Məhkəmə qərarları › İş №1(101)-547/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-547/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-547/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X17 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8nin nümayəndəsi (etibanamə əsasında) Nümayəndə1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 nümayəndəsi (order və etibarnamə əsasında) Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 nümayəndəsi (etibarnamə əsasında) Nümayəndə3, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, müdafiəçi - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Abıl qızı və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, Nizami küçəsi, məhəllə 6, ev 19C-də qeydiyyatda olan, həbs olunanadək Sumqayıt şəhəri, 5-ci Mikrorayon, Nəriman Nərimanov küçəsi, ev 35/69, mənzil 28-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətlərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı yalan məlumatlar paylaşdıqdan sonra 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X18, 2-ci küçə, ev 80 ünvanında yerləşən şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs1 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək sonuncuya ümumi sahəsi 220 kv.m olan 1 (bir) mərtəbəli üstü mansard tipli fərdi yaşayış evini 72.000 manat qiymətində 8 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 qeyd edilən ünvanda 36.000 manat, xx.xx.2022-ci il tarixdə eyni ünvanda 18.000 manat və xx.xx.2022-ci il tarixdə eyni ünvanda 4.000 manat pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs1 tikintiyə görə verdiyi ümumilikdə 58.000 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə tikintiyə cəmi 31.622 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırmaqla, Zərərçəkmiş şəxs1 26.378 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən qanunsuz ələ keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə, o cümlədən kreditlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kompaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşdıqdan sonra 2021-ci ilin dekabr ayında Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, “Novxanı bağlar massivi”-də yerləşən şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs2 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək sonuncuya ümumi sahəsi 230 kv.m olan 1 (bir) mərtəbəli üstü mansard tipli evi 93.000 manat qiymətində 8 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanının qarşısında 46.500 manat, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə və 2022-ci ilin iyun ayında istintaqa dəqiq məlum olmayan tarixdə hər ay eyni ünvanda 1.940 manat pul vəsaitini cinayətə heç bir aidiyyəti olmayan Şahid4 və şəxsiyyəti istintaqa məlum olmayan başqa tanışlarının vasitəsilə aldıqdan sonra Zərərçəkmiş şəxs2 tikintiyə görə verdiyi ümumilikdə 58.140 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə tikintiyə cəmi 17.702 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırmaqla, Zərərçəkmiş şəxs2 40.438 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən qanunsuz ələ keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kompaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşdıqdan sonra 2022-ci ilin fevral ayının sonlarında Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində “Aframe” tipli evin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs3 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək sonuncuya ümumi sahəsi 135 kv.m olan 2 (iki) mərtəbəli “Aframe” tipli evi 65.000 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 dostu Şahid6 vasitəsilə ünvan 3 ünvanında 12.000 manat, xx.xx.2022-ci il tarixdə ödəniş kart vasitəsilə 2.000 manat, Şahid6 vasitəsilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Metropark” ticarət mərkəzinin qarşısında 3.000 manat və xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Nağaraxana kəndində 3.000 manat pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs3 tikintiyə görə verdiyi ümumilikdə 20.000 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə tikintiyə cəmi 7.010 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırmaqla Kamil Zeynalının 12.990 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını təkrarən qanunsuz ələ keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kompaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşdıqdan sonra 2022-ci ilin aprel ayının əvvəllərində Qəbələ rayonu, Vəndam qəsəbəsində şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində “Aframe” tipli evin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs4 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək “Novruz bayramı kompaniyası” ilə bağlı 2 (iki) ədəd “Aframe” tipli evin tikilməsini sifariş verdiyi halda üçüncüsünü hədiyyə kimi tikəcəyini bildirməklə hər birinin sahəsi 76 kv.m olan 3 (üç) ədəd “Aframe” tipli evi 78.400 manat qiymətində 3 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanındakı icarəyə götürdüyü ofisdə 700 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 38.500 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 18.000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 20.000 manat, xx.xx.2022ci il tarixdə cinayətə heç bir aidiyyəti olmayan X1 vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ünvanında yerləşən Dövlət Neft Şirkətinin inzibati binasının qarşısında 11.000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində cinayətə heç bir aidiyyəti olmayan Məhəmməd Baloğlanovun vasitəsilə 8.000 manat, çirkab suları üçün anbarın və hasarın tikintisi üçün xx.xx.2022-ci il tarixdə ödəniş kartı vasitəsilə 2.500 manat, xx.xx.2022-ci il tarixdə eyni üsulla 2.000 manat, xx.xx.2022-ci il tarixdə eyni üsulla 2.000 manat, xx.xx.2022-ci il tarixdə eyni üsulla 4.500 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ‘'Bakı Əyləncə Mərkəzi”nin qarşısında cinayətə heç bir aidiyyəti olmayan Məhəmməd Baloğlanovun vasitəsilə 10.000 manat pulu, 2022-ci ilin avqust ayında istintaqa dəqiq məlum olmayan vaxtlarda 2 (iki) dəfəyə ödəniş kartı vasitəsilə 4.500 manat pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs4 tikintiyə görə verdiyi ümumilikdə 121.700 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə evlərin tikintisi, hasarın tikilməsi və digər işlərə cəmi 31.949 manat pul xərcləyib vəd verdiyi işi görməyi dayandırmaqla Zərərçəkmiş şəxs4 89.751 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən qanunsuz ələ keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kompaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşdıqdan sonra 2022-ci ilin avqust ayının əvvəllərində Qəbələ rayonu, Vəndam qəsəbəsində şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində “Aframe” tipli evin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs5 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək 1 (bir) ədəd 130 kv.m sahəsi olan “Aframe” tipli evi, hovuzu və 4 sot torpaq sahəsi üçün daş hasarı 66.000 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanındakı icarəyə götürdüyü ofisdə 33.000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 19.800 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində “Xalqlar dostluğu” metrosunun yanındakı “Laçın” Ticarət mərkəzinin qarşısında 7.000 manat pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs5 tikintiyə görə verdiyi ümumilikdə 59.800 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə evin tikintisi, hasarın tikilməsi və digər işlərə cəmi 17.004 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırmaqla Zərərçəkmiş şəxs5 42.796 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz əh keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kompaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşdıqdan sonra 2022-ci ilin avqust ayının əvvəllərində Qax rayonu, İlisu qəsəbəsində şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs6 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək 1 (bir) mərtəbəli mansardlı ümumi sahəsi 80 kv.m olan evi 31.000 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə inandırıb yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq Zərərçəkmiş şəxs6 xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanındakı icarəyə götürdüyü ofisdə 15.500 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Bravo” marketin qarşısında sonuncunun qardaşı X4 vasitəsilə 9.300 manat, xx.xx.2022-ci il tarixdə “birbank” mobil tətbiqi vasitəsilə 200 manat pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs6 tikintiyə görə verdiyi ümumilikdə 25.000 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə evin tikintisinə cəmi 7.885 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırmaqla Zərərçəkmiş şəxs6 17.115 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən qanunsuz ələ keçirmək məqsədi ilə tikinti materiallarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs8-nin direktoru X6 özünü işgüzar tikinti şirkətinin sahibi kimi təqdim edərək alacağı tikinti materiallarını pulunu qısa müddətə verəcəyinə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə 30.724 manat qiymətində müxtəlif çeşidli tikinti materiallarını Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 202 ünvanında yerləşən “Dərnəgül” tikinti materialları bazarında Zərərçəkmiş şəxs8-nin qeyri-rəsmi işçisi Şahid1 etibardan suiistifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə alıb ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs8-nə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını təkrarən qanunsuz ələ keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı yalan məlumatlar paylaşdığı üçün 2023-cü ilin yanvar ayının sonlarında Şamaxı rayonu, Qaravəlli kəndində şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində "Aframe” tipli fərdi yaşayış evinin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs7 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək ümumi sahəsi 81 kv.m olan “Aframe” tipli fərdi yaşayış evin 61.850 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə inandırıb yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq Zərərçəkmiş şəxs7 xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanında yerləşən “Belgian kofe” restoranında 30.000 manat pul, öz adına “Kapital bank”a aid ödəniş kartı vasitəsilə 925 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda 18.555 manat, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 10 ünvanının qarşısında 9.277 manat pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs7 tikintiyə görə verdiyi ümumilikdə 58.757 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə evin tikintisinə cəmi 5.318 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırmaqla Zərərçəkmiş şəxs7 53.439 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs7 külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 89.751 manat məbləğində pul vəsaitinin vurulmuş zərər kimi Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs7 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 50.000 manat məbləğində pul vəsaitinin vurulmuş zərər kimi Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 40.000 manat məbləğində pul vəsaitinin vurulmuş zərər kimi Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17.000 manat məbləğində pul vəsaitinin vurulmuş zərər kimi Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs8-nin nümayəndəsi Nümayəndə1 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30.724 manat məbləğində pul vəsaitinin vurulmuş zərər kimi Təqsirləndirilən şəxs nümayəndəsi olduğu Zərərçəkmiş şəxs8-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin ayrıayrılıqda verilmiş mülki iddiaları qismən qəbul edərək ifadəsində göstərdi ki, o, xx.xx.1985ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilini Sumqayıt şəhərində başa vurmuş, 2008-ci ildən 2018-ci ilə qədər Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində işləmişdir. 2017-ci ildən etibarən isə o, tikinti sahəsində fəaliyyət göstərmişdir. Qısa müddət ərzində o, öz tikinti şirkətini, yəni "xxxx" MMC-ni açmışdır. Bu şirkəti açmazdan əvvəl o, uzun müddət fəhlə, usta və baş usta kimi çox yerlərdə işləmişdir. Onun şirkətinin əsas fəaliyyəti - fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar olmuşdur. 2021-ci ildə isə o, artıq ikinci şirkətini, yəni "xxxx" MMC-ni açmışdır. O, "xxxx" MMC vasitəsi ilə artıq ölkədə məşhurlaşan “Aframe” tipli istirahət məqsədli fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olmuşdur. “Aframe” tipli evlərin tikintisi ilə əlaqədar ona ilk sifarişi Zərərçəkmiş şəxs3 vermişdir. Bununla bağlı o, Zərərçəkmiş şəxs3 ilə Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzində görüşmüşdür. Zərərçəkmiş şəxs3 ona böyük ölçülü “Aframe” tipli ev tikdirmək istədiyini bildirib həmin evi Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ərazidə tikilməsini ondan istəmişdir. O, Kamilin istədiyi evin tikilmə xərcinin 65.000 manat məbləğində olacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 isə evin qiymətinin baha olduğunu bildirib qiymətdə endirim etməsini ondan xahiş etmişdir. O da, Zərərçəkmiş şəxs3 sonuncunun istədiyi evin tikintisinin maya dəyərinin 55.000 manat olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 isə ona 25.000 manat məbləğində pul verəcəyini bildirmişdir. O, Kamilin bu təklifinə təəccüblənərək 30.000 manat məbləğində ziyanla işləyə bilməyəcəyini demişdir. Bu vaxt Zərərçəkmiş şəxs3 ona evin tikintisi üçün 25.000 manat məbləğində pul verəcəyini, əlavə olaraq isə evin tikintisi başlayandan tikinti bitənədək “İnstagram” sosial şəbəkəsi vasitəsilə özünə aid şəxsi hesabında onu və onun şirkətini reklam edəcəyini bildirmişdir. O, reklam üçün 30.000 manat məbləğində pul xərcləmək istəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 onunla söhbət edərkən “İnstagram” sosial şəbəkəsi vasitəsilə şəxsi hesabında balaca uşağın şəklini paylaşaraq yardım etmək lazım olduğunu bildirmişdir. 30 dəqiqə ərzində Zərərçəkmiş şəxs3 xeyli baxış toplamış və həmin uşağa görə xeyli məbləğdə maddi yardım edilmişdir. O, reklamın nəticəsini gördükdən sonra Kamil ilə razılaşaraq sonuncudan başqa nə təklif edə biləcəyini soruşmuşdur. Zərərçəkmiş şəxs3 isə ona başqa 2 (iki) sifariş də verəcəyini bildirmişdir. O, həmin sifarişləri nə zaman verəcəyini Kamildən soruşduqda, sonuncu ona elə bu dəqiqə verəcəyini bildirmişdir. Həmin sifarişlərdən biri Zərərçəkmiş şəxs3 Qəbələ rayonunda yerləşən ərazisi olmuşdur. İkincisi isə “Abu Petrol” ilə üzbəüz yerləşən avtosalonun sahibi “Əmi” ləqəbi ilə tanınan şəxsin Qəbələ rayonunda yerləşən ərazisində tikiləcək ev olmuşdur. Sonra o, həmin “Əmi” ləqəbi ilə tanınan şəxslə görüşmüş və “Əmi” ləqəbli şəxs də, ona sifariş vermək istədiyini bildirmişdir. Əvvəlcə o, Şamaxı rayonuna gedərək Zərərçəkmiş şəxs3 ərazisinə baxış keçirmiş, həmçinin Qəbələ rayonunda yerləşən Zərərçəkmiş şəxs3 və “Əmi” ləqəbli şəxsə məxsus ərazilərə baxış keçirmişdir. “Əmi” ləqəbli şəxs ona ən bahalı evin tikintisini sifariş vermişdir. Həmin sifarişə 50 kv.m hovuz, həyətin mərkəzində fəvvarə (fontan) və 3 mərtəbəli villa daxil olmuşdur. O, təxminən hesablamışdır ki, həmin sifarişin məbləği 500.000 manata yaxın olacaq. Bu səbəbdən də o, “Əmi” ləqəbli şəxsə sonuncunun sifarişinin qiymətini hesabladıqdan sonra yenidən əlaqə saxlayacağını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs3 Qəbələ rayonunda tikilməsini istədiyi evin qiyməti də 200.000 manat məbləği keçmişdir. Nəticə olaraq hər 3 (üç) sifarişin qiyməti ümumilikdə 800.000 manat məbləği keçmişdir. O da, düşünmüşdür ki, ilk sifarişdən, yəni Zərərçəkmiş şəxs3 məxsus Şamaxı rayonunda yerləşən ərazidə tikiləcək evin tikintisindən 30.000 manat ziyanla çıxsa da, digər şifarişlərdən 800.000 manata yaxın gəlir əldə edəcək, təxminən 70.000-80.000 manat məbləğində xalis mənfəəti olacaq. Həmçinin uzun müddət ərzində Zərərçəkmiş şəxs3 “İnstagram” sosial şəbəkəsi vasitəsilə onun şirkətinin reklamını edəcək. Onlar razılıq əldə etdikdən sonra növbəti gün o, Zərərçəkmiş şəxs3 evinə gedərək anası Sahilə xanımla görüşmüş və sonra onlar müqavilə bağlamışlar. Müqavilə şərtlərinə əsasən Kamilgili sifarişin 50%-ni ona ödəmişlər. Sonra isə xırda-xırda digər ödənişlər edilmişdir. Ümumilikdə Kamilin sifarişinə görə ona 19.200 manat məbləğində ödəniş edilmişdir. Ödəniş edildikdən bir gün sonra artıq onlar Şamaxı rayonunda yerləşən ərazidə işə başlamışlar. Həmin ərazi dağlıq ərazi olduğu üçün onlar əvvəlcə həmin sahəni düzləşdirməyə başlamışlar. 4 gün ərzində 3 ədəd traktor işlədilmişdir. Bu səbəbdən onların əlavə xərcləri ortaya çıxmışdır. Sonra o, binanın kürsüsünü hördürmüş, içini betonla dolduraraq düzləşdirmiş, həmçinin uzun müddət özünün də yaşayacağını bildirdiyi və istədiyi üçün yan tərəflərini bir metr qaldırmışdır. Çünki “Aframe” tipli evlərin tikintisi fərqli olur. Həmin ərazinin iqlimi, hava şəraiti dəyişkən və çətin olsa belə, onlar işləri davam etdirmişlər. Həmin əraziyə avtomobil yolu olmadığı üçün oraya ilk yol cığırını onlar çəkmişlər. Həmin əraziyə ağır yük maşınları qalxa bilmədiyi üçün tikinti ləvazimatları ərazinin aşağısına boşaldılaraq oradan tək-tək yuxarı qaldırılmışdır. Çətinliklə də olsa onlar tikintini davam etdirmişlər və artıq evin taxtalarını vurmağa başlamışlar. Bir gün işçi ona mobil telefon vasitəsilə zəng edərək Şamaxı şəhər İcra hakimiyyətinin nümayəndəsinin tikinti aparılan əraziyə gəldiyini bildirmişdir. O, həmin nümayəndə ilə danışan zaman sonuncu ona evin sahibi ilə danışmaq istədiyini bildirmişdir. O da, nümayəndənin mobil nömrəsini Zərərçəkmiş şəxs3 verərək hər şeyin qaydasında, bütün sənədlərin qanuni olduğunu bildirmişdir. O, lazımdırsa nümayəndəyə “şirinlik” də verə biləcəklərini bildirsə də, Zərərçəkmiş şəxs3 özü məsələni həll edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 daha sonra onunla əlaqə saxlayaraq 3 gün müddətində cavab verəcəklərini bildirmişdir. 2 gün sonra Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq hər şeyin qaydasında olduğunu, lakin həmin ərazinin gələcəkdə sökülə biləcəyini, böyük istirahət mərkəzi tikiləcəyi ehtimalının olduğunu bildirmiş və buna görə də işin dayandırılmasını ona bildirmişdir. O, Zərərçəkmiş şəxs3 müqavilə şərtlərinə əsasən iş sifarişçi tərəfindən dayandırılacağı təqdirdə sifarişin 20 faizini təzminat olaraq ödəməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 isə işinin olduğunu, sonra danışacaqlarını bildirmişdir. Növbəti gün Zərərçəkmiş şəxs3 ona zəng edərək artıq qalan tikinti ləvazimatlarını Qəbələ rayonunda yerləşən əraziyə göndərməyini ona demişdir. O, Zərərçəkmiş şəxs3 zəng edərək həmin ərazinin tikintisini ona verdiyini, lakin başqa bir şəxsin həmin ərazidə tikinti apardığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ona orada işləyən şəxslə əlaqə saxlamağını, həmin şəxsin nə edəcəyini bildiyini bildirmişdir. O, həmin şəxslə əlaqə saxlayaraq tikinti materiallarını həmin ünvana göndərəcəyini, həmin ərazinin boş olduğunu, kiminsə materialları oğurlaya biləcəyini bildirmişdir. Həmin şəxs ona heç kimin materialları oğurlamayacağını, həmin ərazidə artıq evin bir mərtəbəsini tikdiyini bildirmişdir. O, yenidən Zərərçəkmiş şəxs3 ilə əlaqə saxlayaraq bu məsələyə aydınlıq gətirməsini xahiş etmişdir. Lakin Zərərçəkmiş şəxs3 müxtəlif bəhanələr ilə onu yola vermişdir. O, həmin şəxslə əlaqə saxlayaraq əlində olan materialları sonuncuya göndərəcəyimi bildirsə də, həmin şəxsə ona həmin materialların lazım olmadığını bildirmişdir. O isə, tikinti materialları satan mağaza olmadığını, sadəcə olaraq tikintidə istifadə etmədiyi materiallar olduğunu bildirmişdir. Bir müddət onların arasında anlaşmazlıq olmuşdur. Çünki o, Kamilgili üçün tikinti materialları sifariş edəcək biri olmamışdır. Qısa müddət keçdikdən sonra Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq ona verdiyi pulu tam şəkildə geri qaytarmağını ondan tələb etmişdir. Bununla da onların arasında mübahisə başlamışdır. Onun Zərərçəkmiş şəxs3 qarşısında heç bir pul öhdəliyi yoxdur. O, Kamilə qarşı dələduzluq etməmişdir. Əksinə Zərərçəkmiş şəxs3 tikintini yarımçıq saxladığına görə Kamilin ona verəcəyi var. Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə bildirmək istəyir ki, "xxxx" MMC Ceyhundan sifariş qəbul etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs1 ilə sonuncunun evində görüşmüş və həmin vaxt onlar orada müqavilə bağlamışlar. Zərərçəkmiş şəxs1 Biləcəri qəsəbəsində bir mərtəbəli üzəri mansardlı ev sifariş vermişdir. Onunla Zərərçəkmiş şəxs1 arasında ailəvi dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs1 sifariş verdiyi məbləğdə bütün işlər onun tərəfindən tam şəkildə görülmüşdür. Zərərçəkmiş şəxs1 digər müştərilərin təzyiqi və onun barəsində eşitdikləri məlumatlar nəticəsində onların arasında mübahisə yaranmışdır. Bu səbəbdən də iş dayandırılmışdır. O, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməmişdir. Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə bildirmək istəyir ki, Zərərçəkmiş şəxs2 ona Novxanı qəsəbəsində bir mərtəbəli mansardlı ev sifariş vermişdir. Onlar həmin evin tikintisinə başlasalar da, tikintinin yarısında Kamal işi dayandırmışdır. Çünki evin tikintisi zamanı o, hava şəraiti ilə əlaqədar problem yaşamışdır. O, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməmişdir. Zərərçəkmiş şəxs4 ilə bağlı epizod üzrə bildirmək istəyir ki, onlar ("xxxx" MMC) mart ayında “kampaniya” elan etmişlər. Hansı ki, 3 evin tikintisini sifariş verdikdə, 1 ev ödənişsiz tikiləcək. Lakin Eldar onlara müraciət edən zaman “kampaniya” müddəti artıq bitmişdir. Eldar Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən ərazidə evlər tikildikdən sonra qazanca 50% şərik olmağı ona təklif etmişdir. Bu təklif ilə o, razılaşmışdır. Lakin ev tam istifadəyə verilməmişdir. Şərikliyin alınmaması ondan asılı olan məsələ olmamışdır. O, Zərərçəkmiş şəxs4 qarşı heç bir dələduzluq etməmişdir. Zərərçəkmiş şəxs5 ilə bağlı epizod üzrə bildirmək istəyir ki, Zərərçəkmiş şəxs5 ona Qəbələ rayonu, Vəndam qəsəbəsində ev tikintisini sifariş vermişdir. Lakin Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs3 paylaşımlarından sonra onunla işləməyi dayandırmışdır. Artıq şirkət olaraq o, ziyanla işlədiyi üçün işləri davam etdirməkdə çətinlik çəkmişdir. Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs3 sözünə əsasən onun şirkəti ilə işləməyi dayandırdığından şirkətin işləri lap pisləşmişdir. Zərərçəkmiş şəxs6 ilə bağlı epizod üzrə bildirmək istəyir ki, o, Qax rayonu, İlisu kəndində evin tikintisi ilə bağlı Şeyxdən sifariş qəbul etmişdir. Sonra o, Şeyx ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən o, Şeyxdan 23.000 manat məbləğində pul almışdır. Lakin şirkət olaraq o, artıq ziyanla işlədiyi üçün və büdcənin böyük hissəsini başqa bir sahəyə yatırdığı, həmin sahədə də, işi batırdığı üçün Şeyxin işini yekunlaşdıra bilməmişdir. Zərərçəkmiş şəxs7 ilə bağlı epizod üzrə bildirmək istəyir ki, o, Şamaxı rayonu, Qaravəlli kəndində yerləşən ərazidə evin tikintisi ilə əlaqədar Vasifdən sifariş qəbul etmişdir. “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən restoranda o, Vasiflə görüşərək müqavilə bağlamışdır. Tikintiyə başlasa da, o, ibtidai istintaqa cəlb edildiyi üçün işi yarımçıq qoymuşdur. O, tutulmasaydı bütün bu problemlər olmayacaqdı. Onun tutulmasında isə Zərərçəkmiş şəxs3 günahkardır. O, Zərərçəkmiş şəxs7 qarşı dələduzluq etməmişdir. Zərərçəkmiş şəxs8 epizodu ilə bağlı bildirmək istəyir ki, o, həmin şirkətdən tikinti materialları almış, lakin sonradan bu şirkətə olan borcunu ödəyə bilməmişdir. Onun şirkətinin Zərərçəkmiş şəxs8-nə tikinti materiallarına görə həqiqətən də borcu qalmışdır. Ümumiyyətlə bildirmək istəyir ki, o, zərərçəkmiş şəxslərin hər birindən sifariş götürən zaman rəsmi müqavilə bağlamışdır. Müqaviləyə əsasən o, sifarişçilərin hər birindən pul vəsaiti almışdır. Ona görə də onların arasında olan münasibətlər mülki hüquq münasibətləridir. Yəni onların arasında yaranmış mübahisələrin səbəbi tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn mübahisələrdir. O, heç bir zərərçəkmiş şəxsə qarşı dələduzluq etməmiş, ona görə də onun zərərçəkmiş şəxslərə heç bir borcu yoxdur. Çünki o, zərərçəkmiş şəxslərdən aldığı pulun müqabilində hər bir zərərçəkmiş şəxsə nisbətdə müqavilə üzrə öhdəliyini icra etmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs son sözlə məhkəmədə çıxış edib elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ona yüngül cəza təyin edilməsini və ona qarşı irəli sürülmüş mülki iddiaların qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, zərərçəkmiş şəxslərin və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində tanınmış hüquqi şəxsə və fiziki şəxslərə qarşı dələduzluq cinayətlərini törətməməsi, sonuncuların pullarını qanunsuz şəkildə ələ keçirməməsi, tərəflər arasında mülki hüquq münasibətləri yaranması səbəbindən onun əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olmaması barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8-nin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə1 bildirdi ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs8-nin rəhbərliyi Təqsirləndirilən şəxs şikayətçidir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs8 ilə birlikdə işləmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs tikinti işlərinin həyata keçirilməsi üçün inşaat materialları satmışdır. Təqsirləndirilən şəxs bir müddət vaxtı-vaxtında ödənişlərini etsə də, 2 (iki) ilə yaxındır ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs8-nə heç bir ödəniş etməmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs ilə danışıqlar aparılmış, eləcə də müqavilələr bağlanmışdır. Lakin sonradan eşitmişlər ki, Təqsirləndirilən şəxs polis tərəfindən saxlanılmışdır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs8-nin Təqsirləndirilən şəxs 32.000 manat məbləğində tələbi var və onlar bu pulu Təqsirləndirilən şəxs tələb edirlər. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında göstərdiyi halların nəzərə alınaraq Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini və nümayəndəsi olduğu şirkətin mülki iddiasının tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslərin arasında ən çox ziyan ona vurulmuşdur. Belə ki, o, uzun müddətdir ki, “Aframe” tipli ev tikdirmək istəmişdir. Onun Qəbələ rayonu, Vəndam qəsəbəsi, Girvə massivində yerləşən 12 sot torpaq sahəsi var və o, orada 3 (üç) ədəd “Aframe” evi tikdirmək qərarına gəlmişdir. 2022-ci ilin mart-aprel aylarında o, sosial şəbəkələrdə “Aframe” tipli evlərin tikintisi ilə məşğul olan şirkət axtarmağa başlamış və sosial şəbəkə vasitəsilə Təqsirləndirilən şəxs bu işlə məşğul olduğunu görmüşdür. Sonra o, Təqsirləndirilən şəxs ilə görüşərək bu barədə danışmışdır. Təqsirləndirilən şəxs də, ona istədiyi evləri tikə biləcəyini bildirmişdir. Sonra onlar müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs 3 ay ərzində evlərin tikintisini başa çatdıracağını demişdir. Müqaviləyə əsasən o, evlərin tikintisi ilə əlaqədar 78.000 manat pul ödəməli olmuşdur. Lakin onlar bu məbləğin daha sonra artacağı ilə bağlı danışıqlar da, aparmışlar. Çünki həmin ərazidə kompleks evlər tikiləcəyi üçün sözsüz ki, evin dəyəri artacaqdı. O, ilkin olaraq müqavilədə göstərilən məbləğin yarısını Təqsirləndirilən şəxs ödəmişdir. Bundan sonra, yəni aprel ayında işlərə başlamışlar. 2022ci ilin sonuna kimi Təqsirləndirilən şəxs ondan 117.000 manat pul ödənişi alması barədə qəbz təqdim etmişdir. Əlavə olaraq isə, o, iki dəfə ayrı-ayrılıqda 2.500 manat pulu Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Lakin bununla bağlı qəbz yox, bank hesabından çıxarış ona təqdim edilmişdir. O, ümumilikdə 122.500 manat məbləğində pulu Təqsirləndirilən şəxs şirkətinə ödəmiş və nəticədə Təqsirləndirilən şəxs tərəfindən ona 122.500 manat məbləğində zərər vurulmuşdur. Buna baxmayaraq, evlərin tikintisində müəyyən qədər işlər görülmüşdür. Evin tikintisi zamanı alınan tikinti materiallarının qiymətləri ilə 2023-cü ildə həmin tikinti materiallarının qiymətlərində fərq ola bilər. Lakin o, hazırda ona təxminən 75.000 manat məbləğində zərər dəydiyini rahatlıqla bildirə bilər. O, hazırda evlərin tikintisini davam etdirir. O, təxmin edir ki, bundan sonra da evlərin tikintisi ilə bağlı yüksək məbləğdə pul xərcləməlidir. O, Təqsirləndirilən şəxs ödədiyi pulun qarşılığında sonuncu tikinti işlərini həyata keçirməmişdir. O, dəfələrlə əlaqə saxladıqda, Təqsirləndirilən şəxs ona tikinti materiallarının bahalaşdığını bəhanə etmişdir. Həmçinin o, öz tanışları vasitəsilə də, Təqsirləndirilən şəxs barəsində məlumat əldə etmişdir. Belə ki, ona məlum olmuşdur ki, Emil əvvəllər də belə işlər görmüş, yəni bir şəxsdən pul alıb digər şəxsin evinin tikintisinə xərcləmiş, sonradan isə işləri yarımçıq saxlamışdır. O, bir neçə dəfə Emildən hesabat təqdim etməsini istəmişdir. Lakin Təqsirləndirilən şəxs ona heç bir hesabat təqdim etməmişdir. O, şəxsən Emilin özünə demişdir ki, “bu işin axırı məhkəmədə bitəcək”. O, Emilə həqiqətən çox dəstək olmuşdur. O, dəfələrlə Emilə demişdir ki, “məni aldatma”. O, Emilə çox gəlir gətirəcəkdi. Həmçinin o, bildirmək istəyir ki, Emilin evin tikintisi zamanı işlətdiyi ustalara da borcu var. Həmçinin Emilin başqa Sumqayıt Şəhər Məhkəməsində işi davam etdiyi halda Emil yenə də başqa şəxslərdən pul alaraq digər şəxslərin evlərinin tikintisinə xərcləmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmiş halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini və mülki iddiasının tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, 2023-cü ilin əvvəlində Təqsirləndirilən şəxslə zəngləşmiş və bir dəfə də Emillə görüşüb danışmışdır. Bundan əvvəl o, təxminən 1 il əvvəl Təqsirləndirilən şəxs ofisində olmuş və həmin vaxt Emil ilə ev tikintisi ilə bağlı danışmışdır. Sadəcə o, bir müddət ölkədən getdiyi üçün ölkədə olmamışdır. O, yenidən ölkəyə qayıtdıqdan sonra Təqsirləndirilən şəxslə əlaqə saxlamış, çünki Emilin tikintisini həyata keçirdiyi evlər onun xoşuna gəlmişdir. O, belə bir ev almaq istəmişdir. O, Təqsirləndirilən şəxslə yenidən əlaqə saxladıqdan sonra sonuncu ilə görüşmüş, bu görüş isə “Dəmirçi Plazada” baş tutmuşdur. Görüş zamanı onunla Təqsirləndirilən şəxs arasında ev tikintisi ilə əlaqədar müqavilə imzalanmışdır. Emil evin tikintisinin ödənişini 3 dəfəyə ödəməyi ona təklif etmişdir. O da, Emillə razılaşmışdır. Evin tikintisi üçün məbləğ 61.850 manata razılaşdırılmış, həmin evin sahəsi 9x9 ölçüdə, yəni 81 kv.m olmalı idi. Həmin ev Şamaxı rayonu, Qaravəlili kəndində tikilməli idi. Evin tikintisi ilə əlaqədar olaraq o, ilk ödəniş kimi Təqsirləndirilən şəxs 30.925 manat vermişdir. Qalan məbləği isə o, xx.xx.2023-cü ildə 18.955 manat məbləğdə olmaqla vermişdir. Bundan sonra isə o, aprel ayında 9.277 manat məbləğində pulu şəxsən Təqsirləndirilən şəxs vermişdir. Evin tikintisi ilə əlaqədar o, Təqsirləndirilən şəxs cəmi 58.757 manat pul vermişdir. Qalan 3.000 manatı da o, ən sonda, yəni evin tikintisi başa çatdıqdan sonra ödənilməli olmuşdur. Lakin evin tikintisi başa çatmamışdır. Evin tikintisi ilə əlaqədar o, deyə bilər ki, tikinti həyata keçiriləcək torpaq sahəsi bir qədər əyri olması ilə əlaqədar düzləşdirilmiş, eləcə də evin bünövrəsi qoyulmuşdur. Onun ödədiyi məbləğə nisbətdə ekspert yoxlaması həyata keçirilmiş və görülən işlər təxminən 6.000-7.000 manat məbləğində qiymətləndirilmişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. O, hesab edir ki, Təqsirləndirilən şəxs aldığı puldan təxminən 8.000 manatlıq iş görmüşdür. O, bu məbləği Təqsirləndirilən şəxs verdiyi 58.757 manatdan çıxır. Təqsirləndirilən şəxs ona 50.000 manat məbləğində zərər vurmuşdur. Ona görə də o, Təqsirləndirilən şəxs 50.000 manat məbləğində pul tələb edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 ifadəsində göstərmiş halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini və mülki iddiasının tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə əvvəlcədən münasibəti olmamışdır. Sonra o, öz ailəsi ilə məsləhətləşərək Biləcəri qəsəbəsində yerləşən və şəxsi mülkiyyətində olan torpaq sahəsində ev tikdirmək qərarına gəlmişdir. Daha doğrusu o, həmin torpaq sahəsində tikinti şirkəti vasitəsilə yaşayış evi tikdirmək qərarına gəlmişdir. Bununla bağlı onun övladları “İnstagram” sosial şəbəkəsi vasitəsilə axtarış etmişlər və həmin axtarış nəticəsində Təqsirləndirilən şəxs məxsus tikinti şirkətinin reklamını görmüşlər. Sonra onlar Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq torpaq sahəsinə baxış keçirilməsi üçün dəvət etmişlər. Bundna sonra həmin torpaq sahəsində yaşayış evinin tikintisi üçün onlar müqavilə imzalamışlar. Həmin müqaviləyə əsasən o, yaşayış evinin tikintisi üçün şirkətə 72.000 (yetmiş iki min) manat məbləğində ödəniş etməli idi. Lakin müqavilədə ilkin olaraq ümumi məbləğin 50%-i ödənilməli idi. O, şəxsən Təqsirləndirilən şəxs özünə 36.000 (otuz altı min) manat məbləğində pul ödəmişdir. Təqsirləndirilən şəxs də, ona ödəniş qəbzi təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsində tikinti işlərinə başlamışdır. İlk vaxtlar yaşayış evinin tikintisində ləngimə baş vermişdir. Həmin ləngimə 2021-ci ilin noyabr və dekabr aylarında havanın yağışlı keçməsi ilə əlaqədar olduğu üçün onlar narazılıq etməmişlər. Həmin ərəfədə tikinti materiallarında qiymət artımının olması gözlənilirdi. Müqavilədə də tikinti materiallarına qiymət artımı olduğu halda həmin məbləğ sifarişçi tərəfindən qarşılanmalı olması ilə bağlı qeyd olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq tikinti materiallarında qiymət artımının olacağını, mümkün olduğu halda pul verməyi ona bildirmişdir. Çünki tikinti materiallarında qiymət artımı olsa idi, onun əlavə xərci yaranacaqdı. Bunu ona Təqsirləndirilən şəxs demişdir. Buna görə də 2022-ci ilin yanvar ayında o, Təqsirləndirilən şəxs 18.000 (on səkkiz min) manat pul vermişdir. Yenidən Təqsirləndirilən şəxs ona ödəniş qəbzi təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs evin tikintisini davam etdirmişdir. Bir ay sonra, yəni fevral ayında o, 4.000 (dörd min) manat məbləğində Təqsirləndirilən şəxs pul vermişdir. Düzdür, təmir-tikinti işləri davam etsə də, işçilər çox ləng işləmişlər. Təmir-tikinti işlərinə başlanılan vaxtlarda Emilgili sürətli iş görmüşlər. Lakin sonra iş sürəti getdikcə azalmağa başlamışdır. Sonda isə evin damı örtüldükdən sonra iş dayandırılmışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlamağa çalışsa da, Emil onun zənglərinə cavab verməmişdir. Bir müddət sonra isə Təqsirləndirilən şəxs özü ona zəng etmişdir. O, işin dayanma səbəbini soruşduqda, Təqsirləndirilən şəxs işlərində problem yarandığını, sosial şəbəkələrdə Təqsirləndirilən şəxs barəsində mənfi təəssüratların olduğunu, bu səbəbdən də işin tamamlamasında çətinlik yaşadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmiş halların nəzərə alınaraq Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ev tikintisi ilə məşğul olmasını “İnstaqram” sosial şəbəkəsi vasitəsilə öyrənmişdir. 2021-ci ilin dekabrın 18-də o, Təqsirləndirilən şəxslə ev tikintisi ilə əlaqədar müqavilə imzalamışdır. Ev tikintisi ilə əlaqədar o, ilkin ödəniş kimi 93.000 manatlıq işin 46.500 manatını Təqsirləndirilən şəxs ödəmişdir. Həmin evin tikintisi Novxanı kəndi, Aşağı Bağlar massivində tikilməli idi. Evin tikintisi ilə bağlı ilk mərhələlər normal həyata keçirilmişdir. Sonradan isə müxtəlif bəhanələrlə Təqsirləndirilən şəxs evin tikintisini yubatmağa başlamışdır. Buna görə də onda əsaslı şübhələr yaranmışdır. Təqsirləndirilən şəxs gördüyü işlərin həcmini 58.140 manat həddində olmasını hesab etmişdir. Buna görə də o, 46.500 manatın üzərinə yenidən hər ay 1.940 manat olmaq şərtilə Təqsirləndirilən şəxs ödəniş etmişdir. Yəni təxminən 6 ay ərzində o, 11.640 manat da Təqsirləndirilən şəxs ödəniş etmişdir. O, Təqsirləndirilən şəxs evin tikintisi üçün 93.000 manatdan 58.140 manat ödəmişdir. Bəzi gərgin söhbətlərdən sonra 1-ci və 2-ci mərtəbənin arasında beton örtüyü tökülmüşdür. Bundan sonra isə Təqsirləndirilən şəxs dəfələrlə onun telefon zənglərinə və mesajlarına cavab verməmişdir. Bundan sonra isə o, məcbur olaraq hüquq mühafizə orqanlarına şikayət etmişdir. O, hesab edir ki, Təqsirləndirilən şəxs evin tikintisi ilə əlaqədar onun üçün 17.000 manatlıq iş görmüş, çünki səhv etmirsə ekspertin də qiymətləndirməsi 17.000 manat məbləğində olmuşdur. Hazırda onun Təqsirləndirilən şəxs şikayət və tələbi var. Hesab edir ki, Təqsirləndirilən şəxs ona 41.000 manat məbləğində zərər vurmuşdur. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs 41.000 manat məbləğində pul tələb edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmiş halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini və mülki iddiasının tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, hadisələr baş verən zaman hərbi xidmətdə olmuşdur. Hazırda səhhəti ilə əlaqədar o, ehtiyata buraxılmışdır. Onun Bakı şəhərində bir otaqlı mənzili olmuşdur. O, həmin mənzili ipoteka ilə almışdır. O, mənzilin ipoteka borcunu bağladıqdan sonra həmin mənzili satmışdır. Çünki o, həyət evi tikdirmək istəmişdir. Onun tikintinin aparılmasına nəzarət edəcək vaxtı olmadığı üçün o, hər hansı bir şirkət vasitəsilə özünə həyət evi tikdirmək qərarına gəlmişdir. Bu səbəbdən də o, 2022-ci ilin avqust ayında internet vasitəsilə tikinti şirkəti axtarmağa başlamış və internet saytında "xxxx" şirkətini tapmışdır. O, iki dəfə "xxxx" şirkətinin ofisinə getmişdir. O, üçüncü dəfə "xxxx" şirkətinin ofisinə gedən zaman Təqsirləndirilən şəxs özünü şirkət rəhbəri kimi ona təqdim etmişdir. Həmin görüşdə onlar həyət evinin tikintisi ilə bağlı məsələlərdə razılıq əldə etmişlər və 2022-ci il avqust ayının 25-i o, Emilə ilk dəfə 15.000 manat məbləğində pul ödəmişdir. 2022-ci ilin sentyabr ayında baş verən antiterror əməliyyatları zamanı o, xidməti ilə əlaqədar həmin döyüşlərdə iştirak etmişdir. O, həmin əməliyyatlardan geri döndükdən sonra Emil ilə əlaqə saxlamışdır. Onun qardaşı Emilin tanışına 9.300 manat pul vermişdir. O, ümumilikdə 24.800 manat məbləğində Təqsirləndirilən şəxs ödəniş etmişdir. Lakin həyət evinin yalnız bünövrəsi hazırlanmışdır. Daha sonra o, 200 manat pulu əlavə olaraq Təqsirləndirilən şəxs kart hesabına ödəmişdir. Bununla da o, Emilə ümumilikdə 25.000 manat məbləğində pul ödəmişdir. Müqaviləyə əsasən o, 31.000 manat pul ödəməliydi. Yəni onun Emilə 6.000 manat borcu qalmışdır. Buna baxmayaraq həyət evinin təməli qoyulmuşdur. Onun təkidi ilə Emil başqa ustaları dəvət etmiş və həmin ustalar evin digər hissələrini hazırlamağa başlamışlar. Bir müddət sonra evin kərpic işi görülmüşdür. Kərpic işi ilə məşğul olan ustaya Emilin borcu olmuşdur. O, həmin borcu öz şəxsi hesabına ödədim. O, dəfələrlə Emil ilə əlaqə saxlayan zaman sonuncu ona heç bir narahatçılığa ehtiyac olmadığını bildirmişdir. 2023-cü ilin mart ayında Emil evin tikintisinə pul xərcləmişdir. Sonra ona məlum olmuşdur ki, Emil digər zərərçəkmiş şəxslərdən aldığı ödənişlərdən onun evinin tikintisinə pul xərcləmişdir. Ekspertlər evə baxış keçirdikdən sonra ora çəkilən xərci 8.000 manat məbləğində qiymətləndirmişlər. Lakin ona təxminən 15.000 manat geri qaytarmalıdır. Lakin Emil ona yalnız maddi ziyan vurmamışdır. O, həm işini tərk etməli olmuş, həm də psixiatr müalicəsi almışdır. Ona görə də o, Təqsirləndirilən şəxs şikayətçidir və Təqsirləndirilən şəxs 20.000 manat məbləğində pul tələb edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 ifadəsində göstərmiş halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini və mülki iddiasının tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ev tikintisi ilə məşğul olmasını “İnstaqram” sosial şəbəkəsi vasitəsilə öyrənmişdir. Bununla əlaqədar o, Təqsirləndirilən şəxslə zəngləşərək danışmış, sonra isə görüşmüşdür. Görüşdükdən sonra onlar ev tikintisi ilə əlaqədar müqavilə bağlamışlar və evin tikintisini 66.000 manata razılaşmışlar. Ev tikintisi üçün o, Təqsirləndirilən şəxs 62.800 manat məbləğində pul ödəmişdir. Bundan başqa, o, əlavə işlərə, yəni quyu tikintisinə görə də Təqsirləndirilən şəxs 200 manat pul ödəmişdir. Həmin ev Qəbələ rayonu, Vəndam qəsəbəsində tikilməli idi. Tikinti üçün o, Təqsirləndirilən şəxs ödəniş etməsinə dair onda qəbzlər var. Təqsirləndirilən şəxs tikinti ilə bağlı çəkdiyi xərc onun öz ustası ilə birgə hesablamasına görə təxminən 15.000 manat təşkil edir. Lakin Təqsirləndirilən şəxs tərəfindən görülən işlərin ekspert tərəfindən qiymətləndirilməsi təxmini 17.000 manat olmuşdur. Onun hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi vardır. O. hesab edir ki, Təqsirləndirilən şəxs ona 46.000 manat məbləğində zərər vurmuşdur. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs 46.000 manat məbləğində pul tələb edir. Zərərçəkmiş şəxs5 ifadəsində göstərmiş halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs həbsdə görmək istəməzdi. O, ümumiyyətlə istəmir ki, hər hansı vətəndaşın başına bu cür hadisə gəlsin, lakin Təqsirləndirilən şəxs bütün bu hadisələrin baş verməsində özü təqsirkardır. Belə ki, o, bir gün “İnstagram” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs sahibi olduğu "xxxx" MMC-nin “İnstagram” sosial şəbəkəsindəki səhifəsinə ismarıc yazaraq sözügedən səhifədə dərc edilən yaşayış evlərinin tikintisi ilə bağlı elanlarla, bununla bağlı qiymətlərlə maraqlanmışdır. Qarşı tərəfdən isə ona müdiriyyət tərəfindən əlaqə saxlanılacağı bildirilmişdir. O da, bundan sonra cavab verən şəxsə öz mobil nömrəsini yazmışdır. Sonra Təqsirləndirilən şəxs onun iş yerinə gəlmiş və o, orada Təqsirləndirilən şəxslə yaşayış evinin tikintisilə bağlı söhbət aparmışdır. Aparılan söhbət zamanı əldə edilmiş razılığa əsasən o, Təqsirləndirilən şəxs 25.000 (iyirmi beş min) manat verməli, həmçinin "xxxx" MMC-ni reklam etməli olmuşdur. O, 25.000 (iyirmin beş min) manatın 20.000 (iyirmi min) manatını sifariş vermiş olduğu yaşayış evinin tikilib təhvil verilməsindən əvvəl vermiş, qalan 5.000 (beş min) manatı isə yaşayış evi tikilib ona təhvil verilməsindən sonra verməli olmuşdur. Təqsirləndirilən şəxs 9 ay onu gözlətdirərək bu müddət ərzində yalnız yaşayış evinin bünövrəsini tökmüşdür. Təqsirləndirilən şəxs 9 doqquz ay ərzində tikintinin bu cür ləngiməsini dünyada baş verə biləcək bütün təbiət hadisələrinin Şamaxı rayonunda baş verməsinin üzərinə atmışdır. Sonra Təqsirləndirilən şəxs özünün, anasının, atasının, övladının xəstə olduğunu ona demişdir. O da, bunun Təqsirləndirilən şəxs insanlığına yazıb məsələyə önəm verməmişdir. Bundan bir müddət sonra o, artıq məsələnin ciddiyyətini anmış və Təqsirləndirilən şəxs özünün fotoşəklini öz sosial şəbəkə hesablarında dərc edərək Emilin iç üzünü cəmiyyətə çatdıracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs fotoşəklini öz sosial şəbəkə hesablarında dərc edərək Emilin iç üzünü cəmiyyətə çatdırmışdır. Bundan sonra hardasa, 10 (on) nəfər vətəndaş ona ismarıc yazaraq Təqsirləndirilən şəxs həmin şəxslərin də, pullarını götürərək yaşayış evlərini tikmədiyini bildirmişdir. Sonra o və digər zərərçəkmiş şəxslər kollektiv şəkildə hüquq mühafizə orqanlarına Təqsirləndirilən şəxs barəsində şikayət etmək qərarına gəlmişlər, habelə məlum hadisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etmişlər. Nəticədə Təqsirləndirilən şəxs həbs edilmişdir. O, heç vaxt istəməzdi ki, Təqsirləndirilən şəxs həbs edilsin, lakin işlərin bu hala gəlməsində təqsirkar Təqsirləndirilən şəxs özüdür. Təqsirləndirilən şəxs həbs edilməsində səbəbkar olaraq onu görür. O, Təqsirləndirilən şəxs həbs edilməsində səbəbkar deyil. Əgər Təqsirləndirilən şəxs düzgün insan olsaydı, 2018-2020-ci illər ərzində Sumqayıt Şəhər Polis İdarəsi və Sumqayıt şəhər prokurorluğu Təqsirləndirilən şəxs axtarışa verməzdi. Təqsirləndirilən şəxs hər dəfə həbs edilmiş, sonradan isə azadlığa buraxılmışdır. 2020-ci ildə müğənni Rahidə Baxış ona zəng edərək Təqsirləndirilən şəxs Rahidəyə qarşı dələduzluq edərək pulunu mənimsədiyini və pulunu qaytarmadığını bildirmişdir. O da, öz növbəsində Rahidə Baxışa məhkəmə qaydasında Təqsirləndirilən şəxs pulunu almasını məsləhət görmüşdür. Təqsirləndirilən şəxs sonradan məhkəmədə nə cür bir mexanizm qurmuşdusa, X22 Ağayevə məhkəmədə qalib gələ bilməmişdir. Hətta Emil X14rşı məhkəmədə X20 Ağayevin adını “Xəzər Televiziyası”nda çəkərək Təqsirləndirilən şəxs iç üzünü cəmiyyətə çatdırdığına görə 120.000 (yüz iyirmi min) manatlıq təzminat iddiası da qaldırmışdır. O, həmin vaxt Təqsirləndirilən şəxs kim olduğunu hələ bilməmişdir. Sonradan artıq onun da başına analoji dələduzluq hadisəsi gəldikdən sonra o, Rahidə Baxışın şikayətçi olduğu Təqsirləndirilən şəxs onu da aldadan Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O ki qaldı, onun "xxxx" MMC-ni reklam etməli olduğuna, əslində onun Təqsirləndirilən şəxs sifariş vermiş olduğu yaşayış evinin qiyməti 65.000-70.000 (altmış beş-yetmiş min) manat olmuşdur. Sadəcə olaraq endirimlə bu qiymət 45.000-50.000 (qırx beş-əlli min) manatadək endirilmişdir. Ümumi razılığa əsasən o, Təqsirləndirilən şəxs 25.000 (iyirmi beş min) manatı əvvəlcədən verəcəkdi, qalan 20.000-25.000 (iyirmi-iyirmi beş min) manatı isə "xxxx" MMC-ni reklam etməklə Təqsirləndirilən şəxs ödəyəcəkdi. Bir reklamın qiyməti 5.000 (beş min) manat olmaqla, o, "xxxx" MMC-ni 4-5 dəfə reklam etməli olmuşdur. Reklam "xxxx" MMC-nin tikdiyi yaşayış evlərini cəmiyyətə təqdim etməkdən ibarət olmuşdur. O, 25.000 (iyirmin beş min) manatın 20.000 (iyirmi min) manatını sifariş verdiyi yaşayış evinin tikilib təhvil verilməsindən əvvəl, qalan 5.000 (beş min) manatını isə sifariş verdiyi ev tikilib təhvil verildikdən sonra ödəməli olmuşdur. Təqsirləndirilən şəxs onun üçün tikməli olduğu yaşayış evinin ümumi sahəsi yüz neçəsə kv.m-dən ibarət olmalı idi. Sonra bir gün Şamaxı rayon İcra hakimiyyətinin əməkdaşları tikintinin aparıldığı əraziyə gələrək tikintini qənaətbəxş olmadığı üçün dayandırmışlar. Sonra o, şəxsi əlaqələri vasitəsi ilə həmin tikintinin aparılmasını bərpa etmişdir. Bundan sonra Şamaxı rayon İcra hakimiyyətinin əməkdaşları ona müraciət edərək Şamaxı rayon İcra hakimiyyətinin başçısının tikilən yaşayış evinin layihəsi ilə tanış olmaq istədiyini bildirmişlər. O, nə qədər Təqsirləndirilən şəxs tikilən yaşayış evinin layihəsini istəsə də, Emil layihəni ona təqdim etməmişdir. Bundan sonra o, hətta Təqsirləndirilən şəxs Şamaxı rayonu, Nağaraxana kəndində yaşayış evini tikə bilməməsini Emilə keçdiyini, Şamaxı rayonu, Nağaraxana kəndində tikilməli olan yaşayış evi üçün alınmış tikinti materiallarını Qəbələ rayonunda tikintisini apardığı yaşayış evinə aparmasını Emilə bildirmişdir. Təqsirləndirilən şəxs isə onunla razılaşmamışdır. Bakı şəhərindən çıxan və tikinti materialları ilə doldurulmuş avtomobil düz 1 (bir) həftə Qəbələ rayonunun bütün kəndlərini gəzmiş, lakin tikilən yaşayış evini tapa bilməmişdir. Bir həftənin sonunda Təqsirləndirilən şəxs ona tikinti materiallarına daxil olan taxtaların onun adına layiq olmadığını bildirərək həmin taxtaları Bakı şəhərinə geri göndərdiyini və onun üçün başqa taxtalar alacağını bildirmişdir. O, hətta bu zaman Təqsirləndirilən şəxs həmin taxtaların çürük olduğu təqdirdə belə, ona xoş olduğunu bildirərək Təqsirləndirilən şəxs tikinti materiallarını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs onun öz pulu ilə alınmış tikinti materiallarını belə ona verməmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmiş halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin mart-aprel aylarından tanıyır. Həmin vaxt Təqsirləndirilən şəxs ona özünü yaşayış evlərinin tikintisi ilə məşğul olan "xxxx" MMC-nin sahibi kimi təqdim etmişdir. O, tikinti materiallarının satışı ilə məşğuldur. O, Təqsirləndirilən şəxslə tanış olduqdan sonra sonuncu ona "xxxx" MMC-nin yaşayış evlərinin tikintisi bazarında artıq öz sözünü demiş olan bir şirkət olduğunu söylərək ona işgüzar əməkdaşlıq təklif etmişdir. O da, bu təklifi qəbul etmişdir. Bu əməkdaşlığa əsasən o, Təqsirləndirilən şəxs tikinti materialları satmalı idi. O, müəyyən müddət Təqsirləndirilən şəxs tikinti materialı satmış, lakin sonradan Təqsirləndirilən şəxs ona biznesinin artıq pisləşməyə doğru getdiyini bildirib onunla olan işgüzar əməkdaşlığını dayandırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baİoğlanova Günel Ceyhun qızı ifadəsində göstərdi ki, onlar 2021-ci ilin payız aylarında Nərimanov rayonunda hündürmərtəbəli binadakı evlərini satmışlar. Sonra onlar Biləcəri qəsəbəsində ev tikdirmək qərarına gəlmişlər. O, sosial şəbəkələrdə axtarış edən zaman qarşısına “Aframe” evlərin tikintisi ilə bağlı reklam çıxmışdır. Onlar evin tikintisini şirkətə vermək qərarına gəlmişlər. Bundan sonra onun atası Ceyhun həmin şirkətin nörməsini istəmişdir. O, həmin şirkətin nömrəsini tapıb atasına vermişdir. Atası da, həmin şirkətə zəng vurmuşdur. Bu zaman həmin şirkətin rəhbəri kimi telefona Təqsirləndirilən şəxs cavab vermişdir. Onlar əvvəlcə "xxxx" MMC ilə telefon əlaqəsi saxlamışlar, lakin müqavilə imzalandıqda, "xxxx" MMC ilə müqavilə imzalamışlar. Onlar Təqsirləndirilən şəxs nəyə görə "xxxx" MMC ilə deyil, "xxxx" MMC ilə müqavilə imzalanmasını soruşduqda, onlara demişlər ki, “bölgələr üçün "xxxx" MMC fəaliyyət göstərir, Bakı şəhəri üçün isə "xxxx" MMC fəaliyyət göstərir”. Buna görə də onlar evin tikintisi ilə bağlı "xxxx" MMC ilə müqavilə bağlamışlar. Tikilməli olan ev 2 mərtəbəli ev olmalı olmuş, ikinci mərtəbə mansard tipli, birinci mərtəbə isə ümumi tipli ev olmalı, evin ümumi sahəsi isə 220 kv.m olmalı olmuşdur. X21 Ağayev arasında əldə edilmiş razılığa görə tikilməli olan evin qiyməti 72.000 manata razılaşdırılmışdır. Evin qiymətinin ödənişi 4 (dörd) mərhələli formada ödənilməli olmuşdur. Belə ki, onlar ilkin olaraq evin tikintisi üçün 36.000 manat ödəniş etmişlər. Bundan 3 gün sonra ustalar gələrək evin tikintisini həyata keçirməyə başlamışlar. Sonra yanvar ayında Təqsirləndirilən şəxs onlara yaxınlaşıb demişdir ki, “bölgələrdə evlərin tikintisinin tanıdılması üçün bizə xanım sima lazımdır”. O, həmin ərəfədə işsiz olmuşdur. Belə ki, “Lider” televiziyasında onun 12 illik iş təcrübəsi olmuşdur. O, Təqsirləndirilən şəxs demişdir ki, özünü başqa bir işdə sınaya bilər. Təqsirləndirilən şəxs də, onunla razılaşmışdır. İlkin olaraq o, işə stajor olaraq başlamış və əmək müqaviləsi 300-400 manat müqabilində imzalanmış, habelə yol xərclərinin də həmin məbləğin üzərində olması barədə onlar razılığa gəlmişlər. Bundan sonra, yəni 2022-ci ilin mart-aprel aylarında Zərərçəkmiş şəxs4 evinin tikintisi ilə bağlı sifariş qəbul edilmişdir. 2022-ci ilin avqust ayında isə Zərərçəkmiş şəxs5 evinin tikintisi ilə bağlı sifariş qəbul edilmişdir. Həmin ərəfədə onlar ofisdə olmuşlar, İlkin və Pərvin xanım ofisə yaxınlaşıb müqaviləni imzalamışlar. Onun işi müqaviləni götürərək müştərilərə təqdim etməkdən ibarət olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 oğludur və ittiham aktına əsasən hazırkı iş üzrə şahid olsa da, atası ilə eyni ailənin üzvü olduğu üçün elə özü də bir növ zərərçəkmiş şəxsdir. Belə ki, atası Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında Biləcəri qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsində yaşayış evinin tikiltisi barədə müqavilə imzalanmışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sözügedən yaşayış evinin tikintisinə görə ödəniş etsə də, Təqsirləndirilən şəxs tikintini yarımçıq saxlamışdır. Hətta Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs bir neçə ay möhlət də verilmiş, lakin Təqsirləndirilən şəxs bu müddət ərzində yaşayış evini Zərərçəkmiş şəxs1 təhvil verməmişdir. Nəticədə də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs5 həyat yoldaşıdır, ev tikintisi ilə bağlı bütün proseslərdə əri İlkinlə birlikdə iştirak etmişdir. Avqust ayının əvvəllərində o, “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs tərəfindən tikilən evlərin reklamını görmüşdür. Sonra o, Təqsirləndirilən şəxslə telefonla danışıb sonuncunun ofisində əri İlkin ilə birlikdə Emillə görüşmüşdür. Sonra onlar torpağa sahəsinə baxış keçirmişlər. Sonra Təqsirləndirilən şəxs onlara Zərərçəkmiş şəxs3 və digər zərərçəkmiş şəxslərə də, tiktiyi evlər barədə məlumat vermişdir. Onlar həmin evlərə də baxış keçirmişlər. Təqsirləndirilən şəxs ofisi Xətai rayonu ərazisində, yəni “Bakı Əyləncə Mərkəzinin yanında yerləşmişdir. Təqsirləndirilən şəxs şirkətinin adı "xxxx" MMC adlanırdı. Həmin şirkətin ofisi binanın ikinci mərtəbəsində yerləşirdi. Onlar həmin ofisə getdikləri zaman Günel Baloğlanova da, orada olmuşdur. Təqsirləndirilən şəxs “Aframe” tipli evlər tikmişdir. O, görüş zamanı Təqsirləndirilən şəxs tamamlanmış işlərinin olub-olmaması ilə bağlı sual vermiş, habelə həmin evlərə baxmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs də, “Aframe” tipli evlərin yenicə inşa edilməyə başlanılması səbəbindən bu tipli evlərin tamamlanmış versiyasının olmadığını, başqa tipli tikilmiş hazır evlərin Mərdəkan və Şüvəlan qəsəbəsində olduğunu və bu tip evlərə baxa biləcəklərini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onlar üçün tikiləcək “Aframe” tipli ev üçün 4 (dörd) mərhələdə ödəniş etməli olmuşlar. Sonra onlar Təqsirləndirilən şəxslə 15 avqust tarixində müqavilə bağlamışlar. Onlar evin tikintisinin dəyərini 66.000 manata razılaşmışlar. İlkin mərhələdə evin tikintisi üçün onlar Təqsirləndirilən şəxs 33.000 manat vermişlər. Həmin ödəniş əsasında Təqsirləndirilən şəxs onlar üçün ev, hasar və hovuz tikməli olmuşdur. Bütün işlərin görülməsini onlar 66.000 manata razılaşmışlar. Qalan ödənişləri isə onlar mərhələli şəkildə ödəməli olmuşlar. Təqsirləndirilən şəxs əvvəlcə onlardan 33.000 manat almışdır. Təqsirləndirilən şəxs 33.000 manat müqabilində çox az iş görmüşdür. Bu pulun müqabilində Təqsirləndirilən şəxs sadəcə olaraq torpağın düzləşdirmə işlərini görmüş, habelə hovuzun yeri qazılmış və presləmə işi yerinə yetirilərək içi doldurulmuşdur. İkinci mərhələdə Təqsirləndirilən şəxs yenidən onlardan pul tələb etmişdir. Onlar da, Təqsirləndirilən şəxs görülən işlərin 33.000 manat dəyərində olmadığını bildirərək nəyə görə onlardan əlavə pul istədiyini Emildən soruşmuşlar. Təqsirləndirilən şəxs də, onlara indidən materiallar aldığını, materialların gələcəkdə bahalaşa biləcəyini, evin taxtasının indidən almasında məqsədinin taxtanın qurudulması olduğunu, evin pencərələrinin indidən sifariş verməli olduğunu, evin isti döşəməsinin hazırlanmalı olduğunu bildirmişdir. Onlar yeni ödənişi ayın 15-də etməli olsalar da, ödənişi ayın 20-də etmişlər. Həmin 5 gün ərzində Təqsirləndirilən şəxs onların evinin tikintisini dayandırmışdır. X13 evin tikintisi üçün ödəniş etməli olduqlarını, bundan sonra evin tikintisi üçün materialların göndərilə biləcəyini bildirmişdir. Günel Təqsirləndirilən şəxs katibəsi olmuş, yəni Emillə işləmişdir. Halbuki Təqsirləndirilən şəxs Günel üçün də ev tikməli olmuş, lakin Günelin də, tikintisini yarımçıq qoymuş, yəni Günelə də, zərər vurmuşdur. Sonra materialların ödənişi olaraq onlar ikinci dəfə 19.800 manat məbləğində pulu Emilə ödəmişlər. Bundan sonra bəzi işlər görülmüş, lakin Təqsirləndirilən şəxs onlara yenidən yalanlar danışmağa başlamışdır. Onlar evin tikintisi ilə bağlı Təqsirləndirilən şəxs ümumilikdə 62.800 manat pul ödəmişlər. Qalan 3.200 manatı da onlar iş yekunlaşdıqdan sonra ödəməli olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 üçün Şamaxı rayonu, Nağaraxana kəndində pul müqabilində yaşayış evi tikməli olmuşdur. Bir gün o və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Xətai rayonunda yerləşən yaşayış evinə getmişlər. O, Zərərçəkmiş şəxs3 anası Sahilə Zeynalovanın iştirakı ilə Təqsirləndirilən şəxs sözügedən yaşayış evinin tikintisi məqsədilə 12.000 (on iki min) manat pul vermişdir. Bundan sonra bir dəfə də o, “Metropark” alış-veriş və əyləncə mərkəzinin yaxınlığında avtomobilin içərisində Təqsirləndirilən şəxs təklikdə 3.000 (üç min) manat pul vermişdir. Bu məbləğlər Zərərçəkmiş şəxs3 məxsus olmuş və o, bu pulları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 tapşırığına əsasən vermişdir. Üçüncü dəfə isə Təqsirləndirilən şəxs pulu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs plastik bank kartına mədaxil etməklə özü göndərmişdir. O, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs plastik bank kartına mədaxil etmiş olduğu pulun məbləğini bilmir. Sonra Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs3 Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən və yaşayış evinin tikilməli olduğu torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs3 Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən və yaşayış evinin tikilməli olduğu torpaq sahəsinə getmişdir. Sonradan isə məlum olduğu kimi sözügedən yaşayış evi Təqsirləndirilən şəxs tərəfindən hava şəraitinin pis olması, materialların gecikməsi və bu qəbildən olan sair müxtəlif bəhanələrlə tikilməmişdir. O, özü də, Təqsirləndirilən şəxslə dəfələrlə danışmış və Təqsirləndirilən şəxs hər dəfə ona yaşayış evinin tikiləcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs rəhbərliyi altında usta kimi fəaliyyət göstərmiş və Təqsirləndirilən şəxs apardığı tikinti işlərində işləmişdir. Lakin Təqsirləndirilən şəxs tikintisini həyata keçirdiyi həmin tikintilər yarımçıq qalmışlar. Sonra o, Zərərçəkmiş şəxs5 tərəfindən usta kimi işləmək üçün çağırılmış və onlar həmin yarımçıq qalan tikililərdə işləri bərpa etmişlər. Onların Zərərçəkmiş şəxs5 üçün usta kimi işlədikləri işlərin Təqsirləndirilən şəxs heç bir aidiyyatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs başqa bir şəxsin vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs ona iş təklif etmiş və tikinti işləri görə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O da, tikinti işlərini görə bildiyini bildirmişdir. O, bir müddət Təqsirləndirilən şəxs üçün işləmiş, lakin sonra Təqsirləndirilən şəxs öz pulunu ala bilməmişdir. 3 (üç) ustaya ümumilikdə 6.000 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Hələ də Təqsirləndirilən şəxs tərəfindən onların usta pulu verilməmişdir. 3 (üç) nəfər usta olaraq onlar Emil üçün şərik işləmişlər. Onlar dam örtüyünün 1 kv.metrini 12 manata düzəltmişlər, ümumilikdə bir dam örtüyünə görə onlar təxminən 2.400 manat pul almalı olmuşlar. Onlar 4 (dörd) evin damını təmir etdiklərinə görə Təqsirləndirilən şəxs tərəfindən onlara 6.000 manat verilməli olmuşdur. Həmin 4 (dörd) evin biri Zərərçəkmiş şəxs5, digər 3 (üç) ev isə Zərərçəkmiş şəxs4 məxsus olmuşdur. O, Şahid7 və Elçin adlı başqa bir ustayla birlikdə işləmişdir. Şahid9 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, uzun illərdir ki, tikintidə ustalıq edir. O, Zərərçəkmiş şəxs6 2022-ci ilin payız aylarında Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. Belə ki, həmin ərəfələrdə o, yaşadığı kənddə ustalıq etmişdir. Təqsirləndirilən şəxs onun kəndində usta axtardığı barədə soraqlaşaraq onu tapmışdır. Təqsirləndirilən şəxs özünü tikinti şirkətinin rəhbəri kimi ona təqdim edib özünə usta lazım olduğunu bildirmişdir. Onun həmkəndlisi Samir Emil A\ayevə onun barəsində məlumat verdiyi üçün Emil soraqlaşaraq onunla görüşmüşdür. Təqsirləndirilən şəxs ağ rəngli, “Hyundai” markalı avtomobil idarə etmişdir. Avtomobilin üzərində "xxxx" şirkətinin loqusu vurulmuşdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, İlisu kəndində müştəri üçün ev tikir və ona görə də usta kimi onu işə götürmək istəyir. O da, Təqsirləndirilən şəxslə razılaşmışdır. Emil ona təklif etmişdir ki, tikinti materiallarını özü alacaq, fəhlələri isə o, tapsın. Sonra Emil onu həmin yerə aparmışdır. Orada o, görmüşdür ki, evin bünövrəsi qoyulmuş və beton işi görülmüşdür. Emil bildirmişdir ki, Qəbələdən gətirdiyi usta və fəhlələrlə bu işi görmüş, lakin yol uzaq olduğuna görə buradan usta və fəhləni işə götürmək istəyir. O, həmin vaxt başqa müştəri üçün ev təmir etmişdir. Emil ona demişdir ki, ev tikilməsini sifariş verən şəxs işi gecikdirdiyinə görə Emili sıxır. Ona görə də Emil ondan xahiş etmişdir ki, əlindəki işi saxlasın və həmin tikinti işinə başlasın. O da, öz müştərisi üçün işi bir neçə gün ərzində qurtarmış və Emilin dediyi torpaq sahəsinə gələrək yeni işə başlamışdır. Evin sahəsi 40 kv.m olmuşdur. Evin mansardı ikinci mərtəbədə olmalı imiş. Emil kərpic, sement və başqa materialları aldıqdan sonra o, fəhlələrlə birlikdə işə başlamışdır. O, birinci mərtəbəni kərpiclə tikdikdən sonra Emil ona cəmi 300 manat pul vermişdir. Halbuki onlar bu işi 1.050 manata danışmışlar. Emil birinci mərtəbənin beton kəmər işini görmüşdür. Sonra Emil işi dayandırmışdır. Emil pulunun olmadığını bəhanə gətirərək onu pulunu verməmişdir. O, oraya fəhlə gəlirdiyi üçün fəhlələr pulu ondan istəmişlər. Ona görə də o, öz hesabına fəhlələrin pulunu vermişdir. O, Emildən 750 manat zəhmət haqqısını istəsə də, Emil onun pulunu verməmişdir. O, orada işlədiyi dövrdə Şeyx ora gəlmişdir. O, Şeyxi ilk dəfə orada görmüşdür. Emil onun pulunu vermədiyi üçün o, Şeyxə zəng vurub pulunu istəmişdir. Şeyx də ona demişdir ki, Emilə tikintiyə görə 25.000 manat pul vermişdir. O da, Şeyxə demişdir ki, Təqsirləndirilən şəxs orada maksimum 7.000-8.000 manatlıq iş görmüşdür. Şeyx bundan sonra öz hesabına evin balkonunun və hamam-tualetin betonunu tökdürmüşdür. Emilin istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs onunla həmin mobil nömrə ilə əlaqə saxlamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli A2021108 nömrəli müqavilənin surətindən (cild 2, iş vərəqə 103-107) görünür ki, "xxxx" MMC (MMC adından səlahiyyətli şəxs kimi müqavilə direktor Təqsirləndirilən şəxs tərəfindən imzalanıb) ilə Zərərçəkmiş şəxs1 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsində 2 (iki) mərtəbəli, 220 kv.m-dən ibarət fərdi yaşayış evinin tikintisi ilə bağlı müqavilə bağlanmış, "xxxx" MMC tərəfindən həyata keçiriləcək tikintinin qiyməti 72.000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli kassa mədaxil qəbzindən (cild 2, iş vərəqə 111) görünür ki, Zərərçəkmiş şəxs1 həmin gün 36.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2021-ci il tarixli A20211218 nömrəli müqavilənin surətindən (cild 2, iş vərəqə 50-52) görünür ki, "xxxx" MMC (MMC adından səlahiyyətli şəxs kimi müqavilə direktor Təqsirləndirilən şəxs tərəfindən imzalanıb) ilə Zərərçəkmiş şəxs2 arasında Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən torpaq sahəsində 2 (iki) mərtəbəli, 200 kv.m-dən ibarət fərdi yaşayış evinin tikintisi ilə bağlı müqavilə bağlanmış, "xxxx" MMC tərəfindən həyata keçiriləcək tikintinin qiyməti 93.000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli kassa mədaxil qəbzindən (cild 2, iş vərəqə 56) görünür ki, Zərərçəkmiş şəxs2 həmin gün 46.500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 2, iş vərəqə 111) görünür ki, Zərərçəkmiş şəxs1 həmin gün 18.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 2, iş vərəqə 56) görünür ki, Zərərçəkmiş şəxs2 həmin gün 1.940 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 2, iş vərəqə 111) görünür ki, Zərərçəkmiş şəxs1 həmin gün 4.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 2, iş vərəqə 56) görünür ki, Zərərçəkmiş şəxs2 həmin gün 1.940 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 2, iş vərəqə 57) görünür ki, Zərərçəkmiş şəxs2 həmin gün 1.940 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli A20220409 nömrəli müqavilənin surətindən (cild 1, iş vərəqə 123-127) görünür ki, "xxxx" MMC (MMC adından səlahiyyətli şəxs kimi müqavilə direktor Təqsirləndirilən şəxs tərəfindən imzalanıb) ilə Zərərçəkmiş şəxs4 arasında Qəbələ rayonu, Vəndam kəndində yerləşən torpaq sahəsində 2 (iki) mərtəbəli, 76 kv.m-dən ibarət 3 (üç) ədəd “Aframe” tipli istirahət evinin tikintisi ilə bağlı müqavilə bağlanmış, "xxxx" MMC tərəfindən həyata keçiriləcək tikintinin ümumi qiyməti 78.400 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 133) görünür ki, Zərərçəkmiş şəxs4 həmin gün 700 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 133) görünür ki, Zərərçəkmiş şəxs4 həmin gün 38.500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 2, iş vərəqə 56) görünür ki, Zərərçəkmiş şəxs2 həmin gün 1.940 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 119) görünür ki, Zərərçəkmiş şəxs4 həmin gün 18.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 119) görünür ki, Zərərçəkmiş şəxs4 həmin gün 20.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 135) görünür ki, Zərərçəkmiş şəxs4 həmin gün 11.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 2, iş vərəqə 56) görünür ki, Zərərçəkmiş şəxs2 həmin gün 1.940 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 135) görünür ki, Zərərçəkmiş şəxs4 həmin gün 8.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 129) görünür ki, Zərərçəkmiş şəxs4 həmin gün 2.500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 129) görünür ki, Zərərçəkmiş şəxs4 həmin gün 2.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 137) görünür ki, Zərərçəkmiş şəxs4 həmin gün 2.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 137) görünür ki, Zərərçəkmiş şəxs4 həmin gün 4.500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 138) görünür ki, Zərərçəkmiş şəxs4 həmin gün 10.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli A20220815 nömrəli müqavilənin surətindən (cild 1, iş vərəqə 25-27) görünür ki, "xxxx" MMC (MMC adından səlahiyyətli şəxs kimi müqavilə direktor Təqsirləndirilən şəxs tərəfindən imzalanıb) ilə Zərərçəkmiş şəxs5 arasında Qəbələ rayonu, Vəndam kəndində yerləşən torpaq sahəsində 2 (iki) mərtəbəli, 81 kv.m-dən ibarət “Aframe” tipli istirahət evinin və 20 kv.m-dən ibarət hovuzun tikintisi ilə bağlı müqavilə bağlanmış, "xxxx" MMC tərəfindən həyata keçiriləcək tikintinin qiyməti 66.000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 31) görünür ki, Zərərçəkmiş şəxs5 həmin gün 33.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli A20220815 nömrəli müqavilənin surətindən (cild 1, iş vərəqə 84-88) görünür ki, "xxxx" MMC (MMC adından səlahiyyətli şəxs kimi müqavilə direktor Təqsirləndirilən şəxs tərəfindən imzalanıb) ilə Zərərçəkmiş şəxs6 arasında Qax rayonu, İlisu kəndində torpaq sahəsində 2 (iki) mərtəbəli, 80 kv.m-dən ibarət “Aframe” tipli istirahət evinin tikintisi ilə bağlı müqavilə bağlanmış, "xxxx" MMC tərəfindən həyata keçiriləcək tikintinin qiyməti 31.000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 83) görünür ki, Zərərçəkmiş şəxs6 həmin gün 15.500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 83) görünür ki, Zərərçəkmiş şəxs6 həmin gün 9.300 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 32) görünür ki, Zərərçəkmiş şəxs5 həmin gün 19.800 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2022-ci il tarixli 097921 nömrəli vəsiqədən (cild 2, iş vərəqə 36) görünür ki, Zərərçəkmiş şəxs6 Müharibə veteranıdır. xx.xx.2022-ci il tarixli kassa mədaxil qəbzindən (cild 1, iş vərəqə 31) görünür ki, Zərərçəkmiş şəxs5 həmin gün 10.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2023-cü il tarixli A20230205 nömrəli müqavilənin surətindən (cild 2, iş vərəqə 259-261) görünür ki, "xxxx" MMC (MMC adından səlahiyyətli şəxs kimi müqavilə direktor Təqsirləndirilən şəxs tərəfindən imzalanıb) ilə Zərərçəkmiş şəxs7 arasında Şamaxı rayonu, Qaravəlli kəndində torpaq sahəsində yerləşən 2 (iki) mərtəbəli, 81 kv.m-dən ibarət “Aframe” istirahət evinin tikintisi ilə bağlı müqavilə bağlanmış, "xxxx" MMC tərəfindən həyata keçiriləcək tikintinin qiyməti 61.850 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 184-190) görünür ki, həmin gün Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən və Zərərçəkmiş şəxs3 məxsus torpaq sahəsinə və orada tikilməsi nəzərdə tutulmuş yarımçıq tikintiyə baxış keçirilmişdir (Aframe evinin tikintisi həyata keçirilməli olan sahə). xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 191-197) görünür ki, həmin gün Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs5 məxsus torpaq sahəsinə və orada tikilməsi nəzərdə tutulmuş yarımçıq tikintiyə baxış keçirilmişdir (Aframe evinin tikintisi həyata keçirilməli olan sahə). xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 198-206) görünür ki, həmin gün Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs4 məxsus torpaq sahəsinə və orada tikilməsi nəzərdə tutulmuş yarımçıq tikintiyə baxış keçirilmişdir (Aframe evinin tikintisi həyata keçirilməli olan sahə). xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 207-214) görünür ki, həmin gün Qax rayonu, İlisu kəndində yerləşən və Zərərçəkmiş şəxs6 məxsus torpaq sahəsinə və orada tikilməsi nəzərdə tutulmuş yarımçıq tikintiyə baxış keçirilmişdir (Aframe evinin tikintisi həyata keçirilməli olan sahə). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1080 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 236-238) görünür ki, Qax rayonu, İlisu kəndində yerləşən Zərərçəkmiş şəxs6 məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7.885 manat məbləğində müəyyən olunur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1082 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 229-230) görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus həyətyanı sahəsində aparılmış tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7.010 manat məbləğində müəyyən olunur. Tədqiq olunan yarımçıq tikiliyə baxış zamanı həmin tikilinin konstruktiv elementləri üzərində hər hansı bir qüsur aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli kassa mədaxil qəbzindən (cild 2, iş vərəqə 258) görünür ki, Zərərçəkmiş şəxs7 həmin gün 18.555 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1079 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 224-226) görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs5 məxsus həyətyanı sahəsində aparılmış tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 17.004 manat məbləğində müəyyən olunur. Tədqiq olunan yarımçıq tikiliyə baxış zamanı həmin tikilinin konstruktiv elementləri üzərində hər hansı bir qüsur aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1081 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 15-16) görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus həyətyanı sahəsində aparılmış tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 23.738 manat məbləğində müəyyən olunur. Tədqiq olunan yarımçıq tikiliyə baxış zamanı həmin tikilinin konstruktiv elementləri üzərində hər hansı bir qüsur aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli kassa mədaxil qəbzindən (cild 2, iş vərəqə 256) görünür ki, Zərərçəkmiş şəxs7 həmin gün 30.925 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 117) görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır (cild 04, i.v. 115-116). xx.xx.2023-cü il tarixli ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 170-171) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan etmək üçün onun barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli kassa mədaxil qəbzindən (cild 2, iş vərəqə 257) görünür ki, Zərərçəkmiş şəxs7 həmin gün 9.277 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsi ilə "xxxx" MMC-nə ödəmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin cavab məktubundan və əlavə edilmiş cədvəldən (cild 2, iş vərəqə 144) görünür ki, 2021-ci ilin dekabr ayında əvvəlki aya nisbətən inşaat materialları üzrə istehlak qiymətləri indeksi 100.6 faiz təşkil etmişdir. Bu o deməkdir ki, dekabr ayında noyabr ayı ilə müqayisədə qiymətlərin səviyyəsi 0,6 faiz artmışdır. 2021-ci ilin yanvar-dekabr aylarında inşaat materialları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 107.8 faiz təşkil etmişdir. Bu o deməkdir ki, 2021-ci ilin yanvar-dekabr aylarında qiymətlərin səviyyəsi 2020-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 7.8 faiz artmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2262 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 148-149) görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş daş hasarın və kanalizasiya anbarının inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 8.211 manat məbləğində müəyyən olunur. Tədqiq olunan yarımçıq tikiliyə baxış zamanı həmin tikilinin konstruktiv elementləri üzərində hər hansı bir qüsur aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokola və həmin protokola əlavə edilmiş çıxarışdan (cild 2, iş vərəqə 151-171) görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə mütəmadi olaraq sms yazaraq sonuncudan borclu olduğu 30.000 manata yaxın pul istəmişdir. Təqsirləndirilən şəxs isə Şahid1 cavab sms yazmamış, eləcə də sonuncunun zənglərinə cavab verməmişdir. Bundan başqa, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin abunəçiləri Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng vursalar da, Təqsirləndirilən şəxs zənglərə cavab vermədiyi üçün həmin abunəçilər dəfələrlə sms yazaraq Təqsirləndirilən şəxs pullarını tələb etmişlər, bəziləri isə verməyəcəyi təqdirdə polisə şikayət edəcəkləri barədə xəbərdarlıq etmişlər. Təqsirləndirilən şəxs isə həmin şəxslərə cavab sms yazmamışdır. Həmçinin həmin şəxslər iş üzrə zərərçəkmiş şəxslər arasında yoxdurlar. Sms mətnlərindən aydın olur ki, Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslər qarşısında borc və digər mülki öhdəlikləri olduğu halda, yəni real maliyyə vəsaitləri olmadığı halda əvvəlcədən müqavilə öhdəliyini icra etmək niyyəti olmadan zərərçəkmiş şəxslərə yalan vədlər verməklə pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil və xaric olan sübut əhəmiyyəti kəsb edən sms mətnləri aşkar edilməmişdir. X2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsindən daxil və xaric olan sms mətnlərinə baxış zamanı sübut əhəmiyyəti kəsb edən, yəni X9 Ağayev tərəfindən dələduzluq cinayətlərinin törədilməsində hər hansı formada qəsdən iştirakı müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi haqqında protokoldan (cild 2, iş vərəqə 174) görünür ki, Təqsirləndirilən şəxs həmin gün könüllü gələrək ibtidai istintaq orqanına təslim olmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 2, iş vərəqə 175) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 190-193) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-297/2023 saylı qərarından (cild 2, iş vərəqə 219-226) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin 4(103)-402/2023 saylı qərarından (cild 3, iş vərəqə 19-25) görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2031 saylı ekspertiza rəyindən (cild 3, iş vərəqə 40-46) görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Novxanı qəsəbəsində həyətyanı torpaq sahəsində inşa edilmiş yarımtikilinin faktiki vəziyyəti üzrə müqavilədə göstərilən tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 17.702 manat məbləğində müəyyən olunur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2263 saylı ekspertiza rəyindən (cild 3, iş vərəqə 49-51) görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binqədi rayonu, X18, döngə 2, ev 80 ünvanında həyətyanı torpaq sahəsində inşa edilmiş tikilinin aparılmış tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 31.622 manat məbləğində müəyyən olunur. Tədqiq olunan yarımçıq tikiliyə baxış zamanı həmin tikilinin konstruktiv elementləri üzərində hər hansı bir qüsur aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3538 saylı ekspertiza rəyindən (cild 3, iş vərəqə 98-104) görünür ki, Şamaxı rayonu, Qaravəlli kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus həyətyanı torpaq sahəsində yerləşən yarımtikili üzrə aparılmış təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 5.318 manat məbləğində müəyyən olunur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 3, iş vərəqə 126-131) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ona yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavab məktubundan və əlavə edilmiş çıxarışdan (cild 3, iş vərəqə 180-181) görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində vergi bəyannamələri təqdim edilməmiş və fəaliyyəti hazırda aktivdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 185-219) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Cinayət Məcəlləsinin 193-cü maddəsi ilə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış mülkiyyət hüququ haqqında çıxarışdan (cild 2, iş vərəqə 9) görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində 0.12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs4 məxsusdur. Vəsiqələrin surətindən (cild 2, iş vərəqə 37-43) görünür ki, Zərərçəkmiş şəxs6 “Vətən uğrunda” medalı, “Vətən müharibəsi iştirakçısı medalı, “Şuşanın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Şücaətə görə” medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron arayışından (cild 2, iş vərəqə 241) görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə MMC təşkilati formasında Təqsirləndirilən şəxs tərəfindən təsis edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 177) görünür ki, xx.xx.2009-cu il tarixdə Təqsirləndirilən şəxs ilə X10 arasında nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 175) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildə Aqşin adlı övladı anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 176) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildə Cahangir adlı övladı anadan olmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən (cild 3, iş vərəqə 173) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Aqşin adlı övladı var. Şəxsiyyət vəsiqəsinin surətindən (cild 3, iş vərəqə 174) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Cahangir adlı övladı var. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübut təqdim etmiş, habelə müdafiə hüququnun realizə edilməsi məqsədi ilə müxtəlif xarakterli vəsatətlər vermişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə mülki iddiaları və ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətlərinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətlərini törətmişdir. Belə ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı yalan məlumatlar paylaşdıqdan sonra 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X18, 2-ci küçə, ev 80 ünvanında yerləşən şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs1 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək sonuncuya ümumi sahəsi 220 kv.m olan 1 (bir) mərtəbəli üstü mansard tipli fərdi yaşayış evini 72.000 manat qiymətində 8 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 qeyd edilən ünvanda 36.000 manat, xx.xx.2022-ci il tarixdə eyni ünvanda 18.000 manat və xx.xx.2022ci il tarixdə eyni ünvanda 4.000 manat pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs1 tikintiyə görə verdiyi ümumilikdə 58.000 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə tikintiyə cəmi 31.622 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırmaqla, Zərərçəkmiş şəxs1 26.378 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən qanunsuz ələ keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə, o cümlədən kreditlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kompaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşdıqdan sonra 2021-ci ilin dekabr ayında Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, “Novxanı bağlar massivi”-də yerləşən şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs2 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək sonuncuya ümumi sahəsi 230 kv.m olan 1 (bir) mərtəbəli üstü mansard tipli evi 93.000 manat qiymətində 8 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanının qarşısında 46.500 manat, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə və 2022-ci ilin iyun ayında istintaqa dəqiq məlum olmayan tarixdə hər ay eyni ünvanda 1.940 manat pul vəsaitini cinayətə heç bir aidiyyəti olmayan Şahid4 və şəxsiyyəti istintaqa məlum olmayan başqa tanışlarının vasitəsilə aldıqdan sonra Zərərçəkmiş şəxs2 tikintiyə görə verdiyi ümumilikdə 58.140 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə tikintiyə cəmi 17.702 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırmaqla, Zərərçəkmiş şəxs2 40.438 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən qanunsuz ələ keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kompaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşdıqdan sonra 2022-ci ilin fevral ayının sonlarında Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində “Aframe” tipli evin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs3 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək sonuncuya ümumi sahəsi 135 kv.m olan 2 (iki) mərtəbəli “Aframe” tipli evi 65.000 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 dostu Şahid6 vasitəsilə ünvan 3 ünvanında 12.000 manat, xx.xx.2022-ci il tarixdə ödəniş kart vasitəsilə 2.000 manat, Şahid6 vasitəsilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Metropark” ticarət mərkəzinin qarşısında 3.000 manat və xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Nağaraxana kəndində 3.000 manat pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs3 tikintiyə görə verdiyi ümumilikdə 20.000 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə tikintiyə cəmi 7.010 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırmaqla Kamil Zeynalının 12.990 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını təkrarən qanunsuz ələ keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kompaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşdıqdan sonra 2022-ci ilin aprel ayının əvvəllərində Qəbələ rayonu, Vəndam qəsəbəsində şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində “Aframe” tipli evin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs4 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək “Novruz bayramı kompaniyası” ilə bağlı 2 (iki) ədəd “Aframe” tipli evin tikilməsini sifariş verdiyi halda üçüncüsünü hədiyyə kimi tikəcəyini bildirməklə hər birinin sahəsi 76 kv.m olan 3 (üç) ədəd “Aframe” tipli evi 78.400 manat qiymətində 3 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanındakı icarəyə götürdüyü ofisdə 700 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 38.500 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 18.000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 20.000 manat, xx.xx.2022ci il tarixdə cinayətə heç bir aidiyyəti olmayan X1 vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ünvanında yerləşən Dövlət Neft Şirkətinin inzibati binasının qarşısında 11.000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində cinayətə heç bir aidiyyəti olmayan Məhəmməd Baloğlanovun vasitəsilə 8.000 manat, çirkab suları üçün anbarın və hasarın tikintisi üçün xx.xx.2022-ci il tarixdə ödəniş kartı vasitəsilə 2.500 manat, xx.xx.2022-ci il tarixdə eyni üsulla 2.000 manat, xx.xx.2022-ci il tarixdə eyni üsulla 2.000 manat, xx.xx.2022-ci il tarixdə eyni üsulla 4.500 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ‘'Bakı Əyləncə Mərkəzi”nin qarşısında cinayətə heç bir aidiyyəti olmayan Məhəmməd Baloğlanovun vasitəsilə 10.000 manat pulu, 2022-ci ilin avqust ayında istintaqa dəqiq məlum olmayan vaxtlarda 2 (iki) dəfəyə ödəniş kartı vasitəsilə 4.500 manat pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs4 tikintiyə görə verdiyi ümumilikdə 121.700 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə evlərin tikintisi, hasarın tikilməsi və digər işlərə cəmi 31.949 manat pul xərcləyib vəd verdiyi işi görməyi dayandırmaqla Zərərçəkmiş şəxs4 89.751 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən qanunsuz ələ keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kompaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşdıqdan sonra 2022-ci ilin avqust ayının əvvəllərində Qəbələ rayonu, Vəndam qəsəbəsində şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində “Aframe” tipli evin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs5 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək 1 (bir) ədəd 130 kv.m sahəsi olan “Aframe” tipli evi, hovuzu və 4 sot torpaq sahəsi üçün daş hasarı 66.000 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanındakı icarəyə götürdüyü ofisdə 33.000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 19.800 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində “Xalqlar dostluğu” metrosunun yanındakı “Laçın” Ticarət mərkəzinin qarşısında 7.000 manat pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs5 tikintiyə görə verdiyi ümumilikdə 59.800 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə evin tikintisi, hasarın tikilməsi və digər işlərə cəmi 17.004 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırmaqla Zərərçəkmiş şəxs5 42.796 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz əh keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kompaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşdıqdan sonra 2022-ci ilin avqust ayının əvvəllərində Qax rayonu, İlisu qəsəbəsində şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs6 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək 1 (bir) mərtəbəli mansardlı ümumi sahəsi 80 kv.m olan evi 31.000 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə inandırıb yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq Zərərçəkmiş şəxs6 xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanındakı icarəyə götürdüyü ofisdə 15.500 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Bravo” marketin qarşısında sonuncunun qardaşı X4 vasitəsilə 9.300 manat, xx.xx.2022-ci il tarixdə “birbank” mobil tətbiqi vasitəsilə 200 manat pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs6 tikintiyə görə verdiyi ümumilikdə 25.000 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə evin tikintisinə cəmi 7.885 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırmaqla Zərərçəkmiş şəxs6 17.115 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən qanunsuz ələ keçirmək məqsədi ilə tikinti materiallarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs8-nin direktoru X6 özünü işgüzar tikinti şirkətinin sahibi kimi təqdim edərək alacağı tikinti materiallarını pulunu qısa müddətə verəcəyinə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə 30.724 manat qiymətində müxtəlif çeşidli tikinti materiallarını Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 202 ünvanında yerləşən “Dərnəgül” tikinti materialları bazarında Zərərçəkmiş şəxs8-nin qeyri-rəsmi işçisi Şahid1 etibardan suiistifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə alıb ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs8-nə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını təkrarən qanunsuz ələ keçirmək məqsədi ilə internet informasiya ehtiyatları üzərindən idarə edilən “İnstagram” sosial şəbəkəsində tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi "xxxx" adlı şirkətin səhifəsini yaradıb insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı yalan məlumatlar paylaşdığı üçün 2023-cü ilin yanvar ayının sonlarında Şamaxı rayonu, Qaravəlli kəndində şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində "Aframe” tipli fərdi yaşayış evinin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs7 özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək ümumi sahəsi 81 kv.m olan “Aframe” tipli fərdi yaşayış evin 61.850 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə inandırıb yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq Zərərçəkmiş şəxs7 xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanında yerləşən “Belgian kofe” restoranında 30.000 manat pul, öz adına “Kapital bank”a aid ödəniş kartı vasitəsilə 925 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda 18.555 manat, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 10 ünvanının qarşısında 9.277 manat pul vəsaitini aldıqdan sonra Zərərçəkmiş şəxs7 tikintiyə görə verdiyi ümumilikdə 58.757 manat pulun müqabilində öz cinayətkar niyyətini gizlətmək məqsədi ilə evin tikintisinə cəmi 5.318 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırmaqla Zərərçəkmiş şəxs7 53.439 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs7 külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən iş üzrə bir neçə əhəmiyyət kəsb edən halı əsas tutmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs8-dən 30.724 manat dəyərində müxtəlif tikinti materiallarını alaraq sonradan həmin malların dəyərini ödəmədiyini və bununla da Zərərçəkmiş şəxs8-nə 30.724 manat məbləğində ziyan vurduğunu etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək tikintiyə görə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ümumilikdə 58.000 manat, Zərərçəkmiş şəxs2 ümumilikdə 58.140 manat, Zərərçəkmiş şəxs3 ümumilikdə 20.000 manat, Zərərçəkmiş şəxs4 ümumilikdə 121.700 manat, Zərərçəkmiş şəxs5 ümumilikdə 59.800 manat, Zərərçəkmiş şəxs6 ümumilikdə 25.000 manat və Zərərçəkmiş şəxs7 ümumilikdə 58.757 manat məbləğində pul almasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 58.000 manat, Zərərçəkmiş şəxs2 58.140 manat, Zərərçəkmiş şəxs3 20.000 manat, Zərərçəkmiş şəxs4 121.700 manat, Zərərçəkmiş şəxs5 59.800 manat, Zərərçəkmiş şəxs6 25.000 manat və Zərərçəkmiş şəxs7 58.757 manat məbləğində pul vəsaitini almasını məhkəmədə təsdiq etsə də, iddia etmişdir ki, o, göstərilən zərərçəkmiş şəxslərə qarşı dələduzluq etməmiş, yəni müqavilə öhdəliklərinə əsasən təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin öhdəliklərinə aid edilən işlərin bir qismini görmüş, qalan hissəsini isə özündən asılı olmayan səbəblərdən icra edə bilməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən yuxarıda göstərilən məbləğlərdə pul vəsaitini aldığını təsdiq etsə də, tərəflər arasında müqavilələrin bağlanmasını əsas gətirərək onunla zərərçəkmiş şəxslərin arasında yaranmış mübahisənin mülki hüquq münasibətləri əsasında yaranmış mübahisə kimi təqdim etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs8dən 30.724 manat dəyərində müxtəlif tikinti materiallarını alaraq sonradan həmin malların dəyərini ödəməməsi və nəticədə Zərərçəkmiş şəxs8-nə 30.724 manat məbləğində ziyan vurması, habelə onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 58.000 manat, Zərərçəkmiş şəxs2 58.140 manat, Zərərçəkmiş şəxs3 20.000 manat, Zərərçəkmiş şəxs4 121.700 manat, Zərərçəkmiş şəxs5 59.800 manat, Zərərçəkmiş şəxs6 25.000 manat və Zərərçəkmiş şəxs7 58.757 manat məbləğində pul vəsaitini alması cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs göstərilən məbləğlərdə pul vəsaitini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 alarkən məqsədi və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların aydınlaşdırılması və qiymətləndirilməsi onun əməllərinin tövsifində mühüm rol oynayır. Göstərilən halların aydınlaşdırılması üçün isə Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslərin arasında münasibətlərin yaranmasına səbəb olmuş halların, tərəflər arasında yaranmış münasibətlərin rəsmiləşdirilməsi qaydasının, müqavilə üzrə münasibətlər rəsmiləşdirildikdən sonra Təqsirləndirilən şəxs hərəkətlərinin ardıcıllığının, habelə tərəflər arasında mübahisə yarandıqdan sonra Təqsirləndirilən şəxs hərəkətlərinin mahiyyətinin öyrənilməsi müstəsna dərəcədə əhəmiyyət kəsb edir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 2021-ci ildə rəsmi qaydada "xxxx" MMC-nin təsis etməklə, direktor kimi təsis etdiyi müəssisəni müxtəlif sosial şəbəkələrdə müxtəlif tipli tikinti və təmir işlərini aparan şirkət kimi reklam etdirməklə tanıtdırmış və məhz bu yolla zərərçəkmiş şəxslərin diqqətini çəkmişdir. Zərərçəkmiş şəxslər sosial şəbəkələr vasitəsi ilə həyata keçirilən reklam nəticəsində "xxxx" MMC-nin səlahiyyətli şəxsi kimi Təqsirləndirilən şəxs taparaq və sonuncu ilə görüşüb yaşayış evlərinin, bəzi hallarda isə digər tikililərin tikintisi barədə danışıq aparmışlar, nəticədə tərəflər arasında razılıq əldə edilməklə onların arasında ayrı-ayrılıqda müqavilələr bağlanmışdır. Müqavilələr bağlandıqdan sonra isə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən müqavilə şərtinə əsasən ödəniş etmələrini tələb etmiş, tərəflər arasında əldə edilmiş razılığın şərtinə əsasən zərərçəkmiş şəxslər müvafiq məbləğlərdə pul vəsaitini Təqsirləndirilən şəxs şəxsən ödəmişlər, bəzi hallarda isə sonuncunun bank hesab kartına həmin pulların bir hissəsini köçürmüşlər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pul vəsaitini aldıqdan sonra zərərçəkmiş şəxslərə aid torpaq sahəsində tikinti işlərinə başlamışdır. 7 (yeddi) zərərçəkmiş şəxsin xeyrinə ayrı-ayrılıqda Təqsirləndirilən şəxs bu və ya digər işləri görsə də, sonuncu sonradan müxtəlif bəhanələr gətirərək vəd etdiyi işləri tamamlamamış, əksinə tikintiləri yarımçıq saxlamaqla, yenidən ödənişin edilməsini zərərçəkmiş şəxslərdən tələb etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ayrı-ayrılıqda pul vəsaitini aldıqdan sonra qısa müddət ərzində vəd etdiyi işləri görməyə başlaması, sonradan isə işləri yarımçıq saxlaması, işlərin yarımçıq saxlamasının zərərçəkmiş şəxslərin təqsiri ucbatından olmaması, işləri yarımçıq saxladığı halda bununla bağlı ağlabatan və inandırıcı hesabat verməməsi ona dəlalət edir ki, işlərin bir hissəsinin görülməsi əslində "xxxx" MMC-nin öhdəliyinə aid edilmiş işlərin görülməsi məqsədi ilə deyil, bunun əksinə olaraq öhdəliyin icrasının görünüşünü yaratmaq və gələcəkdə yarana biləcək mübahisəni mülki hüquq mübahisəsi kimi qələmə verməklə məsuliyyətdən yayınmaq məqsədi ilə həyata keçirilmişdir. Məhkəmə göstərilən nəticəyə gələrkən əsasən 3 (üç) məsələni əsas tutmuşdur. Bu əsaslar aşağıdakılardan ibarətdir: • Təqsirləndirilən şəxs "xxxx" MMC-ni təsis edib həmin müəssisənin tikinti və təmir işləri ilə məşğul olan müəssisə kimi sosial şəbəkələrdə reklamını həyata keçirsə də, əslində "xxxx" MMC real şəkildə fəaliyyət göstərən müəssisə olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin sosial şəbəkələrdə reklamını həyata keçirsə də, həmin müəssisə tikinti və təmir işləri ilə məşğul olan müəssisəyə xas olan xüsusiyyətlərə sahib olmamış, məsələn tikinti və təmir işləri ilə məşğul olmaq üçün müvafiq sahə üzrə ixtisaslaşmış ustalar və fəhlələr briqadasına sahib olmamış, göstərilən kateqoriyadan olan birqadalar ilə əməkdaşlıq etməmiş, bunun əksinə olaraq Təqsirləndirilən şəxs pərakəndə ustalar və fəhlələr taparaq görünüş üçün müəyyən işlər görmüşdür. • "xxxx" MMC təsis edilən gündən etibarən real şəkildə fəaliyyət göstərməmiş, vergi öhdəliklərini yerinə yetirməmiş, hər hansı hüquqi və fiziki şəxslə real hüquq münasibətlərinə daxil olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavab məktubundan və əlavə edilmiş çıxarış ilə təsdiq olunmuşdur ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində vergi bəyannamələri təqdim edilməmiş və fəaliyyəti aktivdir. Bu isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC adından zərərçəkmiş şəxslərdən yuxarıda göstərilən məbləğlərdə pul vəsaitini alsa da, həmin pulları müəssisənin xəzinəsinə mədaxil etməmiş, bunun əksinə olaraq zərərçəkmiş şəxslərə ödənişlə bağlı kassa mədaxil qəbzlərini verməklə faktiki olaraq zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitini qanunsuz şəkildə ələ keçirərək sonradan şəxsi ehtiyaclarına xərcləmişdir. • Zərərçəkmiş şəxslərlə "xxxx" MMC arasında tikinti işlərinin görülməsi barədə müqavilələr bağlansa da, Təqsirləndirilən şəxs direktoru olduğu müəssisənin adından zərərçəkmiş şəxslərlə müqavilə bağlayaraq həmin müqavilələrdən irəli gələn öhdəliyi icra etmək niyyətində olmamış, əksinə zərərçəkmiş şəxslərlə müqavilələr bağlamaqla məhz mqavilələrin bağlanması yolu ilə zərərçəkmiş şəxslərdə direktoru olduğu müəssisə barədə ciddi müəssisə imici yaratmaq məqsədi güdmüşdür. Belə ki, həm cinayət işinə əlavə edilmiş sübutlardan, həm də zərərçəkmiş şəxslərin məhkəmədə verdikləri ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs müqavilə bağladıqdan sonra dərhal müqavilə üzrə ödənişləri tələb etmiş, zərərçəkmiş şəxslər ödəniş etdikdən sonra işə başlamaq görüntüsünü yaratmış, bu məqsədlə müəyyən tikinti materialları əldə edərək tikintiyə başlamış, müəyyən tikinti işlərini gördükdən sonra bunun ağlabatan səbəbini bildirmədən, habelə bununla bağlı zərərçəkmiş şəxslərə hesabat vermədən işləri yarımçıq saxlamış, zərərçəkmiş şəxslər ondan tikinti işlərinin tamamlanmasını tələb etdikdə, qeyri-ciddi səbəblər gətirərək (hava şəraiti, tikinti materiallarının bahalaşma ehtimalı, aldığı materialların lazımı keyfiyyətdə olmaması və sair), əslində isə müxtəlif bəhanələr gətirərək direktoru olduğu müəssisənin üzərinə götürdüyü öhdəliklərin icrasından qanunsuz və əsassız şəkildə yayınmaqla, imtina etmişdir. Göstərilən dəlillər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC adından zərərçəkmiş şəxslərlə tikintinin həyata keçirilməsi barədə müqavilələr bağlayaraq həmin müqavilələrdə nəzərdə tutulmuş öhdəlikləri icra etmək niyyətində olmamış, əksinə məhz müqavilələrin bağlanması yolu ilə zərərçəkmiş şəxslərdə tikinti bazarında ciddi imicə malik olan müəssisə kimi "xxxx" MMC-ni təqdim etməklə özgənin pul vəsaitini qanunsuz şəkildə ələ keçirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün məhkəmədə başqa hallar müəyyən edilməmişdir. Məhkəmənin göstərilən hissədə gəldiyi nəticəni bir daha təsdiq edən dəlil isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs faktiki olaraq eyni ölçülü və xarakterli evlərin və digər tikililərin qiyməti barədə zərərçəkmiş şəxslərlə müxtəlif məbləğlər barədə razılıq əldə etmişdir. Məsələn bir işin görülməsi 1.000 manat təşkil etdiyi halda, həmin işin dəyərinin bir halda 800 manat, digər hallarda isə 750 və ya 900 manat məbləğində razılaşdırılması, başqa sözlə, tikintinin maya dəyərindən də aşağı qiymətə zərərçəkmiş şəxslərə qiymət təklif edilməsi, zərərçəkmiş şəxslərin də məhz "xxxx" MMC, əslində isə Təqsirləndirilən şəxs tərəfindən ucuz qiymətə tikintinin həyata keçirilməsi bilavasitə zərərçəkmiş şəxslərdə özünə nisbətdə inam yaratmaq məqsədi güdür. Əksi ağlabatan olmamaqla yanaşı, həmçinin inandırıcı deyil. Göründüyü kimi Təqsirləndirilən şəxs bütün mümkün üsullardan istifadə edərək zərərçəkmiş şəxsləri ayrı-ayrılıqda aldadaraq, həmçinin yalan məlumat verməklə şəxslərin qanunsuz şəkildə pul vəsaitlərini ələ keçirmək üçün təsis etdiyi "xxxx" MMC-nin barəsində həqiqətə uyğun olmayan məlumatları reklam edərək özü üçün “qurbanlar” seçmiş, həmin “qurbanlar” ona müraciət etdikdən sonra həmin “qurbanlarla” müqavilə bağlamaq yolu ilə özgənin pul vəsaitlərini qanunsuz şəkildə ələ keçirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 nisbətdə törətdiyi əməllər isə yuxarıda göstərilənlərin əyani sübutudur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə müqavilə bağlamaqla tikintinin real dəyərindən ucuz qiymətə tikintini həyata keçirməyə və həmin pulun bir hissəsini ödəmək, qalan hissəsini isə reklam vasitəsi ilə əvəzləşdirmək barədə razılığa gəlmişdir. Zərərçəkmiş şəxs4lə bağlı isə daha da irəli gedərək 2 (iki) evin sifarişi verildiyi halda 3-cü evin pulsuz tikintisini üzərinə görürmüşdür. Göstərilənlər açıq-aşkar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs bütün mümkün vasitələrlə mümkün qədər çox məbləğdə zərərçəkmiş şəxslərin pul vəsaitlərini qanunsuz şəkildə ələ keçirmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəlcədən düşünülmüş şəkildə dələduzluq cinayətlərinin törədilməsi üsulu və vasitəsi barədə plan qurmuş və həmin plana əsasən “qurban” seçdiyi şəxslərin etibarını qazanmaq məqsədi ilə görünüş üçün həmin zərərçəkmiş şəxslərlə formal cəhətdən müqavilə bağlamaqla, əslində isə mülki dövriyyənin iştirakçısı kimi həmin müqavilə üzrə yaranacaq əsas öhdəlikləri icra etmək niyyətində olmadan imzalanmış müqavilələr hesabına özgənin xeyli və külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirmək niyyətində olmuşdur. Daha sonra isə görünüş üçün imzalanmış müqavilələr əsasında Təqsirləndirilən şəxs özgəyə aid pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirərək şəxsi ehtiyaclarına xərcləmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs direktoru olduğu müəssisə adından zərərçəkmiş şəxslərlə müxtəlif işlərin görülməsi barədə müqavilələr imzalayarkən, həmçinin bundan əvvəl və bundan sonra həmin müqavilələr üzrə üzərinə götürdüyü əsas öhdəlikləri icra etmək niyyətində olmamış, əksinə belə şəkildə hərəkət etməklə, yəni müqavilə görünüşü altında nüfuzlu sahibkar kimi özünü təqdim edərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətlərini törətmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, həmin epizodlar üzrə müqavilələrin bağlanması və sonradan bəzi işlərin görülməsi məhz cinayətkar niyyətə çatmaq üçün vasitə qismində çıxış etmiş və həmin müqavilələrin formal cəhətdən imzalanması, sonradan isə müəyyən işlərin görülməsi qətiyyən həmin münasibətlərin mülki hüquq münasibətləri kimi qəbul edilməsinə əsas ola bilməz. Göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs əslində direktoru olduğu müəssisə adından imzaladığı heç bir müqaviləni icra etmək niyyətində olmamış, əksinə müqavilə bağlamaq üsulundan istifadə etməklə, bununla da işgüzar sahibkar imicini yaratmaqla yeni cinayət əməllərini törətmək məqsədi güdmüş və əldə etdiyi böyük təcrübədən məharətlə istifadə edərək hər dəfə yeni qurbanlar seçərək dəfələrlə yenidən dələduzluq cinayətlərini törətmişdir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətlərini törətməsini təsdiq edən hal ondan ibarətdir ki, o, faktiki olaraq fərdi sahibkarlıqla məşğul olmamış, əksinə bütün mümkün vasitələrdən, o cümlədən internet resurslarından istifadə etməklə özü və direktoru olduğu müəssisə barədə yalan məlumatlar verməklə evlərin və digər tikililərin tikintisini həyata keçirmək istəyən şəxsləri aldadaraq sonuncuların pul vəsaitini qanunsuz şəkildə ələ keçirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tövsif edir və belə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun 6 (altı) epizod üzrə əməlləri xeyli miqdarda, 2 (iki) epizod üzrə əməlləri isə külli miqdarda özgənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun hər bir əməli ayrı-ayrılıqda başa çatmış cinayətdir. Onun əməlləri nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət və mülki məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməlləri ilə bağlı epizodların sayını, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməllərinin üsulunu və mexanizmini, vurulmuş ziyanın ödənilməməsini, zərərçəkmiş hüquqi şəxs və zərərçəkmiş şəxslərə ziyanın ödənilməsi ilə bağlı onun təşəbbüs belə göstərməməsini (hər hansı məbləğdə pul vəsaitini qaytarmamasını) məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza yuxarı həddə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu gündən, yəni 27 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddialara gəldidkə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş hüquqi şəxs və zərərçəkmiş şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayətlərin törədilməsi tam şəkildə sübuta yetirildiyindən və həmin cinayət əməlləri nəticəsində vurulmuş ziyanla bağlı mülki iddialar verildiyindən zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddialar təmin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs 30.724 manat Zərərçəkmiş şəxs8, 89.751 manat Zərərçəkmiş şəxs4, 50.000 manat Zərərçəkmiş şəxs7, 40.000 manat Zərərçəkmiş şəxs2 və 17.000 manat Zərərçəkmiş şəxs6 xeyrinə tutulmalıdır. Zərərçəkmiş şəxslə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 cinayət mühakimə icraatı qaydasında mülki iddia vermədiklərindən mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaq hüquqları izah olunmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 450 (dörd yüz əlli) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 450 (dörd yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddialar təmin edilsin. Təqsirləndirilən şəxs 30.724 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs8, 89.751 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs4, 50.000 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs7, 40.000 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs2 və 17.000 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs6 xeyrinə tutulsun. Zərərçəkmiş şəxslə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaq hüquqları izah olunsun. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar