Məhkəmə qərarları › İş №1(101)-548/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-548/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-548/2023 08.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2, ədliyyə müşaviri Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8-də qeydiyyatda olan və Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşamış, 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan İran İslam Respublikası (bundan sonra: İran və ya İİR) vətəndaşı olması ehtimal olunan Tahir adlı şəxsdən külli miqdarda, yəni təmiz çəkisi 2922,597 qram olan, kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq 09 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2000 manat müqabilində əldə edib üzərində saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün, saat 18:05-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası DİN-nin BNMİ-nə aparılmış və inzibati binanın xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd polietilenə bükülmüş vəziyyətdə təmiz çəkisi 12,597 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib götürülmüşdür. Bundan sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq təxirəsalınmaz halda Təqsirləndirilən şəxs yaşadığı evdə keçirilmiş axtarış zamanı 2 ədəd qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1445,0 və 1465,0 qram olmaqla, ümumi təmiz çəkisi 2910,0 qram külli miqdarda, kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda marixuana narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmazdan təqribən 3-4 ay əvvəl daha sıx narkotikdən istifadə etməyə başlamış, marixuanadan istifadə etmişdir. Gün ərzsində 5 dəfə də çəkdiyi vaxtlar olmuş, hər çəkəndən sonra 40 dəqiqə narkotik vasitənin təsiri altında olmuşdur. Onun narkotik vasitədən istifadə etməsindən ailə üzvlərinin məlumatı olmamışdır. O, saxlanılarkən həyətində saxladığı cəmi 114 qram narkotik vasitə olmuşdur ki, həmin narkotik vasitə polis əməkdaşları ilk dəfə onlara gəlib onu apararkən həmin narkotik vasitəni də aşkar edib özləri ilə götürmüşlər. Belə ki, o, özü narkotikin evin tinində taxtanın altında olduğunu etiraf etmiş, polislər gedib götürmüşlər. O, özü gedib göstərmək istəmiş, lakin ona imkan verməmişlər. Sonra isə Polis Bölməsində 114 qram narkotik vasitəni guya onun üzəridən aşkar olunan təqribən 13 qram kimi götürmüşlər. O, həmin 114 qram narkotik vasitəni 09 sentyabr 2022-ci ildə Bakıxanov qəsəbəsində tanımadığı, əvvəllər görmədiyi şəxsdən bir qramını təqribən 10 manata olmaqla 1080 manata alıb əldə etmişdir. O, narkotiki alan zaman işsiz olsa da, əvvəlki işlərindən yığdığı pular olmuşdur ki, narkotik vasitə ucuz düşdüyü üçün həmin pula almışdır. Narkotiki satan şəxsin özünün deməsinə görə adı Tahir olmuşdur. O, özünü Tahir kimi təqdim edən şəxslə heç vaxt görüşməmiş, yalnız telefonla danışmışdır. Tahiri «İnstaqram» səhifəsindən tapmış, telefon nömrəsini götürmüşdür. O, Tahirdən əvvəl də bir dəfə narkotik almışdır. O, Tahirin azərbaycanlı olduğunu güman etmiş, lakin Polis Bölməsində olarkən Azər adlı polis Tahirin guya İranlı olduğunu demişdir. Narkotikin pulunu isə pul ödəmə aparatı vasitəsi ilə satanın kartına köçürmüşdür. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olmuş, narkotik alan zaman narkotik satanla WhatsApp-la danışmışdır. Onun mobil telefonu “Samsunq” J2 markalı telefon olmuş, həmin telefon o, saxlanılarkən polislər tərəfindən götürülmüşdür. Ona məxsus telefonda narkotikin qoyulduğu yerlərin fotoşəkilləri olmamış, narkotiklə bağlı yazışmalar olmamışdır. Bölmədə onun üzərindən bir ədəd bank kartı da çıxmışdır ki, həmin kart məhlə uşağı Vahid Əliyevə məxsus olmuşdur. Belə ki, onun banka borcu olduğundan o, özü üçün plastik kart ala bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polis bölməsində 114 qram marixuana ondan videoçəkilişlə götürülmüş və sənədləşdirilmişdir. Çəkilişdən əvvəl polislərin təzyiqi altında olmuş, döyülmüş, çəkiliş zamanı 114 qram marixuananın 14 qramının onun özünə məxsus olduğunu, qalan narkotiki isə aparıb guya ona deyiləcək yerlərə qoyacağını bildirməyi ona tapşırmışlar. O, təzyiq-təsir altında olduğundan çkiliş zamanı polislərin dedikləri kimi demiş, ona hara dedilərsə orada imza etdim. O, yazıboxuya bilsə də, sənədləri, izahat və ifadələrini tam oxumadan polisin təzyiqləri altında imzalanmışdır. Lakin istintaq zamanı şəxsən müstəntiqin özü tərəfindən ona təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, ondan cəmi 114 qram marixuana götürülmüşdür. Onun nə üzərində və nə də evində başqa narkotik vasitə olmamışdır. Yaşadığı evdə keçirilmiş axtarış zamanı 2 ədəd qara rəngli polietilen bağlamada göstərilən təqribən 3 kiloqrama yaxın qurudulmuş marixuana ona məxsus olmamış, real olaraq onun ünvanında aşkar edilərək götürülməmişdir. 2 ədəd qara rəngli polietilen bağlamada olan marixuananı ikinci dəfə onların yaşadığı ünvana gələrkən polis özü ilə gətirmiş və həyətlərində gizlətmiş, və videoçəkilişlə götürmüşlər. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, etiraf etməsi üçün polis tərəfindən döyülmüşdür. Onu döyən şəxs adını bilmədiyi hündür, sarışın oğlun olmuşdur. Həmin şəxs maşında ön oturacaqda, o isə arxada oturmuşdur. Həmin şəxs arxa tərəfə çevrilib məni rahat döyə bilməsi üçün hətta maşının qabaq oturacağının yastıq hissəsini də çıxarmışdır. Həmin şəxs məhkəməyə gəlməmiş, şahid kimi dindirilməmişdir. Polisin maşınında daha bir nəfər eynəkli oğlan və qara sürücü oğlan olmuş, onun həyətinə gətirib narkotiki qoyan şəxs də məhz həmin eynəkli oğlan olmuşdur. Polis Bölməsində onu həmin sarışın oğlan və daha bir nəfər qara oğlan döyməkdə davam etmiş, ondan narkotikin mənbəyi və narkotiki satan şəxs nbarədə məlumat tələb olunmuşdur. Həyətinə qoyulan narkotiki boynua almadığından yolboyu maşında döyülmüş, ona qarşı “artistlik eləmə, narkotik sənindir, boynuva götür” kimi etiraflar tələb olunmuşdur. Bədənində ağrıları olsa da, xəsarətləri olmamışdır. Təcridxanada olarkən də şikayət etməmiş, döyülməsini deməmiş, prokurorluqdan isə onun döyülməsiylə bağlı araşdırma aparılmamışdır. İttihamda qeyd olunan miqdarda narkotik vasitə ona məxsus olmamış, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq mərhələsində verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı təqsirləndirilən şəxsin məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 sentyabr 2022-ci il tarixdə, saat təxminən 18:05 radələrində yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi ərazisində evinin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edildikdən sonra onu BNMİ-nə dəvət etmişlər. Burada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, hüquq və vəzifələrim izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi xahiş edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefonunu, 1 ədəd bank kartını, arxa sağ cibindən 1 ədəd yaşadığı evinin açarını, sol yan cibindən isə 1 bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra üzərinə təhqiqatçı tərəfindən baxış keçirilən zaman heç nə aşkar edilməmişdir. Yaşadığı evinin açarı özünə qaytarılsa da, ona məxsus mobil telefon və üzərindən aşkar edilmiş plastik bank kartı izah verilməklə götürülmüşdür. Təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində qurudlmuş marixuana olması müəyyən edilmişdir. Həmin sellofan bükümlərdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və 15 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, o, üzərindəki narkotik vasitəni təqdim etdikdən sonra evində də narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Öz razılığı və ərizəsi əsasında yaşadığı evə gedilmiş, evinin həyətində, yan tərəfdə gizlətdiyi 2 ədəd sellofan torbada qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbalarda da qurudulmuş marixuana aşkar edilmişdir. Həmin maddələr də tərəzi ilə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən və evindən aşkar edilmiş sellofan maddənin qurudulmuş marixuana olduğunu, həmin maddələri İİR vətəndaşı “Tahir” adlı şəxsdən 1 gün öncə Sabunçu rayonu ərazisində 2000 manata şəxsi istifadəsi üçün aldığını, əvvəllər də ondan qurudulmuş marixuana alaraq istifadə etdiyini bildirmişdir. Əslində o, narkomanamdır və özünün istifadəsi üçün almışdır. Heç vaxt kiməsə narkotik verməmişdir. Tutularkən üzərində aşkar edilmiş təxminən 15 qram marixuananı şəxsi istifadəsi üçün evdə saxladıqlarının üstündən götürmüşdür. Düşünmüşdür ki, uzun müddət narkotik satanları axtarmasın və pis adamlardan uzaq olsun deyə çox almış və evdə bir neçə ay ərzində istifadə etmişdir. Belə ki, bir müddət əvvəl «Tik-Tok» tətbiqində Tahir adlı şəxslə tanış olmuş, söhbət əsnasında Tahir adlı şəxs mesajlarında qurudulmuş marixuana satdığını bildirmişdir. O, almağa razılaşmış və Bakıxanov qəsəbəsində tutulmazdan bir gün əvvəl görüşmüşdür. Tahir adlı şəxs bəstəboy və qarabuğdayı, təxminən 35 yaşlarında şəxs olmuşdur. Tahirlə söhbət əsnasında onune narkotiki İrandan deyil, burdan alıb satdığını anlamış, lakin dəqiq soruşmamışdır. Tahir İranlı olduğunu bildirsə də, narkotiki İrandan gətirmədiyini bildirmişdir. Maraqlı olmadığı üçün onunla daha çox maraqlanmamışdır. Sonra Tahir adlı şəxs 3 kq marixananı ona 2000 manata satmışdır. Tahir həmin marixuananı ona verərkən marixuana 2 ədəd torbada olmuşdur. Həmin iki torbanı o, yaşadığı evə qoymuş və üzərindən bir qədər çəkmək üçün götürüb cibinə qoymuşdur. Tutularkən üzərindən çıxan təxminən 15 qram marixuana öz istifadəsi üçün evdən götürdüyü narkotik olmuşdur (iş vərəqə: 113-115). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini bir daha təsdiq edib göstərdi ki, 10 sentyabr 2022-ci il tarixdə baxılan iş üzrə Təqsirləndirilən şəxs adlı şəxsin barəsində onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, buna görə əməliyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs Binə qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Yusifin saxlanıldığı ünvanın onun ailəsi ilə birgə yaşadığı ev olduğunu dəqiqləşdirmişlər. Orada üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən təxminən 15-20 qram marixuana narkotik vasitəsi aşkar olunmuşdur. Aşkar edilmiş sellofan bükümə baxış keçirilən zaman içərisində tünd yaşıl kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin üzərindən narkotikdən əlavə mobil telefon da aşkar olunub götürülmüşdür. Yusif saxlanılarkən və onun üzərinə axtarış aparılarkən o, heç bir narazılıq etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı Binə qəsəbəsindəki ünvanda da müəyyən miqdarda narkotik vasitə saxladığını bildirmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Yusifin onun evinə yollanılmış və orada çəkiliş vasitəsi ilə keçirilən baxış zamanı Yusif həyətlərində evlərinin yanında yığılmış taxtanın altında gizlədib saxladığı narkotik vasitəni iki böyük torbalarda, onlara təqdim etmişdir. Həmin torbalar açıldıqda hər birinin içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim edilmiş torbalardakı şübhəli maddələr tərəzidə çəkilmiş və ikisi birlikdə 3 kq-a yaxın olmuşdur. Yusif həmin narkotik vasitəni İran vətəndaşından alıb əldə etdiyini və “zaqladka” yolu ilə iranlının dediyi yerlərə müəyyən miqdarda pul qarşılığında qoyduğunu bildirmişdir. Yusifin barəsində məlumatda onun narkotiki “zaqladka” yolu ilə satışını təşkil etəməsi göstərildiyindən o, bunu məhkəmədəki ifadəsində də göstərmişdir. Lakin bu barədə unutduğundan ibtidai istintaqda bildirməmişdir. Lakin sonrakı əməliyyat tədbirlərində Yusifin kiməsə narkotik satmasını müəyyən edə bilməmişlər. Evdə baxış keçirilərkən onun özündən başqa, Təqsirləndirilən şəxs özü və onun müdafiəçisi, əməliyyat müvəkkili Şahid2, təhqiqatçı və Yusifin atası iştirak etmiş, Yusifin atası da oğlunun narkotik vasitələri təqdim etdiyini görmüşdür. Şahid1 ifadəsinin davamında göstərdi ki, Yusifin yaşadığı evə gedərkən evdə onun atası olmuş, evə baxılmasına irad bildirmiş, lakin onun narkotikdən xəbəri olmamışdır. Yusifin evinə yaxın ərazidə deyil evində saxlanılması, əməlini inkar etməsi doğru olmayıb müdafiə xarakteri daşımaqdadır. Yusifin üzərinə keçirilən axtarış və evində aparılmış baxış videoçəkiliş müşaiyəti ilə aparılmış, narkotikləri özünün təqdim etməsi də çəkilişdə aydın şəkildə görünmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 həmkarı – iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilən Təqsirləndirilən şəxs atası Şahid3 ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayında saat təxminən 17-18 radələrində evdə oturub televizora baxırkən oğlu Yusif də otaqda yatmışdır. Hava isti olduğundan evin həyətin qapısı açıq vəziyyətdə olmuşdur. Həmin vaxt iki nəfər tanımadığı şəxslərin ayaqqabı ilə evin qonaq otağına daxil olduqlarını görmüş, onlardan kim olduqlarını soruşduqda onlar polis əməkdaşları olduqlarını bildirmiş və oğlu Yusifin harada olduğunu soruşmuşlar. O, Yusifin yatdığını dedikdə onlardan biri Yusifin otağına girmişdir. O da içəri girmək istədikdə ikinci adam onu içəri buraxmamış, onların aralarında bir söhbəti olduğunu demişdir. Bundan sonra o, həyətə pilləkənin üstünə çıxmışq və daha bir nəfərin onların həyətində əşyaları yığdıqları budka kimi yerin yanında dayandığını görmüşdür. Daha bir oğlun da onun yanında dayanmışdır. Onlardan biri onların evinin arxasına keçmiş, az sonra həmin şəxs oradan çıxmış və əlində də bir dənə böyük sellofan olmuşdur. O, polisin evin arxasına niyə keçdiyini bilməmiş, həmin polis torbadakını ona göstərməmiş, içəri keçmiş, o da getmək istəmiş, lakin onu buraxmamış, onların içəridə nə danışıb-danışmadıqlarını o, bilməmişdir. 5-10 dəqiqə danışıqlar aparılmış, sonra hər iki polis əməkdaşı və oğlu bayıra çıxmışlar. Hara getdikləri ilə maraqlandıqda polislərdən biri ona “narahat olma dayı, heç nə yoxdur, bir-iki saata qayıdacağıq” sözlərini demişdir. Oğlunun aparılmasının və geri gətirilməməsinin səbəbləri ilə maraqlanmamış və bu barədə kiməsə məlumat verməmişdir. Şahid3 ifadəsində, həmçinin göstərdi ki, onlarda darvaza qapısı olmamış, onu adi balaca qapı əvəz etmişdir. O, çöl qapısına qədər onlarla çıxmış, çöldə bir dənə “Prius” markalı avtomobil dayandığını görmüşdür. Onlar həmin maşına minib çıxıb getmişlər. Axşam saat 21-22 radələrində evdə olarkən həyat yoldaşı kiminsə onu çağırdığını bildirmişdir. Həyətə çıxmış, həyətdəki stolun ətrafında çoxlu adam olduğunu görmüşdür. Həmin vaxt həyətdə video çəkiliş aparıldığını və hətta bir nəfərin də Yusifi qucaqladığını görmüşdür. Həmin vaxt bir nəfərin evin arxasından çıxdığını, əlində bir sellofan torba ilə gəldiyini və torbanı stolun üstünə qoyduğunu görmüşdür. Maraqlanmış və torbanın içində ot olduğunu görmüşdür. Həmin otun nə olduğu ondan soruşulmuş, həqiqətən nə olduğundan məlumatsız olduğundan bilmədiyini demişdir. Həmin otun oğlu Yusifdən çıxdığı bildirilmişdir. Həmin vaxt o, şokda olmuşdur. Sonra nəsə yazılmış və videoçəkilişlə prosesləri aparıb bitirmişlər. Oğlu aparılarkən o da getmək istəyini bildirmiş və polislərin maşınlarından birinə oturub onlarla birlikdə getmişdir. İdarədə Yusif başqa otağa aparıldığından oğlunu görməmişdir. O, olduğu otaqda olan bir nəfər polisin təklifi ilə kril əlifbası ilə gördüklərini yazmışdır. Yusif saxlanılmış, o isə ordan taksi ilə evinə getmişdir. Şahid3 ifadəsində daha sonra göstərdi ki, ilk dəfə onun evinə 4 nəfər polis gəlmiş, o, onların heç birini tanımamış, yalınz işin gedişatında Azəri tanımışdır. İkinci dəfə gələndə isə polislər 5-6 nəfər olmuşlar. O, narkotikin haradan və necə çıxarıldığını və ya taxtanın altından çıxmasını görməmişdir. Evin arxa tərəfində köhnə taxtalar olmuş, lakin o, hadisədən bir gün əvvəl ora baxış keçirməmişdir. Aşkar edilmiş sellofan səliqəli idi və skoçla bağlı olmuşdur. O, oğlunun narkotik vasitələrdən istifadə etməsini bilməmiş, bundan xəbəri olmamışdır. Oğlu təqribən bir il bundan əvvəl «Bravo»da işləmiş, sonra moykada maşın yumuş, daş atıb pul qazanmışdır. O, Yusifdə çox pul görməmiş, onda 2000 manat pul olmasından xəbəri olmamışdır. Anlayışı olmadığından polislərin oğlunu gəlib evdən aparmaları barədə prokurorluğa şikayət etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə barədə» 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs protokol tərtib olunan tarixdə DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün, saat 18:05-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq DİN-in BNMİ-nə aparılmış və İdarənin təhqiqatçısı tərəfindən xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl üzərində narkotik vasitə və ya digər qanunsuz maddə olduğu təqdirdə təqdim etməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən istifadəsində olan 1 (bir) ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd plastik bank kartını, sağ arxa cibindən yaşadığı evin bir ədəd açarlarını, sol yan cibindən isə bir ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş sellofan bükümə baxış keçirilmiş, bükülünün içərisində tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuana narkotik vasitəsinə şübhəli bitki mənşəli kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə tərəzi vasitəsi ilə çəkilmiş və miqdarının 15 qram olması müəyyən edilmişdir. Təqdim olunan kütlə qablaşdırılaraq zərfin üzəri 7 saylı möhürlə möhürlənmişdir. Zərfin üzəri və tədqiq olunan protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunan həmin kütləni Tahir adlı İran vətəndaşından aldığını, həmin marixuananın qalan hissəsini yaşadığı evdə gizlətdiyini və evinə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesi video çəkilişlə həyata keçirilmiş və prosesin videogörüntüləri bir ədəd «DVD» formatlı diskə yüklənməklə tədqiq olunan protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 31-33). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi prosesinin yükləndiyi 01 ədəd «DVD» formatlı diskə baxış keçirilməsi haqqında protokol elan edilməklə tədqiq edldi. Tədqiq olunan protokolun məzmunundan görünür ki, tədqiq olunan protokolun məzmunu «şəxsi axtarış aparılması və götürmə barədə» 10 sentyabr 2022-ci il tarixli protokolun məzmununu əhatə edir, ziddiyyətlər müəyyən edilməmiş, qanun pozuntusuna yol verilməmişdir (iş vərəqə: cild İ, səh. 76). Bundan başqa, sinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «yaşayış evinə baxış keçirilməsi və götürmə barədə» 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə baxılan iş üzrə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə təhqiqatçının qərarına əsasən axtarış keçirilmiş, axtarışdan əvvəl Təqsirləndirilən şəxs Binə qəsəbəsində yerləşən evin həyətində, evin sol tərəfində narkotik vasitə qurudulmuş marixuana gizlətdiyini bildirmiş və göstərdiyi istiqamətdə gedərək orada olan taxtaların altından 2 ədəd sellofan torbanı çıxararaq polisə təqdim etmişdir. Həmin torbalar açılmaqla baxış keçirilmiş və baxış nəticəsində 2 ədəd sellofan torbanın içərisində tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuana narkotik vasitəsinə bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim olunan kütlə tərəzidə çəkilmiş və torbalardan birinin içərisində təxminən 1 kq 520 qram, digər torbada isə 1 kq 460 qram olmaları müəyyən olunmuşdur. Aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri və tədqiq olunan protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda iki ədəd sellofan torbada aşkar olunan həmin kütləni özünün şəxsi istifadəsi üçün Tahir adlı İran vətəndaşından 2000 manata alıb əldə etdiyini və özünün yaşadığı evdə gizlətdiyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, baxış və götürmə prosesi video çəkilişlə həyata keçirilmiş və prosesin videogörüntüləri bir ədəd «DVD» formatlı diskə yüklənməklə tədqiq olunan protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 38-39). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsi və maddi sübutun götürülməsi prosesinin yükləndiyi 01 ədəd «DVD» formatlı diskə baxış keçirilməsi haqqında protokol elan edilməklə tədqiq edldi. Tədqiq olunan protokolun məzmunundan görünür ki, tədqiq olunan protokolun məzmunu «evə baxış keçirilməsi və götürmə barədə» 10 sentyabr 2022-ci il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir, ziddiyyətlər müəyyən edilməmiş, qanun pozuntusuna yol verilməmişdir (iş vərəqə: cild İ, səh. 76). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə ekspertizasının 11 sentyabr 2022-ci il tarixli, 7/1013 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə ….» yazı və imzalar olan 2 ədəd qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1445,0 qram və 1465,0 qram olmaqla, ümumi çəkisi 2910,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə…» yazı və imzalar olan zərfdə 1 ədəd sellofan bağlamada təmiz çəkisi 12,597 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, tədqiqat üçün təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (iş vərəqə: səh. 46-48). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2022-ci il tarixli, 6219 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 97-98). Məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 1890,0 qram təşkil edən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2922,597 qram qurudulmuş marixuana narkotik vasitəsi, şəxsi axtarış aparılması və götürmə, baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin yükləndiyi 02 (iki) ədəd «DVD» formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, qalıq çəkidə 2922,447 qram narkotik vasitə marixuana maddi sübut kimi saxlanması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, «DVD» formatlı iki ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 102-105). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 2922,597 qram (12,597 qram+2910,0 qram) təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda kustar üsulla hazırlanmış marixuana narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi qeyri-etirafedici ifadələrini və həmçinin onun küçədə deyil, evində saxlanılması, onun üzərində cəmi 147 qram marixuana narkotik vasitəsi, çoxlu sayda polis tərəfindən onun yaşadığı ünvana basqın olunması, ona qarşı irəli sürülən ittihamda göstərilən miqdarda narkotik vasitənin polis tərəfindən onun boynuna qoyulması, boynuna götürməsinə və etirafedici ifadə verməyə məcbur edilməsi, adını bilmədiyi hündür, sarışın polis tərəfindən döyülməsi, ona qrşı polis tərəfindən zor tətbiq olunması barədə gətirdiyi dəlilləri onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs gətirdiyi dəlillər hərtərəfli araşdırılmış və araşdırılan mötəbər sübutlarla onun gətirdiyi dəlillər təkzib olunmuşdur. Belə ki, Bakı şəhəri Xəzər rayon prokurolrluğundan məhkəməyə təqdim olunan «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» 02 may 2023-cü il tarixli qərardan görünür ki, məhkəmə sorğusu əsasında rayon prokurorluğunda Təqsirləndirilən şəxs saxlanılarkən BNMİ-nin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani rəftara məruz qalması xüsusatları araşdırılmış, eyni zamanda yoxlama materialı üzrə məhkəmə-tibb ekspertizası keçirilmiş, Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani rəftara məruz qoyulması təsdiq olunmamışdır. Ona görə də araşdırma materialları üzrə cinayət işi başlanılması rədd edilmişdir. Bundan başqa, məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 06 iyul 2023-cü il tarixli, 20-12/390 saylı məktub arayış və Təqsirləndirilən şəxs qeyd olunan İstintaq Təcridxanasına daxil olarkən adına açılmış 8546/2023 saylı tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs Təcridxanaya daxil olarkən xəsarətlər aldığını göstərsə də, onun tibbi müayinəsi zamanı bədənində yeni xəsarətlər olması müəyyən edilməmişdir. Məhkəmə, həmçinin məhkəmə baxışı zamanı iş üzrə dindirilmiş əlavə Şahid3 Təqsirləndirilən şəxs atası olmasını, onun oğluna qarşı irəli sürülən ittiham üzrə yalan ifadə verməyə görə məsuliyyət daşımama kimi hüququnun olmasını, Şahid3 ifadəsində göstərdiyi xüsusatların məhkəmədə araşdırılan sübutlarla təkzib olunduğunu nəzərə alıb onun ifadəsini oğlunun müdafiəsi, onun cinayət məsuliyyətindən azad olunması məqsədilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi rədd edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 92-93). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 10 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2022-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra o, qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Şamil İsrayıllının 10 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2022-ci il tarixli, 6219 saylı rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2922,447 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməlidir. - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, yaşadığı ünvana baxış keçirilməsi və götürmə aparılması proseslərini əks etdirən videogörüntülərin yükləndiyi 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2922,447 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, yaşadığı ünvana baxış keçirilməsi və götürmə aparılması proseslərini əks etdirən videogörüntülərin yükləndiyi 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar