Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-549/2022 24.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1n nümayəndələri Nümayəndə1 və X2, zərərçəkmiş şəxs hüquqi şəxs Nəsimi rayonu Mənzil Kommnual Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə2, müdafiəçilər - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri X20, X5 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx xxxxxxxx 1973-cü il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 49 və 14 nömrəli Mənzil kommunal istismar sahələrində rəis vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci, 308.2-ci və 313-cü maddələri, 24 avqust 1956-cı il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil kommunal istismar sahəsində böyük hesabdar vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 3 ünvanında qeydiyyatda faktiki həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1-ci, 179.2.3-cü, 179.2.4-cü və 313-cü maddələri, xx xxxxxx 1965-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, cinayət törədilən vaxt Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil kommunal istismar sahəsində mühəndis vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər və ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının strukturuna aid Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin 31.07.2012-ci il tarixli 97/4 nömrəli əmrinə əsasən həmin departamentin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 49 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində təyin edilməklə həmin tarixdən 08.11.2018-ci il tarixədək olan dövrdə qeyd edilən vəzifədə işləyərkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş, 29 noyabr 2005-ci il tarixdə 3204 nömrə ilə qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X10”na, habelə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin 20 dekabr 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin Əsasnaməsi”nə əsasən özünün səlahiyyətləri daxilində Mənzil İstismar Sahəsinin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə icrası bütün işçiləri üçün məcburi olan göstərişlər vermək və yerinə yetirilməsini təmin edən tədbirlər görmək, qüvvədə olan əmək qanunvericiliyinə riayət etməklə Mənzil İstismar Sahəsinin işçilərini işə qəbul etmək və işdən azad etmək, Mənzil İstismar Sahəsinin qarşısında duran məsələləri həll etmək üçün müqavilələr bağlamaq, vəkalətnamələr vermək, Mənzil İstismar Sahəsinin pul vəsaitlərinin və maddi qiymətlilərin qorunub saxlanmasını təmin etmək, işçilər tərəfindən istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etmək, əmək intizamını pozanlara inzibati cəza verilməsi haqqında təkliflər təqdim etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək öz qulluq mövqeyindən istifadə etməklə Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə 1 fevral 2014-cü il tarixdən 8 noyabr 2018-ci il tarixədək olan müddətdə MKİS-də müxtəlif vəzifələrdə işləyən şəxslərin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməmələrinə baxmayaraq, onların işdən çıxarılmasını rəsmiləşdirməyib adlarına əmək haqqı köçürülməsi üçün əsas olmuş iş vaxtının uçotu tabellərinə ünvan 6 ünvanında yerləşən 49 nömrəli MKİS-in inzibati binasında həmin şəxslərin guya işə çıxmaqla əmək haqqı almalarına dair bilə-bilə yalan məlumatları barəsində müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmiş X38 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sonuncu tərəfindən daxil edilib öz imzası ilə təsdiq edilməsindən sonra həmin tabelləri şəxsən öz imzası və 49 nömrəli MKİS-in möhürü ilə təsdiqləyib 01 fevral 2014-cü il tarixdən 2017-ci ilin may ayınadək həmin şəxslərə iş yeri üzrə nağd formada verilmiş əmək haqqını aybaay onlardan nağd formada, 2017-ci ilin may ayından etibarən 8 noyabr 2018-ci il tarixədək həmin şəxslərin adlarına olmaqla "xxxx" ASC tərəfindən verilmiş və özündə saxladığı əmək haqqı kartlarına qeyd edilən müddətdə köçürülmüş müxtəlif məbləğdə pul vəsaitini, o cümlədən, 1 aprel 2013-cü il tarixdən həmin MKİS-də liftçi kimi rəsmiləşdirilmiş Şahid10 1 fevral 2014-cü il tarixdən 2018-ci ilin dekabr ayınadək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini rəsmiləşdirməyib əlbir olduğu və barəsində müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmiş həmin MKİS-də mühəndis vəzifəsində işləyən Həsrət Əhmədov tərəfindən məzmununa Şahid10 davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş və imzalanmış rəsmi sənəd hesab olunan 2014-cü ilin fevral-avqust, habelə oktyabr-dekabr ayları üzrə 10 ay, 2015-ci ilin yanvar-iyul, habelə sentyabr-dekabr ayları üzrə 11 ay, 2016-cı il üzrə 12 ay, 2017-ci ilin yanvar-may, iyul, habelə sentyabr-dekabr ayları üzrə 10 ay, 2018-ci ilin yanvar-oktyabr ayları üzrə 10 ay da daxil olmaqla, ümumilikdə 53 ay üzrə, bundan başqa, məzmununa Həsrət Əhmədov tərəfindən bilə-bilə eyni xarakterli yalan məlumatlar daxil edilmiş 2014-cü ilin sentyabr ayı üzrə 1, 2015-ci ilin avqust ayı üzrə 1, 2017-ci ilin iyun və avqust ayları da daxil olmaqla 2, ümumilikdə 57 ay üzrə Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 49 nömrəli Mənzil- Kommunal İstismar Sahəsi üzrə iş vaxtının uçotu tabellərini vahid niyyətlə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov 3 ünvanında yerləşən 49 nömrəli MKİS-in inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla Noruzəli Hüseynova 1 fevral 2014-cü ildən 2017-ci ilin mart ayınadək nağd qaydada iş yeri üzrə əmək haqqı qismində verilmiş cəmi 5.951,33 manat vəsaiti Şahid10 nağd qaydada, "xxxx" ASC-dən Şahid10 verilmiş 510307******6225 nömrəli plastik əmək haqqı kartını sonuncudan alıb özündə saxlamaqla 8 may 2017-ci il tarixdən 5 noyabr 2018-ci il tarixədək həmin karta köçən 3239 manat vəsaiti, cəmi 9190,33 manat (doqquz min bir yüz doxsan manat otuz üç qəpik) məbləğində, həmçinin, eyni niyyətlə, 15 fevral 2014-cü il tarixdən həmin MKİS-də dalandar kimi rəsmiləşdirilmiş X12 15 fevral 2014-cü il tarixdən 2018ci ilin dekabr ayınadək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini rəsmiləşdirməyib əlbir olduğu və barəsində müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmiş Həsrət Əhmədov tərəfindən məzmununa Gülnarə Abdinovanın davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş və imzalanmış rəsmi sənəd hesab olunan 2014cü ilin fevral-avqust, habelə oktyabr-dekabr ayları üzrə 10 ay, 2015-ci ilin yanvar-iyul, habelə sentyabr-dekabr ayları üzrə 11 ay, 2016-cı il üzrə 12 ay, 2017-ci ilin yanvar-may, iyul, habelə sentyabr-dekabr ayları üzrə 10 ay, 2018-ci ilin yanvar-oktyabr ayları üzrə 10 ay da daxil olmaqla, ümumilikdə 53 ay üzrə, bundan başqa məzmununa Həsrət Əhmədov tərəfindən bilə-bilə eyni xarakterli yalan məlumatlar daxil edilmiş 2014-cü ilin sentyabr ayı üzrə 1, 2015-ci ilin avqust ayı üzrə 1, 2017-ci ilin iyun və avqust ayları da daxil olmaqla 2, ümumilikdə 57 ay üzrə Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi üzrə iş vaxtının uçotu tabellərini vahid niyyətlə 49 nömrəli MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla Gülnarə Abdinovaya 15 fevral 2014-cü ildən 2017-ci ilin mart ayınadək nağd qaydada iş yeri üzrə əmək haqqı qismində verilmiş cəmi 5.710,83 manat vəsaiti Gülnarə Abdinovadan nağd qaydada, "xxxx" ASC-dən Gülnarə Abdinovaya verilmiş 510307******5913 nömrəli plastik əmək haqqı kartını sonuncudan alıb özündə saxlamaqla 8 may 2017-ci il tarixdən 5 noyabr 2018-ci il tarixədək həmin karta köçən 3.238 manat vəsaiti, cəmi 8.948,83 manat (səkkiz min doqquz yüz qırx səkkiz manat doxsan iki qəpik) məbləğində, müvafiq olaraq Şahid10 və Gülnarə Abdinovadan Bakı şəhəri, Nəsimi rayonu ərazisində şəxsən nağd qaydada, habelə 8 may 2017-ci il tarixdən 6 noyabr 2018-ci il tarixədək sonunculara məxsus plastik kartlardan istifadə etməklə Bakı şəhərində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlarda, eləcə də sonuncu dəfə 5 noyabr 2018-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Araz Market”də quraşdırılmış həmin banka aid bankomat cihazında nağdlaşdıraraq çıxarmasından sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 18.139,16 manat (on səkkiz min bir yüz otuz doqquz manat, on altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi, MKİS-də əməyin düzgün təşkili, icra intizamının təmini və ona nəzarətin həyata keçirilməsi üzrə həmin xəstəxananın fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi barəsində müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmiş Həsrət Əhmədov ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının strukturuna aid Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin 08 noyabr 2018-ci il tarixli 119/3 nömrəli əmrinə əsasən həmin departamentin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil- Kommunal İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilməklə 17 sentyabr 2021-ci il tarixədək olan dövrdə həmin vəzifədə işləyərkən qeyd edilən funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək öz qulluq mövqeyindən istifadə etməklə Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə 8 noyabr 2018-ci il tarixdən 1 sentyabr 2021-ci il tarixədək olan müddətdə MKİS-də müxtəlif vəzifələrdə, eləcə də Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (İcraçı) və DOST İŞ Mərkəzi MMC arasında bağlanmış 10.01.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”in 4.4-cü bəndinə əsasən mərkəzin rəsmi işçisi hesab olunmasına baxmayaraq, əmək və icra intizamına nəzarətin icraçı tərəfindən həyata keçirilməli olması barədə tələbləri pozaraq Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil kommunal istismar sahəsinə təhkim edilmiş ayrı-ayrı şəxslərin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməmələrinə baxmayaraq, onların işə gəlməmə hallarını rəsmiləşdirməyib, adlarına əmək haqqı köçürülməsi üçün əsas olmuş iş vaxtının uçotu tabellərinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov 3 ünvanında yerləşən 14 nömrəli MKİS-in inzibati binasında MKİS-in MKTB ilə əmək müqaviləsi bağlamış həmin işçilərinin guya mütəmadi olaraq işə çıxmalarına dair bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olduğu 31 may 2005-ci il tarixdən 14 saylı MKİSdə böyük hesabdar vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 daxil edib öz imzası ilə təsdiq etməsindən sonra həmin tabelləri 14 nömrəli MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla, habelə 4 may 2018-ci il tarixdən həmin MKİS-də hesabdar vəzifəsində işləmiş cinayətdən xəbərsiz X13 eyni xarakterli yalan məlumatları daxil edib öz imzası ilə təsdiq etməsindən sonra həmin tabelləri 14 nömrəli MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla, bundan başqa, 9 aprel 2013-cü il tarixdən həmin MKİS-də mühəndis vəzifəsində işləyən qabaqcadan əlbir olduğu Həsənova (Əhmədova) Naidə Burxan qızının eyni xarakterli yalan məlumatları 2019-cu ilin dekabr ayı üzrə 14 nömrəli MKİS-in iş vaxtının uçotu tabelinə daxil edib imzalamasından sonra, həmçinin Zərərçəkmiş şəxs1 MMC ilə əmək müqaviləsi bağlamaqla 14 nömrəli MKİS-ə təhkim edilmiş həmin işçilərin mütəmadi olaraq işə çıxmalarına dair bilə-bilə yalan məlumatları 14 nömrəli MKİS-in Zərərçəkmiş şəxs1 MMC-nin işçisi olmaqla rəhbərlik etdiyi MKİS-ə təhkim edilmiş sosial işçilər barədə iş vaxtının uçotu tabellərinə vahid tamah niyyəti ilə həmin MKİS-in inzibati binasında daxil edib bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd olan həmin iş vaxtının uçotu tabellərini imzalamaqla 14 nömrəli MKİS-in möhürü ilə təsdiqləyib 8 noyabr 2018-ci il tarixdən 2021-ci ilin sentyabr ayınadək həmin şəxslərin adlarına olmaqla "xxxx" ASC tərəfindən verilmiş və özündə saxladığı əmək haqqı kartlarına qeyd edilən müddətdə köçürülmüş müxtəlif məbləğdə pul vəsaitini, o cümlədən, 2 iyun 2014-cü il tarixdən 13 avqust 2021-ci tarixədək olan müddətdə həmin MKİS-də dalandar kimi rəsmiləşdirilmiş X21 8 noyabr 2018-ci il tarixdən 13 avqust 2021-ci il tarixədək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun işə gəlməmə hallarını rəsmiləşdirməyib məzmununa əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən Ayşən Xəlilovanın davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş və imzalanmış rəsmi sənəd hesab olunan 2018-ci ilin noyabr-dekabr ayları üzrə 2 ay, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə 10 ay, 2020-ci ilin fevral-dekabr ayları üzrə 11 ay, 2021-ci ilin yanvaravqust ayları üzrə 8 ay da daxil olmaqla, ümumilikdə 31 ay üzrə, eləcə də tapşırığı əsasında cinayətdən xəbərsiz X23 tərəfindən məzmununa eyni xarakterli yalan məlumatlar daxil edilmiş rəsmi sənəd hesab edilən 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayı da daxil olmaqla, ümumilikdə 33 ay üzrə 14 nömrəli MKİS üzrə iş vaxtının uçotu tabellərini, vahid niyyətlə həmin MKİS-in ünvan 9 ünvanında yerləşən inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla, bundan başqa, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 tərəfindən məzmununa bilə-bilə eyni xarakterli yalan məlumatlar daxil edilmiş və imzalanmış rəsmi sənəd hesab edilən 2019-cu ilin noyabr ayı üzrə həmin MKİS-in iş vaxtının uçotu tabelini vahid niyyətlə həmin MKİS-in ünvan 9 ünvanında yerləşən 14 nömrəli MKİS-in inzibati binasında 14 nömrəli MKİS-in möhürü ilə təsdiqləməklə 8 noyabr 2018-ci il tarixdən 13 avqust 2021-ci il tarixədək olan müddətdə Ayşən Xəlilovaya əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASC-dən Ayşən Xəlilovaya verilmiş 510307******6382 nömrəli plastik əmək haqqı kartını sonuncudan alıb özündə saxlamaqla 12 noyabr 2018-ci il tarixdən 6 sentyabr 2021-ci il tarixədək həmin karta köçürülmüş cəmi 8.165 (səkkiz min bir yüz altmış beş) manat məbləğində, həmçinin, eyni niyyətlə, 19 aprel 2017-ci il tarixdən həmin MKİS-də çilingər-santexnik kimi rəsmiləşdirilmiş Şahid8 8 noyabr 2018-ci il tarixdən 2021-ci ilin sentyabr ayınadək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun işə gəlməmə hallarını rəsmiləşdirməyib məzmununa qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən Şahid8 davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş və imzalanmış rəsmi sənəd hesab olunan 2018-ci ilin noyabr-dekabr ayları üzrə 2, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə 10, 2020-ci ilin fevral-dekabr ayları üzrə 11 ay, 2021-ci ilin yanvaravqust ayları üzrə 8 ay da daxil olmaqla, ümumilikdə 31 ay üzrə, eləcə də tapşırığı əsasında cinayətdən xəbərsiz X23 tərəfindən məzmununa eyni xarakterli yalan məlumatlar daxil edilmiş rəsmi sənəd hesab edilən 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayları da daxil olmaqla, ümumilikdə 33 ay üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabellərini, vahid niyyətlə 14 nömrəli MKİS-in Bakı şəhəri Nəsimi rayonu, Mirəsədulla Mirqasımov 3 ünvanında yerləşən inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla, bundan başqa, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 tərəfindən məzmununa bilə-bilə eyni xarakterli yalan məlumatlar daxil edilmiş və imzalanmış rəsmi sənəd hesab edilən 2019-cu ilin noyabr ayı üzrə həmin MKİS-in iş vaxtının uçotu tabelini vahid niyyətlə həmin MKİS-in inzibati binasında eyni möhürlə təsdiqləməklə 1 aprel 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan müddətdə Şahid8 əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASC-dən Şahid8 verilmiş 416974******8472 nömrəli plastik əmək haqqı kartını 2021-ci ilin fevral ayınadək, həmin tarixdən 2021-ci ilin sentyabr ayınadək isə həmin bankdan sonuncuya verilmiş 510307******2072 nömrəli plastik əmək haqqı kartını Şahid8 alıb özündə saxlamaqla 12 noyabr 2018-ci il tarixdən 6 sentyabr 2021-ci il tarixədək həmin karta köçürülmüş cəmi 7.269,55 (yeddi min iki yüz altmış doqquz manat əlli beş qəpik) manat məbləğində, həmçinin, eyni niyyətlə, 2 iyun 2014-cü il tarixdən həmin MKİS-də dalandar kimi rəsmiləşdirilmiş Şahid9 1 aprel 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun işə gəlməmə hallarını rəsmiləşdirməyib məzmununa əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən Şahid9 davamlı olaraq guya işə gəlməsi barədə biləbilə yalan məlumatlar daxil edilmiş və imzalanmış rəsmi sənəd hesab olunan 2019-cu ilin aprel-oktyabr ayları üzrə 7, 2020-ci ilin fevral-dekabr ayları üzrə 11, 2021-ci ilin yanvar-avqust ayları üzrə 8 ay da daxil olmaqla, ümumilikdə 26 ay üzrə, eləcə də cinayətdən xəbərsiz X23 tərəfindən məzmununa eyni xarakterli yalan məlumatlar daxil edilmiş rəsmi sənəd hesab edilən 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayları da daxil olmaqla ümumilikdə 28 ay üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabellərini, vahid niyyətlə 14 nömrəli MKİSin inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla, bundan başqa qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 tərəfindən məzmununa bilə-bilə eyni xarakterli yalan məlumatlar daxil edilmiş və imzalanmış rəsmi sənəd hesab edilən 2019-cu ilin noyabr ayı üzrə həmin MKİS-in iş vaxtının uçotu tabelini vahid niyyətlə həmin MKİS-in inzibati binasında eyni möhürlə təsdiqləməklə 1 aprel 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan müddətdə Şahid9 əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASC-dən Şahid9 verilmiş 510307******6695 nömrəli plastik əmək haqqı kartını sonuncudan alıb özündə saxlamaqla 1 aprel 2019-cu il tarixdən 6 sentyabr 2021-ci il tarixədək həmin karta köçürülmüş cəmi 7.300 (yeddi min üç yüz) manat məbləğində, həmçinin, eyni niyyətlə, 6 fevral 2019-cu il tarixdən 21 sentyabr 2021-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi kimi rəsmiləşdirilməklə 14 nömrəli MKİS-ə təhkim edilmiş Şahid4 6 fevral 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun işə gəlməmə hallarını rəsmiləşdirməyib məzmununa davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab olunan 2019-cu ilin fevral-dekabr ayları üzrə 11, 2020-ci il üzrə 12, 2021-ci ilin yanvar-avqust ayları üzrə 8 ay da daxil olmaqla, ümumilikdə 31 ay üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabellərini vahid niyyətlə 14 nömrəli MKİS-in inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla 6 fevral 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan müddətdə Şahid4 əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASC-dən sonuncuya verilmiş 416974******8405 nömrəli plastik əmək haqqı kartını Şahid4 alıb özündə saxlamaqla 4 mart 2019-cu il tarixdən 31 avqust 2021-ci il tarixədək həmin karta köçürülmüş cəmi 6.734 (altı min yeddi yüz otuz dörd) manat məbləğində, həmçinin, eyni niyyətlə, 7 fevral 2019-cu il tarixdən 21 sentyabr 2021-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi kimi rəsmiləşdirilməklə 14 nömrəli MKİS-ə təhkim edilmiş X3 7 fevral 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun işə gəlməmə hallarını rəsmiləşdirməyib məzmununa Xanlar Bəkirovun davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab olunan 2019-cu ilin fevral-dekabr ayları üzrə 11, 2020-ci il üzrə 12, 2021-ci ilin yanvar-avqust ayları üzrə 8 ay da daxil olmaqla, ümumilikdə 31 ay üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabellərini vahid niyyətlə 14 nömrəli MKİS-in inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla 7 fevral 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan müddətdə Xanlar Bəkirova əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASCdən sonuncuya verilmiş 416974******1234 nömrəli plastik əmək haqqı kartını Xanlar Bəkirovdan alıb özündə saxlamaqla 1 mart 2019-cu il tarixdən 1 sentyabr 2021-ci il tarixədək həmin karta köçürülmüş cəmi 7.181 (yeddi min bir yüz səksən bir) manat məbləğində, həmçinin, eyni niyyətlə, 18 fevral 2019-cu il tarixdən 21 sentyabr 2021-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi kimi rəsmiləşdirilməklə 14 nömrəli MKİS-ə təhkim edilmiş Şahid3 18 fevral 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun işə gəlməmə hallarını rəsmiləşdirməyib məzmununa Şahid3 davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab olunan 2019-cu ilin fevral-dekabr ayları üzrə 11, 2020-ci il üzrə 12, 2021-ci ilin yanvar-avqust ayları üzrə 8 ay da daxil olmaqla, ümumilikdə 31 ay üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabellərini vahid niyyətlə 14 nömrəli MKİS-in ünvan 9 ünvanında yerləşən inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla 18 fevral 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan müddətdə Şahid3 əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASC-dən sonuncuya verilmiş 416974******8864 nömrəli plastik əmək haqqı kartını Şahid3 alıb özündə saxlamaqla 11 mart 2019-cu il tarixdən 1 sentyabr 2021-ci il tarixədək həmin karta köçürülmüş cəmi 7.162 (yeddi min bir yüz altmış iki) manat məbləğində, həmçinin, eyni niyyətlə, 19 fevral 2019-cu il tarixdən 21 sentyabr 2021-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi kimi rəsmiləşdirilməklə 14 nömrəli MKİS-ə təhkim edilmiş Şahid2 19 fevral 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun işə gəlməmə hallarını rəsmiləşdirməyib məzmununa Şahid2 davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab olunan 2019-cu ilin fevral-dekabr ayları üzrə 11, 2020-ci il üzrə 12, 2021-ci ilin yanvar-avqust ayları üzrə 8 ay da daxil olmaqla, ümumilikdə 31 ay üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabellərini vahid niyyətlə 14 nömrəli MKİS-in ünvan 9 ünvanında yerləşən inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla 19 fevral 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan müddətdə Şahid2 əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASC-dən sonuncuya verilmiş 416974******4299 nömrəli plastik əmək haqqı kartını Şahid2 alıb özündə saxlamaqla 4 mart 2019-cu il tarixdən 31 avqust 2021-ci il tarixədək həmin karta köçürülmüş cəmi 6.747,95 (altı min yeddi yüz qırx yeddi manat doxsan beş qəpik) manat məbləğində, həmçinin, eyni niyyətlə, 28 fevral 2019-cu il tarixdən 21 sentyabr 2021-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi kimi rəsmiləşdirilməklə 14 nömrəli MKİS-ə təhkim edilmiş Şahid6 28 fevral 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun işə gəlməmə hallarını rəsmiləşdirməyib məzmununa Şahid6 davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab olunan 2019-cu ilin fevral-dekabr ayları üzrə 11, 2020-ci il üzrə 12, 2021-ci ilin yanvar-avqust ayları üzrə 8 ay da daxil olmaqla, ümumilikdə 31 ay üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabellərini vahid niyyətlə 14 nömrəli MKİS-in inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla 28 fevral 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan müddətdə Şahid6 əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "Kapital Bank” ASC-dən sonuncuya verilmiş 416974******3093 nömrəli plastik əmək haqqı kartını Şahid6 alıb özündə saxlamaqla 19 mart 2019-cu il tarixdən 31 avqust 2021-ci il tarixədək həmin karta köçürülmüş cəmi 6.913 (altı min doqquz yüz on üç) manat məbləğində, həmçinin, eyni niyyətlə, 12 mart 2019-cu il tarixdən 4 sentyabr 2020-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi kimi rəsmiləşdirilməklə 14 nömrəli MKİS-ə təhkim edilmiş Şahid7 12 mart 2019-cu il tarixdən 4 sentyabr 2020-ci il tarixədək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun işə gəlməmə hallarını rəsmiləşdirməyib məzmununa Şahid7 davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab olunan 2019-cu ilin mart-dekabr ayları üzrə 10, 2020-ci il üzrə yanvar-sentyabr ayları üzrə 9 ay da daxil olmaqla, cəmi 19 ay üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabellərini vahid niyyətlə 14 nömrəli MKİS-in ünvan 9 ünvanında yerləşən inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla 12 mart 2019-cu il tarixdən 4 sentyabr 2020-ci il tarixədək olan müddətdə Şahid7 əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASC-dən Şahid7 verilmiş 510307******6741 nömrəli plastik əmək haqqı kartını Şahid7 alıb özündə saxlamaqla 1 aprel 2019-cu il tarixdən 30 sentyabr 2020-ci il tarixədək həmin karta köçürülmüş cəmi 4.292 (dörd min iki yüz doxsan iki) manat məbləğində, həmçinin, eyni niyyətlə, 21 fevral 2020-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi kimi rəsmiləşdirilməklə 14 nömrəli MKİS-ə təhkim edilmiş X24 1 may 2020ci il tarixdən 2021-ci ilin sentyabr ayınadək işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda onun işə gəlməmə hallarını rəsmiləşdirməyib məzmununa Arzu Rəhimovun davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab olunan 2020-ci ilin may-dekabr ayları üzrə 8, 2021-ci ilin yanvar-avqust ayları üzrə 8 ay da daxil olmaqla, ümumilikdə 16 ay üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabellərini vahid niyyətlə 14 nömrəli MKİS-in inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla 1 may 2020-ci il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan müddətdə Arzu Rəhimova əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASC-dən sonuncuya verilmiş 416974******1576 nömrəli plastik əmək haqqı kartını Arzu Rəhimovdan alıb özündə saxlamaqla 22 may 2020ci il tarixdən 31 avqust 2021-ci il tarixədək həmin karta köçürülmüş cəmi 2.878 (iki min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində, ümumilikdə, 2018-ci ilin noyabr ayından 2021-ci ilin oktyabr ayınadək olan müddətdə 10 nəfər həmin şəxsin adına olan plastik kartlardan istifadə etməklə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən həmin banka məxsus bankomatlardan, eləcə də sonuncu dəfə 6 sentyabr 2021-ci il tarixdə ünvan 12 ünvanında yerləşən "xxxx" ASC-nin Nəsimi filialında quraşdırılmış həmin banka aid bankomat cihazında şəxsən, eləcə də cinayətdən xəbərsiz Reyhan Qasımova vasitəsilə nağdlaşdırıb çıxararaq şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə edərək Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məxsus 22.734,55 manat, Zərərçəkmiş şəxs1 MMC-yə məxsus 41.907,95 manat məbləğində olmaqla, ona etibar edilmiş cəmi 64.642,50 (altmış dörd min altı yüz qırx iki manat əlli qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamış, həmin hərəkətləri ilə Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və Zərərçəkmiş şəxs1 MMC-nin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi, MKİS-də əməyin düzgün təşkili, icra intizamının təmini və ona nəzarətin həyata keçirilməsi üzrə həmin MKTB-nin və MMC-nin fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla tamah niyyəti ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 və Naidə Həsənova (Əhmədova) ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə biləbilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil- Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləyərkən qeyd edilən funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 21 may 2005-ci il tarixdən 14 saylı MKİS-də böyük hesabdar vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqelərindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətlərinə uyğun olaraq, 19 fevral 2019-cu il tarixdən 21 sentyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil kommunal istismar sahəsinə təhkim edilmiş Şahid5 Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (İcraçı) və Zərərçəkmiş şəxs1 MMC arasında bağlanmış 10.01.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”in 4.4-cü bəndinə əsasən mərkəzin rəsmi işçisi hesab olunmasına baxmayaraq, onun əmək və icra intizamına nəzarətin icraçı tərəfindən həyata keçirilməli olması barədə tələbləri pozaraq faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda məzmununa özü tərəfindən Şahid5 davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd hesab olunan 2019-cu ilin fevral-dekabr ayları üzrə 11, 2020-ci il üzrə 12, 2021-ci ilin yanvar-avqust ayları üzrə 8 ay da daxil olmaqla, ümumilikdə 31 ay üzrə həmin MKİS-in iş vaxtının uçotu tabellərini vahid niyyətlə 14 nömrəli MKİS-in Bakı şəhəri Nəsimi rayonu, Mirəsədulla Mirqasımov 3 ünvanında yerləşən inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla 19 fevral 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan müddətdə Şahid5 əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASC-dən sonuncuya verilmiş 416974******7879 nömrəli plastik əmək haqqı kartını Şahid5 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə alıb özlərində saxlamaqla 7 mart 2019-cu il tarixdən 31 avqust 2021-ci il tarixədək olan müddətdə həmin karta köçürülmüş 6.921 (altı min doqquz yüz iyirmi bir) manat məbləğində pul vəsaitini sonuncu və 4 may 2018-ci il tarixdən həmin MKİS-də hesabdar vəzifəsində işləməklə cinayətdən xəbərsiz olan Reyhan Qasımova vasitəsilə 11 mart 2019-cu il tarixdən 1 sentyabr 2021-ci il tarixədək həmin plastik kartdan istifadə etməklə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən həmin banka məxsus bankomatlardan, eləcə də sonuncu dəfə 31 avqust 2021-ci il tarixdə ünvan 14 ünvanında yerləşən “Premium Market”də quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomat cihazında nağdlaşdıraraq çıxarmasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə aralarında bölməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olmaqla onlara etibar edilmiş cəmi 6.918,28 (altı min doqquz yüz on doqquz manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs1 MMC-nin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi, MKİS-də əməyin düzgün təşkili, icra intizamının təmini və ona nəzarətin həyata keçirilməsi üzrə həmin MMC və MKTB-nin fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla tamah niyyəti ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə biləbilə yalan məlumatları təkrarən daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil- Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləyərkən qeyd edilən funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 9 aprel 2013-cü il tarixdən həmin MKİS-də mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 (Həsənova) ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqelərindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətlərinə uyğun olaraq, 28 fevral 2019-cu il tarixdən 16 iyun 2020-ci il tarixədək Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil kommunal istismar sahəsinə təhkim edilmiş Şahid1 Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (İcraçı) və DOST İŞ Mərkəzi MMC arasında bağlanmış 10.01.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”in 4.4-cü bəndinə əsasən mərkəzin rəsmi işçisi hesab olunmasına baxmayaraq onun əmək və icra intizamına nəzarətin icraçı tərəfindən həyata keçirilməli olması barədə tələbləri pozaraq faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda məzmununa özü tərəfindən Şahid1 davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd hesab olunan 2019-cu ilin fevral-dekabr ayları üzrə 11, 2020-ci ilin yanvar-iyun ayları üzrə 6 ay da daxil olmaqla, ümumilikdə 17 ay üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabellərini vahid niyyətlə 14 nömrəli MKİS-in ünvan 9 ünvanında yerləşən inzibati binasında həmin MKİS-in möhürü ilə təsdiqləyib imzalamaqla 19 fevral 2019-cu il tarixdən 2020-ci ilin iyul ayınadək olan müddətdə Şahid1 əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASC-dən sonuncuya verilmiş 510307******9461 nömrəli plastik əmək haqqı kartını Şahid1 əlbir olduğu Təqsirləndirilən şəxs3 vasitəsilə alıb özlərində saxlamaqla 19 mart 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək həmin karta köçürülmüş 3.746 (üç min yeddi yüz qırx altı) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs3, sonuncunun cinayətdən xəbərsiz oğlu X28, eləcə də 4 may 2018-ci il tarixdən həmin MKİS-də hesabdar vəzifəsində işləməklə cinayətdən xəbərsiz olan Reyhan Qasımova vasitəsilə 19 fevral 2019-cu il tarixdən 1 iyul 2020-ci il tarixədək həmin plastik kartdan istifadə etməklə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən həmin banka məxsus bankomatlardan, eləcə də sonuncu dəfə 1 iyul 2020-ci il tarixdə ünvan 15 ünvanında yerləşən Nərimi rayon Mühafizə İdarəsində quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomat cihazında nağdlaşdıraraq çıxarmasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs3 ilə aralarında bölməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olmaqla onlara etibar edilmiş 3.746 (üç min yeddi yüz qırx altı) manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən mənimsəməklə talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs1 MMC-nin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi, MKİS-də əməyin düzgün təşkili, icra intizamının təmini və ona nəzarətin həyata keçirilməsi üzrə həmin MMC və MKTB-nin fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının strukturuna aid Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabe Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədrinin 31 may 2005-ci il tarixli 47 nömrəli əmrinə əsasən həmin birliyin 14 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin böyük hesabdarı vəzifəsinə təyin edilməklə 17 sentyabr 2021-ci il tarixədək olan dövrdə həmin vəzifədə işləyərkən vəzifəli şəxs qismində 8 noyabr 2018-ci il tarixdən həmin MKİS-də rəis vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə şəxsi niyyətlə 2018-ci ilin noyabr ayından 2021-ci ilin sentyabr ayınadək olan dövr ərzində 2 iyun 2014-cü il tarixdən 13 avqust 2021-ci tarixədək olan müddətdə həmin MKİS-də dalandar kimi rəsmiləşdirilmiş X21, 19 aprel 2017-ci il tarixdən həmin MKİS-də çilingərsantexnik kimi rəsmiləşdirilmiş Şahid8, bundan başqa 1 aprel 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan dövrdə isə 2 iyun 2014-cü il tarixdən həmin MKİS-də dalandar kimi rəsmiləşdirilmiş Şahid9 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiklərini bildiyi halda sonuncuların qeyd edilən dövrdə davamlı olaraq guya işə gəlmələri barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd hesab olunan 2018-ci ilin noyabr-dekabr ayları üzrə 2 ay, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə 10 ay, 2020-ci ilin fevral-dekabr ayları üzrə 11 ay, 2021-ci ilin yanvar-avqust ayları üzrə 8 ay da daxil olmaqla, ümumilikdə 31 ay üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabellərinə 2018-ci ilin noyabr ayından 2021-ci ilin sentyabr ayınadək olan müddətdə 14 nömrəli MKİS-in Bakı şəhəri Nəsimi rayonu, Mirəsədulla Mirqasımov 3 ünvanında yerləşən inzibati binasında daxil edib imzaladıqdan sonra əlbir olduğu Təqsirləndirilən şəxs1 həmin tabelləri imzalayıb 14 nömrəli MKİSin möhürü ilə təsdiqləməsi ilə vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən maddi məsul vəzifəli şəxs kimi, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqelərindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətlərinə uyğun olaraq, 19 fevral 2019-cu il tarixdən 21 sentyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil kommunal istismar sahəsinə təhkim edilmiş Şahid5 Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (İcraçı) və Zərərçəkmiş şəxs1 MMC arasında bağlanmış 10.01.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”in 4.4-cü bəndinə əsasən mərkəzin rəsmi işçisi hesab olunmasına baxmayaraq, onun əmək və icra intizamına nəzarətin icraçı tərəfindən həyata keçirilməli olması barədə tələbləri pozaraq faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda məzmununa əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən Şahid5 davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd hesab olunan 2019-cu ilin fevral-dekabr ayları üzrə 11, 2020-ci il üzrə 12, 2021-ci ilin yanvar-avqust ayları üzrə 8 ay da daxil olmaqla, ümumilikdə 31 ay üzrə həmin MKİS-in iş vaxtının uçotu tabellərinin Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmaqla həmin MKİS-in möhürü ilə təsdiqlənməsinə nail olub 19 fevral 2019-cu il tarixdən 2021-ci ilin sentyabr ayınadək olan müddətdə Şahid5 əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASC-dən sonuncuya verilmiş 416974******7879 nömrəli plastik əmək haqqı kartını Şahid5 alıb özündə saxlamaqla 7 mart 2019-cu il tarixdən 31 avqust 2021-ci il tarixədək olan müddətdə həmin karta köçürülmüş 6.921 (altı min doqquz yüz iyirmi bir) manat məbləğində pul vəsaitini şəxsən və 4 may 2018-ci il tarixdən həmin MKİS-də hesabdar vəzifəsində işləməklə cinayətdən xəbərsiz olan X23 vasitəsilə 11 mart 2019-cu il tarixdən 1 sentyabr 2021-ci il tarixədək həmin plastik kartdan istifadə etməklə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən həmin banka məxsus bankomatlardan, eləcə də sonuncu dəfə 31 avqust 2021-ci il tarixdə ünvan 14 ünvanında yerləşən “Premium Market”də quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomat cihazında nağdlaşdıraraq çıxarmasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olmaqla onlara etibar edilmiş cəmi 6.919,28 (altı min doqquz yüz on doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının strukturuna aid Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin 09 aprel 2013-cü il tarixli 43 nömrəli əmrinə əsasən həmin departamentin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi vəzifəsinə təyin edilməklə maddi məsul vəzifəli şəxs kimi 17 sentyabr 2021-ci il tarixədək olan dövrdə həmin vəzifədə işləyərkən 8 noyabr 2018-ci il tarixdən həmin MKİS-də rəis vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqelərindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətlərinə uyğun olaraq, 28 fevral 2019-cu il tarixdən 16 iyun 2020-ci il tarixədək Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil kommunal istismar sahəsinə təhkim edilmiş Şahid1 Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (İcraçı) və DOST İŞ Mərkəzi MMC arasında bağlanmış 10.01.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”in 4.4-cü bəndinə əsasən mərkəzin rəsmi işçisi hesab olunmasına baxmayaraq, onun əmək və icra intizamına nəzarətin icraçı tərəfindən həyata keçirilməli olması barədə tələbləri pozaraq faktiki olaraq işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda məzmununa əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, rəsmi sənəd hesab olunan 2019-cu ilin fevral-dekabr ayları üzrə 11, 2020-ci ilin yanvar-iyun ayları üzrə 6 ay da daxil olmaqla, ümumilikdə 17 ay üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabellərinin Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmaqla həmin MKİS-in möhürü ilə təsdiqlənməsinə nail olub 19 fevral 2019-cu il tarixdən 2020-ci ilin iyul ayınadək olan müddətdə Şahid1 əmək haqqı hesablanıb ödənilməsinə şərait yaradaraq, "xxxx" ASC-dən sonuncuya verilmiş 510307******9461 nömrəli plastik əmək haqqı kartını Şahid1 alıb özündə saxlamaqla 19 mart 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək həmin karta köçürülmüş 3.746 (üç min yeddi yüz qırx altı) manat məbləğində pul vəsaitini şəxsən, cinayətdən xəbərsiz oğlu X28, eləcə də 4 may 2018-ci il tarixdən həmin MKİS-də hesabdar vəzifəsində işləməklə cinayətdən xəbərsiz olan X23 vasitəsilə 19 fevral 2019-cu il tarixdən 1 iyul 2020-ci il tarixədək həmin plastik kartdan istifadə etməklə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən həmin banka məxsus bankomatlardan, eləcə də sonuncu dəfə 1 iyul 2020-ci il tarixdə ünvan 15 ünvanında yerləşən Nərimi rayon Mühafizə İdarəsində quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomat cihazında nağdlaşdıraraq çıxarmasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olmaqla onlara etibar edilmiş 3.746 (üç min yeddi yüz qırx altı) manat məbləğində pul vəsaitini vahid niyyətlə mənimsəməklə talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə şəxsi niyyətilə 2019-cu ilin noyabr ayı ərzində 2 iyun 2014-cü il tarixdən 13 avqust 2021-ci tarixədək olan müddətdə həmin MKİS-də dalandar kimi rəsmiləşdirilmiş X21, 19 aprel 2017-ci il tarixdən həmin MKİS-də çilingər-santexnik kimi rəsmiləşdirilmiş Şahid8, 2 iyun 2014-cü il tarixdən həmin MKİS-də dalandar kimi rəsmiləşdirilmiş Şahid9 işə gəlməməklə heç bir əmək funksiyasını yerinə yetirmədiklərini bildiyi halda sonuncuların 2019-cu ilin noyabr ayı ərzində davamlı olaraq guya işə gəlməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd hesab olunan 2019-cu ilin noyabr ayı üzrə həmin MKİS üzrə iş vaxtının uçotu tabelinə 2019-cu ilin 25 noyabr tarixindən həmin ayın 30-dək olan müddətdə 14 nömrəli MKİS-in Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov 3 ünvanında yerləşən inzibati binasında daxil edib imzalamasından sonra əlbir olduğu Təqsirləndirilən şəxs1 həmin tabeli 14 nömrəli MKİS-in möhürü ilə təsdiqləməsi ilə vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində şəxsi niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək göstərdi ki, o, 2012-ci il tarixdən 2018-ci ilin noyabr ayınadək Nəsimi MKTB-nin 49 nömrəli MKİS-nin, 2018-ci ilin noyabr ayından 17 sentyabr 2021-ci il tarixədək həmin MKTB-nin 14 nömrəli MKİS-nin rəisi vəzifəsində işləmişdir. 49 nömrəli MKİS-in rəisi işlədiyi dövrdə, 2014-cü ilin fevral ayında Gülnarə Abdinova adlı işçi dalandar vəzifəsinə qəbul edilmişdir. O, bir neçə gün işə çıxdıqdan sonra həmin işin ona uyğun olmadığını deyərək ondan işə gəlmədiyi halda adının işçi siyahısında saxlanılmasını xahiş etmiş, bunun müqabilində əmək haqqını ona verəcəyini bildirmiş, o da razılaşmışdır. Beləliklə, Gülnarə Abdinova 2014-cü ilin fevral ayından etibarən 2018-ci ilin noyabr ayınadək, yəni digər vəzifəyə təyin edilənə qədər işə çıxmamış, əmək funksiyasını yerinə yetirməmiş, sadəcə onun tələbi ilə həftədə bir dəfə gəlməklə tabel jurnalına həftəlik imza edib getmişdir. 2017-ci ilin təxminən aprel-may aylarına qədər Nəsimi MKTB-yə tabe olan MKİS-lər kimi 49 nömrəli MKİS-də də maaş nağd formada müvafiq siyahıya imza etdirməklə verilmiş, 2017-ci ilin aprel-may aylarından etibarən isə işçilər maaşlarını onlara verilmiş plastik əmək haqqı kartları ilə almağa başlamışlar. Maaş nağd formada veriləndə Gülnarə hər ayın müvafiq günü iş yerinə gələrək maaşı özü təhvil almış, sonra isə ona vermişdir. İşçilərə maaş kartı veriləndən sonra Gülnarə özünə məxsus kartı və həmin kartın pin kodunu ona təhvil vermişdir. 2017-ci ilin aprel-may aylarından 08 noyabr 2018-ci il tarixdə 14 nömrəli MKİS-ə rəis təyin edilənə qədər Gülnarənin əmək haqqı kartı onda qalmış və o, həmin kartdakı vəsaitləri nağdlaşdırıb öz ehtiyaclarına sərf etmişdir. 14 nömrəli MKİS-ə rəis təyin edildikdən sonra Gülnarəni MKİS-ə dəvət edərək kartı və pinkodu özünə təhvil vermişdir. Bundan başqa, Nəsimi MKTB-nin 49 nömrəli MKİS-də rəis vəzifəsində işlədiyi 2012-2018-ci illər ərzində Şahid10 adlı şəxs orada liftçi vəzifəsində işləmişdir. Novruzəli 2014-cü ilin yanvar-fevral aylarına qədər adi qaydada işə çıxıb əmək haqqı almış, 2014-cü ilin yanvar ayının sonlarında isə ona müraciət edərək özünün santexnik olduğunu, aldığı maaşın maddi ehtiyaclarını ödəməyə kifayət etmədiyini, fərdi qaydada usta kimi işləmək istədiyini bildirmiş və ondan işə gəlmədiyi halda adının işçi siyahısında saxlanılmasını xahiş edərək bunun müqabilində əmək haqqını ona verəcəyini demiş, o da razılaşmışdır. Beləliklə, 2014-cü ilin fevral ayından 2018-ci ilin noyabr ayındək, yəni o, digər vəzifəyə təyin edilənədək Novruzəli işə çıxmamış, əmək funksiyasını yerinə yetirməmiş, sadəcə onun tələbi ilə həftədə bir dəfə gəlməklə tabel jurnalına həftəlik imza edib getmişdir. Maaş nağd formada veriləndə Novruzəli hər ayın müvafiq günü iş yerinə gələrək maaşı özü təhvil almış, daha sonra isə ona vermişdir. Əmək haqqı plastik kartla verilməyə başlandıqdan sonra isə Novruzəli öz kartını və kartın pin kodu ona təhvil vermişdir. 2017-ci ilin aprel-may aylarından 08 noyabr 2018-ci il tarixdə 14 nömrəli MKİS-ə rəis təyin edilənə qədər Novruzəlinin əmək haqqı kartı onda qalmış və o, kartdakı vəsaitləri nağdlaşdırıb şəxsi ehtiyaclarına sərf etmişdır. 14 nömrəli MKİS-ə rəis təyin edildikdən sonra Novruzəlini MKİSə dəvət edərək kartı və pin kodu onun özünə təhvil vermişdır. Bundan başqa, 14 nömrəli MKİS-ə rəis təyin edildikdən bir neçə gün sonra hazırda adını xatırlamadığı, özünü həmin MKİS-in işçisi X21 qohumu kimi təqdim edən şəxs onun iş yerinə gələrək Ayşənin ailə vəziyyəti ilə bağlı, yəni yeni övladı olduğuna görə işə çıxa bilmədiyini bildirmiş və ondan işə gəlmədiyi halda Ayşənin adının işçi siyahısında saxlanılmasını xahiş etmiş, bunun müqabilində əmək haqqı kartını ona verməyə razı olduğunu demişdir. O, razılaşaraq Ayşən Xəlilovanın əmək haqqı kartını və pin kodunu həmin şəxsdən almışdır. Həmin vaxt Ayşən Xəlilovanın ölkə ərazisində olmadığını bilməmişdir. Beləliklə, 14 nömrəli MKİS-in rəisi işlədiyi bütün müddət ərzində Ayşən Xəlilovanın əmək haqqı kartı onda olmuş və o, həmin karta köçən vəsaitləri nağdlaşdırıb şəxsi ehtiyaclarına sərf etmişdir. Hazırda xatırlamadığı tarixlərdə Ayşənin bir neçə dəfə iş yerinə gəlməsini xatırlayır. Eləcə də kartının müddəti bitərkən səhv etmirsə bir dəfə Ayşən özü, bir dəfə isə həmin qohumu bankdan yeni kart əldə edərək pin kodla birlikdə ona təhvil vermişlər. O, rəis təyin edilənə qədər Ayşənin işə çıxıb-çıxmadığı haqqında məlumatı olmamışdır. KQMBİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı aşkar edilmiş Ayşən Xəlilovanın adına olan BirKart plastik kartı istifadə edilməmişdir. Həmin kredit kartları xatırlamadığı tarixdə 14 nömrəli MKİS-in əməkdaşlarına pulsuz paylanmışdır. Bəziləri həmin kartı istifadə etsə də, Ayşən Xəlilovanın həmin kredit kartından ümumiyyətlə istifadə edilməmişdir. Bundan başqa, 14 nömrəli MKİS-in rəisi təyin edildikdən qısa müddət sonra həmin MKİS-də işləyən Şahid8 adlı işçi ona müraciət edərək özünün santexnik olduğunu, aldığı maaşın maddi ehtiyaclarını ödəməyə kifayət etmədiyini, fərdi qaydada usta kimi işləmək istədiyini bildirmiş və ondan işə gəlmədiyi halda adının işçi siyahısında saxlanılmasını xahiş edərək bunun müqabilində əmək haqqını ona verəcəyini demiş, o da razılaşmışdır. Həmin vaxt Əsəd öz əmək haqqı kartını və kartın pin kodunu ona vermişdir. 2018-ci ilin noyabr ayından etibarən 2021-ci ilin sentyabr ayında vəzifədən azad edilənə qədər Əsəd işə çıxmamış, əmək funksiyası yerinə yetirməmiş, sadəcə onun tələbi ilə həftədə bir dəfə gələrək tabel jurnalına həftəlik imza edib getmişdir. O, 14 nömrəli MKİS-in rəisi işlədiyi bütün müddət ərzində Şahid8 plastik əmək haqqı kartını özündə saxlamaqla həmin karta köçən vəsaiti öz şəxsi ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. 2021-ci ilin əvvəllərində Şahid8 kartının müddəti bitdiyindən özünə bu barədə məlumat vermiş, sonuncu da "xxxx"ASC-dən yeni kart əldə edib pin kodla birlikdə ona vermişdir. 14 nömrəli MKİS-in rəisi işlədiyi dövrdə dalandar vəzifəsində işləyən Şahid9 2019-cu ilin aprel ayına qədər mütəmadi qaydada işə gəlib getmişdir. 2019-cu ilin aprel ayında Aytənin övladı əməliyyat olunduğundan sonuncu ona müraciət edib artıq hər gün mütəmadi işə çıxa bilməyəcəyini bildirmiş və ondan işə gəlmədiyi halda adının işçi siyahısında saxlanılmasını xahiş edərək bunun müqabilində əmək haqqını ona verəcəyini demiş, o da razılaşmışdır. Həmin vaxt Aytən öz əmək haqqı kartını və pin kodunu ona vermişdir. Bundan sonra 2019-cu ilin aprel ayından 2021-ci ilin sentyabr ayındək Aytən işə çıxmamış, əmək funksiyasını yerinə yetirməmiş, sadəcə onun tələbi ilə həftədə bir dəfə gəlməklə tabel jurnalına həftəlik imza edib getmişdir. Həmin müddət ərzində Şahid9 əmək haqqı kartını özündə saxlamış və həmin karta köçən vəsaiti öz şəxsi ehtiyaclarına sərf etmişdir. 2020 və ya 2021-ci ildə Şahid9 kartının müddəti bitdiyindən bu barədə ona məlumat vermiş, sonuncu da "xxxx" ASC-dən yeni kart əldə edərək pin kodla birlikdə ona vermişdir. 2019-cu ilin əvvəllərindən etibarən Nəsimi MKTB, Nəsimi RİH və Zərərçəkmiş şəxs1 MMC arasında bağlanmış üçtərəfli sazişə uyğun olaraq Zərərçəkmiş şəxs1 MMC tərəfindən işə götürülməklə rəhbərlik etdiyi MKİS-ə təhkim edilmiş sosial işçilərin 14 nömrəli MKİS-ə göndərilməsinə başlanılmışdır. Həmin qaydada 14 nömrəli MKİS-ə xeyli sayda işçi göndərilsə də onların bəziləri işə başladıqdan bir neçə gün sonra özləri ona müraciət edərək ailə vəziyyəti və ya özlərinin başqa qeyri-rəsmi işlərinin olması ilə bağlı işə çıxmaq istəmədiklərini, adlarının işçi siyahısında saxlanılması müqabilində əmək haqqı kartlarını ona vermək istədiklərini bildirmişlər, o da razılaşmışdır. Belə ki, 2019-cu ilin fevral ayında işçi kimi 14 nömrəli MKİS-ə göndərilmiş Şahid4 bir neçə gün sonra ona müraciət edərək ailə vəziyyəti ilə bağlı mütəmadi işə çıxa bilməyəcəyini bildirmiş və ondan işə gəlmədiyi halda adının işçi siyahısında saxlanılmasını xahiş edərək bunun müqabilində əmək haqqını ona verəcəyini demiş, o da razılaşmışdır. Bundan sonra Şahid4 öz əmək haqqı kartını və həmin kartın pin kodunu ona vermişdir. Beləliklə, 2019-cu ilin fevral ayından başlayaraq 2021-ci ilin sentyabr ayınadək Şahid4 işə çıxmamış və əmək funksiyasını yerinə yetirməmişdir. O, həmin müddət ərzində Şahid4 əmək haqqı kartını özündə saxlamaqla həmin karta köçən vəsaiti əsasən özü, bəzi hallarda isə hesabdar vəzifəsində işləmiş Reyhan Qasımova vasitəsilə bankomatdan nağdlaşdırıb öz ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Özünün işləri olduğundan kartdakı pulu nağdlaşdırıb ona verməsini Reyhana tapşırmış, sonuncu da onun dediyi kimi etmişdir. Reyhanın Şahid4 kimliyindən, habelə Elmira ilə onun arasındakı razılaşmanın mahiyyətindən məlumatı olmamış, Elmiranın kartına köçən puldan Reyhana hər hansı məbləğdə pul verməmişdir. 2020 və ya 2021-ci ildə Şahid4 kartının müddəti bitdiyindən ona bu barədə məlumat vermiş, sonuncu da "xxxx" ASC-dən yeni kart əldə edib pin kodla birlikdə ona vermişdir. Özü işdə olmadığından Elmira kartı ona bilavasitə deyil, Təqsirləndirilən şəxs2 vasitəsilə çatdırmışdır. Bundan başqa, 2019-cu ilin fevral ayında işçi kimi 14 nömrəli MKİS-ə göndərilmiş X15 bir neçə gün sonra ona müraciət edərək ailə vəziyyəti ilə bağlı mütəmadi işə çıxa bilməyəcəyini bildirmiş və ondan işə gəlmədiyi halda adının işçi siyahısında saxlanılmasını xahiş edərək bunun müqabilində əmək haqqını ona verəcəyini demiş, o da razılaşmışdır. Bundan sonra Xanlar Bəkirov öz əmək haqqı kartını və pin kodu ona vermişdir. 2019-cu ilin fevral ayından 2021-ci ilin sentyabr ayınadək Xanlar Bəkirov işə çıxmamış və əmək funksiyasını yerinə yetirməmişdir. O, həmin müddətdə Xanlar Bəkirovun plastik əmək haqqı kartını özündə saxlamaqla həmin karta köçən vəsaiti əsasən özü, bəzi hallarda isə hesabdar vəzifəsində işləmiş Reyhan Qasımova vasitəsilə bankomatdan nağdlaşdırıb öz şəxsi ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Özünün işləri olduğundan kartdakı pulu nağdlaşdırıb ona verməsini Reyhana tapşırmış, sonuncu da kartdakı pulu nağdlaşdırıb ona təqdim etmişdir. X27 Bəkirovun kimliyindən, habelə onların arasındakı razılaşmanın mahiyyətindən məlumatı olmamış, aldığı puldan Reyhana hər hansı məbləğdə pul verməmişdir. 2020 və ya 2021-ci illərdə Xanlar Bəkirovun kartının müddəti bitdiyindən ona bu barədə məlumat vermiş, sonuncu da "xxxx" ASC-dən yeni kart əldə edib pin kodla birlikdə ona vermişdir. Bundan başqa, 2019-cu ilin fevral ayında işçi kimi 14 nömrəli MKİS-ə göndərilmiş Şahid3 bir neçə gün sonra ona müraciət edərək ailə vəziyyəti ilə bağlı mütəmadi işə çıxa bilməyəcəyini bildirmiş və ondan işə gəlmədiyi halda adının işçi siyahısında saxlanılmasını xahiş edərək bunun müqabilində əmək haqqını ona verəcəyini demiş, o da razılaşmışdır. Bundan sonra İslam öz əmək haqqı kartını və həmin kartın pin kodunu ona vermişdir. Beləliklə, 2019-cu ilin fevral ayından 2021-ci ilin sentyabr ayınadək Şahid3 işə çıxmamış və əmək funksiyasını yerinə yetirməmişdir. O, həmin müddətdə Şahid3 plastik əmək haqqı kartını özündə saxlamaqla həmin karta köçən vəsaiti əsasən özü, bəzi hallarda isə hesabdar vəzifəsində işləmiş Reyhan Qasımova vasitəsilə bankomatdan nağdlaşdırıb öz şəxsi ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Özünün işləri olduğundan kartdakı pulu nağdlaşdırıb ona verməsini Reyhana tapşırmış, sonuncu da kartdakı pulu nağdlaşdırıb ona təqdim etmişdir. Reyhanın Şahid3 kimliyindən habelə onlar arasındakı razılaşmanın mahiyyətindən məlumatı olmamış, aldığı puldan Reyhana hər hansı məbləğdə verməmişdir. 2020 və ya 2021-ci illərdə Şahid3 kartının müddəti bitdiyindən ona bu barədə məlumat vermiş, İslam da "xxxx"ASCdən yeni kart əldə edib pin kodla birgə ona vermişdir. Bundan başqa, Şahid2 2019-cu ilin fevral ayında işçi kimi 14 nömrəli MKİS-ə göndərilmişdir. Şahid2 bir neçə gün sonra ona müraciət edib ailə vəziyyəti ilə bağlı mütəmadi işə çıxa bilməyəcəyini bildirmiş və ondan işə gəlmədiyi halda adının işçi siyahısında saxlanılmasını xahiş etmiş, bunun müqabilində əmək haqqını ona verəcəyini demiş, o da razılaşmışdır. Bundan sonra Araz öz əmək haqqı kartını və pin kodu ona vermişdir. Şahid2 2019-cu ilin fevral ayından 2021-ci ilin sentyabr ayınadək işə çıxmamış, əmək funksiyası yerinə yetirməmişdir. Həmin müddət ərzində Şahid2 əmək haqqı kartını onda olmuş və o, həmin karta köçən vəsaiti əsasən özü, bəzi hallarda isə hesabdar vəzifəsində işləmiş Reyhan Qasımova vasitəsilə nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmiş, həmin puldan heç kimə verməmişdir. Bəzən özünün vaxtı olmayanda kartdakı pulu nağdlaşdırıb ona verməsini Reyhana tapşırmış, sonuncu da pulu nağdlaşdırıb ona vermişdir. Reyhanın Şahid2 kimliyindən, habelə onlar arasındakı razılaşmanın mahiyyətindən məlumatı olmamışdır. O, həmin puldan Reyhana hər hansı məbləğdə pul verməmişdir. 2020 və ya 2021-ci ildə Şahid2 kartının müddəti bitdiyi üçün ona bu barədə məlumat vermiş, sonuncu da "xxxx" ASC-dən yeni kart əldə edərək pin kodla birlikdə ona vermişdir. Bir dəfə Araz yeni kartını bankdan götürdükdən sonra kartda olan vəsaiti özü çıxartmış və çıxartdığı pulu kartla birlikdə ona vermişdir. 2019-cu ilin fevral ayının sonu mart ayının əvvəllərində işçi kimi 14 nömrəli MKİS-ə göndərilmiş Şahid6 bir neçə gün sonra ona müraciət edərək ailə vəziyyəti ilə bağlı işə çıxa bilməyəcəyini bildirmiş və ondan işə gəlmədiyi halda adının işçi siyahısında saxlanılmasını xahiş edərək bunun müqabilində əmək haqqını ona verəcəyini demiş, o da razılaşmışdır. Həmin vaxt Rövşən öz əmək haqqı kartını və kartın pin kodunu ona vermişdir. Bundan sonra 2019-cu ilin mart ayından etibarən 2021-ci ilin sentyabr ayınadək Rövşən işə çıxmamış və əmək funksiyası yerinə yetirməmişdir. Həmin müddətdə Rövşənin plastik əmək haqqı kartını özündə saxlamaqla həmin karta köçən vəsaiti əsasən özü, bəzi hallarda isə hesabdar vəzifəsində işləmiş Reyhan Qasımova vasitəsilə bankomatdan nağdlaşdırıb öz şəxsi ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Özünün işləri olduğundan kartdakı pulu nağdlaşdırıb ona verməsini Reyhana tapşırmış, sonuncu da kartdakı pulu nağdlaşdırıb ona təqdim etmişdir. Reyhanın Şahid6 kimliyindən habelə onların arasındakı razılaşmanın mahiyyətindən məlumatı olmamış, aldığı puldan Reyhana hər hansı məbləğdə verməmişdir. 2020 və ya 2021-ci illərdə Rövşənin kartının müddəti bitdiyindən özünə bu barədə məlumat vermiş, sonuncu da "xxxx" ASC-dən yeni kart əldə edərək pin kodla birgə ona vermişdir. Bundan əlavə, Şahid7 2019-cu ilin mart ayında işçi kimi 14 nömrəli MKİS-ə göndərilmiş, bir neçə gün sonra ona müraciət edib ailə vəziyyəti ilə bağlı mütəmadi işə çıxa bilməyəcəyini bildirmiş və ondan işə gəlmədiyi halda adının işçi siyahısında saxlanılmasını xahiş edərək bunun müqabilində əmək haqqını ona verəcəyini demiş, o da razılaşmışdır. Bundan sonra Nasif öz əmək haqqı kartını və pin kodu ona vermişdir. Beləliklə, 2019-cu ilin mart ayından etibarən 2020-ci ilin sonlarına qədər Nasifin kartı onda qalmışdır. Şahid7 2020-ci ilin oktyabr ayına qədər 14 nömrəli MKİS-ə təhkim edilmiş, sonradan özü müraciət edib işdən çıxmışdır. Həmin müddət əzində Şahid7 işə çıxmamış və heç bir əmək funksiyası yerinə yetirməmişdir. O, həmin müddətdə Şahid7 əmək haqqı kartını özündə saxlamaqla həmin karta köçən pul vəsaitini özü nağdlaşdırıb şəxsi ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. X39 14 nömrəli MKİS-ə təhkim edilmiş sosial işçi kimi 2020-ci ilin fevral ayından MKİS-də işə başlamışdır. O, 2020-ci ilin may ayının ilk günlərində ona müraciət edərək aldığı əmək haqqının ailəsini dolandırmağa kifayət etmədiyini, başqa işlə məşğul olmaq istədiyini bildirmiş və ondan işə gəlmədiyi halda adının işçi siyahısında saxlanılmasını xahiş edərək bunun müqabilində əmək haqqını ona verəcəyini demiş, o da razılaşmışdir. Bundan sonra Arzu öz əmək haqqı kartını və pin kodu ona vermişdir. Beləliklə, 2020-ci ilin may ayından etibarən 2021-ci ilin sentyabr ayınadək Arzu Rəhimov işə çıxmamış, əmək funksiyasını yerinə yetirməmişdir. O, həmin müddətdə Arzu Rəhimovun plastik əmək haqqı kartını özündə saxlamaqla həmin karta köçən vəsaiti əsasən özü, bəzi hallarda isə hesabdar vəzifəsində işləmiş Reyhan Qasımova vasitəsilə bankomatdan nağdlaşdırıb öz şəxsi ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Bəzən özünün işləri olduğundan kartdakı pulu nağdlaşdırıb ona verməsini Reyhana tapşırmışdır. Reyhan kartdakı pulu nağdlaşdırıb ona təqdim etsə də onun Arzu Rəhimovun kimliyi barədə, habelə onlar arasındakı razılaşmanın mahiyyətindən məlumatı olmamışdır. O, aldığı puldan Reyhana hər hansı məbləğdə pul verməmişdir. 2021-ci ildə Arzu Rəhimovun kartının müddəti bitdiyindən ona bu barədə məlumat vermiş, Arzu da "xxxx" ASC-dən yeni kart alıb pin kodla birlikdə ona vermişdir. 14 nömrəli MKİS-də böyük hesabdar vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 2019-cu ilin fevral ayında ona müraciət edərək Şahid5 adlı tanışının sosial işçi kimi 14 nömrəli MKİS-ə təhkim edildiyini, lakin həmin şəxsin işə çıxmaq istəmədiyini bildirməklə onun adının işçi siyahısında saxlanılmasını xahiş etmiş və özünün maddi ehtiyacı olduğundan həmin şəxsin maaş kartını alıb özündə saxlamaqla karta köçən vəsaiti öz ehtiyaclarına sərf etmək üçün ondan icazə istəmişdir. Firəngizin maddi ehtiyacı olduğundan onun dedikləri ilə razılaşmışdır. O, özü Şahid5 tanımır, onu heç vaxt görməmişdir və həmin şəxsin kartından bu və ya digər məbləğdə pul nağdlaşdırmamışdır. Firəngiz əldə etdiyi vəsaitdən ona hər hansı məbləğdə pul verməmişdir. Bundan başqa 2019-cu ilin fevral ayının sonlarında 14 nömrəli MKİS-də mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 ona müraciət edib Şahid1 adlı tanışının sosial işçi kimi 14 nömrəli MKİS-ə təhkim edildiyini, həmin şəxsin işə çıxmaq istəmədiyini, lakin adının işçi siyahısında saxlanılmasını istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 özünün maddi ehtiyacı olduğundan həmin şəxsin maaş kartını alıb özündə saxlamaqla karta köçən vəsaiti ehtiyaclarına sərf etmək üçün ondan icazə istəmiş, o da maddi ehtiyacı olduğu üçün Naidəyə icazə vermişdir. O, özü Şahid1 tanımır, həmin şəxsin kartından bu və ya digər məbləğdə pul nağdlaşdırmamışdır, kimin nağdlaşdırması barədə məlumatı yoxdur. Naidə əldə etdiyi vəsaitdən ona hər hansı məbləğdə pul verməmişdir. Şahid1 2020-ci ilin iyun ayında 14 nömrəli MKİS-ə gəlib Naidə ilə mübahisə etmiş, şikayət edəcəyini bildirdiyindən qısa müddət sonra Tuğayın əmək müqaviləsinə xitam verilməsinə nail olmuşdur. 49 nömrəli MKİS-in rəisi işlədiyi dövrdə iş vaxtının uçotu tabelləri mühəndis vəzifəsində işləmiş Həsrət Əhmədov tərəfindən tərtib edilməklə onun tərəfindən imzalanıb möhürlənmişdir. Möhür hər iki MKİS-də rəis işlədiyi dövrdə yalnız onda olmuşdur. Ola bilər ki, Həsrət rəsmi olaraq işdə olmadığı vaxtlarda iş vaxtının uçotu tabellərini özü imzalamamışdır, lakin bütün hallarda həmin tabelləri özü tərtib etmişdir. Gülnarə və Novruzəlinin işə davamlı olaraq gəlib-gəlməməsindən Həsrət Əhmədovun məlumatının olub-olmadığını bilmir. Həmin şəxslərin davamlı olaraq işə gəlməsi barədə məlumatları iş vaxtının uçotu tabellərinə daxil etməsini o, Həsrətə tapşırmışdır. Buna görə Həsrətə hər hansı məbləğdə pul və sair maddi nemət verməmişdir. 49 nömrəli MKİS-in 2014-cü ilin fevral ayından 2018-ci ilin noyabr ayına qədərki müddətə aid tabellərində adı qarşısındakı imzalar ona, möhür isə 49 nömrəli MKİS-ə aiddir. Bundan başqa, 14 nömrəli MKİS-də rəis işlədiyi dövrdə MKİS-in öz işçiləri barədə aylıq tabelləri bir-iki ay istisna olmaqla Təqsirləndirilən şəxs2 hazırlayıb imza etmiş, daha sonra o, imzalayıb möhürlə təsdiq etmişdir. 2019-cu ilin dekabr ayı üzrə iş vaxtının uçotu tabelində ondan başqa Reyhan Qasımova da imza etmişdir. Xatırlayır ki, Firəngiz seçki işinə cəlb edildiyindən həmin tabeli onun göstərişi və verdiyi məlumatlar əsasında Reyhan tərtib edib imzalamışdır. Reyhanın həmin tabeldə davamlı olaraq işə gəlməsi qeyd edilən bəzi şəxslərin işə çıxmamasından məlumatı olmamışdır. Bundan başqa, özü rəsmi işdə olmadığından 2019-cu ilin noyabr ayı üzrə tabeli onun göstərişi və verdiyi məlumatlar əsasında Təqsirləndirilən şəxs3 tərtib edərək rəis vəzifəsinin icraçısı kimi imzalamış, möhür isə onda olduğundan özü möhürlə təsdiq etmişdir. 2018-ci ilin noyabr ayından 2021-ci ilin sentyabr ayınadək MKİS-in öz işçiləri barəsindəki iş vaxtının uçotu tabellərində adı qarşısındakı imza özünə, möhür isə 14 nömrəli MKİS-ə aiddir. Aytənin, Ayşənin və Əsədin işə gəlməməsindən Firəngizin məlumatı olmuşdur. Lakin o, həmin şəxslərin işə çıxmadığı halda adlarının işçi siyahısında saxlanılmasına görə onların kartlarından çıxardığı vəsaitdən Firəngizə hər hansı məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs1 ilə əmək müqaviləsi bağlamış, lakin 14 nömrəli MKİS-ə təhkim edilmiş işçilərin əmək intizamına nəzarət ona həvalə edildiyindən onların işə davamiyyəti barədə hər ayın sonlarında aylıq tabelləri tərtib etməklə MKTB-yə göndərmişdir. 2019cu ilin fevral ayından 2021-ci ilin sentyabr ayınadək olan dövrə aid iş vaxtının uçotu tabellərini özü tərtib etmiş və özü imzalayıb möhürlə təsdiq etmişdir. Həmin tabellərdə adı qarşısındakı imza özünə, möhür isə 14 nömrəli MKİS-ə aiddir. "xxxx" ASC-dən daxil olan bank görüntülərində, yəni ayrı-ayrı şəxslərə məxsus plastik bank kartlarından pul vəsaitlərinin onun tərəfindən çıxarılması müəyyən edilmiş görüntülərdəki şəxs özüdür. Vurulmuş ziyanı tam şəkildə ödəməsinin, heç bir tələb və şikayətin olmamasının, ailə vəziyyətinin və şəxsiyyətinin nəzərə alınaraq barəsində mümkün olan ən humanist qərarın qəbul edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək göstərdi ki, 2005-ci ilin iyun ayından 2021-ci ilin sentyabr ayına qədər Nəsimi MKTB-nin 14 nömrəli MKİS-də hesabdar, daha sonra böyük hesabdar vəzifəsində işləmişdir. Aldığı əmək haqqı ehtiyaclarını ödəməyə kifayət etmədiyindən 2019-cu ilin əvvəllərində rəisi Təqsirləndirilən şəxs1 müraciət edərək tanışlarından bir nəfəri MKİS-də işçi kimi rəsmiləşdirib onun işə gəlməməsi, lakin adının işçi siyahısında getməsi müqabilində əmək haqqı kartını özündə saxlayıb karta köçən vəsaiti öz ehtiyaclarına sərf etmək istədiyini bildirmiş, rəisi Təqsirləndirilən şəxs1 də onun maddi cəhətdən çətin vəziyyətdə olduğunu başa düşüb buna razılıq vermişdir. Onun məsləhəti ilə tanışı Şahid5 Sabirovna 2019-cu ilin fevral ayında Məşğulluq xidmətinə müraciət edərək Zərərçəkmiş şəxs1 MMC-nin xətti ilə işə düzəlmiş və sosial işçi kimi onun işlədiyi MKİS-ə təhkim edilərək 2019ci ilin fevral ayının sonlarında işə çıxmışdır. Əvvəlcədən razılaşdıqları kimi Şahid5 kartını ona verərək işə çıxmaq istəmədiyini bildirmişdir. O, bir daha Təqsirləndirilən şəxs1 bu barədə məlumat verdikdə sonuncu etiraz etməmişdir. İşə girdikdən bir neçə gün sonra Şahid5 kartı hazır olduğundan sonuncu "xxxx"ASC-nin Nəsimi filialına müraciət edərək kartını götürmüş və pin kodla birlikdə ona və ya saxlaması üçün onun göstərişi ilə mərhum Reyhan Qasımovaya təhvil vermişdir. Təxminən 2020 və ya 2021-ci ilin fevralında kartın müddəti bitdiyindən Elmira banka gedərək yeni kartını təhvil almış və yenidən ona və ya Reyhana təqdim etmişdir. Onunla Elmiranın arasındakı razılaşmanın mahiyyətindən Reyhanın xəbəri olmamışdır. Lakin o, kartdakı pulu 2019-cu ilin fevral-mart aylarından 2021-ci ilin may ayına qədər həm özü, həm də Reyhan Qasımova vasitəsilə nağdlaşdırmışdır. Reyhan pulu kartdan çıxararaq tam həcmdə onun özünə vermiş, o da Reyhanın dializ xəstəsi olduğunu bildiyi üçün Elmiranın kartından çıxardığı vəsait hesabına Reyhana hər ay ən azı 100 manat pul vermişdir. 2021-ci ilin may ayında Reyhan öldükdən sonra kartdakı vəsaiti tam həcmdə özü çıxarmış və öz ehtiyaclarına sərf etmişdir. Şahid9 və Şahid8 adlı əməkdaşları tanıyır. Əsəd 2017-ci ildə işə girmiş, bir neçə gün işə çıxsa da sonradan işə gəlməmişdir. Şahid9 xatırladığı qədər 2019-cu ilin aprel ayına qədər işə çıxmış, oğlu əməliyyat olunduğundan həmin vaxtdan işə çıxa bilməmişdir. Bundan başqa, Ayşən Xəlilova adlı şəxsi də tanıyır, sonuncu 2014-cü ildə MKİS-də işə girmişdir. Ayşən Xəlilovanın hansı tarixlərdə işə gəlib-getdiyini dəqiq xatırlamasa da, onun 2018-ci ilə qədər nadir hallarda işə gəlib-getdiyini xatırlayır. Lakin 2018-ci ildən sonra Ayşəni iş yerində demək olar ki, görməmişdir. Şahid6 və Xanlar Bəkirov adlı işçilər 14 nömrəli MKİS-ə təhkim edilmiş olsalar da həmin şəxslər MKİS-də işlədikləri müddətdə işə çıxmamış, hər hansı əmək funksiyası yerinə yetirməmişlər. Arzu Rəhimov adlı işçi 2020-ci ilin əvvəllərindən həmin ilin aprel-may aylarına qədər işləmiş, 2020-ci ilin may ayından sonra işə çıxmamışdır. Şahid3, Şahid1 və Şahid2 adları işçi siyahısında olsa da həmin şəxslər işə çıxmadıqlarından onların üzlərini görməmişdir. İş yoldaşı Təqsirləndirilən şəxs3 əri Şahid7 2014-2018-ci illərdə 14 nömrəli MKİS-də işləmiş, mütəmadi olaraq işə gəlib-getmiş, əmək funksiyalarını yerinə yetirmiş, işdən qalmamışdır. Şahid7 2019-cu ilin mart ayında Zərərçəkmiş şəxs1 MMC-nin işçisi kimi həmin MKİS-də işə başladıqdan sonra isə 2020-ci ilin oktyabr ayınadək işə çıxmamış və heç bir əmək funksiyası yerinə yetirməmişdir. 2014-2021-ci illər ərzində 14 nömrəli MKİS-ə aid tabellərdən hansında onun imzası varsa həmin tabeli o, tərtib etmişdir, oradakı yazı və imza nümunələri özünə aiddir. 2018-ci ilin noyabr-dekabr ayları üzrə, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə 10, 2020-ci il üzrə 12, 2021-ci ilin yanvar-avqust ayları da daxil olmaqla ümumilikdə 32 ay üzrə 14 nömrəli MKİS-in MKTB ilə əmək müqaviləsi bağlamış işçilərinin iş vaxtının uçotu tabellərini özü hazırlamış, həmin tabellərdə adı qarşısında özü imza etmişdir. Həmin tabellərin məzmunundakı hərf və rəqəmlər onun tərəfindən icra edilmişdir. Bundan başqa 2019-cu ilin noyabr və dekabr ayları ərzində seçki prosesinə cəlb edildiyi üçün hesabat vaxtı özü işdə olmadığından müvafiq olaraq tabeli Reyhan Qasımova və Təqsirləndirilən şəxs3 hazırlamışlar. Həmin tabelləri hazırlayarkən müvafiq dövrlərdə Şahid9, Şahid8, Ayşən Xəlilovanın işə gəlmədiyini bilsə də Təqsirləndirilən şəxs1 tapşırığı əsasında tabellərə onların davamlı olaraq işə gəlməsi barədə məlumatlar daxil etmişdir. Zərərçəkmiş şəxs1 MMC-nin Nəsimi rayonu üzrə hər MKİS-ə təhkim edilmiş işçilərinin işə davamiyyətinə həmin MKİS-in rəisi tərəfindən nəzarət edilməlidir. Həmin sosial işçilərin aylıq tabelləri də onların MKİS-də hazırlanmaqla Təqsirləndirilən şəxs1 tərəfindən imzalanıb möhürlənmişdir. 2019-cu ilin fevralından 2021-ci ilin sentyabr ayınadək (avqust daxil olmaqla) 31 ay üzrə iş vaxtının uçotu tabellərini o, hazırlamamışdır, həmin tabellərdəki yazı nümunəsi ona aid deyil. Onda olan məlumata görə həmin tabelləri Təqsirləndirilən şəxs1 özü hazırlayaraq imzalamış və möhürləmişdir. Bundan başqa ona təqdim edilən Şahid5 məxsus plastik əmək haqqı kartından pul vəsaitlərini nağdlaşdırarkən qeydə alınmış 03.03.2020, 27.03.2020, 30.04.2020, 01.07.2020, 07.07.2020, 28.07.2020, 11.08.2020, 01.09.2020, 05.09.2020, 21.09.2020, 12.11.2020, 30.11.2020, 01.12.2020, 15.12.2020, 23.12.2020, 07.01.2021, 19.03.2021, 01.05.2021, 03.06.2021, 02.07.2021, 02.08.2021, 09.08.2021, 18.08.2021, 20.08.2021, 31.08.2021 tarixli görüntülərdəki pulu kartdan çıxaran şəxs o özüdür, 22.05.2020, 01.10.2020, 30.10.2020, 26.11.2020, 02.12.2020, 21.12.2020, 28.12.2020, 02.03.2021 tarixli görüntülərdə isə pul vəsaitlərini kartdan nağdlaşdıranın Reyhan Qasımovadır. Əlavə olaraq bildirmişdir ki, Şahid6 məxsus kartdan 03.05.2020-ci il tarixdə pul vəsaitlərini nağdlaşdıran, Xanlar Bəkirova məxsus kartdan 05.02.2021 və 05.03.2021-ci il tarixdə pul vəsaitlərini nağdlaşdıran, Şahid4 məxsus kartdan 05.02.2021-ci il tarixdə pul vəsaitlərini nağdlaşdıran Reyhan Qasımovadır. Şahid4 əvvəldən sakin kimi tanımışdır. 2019-cu ilin əvvəllərində həqiqətən də Elmira ona müraciət edərək işə düzəlmək istədiyini demiş, o da Elmiraya Məşğulluq mərkəzinə müraciət etməli olduğunu deyərək lazımi sənədlərin siyahısını təqdim etmişdir. 2019-cu ilin fevral ayında Elmira Zərərçəkmiş şəxs1 MMC-nin işçisi kimi 14 nömrəli MKİS-ə göndərilmişdir. İşə gəldikdən sonra Şahid4 işləmək istəmədiyini, lakin iş stajının yaranması üçün adının işçi siyahısında qalması müqabilində əmək haqqı kartını vermək istədiyini bildirmiş, o da Şahid4 rəis Təqsirləndirilən şəxs1 müraciət etməsini məsləhət görmüşdür. Şahid4 özü Təqsirləndirilən şəxs1lə danışıb razılığa gəlmiş və sonradan bu barədə ona da məlumat vermişdir. Bir neçə gün sonra Elmira iş yerinə gəlib rəisi soruşmuş, lakin rəis iş yerində olmadığından ona yaxınlaşaraq bankdan kartını aldığını və onu rəisə vermək üçün gəldiyini bildirmişdir. Şahid4 bir daha işə gəlmək istəmədiyindən kartı ona verərək Təqsirləndirilən şəxs1 çatdırmağını xahiş etmişdir. O da razılaşaraq kartı Şahid4 almış və bir neçə saat sonra Elçin müəllim işə gələndə pin kodla birlikdə onun özünə təhvil vermişdir. Sonrakı tarixlərdə Elmira kartını dəyişdirməsi barədə ona zəng etməmiş və o, Elmiradan kart almamışdır. Həmin kartları yəqin ki, Elmira özü Təqsirləndirilən şəxs1 vermişdir. Şahid4 və ya Təqsirləndirilən şəxs1 Elmiranın kartına köçən vəsaitdən ona bu və ya digər məbləğdə ödəniş etməmişlər. Təqsirləndirilən şəxs1 işə gəlməyən işçilərə heç olmasa həftədə bir dəfə işə gəlib tabel jurnalına imza etmələrini tapşırmışdır. Lakin bu MKTB ilə müqavilə bağlamış işçilərə aid olmuşdur. Zərərçəkmiş şəxs1 MMC-nin işçilərinin davamiyyətinə nəzarət tabel əsasında aparılmamışdır. 2017-ci ilin xatırlamadığı ayından o və digər əməkdaşlar maaşı kartla almağa başlamışlar. Həmin vaxta qədər isə maaşı iş yerində mühasib müvafiq siyahıya imza etdirməklə onlara nağd vermişdir. Vurulmuş ziyanın tam ödənilməsinin, ona qarşı hazırda heç bir tələb və şikayətin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilərək göstərdi ki, 2010-cu ildən 14 nömrəli MKİS-də mühəndis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 2018ci ilin noyabr ayından tanıyır. Şahid1 2019-cu ilin əvvəllərində tanımışdır. Tuğay həmin vaxt 14 nömrəli MKİSin ərazisində yerləşən binaların fasadının təmiri ilə məşğul olmuşdur. O, həmin işlərin görülməsinə nəzarət etdiyindən Tuğayı işlə bağlı tanımışdır. Həmin vaxtlar Tuğay ona əmək müqaviləsiz işlədiyini deyərək ondan rəsmi işə düzəlməsinə kömək etməsini xahiş etmişdir. O, isə Tuğaya məşğulluq mərkəzinə müraciət edərək işə düzələ biləcəyini deyərək lazımi sənədlərin siyahısını vermişdir. Beləliklə, qısa müddət sonra Tuğayın 14 nömrəli MKİS-ə Zərərçəkmiş şəxs1 MMC-nin sosial işçisi qismində təhkim edilib işə çıxdığını görmüşdür. İşə çıxdıqdan bir neçə gün sonra Tuğay ona alacağı maaş az olduğu üçün işə gəlmək istəmədiyini, adı işçi siyahısında saxlanılmaqla başqa işlə məşğul olmaq istədiyini bildirmiş və ondan rəsmi olaraq işdən çıxmaması üçün ona kömək etməsini xahiş etmişdir. O, belə olacağı təqdirdə əmək haqqı kartının işlədiyi idarədə qalmalı olduğunu bildirdikdə Tuğay razılaşmışdır. Sonradan bu barədə Təqsirləndirilən şəxs1 məlumat verərək Tuğayın onun tanışı olduğunu, işə gəlmək istəmədiyini, lakin kartının onda qalacağını bildirmiş, Təqsirləndirilən şəxs1 də onun maddi imkanının zəif olduğunu bildiyindən etiraz etməmişdir. Tuğayla arasında həmin danışıq və kartı ondan alması 2019-cu ilin mart ayında 14 nömrəli MKİS-in inzibati binasında baş vermişdir. Tuğaydan kartı aldıqdan sonra özündə saxlamaqla təxminən 2020-ci ilin iyul ayına qədər həmin kartdan pul vəsaitlərini çıxarıb öz ehtiyaclarına sərf etmişdir. Kartdan pul vəsaitlərini əsasən özü, bir neçə dəfə onun xahişi ilə işlədiyi MKİS-də mühasib işləmiş Reyhan Qasımova, bir neçə dəfə də ailə üzvləri nağdlaşdırmışdır. Lakin pulu kimin nağdlaşdırmasından asılı olmayaraq həmin pul ona çatmış, həmin puldan hər hansı hissəni Elçin ondan istəməmiş, o da Elçinə heç vaxt Tuğayın kartından çıxardığı vəsaitdən verməmişdir. MKİS-də işçi qüvvəsinə ehtiyac olduqda bacısının əri Sücəddini çağırıb işlətmiş və Tuğayın kartından çıxardığı vəsait hesabına Sücəddinin zəhmət haqqını ödəmişdir. Lakin bu bir neçə dəfə olmuş, mütəmadi olmamışdır. O, Tuğaya işə qəbul edilməsinin alınmamasını bildirib aldatmaqla kartını ondan almamış, Tuğay özü iş stajının getməsini, lakin işə gəlmək istəməməsini bildirib buna şərait yaratması üçün kartını özü ona vermiş, o da Elçinə bu barədə məlumat vermişdir. O, Şahid9 və Şahid8 adlı əməkdaşları tanıyır. Əsəd 2017-ci ildə işə girmiş, bir neçə gün işə çıxsa da sonradan işə gəlməmişdir. Şahid9 xatırladığı qədər 2019-cu ilin aprel ayına qədər işə çıxmış, oğlu əməliyyat olunduğundan həmin vaxtdan işə çıxa bilməmişdir. Bundan başqa, Ayşən Xəlilova adlı şəxsi də tanıyır, sonuncu 2014-cü ildə MKİS-də işə girmişdir. Ayşənin hansı tarixlərdə işə gəlib-getməsini dəqiq xatırlamasa da, 2018-ci ilə qədər nadir hallarda işə gəlib-getməsini xatırlayır, lakin 2018-ci ildən sonra onu iş yerində demək olar ki, görməmişdir. Şahid6, Şahid5, Şahid3, Şahid2 və Xanlar Bəkirov adlı sosial işçilər onun işlədiyi 14 nömrəli MKİS-ə təhkim edilmiş olsalar da həmin şəxslər MKİS-də işlədikləri müddətdə işə çıxmamış, hər hansı əmək funksiyası yerinə yetirməmişdirlər. Arzu Rəhimov adlı işçi 2020-ci ilin əvvəllərindən həmin ilin aprel-may aylarına qədər işləmiş, 2020-ci ilin may ayından sonra işə çıxmamışdır. Əri Şahid7 2014-cü ilin xatırlamadığı ayından təxminən 2018-ci ilin sonlarına qədər 14 nömrəli MKİS-də fəhlə vəzifəsində işləmişdir. İşlədiyi müddətdə mütəmadi olaraq işə gəlib-getmiş, işə girən vaxtdan təxminən 2017-ci ilin xatırlamadığı ayına qədər iş yeri üzrə maaşını nağd qaydada almış, sonradan plastik bank kartı verildiyindən maaşını kart vasitəsi ilə almışdır. 2018-ci ilin sonlarında ərinin vəzifəsi ixtisara düşdüyündən sonuncu vəzifədən azad edilmiş, 2019cu ilin mart ayında Zərərçəkmiş şəxs1 MMC-də sosial işçi kimi işə qəbul edilib 14 nömrəli MKİS-ə işə göndərilmişdir. Əri 14 nömrəli MKİS-də 2019-cu ilin martından 2020-ci ilin sentyabr-oktyabr aylarına qədər sosial işçi kimi işləmişdir. Həmin müddətdə Şahid7 əmək haqqı kartı Təqsirləndirilən şəxs1 olmuş, özü işə çıxmamış, fərdi qaydada ev təmiri ilə məşğul olmuşdur. Şahid7 özü Təqsirləndirilən şəxs1lə danışıb razılığa gəlmiş, onun bu danışıqda iştirakı olmamışdır. 2019-cu ilin noyabr ayı üzrə 14 nömrəli MKİS-in iş vaxtının uçotu tabelinindəki imza ona aiddir. Həmin vaxt yəqin ki, rəis məzuniyyətdə olduğundan sözügedən tabeli o, imzalasa da möhür daima Elçində olduğundan sonuncu özü həmin tabeli möhürlə təsdiq etmişdir. Şahid9, Şahid8 və Ayşən Xəlilovanın həmin ay üçün işə gəlmədiklərini bilmişdir. Tuğay adlı şəxsə məxsus plastik əmək haqqı kartından pul vəsaitlərini nağdlaşdırmış şəxslərin 5 ay üzrə görüntüləri ilə bağlı onu deyə bilər ki, 01.07.2021-ci il tarixdə kartdan pulu nağdlaşdıran Reyhan Qasımovadır, 03.03.2020, 29.04.2020, 22.05.2020-ci il tarixlərdə özüdür, 04.02.2020-ci il tarixdə isə böyük oğlu Kamran Həsənlidir. Vurulmuş ziyanın tam ödənilməsinin, ona qarşı heç bir tələb və şikayətin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri ilə bağlı faktiki tam etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 14 saylı Mənzil Kommunal İstismar Sahəsinin inzibati binasına baxış keçirilməsi haqqında 08 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, 14 nömrəli MKİS-in inzibati binasında keçirilən baxış istintaq hərəkəti zamanı həmin MKİS-in rəisi Təqsirləndirilən şəxs1 xidməti otağındakı seyfin içərisində olan “İpad' planşetinin qutusundan ümumilikdə 10 ədəd, B12743266, C53497911, A97568972, C56264059, D20667690, C45816243, A21591031, A23701762, A85780035, C33670072 seriya və nömrəli 100 manatlıq nominalda pul əskinasları aşkar edilərək götürülmüşdür. Bundan başqa qeyd edilən qutuda Ayshan Xalilova adına olan “Kapital Bank" ASC-dən verilmiş **********794992 nömrəli BirKart kredit kartı, İlham Hüseynov adına olan 416974******4294 nömrəli kartın zərfi, Elchin Dinayev adına olan 416974******3179 nömrəli kartın zərfi, Gülnara Abdinova adına 416974******5605 nömrəli kartın zərfi, Novruzəli Huseynov adına olan 416974******8656 nömrəli kartın zərfi, Sabahat Hüseynova adına olan 416974******4794 nömrəli kartın zərfi, Nasir Adilov adına olan 416974******3983 nömrəli kartın zərfi aşkar edilmiş, kart və zərflər iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 həmin kart, zərflər və pullar barədə soruşulduqda o, pulların və zərflərin kimə məxsus olmalarını bilmədiyini, adına kart olan Ayşən Xalilovanın isə əvvəllər onlarda xadiməçi işlədiyini, bir müddət əvvəl işdən çıxarıldığını və işlədiyi müddətdə həmin plastik əmək haqqı kartını Təqsirləndirilən şəxs1 özündə saxlamaqla həmin karta köçürülən pul vəsaitlərini özünün nağdlaşdırdığını bildirmişdir. Bundan əlavə, xidməti otağa baxış zamanı iş masasının yanında olan rəfin birinci siyirməsində X7 məxsus əmək kitabçasının içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Ayshan Xalilovanın adına olan 416974******1830 nömrəli kartın zərfi; Aytan Hüseynovanın adına olan nömrələri görsənməyən kartın zərfi; Asad Amirov adına olan nömrələri görsənməyən kartın zərfi və iki ədəd şəxsi məxfi kodlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 götürülən zərflərlə bağlı soruşulduqda məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 xidməti otağında aparılan baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa hər hansı əşya və sənəd aşkar edilməmişdir. Bundan sonra baxışda iştirak edən Təqsirləndirilən şəxs2 onun özündə və ya iş otağında əhəmiyyət kəsb edən hər hansı əşya, sənəd və kartın olub-olmaması soruşulduqda o, könüllü olaraq özündə Elmira Allahverdiyava adına olan bir ədəd kart olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs2 həmin kartı təqdim edilməsi təklif edildikdə o, xidməti otağına keçərək orada olan əl çantasının içərisindən bir ədəd Elmira Allahverdiya adına olan “Kapital Bank" ASC-dən verilmiş **********307879 nömrəli kartı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 dolanışığı zəif olduğu üçün həmin kartı rəisi Təqsirləndirilən şəxs1 ona verdiyini, Şahid5 adı 14 saylı MKİS-də işçi siyahısında olsa da onun işə gəlmədiyini, hər ay onun kartından maaşı özünün aldığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 xidməti otağında da baxış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya sənəd aşkar edilməmişdir. Daha sonra mühəndis Təqsirləndirilən şəxs3 xidməti otağına baxış keçirilərkən seyfdəki zərfin içərisindən ümumilikdə 04 ədəd - Vasif Bağırov adına olan "xxxx" ASC-dən verilmiş **********600715 nömrəli, Nasif Hasanov adına olan "xxxx" ASC-dən verilmiş **********430215 nömrəli, Nahida Hasanova adına olan "xxxx" ASC-dən verilmiş **********748780 nömrəli və Shirzad Hasanli adına olan "xxxx" ASC-dən verilmiş **********598080 nömrəli kartlar aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 21-23). Təqsirləndirilən şəxs1 məxsus **-DV-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobilə baxış keçirilməsi haqqında 08 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 avtomobildə iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı, əşya, sənəd və kartlar olması soruşulduqda o, avtomobilində tabeliyində olan işçilərə aid maaş kartlarının olmasını bildirmişdir. Həmin kartları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs1 avtomobilin sürücü tərəfdən ön qapısını açaraq oturacağa əyləşmiş və qabaq oturacaqlar arasında olan qoltuqaltı saxlanc yerini açaraq orada olan gözlük üçün nəzərdə tutulmuş parça materialdan olan qabı açıb içərisindən qırmızı rəngli bükülü vəziyyətdə olan parçanı təqdim edərək bildirmişdir ki, həmin kartlar onun içərisindədir. Həmin parça götürülərək içərisinə baxış keçirildikdə müəyyən edilmişdir ki, orada ümumilikdə 10 ədəd - Şahid9 adına olan "xxxx" ASC-dən verilmiş **********006695 nömrəli, Asad Amirov adına olan "xxxx" ASC-dən verilmiş **********512072 nömrəli, Solmaz İsmayılova adına olan "xxxx" ASC-dən verilmiş **********087471 nömrəli, Ayshan Xalilova adına olan "xxxx" ASC-dən verilmiş **********836382 nömrəli, Araz Suleymanzada adına olan "xxxx" ASC-dən verilmiş **********514299 nömrəli, Elmira Khuduyeva adına olan ‘"xxxx" ASC-dən verilmiş **********738405 nömrəli, Xanlar Bakirov adına olan "xxxx" ASC-dən verilmiş **********711234 nömrəli, Şahid3 adına olan "xxxx" ASCdən verilmiş **********208864 nömrəli, Arzu Rahimov adına olan "xxxx" ASC-dən verilmiş **********141576 nömrəli və Rovshan Allahverdiyev adına olan "xxxx" ASC-dən verilmiş **********583093 nömrəli kartlar aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 24-26). Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, 2007-ci ildən 2013-cü ilin əvvəllərinə qədər 49 nömrəli MKİS-də müxtəlif vəzifələrdə, 2013-cü ildən isə həmin MKİS-də liftçi vəzifəsində işləmişdir. 2014-cü ilin yanvar-fevral aylarına qədər normal qaydada işə gəlib-getmiş və hər ay əmək haqqı almışdır. Həmin vaxtlar 49 nömrəli MKİS-in rəisi Təqsirləndirilən şəxs1 olmuşdur. Aldığı əmək haqqı dolanışığını təmin etməyə kifayət etmədiyindən əsl sənəti olan santexnik kimi fərdi qaydada işləyib ailəsini dolandırmaq qərarına gəlmişdir. Santexnik kimi işləyəcəyi halda işə mütəmadi gəlib-getmək çətinlik törədəcəyindən 2014-cü ilin təxminən yanvar ayında Təqsirləndirilən şəxs1 müraciət edib özünün qeyrirəsmi başqa işdə işləmək istədiyini demiş və adının işçi siyahısında saxlanması müqabilində öz əmək haqqını ona verməyi təklif etmiş, Elçin də razılaşmışdır. Hazırda dəqiq xatırlamasa da 3-4 il əvvələ qədər iş yeri üzrə əmək haqqı nağd qaydada hər ayın sonu paylanılmış, sonradan isə əmək haqqları "xxxx" ASC-yə məxsus plastik bank kartları ilə verilməyə başlanmışdır. Razılaşmalarına uyğun olaraq 2014-cü ilin fevral ayından etibarən işə çıxmamış, hər ay ödənilən əmək haqqını iş yerinə getməklə təhvil almış və elə iş yerində də Təqsirləndirilən şəxs1 vermişdir. Adının işçi siyahısında olduğu, lakin özünün işə getmədiyi dövrdə, yəni 2014-cü ilin fevral ayından 2018-ci ilin noyabr ayınadək Təqsirləndirilən şəxs1 tələbi ilə həftədə bir dəfə gəlib tabel jurnalına həftəlik imza edib getmişdir. Lakin işə çıxmamış, heç bir əmək funksiyası yerinə yetirməmişdir. Təxminən 3-4 il əvvələ qədər maaş nağd paylananda hər ay maaşı alıb tam həcmdə Elçinə vermiş, əmək haqqı kartla verilməyə başlanandan sonra isə kartı təhvil alıb pin kodla birlikdə Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Təqsirləndirilən şəxs1 vəzifədən azad edilən günlərdə onunla görüşüb əmək haqqı kartını özünə qaytarmışdı. Əmək haqqı kartı Təqsirləndirilən şəxs1 olduğu müddətdə bir dəfə kartın müddəti bitəndə Elçin ona məlumat vermiş, o da banka gedib yeni kartını götürüb kartdan hər hansı məbləğdə pul çıxarmadan pin kodla birgə Elçinə vermişdir. Təqsirləndirilən şəxs1 sonra həmin vəzifəyə təyin edilən Həsrət Əhmədov vəzifənin icrasına başladıqdan sonra sonuncuya da müraciət edib özünün qeyri-rəsmi başqa işdə işləmək istədiyini demiş, adının işçi siyahısında saxlanması müqabilində plastik əmək haqqı kartının onda qalmasını, karta köçən vəsaiti özünün götürməsini təklif etmişdir. Lakin Həsrət razılaşmayaraq işə gəlməyəcəyi halda onu işdən çıxaracağını bildirmişdir. Buna görə o, hər gün səhər saatlarında işə gəlmiş, günortaya qədər əmək funksiyalarını yerinə yetirmiş, günortadan sonra evlərdə santexnik kimi işləmişdir. Həsrət Əhmədov rəis olduğu dövrdə mütəmadi olaraq işə çıxmış, kartına köçürülən vəsait tam həcmdə özünə çatmışdır (cild 1, iş vərəqə 128-132). Nəsimi MKTB-nin rəisinin 01.04.2013-cü il tarixli, 19/4 nömrəli əmrindən görünür ki, Şahid10 həmin tarixdə Nəsimi MKTB-nin 49 nömrəli MKİS-nə liftçi vəzifəsinə təyin edilmişdir (cild 1, iş vərəqə 198). Nəsimi MKTB-nin 49 nömrəli MKİS-nin 2014-cü ilin fevral ayından 2017-ci ilin aprel ayınadək (mart daxil olmaqla) müddətdə tərtib edilmiş əmək haqqı cədvəllərindən görünür ki, iş yeri üzrə əmək haqqı nağd verildiyi müddətdə Şahid10 cəmi 5.951,33 manat əmək haqqı hesablanıb ödənilmişdir (cild 7, iş vərəqə 1- 42). "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Şahid10 məxsus 510307******6225 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 08.05.2017-ci il tarixdən 05.11.2018-ci il tarixədək olan müddətdə həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 3.239 manat məbləğində pul vəsaiti 08.05.2017-ci il tarixdən 06.11.2018-ci il tarixədək müddətdə kartdan nağdlaşdırılmışdır (cild 8, iş vərəqə 140-147). Nəsimi MKTB-nin 49 nömrəli MKİS-in rəisinin 15.02.2014-cü il tarixli, 3 nömrəli əmrindən görünür ki, X25 həmin tarixdə Nəsimi MKTB-nin 49 nömrəli MKİS-nə dalandar vəzifəsi üzrə işə qəbul edilmişdir (cild 1, iş vərəqə 200). Nəsimi MKTB-nin 49 nömrəli MKİS-nin 2014-cü ilin fevral ayından 2017-ci ilin mart ayınadək (fevral ayı daxil olmaqla) müddətdə tərtib edilmiş əmək haqqı cədvəllərindən görünür ki, iş yeri üzrə əmək haqqı nağd verildiyi müddətdə Gülnarə Abdinovaya cəmi 5.710,83 manat əmək haqqı hesablanıb ödənilmişdir (cild 7, iş vərəqə 1-42). "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Gülnarə Abdinovaya məxsus 510307******5913 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 08.05.2017-ci il tarixdən 05.11.2018-ci il tarixədək müddətdə həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 3.238 manat məbləğində pul vəsaiti 08.05.2017-ci il tarixdən 06.11.2018-ci il tarixədək olan müddətdə kartdan nağdlaşdırılmışdır (cild 8, iş vərəqə 1-10). MKİS-nin 2014-cü ilin fevralından 2018-ci ilin noyabr ayınadək olan müddətə aid iş vaxtının uçotu tabellərindən görünür ki, aylar üzrə tabellərə Şahid10 və Gülnarə Abdinovanın davamlı olaraq işə gəlmələri barədə qeydlər daxil edilmişdir (cild 7, iş vərəqə 95-150). Ayşən Xəlilovanın sərhədkeçmə məlumatları əsasında müəyyən edilmişdir ki, sonuncu 2018-ci ilin noyabr ayından 2021-ci ilin sentyabr ayına qədər olan dövrdə əksər vaxtlar ölkə ərazisində olmamışdır. Belə ki, həmin məlumatlar əsasında müəyyən edilmişdir ki, X32 01.05.2018-ci il tarixdə dövlət sərhədindən keçməklə Gürcüstan Respublikasına getmiş, 10.02.2019-cu il tarixdə Azərbaycan Respublikasına geri qayıtmış, elə həmin gün yenidən Gürcüstan Respublikasına getmiş, 22.06.2019-cu il tarixdə yenidən Azərbaycan Respublikasına qayıtmışdır. O, növbəti dəfə 05.07.2019-cu il tarixdə Gürcüstan Respublikasına getmiş, 02.11.2019-cu il tarixdə Azərbaycan Respublikasına qayıtmış, yenidən 05.11.2019-cu il tarixdə Gürcüstan Respublikasına getmiş, sorğu edilən vaxtadək Azərbaycan Respublikası ərazisinə qayıtmamışdır (cild 1, iş vərəqə 247-251). "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş bankomat görüntüləri olan diskə 08.11.2021-ci il tarixdə keçirilmiş baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx"ASC-yə məxsus ATM-lərdən istifadə etməkə X26 məxsus 510307******6382 nömrəli plastik əmək haqqı kartından 03.02.2020-ci il tarixdə 257 manat, 15.04.2020-ci il tarixdə 258 manat, 22.05.2020-ci il tarixdə 258 manat, 07.07.2020-ci il tarixdə 258 manat, 06.08.2020-ci il tarixdə 257 manat, 18.09.2020-ci il tarixdə 258 manat, 12.10.2020-ci il tarixdə 252 manat, 05.11.2020-ci il tarixdə 258 manat, 08.12.2020-ci il tarixdə 257 manat, 28.12.2020-ci il tarixdə 258 manat, 01.02.2021-ci il tarixdə 258 manat, 18.02.2021-ci il tarixdə 252 manat, 19.03.2021-ci il tarixdə 252 manat, 03.05.2021-ci il tarixdə 253 manat, 04.06.2021-ci il tarixdə 252 manat, 05.07.2021-ci il tarixdə 252 manat, 05.08.2021-ci il tarixdə 239 manat pulu, 06.09.2021-ci il tarixdə 252 manat məbləğində pul vəsaitlərini nağdlaşdırmışdır (cild 8, iş vərəqə 148-211). Nəsimi MKTB-nin 14 nömrəli MKİS-nin rəisinin 02.06.2014-cü il tarixli, 7 nömrəli əmrindən çıxarışdan görünür ki, X32 həmin tarixdə Nəsimi MKTB-nin 14 nömrəli MKİS-nə dalandar vəzifəsi üzrə işə qəbul edilmişdir (cild 1, iş vərəqə 185). Nəsimi MKTB-nin rəisinin 13.08.2021-ci il tarixli, 83/1 nömrəli əmrindən çıxarışdan görünür ki, X32 həmin tarixdə Nəsimi MKTB-nin 14 nömrəli MKİS-nin dalandarı vəzifəsindən azad edilmişdir (cild 1, iş vərəqə 186). "xxxx" ASC-dən daxil olmuş 02.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Ayşən Xəlilovaya məxsus 510307******6382 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 12.11.2018-ci il tarixdən 03.09.2021-ci il tarixədək müddətdə həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 8165 manat məbləğində pul vəsaiti 12.11.2018-ci il tarixdən 06.09.2021-ci il tarixədək olan müddətdə kartdan nağdlaşdırılmışdır (cild 5, iş vərəqə 156-160). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, təxminən 2019-cu ilin əvvəllərində bəzi tanışlarından gələcəkdə pensiya almaq üçün işləmədən MKİS-lərdə adını işçi siyahısına yazdırmağın mümkün olmasını eşidib bu məsələ ilə maraqlanmışdır. 2019-cu ilin təxminən fevral ayında hələ uşaqlıqdan tanıdığı, evlərinin yaxınlığında yerləşən MKİS-də işləyən Təqsirləndirilən şəxs2 müraciət edib gələcəkdə pensiya almaq üçün əmək stajının yaranmasını istədiyini, lakin mümkün olarsa işə gəlib-getməyəcəyi bir iş olub-olmadığını soruşmuşdur. Firəngiz ona kömək etmək mümkün olduğunu, lakin işə girdikdən sonra işə gəlməyəcəyi halda əmək haqqı kartını ona verməli olduğunu, özünün isə həmin kartı onun işə gəlməməsinə göz yumması müqabilində MKİS-in rəisi Elçin müəllimə verəcəyini bildirmiş, o da razılaşmışdır. Firəngiz daha sonra ona işə girmək üçün toplamalı olduğu sənədlərin siyahısını vermiş, həmin sənədləri topladıqdan sonra onlarla birgə Zərərçəkmiş şəxs1 MMC-nin onu işə götürəcəyini, onun 14 nömrəli MKİS-ə göndərilməyini təmin edəcəyini bildirmişdir. Onunla Firəngiz arasındakı bu danışıq 2019-cu ilin yanvar ayında 14 nömrəli MKİS-in inzibati binasında olmuşdur. O, bundan qısa müddət sonra sənədlərini toplayıb Zərərçəkmiş şəxs1 MMC-yə vermişdir. 2019-cu ilin təxminən fevral ayında ona zəng edilərək 14 nömrəli MKİS-ə işçi kimi təyin edilməsi barədə məlumat verilmişdir. O, bu barədə Firəngizə məlumat verdikdə sonuncu işə gəlməyə ehtiyac olmadığını, kartı hazır olanda ona məlumat verəcəyini, onun da kartı bankdan götürüb özünə verməli olduğunu demiş, o da razılaşmışdır. Bu danışıqdan qısa müddət sonra Firəngiz ona zəng edərək kartının hazır olduğunu bildirmiş, o da "xxxx"ASC-nin Nəsimi filialına gedib maaş kartını təhvil almış və 14 nömrəli MKİS-ə gəlməklə həmin kartı Firəngizə vermişdir. Həmin MKİS-də adının işçi kimi getdiyi müddətdə, yəni 2020-ci ilin ilk aylarında Firəngiz ona zəng edərək kartının müddətinin bitdiyini, bankdan yeni kart götürüb ona verməli olduğunu demişdir. O da razılaşaraq həmin gün "xxxx" ASC-nin Nəsimi filialına gedib yeni maaş kartı almış və 14 nömrəli MKİS-ə gələrək həmin kartı Təqsirləndirilən şəxs2 vermişdir. 14 nömrəli MKİS-də işlədiyi müddət ərzində əmək haqqı kartı cəmi bir dəfə dəyişilmişdir. 14 nömrəli MKİS-də işə girmə tarixi ilə bağlı ola bilsin ki, yanlışlığa yol vermişdir, lakin o, işə girəndə rəis Elçin müəllim olmuşdur. O, işə qəbul edildiyi vaxtdan bir gün belə işləməmiş, əmək funksiyasını yerinə yetirməmiş, həmin müddətdə əmək haqqı kartı özündə olmamış, heç vaxt həmin kartdan pul vəsaiti çıxarmamışdır. Bütün bu müddət ərzində onun əmək haqqı kartı Firəngiz və ya Elçində olmuş, həmin karta köçən vəsaitləri onlar çıxarmışlar və həmin vəsaitdən ona hər hansı məbləğdə ödəniş etməmişlər. "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş bankomat görüntüləri olan diskə 08.11.2021-ci il tarixdə keçirilmiş baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx"ASC-yə məxsus ATM-lərdən istifadə etməklə Şahid4 məxsus 416974******8405 nömrəli plastik əmək haqqı kartından 03.03.2020-ci il tarixdə 241 manat, 20.03.2020-ci il tarixdə 241 manat, 29.04.2020-ci il tarixdə 241 manat, 31.05.2020-ci il tarixdə 242 manat, 01.07.2020-ci il tarixdə 241 manat, 01.10.2020-ci il tarixdə 241 manat, 30.10.2020-ci il tarixdə 241 manat, 01.12.2020-ci il tarixdə 242 manat, 28.12.2020-ci il tarixdə 241 manat, 03.03.2021-ci il tarixdə 236 manat, 29.03.2021-ci il tarixdə 237 manat, 03.05.2021-ci il tarixdə 236 manat, 02.06.2021-ci il tarixdə 236 manat, 02.07.2021-ci il tarixdə 236 manat, 02.08.2021-ci il tarixdə 237 manat, 31.08.2021-ci il tarixdə 236 manat pulu nağdlaşdırmışdır. Bundan başqa həmin protokoldan görünür ki, X23 "xxxx" ASC-yə məxsus ATM-dən istifadə etməkə Şahid4 məxsus 416974******8405 nömrəli plastik əmək haqqı kartından 05.02.2021-ci il tarixdə 236 manat pulu nağdlaşdırmışdır (cild 8, iş vərəqə 148-211). DOST İş Mərkəzi MMC-dən daxil olan 27.10.2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, həmin MMC ilə Şahid4 arasında əmək müqaviləsi 06.02.2019-cu il tarixdə bağlanmışdır (cild 2, iş vərəqə 108-110). Şahid4 sosial arayışından görünür ki, o, 06.02.2019-cu il tarixldə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi işə başlamışdır (cild 2, iş vərəqə 34-35). "xxxx" ASC-dən daxil olmuş 02.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Şahid4 məxsus 416974******8405 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 20.02.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək müddətdə həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 6734 manat məbləğində pul vəsaiti 04.03.2019-cu il tarixdən 01.09.2021-ci il tarixədək olan müddətdə kartdan nağdlaşdırılmışdır (cild 5, iş vərəqə 178-182). "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş bankomat görüntüləri olan diskə 08.11.2021-ci il tarixdə baxış keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" ASC-yə məxsus ATM-lərdən istifadə etməklə X8 məxsus 416974******1234 nömrəli plastik əmək haqqı kartından 05.02.2020-ci il tarixdə 241 manat, 03.03.2020-ci il tarixdə 241 manat, 20.03.2020-ci il tarixdə 242 manat, 29.04.2020-ci il tarixdə 241, 31.05.2020-ci il tarixdə 241 manat, 01.07.2020-ci il tarixdə 241 manat, 01.09.2020-ci il tarixdə 242 manat, 01.10.2020-ci il tarixdə 241 manat, 30.10.2020-ci il tarixdə 241 manat, 01.12.2020-ci il tarixdə 241 manat, 28.12.2020-ci il tarixdə 242 manat, 29.03.2021-ci il tarixdə 236 manat, 03.05.2021-ci il tarixdə 237 manat, 02.06.2021-ci il tarixdə 236 manat, 02.07.2021-ci il tarixdə 236 manat, 02.08.2021-ci il tarixdə 236 manat, 01.09.2021-ci il tarixdə 237 manat məbləğində pul vəsaitini nağdlaşdırmışdır. Bundan başqa həmin protokoldan görünür ki, X23 "xxxx"ASC-yə məxsus ATM-dən istifadə etməkə Xanlar Bəkirova məxsus 416974******1234 nömrəli plastik əmək haqqı kartından 05.02.2021-ci il tarixdə 236 manat, 05.03.2021-ci il tarixdə 236 manat məbləğində pul vəsaitini nağdlaşdırmışdır (cild 8, iş vərəqə 148-211). DOST İş Mərkəzi MMC-dən daxil olan 27.10.2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, həmin MMC ilə X15 arasında əmək müqaviləsi 07.02.2019-cu il tarixdə bağlanmışdır (cild 2, iş vərəqə 108- 110). "xxxx" ASC-dən daxil olmuş 02.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Xanlar Bəkirova məxsus 416974******1234 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 20.02.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək olan müddətdə həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 7.181 manat məbləğində pul vəsaiti 01.03.2019-cu il tarixdən 01.09.2021-ci il tarixədək olan müddətdə kartdan nağdlaşdırılmışdır (cild 5, iş vərəqə 173-177). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 2019-cu ilin fevral ayında Zərərçəkmiş şəxs1 MMC-nin xətti ilə 14 nömrəli MKİS-də fəhlə vəzifəsinə işə düzəlmişdir. İşə girəndə məqsədi işləmək, əmək haqqı almaq deyil, əmək stajının hesablanması olmuşdur. Buna görə də işə girdikdən dərhal sonra Təqsirləndirilən şəxs1 müraciət edib özünün qeyri-rəsmi başqa işdə işlədiyini, meyvə-tərəvəz alveri ilə məşğul olduğunu demiş və adının işçi siyahısında saxlanması müqabilində əmək haqqı kartının onda qalmasını, karta köçən vəsaiti özünün götürməsini təklif etmiş, Elçin də razılaşmışdır. 2019-cu ilin fevral ayında "xxxx" ASC-nin Nəsimi filialına müraciət edib oradan adına hazırlanmış plastik bank kartını götürmüş, daha sonra Təqsirləndirilən şəxs1 14 nömrəli MKİS-dəki iş otağına gəlib kartı pin kodla birlikdə Elçinə təhvil vermişdir. O, həmin MKİS-də bir gün belə işə çıxmamış, işləməmiş, əmək funksiyası yerinə yetirməmişdir. Adına olan plastik bank kartını Elçinə verməzdən əvvəl həmin kartdan hər hansı məbləğdə pul vəsaiti nağdlaşdırmamışdır. Bütün bu müddət ərzində onun plastik bank kartı Təqsirləndirilən şəxs1 olmuş, kartına köçən vəsaiti Elçin özü nağdlaşdırmış, həmin puldan ona hər hansı məbləğdə pul verməmişdir. 2020ci ilin və 2021-ci ilin fevral aylarında Təqsirləndirilən şəxs1 kartının müddətinin bitməsi barədə ona məlumat vermiş və "xxxx" ASC-nin Nəsimi filialına müraciət edib yeni kart əldə edərək ona təqdim etməli olduğunu bildirmişdir. O, hər iki halda dərhal həmin bankın Nəsimi filialına müraciət edib bankdan yeni kart almış və həmin kartı pin kodla birlikdə iş yerində Təqsirləndirilən şəxs1 təqdim etmişdir. "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş bankomat görüntüləri olan diskə 08.11.2021-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" ASC-yə məxsus ATM-lərdən istifadə etməklə Şahid3 məxsus 416974******8864 nömrəli plastik əmək haqqı kartından 05.02.2020-ci il tarixdə 241 manat, 03.03.2020-ci il tarixdə 242 manat, 20.03.2020-ci il tarixdə 241 manat məbləğində, eləcə də 29.04.2020, 23.05.2020, 01.07.2020, 29.07.2020, 01.09.2020, 01.10.2020, 30.10.2020, 01.12.2020, 26.12.2020, 04.02.2021, 03.03.2021, 20.03.2021, 02.05.2021, 02.06.2021, 02.07.2021, 02.08.2021, 31.08.2021-ci il tarixlərdə Şahid3 həmin nömrəli plastik əmək haqqı kartından müxtəlif məbləğlərdə pul vəsaitlərini nağdlaşdırmışdır (cild 8, iş vərəqə 148-211). DOST İş Mərkəzi MMC-dən daxil olan 27.10.2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, həmin MMC ilə Şahid3 arasında əmək müqaviləsi 18.02.2019-cu il tarixdə bağlanmışdır (cild 2, iş vərəqə 108-110). Şahid3 sosial arayışından görünür ki, o, 18.02.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi işə başlamışdır (cild 2, iş vərəqə 38-39). "xxxx" ASC-dən daxil olmuş 02.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Şahid3 məxsus 416974******8864 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 07.03.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək olan müddətdə həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 7162 manat məbləğində pul vəsaiti 11.03.2019-cu il tarixdən 01.09.2021-ci il tarixədək müddətdə kartdan nağdlaşdırılmışdır (cild 5, iş vərəqə 168-171). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2019-cu ilin fevral ayında tanışlarından maraqlandıqda Nəsimi MKTB-nin 14 saylı MKİS-də fəhlə vəzifəsinə işə qəbul olmasını bilib rəsmi qaydada müraciət etməklə qanuni formada işə girmişdir. İşə girdikdən qısa müddət sonra özü "xxxx" ASC-nin Nəsimi rayon filialına müraciət edib müvafiq kitaba imza etməklə əmək haqqı kartını təhvil almışdir. Ona maaşının 241 manat olması bildirilmişdir. Həmin vəsaitlə dolanmaq çətinlik törətdiyindən o, 14 nömrəli MKİS-in rəisi olan Təqsirləndirilən şəxs1 müraciət edərək ailəsini dolandırmaq məqsədilə taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini, lakin əmək stajının hesablanması üçün işdən rəsmi olaraq çıxmaq istəmədiyini bildirmiş və adının MKİS-də işçi siyahısında getməsi müqabilində əmək haqqı kartının onda qalmasını təklif etmişdir. Elçin onun təklifi ilə dərhal razılaşmışdır. Elə həmin vaxt üzərində olan "xxxx" ASC-nin öz adına olan plastik əmək haqqı kartını Elçinə vermişdir. İşə girdiyi vaxtdan etibarən ilk ayın maaşını da özü almamışdır. Daima əmək haqqı kartı Təqsirləndirilən şəxs1 olmuş, özü isə işə çıxmamış, heç bir əmək funksiyası yerinə yetirməmişdir. Təqsirləndirilən şəxs1 əmək haqqı kartına bu müddət ərzində köçən vəsaitdən ona hər hansı məbləğdə ödəniş etməmişdir. MKİS-də cəmi bir neçə gün, 2019-cu ilin fevral ayının sonlarında işə çıxmış, həmin vaxtdan sonra bir gün belə işə çıxmamışdır. 2021-ci ilin təxminən fevral ayında Təqsirləndirilən şəxs1 ona zəng edib əmək haqqı kartının vaxtı bitdiyindən ona yeni kart hazırlandığını, hazır kartın "xxxx" ASC-nin Nəsimi rayon filialında olduğunu, kartı oradan götürüb içərisində olan pulu nağdlaşdırdıqdan sonra həmin pulu və kartı gətirib ona verməli olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs1 dediyi bank filialına gedib kartı götürmüş, daha sonra elə həmin filialda olan bankomatdan kartda olan vəsaiti nağdlaşdırıb pulu və kartı parolla birlikdə Təqsirləndirilən şəxs1 iş yerinə gəlməklə xidməti otağında ona vermişdir. Öz kartından yalnız bir dəfə əmək haqqını özü nağdlaşdırmış, həmin vaxt da pulu kartdan çıxarıb kartla birgə Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa həmişə, yəni 2019-cu ilin fevral ayından kart Təqsirləndirilən şəxs1 olmuş və kartdakı vəsaitləri sonuncu özü çıxarmışdır. "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş bankomat görüntüləri olan diskə 08.11.2021-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" ASC-yə məxsus ATM-lərdən istifadə etməklə Şahid2 məxsus 416974******4299 nömrəli plastik əmək haqqı kartından 05.02.2020-ci il tarixdə 241 manat, 03.03.2020-ci il tarixdə 241 manat, 20.03.2020-ci il tarixdə 241 manat, 29.04.2020-ci il tarixdə 242 manat, 31.05.2020-ci il tarixdə 241 manat, 01.07.2020-ci il tarixdə 241 manat, 01.10.2020-ci il tarixdə 241 manat, 30.10.2020-ci il tarixdə 242 manat, 01.12.2020-ci il tarixdə 241 manat, 28.12.2020-ci il tarixdə 241 manat, 29.03.2021-ci il tarixdə 236 manat, 03.05.2021-ci il tarixdə 236 manat, 02.06.2021-ci il tarixdə 237 manat, 02.07.2021-ci il tarixdə 236 manat, 02.08.2021-ci il tarixdə 236 manat pulu nağdlaşdırmışdır (cild 8, iş vərəqə 148-211). DOST İş Mərkəzi MMC-dən daxil olan 27.10.2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, həmin MMC ilə Şahid2 arasında əmək müqaviləsi 19.02.2019-cu il tarixdə bağlanmışdır (cild 2, iş vərəqə 108-110). Şahid2 sosial arayışından görünür ki, o, 19.02.2019-cu il tarixldə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi işə başlamışdır (cild 2, iş vərəqə 98-100). "xxxx" ASC-dən daxil olmuş 02.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Şahid2 məxsus 416974******4299 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 27.02.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək müddətdə həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 6.747,95 manat məbləğində pul vəsaiti 04.03.2019-cu il tarixdən 01.09.2021-ci il tarixədək olan müddətdə kartdan nağdlaşdırılmışdır (cild 5, iş vərəqə 144-147). Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, 2019-cu ilin fevral ayında tanışlarından maraqlandıqda Nəsimi MKTB-nin 14 saylı MKİS-də fəhlə işinə qəbul olmasını bilib rəsmi qaydada müraciət etməklə qanuni formada işə girmişdir. İşə girdikdən qısa müddət sonra özü "xxxx"ASC-nin Nəsimi rayon filialına müraciət edib müvafiq kitaba imza etməklə əmək haqqı kartını təhvil almışdır. Maaşı 236 manat olduğundan və həmin vəsaitlə dolanmaq çətinlik törətdiyindən o, 2019-cu ilin mart ayının əvvəllərində 14 nömrəli MKİS-in rəisi olan Təqsirləndirilən şəxs1 müraciət edib əmək stajının hesablanması üçün işdən çıxmadan ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini, adının MKİS-də işçi siyahısında getməsi müqabilində isə əmək haqqı kartının Təqsirləndirilən şəxs1 qalmasını sonuncuya təklif etmiş, Təqsirləndirilən şəxs1 də dərhal razılaşmışdır. Elə həmin vaxt üzərində olan "xxxx"ASC-nin öz adına olan plastik əmək haqqı kartını Təqsirləndirilən şəxs1 vermişdir. 2019-cu ilin fevral ayı üçün ödənilən əmək haqqını da özü almamışdır. 2019-cu ilin mart ayının əvvəllərindən həmin MKİS-də işə çıxmamış, heç bir əmək funksiyası yerinə yetirməmiş, həmin müddətdə özü fərdi qaydada taksi fəliyyəti ilə məşğul olmuş, habelə plastik əmək haqqı kartı da Elçində olmuşdur. İşə çıxmadığı müddətdə plastik kartına köçən vəsaitdən Elçin ona hər hansı məbləğdə ödəniş etməmişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs1 cəmi bir dəfə ona zəng edərək kartının vaxtının bitdiyini, ona görə "xxxx" ASC-nin Nəsimi filialına müraciət edib hazır kartı oradan götürərək ona təhvil verməli olduğunu bildirmişdir. O da Elçinin tapşırığı əsasında "xxxx" ASC-nin Nəsimi filalından yeni kart alaraq iş yerində Təqsirləndirilən şəxs1 təhvil vermişdir. "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş bankomat görüntüləri olan diskə 08.11.2021-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" ASC-yə məxsus ATM-lərdən istifadə etməklə Şahid6 məxsus 416974******3093 nömrəli plastik əmək haqqı kartından 05.02.2020-ci il tarixdə 241 manat, 02.03.2020-ci il tarixdə 241 manat, 20.03.2020-ci il tarixdə 242 manat, 29.04.2020-ci il tarixdə 240 manat, 31.05.2020-ci il tarixdə 242 manat, 01.07.2020-ci il tarixdə 241 manat, 01.09.2020-ci il tarixdə 242 manat, 01.10.2020-ci il tarixdə 241 manat, 30.10.2020-ci il tarixdə 241 manat, 01.12.2020-ci il tarixdə 241 manat, 04.02.2021-ci il tarixdə 236 manat, 02.03.2021-ci il tarixdə 236 manat, 29.03.2021-ci il tarixdə 236 manat 03.05.2021-ci il tarixdə 237 manat, 02.06.2021-ci il tarixdə 236 manat, 02.07.2021-ci il tarixdə 236 manat, 02.08.2021-ci il tarixdə 236 manat, 31.08.2021-ci il tarixdə 237 manat məbləğində pulu nağdlaşdırmışdır (cild 8, iş vərəqə 148-211). DOST İş Mərkəzi MMC-dən daxil olan 27.10.2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, həmin MMC ilə Şahid6 arasında əmək müqaviləsi 28.02.2019-cu il tarixdə bağlanmışdır (cild 2, iş vərəqə 108-110). Şahid6 sosial arayışından görünür ki, o, 28.02.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi işə başlamışdır (cild 2, iş vərəqə 41-42). "xxxx" ASC-dən daxil olmuş 02.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Şahid6 məxsus 416974******3093 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 19.03.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək olan müddətdə həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 6.913 manat məbləğində pul vəsaiti 27.03.2019-cu il tarixdən 01.09.2021-ci il tarixədək olan müddətdə müddətdə kartdan nağdlaşdırılmışdır (cild 5, iş vərəqə 161-164). Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, 2014-2018-ci illərdə o, 14 nömrəli MKİS-də dalandar vəzifəsində işləmiş, 2018-ci ilin dekabr ayında ştat ixtisara düşdüyündən işdən çıxmışdır. Daha sonra arvadının məsləhəti ilə Məşğulluq xidmətinə müraciət edərək Zərərçəkmiş şəxs1 MMC-də sosial işçi kimi işə götürülmüş, daha sonra 14 nömrəli MKİS-ə təhkim edilmişdir. Bu hadisə 2019-cu ilin əvvəlində baş vermişdir. İşə başladıqdan sonra Təqsirləndirilən şəxs1 özü onu yanına çağırıb əslində işçiyə ehtiyacı olmadığını, rəis kimi MKİS-in saxlanılmasına xərclərinin çıxdığını bildirmiş və ona işə gəlməyib adının işçi siyahısında saxlanılması müqabilində əmək haqqı kartını verməyi təklif etmişdir. O, razılaşmayacağı halda onu ümumiyyətlə işdən azad edəcəyini düşünüb kartını Elçinə vermək qərarına gəlmişdir. Bundan bir neçə gün sonra "xxxx" ASC-dən verilən plastik əmək haqqı kartını Elçinə onun xidməti otağında təqdim etmişdir. Həmin vaxtdan 2020-ci ilin oktyabr ayınadək, yəni özü MKTB ilə müqavilə bağlayıb 59 nömrəli MKİS-də liftçi kimi işə başladığı vaxta qədər işə çıxmamışdır. Həmin müddətdə onun əmək haqqı kartı Elçində qalmış, sonuncu özü kartdakı vəsaitləri nağdlaşdırmış və həmin vəsaitdən ona hər hansı məbləğdə pul verməmişdir. Onunla Elçin arasında olan danışıqdan arvadının məlumatı olsa da həmin danışıqda arvadı Naidə iştirak etməmişdir. Sonradan özü arvadına bu barədə məlumat vermişdir. O, 2014-2018-ci illərdə 14 nömrəli MKİSdə işlədiyi dövrdə mütəmadi olaraq işə çıxmış, 2017-ci ilin müvafiq ayına qədər əmək haqqını iş yerində tam həcmdə nağd qaydada, 2017-ci ilin müvafiq ayından etibarən kartla almış, maaşını öz ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. "xxxx"ASC-dən daxil olmuş ona məxsus plastik əmək haqqı kartından 01.10.2020, 02.03.2020, 05.02.2020, 20.03.2020, 29.04.2020, 23.05.2020, 01.07.2020, 29.07.2020, 01.09.2020 tarixlərdə pul vəsaiti çıxaran şəxsin görüntüləri barədə bildirir ki, 2019-cu ilin əvvəlindən 2020-ci ilin axırlarına qədər onun əmək haqqı kartı Təqsirləndirilən şəxs1 olmuş, sonuncu onun kartındakı vəsaitləri çıxarıb istifadə etmişdir. 59 nömrəli MKİS-ə işə girdikdən sonra ona yeni kart açılmış, özü də işə çıxmaqla öz əmək haqqını özü almışdır. "xxxx" ASC-dən daxil olmuş 12.11.2021-ci il tarixli məktuba əlavə edilmiş bankomat görüntüləri olan diskə 13.11.2021-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" ASC-yə məxsus ATM-lərdən istifadə etməklə Şahid7 məxsus 510307******6471 nömrəli plastik əmək haqqı kartından 01.10.2020, 02.03.2020, 05.02.2020, 20.03.2020, 29.04.2020, 23.05.2020, 01.07.2020, 29.07.2020, 01.09.2020 tarixlərdə müxtəlif məbləğlərdə pul vəsaitlərini nağdlaşdırmışdır (cild 8, iş vərəqə 246-250). Zərərçəkmiş şəxs1 MMC-dən daxil olan 29.11.2021-ci il tarixli **********5 nömrəli məktuba əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bildirişindən görünür ki, Şahid7la həmin MMC arasında 12.03.2019-cu il tarixdə Şahid7 sosial işçi kimi işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti 21.10.2019-cu il tarixdə uzadılmış, habelə həmin məktuba əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, Şahid7la MMC arasındakı həmin əmək müqaviləsinə 04.09.2020-ci il tarixdə xitam verilmişdi (cild 9, iş vərəqə 123-158). "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Şahid7 məxsus 510307******6471 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 01.04.2019-cu il tarixdən 30.09.2020-ci il tarixədək həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 4292 manat məbləğində pul vəsaiti 01.04.2019-cu il tarixdən 30.09.2020-ci il tarixədək olan müddətdə kartdan nağdlaşdırılmışdır (cild 8, iş vərəqə 119-121). "xxxx" ASC-dən daxil olmuş 12.11.2021-ci il tarixli məktuba əlavə edilmiş bankomat görüntüləri olan diskə 13.11.2021-ci il tarixdə keçirilmiş baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Arzu Rəhimova məxsus 416974******1576 nömrəli plastik əmək haqqı kartından 01.07.2021-ci il tarixdə 241 manat, 29.07.2021-ci il tarixdə 117 manat, 01.09.2021-ci il tarixdə 116 manat, 01.10.2021-ci il tarixdə 116 manat, 30.10.2021-ci il tarixdə 116 manat, 01.12.2021-ci il tarixdə 117 manat, 28.12.2021-ci il tarixdə 116 manat, 05.02.2021-ci il tarixdə 111 manat, 03.03.2021-ci il tarixdə 184 manat, 29.03.2021-ci il tarixdə 236 manat, 03.05.2021-ci il tarixdə 236 manat, 02.06.2021-ci il tarixdə 236 manat, 02.07.2021-ci il tarixdə 223 manat, 02.08.2021-ci il tarixdə 236 manat, 31.08.2021-ci il tarixdə 236 manat məbləğində pul vəsaitini nağdlaşdırmışdır (cild 8, iş vərəqə 246-250). DOST İş Mərkəzi MMC-dən daxil olan 27.10.2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, həmin MMC ilə X39 arasında əmək müqaviləsi 21.02.2020-ci il tarixdə bağlanmışdır (cild 2, iş vərəqə 108- 110). Arzu Rəhimovun sosial arayışından görünür ki, o, 21.02.2020-ci il tarixldə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi işə başlamışdır (cild 2, iş vərəqə 95-96). "xxxx" ASC-dən daxil olmuş 02.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Arzu Rəhimova məxsus 416974******1576 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 22.05.2020-ci il tarixdən 31.08.2021-ci il tarixədək müddətdə həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 2.878 manat məbləğində pul vəsaiti 22.05.2020-ci il tarixdən 01.09.2021-ci il tarixədək müddətdə kartdan nağdlaşdırılmışdır (cild 5, iş vərəqə 165-168). Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, 2019-cu ilin fevral ayında əmək stajının yaranması üçün işə çıxmayacağı lakin adının işçi siyahısında gedəcəyi bir iş yeri axtarmağa başlamışdır. Həmin vaxtlar tanışı Təqsirləndirilən şəxs2 ilə söhbət etdikdə sonuncu, onun adını MKİS-də işçi kimi rəsmiləşdirə biləcəyini, onu işçi kimi rəsmiləşdirdikdən sonra bankdan veriləcək plastik əmək haqqı kartını ona verməli olduğunu, bunun müqabilində ona əmək stajı hesablanacağını demiş, o da Firəngizlə razılaşmışdır. Həmin danışıq 2019-cu ilin fevral ayında onunla Təqsirləndirilən şəxs2 arasında olmuşdur. 2019-cu ilin fevral ayında Zərərçəkmiş şəxs1 MMC-yə sənədlərini təqdim edib 14 saylı MKİS-də sosial işçi kimi işə rəsmiləşdirilmişdir. İşə başladıqdan bir neçə gün sonra Firəngiz ona kartının hazır olması barədə ona məlumat vermiş, bundan sonra o, "xxxx" ASC-nin Nəsimi filialına müraciət edib oradan öz adına olan plastik əmək haqqı kartını almişdır. Kartı aldığı gün onu 14 saylı MKİS-in inzibati binasında Firəngizə təqdim etmişdir. Lakin Firəngizin deməsinə görə onun işə gəlməməsindən habelə plastik əmək haqqı kartının Firəngizin özündə olmasından rəis Təqsirləndirilən şəxs1 məlumatı olmuşdur. 2019-cu ilin fevral ayı üçün ödənilən əmək haqqını özü almamışdır. Habelə 2019-cu ilin fevral ayının sonlarında kartını Firəngizə verdikdən sonra MKİS-də işə çıxmamış, heç bir əmək funksiyası yerinə yetirməmiş, əmək haqqı kartı həmin vaxtdan etibarən daima Firəngizdə olmuşdur. Həmçinin işə çıxmadığı müddətdə plastik kartına köçən vəsaitdən Firəngiz ona hər hansı məbləğdə ödəniş etməmişdir. 2019-cu ilin fevral ayından hazırki vaxtadək cəmi bir dəfə 2021-ci ilin fevral-mart aylarında Firəngiz onun mobil telefonuna zəng edərək kartının vaxtının bitməsi və "xxxx" ASC-nin Nəsimi filialına müraciət etməli olduğunu demiş, o da Firəngizin dediyi vaxtda "xxxx" ASC-nin Nəsimi filialına gedib oradan yeni plastik əmək haqqı kartını götürüb parol ilə birlikdə filialın çıxışında Firəngizə vermişdir (cild 1, iş vərəqə 83-87). "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş bankomat görüntüləri olan diskə 08.11.2021-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 "xxxx" ASC-yə məxsus ATM-lərdən istifadə etməklə Şahid5 məxsus 416974******7879 nömrəli plastik əmək haqqı kartından 03.03.2020-ci il tarixdə 242 manat, 27.03.2020-ci il tarixdə 241 manat, 30.04.2020-ci il tarixdə 241 manat, 22.05.2020-ci il tarixdə 241 manat, 01.07.2020-ci il tarixdə 242 manat, 07.07.2020-ci il tarixdə 39 manat, 28.07.2020-ci il tarixdə 22 manat, 11.08.2020-ci il tarixdə 45 manat, 01.09.2020-ci il tarixdə 241 manat, 07.09.2020-ci il tarixdə 41 manat, 21.09.2020-ci il tarixdə 36 manat, 13.11.2020-ci il tarixdə 29 manat, 30.11.2020-ci il tarixdə 30 manat, 01.12.2020-ci il tarixdə 242 manat, 15.12.2020-ci il tarixdə 50 manat, 23.12.2020-ci il tarixdə 70 manat, 07.01.2021-ci il tarixdə 100 manat, 19.03.2021-ci il tarixdə 236 manat, 03.06.2021-ci il tarixdə 237 manat, 02.07.2021-ci il tarixdə 236 manat, 02.08.2021-ci il tarixdə 236 manat, 09.08.2021-ci il tarixdə 60 manat, 18.08.2021-ci il tarixdə 25 manat, 20.08.2021-ci il tarixdə 22 manat, 31.08.2021-ci il tarixdə 287 manat pulu nağdlaşdırmışdır. Bundan başqa həmin baxış protokolundan görünür ki, X23 "xxxx" ASC-yə məxsus ATM-lərdən istifadə etməklə Şahid5 məxsus 416974******7879 nömrəli plastik əmək haqqı kartından 01.10.2020-ci il tarixdə 241 manat, 02.11.2020-ci il tarixdə 242 manat, 26.11.2020-ci il tarixdə 49 manat, 02.12.2020-ci il tarixdə 242 manat, 21.12.2020-ci il tarixdə 30 manat, 28.12.2020-ci il tarixdə 242 manat, 02.03.2021-ci il tarixdə 236 manat, 03.05.2021-ci il tarixdə 236 manat pul vəsaitini nağdllaşdırmışdır (cild 8, iş vərəqə 148-211). Zərərçəkmiş şəxs1 MMC-dən daxil olan 27.10.2021-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, həmin MMC ilə Şahid5 arasında əmək müqaviləsi 19.02.2019-cu il tarixdə bağlanmışdır (cild 2, iş vərəqə 108-110). Şahid5 sosial arayışından görünür ki, o, 19.02.2019-cu il tarixldə Zərərçəkmiş şəxs1 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında sosial işçi kimi işə başlamışdır (cild 2, iş vərəqə 31-32). "xxxx" ASC-dən daxil olmuş 02.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Şahid5 məxsus 416974******7879 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 07.03.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək olan müddətdə həmin karta əmək haqqı qismində 6.919.28 manat məbləğində pul vəsaiti 11.03.2019-cu il tarixdən 01.09.2021-ci il tarixədək müddətdə kartdan nağdlaşdırılmışdır (cild 5, iş vərəqə 183-191). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2019-cu ilin yanvar ayında Nəsimi RİH-in inzibati binasının yaxınlığında yerləşən yaşayış binasının fasadının üzlənməsində fəhlə kimi işlədiyi günlərdən birində aparılan işlərə nəzarət edən, sonradan adının Naidə, özünün isə 14 saylı MKİS-in əməkdaşı olmasını bildiyi xanım ona müraciət edib onu 14 saylı MKİS-də daimi işlə təmin edəcəyini demiş, o da daimi iş axtardığından Naidə ilə razılaşmışdır. Söhbət əsnasında Naidə işə düzəlmək üçün lazım olan sənədlərin siyahısını şifahi formada ona bildirmiş, həmin sənədləri Zərərçəkmiş şəxs1 MMC-yə təqdim etməli olduğunu demişdir. O da qısa müddətdə sənədlərini toplayıb həmin MMC-yə təqdim etmişdir. 2019-cu ilin fevral ayının ilk günlərində Naidə mobil telefonuna zəng edərək onun üçün plastik əmək haqqı kartı sifariş verilməsini bildirib həmin kartı guya iş yeri üzrə əmri verilənə qədər onların saxlamalı olduğunu, bunun üçün "xxxx" ASC-nin Nəsimi filialına gedib kartı götürüb ona təhvil verməli olmasını demişdir. Naidənin dediyi qaydada banka gedib kartını oradan təhvil almıb kartı və parolunu iş yerində sonuncuya vermişdir. Bundan bir neçə gün sonra Naidə mobil telefonuna zəng edərək problem çıxdığını, onu işə götürə bilməyəcəklərini bildirib üzrxahlıq etmiş, o da bir söz deməmişdir. 14 saylı MKİS-də bir gün belə işə çıxmamış, əmək funksiyasını yerinə yetirməmiş, əmək haqqı almamışdır. Kartı da bankdan aldığı gün Naidəyə təhvil vermişdir. Habelə nə Naidə, nə də həmin MKİS-in rəisi Təqsirləndirilən şəxs1 ona kartından çıxarılan vəsait hesabına heç bir ödəniş etməmişdir. 2020-ci ildə karantinlə bağlı küçəyə çıxma qadağası elan olunduğu vaxt işsiz vətəndaşlara 190 manat yardım verilərkən o da onlayn müraciət etsə də iş yerinin olması səbəbindən imtina verilməsi barədə mesaj gəlmişdir. Buna görə o, 14 saylı MKİS-ə gəlib orada Təqsirləndirilən şəxs1 qəbulunda olmuş, hansı səbəbdən işləmədiyi halda adının işdə getməsi, pulunun mənimsənilməsini soruşmuş, habelə kartından çıxarılan vəsaitdən heç olmasa müəyyən hissəni özünə verməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs1 bundan imtina etmiş, o, şikayət edəcəyini dedikdə isə istədiyi yerə şikayət edə biləcəyini bildirmişdir. Sonradan Naidə onu sakitləşdirib şikayət etməməyə razılaşdırmış, onu işə düzəldəcəyini, ona pul verəcəyini desə də aldadıb nə işə düzəltmiş nə də ona kartından çıxardıqları vəsaitdən hər hansı məbləğdə ödəniş etmişdir. Buna görə də o, KQMBİ-yə müraciət etmişdir. Beləliklə, o, 2019-cu ilin fevralında sənədlərini işə düzəlmək üçün təqdim etmiş, 10 gün sonra Naidənin tapşırığı ilə əmək haqqı kartını bankdan götürüb sonuncuya vermiş, bundan 2 gün sonra Naidə zəng edərək işin alınmaması barədə ona məlumat vermişdir. Ona məlumdur ki, Naidə və Elçin izahat vermişlər ki, guya o, bir neçə ay MKİS-də işləsə də sonradan öz xahişi ilə adının işçi kimi getməsi, əmək stajının yazılması üçün kartını Naidəyə verməyə razı olmuşdur. Bunlar yalandır, belə bir hal olmamışdır, hadisə onun qeyd etdiyi kimi olmuşdur. O, 190 manat yardımla bağlı müraciət edib MKİS-də adının işçi kimi qeydiyyatda olması barədə məlumat aldıqdan sonra Naidə ilə danışarkən sonuncu kartın özündə deyil, Təqsirləndirilən şəxs1 olduğunu demişdir. Sonradan onunla əmək müqaviləsinə xitam verilməsi, verilmişdirsə nə zaman verilməsi barədə heç bir məlumatı yoxdur. Cəmi bir dəfə bankdan əmək haqqı kartını götürüb Naidəyə vermiş, sonradan belə hadisə təkrarlanmamışdır. Naidə işə düzəlməyin mümkün olmadığını deyib əvvəldən onu kənarlaşdırmış, o, bir gün belə MKİS-də işə çıxmamışdır. Sücəddin adlı şəxsi tanımır, belə bir hadisə barədə məlumatı yoxdur (cild 1, iş vərəqə 98-102). "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş bankomat görüntüləri olan diskə 08.11.2021-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Şahid1 məxsus 510307******9461 nömrəli plastik əmək haqqı kartından 05.02.2020-ci il tarixdə 25-30 yaşlarında kişi cinsli şəxs 241 manat, 03.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 241 manat, 29.04.2020-ci il tarixdə həmçinin Təqsirləndirilən şəxs3 həmin kartdan 241 manat, 22.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 Reyhan Qasımova ilə birgə həmin kartdan 241 manat, 01.07.2020-ci il tarixdə Reyhan Qasımovan həmin kartdan 171 manat məbləğində pul vəsaitini nağdlaşdırmışdırlar (cild 8, iş vərəqə 148-211). Zərərçəkmiş şəxs1 MMC-dən daxil olan 29.11.2021-ci il tarixli **********5 nömrəli məktuba əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bildirişindən görünür ki, Şahid1la həmin MMC arasında 28.02.2019-cu il tarixdə sonuncunun sosial işçi kimi işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti 22.10.2019-cu il tarixdə uzadılmış, habelə həmin məktuba əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, Şahid1la MMC arasındakı həmin əmək müqaviləsinə 16.06.2020-ci il tarixdə xitam verilmişdir (cild 9, iş vərəqə 123-158). "xxxx" ASC-dən daxil olmuş 12.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Şahid1 məxsus 510307******9461 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 19.03.2019-cu il tarixdən 01.07.2020-ci il tarixədək olan müddətdə həmin karta əmək haqqı qismində 3.746 manat məbləğində pul vəsaiti 27.03.2019-cu il tarixdən 02.07.2021-ci il tarixədək müddətdə kartdan nağdlaşdırılmışdır (cild 8, iş vərəqə 240-242). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8 ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayında 14 nömrəli MKİS-də vakant iş yeri olmasını bilib adi qaydada işə qəbul üçün müraciət edib işə düzəlmişdir. 2018-ci ilin noyabr-dekabr aylarına qədər adi qaydada işə gəlib-getmiş, əmək funksiyalarını yerinə yetirmiş, plastik əmək haqqı kartını özündə saxlamaqla karta köçən vəsaiti öz ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. 2018-ci ilin noyabr-dekabr aylarında maddi vəziyyəti çətinləşdiyindən əlavə iş yeri tapıb işləmək qərarına gəldiyindən rəis Təqsirləndirilən şəxs1 müraciət edib adının işçi siyahısında saxlanılması, lakin özünün işə çıxmaması müqabilində əmək haqqı kartını ona verəcəyini dedikdə Təqsirləndirilən şəxs1 razılaşmış, daha sonra plastik bank kartını ondan tələb edib almışdır. Bu danışıq 2018-ci ilin noyabr ayının son günlərində 14 nömrəli MKİS-in inzibati binasında Elçin müəllimin otağında onlar arasında baş tutmuş, elə həmin vaxt üzərində olan "xxxx" ASC-yə aid bank kartını pin kodla birgə Elçinə təhvil vermişdir. 2018-ci ilin noyabr ayının sonlarından etibarən işə çıxmamış, 14 nömrəli MKİS-də heç bir əmək funksiyası yerinə yetirməmiş, əmək haqqı almamışdır. Həmin müddətdə özü fərdi qaydada evlərdə santexnik kimi işləmişdir. Bütün bu müddət ərzində, yəni Təqsirləndirilən şəxs1 plastik kartını verəndən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilənə qədər kartı Elçində olmuşdur. Elçin kartından çıxarılan vəsaitdən ona bu və ya digər məbləğdə ödəniş etməmişdir. 2021-ci ilin fevral ayının xatırlamadığı günündə Təqsirləndirilən şəxs1 kartının müddətinin bitməsi barədə ona məlumat verərək "xxxx" ASC-nin Nəsimi filialına müraciət edib yeni kart əldə edib ona təqdim etməli olduğunu bildirmişdir. O, dərhal həmin bankın Nəsimi filialına müraciət edib bankdan yeni kart almış və pin kodla birgə iş yerində Təqsirləndirilən şəxs1 təqdim etmişdir. 14 nömrəli MKİS-də işə çıxmadığı, lakin adının işçi siyahısında olduğu müddətdə Təqsirləndirilən şəxs1 tələbi ilə həftədə bir dəfə iş yerinə gedib həftəlik tabel jurnalına imza etmiş, lakin işə çıxmamış, əmək funksiyası yerinə yetirməmişdir (cild 1, iş vərəqə 88-92; cild 8, iş vərəqə 212-215). "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş bankomat görüntülərinə baxış keçirilməsi haqqında 08 noyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" ASC-yə məxsus ATM-lərdən istifadə etməklə Şahid8 məxsus 416974******8472 nömrəli plastik əmək haqqı kartından 03.02.2020-ci il tarixdə 232 manat, 01.05.2020-ci il tarixdə 232 manat, habelə 22.05.2020, 07.07.2020, 07.08.2020, 17.09.2020, 09.10.2020, 05.11.2020, 07.12.2020, 25.12.2020, 01.02.2020 tarixlərdə müxtəlif məbləğlərdə pul vəsaitlərini şəxsən nağdlaşdırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 "xxxx" ASC-yə məxsus ATM-lərdən istifadə etməklə Şahid8 məxsus 510307******2072 nömrəli plastik əmək haqqı kartından 19.02.2021-ci il tarixdə 227 manat, 19.03.2021-ci il tarixdə 228 manat, 03.05.2021-ci il tarixdə 227 manat, 07.06.2021-ci il tarixdə 228 manat, 05.07.2021-ci il tarixdə 227 manat, 05.08.2021-ci il tarixdə 213 manat, 06.09.2021-ci il tarixdə 228 manat məbləğində pul vəsaitlərini nağdlaşdırması müəyyən edilmişdir (cild 8, iş vərəqə 148-211). Nəsimi MKTB-nin rəisinin 12.04.2017-ci il tarixli, 41/7 nömrəli əmrindən çıxarışdan görünür ki, Şahid8 19.04.2017-ci il tarixdə Nəsimi MKTB-nin 14 nömrəli MKİS-nə santexnik vəzifəsi üzrə işə qəbul edilmişdir (cild 1, iş vərəqə 191). Nəsimi MKTB-nin rəisinin 17.09.2021-cü il tarixli, 98/6 nömrəli əmrindən çıxarışdan görünür ki, Şahid8 həmin tarixdə Nəsimi MKTB-nin 14 nömrəli MKİS-nin santexniki vəzifəsindən azad edilmişdir (cild 1, iş vərəqə 192). "xxxx" ASC-dən daxil olmuş 12.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Şahid8 məxsus 416974******8472 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 12 noyabr 2018-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 5464 manat məbləğində pul vəsaiti 12.11.2018-ci il tarixdən 02.02.2021-ci il tarixədək müddətdə kartdan nağdlaşdırılmışdır. Həmin məktuba əlavə edilmiş Şahid8 məxsus 510307******2072 nömrəli plastik əmək haqqı kartının çıxarışdan görünür ki, 17.02.2021-ci il tarixdən 06.09.2021-ci il tarixədək həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 1.805,55 manat məbləğində pul vəsaiti 17.02.2021-ci il tarixdən 07.09.2021-ci il tarixədək kartdan nağdlaşdırılmışdır. Beləliklə, hər iki plasik kartdan birlikdə 12.11.2018-ci il tarixdən 07.09.2021-ci il tarixədək əmək haqqı qismində mədaxil edilmiş cəmi 7.269,55 manat məbləğində pul vəsaiti nağdlaşdırılmışdır (cild 8, iş vərəqə 232-237). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid9 ifadəsində göstərmişdir ki, 02 iyun 2014-cü il tarixdə Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 14 saylı MKİS-də işə düzəlmişdir. İşə dalandar kimi rəsmiləşdirilməyinə baxmayaraq ingilis dili və kompyuteri bildiyinə görə bir qayda olaraq 14 nömrəli MKİS-in inzibati binasında olmaqla kargüzarlıq işləri ilə məşğul olmuş, sorğulara cavab vermiş, ixtisasına uyğun olan tapşırıqları yerinə yetirmişdir. İşə girdiyi vaxtdan 2019-cu ilin aprel ayına qədər işə normal qaydada hər gün gedib-gəlsə də böyük oğlu X1 yaranan problemə görə sonuncu əməliyyat olunduğundan oğluna ev şəraitində qulluq göstərməyi ilə bağlı 2019-cu ilin aprel ayının sonlarından etibarən işə çıxa bilməmişdir. Təxminən 2019-cu ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs1 müraciət edib oğlunun səhhəti ilə bağlı artıq işə gələ bilməyəcəyini bildirmiş, onu işdən azad etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 isə heç bir problem olmadığını, işə gəlməməyinə göz yumacağını, buna görə işdən çıxmağa ehtiyac olmadığını bildirmiş, habelə işdən çıxmadığı, yəni adının işçi siyahısında getməsi müqabilində plastik əmək haqqı kartını ona verməli olduğunu demiş, o da Təqsirləndirilən şəxs1lə razılaşaraq elə həmin vaxt üzərində olan plastik əmək haqqı kartını və həmin kartın pin kodunu Təqsirləndirilən şəxs1 təhvil vermişdir. 2019-cu ilin aprel ayı üçün ödənilən əmək haqqını da özü almamışdır. 2019-cu ilin may ayının əvvəllərindən etibarən 2021-ci ilin yanvar ayına qədər nadir hallarda, məsələn həftədə bir dəfə qısa müddətlik iş yerinə gedib hər hansı əmək funksiyası yerinə yetirmədən evə qayıtsa da 2021-ci ilin yanvar ayından 2021-ci ilin sentyabr ayına qədər ümumiyyətlə işə çıxmamışdır. 2019-cu ilin may ayından hazırki vaxtadək plastik əmək haqqı kartı Təqsirləndirilən şəxs1 olmuş, kartına köçən vəsaiti sonuncu nağdlaşdırmış, həmin puldan ona verməmişdir. İşə davamiyyətlə bağlı MKİS-də tabel jurnalı vardır ki, 2019-cu ilin aprel ayından etibarən 2021ci il sentyabr ayında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilənə qədər həftədə bir dəfə işlədiyi MKİS-ə gedib jurnala həftəlik imza edib gəlmişdir (cild 1, iş vərəqə 73-77). "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli məktuba əlavə edilmiş bankomat görüntüləri olan diskə keçirilmiş 08.11.2021-ci il tarixli baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" ASC-yə məxsus ATM-lərdən istifadə etməkə Şahid9 məxsus 510307******6695 nömrəli plastik əmək haqqı kartından 03.02.2020-ci il tarixdə 258 manat, 15.04.2020-ci il tarixdə 257 manat, 22.05.2020-ci il tarixdə 258 manat, 07.07.2020-ci il tarixdə 258 manat, 06.08.2020-ci il tarixdə 258 manat, 18.09.2020-ci il tarixdə 250 manat, 12.10.2020-ci il tarixdə 258 manat, 05.11.2020-ci il tarixdə 258 manat, 08.12.2020-ci il tarixdə 258 manat, 28.12.2020-ci il tarixdə 257 manat, 01.02.2021-ci il tarixdə 258 manat, 18.02.2021-ci il tarixdə 252 manat, 19.03.2021-ci il tarixdə 253 manat, 03.05.2021-ci il tarixdə 252 manat, 04.06.2021-ci il tarixdə 252 manat, 05.07.2021-ci il tarixdə 252 manat, 05.08.2021-ci il tarixdə 251 manat, 06.09.2021-ci il tarixdə 254 manat pulu nağdlaşdırmışdır (cild 8, iş vərəqə 148-211). Nəsimi MKTB-nin 14 nömrəli MKİS-nin rəisinin 02.06.2014-cü il tarixli, 7 nömrəli əmrindən çıxarışdan görünür ki, Şahid9 həmin tarixdə Nəsimi MKTB-nin 14 nömrəli MKİS-nə dalandar vəzifəsi üzrə işə qəbul edilmişdir (cild 1, iş vərəqə 189). Nəsimi MKTB-nin rəisinin 13.09.2021-cü il tarixli, 98/2 nömrəli əmrindən çıxarışdan görünür ki, Şahid9 həmin tarixdə Nəsimi MKTB-nin 14 nömrəli MKİS-nin dalandarı vəzifəsindən azad edilmişdir (cild 1, iş vərəqə 190). "xxxx" ASC-dən daxil olmuş 02.11.2021-ci il tarixli məktuba əlavə edilmiş Şahid9 məxsus 510307******6695 nömrəli plastik əmək haqqı kartının çıxarışından görünür ki, 05.04.2019-cu il tarixdən 06.09.2021-ci il tarixədək olan müddətdə həmin karta əmək haqqı qismində mədaxil edilmiş cəmi 7300 manat məbləğində pul vəsaiti 05.04.2019-cu il tarixdən 07.09.2021-ci il tarixədək olan müddətdə kartdan nağdlaşdırılmışdır (cild 5, iş vərəqə 148-152). 14 nömrəli MKİS-in 2018-ci ilin noyabr ayından 2021-ci ilin sentyabr ayınadək olan müddətə aid iş vaxtının uçotu tabellərindən müəyyən edilmişdir ki, aylar üzrə tabellərə 2018-ci ilin noyabr ayından etibarən Ayşən Xəlilova və Şahid8, 2019-cu ilin aprel ayından etibarən isə həmçinin də Şahid9 2021-ci ilin sentyabr ayınadək olan müddətdə davamlı olaraq işə gəlmələri barədə qeydlər daxil edilmişdir (cild 6, iş vərəqə 49.82). Nəsimi MKTB-dən daxil olan 02.11.2021-ci il tarixli 0/644 nömrəli məktubla Zərərçəkmiş şəxs1 MMCnin işçisi olmaqla 14 nömrəli MKİS-ə təhkim edilmiş sosial işçilərin 2019-cu ilin fevral ayından 2021-ci ilin sentyabr ayınadək olan müddətə aid iş vaxtının uçotu tabelləri öyrənilərkən aylar üzrə tabellərdə 2019-cu ilin fevral ayından 2021-ci il ilin sentyabr ayınadək olan müddətdə Şahid4, Xanlar Bəkirov, Şahid3, Şahid2, Şahid6 və Şahid5, 2019-cu ilin fevral ayından 2020-ci ilin iyul ayınadək (iyun ayı daxil olmaqla) Şahid1, 2019-cu ilin mart ayından 2020-ci ilin oktyabr ayınadək (sentyabr ayı daxil olmaqla) olan müddətdə Şahid7, 2020-ci ilin may ayından 2021-ci ilin sentyabr ayınadək olan müddətdə Arzu Rəhimovun işə gəlməməklə heç bir əmək funksiyası yerinə yetirmədikləri halda qeyd edilən aylar üzrə həmin şəxslərin davamlı olaraq işə gəlmələri barədə sözügedən tabellərə qeydlər daxil edilməsi müəyyən edilmişdir (cild 5, iş vərəqə 61-141). Zərərçəkmiş şəxs1 MMC-dən daxil olan 29.11.2021-ci il tarixli, **********5 nömrəli məktuba əlavə edilmiş Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (İcraçı) və DOST İŞ Mərkəzi MMC arasında bağlanmış 10.01.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”in 4.4cü bəndindən görünür ki, işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab edilməsinə baxmayaraq, onların əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. X31 adlı birinci maddəsində “İcraçı”ya verilən anlayışdan görünür ki, icraçı dedikdə Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olunan, ictimai işləri birbaşa icra edən və işçilərə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericiliklə nəzərdə tutulan tədbirləri təmin edən dövlət orqanı və təşkilatı, hüquqi və fiziki şəxslər nəzərdə tutulur (cild 9, iş vərəqə 153- 158). 01.12.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 01.02.2014-ci il tarixdən 08.11.2018-ci il tarixədək olan dövrdə Şahid10 əmək haqqı nağd verilən müddətdə ödənilən vəsaitlə əmək haqqı kartla ödənilən dövrdə plastik kartına əmək haqqı qismində mədaxil edilmiş puldan kartdan nağdlaşdırılmış məbləğin cəmi 9 190.33 manat, habelə 01.02.2014-ci il tarixdən 08.11.2018-ci il tarixədək olan dövrdə X16 əmək haqqı nağd verilən müddətdə ödənilən vəsaitlə əmək haqqı kartla ödənilən dövrdə plastik kartına əmək haqqı qismində mədaxil edilmiş puldan kartdan nağdlaşdırılmış məbləğin cəmi 8 948.83 manat təşkil edir. Bundan başqa 08.11.2018-ci il tarixdən 13.08.2021-ci il tarixədək olan dövrdə X21 plastik kartına əmək haqqı qismində mədaxil edilmiş 8 165.00 manat, 08.11.2018-ci il tarixdən 09.09.2021-ci il tarixədək olan dövrdə Şahid8 plastik kartına əmək haqqı qismində mədaxil edilmiş 7 269.55 manat, , 01.04.2019-cu il tarixdən 09.09.2021-ci il tarixədək dövrdə Şahid9 plastik kartına əmək haqqı qismində mədaxil edilmiş 7 300.00 manat, 01.02.2019-cu il tarixdən 09.09.2021-ci il tarixədək olan dövrdə Şahid4 plastik kartına əmək haqqı qismində mədaxil edilmiş 6 734,00 manat, həmin dövrdə X3 plastik kartına əmək haqqı qismində mədaxil edilmiş 7 181.00 manat, həmin dövrdə Şahid3 plastik kartına əmək haqqı qismində mədaxil edilmiş 7 162.00 manat, həmin dövrdə Şahid2 plastik kartına əmək haqqı qismində mədaxil edilmiş 6 747.95 manat, həmin dövrdə Şahid6 plastik kartına əmək haqqı qismində mədaxil edilmiş 6 913.00 manat, həmin dövrdə Şahid5 plastik kartına əmək haqqı qismində mədaxil edilmiş 6 919.28 manat, 12.03.2019-cu il tarixdən 2020ci ilin oktyabr ayınadək olan dövrdə X17 plastik kartına əmək haqqı qismində mədaxil edilmiş 4 292.00 manat, 01.05.2020-ci il tarixdən 09.09.2021-ci il tarixədək olan dövrdə X24 plastik kartına əmək haqqı qismində mədaxil edilmiş 2 878.00 manat, 01.02.2019-cu il tarixdən 2020-ci ilin avqust ayınadək olan müddətdə Şahid1 plastik kartına əmək haqqı qismində mədaxil edilmiş 3.746 manat qeyd edilən müddətlərdə sonunculara məxsus əmək haqqı kartlarından nağdlaşdırılmışdır (cild 10, iş vərəqə 168-173). Nəsimi MKTB-dən daxil olan 29 oktyabr 2021-ci il tarixli 0/623 nömrəli məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının strukturuna aid Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin 31.07.2012-ci il tarixli 97/4 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə həmin departamentin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 49 nömrəli Mənzil- Kommunal İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir (cild 5, iş vərəqə 31). Nəsimi MKTB-dən daxil olan 30 sentyabr 2021-ci il tarixli 1/145 nömrəli məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının strukturuna aid Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin 08 noyabr 2018-ci il tarixli 119/3 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə həmin departamentin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 49 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsindən azad edilərək 14 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir (cild 1, iş vərəqə 207). Nəsimi MKTB-dən daxil olan 30 sentyabr 2021-ci il tarixli 1/145 nömrəli məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının strukturuna aid Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin 17 sentyabr 2021-ci il tarixli 100/2 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə həmin departamentin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsindən azad edilmişdir (cild 1, iş vərəqə 211). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİI-̇ dən 02.10.2021-ci il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqə 160). Nərimanov MKTB-nin 53 saylı MKİS-dən daxil olmuş 24.11.2021-ci il tarixli 53/2026 nömrəli arayışdan görünür ki, Dinayev X19 rayonu, Azadlıq pr, ev 151, mənzil 26 ünvanında qeydiyyatdadır. Onun ailə üzvləri 1975-ci il təvəllüdlü arvadı X4, 1998-ci il təvəllüdlü qızı Validə Dinayevadan, 2003-cü il təvəllüdlü qızı Fidan Dinayevadan və 2010-cu il təvəllüdlü oğlu Rafael Dinayevdən ibarətdir (cild 9, iş vərəqə 58). Nərimanov MKTB-nin 53 saylı MKİS-dən daxil olmuş 24.11.2021-ci il tarixli 53/2027 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur (cild 9, iş vərəqə 60). Nəsimi MKTB-dən daxil olan 30 sentyabr 2021-ci il tarixli 1/147 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 iş yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 204). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş, 29 noyabr 2005-ci il tarixdə 3204 nömrə ilə qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X10”na, habelə Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin sədrinin 20 dekabr 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Əsasnaməsi”nə əsasən Təqsirləndirilən şəxs1 MKİS rəisi kimi Mənzil İstismar Sahəsinin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə icrası bütün işçiləri üçün məcburi olan göstərişlər vermək və yerinə yetirilməsini təmin edən tədbirlər görmək, qüvvədə olan əmək qanunvericiliyinə riayət etməklə Mənzil İstismar Sahəsinin işçilərini işə qəbul etmək və işdən azad etmək, Mənzil İstismar Sahəsinin qarşısında duran məsələləri həll etmək üçün müqavilələr bağlamaq, vəkalətnamələr vermək, Mənzil İstismar Sahəsinin pul vəsaitlərinin və maddi qiymətlilərin qorunub saxlanmasını təmin etmək, işçilər tərəfindən istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etmək, əmək intizamını pozanlara inzibati cəza verilməsi haqqında təkliflər təqdim etmək kimi vəzifə funksiyaları olmuşdur (cild 1, iş vərəqə 215-221, cild 9, iş vərəqə 181-242). Nəsimi MKTB-dən daxil olan 30 sentyabr 2021-ci il tarixli 1/145 nömrəli məktuba əlavə edilmiş Nəsimi MKTB-nin rəisinin 31 may 2005-ci il tarixli 47 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinə böyük hesabdar vəzifəsinə təyin edilmişdir (cild 1, iş vərəqə 208). Nəsimi MKTB-nin rəisinin 17 sentyabr 2021-ci il tarixli 100/2 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə həmin MKTB-nin 14 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin böyük hesabdarı vəzifəsindən azad edilmişdir (cild 1, iş vərəqə 212). “Everton” firmasından daxil olan 23.11.2021-ci il tarixli 281 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 9, iş vərəqə 57). Nəsimi MKTB-dən daxil olan 30 sentyabr 2021-ci il tarixli 1/148 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 iş yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 206). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqə 159). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş, 29 noyabr 2005-ci il tarixdə 3204 nömrə ilə qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X10”na əsasən böyük hesabdar vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 mühasibin rəhbərliyi altında ilkin uçot sənədlərində olan göstəricilər əsasında hesabatları və işlənib hazırlanmış cədvəlləri doldurmaq (materiala tələbat, günəmuzd iş üçün naryadlar və s.), mühasibat keçirmələrin qeydiyyatını və hesablara köçürülməsini aparmaq, mühasibat uçotunun ayrı-ayrı sahələri üzrə sadə hesablamaları aparmaq, ilkin uçot sənədlərini qəbul edib onların rəsmiləşdirilməsinin düzgünlüyünə nəzarət etmək, onların hesab emalına, eləcə də təyin olunmuş maliyyə, vergi və digər hesabatların möhkəmləndirilməsinə, dövlət intizamının gözlənilməsinə və təsərrüfat hesabının möhkəmləndirilməsinə istiqamətlənmiş tədbirlərin həyata keçməsində iştirak etmək kimi vəzifə funksiyaları olmuşdur (cild 9, iş vərəqə 181-242). Nəsimi MKTB-dən daxil olan 30 sentyabr 2021-ci il tarixli 1/145 nömrəli məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının strukturuna aid Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin 09 aprel 2013-cü il tarixli 43 nömrəli əmrindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi vəzifəsinə təyin edilmişdir (cild 1, iş vərəqə 209). Nəsimi MKTB-dən daxil olan 30 sentyabr 2021-ci il tarixli 1/145 nömrəli məktuba əlavə edilmiş Nəsimi MKTB-nin rəisinin 17 sentyabr 2021-ci il tarixli 98/3 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə həmin MKTB-nin 14 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi vəzifəsindən azad edilmişdir (cild 1, iş vərəqə 213). Nəsimi MKTB-dən daxil olan 30 sentyabr 2021-ci il tarixli 1/146 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 iş yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 205). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqə 162). Nəsimi MKTB-nin 14 nömrəli MKİS-dən təqdim edilmiş 23.11.2021-ci il tarixli 275 nömrəli arayışdan, habelə Təqsirləndirilən şəxs3 tərəfindən təqdim edilən ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onun ailəsi 1963-cü il təvəllüdlü əri Şahid7, 1992-ci il təvəllüdlü oğlu X14, 1994-cü il təvəllüdlü oğlu X29 və 2004-cü il təvəllüdlü qızı X18 ibarətdir (cild 9, iş vərəqə 54, 161). Nəsimi MKTB-nin 14 nömrəli MKİS-dən təqdim edilmiş Təqsirləndirilən şəxs3 xasiyyətnaməsindən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 9, iş vərəqə 55). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş, 29 noyabr 2005-ci il tarixdə 3204 nömrə ilə qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X10”na əsasən mühəndis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs3 müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən etmək, istehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin etmək, layihə, konstruktor və texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət etmək, texniki sənədləşmənin vaxtında hazır olmasını təmin etmək kimi vəzifə funksiyaları olmuşdur (cild 9, iş vərəqə 181-242). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası PHŞ-dən daxil olmuş 24.11.2021-ci il tarixli 1082 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 həmin xəstəxanada müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar (cild 9, iş vərəqə 52-53). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-dən daxil olmuş 09.10.2021-ci il tarixli 19/51-11288 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 həmin mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar (cild 2, iş vərəqə 19-20). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 tərəfindən 26.11.2021-ci il tarixdə 40.000 (qırx min) manat, 01.12.2021-ci il tarixdə 10.000 (on min) manat, 08.12.2021-ci il tarixdə 9.000 (doqquz min) manat olmaqla cəmi 59000 (əlli doqquz min) manat pul vəsaiti vurulmuş ziyanın ödənilməsi üçün Baş Prokurorluğun "xxxx" ASC-də olan depozit hesabına köçürülmüşdür (cild 9, iş vərəqə 88-90). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 tərəfindən 26.11.2021-ci il tarixdə 6.930 (altı min doqquz yüz otuz) manat pul vəsaiti vurulmuş ziyanın ödənilməsi üçün Baş Prokurorluğun "xxxx" ASC-də olan depozit hesabına köçürülmüşdür (cild 9, iş vərəqə 91). İstintaq zamanı Təqsirləndirilən şəxs3 tərəfindən 26.11.2021-ci il tarixdə 3750 (üç min yeddi yüz əlli) manat pul vəsaiti vurulmuş ziyanın ödənilməsi üçün Baş Prokurorluğun "xxxx" ASC-də olan depozit hesabına köçürülmüşdür (cild 9, iş vərəqə 95-98). Cinayət işinin materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin hesabına 29.11.2021-ci il tarixdə 8300 manat, 7100 manat, 500 manat, 03.02.2022-ci il tarixdə 5642,50 manat məbləğində pul ödənilmişdir. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 21 fevral 2022-ci il tarixli 1/42 a saylı məktubundan görünür ki, vurulmuş ziyan Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin hesabına tam ödənildiyinə görə təqsirləndirilən şəxslər barəsində heç bir şikayət yoxdur. 08.09.2021-ci il tarixdə 14 nömrəli MKİS-in inzibati binasına baxış zamanı aşkar edilərək götürülmüş 10 ədəd, B12743266, C53497911, A97568972, C56264059, D20667690, C45816243, A21591031, A23701762, A85780035, C33670072 seriya və nömrəli 100 manatlıq nominalda pul əskinasları 30.09.2021ci il tarixli qərarla maddi sübut qismində tanınmaqla saxlanılması üçün Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə təhvil verilmişdir (cild 1, iş vərəqə 142-145). Zərərçəkmiş şəxs Nəsimi Mənzil Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 09 fevral 1996-cı il tarixli 200 saylı sərəncamı ilə yaradılmış və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Bakı şəhər Mənzil Kommunal Təsəsrrüfatı Departamentinin fəaliyyətinin tənzimlənməsi haqqında” 11.05.2001-ci il tarixli 341 saylı sərəncamı ilə Bakı Şəhər Mənzil Kommunal Təsəsrrüfatı Departamentinin birbaşa tabeliyinə verilmişdir, birlik qismən büdcədən maliyyələşdirilməklə təsərrüfat hesabı əsasında fəaliyyətini həyata keçirir. Birliyin hüquqi ünvanı ünvan 16i aidiyyatında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması üçün tədbirlər görülməsi, rayonun sanitariya səviyyəsinin normal səviyyədə saxlanılmasından və s ibarətdir (cild 1, iş vərəqə 215-221). Zərərçəkmiş şəxs1 26.12.2018-ci il tarixdə Vergilər Nazirliyinin müvafiq qurumunda dövlət qeydiyyatına alınmış və bu barədə ********** nömrəli Şəhadətnamə (VÖEN) verilmişdir, həmin MMC Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin (bundan sonra - Agentlik) Zərərçəkmiş şəxs1 (bundan sonra Cəmiyyət) Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada Haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar işsiz şəxslərin işə qəbulu, ictimai işlərə göndərilməsi və əmək haqlarının maliyyələşdirilməsi, ictimai işlərin təşkili yolu ilə sosial xidmətlərin göstərilməsi, ərazilərin ekoloji bərpası (ictimai əhəmiyyətli yerlərdə yaşıllaşdırma işləri, meşə zolaqlarının salınması, parklara və ictimai yerlərə qulluq), təmir, bərpa, abadlıq işlərinin və mənzil-kommunal və s. xidmətlərin görülməsi ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətidir, MMC-nin hüquqi ünvanı ünvan 17mətləri müvafiq sahənin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək, aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, işlə təmin olunmağa ehtiyacı olan şəxsləri (ailələri) işlə təmin edilməsinə köməklik göstərmək, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək, o cümlədən haqqı ödənilən ictimai işlərə cəlb edilməsi ilə bağlı nizamnamə ilə müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək, müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərməkdən ibarətdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.2-ci maddələrində nəzərdə tutulan əməllər az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələrində, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ona cəza təyin edilməsi məsələsini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15-ci maddəsinə əsasən təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan edilmiş ittihamdan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 31.07.2012-ci il tarixdən 08.11.2018-ci il tarixədək Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 49 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət epizodlarını törətdiyi tarixdən iki ildən artıq müddət keçmişdir. Bu əsasa görə də o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin səbəbdən məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cəza təyin edərkən qeyd olunan həmin epizodlar üzrə bu məqamı nəzərdə saxlayır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özlərini təqsirli bilərək səmimi peşman olmalarını, əvvəllər məhkum olunmamalarını, yaşayış yeri və iş yeri üzrə müsbət xasiyyətlənmələrini onların cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.3-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab edilir. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı vəkil bürosunun X33 tərəfindən, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X22 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X20 vəkil işlədiyi Bakı şəhəri 4 saylı vəkil bürosunun hesabına 240 manat, Təqsirləndirilən şəxs3 göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri 4 saylı vəkil bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.5-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar - Nəsimi MKTB-dən daxil olan 02.11.2021-ci il tarixli 0/645 nömrəli məktuba əlavə edilmiş 14 nömrəli MKİS-ə təhkim edilmiş sosial işçilərin 2019-cu ilin fevral ayından 2021-ci ilin sentyabr ayınadək iş vaxtının uçotu tabellərinin əsli, "xxxx" ASC-dən daxil olmuş 02.11.2021-ci il tarixli 15700/2-5844 nömrəli məktuba əlavə edilmiş bank hesabından çıxarışlar və 01 ədəd CD disk, Nəsimi MKTB-dən daxil olan 02.11.2021-ci il tarixli 1/164 nömrəli məktuba əlavə edilmiş 14 nömrəli MKİS-in işçilərinin 2014-cü ilin iyun ayından 2018-ci ilin noyabr ayınadək iş vaxtının uçotu tabellərinin əsli, Nəsimi MKTB-dən daxil olan 03.11.2021-ci il tarixli 1/167 nömrəli məktuba əlavə edilmiş 49 nömrəli MKİS-in işçilərinin 2014-cü ilin fevral ayından 2018-ci ilin noyabr ayınadək iş vaxtının uçotu tabellərinin əsli, "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli 15700/2-5863 nömrəli məktuba əlavə edilmiş bank hesabından çıxarışlar və 01 ədəd CD disk, "xxxx" ASC-dən daxil olmuş 12.11.2021-ci il tarixli 15700/5925 nömrəli məktuba əlavə edilmiş bank hesabından çıxarışlar və 01 ədəd CD disk 08.09.2021-ci il tarixdə 14 nömrəli MKİS-in inzibati binasına baxış zamanı götürülmüş Gülnara Abdinova adına 416974******5605 nömrəli kartın zərfi, Novruzəli Huseyniv adına olan 416974******8656 nömrəli kartın zərfi, Ayshan Xalilovanın adına olan 416974******1830 nömrəli kartın zərfi, Aytan Huseynovanın adına olan nömrələri görünməyən kartın zərfi, Asad Amirov adına olan nömrələri görünməyən kartın zərfi, Elmira Allahverdiya adına olan “Kapital Bank" ASC-dən verilmiş **********307879 nömrəli plastik kart, bundan başqa 08.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus avtomobilə baxış zamanı götürülmüş Şahid9 adına olan "xxxx" ASC-dən verilmiş **********006695 nömrəli, Asad Amirov adına olan "xxxx" ASC-dən verilmiş **********512072 nömrəli, Ayshan Xalilova adına olan "xxxx" ASC-dən verilmiş **********836382 nömrəli, Araz Suleymanzada adına olan "xxxx" ASC-dən verilmiş **********514299 nömrəli, Elmira Khuduyeva adına olan ‘"xxxx" ASC-dən verilmiş **********738405 nömrəli, Xanlar Bakirov adına olan "xxxx" ASC-dən verilmiş **********711234 nömrəli, Şahid3 adına olan "xxxx" ASC-dən verilmiş **********208864 nömrəli, Arzu Rahimov adına olan "xxxx" ASC-dən verilmiş **********141576 nömrəli və Rovshan Allahverdiyev adına olan "xxxx" ASC-dən verilmiş **********583093 nömrəli plastik əmək haqqı kartları cinayət işinin materiallarında saxlanılmalı, 14 nömrəli MKİS-in inzibati binasına baxış zamanı aşkar edilərək götürülmüş və Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə təhvil verilmiş 10 ədəd, B12743266, C53497911, A97568972, C56264059, D20667690, C45816243, A21591031, A23701762, A85780035, C33670072 seriya və nömrəli 100 manatlıq nominalda pul əskinasları vurulmuş maddi ziyan hesabına Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilməlidir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına yerləşdirilmiş cəmi 69680 (altmış doqquz min altı yüz səksən) manat məbləğində pul vəsaitinin 52572,23 manatı (əlli iki min beş yüz yetmiş iki manat iyirmi üç qəpik) zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1nə, 17107,77 manatı (on yeddi min yüz yeddi manat, yetmiş yeddi qəpik) Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1-ci, 179.2.3-cü, 179.2.4-cü və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1-ci, 179.2.3-cü və 179.2.4-cü maddələri ilə 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313cü maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 9 (doqquz) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1-ci, 179.2.3-cü və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1-ci və 179.2.3-cü maddələri ilə 2 (iki) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Nəsimi MKTB-dən daxil olan 02.11.2021-ci il tarixli 0/645 nömrəli məktuba əlavə edilmiş 14 nömrəli MKİS-ə təhkim edilmiş sosial işçilərin 2019-cu ilin fevral ayından 2021-ci ilin sentyabr ayınadək iş vaxtının uçotu tabellərinin əsli, "xxxx" ASC-dən daxil olmuş 02.11.2021-ci il tarixli 15700/2-5844 nömrəli məktuba əlavə edilmiş bank hesabından çıxarışlar və 01 ədəd CD disk, Nəsimi MKTB-dən daxil olan 02.11.2021-ci il tarixli 1/164 nömrəli məktuba əlavə edilmiş 14 nömrəli MKİS-in işçilərinin 2014-cü ilin iyun ayından 2018-ci ilin noyabr ayınadək iş vaxtının uçotu tabellərinin əsli, Nəsimi MKTB-dən daxil olan 03.11.2021-ci il tarixli 1/167 nömrəli məktuba əlavə edilmiş 49 nömrəli MKİS-in işçilərinin 2014-cü ilin fevral ayından 2018-ci ilin noyabr ayınadək iş vaxtının uçotu tabellərinin əsli, "xxxx" ASC-dən daxil olmuş 05.11.2021-ci il tarixli 15700/2-5863 nömrəli məktuba əlavə edilmiş bank hesabından çıxarışlar və 01 ədəd CD disk, "xxxx" ASC-dən daxil olmuş 12.11.2021-ci il tarixli 15700/5925 nömrəli məktuba əlavə edilmiş bank hesabından çıxarışlar və 01 ədəd CD disk 08.09.2021-ci il tarixdə 14 nömrəli MKİS-in inzibati binasına baxış zamanı götürülmüş Gülnara Abdinova adına 416974******5605 nömrəli kartın zərfi, Novruzəli Huseyniv adına olan 416974******8656 nömrəli kartın zərfi, Ayshan Xalilovanın adına olan 416974******1830 nömrəli kartın zərfi, Aytan Huseynovanın adına olan nömrələri görünməyən kartın zərfi, Asad Amirov adına olan nömrələri görünməyən kartın zərfi, Elmira Allahverdiya adına olan “Kapital Bank" ASC-dən verilmiş **********307879 nömrəli plastik kart, bundan başqa 08.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus avtomobilə baxış zamanı götürülmüş Şahid9 adına olan "xxxx" ASC-dən verilmiş **********006695 nömrəli, Asad Amirov adına olan "xxxx" ASC-dən verilmiş **********512072 nömrəli, Ayshan Xalilova adına olan "xxxx" ASC-dən verilmiş **********836382 nömrəli, Araz Suleymanzada adına olan "xxxx" ASC-dən verilmiş **********514299 nömrəli, Elmira Khuduyeva adına olan ‘"xxxx" ASC-dən verilmiş **********738405 nömrəli, Xanlar Bakirov adına olan "xxxx" ASC-dən verilmiş **********711234 nömrəli, Şahid3 adına olan "xxxx" ASC-dən verilmiş **********208864 nömrəli, Arzu Rahimov adına olan "xxxx" ASC-dən verilmiş **********141576 nömrəli və Rovshan Allahverdiyev adına olan "xxxx" ASC-dən verilmiş **********583093 nömrəli plastik əmək haqqı kartları cinayət işinin materiallarında saxlanılsın; - 14 nömrəli MKİS-in inzibati binasına baxış zamanı aşkar edilərək götürülmüş və Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə təhvil verilmiş 10 ədəd - B12743266, C53497911, A97568972, C56264059, D20667690, C45816243, A21591031, A23701762, A85780035, C33670072 seriya və nömrəli 100 manatlıq nominalda pul əskinasları - cəmi 1000 (bir min) manat vurulmuş maddi ziyan hesabına Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilsin. Vurulmuş maddi ziyanlı bağlı 22765 (iyirmi iki min yeddi yüz altmış beş) manat 94 (doxsan dörd) qəpik məbləğində pulun bilavasitə Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilməsi nəzərə alınsın. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına yerləşdirilmiş cəmi 69680 (altmış doqquz min altı yüz səksən) manat məbləğində pul vəsaitinin 52572 (əlli iki min beş yüz yetmiş iki) manat 23 (iyirmi üç) qəpik zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1nə, 17107 (on yeddi min yüz yeddi) manat 77 (yetmiş yeddi) qəpik Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilsin Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı vəkil bürosunun hesabına vəkil X33 üçün 240 (iki yüz qırx) manat, vəkil X22 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-549/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-549/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver