Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-548/2025 12.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X4 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 mart 2025-ci il tarixdə, saat 11:38-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs tamah niyyətilə tanışı Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə 5 iyun 2024-cü il tarixdə, saat 04:00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Zirə yolunun sağ kənarında Zərərçəkmiş şəxs 21 may 2024-cü il tarixli notarial etibarnamə ilə idarə etdiyi “Mersedes Benz 190 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib 2-3 kilometr yol getdikdən sonra ona 5 manat pul lazım olduğunu deyib Zərərçəkmiş şəxs imtina cavabı aldıqdan sonra onun pul və digər əmlakını ələ keçirmək üçün əvvəlcə zor tətbiq edəcəyi hədəsi ilə, sonradan isə onun həyatı və sağlamlığı üçün real təhlükə törədən zorakılıq hərəkətləri ilə hücuma məruz qoyub əvvəlcə həmin avtomobilin salonunda, sonradan isə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yolun kənarında saxlamağa zorla məcbur edərək onu həmin ərazidə avtomobildən düşürdüb yol kənarında fiziki güc tətbiq edərək yumruq zərbələri ilə alın və üz nahiyələrindən dəfələrlə zərbələr vurmaqla onun pulunu və digər əmlakını ələ keçirəcəyinə müqavimət göstərəcəyini güman edib pul və digər əmlakını götürmək məqsədi ilə basqın edib fiziki və psixi təsir göstərib döyərək Zərərçəkmiş şəxs alnının hematoması, sol qulaq seyvanının səthi əzilmiş yarası ilə müşayiət olunan istər birlikdə, istərsə də ayrı-ayrılıqda zərərvurmayan xəsarətlər olduqlarına görə dərəcəsi təyin olunmayan xəsarət, sağ göz almasının ağlı qişasının qansızması, sağ gözün bayır bucağının, üst və alt dodağın selikli qişasının əzilmiş yaraları ilə müşayiət olunan, istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığına yüngül xəsarət yetirib yerə yıxmış, Zərərçəkmiş şəxs adına verilmiş içərisində pul vəsaiti olan “Kapital Bank”a aid **********124861 seriyalı “Birkart” plastik kartını ələ keçirib həmin plastik kartdan istifadə etməklə marketdə 25 manat 44 qəpik məbləğində pul vəsaitini xərcləyərək Zərərçəkmiş şəxs 25 manat 44 qəpik məbləğində ziyan vurmaqla yetirilən anda həyatı və sağlamlığı üçün real təhlükə törədən zorakılıq tətbiq edəcəyi hədəsi ilə və zorakılıq hərəkətləri ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qoyub Zərərçəkmiş şəxs qarşı basqın edərək quldurluq etmişdir. İşin halları və tərəflərin dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni həmin Məcəllənin 180.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etməsi ilə əlaqədar məhkum olunmuş, lakin iki ildir narkotik vasitələrdən uzaq olmaqla istifadəsini dayandırmışdır. Bundan sonra hətta narkotik vasitə istifadə edənləri görəndə ona çox pis təsir edir. Belə ki, narkomanlara qarşı onda aqressiya formalaşmış, özü narkomaniyadan müalicə olunduğundan yaşadığı ərazidə də bütün narkomanların narkotik vasitələrdən azad olmasını istəyir. O, Zərərçəkmiş şəxs təxminən dörd ildir tanımaqla sonuncunun narkotik vasitələrdən istifadə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmasını bildiyindən onu (Zərərçəkmiş şəxs) görən gözü olmamış, habelə yaşadığı əraziyə gəlməməsi ilə bağlı ona (Zərərçəkmiş şəxs) xəbərdarlıq etmişdir. Belə ki, hadisə günü təxminən 700 qram alkoqollu içki qəbul etməklə sərxoş vəziyyətdə Ceyhunun idarə etdiyi avtomobilinə əyləşib sonuncunu yumruqla vurmuş, Ceyhun avtomobili parkın yanına sürüb orada saxladıqdan sonra sonuncunu avtomobildən yerə düşürüb yenə də əl ilə zərbələr endirmiş, həmin vaxt Ceyhunun üzərində olan narkotik vasitəni götürüb yerə tökmüş, əlbəyaxa olarkən kənardan heç kim onları ayırmamışdır. Onun Ceyhunu döyməkdə məqsədi quldurluq deyil, onu yaşadığı ərazidən göndərmək olmuş, plastik kartı isə Ceyhun özü ona verib “get, ürəyin nə istəyir al” demiş, bank kartı vasitəsilə “Oba” marketdən spirtli içki və siqaret alıb təxminən 12-13 manat pul xərclədikdən sonra səhər saatlarında bank kartını Ceyhunun özünə qaytarmışdır. O, Ceyhunun mobil telefonunu götürməmiş, hesab edir ki, sonuncunun telefonunda narkotik vasitələrin alqı-satqısı ilə bağlı iranlı şəxslə danışıqları olduğundan Ceyhun özü telefonunu aradan götürmüşdür. Sonradan bildiyinə görə həmin mobil telefonları kimsə tapıb 3-cü polis şöbəsinə təhvil vermişdir. O, hadisə vaxtı sərxoş vəziyyətdə olduğundan hadisələri tam təfərrüatı ilə xatırlamasa da, Ceyhunun içərisində nə qədər məbləğdə pul olmasını bilmədiyini bank kartı vasitəsilə təxminən 13-15 manat məbləğində pul xərclədiyini çekə görə dəqiq bilir. Hətta onun mobil telefonu da Ceyhunun avtomobilində qalmışdır.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərdi ki, hadisə günü səhər saat 5 radələrində Ceyhunun plastik bank kartını verib əvəzində özünün mobil telefonunu götürmək üçün onun evinə getmiş, lakin bu zaman sonuncunun avtomobilinin orada olmadığını görüb evə qayıdaraq 1-2 saat yatmış, Ceyhun isə 3-4 nəfər şəxslə birlikdə onun yanına gəlib guya onun (Sahibin) Ceyhuna məxsus mobil telefonunu götürdüyünü bildirmiş, kartı isə növbəti gün səhər saat 11 radələrində qaytarmışdır. Ceyhun onun evinə polislə gəlməmişdir. O, Ceyhunun evinin yaxınlığındakı kafeyə gedib orada pivə içdikdən sonra polis əməkdaşları tərəfindən sexin qabağında saxlanılmışdır. O, Ceyhunun bank kartından 160 manat 20 qəpik məbləğində pul vəsaitini xərcləməmiş, ümumiyyətlə həmin kartda nə qədər pul olmasından xəbəri olmamış, habelə onun hər hansı sənədini, pulunu və digər kartını götürməmişdir. O, Ceyhunun avtomobilinə minərkən onu harasa aparmasını deməmiş, Ceyhundan pul istəməmiş, lakin Ceyhunun hansı səbəbdən döyüldükdən sonra kartını ona verməsini bilməmişdir. Ola bilər ki, o, Ceyhundan pul istəmiş, lakin hal-hazırda həmin halı dəqiq xatırlamır. O, əvvəlcə Ceyhunun onun sexinin yaxınlığındakı bulaqdan avtomobilinin kapotunu açaraq su tökdüyünü görüb ona yaxınlaşmış, sonradan isə hazırkı hadisə baş vermişdir. Belə ki, o, günorta saatlarından spirtli içkilər içmiş və müxtəlif spirtli içkiləri qarışdırdığından sərxoş olmuşdur. Sərxoş vəziyyətdə Ceyhunun avtomobilinə əyləşmiş, Ceyhunun narkotik vasitə satmağı onu qıcıqlandırdığından Ceyhunu əvvəlcə avtomobili idarə edərkən vurmuşdur. O, Ceyhunu yumruqla vurduqdan sonra sonuncu avtomobili 150 metr qarşıda olan parkın qarşısında saxlamışdır. Daha sonra isə hər ikisi avtomobildən yerə endikdən sonra Ceyhunu döyərək məhlədən uzaq gəzməsini tələb etmişdir.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadəsi ilə əlaqədar məhkum olunmuşdur. Zərərçəkmiş şəxs 7-8 ildir tanıyır, sonuncu da narkomandır. O, Stansiya deyilən yerdə təkər təmiri yerində işləyir. Ceyhun isə həmin yerin yaxınlığında yaşayır. Həmçinin Ceyhundan narkotik vasitələrdən istifadə etməsinə görə xoşu gəlmir. O, 5 iyun 2024-cü il tarixdə, gecə saat 1 radələrində yaşadığı evdə spirtli içki qəbul edərək yemək yedikdən sonra küçəyə çıxmış, habelə hansısa dükandan pivə alıb içdikdən sonra evinin yaxınlığında olarkən təxminən gecə saat 4 radələrində Ceyhunu görüb yaxınlaşaraq pulu olmadığına görə sonuncudan 5 manat pul istədikdə Ceyhun pulunun olmadığını demişdir. Bundan sonra Ceyhunun avtomobilinə minib təxminən 2-3 kilometr yol getmiş, Qala-Zirə yolunda olarkən hirslənib Ceyhunu yumruqla vurmağa başladıqda sonuncu avtomobili saxlamış, avtomobildən düşüb Ceyhunla küçədə əlbəyaxa olub onu yumruqla üz nahiyəsindən vurmağa başlamışdır. Əlbəyaxa zamanı Ceyhun yerə yıxılarkən sonuncunun cibindən yerə düşən 35 manat nağd pulunu onun gözü qabağında yerdən götürmüşdür. Hadisə yerinə gələn tanımadığı şəxslər onları ayırdıqdan sonra kənara keçmiş, bir-iki dəqiqə sonra Ceyhun tərəfə gəlib yerdəki birkart bank plastik kartı gizlincə yerdən götürərək oradan uzlaqlaşıb getmişdir. Götürdüyü həmin bank kartı ilə özünə “Oba” marketdən və başqa mağazalardan bazarlıq etmiş, xatırlamadığı mağazadan unutduğu əmlaklar alaraq ümumilikdə **********124861 seriyalı plastik bank kartda olan 100-200 manat pulu xərcləmişdir. Hadisə zamanı o, xəsarət almamış, lakin qəsdən yumruq zərbələri ilə Ceyhuna xəsarət yetirmiş, 35 manat pulu gözünün qabağında götürmüş, kartını isə gizli olaraq oğurlayıb pullarını xərcləmişdir. Ceyhuna qəsdən xəsarət yetirib döyməkdə məqsədi həm onu bəyənməməsi, həm də pulunu ələ keçirmək olmuşdur (Cild 1, i.v. 18; 76-78; 95-97; 217-219;).
5. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra verilmiş suallara cavab olaraq göstərdi ki, ibtidai istintaq materiallarında olan ifadələrindəki imzalar və əlyazmalar onun özünə məxsus olmuşdur. Bəlkə də, Ceyhundan pul istəmişdir, lakin hazırda xatırlamır. O, Emin Muxtarlı adlı şəxsi tanımamışdır. O, zərərçəkmiş şəxsi döyməsini təsdiq edir, lakin ondan pul istəməmişdir. Ceyhunu döyəndən sonra plastik bank kartını özü ona vermiş, lakin həmin plastik bank kartını niyə verdiyini bilməmiş və o həmin bank kartı ilə yalnız “Oba” marketdə alış-veriş etmiş, daha sonra isə səhər saat 11 radələrində həmin bank kartını Ceyhunun özünə qaytarmışdır. Ceyhunun məhkəmədəki ifadəsində bildirdiyi 3 nəfər oğlanın kim olması barədə məlumatı yoxdur. Hadisə Xəzər rayonundakı Qala parkının yaxınlığında olmuşdur. Ceyhunun plastik bank kartından “Oba” marketdə 25 manat pul xərcləmiş, yerə düşmüş mobil telefonu və cibindən düşmüş 35 manat pulu isə o götürməmişdir. Plastik bank kartını təhvil verənədək özündə olmuş, heç kimə verməmişdir.
6. Davam edən məhkəmə baxışı üzrə məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs sənədlər tədqiq edildikdən sonra verilmiş suallara cavab olaraq göstərdi ki, Zərərçəkmiş şəxs məxsus bank kartından çıxarışda qeyd edilmiş “Oba” marketdə aparılmış 10,00, 1,69, 1,75 və 12,00 manat olmaqla, cəmi 25 manat 44 qəpik məbləğində olan ödənişlər özü tərəfindən edilmişdir. Sonda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə onun tərəfindən vurulmuş ziyanın tam ödənilərək onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və ya tələbinin olmadığını bildirərək əməlinin düzgün tövsif edilərək ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
9. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, “Mercedes-Benz 190” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etməklə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs 4 ildir tanıyır, sonuncu onun yaşadığı evinin 2 kilometrliyində yaşayır. Özü əvvəllər narkotik vasitə heroindən istifadə etmişdir. 5 iyun 2024-cü il tarixdə, saat 4 radələrində müştərini düşürdükdən sonra Stansiya Qala adlı yerə avtomobillə tək gəlib orada olan bulaqdan 3 litr su götürüb avtomobilinin radiatoruna tökməyə başlamış, bu zaman yaxınlıqda yaşayan sərxoş vəziyyətdə olan Sahib tək halda ona yaxınlaşaraq ondan 5 manat pul istəmiş, o isə cavabında pulunun olmadığını bildirmişdir. Sahib evə çörək alacağını deyib avtomobilinin qabaq oturacağına əyləşdikdən sonra avtomobili idarə etməyə başlamış, yolda onunla söhbət edərək avtomobili 2-3 kilometr idarə etdikdən sonra həddən artıq sərxoş vəziyyətdə olan Sahib qəflətən onun göz və üz nahiyəsindən yumruqla zərbələr vurmağa başlamışdır. O, Stansiya Qala deyilən yerin yaxınlığında avtomobili saxlayıb düşərək onunla əlbəyaxa olmuş, zərbələr nəticəsində xəsarət alaraq yerə yıxılmış, əlbəyaxa zamanı 3 nəfər yoldan keçən şəxslər onlara yaxınlaşıb ayırmışdır. Əlbəyaxa zamanı cibindən **********124861 seriyalı “Kapital Banka” məxsus birkart plastik kartı və 35 manat pul yerə düşmüş, lakin ağrıları olduğundan həmin əşyalarını götürə bilməmişdir. Sahib isə onun plastik bank kartını götürmüşdür. Yoldan keçən 3 nəfər şəxs isə onun yerə düşmüş iki ədəd mobil telefonunu götürmüşlər. Plastik bank kartından ümumilikdə 168 manatdan çox pul xərclənmişdir. Sahib isə həmin kart vasitəsi ilə “Oba” marketdən təxminən 30 manatlıq bazarlıq etmişdir. Lakin mobil telefonunu ələ keçirmiş digər şəxslər isə onun həmin mobil telefonlarından birində olan “Kapital banka” məxsus mobil tətbiq vasitəsi ilə ayrı-ayrı kartlara və mobil telefon nömrələrinə müxtəlif məbləğlərdə pul vəsaitləri köçürmüşlər. Belə ki, onlar avtomobildən düşərək əlbəyaxa olarkən yoldan keçən 3 nəfər şəxsdən biri yerə düşmüş 35 manat pulu götürərək Sahibin pulunun yerə düşdüyünü zənn edərək sonuncuya vermək istəmiş, Sahib isə həmin pulun həmin oğlanda qalmasını bildirmişdir. Həmin 3 nəfər oğlanı tanımır. Daha sonra o, avtomobili idarə edib oradan çıxıb getmişdir. Həmin gün saat 12 radələrində 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə zamanı üzərində 070 *** ** ** nömrəsi olan “Samsung J5 Prime” markalı, üzərində 077 *** ** ** nömrəsi olan “Honor xba” markalı mobil telefonlarını da itirmişdir. O, Sahibin onun telefonlarını götürməsini görməmiş, lakin onun plastik bank kartını götürməsini görmüşdür. Sahib götürdüyü kartından istifadə edərək 30 manata yaxın pul xərcləmişdir.
10. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, avtomobili üçün su gətirərkən Sahib ona yaxınlaşaraq əvvəlcə söhbət etmiş, hətta ona su daşımaqda kömək də etmiş, söhbət zamanı ondan hansı tərəfə getdiyini soruşduqda evə getdiyini dedikdən sonra yolda düşəcəyini deyib maşına oturmuşdur. Maşında olarkən Sahib ondan sərt formada 5 manat pul istəmiş, o isə pulu olmadığından verə bilməyəcəyini dedikdən sonra Sahib ona əl-qol atmışdır. Hadisənin bu şəkildə böyüyəcəyini bilsəydi 5 manat pulu verərdi. Sahiblə əlbəyaxa zamanı sonuncunun tanıdığı 3 nəfər yoldan keçən şəxs iki telefon, kartından isə müxtəlif kartlara və nömrələrə kontur göndərməklə təxminən 168 manat pulunu götürmüş, özü (Sahib) isə kart vasitəsilə “Oba” marketdən təxminən 30 manatlıq bazarlıq etdikdən sonra kartı gətirib ona vermişdir. Sahibin onu vurmasının səbəbi istədiyi pulu verməməsinə görə olmuşdur. Yoldan keçən həmin şəxslər Sahiblə onu ayırarkən cibindən kart və 35 manat nağd pul düşmüş, tanımadığı şəxs pulu gətirib Sahibə verərək “pul düşüb” demiş, Sahib isə “götür pul səndə qalsın” demişdir. Hadisə günü cibi ağ rəngdə olan qara rəngli köynək geyindiyindən cibindəki pul üzərində kənardan görünmüşdür. Hadisə günü Sahib sərxoş vəziyyətdə olsa da, özünü idarə edə bilmişdir. Hətta Sahibin əlində “GO” spirtli energetik içki də olmuşdur. Sahib ona narkotik vasitəyə görə deyil, məhz pula görə hücum etmişdir. Bildiyinə görə Sahib artıq narkotik vasitələrdən istifadə etmir. Sahib kartı yerdən götürdükdə ona “kartı götürmə” deməmiş, sonradan parkın mühafizəçiləri Sahibi uzaqlaşdırmışdır. Sahib kartdan təxminən 30 manatlıq bazarlıq etmiş, ibtidai istintaq zamanı Sahibin marketdən alış-veriş etməsini özündə əks etdirən videogörüntülərə baxmışdır. Onun götürülmüş iki ədəd mobil telefonundan biri tapılmış, telefonunu ona müstəntiq Orxan vermişdir. O, telefonlarının kim tərəfindən götürüldüyü bilməmişdir. O, sonradan mobil telefonun yaddaşındakı mobil nömrəyə zəng edib əlaqə saxladıqda Emin və Orxan qardaşlarının mobil telefonunu 60 manata satdığını öyrənmişdir. O, Emin Muxtarlını tanımır. Müstəntiq Orxan hadisədən bir neçə gün sonra kartını ona geri vermişdir. Kartından ümumilikdə 168 manat pul vəsaiti məxaric olunmuş, Sahib təxminən 30 manatını xərcləmişdir. Belə ki, hadisədən sonra o, özünə məxsus plastik bank kartından çıxarışı əldə edərək istintaqa təqdim etmiş, çıxarışdan da ayrı-ayrı kartlara və mobil telefon nömrələrinə pul köçürülməsini müəyyən edilmişdir.
11. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi yuxarıda qeyd edilən ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsi məhkəmədə verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu olsa da, Təqsirləndirilən şəxs ələ keçirdiyi plastik bank kartından xərclədiyi vəsaitə münasibətdə fərqlənir (Cild 1, i.v. 20; 55-57;). İfadələri elan edildikdən sonra Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı da hazırda verdiyi məzmunda ifadə verdiyini bildirərək bir daha vurğuladı ki, Sahibin ona hücum edərək vurması ilə əlaqədar cibindəki plastik kartı və 35 manat nağd pulu yerə düşmüş, plastik kartı Sahib götürmüş, 35 manat pulu isə orada olan tanımadığı şəxslərdən biri Sahibinin pulunun olmasını zənn edərək ona vermək istəmiş, sonuncu isə həmin pulu həmin oğlana verdiyini demişdir. Sahib kartı yerdən götürərkən ona maneçilik etməmiş, parkın mühafizəçiləri Sahibi oradan uzaqlaşdırmışdır. O, polisdə olarkən ona göstərilmiş videogörüntüyə baxmış, həmin videogörüntüdə Sahibinin marketdən “Kent 4” siqareti, “GO” spirtli energetik içkisi və kassadan 5 manat nağd pul götürməsini görmüşdür. Müstəntiq Orxan ona mobil telefonlarından birinin tapıldığını, digərinin isə tapılmadığını bildirmişdir. Tapılmış mobil telefonu müstəntiq tərəfindən özünə təhvil verilmişdir. Özünə məxsus plastik bank kartını müstəntiq Orxandan təhvil almış, həmin kartdan ümumilikdə 168 manata yaxın pul məxaric olunmuş, Sahib isə təxminən 30 manat pul xərcləmişdir. Sahib cibindən düşmüş 35 manat nağd pulunu götürməmişdir.
12. Davam edən məhkəmə baxışı üzrə məhkəmə iclasları zamanı Zərərçəkmiş şəxs sənədlər tədqiq edildikdən sonra ona verilmiş suallara cavab olaraq göstərdi ki, ona məxsus bank kartından çıxarışda qeyd edilmiş “Oba” marketdə aparılmış 10,00, 1,69, 1,75 və 12,00 manat olmaqla, cəmi 25 manat 44 qəpik məbləğində olan ödənişlər məhz Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Bank kartını idarə etmək üçün mobil telefonunda “Birbank” mobil tətbiqi olmuşdur. Mobil telefonlarını başqa şəxslər götürmüşdür. Mobil telefonundakı “Birbank” mobil təbiqini sonradan başqa mobil telefondan daxil olaraq bloklamışdır. Hadisədən əvvəl sonuncu dəfə bank kartından 50 manatlıq nağd vəsaiti ATM vasitəsilə özü çıxartmışdır. Özü əvvəllər narkotik vasitə istifadəçisi olsa da, Təqsirləndirilən şəxsla hadisə vaxtı narkotik vasitə ilə bağlı hər hansı söhbəti olmamışdır. Sonda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı hər hansı şikayət və ya tələbi olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi.
13. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Oğlu Sahib əvvəllər narkotik vasitə istifadəçisi olmaqla bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, azadlığa çıxdıqdan sonra onu ağır şəkildə təhqir etdiyindən oğlu bir daha narkotik vasitələrdən istifadə etməyəcəyinə dair ona söz verərək narkotik vasitə satanları “məhv edəcəyini” bildirmişdir. Hadisədən sonra oğlu Sahib ona baş verənləri izah edərək zərərçəkmiş şəxsin ona psixotrop maddə metamfetamin təklif etdiyini, həmin maddəni götürüb yerə tökməklə dağıtdığını demişdir. Təxminən saat 8-9 radələrində zərərçəkmiş şəxs Ceyhun bank kartını götürmək üçün qırmızı rəngli “Toyota Prius” markalı avtomobillə onlara gəlmiş, sonuncuya bank kartı ilə birlikdə Sahibin bank kartından nə qədər pul xərclədiyinə dair qəbzi vermiş, həmin vaxt hər gün səhər tezdən onlara gələn qonşuları da onun yanında olmuşdur.
14. Məhkəməyədək icraat zamanı 30 iyun 2024-cü il tarixdə şahid qismində dindirilmiş və tərəflərin vəsatəti ilə ifadəsi elan edilməklə tədqiq edilmiş X8 ifadəsində göstərmişdir ki, 15 iyun 2024-cü il tarixdə Qala qəsəbəsində olarkən təxminən 22-25 yaşlı, soyadını bilmədiyi, lakin adını Sənan kimi bildiyi şəxs ona yaxınlaşıb 40 manata “Samsung J5 Prime” markalı **********86390 İMEİ kodlu telefon satdığını bildirmiş, o da telefona baxıb pulunu verib almış, üzərinə də 051 427 25 54 saylı mobil telefon nömrəsini taxmışdır. Sənan adlı şəxs həmin telefonu tanışından aldığını deyərək həmin telefonun cinayət yolu ilə ələ keçirilmədiyinə onu arxayın etmişdir. Baş vermiş hadisələrdən onun xəbəri olmamışdır. O, hazırda həmin mobil telefonu könüllü olaraq istintaq orqanına təqdim edir (Cild 1, i.v. 163-166;).
15. Məhkəməyədək icraat zamanı 30 iyun 2024-cü il tarixdə şahid qismində dindirilmiş və tərəflərin vəsatəti ilə ifadəsi elan edilməklə tədqiq edilmiş X3 ifadəsində göstərmişdir ki, 10 iyun 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində olarkən təxminən saat 9 radələrində yaşayış məntəqələrinin yanında olan zibil yeşiklərinin yanından keçərkən yerdə “Samsung J5 Prime” markalı **********86390 İMEİ kodlu mobil telefon olmasını görmüş, həmin mobil telefonu yerdən götürüb baxaraq içərisini açıb yoxladıqda mobil nömrələrin olmadığını və telefonun format edilməsini müəyyən etdikdən sonra mobil telefonu cibnə qoyub evə getmiş, 15 iyun 2024-cü il tarixdə də telefonu Emin adlı şəxsə satmışdır. Onun aşkar etdiyi mobil telefonun hansı şəraitdə tapdığı yerdə olmasından xəbəri yoxdur. Ceyhun adlı şəxsi tanımır, ona heç kim mobil telefon verməmiş, telefonu yerdən tapmışdır. Hadisə barədə məlumatı yoxdur. Emin aldığı mobil telefona 051 427 25 54 saylı nömrəni taxıb istifadə etmişdir (Cild 1, i.v. 167-169;).
16. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə ifadələri elan edilməklə tədqiq edilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
17. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 6 iyun 2024-cü il tarixli qərardan görünür ki, 5 iyun 2024-cü il tarixdə, saat 4 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Stansiya Qala adlı ərazidə Zərərçəkmiş şəxs 35 manat nağd pulunu və içərisində 200 manata yaxın pul olan “Kapital Bank” plastik bank kartını açıq talama yolu ilə zor tətbiq edərək ələ keçirib soyğunçuluq etməsi faktına görə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə - Xəzər RPİ-nin İŞ) baş müstəntiqi polis mayoru X11 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə fakta görə ********* saylı cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v. 1;).
18. Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin məsul növbətçisi polis mayoru Anar İbadovun 5 iyun 2024-cü il tarixli, 1441 nömrəli raportundan görünür ki, Zərərçəkmiş şəxs 5 iyun 2024cü il tarixdə, saat 12:21 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edərək gecə saatlarında Sahib adlı şəxs tərəfindən döyülərək üzərində olan özünə məxsus “Samsung S5”, “Honor X6” markalı mobil telefonları, 35 (otuz beş) manat pulu götürməsi, habelə şəxsin C.T.Hümbətovun kartından digər karta təxminən 300 (üç yüz) manat pul göndərməsi barədə bildirmişdir (Cild 1, i.v. 4;).
19. “Baxış keçirmə haqqında” 5 iyun 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, həmin tarixdə iş üzrə Zərərçəkmiş şəxs və 2 nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı hadisənin baş verdiyi yerin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala parkının yaxınlığı olması müəyyən edilmiş, hadisə yerində əlbəyaxa, qan izləri və ya videogörüntü aşkar edilməmişdir. Hadisə Qala parkının yaxınlığında baş vermişdir (Cild 1, i.v. 5-11;).
20. “Baxış keçirmə və götürmə haqqında” 5 iyun 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və 2 nəfər hal şahidinin iştirakı ilə birincinin üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində “Kapital Bank”a aid **********124861 nömrəli “Birbank” kartı aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bank kartının Zərərçəkmiş şəxs məxsus olduğunu, sonuncunu vuraraq xəsarət yetirdikdən sonra kartını götürdüyünü bildirmişdir (Cild 1, i.v. 15;).
21. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan” 5 iyun 2024-cü il tarixli, 1/4957 nömrəli tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə, saat 18:00da müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğunda olması müəyyən edilmiş, həmin protokolla sonuncu tanış olaraq hər hansı etiraz və ya qeyd olmadan imzalamışdır (Cild 1, i.v. 22;).
22. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 5 iyun 2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X9 tərəfindən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/1441 saylı material cinayət işinin başlanması məsələsinə baxılması üçün həmin X7 göndərilmişdir (Cild 1, i.v. 24-25;).
23. “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında” 6 iyun 2024-cü il tarixli qərar və protokoldan görünür ki, X14 tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10 iştirakı ilə həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, bu barədə həmin tarixdə, saat 00:30da protokol tərtib edilmişdir (Cild 1, i.v. 29;38;).
24. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 6 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 48-49;).
25. “İfadənin yerində yoxlanılması haqqında” 6 iyun 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, həmin tarixdə, saat 10:00-dan 10:20-dək Zərərçəkmiş şəxs 6 iyun 2024-cü il tarixdə verdiyi ifadəsi hadisə yerində, yəni Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Binə yolunda yoxlanılarkən sonuncu həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq edərək yolun sağ kənarını göstərib 5 iyun 2024-cü il tarixdə, gecə saat 4 radələrində Sahib adlı şəxsin onu döyərək xəsarət yetirdiyini, habelə 35 (otuz beş) manat pulunu və “Birbank” plastik kartını ələ keçirdiyini göstərmiş və bu barədə fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir(Cild 1, i.v. 58-61;).
26. “Nəqliyyat vasitələrində istifadə edilməsi haqqında” ƏN-Vİİ 014117 nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs “Mercedes Benz 190 minik” markalı 04BL970 dövlət qeydiyyat nişanlı avtomobil 18 sentyabr 2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə ilə verilmişdir (Cild 1, i.v.72)
27. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 7 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1, 177.2.2 və 177.2.3-1 maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 81-82;).
28. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli, 4(003)-234/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 6 iyun 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək cinayət əməllərini qismən törətdiyini etiraf edərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 4(003)-342/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 6 sentyabr 2024-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v. 105-109; 247- 250;).
29. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 8 iyun 2024-cü il tarixli 572 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - alının hematoması, sağ göz almasının ağlı qişasının qan sızması, sağ gözün bayır bucağının, üst və alt dodağın selikli qişasının əzilmiş yaraları, sol qulaq seyvanının səthi əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən, yəni 6 iyun 2024-cü il tarixdən 2-3 gün əvvələ uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən alının hematoması, sol qulaq seyvanının səthi əzilmiş yarası istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; sağ göz almasının ağlı qişasının qan sızması, sağ gözün bayır bucağının, üst və alt dodağın selikli qişasının əzilmiş yaraları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir (Cild 1, i.v.127-129;).
30. “Kapital Banka” məxsus ödəniş kartı üzrə çıxarışlardan görünür ki, müştəri Zərərçəkmiş şəxs məxsus “X18” kart növünə aid AZN valyutasında olan 416973******4861 nömrəli kartdan müvafiq ödənişlər üzrə çıxarışlar əldə edilmişdir. Həmin çıxarışlara məhkəmə istintaqı zamanı proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə, saat 11:31:10-dək dövr üzrə karta 755,10 manat mədaxil olunmuş, 652,46 manat isə məxaric olunmuşdur. Sənədlərin tədqiqi mərhələsində iştirak edən Zərərçəkmiş şəxs həmin kartın özünə məxsus olmasını qeyd edərək kartdakı çıxarışdan görünən 5 iyun 2024-cü il tarixdə “Oba” marketdə aparılmış 10,00, 1,69, 1,75 və 12,00 manat olmaqla, cəmi 25 manat 44 qəpik məbləğində olan ödənişlərin Təqsirləndirilən şəxs tərəfindən aparıldığını, həmin tarixdə olan ödənişlərin bir qisminin, yəni 123 manat 68 qəpik məbləğində olan ödənişlərin isə mobil telefonunda “Birbank” mobil tətbiqindən istifadə edilməklə və digər formada mobil telefonları ələ keçirmiş şəxslər tərəfindən həyata keçirildiyini, sonradan başqa mobil telefondan istifadə etməklə mobil tətbiqində ödənişlərin həyata keçirilməsini blokladığını, habelə kartına mədaxil olunmuş müxtəlif məbləğlərdə pul vəsaitlərinin, o cümlədən kartı özündə olmadığı müddətdə mədaxil olunmuş pul vəsaitlərinin taksi fəaliyyəti ilə əlaqədar ona göndərildiyini bildirdi. Təqsirləndirilən şəxs həmin halı təsdiq edərək çıxarışda qeyd edilmiş “Oba” marketdə aparılmış 10,00, 1,69, 1,75 və 12,00 manat olmaqla, cəmi 25 manat 44 qəpik məbləğində olan ödənişlərin özü tərəfindən edildiyini təsdiq etdi (Cild 1, i.v.68- 69; 149-150;)
31. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 21 iyun 2024-cü il tarixli cavabından, müvafiq hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 1(003)-156/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və əvvəli 7 oktyabr 2020-ci il tarixdən hesablanmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 3 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4cü bəndinə uyğun olaraq, həmin qərarın 36-cı bəndinə əsasən onun cəzadan azad olunmasının barəsində olan narkomaniyadan məcburi müalicənin ləğv edilməsindən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 1250/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü ilə təyin olunmuş narkomaniyadan məcburi müalicə tədbiri ləğv edilmişdir (Cild 1, i.v. 118-126; 151-152; Cild 2;).
32. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 21 iyun 2024-cü il tarixli cavabından görünür ki, Zərərçəkmiş şəxs müxtəlif tarixlərdə olmaqla üç dəfə oğurluğa görə müxtəlif məbləğlərdə cərimə cəzalarına məhkum olunmuş, sonuncu dəfə isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə hazırda həmin cəzanı çəkir (Cild 1, i.v. 154-155;).
33. Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnikleytenantı Kənan Abışovun 20 iyun 2024-cü il tarixli məktubundan gpöünür ki, ********* nömrəli cinayət işi üzrə hadisənin şahidi olan şəxs(lər)in şəxsiyyətinin, eyni zamanda müvafiq videogörüntülərin müəyyən edilməsi mümkün olmamışdır (Cild 1, i.v. 156;).
34. Təhlükəsiz Şəhər Xidmətindən əldə edilmiş TŞ 7-031 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının 5 iyun 2024-cü il tarixli saat 03:52-dən 04:20-dək olan müddətdəki 1(bir) ədəd DVD diskdəki görüntülərinə 25 iyun 2024-cü il tarixdə baxış keçirilməsinə dair protokoldan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X11 tərəfindən ********* nömrəli cinayət işi üzrə hadisə yerinə yaxın əldə edilmiş videogörüntülərə baxış keçirilmiş, baxış zamanı hadisə zamanı 5 iyun 2024-cü il tarixdə saat 4 radələrində Binə-Zirə yolunda “Mercedes” markalı avtomobilin dayanması və yanında bir neçə nəfər şəxsin olması, eləcə də orada hansısa şəxslər arasında hərəkətliliyin müşahidə olunması, həmin şəxslərdən iki nəfər şəxsin münaqişə etməsi müəyyən edilmişdir. Qeyd edilən görüntülər məhkəmə baxışı üzrə məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə nümayiş etdirilməklə tədqiq edilmiş, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs görüntülərdəki dalaşan şəxslərin özləri olduğunu, orada olan digər şəxsləri isə tanımadıqlarını bildirmişlər(Cild 1, i.v. 158-160;).
35. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus **********124861 nömrəli plastik bank kartı və hadisə zamanı itmiş “Samsung J5 Prime” markalı **********86360 İMEİ kodlu mobil telefonu saxlamaq üçün təhvil almışdır (Cild 1, i.v. 186;).
36. “Kompleks ambulator komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji” ekspertizasının 22 iyun 2024-cü il tarixli, 1802 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altında düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Situativlik, eqosentrizm, nümayişkaranəlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perspetiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkətlər etməyə və özündən uydurmağa meyillik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, “Ona ittiham olunan əməl barədə soruşduqda özünümüdafiəyə səy göstərərək qərarın təsviri hissəsində göstərilən əməli içkili vəziyyətdə törətdiyini vurğulayır. Hal-hazırda törətdiyi əməl ilə əlaqədar peşman olduğunu söyləyir”... Hadisə barəsində soruşduqda özünü psixoloji müdafiəyə cəhd edərək qərarın təsviri hisəsində göstərilmiş əməli barəsində danışmayaraq aşağıdakıları bildirir: “Həmin vaxtı içkili olmuşam. Bir nəfər narkotik satanı döymüşəm. Ona deyirdim ki, narkotik satmasın”(Cild 1, i.v. 193-196;).
37. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə olan cinayət əməli həmin Məcəllənin 181.1-ci maddəsinə tövsif edilməklə sonuncunun təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır (Cild 1, i.v. 197;).
38. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (Cild 1, i.v. 203-204;).
39. X14 tərəfindən tərtib olunmuş arayışdan görünür ki, ********* nömrəli cinayət işi üzrə **********124861 nömrəli “Birkart” plastik kartından 5 iyun 2024-cü il tarixdə, saat 4 radələrindən 12 radələrinədək olan müddət ərzində 164,12 manat məbləğində pulun çıxarılması müəyyən edilmişdir (Cild 1, i.v. 220;).
40. “Sübutların qiymətləndirilməsi haqqında” 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş bank çıxarışının sübut, plastik bank kartının isə maddi sübut qismində tanınması qərara alınmışdır (Cild 1, i.v. 224-231;).
41. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.N.Qnayzov tərəfindən 1 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 4 sentyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.239-244;).
42. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 1(101)-2224/2024 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;)
43. Zərərçəkmiş şəxs məhkəmə baxışı üzrə məhkəmə iclasında təqdim etdiyi 7 fevral 2025-ci il tarixli ərizəsi tərəflərin iştirakı ilə elan edilərək tədqiq edilmiş və o həmin ərizədə göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs Əfltaun oğluna yüngül cəza verilməsini xahiş edir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
44. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
45. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
46. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
47. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.
48. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
50. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
51. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
52. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
53. Belə ki, CM-in 181.1-ci maddəsinə görə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqına görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
54. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi CM-in 181.1-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).
55. CM-in 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Burada basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. Hücuma məruz qalmış şəxsin həyat və ya sağlamlığı üçün təhlükəli zorakılıq dedikdə, həmçinin zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya yüngül zərər vurulmasından ibarət fiziki təsir başa düşülməlidir. Şərh edilən cinayət formal tərkibli olmaqla bu cinayət əmlakın ələ keçirilib-keçirilməməsindən asılı olmayaraq hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının edildiyi andan başqa çatmış hesab edilir. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilə bilər. Təqsirkar hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etdiyini dərk edir və özgənin əmlakını ələ keçirmə məqsədi ilə belə basqını törətməyi arzu edir. Quldurluqda tətbiq edilən zorakılıq və ya hədə məhz özgənin əmlakını ələ keçirmək (əmlakı götürmək və ya götürdükdən bilavasitə sonra əldə saxlamaq) məqsədi güdür.
56. Ali Məhkəmənin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarında göstərilmişdir ki, CM-in 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-in 127 və ya 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-in 181.2 və ya 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-in 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Quldurluq basqını zamanı özgə əmlakı ələ keçirilərkən, zərərçəkmişin sağlamlığına ağır zərər vurularsa və bu ehtiyatsızlıqdan onun ölümünə səbəb olarsa, əməl cinayətlərin məcmusu qaydasında CM-in 181.3.3 və 126.3-cü maddələri ilə tövsif edilməlidir. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkaranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmişin zorakılıqla azadlığı məhdullaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 24-cü bəndində göstərilir ki, quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Qeyd edilən qərarın 26-cı bəndinə əsasən vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Bundan başqa, həmin qərarın 27-ci bəndində göstərilir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər.
57. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
58. Məhkəmə, tədqiq olunmuş sübutlara və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 181.1-ci maddəsi ilə düzgün tövsif edilsə də, cinayət əməli nəticəsində vurulmuş ziyanın miqdarına, yəni ittihamın həcminə münasibətdə düzgün tövsif edilməmişdir.
59. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin – Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir.
60. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
61. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
62. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
63. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
64. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə tanışı Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində sonuncuya məxsus avtomobilə əyləşib 2-3 kilometr yol getdikdən sonra ona 5 manat pul lazım olduğunu deyib Zərərçəkmiş şəxs imtina cavabı aldıqdan sonra onun pul və digər əmlakını ələ keçirmək üçün əvvəlcə zor tətbiq edəcəyi hədəsi ilə, sonradan isə onun həyatı və sağlamlığı üçün real təhlükə törədən zorakılıq hərəkətləri ilə hücuma məruz qoyub əvvəlcə həmin avtomobilin salonunda, sonradan isə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yolun kənarında saxlamağa zorla məcbur edərək onu həmin ərazidə avtomobildən düşürdüb yol kənarında fiziki güc tətbiq edərək yumruq zərbələri ilə alın və üz nahiyələrindən dəfələrlə zərbələr vurmaqla onun pulunu və digər əmlakını ələ keçirəcəyinə müqavimət göstərəcəyini güman edib pul və digər əmlakını götürmək məqsədi ilə basqın edib fiziki və psixi təsir göstərib döyərək Zərərçəkmiş şəxs çoxsaylı olmaqla istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib yerə yıxmış, Zərərçəkmiş şəxs məxsus içərisində pul vəsaiti olan “Kapital Bank”a aid **********124861 seriyalı “Birkart” plastik kartını ələ keçirib həmin plastik kartdan istifadə etməklə marketdə 25 manat 44 qəpik məbləğində pul vəsaitini xərcləyərək Zərərçəkmiş şəxs 25 manat 44 qəpik məbləğində ziyan vurmaqla yetirilən anda həyatı və sağlamlığı üçün real təhlükə törədən zorakılıq tətbiq edəcəyi hədəsi ilə və zorakılıq hərəkətləri ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qoyub Zərərçəkmiş şəxs qarşı basqın edərək quldurluq etmişdir.
65. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs quldurluqla bağlı verilmiş ittihamda Zərərçəkmiş şəxs ələ keçirilmiş əmlakının ümumi məbləği 195 manat 20 qəpik kimi qəbul edilərək ittiham verilsə də, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən təqsirləndirilən şəxsin 25 manat 44 qəpik məbləğində pul vəsaitini ələ keçirməsi müəyyən edilmişdir. Belə ki, zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş bank kartından çıxarışlar sonuncu və digər proses iştirakçılarının iştirakı ilə tədqiq edilərkən təqsirləndirilən şəxsin əməli nəticəsində zərərçəkmiş şəxsə məhz 25 manat 44 qəpik məbləğində maddi ziyan dəyməsi mübahisəsiz olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin əməli nəticəsində vurulmuş ziyanın məbləğini 25 manat 44 qəpik kimi qəbul edir.
66. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul tələb etmədiyini, sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar ona yumruqla zərbələr vuraraq döydüyünü, plastik bank kartını isə quldurluqla ələ keçirmədiyini, sonradan cibindən plastik bank kartının yerə düşməsi ilə əlaqədar həmin plastik bank kartını götürərək 25 manat 44 qəpik məbləğində pul xərcləməsini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində göstərdiyi həmin xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
67. Belə ki, müdafiə tərəfi təkidlə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək məqsədi ilə deyil, məhz narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamasının tələb edilməsi ilə əlaqədar döydüyünü, sonradan zərərçəkmiş şəxsin cibindəki plastik bank kartını isə götürərək mağazada 25 manat 44 qəpik məbləğində xərclədiyini bildirmişdir. Halbuki, zərərçəkmiş şəxs istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslə aralarında narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar hər hansı danışıq olmadığını, sonuncunun avtomobildə olarkən ondan kənardan ağ rəngli cibi olan köynəyindən aydın görünən pul vəsaitlərini görərək sərxoş vəziyyətdə əvvəlcə beş manat məbləğində pul verməsini sərt formada tələb etdiyini, bundan imtina etdikdə isə qəflətən əvvəlcə idarə etdiyi etdiyi avtomobildə ona göz və sifət nahiyyəsindən yumruqla zərbələr vurduğunu, həmin zərbələrin təsiri ilə hərəkətdə olan avtomobili yolun kənarında saxladıqdan sonra avtomobildən düşərək ona yumruqla zərbələr vurmağa davam etdiyini, daha sonra isə cibindən yerə düşmüş plastik bank kartını götürərək oradan getdiyini bildirmişdir. Başqa sözlə, yuxarıda şərh edilən hüquq normalarına və işin faktiki hallarına uyğun olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən pul tələb edərək imtina cavabı aldıqdan sonra sonuncuya zor tətbiq edilməsi ilə müşayiət olunan qəflətən törədilən fəal hərəkətlər-basqın edildiyi andan hazırkı cinayət əməli artıq başa çatmış, basqın nəticəsində təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus içərisində pul vəsaiti olan plastik bank kartını götürərək həmin kartdakı pul vəsaitinə istədiyi kimi sərəncam verməklə istifadə edərək mağazada müəyyən məbləğdə pul vəsaiti xərcləmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı orta dərəcəli sərxoş vəziyyətdə olduğundan hadisənin baş vermə mexanizmini istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə icraatı zamanı tam şəkildə izah edə bilməmiş, təkidlə guya zərərçəkmiş şəxsin ondan tələb edilməməsinə baxmayaraq, içərisində pul vəsaiti olan plastik bank kartını ona könüllü verdiyini bildirmişdir. Halbuki, belə olan halda zərərçəkmiş şəxsin hadisədən dərhal sonra daxili işlər orqanlarına Təqsirləndirilən şəxs şikayət etməsinin, guya zərərçəkmiş şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması ilə əlaqədar döydüyü halda sonuncunun ona niyə içərisində pul vəsaiti olan bank kartını verməsinin səbəblərini izah edə bilməmişdir. Zərərçəkmiş şəxs isə istər məhkəməyədək, istərsə də məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin sərxoş vəziyyətdə məhz ondan pul tələb etməsini, bundan imtina etdikdə isə ona əvvəlcə hərəkətdə olan avtomobilin içərisində qəflətən yumruqla zərbələr vurması, daha sonra avtomobili saxladıqdan sonra da hücuma davam edərək ona çoxsaylı zərbələr vurması, daha sonra isə plastik bank kartını götürərək uzaqlaşmasını təkidlə vurğulamışdır. Zərərçəkmiş şəxsin qeyd edilən ifadəsi isə iş materiallarında olmaqla məhkəmədə tərəflərin iştirakı ilə tədqiq edilmiş digər çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapmışdır.
68. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, ifadəsinin yerində yoxlanılması protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
69. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
70. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
71. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
72. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin özgənin əmlakını quldurluqla ələ keçirməsi tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 181.1-ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
73. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 181.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
74. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
75. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
76. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
77. Məhkəmə CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməklə aradan qaldırılmasını, CM-in 59.2-ci maddəsinə əsasən 31 yaşında olmaqla özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini və məhkəmə icraatı zamanı davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
78. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
79. CM-in 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
80. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 181.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
81. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
82. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
83. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
84. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 6 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7 iyun 2024-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 6 iyun 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 3 sentyabr 2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılmasının müddəti 26 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
85. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 6 iyun 2024-cü il tarixdən hesablanmalıdır.
86. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
87. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla iş materiallarına əlavə edilmiş bank kartından çıxarışların və 1(bir) ədəd diskin iş materiallarında saxlanılması, habelə plastik bank kartının isə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır.
88. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
89. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur.
90. İş üzrə mülki iddia verilməmişdir.
91. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
92. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
93. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 6 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olmaqla iş materiallarına əlavə edilmiş bank kartından çıxarışların və 1(bir) ədəd diskin iş materiallarında saxlanılması, habelə plastik bank kartının isə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın, xüsusi müsadirənin və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs Əfltaun oğluna isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.