Məhkəmə qərarları › İş №1(101)-55/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-55/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-55/2024 08.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X35, X66 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X59, X60 və Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri Nümayəndə3, Nümayəndə8, zərərçəkmiş hüquqi şəxs Dövlət Vergi Xidmətinin nümayəndələri X61, Nümayəndə6, Nümayəndə7, Hacızadə Vahid Şahid oğlu, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Vəkillər X3 nümayəndələri Müdafiəçi2 və müdafiəçi 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 2 may 1956-cı il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, 16 fevral 2011-ci il tarixdən 11 yanvar 2019-cu ilədək Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsində işləmiş, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 48-də qeydiyyatda olmaqla, Bakı şəhəri Nərimanov rayonu, M.Kavoreçkin küçəsi, ev 34, mənzil 37-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 16 fevral 2011-ci il tarixdən 11 yanvar 2019-cu il tarixədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 1105-Q4-1778 nömrə ilə dövlət qeydiyyatına alınmış Nizamnamə, eləcə də, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş ********** saylı VÖEN və vəkillik fəaliyyəti növü üzrə 69103 saylı kod əsasında fəaliyyət göstərən Bakı şəhər 1 saylı hüquq məsləhətxanasının qanuni təmsilçisi- müdiri vəzifəsində işləyərkən göstərilən Nizamnaməyə əsasən, məsləhətxananın işini təşkil etmək, hüquqi yardım göstərilməsi ilə bağlı vətəndaşlara, vəkilin iştirakı və razılaşması ilə müqavilə bağlamaq, vəkilə onun həyata keçirdiyi hüquqi yardımla bağlı fəaliyyətini təmin etmək üçün order vermək, vəkillərin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Vəkillər X4rşısında məsələ qaldırmaq, dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərən vəkillərin Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş siyahı əsasında prosesdə iştirakını təmin etmək, məsləhətxananın vəkillərinin peşə fəaliyyətlərini həyata keçirməklə əlaqədar sənədlər toplamaq və hüquqi yardım göstərmək üçün zəruri olan arayışların və digər sənədlərin idarə, müəssisə və təşkilatlardan tələb edilməsi barədə qanunvericiliyə uyğun olaraq sorğular verilməsini təmin etmək, qanunvericilk sahəsində maarifçilik işinin aparılmasını təşkil etmək, vəkilin təqdimatı əsasında vəkil köməkçisinin işə götürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər X21 müəyyən etdiyi qaydada əmək müqaviləsi bağlamaq, məsləhətxananın adından etibarnaməsiz fəaliyyət göstərmək, üçüncü şəxslərlə münasibətdə məsləhətxananı təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, məsləhətxananın adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, ümumi yığıncaqda hesabat məruzəsi ilə çıxış etmək, kargüzarlıq işinin aparılmasını təmin etmək, vətəndaşları qəbul etmək, onların ərizə və şikayətlərinə baxılmasını təmin etmək, təsdiq edilmiş smeta daxilində maliyyə vəsaitləri üzərində sərəncam vermək, məsləhətxanının işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifəsindən azad etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər vermək, dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə daxil olmuş vəsaitin müəyyən edilmiş qaydada hüquqi yardım göstərmiş vəkilə ödənilməsini təmin etmək, vəkillərin sığorta bank hesabına müəyyən edilmiş miqdarda ödəmələrin keçirilməsini təmin etmək, ştatda olan işçilərin mükafatlandırılmaları və onlara maddi yardım göstərilməsi barədə təklifləri ümumi yığıncağın gündəliyinə çıxarmaq, ümumi yığıncağı çağırmaq, iclasın gündəliyini müəyyənləşdirmək, müzakirəsinə çıxarılan məsələlərin hazırlanmasını və iclasın keçirilməsini təşkil etmək, vəkillərin ərizələri əsasında ödənişli və ya ödənişsiz məzuniyyət verilməsini və ezamiyyətə göndərilməsini əmrlə rəsmiləşdirmək, məsləhətxananın maliyyə fəaliyyəti barədə və digər hesabatların aidiyyəti üzrə təqdim edilməsini təmin etmək, fiziki və hüquqi şəxslərlə hüquqi yardım göstərilməsi ilə əlaqədar daxil olmuş pul vəsaitlərinin müəyyən edilmiş qaydada vaxtında bank hesabına təhvil verilməsini və təyinatı üzrə xərclənməsini təşkil etmək, məsləhətxananın fəaliyyəti ilə bağlı sənədlərin saxlanılmasını və təhlükəsizliyini təmin etmək, məsləhətxananın ştatda olan işçilərinin xidməti vəzifələri barədə təlimatla onları tanış etmək, məsləhətxananın xəzinədarı ilə onun maddi məsuliyəti barədə müqavilə bağlamaq, məsləhətxananın ştatda olan işçilərindən vəkillik sirrinin qorunması barədə iltizam almaq və qanunvericiliklə onun üzərinə qoyulmuş digər səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs kimi qulluq mövqeyindən istifadə edərək Bakı şəhər 1 saylı hüquq məsləhətxanasına məxsus olmaqla ona etibar edilmiş əmlakı mənimsəməklə talamaq məqsədilə 1 yanvar 2016~cı il tarixdən 11 yanvar 2019-cu il tarixədək olan müddət ərzində məsləhətxanada işləyən digər vəkillərin və hüquqi yardımın göstərilməsi barədə müraciət edən ayrı-ayrı fiziki və hüquqi şəxslərin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən göstərilmiş xidmətlərə görə ödənilmiş müxtəlif məbləğlərdə pul vəsaitini, o cümlədən, Şahid4 göstərdiyi xidmətə görə 3.750 manat, Şahid2 göstərdiyi xidmətə görə 5.140 manat, X7 göstərdiyi xidmətə görə 50 manat, X36 göstərdiyi xidmətə görə 2.900 manat, Şahid1 göstərdiyi xidmətə görə 18.840 manat, X37 göstərdiyi xidmətə görə 300 manat, X29 göstərdiyi xidmətə görə 820 manat, X22 göstərdiyi xidmətə görə 650 manat, X23 göstərdiyi xidmətə görə 100 manat, Şahid5 göstərdiyi xidmətə görə 3.500 manat, X30 göstərdiyi xidmətə görə 150 manat, X51 göstərdiyi xidmətə görə 950 manat, X31 göstərdiyi xidmətə görə 350 manat, X14 göstərdiyi xidmətə görə 1.100 manat, X15 göstərdiyi xidmətə görə 400 manat, Şahid15 göstərdiyi xidmətə görə 6.120 manat, X16 göstərdiyi xidmətə görə 580 manat, X38 göstərdiyi xidmətə görə 2.750 manat, X52 göstərdiyi xidmətə görə 2.050 manat, X32 göstərdiyi xidmətə görə 550 manat, Şahid12 göstərdiyi xidmətə görə 1.950 manat, X39 göstərdiyi xidmətə görə 1.150 manat, X17 göstərdiyi xidmətə görə 1.310 manat, X5 göstərdiyi xidmətə görə 80 manat, X62 göstərdiyi xidmətə görə 4.650 manat, X6 göstərdiyi xidmətə görə 900 manat, X40 göstərdiyi xidmətə görə 800 manat, X24 göstərdiyi xidmətə görə 150 manat, X41 göstərdiyi xidmətə görə 3.700 manat, Şahid11 göstərdiyi xidmətə görə 4.750 manat, X53 göstərdiyi xidmətə görə 500 manat, X18 göstərdiyi xidmətə görə 2.050 manat X8 göstərdiyi xidmətə görə 1.200 manat, X25 göstərdiyi xidmətə görə 2.450 manat, X9 göstərdiyi xidmətə görə 1.100 manat, X42 göstərdiyi xidmətə görə 200 manat, X10 göstərdiyi xidmətə görə 1.300 manat, X43 göstərdiyi xidmətə görə 500 manat, X44 göstərdiyi xidmətə görə 770 manat, X45 göstərdiyi xidmətə görə 3.700 manat, X46 göstərdiyi xidmətə görə 500 manat, Şahid7 göstərdiyi xidmətə görə 1.110 manat, X26 göstərdiyi xidmətə görə 550 manat, X11 göstərdiyi xidmətə görə 1.000 manat, X2 göstərdiyi xidmətə görə 1.750 manat, Şahid3 göstərdiyi xidmətə görə 1.200 manat, X47 göstərdiyi xidmətə görə 850 manat, X27 göstərdiyi xidmətə görə 1.350 manat, cəmi adları qeyd olunan 48 nəfər vəkilin göstərdiyi xidmətlərə görə Bakı şəhər 1 saylı Hüquq Məsləhətxanasının xəzinəsinə mədaxil edilməli olan 92.570 (doxsan iki min beş yüz yetmiş) manat məbləğində pul vəsaitini həmin müqavilə tərəflərindən Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 26 ünvanında yerləşən həmin məsləhətxananın inzibati binasında və Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda alınıb məsləhətxananın xəzinəsinə təhvil verilərək Məsləhətxananın «Kapital Bank ASC»-də yerləşən AZ32AİİB******************** nömrəli hesabına mədaxil etməli olduğu halda bunu qəsdən etməyərək cəmi 92.570 (doxsan iki min beş yüz yetmiş) məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, X14 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 1.118 manat, X19 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 246 manat, Şahid9 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 10.326 manat, X40 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 160 manat, X54 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 2.058 manat, X33 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 462 manat, Şahid8 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 1.026 manat, Şahid7 dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 7.476 manat olmaqla, ümumilikdə 7 nəfər vəkilin göstərdiyi xidmətlərə görə Yasamal rayon İcra Hakimiyyətinin Dövlət sifarişləri üzrə Məsləhətxananın qeyd edilən hesabına köçürdüyü 22.872 (iyirmi iki min səkkiz yüz yetmiş iki) manat vəsaiti həmin hesabdan çıxarmaqla, ümumilikdə 115.442 (bir yüz on beş min dörd yüz qırx iki) manat məbləğində pul vəsaitindən hər bir vəkii üzrə aylıq üzvlük haqları və digər xidməti ödənişləri ödəməklə qalan vəsaiti müvafiq olaraq hər bir vəkilin kart hesabına köçürülməsini təmin etməli olduğu halda, həmin hərəkətləri şəxsi niyyətlə qəsdən etməyib Bakı şəhər 1 saylı hüquq məsləhətxanasına məxsus olmaqla ona etibar edilmiş cəmi 115.442 (bir yüz on beş min dörd yüz qırx iki) manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə və vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaq məqsədilə 2018-ci ilin 1 oktyabr tarixinə Bakı şəhər 1 saylı Hüquq Məsləhətxanası tərəfindən təqdim edilmiş hesabatlara əsasən 0111 fəaliyyət kodu üzrə (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər) hesablanmış 33.171,78 manat, 0300 fəaliyyət kodu üzrə (vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər) isə hesablanmış 38.458,97 manat, cəmi 71.630,75 manat məcburi dövlət sosial sığorta haqqını həmin müddətdə Dövlət Sosial Müdafiə Fonduna, həmçinin Bakı şəhər 1 saylı Hüquq Məsləhətxanasının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixə hesablanmaqla 14.276,96 manat vergi məbləğini həmin müddətdə Dövlət Vergi Xidmətinə köçürülməsini təmin etməli olduğu halda, həmin hərəkətləri şəxsi niyyətlə qəsdən etməyib Bakı şəhər 1 saylı hüquq məsləhətxanasına məxsus olmaqla ona etibar edilmiş cəmi 85.907,71 manat (səksən beş min doqquz yüz yeddi manat yetmiş bir qəpik) məbləğində, yəni xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən qəsdən vahid niyyətlə yayınmaqla həmin vəsaiti, ümumilikdə qeyd edilən qaydada cəmi 201.349,71 manat (iki yüz bir min üç yüz qırx doqquz manat yetmiş bir qəpik) məbləğində ona etibar edilmiş pul vəsaitini külli miqdarda ziyan vurmaqla mənimsəyərək talayıb şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 179.3.2 və 213.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1981-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 16 fevral 2011 -ci ilin fevral ayının 16-dan 2019-cu ilin yanvar ayının 11-dək Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasının müdiri vəzifəsində işləmişdir. 2018-ci ildə ona Vəkillər X20ndən məsləhətxanada yoxlama aparılacağı, audit Vəli Əliyev adlı ekspertlə müqavilə bağlaması təklif edilmiş və bütün maliyyə sənədlərinin ona təqdim edilməsi tapşırılmışdır. Odur ki, sonuncu ilə müqavilə bağlayıb, sənədlərin hamısını ona təqdim etmişdir. Daha sonra Rəyasət Heyəti tərəfindən komissiya yaradılmış və Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü Sərdar müəllim həmin komissiyaya daxil edilmişdir. Yoxlama aparıldıqdan bir müddət sonra Vəli Əliyev ilə əlaqə saxlayıb yoxlamanın nəticəsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Sonuncu akt tərtib etdiyini və onu Rəyasət Heyətinə təqdim etdiyini bildirmişdir. Rəsmi qaydada Rəyasət Heyətinə müraciət edib aktın surətinin ona verilməsini xahiş etmişdir. Audit yoxlaması zaman baş mühasib də onunla birlikdə yoxlamada iştirak etmişdir. Yoxlama zamanı ona sənədlərdə çatışmazlıq olduğu deyilmiş və sonra bütün sənədlər 1 saylı hüquq məsləhətxanasının arxivinə yığılmışdır. Bundan bir müddət sonra, 24 dekabr 2018-ci il tarixdə o, Vəkillər Kollegiyasına dəvət edilmişdir. İclasda Aydın müəllim, Anar Bağırov və Şahmar Məmmədov iştirak etmişdir. İclasda ona İntizam Komissiyasının üzvü Sərdar Qasımovun 1 saylı məsləhətxanasının müdiri olacağı deyilmiş və sənədləri ona təhvil verməsi təklif edilmişdir. O, Sərdar müəllimin 1 saylı hüquq məsləhətxasında işləmədiyini, məsləhətxananın daxili qaydalarına görə məsləhətxanada azı 2 il işləyən şəxsin məsləhatxananın müdiri ola biləcəyini bildirmişdir. O, işgüzar səfərlərə çıxanda onu Şahid4 əvəz etmişdir. Lakin onlar Şahid4 qəbul etməmiş və Sərdar Qasımovun müdir olmasını istədiklərini bildirmişlər. 24 dekabr 2018-ci ildə Sərdar Qasımov 1 saylı hüquq məsləhətxanaya vəkil təyin edilmiş və ona başqa bir ofis açıb, fərdi qaydada vəkil kimi fəaliyyət göstərməsini təklif etmişlər. 7 yanvar 2019-cu ildə Anar Bağırov zəng edib, ondan nə səbəbə indiyədək Sərdar Qasımovun əmrinin verilmədiyini soruşmuşdur. O isə cavab olaraq hələ Sərdar Qasımova maliyyə sənədləri, kassa kitabları və s. təhvil-təslim etmədiyini demişdir. Anar Bağırov ona bütün sənədlərin məsləhətxanaya yığıldığını, təhvil-təslimə ehtiyac olmadığını bildirmişdir. O, həmin vaxtlar onsuz da, faktiki olaraq müdir vəzifəsini icra etmədiyi və müqavilə üzrə işlərlə məşğul olduğu üçün Sərdar Qasımovun müdir olmasına etiraz etməmişdir. 11 yanvar 2019-cu il tarixli, 68 saylı əmrlə Azərbaycan Respublikası Vəkillər X21 24 dekabr 2018-ci il tarixli, 23 saylı iclas protokolunun tələblərinə uyğun olaraq Bakı şəhəri 6 saylı Vəkil bürosunda işləyən vəkil Sərdar Qasımov Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının müdiri təyin edilmiş və 11 yanvar 2019-cu il tarixdə məsləhətxananın möhürünü, 3 ədəd açarı və əmr kitabını ona təhvil vermişdir. Baş mühasibin iştirakı ilə bu barədə akt tərtib etmişdir. 11 yanvar 2019-cu ildə özünə ofis icarəyə götürmüşdür. Sərdar ona ailə vəziyyətinin çətin, maddi imkanının zəif olduğunu və 6 saylı məsləhətxanadan ödənilməmiş 1500 manat məbləğ olduğunu bildirmişdir. Qəbz əsasında sonuncuya 1500 manat pul vermiş və pullar hesabına köçürüləndə geri qaytarmasını istəmişdir. Həmin qəbz cinayət işinin 3-cü cildinin 52-53-cü vərəqlərindədir. Cinayət işinə görə güya o, Sərdara çatası məbləğdən 1152 manat pul mənimsəmişdir. Lakin Sərdarın pulu ödəniləndə o, artıq müdir olmamışdır. Cinayət işinin 1-ci cildinin 206-cı vərəqəsində 19 yanvar 2019-cu il tarixində bəzi məbləğlər göstərilmişdir. Həmin məbləğlər 6 saylı məsləhətxanada ödənilmiş, 1 saylı məsləhətxana ilə heç bir əlaqəsi olmadığı halda onun tərəfindən mənimsənildiyi kimi qeyd olunmuşdur. O, müdir vəzifəsindən ayrıldıqdan sonra Asan Xidmətə gedərək imzanı ləğv etdirmişdir. Sərdar buna görə ona irad tutaraq, nə səbəbə imzanı ləğv etdirdiyini soruşmuşdur. Sonuncuya müdir olmadığı halda imzasının da ləğv edilməli olduğunu demişdir. 2018-ci ildə Rəyasət Heyətinə arayış yazaraq hansı vəkillərin nə qədər borcu olduğu barədə məlumat vermişdir. Əfsər Talıbovun 1627 manat 20 qəpik borcu olmuşdur. Əfsərə 850 manat ödənilməli olduğu barədə yazılanları təsdiq etmir. Cinayət işi materiallarında Arzu Cavadova 650 manat pul ödənilməli olduğu qeyd olunmuş, lakin sonuncu müstəntiqə verdiyi ifadəsində belə bir məbləği xatırlamadığını demişdir. İbtidai istintaq zamanı vəsatət verərək adları qeyd edilməklə bəzi vəkillərin dindirilməsini xahiş etmişdir. Cinayət işi materiallarında 45 vəkilin adı qeyd olunsa da, onlardan yalnız 10 nəfəri dindirilmişdir. Məsləhətxananın işçisi İbişova (Əliyeva) Pərvanə kassa kitablarını tərtib etmişdir. İttiham aktında göstərilən məbləğlərin hamısı şişirdilmişdir. İş üzrə keçən Şahid7 onu vurmuşdur. Şahid7 cəzalandırılmaq əvəzinə, Vəkillər Kollegiyasından təşəkkürnamə almışdır. Bunu görüb digər vəkillər də həvəsə düşüb asan yolla pul qazanmaq fikrinə düşüb, saxtalaşdırılmış sənədlərə imza etmişdir. Şahid9 həmişə dövlət hesabına göstərilən hüquqi yardımla bağlı işlərə çıxmış, onun heç vaxt müqavilə üzrə hüquqi yardım göstərdiyi işləri olmamışdır. İttiham aktında sonuncuya təyinatla, yəni dövlət hesabına göstərilən hüquqi yardıma görə 15000 min manatdan çox pul ödənilməli olduğu qeyd edilmişdir. Bildirir ki, həm Şahid9, həm də digər vəkillərə müvafiq şəkildə pullar ödənilmişdir. Şahid9 ona müraciət edərək 2017-2018-ci illər üzrə 15468 manat məbləğdə pulun ona ödənilmədiyini bildirmişdir. Şahid9 həmin pullar ödənilmişdir. Cinayət işi materiallarından görünür ki, bəzi maliyyə sənədlərində onun imzası yoxdur. Həmin sənədlərdə əvvəllər imzaları olmuşdur. Həmin sənədlər saxtalaşdırılmışdır. X98 müdir olduğu vaxtda sənədlərin maşınlara yığılıb harasa aparıldığının şahidi olmuşdur. Bu barədə Sərdar Qasımovdan soruşulanda, sonuncu həmin sənədlərin lazımsız sənədlər olduğunu bildirmişdir. Odur ki, kollegiyaya zəng edib, sənədlərin yandırılmağa aparıldığı barədə məlumat vermişdir. Zənginə Aydın müəllim cavab vermişdir. Bununla bağlı kollegiya Sərdar Qasımovun izahatını almamış və sənədlərin taleyi ilə maraqlanmamışdır. Vəkillər X67 və X74 nə istintaq zamanı, nə də ki, məhkəmədə dindirilməmişdir. İstintaq orqanı tərəfindən bu cinayət işin necə araşdırıldığı ona bəlli deyildir. İbtidai araşdırma zamanı iş iki dəfə geri qaytarılmışdır. O, istintaq orqanına gedib işin araşdırılmasında iştirak etmək istədiyini bildirmiş, lakin ona sənədlərin hamısının yerində olmadığı bildirilmişdir. İzahatı alındıqdan sonra ona işin geri qaytarılacağı bildirilmişdir. Hüquq məsləhətxanası ilə bağlı materiallar məsləhətxananın 4 aprel 2019-cu il tarixdə keçirilmiş iclasında qəbul olunmuş qərarla istintaq orqanına göndərilmişdir. Həmin qərarın qanunsuz olduğu qənaətindədir. Belə ki, həmin qərar 1 saylı Hüquq Məsləhətxanasının nizamnaməsinin 7.1.8-ci maddəsinə uyğun deyildir. Nizamnamənin tələblərinə görə qərar yığıncaqda iştirak edən təsisçilərin azı 51 faizinin səs çoxluğu ilə qəbul edilməli olduğu halda, qeyd edilən iclasda 30 nəfər iştirak etmiş, 13 nəfər qərarın lehinə, 7 nəfər əleyhinə səs vermiş, 10 nəfər isə bitərəf qalmışdır. 2017-ci ildə Vəkillər Kollegiyasına bir anonim məktub daxil olmuşdur. Həmin məktubda onun 200 mindən çox pulu mənimsədiyi qeyd olunmuşdur. KİV-də də bu barədə xəbərlər paylaşılmışdır. Vəkillərlə bu barədə danışmış, sonuncular ona məktubdan məlumatlarının olmadığını, vaxtı-vaxtında pullarını aldıqlarını bildirmişlər. Sərdar Qasımov müdir olduqdan sonra ona siyahı təqdim edərək bəzi vəkillərin pullarının ödənilmədiyini bildirmişdir. O, Sərdar Qasımova mühasiblə birlikdə bu məsələni aydınlaşdırmağı təklif etmişdir. Həmin vaxt Svetlana baş mühasib işləmiş, Şahid14 də işi öyrətmişdir. Bir gün Sərdar Qasımova bunun araşdırmaq lazım olduğunu, Taleyə ilə birlikdə bu işi yekunlaşdırmaq istədiyini bildirmişdir. Həmin vaxtı Şahid7 onu təhqir etmiş və vurmuşdur. İbtidai istintaq zamanı maliyyə sənədləri ümumiyyətlə araşdırılmamış, audit rəyinin surəti ona təqdim edilməmişdir. Rəylə ilk dəfə KQMİ-də tanış omuşdur. Audit aktında Sərdar Qasımovun imzası belə olmamışdır. Rəydə güya onun əmək müqaviləsi olmayan şəxslərə ezamiyyət və məzuniyyət pulu ödəməsi qeyd olunmuşdur. Audit rəyini verən şəxsin vəkilləri işə qəbul etmək səlahiyyətinin kollegiyanın səlahiyyətində olmasından xəbəri belə yoxdur. Bunu saxtakarlıq hesab edir. İbtidai istintaq zamanı vəkillərin hamısına əmək haqqı, məzuniyyət və ezamiyyət pullarının ödənilməsi barədə sənədlərin işə əlavə edilib araşdırılmasını xahiş etsə də, həmin sənədlər tədqiq edilməmişdir. Müstəntiq ona 19 fevral 2019-cu il tarixdə Maliyyə Nazirliyinin Mühasibat Ekspertizasına gedəcəklərini bildirib, onun da getməsini təklif etmişdir. Deyilən vaxtda mühasiblə birlikdə ekspertizaya getmişdir. Orada ekspertiza tədqiqatına təqdim edilən sənədlərin 2013-cü ilə aid olduğunu görüb narazılığını bildirib, tədqiqat üçün bütün sənədlərin təqdim edilməsini təklif etmişdir. Müstəntiq ona əlavə sənədlərin də təqdim edəcəyini bildirmişdir. Bir müddət sonra həmin sənədləri təqdim etmək üçün getdikdə müstəntiq ona işin artıq yekunlaşdığını demişdir. Müstəntiqə kollegiyaya borcu olan və dövlət hesabına əmək haqqı alan vəkillərin siyahısını və başqa sənədləri təqdim etmək istədiyini bildirmişdir. Sənədlərin arasında kollegiyanın katibəsinin imzası olan, vəkillərə 69.336 manat vəsait ödənildiyini təsdiq edən sənədlər də olmuşdur. X1 məhkəmədə ifadəsində pulları götürdüyünü və qəbz qaytarmadığını bildirmişdir. Həqiqətən də o, kassadan kollegiyaya üzvlük haqqı ödəmək üçün pul götürüb ABB vasitəsi ilə Vəkillər Kollegiyasının hesabına ödəmişdir. Kollegiyadan isə ona ödənilməyən vəkil pullarının hamısını ödəməli olduğu bildirilmişdir. X49 1300 manat və 5000 manat ödənişlər edildiyini demiş, lakin cinayət işində Sərdarın 6 saylı məsləhətxanada işləyərkən müqavilə üzrə almalı olduğu vəsaitlər də onun ayağına mənimsəmə kimi yazılmışdır. Belə ki, 22 iyul 2019-cu il tarixli audit rəyində 12 yanvar 2019-cu il tarixədək məsləhətxananın xəzinə hesabına daxil olmuş 95.996 manat və bank hesabına daxil olmuş 22.872 manat məbləğində pul vəsaitlərinin təyinatı üzrə istifadə olunmadığı, həmin pul vəsaitlərinin məsləhətxananın xəzinə və bank hesablarından çıxarılaraq auditə məlum olmayan formada xərcləməsi ilə bağlı göstərilənlərlə razı deyildir. Ondan sonrakı dövrdə məsləhətxanaya rəhbərlik etmiş Sərdar Qasımov tərəfindən bir çox mühasibat sənədləri Dövlət Arxiv İdarəsi ilə müqavilə bağlanılmadan qəsdən məhv edilmişdir. Bunnla bağlı akt tərtib edilməmiş, vəkillərə ödənilmiş əmək haqları, məzuniyyət pulları və sair xərclər audit rəyində öz əksini tapmamış, ezamiyyət pulları nəzərə alınmamışdır. Məsləhətxananın müdiri vəzifəsi üzrə səlahiyyətlər Sərdar Qasımova verilən dövrdə vəkillərin məsləhətxana xərcləri və üzvlük haqları ilə bağlı 19.000 manata yaxın borcları olmuş, lakin həmin xüsusatlar yoxlanılmamışdır. Məsləhətxanada yığılan pul hesabına vəkillərin üzvlük haqlarının ödənilməsi ilə bağlı rəqəmlər rəydə qeyd edilməmişdir. Həmçinin məsləhətxananın bank hesabına DSMF və vergi orqanları tərəfindən maliyyə sanksiyası qoyulması səbəbindən hesabda olan pul həmin qurumlar tərfindən silinmiş, yoxlama zamanı internet xərcləri, cari təmir xərclər, reklam xərcləri, kommunal xərclər hesablanmamışdır. Məhkəmə mühasibatlıq ekspertizası ilə müəyyən edilmiş 115.442 (yüz on beş min dörd yüz qırx iki) manat çatışmazlıq, həmçinin 85.907,71 manat (səksən beş min doqquz yüz yeddi manat yetmiş bir qəpik) vəsaitin DSMF və Dövlət Vergi Xidmətinə ödənilməməsi ilə bağlı göstərilənlərlə razı deyildir. DSMF borclarının silinməsi ilə bağlı Prezidentin sərəncamına əsasən borcun bir hissəsi ödəniləcəyi təqdirdə tam silinməli olduğu halda, 31 may 2018-ci il tarixdə "xxxx"dan 2890 manat pul ödənilsə də, həmin pul DSMF-nin hesabına bir gün sonra oturmasını bəhanə edərək borc silinməmişdir. Bundan başqa Vəkillər Kollegiyasına üzvlük haqqı kimi ödənilmiş 73080 manat vəsait hesablanmış məbləğlərdən çıxılmamışdır. Cinayət işi materiallarına vəkillərə əmək haqqı ödənilməsinə dair cədvəllər əlavə edilmiş, lakin həmin cədvəllərdə hansı vəkillərə hansı iş üzrə əmək haqqı ödənildiyi qeyd olunmamışdır. Məsələn, Şahid1 atasının adı Mais olduğu halda, Mehman yazıldığı üçün ona ödəniş edilməmişdir. DSMF-yə sorğu ilə müraciət edərək 1 saylı məsləhətxanadan DSMF-yə nə qədər ödəniş edildiyini öyrənmək istəmiş, lakin ona sistemin işləmədiyini deyərək sonra gəlməsi deyilmişdir. Cinayət işinin 3-cü cildinin 35-ci vərəqəsində 1 saylı məsləhətxananın DSMF-yə 2894 manat 34 qəpik ödəniş edildiyi qeyd edilmiş, lakin DSMF bu məbləği hesaba almamışdır. Bununla da adı çəkilən qurum qanunun tələblərini pozmuşdur. DSMFyə müraciət edərək həmin məbləğin nə səbəbə silinmədiyi barədə məlumat vermələrini xahiş etsə də, ona cavab verilməmişdir. Həmn sorğunun bir nüsxəsi Vəkillər Kollegiyasındadır. İlk audit aktın surəti ona verilməmiş, ikinci dəfə audit yoxlaması zamanı isə iştirak edə bilməmişdir. Bu barədə ibtidai istintaq zamanı dəfələrlə vəsatətlər vermişdir. Cinayət işi materiallarına vəsatətlərinin təmin edilmədiyi barədə qərar əlavə edilmiş və güya qərarın surətinin yaşadığı ünvana göndərildiyi qeyd edilmişdir. Həqiqətdə isə həmin qərarlar ona verilməmişdir. 1 saylı məsləhətxanadan vəkillərə dövlət hesabına ödənilən məbləğ 69334 manat olmuş, bu arayışların hamısı kollegiyada vardır. 2011-2019-cu illərdə müdir olduğu vaxtlarda dövlət təyinatı ilə və ya müqavilə orderi ilə olan işlər üzrə vəsaitlər kassada qeyd olunmuş, vəkillər hesabat təqdim etdikdən sonra sonunculara ödəniş edilmişdir. Həmin işlərin hamısı qeydiyyata alınmışdır. Müdir olduğu dövrdə sənədlərə imza edib, möhür vurmuşdur. Cinayət işi materialları ilə tanış olduqda bəzi sənədlərdə imzasının olmadığını, həmin sənədlərin saxtalaşdırıldığını görmüşdür. Müqavilələri təsdiq etdiyi möhür onun özündə olmuşdur. Bəzən işgüzar səfərlərdə olduqda möhürü müdir vəzifəsini icra edən başqa şəxslərə və ya növbətçi vəkillərə vermiş və bu, öz əksini müvafiq sənədlərdə tapmışdır. Vəkillərə xidmət haqqı ödənilməsi ilə mühasibi məşğul olmuş, hesabatların qəbul edilməsinə dair sənədləri isə özü imzalamışdır. Mühasibi vergi və sosial sığorta ödənişlərini çıxdıqdan sonra ödəniş cədvəli tərtib etmiş və cədvəli də imzalamışdır. Ödənişlər ödəniş tapşırığı əsasında nağd üsulla həyata keçirilmişdir. O, məxaric orderi verdikdən sonra bankdan çıxarış edilmişdir. Məxaric orderi ilə götürdüyü vəsaitləri həmişə ödəmişdir. Audit və ekspertiza formal olaraq aparılmışdır. Ekspertizaya 2013-cü ilin sənədləri təqdim edilmişdir. Ekspertiza keçirilən zaman bütün sənədlərin tədqiq edilməsi barədə vəsatət vermiş, lakin təmin edilməmişdir. İttiham aktında qeyd olunan 22.872 manat vəsaitin ödənilməməsi barədə yazılanları təsdiq etmir. Həmin vəsait vəkillərə ödənilmişdir. Daxil olan ödənişlərdən mühasib üzvlük haqlarını tutmuş, ödəniş tapşırığı, adlı siyahı və məxaric orderi tərtib edilmişdir. DSMF-yə 33.172 manat sosial sığorta haqlarının büdcəyə ödənilmədiyi barədə ittiham aktında göstərilənləri təsdiq etmir. Vəkillərin sosial sığorta haqları vaxtı-vaxtında ödənilmişdir. Bu barədə DSMF-yə sorğu versə də, cavab ala bilməmişdir. DSMF-yə hər ay aylıq ödənişlərin ödənilməsi hesabatını hazırda xatırlamır. Qeyd olunan sənədlər mühasibatlıq sənədlərinin arasında olmuşdur. Mütəxəssis rəyində Sərdar Qasımovun imzası yoxdur. Həmin rəylə razılaşmır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X34 ifadəsində onun tərəfindən vəsaitlərin götürdüyü, lakin ödənişi təsdiq edən sənədləri vermədiyini göstərmiş, lakin həmin sənədlər yandırılmışdır. Ödəniş qəbzlərinin hamısı 1 saylı məsləhətxanada olmuşdur. Barəsində aparılan cinayət işi saxtalaşdırılmış, audit və ekspertiza rəyləri düzgün verilməmiş, vəkillərin xidmət haqları DSMF-yə köçürülməmişdir. 2023-cü ildə qarın öndivarının nəhəng yırtığından əməliyyat olunmuşdur. Keçirdiyi əməliyyat və stress nəticəsində hipertonik kriz keçirmiş və uzun müddət müalicə almışdır. Heç bir cinayət əməli törətməmişdir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2012-ci ildə vəkillik fəaliyyətinə başladığı vaxtdan tanımışdır. İş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. Aparılmış audit yoxlaması zamanı xidmət göstərdiyi müqavilələr üzrə mədaxil olunmuş məbləğdən, üzvlük haqqı və məsləhətxananın saxlama xərcləri, sosial sığorta yığımları, gəlir vergisi, vəkillərin sığorta haqqı çıxıldıqdan sonra çatmalı olan məbləğin 11.375,64 manat olması müəyyən edilmişdir. Bundan başqa 2018-ci ildə DSMF-yə sorğu verib yığım kapitalının nə qədər olması ilə maraqlandığı zaman həmin sorğuya cavab olaraq onun adına heç bir məcburi sosial sığorta haqqı hesablanmadığını öyrənmişdir. Belə ki, 2014-2016-cı illərdə 1 saylı hüququ məsləhətxanası heç kim üçün fonda ödəniş etməmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu ona mühasibin səhvi ucbatından belə bir hal yaşandığını, səs-küy salmamasını, tezliklə aradan qaldırılacağını bildirmişdir. Hətta sonuncunun telefonunda onun mesajları və səsyazmaları da var. Bakı şəhər 1 saylı hüquq məsləhətxanasının üzvü olduğu müddətdə ödədiyi pullar hesabına, yəni məsləhətxanının saxlama xərcləri kimi yığılmış vəsaitin hansı qaydada xərclənməsinə dair hesabat ona təqdim edilməmiş, vəsaitin hara xərclənməsindən məlumatı olmamışdır. 1 saylı hüquq məsləhətxanasında fəaliyyət dövründə məsləhətxananın saxlanma xərcləri və Vəkillər Kollegiyasına olan üzvlük haqları ilə bağlı borcu olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2007-ci ilin dekabr ayından Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasının üzvü olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs məsləhətxananın müdir müavini olmuş, 2011-ci ildə Davud müəllim pensiyaya getdikdən sonra Təqsirləndirilən şəxs müdir seçilmişdir. 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs öz səlahiyyətlərini Sərdar Qasımova verəndən sonra onun yazdığı hesabatlara görə pul ödənilməmiş, Sərdar Qasımov əvvəlki dövrə dair çatışmazlıq yarandığına görə pulların ödənilməyəcəyini bildirmişdir. Vəkillər Kollegiyasına yığılan üzvlük haqları və məsləhətxanaya ödənilən üzvlük haqları ilə bağlı borcu olmamışdır. Audit yoxlaması zamanı müəyyən edilən onun tərəfindən xidmət göstərilmiş 60 müqavilə üzrə yığılmış cəmi 5140 manat vəsait üzrə ödənişləri almamışdır. Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi yoxdur. Ona çatmalı olan vəsaitlərin ödənilməməsinin səbəbkarı sonuncu yox, məhz Sərdar Qasımov olmuşdur. Belə ki, müqavilələri Sərdar Qasımov qəbul etməmişdir. İstintaq zamanı ona müqavilələr təqdim edilməmiş, hansı müqavilələr üzrə olan pulların ödənildiyi və ya ödənilmədiyi barədə məlumat verilməmişdir. Müstəntiq ondan Təqsirləndirilən şəxs vergiyə, DSMF-yə ödənişlər edib-etmədiyi barədə məlumatının olub-olmamasını soruşmuş, o da məlumatının olmadığını demişdir. Heç kim ona Təqsirləndirilən şəxs ödənişləri edib-etmədiyi barədə məlumat verməmişdir. Bu hissədə ifadəsini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, on ildən çoxdur ki, vəkillik fəaliyyəti ilə məşğul olur. 1 saylı hüquq məsləhətxanasının müdiri işləmiş Təqsirləndirilən şəxs ilə iş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. 2018-ci ildə xidmət göstərdiyi müqavilələr üzrə mədaxil olunmuş məbləğin hesablanması ilə bağlı hesabat yazanda məsləhətxanaya Sərdar Qasımovun rəhbərlik etmiş, Təqsirləndirilən şəxs fəaliyyəti dövründə ödənilən pullara görə çatışmazlıq yaranması səbəbindən hesabatı qəbul edilməmiş və ona pul ödənilməmişdir. 1 saylı hüquq məsləhətxanasında fəaliyyət dövründə məsləhətxananın saxlanma xərcləri və vəkillər kollegiyasına olan üzvlük haqları ilə bağlı borcu olmamışdır. Audit yoxlaması zamanı aparılan araşdırmada onunla müxtəlif şəxslər arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair 41 müqavilə üzrə hesablanmış 3750 manat vəsaitin 6-sı üzrə 650 manat vəsait ödəniş üçün yönəldilsə də, qalan vəsaiti almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, bir neçə ildir ki, vəkillik fəaliyyəti ilə məşğul olur. 1 saylı hüquq məsləhətxanasının müdiri işləmiş Təqsirləndirilən şəxs ilə iş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. 2018-ci ildə olan müqavilələrinə görə pulunun hesablanması ilə bağlı hesabat yazanda məsləhətxanaya Təqsirləndirilən şəxs yox, Sərdar Qasımovun rəhbərlik etmiş, həmin pulların Təqsirləndirilən şəxs fəaliyyəti dövründə ödənildiyinə və yığılan pullara görə çatışmazlıq yarandığından Sərdar Qasımov onun hesabatını qəbul etməmişdir. 1 saylı hüquq məsləhətxanasında fəaliyyət dövründə məsləhətxananın saxlanma xərcləri və Vəkillər Kollegiyasına olan üzvlük haqları ilə bağlı borcu olmamışdır. Audit yoxlaması zamanı aparılan araşdırmada onunla müxtəlif şəxslər arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair 8 müqavilə üzrə hesablanmış 3.500 manat vəsaitin 1-i üzrə 600 manat vəsait ödəniş üçün yönəldilsə də, qalan vəsaiti almamışdır. Bakı şəhər 1 saylı hüquq məsləhətxanasının üzvü olduğu müddətdə ödədiyi pullar hesabına, yəni məsləhətxanının saxlama xərcləri kimi yığılmış vəsaitin hansı qaydada xərclənməsinə dair hesabat ona təqdim edilməmiş, vəsaitin hara xərclənməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 1 saylı hüquq məsləhətxanasında vəkil kimi fəaliyyət göstərmişdir. Xidmət göstərdiyi müqavilələr üzrə mədaxil olunmuş məbləğin hesablanması ilə bağlı hesabat yazarkən məsləhətxanaya rəhbərlik edən Sərdar Qasımov həmin pulların Təqsirləndirilən şəxs fəaliyyəti dövründə ödənildiyindən və yığılan pullara görə çatışmazlıq yaranması səbəbindən onun hesabatını qəbul etməyərək pul ödənilməyəcəyini bildirmişdir. Fəaliyyəti dövründə hesablanmalı olan sosial sığorta yığımları, vergi, üzvlük haqqı, büronun saxlama xərci, sığorta haqqı ondan tutulsa da, həmin məbləğlərin DSMF-yə, vergilərin dövlət büdcəsinə və ya digər ayırmaların təyinatı üzrə ödənilib-ödənilməməsindən məlumatsız olmuşdur. Bakı şəhər 1 saylı vəkil məsləhətxanasının üzvü olduğu müddətdə ödədiyi pullar hesabına, yəni məsləhətxananın saxlama xərcləri kimi yığılmış vəsaitin hansı qaydada xərclənməsinə dair hesabat ona təqdim edilməmiş, vəsaitin hara xərclənməsindən məlumatı olmamışdır. İşlədiyi dövrdə hüquq məsləhətxanasında məsləhətxananın saxlanma xərcləri və Vəkillər Kollegiyasına olan üzvlük haqları ilə bağlı borcu olmamışdır. Hesablamalar mühasibin işi olduğundan özü şəxsən əmək haqqından tutulmaların necə hesablanması ilə maraqlanmamış, bununla belə Büro tərəfindən ona ödənilən məbləğ özünün təxmini hesablamalarına uyğun olmuşdur. Audit yoxlaması zamanı aparılan araşdırmada onunla müxtəlif şəxslər arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair 59 müqavilə üzrə hesablanmış 6170 manat vəsaitdən 2018-ci ilin dekabr ayında 10 müqavilə üzrə 1000 manat, 2019-cu ilin yanvar ayında isə 10 müqavilə üzrə 1100 manat vəsait ödəniş üçün yönəldilsə də qalan vəsaiti almamışdır. Audit yoxlaması zamanı Sərdar Qasımova müvafiq sənədlərlə tanış olmaq istədiyini bildirmiş, lakin sonuncu icazə verməyib, onun barəsində Vəkillər Kollegiyasının sədrinə şikayət etmişdir. DSMF-yə onunla bağlı ödənilməli olan sosial sığorta haqlarının ödənilməsini xahiş edir, belə ki, bunun onun gələcəkdəki pensiya kapitalına hesablanması üçün vacibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs vəkillik fəaliyyəti ilə məşğul olmağa başladığı 1999-cu ildən tanımışdır. İş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. 2017-ci ilin sentyabr ayında öz sosial sığorta yığımının nə qədər olmasını, pensiya vaxtı hansı məbləğdə pul ala biləcəyini dəqiqləşdirmək məqsədi ilə DSMF-yə sorğu vermiş, onun sosial sığorta hesabına pul ödənilməməsi məlum olmuş, bununla bağlı məsləhətxananın müdiri Təqsirləndirilən şəxs müraciət etsə də heç bir faydası olmamışdır. 16000 manat ziyana düşdüyü barədə DSMFnin sənədini Təqsirləndirilən şəxs göstərsə də, sonuncu bunun texniki səhv olduğunu bildirmişdir. 2017-ci ilin oktyabrından başlayaraq Vəkillər Kollegiyası Rəyasət Heyətinə mütəmadi olaraq çoxsaylı müraciətləri olmuş və vəzifəli şəxslərlə görüşərək tədbir görülməsini tələb etmişdir. 6 mart 2018-ci il tarixdə müraciəti əsasında Rəyasət Heyətinin iclası keçirilmiş, iclasa qurumun müdiri və baş mühasibi dəvət edilmiş, problemlərin həlli üçün müdir və baş mühasibin təklifi ilə onlara bir ay vaxt verilmiş, lakin, heç bir nəticəsi olmamışdır. Sümbülə həmin iclasda da 16000 manat barədə bunun texniki səhv olduğunu bildirmişdir. Şikayət 7 ay nəticəsiz qalmış, vəzifəli şəxslər isə həmin aylarda öz cinayət əməllərini davam etdirmişlər. 6 sentyabr 2018-ci il tarixdə X65 ilə İntizam Komissiyasının rəhbərliyi altında müstəqil mütəxəssis dəvət edilmiş, iki ay yoxlama aparılmış və cinayət faktları öz təsdiqini tapmışdır. Yoxlama Komissiyasının rəyi İntizam Komissiyasına təqdim olunmuş, qurumun vəzifəli şəxslərinin iştirakları ilə bir daha müzakirə aparılmış və yekunda qərar qəbul olunması üçün intizam işi Rəyasət Heyətinə təqdim edilmişdir. Rəyasət Heyətinin bir neçə iclasında müzakirələr aparılmış, mənimsənilmiş pulun və vurulmuş ziyanın bərpa edilməsi üçün şərait yaradılmış, lakin qurumun keçmiş vəzifəli şəxsləri ziyanın ödənilməsi və mənimsədikləri pulların geri qaytarılması istiqamətində səy göstərməmişlər. Nəticədə 1 saylı hüquq məsləhətxanasının 04 aprel 2019-cu il tarixli, 4 saylı qərarı əsasında toplanmış materiallar 10 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən 14 may 2019-cu il tarixli məktubla audit yoxlaması keçirilməsi və müqavilə sənədlərinin surətlərinin vacibliyi qeyd olunmuşdur. Aparılmış hesablama ilə müəyyən edilmişdir ki, məsləhətxananın kassasına nağd qaydada mədaxil edilmiş vəsaitlər üzrə ona ödənilməli olan 1120 manat, bank hesabına köçürülmüş məbləğlər üzrə 7476 manat, cəmi 8590 pul ödənilməmişdir. Bundan başqa DSMF-dəki sosial sığorta hesabına təxmini 7500 manat məcburi sosial sığorta haqqı ödənilməmiş, mənimsənilmişdir. Bundan başqa yoxlama aparılan dövr üzrə vəkillərin üzvlük haqları və vergi tutmaları da mənimsənilmiş, buna görə məsləhətxananın hesablarına həbs qoyulmuş, hesablarda olan pulun bir hissəsi silinmiş və DSMF tərəfindən 78.000 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda 22000 manata yaxın gəlir vergisi ödənilmədiyi üçün araşdırma aparılmış, bu günə qədər həmin pulların dövlət büdcəsinə ödənilməsi təmin edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 1 saylı hüququ məsləhətxanasında xidmət göstərdiyi müqavilələr üzrə mədaxil olunmuş məbləğin hesablanması ilə bağlı hesabat yazanda məsləhətxanaya rəhbərlik edən Sərdar Qasımov həmin pulların Təqsirləndirilən şəxs fəaliyyəti dövründə ödənildiyinə və yığılan pullara görə çatışmazlıq yaranması səbəbindən onun hesabatını qəbul etməyərək pul ödənilməyəcəyini bildirmişdir. Fəaliyyəti dövründə hesablanmalı olan sosial sığorta yığımları, vergi, üzvlük haqqı, büronun saxlama xərci, sığorta haqqı ondan tutulsa da, həmin məbləğlərin DSMF-yə, vergilərin dövlət büdcəsinə və ya digər ayırmaların təyinatı üzrə ödənilib-ödənilməməsindən məlumatsız olmuşdur. Məsləhətxananın üzvü olduğu müddətdə ödədiyi pullar hesabına, yəni məsləhətxanının saxlama xərcləri kimi yığılmış vəsaitin hansı qaydada xərclənməsinə dair hesabat ona təqdim edilməmiş, vəsaitin hara xərclənməsindən məlumatı olmamışdır. Fəaliyyət dövründə məsləhətxananın saxlanma xərcləri və Vəkillər Kollegiyasına olan üzvlük haqları ilə bağlı borcu olmamışdır. Audit yoxlaması zamanı aparılan araşdırmada dövlət hesabına hüquqi xidmətlərin göstərilməsinə görə Yasamal RİH-dən 1026 manat vəsaitdən 2018-ci ilin dekabr ayında 389 manat, 2019-cu ilin yanvar ayında 500 manat vəsait ödəniş üçün yönəldilsə də qalan vəsaiti almamışdır. Həmin həmin pul ona ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 30 ildən çoxdur ki, vəkildir. Təqsirləndirilən şəxs təqribən 1992-ci ildən etibarən tanımışdır. İş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasında 2013-cü ildən başlayaraq 2019-cu ilin yanvarınadək sabiq müdir Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən tamah məqsədi ilə sui-istifadə edərək vəkillərin dövlət büdcəsi vəsaiti hesabına göstərdikləri hüquqi yardımlara görə onlara əmək haqqı kimi dövlət büdcəsindən ayrılmış və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 2018-ci il ərzində onun adına köçürülmüş və Hüquq məsləhətxanasının hesabına oturmuş 24686 (iyirmi dörd min altı yüz səksən altı) manat puldan 22658 (iyirmi iki min altı yüz əlli səkkiz) manat pulunu mənimsəmişdir. Pensiya məbləğinin yenidən hesablanması və artımla pensiya verilməsi üçün DSMF-yə müraciət etdiyi zaman ondan 2017-ci il üçün tutulan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fonduna köçürülməli olan və bəyan edilmiş hesabatların (B3) saxtalaşdırılması, tutulan məbləğlərin az göstərilməsi, 2018-ci il üçün tutulan məcburi dövlət sosial sığorta haqlarının ümumiyyətlə Dövlət Sosial Müdafiə Fonduna köçürülmədiyi məlum olmuşdur. 2017-ci il üzrə təqdim edilmiş hesabata əsasən cəmi 2408,34 manat məcburi sosial sığorta yığımı ödənilməli olduğu halda cəmi 1831,08 manat pul ödənilmiş, 577,26 manat mənimsənilmiş, 2018-ci ilin 9 ayı üçün verilmiş hesabatlara əsasən 2126,48 manat məcburi sosial sığorta yığımı ödənilməli olduğu halda heç bir vəsait ödənilməmişdir. Mühasib kompüterdə həmin pulların ona köçürüldüyünü bildirmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs bu problemin aradan qaldırılması ilə bağlı müraciət edərkən sonuncu müxtəlif bəhanələrlə məsələnin qaydaya salınacağına vəd versə də, sonradan bütün vəsaitin mənimsənildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs mənimsənilən pulu ona bağışladığını, heçolmasa pensiya kapitalını fonda ödəməsini xahiş etmiş, lakin sonuncu heç bir pul ödəməmişdir. Azərbaycan Respublikası Vəkillər X3 bir neçə iclaslarında bu barədə müzakirələr aparılmış, mənimsənilmiş pulun və vurulmuş ziyanın bərpa edilməsi üçün şərait yaradılmış, lakin ziyanın ödənilməsi və mənimsənilmiş pulların geri qaytarılması istiqamətində heç bir səy göstərilməmişdir. Nəticədə 1 saylı hüquq məsləhətxanasının 4 aprel 2019-cu il tarixli, 4 saylı qərarı əsasında toplanmış materiallar 10 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 5 mart 2018-ci il tarixdə Təqsirləndirilən şəxs rəhbərlik elədiyi, atası Şahid9 da vəkil kimi üzvü olduğu Bakı şəhər 1 saylı hüquq məsləhətxanasında katibə-xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. 3 iyun 2019-cu il tarixdən isə Mərkəz vəkil bürosunda operator vəzifəsinə qəbul edilmişdir. Katibə-xəzinədar kimi onun əmək funksiyaları vəkillər ilə müraciət etmiş fiziki və hüquqi şəxslərin nümayəndələri arasında müqavilələrin tərtibatı, orderlərin yazılması və pulların xəzinəyə qəbulundan ibarət olmuşdur. Əvvəlcədən bir hissəsi doldurulmuş müqavilələri və orderləri Təqsirləndirilən şəxs otağında özünün müşayiəti ilə məsləhətxananın möhürü ilə təsdiq etmiş, sonra özündə saxladığı həmin order və müqavilələri tələb olduğu halda doldurub, təqdim edilən pullan xəzinəyə mədaxil etmişdir. Hər dəfə müqavilə bağlanıldığı vaxt Təqsirləndirilən şəxs məlumat vermiş, müqavilənin hansı məbləğdə bağlanıldığını bildirmişdir. Yığılan pulları hər günün sonunda məsləhətxanada yerləşən seyfə qoymuşdur. Seyfin qapısının açarlarından biri onda, digəri isə məsləhətxananın müdiri Təqsirləndirilən şəxs olmuşdur. Müqavilə bağlanarkən pulları vətəndaşlardan qəbul etmiş, iki nüsxədə çek tərtib edərək birini vətəndaşa vermişdir. Əmək haqqı verilən vaxt İlahə Əliyeva ödəniş tapşırığını hazırladıqdan, baş mühasib Svetlana xanım təsdiq edəndən sonra Təqsirləndirilən şəxs tapşırığına əsasən həmin məbləğdə pulları "xxxx" ASC-nin Yasamal filialında hesaba mədaxil etmiş, məsləhətxananın bank hesabından heç bir halda pul məxaric etməmişdir. Xəzinədən xərclənən pullara dair qəbzləri o, tərtib etmiş, həmin qəbzləri baş mühasib və bəzi hallarda Təqsirləndirilən şəxs təsdiq etmişdir. Təqsirləndirilən şəxs tapşırığı əsasında müxtəlif vaxtlarda, müxtəlif vəkillərə ezamiyyə xərcləri ilə bağlı kassa məxaric qəbzi tərtib edilməklə pul vermiş, Təqsirləndirilən şəxs tapşırığı ilə dəfələrlə onun özünə şəxsən pul vermişdir. Verdiyi pulların bir qisminin banka ödənilməsi barədə sonuncu ona qəbzlər təqdim etsə də, aldığı pulların hamısının qəbzini təqdim etməmişdir. Bu barədə soruşanda qəbzləri evdə unutduğunu, sonra verəcəyini bildirmişdir. Təkrar soruşanda isə acıqlanaraq ona irad tutmuşdur. Onda olan qəbzləri və pulun Təqsirləndirilən şəxs verilməsini təsdiq edən sənədləri yoxlama aparılacağı vaxtı sonuncuya təqdim etmişdir. Təqsirləndirilən şəxs xəzinə kitabını özü işləmiş, ona kitaba əl vurmağa icazə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 201-ci ildən etibarən 1 saylı hüququ məsləhətxanasında fəaliyyət göstərmişdir. 2018-ci ilin sonu və 2019-cu ilin əvvəlində xidmət göstərdiyi müqavilələr üzrə mədaxil olunmuş məbləğin hesablanması ilə bağlı hesabat yazarkən məsləhətxanaya rəhbərlik edən Sərdar Qasımov həmin pulların Təqsirləndirilən şəxs fəaliyyəti dövründə ödənildiyinə və yığılan pullara görə çatışmazlıq yaranması səbəbindən onun hesabatını qəbul etməyərək pul ödənilməyəcəyini bildirmişdir. Fəaliyyəti dövründə hesablanmalı olan sosial sığorta yığımları, vergi, üzvlük haqqı, büronun saxlama xərci, sığorta haqqı ondan tutulsa da, həmin məbləğlərin DSMF-yə, vergilərin dövlət büdcəsinə və ya digər ayırmaların təyinatı üzrə ödənilib-ödənilməməsindən məlumatsız olmuşdur. Bakı şəhər 1 saylı hüquq məsləhətxanasının üzvü olduğu müddətdə ödədiyi pullar hesabına, yəni məsləhətxanının saxlama xərcləri kimi yığılmış vəsaitin hansı qaydada xərclənməsinə dair hesabat ona təqdim edilməmiş, vəsaitin hara xərclənməsindən məlumatı olmamışdır. Fəaliyyət dövründə 1 saylı hüquq məsləhətxanasının saxlanma xərcləri və Vəkillər Kollegiyasına olan üzvlük haqları ilə bağlı borcu olmamışdır. Audit yoxlaması zamanı aparılan araşdırmada onunla müxtəlif şəxslər arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair 31 müqavilə üzrə hesablanmış 4750 manat vəsaitdən 10 müqavilə üzrə 1300 manat vəsait ödəniş üçün yönəldilsə də qalan vəsaiti almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, 1 saylı hüquq məsləhətxanasının müdiri işləmiş Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və düşmənçilik olmamış, iş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. İşlədiyi dövrdə xidmət göstərdiyi müqavilələr üzrə mədaxil olunmuş məbləğin əmək haqqına hesablanması ilə bağlı 2019-cu ilin əvvəlində hesabat yazanda məsləhətxanaya rəhbərlik edən Sərdar Qasımov yığılan pullara görə çatışmazlıq yaranması səbəbindən onun hesabatını qəbul etməmişdir. Fəaliyyəti dövründə hesablanmalı olan sosial sığorta yığımları, vergi, üzvlük haqqı, sığorta haqqı ondan tutulsa da, həmin məbləğlərin bir qismi müvafiq olaraq DSMF-yə, dövlət büdcəsinə və təyinatı üzrə sair qurumlara ödənilməmişdir. DSMF-nun elektron xidmətindən istifadə edərək sığorta hesabının məbləği ilə maraqlanarkən 2014-2015-ci illərə dair sığorta məbləğini məlumat bazasında görə bilməmişdir. Həmin dövrdə məsləhətxanın mühasibləri ilə, o cümlədən Təqsirləndirilən şəxs ilə bu barədə söhbət aparmışdım. Onlar texniki problem olduğunu bildirmişlər. 2018-ci ildə DSMF-yə yazılı şəkildə müraciət etmiş, ona cavab təqdim olunmuşdur. Həmin cavabda 2012-2013, həmçinin 2015-2016-cı illərdə DSMF-yə təqdim olunan sığorta ödənişləri barədə cədvəldə adının olmadığı qeyd olunmuşdur. Əmək haqqından sığorta ödənişləri çıxılması barədə hesabatlar DSMF-yə təqdim olunmadığı üçün sistemdə ödənişlər olmamışdır. Təqsirləndirilən şəxs nə üçün DSMF-yə hesabatları təqdim etmədiyini açıqlamamışdır. 1 saylı hüquq məsləhətxanasının üzvü olduğu müddətdə ödədiyi pullar hesabına, yəni məsləhətxananın saxlama xərcləri kimi yığılmış vəsaitin hansı qaydada xərclənməsinə dair hesabat ona təqdim edilməmiş, vəsaitin hara xərclənməsindən məlumatı olmamışdır. Məsləhətxananın saxlanma xərcləri və Vəkillər Kollegiyasına olan üzvlük haqları ilə bağlı onun hesabından vəsait qismən silinsə də, bununla bağlı az miqdarda, təqribən 200 manat civarında borcu qalmışdır. Audit yoxlaması zamanı aparılan araşdırmada onunla müxtəlif şəxslər arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair 12 müqavilə üzrə hesablanmış 1950 manat vəsaitdən 2 müqavilə üzrə 500 manat vəsait ödəniş üçün yönəldilsə də qalan vəsaiti almamışdır. 2019cu ilin ilk aylarından başlayaraq hesabatlar DSMF-yə təqdim edildikdən sonra həmin dövr üzrə məcburi sosial sığorta ödənişləri hesabında öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, 1 fevral 2019-cu il tarixdə 1 saylı hüquq məsləhətxanasında baş mühasib kimi fəaliyyətə başlamışdır. Onunla əmək müqaviləsi bağlanılsa da, faktiki olaraq elektron imza Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmədiyinə görə onun əmək müqaviləsinin qeydiyyata alınması mümkün olmamışdır. 1 iyun 2019-cu ildən etibarən isə Mərkəz vəkil bürosunun baş mühasibi kimi fəaliyyətə başlamışdır. Mərkəz vəkil bürosunun üzvü olan vəkillər Bakı şəhər 1 saylı hüquq məsləhətxanasından köçürülən vəkillər olmuşdur. Faktiki olaraq 1 saylı hüquq məsləhətxanasının maliyyə-mühasibatlıq fəaliyyəti qanuni şəkildə aparılmadığına görə büronun fəaliyyəti iflic olmuş, yəni büronun hesablarına həbs qoyulmuş, xəzinədə çatışmazlıq yaranmışdır. Bu səbəbdən vəkillər Mərkəz Vəkil bürosuna köçürülmüşdür. Vəkillərin xidmət haqqı kimi fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələrə görə xəzinəyə mədaxil edilməli olan məbləğlərdə çatışmazlıq yarandığına görə vəkillərə əmək haqqı verilməsində çətinlik yaranmışdır. 2019-cu ilin yanvar ayında və sonrakı aylarda 2019-cu ilin yanvar ayının 12-nə qədər, yəni Təqsirləndirilən şəxs büroya rəhbərlik etdiyi dövrdə bağlanmış müqavilələrə görə vəkillərin bəzilərinə ödənişlər edilsə də, bir çox müqavilələrə görə isə xəzinədə pul çatışmadığına görə ödənişlər edilməsi mümkün olmamışdır. Faktiki olaraq 1 saylı hüquq bürosunun kassa kitabında qalıq pulun məbləğinin 702 manat olması göstərilmiş, bank hesabında isə 2018-ci ilin sonu üçün ümumiyyətlə vəsait olmamış və hesaba həbs qoyulmuşdur. Bağlanmış müqavilə üzrə ödənişlər olunarkən həmin müqaviləni müdir də, mühasib də arxasını imzalamaqla təsdiq etmişlər. Müdirin imzası ödənişin edilməsinə icazə verdiyini, mühasibin imzası isə ödənişi həyata keçirdiyini təsdiq etmişdir. Bəzi müqavilələrin arxasında nə müdirin, nə də mühasibin imzası olmamışdır. Həmin müqavilələr üzrə ödənişin edilib-edilməməsini müəyyən etmək olmamışdır. Bu səbəbdən özlərinin də gəlib müqavilələri yoxlaması üçün Svetlana və Sümbüləyə müraciət etmişlər. Təxminən 20-ə yaxın arxası yazılmayan müqavilə olmuşdur. Sərdar Qasımov ona tapşırıq verdikdən sonra həmin müqavilələrin siyahısını təqdim etmişdir. O işləməmişdən qabaq, 2018-ci ilin dekabr ayında audit yoxlaması da olmuşdur. Həmin sənədlərə baxdıqda müəyyən qədər ödənməyən məbləği müəyyən etmişdir. Müqavilə pozulanda onun arxası yazılmasa belə, müqavilənin ləğv olunmasını təsdiq edən müəyyən sənədlər olmuş, belə ki, orderin ikinci nüsxəsi və ya elə müqaviləni pozan şəxsin ərizəsi həmin müqaviləyə tikilib ayrıca qovluqlarda saxlanılmışdır. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid13 ifadəsindən görünür ki, Stavropol şəhərində mühasibatlıq üzrə təhsil almışdır. Mühasib kimi 20 ildən çox stajı var. 2013-cü il tarixdən etibarən 1 saylı hüquq məsləhətxanasında mühasib vəzifəsində çalışmış, 2020-ci ildə baş mühasib olmuşdur. Pul dövriyyəsinə cavabdehlik və nəzarət, o cümlədən hesabatın düzgün aparılmasına baş mühasib məsuliyyət daşımışdır. Müqavilə orderlərini İlahə xanım, pul cədvəlini isə Pərvanə xanım qeyd etmişdir. Pullar Pərvanə xanımda, yəni kassada olmuşdur. Məsləhətxanada yaranan çatışmazlıq əsasən həmin məsləhətxanada vəkillərə məzuniyyət pulunun verilməsi ilə bağlı olmuşdur. Əslində vəkillərə məzuniyyət pulu verilməsi qanunvericilikdə nəzərdə tutulmasa da, 1 saylı məsləhətxanada vəkillərin ümumi yığıncağının protokolu əsasında hər bir vəkil üzrə illik qonorarının 6 faizi hesablanmaqla məzuniyyət pulu verilmişdir. Ödənilmiş məzuniyyət pulu vəkillərin fəaliyyəti hesabına yığılmış vəsaitdən çıxıldığına görə yekun hesablarda kəsr yaranmışdır. Məsləhətxananın müdiri Təqsirləndirilən şəxs dəfələrlə bu barədə şifahi xəbərdarlıq etsə də, onun iradına əhəmiyyət verilməmiş, hər dəfə bu məsələyə baxılacağı deyilsə də, proses davam etmişdir. Məsləhətxanada vəkillərdən 100 manat yığıb, onların yerinə vəkillər kollegiyasına üzvlük haqqı ödəmişlər. Vəkillərlə müştərilər arasında bağlanan müqavilələr məsləhətxanada qalmışdır. O, nə müqavilənin bağlanmasında, nə də müqavilə üzrə verilən məbləğin xəzinəyə ödənilməsində iştirak etməmişdir. Vəkillərin məhkəmələrdə çıxdıqları işlər üzrə dövlət hesabına verilən pullar məhkəmələr bitdikdən sonra vəkillərə hissə-hissə ödənilmişdir. Ödəniş etmək üçün qəbz yazıb, xəzinədən pul götürüb, vəkillərə ödəmişlər. Qəbzlərə imza etmişdir. İcra hakimiyyəti tərəfindən büronun hesabına ödənilən pullar vəkillərə dərhal ödənilmişdir. Məsləhətxanada vergi ilə də bağlı problem də olmuşdur. Vəkillərin üzvlük haqqı 42 manat təşkil etmiş, bürodakı vəkillərdən 30 nəfərinin üzvlük haqqını versə də, qalan 20 nəfərin üzvlük haqqı isə vergi ödənişləri üçün nəzərdə tutulmuş puldan çıxılmışdır. Ziyanda olduqları üçün vəkillərə məzuniyyət haqqlarını ödəyə bilməmişlər. B3 forma veriləndə vəkillərin maaşından öncə 142 manat üzvlük haqqı, daha sonra gəlir vergisi çıxılmışdır. Təqsirləndirilən şəxs ziyanda olduqlarını bildirmişdir. Vəkillərin də məsləhətxanaya borcu olmuşdur. Borclu olan vəkillərin siyahısını vermişlər. 19000 manat borc yaranmışdır. Borcu olan vəkillərin üzvlük haqqını büronun adından Vəkillər Kollegiyasına vermişlər. Büro Sərdar Qasımova təhvil verilənədək artıq xeyli borc yığılmışdır. Vəkillərə müştəri arasında bağlanan müqavilə onlara təqdim edilərkən vətəndaşa qəbz verilmişdir. Bəzi müqavilələr pozularkən pullar vətəndaşlara qaytarılmış, müqavilələr məsləhətxanada saxlanılmışdır. Ödəniş cədvəllərində bəzi vəkillərin soyadı düz qeyd edilməmişdir. Bu səbəbdən bank tərəfindən ödənişin həyata keçirilməsi mümkün olmamışdır. O, cədvəldəki səhvlərin düzəldilməsi üçün DSMF-yə də getmiş, bunun üçün tərtib edilən arayışa Təqsirləndirilən şəxs şəxsən imza etmişdir. Audit yoxlaması zamanı tərtib olunmuş akt ona təqdim olunmamışdır. Fəaliyyəti zamanı müdiri Təqsirləndirilən şəxs göstərişlərini yerinə yetirmiş, sonuncu tərəfindən ona hansısa qanunsuz göstəriş verilməmişdir. Vergi və DSMF borclarının yaranmasında müdiriyyətin təqsiri olmuşdur. 2013-cü ildən sonra məsləhətxana hər ili kəsrlə başa vurmuşdur. Bundan başqa vəkillər üzvlük haqları və məsləhətxananın saxlama xərclərini gecikdirdiyinə görə hesablarda 20.000 manata yaxın kəsr yaranmışdır. 2016-cı ildən yığılmış Dövlət Sosial Müdafiə Fonduna olan borcların silinməsi barədə 2018-ci ildə Prezidentin sərəncamı çıxandan sonra tələb olunan vəsait ödənilsə də, DSMF borcun bank hesabına vaxtında ödənilmədiyini əsas gətirib 27.000 manat borcu silməmiş, bundan sonrakı dövr üçün isə cərimə hesablamağa başlanılmışdır. Dəfələrlə Təqsirləndirilən şəxs məhkəməyə müraciət etməli olduğunu, həmin borc və cərimənin mübahisələndirilməli olduğunu bildirsə də, heç bir faydası olmamışdır. Bundan sonra isə 18.000 manata yaxın vergi borcu yığılmışdır. O, hər iki audit aktı ilə razı deyil, Təqsirləndirilən şəxs da akta imza etməmişdir. Onun mühasib olduğu dövrdə kassadan qanunsuz məxariclər olmamışdır. Əvvəlki məhkəmə tərkibinin iştirakı ilə dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, 1992-ci ildə bir neçə ay vəkil işləmiş, sonra fəaliyyətinə hüquqşünas kimi davam etmişdir. 18 yanvar 2018-ci ildən etibarən vəkillik fəaliyyətini bərpa etmişdir. 2018-ci ilin sentyabr ayından xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə müalicəsilə bağlı yenidən vəkillik fəaliyyətini dayandırmışdır. Təqsirləndirilən şəxs təqribən 1992-ci ildən etibarən tanıyır. 2018-ci ildə olan xidmət göstərdiyi müqavilələrə görə pulun hesablanması ilə bağlı hesabat yazanda artıq məsləhətxanaya Təqsirləndirilən şəxs yox, Sərdar Qasımov rəhbərlik etmişdir. X88 isə həmin pulların Təqsirləndirilən şəxs fəaliyyəti dövründə ödənildiyinə görə hesabatı qəbul etməmiş və ona xidmət göstərdiyi müqavilələrə görə pul ödənilməmişdir. Belə ki, xidmət göstərdikləri işlər üzrə pul ödənilməsi üçün aylıq hesabat təqdim etmiş və orada hüquqi yardım göstərdikləri işləri qeyd etmişlər. Onun hesabatında qeyd etdiyi bəzi müqavilələr üzrə ödənişlərin edilməsindən imtina edilmiş, həmin müqavilələrin Təqsirləndirilən şəxs müdir olduğu dövrdə bağlandığını və həmin pulların mənimsənildiyi bildirilmişdir. 1 saylı hüquq məsləhətxanasında fəaliyyəti dövründə Vəkillər Kollegiyasına yığılan üzvlük haqları və məsləhətxanaya ödənilən üzvlük haqları həmişə hesabatı əsasında onun hesabından silinmişdir. İşin 1-ci cildinin 241-252-ci vərəqlərindəki auditor rəyindən görünür ki, 1 yanvar 2019cu il tarixə 1 saylı X13 Büdcəsinə gecikmə faizləri ilə birlikdə 18206 manat, DSMF-yə işə 103433.92 manat borcu qalmış, 12 yanvar 2019-cu il tarixədək Məsləhətxananın xəzinə hesabına daxil olmuş 95996 manat və bank hesabına daxil olmuş 22.872 manat məbləğində pul vəsaitləri təyinatı üzrə istifadə olunmamış, həmin pul vəsaitləri Məsləhətxananın xəzinə və bank hesablarından çıxarılaraq auditə məlum olmayan formada xərclənilmişdir. İşin 2-ci cildinin 1-8-ci vərəqlərindəki Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin təqdim etdiyi 28 fevral 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının bank sənədlərinə əsasən X14, X19, Şahid9, X40, X54, X33, Şahid8 və Şahid7 müqavilə əsasında göstərdiyi xidmətlərə görə Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının bank hesablarına İcra Hakimiyyətlərindən 22872.0 manat pul vəsaitləri daxil olmuşdur. Ayrı-ayrı vətəndaşlardan 1 saylı Hüquq Məsləhətxanasına xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə 95996.0 manat, o cümlədən Məsləhətxananın kassasına 94136.0 manat, Məsləhətxananın bank hesabına 1860.0 manat pul vəsaiti daxil olmuşdur. İşin 2-ci cildinin 302-311-ci vərəqlərindəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundun Bakı şəhər 1 saylı Hüquq Məsləhətxanası ilə bağlı 22 iyul 2020-ci il tarixli **********0 nömrəli məlumatından görünür ki, 1 saylı Hüquq Məsləhətxanası tərəfindən təqdim edilmiş hesabatlara əsasən sığorta edənin 2018-ci ilin 1 oktyabr tarixinə Dövlət Sosial Müdafiə Fonduna 0111 fəaliyyət kodu üzrə (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi İlə işə götürən hüquqi şəxslər) 33171 manat 78 qəpik məcburi dövlət sosial sığorta haqqı, 30040 manat 59 qəpik maliyyə sanksiyaları (o cümlədən penya), 0300 fəaliyyət kodu üzrə (vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər) isə 38458 manat 97 qəpik məcburi dövlət sosial sığorta haqqı, 1692 manat 30 qəpik maliyyə sanksiyaları (o cümlədən penya) borcu yaranmışdır. 2018-ci ilin 3-cü rübü üzrə hesabatları vaxtında təqdim etmədiyinə görə Fondun ləğv prosesində olan Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi tərəfindən 2018-cı ilin 18 dekabr tarixində 180 manat 75 qəpik (rüb ərzində hesablanmış məcburi dövlət sosial sığorta haqqının 10 faizi məbləğində) maliyyə sanksiyası sığortaedənin şəxsi vərəqəsinə kameral qaydada bərpa edilmişdir. 1 saylı Hüquq Məsləhətxanası xx.xx.2016-xx.xx.2018-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 0111 Kodu üzrə MDSSH üzrə 7984,49 manat, Penya M/S üzrə 389,03 manat, 0300 Kodu üzrə MDSSH üzrə 35.014,67 manat, Penya M/S üzrə 2990,54 manat məbləğində ödəniş aparılmışdır. İşin 2-ci cildinin 234-296-cı vərəqlərindəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********440800 nömrəli məlumatına və ona əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, 1 saylı Hüquq Məsləhətxanasının xx.xx.2019-cu il tarixə vergilər üzrə borcu 14.276,96 manat, faiz üzrə borcu 5893,6 manat təşkil etmişdir. İşin 4-cü cildinin 12-19-cu vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 29 mart 2021-ci il tarixli 9/793 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı təqdim edilmiş cinayət işi materiallarında olan sənədlərə, müqavilələrə, kassa mədaxil sənədlərinə, bank sənədlərinə və digər məlumatlara əsasən xx.xx.2019-cu il tarixədək məsləhətxananın xəzinə hesabına daxil olmuş 95026,0 manat məbləğində pul vəsaitindən, DSMF ödənişi olaraq 19005,2 manat, vergi ödənişi olaraq 10.642,91 manat, sığorta haqqı olaraq 1307,56 manat tutulmalar edilməmiş, həmin vəkillərə əmək haqqı məbləği olaraq 64.070,33 manat pul vəsaiti ödənilməli olduğu halda ödənilməmişdir. Dövlət sifarişləri üzrə xx.xx.2019-cu il tarixədək məsləhətxananın bank hesabına daxil olmuş 22.872 manat məbləğində pul vəsaitindən, DSMF ödənişi olaraq 4574,4 manat, vergi ödənişi olaraq 2561,66 manat, sığorta haqqı olaraq 314,72 manat tutulmalar hesablanılmaqla, həmin vəkillərə əmək haqqı məbləği olaraq 15.421,22 manat pul vəsaiti ödənilməli olduğu halda ödənilməmişdir. İşin 1-ci cildinin 256-320-ci vərəqlərindəki və 5-14-cü cildlərindəki məsləhətxanaya üzv olan vəkillərin və hüquqi yardımın göstərilməsi barədə müraciət edən ayrı-ayrı fiziki və hüquqi şəxslərin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş hüquqi yardımın göstərilməsi haqqında müqavilələrdən, tərtib edilmiş order və məhkəmə qəbzlərindən görünür ki, göstərilmiş xidmətlərə görə ödənilmiş müxtəlif məbləğlərdə pul vəsaiti, o cümlədən, Şahid4 göstərdiyi xidmətə görə 3.750 manat, Şahid2 göstərdiyi xidmətə görə 5.140 manat, X7 göstərdiyi xidmətə görə 50 manat, X36 göstərdiyi xidmətə görə 2.900 manat, Şahid1 göstərdiyi xidmətə görə 18.840 manat, X37 göstərdiyi xidmətə görə 300 manat, X29 göstərdiyi xidmətə görə 820 manat, X22 göstərdiyi xidmətə görə 650 manat, X23 göstərdiyi xidmətə görə 100 manat, Şahid5 göstərdiyi xidmətə görə 3.500 manat, X30 göstərdiyi xidmətə görə 150 manat, X51 göstərdiyi xidmətə görə 950 manat, X31 göstərdiyi xidmətə görə 350 manat, X14 göstərdiyi xidmətə görə 1.100 manat, X15 göstərdiyi xidmətə görə 400 manat, Şahid15 göstərdiyi xidmətə görə 6.120 manat, X16 göstərdiyi xidmətə görə 580 manat, X38 göstərdiyi xidmətə görə 2.750 manat, X52 göstərdiyi xidmətə görə 2.050 manat, X32 göstərdiyi xidmətə görə 550 manat, Şahid12 göstərdiyi xidmətə görə 1.950 manat, X39 göstərdiyi xidmətə görə 1.150 manat, X17 göstərdiyi xidmətə görə 1.310 manat, X5 göstərdiyi xidmətə görə 80 manat, X62 göstərdiyi xidmətə görə 4.650 manat, X6 göstərdiyi xidmətə görə 900 manat, X40 göstərdiyi xidmətə görə 800 manat, X24 göstərdiyi xidmətə görə 150 manat, X41 göstərdiyi xidmətə görə 3.700 manat, Şahid11 göstərdiyi xidmətə görə 4.750 manat, X53 göstərdiyi xidmətə görə 500 manat, X18 göstərdiyi xidmətə görə 2.050 manat X8 göstərdiyi xidmətə görə 1.200 manat, X25 göstərdiyi xidmətə görə 2.450 manat, X9 göstərdiyi xidmətə görə 1.100 manat, X42 göstərdiyi xidmətə görə 200 manat, X10 göstərdiyi xidmətə görə 1.300 manat, X43 göstərdiyi xidmətə görə 500 manat, X44 göstərdiyi xidmətə görə 770 manat, X45 göstərdiyi xidmətə görə 3.700 manat, X46 göstərdiyi xidmətə görə 500 manat, Şahid7 göstərdiyi xidmətə görə 1.110 manat, X26 göstərdiyi xidmətə görə 550 manat, X11 göstərdiyi xidmətə görə 1.000 manat, X2 göstərdiyi xidmətə görə 1.750 manat, Şahid3 göstərdiyi xidmətə görə 1.200 manat, X47 göstərdiyi xidmətə görə 850 manat, X27 göstərdiyi xidmətə görə 1.350 manat, cəmi adları qeyd olunan 48 nəfər vəkilin göstərdiyi xidmətlərə görə Bakı şəhər 1 saylı Hüquq Məsləhətxanasının xəzinəsinə 92.570 (doxsan iki min beş yüz yetmiş) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İşin 2-ci cildinin 222-233-cü vərəqlərindəki «Kapital Bank ASC»-nin məktubu və ona əlavə edilmiş çıxarışlardan görünür ki, Bakı şəhər 1 saylı hüquq məsləhətxanasının bank hesabı «Kapital Bank ASC»-də yerləşən AZ32Aİ1B******************** nömrəli hesablaşma hesabı olmuşdur. Bankın təqdim etdiyi çıxarışa əsasən xx.xx.2018-ci il tarixə hesab üzrə debet və kredit qalığı 0.00 (sıfır) manat olmuşdur. İşin 1-ci cildinin 214-226-cı vərəqlərindəki audit yoxlaması və istintaqa təqdim edilən 2019-cu ilin yanvar ayının xəzinə kitabından görünür ki, 11 yanvar 2019-cu il tarixə xəzinə qalığı cəmi 702 manat təşkil etmişdir. İşin 1-ci cildinin 227-236-cı, 2-ci cildinin 302-311, 234-296-cı vərəqlərindəki sənədlərdən görünür ki, Bakı şəhər 1 saylı hüquq məsləhətxanası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 1105-Q4-1778 nömrə ilə dövlət qeydiyyatına alınmış Nizamnamə, eləcə də Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş ********** saylı VÖEN və vəkillik fəaliyyəti növü üzrə 69103 saylı kod əsasında fəaliyyət göstərmişdir. İşin 1-ci cildinin 227-236 və 343-cü vərəqlərindəki sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2011-ci il tarixdən Bakı şəhər 1 saylı hüquq məsləhətxanasının qanuni təmsilçisi-müdiri vəzifəsində işləmişdir, nizamnaməyə əsasən məsləhətxananın işini təşkil etmək, hüquqi yardım göstərilməsi ilə bağlı vətəndaşlara, vəkilin iştirakı və razılaşması ilə müqavilə bağlamaq, vəkilə onun həyata keçirdiyi hüquqi yardımla bağlı fəaliyyətini təmin etmək üçün order vermək, vəkillərin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Vəkillər X4rşısında məsələ qaldırmaq, dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərən vəkillərin Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş siyahı əsasında prosesdə iştirakını təmin etmək, məsləhətxananın vəkillərinin peşə fəaliyyətlərini həyata keçirməklə əlaqədar sənədlər toplamaq və hüquqi yardım göstərmək üçün zəruri olan arayışların və digər sənədlərin idarə, müəssisə və təşkilatlardan tələb edilməsi barədə qanunvericiliyə uyğun olaraq sorğular verilməsini təmin etmək, qanunvericilk sahəsində maarifçilik işinin aparılmasını təşkil etmək, vəkilin təqdimatı əsasında vəkil köməkçisinin işə götürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər X21 müəyyən etdiyi qaydada əmək müqaviləsi bağlamaq, məsləhətxananın adından etibarnaməsiz fəaliyyət göstərmək, üçüncü şəxslərlə münasibətdə məsləhətxananı təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, məsləhətxananın adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, ümumi yığıncaqda hesabat məruzəsi ilə çıxış etmək, kargüzarlıq işinin aparılmasını təmin etmək, vətəndaşları qəbul etmək, onların ərizə və şikayətlərinə baxılmasını təmin etmək, təsdiq edilmiş smeta daxilində maliyyə vəsaitləri üzərində sərəncam vermək, məsləhətxanının işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifəsindən azad etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər vermək, dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə daxil olmuş vəsaitin müəyyən edilmiş qaydada hüquqi yardım göstərmiş vəkilə ödənilməsini təmin etmək, vəkillərin sığorta bank hesabına müəyyən edilmiş miqdarda ödəmələrin keçirilməsini təmin etmək, ştatda olan işçilərin mükafatlandırılmaiarı və onlara maddi yardım göstərilməsi barədə təklifləri ümumi yığıncağın gündəliyinə çıxarmaq, ümumi yığıncağı çağırmaq, iclasın gündəliyini müəyyənləşdirmək, müzakirəsinə çıxardan məsələlərin hazırlanmasını və iclasın keçirilməsini təşkil etmək, vəkillərin ərizələri əsasında ödənişli və ya ödənişsiz məzuniyyət verilməsini və ezamiyyətə göndərilməsini əmrlə rəsmiləşdirmək, məsləhətxananın maliyyə fəaliyyəti barədə və digər hesabatların aidiyyəti üzrə təqdim edilməsini təmin etmək, fiziki və hüquqi şəxslərlə hüquqi yardım göstərilməsi ilə əlaqədar daxil olmuş pul vəsaitlərinin müəyyən edilmiş qaydada vaxtında bank hesabına təhvil verilməsini və təyinatı üzrə xərclənməsini təşkil etmək, məsləhətxananın fəaliyyəti ilə bağlı sənədlərin saxlanılmasını və təhlükəsizliyini təmin etmək, məsləhətxananın ştatda olan işçilərinin xidməti vəzifələri barədə təlimatla onları tanış etmək, məsləhətxananın xəzinədarı ilə onun maddi məsuliyəti barədə müqavilə bağlamaq, məsləhətxananın ştatda olan işçilərindən vəkillik sirrinin qorunması barədə iltizam almaq və qanunvericiliklə onun üzərinə qoyulmuş digər səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs olmuşdur. xx.xx.2019-cu il tarixdə 68 nömrəli əmrlə Bakı şəhər 1 saylı hüquq bürosunun müdiri vəzifəsinin icrası X48 həvalə edilmişdir. İşin 4-cü cildinin 109-134-cü vərəqlərindəki 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə xidmət göstərilmiş müqavilələr, order və həmin vəsaitlərin mədaxilinə dair qəbzlər, həmçinin xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixdək kassa sənədləri 21 cilddə tikilib qaytanlanmaqla maddi sübut kimi tanınmışdır. İşin 4-cü cildinin 79-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 3-cü cildinin 114-118 və 156-158-ci vərəqlərindəki qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 9 fevral 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdəki məhkəmənin hazırlıq iclasının 10 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Məmmədəli qızının barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında həbs edilmişdir. İşdəki məhkəmənin 22 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Məmmədəli qızının barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşdəki məhkəmənin 30 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyini, üzrlü səbəblər olmadan 2022 və 2023-cü illərdə təyin edilmiş son 23 məhkəmə iclasının heç birinə gəlmədiyi nəzərə alınmaqla onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 20 mart 2024-cü il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq 27 mart 2024-cü il tarixdə Bakı istintaq təcridxanasına yerləşdirilmişdir. İşdəki zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının nümayəndəsi Müdafiəçi2 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, 115.442 (yüz on beş min dörd yüz qırx iki) manat pulun Təqsirləndirilən şəxs tutularaq kollegiyaya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşdəki zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 71.630 (yetmiş bir min altı yüz otuz) manat 75 (yetmiş beş) qəpik maddi ziyanın qeyd edilən fondun hesabına tutulması barədə qərar qəbul edilməsini xahiş edir. İşdəki zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Hüquq idarəsinin nümayəndəsi X28 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli, 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa, həmin qanunun tətbiqi və «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Odur ki, 85.907 (səksən beş min doqquz yüz yeddi) manat 71 (yetmiş bir) qəpik ziyanın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.3.2 və 213.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməsə də, onun ittiham olunduğu cinayətləri törətməkdə təqsirli olması məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış protokollar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı sənədlər və işin digər faktiki halları ilə sübuta yetirildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır. Belə ki, Bakı şəhər 1 saylı hüquq Məsləhətxanası ilə bağlı materialların məsləhətxananın 4 aprel 2019-cu il tarixində keçirilmiş iclasında qəbul olunmuş qərar əsasında istintaq orqanına göndərildiyini bildirən təqsirləndirilən şəxs həmin qərarın qanunsuz olduğunu, 1 saylı Hüquq Məsləhətxanasının nizamnaməsinin 7.1.8-ci maddəsinə uyğun olmadığını, nizamnamənin tələblərinə görə yığıncaqda iştirak edən təsisçilərin azı 51 faizinin səs çoxluğu ilə qəbul edilməli olduğu halda qeyd edilən iclasda 30 nəfərin iştirak etdiyini, 13 nəfərin qərarın lehinə, 7 nəfərin əleyhinə səs verdiyini və 10 nəfərin isə bitərəf qaldığını qeyd etmişdir. Azərbaycan Respublikası CPM-in 205-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalı, həmin məktuba cinayətin törədilməsini təsdiq edən sənədlər əlavə edilməli, məktubda hüquqi şəxsin tam adı, yaxud vəzifəli şəxsin soyadı, adı, atasının adı, ərizəçinin xidməti ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, eləcə də məktuba əlavə edilən sənədlər haqqında məlumatlar qeyd edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə cinayət məsuliyyətinə səbəb olur. Odur ki, Bakı şəhər 1 saylı hüquq Məsləhətxanasına dair materialların araşdırma aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi ilə bağlı CPM-də nəzərdə tutulan tələblərə tam əməl edildiyindən, yəni cinayətin törədilməsini təsdiq edən audit rəyi və sənədlər əlavə edilməklə yazılı qaydada hüquqi şəxsin adından müraciət edilməsi zamanı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin ağır cinayətin törədilməsi ilə bağlı məlumatın verilməsi barədə məsələnin müzakirəyə çıxarılması Azərbaycan Respublikası CM-in 307ci maddəsi ilə ziddiyət təşkil etdiyindən hüquqi şəxsin nizamnaməsində bu məsələnin hansı şəkildə tənzimlənməsinin heç bir əhəmiyyəti yoxdur. Bundan başqa, 22 iyul 2019-cu il tarixli audit rəyində 12 yanvar 2019-cu il tarixədək məsləhətxananın xəzinə hesabına daxil olmuş 95.996 manat və bank hesabına daxil olmuş 22.872 manat məbləğində pul vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması, həmin pul vəsaitlərinin məsləhətxananın xəzinə və bank hesablarından çıxarılaraq auditə məlum olmayan formada xərcləməsi ilə bağlı göstərilənlərlə bağlı razı olmayan təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ondan sonrakı dövrdə məsləhətxanaya rəhbərlik etmiş Sərdar Qasımov tərəfindən bir çox mühasibat sənədləri Dövlət Arxiv İdarəsi ilə müqavilə bağlanılmadan qəsdən məhv edilmiş, bununla bağlı akt tərtib edilməmiş, vəkillərə ödənilmiş əmək haqları, məzuniyyət pulları və sair xərclər audit rəyində öz əksini tapmamış, ezamiyyə pulları nəzərə alınmamışdır. Məhkəmədə müəyyən edilmişdir ki, təqdim edilən 2019-cu ilin yanvar ayının xəzinə kitabına əsasən 11 yanvar 2019-cu il tarixə xəzinə qalığı cəmi 702 manat təşkil etmiş, həmçinin hüquqi şəxsin "xxxx" ASC-də olan hesablaşma hesabına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin istintaqa təqdim edilən hüquqi xidmətin göstərilməsinə dair müqavilələrdə hüquqi və fiziki şəxslərdən qəbul edilən vəsaitlərin ödəniş üçün yönəldilməsi ilə bağlı qeydiyyatın olmadığı, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar ayı üçün qismən ödənilmiş vəsaitləri təmin etmək üçün Bakı şəhər 1 saylı hüquq bürosunun (Bakı şəhər 1 saylı hüquq məsləhətxanası) vəsaitinin olmadığı təsdiqini tapmışdır. Vəsaitlərin çatışmazlığı ilə bağlı audit rəyində göstərilən hallar iş materialları ilə uyğunluq təşkil etdiyindən, həmçinin Təqsirləndirilən şəxs 11 yanvar 2019-cu il tarixdə Sərdar Qasımova yalnız hüquq bürosuna dair açar, möhür və əmr kitabını təhvil verməsinə dair qeyd olduğundan təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar əsassızdır. Bundan başqa, məsləhətxana xərcləri və üzvlük haqları ilə bağlı vəkillərin 19 min manata yaxın borclarının olması, Vəkillər Kollegiyasına üzvlük haqqı kimi ödənilmiş 73080 manat vəsaitin çatışmazlıq kimi hesablanmış məbləğlərdən çıxılmaması, yoxlama zamanı internet xərcləri, cari təmir xərcləri, reklam xərcləri, kommunal xərclərin hesablanılmaması barədə təqsirləndirilən şəxsin göstərdiklərinə dair istintaq zamanı vəkillərin hüquq bürosunun saxlanma xərcləri və ya üzvlük haqları ilə bağlı borcları olmasını təsdiq edən hər hansı bir sənəd müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, hüquq bürosunun saxlanma xərcləri və Vəkillər Kollegiyasına ödənilməli olan üzvülük haqları hər ay üçün hər bir vəkildən ayrılıqda hansı sayda fiziki və hüquqi şəxslərə, hansı məbləğdə xidmət göstərməsindən asılı olmayaraq tutulmalı olduğundan, eləcə də, büronun saxlanma xərcləri üzvlərin ödədiyi aylıq saxlama xərcləri ilə məhdudlaşdırılmalı olduğundan qeyd edilən xərclərin vəkillərin xidmət göstərdiyi müqavilələr üzrə yığılmış vəsaitlə əvəzləşdirilməsi əsassızdır. Göstərilənlərdən əlavə, məhkəmə-mühasibatlıq ekspertizası zamanı müəyyən edilən 117.898 manat çatışmazlıq istintaq zamanı Sərdar Qasımova və Təqsirləndirilən şəxs özünə münasibətdə azaldılaraq 115.442 (bir yüz on beş min dörd yüz qırx iki) manat kimi hesablanmış, həmçinin 85.907,71 manat (səksən beş min doqquz yüz yeddi manat yetmiş bir qəpik) vəsaitin DSMF və Dövlət Vergi Xidmətinə ödənilməməsi ilə bağlı göstərilənlər sənədlərlə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsini cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birinə uyğun gələn sübutları isə mötəbər hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətləri Azərbaycan Respublikası CM-in 179.3.2 və 213.1-ci maddələri ilə tövsif edilməklə, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs xəstəliyini, yaşlı və qadın olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları müstəsna hal kimi nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla, ona təqsirləndirildiyi CM-in 179.3.2-ci maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə qanunun yuxarıda qeyd edilən göstərişini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 179.3.2-ci maddəsi ilə əlavə cəza da təyin edilməli, o, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası və CMin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, CM-in 213.1-ci maddəsi ilə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirilməklə ona qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, onun qəti olaraq üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə, onun üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin edilən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının icrası və sınaq müddəti ərzində onun davranışına nəzarət Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin mülki iddiaları təmin edilməli, Təqsirləndirilən şəxs 14.276 (on dörd min iki yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 71.630 (yetmiş bir min altı yüz otuz) manat 75 (yetmiş beş) qəpik Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin, 115.442 (yüz on beş min dörd yüz qırx iki) manat isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 250 (iki yüz əlli) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: 21 cilddən ibarət xidmət göstərilmiş müqavilələr, order və həmin vəsaitlərin mədaxilinə dair qəbzlər, həmçinin 1 yanvar 2016-cı il tarixdən 31 dekabr 2018-ci il tarixdək olan kassa sənədləri cinayət işində saxlanılsın. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.1ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-in 179.3.2ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, CM-in 213.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə və əlavə cəzaları ayrı-ayrılıqla qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin təqdim etdiyi mülki iddialar təmin edilsin. Təqsirləndirilən şəxs 14.276 (on dörd min iki yüz yetmiş altı) manat 96 (doxsan altı) qəpik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 71.630 (yetmiş bir min altı yüz otuz) manat 75 (yetmiş beş) qəpik Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin, 115.442 (yüz on beş min dörd yüz qırx iki) manat isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının xeyrinə tutulsun. Ekspertiza tədqiqatına sərf edilmiş 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar