Məhkəmə qərarları › İş №1(101)-549/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-549/2021

10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-549/2021 10.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxx 1984-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Xırdalan şəhəri, 28 May küçəsi, ev 3-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, 1 aprel 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.02.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 234.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 12.12.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi hökümdən xaric edilərək, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, (cəzasının əvvəli 12 noyabr 2014-cü il tarixdən hesablanmışdır), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və istintaqa adı İran İslam Respublikası vətəndaşı “Əli'’ kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, “WhatsApp” sosial şəbəkəsində aralarındakı danışıqdan sonra “Əli” adlı şəxsin ona 300 (üç yüz) manat pul ödəyəcəyini vəd verdiyindən 16 avqust 2020-ci il tarixdə Bakı şəhəri “20 Yanvar” dairəsi adlanan əraziyə gedərək, həmin ərazidə yerləşən xəstəxananın arxasındakı hasarın qarşısına qoyulmuş bir ədəd göy rəngli sellofana qablaşdırılmış iki ədəd bükümdə külli miqdarda ümumilikdə 910,0 (doqquz yüz on) qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürmüş və satış məqsədi ilə daşıyaraq Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə gətirib Təqsirləndirilən şəxs2 götürməsi üçün həmin ərazidə yerləşən “gözəllik salonunun” yan hissəsinə qoymuş, sonuncu isə həmin ərazidən narkotik vasitəni götürüb, sərnişin qismində əyləşdiyi “Mercedes” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə satış məqsədilə daşıyaraq Sumqayıt şəhərinə gətirmiş və həmin gün saat 05:38-də Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının Sumqayıt şəhərinin X15 küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılarkən, üzərində olan qəhvəyi rəngli əl çantasındakı bir ədəd göy rəngli sellofana qablaşdırılmış iki ədəd bükümdə, ayrı ayrılıqda çəkiləri 452,0 (dörd yüz əlli iki) qram və 458,0 (dörd yüz əlli səkkiz) qaram, ümumilikdə təmiz çəkisi 910,0 (doqquz yüz on) qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 , təkrarən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda ümumilikdə 3,698 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 20 avqust 2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Tərlan” şadlıq sarayının yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ- nə gətirildikdən sonra, saat 03:37-də, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılakən, əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə əldə edib, üzərində saxlayaraq daşıdığı bir ədəd bükümdə külli miqdarda ümumilikdə 3,698 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istintaqa adları İran İslam Respublikası vətəndaşları "Baba” və ’'Əli” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, “WhatsApp” sosial şəbəkəsində aralarındakı danışıqdan sonra yaranmış razılaşmaya əsasən “Milliön” elektron ödəmə sistemi vasitəsilə ümumilikdə 12.000 (on iki min) manat pulu "‘Kapital Bank” ASC-yə məxsus ******************** saylı bank hesabına bağlı olan 4169 7413 1529 6192 saylı plastik kartın bank hesabına ödəmiş, daha sonra “Əli” adlı şəxs 300 (üç yüz) manat pul ödəyəcəyini vəd verdiyindən Təqsirləndirilən şəxs1 16 avqust 2020-ci il tarixdə Bakı şəhəri “20 Yanvar” dairəsi adlanan əraziyə gedərək, həmin ərazidə yerləşən xəstəxananın arxasındakı hasarın qarşısına qoyulmuş bir ədəd göy rəngli sellofana qablaşdırılmış iki ədəd bükümdə külli miqdarda ümumilikdə 910,0 (doqquz yüz on) qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb, satış məqsədi ilə daşıyaraq Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə gətirib həmin ərazidə yerləşən “gözəllik salonunun” yan hissəsinə qoymuş, Təqsirləndirilən şəxs2 isə həmin ərazidən narkotik vasitəni götürüb, sərnişin qismində əyləşdiyi “Mercedes” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə satış məqsədilə daşıyaraq Sumqayıt şəhərinə gətirmiş və həmin gün saat 05:38-də Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşlarının Sumqayıt şəhəri X15 küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılarkən, üzərində olan qəhvəyi rəngli əl çantasındakı bir ədəd göy rəngli sellofana qablaşdırılmış iki ədəd bükümdə, avrı ayrılıqda çəkiləri 452,0 (dörd yüz əlli iki) qram və 458,0 (dörd yüz əlli səkkiz) qaram, ümumilikdə təmiz çəkisi 910,0 (doqquz yüz on) qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddət əvvəl səhhətində ağrıları olduğundan narkotik tərkibli maddələr qəbul etməyə başlamış, Təqsirləndirilən şəxs2 şəxsən tanımamış, təxminən 4-5 ay bundan əvvəl yaxın qohumu olan və hazırda Abşeron RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 234.4,3-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş X2 vasitəsilə sosial şəbəkədə bildiyinə görə İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxslə tanış olmuş, “Əli” adlı şəxslə şəxsən görüşməsədə, Səbuhinin ona verdiyi “Əli”yə məxsus “WhatsApp” sosial şəbəkəsində olan nömrəsinə zəng vuraraq onunla bir neçə dəfə əlaqə saxlamış, “Əli” adlı şəxslə sonuncu dəfə 15.08.2020-ci il tarixdə əlaqə saxlamış, həmin vaxt “Əli” adlı şəxs “WhatsApp” sosial şəbəkəsi vasitəsilə zəng vurub, Bakı şəhəri “20 Yanvar” dairəsi adlanan ərazinin yaxınlığında yerləşən “Respublika” xəstəxanası adlandırılan xəstəxananın arxasındakı hasarın qarşısına qoyulmuş içərisində narkotik vasitə olan bağlamanı götürüb, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən, adını unutduğu gözəllik salonunun yan hissəsinə qoymağını istəmiş, bunun müqabilində ona məxsus bank kartının hesabına 300 manat pul köçürəcəyini bildirmiş, pula ehtiyacı olduğundan onun dediyi kimi etmiş və 16 avqust 2020-ci il tarixdə saat təxminən 01 radələrində “Əli” adlı şəxsin dediyi kimi edib, idarə etdiyi avtomobillə “Əli”nin dediyi Bakı şəhəri “20 Yanvar” dairəsi adlanan ərazinin yaxınlığında yerləşən “Respublika” xəstəxanası adlandırılan xəstəxananın yanma getmiş və xəstəxananın arxasındakı hasarın qarşısına qoyulmuş sellofan paketləri götürmüş, daha sonra həmin bağlamaları götürüb “Əli”nin dediyi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən adını unutduğu gözəllik salonunun yan hissəsinə qoyub ordan çıxıb getmiş, bundan əvvəl isə “Əli" adlı şəxsin razılığı ilə sellofan torbalarda olan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən bir qədər şəxsi istifadəsi üçün götürmüş, sonradan yəni 20 avqust 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri 9-cu mikrorayon ərazisində yerləşən 'Tərlan’ şadlıq sarayının yaxınlığında olarkən ona üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq Sumqayıt ŞPİ-nin İŞ-də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan cinayət işi üzrə ifadəsinin alınması üçün, eləcədə digər zəruri istintaq hərəkətlərinin icra edilməsindən ötrü onu Sumqayıt ŞPİ-nə dəvət etmiş, bundan sonra həmin polis əməkdaşlarına üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, polis ənməkdaşlarının təklifi ilə onlarla birlikdə Sumqayıt ŞPİnə gəlmiş, Polis İdarəsinə gəldikdən sonra isə xidməti otaqlardan birində narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmağında şübhəli olduğundan saxlandığını deyib, hüquq və vəzifələrimi izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmçinin üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkiliş aparılmış, üzərinə şəxsi axtarış zamanı əynində olan ağ rəngli cins şalvarın sağ yan cibində, “KENT” markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd şəffav rəngli sellofan paketdəki narkotik vasitə olan heroin və göy rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi maddələrin nə olduğunu, haradan əldə edib üzərində saxladığını soruşduqda isə həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qohumu “Səbuhi” adlı şəxsin vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxslə arasındakı “WhatsApp” sosial şəbəsindəki danışıqdan sonra, “Əli” adlı şəxsin ona 300 manat pul verəcəyini vəd edib, Bakı şəhəri “20 Yanvar” dairəsi adlanan ərazinin yaxınlığında yerləşən “Respublika” xəstəxanası adlandırılan xəstəxananın arxasındakı hasarın qarşısına qoyulmuş içərisində narkotik vasitə olan bağlamanı götürüb, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən adını unutduğu gözəllik salonunun yan hissəsinə qoyduğu bağlamadakı narkotik vasitə və psixotrop maddənin üzərindən şəxsi istifadəsi üçün götürdüyünü və üzərində gəzdirdiyini bildirmiş, daha sonra üzərindən aşkar edilmiş bir ədəd şəffav sellofan paketdəki narkotik vasitə olan heroin və bir ədəd göy rəngli siqaret kağızma bükülmüş psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitənin və psixotrop maddənin çəkisi müəyyən edildikdən sonra isə üzərində şəxsi axtarış aparılarkən aşakar edilmiş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq götürülmüş, həmçinin polis əməkdaşları üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində protokolu imzalamışdır. “Əli” adlı şəxsi qohumu Səbuhinin vasitəsilə tanımış, X27 Respublikası vətəndaşı olmaqla orda yaşamış, “Əli” adlı şəxslə şəxsən görüşməsədə, onunla “WhatsApp” sosial şəbəkəsində olan nömrə vasitəsilə bir neçə dəfə əlaqə saxlamış. “Əli” adlı şəxs ona ödəyəcəyinə söz verdiyi 300 manat pulu ödəməmiş, narkotik vasitəni onun dediyi yerə qoyduqdan sonra ona bank kartının nömrəsini verməli olsada, belə bir kart tapıb nömrəsini verə bilmədiyindən pul ona ödənilməmiş, Təqsirləndirilən şəxs2 ilə şəxsən görüşməmiş, onunla “Əli” adlı şəxsin vasitəsilə “WhatsApp” sosial şəbəkəsində olan nömrəsi vasitəsilə əlaqə saxlamış, ancaq polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra “Əli” adlı şəxsin xahişi ilə Bakı şəhəri “20 Yanvar” dairəsi adlanan ərazinin yaxınlığında yerləşən “Respublika” xəstəxananın arxasındakı hasarın qarşısına qoyulmuş içərisində narkotik vasitə heroin olan sellofan torbanı götürüb, daşıyaraq Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən “gözəllik salonunun” yan hissəsinə qoyduğu içərisində narkotik vasitə heroin olan sellofan torbanı Təqsirləndirilən şəxs2 götürdüyünü öyrənmiş, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq fikri olmamış, həmin narkotik vasitə olan heroinidə şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmiş, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini “Əli” adlı şəxsin xahişi ilə Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisinə Təqsirləndirilən şəxs2 götürməsi üçün apardığı narkotik vasitə və psixotrop maddəsinin üzərindən “Əli” adlı şəxsin razılığı ilə şəxsi istifadəsi üçün götürmüş. Təqsirləndirilən şəxs2 saxlanılarkən onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinlə, onun üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş heroinoin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqli olmasının səbəbi ona məlum deyil. Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid11 uzun müddət əvvəl tanımış, barəsində həbs qətimkan tədbiri seçilənədək narkotik tərkibli maddələr qəbul etmiş, qəbul etdiyi narkotik tərkibli maddələrin bir qismini Şahid11 almış, Şahid11 Sumqayıt şəhəri ərazisində narkotik tərkibli maddələrin alqı-satqısı ilə məşğul olduğundan əvvəllər cinayət məsuliyyətinə cəlb edilərək, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, buna baxmayaraq azadlığa çıxdıqdan sonrada öz əməllərini davam etdirmiş, Şahid11 dəqiq ünvanını bilmədiyi Sumqayıt şəhəri ərazisində yerləşən “Ramstore” ticarət mərkəzinin arxasında “Aytən” marketin yaxınlığında fərdi evdə yaşamış, sonuncu dəfə 15.08.2020-ci il tarixdə saat təxminən 23 radələrində Sədat həmin vaxtlar istifadəsində olan mobil nömrələrdən birinə özünün istifadəsində olan xatırlamadığı mobil nömrədən zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş, Sədata məxsus mobil nömrəni özünə məxsus mobil telefonun yaddaşında "Xala” kimi qeyd etmiş, bundan sonra Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində və ya yolun əks tərəfində yerləşən 45-ci məhəllə ərazisində Sədatla görüşmüş, Sədatla görüşməmişdən əvvəl ondan qəbul etmək üçün narkotik vasitə istəsə də, görüşdükdə Sədat üzərində narkotik vasitə olmadığını bildirmiş, bundan sonra ona çatası “əmanət” adlandırdığı, ancaq nə olduğunu demədiyi bağlamanı Bakı şəhəri ərazisində, yerini sonradan ona deyəcəyi yerdən götürüb yaşadığı evə gətirməklə ona təhfıl verərsə, ona ya 500 manat pul, yada həmin pulun əvəzində "kakos” adlandırılan narkotik vasitə olan heroin verməsini təklif etmiş, bundan sonra Sədat yanında hər dəfəsində 4000 manat, üç dəfəyə isə ümumilikdə 12.000 manat pulu “Milliön” ödəniş terminalı vasitəsilə kiminsə bank hesabına ödəmiş, daha sonra özündə olan ödəniş qəbzlərinin şəklini çəkərək, “WhatsApp” proqramından istifadə etməklə ona məxsus mobil telefona göndərməyini xahiş etmiş, onun dediyi kimi etmiş, daha sonra Sədat ona xatırlamadığı bir mobil nömrə verərək, həmin mobil nömrənin sahibi ilə əlaqə saxlamağını, həmin şəxsin ona çatası “əmanət” adlandırdığı bağlamanın yerini deyəcəyini bildirmiş, Sədatın verdiyi mobil nömrəni özünə məxsus mobil telefonda “Baba” kimi qeyd etmiş, bundan sonra isə Sədatdan ayrılıb yaşadığı Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisinə qayıtmış, Sədatın verdiyi mobil nömrənin sahibi ilə əlaqə saxladıqda, həmin şəxs “WhatsApp” proqramından istifadə etməklə ona “əmanət” adlandırılan bağlamanı götürəcəyi yerin kordiııatlarını göndərmiş, həmin ərazi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşmiş, daha sonra Bakı şəhərinə getmək üçün taksi avtomobili sifariş vermiş, taksi avtomobili gələn ərəfədə isə təsadüfən tanışı Anarla qarşılaşmış, bundan sonra ona Bakı şəhərinə nə üçün getməyi barədə hər hansı məlumat vermədən, birlikdə Bakı şəhərinə gedib geri qayıtmalarını təklif etmiş, Anar təklifi ilə razılaşdıqdan sonra isə birlikdə taksi avtomobilinə minib Bakı şəhərinə yola düşmüş, “Baba” adlı şəxslə telefon vasitəsilə danışdıqda həmin şəxs Sədatın dediyi “əmanəti” Bakı şəhəri Binəqədi rayonu Biləcəri dairəsi adlandırılan ərazidən götürməli olduğunu bildirmiş, bu səbəbdən həmin əraziyə getmiş, ancaq ilk əvvəl Sədatın götürdükdən sonra yaşadığı evdə Sədata təhvil verməyini istədiyi “əmanətin” olduğu yeri tapa bilməmiş, bu barədə zəng vurub Sədata məlumat vermiş, daha sonra Sədatla, eləcədə Sədatın mobil nömrəsini verdiyi “Baba” adlı şəxslə təkrarən telefonla danışmış, sonda Sədata çatacaq “əmanətin” olduğu yeri tapmış, həmin “əmanət” adlandırılan bağlama iki ədəd polietilen paketdə olmuş, Sədatın “əmanət” adlandırdığı bağlamam tapdıqdan sonra içərisində nə olduğuna baxmadan götürüb birbaşa onu gözləyən taksi avtomobilinin yanına qayıtmış və avtomobilə minib Sumqayıt şəhərinə gəlmiş, yolda, yəni Sumqayıt şəhərində, “Daş bazarı” adlandırılan ərazidə, polis əməkdaşları tərəfindən saxlanılıb sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsü və tanışı Anarla birlikdə Sumqayıt şəhər Pİ-nin qarşısına gətirilmiş, orda qabaqlar tanımadığı, ancaq görərsə üzdən tanıya biləcəyi polis əməkdaşları tərəfindən döyülmüş, daha sonra polis əməkdaşları onu avtomobilə mindirib Sumqayıt şəhəri “Daş bazarı” ərazisinə gətirmiş, orda “əmanət” adlandırılan polietilen paketləri yenidən polis əməkdaşları ona məxsus əl çantasının içərisinə qoyub yanında əyləşmiş, polietilen paketlərin içərisində olan narkotik vasitə olan heroinin onun özünə məxsus olduğunu deməyə məcbur edilmiş, həmin polietilen paketlərin içərisində nəyin və nə qədər olmasından məlumatı olmadığını, Sədatın xahişi ilə Bakı şəhəri ərazisinə gedib onun dediyi yerdən götürdüyü paketi gətirib Sədata verməli olduğunu bildirsədə, onu dinləyən olmamış, Sədatın adını çəkməməsini tapşırmışlar, sonda məcbur olub narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, bundan sonra isə dedikləri video kameranın yaddaşına qeyd edilməklə çəkliş aparılmış, sonra isə Sumqayıt şəhər Pİ-nə gətirilmiş, orda sənədləşmə aparılmış, aradan bir müddət keçdikdən sonra hadisənin hansı şəraitdə baş verməsi barədə həqiqətə uyğun ifadə vermək qərarına gəldiyindən, bununla bağlı ərizə yazmışdır, X7 adlı şəxsi tanımamış, ona məxsus hərbi bilet üzərindən aşkar edilərək götürülməmiş, üzərində şəxsi axtarış keçirildikdən sonra ilkin araşdırma aparmış şəxsə təqdim etdiyi bir ədəd “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş 5167 5133 4061 4114 seriyalı “mastercard” plastik bank kartı Rəşad adlı tanışına məxsus olmuş, həmin plastik bank kartını tanışından istifadə etmək üçün almış və həmin kartın hesabına pul yükləyərək sosial şəbəkələrdə ödənişli oyunlar oynamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 16 avqust 2020-ci il tarixdə Sumqayıt ŞPİnə Məcid adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz əldə edilməsi, daşınması, saxlanması, qəbulu, üzərində gəzdirməsi, eləcədə satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan. Məcid adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, qəbulu, üzərində gəzdirməsi, eləcədə satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin rəisi Haxverdi Zeynalov, CAŞ-ın rəis müavini Şahid2, CAŞ-ın kiçik İnspektorları Şahid4 və Şahid3, TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyev, KTB-nin kriminalisti Şahid5 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik Sumqayıt ŞPİ-nin CAŞ-ın rəisi Haxverdi Zeynalova həvalə edilmiş, tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Məcid» adlı şəxsin xx.xx.1994-ctl ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1-da qeydiyyatda olan və Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21b, mənzil 17-də yaşayan Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 05:38-də Sumqayıt şəhəri, X15 küçəsində yerləşən “Daş Bazarı” adlanan ərazinin yaxınlığında yol kənarında park edilmiş “Mercedes” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində əyləşmiş üç nəfər şəxsin olduğunu müəyyən etdikdən sonra, avtomobilə Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin rəis müavini Şahid2, cinayət-axtarış şöbəsinin kiçik inspektorları Şahid4 və Şahid3 və KTB-nin kriminalisti Şahid5la birlikdə yaxınlaşaraq, avtomobildə olan şəxslərə özlərini təqdim etmişlər, daha sonra həmin şəxslərədə özlərini təqdim etmələrini təklif etdikdə avtomobilin arxa sağ oturacağında əyləşmiş şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs2 olduğunu bildirmiş, ona narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, daşımaqda, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah etdikdən sonra, saxlanılmış şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər İ saylı Vəkil Bürosunun vəkili Tahir Abbasovda dəvət edilmiş, Təqsirləndirilən şəxs2 saxlandıqdan sonra təhiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə, Məcidə hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmçinin Məcidin üzərində video kamerdan istifadə edib çəkliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirilmiş. Təqsirləndirilən şəxs2 etiraz etməmiş, daha sonra Məcidə üzərində olan qanunla saxlanması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsini təklif edildikdə, Təqsirləndirilən şəxs2 sol çiynindən sağa doğru asdığı qəhvəyi rəngli əl çantasını açaraq, çantanın içərisindən çıxardığı bir ədəd göy rəngli sellofan torbanı təqdim etmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi torbanın içərisinə baxış keçirildikdə, həmin torbanın içərisində iki ədəd ayrı ayrı şəffavi sellofanlarda qəhvəyi rəngli, spesifik iyə malik maddələrin olduğu müəyyən olunmuş, ondan həmin sellofan torbaların içərisində nə olduğunu soruşduqda isə Məcid həmin iki ədəd şəffav sellofan torbalardakı maddənin "kokos” adlandırılan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni həmin gün sosial şəbəkədə tanış olduğu, tanımadığı şəxsə “Milliön” ödəniş terminalı vasitəsilə 12.000 manat pul göndərdikdən sonra Abşeron rayonu Masazır qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini, avtomobildə sərnişin qismində əyləşmiş digər şəxsin tanışı Şahid9 olduğunu, sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsünü tanımadığını, həmin şəxsin Bakı şəhərinə getmək üçün sifariş verdiyi taksi avtomobilinin sürücüsü olduğunu bilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində tərəflərindən şəxsi axtarışda aparılmış, ancaq Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunla daşınması və saxlanılması qadağan olunmuş digər əşya aşkar edilməmiş, onun üzərində olan bir ədəd “Xİomi Redmi” markalı, çantasında olan bir ədəd Nokia Xİ” markalı mobil telefonlar, bir ədəd “Prado” markalı poverbank, X4 məxsus hərbi bilet cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq, şəffav sellofan torbalardakı qəhvəyi rəngli, spesifik iyə malik olan, ilk baxışdan narkotik vasitə heroinə bənzər maddələrlə birlikdə götürülmüş, daha sonra Təqsirləndirilən şəxs2 avtomobildə sərnişin qismində əyləşmiş Şahid9 və avtomobilin sürücüsü Şahid10 birlikdə Sumqayıt ŞPf-nə getmələrini təklif etdikdə, həmin şəxslər etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmiş, polis idarəsində Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş maddələr elektron tərəzidə çəkilməklə, həmin narkotik maddə olan heroinə bənzər maddələrin çəkisi dəqiqləşdirilmiş, daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş iki ədəd şəffav sellofan torbalardakı maddələr qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılması ilə bağlı da protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığından, növbəsində protokolu imzalamışdır. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri ərazisində yerləşən “Daş Bazarı” adlandırılan ərazidə sərnişin qismində əyləşdiyi avtomobil saxlanıldıqdan sonra, Sumqayıt ŞPİ- nin inzibati binasının qarşısına gətirildiyini, orda saxlanmasında iştirak etıuiş polis əməkdaşları tərəfindən döyüldüyünü və ona qarşı fiziki zor tətbiq edildiyini özünü müdafiə etmək və cinayət məsuliyyətindən kənarda qalmaq üçün bildirmiş, onun ifadəsində göstərdikləri həqiqəti əks etdirməmiş, Təqsirləndirilən şəxs2 saxladıqdan sonra digər polis əməkdaşları ilə birlikdə onu Sumqayıt ŞPİ-nin inzibati binasının qarşısına gəlirməmiş, onu döyüb hər hansı formada fizi zor tətbiq etməmiş, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılan ilk andan sonadək baş verənlər Təqsirləndirilən şəxs2 razılığı ilə video kamaranm yaddaşına yazılmış, həmin video görüntü cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşları X1, Şahid2, Şahid4, Şahid3 və Şahid5 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadələr vermişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin əməliyyat müvvəkkili Şahid6 oglu ifadə verərək göstərmişdir ki, 2009-cu ildən DİO-da, hazırda tutduğu vəzifədə isə 2019-cu ildən xidmət aparmağa başlamış, keçirilmiş bir sıra əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt ŞPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 əldə etdiyi, xx.xx.1984cti ildə Abşeron rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 isə Abşeron rayonu, Xırdalan şəhəri, 28 May küçəsi, ev 3-də qeydiyyatda olduğu müəyyən olunmuş, Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin kiçik ispektorları - polis baş serjantı Şahid8 və polis serjantı Şahid7 ilə birlikdə 20 avqust 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Tərlan» şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs1 yaxınlaşıb onu ifadəsinin alınması, eləcədə digər zəruri istintaq hərəkətlərinin icra edilməsi üçün Sumqayıt ŞPİ-nin istintaq şöbəsinə dəvət etdikdə, o üzərində narkotik vasitə və psixotrop maddə oladuğunu etiraf etmiş və könüllü olaraq təqdim etmək istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhfil vermiş, daha sonra Sumqayıt ŞPİ-nin xidməti otaqlarının birində onun, Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin kiçik ispektorları - polis baş serjantı Şahid8 və polis serjantı Şahid7, Sumqayıt ŞPİ-nin KTB-nin baş inspector-kriminalisti polis mayoru X5 iştirakı ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrinin izahına dair bildiriş təqdim edilməklə, ona hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs1 həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər İ saylı vəkl Bürosunun vəkili X3 dəvət edilməsi barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə, qəbul etməkdə, üzərində gəzdirməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video çəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirimiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 kamera vasitəsi ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, Təqsirləndirilən şəxs1 heç bir etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə isə Təqsirləndirilən şəxs1 əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərinə zavod üsülu ilə “KENT” və sair markalanma yazısı həkk edilmiş siqaret qutusunu çıxarıb təqdim etmiş, siqaret qutusunun içərisindən bir ədəd şəffav sellofan paketdə qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olan büküm və bir ədəd göy rəngli siqaret kağızına bükülmüş, ağ rəngli, kristal dənəciklər şəklində olan, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlənin olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs1 sellofan paketdəki qəhvəyi rəngli, spesifik iyə malik olan, toz şəkilli kütlənin narkotik vasitə olan “kokos” yəni, heroin, digərinin yəni, göy rəngli siqaret kağızına bükülmüş, ağ rəngli, kristal dənəcikləri şəklində olan, maddənin isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qohumu “Səbuhi” adlı şəxsin vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxslə “WhatsApp” sosial şəbəsindəki danışıqdan sonra “Əli” adlı şəxsin ona 300 manat pul verəcəyini vəd etmiş, Bakı şəhəri “20 Yanvar” dairəsi adlanan ərazinin yaxınlığında yerləşən “Respublika” xəstəxananın arxasındakı hasarın qarşısına qoyulmuş içərisində narkotik vasitə olan bağlamanı götürüb, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən adını unutduğu gözəllik salonunun yan hissəsinə qoyduğu bağlamadakı narkotik vasitə və psixotrop maddənin üzərindən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd üzərinə zavod üsülu ilə “KENT” və sair markalanma yazısı həkk edilmiş siqaret qutusunun içərisindəki bir ədəd şəffav sellofan paketdəki qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd göy rəngli siqaret kağına bükülmüş, ağ rəngli, kristal dənəcikləri şəklində olan, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş, şəffav sellofan paketdəld qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə və göy rəngli siqaret kağına bükülmüş, ağ rəngli, kristal dənəcikləri şəklində olan, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlənin ümumi çəkisi müəyyən edildikdən sonra, tərəflərindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə oxşar maddələr qablaşdırılmış və imzalanmış, həmçinin Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşları Şahid7, Şahid8 və X12 Şahid6 oglunun ifadəsinə və işin hallarına uyğun ifadələr vermişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, ona məxsus “Mercedes Benz 200D minik” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə taski fəaliyyəti ilə məşğul olmuş, *6555 taksi xidmətindən aldığı sifarişlərə uyğun taksi xidməti göstərmiş, 16 avqust 2020-ci il tarixdə gecə saatlarında işdə olan zaman ona şirkətdən sifariş daxil olmuş, həmin sifarişdə ünvan Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisi göstərilmiş, sifarişi qəbul edib, həmin ünvana getdikdə orada iki nəfər əvvəllər tanımadığı şəxsin onu gözlədiyini görmüş, həmin şəxslərdən biri - sonradan adının Məcid olduğunu bildiyi şəxs idarə etdiyi avtomobilin qabaq oturacağında, digəri isə onun arxasındakı oturacaqda əyləşmiş, Məcid avtomobilə əyləşdikdən sonra ona Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Biləcəri dairəsi” adlanan əraziyə gedəcəklərini deyib, avtomobili göstərdiyi ünvana sürməyini tələb etmiş, bundan sonra idarə etdiyi avtomobillə təxminən 20-25 dəqiqə yol gedib, onun göstərdiyi ünvana çatdıqda, Məcid adlı şəxs “Mlliön” ödəniş terminalı vasitəsilə ödəniş edəcəyini deyib avtomobildən yerə düşmüş, avtomobilin arxasında əyləşmiş sonradan adının Anar olduğunu bildiyi şəxs isə avtomobildə qalmış, aradan təxminən 10 dəqiqə keçmiş Məcid geri qayıtmış və bu dəfə idarə etdiyi avtomobili Abşeron rayonu ərazisində yerləşən “QAİ Respublika” adlandırılan əraziyə sürməyini xahiş etmiş, Məcidin göstərdiyi ünvana təxminən 5-10 dəqiqədən sonra çatdıqda, hər iki şəxs avtomobildən yerə düşmüş, onlardan hansısa getdikləri ünvanı soruşub dəqiqləşdirmiş, sonra yenidən idarə etdiyi avtomobilə əyləşmiş, bu dəfə Məcİd adlı şəxs idarə etdiyi avtomobili Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi istiqamətində sürməyini xahiş etmiş, Məcid adlı şəxsin göstərdiyi yolla avtomobili idarə etmiş və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən dəqiq ünvanını bilmədiyi və adını unutduğu gözəllik salonunun qarşısında saxlamış, bundan sonra Məcid adlı şəxs avtomobildən düşüb gözəllik salonu istiqamətində getmiş, digər şəxs isə avtomobildə arxa oturacaqda oturmaqda davam etmiş, Məcid avtomobildən yerə düşdükdən sonra gözəllik salonunun ətrafında yerə işıq salmaqla bir qədər ətrafda nəsə axtarmış, aradan 3-5 dəqiqə keçdikdən sonra geri qayıtmış və arxa oturacaqda əyləşmiş Anar adlı şəxsdən avtomobilin ön oturacağında oturmasını xahiş etmiş, Anar avtomobilin ön oturacağında əyləşdikdən sonra, Məcid onun yerində, arxa oturacaqda, əyləşmiş, Məcidin göstərişinə əsasən idarə etdiyi avtomobili Sumqayıt şəhəri istiqamətində idarə etməyə başlamış, Sumqayıt şəhərinə çatdıqdan sonar, “Daş bazarı” adlanan ərazisi ilə gedərkən, Məcid avtomaşını saxlamağını xahiş etmiş, avtomaşını kənara çəkib saxlamış və bir neçə dəqiqə ərzində bu vəziyyətdə dayandıqdan sonra dörd nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış, həmin şəxslər daha sonra özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, həmçinin saxlanılan zaman orada baş verənlər polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən video kameranın yaddaşına qeyd etməklə video çəkiliş aparılmış, həmin vaxt polis əməkdaşları Məcid adlı şəxsin narkotik vasitələrin istifadəsi, üzərində gəzdirilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan üzərinə şəxsi axtarış keçirəcəklərini deyib, onun hüquq və vəzifələrini izah etmiş, bundan sonra Məcid adlı şəxs sol çiynindən asdığı qəhvəyi rəngli əl çantasını açıb içərisində olan iki ədəd sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları ondan həmin sellofan torbalarda nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyi soruşulduqda isə, Məcid sellofan torbalarda olan maddələrin narkotik vasitə olan heroiıı olduğunu, idarə etdiyi avtomobillə Bakı şəhərinə gedən zaman orada narkotik vasitəni əldə etdiyini, həmin narkotik vasitəni əldə etmək üçün 12.000 manat pul verdiyini bildirmiş, daha sonra Sumqayıt ŞPİ-nə dəvət edilmiş və hadisə barədə ona məlum olan hallar üzrə izahat vermiş, Məcid və Anarı əvvəllər tanımamış, sonuncuların Bakı şəhərinə narkotik vasitə əldə etmək üçün getməsindən məlumatsız olmuşdur. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddət tanımış, Məcidin anası Mətanət həftədə bir dəfə onun evinə gələrək ev işlərində ona köməklik etmiş, 15 avqust 2020-ci il tarixdə saat təxminən 22:00 radələrində Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən “Ordubad” marketin qarşısında təsadüfən Məcid və anası Mətanətlə qarşılaşmış, həmin vaxt Məcid post terminal vasitəsilə qohumuna pul göndərəcəyini, sonra isə Bakı şəhərinə gedəcəyini bildirmiş, Mətanət isə onunla birlikdə ev işlərində ona kömək etmək üçün onun evinə getmək istədiyini demiş, daha sonra Məcid orada “Milliön” ödəniş terminalından dəqiq məbləğini görə bilmədiyi pulu terminala daxil etmiş, sonra Məcid taksi avtomaşını saxlatdıraraq, həmin taksiyə əyləşib harasa getmiş, o isə Mətanətlə birlikdə yaşadığı evə qayıtmış, Mətanət gecəni onun evində qalmış, səhəri gün isə Mətanət oğlu Məcidin telefonuna zəng çatmadığını, bu səbəbdən narahat olduğunu deyib yaşadığı evə qayıtmış, sonradan isə ona zəng vuraraq oğlu Məcidin narkotik vasitələrin qanunsuz əldə edilməsi və satışı ilə məşğul olması səbəbindən həbs olunduğunu bildirmişdir; Təqsirləndirilən şəxs2 onun barəsində yalan və qərəzli ifadə vermiş, beləki, 2020-ci ilin iyun ayında Mətanət ona zəng vuraraq ərinin həbs olunduğunu bildirmiş və ondan 10.000 manat borc pul istəmiş, o, həmin pulu tanışından alaraq Mətanətə vermiş, sonradan həmin pulu Mətanətdən geri tələb etdikdə, Mətanət heç bir səbəb olmadan oğlu Məcidin həbs olunmasında onun əlinin olduğunu bildirib, ondan aldığı borc pulu qaytarmayacağını bildirmişdir; bundan başqa 2020-ci ilin iyul ayında yaşadığı evin yataq otağında saxladığı qızıl-zinyət əşyalarının yerində olmadığını müəyyən etmiş, həmin qızıl-zinyət əşyalarını götürməsində evdə xadimə işləyən Mətanətdən şübhələndiyindən bu barədə Mətanətə bildirmiş, Mətanət əməlini etiraf etmiş və qızılzinyət əşyalarını qaytaracağına söz vermiş, ancaq hal-hazıradək ona məxsus 4.200 manat dəyərində qızıl-zinyət əşyalarını ona qaytarmamışdır, bu səbəbdən Mətanət və Məcid onun barəsində düzgün olmayan ifadələr vermişlər, o, Məcidi Bakı şəhərinə narkotik vasitə dalınca göndərməmiş, həmin narkotik vasitəni gətirməsi müqabilində Məcidə pul və ya narkotik vasitə verəcəyinə söz verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 xeyli müddət əvvəl tanımış, Məcidlə əvvəllər Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində qonşuluqda yaşamış, münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya pis münasibətləri olmamış, sonuncu dəfə 16 avqust 2020-ci il tarixdə saat təxminən 01 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “X28” adlı mağazanın qarşısında, yolun əks tərəfində dayanıb yaşadığı evə qayıtmaq üçün taksi gözləyərkən Məcid yanına gəlmiş və Bakı şəhərində bir nəfər tanışı ilə görüşəcəyindən Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisinə getmək üçün taksi sifariş vermək istədiyini bildirmiş, daha sonra Məcid onunla birlikdə Bakı şəhərinə gedib geri qayıtmalarını təklif etmiş, həmçinin geri qayıtdıqdan sonra onu yaşadığı evə yola salacağını bildirmiş, həmin vaxt bekar olduğundan Məcidin təklifini qəbul etmiş, daha sonra Məcid mobil telefonla zəng vurub taksi sifariş vermiş, aradan bir müddət keçdikdən sonra *6555 taksi xidmətindən “Mercedes” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə olduqları yerə gəlmiş, bundan sonra Məcid həmin avtomobilin sol qabaq oturacağında, özü isə onun arxasındakı oturacaqda əyləşmiş və Bakı şəhəri ərazisinə yola düşmüşlər, avtomobillə təxminən 20-25 dəqiqə yol gedib Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Biləcəri dairəsi” adlanan əraziyə çatdıqda, Məcid avtomobildən düşüb kiminləsə telefonla danışmış, onu taksi sürücüsü ilə təxminən on dəqiqə ərzində avtomobildə gözləmiş, daha sonra Məcid geri qayıtmış və bu dəfə taksi sürücüsündən idarə etdiyi avtomobili Abşeron rayonu ərazisində yerləşən “Qayı Respublika” adlandırılan əraziyə sürməyini tələb etmiş, yenidən təxminən 5-10 dəqiqə ərzində avtomobillə yol gedib həmin yerə çatdıqda, bu dəfə Məcid avtomobildən yerə düşmüş və orda olan şəxslərdən hansısa ünvanı soruşub dəqiqləşdirmiş, sonra təkrar avtomobilə əyləşib bu dəfə taksi sürücüsünə idarə etdiyi avtomobili Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi istiqamətində sürməyini tapşırmış, gedəcəkləri ünvanın yolunu özünün göstərəcəyini demiş, bu səbəbdən taksi sürücüsü idarə etdiyi avtomobili Məcidin göstərdiyi yollarla idarə etmiş və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən dəqiq ünvanını bilmədiyi, hansısa gözəllik salonunun qarşısına gəlmiş, bundan sonra Məcid avtomobildən düşüb gözəllik salonu istiqamətində getmiş və bir qədər getdikdən sonra gözəllik salonunun ətrafında yerə işıq salmaqla ətrafda nəsə axtarmış, aradan 3-5 dəqiqə keçdikdən sonra Məcid geri qayıtmış və ondan ön oturacaqda oturmağını xahiş etmiş, özü isə onun yerində, yəni arxa oturacaqda əyləşmiş, daha sonra Məcid taksi sürücüsündən onları Sumqayıt şəhərinə qaytarmağını xahiş etmiş, Sumqayıt şəhərinə çatdıqdan sonra ‘'Daş bazarı” adlanan ərazi ilə gedərkən, Məcid taksi sürücüsündən avtomaşını saxlamağını istəmiş, taksi sürücüsü avtomaşını kənara çəkib saxladıqdan və bir neçə dəqiqə ərzində bu vəziyyətdə dayandıqdan sonra dörd nəfər mülki geyimdə olan şəxslər avtomobilə yaxınlaşmış, onlar daha sonra özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, həmçinin saxlanılan zaman orada baş verənlər polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən video çəkliş aparılmış, həmin vaxt polis əməkdaşları Məcidə narkotik vasitələrin istifadəsi, üzərində gəzdirilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan üzərinə şəxsi axtarış keçirəcəklərini deyib, onun hüquq və vəzifələrini izah etmiş və üzərində qanunla saxlanması, daşınması qadağan olunmuş əşyaları təqdim etməsini təklif etmiş, bundan sonra Məcid sol çiynindən asdığı qəhvəyi rəngli əl çantasını açıb, çantanın içərisində olan iki ədəd sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları ondan həmin sellofan torbalarda nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşulduqda isə, Məcid sellofan torbalarda olan maddələrin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitəni əldə etmək üçün 12.000 manat pul verdiyini bildirmiş, daha sonra Sumqayıt ŞPİ-nə dəvət edilmiş və ona məlum olan hallar üzrə izahat vermiş, Təqsirləndirilən şəxs2 Bakı şəhərinə narkotik vasitə əldə etmək üçün getməsindən məlumatsız olmuş, Məcid və sərnişin kimi əyləşdiyi taksi avtomobilinin sürücüsü ilə Sumqayıt şəhəri ərazisində yerləşən “Daş Bazan” adlanan ərazidə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən Məcid və taksi sürücüsü ilə Sumqayıt şəhər Pİ-nin qarşısına gətirilib, sonra geri qaytarılmamış, saxlanıldıqları yerdə Məcidin üzərinə şəxsi axtarış aparılmış, polis əməkdaşları tərəfindən Məcidə qarşı fiziki zor tərbiq edilməsini görməmiş, bunun şahidi olmamışdır. İşdə olan 25 noyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid Şahid1 ilə təqsirləndirilən şəxs X8 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldıqdan sonra Məcidin Sumqayıt ŞPİ-nin inzibati binasının qarşısına gətirilmədiyini, Məcidi digər polis əməkdaşları ilə döyüb fiziki zor tətbiq etmədiyini, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılarkən Məcidin Şahid11 adlı şəxs barəsində onlara heç bir məlumat vermədiyini, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılan ilk andan sonadək baş verənlərin onun razılığı ilə video kamaranın yaddaşına qeyd edilməklə video çəkliş aparıldığını, həmin video görüntü cinayət işinin materiallarına əlavə edildiyini bildirmiş; Təqsirləndirilən şəxs2 16.08.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Daş Bazarı” adlandırılan ərazidə sərnişin qismində əyləşdiyi avtomobilin polis əməkdaşları tərəfindən saxlanıldığını, daha sonra həmin polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin inzibati binasının qarşısına gətirildiyini, orda saxlanmasında iştirak etmiş Şahid1 başqa digər polis əməkdaşları tərəfindən döyüldüyünü və ona qarşı fiziki zor tətbiq edildiyini, sonra yenidən Sumqayıt şəhəri “Daş Bazarı” adlandırılan əraziyə gətirildiyini, orda Şahid11 xahişi ilə Bakı şəhəri ərazisindən götürdüyü sellofan bağlamanı polis əməkdaşlarının ona məxsus əl çantasının içərisinə qoyub, çiynindən asdıqlarını, bundan sonra video kameradan istifadə edilməklə video çəkliş aparıldığını, həmin bağlamanı Şahid11 xahişi ilə yaşadığı evdə ona təhfil vermək üçün apardığını bildirməsinə baxmayaraq, onu dinləyənin olmadığını, üzərinə şəxsi axtarış keçirildiyini və bağlamanın içərisindən narkotik vasitə aşkar edildiyini, polis əməkdaşlarının təziqi ilə narkotik vasitənin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadə verdiyini bildirmişdir (3-cü cild iş vərəqə 82-87). İşdə olan 25 noyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldıqdan sonra Məcidin Sumqayıt ŞPİ-nin inzibati binasının qarşısına gətirilmədiyini, Məcidi digər polis əməkdaşları ilə döyüb fiziki zor tətbiq etmədiyini, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılarkən Məcidin Şahid11 adlı şəxs barəsində onlara heç bir məlumat vermədiyini, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılan ilk andan, sonadək baş verənlərin onun razılığı ilə video çəkliş aparıldığını, həmin video görüntü cinayət işinin materiallarına əlavə edildiyini bildirmiş; Təqsirləndirilən şəxs2 16.08.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Daş Bazarı” adlandırılan ərazidə sərnişin qismində əyləşdiyi avtomobilin polis əməkdaşları tərəfindən saxlanıldığını, daha sonra həmin polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin inzibati binasının qarşısına gətirildiyini, orda saxlanmasında iştirak etmiş Şahid2 onu təhqir etdiyini, digər polis əməkdaşları tərəfindən döyüldüyünü və ona qarşı fiziki zor tətbiq edildiyini, sonra yenidən Sumqayıt şəhəri “Daş Bazarı” adlandırılan əraziyə gətirildiyini, orda Şahid11 xahişi ilə Bakı şəhəri ərazisindən götürdüyü sellofan bağlamanı polis əməkdaşlarının ona məxsus əl çantasının içərisinə qoyub, çiynindən asdıqlarını, bundan sonra video kameradan istifadə edilməklə video çəkliş aparıldığını, həmin bağlamanı Şahid11 xahişi ilə yaşadığı evdə ona təhfil vermək üçün apardığını bildirməsinə baxmayaraq, onu dinləyənin olmadığını, üzərinə şəxsi axtarış keçirildiyini və bağlamanın içərisindən narkotik vasitə aşkar edildiyini, polis əməkdaşlarının təziqi ilə narkotik vasitənin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadə verdiyini bildirmişdir. İşdə olan 25 noyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid zamanı Şahid4 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid4 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldıqdan sonra Məcidin Sumqayıt ŞPİ-nİn inzibati binasının qarşısına gətirilmədiyini, Məcidi digər polis əməkdaşları ilə döyüb fiziki zor tətbiq etmədiyini, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılarkən Məcidin Şahid11 adlı şəxs barəsində onlara heç bir məlumat vermədiyini, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılan ilk andan sonadək baş verənlərin sonuncunun razılığı ilə video kamaranm yaddaşına qeyd edilməklə video çəklış aparıldığını, həmin video görüntünün cinayət işinin materiallarına əlavə edildiyini bildirmiş, Təqsirləndirilən şəxs2 16.08.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Daş Bazarı” adlandırılan ərazidə sərnişin qismində əyləşdiyi avtomobilin polis əməkdaşları tərəfindən saxlanıldığını, daha sonra həmin polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin inzibati binasının qarşısına gətirildiyini, orda saxlanmasında iştirak etmiş Şahid4 başqa digər polis əməkdaşları tərəfindən döyüldüyünü və ona qarşı fiziki zor tətbiq edildiyini, sonra yenidən Sumqayıt şəhəri “Daş Bazarı” adlandırılan əraziyə gətirildiyini, orda Şahid11 xahişi ilə Bakı şəhəri ərazisindən götürdüyü sellofan bağlamanı polis əməkdaşlarının ona məxsus əl çantasının içərisinə qoyub, çiynindən asdıqlarını, bundan sonra video kameradan istifadə edilməklə video çəkiliş aparıldığını, həmin bağlamanı Şahid11 xahişi ilə yaşadığı evdə ona təhfil vermək üçün apardığını bildirməsinə baxmayaraq, onu dinləyənin olmadığını, üzərinə şəxsi axtarış keçirildiyini və bağlamanın içərisindən narkotik vasitə aşkar edildiyini, polis əməkdaşlarının təziqi ilə narkotik vasitənin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadə verdiyini bildirmişdir (3-cü cild iş vərəqi 100-105). İşdə olan 25 noyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldıqdan sonra Məcidin Sumqayıt ŞPİ-nİn inzibati binasının qarşısına gətirilmədiyini, Məcidi digər polis əməkdaşları ilə döyüb fiziki zor tətbiq etmədiyini, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılarkən Məcidin Şahid11 adlı şəxs barəsində onlara heç bir məlumat vermədiyini, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılan ilk andan sonadək baş verənlərin onun razılığı ilə video kamara ilə video çəkliş aparıldığını, həmin video görüntü cinayət işi materiallarına əlavə edildiyini bildirmişdir; Təqsirləndirilən şəxs2 16.08.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Daş Bazarı” adlandırılan ərazidə sərnişin qismində əyləşdiyi avtomobilin polis əməkdaşları tərəfindən saxlanıldığını, daha sonra həmin polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin inzibati binasının qarşısına gətirildiyini, orda saxlanmasında iştirak etmiş Şahid3 onu tutub saxladığını, digər polis əməkdaşları tərəfindən döyüldüyünü və ona qarşı fiziki zor tətbiq edildiyini, sonra yenidən Sumqayıt şəhəri “Daş Bazarı” adlandırılan əraziyə gətirildiyini, orda Şahid11 xahişi ilə Bakı şəhəri ərazisindən götürdüyü sellofan bağlamanı polis əməkdaşlarının oııa məxsus əl çantasının içərisinə qoyub, çiynindən asdıqlarını, bundan sonra video kameradan istifadə edilməklə video çəkliş aparıldığını, həmin bağlamanı Şahid11 xahişi ilə yaşadığı evdə ona təhfil vermək üçün apardığını bildirməsinə baxmayaraq, onu dinləyənin olmadığını, üzərinə şəxsi axtarış keçirildiyini və bağlamanın içərisindən narkotik vasitə aşkar edildiyini, polis əməkdaşlarının təziqi ilə narkotik vasitənin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadə verdiyini bildirmişdir (3-cü cild iş vərəqi 94-99). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 16 avqust 2020-ci il tarixli 6/1567 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124” dairəvi möhür əksi olan bir ədəd göy rəngli sellofana qablaşdırılmış iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 452,0 qaram, 458,0 qaram, ümumilikdə təmiz çəkisi 910,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir; təqdim edilmiş 2 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir (qeyd: heroinin təmiz çəkisi - 910,0 qram, tədqiqata sərf edildi - 0,08 qram, qalıq - 909,92 qram) (1-ci cild iş vərəqə 39-44) İşdə olan məhkəmə kimyəvi ekspertiza üzrə 20 avqust 2020-ci il tarixli 6/1622 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,090 qram olan ağ rəngli kristallik hissəçiklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 3,698 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (qeyd: metamfetaminin təmiz çəkisi - 0,090 qr., tədqiqata sərf edildi - 0,030 qr., qalıq - 0,060 qr., heroinin təmiz çəkisi - 3,698 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq - 3,648 qr) (1-ci cild iş vərəqə 162-168). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 02 oktyabr 2020-ci il tarixli 6/1762 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan MEM-ə məxsus bir ədəd kağız paketdə qablaşdırılmış göy rəngli sellofanda iki ədəd bükümdə ümumi təmiz çəkisi 909,92 qram olan heroinlər ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №67” dairəvi möhür əksləri olan MEM-ə məxsus bir ədəd kağız paketdə qablaşdırılmış üzərində “... Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən” sözləri qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi - 3,648 qram olan heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. (qeyd: heroinin təmiz çəkisi - 909,92 qr., tədqiqata sərf edildi - 0,06 qr., qalıq - 909,86 qr, heroinin təmiz çəkisi - 3,648 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 3,598 qr.) (1-ci cild iş vərəqi 145-149) İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 11 sentyabr 2020-ci il tarixli 1795 saylı ekspert rəyindən görünür: İ. Motivləşdirici hissə - yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir; İİ. Yekun hissəsi. Ekspert cinayət işinin materiallarının, həmin cinayət işindəki toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır; halhazırda Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 81-83). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 11 sentyabr 2020-ci il tarixli 1798 saylı ekspert rəyindən görünür:

1. motivləşdirici hissə - yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal- hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir; İİ.yekun hissəsi. Ekspert cinayət işi materiallarının, həmin cinayət işindəki toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır; hal-hazırda Təqsirləndirilən şəxs1 Öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə Öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nİn 21 və 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 84-85). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 10 sentyabr 2020-ci il tarixli 2491 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui- istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqəi 75-76). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 10 sentyabr 2020-ci il tarixli 2494 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 77-78). İşdə olan diskə baxış keçirilməsi haqqında 25 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında isə 01 (bir) ədəd “00592’' adlı 16.08.2020-ci il tarixdə çəkilmiş, 617952 kb həcmində, 06 dəqiqə 57 saniyyə davam edən, rəngli formatda, işıqlı və aydın hava şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd diskə baxış keçirilmiş, baxış zamanı nümayiş etdirilən görünütülərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 sol çiynindən sağa doğru asılmış əl çantasını çıxarıb təqdim etmiş, həmin sellofan toobanın içərisinə baxış keçirildikdə, həmin torbanın içərisində iki ədəd ayrı ayrı şəffavi sellofanlarda qəhvəyi rəngli, spesifik iyə malik maddələrin olduğu müəyyən olunmuş, ondan həmin sellofan torbaların içərisində nə olduğunu soruşduqda isə Məcid həmin iki ədəd şəffav sellofan torbalardakı maddənin "kokos” adlandırılan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni həmin gün sosial şəbəkədə tanış olduğu, tanımadığı şəxsə “Milliön” ödəniş terminalı vasitəsilə 12.000 manat pul göndərdikdən sonra Abşeron rayonu Masazır qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir; həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 27 və 3-cü cild iş vərəqi 106-108). İşdə olan diskə baxış keçirilməsi haqqında 04 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, üzərində “Verbatim” və sair markalanma yazısı olan, yaddaşında isə 01 (bir) ədəd “00603” adlı 20.08.2020-ci il tarixdə çəkilmiş, 620226 kb həcmində. 06 dəqiqə 58 saniyyə davam edən, rəngli formatda, otaq şəraitində və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd diskə baxış keçirilmiş və baxış zamanı nümayiş etdirilən görüntülərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərinə zavod üsülu ilə “KENT” və sair markalanma yazısı həkk edilmiş siqaret qutusunu çıxarıb təqdim etmiş, siqaret qutusunun içərisindən bir ədəd şəffav sellofan paketdə qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olan büküm və bir ədəd göy rəngli siqaret kağızına bükülmüş, ağ rəngli, kristal dənəciklər şəklində olan, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlənin olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs1 sellofan paketdəki qəhvəyi rəngli, spesifik iyə malik olan, toz şəkilli kütlənin narkotik vasitə olan “kokos” yəni, heroin, digərinin yəni, göy rəngli siqaret kağızına bükülmüş, ağ rəngli, kristal dənəcikləri şəklində olan, maddənin isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qohumu “Səbuhi” adlı şəxsin vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxslə “WhatsApp” sosial şəbəsindəki danışıqdan sonra “Əli” adlı şəxsin ona 300 manat pul verəcəyini vəd etmiş, Bakı şəhəri “20 Yanvar” dairəsi adlanan ərazinin yaxınlığında yerləşən “Respublika” xəstəxananın arxasındakı hasarın qarşısına qoyulmuş içərisində narkotik vasitə olan bağlamanı götürüb, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən adını unutduğu gözəllik salonunun yan hissəsinə qoyduğu bağlamadakı narkotik vasitə və psixotrop maddənin üzərindən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd üzərinə zavod üsülu ilə “KENT” və sair markalanma yazısı həkk edilmiş siqaret qutusunun içərisindəki bir ədəd şəffav sellofan paketdəki qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd göy rəngli siqaret kağına bükülmüş, ağ rəngli, kristal dənəcikləri şəklində olan, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş, şəffav sellofan paketdəld qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə və göy rəngli siqaret kağına bükülmüş, ağ rəngli, kristal dənəcikləri şəklində olan, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlənin ümumi çəkisi müəyyən edildikdən sonra, tərəflərindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya aşkar edilməmişdir; həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 144 və 3-cü cild iş vərəqi 56-58). İşdə olan 30 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16.08.2020-ci il tarixdə saat 05:38-də Sumqayıt şəhəri X15 küçəsində saxlanılıb üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş və istintaqa bir ədəd qəhvəyi rəngli əl çantasının içərisində təqdim edilmiş 01 (bir) ədəd qara rəngli, ön yuxarı hissədə “Xİ NOKİA” yazısı olan və 01 (bir) ədəd arxa hissəsi göy, ön ekran hissəsi isə qara rəngli şüşə materialdan hazırlanmış, ön aşağı və arxa yuxarı hissədə “Redmi” yazısı olan mobil telefonlar, 01 (bir) ədəd “Powerbank” cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən baxış keçirilmiş və cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhfıl verilmişdir (1-ci cild iş vərəqi 22-23 və 3-cü cild iş vərəqi 120-122 və 155-202). İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat axtarış tədbirlərinin aparılması barədə qərar və həmin qərarla bağlı aparılan prossesual hərəkətlər insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuna uyğun hesab edilmişdir (2-ci cild iş vərəqi 65-67). İşdə olan maddi sübut kimi tanıma haqqında 10 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 65” dairəvi möhür əksləri olan MEM-ə məxsus bir ədəd kağız paketdə qablaşdırılmış göy rəngli sellofanda iki ədəd bükümdə narkotik vasitə olan tədqiqatdan sonra qalıq qalmış 909,86 qr. narkotik vasitə heroin və 3,598 qr. narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir (2-ci cild iş vərəqi 205-208). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 08 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (2ci cild iş vərəqi 59). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 08 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs2 əvvəllər: - 1. Sumqayıt şəhər Məhkəməsinin 03.02.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra, Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə 31.05.2013-cü il tarixdə cəzadan azad edilmişdir; - 2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 234.1 və 326.2 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkməsinin başlancığı 12 noyabr 2014-cü il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin 12.12.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi hökümdən xaric edilərək, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 234.1 maddələri ilə 3 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (2-ci cild iş vərəqi 56-58). Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı X19 Müəssisəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 12 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs2 məhkum olunduğu Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini 16 avqust 2020-ci il tarixdə yəni, sonuncu məhkumluğu üzrə cəzasını çəkib qurtardıqdan 2 ay 4 gün sonra törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 20 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 137-140). İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 20 avqust 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 248-249). İşdə olan şübhəli şəxsin tutulması haqqında 16 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildiş vərəqi 17). İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 16 avqust 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 79-80). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 3,698 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 910,0 qram narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzalarını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 20 avqust 2020-ci il tarixdən və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 16 avqust 2020-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 20 avqust 2020-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 16 avqust 2020-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-narkoloji ekspertizalar üzrə 10 sentyabr 2020-ci il tarixli 2491 və 2494 nömrəli ekspert rəyləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmaları müəyyən edildiyindən və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görüldüyündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İş üzrə maddi sübutlar - Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 3,598 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 909,86 qram narkotik vasitə heroin məhv edilməlidir; Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd qəhvəyi rəngli əl çantasının içərisində təqdim edilmiş 1 ədəd qara rəngli, ön yuxarı hissədə “Xİ NOKİA” yazısı olan mobil telefon və 1 ədəd arxa hissəsi göy, ön ekran hissəsi isə qara rəngli şüşə materialdan hazırlanmış, ön aşağı və arxa yuxan hissədə “Redmi” yazısı olan mobil telefon və 1 ədəd “Powerbank” Təqsirləndirilən şəxs2 yaxın qohumlarından birinə qaytarılmalıdır; «Şəxsi axtarış və götürmə» prosessual hərəkətlərin əks olunduğu videoçəkilişin yazıldığı 2 ədəd CD disk, Vahid Rəcəbova oxşar şəxsin foto şəkilləri olan 01 CD disk, X14 oxşar şəxsin və çox sayda qadın cinsindən olan şəxslərin foto şəkilləri olan 1 ədəd CD disk, "xxxx" ASC-nin müştərisi X11 məxsus 4169 7413 1529 6192 saylı plastik kartın hesabından çıxarışlar, Azərbaycan Beynəlxalq Bankı”nın Nəsimi filialının müştərisi X9 məxsus 5167 5133 4061 4114 saylı plastik kartın hesabından çıxarışlar cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatlarının dəyəri 211,82 manat (iki yüz on iki manat səksən iki qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 20 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 16 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 3,598 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 909,86 qram narkotik vasitə heroin məhv edilsin; Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd qəhvəyi rəngli əl çantasının içərisində təqdim edilmiş 1 ədəd qara rəngli, ön yuxarı hissədə “Xİ NOKİA” yazısı olan mobil telefon və 1 ədəd arxa hissəsi göy, ön ekran hissəsi isə qara rəngli şüşə materialdan hazırlanmış, ön aşağı və arxa yuxan hissədə “Redmi” yazısı olan mobil telefon və 1 ədəd “Powerbank” Təqsirləndirilən şəxs2 yaxın qohumlarından birinə qaytarılsın, «Şəxsi axtarış və götürmə» prosessual hərəkətlərin əks olunduğu videoçəkilişin yazıldığı 2 ədəd CD disk, Vahid Rəcəbova oxşar şəxsin foto şəkilləri olan 01 CD disk, X14 oxşar şəxsin və çox sayda qadın cinsindən olan şəxslərin foto şəkilləri olan 1 ədəd CD disk, "xxxx" ASC-nin müştərisi X11 məxsus 4169 7413 1529 6192 saylı plastik kartın hesabından çıxarışlar, Azərbaycan Beynəlxalq Bankı”nın Nəsimi filialının müştərisi X9 məxsus 5167 5133 4061 4114 saylı plastik kartın hesabından çıxarışlar cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatlarının dəyəri 211,82 manat (iki yüz on iki manat səksən iki qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Siyavuş Hacıyev

hakimlər: Rahib Salmanov

Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar