Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-549/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X1 və X7, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X2, X10 və Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Ağdam rayonu, Kolqışlaq kəndində doğulmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclası zalında saat 10:15-də açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui-istifadə edib, baxıcılar vasitəsi ilə sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış ailə münaqişəsini həll edəcəyinə və Zərərçəkmiş şəxs2 həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə münasibətlərini düzəldəcəyinə dair yalandan vəd verib inandıraraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin fevral ayının sonlarında Şirvan şəhəri, X9 küçəsi 14 ünvanında yerləşən “Elit” Ticarət Mərkəzində yerləşən ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus 2000 manat pulu Təqsirləndirilən şəxs istifadəsində olmuş kart hesabına köçürmə yolu ilə, 2022-ci ilin mart ayının əvvəllərində Şirvan şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus 800 manat pulu kart hesabına köçürmə yolu ilə, 2022-ci ilin iyun ayının sonunda ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 anası Şahid1 vasitəsi ilə nağd formada verdiyi özünə məxsus 10000 manat pulu, xx.xx.2022-ci il tarixdə eyni ünvanda Zərərçəkmiş şəxs2 anası Şahid1 vasitəsi ilə nağd formada verdiyi özünə məxsus 12500 manat pulu, 2022-ci ilin noyabr ayının əvvəlində eyni ünvanda Zərərçəkmiş şəxs2 anası Şahid1 vasitəsi ilə nağd formada verdiyi və həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus Azərbaycan manatı ilə 22950 manat təşkil edən 13500 ABŞ dolları pulu, 2022-ci ilin dekabr ayının əvvəlində eyni ünvanda Zərərçəkmiş şəxs2 anası Şahid1 vasitəsi ilə nağd formada verdiyi həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus Azərbaycan manatı ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları pulu, 2022-ci ilin dekabr ayının ortalarında eyni ünvanda Zərərçəkmiş şəxs2 anası Şahid1 vasitəsi ilə nağd formada verdiyi həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus Azərbaycan manatı ilə 28050 manat təşkil edən 16500 ABŞ dolları pulu, sonuncu dəfə 2023-cü ilin mart ayında ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 anası Şahid1 vasitəsi ilə nağd formada verdiyi həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsus 15000 manat pulu alıb ələ keçirərək cinayəti başa çatdırıb, verdiyi vədlərə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 məxsus 100000 manat, Zərərçəkmiş şəxs2 isə məxsus 25300 manat olmaqla, ümumilikdə 125300 manat məbləğində pulu, yəni külli miqdarda özgə əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldadıb pullarını ələ keçirmiş, həmin pullara məişət əşyaları almış, 2022-ci ilin fevral ayından tutulduğu vaxta qədər hissə-hissə əldə edib, xərcləmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Şamxal adlı şəxsin onun tanışı olduğunu, sonuncuya verdiyi pulları geri aldığını, zərərçəkmiş şəxslərdən əldə etdiyi bütün pulları xərclədiyini, Zərərçəkmiş şəxs2 aldatmaqda məqsədinin sonuncunun pullarını ələ keçirmək olduğunu, Zərərçəkmiş şəxs2 əldə etdiyi pulları xüsusi qüvvəsinin köməyi ilə geri qaytaracağını söyləmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 onun qonşusu olmaqla, sonuncunu 2018-ci ildən tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs2 Şahid1 qızıdır. O, Şahid1 ilə söhbət edərkən, sonuncuya özündə “vergi” olduğunu, həmin vergi ilə insanlara köməklik göstərə bildiyini demiş, Şahid1 da ondan insanlara necə köməklik etdiyini soruşduqda, o, sonuncuya insanların başına gələcək olan hadisələri əvvəlcədən gördüyünü söyləmişdir. Şahid1 ondan köməklik edə bilib-bilmədiyini soruşanda, o, razılaşmışdır. Şahid1 onunla söhbətləşdikdən sonra yaşadığı evə getmiş, sonralar ondan bir neçə dəfə ailəsində olan məsələlərlə bağlı məsləhət almışdır. 2022-ci ilin fevral ayında Şahid1 qızı Zərərçəkmiş şəxs2 ona zəng edərək bildirmişdir ki, anasının deməsinə görə onda vergi olduğunu bilib köməklik istəyir. O da Zərərçəkmiş şəxs2 köməklik göstərə biləcəyini dedikdə Zərərçəkmiş şəxs2 ondan baxıcı tapmasını xahiş etdiyinə görə o, tapacağını söyləmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 aldatmaq barəsində fikirləşib sonuncuya zəng edib baxıcı tapdığını demiş, əslində isə heç bir baxıcı tapmamış, niyyəti Zərərçəkmiş şəxs2 aldadıb pulunu ələ keçirtmək olmuşdur. Zərərçəkmiş şəxs2 onun sözlərindən sevinmiş, ona əri ilə savaşdığını demişdir. Belə ki, əri sosial şəbəkədə Zərərçəkmiş şəxs2 başqa bir oğlanla yazışdığını görmüş, əri ilə münasibətləri normal olmamışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs2 zəng edib yalandan baxıcı qadınla danışdığını, həmin baxıcının əri ilə aralarındakı münasibətini düzəldəcəyini, bunun müqabilində 2000 manat pul lazım olduğunu dedikdə, Zərərçəkmiş şəxs2 ona 2000 manat pulu tapıb göndərəcəyini bildirmiş, O, Zərərçəkmiş şəxs2 ərinin plastik bank kartının nömrəsini söyləmişdir. Zərərçəkmiş şəxs2 2022-ci ilin fevral ayında ərinin bank kart hesabına 2000 manat pul göndərmiş, o da həmin pulu nağdlaşdırıb maddi ehtiyaclarına xərcləmiş, sonuncuya yalan vəd verərək pulu qadın baxıcıya verdiyini demişdir. Bundan sonra o, bir neçə dəfə Zərərçəkmiş şəxs2 zəng vuraraq sonuncunun ümumilikdə 12000 manat pulunu ərinin bank kart hesabına göndərməsinə nail olmuş, həmin pulları da ərinin kartından özü nağdlaşdıraraq maddi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs2 ona zəng vurub əri ilə yenidən savaşdığını, ərinin boşanmaq istədiyini, baxıcının köməklik edə bilmədiyini dedikdə, o, baxıcının pul istədiyini söyləmiş, Zərərçəkmiş şəxs2 pul verə bilməyəcəyini dedikdə, o, bu halda baxıcının köməklik edə bilmədiyini söyləmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 qadın baxıcıdan canlarını qurtarmalı olduqlarını, “vergi”-si olan başqa, Novruz adlı baxıcı tapdığını, sonuncuya 10000 manat pul vermək lazım olduğunu dedikdə, Zərərçəkmiş şəxs2 bankdan pul götürüb verə biləcəyini söyləmişdir. 14 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona zəng edərək pulu anasına göndərdiyini demiş, anası Şahid1 onun yaşadığı evin həyətinə gələrək 10000 manat pulu ona vermişdir. O, həmin pulu da alıb öz maddi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin iyun ayında o, Şahid1 Novruz adlı baxıcının 15000 manat pul istədiyini söyləmiş, 2022-ci ilin iyun ayında Şahid1 onun yaşadığı evin həyətinə gələrək zərfdə 10000 manat pul verib Novruz adlı baxıcıya qızı ilə ərinin münasibətlərini yaxşılaşdırmasını deməsini bildirmişdir. O, həmin pulu da alıb yaşadığı evə məişət əşyaları almışdır. 2022-ci ilin noyabr ayında o, Şahid1 baxıcının 23000 manat pul istədiyini dediyindən, Züleyxa Qafarzadə onun yaşadığı evin həyətinə gələrək bükümdə pul göndərmiş, açdıqda 13500 ABŞ dolları olmasını müəyyən etmişdir. O, həmin pulu Şahid1 aldıqdan sonra maddi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin noyabr ayının sonlarında Şahid1 yaşadığı evə gedib baxıcının pul istədiyini demiş, həmin tarixdə Şahid1 onun yaşadığı evin həyətinə gəlib 20000 ABŞ dolları pul vermiş, o da poçta gedib Azərbaycan manatına pulu dəyişdikdən sonra maddi xərclərinə istifadə etmişdir. 2022-ci ilin dekabr ayında o, Şahid1 Novruz adlı baxıcının Zərərçəkmiş şəxs2 banka olan borclarını siləcəyini dedikdə, sonuncu ona qızı Vüsalənin həmin pulları ərinin cibindən götürdüyünü söyləmiş, o da Şahid1 Novruz adlı baxıcının necəsə edib qızının ərinin cibindən götürdüyü pulları geri qaytaracağını bildirmişdir. 2022-ci ilin dekabr ayında Şahid1 onun yaşadığı evin həyətinə gəlib 16500 ABŞ dolları vermiş, o da həmin pulu milli valyutaya dəyişib maddi ehtiyacları üçün xərcləmişdir. 2023-cü ilin mart ayında o, Şahid1 Novruz adlı baxıcının ondan 15000 manat pul istədiyini dediyindən, Şahid1 pulu gətirdiyini söylədikdə, o, pulu həyətdə olan dolaba qoymasını, Novruz adlı baxıcının adamlarının gəlib pulu götürəcəyini bildirmişdir. Şahid1 onun yaşadığı evin həyətində olan dolaba 15000 manat pul qoymuş, o da həmin pulu öz ehtiyaclarına, 5000 manatını əməliyyat xərclərinə vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ona 50000 ABŞ dollar və 15000 manat pul vermiş, həmin puldan 5000 manatı cərrahi əməliyyata, 4000 manatı soyuducu almağa, 3000 manat pulu “İphone” markalı mobil telefon almağa, 2500 manat pulu 2 ədəd kompüter almağa, bundan başqa yaşadığı evin kirayəsini verməyə, yaşadığı evə ərzaq məhsulları almağa xərcləmiş, tanışı Şamxala borc şəklində 4000 manat pul vermiş, qalan hissəsini isə özü üçün xərcləmişdir. O, Şamxala saxlamaq məqsədilə 4000 manat pul vermişdir. O, Şamxal ilə istifadəsində olan xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamışdır. O, Zərərçəkmiş şəxs2 aldığı puldan hər-hansı bir şəxsə verməmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayından tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin fevral ayında əri Zərərçəkmiş şəxs1 ilə aralarındakı münasibətin pisləşməsi onu narahat etmiş, həmin ərəfədə anası Şahid1 qonşusu Təqsirləndirilən şəxs ona zəng edib “Covid 19” xəstəliyinə tutulduğunu dediyindən, sonuncuya müalicə yazmış, bundan sonra aralarında münasibət yaranmışdır. O, Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə danışdığı zaman əri ilə münasibətlərinin pisləşdiyini dedikdə, sonuncu ona Bakı şəhəri, Bayıl qəsəbəsində olan baxıcının həmin münasibətləri yaxşılaşdıra bildiyini, kömək üçün ona xahiş edəcəyini söyləmişdir. O, həmin danışıqdan bir neçə gün sonra Təqsirləndirilən şəxs zəng edib baxıcı ilə danışıbdanışmadığını soruşmuş, Təqsirləndirilən şəxs da baxıcı ilə danışdığını, əri ilə aralarındakı münasibətləri düzəltməsi üçün 2000 manat pulun lazım olduğunu dediyinə görə, o, Təqsirləndirilən şəxs bank kartının şəklini istəmiş, sonuncu da əri Rəhimin bank kartının şəklini ona göndərmişdir. O, 2022-ci ilin fevral ayının sonunda Şirvan şəhərində ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs əri Rəhimin bank kartına özünə məxsus 2000 manat pulu göndərmişdir. Təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs ona zəng edib baxıcıya həmin pulun çatdığını, baxıcının əlavə də pul istədiyini, vermədiyi təqdirdə, əri ilə münasibətlərinin daha da pisləşəcəyini deyib bank kartına pul göndərməsini demiş, o, 2022-ci ilin mart ayının əvvəlində Şirvan şəhərində ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs əri Rəhimin bank kart hesabına özünə məxsus 800 manat pulu göndərmişdir. 28 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib baxıcının teztez pul istədiyini, sonuncudan canlarını qurtarmaq lazım olduğunu, Novruz adlı baxıcının köməklik edə biləcəyini dediyindən, Təqsirləndirilən şəxs nə qədər pul verməli olduğunu soruşmuş, Təqsirləndirilən şəxs da Novruz adlı baxıcıya 10000 manat pul verməli olduğunu söyləmişdir. O, bu barədə anası Şahid1 deyib pul tapmasını xahiş etmiş, anası Şahid1 bacısının əri Əliqulu İskəndərovdan bankdan kreditə pul götürüb verməsini xahiş etmiş, onların isə həmin aylıq kredit ödənişlərini ödəyəcəyini söyləmişdir. Əliqulu İskəndərov da razılaşıb bankdan öz adına pul krediti göndərib anası Şahid1 10000 manat pul vermişdir. Anası Şahid1 da onun xahişi ilə həmin 10000 manat pulu 2022-ci ilin iyun ayının sonunda Təqsirləndirilən şəxs yaşadığı ünvanda əlbəəl sonuncuya vermişdir. 2022ci ilin iyun ayının sonunda Təqsirləndirilən şəxs ona zəng edib baxıcının 15000 manat pul istədiyini dediyinə görə o, 07 oktyabr 2022-ci il tarixdə "xxxx" ASC-dən öz adına 12500 manat kredit götürmüş, anası vasitəsilə Təqsirləndirilən şəxs həmin pulu çatdırmışdır. Təqsirləndirilən şəxs yenə pul istədiyinə görə 2022-ci ilin noyabr ayının əvvələrində ərinə məxsus 13500 ABŞ dolları pulu götürüb sellofana büküb üzərini bağladıqdan sonra işə getmiş və işdə “Azermed” şirkətinin işçsi olan Musa adlı şəxsə pulu aparıb anasına çatdırması üçün vermiş, Musa həmin bükümdə nə olduğunu bilməmiş, həmin gün anası Şahid1 göndərdiyi pulu tam şəkildə Təqsirləndirilən şəxs verdiyini ona bildirmişdir. 2022-ci ilin noyabr ayının sonlarında anası ona zəng edib Təqsirləndirilən şəxs baxıcının pul istədiyini söylədiyini dediyinə görə o, ərinə məxsus 20000 ABŞ dolları pulu götürüb həmin ilin dekabr ayının əvvəlindəceyni qaydada Təqsirləndirilən şəxs çatdırmış, 2022-ci ilin dekabr ayının ortalarında eyni qaydada pul istədiyindən, ərinə məxsus 16500 ABŞ dolları Təqsirləndirilən şəxs təqdim etmişdir. 2023-cü ilin mart ayının əvvələrində isə əri Zərərçəkmiş şəxs1 məxsus 15000 manat pul vəsaitini Təqsirləndirilən şəxs eyni səbəbdən vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs1 məxsus 50000 ABŞ dolları və 15000 manat, ona məxsus ümumilikdə 25300 manat pul vəsaitini aldadaraq ələ keçirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bəhs etdiyi baxıcıları görmədiyini, verilən pulların ona və əri Zərərçəkmiş şəxs1 məxsus olduğunu, əri Zərərçəkmiş şəxs1 sonuncuya məxsus pulları Təqsirləndirilən şəxs verməsindən məlumatının olmadığını, polis əməkdaşları aşkar etdikdən sonra aldadıldığını başa düşdüyünü, əri “Covid 19” xəstəliyindən Təqsirləndirilən şəxs vasitəsilə sağaldığını düşündüyündən sonuncuya inandığını, əri ilə münasibətlərinin yaxşılaşmadığını, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 9000 manat pulu qaytardığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini, mülki iddianı müdafiə edib Təqsirləndirilən şəxs ən ağır şəkildə cəzalandırılmasını xahiş etdiyini bildirdi. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində məhkəməyə verdiyi ifadəsinə və ittihamda qeyd olunan işin hallarına uyğun məzmunda ifadə vermişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 24 mart 2023-cü il tarixdə yaşadığı evindəki saxlanc yerindən 50000 ABŞ dolları və 15000 manat pul vəsaitinin yoxa çıxmasından xəbər tutduqdan sonra evinə gəlib-gedən yaxın qohumlarının hamısını evinə dəvət edib bu barədə məlumatlandırmış və əgər kimsə edibsə, ona belə demədən pulu həyətinə qoymasını, heç kimin bilməyəcəyini söyləmişdir. 2-3 gün müddətinə heç bir xəbər çıxmadığından polisə müraciət etdikdən sonra aparılmış araşdırma nəticəsində arvadı Zərərçəkmiş şəxs2 həmin pul vəsaitini hissə-hissə götürərək anası Şahid1 vasitəsilə Təqsirləndirilən şəxs çatdırdığını öyrənmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ona dəymiş ziyandan ümumilikdə 9000 manat pul vəsaitinin ödənildiyini, yaşadığı evə kənar şəxs gəlmədiyi üçün əvvəlcə qohumlarından şübhələndiyini, ona ümumilikdə 50000 ABŞ dolları və 15000 manat məbləğində ziyan dəydiyini, Təqsirləndirilən şəxs arvadına onun, övladlarının ölməsinin qarşısını alacağı və ailədaxili münasibətləri yaxşılaşdıracağı vədlərini verdiyini, hal-hazırda arvadı ilə eyni evdə yaşasalar da, münasibətlərinin yaxşı olmadığını, verdiyi mülki iddianı müdafiə edib Təqsirləndirilən şəxs ən ağır şəkildə cəzalandırılmasını xahiş etdiyini bildirdi. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində məhkəməyə verdiyi ifadəsinə və ittihamda qeyd olunan işin hallarına uyğun məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində qonşusu, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 onun qızı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 qızının əri, yəni kürəkəni olmaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs özünün xüsusi qüvvəsi olması barədə onu inandırdığından, o, qızı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs “insanların taleyini əvvəlcədən gördüyünü” demiş, 2022-ci ilin fevral ayında qızı Zərərçəkmiş şəxs2 ona zəng edib Təqsirləndirilən şəxs mobil nömrəsini istədiyindən, o da həmin mobil nömrəni vermişdir. Həmin gün axşam vaxtı Təqsirləndirilən şəxs onun evinə gəlib qızı Zərərçəkmiş şəxs2 əri ilə problemlərinin olduğunu, kömək istədiyini dediyinə görə baxıcı tapdığını, həmin baxıcının köməkliyi ilə Vüsalə və əri arasında olan münasibəti yaxşılaşdıra biləcəklərini, bunun üçün müəyyən məbləğdə pul verməli olduqlarını söyləmişdir. O, Təqsirləndirilən şəxs heç nə deməyib qızı Vüsalə Qasımzadəyə zəng edərək baş verənləri soruşduqda, sonuncu əri ilə arasındakı münasibətlərin yaxşı olmadığına görə Təqsirləndirilən şəxs müraciət etdiyini, sonuncu da əri ilə münasibətlərini yaxşılaşdırması üçün 2000 manat pul istədiyini deməsi barədə ona bildirmişdir. Təxminən 2-3 gündən sonra, yəni 2022-ci ilin mart ayının əvvəllərində Vüsalə Qasımzadə mobil telefonla danışan zaman ona Təqsirləndirilən şəxs ərinin bank kart hesabına 2000 manat və 800 manat olmaqla, ümumilikdə 2800 manat pul göndərdiyini demiş, bundan sonra Vüsalə Qasımzadə ona zəng edib Təqsirləndirilən şəxs baxıcının tez-tez pul istədiyini, həmin baxıcıdan canlarını qurtarmaq lazım olduğunu dediyini söyləmiş, buna görə baxıcıya 10000 manat pul verilməli olduğunu bildirmişdir. Bundan sonra Vüsalə Qasımzadə ondan pul tapmağı xahiş etdiyinə görə bacısının əri Əliqulu İskəndərovdan bankdan öz adına pul krediti götürüb ona verməsini xahiş etmiş, razılaşmaya görə aylıq kredit məbləğini onlar ödəməyi öhdələrinə götürmüşlər. O, bankdan götürülmüş 10000 manat pulu 2022-ci ilin iyun ayının sonunda yaşadığı ünvanda əlbəəl Təqsirləndirilən şəxs vermişdir. O, 2022-ci ilin oktyabr ayının əvvəlində Hacıqabul rayonunda yas mərasimində qızı Zərərçəkmiş şəxs2 ilə görüşdüyü vaxt qızı ona bankdan öz adına 12500 manat kredit vəsaiti götürdüyünü deyib həmin pulu Təqsirləndirilən şəxs verməsi üçün ona təqdim etmiş, o da Bakı şəhərinə qayıtdıqdan sonra həmin pul vəsaitini yaşadığı evə gedib Təqsirləndirilən şəxs vermiş, sonuncu da həmin pulu Novruz adlı baxıcıya göndərəcəyini bildirmişdir. Bundan başqa, o, 2022-ci ilin noyabr ayının əvvəlində qızı Zərərçəkmiş şəxs2 ona taksi sürücüsü ilə göndərdiyi 13500 ABŞ dolları məbləğində pulu, həmin ilin dekabr ayının əvvəlində 20000 ABŞ dolları məbləğində pulu, həmin ilin dekabr ayının ortalarında 16500 ABŞ dolları məbləğində pulu yaşadığı evə gedib Təqsirləndirilən şəxs əlbəəl vermiş, 2023cü ilin mart ayının əvvəlində 15000 manat pulu necə təqdim etməsini soruşduqda Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan dolabın içinə qoymağı, Novruzun gəlib pulu götürəcəyini dediyinə görə həmin şəkildə etmişdir. Sonradan 50000 ABŞ dolları və 15000 manat pulun qızı Zərərçəkmiş şəxs2 əri Zərərçəkmiş şəxs1 məxsus olduğunu, ümumilikdə 25300 manat pulun isə qızı Zərərçəkmiş şəxs2 məxsus olduğunu öyrənmiş, Təqsirləndirilən şəxs həmin pulları alan zaman ona Novruz adlı baxıcının xüsusi qüvvə ilə Zərərçəkmiş şəxs2 ərinin cibindən götürdüyü pulları geri qaytaracağını demiş, lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyərək kürəkəni Zərərçəkmiş şəxs1 və qızı Zərərçəkmiş şəxs2 ümumilikdə 125300 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 qızı Zərərçəkmiş şəxs2 göndərdiyi pulları Təqsirləndirilən şəxs əlbəəl verdiyini, polis əməkdaşları tərəfindən araşdırma aparıldığı müddətdə də Təqsirləndirilən şəxs pul təqdim etdiyini, pulları Təqsirləndirilən şəxs evlərinin içərisində yox, giriş qapısının yanında verdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində məhkəməyə verdiyi ifadəsinə və ittihamda qeyd olunan işin hallarına uyğun məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 işi ilə əlaqədar tanımış, digər zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 2022-ci il və 2023-cü il ərzində müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs2 xahişi ilə sonuncunun təqdim etdiyi bağlamaları götürərək taksi ilə Bakı şəhərinə çatdırmış, həmin bağlamaların içərisində nə olmasından məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Şirvan şəhər Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı evdən 50000 ABŞ dolları və 15000 manat pul vəsaitinin oğurlandığını bildirmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 9) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 24) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 26-27; 41) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 53-54) Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-132/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 68-73) xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə pul vəsaitini verdiyi ünvanı göstərmişdir. (Cild 1, iş vərəqə 74-77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Ağcəbədi RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-16-1/2-287/2023 nömrəli məktubundan görünür ki, Baş X14 İdarəsinin mərkəzi informasiya sistemində Təqsirləndirilən şəxs mülkiyyətində hal-hazıra qədər nəqliyyat vasitəsi qeydə alınmamışdır (Cild 1, iş vərəqə 93) Cinayət işinə əlavə olunmuş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən Zərərçəkmiş şəxs1 9000 (doqquz min) manat pul ödənilmişdir. (cild 1, iş vərəqə 101) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 135) xx.xx.2023-cü il tarixli “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Şahid1 müxtəlif vaxtlarda pul vəsaitlərini verməsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 177-182) 28 may 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü 2 azyaşlı uşağı vardır. (Cild 1, iş vərəqə 187-188) Azərbaycan Respublikası Mərkəzi Bankının elektron saytından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə 1 ABŞ dolları 1,70 Azərbaycan manatı təşkil etmişdir. (Cild 1, iş vərəqə 189-191) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 192-193) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunu dəyişdirilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi qərara alınmış, ümumilikdə 125300 manat ziyanın vurulduğu qiymətləndirilmiş, 50000 ABŞ dollarının Azərbaycan manatı ilə 85000 manat olması nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 194-211) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 219-220) Əməlin tövsifi və hüquqi məsələlər Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onların xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayətini törətdiyini, zərərçəkmiş şəxslərin ifadələrində göstərdiklərinin doğru olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış və Təqsirləndirilən şəxs öz təqsirini səmimi olaraq etiraf etmiş, Təqsirləndirilən şəxs etirafı iş üzrə bütün sübutların məcmusu ilə, yəni həm özünün məhkəməyədək və məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekpert rəyləri və digər sənədlərlə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət- Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqından tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında bxasın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduz etməsi ilə bağlı ittiham elan edilmişdir. Məhkəmə yekun qərar çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarı və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul etməklə, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrıayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs niyyəti əmlakı, yəni pul vəsaitini ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, Zərərçəkmiş şəxs2 əmlakının, yəni pul vəsaitinin əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmişdir. Habelə, Təqsirləndirilən şəxs ələ keçirdiyi pulu zərərçəkmiş şəxslərə geri qaytarmaq niyyətində olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 100000 manat, Zərərçəkmiş şəxs2 ümumilikdə 25300 manat pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində 2 azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyandan qismən, yəni 9000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 ödəməsi cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmanlığını, əməlini etiraf etməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-132/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə baxış iclaslarında zərərçəkmiş şəxslər tərəfindən təqdim edilən mülki iddia ərizələrinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək icraata qəbul etmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmədə Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı 35495 (otuz beş min dörd yüz doxsan beş) manat məbləğində mülki iddia verərək 25300 (iyirmi beş min üç yüz) manat maddi zərərin, 10000 (on min) manat mənəvi zərərin, eləcə də ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumunun, Zərərçəkmiş şəxs1 isə təqsirləndirilən şəxsə qarşı 111401 (bir yüz on bir min dörd yüz bir) manat məbləğində mülki iddia verərək 50000 (əlli min manat) ABŞ dolları və 6000 (altı min) manat məbləğində maddi zərərin, 20000 (iyirmi min) manat mənəvi zərərin, eləcə də ödənilmiş 401 (dörd yüz bir) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq onlara ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 ona vurulmuş maddi ziyanın və ödənilmiş dövlət rüsumunun, eləcə də baş vermiş cinayət hadisəsindən çox sarsıldığına, aldadılması ilə bağlı qohumları tərəfindən qınanıldığına, gözdən düşdüyünə, əri ilə münasibətlərinin pisləşdiyinə görə mənəvi sarsıntı keçirdiyindən ona vurulmuş mənəvi ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi ziyanın və ödənilmiş dövlət rüsumunun, eləcə də baş vermiş cinayət hadisəsindən çox sarsıldığına, uzun illər qazandığı pulun itirilməsinə, arvadı ilə münasibətlərinin pozulmasına, sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyinə görə mənəvi sarsıntı keçirdiyindən ona vurulmuş mənəvi ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarının 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin plenum qərarının müvafiq bəndlərinə görə, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosesual normaların tətbiqinə yol verilir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 189- 191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 25300 manat, ödənilmiş 195 manat dövlət rüsumu və mənəvi zərərin əvəzi kimi 2000 manat olmaqla, ümumilikdə 27495,0 manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. Bundan başqa, Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 50000 ABŞ dollarının ekvivalenti kimi 85000 manat və 6000 manat olmaqla, cəmi 91000 manat, ödənilmiş 401 manat dövlət rüsumu və mənəvi zərərin əvəzi kimi 2000 manat olmaqla, ümumilikdə 93401,0 manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət-hüquqi tədbir olaraq xüsusi müsadirə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi müəyyən edilmişdir. Hazırki cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən, xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 28 mart 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 25300 (iyirmi beş min üç yüz) manat, ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumu və mənəvi zərərə görə 2000 (iki min) manat olmaqla, ümumilikdə 27495,0 (iyirmi yeddi min dörd yüz doxsan beş) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 91000 (doxsan bir min) manat, ödənilmiş 401 (dörd yüz bir) manat dövlət rüsumu və mənəvi zərərə görə 2000 (iki min) manat olmaqla, ümumilikdə 93401,0 (doxsan üç min dörd yüz bir) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-549/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-549/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver