manat,10 manatın ustune 5de tapim b) Ay qerdesh pati ehtiac deyil bashiva donerem siqarete berk nujda var birde pula a) Fg +**********33 saylı mobil telefon nömresi ilə Təqsirləndirilən şəxs arasında olan yazışmadan; +**********33 saylı mobil telefon «a» kimi, Təqsirləndirilən şəxs isə «b» kimi qeyd olundu: a) Yaxcı qaqavv bidene mavvim tapim gelem, Qardavvim yarini mene neciye veresen? b) Qardasim mendde deyil 35e verir a) yaxsi brat mavvin tapim bidene gelem qardaşim canvi yiyerem tapvvir cekisi duz olsunda b) Yaxshi qaqa narahat olma a) He qadan alaram, mavvin tapim gelem, qaqavv oradasan sen? b) qaracuxirdayam qaqa a) Qaracuxura gelim men brat? Qara razindeyem men b) Tez gel qsqa «Mehemmed» adı ilə qeyd olunmuş +**********36 saylı nömrə ilə olan yazışmasından; Mehemmed adlı şəxs «a» kimi, Təqsirləndirilən şəxs isə «b» kimi qeyd olundu: a) salam nejasan ramin vallah billah utanıram sana zang edam axi bela ivvdar garak olmiya na problem var de man dedigimi hazırlamivvdim ki san tez pulu virasan tezda goturursan gena yalanci cixdim biraz diggatdi ol bela alver axiri yoxdu. Bax saharda acildi gorak san naedirsan ramin xahivv ediram gal yalan bir birimiza demiyax zang ed gozdeyiram, a) buraxılmış zəng a) buraxılmış zang a) zang ela zang ela gor nadeyiram a) yüklenmemiş şekil Sulutepenin kuruqundan hokmeliyeteref gedende 300 metir qabaqda saqda Al market var onu kecənkimi saqa donursen 15 metr gedenkimi birde saqa axirakimi yol kutaran kimi saqa don afdobus var saqda onu kecən kimi divara ev satilir yazilib odivarin dibin kubik var yerde kubikle divarin arasinda bu karopkanin icinde a) gotura bildin b) indi catiram a) yaxvvi b) goturdum «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsdə baxış keçirilərkən qanunda nəzərdə tutulmuş külli miqdardan artıq heroin aşkar edilməsini, eləcə də öz ifadəsinə əsasən təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyəti ilə əldə etməsinin göstəricisi kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, Təqsirləndirilən şəxs istifadə etdiyi telefonun “whatsapp” proqramının «söhbətlər» bölümündə olan yazışmaları, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 32-33 və 107-111-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq xx xxx 2020-ci il tarixldə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 128-129-cu vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 127-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri İƏD üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə X2 cəza çəkməsinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Nizami RPİ-də saxlanılan – Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonrakı qalıq çəkisi 4,607 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, şəxsi axtarışın görüntüsünü əks etdirən disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs istifadəsində olan «Honor-JAT-LX1» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmiş və o, bununla əlaqədar 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 132 (bir yüz otuz iki) manat fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Nizami RPİ-də saxlanılan – Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonrakı qalıq çəkisi 4,607 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs istifadəsində olan «Honor-JAT-LX1» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 132 AZN (bir yüz otuz iki) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-546/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-546/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver