Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-550/2022 11.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, sonuncu dəfə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.07.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 31.03.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 10,337 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 14 iyul 2021-ci il tarixdə, saat 11:05 dəqiqədə Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanının qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş, polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən "Silver Style” yazılı torbanın içərisində bir ədəd bükümdə təmiz çəkisi 10,337 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yasamal rayonunda yaşadığı evdə olan zaman 5-6 nəfər polis əməkdaşı evə daxil olub onu tutublar. O, narkotik vasitələrin istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, gözdən əlil olduğu üçün özüm narkotik vasitəni əldə edə bilmirmiş, bu səbəbdən dostlar, tanışlar, onu istəyən şəxslər bu maddələri istifadə etməyi üçün pay şəklində verirmişlər. Onun narkotik vasitələri əldə etməyinə məhkum yoldaşı “Qaqaş” köməklik göstərirmiş. Polis əməkdaşları onun evinə daxil olan zaman “Qaqaş”da onun evində olmuşdur. Lakin istintaq zamanı onun adı bir dəfə belə olsun hallanmamışdır. İlk öncə demişlər ki, onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edəcəklər. Sonra İstintaq təcridxanasında ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunduğunu bildirmişlər. Bu zaman o, öz əlləri ilə ağzını tikmişdir. O, sadəcə narkotik vasitələrin istifadəçisi olmuş, satışı ilə məşğul olmamışdır. Üzərində aşkar edilən psixotrop maddəni isə yalnız heroin adlanan narkotik vasitə ilə qarışdırıb damara vurmaq yolu ilə qəbul etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 iyul 2021-ci il tarixdə «Kamil» adlı şəxsin qanunsuz olaraq Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etmə, istifadəsi və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında o və NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra saat 11 radələrində əməliyyat qrupu ilə birlikdə ünvan 4 ünvanına yollandıq. Orada keçirilən əməliyyat tədbirləri nəticəsində «Kamil» adlı şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər və onu Nəsimi RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə Nəsimi RPİ-nə gəlmişdir. Nəsimi RPİ-nə gəldikdən sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs heç bir əşya olmadığım bildirmişdir. Şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd qırmızı rəngli, “SİLVER STYLE” yazılı paçka torba götürülmüşdür. Həmin kiçik torbaya baxış keçirən zaman içərisində 1 büküm, şəffaf sellofana bükülmüş narkotik maddəyə bənzər kütlə olduğu məlum olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin maddəni hardan əldə etdiyini soruşduqda, 13.07.2021-ci il tarixdə Yasamal rayonunda tanımadığı şəxsdən öz istifadəsi üçün 90 manata aldığını bildirmişdir. Sonra aşkar olunmuş psixotrop maddə müvafiq qaydada qablaşdırılmış və protokol tərtib edilmişdir. O və bütün iştirakçılar həmin protokola imza etmişlər. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, sonradan əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan 14.07.2021-ci il tarixli raportdan görünür ki, ünvan 4 ünvanının qarşısında '‘Kamil’’ adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi, gəzdirməsi və satması barədə Nəsimi RPİ-nin NMB-na əməliyyat məlumatı daxil olmuşdur. Çinayət işinin materiallarında olan şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 14 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən "Silver Style” yazılı torbanın içərisində bir ədəd bükümdə psixotrop maddə metamfetaminəbənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavab olaraq Nəsimi RPİ-nin cavab məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini kimdən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olur, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə saxlamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2021-ci il tarixli 6/2861 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 10,337 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 oktyabr 2021-ci il tarixli 3907 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 oktyabr 2021-ci il tarixli 2329 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansıpsixi xəstəliyin əlamətləri müəyyən edilir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini idarə edib, onları qiymətləndirmək qabiliyyəti var. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində psixotrop maddələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş psixotrop maddəni yalnız özünün istifadəsi üçün üzərində saxlaması, satış məqsədilə psixotrop maddə əldə etməməsi barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «şəxsi axtarış və götürmə haqqında» protokollarda göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxs Kamil İnanovun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Kamil İnanovun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işi üzrə Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.07.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 31,03.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən, o, məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 14.07.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonrakı qalığı 10,237 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 81,82 manat (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğluna 150 (yüz əlli) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonrakı qalığı 10,237 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 81,82 manat (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğluna 150 (yüz əlli) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-550/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-550/2022
11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver