Məhkəmə qərarları › İş №1(101)-550/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-550/2020

18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-550/2020 18.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi x2, zərərçəkmiş şəxsin hüquqi varisi x6 nümayəndəsi x7, müdafiəçi, “Mirzəyev və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-ci il tarixdə Şabran rayonunun Uzunboyad kəndində anadan olmuş, orta təhsilli, fərdi olaraq sürücü işləyən, Şabran rayonunun Uzunboyad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 dekabr 2019-cu il tarixdə saat 20:41-də “BC" kateqoriyalı sürücülük vəsiqəsi əsasında, atası Şahid2 məxsus, etibarnamə ilə idarə etdiyi “Kamaz 53212 Yük” markalı “Furqon konteyner” tipli **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən sola dönüb Sulutəpə qəsəbəsi istiqamətində 10-15 km/saat sürətlə idarə edərkən, yolun Asəf Zeynallı küçəsi ilə Binəqədi şossesinin kəsişdiyi yerdə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 58 ünvanında yerləşən “Kəpənəkçi” mağazasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin, yəni “Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir” kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozub, svetoforun yaşıl işığı yandıqda yolayrıcından sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini piyadalar üçün yaşıl işıqda sağdan sola keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yük avtomobilinin qabaq orta hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs1 sol ağciyərin hər iki payının cırılmış yaraları ilə müşayiət olunan sol tərəfli ll-İX qabırğaların orta qoltuqaltı xətti üzrə sınıqları, sağ kürək sümüyünün qəlpəli sınığı, alının sol yarısının, döş qəfəsinin sağ yarısının arxa səthinin, sağ bazu oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ əlin İİ barmağının, qarının sol yarısının, sağ və sol diz oynağı nahiyəsinin, sağ və sol baldır nahiyəsinin, sağ aşıq-baldır oynağı nahiyəsinin, sağ ayağın iç topuğunun sıyrıqları, sağ üst göz qapağının, sağ bazu nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin sol-yarısının qançırları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 - baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan alın, sağ təpə və gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli, basılmış sınığı, burun sümüyünün sınığı, hər iki tərəfdə çanaq sümüklərinin sınığı, aralıq nahiyəsinin əzilmişcırılmış yarası və sol bud nahiyəsinin sıyrıqlı qançırı, sol yanaq nahiyəsinin qançırı, alın nahiyəsinin, sağ göz qapaqlarının, çənə nahiyəsinin, döş qəfəsinin sağ yarıısının, hər iki diz oynağı nahiyəsinin, sol bud və sol baldır nahiyələrinin sıyrıqları, alt dodağa qansızma ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək ehtiyatsızlıqdan hər iki şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Kamaz 53212” markalı “Furqon konteyner” tipli **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili atası Şahid2 məxsusdur. Həmin avtomobili o, etibarnaməyə əsasən “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. İdarə etdiyi avtomobil hər il texniki baxışdan keçir, texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı texniki nasazlığı olmamışdır. 10 dekabr 2019-cu il tarixdə təxminən saat 14:00 radələrində o, yaşadığı Dəvəçi rayonundan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən çörək zavoduna 400 kisə un gətirmişdir. Təxminən saat 17:00 radələrində o, çörək zavoduna çatmışdır. Zavodda başqa avtomobillər də yüklərini boşaltdırdıqlarına görə o, bir saata yaxın gözləməli olmuşdur. Təxminən saat 18:00 radələrində növbəsi çatmış və fəhlələr təxminən iki saat müddət ərzində onun avtomobilinin yükünü boşaltmışlar. Həmin müddət ərzində isə o, avtomobilin kabinəsinda istirahət etmişdir. Fəhlələr yükü boşaltdıqdan sonra o, geri, Dəvəçi rayonuna getmək üçün çörək zavodundan Sulutəpə qəsəbəsi istiqamətində yola düşmüşdür. Hava qaranlıq olmuşdur. Yolda işıqlanma zəif olduğu üçün o, avtomobilin qabaq işıqlarını qoşmuşdur. Təxminən saat 20:40 radələrində o, idarə etdiyi “Kamaz 53212” markalı “Furqon konteyner” tipli **- BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Biləcəri qəsəbəsindən çıxan yol ilə Binəqədi şossesinin kəsişdiyi yerdə olan işıqfora çatmış və qırmızı işıq olduğu üçün avtomobili dayandırmışdır. Yol yalnız piyada yolunda olan və dirəklərdə quraşdırılmış plafonlardan işıqlanmışdır. O, həmin işıqfordan sola, Sulutəpə qəsəbəsi istiqamətində dönməli olmuşdur. İşıqforda yaşıl işıq yanandan sonra o, avtomobili yerindən tərpədərək 10-15 km/saat sürətlə yolayrıcından sola, Binəqədi şossesinə dönərək Sulutəpə qəsəbəsi istiqamətində yoluna davam etmişdir. İşıqforda idarə etdiyi avtomobili yerindən tərpədib 5- 10 saniyə idarə edib sola dönərkən avtomobilin təkərlərinin altında nəinsə qaldığını hiss edib avtomobili yolun kənarına verib saxlamışdır. Ona elə gəlmişdir ki, idarə etdiyi avtomobilin təkərləri altında daş parçası qalıb. Lakin avtomobildən yerə düşəndə arxadakı yolayrıcında adamların yığışdığını görüb həmin yerə yaxınlaşmışdır. Adamların yığışdığı yerə yaxınlaşanda yerdə iki nəfərin uzandığını görmüş və həmin piyadaları idarə etdiyi avtomobil ilə vurduğunu başa düşmüşdür. Belə ki, piyadaların uzandığı yerdən idarə etdiyi avtomobildən sonra başqa avtomobil keçməmişdir. O, isə idarə etdiyi avtomobil ilə həmin piyadalar uzanan yerdən keçmişdir. O, hadisə yerinə yaxınlaşaraq polis əməkdaşlarının gəlməyini gözləmişdir. Hadisə yerində yoldan keçən piyadalar və sürücülər toplaşmağa başlamışlar. 3-4 dəqiqə keçməmişdir ki, hadisə yerinə xidməti avtomobildə Dövlət Yol Polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşlarına yaxınlaşaraq özünü təqdim edib yolnəqliyyat hadisəsini törətdiyini onlara demiş, avtomobili isə hadisə yerindən 20-30 metr irəlidə yolun kənarında saxladığını bildirmişdir. Polis əməkdaşlarına yolun kənarında dayandırdığı avtomobili göstərəndən sonra onlar onun sənədlərini, yəni sürücülük vəsiqəsini, etibarnaməni və avtomobilin texniki pasportunu alıb onu xidməti avtomobillərinə otuzdurmuşlar. Bir müddətdən sonra hadisə yerinə Təcili tibbi yardım həkimləri və Polis əməkdaşları gəlib hadisə yerinin müayinəsinə başlamışlar. Polis əməkdaşlarının dediylərinə görə yerdə uzanan piyadaların hər ikisi artıq rəhmətə getmişlər. Hadisə zamanı yolu keçən piyadaları görməyib ehtiyatsızlıqdan onları avtomobili ilə vurmasının səbəbini o, özü də izah edə bilmir. Lakin yük maşını idarə edən insanlar bilir ki, yük maşınlarında kor nöqtə deyilən bir yerin olması var. Hansı ki, o kor nöqtədən o, mərhumların yol kənarında dayandığını görməmişdir. Hadisə zamanı idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşısında, sağ və sol tərəflərində hər hansı bir nəqliyyat vasitəsi olmamışdır. Hadisə vaxtı hava mülayim və yağmursuz olmuş, yol örtüyü isə asfalt-beton olmaqla quru olmuşdur. Zərər çəkmiş şəxsin hüquqi varisi x4 məhkəmədə ifadəsində göstərdi ki, o, mərhum Zərərçəkmiş şəxs1 atasıdır. Tural xx xxxxxx 2003-cü il tarixdə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. Tural həmin kənddə qeydiyyatda olsa da, faktiki olaraq onunla birlikdə ünvan 3 ünvanında yaşamışdır. Bakı şəhəri, Binəqədi rayonunun 301 saylı Tam orta məktəbin 11-ci sinif şagirdi olmuşdur. Onların ailəsində üç uşaqları olmuşdur. Tural ailələrinin ən kiçik övladı olmuşdur. Tural 6 yaşından orta məktəbə getmiş, məktəbdə çox yaxşı oxumuşdur. Onun həvəsi hüquq elmlərinə olmuşdur, Ədliyyə Nazirliyinin akademiyasına daxil olmağa hazırlaşmışdır. Tural sağlam oğlan olmuş, 5 yaşından idmanla məşğul olmuşdur. Onun həvəsi idmanın kik-boks növünə olmuşdur, “Dinamo” çəmiyətinin üzvü olmuş, bir neçə dəfə yarışlarda iştirak etmişdir. 2018-ci təhsil ilinin əvvəllərindən Tural yaşadıqları Biləcəri qəsəbəsində müəllim yanına hazırlığa getmişdir. Onun hazırlığı axşam saat 18-dən 19:30-a kimi davam etmişdir. Hadisə elə Tural hazırlıqdan qayıdanda baş vermişdir. Belə ki, 10 dekabr 2019-cu il tarixdə saat 21 radələrində x8 ev telefonları vasitəsi ilə ona oğlu Turalın evlərinin yaxınlığındaki Asəf Zeynallı küçəsi ilə Binəqədi şossesinin kəsişdiyi yerdə avtonəqliyyat hadisəsinə düşməsi barədə məlumat verilmişdir. O, bu xəbəri eşidən kimi hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda Tural və əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 yerdə uzandıqlarını görmüşdür. Hadisə yerinə gəlmiş təcili yardım həkimləri Turalın və Dilarənin rəhmətə getmələrini bildirmişlər. Buna görə də, hadisə yerində olan polis əməkdaşları uşaqların meyitini yerdən qaldıraraq Binəqədi rayon meyitxanasına aparmışlar. Meyitxanada oğlunun meyiti müəyinədən keçiriləndən sonra ona qaytarılmışdır. 11 dekabr 2019-cu il tarixdə isə Turalın meyiti Biləcəri qəbirsanlığında dəfn edilmişdir. Turalın ölümü barədə ona AZ-İİ № 057935 saylı Ölüm haqqında şəhadətnamə verilmişdir. Oğlu Tural ilə bir qəzada rəhmətə getmiş Zərərçəkmiş şəxs2 o, əvvəllər tanımamış, eşitdiyinə görə onlar bir yerdə hazırlıqdan qayıdırmışlar. Qəzanı törətmiş sürücünü o, əvvəllər tanımamış, sonradan ona məlum olmuşdur ki, sürücü Dəvəçi rayonu sakini Təqsirləndirilən şəxsdur. O, təqsirləndirilən şəxsdən şikayətçidir. Onun cinayəti varsa cəzasını çəkməlidir. Zərər çəkmiş şəxsin hüquqi varisi x9 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs2 anasıdır. Zərərçəkmiş şəxs2 xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Zərərçəkmiş şəxs2 Füzuli rayonu, Qələbənin 40 illiyi küçəsi ev 18-də qeydiyyatda olsa da, faktiki olaraq onunla birlikdə, ünvan 5 ünvanında yerləşən yeni sahədə yaşamışdır. ünvan 6 orta məktəbin 11-ci sinif şagirdi olmuşdur. O, təxminən 15 il bundan əvvəl Dilarənin atası Bəxtiyar Sultanlıdan boşanmışdır. Həmin nikahdan yeganə övladı Dilarə anadan olmuşdur. Dilarə 6 yaşından orta məktəbə getmiş, məktəbdə çox yaxşı oxumuşdur. Dilarə sağlam övlad olmuşdur. Psixiatrik xəstəxanada müalicədə və ya qeydiyyatda olmamışdır. Ümumiyyətlə onların ailə üzvlərindən heç kim psixiatrik xəstəxanada müalicədə və ya qeydiyyatda olmamışdır. 2018-ci təhsil ilinin əvvəllərindən Zərərçəkmiş şəxs2 Biləcəri qəsəbəsində müəllim yanına hazırlığa getmişdir. Onun hazırlığı axşam saat 19:00-dan 20:30-a kimi davam edirmişdir. Hadisə elə qızı hazırlıqdan qayıdanda baş vermişdir. Belə ki, 10 dekabr 2019-cu il tarixdə, təxminən saat 21:00 radələrində x3 mobil telefonuna zəng edilərək qızı x13 küçəsi ilə Binəqədi şossesinin kəsişdiyi yerdə avtonəqliyyat hadisəsinə düşməsi barədə məlumat verilmişdir. Bu xəbəri eşidən kimi o, hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda o, qızı Dilarənin və əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 ilə yerdə uzandıqlarını görmüşdür. Hadisə yerinə gəlmiş Təcili yardım həkimləri Dilarə və Turalın rəhmətə getmələrini bildirmişlər. Buna görə də, hadisə yerində olan polis əməkdaşları uşaqların meyitini yerdən qaldıraraq Binəqədi rayon meyitxanasına aparmışlar. Meyitxanada qızının meyiti müəyinədən keçiriləndən sonra ona qaytarılmışdır. 11 dekabr 2019-cu il tarixdə isə qızı Zərərçəkmiş şəxs2 meyiti Masazır qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Qızı Zərərçəkmiş şəxs2 ilə bir qəzada rəhmətə getmiş Zərərçəkmiş şəxs1 o, əvvəllər tanımamış, sonradan eşitdiyinə görə onlar bir yerdə hazırlıqdan qayıdırmışlar. Qəzanı törətmiş sürücünü o, əvvəllər tanımamış, sonradan ona məlum olmuşdur ki, sürücü Dəvəçi rayonu sakini Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs kim olduğunu o, bilməmiş və Təqsirləndirilən şəxs barəsində heç bir məlumatı olmamış və hazırda da yoxdur (cild 1, iş vərəqi 137-138). Şahid, Binəqədi rayon Polis idarəsi Dövlət yol Polisi şöbəsinin baş inspektoru, polis baş leytenantı Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, 10 dekabr 2019-cu il tarixdə o, polis serjantı Şahid4la birlikdə saat 15:00-dan saat 00:00-kimi “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Binəqədi rayonu ərazisində xidmətdə olmuşlar. Xidməti avtomobili o, idarə edirmişdir. Həmin gün, yəni 10 dekabr 2019-cu il tarixdə təxminən saat 20:45 radələrində onlar Binəqədi rayonunun Biləcəri qəsəbəsinin ərazisindən keçərkən Asəf Zeynallı küçəsi ilə Binəqədi şossesinin kəsişdiyi yerdə, “Kəpənəkçi” adlanan ərazidə adamların toplandığını görmüşlər. Onlar həmin yerə çatanda Binəqədi şossesində “Kəpənəkçi” mağazasının qarşısında yerdə bir oğlan və bir qız xeylağının uzandıqlarını görmüşlər. Hadisə yerində hələ polis əməkdaşları və Təcili tibbi yardım həkimləri olmamışdır. O, dərhal hadisə barədə Binəqədi RPİ-nin Növbətçi hissəsinə və Təcili tibbi yardım həkimlərinə telefonla məlumat vermişdir. O, hadisənin kim tərəfindən törədilməsi ilə maraqlananda hadisə yerində olan şəxslərdən biri, əvvəllər tanımadığı, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş bir şəxs ona yaxınlaşaraq hadisənin onun tərəfindən törədildiyini bildirmişdir. Təqsirləndirilən şəxs hadisəni etibarnamə ilə idarə etdiyi “Kamaz 53212” markalı "Furqon Knteynar” tipli **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili Binəqədi şossesi ilə hadisə yerindən 20-30 metr irəlidə saxladığını demişdir. O, Təqsirləndirilən şəxs dediyi yerə gedəndə hadisə yerinin yaxınlığında, təxminən 20-30 metrliyində “Kamaz 53212” markalı “Furqon konteynar” tipli **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Bir müddət sonra hadisə yerinə Təcili tibbi yardım həkimləri gəlib yerdə uzanan oğlanla qızın artıq öldüklərini bildirmişlər. Hadisə yerinə mərhumların qohumlarının da gəlib Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq etmələrindən ehtiyat edib o, Təqsirləndirilən şəxs xidməti avtomobillərinə otuzdurmuşdur. Təqsirləndirilən şəxs ona sürücülük vəsiqəsini, etibarnaməni və avtomobilin texpasportunu təqdim etmişdir. Bir müddətdən sonra hadisə yerinə müstəntiqin rəhbərliyi ilə əməliyyat qrupu gəlmiş və hadisə yerinin müayinəsinə başlamışlar. Onlar da hadisə yerinin müayinəsinin təşkil edilib keçirilməsinə köməklik göstərmişlər. Hadisə yerinin müayinəsi başa çatandan sonra o, Təqsirləndirilən şəxs və Təbrizin ona təqdim etdiyi sənədləri müstəntiqə təhvil verib öz xidmətini davam etmişdir. Sürücü Təqsirləndirilən şəxs hadisə yerindən qaçmamış və qaçmağa cəhd etməmişdir. Təqsirləndirilən şəxs özü ona yaxınlaşaraq özünü hadisəni törətmiş şəxs kimi təqdim etmişdir. Şahid, digər yol polisi işçisi, polis serjantı Şahid4 Rəvan oğlu məhkəmədə Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etdi. Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs atasıdır. Rövşən ailələrinin ikinci övladıdır. Təbriz onlarla birlikdə yaşayır. Orta məktəbdə təhsilini bitirəndən sonra Təbriz 01 il 06 ay müddətində həqiqi hərbi xidmətdə olmuşdur. Xidmətini başa çatdırandan sonra sürücülük kursunda oxumuş və imtahan verəndən sonra 18 dekabr 2013-cü il tarixdə Təbrizə “BC” kateqoryalı sürücülük vəsiqəsi verilmişdir. Təbriz özünə daimi iş yeri tapa bilmədiyi üçün o, özünə məxsus olan **-BC-*** dövlət qeydiyyat nişanlı “Kamaz 53212” markalı “Furqon Konteyner” tipli avtomobilini etibarnamə ilə Təbrizin istifadəsinə vermişdir ki, oğlu işsiz qalmasın. Avtomobili o, hər il texniki baxışdan keçirmiş və avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, nasazlığı olmamışdır. Təbriz keçmiş Dəvəçi, indiki Şabran rayonunda yerləşən un dəyirmanından kisələrə qablaşdırılmış unu götürüb Bakı şəhərində yerləşən çörək zavoduna aparmış və sifarişçidən zəhmət haqqını almışdır. Təbriz bir gün ərzində unu dəyirmandan götürüb Bakı şəhərinə aparıb, həmin gün də Şabrana qayıtmışdır. 10 dekabr 2019-cu il tarixdə də Təbriz növbəti dəfə un dəyirmanından Bakı şəhərinə un aparmaq barədə şifariş almışdır. Səhər təxminən saat 10:00 radələrində Təbriz evdən çıxmışdır. Həmin gün o, bir neçə dəfə Təbrizlə telefon əlaqəsi yaratmış və hər dəfə də Təbriz demişdir ki, narahat olmasın, hər şey yaxşıdır, axşam evə gələcək. Axşam təxminən saat 21-22 radələrində Binəqədİ rayon Polis idarəsidən ona Təbriz tərəfidən yol nəqliyyat hadisəsinin törədilməsi barədə məlumat gəlmişdir. Hadisə yerinə gələndən sonra ona məlum olmuşdur ki, Təbriz yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobil ilə iki nəfər piyadanı vurmuşdur. Şahid, DİN-nin x16 Alayının 9-cu Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, 10 dekabr 2019-cu il tarixdə işdən sonra, xidməti polis geyimində təxminən saat 20:45 radələrində taksi ilə Masazır qəsəbəsinə gedərkən, yolda, Biləcəri qəsəbəsində o, Asəf Zeynallı küçəsi ilə Binəqədi şossesinin kəsişdiyi yerdə, “Kəpənəkçi” adlanan ərazidə adamların toplaşdığını görmüşdür. Taksini saxlatdırıb adamların toplanşdığı yerə yaxınlaşanda o, iki nəfərin, geyimlərinə görə bir oğlanın və bir qızın yerdə uzandıqlarını görmüşdür. Onlar üzü yerə uzandıqlarına görə onların üzləri görünməmişdir. Hiss olunmuşdur ki, onlar artıq sağ deyillər. Hadisə yerində nə polis əməkdaşları, nə də ki, Təcili tibbi yardım həkimləri olmamışdır. Hadisəni törətmiş avtomobilin hadisə yerində olub-olmamasına fikir verməmişdir. Bəlkə də həmin avtomobil hadisə yerindən bir az irəlidə, yolun kənarında dayanmışdır, lakin hava qaranlıq olduğuna görə o, həmin avtomobilə fikir verməmişdir. Hadisə yerində toplaşanların sözlərindən ona məlum olmuşdur ki, yerdə uzanan iki nəfəri “Kamaz” markalı avtomobil vurub. Binəqədi RPİ-nin Növbətçi Hissəsinin telefonunu bilmədiyi üçün, o, şəxsi istifadəsində olan mobil telefonu ilə DİN-nin 102 Telefon xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə yerinin dəqiq ünvanını bilmədiyi üçün o, telefon məlumatında hadisə yerinin ünvanını el arasında “DSK yolunda Biləcəri qəbirstanlığın yaxınlığındaki daş bazarı yanındaki körpünün altında “Kəpənəkçi” adlanan ərazi" kimi tanınan yer kimi deyib, iki nəfər şəxsin avtomobil tərəfindən vurulması barədə məlumat vermişdir. DİN-nin 102 telefon xidmətinə zəng edəndən sonra o, 103 xidmətinə zəng edib Təcili tibbi yardım məntəqəsinə də baş vermiş hadisə barədə məlumat vermişdir. Onun zənglərindən sonra hadisə yerinə Polis əməkdaşları və həkimlər gələndən sonra o, taksiyə əyləşib yolunu davam edərək hadisə yerindən çıxıb getmişdir (cild 1, iş vərəqi 97-98). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən baxış keçirilməsi haqında protokolları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, 10.12.2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən sola dönüb Sulutəpə qəsəbəsi istiqamətində yolun Asəf Zeynallı küçəsi ilə Binəqədi şossesinin kəsişdiyi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 58 ünvanında yerləşən “Kəpənəkçi” mağazasının qarşısıdır. Yol 2 tərəflidir, horizontal, hamar, quru səthə malikdir, hərəkət hissəsi 13 metrdir. Yolda əyləc izləri müəyyən edilməmişdir (iş vərəqi 4-8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2020-ci il tarixli 182 saylı nömrəli rəyindən görünür ki:

1. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - sol ağciyərin hər iki payının cırılmış yaraları ilə müşayiət olunan sol tərəfli ll-İX qabırğaların orta qoltuqaitı xətti üzrə sınıqları, sağ kürək sümüyünün qəlpəli sınığı; - alının sol yarısının, döş qəfəsinin sağ yarısının arxa səthinin, sağ bazu oynağı nahiyəsinin, sağ bazu nahyəsinin, sağ əlin İİ barmağının, qarnın sol yarısının, sağ və sol diz oynağı nahiyəsinin, sağ və sol baldır nahiyəsinin, sağ aşıq-baldır oynağı nahiyəsinin, sağ ayağın iç topuğunun sıyrıqları; - sağ üst göz qapağının, sağ bazu nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin sol yarısının qançırları; Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (10.12.2019-cu i! tarixdə saat 23.00-da meyitin müayinəsi başlanmışdır) 2- 4 saat əvvəl baş vermişdir.

2. Mərhum Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda təsvir olunan tarixdə və şəraitdə, yəni 10 dekabr 2019-cu il tarixdə hərəkətdə olan yük avtomobilinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər.

3. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb sol tərəfdən ll-İX qabırğaların sınıqları və sol ağciyərin hər iki payının cırılması nəticəsində baş verən kəskin qanitirmə olmuşdur.

4. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır (iş vərəqi 146-149). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2020-ci il tarixli 183 saylı nömrəli rəyindən görünür ki,

1. Mərhum Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşaiyət olunan alın, sağ təpə və gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli, basılmış sınığı; - burun sümüyünün sınığı; - hər iki tərəfdə çanaq sümüklərinin sınığı, aralıq nahiyəsinin əzilmiş-cırılmış yarası və sol bud nahiyəsinin sıyrıqlı qançırı, - sol yanaq nahiyəsinin qançırı; - alın nahiyəsinin, sağ göz qapaqlarının, çənə nahiyəsinin, döş qəfəsinin sağ yarıısının, hər iki diz oynağı nahiyəsinin, sol bud və sol baldır nahiyələrinin sıyrıqları; - alt dodağa qansızma. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər.

2. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda təsvir olunan tarixdə və şəraitdə, yəni 10 dekabr 2019-cu il tarixdə hərəkətdə olan yük avtomobilinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər.

3. Zərərçəkmiş şəxs2 ölümünə səbəb sağ alın və təpə sümüklərinin kəllə əsasına keçən sınıqları nəticəsində baş verən baş verən baş beynin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi 10.12.2019-cu il tarixdə saat 23.30-da başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir.

4. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar olunmamışdır (iş vərəqi 151- 154). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 12 dekabr 2019-cu il tarixli 30642 nömrəli rəyindən görünür ki, "Kamaz 53212” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir (iş vərəqi 57-60). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİNin Təhlükəsiz Şəhər Xidmətindən alınmış 01 ədəd “DVD” diskinə yazılmış videogörüntülərə baxış keçirilməsi haqqında 29.01.2020-ci il tarixli protokoldan görünür ki, 29 yanvar 2020-ci il tarixli Təhlükəsiz Şəhər Xidmətinin TŞ 8-68 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının 10 dekabr 2019-cu il tarixli saat 20:35-dən 20:50-dək olan müddətdəki videogörüntüləri Binəqədi rayonunun Biləcəri qəsəbəsində Asəf Zeynallı küçəsi ilə Binəqədi şossesinin kəsişdiyi yerdə quraşdırılmış kamera vasitəsi ilə aparılmışdır. Videoçəkiliş 10 dekabr 2019-cu il tarixdə saat 20:35-də başlanır. Axşam vaxtıdır. Avtonəqliyyat vasitələri qoşulmuş işıqlarla hərəkət edirlər. Yolayrıcında svetofor vardır. Saat 20:39:55-də Asəf Zeynallı küçəsi ilə yolayrıcına “Kamaz” markalı "Furqon konteyner" tipli avtomobil qoşulmuş işıqlarla yaxınlaşaraq svetoforun qırmızı işığında dayanır. Saat 20:41:00-da Asəf Zeynallı küçəsi ilə hərəkət edən avtomobillər üçün svetoforun yaşıl işığı yandıqda Binəqədi şossesinin hərəkət hissəsini keçən piyadalar üçün də nəzərdə tutulmuş svetoforun yaşıl işığı yanır. Həmin an “Kamaz” markalı avtomobil yolayrıcından sola, Binəqədi şossesinə dönməyə, iki nəfər piyada isə Binəqədi şossesinin hərəkət hissəsini keçməyə başlayırlar. Saat 20:41:06-da Asəf Zeynallı küçəsindən sola, Binəqədi şossesinə dönən “Kamaz” markalı avtomobil Binəqədi şossesinin hərəkət hissəsini keçən həmin iki piyadanı avtomobilin qabaq hissəsi ilə vurur. Bundan sonra “Kamaz” markalı avtomobil və həmin avtomobil tərəfindən vurulmuş piyadalar videogörüntünü aparan kameranın əhatə etdiyi ərazidən kənara çıxırlar. Bundan sonra videogörüntü saat 20:48:55-kimi davam edir. Saat 20:41:06-dan saat 20:48:55-a kimi videogörüntü yolayrıcında hərəkətdə olan avtomobillərin hərəkətlərini yavaşıdaraq dayadıqlarının, yolda tıxacın yaranmasının, avtomobildən düşən sürücülərin Binəqədi şossesi ilə piyadaları vurmuş “Kamaz” markalı avtomobilin hərəkət etdiyi istiqamətə getdiklərinin çəkilişi gedir. Videoçəkiliş saat 20:48:56-da hadisə yerinə Binəqədi RPİ-nin DYP şöbəsinin x15 avtomobilinin yaxınlaşması ilə davam edir. x15 əməkdaşı avtomobildən düşərək Binəqədi şossesi ilə piyadaları vurmuş “Kamaz” markalı avtomobilin hərəkət etdiyi istiqamətə gedir. Xidməti avtomobil isə qoşulmuş sayrışan işıqları ilə yolayrıcında qalır. Bununla da videogörüntü başa çatır (iş vərəqi 125-126). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİNnin Baş Dövlət x17 28 yanvar 2020-ci il tarixli, 016-11023-1220 №-li məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 18.12.2013-cü il tarixdə AE 602993 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüquqlarından mərhum edilənlərin siyahısında yoxdur (iş vərəqi 124). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şabran rayon notariat kontorunun 26 avqust 2016-cı il tarixli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Şahid2 mülkiyyətində olan “Kamaz 53212” markalı “Furqon konteyner” tipli **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək 18 dekabr 2023-cü il tarixədək Təqsirləndirilən şəxs etibar olunmuşdur (iş vərəqi 12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş avtomobilə baxış keçirilməsi haqqında 11.12.2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 53212” markalı “Furqon konteyner” tipli **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobil texniki cəhətdən istifadəyə yararlıdır, əylənc və sükan qurğularında nasazlıq müəyyən edilməmişdir (iş vərəqi 43-46). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10.12.2019-cu il tarixli, 2/7871 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10.12.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsindən sonra sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur (iş vərəqi 10). İşdə olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 10.01.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin iş üzrə zəzərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 101). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 11.01.2020-ci il tarixli qərardan görünür ki, x5 ölmüş Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmışdır (iş vərəqi 107). İşdə olan 20.01.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 10 dekabr 2019-cu il tarixdə qabırğaların çoxsaylı sınıqları səbəbindən ölmüşdür (iş vərəqi 114). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 29.01.2020-ci il tarixli qərardan görünür ki, x9 ölmüş Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində tanınmışdır (iş vərəqi 133). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 143). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 26.02.2020-cu il tarixli arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 100). İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 10.12.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 12.12.2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 dekabr 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 28-29, 93-94). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 07.03.2020-ci il il tarixli qərardan görünür ki, “Kamaz 53212” markalı “Furqon konteyner" tipli ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil və Təhlükəsiz Şəhər Xidmətindən alınmış 01 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış, avtomobil saxlanılması üçün Şahid2 verilmiş, disk isə iş materiallarına əlavə edilmişdir (iş vərəqi 155-164). Cinayət işinə əlavə edilmiş xarakterizəedici sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur ( iş vərəqi 194). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 75ci maddəsinin İ hissəsində göstərilmişdir ki, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 dekabr 2019-cu il tarixdə saat 20:41-də “BC" kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi “Kamaz 53212 Yük” markalı “Furqon konteyner” tipli **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 58 ünvanında yerləşən “Kəpənəkçi” mağazasının qarşısında yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsini piyadalar üçün yaşıl işıqda sağdan sola keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yük avtomobilinin qabaq orta hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək ehtiyatsızlıqdan hər iki şəxsin ölümünə səbəb olması kifayət qədər sübuta yetirilir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, həmin cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cavan olmasını, yaşayış yeri ürə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası hədlərində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 10 dekabr 2019-cu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyaaında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan “Kamaz 53212” markalı “Furqon konteyner" tipli **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid2 qaytarıldığı nəzərə alınmalı, Təhlükəsiz Şəhər Xidmətindən alınmış 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197, 198, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan “Kamaz 53212” markalı “Furqon konteyner" tipli **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid2 qaytarıldığı nəzərə alınsın, Təhlükəsiz Şəhər Xidmətindən alınmış 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar