Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-549/2020 13.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X12, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməli olan şəxsin hüquqi varisi X15 iştirakı ilə xx xxx 1951-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, xx xxxxxxxx 2011-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə CM-in 120.2.4, 29, 120.2.4, 29,120.2.7 və 228-ci maddələri ilə təqsirli bilinərək psixi xəstəliyi ilə əlaqədar CM-in 21.3-cü maddəsinin təsiri altına düşdüyünə görə barəsində məcburi stasionar müalicə və xx xxxxxxxx 2014-cü il tarixli Sabunçu Rayon Məhkəməsinin qərarı ilə məcburi ambulator müalicə təyin edilmiş, işləməyən, ünvan 1 A ünvanında qeydiyyatda olmuş, xx xxxxx 2020-ci il tarixdə vəfat etmiş mərhum Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirərək onları toplamaqla kultivasiya etmək və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və heroin əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə bacısı oğlu X16 və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Bayram Novruzova şəxsi vəsaiti hesabına alıb təqdim etdiyi plastik materialdan hazırlanmış 831 ədəd dibçək qablarında istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən əldə edərək əkməsi üçün verdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını Bayram Novruzov yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki mişar daşlarından inşa olunmuş yarımtikilinin içərisində qanunsuz olaraq əkib becərməklə xx xxx 2019-cu il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs birbaşa rəhbərliyi və gündəlik nəzarəti altında aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib külli miqdarda kultivasiya etmiş, eyni zamanda, Təqsirləndirilən şəxs qanunsuz olaraq məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən X16 və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1155 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda ümumi çəkisi 30685,972 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq, qurudulmuş marixuananın515 qram çəkidə olan hissəsini satmaq üçün Bayram Novruzovdan almış, Bayram Novruzov 29630 qram çəkidə olan hissəsini və 1155 qram çəkidə olan narkotik vasitə heroini, 2550 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində, marixuananın 535 qram çəkidə olan hissəsini faktiki mülkiyyətində olmaqla idarə etdiyi “Hyundai Sonata” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində, qalan 5,972 qram çəkidə olan hissəsini isə əynindəki idman şalvarının sağ yan cibində saxlamış və Bayram Novruzovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bayram Novruzov yaşadığı ünvan 2 ünvanının qarşısında saxlanıldıqdan sonra üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə 5,972 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, daha sonra həmin ünvanda yerləşən fərdi yaşayış evinə, həyətyanı sahəyə və nəqliyyat vasitəsinə özünün iştirakı ilə baxış keçirilərkən evin eyvanının sol tərəfindəki masanın altından 6 ədəd 20 litrlik həcmli ağ rəngli plastik qabların içərisindən 92 ədəd polietilen torbalarda qablaşdırılmış külli miqdarda 29630 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, üzəri şəffaf yapışqan lentlə bağlanmış 01ədəd sellofan bağlamada külli miqdarda 1155 qram çəkidə narkotik vasitə heroin, 02 ədəd sellofan torbada 2550 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumları və narkotik vasitələrin satışında miqdarını çəkmək üçün istifadə etdikləri iki ədəd elektron tərəzi, həmin evin həyətində saxlanılmış “Hyundai Sonata” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən 06 ədəd polietilen torbalarda qablaşdırılmış halda külli miqdarda 535 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və evin eyvanına bitişik yeni tikilinin otaqlarının içərisində plastik materialdan hazırlanmış 831 ədəd dibçək qablarında Təqsirləndirilən şəxs və qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib becərməklə yetişdirib külli miqdarda kultivasiya etdikləri ümumi çəkisi 3555 qram olan 4051 ədəd əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Kirov» adlanan dairədən Albalılıq yaşayış massivinə gedən yolda yerləşən «Bakı» kafesinin yaxınlığında saxlanılaraq idarə etdiyi “Mercedes Benz GL” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Sabunçu Rayon Polis İdarəsinə gətirilib idarənin inzibati binasının həyətində “Mercedes Benz GL” markalı həmin avtomobilə özünün iştirakı ilə baxış keçirilərkən avtomobilin yük hissəsində döşəmə örtüyünün altında gizlətməklə saxladığı 01 ədəd polietilen bağlamada külli miqdarda 515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrin satışında miqdarını çəkmək üçün istifadə etdikləri bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs cinayət işinin 1-ci cildinin 160-162-ci vərəqlərində olan və məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, “Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Uzun müddətdir ki, işlərinin yaxşı getməməsi səbəbindən maddi vəziyyəti pisləşmişdir. Bu səbəbdən işlərini düzəltmək və xeyli maddi xeyr əldə etmək üçün yollar axtarırmış. Bu zaman çətənə bitkisi əkib-becərmək və onları qurudaraq satmaq qərarına gəlmişdir. Gəldiyi qərarı reallaşdırmaq üçün işi hansı qaydada görəcəyini düşünüb sonradan isə çətənə bitkisinin toxumlarını dibçəklərə əkərək qulluq etməyi planlaşdırmışdır. Bu məqsədlə əvvəllər tanımadığı və adını bilmədiyi İran İslam Respublikası vətəndaşından çətənə bitkisinin toxumlarını almışdır. Həmin toxumları dibçəklərdə əkərək onlara qulluq etmiş 2018-ci ilin sentyabr ayında əmələ gəlmiş çətənə bitkisini toplamış və onları qurudaraq sellofan torbalara yığmışdır. Həmin marixuananın bir hissəsini sataraq pul əldə etmiş, bir hissəsini isə yaşadığı evdə saxlamışdır. 2019-cu ilin əvvəllərində yenidən 831 ədəd dibçəyin içərisində çətənə bitkisini əkmiş. Onlara qulluq etməyə başlamışdır. 2019-cu ilin may ayının 18-də yaşadığı evin qarşısında əvvəllər tanımadığı avtomobillə maşınları, maşınların içərisində isə bir neçə şəxsin olduğunu görüb polis əməkdaşları olduqlarını düşündüm və polis əməkdaşlarının onu tutacağından ehtiyyat edərək 831 ədəd dibçəydə olan çətənə bitkilərini, o cümlədən qurudulmuş marixuanaları hissə-hissə özünə məxsus olan avtomobillə bacısı oğlu X8 evinə aparmışdır. Evə bitişik yeni tikilinin otaqlarına yerləşdirmişdir. Çətənə bitkilərini bacısının oğlu Bayramın evinə aparıb yığdığı zaman onların nə olduğunu soruşmuşdur. O, isə Bayrama onların dibçəy olduğunu demişdir. Lakin Bayram şübhələndiyi üçün həmin dibçəyləri evinə yığmağa icazə verməmişdir. O, Bayramın narazılıq etdiyini görüb bir neçə günə dibçəkləri aparacağını bildirmişdir. Bundan sonra Bayram dibçəkləri evə yığmağa icazə vermiş, o da dibçəkləri Bayramın evinin yeni tikilmiş otaqlarına yığmış, qurudulmuş marxiuananı isə eyvanda olan masanın alt hissəsinə qoymuşdur. Qurudulmuş marixuanaları bacısının oğlu Bayramın evinə gətirdiyi zaman onları 6 ədəd ağ rəngli 20 litrlik su çənlərinə yığmışdır. Dibçəkləri və marixuanaları bacısının oğlu Bayramın evinə qoyub getdikdən bir gün sonra, yəni xx xxx 2019-cu il tarixində, günorta saatlarında polis əməkdaşlarının Bayramı tutduğunu və evinə qoyduğu dibçəkləri, həmçinin marixuanaları götürdüklərini eşitmişdir. Bunu eşitdikdən bir müddət sonra polis əməkdaşları onu da, Maştağa qəsəbəsi ərazisində saxladılar” Məhkəmədə dindirilmiş Şahid2, ifadəsində göstərdi ki, “Sabunçu Rayon Polis idarəsinin Cinayət-Axtarış idarəsinin əməliyyat-müvəkkili vəzifəsində xidmət edir, polis mayoru xüsusi rütbəsindədir. xx xxx 2019-cu il tarixdə əməliyyat aparatına etibarlı mənbədən Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində “Bayram” adlı şəxsin külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rayon polis idarəsinin Cinayət-Axtarış idarəsinin baş əməliyyat müvəkkili polis mayoru X19, kiçik əməliyyat müvəkkilləri polis serjantları Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərara əsasən “Bayram” adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək ətrafında müvafiq əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə, aparılmış araşdırma zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan “Bayram” adlı şəxsin X16 olması müəyyən edilərək o, xx xxx 2019-cu il tarixdə günorta saatlarında ünvan 3 A ünvanının qarşısında saxlanılmışdır. Bayram Novruzov saxlanılan zaman onun izolə edilməsi və kənar şəxslərlə mobil telefonla əlaqə saxlamasının qarşısının alınması məqsədi ilə üzərində olan 2 ədəd “Samsung” markalı mobil telefonları götürüb Sabunçu RPİ-nin Növbətçi hissəsində sürücü vəzifəsində xidmət edən, polis serjantı X24 vermişdir ki, Sabunçu RPİ-nin Növbətçi Hissəsinə aparıb təhvil versin. Göstərilən raportun icrası həvalə edilmiş müstəntiq tərəfindən Bayram Novruzovun video çəkiliş ilə şəxsi axtarışı həyata keçirilmiş həmin zaman onun əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bayram Novruzov ondan aşkar edilmiş kütlənin qurudulmuş marixuana olmasını, satmaq məqsədi ilə özünün yaşadığı evinin həyətində kultivasiya etdiyini bildirmişdir. Bayram Novruzovun razılığı ilə onun yaşadığı ünvan 4 A ünvanına əməliyyat qrupunun üzvləri və mütəxəssis-aqronomun iştirakları ilə video çəkiliş aparılmaqla baxış keçirilən zaman evin eyvanında sol tərəfdə yerləşən masanın alt hissəsindən 6 ədəd ağ rəngli, 20 litr həcmli su çənlərinin içərisində sellofan torbalarda ot kütlələri, bitki toxumları, 2 ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Bayram Novruzov su çənlərinin içərisindən aşkar edilmiş kütlələrin narkotik vasitə olan marixuana olduğunu, özünü həmin vasitələri kultivasiya edərək qurutduğunu bildirmişdir. Təhlükəsizlik məqsədi ilə həmin kütlələrin sayı çox olduğundan bir neçəsinin içərisinə hadisə yerində, digərlərinə isə rayon polis idarəsində baxış keçirilmişdir. Bundan sonra evin eyvanına bitişik yeni yarım tikililərdən sağda yerləşən birinci otaqda 125 ədəd, həmin otağın eyvanına baxan pəncərəsində 2 ədəd, sağda yerləşən ikinci otaqda 11 ədəd, həmin otağın giriş hissəsində 3 ədəd, sol tərəfdə yerləşən birinci otaqda 158 ədəd, həmin otağın bayır yan boyu ilə 8 ədəd, solda yerləşən digər otaqda 321 ədəd, həmin otağın bayır divar boyu ilə 11 ədəd, tikilinin giriş hissəsi ilə üzbə-üz yerləşən otaqda isə 192 ədəd dibçək, dibçəklərdə isə spesifik iyə malik bitkilərin və onlara xüsusi qulluq edildiyi aşkar edilmişdir. Mütəxəssis-aqronom həmin dibçəklərə baxış keçirdikdən sonra dibçəklərdə olan bitkilərin xüsusi aqrotexniki qulluq edilən narkotik tərkibli bitkilərin olduğunu bildirmişdir. Bayram Novruzov dibçəklərdə olan bitkilərin çətənə bitkisinin olduğunu, özünün becərib qulluq etdiyini, məqsədinin həmin bitkiləri qurudaraq satıb gəlir əldə etmək olduğunu bildirmişdir. Bundan sonra müvafiq ekspertiza keçirilməsi üçün maddi sübut əhəmiyyətli 4051 ədəd narkotik tərkibli bitkilərin əkildiyi 831 ədəd olan dibçək götürülmüşdür. Əməliyyat-istintaq tədbirlərinin davamı olaraq Bayram Novruzovun razılığı ilə video çəkilişlə evinin həyətində saxladığı “Hyundai Sonata” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin baqaj hissəsində yerləşən ehtiyat təkərinin üzərində 6 ədəd ağ rəngli sellofan torbalar və torbaların içərisində spesifik iyə malik ot kütlələrinin olduğu aşkar edilmişdir. Bundan sonra Bayram Novruzovun avtomobilindən aşkar edilən spesifik iyə malik ot kütlələrinin olduğu 6 ədəd sellofan qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Bayram Novruzov həmin kütlələrin tərəfindən qurudulmuş narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bayram Novruzovdan narkotik vasitələri əldə etdiyi mənbə barədə sual verildikdə o, bildirdi ki, aşkar edilmiş narkotik vasitə olan marixuana kütlələrini dayısı Təqsirləndirilən şəxs toxumlarını almaqla dibçəklərdə əkmiş, kultivasiya etmiş, qurutmuş və Təqsirləndirilən şəxs göstərdiyi şəxslərə satmış, narkotik vasitələrin satışın əldə etdiyi pul məbləğini dayısı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs öz növbəsində ona zəhmətinin haqqını vermişdir. Bayram Novruzov bir müddət əvvəl borclarını ödəyə bilmədiyindən bu barədə dayısına demiş, dayısı Təqsirləndirilən şəxs isə ona borclarını ödəməyində maddi köməklik edəcəyini, ona ağsaqqallıq edəcəyini qəbul etmiş lakin onunla şərtləşmişdir. Təqsirləndirilən şəxs bacısının oğlu Bayram Novruzova marixuana toxumları vermiş və sonuncuya həmin toxumları necə əkməyi, qulluq etməyi, qurutmağı və istifadəyə tam yararlı vəziyyətə gətirməyi izah etmiş, öyrətmiş və bildirmişdir ki, onun işi narkotik vasitə olan marixuananı yetişdirib, qurudub və onun dediyi adamlara satıb pulunu almaqdan ibarət olacaqdır və dediklərini edəcəyi halda ona maddi yardım edəcək və borclarının tez bir zamanda ödəyəcəyinə təminat vermişdir. Bayram Novruzov da, dayısı Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və 2 ilə yaxın müddətdə dayısı Təqsirləndirilən şəxs aldığı marixuana toxumlarını öz həyətyanı sahəsində yetişdirmiş, qurutmuş və dayısı Təqsirləndirilən şəxs dediyi müxtəlif şəxslərə dəfələrlə satmışdır. Narkotik vasitənin satışından əldə etdiyi pulu isə dayısı Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa o, dayısı Kamil Novruovun göstərişi ilə Təqsirləndirilən şəxs özü böyük kütlələrlə narkotik vasitə marixuana vermiş və dayısı həmin narkotik vasitələri özünün müştərilərinə satacağını bildirmişdir. Bayram Novruzovdan narkotik vasitələri satdığı şəxslər barədə sual verdikdə o, yalnız sonuncu dəfə “Çıldaq” ləqəbli şəxsi xatırladığını, həmin şəxs barədə başqa heç bir məlumatının olmadığını, digər şəxsləri dayısının tanıdığını, dayısından qorxduğu üçün ona narkotik vasitələri satdığı şəxslər barədə sual vermədiyini bildirdi. Həmin zaman yəni xx xxx 2019-cu il tarixdə saat 15 radələrində hadisə yerində olduqlarından Bayram Novruzovun narkotik vasitələrin qanunsuz dövriyyəsini dayısı Təqsirləndirilən şəxs ilə birlikdə etdiyini dediyindən operativliyi təmin etmək və əlavə vaxt itkisinə yol verməmək, bundan başqa əməliyyat məlumatının yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi texniki rabitə vasitəsi yəni ratsiya ilə Sabunçu RPİ-nin tezliyində efirə çıxaraq Təqsirləndirilən şəxs saxlanılması və onun ətrafında əməliyyat-istintaq tədbirlərinin keçirilməsi zəruriliyi əlavə dəstək üçün polis əməkdaşlarının ayrılmasının zəruriliyi barədə məruzə etmişdir.Hadisə yerindən götürülmüş ifadəsində qeyd etdiyi narkotik vasitəyə bənzər və xüsusi spesifik iyə malik kütlələr, sellofan torbalar, narkotik tərkibli bitkilərin əkildiyi dibçəklər götürülərək ətraflı baxış keçirilməsi üçün Sabunçu rayon Polis idarəsinin İnzibati binasına gətirilərək hər birinə tək-tək video çəkiliş ilə Bayram Novruzov və əməliyyat qrupunun üzvlərinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirildi. Baxış zamanı 6 ədəd su çənlərində 93 ədəd ağ və göy rəngli sellofan torbalar, onlardan 92 ədədinin içərisində xüsusi spesifik iyə malik ot kütləsinin, 1 ədəd göy sellofanın içərisində isə ağ rəngli sellofana bükülmüş, ağ bir az sarı rəngə çaları olan, toz şəkilli, spesifik iyə malik toz halında kütlə aşkar edildi. Sorğu zamanı Bayram Novruzov həmin kütlələrin yerləşdiyi 92 ədəd torbanın içərisində özünün həyətində satmaq məqsədi ilə kultivasiya etdiyi marixuana olduğu, digər 1 ədəd göy sellofanın içərisində isə narkotik vasitə olan heroinin olduğunu bildirdi. Bayram Novruzov bundan sonra hadisə yerində verdiyi ilkin izahatını polis idarəsinin inzibati binasında evindən, avtomobilindən və şəxsi axtarış zamanı üzərində aşkar edilmiş spesifik iyə malik kütlələr, bitkilər ilə bağlı bir daha təsdiq etdi. Keçirilmiş əməliyyat-istintaq tədbirləri, baxış və götürülmüş maddi-sübut əhəmiyyətli əşyalar qablaşdırıldı həmçinin müstəntiq tərəfindən müvafiq protokollar tərtib edildi. Tərtib edilmiş protokollar ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən protokollar və qablaşdırılmış kütlələrin olduğu torbaların üzəri imzalanmışdır. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq o, efir vasitəsi ilə Təqsirləndirilən şəxs saxlanılması və ətrafında əməliyyat-istintaq tədbirlərinin keçirilməsi vacib olduğunu şəxs olduğunu məruzə etdikdən sonra Sabunçu Rayon Polis X5 Bölməsi və Cinayət-Axtarış şöbəsinin əməkdaşları Şayiq Kərimov, Şahid8 və Şahid9 tərəfindən Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində xx xxx 2019-cu il tarixdə saxlanılmışdır. Bayram Novruzovun evindən götürülmüş narkotik tərkibli bitkilər, narkotik vasitəyə bənzər xüsusi spesifik iyi olan qurudulmuş halda və spesifik iyə malik toz halında olan kütlələrə Sabunçu RPİ-nin inzibati binasında baxış keçirildikdən sonra istintaqa sonradan adları X20 və X7 məlum olan Bayram Novruzov və Təqsirləndirilən şəxs tanımayan vətəndaşlar hal-şahidi qismində dəvət edilərək onların iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilmiş və həmin zaman üzərindən qanunla dövriyyəsi qadağan olunan əşya aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı avotomobilinin açarı aşkar edildikdən sonra Təqsirləndirilən şəxs “Mercedes Benz GL” markalı **-NB-*** markalı avtomobilinə videoçəkiliş və hal şahidlərinin iştirakı ilə baxış zamanı avtomobilin yük yerində ehtiyat təkərinin üzərində göy və qəhvəyi rəngləri olan polietilen sellofan torbada xüsusi spesifik iyə malik kütlə və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bayram Novruzov və Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki təsir göstərilməmişdir. Bayram Novruzov saxlanılan zaman özü cinayət əməlini könüllü etiraf etməklə cinayətləri dayısı Təqsirləndirilən şəxs ilə birlikdə törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə ilkin zaman yalnız susmuş, verilən suallara heç bir cavab verməmiş, etiraz da etməmişdir. Sonradan istintaq orqanından məlumat almışdır ki, Təqsirləndirilən şəxs qismində dindirilən zaman öz cinayət əməlini etiraf etmişdir. xx xxx 2019-cu il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan X8 yaşadığı ünvana və həyətyanı sahəsinə onun iştirakı və razılığı ilə baxış keçirilən zaman evinin eyvanında yan tərəfində 8 ədəd 20 litr həcmi olan ağ rəngli plastik su çənləri. Həmin çənlərin 2 ədəd boş vəziyyətdə qalan 6 ədədi isə ümumilikdə 93 ədəd sellofan torbalarda içərilərində spesifik iyə malik kütlələr daxil olmaqla aşkar edilmiş və 6 ədəd çən içərisində olan kütlələr ilə birlikdə götürülmüşdür. Bayram Novruzovun avtomobilinə baxış keçirilən zaman isə onun avtomobilində 6 ədəd spesifik iyə malik qurudulmuş kütlə aşkar edilmişdir. Polis əməkdaşları hadisə yerində bütün narkotik vasitələri Sabunçu RPİ-yə gətirməzdən əvvəl qablaşdırmış və hər bir narkotik vasitənin üzərinə aşkar olunma faktı ilə bağlı qeydiyyat aparmışlar. Bayram Novruzovun avtomobilindən aşkar edilmiş 6 ədəd spesifik iyə malik qurudulmuş kütlələrin üzərinə zərf yazıldıqdan sonra həmin kütlələr də, içərisində ümumilikdə 93 ədəd sellofan torbada olan spesifik iyə malik kütlələrin aşkar edildiyi 6 ədəd su çənlərinə yerləşdirilmişdir. Sabunçu RPİ-də qeyd etdiyi 6 ədəd su çənlərində olan kütlələrə baxış keçirilən zaman baxış protokolunda göstərilən 99 ədəd kütləyə Bayram Novruzovun avtomobilindən aşkar edilmiş 6 ədəd sellofan torbada olan spesifik iyə malik qurudulmuş kütlələr və Bayram Novruzovun evinin eyvanının yan hissəsində masanın altından aşkar edilmiş 6 ədəd su çənlərinin içərisində olan 93 ədəd onlardan 92 ədədinin içərisində xüsusi spesifik iyə malik qurudulmuş kütlə, 92 ədəd kütlələrin olduğu sellofanların içərisində olan 1 ədəd sellofan torbanın içərisində həm bitki toxumlar həm də, qurudulmuş kütlə daxildir. Aşkar edilmiş içərisində qurudulmuş kütlə olan 92 ədəd sellofan torbanın birinin içərisində bir ədəd göy rəngli torbanı açdıqda içərisində bir ədəd sellofan torbada, bir ədəd ağ rəngli parça torbanın içərisində 2 ədəd sellofan torbada bitki toxumları aşkar edilmişdir. Bu səbəbdən də, onlar ümumi kütlələrinin olduğu torbaların sayını 99 ədəd qeyd etmişlər. Bayram Novruzov video çəkilişdən qabaq özü qeyd edilən yerdən aşkar edilən 6 ədəd su çənlərinin içərisində olan ot kütlələrinin bir hissəsini su çənlərinin içərisindən çıxarıb göstərmiş və həmin maddələrin qurudulmuş marixuana olduğunu demişdir. Video çəkiliş zamanı isə həmin kütlələr çənlərin yanında görüntülənmişdir. Bu səbəblə protokol tərtib edilən zaman reallıqda olduğu kimi həmin video çəkilişdə əks olunan su çənlərinin yanında olan qurudulmuş kütlələrin su çənlərinin yanından deyil, içərisindən aşkar edildiyi göstərilmişdir. Sonradan həmin kütlələr qablaşdırılan zaman isə yenidən əvvəl yerləşdirilmiş olduğu su çənlərinin içərisində qablaşdırılmışdır. Bayram Novruzovun evindən aşkar edilmiş 6 ədəd su çənlərinin içərisində olan kütlələrə Sabunçu RPİ-də baxış keçirildikdən sonra həmin kütlələr ekspertizaya aparılması üçün qablaşdırılan zaman kütlələr 4 ədəd su çəninə yerləşdiyindən 4 ədəd su çənində həmin kütlələr təqdim edilmişdir. Ekspertizaya bütün kütlələr xüsusiyyətinə və aşkar edilmə yerlərinə görə ayrı-ayrılıqda qablaşdırılaraq təqdim edilmişdir. Belə ki, Bayram Novruzovun evindən aşkar edilmiş 6 ədəd su çənlərinin içərisində olan ümumilikdə 93 ədəd kütlənin 92 ədədi qurudulmuş kütlələr olduğundan 4 ədəd su çəninə yerləşdiyindən 4 ədəd su çənlərində qablaşdırılmış, həmin su çənlərindən aşkar edilmiş 1 ədəd yapışqanlı lentlə qablaşdırılmış maddə ayrı, Bayram Novruzovun üzərindən aşkar edilmiş qurudulmuş kütlə və Bayram Novruzovun avtomobilindən aşkar edilmiş kütlə ayrı və su çənlərinin içərisindən olan 92 ədəd qurudulmuş kütlələrinin içərisində olan 1 ədəd kütlənin olduğu sellofan torbada həm qurudulmuş kütlə həm də, bitki toxumları olduğundan həmin toxumlar da, ayrı-ayrılıqda qablaşdırılaraq ekspertizaya təqdim edilmişdir. Bayram Novruzovun evindən aşkar edilmiş narkotik vasitə olan heroinin üzərində “yaşadığı evin əkdiyi hissədən götürülmüş... qablaşdırıldı” sözləri ilə bağlı bildirmişdir, həmin zərfin üzərində olan sözlər ümumilikdə aşkar edilən kütlələr barədə ümumi məlumat xarakterli yazılmışdır bu səbəbdən həm evi, həm əkdiyi hissə sözləri yazılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan X8 üzərindən spesifik iyə malik qurudulmuş 1 ədəd sellofana bükülmüş formada kütlə, avtomobilindən 6 ədəd sellofanda spesifik iyə malik qurudulmuş kütlə, yaşadığı evinin eyvanının yanında olan masanın altında olan 8 ədəd su çənlərinin 6 ədədinin içərisində 92 ədəd spesifik iyə malik qurudulmuş kütlə, həmin 92 ədəd sellofan kütlənin içərisində olan 1 ədəd qurudulmuş kütlənin içərisində olan sellofan torbada ayrıca bitki toxumları və həmin su çənlərindən 1 ədəd yapışqanlı lentlə bağlanmış ağ sarı rəngə çalarları olan kütlə aşkar edilərək götürülmüşdür.” Məhkəmədə dindirilmiş şahidlər Şahid3, Şahid4, X29, Şahid8 və Sahibli X11 Mirbağır Azər oğlu ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə təsdiq etdi, həmçinin şahid X13 cinayət işinin 1-ci cildinin 237-242-ci vərəqlərində olan və məhkəmədə araşdırılmış ifadəsindən görünür ki, o da yuxarıda adı çəkilən şahidlərlə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 4-cü cildinin 119-130-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisidir, X16 bibisinin oğuludur. Bayram Novruzovla onun istifadəsində olan **********, ********** mobil nömrələri ilə, Təqsirləndirilən şəxs isə **********, ********** və ********** mobil nömrələri ilə qeyd etdiyi mobil nömrələri vasitəsi ilə mobil telefon əlaqəsi saxlamışdır. 4 ildən çoxdur ki, narkotik vasitə bildiyi marixuana istifadə edir. Ayda bir-iki dəfə olur ki, marixuana qəbul edir. Bayram Novruzov əvvəllər ticarət ilə məşğul olmuş, Sabunçu rayonunda yerləşən “Xəyal” ticarət mərkəzində alver etmiş, sonradan müflisləşmişdir. Bayram Novruzovun müflisləşməsi təxminən 2 il bundan əvvəl baş vermişdir. 2018-ci ilin oktyabr ayında atası rəhmətə getmişdir, yas məclisində Bayram Novruzov ona çəkmək üçün marixuana vermişdir. Həmin vaxt Bayram bildirmişdir ki, onda marixuana olur istədiyi zaman verə bilər. Həmin zamandan Bayramdan şəxsi istifadəsi üçün marixuana almışdır. Çox vaxt Bayram ona satdığı marixuananın pulunu almamış yəni pulsuz vermiş, bəzi vaxtlar nisyə vermiş, bəzən isə narkotik vasitə marixuananı aldığı zaman nağd pulunu vermiş, lakin hər dəfə verdiyi pul məbləği 50-100 manat arası olmuşdur. Bayramın ona bir dəfə çəkmək üçün verdiyi marixuana miqdarını təxminən 10 manata satmışdır. Bayram müflisləşən zaman banka olan borclarının bir qismini ödəməyinə əmisi Təqsirləndirilən şəxs kömək etmişdir. Lakin Bayram ona marixuananı haradan aldığını, özünün yetirişdirib-yetişdirməməsi barədə bir söz deməmişdir. Ondan dəfələrlə bu barədə soruşsa ona cavab verməmişdir. Bayram Novruzovun ona satdığı narkotik vasitə marixuananın keyfiyyəti yaxşı idi yəni ona loru dildə “yaxşı mal”, “yaxşı şey” deyir. Bildiyi qədər isə Təqsirləndirilən şəxs şadlıq sarayı vardır, həmin sarayı işlətmişdir, lakin həmin obyekti görməmişdir. Əmisi Təqsirləndirilən şəxs qohumlar arasında çox münasibət saxlamayan biri idi. Lakin son iki ildə onun Bayram Novruzov ilə yaxınlığı bütün qohumların həmçinin onun diqqətini çəkmişdir. Dəqiq tarixi yadında deyil Bayram Novruzov demişdir ki, o, narkotik vasitə marixuananın satışını edir, həmin işin rəhbərliyini ona əmisi, Bayram Novruzovun dayısı Təqsirləndirilən şəxs edir. Yəni, Bayram Novruzov bir kəlmə demişdir ki, onun gördüyü marixuana satışının ağsaqqalı Təqsirləndirilən şəxsdur. 2001-ci ildə Təqsirləndirilən şəxs Maştağa qəsəbəsində Nurəddin adlı şəxsi kalaşnikov tipli avtomatla öldürdükdən sonra ona demişdir ki, gedib onun yerinə təslim olub cinayəti etiraf etməlidir və həbsdə onun əvəzinə qalmalıdır. O heç bir tərəddüd etmədən əmisinin bir kəlmə sözü ilə gedib əmisinin qətli törətdiyi cinayət aləti avtomatı ondan götürüb polisə təqdim etməklə təslim olmuş və araşdırma zamanı müvəqqəti həbs edilmişdir. Sonradan onun günahsız olduğu aşkar edildikdən sonra sərbəst buraxılmış və Təqsirləndirilən şəxs axtarışa verilmişdir. Bununla belə ona qarşı etdiyi jestə baxmayaraq soyuq idi. X22 münasibəti tam fərqli idi. Buna səbəb də, qeyd etdiyi kimi onların birlikdə narkotik vasitələrin alverini təşkil etmələri idi. Qohumlar bildirib ki, Kamil ilə yaxınlıq edib pul qazansın, lakin həmin təklifləri qəbul etməmişdir. Bayram Novruzovdan marixuana çəkmək istədiyi zaman ona müxtəlif bəhanələr edərək guya kiməsə satacağını bildirməklə, guya müştərilərinin olduğunu bildirməklə bəhanə edib ondan marixuana almışdır. Çünki bu bəhanə ilə ondan aldığı marixuana onun istifadəsi üçün müəyyən müddət bəs edirdi və pulunu sonradan verə bilirmiş. Lakin səmimi bildirir ki, o, marixuana çəkərkən hazırda konkret yadında qalmamışdır, bəzən yanında onunla birlikdə marixuana çəkmək istəyən şəxsə pula ehtiyacı olduğu üçün bir dəfə istifadə etmək üçün miqdarda marixuananı 10 manata satdığı hallar olmuşdur. May ayının sonlarında Bayram Novruzov və Təqsirləndirilən şəxs həbs edildikdən sonra bilmişdir ki, Bayram Novruzovun ona satdığı marixuanaları öz həyətyanı sahəsində əkib, becərib və qurudurmuş. Həmin vaxta kimi Bayram Novruzovun ona verdiyi marixuananı harada yetişdirməsi, ümumiyyətlə özünün yetişdirməsi və yaxud haradan almasını bilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, mərhum Təqsirləndirilən şəxs dayısıdır. Təxminən 2019-cu ilin may ayının əvvələrində Kamil onun evinə gələrək polislərin onu axtardığını buna görə özünə məxsus olan narkotik vasitələri onun evində gizlətmək istədiyini bildirmişdir. O, razılıq verdikdən sonra Kamil özünə məxsus avtomobili ilə bir neçə dəfəyə 800-ə yaxın dibçəyi gətirib onun evinə yığmışdır. Sonra isə polislər onun evinə gəlib baxış keçirib həmin dibçəkləri sənədləşdirib aparmışlar. İlk vaxtlar narkotik vasitə əkilən həmin dibçəklərin özünə məxsus olmasını bildirib dayısını müdafiə etmək istəmiş, lakin sonradan həqiqəti polislərə və məhkəməyə bildirmişdir. Cinayət işinin 1-ci cildinin 93-96-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2019-cu il tarixli, 13875 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “X8 yaşadığı əkdiyi hissədən götürülmüş... qablaşdırıldı: müstəntiq (imza) Elvin Nəsibov” qeydləri olan bir ədəd polietilen torbadakı bir ədəd bağlamada təmiz çəkisi – 1155,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 1-ci cildinin 97-100-cü vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının xx xxx 2019-cu il tarixli, 13876 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X8 üzərindən...” yazısı və imza olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi – 5,972 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş-marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “X8 yaşadığı evdən götürülmüş...” yazısı və imza olan 4(dörd) ədəd ağ rəngli plastik qablardakı sayı 92 (doxsan iki) ədəd polietilen torbalarda ümumi çəkisi 29630 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuanadır. Tədqiqata təqdim edilmiş üzədində “X8 avtomobilindən aşkar edilmiş...” yazısı və imza olan bir ədəd sarı rəngli sellofan torbadakı sayı 6 (altı) ədəd polietilen torbalarda ümumi çəkisi – 535 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuanadır. Marixuanaların ümumi çəkisi – 30170,972 qramdır. (30 kq 170,972 qram) Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “X8 yaşadığı evin əkdiyi hissəsindən götürülmüş...” yazısı və imza olan bir ədəd qara rəngli polietilen bağlamadakı sayı 4051 (dörd min əlli bir) ədəd yaş vəziyyətdə ümimi çəkisi 3555 qram olan bitki ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) ştillərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim edilmiş üzərində “X8 evindən... toxumlar...” yazısı və imza olan bir ədəd göy rəngıi polietilen torbanın içərisində : bir ədəd sellofan torbada, bir ədəd ağ rəngli parça torbanın içərisində 2 (iki) ədəd sellofan torbada ümumi çəkisi-2550 qram, olan toxumlar əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur onlar narkotik vasitələrə aid deyildir. Cinayət işinin 1-ci cildinin 90-92-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının xx xxx 2019-cu il tarixli, 13974 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş...” yazıları və imzalar olan 01 (bir) ədəd göy rəngli polietilen bağlamadakı təmiz çəkisi-515 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 1-ci cildinin 25-ci vərəqində olan xx xxx 2019-cu il tarixli aqronom rəyindən görünür ki, ünvan 5 ünvanın həyətyanı sahəsində olan tikilidən ümumilikdə 831 ədəd dibçəkdə 4051 ədəd əkilməsi və becərilməsi qadağan olunan narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilər aqrotexniki qaydada əkilmiş və becərmə işləri aparılmışdır. Cinayət işinin 3-cü cildinin 138-144-cü vərəqlərində olan stasionar məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 130 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun törətdiyi əməl Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda “Baş beyinin üzvi (travma mənşəli) zədələnməsi nəticəsində yaranan intellektual-mnestik və affektiv dəyişikliklərlə ifadə olunan psixi və davranış pozuntular” formasında xroniki psixi patologiyadan əziyyət çəkir. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs mübtəla olduğu psixi pozuntu çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə müalicəyə ehtiyacı olduğu, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə ona qarşı CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xəstəliyi və hal-hazırki psixi vəziyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq və təsvir etmək, etdiyi hərəkətlərin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, törətdiyi hadisələr barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Cinayət işinin 3-cü cildinin 216-221-ci vərəqlərində olan məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 03 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən vaxt “Baş beyinin üzvi (travma mənşəli) zədələnməsi nəticəsində yaranan, intellektual-mnestik və affektiv dəyişikliklərlə ifadə olunan psixi və davranış pozuntuları” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında F 07) formasında psixi patologiyadan əziyyət çəkmişdir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun törətdiyi əməl CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda “baş beyinin üzvi (travma mənşəli) zədələnməsi nəticəsində yaranan itellektual-mnestik və affektiv dəyişikliklərlə ifadə olunan psixi və davranış pozuntuları” formasında xroniki psixi patologiyadan əziyyət çəkir. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi xroniki psixi pozuntu çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə müalicəyə ehtiyacı olduğu, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə ona qarşı CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs xəstəliyi və hal-hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Cinayət işinin 142-155-ci vərəqlərində olan məhkəmə fonoskopik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 4880 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi – X9 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlar spontandır, danışıqlarda əvvəlcədən hazırlanma əlamətləri müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda hər-hansısa fiziki təsir əlamətləri qeydə alınmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən K1 diktorunun - X8 emosional və psixoloji vəziyyətində nisbi ekstremallıq müşahidə olunmur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı telefon danışığı üçün xarakterik olan danışıqlar təqdim olunan “SAMSUNG” markalı “SM-J730FM/DS” markalı mobil telefon vasitəsilə qeydə alınmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan telefon danışığı üçün xarakterik olan danışıqların qeydə alındığı fayllar ilkindir.Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan monoloq danışıqların qeydə alındığı fayllar ilkin olmayıb, əvvəl yazılmış səsli mesaj xarakterli faylların surətidir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlarda qeydə alınan danışıqlar telefon danışığı üçün xarakterik olduğundan danışıqların hansı akustik şəraitdə qeydə alındığını müəyyən etmək mümkün deyil. CD diskdə aşkar olunan monoloq danışıqların qeydə alındığı şərait qapalı otaq şəraiti üçün xarakteriktir. Cinayət işinin 4-cü cildinin 220-221-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il, tarixli 578 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs remissiya (sağalma mərhələsi) mərhələsində olan narkomaniya xəstəliyi aşkar olunur. Hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, öz vəziyyətinə tənqidi münasibətin olması nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 4-cü cildinin 58-ci vərəqində olan protokoldan görünür ki, “youtube” video portalında “Dayı adı ilə narkotik maddə satan şəxs və qohumu saxlanılıb” adlı başlıqla “Azərtac” informasiya agentliyinin video kanalında yerləşdirilmiş 1 dəqiqə 13 saniyə müddətli videoya baxış zamanı videoda ilkin olaraq Sabunçu Rayon Polis İdarəsinin inzibati binası, daha sonra ““Dayı” adı ilə narkotik maddələrin satışını həyata keçirən Təqsirləndirilən şəxs saxlanılıb”, “çətənə kollarını əkən və qurudandan sonra onun köməkliyi ilə satışını təşkil edən qohumu da tutulub” adlı yazılarla Bayram Novruzovun istintaqa narkotik vasitələri təqdim etməsi barədə istintaq hərəkətlərinin video çəkilişlərindən fraqmentlər göstərilir. Videonun 23-cü saniyəsindən 1 dəqiqə 03 saniyəsinə qədər təqsirləndirilən şəxs X8 müsahibəsindəki səs nitqinin stenoqramı aşağıdakı kimidir: - Təqsirləndirilən şəxs X16: “Dayımdan yardım istədim, o da mənə təklif elədi ki, o da ki, marixuana əkməkdi, toxum verdi mənə əkdim qurutdum verirdim ona özü yerbəyer edirdim ya da, zəng eliyirdi mənə ki, filankəsə filankəslərə apar ver, mən heç tanımıram aparıb verirdim belə sora da ki, pulunu alırdım götürüb verirdim ondan da, müəyyən hissə verirdi mənə, 29 kilo quru mal çıxıb polis əməkdaşları aşkarlayıb 4081 dənə də, dibçəkdə hər dibçəkdə 3 dənə 4 dənə kol”. Cinayət işinin 2-ci cildinin 226-247-ci vərəqlərində olan xx xxxxxxxx 2019-cu il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, X6 götürülməklə cinayət işinin materiallarına əlavə edilmiş «Samsung Galaxy J7» markalı, «SM-J730FM/DS» modelli mobil telefon aparatına baxış zamanı müəyyən edilmişdir ki, «Samsung Galaxy J7» markalı, «SM-J730FM/DS» modelli **********39816 və **********39814 İMEİ kodlu smartfon tipli mobil telefon aparatı işlək vəziyyətdə olub istifadə üçün yararlıdır və üzərində Azərbaycan Respublikasının mobil operatoru “xxxxxxx” MMC-yə aid +**********02 və +**********40 sim kart nömrələri vardır. Mobil telefon aparatının foto və videoçəkilişlər üçün nəzərdə tutulmuş kamerası və əməliyyat sistemində “whatsapp” ani mesajlaşma proqramı vardır. Mobil telefon aparatının abunəçilər bölümündə cinayət işi üzrə digər təqsirləndirilən şəxs X10 istifadəsində olan +**********04 nömrəsi «Kamil dayi 1», +**********14 mobil nömrəsi “Kamil dayi sim”, +**********25 mobil nömrəsi “Kamil dayi” adları ilə qeydə alınmışdır. Mobil telefonun ana menyusunda “mənim fayllarım” adlı qovluqda “audio” həmin qovluqda isə “callRecordsApp” (mobil telefona daxil olan və çıxan zəngləri avtomatik qeydə alan proqramın yaddaş qovluğu) adlı başqa qovluq aşkar edildi. Göstərilən qovluqda “MP3” formatda 38 səs yazısı vardır. Səs yazılarının format adı daxil olan və çıxan zəngə dair mobil nömrə, zəngin tarixi və saatı ilə qeydiyyata alınmışdır. Bayram Novruzovdan götürülmüş «Samsung Galaxy J7» markalı, «SM-J730FM/DS» modelli **********39816 və **********39814 İMEİ kodlu smartfon tipli mobil telefon aparatı içərisində “xxxxxxx” MMC-yə aid ********** və ********** sim kart nömrələri ilə aşağıda qeyd olunan məzmunlarda telefon dialoq iştirakçısının səsinin tonu, nitq vədişləri, ləhcəsi və digər xarakterik əlamətləri müqayisə edilərək mobil telefon istifadəçisi və danışıqlar aparan şəxsin təqsirləndirilən şəxs X8 olduğu aydın müşahidə edilir. Göstərilənlərə əsasən telefon danışıqları ilə bağlı səs yazılarının mətnlərində X3 “Bayram” kimi şərti işarələnmişdir. Bayram Novruzov ilə +**********99 mobil nömrənin istifadəçisi istintaqa “Kənan” adı ilə məlum olan şəxs arasında xx xxxx 2019-cu il tarixdə saat 14:31-də baş vermiş telefon danışığının mətnindən görünür ki, dialoq iştirakçıları arasında əvvəllər baş vermiş sövdələşməyə əsasən şifrələnmiş, qapalı mətnlə, danışıq zamanı açıq şəkildə adını çəkmək istəmədikləri maddə, predmet və ya əşyanın dövriyyəsi ilə bağlı danışırlar. Belə ki, danışıq zamanı “Kənan” adlı şəxsə Bayram Novruzov “Sən nə istəyirsən sən bir dənə onu denən mənə” sualını verdikdə “Kənan” ona “Mən bilmirəm də, vaxt bilmirəm” sözləri ilə cavab verir. Bayram Novruzov öz növbəsində “Vaxtıvı gaçan bilərsən mənə zəng eliyərsən bir saat qabaq həll edərikdə” sözləri ilə cavab verir. Lakin nəyi həll edəcəyini deməməklə həmin adını çəkmək istəmədiyi və kənar şəxslər tərəfindən söhbətin məzmunun gizli saxlamaq məqsədi ilə, bundan başqa hüquq mühafizə orqanlarının onların əməlini ifşa edəcəyi ehtimallarını nəzərə alaraq özlərinin anladığı formada qapalı və şübhəli danışıq aparırlar. Bundan başqa danışıq zamanı “Kənan” Bayram Novruzova “Bu elə bilki gəlir naxadu hə hə yox yox bir saat qabaq hə yaxşı deyəcəm ona sənə”, “Çünki mən zəng elədim ki, gedir? Bu elə bilki gedir taksi axtarır da gedir”, “Hə dedi bir dəqiqə dayan bir dənə səbr elə haçan şey edirlər dedim bir dəqiqə 5 dəqiqə zad dayansan Zakir gələneycən” ifadələrinin işlədir. Göründüyü kimi “Kənan” Bayramdan alacağı əşyanın pulunun sonradan ödəmək şərti ilə istəyir, alacağı mal barədə Bayram Novruzov ilə sövdələşir və bu sövdələşmə qabaqcadan əlbirlik formasındadır ilkin sövdələşmə deyil, danışıq zamanı “Kənan” Bayram Novruzovdan alacağı malı verəcəyi şəxsin adını çəkməsə də, bu barədə Bayram Novruzovun məlumatlı və xəbərdar olması aşkardır. Danışıq zamanı “Kənan”ın səsinin titrəməli, həyəcanlı, danışıqlarını tələsik formada etməsi müşahidə edilir. Bayram Novruzov ilə +**********99 mobil nömrənin istifadəçisi istintaqa “Kənan” adı ilə məlum olan şəxs arasında xx xxxx 2019-cu il tarixdə saat 14:38-də baş vermiş telefon danışığının mətnindən görünür ki, dialoq iştirakçıları arasında əvvəllər baş vermiş sövdələşməyə əsasən şifrələnmiş, qapalı mətnlə, danışıq zamanı açıq şəkildə adını çəkmək istəmədikləri maddə, predmet və ya əşyanın dövriyyəsi ilə bağlı danışırlar. Belə ki, Bayram Novruzov “Kənan”a “Hə gör həll eliyə bilirsən sə şeydi adı nədi de görüm nə olur nə olmur” ifadələrinin işlədir sonuncu isə cavabında “Hmm yaxşı yox həll elməyinə 20 dağaya həll elmərik prosta vaxt bilərik də nədi nə deyil, bu dünənnəri deyir ki, eşidirsən?”, “Dünən deyir buna ki, gedirəm rayona sənə nə qədər lazımdı”, “Bir dənə küt elə opşi”, “Ver bizə şey eliyəkdə”, “Həm babat pul qalsın 10 man... 20 manat 30 manat 50 mana, 100 manat buynan olmur axı deyir”, “Bu deyir bəlkə ona görə yubanıb deyir dayan bir dəyqə zəng eliyirəm ona” ifadələrinin işlədərək həm öz adından həm də, telefon danışığı zamanı adını çəkmədiyi lakin Bayram Novruzovun tanıdığı şəxsin adından danışaraq satacaqları malın qiymətləri, ölçüsü barədə sövdələşmə edirlər. Belə ki, danışıqdan aydın görünür ki, “Kənan” Bayram Novruzovdan əvvəllər aldığı miqdarda deyil daha böyük miqdarda yəni özünün “küt” ifadə etdiyi daha böyük miqdarda qanunla dövriyyəsi qadağan edilmiş kütləni istəyir və Bayram Novruzov ona cavabında isə konkretləşdirib ona cavab verməsini bildirir. Danışıq zamanı “Kənan”ın Bayram Novruzovu tələsdirməsi, həvəsli formada danışması müşahidə edilir. Bayram Novruzovun isə öz növbəsində sərbəst və rahat bir formada danışıq aparması müşahidə edilir. Bayram Novruzov ilə +**********99 mobil nömrənin istifadəçisi istintaqa “Kənan” adı ilə məlum olan şəxs arasında xx xxxx 2019-cu il tarixdə saat 14:50-də baş vermiş telefon danışığının mətnindən görünür ki, dialoq iştirakçıları arasında əvvəllər baş vermiş sövdələşməyə əsasən şifrələnmiş, qapalı mətnlə, danışıq zamanı açıq şəkildə adını çəkmək istəmədikləri narkotik vasitələrin dövriyyəsi ilə bağlı danışıq edirlər. “Kənan” Bayram Novruzova “ 4 dənəd lazımdıye” deyərək başlanan söhbətdən aydın görünür ki, Bayram Novruzov yaşadığı evində olmadığı üçün ona narkotik vasitələri atası X4 vasitəsi ilə verməyi təklif edir və “Kənan” ilkin olaraq etiraz etsə də, sonradan razılıq verir. Bundan sonra dialoqun davamından görünür ki, Bayram Novruzov narkotik vasitələrin qanunsuz dövriyyəsini birbaşa dayısı Təqsirləndirilən şəxs rəhbərliyi ilə həyata keçirir və bundan “Kənan” və atası Şahid6əli oğlu da, məlumatlı və xəbərdardırlar. Dialoqun davamında “Kənan” qapalı formada danışığını davam etdirərək Bayram Novruzovdan nisyə alacağı narkotik vasitələrin pulunun adını çəkmədiyi lakin Bayram Novruovun tanıdığı əvvəl satdığı şəxs və ya şəxslərə verəcəyini, narkotik vasitələrin bir qisminin “içəri” adlandırdığı cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya göndərəcəyini, orada yenə adını çəkmədiyi lakin Bayram Novruzovun tanıdığı şəxsin vasitəsi ilə bunu etdiyi və həmin şəxs və özü üçün əlavə narkotik vasitə hazır qoymasını xahiş edir. Bayram Novruzov onunla razılaşaraq atasından narkotik vasitələri götürəcəyini, evinə çatan zaman ona telefon vasitəsi ilə xəbər etməsini bildirir. X28 atası vasitəsi ilə “Kənan”a verdiyi narkotik vasitənin verilmə prosesini atasına “Ay mən dedim sənə ki, heç kim bilməsin mən atama başa salacam diyicəm bunu Kamil verdi verərsən Kənana sonra amanət götürüb verəcək sənə saxla gəlib aparıb mən özüm” bu ifadələrlə deyəcəyini bildirir. Beləliklə telefon danışığı mətnindən görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətdə Təqsirləndirilən şəxs birbaşa iştirakı vardır. Bayram Novruzovla “Kənan” adlı şəxs arasında xx xxxx 2019-cu il tarixdə saat 14:50-də baş vermiş telefon danışığının davamı olaraq sövdələşməsə əsasən “Kənan” artıq Bayram Novruzova evinə yaxınlaşmasını bildirir. Bayram Novruzov “Kənan” adlı şəxsin ona evinə yaxınlaşmasını bildirdikdən sonra atası Şahid6 zəng edərək “Kənan”ın gəldiyini bildirir, danışıq zamanı Şahid6 oğlu Bayram Novruzov ilə şifrəli formada danışaraq “Qonşu nərdivanı aparıbe yekə nərdivanın toku xarab olube” bir-birinə uyğun olmayan ifadələri işlədir. Bu ifadələrin qarşısında Bayram Novruzov atasının konkret nə dediyini anlayaraq söhbəti dəyişmək istəsə də, yenidən Şahid6 “görüm qonşu necə olacaqda nərdivanı aparıb” ifadələrinin işlətdikdə “hə yaxşı oldu” cavabını verib Bayram Novruzov telefon danışığını sonlandırmaq üçün telefonu bağlayır. **********99 mobil nömrəsinin istifadəçisi “Kənan” adlı şəxslə Bayram Novruzov arasında xx xxxx 2019-cu il tarixdə saat 16:03-də baş vermiş telefon danışığının mətnindən görünür ki, “Kənan” artıq Bayram Novruzovdan sonuncunun atası Şahid6 vasitəsi ilə əldə etdiyi narkotik vasitələri aldıqdan sonra yenidən Bayram Novruzova zəng edərək atasını bu işə qatdığına görə narazılığını bildirir. +**********76 mobil nömrəsindən yəni mobil telefonun abunəçilər bölməsində “X40” adı ilə qeydə alınmış şəxslə Bayram Novruzov arasında xx xxxx 2019-cu il tarixdə saat 16:04-də baş vermiş telefon danışığının mətnindən görünür ki, Şahid6 oğlu Bayram Novruzova zəng edərək narkotik vasitələri “Kənan” verməsini təsdiq edir. +**********04 mobil nömrəsindən yəni mobil telefonun abunəçilər bölməsində “Kamil Dayi 1” adı ilə qeydə alınmış Təqsirləndirilən şəxs ilə Bayram Novruzov arasında xx xxxx 2019-cu il tarixdə saat 17:49-da baş vermiş telefon danışığının mətnindən görünür ki, təqsirləndirilən şəxslər Bayram Novruzov və dayısı Təqsirləndirilən şəxs arasında keçən danışıq şifrələnmiş öz aralarında başa düşə biləcəkləri formada narkotik vasitələrin adlarını gizlədərək “şəkərbura” adı ilə əvəzləyərək danışıq edirlər və Bayram Novruzov şəxsi işlərinin gördükdən sonra Təqsirləndirilən şəxs ilə narkotik vasitələri götürüb “bağ” dedikləri ünvanda görüşəcəkləri barədə sövdələşirlər. +**********04 mobil nömrəsindən yəni mobil telefonun abunəçilər bölməsində “Kamil Dayi 1” adı ilə qeydə alınmış Təqsirləndirilən şəxs ilə Bayram Novruzov arasında xx xxxx 2019-cu il tarixdə saat 18:52-də baş vermiş telefon danışığının mətnindən görünür ki, təqsirləndirilən şəxslər Bayram Novruzov və Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 17:49-da etdikləri dialoqun davamı olaraq xx xxxx 2019-cu il tarixdə saat 18:52-də baş vermiş telefon danışığının mətnindən görünür ki, Bayram Novruzov vaxtında gəlib çata bilməcəyini dedikdə Təqsirləndirilən şəxs ona etiraz edərək gəlib çatmasına təkid edir, Bayram Novruzov ona razılıq verdikdən sonra “Hə qalmışam heç necə eliyime çataram uşaqlara sonra hələ indi paxlavaları yerbəyer edirəm” sözlərini deyərək əvvəlki mətndə narkotik vasitələrin adlarını “şəkərbura və ya əmanət” kimi dediyi halda bu danışıq mətnində “paxlava” ilə əvəzləməsi müəyyən edildi. +**********99 mobil nömrəsinin istifadəçisi “Kənan” adlı şəxslə Bayram Novruzov arasında xx xxxx 2019-cu il tarixdə saat 20:35-də baş vermiş telefon danışığının mətnindən görünür ki, Bayram Novruzov xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində “Kənan” a atası Şahid6 vasitəsi ilə verdiyi narkotik vasitələrin satışı ilə bağlı zəng edərək qapalı formada danışıq edərək pulu alıbalmadığı barədə suallar verir, “Kənan” isə cavabında gözlədiyini bildirir. Baxış keçirilmiş səs yazıları xx xxxxxx 2020-ci il tarixli 4880 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Cinayət işinin 4-cü cildinin 49-57-ci vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli telefon danışıqları barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, X8 adına rəsmiləşdirilmiş, istifadəsində olmuş «xxxxxxxxxxxxxxxx» MMC-nin +**********80, +**********76, +**********15, +**********01, +**********64, +**********00, +**********29, +**********40, +**********21 ; «xxxxxxx» MMC-nin +**********40, +**********40, +**********39, +**********40, +**********20, +**********40, +**********02, +**********40; «xxxxxxx» MMC-nin +**********40 və digər Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş, istifadəsində olmuş «xxxxxxxxxxxxxxxx» MMC-nin +**********37, +**********14; «xxxxxxx» MMC-nin +********** 37, +**********04, +**********25, «xxxxxxx» MMC-nin +**********00 mobil nömrələrinə daxil olan və çıxan zənglər, sms və anten məlumatlarına Xətai Rayon Məhkəməsinin «13» sentyabr 2019-cu il tarixli qərarı əsasında «xxxxxxxxxxxxxxxx» MMC-dən xx.xx.2019-cu il tarixli, 27944 saylı, «xxxxxxx» MMC-dən xx.xx.2019-cu il tarixli və BKC/LGL-23332/19 saylı və «xxxxxxx» MMC-dən xx.xx.2019-cu il tarixli AZF/LGL-21896/19 saylı məktublarla götürülmüş ümumilikdə 3 ədəd “CD” diskə baxış zamanı müəyyyən edildi ki, təqsirləndirilən şəxs X16 istifadəsində olan +**********02, +**********40 mobil nömrələri ilə xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixə kimi atası Şahid6əli oğlunun istifadəsində olan +**********76, +**********01 mobil nömrələri ilə 101 dəfə, Şahid5 istifadəsində olmuş +**********99 və +**********99 mobil nömrələri ilə 290 dəfə, sonuncunun +**********83 mobil nömrəsi ilə 94 dəfə ümumilikdə 384 dəfə, Bayram Novruzovun mobil telefonunun abunəçilər bölməsində adı «Qulamhüseyn» kimi qeyd edilmiş şəxslə 515 dəfə, həmin telefonun abunəçilər bölməsində «Etoş» kimi qeyd edilmiş +**********00 mobil nömrəsi ilə 24 dəfə mobil telefon əlaqəsi saxlamışdır. Təqsirləndirlən şəxs X16 istifadəsində olan +********** 02 mobil nömrəsi ilə xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixə kimi digər Təqsirləndirilən şəxs istifadəsində olan +********** 37 mobil nömrəsi ilə 3 dəfə, sonuncunun ifadəsində olan +**********04 mobil nömrəsi ilə 203 dəfə, +**********25 mobil nömrəsi ilə 806 dəfə mobil telefon əlaqəsi saxlamışdır. X16 istifadəsində olan +********** 40 mobil nömrəsi ilə xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixə kimi Təqsirləndirilən şəxs istifadəsində olan +********** 25 nömrəsi ilə 228 dəfə, xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixə kimi Təqsirləndirilən şəxs istifadəsində olan +**********37, +********** 37, +**********04, +**********25 mobil nömrələrinin anten məlumatları tədqiq edilən zaman müəyyən olundu ki, o, xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixə kimi Abşeron rayonu, Novxanı qəsəbəsi, 109 saylı bağ evində ümumilikdə 1702 dəfə olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan +**********37, +**********37, +**********04, +**********25 mobil nömrələrinə daxil olan və çıxan mobil nömrələr barədə məlumatlara baxış keçirilən zaman hər iki təqsirləndirilən şəxsin ayrı-ayrılıqda eyni şəxslərlə mütəmadi əlaqə saxladıqları müəyyən edilmişdir. Belə ki, xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixə kimi həmin şəxslərdən +**********01 mobil nömrəsinin istifadəçisi Bayraml Novruzovun mobil telefon aparatının abunəçilər bölməsində «Qulamhüseyn» kimi qeyd edilmiş şəxslə 244 dəfə, Şahid5 ilə 153 dəfə mobil telefon əlaqəsi saxlamışdır. X8 istifadəsində olan +**********02 mobil telefon nömrələrindən çıxan və daxil olan «sms» məlumatlara baxış keçirilən zaman “Sms” məlumatların məzmunundan görünür ki, təqsirləndirilən şəxs X2 Kənan Kamal oğlu ilə bir-biriləri ilə qabaqcadan aralarından etdikləri qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə bağlı razılaşmalarına əsasən aralarında şifrəli danışıqlar zamanı cinayətdə iştiraklarında birbaşa “dayı” və “əmi” dedikləri Təqsirləndirilən şəxs göstəriş, tapşırıq qəbul etməklə birgə cinayət əlaqəsində olmaları, Şahid5 narkotik vasitələrin satışı və daşınmasında birbaşa iştirak etdiyi, satış üçün yeni şəxslər axtardığı, daima Bayram Novruzovdan götürdüyü narkotik vasitələrin satışını həyata keçirdiyi və sonuncunun daima Şahid5 qısa mesajlar yazaraq hadisələrin gedişatından xəbərdar olması müəyyən edilir. Təqsirləndirilən şəxs Əlimməd oğlunun +**********37, +**********04 və +**********25 mobil nömrələri daimi istifadə etdiyi və digər mobil nömrələrin isə başqa şəxslər tərəfindən və yaxud ümumiyyətlə istifadə edilmədiyi müəyyən edildi. Təqsirləndirilən şəxs Əlimməd oğlunun istifadə etdiyi +**********25 mobil telefon nömrəsinin onun saxlanıldığı gün yəni, xx xxx 2019-cu il tarixdə istifadə edilməmişdir. Təqsirləndirilən şəxs Əlimməd oğlunun istifadə etdiyi +**********37 mobil telefon nömrəsinin xx xxx 2019-cu il tarixə olan anten məlumatları aşağıdakı kimidir: -xx.xx.2019, 08:08:27, "Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, 109 saylı bağ -xx.xx.2019, 08:08:37, "Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, 109 saylı bağ -xx.xx.2019, 08:08:42, "Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, 109 saylı bağ -xx.xx.2019, 08:08:50, "Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, 109 saylı bağ -xx.xx.2019, 08:08:59, "Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, 109 saylı bağ -xx.xx.2019, 12:01:41, "Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, 109 saylı bağ -xx.xx.2019, 12:01:44, "Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, 109 saylı bağ Təqsirləndirilən şəxs Əlimməd oğlunun istifadə etdiyi +**********04 mobil telefon nömrəsinin xx xxx 2019-cu il tarixə olan anten məlumatları aşağıdakı kimidir: - xx.xx.2019, 09:28:15, "X36 şirkətinin 2-ci neft mədəninin ərazisi" - xx.xx.2019, 20:03:43, "Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi" Beləliklə, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, şahidlərin ifadələrini, məhkəmə ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Şərh olunan stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2-ci maddəsinin tələbinə görə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirmək təhlükəsi yaradır. Həmin məcəllənin 93.1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Məhkəmə, yuxarıda şərh olunan stasionar məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 130 saylı rəyinə əsasən hesab edir ki, qeyd olunan ictimai təhlükəli əməli törədərkən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmamışdır, buna görə də o, ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalıdır. Cinayət işinin 1-ci cildinin 63–70 və 171-173-cü vərəqlərində olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq xx xxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 230-231-ci vərəqlərində tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli hökmü ilə AR CM-in 120.2.4; 29, 120.2.4; 29, 120.2.7; 228.1-ci maddələri ilə təqsirli bilinərək AR CM-in 95.0.3-cü maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilmişdir. Cinayət işinin 4-cü cildinin 64-65-ci vərəqlərində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cinayət işinin 4-cü cildinin 66-67-ci vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qızı X25 onun qanuni nümayəndəsi qismində təyin edilmişdir. Cinayət işinin 4-cü cildinin 41-43-cü vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında qərarla Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanılmışdır. Cinayət işinin 5-ci cildinin 38-76-cı vərəqlərində olan xx xxxx 2020-ci il tarixli qərarla cinayət işinin materialları Təqsirləndirilən şəxs haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə müəssisəsinin xx xxxxx 2020-ci il tarixli 17/36 778 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili və Rəşid Behbudov küçəsinin kəsişməsi, 389-cu məhəllə ünvanında yerləşən “X39” klinikasında ölmüşdür. Məhkəməyə taqdim olunmuş AZ-İİ№089812 saylı xx xxxx 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə bronxların və ya ağ ciyərin bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür. Məhkəmə, şərh edilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş hesab edilməli, cinayət əməllərini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilməli, xx xxxxx 2020-ci il tarixdə “X39” klinikasında öldüyündən barəsində olan cinayət işi üzrə icraata CPM-in 39.1.5 , 39.1.10 və 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Maddi sübut «xxxxxxxxxxxxxxxx» MMC-dən xx.xx.2019-cu il tarixli, 27944 saylı, «xxxxxxx» MMC-dən xx.xx.2019-cu il tarixli və BKC/LGL-23332/19 saylı və «xxxxxxx» MMC-dən xx.xx.2019cu il tarixli AZF/LGL-21896/19 saylı məktublarla götürülmüş 3 ədəd “CD” diskin surətləri, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X1 informasiya vasitələrinə verdiyi müsahibənin əks olunduğu 1 ədəd “DVD” diskin surəti və ona məxsus “SAMSUNG” markalı “SM-J730FM/DS” markalı mobil telefondan köçürülmüş telefon danışıqlarının səs yazıları olduğu “Kodak” markalı 1 ədəd “CD” diskin surəti, şahid qismində dindirilmiş Şahid5 dindirilmə prosesini əks etdirən 1 ədəd “DVD” diskin surəti, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X8 şəxsi axtarışı, evinə, avtomobilinə, götürülmüş narkotik vasitələrə baxış keçirilməsi barədə protokollara əlavə edilmiş və üzləşdirmə istintaq hərəkətinin görüntülərinin əks olunduğu 6 ədəd “CD” diskin surəti, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X8 evindən və avtomobilindən götürülmüş kütlələrə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd flaş kartın surəti cinayət işinin materiallarında saxlanılmalı, Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan X6 götürülmüş ümumilikdə 30170,972 qram qurudulmuş marixuanan, ümumi çəkisi 3555 qram olan 4051 ədəd çətənə ştilləri, 2550 qram çəkisi olan çətənə toxumları, 1155 qram təmiz çəkisi olan narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs götürülmüş 515 qram çəkisi olan qurudulmuş marixuanının təhqiqatdan sonrakı qalan qalıgının, həmçinin müvəqqəti duracağa yerləşdirilmiş X9 məxsus “Hyundai Sonata” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs məxsus “Mercedes-Benz GL” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin X16 barəsində olan cinayət işi üzrə saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 468 və 477-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətdiyinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən CPM-nin 39.1.5, 39.1.10 və 43.1.2-ci maddəsinə əsasən barəsindəki cinayət işi üzrə icraata xitam verilsin. Maddi sübut «xxxxxxxxxxxxxxxx» MMC-dən xx.xx.2019-cu il tarixli, 27944 saylı, «xxxxxxx» MMC-dən xx.xx.2019-cu il tarixli və BKC/LGL-23332/19 saylı və «xxxxxxx» MMC-dən xx.xx.2019cu il tarixli AZF/LGL-21896/19 saylı məktublarla götürülmüş 3 ədəd “CD” diskin surətləri, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X1 informasiya vasitələrinə verdiyi müsahibənin əks olunduğu 1 ədəd “DVD” diskin surəti və ona məxsus “SAMSUNG” markalı “SM-J730FM/DS” markalı mobil telefondan köçürülmüş telefon danışıqlarının səs yazıları olduğu “Kodak” markalı 1 ədəd “CD” diskin surəti, şahid qismində dindirilmiş Şahid5 dindirilmə prosesini əks etdirən 1 ədəd “DVD” diskin surəti, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X8 şəxsi axtarışı, evinə, avtomobilinə, götürülmüş narkotik vasitələrə baxış keçirilməsi barədə protokollara əlavə edilmiş və üzləşdirmə istintaq hərəkətinin görüntülərinin əks olunduğu 6 ədəd “CD” diskin surəti, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X8 evindən və avtomobilindən götürülmüş kütlələrə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd flaş kartın surəti cinayət işinin materiallarında saxlanılsın, Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan X6 götürülmüş ümumilikdə 30170,972 qram qurudulmuş marixuanan, ümumi çəkisi 3555 qram olan 4051 ədəd çətənə ştilləri, 2550 qram çəkisi olan çətənə toxumları, 1155 qram təmiz çəkisi olan narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs götürülmüş 515 qram çəkisi olan qurudulmuş marixuanının təhqiqatdan sonrakı qalan qalıgının, həmçinin müvəqqəti duracağa yerləşdirilmiş X9 məxsus “Hyundai Sonata” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs məxsus “Mercedes-Benz GL” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin X16 barəsində olan cinayət işi üzrə saxlanılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-549/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-549/2020
13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver