Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-546/2023 11.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçilər, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1992-ci ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq-qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və onun nümayəndələrinə kömək edərək, onların tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, habelə aşkar surətdə zor tətbiq etmək hədəsi ilə milli nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətinin alçaldılmasına, habelə milli mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn aşkar surətdə hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2016-cı ilin oktyabr ayında Ermənistan Respublikasının xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən X29 tərəfindən məxfi əməkdaşlığa cəlb edildikdən sonra sonuncu ilə birlikdə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və onun nümayəndələrinə kömək etməsi barədə sövdələşərək məqsədyönlü birgə fəaliyyət göstərmiş, Ermənistan Respublikasının xüsusi xidmət orqanı əməkdaşları tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar Təqsirləndirilən şəxs Azər Kaimov tərəfindən Ermənistan Respublikası ərazisində keçirilən silahlı təlimlərdə iştirak etmək tapşırılmış və ötən müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq, “Facebook” sosial şəbəkəsindəki “X17” adlı hesabından istifadə etməklə 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayının sonunadək mütəmadi olaraq məzmunu aşkar surətdə Azərbaycan Respublikası vətəndaşlarının etnik mənsubiyyətindən asılı olaraq düşmənçiliyə təhrik edilməsinə, milli azlıqların Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasından və hərbi xidmətdən yayındırılmasına, onların digər etnik qrupları zor tətbiq etməklə məhv etməsinə, Azərbaycan Respublikası ərazisinin etnik zəmində parçalanmasına çağırışlardan, milli azlıqlara mənsubiyyətinə görə vətəndaşların hüquqlarının məhdudlaşdırıldığı barədə yalan məlumatlardan ibarət olan oxşar məzmunlu çoxsaylı təkrar paylaşımlar etmiş, eləcə də Ermənistan Respublikasının xüsusi xidmət orqanı əməkdaşları tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsinə istiqamətlənən fəaliyyət göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, sosial şəbəkədə olan yazılardan xəbəri olmamış, kimsə sosial şəbəkədə onun hesabının parolunu götürmüşdür. O, işlədiyi yerdə onun və millətinin təhqir edildiyini, o da cavan olub əsəbləşdiyi üçün sosial şəbəkədə o cür paylaşımlar etdiyini söyləmişdir. O, sadəcə sosial şəbəkədə şəkil paylaşmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, hələ X19 Xidmətində benzin doldurma məntəqəsinin mühafizəçisi vəzifəsində çalışanda bir gün Gəncənin prokuroru ağzında siqaretlə benzin doldurma məntəqəsinə gəlmiş, o da həmin şəxsdən benzin doldurma məntəqəsində olduğu üçün siqareti söndürməsini xahiş etmişdir. Həmin şəxs onun ləzgi olduğunu öyrənib ona qarşı alçaldıcı ifadələr işlətmişdir. Həmin hadisədən sonra rəisi onu işdən çıxarmış, çıxararkən də ona “sən Gəncənin prokuroruna qarşı hörmətsizlik etmisən” deyə bildirmişdir. Həm bu hadisə, həm də başqa buna bənzər hadisələrdən sonra, yəni ətrafda olan insanlar onun ləzgi olmağı səbəbindən onu lağa qoyduqları, alçaltdıqları üçün onda nifrət hissi oyanmağa başlamışdır. Onun Azərbaycan Respublikasına qarşı nifrəti yoxdur, nifrəti ona haqsızlıq edən insanlara qarşıdır. X24 sosial şəbəkə vasitəsilə tanımışdır. Ruslan və Babək adlı şəxslərlə tanış olduqdan sonra həmin şəxslər ona X30 adında bir şəxsin olduğunu, iş tapmaqda ona köməklik edə biləcəyini, buna görə də Dağıstana həmin şəxsin yanına getməyini demişlər. O, Azər Kaimovun yanına getməzdən öncə onda nifrət hissi yaradan insanlara qarşı sosial şəbəkədə şəkil paylaşmışdır. Həmin şəkillər Azərbaycana qarşı olmamış, sadəcə ləzgilərin bayrağı ilə bağlı paylaşımlar etmişdir. Azər Kaimov ilə görüşdükdən sonra əvvəl işlə bağlı və ya başqa normal şeylər barədə söhbət etmiş, daha sonra sonuncu, onunla təxribatla bağlı söhbətlər etməyə başlamışdır. Azər Kaimov ona “mənim dostluğumda kimlər varsa, sən də onlara dostluq göndər” demiş, o da fikir vermədən qarşısına çıxan insanlara dostluq göndərmişdir. “Facebook” hesabında dostluğunda neçə nəfər erməni olduğunu bilmir, saymamışdır. X42 ilə danışıqları sosial şəbəkədə şəkillər paylaşmaq və insanlara dostluq təklifi göndərmək barədə olmuş, Azər Kaimovun fikri onların ləzgi bayrağı ilə Qusarda video və şəkil çəkdirmək və bu video və şəkillər çəkdirməkdə məqsəd adamlar yığmaq olmuşdur. Ona 200 nəfər insanın yığılmalı olduğu, həmin 200 nəfərin sırf Qusarda olan ləzgilərdən ibarət olması deyilmişdir. Bundan məqsəd isə ermənilərin onların çoxlu adam yığdıqlarını sübut etmək üçün sonra həmin video və şəkillərin ermənilərə göndərilməsi planlaşdırılmışdır. O, Azər Kaimovun həmin tapşırığına razı olmamış, lakin söhbətdə iştirak edən, onunla birlikdə Dağıstana getmiş Babək və Ruslan adlı şəxslər razılaşmışlar. Babək və Ruslan burada videoçəkiliş edərkən polislər tərəfindən tutulmuş, daha sonra polislər onları azad etmişlər. Həmin videoçəkilişin edilməsində onun hər hansı göstərişi olmamış, Babək və Ruslan özləri könüllü şəkildə etmişlər. X43 qoşan da elə Ruslan olmuşdur. O, X25 yanına gedəndən sonra sonuncunun fikirlərini bildikdə, Azərdən uzaqlaşmış, sənədlərini də cırıb tullamışdır ki, onların tapşırıqlarını yerinə yetirmək üçün Çeçenistanda poliqona getməyi mümkün olmasın, Dağıstan ərazisindən çıxa bilməsin. Azər Kaimovla görüşəndə sonuncu ona gedib Qusarda video, şəkil çəkdirmək lazım olduğunu demiş, bununla razı olub-olmadığını soruşmuşdur. O isə razılaşmamış və Azərbaycanla bağlı olan sənədlərini cırdığını, artıq Azərbaycana geri qayıda bilməyəcəyini söyləmişdir. Azər Kaimov onu iş tapmada köməklik göstərmək adı ilə çağırsa da, ona hər hansı iş verməmişdir. Azər Kaimov özünə qarşı haqsızlıqlar olunduğunu demiş, sonuncunun dediklərində haqlı məqamlar olduğunu görüb o, sosial şəbəkədə bəzi şəkillər paylaşmışdır. Azər Kaimovun Azərbaycanda sıxışdırılmasını bildirdiyi ilə bağlı Azərbaycana qarşı nifrət, kini əsasında onun ermənilərlə əlbir olub planlar qurması ilə əlaqədar onun məlumatı olmamışdır. Azər Kaimov ona “Facebook” sosial şəbəkəsində şəkillər paylaşmasını istəyəndə ondan bu istəyinin səbəbini soruşmamış, özündən asılı olmadan, əsəbləşdiyi üçün “Facebook” sosial şəbəkəsində şəkillər paylaşmışdır. O, Azər Kaimovu sosial şəbəkədə təhqir etmiş, bundan sonra Azərin tapşırığı əsasında bir neçə nəfər onu tutub Azərin yanına aparmışlar. Həmin şəxslər orada tapançanı başına dirəyib “Facebook” hesabının parolunu verməsini tələb etmişlər, o da vermişdir. Həmin şəxslər onun “Facebook” hesabının parolunu götürdükdən sonra artıq o, həmin hesaba daxil ola bilməmişdir. Vardan Bagdasaryan, Anna Khachaturian adlı şəxsi tanımır. Levon Chatinyan adlı şəxsi tanımır, sonuncu ilə danışmamış və belə şəxslə heç bir formada yazışmamışdır. Onun Arturla tanışlığı yoxdur, X40 tanıyır. X37 adamıdır. Onlar bir-biri ilə videogörüntü ilə danışmış, bir-birlərinə tapşırıqlar vermişlər. Azər Kaimovun o, Babək və Ruslanla birgə Azərbaycana qarşı etmək istədiyi plan Dağıstanda və Azərbaycanda özünə “Ləzgistan” dövləti qurmaq olmuşdur. Azər Kaimovun həyata keçirmək istədiyi planın içərisində ona verdiyi iş sosial şəbəkədə şəkillər paylaşmaq olmuşdur və o da həmin vaxt əsəbi olduğu üçün paylaşmışdır. O, “Facebook” sosial şəbəkəsindən əvvəl “Təqsirləndirilən şəxs” adı ilə qeydiyyatdan keçmiş, sonradan adı dəyişib “X17” etmiş, lakin bu adı o deyil, Dağıstandakı adamlar düşünmüşlər. O, “Facebook” sosial şəbəkəsində profilə özünün şəkillərini qoymuşdur. Dağıstandakı adamlara qoşulandan sonra onların tapşırığı ilə profil şəklinə ləzgilərin özlərinə məxsus bayraqları ilə şəkillər qoymuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya quruluşunun mühafizəsi və terrorçuluğa qarşı mübarizə baş idarəsindən xx.xx.2023-cü il tarixli, 5/4439 saylı məktuba əlavə edilmiş görünür ki, Təqsirləndirilən şəxs oğu barəsində olan xx.xx.2017-ci il tarixli, 5/2/12242 saylı arayışdan görünür ki, o, xx.xx.1992-ci il tarixdə Qəbələ rayonunun Dızaxlı kəndində anadan olmuş və orada qeydiyyatdadır, orta təhsillidir, qeydiyyat yeri üzrə şovinist, qərəzli, sosial narazılıq salan şəxs kimi səciyyələndirilir. Təqsirləndirilən şəxs ötən ilin yaz aylarında yaşadığı Dızaxlı kəndini tərk edib Bakı şəhərində məskunlaşmış və fərdi qaydada fəhləliklə məşğul olmağa başlamışdır. Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü parçalamaqla və konstitusiya quruluşu dəyişdirməklə “müstəqil lezgistan”nın yaradılmasına dair çağırışlar etmiş, Azərbaycan Respublikasının rəmzi olan dövlət bayrağını təhqir edən, qondarma erməni soyqırımını tanıyan fotoşəkillər paylaşmış, Azərbaycanı, dövlətin Ali rəhbərliyini, xalqı təhqir edən statuslar yerləşdirmiş, ləzgiləri Qarabağ uğrunda gedən hərbi əməliyyatlarda azərbaycanlılara kömək etməməyə səsləmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya quruluşunun mühafizəsi və terrorçuluğa qarşı mübarizə baş idarəsindən daxil olmuş xx.xx.2017-ci il tarixli, 5/4744 nömrəli məktubdan və məktuba əlavə edilmiş fotoşəkillərdən görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs özünə məxsus Azərbaycan Respublikasının pasportunu yandırmasına dair “odnoklassniki.ru” sosial şəbəkəsində qrupda şəkillər yerləşdirməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 31-34). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorçuluğa qarşı mübarizə baş idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaxın əlaqəsi qismində Ermənistan Respublikasının xüsusi xidmət orqanları ilə əlaqəli olan, düşmən ölkədə xüsusi hərbi təlim keçmiş radikal ləzgi separatçısı - xx.xx.1974-cü il təvəllüdlü, Qusar rayonun Hil kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, milliyyətcə ləzgi, RF-nin Rostov-na- Donu şəhərində qeydiyyatda olan, hazırda Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayan X29 müəyyən edilmişdir. Məlum olmuşdur ki, A.Kaimov 2016-cı ildə Ermənistan Respublikasının Yerevan şəhərinə getmiş və orada təxminən 1 ay müddətində müxtəlif növ silahlardan istifadə qaydaları üzrə təlim keçmişdir. O, Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə hal-hazırda da görüşür, Azərbaycandan və Dağıstandan separatçı mövqeli şəxslərin Ermənistana təlimə aparılmasına səylər göstərir. A.Kaimov ləzgilərin yeni siyasi təşkilatını yaratmaq niyyətindədir. Qeyd olunmuşdur ki, A.Kaimovun təşkilatçılığı və onun yaxın əlaqələrinin iştirakı ilə xx.xx.2016-cı il tarixdə Qusar rayonunun Hil kəndində Azərbaycana qarşı separatçı yönümlü toplantı keçirilmişdir. Toplantıda çıxış edən A.Kaimov ləzgilərin ayağa qalxıb "müstəqilliklərini əldə etmələrinin vacib olduğunu və Rusiya ilə Azərbaycan arasında münasibətlər pozulduğu vaxtda bu niyyəti icra edə biləcəklərini bildirmişdir. O, "Ləzgistan” dövlətinin yaradılması istiqamətində ətrafına ləzgi fəallarını cəlb edərək, sonunculara Azərbaycanda sabitliyin pozulması ilə bağlı tapşırıqlar vermişdir. A.Kaimov xx.xx.2018-ci il tarixdə erməni havadarlarının tapşırığı ilə Qusar rayonunun Hil kəndində tərəfdarlarının iştirakı ilə qondarma "Ləzgistan" bayrağının önündə qısa videoçarxın hazırlanmasını, tədbir zamanı rus dilində "Ləzgistan" uğrunda hərəkata başlanıldığı barədə çıxış edilməsini və şüarlar səsləndirilməsini planlaşdırmışdır. Onlar tərəfindən yuxarıda göstərilən tədbirin qarşısı alındıqdan sonra A.Kaimovun təşkilatçılığı ilə xx.xx.2018-ci il tarixdə ləzgi separatçığı zəminində yeni videoçarx hazırlanmışdır. Həmin videoçarxda üzü maskalanmış, hərbi geyimdə olan, əllərində avtomat silahı tutmuş, iki nəfər şəxs qondarma "Ləzgistan” bayrağı fonunda "X10" adlı təşkilatın üzvü olduqlarını bildirmiş və “Ləzgistan”ın Azərbaycandan ayrılmasına çağırışlar etmişlər. A.Kaimovun istifadəsində olan +7***-***-**-** saylı mobil telefon nömrəsi üzrə keçirilmiş əməliyyat-texniki tədbirləri nəticəsində həmin telefon nömrəsinin anten göstəricisinin 15-16 aprel 2018-ci il tarixlərdə əvvəllər Azərbaycanın işğal olunmus Ağcabədi və Ağdam rayonlarının ərazisi üzrə qeydə alındığı müəyyənləşdirilmişdir. Bununla əlaqədar, yuxarıda qeyd olunan videoçarxın çəkilişinin A.Kaimovun iştirakı və Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə işğal olunmuş ərazidə aparılması məlum olmuşdur. Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının tapşırığı ilə A.Kaimov "facebook" sosial şəbəkəsindəki "Azer Kaimov" və "odnoklassniki.ru" sosial şəbəkəsindəki "All Lezgivi" adlı səhifələrində vaxtaşırı olaraq yerləşdirdiyi çıxışlarında ləzgilərin Azərbaycanda xalq olaraq məhv olma təhlükəsi ilə üzləşdiklərini, ləzgi torpaqlarının Samur çayı ilə iki hissəyə bölündüyünü bildirmişdir. O, ləzgi xalqını "ayağa qalxmağa" və mübarizə aparmağa çağırmış, "Azərbaycanın zülmü altında olan avarların, talışların, tatların, saxurlann, tabasaranların, udinlərin və ermənilərin bu mübarizədə ləzgilərə kömək edəcəklərini qeyd etmişdir. Bundan əlavə, A.Kaimov 2020ci ilin mart, aprel, iyun və oktyabr aylarında erməni bloger Aram Mkrtçуana, "Aнтитопop" erməni informasiya-analitik portalının rəhbəri Vadim Arutyunova, "Hayasa" erməni analitik mərkəzinin rəhbəri Tigran Manasyana "Youtube" portalında müsahibələr verərək ləzgi xalqının tarixi barədə uydurma və saxta fikirlər söyləmiş, Azərbaycanda ləzgilərə qarşı assimilyasiya siyasətinin aparıldığını, respublikamızın şimal bölgəsində yerləşən dövlət qurumlarında ləzgi dilində danışmağa və yazılara imkan verilmədiyini bildirmişdir. A.Kaimov xx.xx.2020-ci il tarixdə "Hayasa" erməni analitik mərkəzinə verdiyi müsahibəsində xx.xx.2020-ci il tarixdə başlamış Vətən müharibəsi ilə əlaqədar Azərbaycan hakimiyyətinə qarşı kəskin fikirlər söyləmiş, ləzgilərin tarixən erməni xalqı ilə dostluq münasibətdə yaşadıqlarını, müharibənin respublikamızda yaşayan azsaylı xalqlara aid olmadığını, Dağlıq Qarabağda əsasən azsaylı xalqların nümayəndələrinin döyüşdüklərini, azərbaycanlıların isə ordudan yayındıqlarını söyləmişdir (cild 1, iş vərəqi 173-174). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının DTXnın Terrorçuluğa qarşı mübarizə baş idarəsinin xx.xx.2022-ci il tarixli, 5/914 saylı məktubundan görünür ki, 1416 nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparılan Paşayev Haci Famil oğlunun sosial şəbəkələrdəki profillərində etdiyi paylaşımların erməni milliyyətli şəxslərin göstərişi ilə edib-etməməsinin yoxlanılması, qeyd olunan erməni akkauntlarının istifadəçilərinin şəxsiyyətlərinin müəyyən edilməsi, onların xüsusi xidmət organlarına mənsub ya xarici XXO-lar ilə əlaqəli olub-olmamalarının müəyyənləşdirilməsi istiqamətində kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. Əməliyyat tapşırığında qeyd olunan "Kalvaz Jangamian" (id=**********93040) adlı profil Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması istiqamətində kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan, Yerevan Dövlət Universitetinin professoru X16 məxsusdur. O, 1996-ci ildən İran hökuməti tərəfindən maliyyələşdirilən “X11”nə rəhbərlik edir, həmçinin son illərdə Yerevan şəhərində “Talış problemleri" mövzusunda keçirilmiş konfransların təşəbbüsçüsü olmuşdur. Q.Asatryan bir sıra erməni saytlarında, o cümlədən Rusiyanın "iran.ru", "regnum.ru" və "İA REX" informasiya agentliklərinin səhifələrində Azərbaycan-İran münasibətlərini və ölkəmizdə guya mövcud olan "talış problemi"ni neqativ şəkildə qabardan silsilə məqalələr dərc etdirmişdir. Məqalələrdə o, tarixi faktları saxtalaşdırmağa cəhd etmiş, Azərbaycan əleyhinə ifadələr işlətmişdir. Ermənistan Respublikasının XXO-nun tapşırığı əsasında Q.Asatryan internet resursları vasitəsilə qeyd olunan istiqamətdə AR-də, RF-də və İİR-da yaşayan tərəfdaşları ətrafına toplayır, ölkəmizdə qarşıdurmaların yaranması məqsədilə KİV-lərdə antiazərbaycan yönümlü təbliğatlar aparır. Bundan əlavə məktubda qeyd olunmuşdur ki, DTX İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikasının CM-in 281,3, 283.1-ci və 274-cü maddələri üzrə həbs edilmiş radikal talış separatçısı X5 (xx.xx.2020-ci il tarixdə Zəfər Günündə intihar etmişdir) ifadəsində Q.Asatryanın Ermənistan Respublikasının XXO ilə əlaqəli şəxs olmasını təsdiq etmişdir. Əməliyyat tapşırığı üzrə Təqsirləndirilən şəxs və onun xarici xüsusi xidmət orqanlarina aiddiyyatı olan yaxın əlaqələri barədə mümkün informasiya əldə olunacağı təqdirdə ünvana əlavə olaraq məlumat göndəriləcəkdir (cild 1, iş vərəqi 240-241). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının DTXnın Terrorçuluğa qarşı mübarizə baş idarəsinin xx.xx.2022-ci il tarixli, 5/1361 saylı məktubundan görünür ki, 1416 nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparılan Təqsirləndirilən şəxs "facebook" sosial şəbəkəsində əlaqələri olan erməni akkauntlarının ətrafında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan profillərin ermənilərə məxsusluğu təsdiqlənmiş, lakin onların bir çoxunun hazırda aktiv olmadığı müəyyən edilmişdir. Bununla yanaşı, "Sergey Arakelyan", “Levon Chatinyan", "Hayk Khamunyan", "Eduard Enfiajyan" və "CaM A-яH" adlı akkauntlarının istifadəçilərinin Ermənistan ərazisindən "facebook" sosial şəbəkəsinə giriş etdikləri məlum olmuşdur. "Hayk Khamunyan" adlı istifadəçi özü barəsində səhifəsində əslən İcevandan olduğunu, Xankəndidə yaşadığını, +**********2 saylı mobil telefon nömrəsini və mailto:haykkhanumyan@gmail.comElektron ünvan elektron poçt ünvanını qeyd etmişdir. İnternet resurslarında xx.xx.1984-cü il təvəllüdlü X12 separatçı rejimin “ərazi idarəetmə və infrastruktur naziri” olması barədə məlumatlar mövcüddur. “Suren Hayrapetyan” adlı istifadəçi isə özü barəsində xx.xx.1968-ci ildə anadan olduğunu və Xankəndidə yaşadığını açıqlamışdır. “Suren Hayrapetyan”ın profilindəki paylaşımlara əsasən, onun 1-ci Qarabağ müharibəsinin iştirakçısı olması ehtimal edilir və erməni terrorçusu Monte Melkonyan ilə birlikdə fotoşəkli var. Əməliyyat tapşırığı üzrə Təqsirləndirilən şəxs və onun xarici xüsusi xidmət orqanlarına aidiyyatı olan yaxın əlaqələri barədə mümkün informasiya əldə olunacağı təqdirdə ünvana əlavə olaraq məlumat göndəriləcəkdir (cild 2, iş vərəqi 17). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının DTXnın Terrorçuluğa qarşı mübarizə baş idarəsinin xx.xx.2022-ci il tarixli, 5/449 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2016-2017-ci illərdə Quba və Qusar rayonlarına səfərlər edərək orada seperatçı bayraqlarla foto və video görüntülər çəkmişdir. Bundan başqa Azər Kaimovun tapşırığı əsasında Dərbənd şəhərində də seperatçı “Ləzgistan” bayraqları ilə videoçarx çəkmiş və sosial şəbəkələrdə yerləşdirmişdir. X31 “whatsapp” ani mesajlaşma sistemində “Sadval” qrupunda “Ləzgistan” ideyasını təbliğ etməsi, Ermənistanla ləzgiləri əməkdaşlığa çağırması, ermənilərlə ləzgilərin dostluq ideyalarının təbliği öz əksini tapmışdır (cild 1, iş vərəqi 220-221). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, 25 dekabr 2021-ci il tarixdə “Facebook” və “Одноклассники” sosial şəbəkələrində Təqsirləndirilən şəxs istifadəsində olan hesablara baxış keçirilərkən “Патриот Гаджи Лезгистанви” adlı (https://www.facebook.com/profile.php?id=**********34247) hesabın profilinə daxil olduqda profil şəklinin olmadığı, dostluğunda 1900-a yaxın hesabın mövcud olduğu, hesabın məlumatları bölməsində isə hesab sahibinin Dağıstan Respublikasının Dərbənd şəhərində yaşadığı və istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsinin olduğu müəyyən edildi. Qeyd olunan hesab tərəfindən sosial şəbəkəyə yüklənilən şəkillərə baxış keçirilərkən aşağıdakı məlumatlar aşkar edildi:
1. 08 avqust 2016-cı ildə saat 22:15-də rus dilində Qusar rayonunun Piral kəndi yazısı olan və qırmızı rəngli “Ləzgistan” bayrağının yerləşdirildiyi foto;
2. 19 oktyabr 2016-cı ildə saat 19:26-da qırmızı rəngli “Ləzgistan” bayrağı ilə şəkil çəkdirmiş kişi cinsindən olan şəxsin fotosu. Təqsirləndirilən şəxs həmin fotodakı şəxsin özü olduğunu, həmin bayraqla özünün şəkil çəkdirdiyini və qeyd olunan fotonu həmin hesaba özünün yüklədiyini bildirmişdir;
3. 20 oktyabr 2016-cı ildə saat 15:46-da qırmızı rəngli “Ləzgistan” bayrağı ilə şəkil çəkdirmiş üzü görünməyən kişi cinsindən olan şəxsin fotosu. Təqsirləndirilən şəxs həmin fotodakı şəxsin özü olduğunu, həmin bayraqla özünün şəkil çəkdirdiyini və qeyd olunan fotonu həmin hesaba özünün yüklədiyini bildirmişdir;
4. 02 noyabr 2016-cı üdə saat 17:37-də üzərində “Azərbaycan tarixi dərsliyini oxuyanda” sözləri qeyd olunan və cizgi film qəhrəmanlarının gülüşdüyü şəkil paylaşılmış və şəklin izah bölməsində isə rus dilində “Ləzgilər siz Ləzgistanın Qartallarısınız, sizə Artsax lazım deyil. Bizim öz bayrağımız, doğma torpağımız var. Azərilər üçün yox, xalqımızın yolunda ölmək lazımdır. Ləzgistanı azərilərə satmısan. Ermənilər uduzsa, azərilər Artsaxı alacaq, sonra Dərbəndimiz alınacaq. Yaxınlarınızın qayğısına qalın. Sizin azərilər üçün etdiyiniz yaxşılıq sabah sizin ürəyinizdə ağır bir yük olacaq. Artsaxdakı azərilərə kömək etməyin, analarınızın gözlərini yaşlı buraxmayın, sevimli gözləri sizi gözləməsin. Qardaşlar, biz Ləzgistanın tərəfdarıyıq, nə Artsax, nə də azərilərin” sözləri yazılmışdır;
5. 14 noyabr 2016-cı ildə saat 22:24-də üzərində rus dilində “Azərbaycan tarixi dərsliyini oxuyanda” sözləri qeyd olunan şəkil paylaşılmış və şəklin izah bölməsində isə ləzgi dilində “Ləzgilər siz Ləzgistanın Qartallarısınız, sizə Artsax lazım deyil. Sizin öz bayrağınız, doğma torpağınız olub. Azərilər üçün yox, xalqımızın yolunda ölmək lazımdır. Ləzgistanı azərilərə satdınız. Ermənilər ölsə, sabah azərilər Artsaxı alacaq, sonra Dərbəndi alacaqlar. Ləzgi torpaqları bizimdir, onu qoruyun. Sizin azərilərə etdiyiniz yaxşılıq sabah ürəyinizdə ağır bir yük olar, ürəyinizdə yara qalar. Artsaxdan ötrü azərilərə kömək etməyiniz, analarınızı gözü yaşlı etməyiniz, bacılarınızı gözü yaşlı etməyiniz, sevgilinizin gözünü yolda qoymayınız. Qardaşlar, siz Artsax Azik üçün deyil, Ləzgistan üçün olmalısız.” sözləri yazılmışdır;
6. 14 noyabr 2016-cı ildə saat 23:44-də paylaşılan “Ləzgistan” bayrağı rəngində qartalın Azərbaycan Respublikası bayrağının rəngində eşşək və Türkiyə Respublikasının bayrağı rəngində boyanan qoçun üzərinə şığıdığı və izah bölməsində isə rus dilində “Biz azərilər kimi tülkü deyilik, biz Ləzgistanın qartallarıyıq” sözləri yazılmış foto vardır;
7. 15 noyabr 2016-cı ildə saat 00:02-də qırmızı rəngli “Ləzgistan” bayrağı ilə şəkil çəkdirmiş üzü görünməyən kişi cinsindən olan şəxsin fotosu. Təqsirləndirilən şəxs həmin fotodakı şəxsin özü olduğunu, həmin bayraqla özünün şəkil çəkdirdiyini və qeyd olunan fotonu həmin hesaba özünün yüklədiyini bildirmişdir;
8. 15 noyabr 2016-cı ildə saat 00:02-də və 00:16-da qırmızı rəngli “Ləzgistan” bayrağı ilə şəkil çəkdirmiş üzü görünməyən kişi cinsindən olan şəxsin fotoları. Təqsirləndirilən şəxs həmin fotolardakı şəxsin özü olduğunu, həmin bayraqla özünün şəkillər çəkdirdiyini və qeyd olunan fotoları həmin hesaba özünün yüklədiyini bildirmişdir;
9. 22 noyabr 2016-cı ildə saat 13:50-də izah bölməsində “Sizin kimi tülkü tayfa gormedim azikbaranlar siz nece xayinler siz" sözləri yazılmış və qolunda “Ləzgistan” bayrağı olan hərbi formalı və üzü qara maskalı, əlində döyüş silahı olan şəxsin qolunda Azərbaycan Respublikasının bayrağı olan hərbi formalı kişi cinsindən olan şəxsin boğaz nahiyəsindən tutaraq yuxarı qaldırdığı foto;
10. 13 dekabr 2016-cı ildə saat 14:10-da üzərindən rus dilində “Biz Ləzgiyik” sözləri yazılan kişi cinsindən olan şəxsin fotosu. Təqsirləndirilən şəxs həmin fotodakı şəxsin özü olduğunu və qeyd olunan fotonu həmin hesaba özünün yüklədiyini bildirmişdir;
11. 25 dekabr 2016-cı ildə saat 17:24-də izah bölməsində türk dilində “Türk biraz da yaşaya bilər amma türkün yaşamağa haqqı yoxdur. Xalqımı viran qoydu, kökü kəsilsin türkün!" və üzərindən “Ləzgistan uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edirik” sözləri yazılmış foto;
12. 25 dekabr 2016-cı ildə saat 18:19-da izah bölməsində türk dilində “qaçmağa çalışdınız, lakin bir gün qarşınıza çıxacağıq, elə həmin gün qaçacaq yeriniz ola bilməz, nə yalan, nə cinayət, nə də pislik belə edə bilməyəcəksiz, siz bir gün ləzginin haqqına girməyinin cəzası nə olarsa görəcəksiz 1 türk 2 fars 3 monqol 4 ərəb 5 ibrahim xan azikbaranın tayfası" sözləri yazılmış foto;
13. 20 yanvar 2017-ci ildə saat 17:15-də üzərində rus dilində “Azərbaycan tarixi dərsliyini oxuyanda" sözləri qeyd olunan və cizgi film qəhrəmanlarının gülüşdüyü və izah bölməsində ləzgi dilində “At peyinin tarixi" sözləri yazılmış foto;
14. 31 yanvar 2017-ci ildə saat 08:21-də üzərində rus dilində “Şimali Ləzgistan”, “Cənubi Ləzgistan" və onları ayıran “Samur çayı" sözləri yazılmış və başında “Ləzgistan” bayrağı rəngində örpək olan kiçik qızın əks olunduğu foto;
15. 31 yanvar 2017-ci ildə saat 08:35-də izah bölməsində Azərbaycan xalqını təhqiredici sözlərlə təsvir edən və 2 nəfər ləzgi əsilli şəxs tərəfindən 100 min Azərbaycanlının döyüşə çağırılması və məğlubiyyətini təsvir edən dialoqun qeyd olunduğu foto;
16. 31 yanvar 2017-ci ildə saat 08:41-də izah bölməsində türk dilində “Ləzgi torpaqları əcdadlarımızın vəsiyyətidir. Biz onları dəyərləndirməli, əziz tutmalı və dəyərli və təhlükəsiz şəkildə gələcək nəslə ötürməliyik." sözləri yazılan və Azərbaycan Respublikası ərazisinin böyük hissəsinin əks olunduğu və arxa fonda “Ləzgistan” bayrağı yerləşdirilmiş foto;
17. 31 yanvar 2017-ci ildə saat 08:39-da üzərində rus dilində “Şimali Ləzgistan", “Cənubi Ləzgistan" və onları ayıran “Samur çayı", “24 yanvar 1921-ci il ləzgi xalqının bölündüyü gün" sözləri yazılmış və başında “Ləzgistan” bayrağı rəngində örpək olan kiçik qızın əks olunduğu foto;
18. 31 yanvar 2017-ci ildə saat 08:55-də üzərində rus və ləzgi dilində “At peyinlərinin sonu tezliklə gələcək” sözləri yazılmış və Azərbaycan Respublikası bayrağının müxtəlif şəxslər tərəfindən tapdanmasının əks olunduğu foto;
19. 31 yanvar 2021-ci ildə saat 09:05-də izah hissəsində rus dilində “24 aprel erməni xalqının xatirəsi, hüzn günüdür. Ümid və iman günü, güc və müxalifət günü. 101 illik faciəli tarix. Ləzgi vətənpərvərləri və millətçiləri bu gün öz düşüncələri, qəlbləri və canları ilə erməni xalqının yanındadırlar! Sənə səbr!” və ingilis dilində “1915 erməni soyqırımı" sözləri yazılmış foto;
20. 31 yanvar 2021-ci ildə saat 13:58-də izah hissəsində rus dilində “Samur çayı, vaxt gələcək və iki sahilin yenidən birliyi simvollaşdıracaq” sözləri yazılmış, qırmızı rəngli “Ləzgistan” bayrağı ilə şəkil çəkdirmiş kişi cinsindən olan şəxsin fotosu. Təqsirləndirilən şəxs həmin fotodakı şəxsin özü olduğunu, həmin bayraqla özünün şəkil çəkdirdiyini və qeyd olunan fotonu həmin hesaba özünün yüklədiyini bildirmişdir;
21. 02 fevral 2021-ci ildə saat 06:47-də Azərbaycan Respublikası ərazisinin şimal hissəsinin qırmızı, cənub hissəsinin yaşıl, Qarabağ ərazisinin də bej rəngdə rəngləndiyi və izah hissəsində “ЛЕКИЯ” sözü yazılmış foto;
22. 04 fevral 2017-ci ildə saat 22:17-də qırmızı rəngli “Ləzgistan” bayrağı ilə şəkil çəkdirmiş kişi cinsindən olan şəxsin fotosu. Təqsirləndirilən şəxs həmin fotodakı şəxsin özü olduğunu, həmin bayraqla özünün şəkil çəkdirdiyini və qeyd olunan fotonu həmin hesaba özünün yüklədiyini bildirmişdir. Bundan başqa “Одноклассники” sosial şəbəkəsində Təqsirləndirilən şəxs verdiyi məlumatlar əsasında axtarış edilərək “Кавказская Албания ЛЕЗГИСТАН” adlı (https://ok.ru/profile/**********75) hesabın profilinə daxil olduqda profil şəklində papaqlı milli geyimdə yaşlı kişi şəklinin olduğu, dostluğunda 45-ə yaxın hesabın mövcud olduğu, hesabın məlumatları bölməsində isə hesab sahibinin 01 yanvar 1992-ci ildə anadan olduğu, Dağıstan Respublikasının Dərbənd şəhərində yaşadığı müəyyən edildi. Qeyd olunan hesab tərəfindən sosial şəbəkəyə yüklənilən şəkillərə baxış keçirilərkən aşağıdakı məlumatlar aşkar edildi:
1. 08 sentyabr 2017-ci ildə paylaşılmış və üzərində rus dilində “24 yanvar 1921-ci il ləzgi xalqının bölündüyü gün" sözləri yazılmış foto;
2. 08 sentyabr 2017-ci ildə paylaşılmış və qırmızı rəngli “Ləzgistan” bayrağı ilə şəkil çəkdirmiş üzü görünməyən kişi cinsindən olan şəxsin fotosu. Təqsirləndirilən şəxs həmin fotodakı şəxsin özü olduğunu, həmin bayraqla özünün şəkil çəkdirdiyini və qeyd olunan fotonu həmin hesaba özünün yüklədiyini bildirmişdir;
3. 08 sentyabr 2017-ci ildə paylaşılmış və üzərində ingilis dilində Şimali və Cənubi Ləzgistan sözləri yazılan və Azərbaycan Respublikasının şimal, şimal-şərq və şərq ərazilərində yerləşən Qusar, Şəki, Şamaxı və Bakı kimi inzibati ərazi vahidlərinin göstərildiyi şəkil;
4. 08 sentyabr 2017-ci ildə paylaşılmış və üzərində rus dilində Dağıstan sözü yazılan və Azərbaycan Respublikasının şimal, şimal-şərq ərazilərini əhatə edən xəritənin göstərildiyi şəkil;
5. 08 sentyabr 2017-ci ildə paylaşılmış və üzərində rus dilində Sadval - X38 sözləri yazılan şəkil;
6. 09 sentyabr 2017-ci ildə paylaşılmış və üzərində rus dilində Ləzgilər, Lekiya sözləri yazılan və Azərbaycan Respublikasının şimal, şimal-şərq ərazilərini, o cümlədən Quba, Qusar, Xaçmaz, İsmayıllı və Qəbələ rayonlarının adları yazılan xəritənin göstərildiyi şəkil;
7. 14 sentyabr 2017-ci ildə paylaşılmış və üzərində ləzgi dilində Qusar sözü yazılan və “Ləzgistan” bayrağının yerləşdirildiyi şəkil. Təqsirləndirilən şəxs həmin fotodakı ərazinin Qusar rayonunun giriş hissəsinə aid olduğunu və qeyd olunan fotonu həmin hesaba özünün yüklədiyini bildirmişdir;
8. 18 sentyabr 2017-ci ildə paylaşılmış və üzərində rus dilində “ləzgi xalqının assimilyasiyası yolverilməzdir” sözləri yazılan, insan əli formasında Azərbaycan bayrağının içində "Ləzgistan” bayrağının sancıldığı və Qusar yazısı olan şəkil;
9. 04 oktyabr 2017-ci ildə paylaşılmış və üzərində ingilis dilində Ləzgistan və Talışıstan sözləri yazılan və Azərbaycan Respublikasının tərkibində olan inzibati ərazi vahidlərinin həmin adlar altında müvafiq olaraq qırmızı və yaşıl rənglərlə bölündüyünü göstərən şəkil;
10. 13 oktyabr 2017-ci ildə paylaşılmış və üzərində rus dilində Arsax, Lekiya və Talış sözləri yazılan və Azərbaycan Respublikasının tərkibində olan inzibati ərazi vahidlərinin həmin adlar altında bölündüyünü göstərən şəkil;
11. 14 oktyabr 2017-ci ildə paylaşılmış və qolunda “Ləzgistan" bayrağı olan hərbi formalı və qartal başlı, əlində döyüş silahı olan obrazın qolunda Azərbaycan Respublikasının bayrağı olan hərbi formalı qoç başlı obrazın boğaz nahiyəsindən tutaraq yuxarı qaldırdığı foto;
12. 15 oktyabr 2017-ci ildə paylaşılmış və üzərində rus dilində “Samur çayı”, “24 yanvar ləzgi xalqının bölündüyü gün! Silinən yaddaş və öldürmək istədikləri ümid. 1921.01.24. Xalqımız bu qanunsuz bölünmə ilə heç vaxt barışmayacaq. Bu mənfur sərhəd Vətənimizin bədənindən silinməlidir.” sözləri yazılmış və başında “Ləzgistan" bayrağı rəngində örpək olan və ağlayan kiçik qızın əks olunduğu foto;
13. 08 noyabr 2017-ci ildə paylaşılmış və “Ləzgistan” bayrağı rənginə boyanmış, Azərbaycan Respublikasının şimal-şərq və şərq ərazilərini əhatə edən, üzərində ləzgi dilində “Qartal” yazılmış foto;
14. 18 noyabr 2017-ci ildə paylaşılmış və başlığında rus dilində “Qusar dekabr 1993cü il Ləzgistan xalqı” yazılan və videodakı şəxslərin rəqs sədaları altında “Ləzgistan” şüarları ilə qışqırması əks olunan və Azərbaycan dilində “X26” yazılmış 14 saniyəlik videomaterial müəyyən edilmişdir (cild 1, iş vərəqi 138-141). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs “Facebook” şəbəkəsində istifadəsində olan hesaba baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Патриот Гаджи Лезгистанви” adlı (https://www.facebook.com/profile.php?id=**********34247) hesabın profilinə daxil olduqda profil şəklinin olmadığı, dostluğunda 1900-a yaxın hesabın mövcud olduğu, hesabın məlumatları bölməsində isə hesab sahibinin Dağıstan Respublikasının Dərbənd şəhərində yaşadığı, istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsinin olduğu qeyd olunduğu müəyyən edildi. Təqsirləndirilən şəxs qeyd olunan hesabla “facebook messenger” proqramında erməni milliyyətli olması ehtimal edilən aşağıdakı profil sahibləri ilə müxtəlif vaxtlarda əlaqə saxladığı aşkar edildi: 1.“Karen Pogosyan” (https://www.facebook.com/profile.php?id= **********81289). Profilə daxil olduqda hazırda “Еган Еган” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, 09 sentyabr 1960-cı il tarixdə anadan olduğu, xristian dininə etiqad etdiyi, ailə vəziyyətinin evli olduğu, Rusiya Federasiyasının Rostov şəhərində yaşadığı, 2 nömrəli məktəbdə təhsil aldığı, X34 Universitetində ali təhsil aldığı görünür. Təqsirləndirilən şəxslə məişət xarakterli yazışmaları vardır;
2. “Ehduard Kalendzhyan” (https://www.facebook.com/profile.php?id=**********6 7221). Profilə daxil olduqda hazırda “Эдуард Календжян (Eduard Kalendjian)” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, 08 may 1982-ci il tarixdə anadan olduğu, Rusiya Federasiyasının Suxum şəhərində yaşadığı, 7 nömrəli məktəbdə təhsil aldığı görünür. Mesajlar bölməsində yazışma aşkar edilmədi;
3. “Anna Khachaturian” (https://www.facebook.eom/anna.hachatryan.9) Profilə daxil olduqda hazırda “Анна Хачатурян Бакенова” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, 08 may 1982-ci il tarixdə anadan olduğu, 29 avqust 1988-ci il tarixdən etibarən evli olduğu, Rusiya Federasiyasının Moskva şəhərində yaşadığı, Qazaxıstanın Alma-Ata şəhərində anadan olduğu, Çaykovski adına musiqi məktəbində təhsil aldığı, Musiqi məktəbində müəllim işlədiyi görünür. Təqsirləndirilən şəxslə məişət xarakterli yazışmaları vardır;
4. “Vardan Bagdasaryan” (https://www.facebook.com/vardan.baqdasaryan.94). Profilə daxil olduqda hazırda “Vardan Bagdasaryan” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, şəxsi məlumatlarının qeyd olunmadığı görünür. İş üzrə əhəmiyyət kəsb edən yazışması aşkar edilmədi;
5. “Sergey Arakelyan” (https://www.facebook.com/serqaraqelyan). Profilə daxil olduqda hazırda “Sergey Arakelyan” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, Abovyan şəhərində yaşadığı görünür. Mesajlar bölməsində yazışma aşkar edilmədi;
6. “Levon Chatinyan” (https://www.facebook. com/levon.chatinyan.3). Profilə daxil olduqda hazırda “Левон Чатинян” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, şəxsi məlumatlarının qeyd olunmadığı görünür. Təqsirləndirilən şəxslə 16 yanvar 2018-ci il tarixdən etibarən yazışmağa başlamışdır. Həmin tarixdə olan yazışması zamanı rus dilində aşağıdakı məzmunlu dialoq olmuşdur: “Levon Chatinyan - Salam!!! Qardaş sən ləzgisən? Adın nədir? Təqsirləndirilən şəxs - Salam qardaş. Hacıdır adım. Levon Chatinyan - Mən ləzgilərə hörmət edirəm. Təqsirləndirilən şəxs - Qafqaz Albaniyası, Ləzgistan səhifələridir, mənim odnoklasnikim. Sən ermənisən? Levon Chatinyan - Bəli təmizqanlı. Təqsirləndirilən şəxs - Mən daim ermənilərə hörmət eləmişəm, çoxlu erməni dostlarım var. Haralısan? Levon Chatinyan - Şadam qardaş, İrəvandanam. Təqsirləndirilən şəxs - Mən dağıstanlıyam, gözəl oğlan. Levon Chatinyan - Qardaş sən Dağıstandamı yaşayırsan? Təqsirləndirilən şəxs - Harda gəldi işləyirəm. Bəli Kaspiyskidə oluram, Mahaçqala, Dərbənd. Dağıstanda da ermənilər var. Levon Chatinyan - Bəli, mən bilirəm Təqsirləndirilən şəxs - Hamısı ilə əlaqələrim vardır, onlar gözəl oğlanlardır, daim əlaqə saxlayıram. Levon Chatinyan - Ləzgilər mərd və qoçaqdırlar, mən onlara hörmət edirəm. Təqsirləndirilən şəxs - Mən bilirəm ki, İrəvanda da ləzgilər vardır. Levon Chatinyan - Bəli var. Təqsirləndirilən şəxs - Mənim dayım Arsaxda batalyon komandiridir. Mən hər şeyi bilirəm. Levon Chatinyan - Əlbəttə, çox gözəl Təqsirləndirilən şəxs - Bəli, əlbəttə ki? (Azərbaycanlıları təhqir edir, türkləri də). Mən təmizqanlı vətənpərvərəm. Artıq 7 ildir ki, Ermənistanla əlaqədəyəm. Levon Chatinyan - Biz ləzgilərin, torpaqlarını nə zaman qaytaracağını gözləyirik. Təqsirləndirilən şəxs - Ləzgilərin hamısı yaxşı deyillər. Levon Chatinyan - Çox sağ ol, qardaşım. Təqsirləndirilən şəxs - Ermənilərdə də alçaqları da var, onlar azikqoyunları dəstəkləyirlər. Levon Chatinyan - İt olmayan kənd olmur. Təqsirləndirilən şəxs - (ləzgiləri söyür) Levon Chatinyan - Onları kökünə qaytarmaq lazımdır. Təqsirləndirilən şəxs - Qardaş, hər şey yaxşıdır hə? Levon Chatinyan – Okey. Təqsirləndirilən şəxs - Problemin yoxdur ki? Mən ermənilərə etibar edirəm. Levon Chatinyan - Hər şey qaydasındadır, sağ ol qardaş. Təqsirləndirilən şəxs - Təmizqanlı ermənilər, mənim təmiz qardaşlarımdırlar, agentləri belə-belə (söyür). Levon Chatinyan - Bəli qardaşcan. Təqsirləndirilən şəxs - Mən daim (azərbaycanlıları söyür) azərbaycanlılra qarşı olmuşam. Azik, tazik, unitazik. Levon Chatinyan - Onlar itəcəklər. Bu müharibə onlar üçün sonuncu olacaqdır, onların hamısı məhv olacaqdır. Təqsirləndirilən şəxs - Ermənilərlə ləzgilər daim bir yerdə müharibə aparıblar, azik və türklər düşməndirlər. İndi tarix incəsənətdir. Levon Chatinyan - Bəli qardaş. Təqsirləndirilən şəxs - Düzdür tarix yoxdur. Biz birinci xristian olmuşuq, ikincisi islam xilafət gəlir. Onlar genotik siyasət apardılar. Levon Chatinyan - Mən sənin inamına hörmət edirəm. Təqsirləndirilən şəxs - Erməni, gürcü, udinlər assimilyasiya olunmadı. Ləzgiləralbanlar hamısı assimilyasiya olundular. Türklər (söyüş), monqollar, ərəblər, əbədi düşmənlərimizdir. Qardaş onlarla əlaqə saxlama. Levon Chatinyan - Oldu qardaşcan. Təqsirləndirilən şəxs - Gözəl oğlan.
7. “Anna Arutyunyan” (https://www.facebook.com/anna.arutyunyan. 35). Profilə daxil olduqda hazırda “Anna Arutyunyan” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, əslən Rostov-Don şəhərindən olduğu görünür. İş üzrə əhəmiyyət kəsb edən yazışması aşkar edilmədi;
8. “Vagram-Alex Oganesian” (https://www.facebook.com/profile.php?id=100Q087060 61055). Profilə daxil olduqda hazırda “Vagram-Alex Oganesian” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, İrəvan şəhərində yaşadığı, subay olduğu, Saxarov adına 69 nömrəli məktəbdə təhsil aldığı görünür. Mesajlar bölməsində yazışma aşkar edilmədi;
9. “Karen Harutyunyan” (https://www.facebook.com/karen.harutyunvan.58760). Profilə daxil olduqda hazırda “Karen Harutyunyan” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, İrəvan şəhərində yaşadığı, İrəvan şəhərində doğulduğu, Çartarapetutyan adına məktəbdə təhsil aldığı görünür. Mesajlar bölməsində yazışma aşkar edilmədi;
10. “Samvel Baboian” (https://www.facebook.com/profile.php?id=**********46766). Profilə daxil olduqda hazırda “Samvel Baboian” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, Moskva şəhərində yaşadığı, evli olduğu, tikinti mühəndisi işlədiyi, 49 nömrəli orta məktəbdə və Kuban Dövlət Universitetində təhsil aldığı görünür. Mesajlar bölməsində yazışma aşkar edilmədi;
11. “Наук Khanumyan” (https://www.facebook.com/hayk.khanumvan). Profilə daxil olduqda hazırda “Наук Khanumyan’’ istifadəçi adı ilə fəaliyyət göstərdiyi, Xankəndi şəhərində yaşadığı və İrəvan Dövlət Universitetində təhsil aldığı görünür. Mesajlar bölməsində yazışma aşkar edilmədi;
12. “Suren Hayrapetyan” (https://www.facebook.com/surenhavrapetyan.suren). Profilə daxil olduqda hazırda “Suren Hayrapetyan” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, Xankəndi şəhərində yaşadığı görünür. Mesajlar bölməsində yazışma aşkar edilmədi;
13. “Карен Манукян” (https://www.facebook.com/profile.php?id=**********02154). Profilə daxil olduqda hazırda “Карен Манукян” istifadəçi adı ilə fəaliyyət göstərdiyi görünür. İş üzrə əhəmiyyət kəsb edən yazışması aşkar edilmədi;
14. “Artur Petrosyan (https://www.facebook.com/petarta). Profilə daxil olduqda hazırda “Артур Петросян” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, İrəvan şəhərində yaşadığı, 189 nömrəli məktəbdə oxuduğu, X41 və Teatr İnstitutunda aktyorluq ixtisası üzrə ali təhsil aldığı, əvvəllər "citrus.am” saytında işlədiyi görünür. Mesaj bölməsində Təqsirləndirilən şəxs tərəfindən 09 sentyabr 2017-ci il tarixdə Artur Petrosyana azərbaycanlıları təhqir edən şəkil göndərilmişdir. İş üzrə əhəmiyyət kəsb edən yazışması aşkar edilmədi;
15. “Chibukyan Mkhitar" (https://www.facebook.com/chibukyan.mkhitar). Profilə daxil olduqda hazırda “Чибукян Мхитар” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, Moskva şəhərində yaşadığı, İrəvan şəhərində anadan olduğu görünür. Mesajlar bölməsində yazışma aşkar edilmədi;
16. “Eduard İspiryan” (https://www.facebook.eom/**********41879). Profil bağlanıldığından daxil olmaq mümkün olmadı. İş üzrə əhəmiyyət kəsb edən yazışması aşkar edilmədi;
17. "Eduard Enfiajyan” (https://www.facebook.com/eduard.enfiaivan). Profilə daxil olduqda hazırda “Eduard Enfiajyan” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, İrəvan şəhərində yaşadığı görünür. İş üzrə əhəmiyyət kəsb edən yazışması aşkar edilmədi;
18. “Narek Voskerchyan’’ (https://www.facebook.com/profile.php?id=**********953- 69). Profilə daxil olduqda hazırda “Narek Voskerchyan” istifadəçi adı ilə fəaliyyət göstərdiyi görünür. Mesajlar bölməsində yazışma aşkar edilmədi;
19. “Sam A-yan” (https://www.facebook.com/sam.aivazoff). Profilə daxil olduqda hazırda “Сэм А-ян" istifadəçi adı ilə fəaliyyət göstərdiyi, İrəvan şəhərində anadan olduğu görünür. Mesajlar bölməsində yazışma aşkar edilmədi;
20. “Лева Норикович Агаджанян” (https://www.facebook.com/profile.php?id=100013- 037265190https://www.facebook.com/profile.php?id=******- *********). Profilə daxil olduqda hazırda “Лева Норикович Агаджанян” istifadəçi adı ilə fəaliyyət göstərdiyi, Xankəndi şəhərində anadan olduğu görünür. Mesajlar bölməsində yazışma aşkar edilmədi;
21. “Tigran Arcah” (https://www.facebook.com/tiqran.arcah). Profilə daxil olduqda hazırda “Tigran Arcah” istifadəçi adı ilə fəaliyyət göstərdiyi görünür. İş üzrə əhəmiyyət kəsb edən yazışması aşkar edilmədi;
22. “Kaİvaz Jangamion”(https://www. facebook.com/profile.php?id= **********93040) Profilə daxil olduqda “Kalvaz Jangamion” istifadəçi adı ilə fəaliyyət göstərdiyi görünür (cild 1, iş vərəqi 228-231). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-linqvistik ekspertizasının xx.xx.2017-ci il tarixli, 9048 nömrəli rəyindən və rəyə əlavə edilmiş fotocədvəllərdən görünür ki, "Facebook" sosial şəbəkəsində "Патриот Гаджи Лезгистанви” adı altında olan səhifədə paylaşılan məlumatlarda və rəsmlərdə: "Azərbaycan bayrağının tapdalanması əks olunmuş rəsmlə paylaşılan "Скоро, очень скоро придет конец ціапам)))" yazısı əks olunmuş rəsmlə paylaşılan "Ни один ціап не должен ходить свободно на лезгинской земле!”, Lezgistan dövlətinin xəritəsi və bayrağı, lezgi bayrağının qarşısında çəkilmiş şəkil, əlində ləzgi bayraqları tutmuş iki nəfərin şəkli ilə paylaşılan “Mы Лезгинский народ, потерпите еще. Сохраняйте единство. За пятью черными днями последуют светлые дни", iki nəfər şəxsin çiyinlərində və əllərində ləzgi bayrağı olan şəkillər, "kacmaya chaliwdiniz gercek bir gun kharwina cikacas iwte o gun kacicah yer olamaz ne yalan ne suc ne pisliy bele yapamaz siz bir gun LEZGİNİN haqqina girmeyinin cezasi ne olar sa gorur suz 1 Turk 2 Fars 3 Mongol 4 Arab 5 ibrahim han azikbaranin tayfasi", cizgi filmindən götürülmüş fraqmentin üzərində "Когда читаете Азербайджанские учебники по истории" yazılı rəsmlə paylaşdığı "Лезгины вы Орлы Лезгистана, вам не нужен Арцах. У нас и флаг свой и Родина родная. На пути нашего народа нужно умереть, а не за азеров. Лезгистан вы продали азерам. Если армяне проиграют, азеры заберут Арцах, потом и наш Дербент заберут. Берегите свое родное. Добро, которое делаете для азеров, завтра будет тяжелой ношей в ваших сердцах. Не помогайте в арцахе азерам, не оставляйте своих матерей со слезами в глазах, не заставляйте своей любимой глаза ждать вас. Братья, мы за Лезгистан не за Арцах и не за азеров", azərbaycanlıları məsxərəyə qoyan lətifə, üzərində Azərbaycan və türk bayraqları əks olunmuş heyvanlar və ləzgi bayrağı şəklində təsvir olunan qartal əks olunmuş rəsmlə paylaşılan "Мы как азеры не лисы, мы oрлы Лeзrиcтaнa”, qolunda ləzgi bayrağı əks olunmuş döyüşçünün qolunda Azərbayсan bayrağı əks olunmuş döyüşçünü boğazladığı rəsmlə paylaşılan "Sizin kimi tulku tayfası gormedim azikbaranlar siz nece xayinler siz", Ləzgistan dövlətinin xəritəsi əks olunan rəsmlə paylaşılan "Nasil ki bir beden bawsiz kalmadigi kibi nasil ki hic bir dil miletsiz kalmadigi kibi ben nasil Vatansiz kaldim bumwimdi bana anlatin Ey Adem ovlatlari???? "С верным портением к памяти всем погибшим За Лезгистан" yazılı rəsmi ilə paylaşılan "iwte wu turk bir az kadar vakitdawiya bilir ama turkun yawamaga haki yok iwte Halkim viran koydu koku kesilsin turkun!" hakimiyyətin zorla ələ keçirilməsinə, Azerbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi butövlüyünün parçalanmasına açıq çağırışlar, milli ədavətin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, sosial və dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn informasiyalar mövcuddur. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat təşkil edir (cild 1, iş vərəqi 11-30). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2018-ci il tarixli, 32599 saylı ekspert rəyinin nəticə hissəsində görünür ki, tədqiqata daxil olmuş materiallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci maddəsində təsbit olmuş cinayətin obyektiv cəhətinin əlamətləri aşkar görünür: - Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edilmişdir (Facebook sosial şəbəkəsində X17 profilində edilən 21 oktyabr 2016-cı il tarixli paylaşım); - Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanması məzmunlu materiallar yayılmışdır (Facebook sosial şəbəkəsində X17 profilində edilən 21 oktyabr və 02 noyabr 2016-cı il tarixli paylaşımlar); - Açıq çağırışlar qeyri-məhdud şəxslər dairəsinə yönəlmişdir. Belə ki, çağırışlar internetdə sosial şəbəkədə həyata keçirilir və çağırış kütləvilik xarakteri daşıyır (Facebook sosial şəbəkəsində X17 profilində edilən 02 noyabr və 14 noyabr 2016-cı il tarixli paylaşımlara 31 və 68 nəfər bəyənmə edib); - Çağırışlar kütləni aşkar sürətdə insanlarda mövcud hakimiyyətə və konstitusiya quruluşuna nifrət yaradan, onları hakimiyyət əleyhinə qiyama, kütləvi iğtişaşa çağıran, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa və s. qanunsuz hərəkətlər etməyə sövq edən yazılı müraciətlərində ifadə olunmuşdur (Facebook sosial şəbəkəsində X17 profilində edilən 31 yanvar, 21 oktyabr və 02,14 noyabr 2016-cı il tarixli paylaşımlar); Tədqiqata daxil olmuş materiallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsində təsbit olmuş cinayətin obyektiv cəhətinin əlamətləri aşkar görünür: - Azərbaycanlılara qarşı, onların adət-ənənələrinə, həyat tərzinə, məişətinə qarşı aşkar hörmətsizlik ifadə olunmuşdur (Facebook sosial şəbəkəsində X17 profilində edilən 31 yanvar, 21 oktyabr və 02,14,15,22 noyabr 2016-cı il tarixli paylaşımlar); - Nifrət ifadə edən ideyaların təbliğat və təşviqatı aparılmışdır (Facebook sosial şəbəkəsində X17 profilində edilən 31 yanvar, 21 oktyabr və 02,14,15,22 noyabr 2016-cı il tarixli paylaşımlar); - Milli əlamətinə görə azərbaycanlılar, türklər təhqir edilmiş, ələ salınmış, adətənənələri məsxərəyə qoyulmuş, milli ləyaqətləri alçaldılmışdır (Facebook sosial şəbəkəsində X17 profilində edilən 31 yanvar, 21 oktyabr, 02,14,15,22 noyabr və 25 dekabr 2016-cı il tarixli paylaşımlar); Bu status paylaşımları Ermənistan-Azərbaycan arasında siyasi, hərbi, iqtisadi və s. qarşıdurmanın yaratdığı informasiya müharibəsinin tərkib hissəsidir. Aparılmış tədqiqatın dəyəri 550 (beş yüz əlli) manat təşkil edir (cild 1, iş vərəqə 76-81). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin giriş-çıxış və qeydiyyat İAMAS üzrə tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2017-ci il tarixdə, saat 14:42 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini “Samur” sərhəd nəzarət məntəqəsindən keçmişdir (cild 1, iş vərəqi 31-34). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorçuluğa qarşı mübarizə baş idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 5/3531 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində yaşayan Təqsirləndirilən şəxs yaxın zamanda Azərbaycan Respublikasına qayıtmaq fikrindədir, xx.xx.2017-ci ildə Dağıstan Respublikasına getdikdən sonra özünə məxsus pasportu yandırmış, sənədlərin hazırlanması üçün Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət etmək istəyir (cild 1, iş vərəqi 82). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin “Samur” sərhəd nəzarət şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs axtarışa verildiyi üçün dövlət sərhədini 23 dekabr 2021-ci ildə keçərkən saxlanılmış, üzərində olan bir ədəd mobil telefon götürülmüş, özü və telefon DTX-ya təhvil verilmişdir (cild 1, iş vərəqi 83). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olan xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD diskin yaddaşında olan fayllara baxış keşirilərkən +99***-***-**- ** saylı Təqsirləndirilən şəxs adına rəsmiləşdirildiyi müəyyən edilmiş, CD diskdə olan zəng və smslərə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir (cild 1, iş vərəqi 233). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, telefon nasaz olduğu üçün işlək vəziyyətə gətirmək mümkün olmamışdır (cild 1, iş vərəqi 239). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin xx.xx.2022-ci il tarixli, 08/A-2490 saylı məktubundan və əlavə edimiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış icraat nəticəsində xx.xx.1974-cü il təvəllüdlü X14 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır (cild 2, iş vərəqi 18-19). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarına baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin 3-cü şöbənin rəisi ədliyyə polkovniki X9 tərəfindən 23 may 2022-ci il tarixdə Rusiya Federasiyası vətəndaşı X29 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3 və 276-cı maddələri ilə başlanmış və həmin tarixdə DTX İstintaq baş idarəsinin baş müstəntiqi ədliyyə baş leytenantı Şəmşid Cəfərov tərəfindən icraata qəbul edilmişdir. Materiallardan görünür ki, Ermənistan Respublikasının xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları toplayaraq və verərək casusluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxslə odlu silahdan istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış və digər hərəkətləri (terror aktları) törətməyə hazırlıq hərəkətləri etmişdir. Belə ki, Azər Kaimov 2015-ci ilin oktyabr ayında Rusiya Federasiyanın Rostov-na-Donu şəhərində xarici xüsusi xidmət orqanı olan Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edildikdən sonra Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanaraq onlara verilməsi barədə sövdələşmiş, bundan sonra həmin sövdələşməyə uyğun olaraq Ermənistan ərazisində bir ay müddətində müxtəlif silahlardan istifadə etməklə xüsusi silahlı təlim almışdır. Azərbaycan Respublikası ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşlarının tapşınğının yerinə yetirilməsi üçün onların təşkilatçılığı ilə "WhatsApp" ani mesajlaşma sistemində yaradılmış "Sadval" ("Cagsan") qrupuna cəlb edilmiş Azərbaycan Respublikası vətəndaşlarının Ermənistan Respublikasının xüsusi xidmət orqanı tərəfindən keçirilən xüsusi silahlı təlimlərə cəlb edilməsi istiqamətində fəaliyyət göstərmişdir. Bundan başqa, Azər Kaimov 2016-cı ildə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Ermənistan Respublikasının xüsusi xidmət orqanı adından Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları toplamaq məqsədilə məxfi əməkdaşlığa cəlb etmiş və xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar ona və digərlərinə Ermənistan Respublikası ərazisində keçirilən silahlı təlimlərdə iştirak etməyi tapşırmış, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs və digərlərinə Qusar rayonunun dağlıq ərazilərində blindajlar qurmağı, həmin blindajlara ərzaq ehtiyatı toplamağı tapşırmış, 2018-ci ilin 15-16 aprel tarixlərində Azərbaycan Respublikasının işğal altında olmuş Ağdam rayonuna gedərək tərəfdaşlarını həmin silahlı təlimlərə qoşulmağa dəvət edan videoçarx hazırlanmasını təşkil etmiş, "odnoklassniki.ru" sosial şəbəkəsindəki "Лeзгинckoе содружество в интернете” hesabda paylaşmış, Rusiya Federasiyasından Azərbaycan Respublikasına qanunsuz keçiriləcək odlu silahlardan istifadə etməklə Azərbaycan Respublikasının şimal bölgəsində yerləşən hərbi hissələrdə və Bakı şəhərində müxtəlif metrostansiyalarda terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış və digər hərəkətləri törətməyə yönəlmiş hazırlıq hərəkətləri etmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, yuxarıda qeyd edilən hərəkətlərinə görə Azər Kaimov 24 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3 və 276-cı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində axtarış elan edilmiş, eləcə də 26 may 2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 53-54). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Rusiya Federasiyasının vətəndaşı X29 və digərləri barəsində Azərbaycan Respublikası CM-in 28, 214.2.1, 28, 214.2.3 və 276-cı maddələri ilə cinayət işi başlanılmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması məqsədilə istintaq qrupu yaradılmışdır (cild 2, iş vərəqi 55-56). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DTX-nın İstintaq baş idarəsinin baş müstəntiqi X18 tərəfindən ********* nömrəli cinayət işi üzrə X21 Azərbaycan Respublikası CM-in 28, 214.2.1, 28, 214.2.3 və 276-cı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir (cild 2, iş vərəqi 57-58). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 25 iyun 1974-cü ildə Qusar rayonunun Hil kəndində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində qeydiyyatda olmaqla Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayan təqsirləndirilən şəxs X29 barəsində axtarış elan edilmişdir (cild 2, iş vərəqi 59-60). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 25 iyun 1974-cü ildə Qusar rayonunun Hil kəndində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, əvvəlləər məhkum olunmamış, Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində qeydiyyatda olmaqla Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayan təqsirləndirilən şəxs X29 barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 61-65). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1416 nömrəli cinayət işinin materiallarından Rusiya Federasiyasını vətəndaşı X29 və digərləri, habelə digər xüsusatlar barəsində Azərbaycan Respublikası CM-in 276cı maddəsilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqi 124-125). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 oktyabr 2017-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 35). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Qəbələ RİH-nin Yeni Dizaxlı kənd İnzibati Ərazi Nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə atası X15, anası X6, bacısı – xx.xx.1999-cu il təvəllüdlü X7 və qardaşı xx.xx.2001-ci il təvəllüdlü X2 daxildir (cild 1, iş vərəqi 48). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Qəbələ RİH-nin Yeni Dizaxlı kəndi İnzibati Ərazi Nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kəndin ictimai işlərində yaxından iştirak edən, öz həmyaşıdları arasında nümunəvi bir yoldaş olmaqla özündən həm kiçik, həm böyük kəndlilərinə nümunə olmuş, örnək və dəstək olur. Ölkədə gedən siyasi kampaniyalarda həmişə dövləti dəstəkləmişdir. Yoldaş Təqsirləndirilən şəxs kəndin xeyir-şər işlərində fiziki köməkliyini əsirgəməmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotiklə məşğul olmur, içki içmir. Siyasi partiyaların üzvü deyil (cild 1, iş vərəqi 49). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində, hələ Azərbaycanda olarkən işlədiyi yerdə bəzi haqsız insanlar tərəfindən onun və millətinin təhqir edildiyi səbəbindən cavan olub əsəbləşdiyi üçün sosial şəbəkədə bəzi paylaşımlar etməsi, Dağıstana gedəndən sonra Azər Kaimovun Azərbaycan əleyhinə olan tapşırıqlarının icrası üzrə hər hansı hərəkət etməməsi, Azər Kaimovun tapşırıqlarını icra etməmək, həmçinin Dağıstan ərazisindən çıxmağı, Çeçenistana poliqona getməyi mümkünsüz etmək üçün özünün Azərbaycan vətəndaşlıq pasportunu yandırması, ermənilərlə Azərbaycan əleyhinə hər hansı işbirliyində olmaması, Azərbaycan millətinə deyil, onu təhqir edən bəzi şəxslərə nifrət bəsləməsi, Azərin tapşırığı əsasında bir neçə nəfərin onu tutub Azərin yanına aparmaları, həmin şəxslərin tapançanı başına dirəyib “Facebook” hesabının parolunu ondan götürmələri, həmin şəxslərin onun “Facebook” hesabının parolunu götürdükdən sonra artıq onun həmin hesaba daxil ola bilməməsini bildirərək öz müdafiəsi üçün dəlillər gətirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi həmin ifadələrə tənqidi yanaşır və onun bu ifadələrini müdafiə taktikası kimi qiymətləndirir və habelə həmin ifadələr cinayət işi üzrə toplanmış mötəbər subutlarla təkzib olunduğundan inandırıcı hesab olunmur. Belə ki, elə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi öz ifadələrindən görünür ki, Azər Kaimovun ermənilərlə işbirliyində olduğu ona məlum olmuş, ermənilərin Azər Kaimova Azərbaycan ərazisində Azərbaycana qarşı istifadə etmək məqsdəilə ləzgilərdən ibarət 200-ə yaxın adam yığmaq, həmin şəxslərin iştirakı ilə yığıncaqlar keçirib bu yığıncaqların video və şəkillərini çəkib sübut üçün ermənilərə göndərmək barədə tapşırıqlar verdiyini bilmişdir. Azər Kaimov ermənilərin verdiyi həmin tapşırıqların icrasını ona və Ruslan və Babək adlı şəxslərlə həvalə etmiş, Ruslan və Babək adlı şəxslər bu tapşırığın Azərbaycan ərazisində icrası zamanı polislər tərəfindən saxlanılmışlar. Azər Kaimovun Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək Azərbaycan əleyhinə tapşırıqlar yerinə yetirməsi həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorçuluğa qarşı mübarizə baş idarəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş və iş materiallarında olub məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlarla bir daha təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Azər Kaimovun Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiyini bilə-bilə həmin şəxsdən mahiyyət etibarı ilə eyni məzmunlu tapşırıqlar qəbul etmiş, bu tapşırıqların icrası üzrə Azər Kaimovun əlaqəsində olan ermənilərlə “Facebook” sosial şəbəkəsində əlaqələr yaratmış və həmin şəxslərlə Azərbaycana qarşı qatı düşmən mövqedən müzakirələr aparmışdır. Təkcə “Levon Chatinyan” (https://www.facebook. com/levon.chatinyan.3) adlı erməni istifadəçi ilə Təqsirləndirilən şəxs arasında olan və məhkəmədə tədqiq edilmiş dialoq deyilən fikri tam əsaslandırır. Bundan başqa, məhkəmədə sübut olundu ki, Təqsirləndirilən şəxs Azər Kaimovun tapşırığı ilə “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü parçalamaqla və konstitusiya quruluşu dəyişdirməklə “Müstəqil Ləzgistan” dövlətinin yaradılmasına dair çağırışlar etmiş, Azərbaycan Respublikasının rəmzi olan dövlət bayrağını təhqir edən, qondarma erməni soyqırımını tanıyan fotoşəkillər paylaşmış, Azərbaycan dövlətini, onun xalqını təhqir edən statuslar yerləşdirmiş, ləzgiləri Qarabağ uğrunda gedən hərbi əməliyyatlarda azərbaycanlılara kömək etməməyə səsləmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin hərəkətlərinin səhv olduğunu etiraf etmiş, cavanlığı və əsəbi olması səbəbindən həmin hərəkətlərə yol verdiyini bildirmişdir. Onun bu mülahizəsi, eyni zamanda nifrətinin Azərbaycan millətinə qarşı deyil, ayrı-ayrı şəxslərə qarşı yönəlməsi fikirlərini də məhkəmə əsassız hesab edir. Təqsirləndirilən şəxs Azərbaycana qarşı tam düşmənçilik ruhunda formalaşması onun həm sosial şəbəkədə paylaşdığı statuslar, ünsiyyət dairəsi, həm də ünsiyyət qurduğu şəxslərlə apardığı danışıqların məzmunu, etdiyi əməllərlə tam sübut olunmuşdur. Onun Azərbaycan vətəndaşlığına mənsubiyyətini təsdiq edən pasportunu nümayişkaranə yandırıb bu səhnəni sosial şəbəkəyə yerləşdirməsini isə məhkəmə Azər Kaimovun tapşırıqlarından yayınma əlaməti kimi deyil, Azərbaycana olan nifrətinin əlaməti kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar cinayət işinin materiallarında olan istintaq materialları ilə tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu kimi məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və onun nümayəndələrinə kömək edərək, onların tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etməsi, habelə aşkar surətdə zor tətbiq etmək hədəsi ilə milli nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətinin alçaldılmasına, habelə milli mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn aşkar surətdə hərəkətlər etməsi təsdiq olunur, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 274, 281.3 və 283.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur, o, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 274-cü maddəsinin sanksiyasında on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, 281.3-cü maddəsinin sanksiyasında yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 283.2.1-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq xüxusilə ağır, ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədini 23 dekabr 2021-ci ildə keçərkən saxlanılaraq Dövlət Təhlükəsizlik Xidmətinə təhvil verilmiş, yəni onun azadlığı həmin tarixdən faktiki məhdudlaşdırılmış, 24 dekabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 25 dekabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 dekabr 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 83, 125-126, 161- 165, 198-201; cild 2, iş vərəqi 5-8, 48-52, 80-84). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 23 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 274-cü maddəsilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CMnin 281.3-cü maddəsilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 283.2.1-ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 23 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 800 (səkkiz yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov