Məhkəmə qərarları › İş №1(101)-546/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-546/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-546/2024 07.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 18,841 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla ünvan 2 ünvanına gətirərək orada gizlətməklə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhərini hava nəqliyyatı vasitəsilə Naxçıvan Muxtar Respublikası istiqamətində tərk etdiyi müəyyən edildiyindən Naxçıvan Muxtar Respublikası DİN-in X8 Polis Şöbəsinə müraciət edilərək Təqsirləndirilən şəxs törədilmiş və ya törədilməsi ehtimal edilən cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə saxlanılması istiqamətində müvafiq tədbirlərin görülməsi xahiş edilmiş, buna görə də Təqsirləndirilən şəxs DİN-in X8 Polis Şöbəsinin əməkdaşları tərəfindən 10 mart 2023-cü il tarixdə, saat 17:50-də Naxçıvan Muxtar Respublikasının X12 saxlanılaraq 11 mart 2023-cü il tarixdə, saat 01:10-da Bakı şəhərinə gətirilib X12 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verilmiş və 11 mart 2023-cü il tarixdə, saat 08:06-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına keçirilən baxış zamanı həmin mənzilin yataq otağında olan çarpayının yuxarı baş hissəsindəki döşəyin altından 04 ədəd bükümdə külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,985 qram, 3,521 qram, 6,422 qram və 4,913 qram olmaqla, ümumilikdə 18,841 qram çəkidə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Heydər Əliyev adına Hava Limanından 2-ci reyslə Naxçıvan Muxtar Respublikasına getmişdir. Naxçıvan Muxtar Respublikasına saat 17:10-da çatanda Naxçıvan MR-in X12 Polis İdarəsinin 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşmışlar. Hava limanında yaxınlaşan mülki geyimdəki polis əməkdaşlarından biri Naxçıvan MR-in X12 Polis İdarəsinin rəisi, digər 2 nəfər şəxs sıravi polis əməkdaşları olmuşdur. Polis əməkdaşları yaxınlaşdıqdan sonra qolunu qandallamışlar, onu Naxçıvan MR-in X12 Polis İdarəsinə aparmışlar. Polis əməkdaşlarından onu nə üçün saxladıqlarını soruşmuşdur. Polis əməkdaşları ona telefonda video görüntü göstərmişlər və günorta radələrində Nəsimi rayonu ərazisində silahlı atışma baş verdiyini bildirmişlər. Onun qardaşının bu hadisədə əli olduğunu və onun bu hadisədən məlumatlı olduğunu bildirmişlər. O, baş verən hadisədən xəbərinin olmadığını bildirmişdir. Naxçıvan MR-də saxlanıldığı vaxt artıq mətbuatda o və digər 2 nəfər şəxsin saxlanılması barədə məlumat olmuşdur. Ondan polis əməkdaşları saxlanılan 2 nəfər şəxsləri tanıdığını soruşanda, həmin şəxsləri tanımadığını və heç bir əlaqəsinin olmadığını bildirmişdir. Polis əməkdaşları mobil telefonunu götürmüşlər, mobil nömrələrinin ikisində mesajlarını, bütün şəxsi məlumatlarını yoxlamışlar və saxlanılan digər 2 nəfər şəxslə əlaqəsinin olmadığını görmüşlər. X19 Polis İdarəsinin rəisi baş verən hadisə ilə bağlı danışmadığı üçün ona təzyiq göstərməyə başlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 23:50 reysi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə qayıtmışdır. Heydər Əliyev adına Hava Limanında onu BMCMİ-nin polis əməkdaşlarına təhvil vermişlər. Təhvil verdikdən sonra BMCMİ-nin polis əməkdaşları ilə birlikdə BMCMİ-yə gəlmişdir. Səhər saat 08:00-09:00 rədələrində onu qəbul etmişlər və ondan baş verən silahlı atışmadan məlumatı olduğu üçün olanların hamısını etiraf etməsini istəmişlər. O da silahlı atışmadan heç bir xəbərinin olmadığını bildirmişdir. Xəbəri olmayan hadisə barədə məlumat vermədiyi üçün ona işgəncə verməyə başlamışlar, saçlarını kəlbətinlə yolmağa başlamışlar. Polis əməkdaşları nə qədər işgəncə versələr də, baş verən hadisədən və saxlanılan 2 nəfər şəxsdən məlumatı olmadığı üçün məlumat verə bilməyəcəyini bildirmişdir. Polis əməkdaşlarının dediklərinə görə saxlanılan 2 nəfər şəxs onun baş verən hadisəyə aidiyyatının olduğunu bildirmişlər. Onu baş verənləri danışmadığı təqdirdə işgəncə verəcəkləri ilə təhdid etmişlər. O da baş verən hadisədən heç bir məlumatı olmadığını bildirmişdir. Polis əməkdaşları çaxmaqlı yandıran ilə qollarının dərisini ekspertin rəy verə bilməyəcəyi qədərində yandırmağa başlamışlar. 09:00-10:00 rədələrində onu yenidən yuxarı qaldırmışlar və qollarını bağlayıb döyməyə başlamışlar. O da nə qədər döyülsə də baş verən hadisədən xəbərinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları danışmadığına görə onu elektrik cərəyanına verməyi qərara almışlar və onu BMCMİ-nin MSY-yə aparmışlar. MSYdə onu alt paltarında su ilə sulamışlar və toka veriləcəyini bildirmişlər. Bir polis əməkdaşı veriləcək işgəncələrlə onun danışmayacağını bildirmişdir və onu yuxarı aparmışlar, orada onu Müzəffər müəllim qəbul etmişdir. Orada narkotiklə bağlı danışıqları olmamışdır. O, tutulandan bu günə kimi heç kimlə, saxlandığı təcridxanada, müstəntiqlə, şahidlərlə, ümumiyyətlə heç kimlə narkotik vasitə ilə bağlı heç bir danışığı olmamışdır. O, heç vaxt narkotik vasitə istifadə etməmiş və onun satışı ilə məşğul olmamışdır. Onlarla söhbətləri digər cinayət işi ilə bağlı getmişdir. Ona əgər narkotik vasitə ilə bağlı cinayət işini qəbul etməsə qardaşlarını tutub gətirəcəklərini demişlər. O, bunu qəbul edə bilməyəcəyini və ona ağır yük olacağını bildirmişdir. Ondan harada yaşadığını soruşanda ünvan 3 ünvanında tək yaşadığını bildirmişdir. Qardaşının evini soruşanda o da iki otaqlı evinin olduğunu bildirmişdir. Ona qardaşının evinə gediləcəyini, oradan 1 ədəd silah, 2 «limonka» və narkotik vasitə çıxaracağını bildirəndə qəbul etməyəcəyini qeyd etmişdir. Bundan sonra onu yenə işgəncə verməyə aparmışlar. 4 qram narkotik vasitə qoyacaqlarını, bu halla razılaşmağını, əks təqdirdə qardaşlarını tutacaqları ilə hədələmişlər, təhqir və söyüşlə təhdid etmişlər. O, bunların səbəbini soruşduqda ona prokurorluq tərəfindən rahat ifadənin alınması üçün burda saxlamalı olduqlarını bildirmişlər. X13 və Qasımov Əfqanın qaldıqları ünvanları soruşmuşlar. Sonra onlar yaşayan ünvanlardakı ərazi üzrə polis əməkdaşlarına zəng vuraraq göstəriş veriləndə qardaşlarını tutmaqları barədə danışmışlar. O da qardaşlarını tutmamalarını, 4 qram narkotik vasitənin üzərindən çıxdığını qəbul edəcəyini bildirmiş, sonra BMCMİ-də çəkiliş olmuş və narkotik vasitə istifadəçisi olduğunu səmimi etiraf etmişdir. O Naxçıvan Muxtar Respublikasına uçuş edən zaman saçı uzun, papaqsız, əynində qolsuz jilet olmuşdur. Ona işgəncə verdikdən sonra başqa paltarlar və papaq vermişlər ki, başındakı yara izləri bilinməsin. Çəkiliş zamanı narkotik vasitə istifadə etdiyini və qardaşıgildə qardaşının uşağının yatdığı çarpayının altında narkotik vasitəni gizlətdiyini səmimi etiraf etmişdir. Ümumiyyətlə o, qardaşıgildə son 10 ildə ayda bir dəfə uşaqları görmək üçün 1 saatlıq getmişdir, orada heç qalmamışdır. Maşın alveriylə məşğul olduğu üçün Naxçıvan Muxtar Respublikasına mütəmadi olaraq gedib gəlir. Həmin ev onun yaşayış yeri deyil. Bu hadisə xx.xx.2023-cü il tarixdə baş verməmişdir. Həmin tarixdə BMCMİ-də olmuş və orada ona işgəncə verilmişdir. Bu hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş, onlar xx.xx.2023-cü il tarixdə, saat 13:10-da BMCMİ-dən çıxmışlar. O, xx.xx.2023cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə BMCMİ-də olmuş və xx.xx.2023-cü il tarixdə bu hadisə baş vermişdir. Amma ittiham aktında qeyd olunmuşdur ki, 11 mart 2023-cü il tarixdə, saat 08:06-da qardaşının yaşadığı ünvandan narkotik vasitə çıxarılmışdır. İttiham aktında göstərilən vaxtda o, BMCMİ-də olmuşdur. Hətta həmin vaxtın səhəri günü də orada yazılan saatda o, BMCMİ-də olmuşdur. O, polis əməkdaşları ilə birlikdə qardaşının yaşadığı ünvana gəlmişdir. Qardaşının yaşadığı bina təhlükəsizlik tədbiri ilə tam təmin olunmuş binadır. Onlar iki maşın hardasa təxminən 8-9 nəfər olmuşlar. Onlar binanın mühafizəçisindən qardaşı Əfqan Qasımovun bu binada yaşadığını soruşmuşlar və ona təzyiq göstərərək yuxarı qalxmasını, onu oyatmasını, onların zənginə cavab vermədiklərini bildirmişlər. Mühafizəçidən kartı alıb qapını açmışlar, onlar evə qalxmışlar, içəri girmişlər və qardaşı ilə danışmağa başlamışlar. Ona da öncədən heç bir problem yaratmamağı, əgər problem yaransa qardaşını tutub aparacaqlarını bildirmişlər. O da, polis əməkdaşlarına qarşı heç bir problem yaratmayacağını, qardaşının da heç bir təzyiq göstərməyəcəyini və qoyulan narkotik vasitəni özü götürüb çıxacağını bildirmişdir. Polis əməkdaşları narkotik vasitəni qardaşı uşağının yatdığı otaqda hər hansısa yerə qoymuşlar və ona girib otaqdan narkotik vasitəni video çəkilişlə götürməyi demişlər. Qardaşının uşağı yatan otağa girmişlər, əvvəlcə orada narkotik vasitəni axtarıb tapa bilməmişdir. Otaqdan çıxmışlar, yataqdakı döşəyin altına qoyacaqlarını, ordan götürməli olduğunu bildirmişlər. Ona dövlət hesabına vəkil də təyin olunmuş və o vəkil də narkotik vasitəni döşəyin altında gizlətməkdə polislərə kömək etmişdir. Həmin otaq uşaq otağı olmuşdur. Əgər o, narkotik vasitə istifadəçisi olsaydı uşağın hər gün yerini düzəldən ailə üzvləri onu görüb götürərdilər, evə polislərin gəlib narkotik vasitəni aşkar etməsini gözləməzdilər. O, narkotik vasitəyə əl vurmamış, onun orada əl izi yoxdur. Döşəyin altına qoyulan narkotik vasitəni göstərmiş və polis əməkdaşları özləri narkotik vasitəni götürmüşlər. O, sadəcə olanlara gülmüş, bu videoçəkilişdə də görünür. Narkotik vasitəni ordan götürüb evdən çıxmışlar və onu Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə həbs qətimkan tədbirinin seçilməsi üçün aparmışlar. Ona edilən təzyiqlərlə bağlı məhkəmədə nəsə deyəcəyi təqdirdə qardaşlarının tutulacağını demişlər. Onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onu təcridxanaya aparmamışlar, BMCMİ-nə gətirmişlər. Ertəsi gün axşam saat 08:00-da onu təcridxanaya aparmışlar və orada 15 dəqiqə qalmışdır. Səhv etmirsə ayın 13-ü ya da 14-ü idi, onu təcridxanaya qəbul etməmişlər. O, birdə ora ayın 18-i getmişdir. Prokuror ifadəsini alacağı üçün onu təcridxanaya qəbul etməmişlər. O, onlara atasının uzun illər dövlət qulluqçusu olduğunu və cənab Prezidentə, prokurorluğa şikayətlər edəcəyini bildirmiş, onlar da öz dediklərinin olacaqlarını bildirmişlər. Səhəri gün valideyininin ona Müdafiəçi2 vəkil tutduğunu öyrənmişdir. Müdafiəçi2 8-9 ildir tanıyır, vəkillikdən əlavə də münasibətləri olmuşdur. Orada rəis onu qəbul etmiş və vəkildən imtina etməyini bildirmişdir. O da bu vəkilin onun valideyininin tutduğunu, imtina etmək istəmədiyini bildirmişdir. Ona buna görə təzyiqlər göstərmiş və bir gün vəkildən imtina etməyi üçün onu döymüşlər. Müdafiəçi2 və digər vəkilə onun adından imtina yazmışlar. Sonra məhkəməyə sanksiya üçün aparmışlar, orada vəkildən imtina etdiyini bildirmişdir. Bakı Apellyasiyaya Məhkəməsinə aparanda da, vəsatətdən və vəkildən imtina etməyini bildirmişlər. Onunla narkotik vasitə ilə bağlı bu günə kimi heç kim heç nə danışmamışdır. Döyülmə faktı ilə də bağlı o, prokurorluğa şikayət yazmışdır. Prokurorluq onunla heç nə danışmamış, heç bir yoxlanış aparmadan, ekspert rəyi olmadan yazılı şəkildə məlumat göndərmişlər. Ona bu qədər işgəncə olmuşdur, ekspert buna rəy vermir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, tutulduğu vaxta qədər heç bir narkotik vasitə istifadə etməmişdir. Tutulandan sonra narkoloji ekspertizadan keçmiş, analizin cavabı ilə tanış olmuşdur. Analizin cavabının müsbət olması barədə ancaq saxta olmasını deyə bilər. Polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmış və xəsarətləri də olmuşdur. BİT-də xəsarətlərini bildirsə də qeydiyyata almamışlar. BİT-də bildirmişlər ki, saçlarının və qollarının tüklərinin tökülməsi təbii haldır, heç bir işgəcənin nəticəsi deyil. İbtidai istintaq zamanı hüquqlarını müdafiə etmək üçün ilk dəfə Müdafiəçi2la müqavilə bağlamışdır. İşgəncələr nəticəsində Müdafiəçi2 imtina etmişdir. Qardaşı və atası ilə hədələndiyi üçün ona verilən işgəncələr barəsində BİT-ə daxil olan vaxt heç kimə heç nə danışmamışdır. O, bu müddət ərzində BNMİ-də olmuş, təcridxanaya getməmişdir. Təcridxanaya ayın xx.xx.2023-cü il tarixdə 15 dəqiqəlik gedib qayıtmışdır. Məhkəmə prosesi başa çatdıqdan sonra onu BİT-ə aparmışlar, sonra zərurət yarandığını bildirərək onu yenidən BMCMİ-yə geri qaytarmışlar. Təcridxanaya 2-ci dəfə getdikdən sonra o, istintaq orqanının dedikləri ilə razılaşmamışdır. Birincə dəfə o, BİT-də 15 dəqiqə qalmışdır. O, tutulduğu cinayət işi ilə bağlı may ayında yenidən dindirilmişdir. Ona narkotik maddə ilə bağlı sualları sadəcə hazırkı məhkəmə iclaslarında vermişlər. Müstəntiq və başqalarının ona sualları digər cinayət işi ilə bağlı olmuşdur. Narkotik maddə ilə bağlı sonuncular ondan heç nə soruşmamışlar. İstintaqın sonuna doğru müdafiəçisi Müdafiəçi1 olmuşdur. BİT-də daxil olduqdan sonra etiraz etməyə başlamışdır. BİT-ə daxil olduqdan sonra hər-hansı hədənin olacağından çəkinməmişdir, çünki polis əməkdaşlarının məqsədləri onu tutmaq olmuş, o da artıq tutulmuşdur. Tutulandan sonra yenə də ailə üzvlərinin tutulmaqları ilə hədələsələr də, artıq sonuncuların tutulmalarına etirazı olmamışdır. O, deyilənlərin nəzərə alınaraq barəsində ədalətin bərqərar olmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub qazanc əldə edir. Təxminən bir neçə ildir ki, narkotik vasitənin psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. Onlardan istifadə etdiyi bir çox növünü tanıyır. 2023-cü ilın fevral ayının sonlarında yaşadığı evin yaxınlığında gəzərkən yerdə 04 ədəd sellofan bükümdə nəyinsə olduğunu görmüşdür. Həmin maddələr şəffaf olduğu üçün marağını çəkmişdir. Buna görə həmin sellofanları əlinə götürmüşdür. Onlara baxanda görmüşdür ki, içərisində patı kimi tanıdığı psixotrop maddə metamifetamin vardır. O, psixotrop maddə metamfetamindən istifadə etdiyi üçün üzərinə götürmüşdür ki, istifadə edər. Daha sonra həmin metamfetamini daşımağın təhlükəli olduğunu düşündüyü üçün yaşadığı ünvana gətirmişdir. Heç kimin xəbəri olmadan onu yatdığı otaqda çarpayının yuxarı baş hissəsində döşəyi qaldırıb onun altına qoymuşdur. Çünki bilmişdir ki, onun yatdığı otağa kimsə baxmayacaq və həmin psixotrop maddələri görməyəcəkdir. Lakin tapdığı psixotrop maddədən istifadə etməmişdir. 10 mart 2023-cü il tarixdə Naxçıvan istiqamətinə təyyarə ilə getmişdir. Həmin gün 17:50-də X19 olduğu zaman ona Naxçıvan Muxtar Respublikasının DİN-in X8 Polis Şöbəsinin əməkdaşları yaxınlaşıb Bakı şəhərinə geri dönməyinin zəruriliyini bildirmişlər. O, təyyarə ilə Bakı şəhərinə Naxçıvan Muxtar Respublikasının DİN-in əməkdaşının müşayəti altında geri dönmüşdür. Onu Bakı X12 bir neçə mülki geyimdə olan şəxs qarşılayıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Baş İdarəyə gəlmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üstündə narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib, üzərində saxladığı qara rəngli dəri çantanın içərisindən qol saatını, 01 ədəd ətir qabını, sürücülük vəsiqəsini, özünə məxsus pasportunu, əynində olan şalvarının sağ arxa cibindən “İphone” markalı mobil telefonu, həmin şalvarının sol yan cibindən 20 manat pulu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon və pasport polis əməkdaşı tərəfindən götürülmüşdür. Eyni zamanda aşkar edilmiş qol saatı, sürücülük vəsiqəsi, 01 ədəd ətir qabı və 20 manat pul ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, yaşadığı ünvan 2 ünvanında özünün istifadəsində olan yataq otağında psixotrop maddə metamfetamin gizlədib saxladığını, həmin ünvana gediləcəyi halda, psixotrop maddəni təqdim edə biləcəyini və bununla bağlı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra üzərinə keçirilən şəxsi axtarış prosesi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Gecə şəraiti olduğu üçün yaşadığı ünvana baxış keçirilməsi gündüz vaxtı həyata keçirilmişdir. Buna görə də 11 mart 2023-cü il tarixdə, səhər saatlarında müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 4 ünvanına yollanmışlar. Yaşadığı ünvanın qarşısına çatdıqdan sonra ona təklif edilmişdir ki, yaşadığı ünvanda qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etsin. Bu təklifdən sonra o, yaşadığı ünvanda yataq otağında psixotrop maddə mətamfetamin olduğunu bildirib yaşadığı ünvanın giriş qapısını döymüşdür. Qapını qardaşı Əfqan açmışdır. Həmin şəxsə polis əməkdaşları özlərini təqdim etmişlər. Qardaşı özünü təqdim edib X17 olduğunu, onun qardaşı olduğunu bildirmişdir. Əfqan Qasımova barəsində olan şübhənin mahiyyəti və mənzilə baxış keçiniməsinin zəruriliyi barədə məlumat verilmişdir. Əfqan Qasımov mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirib bu barədə yazılı ərizə təqdim etmişdir. Bundan sonra o, Əfqan Qasımov və digər işitrakçılarla birlikdə mənzilə daxil olmuşlar. O, mənzilin giriş qapısı ilə üzbəüz olan otağa işitrakçıları dəvət edib həmin otaqda olan çarpayının yuxarı baş hissəsində döşəyi qaldırmışdır və döşəyin altında olan 04 ədəd sellofan bükümü göstərib içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. 04 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində psixotrop maddə metamfetamin olması aşkar edildi. Daha sonra 04 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Bundan sonra mənzilə baxış davam etdirilərkən hər hansı qanunsuz əşya və predmet aşkar edilmədi. Şifahi sorğu zamanı aşkar edilmiş psixotrop maddə metamfetamini 20 gün əvvəl Nərimanov rayonu ərazisində yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə gizlədib saxladığını, aşkar edilmiş psixotrop maddə metamfetamindən qardaşı Əfqan Qasımovun məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Əfqan Qasımov onun bildirdiklərini təsdiq edərək qardaşı olduğunu, yataq otağından aşkar edilmiş maddələrdən məlumatının olmadığını bildirmişdir. Daha sonra baxış qurtardı, videoçəkiliş dayandırıldı, protokol tərtib edildi, ucadan oxundu, düzgün tərtib edildiyi üçün o, həmin protokolu imzalamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə və psxiotrop maddə istifadə edəndir. Lakin satışını həyata keçirmir. O, bundan başqa heç bir cinayət əməlini törətməmişdir. Bu barədə heç kimin məlumatı olmamışdır. O, ***-******* saylı mobil nömrədən istifadə edir. Bundan başqa onun mobil nömrəsi olmamışdır. Ona heç bir formada təzyiq olunmamışdır. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və psixi dispanserdə qeydiyyatda olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ona xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə Baş İdarə rəhbərliyinə məruzə olunmuş və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Naxçıvan istiqamətində Bakı şəhərini tərk etdiyini müəyyən etmişlər. Əldə olunmuş məlumatı Baş İdarə rəhbərliyinə məruzə etdikdən sonra Baş İdarə rəhbərliyi ilə Təqsirləndirilən şəxs saxlanılması barədə DİN-nin X8 Polis Şöbəsinə məlumat verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, axşam saat 18:00 radələrində Naxçıvan MR-in X12 saxlanılaraq növbəti uçuşla Bakı şəhərinə gətirilərək onlara təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Baş İdarəyə gətirib təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparan zaman sonuncunun üzərindən özünə məxsus telefon və əşyalar aşkar olunmuşdur. Aşkar olunan telefon tərəflərindən götürülmüşdür, digər əşyalar özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs suala cavab olaraq yaşadığı evdə, yatdığı çarpayıda döşəyin altında narkotik vasitə metamfetaminin olduğunu etiraf etmişdir. Gec olduğu üçün Təqsirləndirilən şəxs Azərbaycan Respiblikası Təhsil Nazirliyinin yanında yerləşən yeni tikili binadakı yaşadığı evə səhər saat 08:00-09:00 radələrində baxış keçirtməyə getmişlər. Həmin vaxt Əfqan adlı qardaşı da orda olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə yatdığı otaqda çarpayıda döşəyin altındakı narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığını və lazım olanda istifadə edəcəyini bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, keçirilmiş əməliyyataxtarış tədbirlərinin nəticəsində E.X14 Respublikasının ərazisində olduğu müəyyən olunduğundan BMCMİ-nin rəhbərliyi tərəfindən sonuncunun X19 saxlanılmasına göstəriş verilmişdir. Təqsirləndirilən şəxs X19 hansı formada saxlanılmasını bilmir. X19 saxlanılması barədə lazımi tədbirlər BMCMİ-nin rəhbərliyi tərəfindən həyata keçirilmişdir. E.X24 adına Hava Limanında onlar təhvil götürmüşlər. BMCMİ-yə təxminən, gecə 01:00- 02:00 radələrində çatmışlar. Təqsirləndirilən şəxs yaşadığı evə isə səhər radələrində 08:00-09:00 radələrində baxış keçirtmişlər. Baş verənlər gecə saatlarında olduğu üçün təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evdəki şəxsləri narahat etməmək üçün evə baxışı səhər radələrində aparmağı qərara almışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman heç bir narazılıq bildirməmişdir. E.X24 adına Hava limanında təhvil alanda nə üçün onu saxladıqlarını başa salmışlar və saxlanılması barədə qərarı özünə təqdim etmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bildirilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq yaşadığı evdə narkotik vasitənin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə hansı ünvanda yaşamağını özü bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə qardaşının icazəsi ilə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evə 3 nəfər əməliyyat qrupunun üzvləri, müdafiəçi və təhqiqatçı daxil olmuşlar. Təhqiqatçı Təqsirləndirilən şəxs qardaşından evə daxil olmaqlarına etiraz etməməsi barədə ərizə aldıqdan sonra daxil olmuşlar. Təqsirləndirilən şəxs özü qardaşı uşağının otağında yatdığı çarpayıdakı döşəyin altındakı narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs qardaşı evə keçirilən baxışda iştirak etmiş və narkotik vasitənin aşkar olunduğunu görmüş, hətta narkotik vasitənin qablaşdırılmasında da iştirak etmişdir. Təqsirləndirilən şəxs evdə aşkar olunan narkotik vasitədən qardaşının xəbəri olmadığını bildirmişdir. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq və ya işgəncə göstərilməmişdir. Vəkilin kim olması yadında deyil. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs özü hansı otaqda yatdığını göstərmişdir. Təqsirləndirilən şəxs yatdığı otaq uşaq otağına oxşamışdır. Təqsirləndirilən şəxs onlara gecə saat 02:00 radələrində təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış Heydər Əliyev adına Hava Limanında BMCMİ-yə gələn kimi aparılmışdır. Təqsirləndirilən şəxs sərbəst müdafiəçi seçməsi üçün siyahı təqdim edilmişdir. Seçilmiş müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki geyimi xatırlamasa da, təxminən, yadında əynində qara rəngli qış paltarının olduğunu deyə bilər. Təhqiqatçı baş verənlərin gecə saatlarında olduğundan ünvanda yaşayanları narahat etməmək üçün Təqsirləndirilən şəxs yaşadığı evə səhər saatlarında getməklərinə qərar vermişdir. E.X20 adına Hava Limanına hansı reyslə gətirildiyini bilmir. Ümumiyyətlə, o, bu günə qədər Naçıvan Muxtar Respublikasına gedib gəlməmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getməmiş və həmin ünvana yaxın heç bir ət dükanında olmamışdır. Ümumiyyətlə, BMCMİ ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan arasındakı məsafə 100-200 metr olar. Təqsirləndirilən şəxs yaşadığı evə xx.xx.2023-cü il tarixdə, saat 08:00-09:00 radələrində baxış keçirtmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. O, DİN-nin BMCMİ-nin Kriminal Qruplaşmalara qarşı Mübarizə İdarəsində çalışır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Naxçıvan MR-in X12 saxlanılaraq Heydər Əliyev adına Hava Limanında BMCMİ-nin əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs təhvil aldıqdan sonra BMCMİ-yə gətirmişlər. BMCMİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Lakin Təqsirləndirilən şəxs özü Bakı şəhəri, Nərimanov rayonunda yerləşən yaşadığı evdə narkotik vasitə metamfetaminin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirtməklərinə etirazı olmadığını bildirdikdən sonra, səhər saat 08:00 radələrində sonuncunun yaşadığı evə baxış keçirtməyə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman şəffaf sellofanda 4 büküm narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Narkotik vasitə aşkar olunub tərəflərindən qablaşdırılmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşlarına 01:00 radələrində təhvil verilmişdir. E.X20 adına Hava Limanından BMCMİ-yə gətirilməsi, müdafiəçinin təyin olunması, müdafiəçi ilə saxlanılan şəxsin konfidensial əlaqə saxlaması kimi hallar müəyyən vaxt tələb etdiyindən şəxsi axtarışın hansı saatda aparıldığını dəqiq bilmir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs onlara qarşı heç bir narazılığı olmamışdır. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir psixoloji təzyiq olmamışdır. Təqsirləndirilən şəxs özü evə daxil olan zaman yatdığı çarpayıda döşəyin altında saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman qardaşı Əfqanda orda olmuşdur. Evə baxış keçirməyə gedəndə qapını döyərkən qardaşı Əfqan açmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçiriləndən əvvəl əməliyyat qrupunun üzvləri həmin ünvanda olmamışlar. E.X24 adına Hava Limanında 3 nəfər təhvil almışlar. Təqsirləndirilən şəxs o, Şahid1 və Şahid3 təhvil almışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan vaxtı tam dəqiq bilmir. Təqsirləndirilən şəxs yaşadığı evə xx.xx.2023-cü il tarixdə, saat 08:00 radələrində getmişlər. Təqsirləndirilən şəxs onlara təhvil verilərkən əynində qara rəngli dəri çantası olmuşdur. Təqsirləndirilən şəxs onlara təhvil verilən zaman əynindəki geyimi yadında deyil. Təqsirləndirilən şəxs yaşadığı evə təhqiqatçı, müdafiəçi, 3 nəfər əməliyyat qrupunun üzvləri və Təqsirləndirilən şəxs getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə 2 avtomobillə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə avtomobilin birində 3 nəfər əməliyyat qrupun üzvləri və Təqsirləndirilən şəxs getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdən 4 büküm narkotik vasitə aşkar olunmuşdur. Heydər Əliyev adına Hava Limanına gedərkən və qayıdarkən şəxsi telefonunun üzərində olması yadında deyil. Təqsirləndirilən şəxs Bakıya hansı reyslə gətirildiyini tam dəqiq bilmir, amma 01:00-02:00 radələrində onlara təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılması barədə heç bir mətbuata xəbər verməmişlər. Mətbuata məlumat Təqsirləndirilən şəxs onlara təhvil verilməzdən qabaq X19 saxlanıldığı vaxt verilə bilər. Təqsirləndirilən şəxs yaşadığı evin 2 və ya 3 otağı olmuşdur. Təqsirləndirilən şəxs özü yaşadığı evdə narkotik vasitənin olduğunu bildirmişdir. Bu səbəbdən də, digər bir ünvanda və ya avtomobildə narkotik vasitənin olması ilə bağlı axtarış aparmamışlar. Təqsirləndirilən şəxs avtomobili olub-olmaması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs yaşadığı ünvana girərkən həyətin şlaqbaumu və binanın çöl qapısı açıq olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzilə liftlə qalxarkən liftin necə işə salınması yadında deyil. Təqsirləndirilən şəxs yaşadığı evə qalxanda polis əməkdaşlarından və Təqsirləndirilən şəxs başda digər şəxs olmamışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılmışdır. BMCMİ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Nərimanov rayonu, Dəmirçizadə küçəsində yerləşən yaşadığı evə baxış keçirilən zaman sonuncunun yaşadığı evdən 4 büküm narkotik vasitə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, məlumat qrup rəhbəri Şahid1 daxil olduğundan daxil olmuş məlumatın məzmununda Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasının bildirildiyini deyə bilər. Təqsirləndirilən şəxs təhvil aldıqları zaman heç bir narazılıq bildirməmişdir. Qrup rəhbəri Şahid1 Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi barədə konkret nə dediyini dəqiq bilmir. E.X25 adına Hava Limanında onlara 01:00-02:00 rədələrində təhvil verilmişdir. Təqsirləndirilən şəxs təhvil aldıqdan sonra BMCM-yə gəlmişlər. Müdafiəçi təyin olunduqdan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. BMCMİ-də Təqsirləndirilən şəxs nəyisə boynuna götürməyə məcbur edilmə halı olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə səhər saat 08:00-09:00 radələrində baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməyə birlikdə avtomobilin birində getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döydükdən sonra qardaşının evə daxil olmaqları ilə bağlı etirazı olmaması barədə ərizəyə qol çəkdikdən sonra daxil olub baxış keçirtmişlər. Təqsirləndirilən şəxs və qardaşının evə baxış keçirtməklərinə heç bir narazılıqları olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. E.X20 adına Hava Limanında onlara təhvil verilmə saatı tam dəqiq yadında deyil. Təqsirləndirilən şəxs təhvil alınmasında o, Şahid2 və Şahid1 iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərində dəri çanta olmasını xatırlayır, amma tam əynində nə olduğunu dəqiq bilmir. Təqsirləndirilən şəxs saxlanıldığı gün hava soyuq olduğu üçün sonuncunun əynində qısa köynək olmağını ehtimal etmir. Təqsirləndirilən şəxs başında papaq olmasını xatırlamır. BMCMİ-də Kriminal Qruplaşmalara qarşı Mübarizə İdarəsində çalışır. BMCMİ-də Narkotiklərlə Mübarizə İdarəsi yoxdur. Təqsirləndirilən şəxs yaşadığı evə səhər radələrində baxış keçirtmək qrup rəhbəri Şahid1 tərəfindən tənzimlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirtməyə avtomobilin birində Şahid2, Şahid1, o və Təqsirləndirilən şəxs getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə 1 avtomobildə əməliyyat qrupun üzvləri və Təqsirləndirilən şəxs getmişlər, 2-ci avtomobildə isə müdafiəçi ilə təhqiqatçı getmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, səhər radələrində yuxudan oyananda qardaşının saxlanılması ilə bağlı ailəvi tanışları olan Müdafiəçi2la müqavilə bağlamağa getmiş, müqavilə bağlayıb qayıtdıqdan sonra yaşadığı ünvana gəlmişdir. Yaşadığı evin həyətinə daxil olanda binanın komendatına onu axtaran olduğu təqdirdə yaşadığı evə qalxmalarına icazə verməməsini bildirmiş, çünki evdə öz övladı və qardaşının uşaqları olmuşdur. Lazım olduğu təqdirdə domafon vasitəsi ilə onunla əlaqə saxlamaqlarını tapşırmışdır. Yaşadığı evə qalxdıqdan 1-2 saat sonra komendant domafon vasitəsi ilə onunla əlaqə saxlayıb kimlərinsə gəldiyini bildirmişdir. O da aşağı düşüb polis əməkdaşlarının gəldiyini görmüş və sonuncularla söhbət etməyə başlamışdır. Söhbət zamanı polis əməkdaşları onun yaşadığı evə qalxıb narkotik vasitə qoyacaqlarını və qardaşı Elvinlə birgə çəkilişlə gəlib qoyulan narkotik vasitəni götürəcəklərini bildirmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, Müdafiəçi2la xx.xx.2023-cü il tarixdə müqavilə bağlamışdır. X10 saxlanılmasını elə həmin gündə bilmişdir. Naxçıvan MR-in X7rdaşı Elvini qarşılayacaq dostu sonuncunun Bakıdan gələn şəxslərin arasında olmadığını bildirdikdən sonra Elvinin saxlanıldığını bilmişdir. Müdafiəçi2la qardaşı Elvinin saxlanılmasını bildiyi gündən sonrası gün xx.xx.2023-cü il tarixdə müqavilə bağlamışdır. Qardaşı Elvinin özünə məxsus şəxsi evi var. Polis əməkdaşları yaşadığı evə gələn günü komendant onu aşağı çağırmışdır. Polis əməkdaşları ilə ilk dəfə yuxarı qalxanda qardaşı Elvin olmamışdır. Qardaşı Elvin 2-ci dəfə polis əməkdaşları çəkilişlə gələndə gəlmişdir. Qardaşı Elvinin başındakı papaq baş, üz nahiyəsini örtdüyü üçün qardaşının xəsarət alıb-almadığını görməmişdir. Qardaşı Elvin ümumiyyətlə, onlara gəlmir və onlarda qalmır. Polis əməkdaşları Elvinlə birgə yaşadığı evə daxil olanda Elvinlə və heç kimlə baş verənlərlə bağlı ünsiyyəti olmamışdır. Baş verən hadisə kimi hallar ailəsində çox baş verdiyi üçün polis əməkdaşları ilə razılaşmışdır. Polis əməkdaşları onu da tutmaqları və idarəyə aparıb gətirməkləri ilə təhdid etdikləri üçün, Elvin kimi döyülməməyi üçün deyilənlərlə razılaşmışdır. Qardaşı Elvin ümumiyyətlə, ona məxsus evdə yaşamır və yaşamadığı üçün də ona məxsus mənzildən Elvinə məxsus narkotik vasitə aşkar oluna bilməzdi. Evə daxil olan polis əməkdaşlarının hamısı uca boylu olduqları üçün Elvin aralarında görsənməmişdir. Elvin ilə əlaqə saxlamağa şərait olmadığından sonuncu ilə əlaqə saxlamağa cəhd göstərməmişdir. O, CM-nin 234.1-ci maddəsi ilə 5 ay 1 həftə azadlıqdan məhrum edilmişdir. Polis əməkdaşları otağa baxış keçirilən zaman otaqla üzbəüz divanda oturub baş verənlərə kənardan baxmışdır. Baş verən hadisələrlə bağlı o, deyil, atası lazımi qurumlara şikayətlər etmişdir. O, edəcəyi şikayətlərin xeyrinin olmayacağı üçün şikayətlər etməmişdir. Polis əməkdaşları yaşadığı evə təxminən günorta radələrində gəlmişlər. Yaşadığı evin həyəti təhlükəsizlik kameraları ilə təchiz olunmuşdur. Yaşadığı mənzilin girişində özünə məxsus təhlükəsizlik kamerası yoxdur. Polis əməkdaşları gələn vaxt evdə qızı, oğlu və qardaşının oğlu var idi. Bu hadisədən də əvvəl rəhmətlik qardaşını da bu formada onun mənzilinə gətirmişlər. O, məhkəmədə adam döymürlər deyə baş verən hadisələri olduğu kimi sərbəst danışa bilir. Baş verən hadislərlə bağlı şikayət etmək üçün lazımi savadı olmadığı üçün atası müvafiq qurumlara şikayətlər vermişdir. Polis əməkdaşları 1-ci dəfə evə qalxanda olacaqların nə cür baş verəcəklərini planlaşdırdıqdan sonra 2-ci dəfə Elvinlə birgə qalxıb video çəkilişlə planlaşdırdıqları kimi etmişlər. Hadisə baş verən ərəfədə mobil telefonu üzərində olmuş, amma polis əməkdaşları söndürməyi tapşırdıqları üçün mobil telefonunu söndürmüşdür. Polis əməkdaşlarının uşaqların yataq otağına nəyinsə gətirib qoyduqlarını görmüşdür. Polis əməkdaşları video çəkilişi istədikləri vaxt dayandırıb yenidən davam etmişlər. Uşaqların yataq otağına narkotik vasitə qoyan şəxsi üzdən görsə tanımaz. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 12-xx.xx.2023-cü il tarixdə komendantı olduğu binada bir nəfər şəxsin ad günü məclisi qeyd olunurdu. Həmin məclislə bağlı ona tort vermişlər. Xidməti otağında tort yediyi vaxt 2 nəfər şəxs yaxınlaşaraq ondan Əfqan Qasımovun harda qalmasını və binanın neçə çıxışının olmasını soruşmuşlar. O da həmin şəxslərə Ə.Qasımovun 19-cu mərtəbədə 81-ci mənzildə yaşadığını və binanın yalnız 1 çıxışının olduğunu bildirmişdir. Bir müddət keçdikdən sonra 1 ədəd ağ rəngli “Hyundai” markalı və 1 ədəd səhv etmirsə “Toyota Camry” markalı avtomobil həyətə yaxınlaşmışdır. Avtomobillərdən 7 nəfər şəxs düşmüşdür. 1-ci gələn şəxslərdən biri onu yanına çağıraraq gələn şəxslərin binaya daxil olmaqlarına şərait yaramağını istəmişlər. Lakin o, həmin şəxsləri içəri buraxa bilməyəcəyini, Ə.Qasımovu ancaq domafon vasitəsi ilə çağıra biləcəyini başa salmışdır. Domafon vasitəsi ilə Ə.Qasımovla əlaqə saxlamış və aşağıda sonuncunu gözləyənlərin olduğunu bildirmişdir. Ə.Qasımov aşağı düşüb gələn şəxslərlə söhbət etdikdən sonra yuxarı qalxmışlar. 1 saatdan sonra başqa bir avtomobillə Təqsirləndirilən şəxs gətirmişlər. Elvin maşından düşəndə başı qırxılmış formada idi, sonra isə başına papaq geyindirmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs yuxarı qaldırmışlar. 40 dəqiqədən sonra isə gələn şəxslərin hamısı düşüb, çıxıb getmişlər. Həmin günü başqa bir şəxs axşam avtomobilinin rənginin cızılması ilə bağlı ona müraciət etmişdir. Təhlükəsizlik kameralarına baxdıqda video görüntülərin silindiyini görmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, təhlükəsizlik kameralarının yaddaş hissəsi onun xidməti otağında olmuşdur. Gələn şəxslər onu xidməti otağından çölə çıxartmışlar. Hadisə baş verən günü ona ilk öncə 2 nəfər şəxs yaxınlaşmışdır. Sonra isə 2 ədəd avtomobil həyətin giriş hissəsinə yaxınlaşmışdır. Avtomobillə gələn şəxsləri binaya daxil olmağa icazə verməmişdir. Təqsirləndirilən şəxs gətirəndə gələn şəxsləri binaya o, buraxmışdır. Hadisə səhv etmirsə 2023-cü ilin mart ayının 12 və ya 13-ü günü baş vermişdir. Hadisə günü ona yaxınlaşan 2 nəfərin gəlişlərindən 40 dəq sonra 2 ədəd avtomobil gəlmişdir. Təqsirləndirilən şəxs təxminən 11:00 radələrində başqa bir avtomobillə gətirmişlər. Hadisə baş verən binada işlədiyi müddətdə təhlükəsizlik kamera görüntülərin öz-özünə silinmə halı ilə rastlaşmamışdır. Hadisənin tam hansı gündə baş verdiyi yadında deyil, amma səhər saat 09:00 radələrində baş verdiyini bilir. Hadisə günü tanımadığı şəxslərin kim olduqlarını bilməmişdir. Hadisə baş verən binada komendant vəzifəsində çalışır. Komendant vəzifəsində işləməyi ilə bağlı əmək müqaviləsi yoxdur. Hadisə baş verən binada qanuni komendant işləyir. Ümumiyyətlə, əmək müqaviləsi dediyiniz sözün nə olduğunu bilmir. Ayda 950 manat maaş alır. Gələn şəxslər binadan düşəndən sonra polis əməkdaşları olduqlarını bildiyi üçüm təhlükəsizlik kameralarının kodunu sonunculara vermişdir. Təhlükəsizlik kamerasında yaddaşın silinməsi ilə bağlı binanın müdriyyətinə məlumat verməmişdir. Məhz gələn şəxslərin təhlükəsizlik kameraların görüntülərin silməsini görməmişdir. Həmin günü Təqsirləndirilən şəxs gətirəndə başındakı papaq yarım taxılı olduğu üçün başının qırxıldığını görmüşdür. Ərazidə baş verən hadisələrlə bağlı teztez polis əməkdaşları yaxınlaşıb təhlükəsizlik kameralarından istifadə etdikləri üçün hadisə baş verən günü də gələn şəxslərin polis əməkdaşları olduqları üçün təhlükəsizlik kameralarının kodunu vermişdir. Təhlükəsizlik kameraların görüntülərin öz-özünə silinməsi ola bilməz. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək özündə və yaşadığı ünvanda saxlaması, daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhərini Hava Nəqliyyatı vasitəsi ilə Naxçıvan Muxtar Respublikası istiqamətində tərk etdiyi müəyyən edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs törədilmiş və ya törədilməsi ehtimal edilən cinayət əməllərinin ifadə edilməsi məqsədi ilə saxlanılması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün DİN-in X8 Polis Şöbəsinə müraciət edilmişdir. DİN-in X8 Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:50-də Naxçıvan Muxtar Respublikasının X12 saxlanılaraq Bakı şəhərinə gətirilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 01:10-da Təqsirləndirilən şəxs DİN-in X8 Polis Şöbəsinin əməkdaşları tərəfindən BMCMİnin əməkdaşlarına təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib, üzərində saxladığı qara rəngli dəri çantanın içərisindən qol saatını, 01 ədəd ətir qabını, sürücülük vəsiqəsini, özünə məxsus pasportunu, əynində olan şalvarının sağ arxa cibindən “İphone” markalı mobil telefonu, həmin şalvarının sol yan cibindən 20 manat pulu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən başqa əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon və pasport götürülmüşdür. Eyni zamanda aşkar edilmiş qol saatı, sürücülük vəsiqəsi, 01 ədəd ətir qabı və 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında özünün istifadəsində olan yataq otağında psixotrop maddə metamfetamin gizlədib saxladığını, həmin ünvana gediləcəyi halda, psixotrop maddəni təqdim edə biləcəyini və bununla bağlı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, o həmin protokola imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələrin və ya psixotrop maddələrin, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və ya predmetlərin müəyyən edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 08:05 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına gəlmişdir. Həmin mənzil ünvan 6 ünvanında 19 mərtəbəli yaşayış binasının 19-cu mərtəbəsində yerləşən 81 saylı mənzildir. Həmin mənzilə xx.xx.2023-cü il tarixdə, saat 08:06 dəqiqədən etibarən baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda yataq otağında psixotrop maddə metamfetamin olduğunu bildirib yaşadığı ünvanın giriş qapısını döymüşdür. Qapını kişi cinsidən olan şəxs açmışdır. Həmin şəxsə özlərini təqdim etmişdir. Həmin şəxs özünü təqdim edib X18 olduğunu, Təqsirləndirilən şəxs qardaşı olduğunu bildirmişdir. X26 Qasımov barədə olan şübhənin mahiyyəti və mənzilə baxış keçirilməsinin zəruriliyi barədə məlumat verilmişdir. Əfqan Qasımov mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirib bu barədə yazılı ərizə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi, Əfqan Qasımov və digər işitrakçılarla birlikdə mənzilə daxil olmuşdur. Təqsirləndirilən şəxs mənzilin giriş qapısı ilə üzəbəüz olan otağa iştirakçıları dəvət edib həmin otaqda olan çarpayının yuxarı baş hissəsində döşəyi qaldırmış və döşəyin altında olan 04 ədəd sellofan bükümü göstərib içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. 04 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr olması aşkar edilmişdir. Daha sonra 04 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra mənzilə baxış davam etdirilərkən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini 20 gün əvvəl Nərimanov rayonu ərazisində yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə gizlədib saxladığını, aşkar edilmiş psixotrop maddə metamfetamindən qardaşı Əfqan Qasımovun məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Əfqan Qasımov Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək onun qardaşı olduğunu, Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrdən məlumatının olmadığını bildirmişdir. Daha sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid3, Şahid2 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Elvin” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə edərək özündə və yaşadığı ünvanda saxlaması, daşıması və gəzdirməsi bildirilmişdir. (İ cild, i.v. 3) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə edərək özündə və yaşadığı ünvanda saxlaması, daşıması və gəzdirməsi ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild, i.v. 4-5) xx.xx.2023-cü il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:10-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 10 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri saxlama, daşıma və gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 17:50-də Naxçıvan Muxtar Respublikasının X12 Naxçıvan Muxtar Respublikası DİN-in X8 Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb xx.xx.2023-cü il tarixdə, saat 01:10-da Bakı şəhərinə gətirilərək X12 BMCMİ-nin əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 17:50-dən tutulmuş hesab edilmişdir. (İ cild,i.v. 22) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, üzərində saxladığı qara rəngli dəri çantanın içərisindən qol saatını, 01 ədəd ətir qabını, sürücülük vəsiqəsini, özünə məxsus pasportunu, əynində olan şalvarının sağ arxa cibindən “İphone” markalı mobil telefonu, həmin şalvarının sol yan cibindən 20 manat pulu çıxardıb masanın üzərinə qoymuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında özünün istifadəsində olan yataq otağında psixotrop maddə metamfetamin gizlədib saxladığını, həmin ünvana gedəcəyi halda psixotrop maddəni təqdim edə biləcəyini və bununla bağlı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. (İ cild,i.v. 32-35). xx.xx.2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra yaşadığı ünvanda yataq otağında psixotrop maddə metamfetamin olduğunu bildirib yaşadığı ünvanın giriş qapısını döymüş, qapını qardaşı Əfqan açmış, Təqsirləndirilən şəxs, Əfqan Qasımov və digər işitrakçılarla birlikdə mənzilə daxil olmuşlar, Təqsirləndirilən şəxs mənzilin giriş qapısı ilə üzbəüz olan otağa işitrakçıları dəvət edib həmin otaqda olan çarpayının yuxarı baş hissəsində döşəyi qaldırmış və döşəyin altında olan 04 ədəd sellofan bükümü göstərib içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. 04 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində psixotrop maddə metamfetamə oxşar maddələr olması aşkar edilmiş, şifahi sorğu zamanı aşkar edilmiş psixotrop maddə metamfetamini 20 gün əvvəl Nərimanov rayonu ərazisində yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə gizlədib saxladığını, aşkar edilmiş psixotrop maddə metamfetamindən qardaşı Əfqan Qasımovun məlumatının olmadığını bildirmişdir. (İ cild,i.v. 40-42). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1516 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N6” möhür əksi və “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş 04 ədəd sellofan bükümdə..” və s. yazılar, imzalar olan kağız paketdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,985 qram, 3,521 qram, 6,422 qram, 4,913 qram, ümumi təmiz çəkiləri 18,841 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (İ cild,i.v. 58-62). xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild,i.v. 81-83) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 337/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild,i.v. 122-126) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə, yaşadığı ünvana baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş, ekspertizadan sonra qalıq qalan 18,721 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (İ cild,i.v. 133-134, İİ cild,i.v. 79-88) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(003)-171/2023 saylı qərarından və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(005)- 452/2023 saylı qərarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (İ cild,i.v. 187-189, İİ cild,i.v. 26) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild,i.v. 197) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müxtəlif mobil telefon nömrələri olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Nərimanov Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan və xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (İİ cild,i.v. 65- 68) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X27 Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1475 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild,i.v. 69-70) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X27 1043/K saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid və fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. (İİ cild,i.v. 71-74) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X27 282 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (İİ cild,i.v. 75-78) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1024/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün, yəni 30 iyul 2023-cü il tarixədək uzadılmışdır. (İİ cild,i.v. 143-147) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan və 2862/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin X16 qəbul edilərkən bədəni üzərində xəsarətlər olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamağa, daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. İş materiallarından göründüyü kimi istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş psixotrop maddənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 18,841 qram çəkidə psxiotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Lakin iş materiallarından da göründüyü kimi qeyd edilən hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə şahidlərin ifadələrini, baxış və götürmə aparılması haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş psixotrop maddənini satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, fiziki və psixoloji təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Nərimanov rayon Prokurorluğundan daxil olmuş cavab məktubları, onlara əlavə olunmuş sənədlər, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Eyni zamanda müdafiə tərəfinin vəsatət ilə dindirilmiş şahid X9 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə həmin ifadəyə də tənqidi yanaşır və hesab edir ki, şahidin Təqsirləndirilən şəxs qardaşı olması onun xeyrinə məhkəmədə ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Müdafiə tərəfinin vəsatət ilə dindirilmiş digər şahid X1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə sonuncunun təqsirləndirilən şəxsin qardaşı Əfqan Qasımovun yaşadığı binaya nəzarət etməklə onunla yaxın münasibətdə olması S.X4rdaşı Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə verməsini daha inandırıcı edir. Məhkəmə X1 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:10-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 17:50-dən tutulmuş hesab edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-337/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 110 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və BMCMİ-nin maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş ekspertizadan sonra qalıq qalan 18,721 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və BMCMİ-nin maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş ekspertizadan sonra qalıq qalan 18,721 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar