Məhkəmə qərarları › İş №1(101)-548/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-548/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-548/2022 29.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, müdafiəçilər-Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «KREDO» Vəkil Bürosunun vıkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1997-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, C.Cabbarlı küçəsi, ev 11-də qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 2” yaşayış kompleksi, ev 22, mənzil 10-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşaiyət olunan, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməklə, qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Qobu Park 2” yaşayış kompleksi ev 22-nin qarşısında, küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, tanımadığı şəxslərlə mübahisə edən zaman, oraya gələrək, nə baş verməsini aydınlaşdırmağa çalışan tanışı Zərərçəkmiş şəxs onu vurmaq istədiyini bəhanə kimi gətirərək, üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sol qarın nahiyyəsindən bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs sol tərəfli hemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarasından ibarət, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi tanıyır. Belə ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park 2” yaşayış kompleksində yaşayır, subaydır, heç bir yerdə işləmir. 18.09.2021-ci il tarixdə saat 22 radələrində o, yaşadığı kompleksin həyətində 22 nömrəli binanın qarşısında, yəni yaşadığı evə gedən zaman 4 nəfər tanımadığı oğlanın söhbət zamanı söyüş söydüklərini eşitmiş və onlara yaxınlaşıb demişdir ki, məhlədə söyüş söyməsinlər, qadın-uşaq var. Onlar isə ona cavab vermişlər ki, yaxş edib, söyüş söyürlər. Bu zaman onun onlarla mübahisələri düşmüş, onların onu döyəcəklərindən ehtiyyat edərək əlindəki idman çantasında olan mətbəx bıçağını özünü qorumaq üçün çıxarmışdır. Elə bu zaman məhəllədən keçən qonşusu Ağaxan araya girmişdir ki, onları aralaşdırsın, o, həmin vaxt onlardan birinin onun üstünə gəldiyini görüb həmin şəxsi bıçaqla vurmaq istəyən zaman bıçaq Ağaxana dəymişdir. Həmin 4 nəfər şəxs dərhal qaçıb getmişlər. O, Ağaxanın qarın nahiyyəsindən qan axdığını görüb Ağaxanı yoldan keçən tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə mindirib təcili tibbi yardım stansiyasına gətirmişdir. Hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Qohumları Ağaxanın müalicəsinə kömək etmişlər, sonuncu onunla barışmışdır. Ona verilmiş ittihamda özünü təqsirli bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanıyır, qonşudurlar, münasibətləri normal olmuşdur. 18.09.2021-ci il tarixdə saat 22 radələrində o, yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park 2” yaşayış kompleksinin həyətində 22 nömrəli binanın qarşısından keçən zaman görmüşdür ki, Əli bir neçə nəfər tanımadığı şəxslə mübahisə edir. Əli qonşusu olduğu üçün və digər tərəfin çox olduğunu görərək onların arasına girmişdir ki, dava başlamasının qarşısını alsın, Əliyə kömək etsin. Gözləmədiyi halda Əli təsadüfən əlindəki mətbəx bıçağı ilə bir dəfə onun sol qarın nahiyyəsindən zərbə endirmişdir. Əli ilə mübahisə edən şəxslər isə qaçıb oradan getmişlər. Aldığı xəsarətdən sonra kənara çəkilib bir qədər orada oturmuş və qarın nahiyyəsindən qan axdığını görmüşdür. Hadisə yerinə gələn tanımadığı şəxslər ona kömək edərək taksi avtomobili ilə onu təcili tibbi yardım stansiyasına aparmışlar. Onu təcili tibbi yardım stansiyasına aparanlardan biri Təqsirləndirilən şəxs olmuşdur. Sonda təcili tibbi yardım stansiyasında onu təcili tibbi yardım avtomobili ilə Respublika Kliniki Xəstəxanasına aparmışlar və onu orada əməliyyat etmişlər. Hal-hazırda özünü yaxşı hiss edir, Əli ilə barışmışdır, ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə təqsirliliyi qismən öz ifadəsi, zərərçəkmiş şəxs və cinayət işinin digər materiallalari ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ PRİ-nin rəisinə ünvanlanan 20.09.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 18.09.2021-ci il tarixdə, saat 22:20-də DİN-nin 102 zəng xidmətinə Zərərçəkmiş şəxs bıçaqlanmasına dair məlumat daxil olmuşdur, Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ PRİ-nin 10-cu PB-nin rəisinə ünvanlanan 18.09.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs oğlu həmin gün saat 22:22 radələrində döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Respublika xəstəxanasına daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” 18.09.2021-ci il tarixli protokoldan müəyyən olunr ki, baxışın keçirildiyi yerdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park2” yaşayış kompleksinin həyətində ev 22-nin qarşısında bıçaqla xəsarət yetirmə hadisəsi olmuşdur. Baxış zamanı ev 22-nin qarşısında binaya girişin sağ tərəfində və sol tərəfində asfalt üzərində qana bənzər ləkələr olması müşahidə edilmişdir. Baxış zamanı hadisə yerində hər hansı bir predmet, bıçaq və ya əşya aşakar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ PRİ-nin 10-cu PB-nin rəisinə ünvanlanan 21.09.2021-ci il tarixli, 070-11226 saylı məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs könüllü olaraq Qaradağ PRİ-nin 10-cu PB-nə gəlmişdir. Məhkəmədə elan edilib araşdırılmış «ifadəsinin yerində yoxlanılması haqqında» 22.09.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə baş verən yerləri əyani göstərərək bildirmişdir ki, 18.09.2021-ci il tarixdə, saat 22 radələrində o, yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park 2” yaşayış kompleksinin həyətində yaşadığı 22 nömrəli binanın qarşısına gəlib, yaşadığım evə gedən zaman görmüşdür ki, 4 nəfər tanımadığı oğlanı söhbət edir. O, onların söyüş söydüklərini eşitmiş və onlara yaxınlaşıb demişdir ki, məhlədə söyüş söyməsinlər, qadın, uşaq var. Onlar demişlər ki, yaxş edib, söyüş söyürlər. Bu zaman onun onlarla mübahisələr düşmüş və görmüşdür ki, onlar onu döyəcəklər, o, əlində olan idman çantasında olan mətbəx bıçağını çıxarmış, bu zaman qonuşusu Ağaxan adlı şəxs araya girmişdir ki, onları aralaşdırsın, o, həmin vaxt onlardan birinin onun üstünə gəldiyini görüb həmin şəxsi bıçaqla vurmaq istəyən zaman bıçaq Ağaxana dəymişdir. Həmin 4 nəfər şəxs dərhal qaçıb getmişlər. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 21.09.2021-cı il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi» haqqında Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 23.09.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21.09.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 22.09.2021-ci il tarixli, 695 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət-sol tərəfli hemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) ola bilsin bıçaq təsirindən, müayinədən 3-5 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun Respublika Klinik Xəstəxanasına müraciət etdiyi 18.09.2021-ci il tarixdə və şəraitdə yetirilməsi mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış Ağdam Rayonlararası Ruhi X3 566 saylı, 21.05.2016-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 29.06.2013cü il tarixdən «Keçirilmiş kəllə-beyin travması nəticəsində tez-tez təkrarlanan nevrotik reaksiyalar, davranış pozuntuusu ilə» diaqnozu ilə həmin xəstəxanada dispanser müşahidəsindədir, xəstə 2013-2014-cü illərdə dispanserdə ambulator müalicə qəbul etmişdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator-məhkəmə-psixiatrik ekspertizasının 15.11.2021-ci il tarixli, 2677 saylı rəyindən müəyyən olunur ki: İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən anamnezində keçirilmş “Mülayim dərəcədə ifadə olunmuş həyəcan-təşviş pozuntusu, irad pozuntu” diaqnozu qeyd edilmişdir. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s.sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İİ.Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu RB-nin 075-8451-1221 saylı, 10.11.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağı tapmaq mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi 22.09.2021-ci il tarixli məktubundan müəyyən odlunur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş mötəbər sübutlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı tanımadığı dörd nəfər şəxslə mübahisə etdiyini görən qonşusu Zərərçəkmiş şəxs onu qorumaq məqsədilə dörd nəfərdən ayırmaq istərkən heç bir səbəb olmadan Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmış, Təqsirləndirilən şəxs bu hərəkəti isə yalnız xuliqanlıq niyyətilə xəsarət yetirmə və silah qismində istifadə etdiyi bıçaqla xuliqanlıq törətmə əməlləri kimi qiymətləndiridlməlidir. Məhkəmə hesab edir ki, xuliqanlıq motivi ilə qəsdən sağlamlığa ağır zərər vurma (CM-nin 126.2.4-cü maddəsi) təqsirkarın davranışı ilə ictimai qaydalara açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoymaqla onlara qarşı laqeyidcəsinə hörmətsizlik göstərməklə ictimai qaydaları və əxlaq normalarını pozmaq və yaxud heç bir səbəb olmadan, yaxud cüzi bəhanə ilə törədilən cinayət əməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1N-li qərarının 3-cü bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı törətdiyi əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs 08.02.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını, barışdığını, cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsində göstərilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 50.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Belə olan halda Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəza Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növlərinin son hədlərinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən CM-nin 221.3-cü maddəsi az ağır, CM-nin 15.4-cü maddəsinə əsasən CM-nin 126.2.4-cü maddəsi isə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş 21.09.2021-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 (hesabat arayış i/v 121), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 hesabına 330 AZN (üç yüz otuz manat), Müdafiəçi1 hesabına 180 AZN (yüz səksən manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “21” sentyabr 2021-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X6 üçün 330 (üç yüz otuz) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi1 üçün 180 AZE ( yüz səksən manat) pul “KREDO” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar