Məhkəmə qərarları › İş №1(101)-551/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-551/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-551/2021 09.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2, İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə Şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcə hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 1) xx xxxxxx 1980-ci ilə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Aybasanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 04 mart 2020-ci il tarixdə tutulmuş, 06 mart 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, 2) xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanda yaşamış, 06 mart 2020-ci il tarixdə barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 28 oktyabr 2020-ci il tarixdə tutulmuş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma, satma, eləcə də qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə tanışları - baxılan iş üzrə Təqsirləndirilən şəxs2, Şahid11, Əliyev X14, Şahid10, İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı “Siyamət” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran vətəndaşı “Siyamət” adlı şəxs naməlum mənbədən naməlum vaxt və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda, ümumi təmiz çəkisi 507,164 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 52,454 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini özü və ya şəxsiyyəti naməlum şəxslər vasitəsi ilə İİR-dan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək naməlum vaxtda və şəraitdə pulunu sonradan ödəmək şərti ilə qrupun digər üzvü Şahid10 vermiş, sonuncu satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı narkotik vasitə heroinin pulunu sonradan ödəmək şərti ilə qramı 21 manatdan olmaqla külli miqdarda – 7,718 qramını naməlum vaxtda və şəraitdə tanışı Şahid11 satmış, qalan külli miqdarda, 499,446 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 52,454 qram çəkidə psixotrop maddə metamfetamini isə daşımaqla yaşadığı ünvan 3, mənzil 36-da saxlamışdır. Şahid11 Şahid10 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda - 7,718 qram çəkidə narkotik vasitə heroinin 6,038 qramını üstündə saxlamaqla daşımış, qalan 1,680 qram çəkidə narkotik vasitə heroinin qramı 25 manatdan olmaqla sonradan pulunu ödəmək şərti ilə naməlum vaxtda və şəraitdə tanışı Təqsirləndirilən şəxs1 satmış, Təqsirləndirilən şəxs1 Şahid11 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı həmin narkotik vasitə heroini satmaq üçün naməlum vaxtda və şəraitdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1,680 qram çəkidə narkotik vasitə heroini qramı 35 manatdan olmaqla naməlum vaxtda və şəraitdə Şahid12 nağd şəkildə satmış, Şahid12 isə naməlum vaxtda və şəraitdə Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1,680 qram çəkidə narkotik vasitə heroinin 1,067 qramını üzərində, qalan 0,613 qramını isə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 18 saylı ev, 60 saylı mənzildə gizlədərək saxlamışdır. Şahid12 narkotik vasitə heroini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən 29 may 2019cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid12 həmin gün saat 12 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 18 saylı evin yaxınlığında saxlanılmış və baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan narkotik vasitə heroin, sonuncunun razılığı və iştirakı ilə yaşadığı mənzilə baxış keçirilərkən mətbəxdə masanın üzərindən isə satış məqsədilə əldə edib saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,613 qram olan narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd boz rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq polis əməkdaşları tərəfindən saxlanılmış tanışı Şahid12 tanışı Təqsirləndirilən şəxs2 5 qram çəkidə narkotik vasitə heroin almaq istədiyini bildirdiyindən sonuncu bu barədə Təqsirləndirilən şəxs1 məlumat verərək narkotik vasitə heroin təşkil etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 isə öz növbəsində 29 may 2019-cu il tarixdə saat 12 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində yerləşən “Neapol” hotelinin yaxınlığında Şahid11la görüşərək ondan qramı 25 manatdan olmaqla sonradan pulunu ödəmək şərti ilə külli miqdarda - 4,258 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən əldə edib üzərində saxlamaqla naməlum vaxtda və şəraitdə satmaq üçün Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 isə qeyd olunan gün saat 15 radələrində Şahid12 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 18 saylı evin qarşısında saxlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı sarı rəngli əl çantasının içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid12 təkrarən satmaq üçün gətirdiyi bir ədəd şəffaf polietilen bükümdə 4,258 qram və iki ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,190 qram və 0,123 qram olan ümumilikdə külli miqdarda - 4,571 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 verdiyi məlumat əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid11 həmin gün saat 16 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində fəaliyyət göstərən “Neapol” hotelinin yaxınlığında saxlanılmış və baxış zamanı Şahid11 əynində olan cins şalvarın sağ yan cibindən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 1,467 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şahid11 Şahid10 100 qram narkotik vasitə heroin sifariş etməsi əsasında sonuncu 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 18 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılmış və baxış zamanı Şahid10 əynində olan cins şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid11 təkrarən satmaq üçün gətirdiyi bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 100,947 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sonuncunun razılığı və iştirakı ilə yaşadığı mənzilə keçirilən baxış zamanı mətbəxdə olan soyuducudan satış məqsədilə əldə edib saxladığı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 198,756 qram və 199,743 qram olmaqla külli miqdarda - ümumilikdə 398,499 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 52,454 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri yuxarıda göstərilən cinayət əməlini həm də tamah niyyəti ilə törətmişlər. Qeyd olunan həmin cinayət işi 29 may 2019-cu il tarixdə Şahid10, Şahid11, Təqsirləndirilən şəxs2 və Əliyev X10 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə başlanılmış, cinayət işindən Təqsirləndirilən şəxs2 axtarışda olması, sonuncunun olduğu yerin müəyyənləşdirilməməsi əsası ilə ayrıca icraatda ayrılmış, Şahid10, Şahid11 və Əliyev X14 barədə olan cinayət işi isə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxslərə münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmələri tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, orta təhsilini Füzuli rayon orta məktəbində almış və təhsilini bitirdikdən sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra ustalıqla məşğul olmağa başlamışdır. Arzu Nəsirova ilə rəsmi qaydada evlidir və bu evlilikdən bir övladı var, ikinci övladı da anadan olacaqdır. Təqsirləndirilən şəxs2 ilə qeyri rəsmi münasibəti olmuş və onların iki övladı var. Narkotik vasitə heroin istifadəçisi olmuş və gün ərzində mütəmadi olaraq narkotik istifadə etmişdir. Narkotik vasitə heroini əsasən Şahid11 almış və hər dəfə öz istifadəsi üçün qramı 25 manatdan olmaqla bir qram narkotik vasitə heroin alırmış. Elnurla əsasən Xırdalan ərazisində görüşmüşlər. Elnurun hazırda xatırlmadığı mobil nömrəsi ilə əlaqə saxlayıb, sonuncudan narkotik vasitə heroin almaq istədiyini bildirmiş və Elnur onun olduğu ünvana gələrək istədiyi narkotik vasitəni vermişdir. 25 manata bir qram heroin alaraq ən azı üç gün istifadə etmişdir. Sadəcə Elnuru tanımış və özü heç kəsə heç bir narkotik vasitə satmamışdır. Fəridə ilə qeyri-rəsmi münasibəti olsa da Fəridənin narkotik vasitə satmasından xəbəri olmamışdır. Daha sonra polis əməkdaşlarının Elnuru və Fəridəni tutduqlarını eşitmişdir. Heç vaxt narkotik vasitə satışını həyata keçirməmişdir. Daha sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən axtarıldığını eşitmişdir. Bu zaman tutulmaqdan qorxduğu üçün çağırışlara getməmişdir. Daha sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onu tutaraq BMCMİ-yə təhvil vermişlər. ***-***-**-** mobil nömrəsi özünə məxsus olmuş, lakin Fəridə tutulduğu zaman nömrə Fəridədə olmuş, həmin nömrəni bəzən özü, bəzən isə Fəridə istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, yatdığı yerdən qaldırıb, polisə aparmışlar. O, tutulanda Elnur, Ramil, Vüqar və Pərvin də tutulmuşdur. Şahid11 istintaq zamanı ilkin ifadəsində ona qarşı əsəbi olmuş və narkotiki ondan aldığını bildirmiş, lakin sonradan ifadəsini dəyişmişdir. Narkotiki Elnurdan hər dəfəsində 2-3 qram olmaqla almışdır. Heç kəsə narkotik satmamış, nə də bağışlamamışdır. Yalnız Fəridəyə narkotik vermişdir. Siyamət adlı İran İslam Respublikası vətəndaşının adını eşitməmiş, sonuncu ilə əlaqəsi olmamışdır. Ramil adlı şəxslə də əlaqəsi olmamış, tanımamışdır. Elnuru Xırdalanda taksi sürücüsü kimi tanımış, Elnur onu sifariş verdiyi yrlərə aparıb gətirmişdir. Həmçinin Elnur onun anket məlumatlarını bilməmiş, Elnurun dostlarını tanımamışdır. Elnurun onun əleyhinə ifadə verməsinin səbəbini bilməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, Fəridənin Elnurla nə kimi əlaqələri olmasını o, bilməmişdir. İstintaq zamanı Elnurla üzləşdirilməmiş, ümumiyyətlə heç kimlə üzləşməsi olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, orta təhsilini Qaradağ rayonu 274 saylı orta məktəbdə almış və təhsilini bitirdikdən sonra müəyyən dükanlarda satıcı olaraq işləməyə başlamışdır. 2011-ci il tarixdə Rzayev Samirlə tanış olmuş və qeyri rəsmi birlikdə yaşamağa başlamışlar. Bu münasibətdən bir oğlu olmuşdur. 2012-ci il tarixdə Samirlə ayrılmışlar. 2018-ci il tarixdən Təqsirləndirilən şəxs1la tanış olmuş və qeyri rəsmi birlikdə yaşamağa başlamışlar. Narkotik vasitə və psixotrop maddə istifadəçəsi olmamış və heç vaxt istifadə etməmişdir. Dırnaq və saç qaynağı ilə məşğul olmuşdur. Lakin son bir ayda işləri az olduğu üçün maddi vəziyyəti pisləşmişdir. Bundan əlavə oğlu Raul Rzayevin səhhətində də ciddi problemlər olduğu üçün sonuncunun müalicəyə ehtiyacı olmuşdur. Həmin ərəfələrdə qeyri-rəsmi birlikdə yaşadığı Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olduğu üçün Seymura həmin işdə kömək etməyi və əldə edilən gəlirdən ona da pul verməsini təklif etmişdir. Seymur ilk olaraq narazılıq etsə də sonradan onunla razılaşmışdır. İlk öncə Seymurun kimdən narkotik vasitə almasını bilməsə də sonradan narkotik vasitəni Elnur adlı taksi sürücüsündən aldığını öyrənmişdir. Bundan sonra bir neçə tanışına narkotik vasitə istəyən olsa ona xəbər etmələrini bildirmişdir. Bundan bir neçə gün sonra, təxminən 27 may 2019-cu il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng gəlmiş və həmin zəng edən şəxs adının Vüqar olduğunu bildirmişdir. Vüqar nömrəsini Məhərrəm adlı taksi sürücüsündən aldığını və narkotik vasitə istədiyini bildirmişdir. Vüqarı tanımadığı üçün dərhal telefonu söndürmüş və Məhərrəmə zəng edərək Vüqar adlı şəxs barəsində maraqlanmışdır. Məhərrəm ona Vüqarın tanışı olmasını və həmin şəxsə etibar edə biləcəyini bildirmişdir. 28 may 2019-cu il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Vüqarın istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng etmişdir. Vüqara Fəridə olduğunu bildirib narkotik vasitə heroin verə biləcəyini söyləmişdir. Vüqar onunla razılaşmış və ondan iki qram heroin istəmişdir. Dərhal bu barədə Seymura məlumat vermiş, Seymur Elnurdan alaraq ona verəcəyini bildirmiş və bir neçə dəqiqədən sonra bir bükümdə narkotik vasitə gətirərək həmin bükümün içərisində iki qram heroinin olmasını bildirmişdir. Vüqara zəng edərək narkotik vasitənin onda olmasını bildirmiş və ondan hara gəlməsini soruşmuşdur. Vüqar onu yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ev 18in qarşısına çağırmışdır. Vüqarın dediyi ünvana getmiş və həmin binanın blokunda Vüqarla görüşərək narkotik vasitəni verib 70 manat pul alaraq geri qayıtmışdır. Bundan sonra həmin 70 manatdan 50 manatını Elnura çatdırması üçün Seymura vermişdir. 29 may 2019-cu il tarixdə Vüqarın istifadəsində olan ***-***-**-** mobil nömrədən istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng gəlmişdir. Vüqar ondan beş qram çəkidə narkotik vasitə olan heroin istəmişdir. Vüqarla razılaşdıqdan sonra Vüqar narkotik vasitə heroini yaşadığı binaya gətirməsini istəmişdir. Bundan sonra Seymura zəng edərək Vüqarın beş qram heroin istədiyini bildirmişdir. Seymur həmin heroini Elnurdan alaraq ona vermişdir. 29 may 2019-cu il tarixdə, saat 15:20-də Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18 ünvanının qarşısına çatmışdır. Bu zaman bir neçə mülki geyimli şəxslər Vüqarla birlikdə ona yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər.Polis əməkdaşları ondan anket məlumatlarını soruşmuş, anket məlumatlarını bildirdikdən sonra ona izah etmişlər ki, narkotik vasitənin satışında şübhəlidir. Polis əməkdaşları ona təklif etmişlər ki, üzərində nə əşya varsa təqdim etsin. O, üzərində bir ədəd şəffaf polietilen bükümdə çəkisi təxminən beş qrama yaxın, iki ədəd siqaretin gümüşü kağızından ibarət bükümlərdə çəkisi təxminən 0,5 qrama yaxın narkotik vasitə olan heroin, 01 ədəd mobil telefon və 01 ədəd planşet olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları iki nəfər qadını hal şahidi qismində dəvət edərək hüququ və vəzifələrini izah etmişlər. Bundan sonra hal şahidlərinin iştirakları ilə sağ əlində saxladığı sarı rəngli cüzdanın içərisindən 01 ədəd şəffaf polietilen bükümü, 02 ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri açaraq içərisinə baxmış və həmin bükümlər zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi o da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra əlində olan cüzdanına baxış keçirilmiş, baxış zamanı əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sonra sol əlində saxladığı 01 ədəd "Sony" markalı mobil telefonu və 01 ədəd "Apple" markalı DMPXW7TXKD86 seriyalı planşeti hal şahidlərinin iştirakları ilə polis əməkdaşlarına təqdim etmişdir. Sonra hal şahidlərinin iştirakları ilə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı bildirmişdir ki, cüzdanından təqdim etdiyi 03 ədəd bükümlərdə olan narkotik vasitə olan heroinin hər bir qramını 35 manata Vüqara satmaq məqsədi ilə gətirmişdir. Həmin narkotik vasitə heroini isə 29 may 2019-cu il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan, təxminən 23-25 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan Şahid11 hər bir qramını 25 manata satmaq məqsədi ilə almışdır. Şahid11 götürdüyü narkotik vasitə olan heroini ona qeyri-rəsmi nikah münasibətində yaşadığı, əslən Füzuli rayonundan olan, təxminən 35-40 yaşlarında olan Təqsirləndirilən şəxs1 adlı şəxs vermişdir. Şahid11 cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və Elnurun Bakı-Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" hotelinin yaxınlığında olmasını bildirmişdir. Bu məqsədlə tədbir iştirakçıları Vüqar və hal şahidləri ilə birlikdə deyilən ünvana yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. 29 may 2019-cu il tarixdə, saat 16:30-da "Neapol" hotelinin yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Elnura oxşar bir nəfər şəxs müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxs özünün anket məlumatlarını bildirdikdən sonra Şahid11 olması müəyyən edilmişdir. Polis əməkdaşları Elnura izah etmişlər ki, o, narkotik vasitənin satışında şübhəlidir və ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Elnur üzərində 01 ədəd bükümdə çəkisi təxminən 02 qrama yaxın narkotik vasitə olan heroin, 02 ədəd mobil telefon və 32 manat pul olduğunu bildirmişdir. Elnur əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü, 32 manat pulu, şalvarının sol yan cibindən isə 02 ədəd "Samsung" markalı və "Oukitel" markalı mobil telefonları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları Elnurun təqdim etdiyi 01 ədəd şəffaf polietilen bükümü açaraq içərisinə baxmış və həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Elnur da həmin zərfin üzərinə imza etmişdir. Elnurun təqdim etdiyi pul isə özünə qaytarılmışdır. Bundan sonra Elnurun üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Elnur ona hər bir qramı 25 manata olmaqla 10 qram çəkidə heroini 250 manata satmasını etiraf etmişdir. Sorğu zamanı Elnur eyni zamanda ona satdığı heroini və üzərindən təqdim etdiyi heroini hər bir qramı 21 manata Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanında yaşayan, təxminən 25-30 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan Şahid10 satmaq və özü istifadə etmək məqsədilə aldığını bildirmişdir. Elnur Ramilin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə Elnur istifadəsinə olan ***-***-**-** nömrəli mobil telefonundan Ramilin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq ondan 100 qram çəkidə narkotik vasitə olan heroin istəmişdir. Razılıq əldə etdikdən sonra görüş yeri kimi Ramilin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının qarşısı təyin edilmişdir. Tədbir iştirakçıları, Fəridə, Vüqar, Elnur və hal şahidləri ilə birlikdə Ramilin yaşadığı ünvan 3 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019-cu il tarixdə, saat 18:00-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Ramilə oxşar bir nəfər şəxs müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxs anket məlumatlarını bildirdikdən sonra Şahid10 olması müəyyən edilmişdir. Ramilə izah edilmişdir ki, o, narkotik vasitənin satışında şübhəlidir və təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Ramil bildirmişdir ki, üzərində 01 ədəd bükümdə təxminən çəkisi yüz beş qrama yaxın narkotik vasitə olan heroin, 02 ədəd mobil telefon, özünə məxsus pasport, şəxsiyyət vəsiqəsi və on beş manat pul vardır. Ramil hal şahidlərinin iştirakı ilə əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü, 15 manat pulu, şalvarının sol yan cibindən "Samsung" markalı və "Tara" markalı mobil telefonları, şalvarının sağ arxa cibindən özünə məxsus pasportu və şəxsiyyət vəsiqəsini çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Ramilin təqdim etdiyi 01 ədəd şəffaf polietilen büküm polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxıldıqdan sonra həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Ramil də həmin zərfin üzərinə imza etmişdir. Ramilin təqdim etdiyi 15 manat pul özünə qaytarılmışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə Ramilin üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Ramil bildirmişdir ki, yaşadığı ünvan 4 ünvanında 02 ədəd şəffaf polietilen bükümlərdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitə olan heroin və 01 ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra Ramilə izah edilmişdir ki, yaşadığı ünvana baxış keçirilməlidir. Ramil edilən təklifə etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bu məqsədlə Ramilin yaşadığı ünvana yollanmışlar. Mənzilə daxil olduqdan sonra Ramil mətbəxdə olan soyuducunun orta rəfindən 03 ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etmişdir. Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Ramil də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra mətbəxə, otağa, sanitar qovşağına və eyvana baxış keçirilmişdir. Baxış zamanı yataq otağında olan dolabın üstündən 01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq, 01 ədəd kustar üsulla hazırlanmış dəyənək və 02 ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur. 01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq və 01 ədəd kustar üsulla hazırlanmış dəyənək 01 ədəd torbada qablaşdırılmış və möhürlənmişdir. Hal şahidləri kimi Ramil də həmin qablaşdırılmanın üzərinə imza etmişdir. 02 ədəd avtomaşın maqnitofonları isə gələcəkdə digər növ cinayətlər üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Sorğu zamanı Ramil tanışı Elnura səhər saatlarında hər bir qramı 21 manata olmaqla təxminən 50 qram çəkidə narkotik vasitə olan heroini satdığını, üzərindən təqdim etdiyi təxminən 105 qrama yaxın narkotik vasitə olan heroini Elnura satmaq üçün gətirdiyini, yaşadığı mənzildən təqdim etdiyi 02 ədəd bükümlərdə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini müştəri tapacağı təqdirdə satmaq üçün saxladığını bildirmişdir. Ramil tanışı Elnura satdığı, üzərindən təqdim etdiyi narkotik vasitə olan heroini hər bir qramı 17 manata, psixotrop maddə olan metamfetamini isə hər bir qramı 50 manata olmaqla 28.05.2019-cu il tarixdə səhər saatlarında istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, yaşıl rəngli, "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Binəqədi rayonu, Xocahəsən dairəsində pulunu satdıqdan sonra verəcəyi adı ilə nisyə aldığını bildirmişdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. Oraya gəldikdə hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və təqdim edilən siyahıdan istənilən vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Bu səbəbdən qərar əsasında Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X6 dəvət edilərək ona təqdim edilmişdir. Bundan sonra göstərilənlər barədə müvafiq protokol tərtib olunmuş. Möhürlənmiş altı zərf, bir ədəd torba, altı ədəd telefon, bir ədəd planşet, pasport, şəxsiyyət vəsiqəsi və iki ədəd avtomaşın maqnitofonu protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, narkotik vasitə istifadəçisi olmamış, sadəcə olaraq satışını həyata keçirmiş, narkotik vasitəni qeyri-rəsmi birlikdə yaşadığı Təqsirləndirilən şəxs1 əldə etmiş və Seymur da həmin narkotik vasitə heroini Şahid11 almış, Şahid12 satdığı narkotik vasitəni də, tutulduğu zaman üzərində aşkar edilmiş narkotik vasitəni də Təqsirləndirilən şəxs1 almışdır. Seymur Elnurdan həmin narkotik vasitəni almaq üçün Elnurun olduğu Neapol otelə getmiş və oradan alıb, gətirmişdir. İbtidai istintaq zamanı ona qarşı hər hansı təzyiq və ya təsir göstərilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 üzləşmə zamanı sərbəst ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild Vİİİ, səh. 96-103). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 29 may 2019-cu il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 6 ünvanında yaşayan Əliyev X10 mütəmadi olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddəni saxlaması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Əliyev X10 müəyyən edilib ifşa olunması istiqamətində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun rəhbəri o, üzvləri isə Şahid2, Şahid3, Şahid4 və Şahid5 İsrafi oğlu təyin edilmişdir. Bundan sonra Əliyev X10 ehtimal olunduğu Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019-cu il tarixdə, saat 12:30da Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18 ünvanının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Şahid12 oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü təqdim etmişdir. Şahid12 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edildikdən sonra sonuncuya mütəmadi olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirmədə, satışı ilə məşğul olmada və yaşadığı evdə həmin maddəni saxlamada şübhəli olduğu izah edilmişdir. Bundan sonra ora iki nəfər şəxs hal şahidi qismində dəvət edilmiş və Şahid12 təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Şahid12 bildirmişdir ki, üzərində bir ədəd bükümdə təxminən çəkisi bir qrama yaxın narkotik vasitə olan heroin, bir ədəd mobil telefon və iyirmi bir manat pul vardır. Şahid12 oraya dəvət olunmuş hal şahidlərinin iştirakı ilə əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, iyirmi bir manat pulu, şalvarının sol yan cibindən isə "Nokia" markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Şahid12 təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş və hal şahidləri kimi Şahid12 də həmin zərfin üzərinə imza etmişdir. Şahid12 təqdim etdiyi iyirmi bir manat pul özünə qaytarılmışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə Şahid12 üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Şahid12 yaşadığı ünvan 6 ünvanında bir ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi bir qrama yaxın narkotik vasitə olan heroin və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzi olduğunu bildirmişdir. Bundan sonra Şahid12 izah edilmişdir ki, yaşadığı ünvana baxış keçirilməlidir. Şahid12 edilən təklifə etiraz etməyib bu barədə ərizə vermişdir. Bu məqsədlə tədbir iştirakçıları, hal şahidləri və Şahid12 sonuncunun yaşadığı ünvana yollanmışlar. Şahid12 yaşadığı ünvan beşmərtəbəli binanın ikinci mərtəbəsində yerləşmiş, mənzil iki otaq, mətbəx, sanitar qovşağı və eyvandan ibarət olmuşdur. Şahid12 mətbəxdə olan masanın üzərindən bir ədəd şəffaf polietilen bükümü və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzini tədbir iştirakçılarına təqdim etmişdir. Həmin büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Büküm maddə ilə birlikdə və bir ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Şahid12 də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra, mətbəxə, otaqlara, sanitar qovşağına və eyvana baxış keçirilmiş və baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Şahid12 üzərindən və yaşadığı evdən təqdim etdiyi narkotik vasitə olan heroini saxlanıldığı vaxtdan bir gün öncə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan, istifadəsində ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonları olan, təxminən 25-27 yaşlarında olan "Fəridə" adlı qadından bir qramını otuz beş manata olmaqla iki qramını yetmiş manata aldığını, bir hissəsini özü istifadə etdiyini, qalan hissəsini də üzərində və yaşadığı evdə özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Şahid12 "Fəridə" adlı qadının cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla "Fəridə" adlı qadının istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq beş qram çəkidə narkotik vasitə olan heroin sifariş etmişdir. Razılıq əldə edildikdən sonra "Fəridə" adlı qadınla görüş yeri kimi Şahid12 yaşadığı ünvanın qarşısını təyin edilmişdir. 29 may 2019-cu il tarixdə, saat 15:20-də Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə "Fəridə" adlı qadına oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışında şübhəli olduğu izah edilmiş və üzərində nə əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində bir ədəd şəffaf polietilen bükümdə çəkisi təxminən beş qrama yaxın, iki ədəd siqaretin gümüşü kağızından ibarət bükümlərdə çəkisi təxminən 0,5 qrama yaxın narkotik vasitə olan heroin, bir ədəd mobil telefon və bir ədəd planşet olduğunu bildirmişdir. Bundan sonra oraya iki nəfər qadın hal şahidi dəvət edilmiş, onlara hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs2 hal şahidlərinin iştirakları ilə sağ əlində saxladığı sarı rəngli cüzdanın içərisindən bir ədəd şəffaf polietilen bükümü, iki ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Təqsirləndirilən şəxs2 də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əlində olan cüzdanına baxış keçirilmiş və baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı bir ədəd "Sony" markalı mobil telefonunu və bir ədəd "Apple" markalı planşeti hal şahidlərinin iştirakları ilə təqdim etmişdir. Sonra hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs2 cüzdanından təqdim etdiyi üç ədəd bükümlərdə olan narkotik vasitə olan heroinin hər bir qramını otuz beş manata Şahid12 satmaq məqsədi ilə gətirdiyini bildirmişdir. Həmin narkotiki isə 29 may 2019-cu il tarixdə, günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan, təxminən 23-25 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan "Elnur" adlı şəxsdən hər bir qramını iyirmi beş manata satmaq məqsədi ilə almışdır. Təqsirləndirilən şəxs2 eyni zamanda "Elnur" adlı şəxsdən götürdüyü narkotik vasitə olan heroini qeyri-rəsmi nikah münasibətində yaşadığı, əslən Füzuli rayonundan olan, təxminən 35- 40 yaşlarında olan Təqsirləndirilən şəxs1 adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 "Elnur" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermişdir. Təqsirləndirilən şəxs2 "Elnur" adlı şəxsin ehtimal olduğu Bakı-Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" hotelinin yaxınlığında olmasını bildirmişdir. Bu məqsədlə Şahid12, Təqsirləndirilən şəxs2 və hal şahidləri ilə birlikdə Bakı-Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" hotelinin yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. 29 may 2019-cu il tarixdə saat 16:30-da "Neapol" hotelinin yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə "Elnur" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü Şahid11 kimi təqdim etmişdir. Şahid11 narkotik vasitənin satışında şübhəli olması izah edilmiş və üzərində nə əşya varsa təqdim etməsi təklif olunmuşdur. Şahid11 bildirmişdir ki, üzərində bir ədəd bükümdə çəkisi təxminən iki qrama yaxın narkotik vasitə olan heroin, iki ədəd mobil telefon və 32 manat pul vardır. Şahid11 əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, 32 manat pulu, şalvarının sol yan cibindən isə iki ədəd "Samsung" markalı və "Oukitel" markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Şahid11 təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Şahid11 da həmin zərfin üzərinə imza etmişdir. Şahid11 təqdim etdiyi pul isə özünə qaytarılmışdır. Bundan sonra Şahid11 üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Şahid11 Təqsirləndirilən şəxs2 hər bir qramı 25 manata olmaqla on qram çəkidə heroini 250 manata satmasını etiraf etmişdir. Şahid11 eyni zamanda Təqsirləndirilən şəxs2 satdığı heroini və üzərindən təqdim etdiyi heroini hər bir qramı 21 manata Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanında yaşayan, təxminən 25-30 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan "Ramil" adlı şəxsdən satmaq və özü istifadə etmək məqsədilə aldığını bildirmişdir. Şahid11 "Ramil" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə Şahid11 istifadəsinə olan ***-***-**-** nömrəli mobil telefonundan "Ramil" adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq 100 qram çəkidə narkotik vasitə olan heroin istəmişdir. Razılıq əldə etdikdən sonra görüş yeri kimi "Ramil" adlı şəxsin yaşadığı ünvan 3 ünvanının qarşısı təyin edilmişdir. Şahid12, Təqsirləndirilən şəxs2, Elnur Kazımzadə və hal şahidləri ilə birlikdə "Ramil" adlı şəxsin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019-cu il tarixdə, saat 18:00-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə "Ramil" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü Şahid10 kimi təqdim etmişdir. Şahid10 izah edilmişdir ki, narkotik vasitənin satışında şübhəlidir və ona təklif olunmuşdur ki üzərində nə əşya varsa təqdim etsin. Şahid10 bildirmişdir ki, üzərində bir ədəd bükümdə təxminən çəkisi 105 qrama yaxın narkotik vasitə olan heroin, iki ədəd mobil telefon, özünə məxsus pasport, şəxsiyyət vəsiqəsi və 15 manat pul vardır. Şahid10 oraya dəvət olunmuş hal şahidlərinin iştirakı ilə əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, 15 manat pulu, şalvarının sol yan cibindən "Samsung" markalı və "Tara" markalı mobil telefonları, şalvarının sağ arxa cibindən özünə məxsus C seriyalı 02050729 nömrəli pasportu və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir.Şahid10 təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş və hal şahidləri kimi Şahid10 da həmin zərfin üzərinə imza etmişdir. Şahid10 təqdim etdiyi 15 manat pul isə özünə qaytarılmışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə Şahid10 üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Şahid10 bildirmişdir ki, yaşadığı ünvan 4 ünvanında 02 ədəd şəffaf polietilen bükümlərdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitə olan heroin və bir ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra Şahid10 izah edilmişdir ki, onun yaşadığı ünvana baxış keçirilməlidir. Şahid10 edilən təklifə etiraz etməyib bu barədə ərizə vermişdir. Bu məqsədlə tədbir iştirakçıları, hal şahidləri, Şahid12, Təqsirləndirilən şəxs2, Şahid11 və Şahid10 sonuncunun yaşadığı ünvana yollanmışlar. Şahid10 yaşadığı ünvan öndörd mərtəbəli binanın yeddinci mərtəbəsində yerləşmiş və mənzil bir otaq, mətbəx, sanitar qovşağı və eyvandan ibarət olmuşdur. Şahid10 mətbəxdə olan soyuducunun orta rəfindən üç ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etmişdir. Həmin bükümlərin ikisi açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr, digəri açıldıqda isə orada ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə maddə aşkar olunmuşdur. Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Şahid10 da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra mətbəxə, otağa, sanitar qovşağına və eyvana baxış keçirilmiş və baxış zamanı yataq otağında olan dolabın üstündən bir ədəd idman tapançası, bir ədəd beşbarmaq, bir ədəd kustar üsulla hazırlanmış dəyənək və iki ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur. Bir ədəd idman tapançası, bir ədəd beşbarmaq və bir ədəd kustar üsulla hazırlanmış dəyənək bir ədəd torbada qablaşdırılmiş və möhürlənmişdir. Hal şahidləri kimi Şahid10 da həmin qablaşdırılmanın üzərinə imza etmişdir. İki ədəd avtomaşın maqnitofonları isə gələcəkdə digər növ cinayətlər üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Sorğu zamanı Şahid10 tanışı Şahid11 səhər saatlarında hər bir qramı 21 manata olmaqla təxminən 50 qram çəkidə narkotik vasitə olan heroini satdığını, üzərindən təqdim etdiyi təxminən 105 qrama yaxın narkotik vasitə olan heroini Şahid11 satacağını, yaşadığı mənzildən təqdim etdiyi iki ədəd bükümlərdə narkotik vasitə olan heroini və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini müştəri tapacağı təqdirdə saxladığını bildirmişdir. Şahid10 həmçinin bildirmişdir ki, tanışı Şahid11 satdığı, üzərindən təqdim etdiyi narkotik vasitə olan heroini hər bir qramı 17 manata, psixotrop maddə olan metamfetamini isə hər bir qramı 50 manata 28.05.2019-cu il tarixdə səhər saatlarında istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, yaşıl rəngli, "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Binəqədi rayonu, Xocahəsən dairəsində nisyə alaraq pulunu satdıqdan sonra verəcəyi adı ilə almışdır. Bundan sonra saxlanılan şəxslər, Şahid12, Təqsirləndirilən şəxs2, Şahid11, Şahid10 və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. Oraya gəldikdə Şahid12, Təqsirləndirilən şəxs2, Şahid11 və Şahid10 hüquqlarını müdafiə edilməsi məqsədilə onlara Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Şahid12, Təqsirləndirilən şəxs2, Şahid11 və Şahid10 təqdim edilən siyahıdan istənilən vəkil tərəfindən onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Bu səbəbdən qərar əsasında Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X3 dəvət edilərək Şahid12, X6 dəvət edilərək Təqsirləndirilən şəxs2, X11 dəvət edilərək Şahid11, X4 isə dəvət edilərək Şahid10 təqdim edilmişlər. Bundan sonra göstərilənlər barədə müvafiq protokol tərtib olunmuşdur. Möhürlənmiş altı zərf, bir ədəd torba, altı ədəd telefon, bir ədəd planşet, pasport, şəxsiyyət vəsiqəsi və iki ədəd avtomaşın maqnitofonu protokola əlavə edilmişdir. Protokol vəkillərin iştirakları ilə tərəfində tərtib olunmuş və iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadığı üçün imzalanmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələrində məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid5 ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, şahidlər Şahid2 və Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan, şahidlər Şahid1 və Şahid4 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, şahidlər Şahid1 və Şahid4 üzləşmə zamanı sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişlər (iş vərəqə: cild İV, səh. 196-204; 205-213). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-187/2021 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid10 ifadəsində göstərdi ki, orta təhsilini Bərdə rayon orta məktəbində almış və təhsilini bitirdikdən sonra səhhətində olan problemlərlə əlaqədar hərbi xidmətə getməmişdir. Evlidir və bu evlilikdən iki övladı vardır. X5 1 yaşı, qızı Nübar İsbəndiyarovun 8 yaşı vardır. İcarə əsasında avtomobil götürərək taksi faəliyyəti ilə məşğul olmuşdur. Son zamanlar işdə yaranmış problemlərlə əlaqədar müəyyən maddi çətinlikləri yaranmışdır. Həmin ərəfədə Xəyal adlı tanışı ilə söhbət əsnasında maddi vəziyyəti barədə bildirmişdir. Xəyal ona narkotik vasitə heroinin satışı ilə məşğul olduğunu, onun da bu işdə köməklik edərək xeyli gəlir qazana biləcəyini bildirmişdir. Xəyal narkotik vasitə heroinin qramını ona 20 manatdan verəcəyini, onun da həmin narkotik vasitəni istədiyi qiymətə sataraq pulunu verə biləcəyini bildirmişdir. Belə işlərdən qorxduğu üçün ilk olaraq Xəyalın dedikləri ilə razılaşmamışdır. Lakin sonradan borcları çoxaldığı üçün Xəyal bu barədə ikinci dəfə təklif etdikdə razılaşmışdır. Xəyaldan aldığı narkotik vasitə heroini Şahid11 21 manatdan verməyə başlamış, lakin Elnur satdığı narkotik vasitə heroinin pullarını verə bilmədiyi üçün Xəyala da xeyli borcu yaranmışdır. Xəyalın həmin narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı “Siyamət” adlı tanışından ucuz qiymətə aldığını bilmişdir. Xəyala olan borcunu verə bilmədiyini və onu Siyamətlə tanış etməsini, Siyamətdən narkotik vasitə heroini daha ucuz qiymətə alaraq olan borcunu bağlamaq istədiyini bildirmişdir. Xəyal onunla razılaşmış və Siyamətlə telefon əlaqəsi yaradaraq dediklərini Siyamətə çatdırmışdır. Siyamət onun dedikləri ilə razılaşmış və ona narkotik vasitə heroini 17 manatdan verəcəyini bildirmişdir. Bundan sonra İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, yaşıl rəngli, "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Binəqədi rayonu, Xocahəsən dairəsində 500 qram narkotik vasitə heroin və 53 qram metamfetamini nisyə almışdır. Həmin heroini və metamfetamini yaşadığı evə gətirərək soyuducuda gizlətmişdir. Bundan sonra bu barədə Elnura bildirmiş və müxtəlif vaxtlarda Elnura satması üçün narkotik vasitə heroin vermişdir. 29 may 2019-cu il tarixdə Elnurun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng gəlmişdir. Elnur ondan 100 qram çəkidə narkotik vasitə olan heroin istəmişdir. Razılıq əldə etdikdən sonra Elnura yaşadığı ünvan 3 ünvanının qarşısını gəlməsini bildirmişdir. Həmin gün saat 18:00-da ünvan 3 ünvanının qarşısında Elnuru gözləyərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, yanlarında olan digər şəxslərin hal şahidi olduqlarını bildirmişlər. Bundan əlavə polis əməkdaşlarının yanında Elnur, bir nəfər Vüqar adlı şəxs və Fəridə adlı qadın olmuşdur. Polis əməkdaşları ondan anket məlumatlarını dəqiqləşdirmişlər. Polis əməkdaşları ona izah etmişlər ki, narkotik vasitənin satışında şübhəlidir. Bundan sonra təklif etmişlər ki, üzərində nə əşya varsa təqdim etsin. O, bildirmişdir ki, üzərində 01 ədəd bükümdə təxminən çəkisi 105 qrama yaxın narkotik vasitə olan heroin, 02 ədəd mobil telefon, özünə məxsus pasport, şəxsiyyət vəsiqəsi və on beş manat pul vardır. Hal şahidlərinin iştirakı ilə əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü, 15 manat pulu, şalvarının sol yan cibindən "Samsung" markalı və "Tara" markalı mobil telefonları, şalvarının sağ arxa cibindən özünə məxsus pasportu və şəxsiyyət vəsiqəsini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxıldıqdan sonra həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Ramil də həmin zərfin üzərinə imza etmişdir. Təqdim etdiyi 15 manat pul özünə qaytarılmışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Səmimi olaraq bildirmişdir ki, yaşadığı ünvan 4 ünvanında 02 ədəd şəffaf polietilen bükümlərdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitə olan heroin və 01 ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evə baxış keçirmək üçün icazə istəmişlər. Edilən təklifə etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bu məqsədlə yaşadığı ünvana yollanmışlar. Mənzilə daxil olduqdan sonra mətbəxdə olan soyuducunun orta rəfindən 03 ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etmişdir. Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq möhürlənmiş və hal şahidləri kimi o da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra mətbəxə, otağa, sanitar qovşağına və eyvana baxış keçirilmişdir. Baxış zamanı yataq otağında olan dolabın üstündən 01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq, 01 ədəd kustar üsulla hazırlanmış dəyənək və 02 ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur. 01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq və 01 ədəd kustar üsulla hazırlanmış dəyənək 01 ədəd torbada qablaşdırılmış və möhürlənmişdir. Hal şahidləri kimi o da həmin qablaşdırılmanın üzərinə imza etmişdir. 02 ədəd avtomaşın maqnitofonları isə gələcəkdə digər növ cinayətlər üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Tanışı Elnura səhər saatlarında bir qramı 21 manata olmaqla təxminən 50 qram çəkidə narkotik vasitə olan heroini satdığını, üzərindən təqdim etdiyi təxminən 105 qrama yaxın narkotik vasitə olan heroini Elnura satmaq üçün gətirdiyini, yaşadığı mənzildən təqdim etdiyi 02 ədəd bükümlərdə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini müştəri tapacağı təqdirdə satmaq üçün saxladığını bildirmişdir. Həmçinin bildirmişdir ki, Elnura satdığı, üzərindən təqdim etdiyi narkotik vasitə olan heroini hər bir qramı 17 manata, psixotrop maddə olan metamfetamini isə hər bir qramı 50 manata 28.05.2019-cu il tarixdə səhər saatlarında, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, yaşıl rəngli, "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Binəqədi rayonu, Xocahəsən dairəsində nisyə alaraq pulunu satdıqdan sonra verəcəkdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş və oraya gəldikdə hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqdim edilən siyahıdan istənilən vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Bu səbəbdən qərar əsasında Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X4 dəvət edilərək ona təqdim edilmişdir. Bundan sonra göstərilənlər barədə müvafiq protokol tərtib olunmuşdur. Möhürlənmiş altı zərf, bir ədəd torba, altı ədəd telefon, bir ədəd planşet, pasport, şəxsiyyət vəsiqəsi və iki ədəd avtomaşın maqnitofonu protokola əlavə edilmişdir. Narkotik vasitə istifadə etmədmiş, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini isə sadəcə satış üçün əldə etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-187/2021 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Əliyev X14 ifadəsində göstərdi ki, orta təhsilini Xırdalan şəhəri 2 saylı orta məktəbdə almışdır. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmış və hərbi xidmətdən qayıtdıqdan sonra ustalıqla məşğul olmuşdur. 1994-cü il tarixdə Sədaqət Əliyeva ilə rəsmi qaydada nikaha girmiş və bu evlilikdən iki övladı olmuşdur. X16 usta işləmiş, qızı Aytac Əliyeva isə satıcı işləmişdir. Özü narkotik vasitə istifadəçisi olmuş və heroin qəbul etmişdir. Ağır cərrahiyə əməliyyatları keçirdiyi üçün səhhətində ciddi problemlər yaranmış, ona görə də həmin ağırılar ilə əlaqədar narkotik vasitə heroin qəbul etmişdir. Heroini əsasən tanımadığı şəxslərdən öz şəxsi istifadəsinə bəs edəcək qədər almışdır. 27 may 2019-cu il tarixdə tanış yası ilə əlaqədar Bakıya gəlmiş və yasdan çıxdıqdan sonra evə qayıtmaq üçün Bakıdan Xırdalana gələn taksilərdən birinə əyləşmişdir. Bu zaman Xırdalan şəhərindən tanıdığı Ayşən adlı qadın da yanında olmuşdur. Söhbət əsnasında Ayşənə ciddi ağrılarının olmasını bildirmiş və kimdən narkotik vasitə heroini tapa biləcəyini soruşmuşdur. Ayşən Fəridə adlı tanışının narkotik vasitə satışı ilə məşğul olmasını bildirmiş və ona Fəridənin mobil nömrəsini vermişdir. Taksidən düşdükdən sonra istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Ayşənin ona verdiyi nömrə ilə əlaqə saxlamışdır. Telefona qadın cavab vermiş, nömrəsini Ayşəndən almağını və narkotik vasitə heroin istədiyini bildirmişdir. Bu zaman həmin qadın telefonu söndürmüş, daha sonra bir neçə dəfə zəng etsə də telefonuna zəng çatmamışdır. 28 may 2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsindən zəng gəlmiş və zəng edən qadın adının Fəridə olduğunu və bundan sonra sadəcə bu nömrə ilə əlaqə saxlamasını istəmişdir. Fəridədən şəxsi istifadəsi üçün 2 qram çəkidə heroin istəmiş, Fəridə bunun müqabilində 70 manat verməli olduğunu bildirmişdir. Fəridə ilə razılaşmış və heroini yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18-in qarşısına gətməyini istəmişdir. Həmin gün saat 16-17 radələrində Fəridə yaşadığı ünvanın qarşısına gəlmiş və ona zəng edərək çatdığını söyləmişdir. Aşağı düşmüş və blokda Fəridədən bir büküm heroini alaraq 70 manat pul vermişdir. Həmin heroindən bir qramını bir bükümə yığaraq cibinə qoymuş, qalan bir qramını isə şəffaf sellofana büküb evində saxlamışdır. 29 may 2019-cu il tarixdə, saat 12:30-da dükana getmək məqsədi ilə evdən çıxmış və bu zaman bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları özünü təqdim etməyini istəmişlər. Polis əməkdaşlarına anket məlumatlarını bildirmişdir. Polis əməkdaşları onu əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış etdikdən sonra mütəmadi olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirməkdə, satışı ilə məşğul olmaqda və yaşadığı evdə həmin maddəni saxlamaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları ona təklif etmişlər ki, üzərində nə əşya varsa təqdim etsin. Polis əməkdaşlarına bildirmişdir ki, üzərində bir ədəd bükümdə təxminən çəkisi bir qrama yaxın narkotik vasitə olan heroin, bir ədəd mobil telefon və 21 manat pul vardır. Bundan sonra polis əməkdaşları orada olan iki nəfər şəxsi hal şahidi qismində dəvət etmiş və hal şahidlərinə hüquq və vəzifələri izah edildikdən sonra onların iştirakı ilə əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, 21 manat pulu, şalvarının sol yan cibindən isə "Nokia" markalı 354638/05/312292/4 İMEİ kodlu mobil telefonunu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümü açaraq içərisinə baxmış və həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin üzərinə imza etmişdir. Təqdim etdiyi 21 manat pulu özünə qaytarmışlar. Bundan sonra hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Tutulduğu üçün səmimi olaraq polis əməkdaşlarına yaşadığı ünvan 6 ünvanında bir ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi bir qrama yaxın narkotik vasitə olan heroin və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzi olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı ünvana baxış keçirmələri üçün icazə istəmiş və polis əməkdaşlarına etiraz etməyib, icazə barədə ərizə yazmışdır. Bu məqsədlə tədbir iştirakçıları, hal şahidləri ilə birlikdə yaşadığı ünvana yollanmışlar. Mətbəxdə olan masanın üzərindən bir ədəd şəffaf polietilen bükümü və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzini tədbir iştirakçılarına təqdim etmiş və polis əməkdaşları həmin bükümü açaraq içərisinə baxmışlar. Büküm maddə ilə birlikdə və bir ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmiş və həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra mətbəxə, otaqlara, sanitar qovşağına və eyvana baxış keçirilmişdir. Baxış zamanı oradan qanunsuz əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Polis əməkdaşları ondan üzərindən və yaşadığı evdən aşkar edilən narkotik vasitə olan heroini haradan əldə etdiyini soruşduqda, həmin heroini saxlanıldığı vaxtdan bir gün öncə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan, istifadəsində ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonları olan, təxminən 25-27 yaşlarında olan "Fəridə" adlı qadından 01 qramını 35 manata olmaqla 02 qramını 70 manata aldığını, bir hissəsini özü istifadə etdiyini, qalan hissəsini də özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. "Fəridə" adlı qadının cinayət əməllərinin ifşa edilməsində polis əməkdaşlarına kömək etmək məqsədi ilə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla "Fəridə" adlı qadının istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq 05 qram çəkidə narkotik vasitə olan heroin sifariş etmişdir. Razılıq əldə edildikdən sonra görüş yeri kimi "Fəridə" adlı qadını yaşadığı ünvanın qarşısını təyin etmişdir. Fəridə 29 may 2019-cu il tarixdə, saat 15:20-də Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18 ünvanının qarşısına gəldikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları Fəridənin anket məlumatlarını dəqiqləşdirdikdən sonra izah etmişlər ki, o, narkotik vasitənin satışında şübhəlidir və ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Fəridə bildirmişdir ki, üzərində 01 ədəd şəffaf polietilen bükümdə çəkisi təxminən 05 qrama yaxın, 02 ədəd siqaretin gümüşü kağızından ibarət bükümlərdə çəkisi təxminən 0,5 qrama yaxın narkotik vasitə olan heroin, 01 ədəd mobil telefon və 01 planşet vardır. Bundan sonra orada olan iki nəfər qadın hal şahidi qismində dəvət edilmiş və onlara hüquq və vəzifələri izah edildikdən sonra Fəridə hal şahidlərinin iştirakları ilə sağ əlində saxladığı sarı rəngli cüzdanın içərisindən 01 ədəd şəffaf polietilen bükümü, 02 ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri açaraq içərisinə baxmış və həmin bükümlər zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Fəridə də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra, Fəridənin əlində olan cüzdanına baxış keçirilmiş və baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Sonra Fəridə sol əlində saxladığı 01 ədəd "Sony" markalı mobil telefonunu və 01 ədəd "Apple" markalı DMPXW7TXKD86 seriyalı planşeti hal şahidlərinin iştirakları ilə tədbir iştirakçılarına təqdim etmişdir. Sonra hal şahidlərinin iştirakları ilə Fəridənin üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Sorğu zamanı Fəridə bildirmişdir ki, cüzdanından təqdim etdiyi 03 ədəd bükümlərdə olan narkotik vasitə olan heroinin hər bir qramını 35 manata ona satmaq məqsədi ilə gətirmişdir. Həmin narkotiki isə 29 may 2019-cu il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan, təxminən 23-25 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan "Elnur" adlı şəxsdən hər bir qramını 25 manata satmaq məqsədi ilə almışdır. Fəridə eyni zamanda bildirmişdir ki, "Elnur" adlı şəxsdən götürdüyü narkotik vasitə olan heroini ona qeyri-rəsmi nikah münasibətində yaşadığı, əslən Füzuli rayonundan olan, təxminən 35-40 yaşlarında olan Təqsirləndirilən şəxs1 adlı şəxs vermişdir. Fəridə "Elnur" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və "Elnur" adlı şəxsin ehtimal olduğu Bakı-Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" hotelinin yaxınlığında olmasını bildirmişdir. Bu məqsədlə tədbir iştirakçıları, o, Fəridə və hal şahidləri ilə birlikdə deyilən ünvana yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019cu il tarixdə, saat 16:30-da "Neapol" hotelinin yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə "Elnur" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxs özünün anket məlumatlarını bildirdikdən sonra onun Şahid11 olması müəyyən edilmişdir. Polis əməkdaşları Elnura izah etmişlər ki, narkotik vasitənin satışında şübhəlidir və Elnura təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Elnur bildirmişdir ki, üzərində 01 (bir) ədəd bükümdə çəkisi təxminən 02 qrama yaxın narkotik vasitə olan heroin, 02 ədəd mobil telefon və 32 manat pul vardır. Elnur əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü, 32 manat pulu, şalvarının sol yan cibindən isə 02 ədəd "Samsung" markalı, **********30145/01 İMEİ kodlu və "Oukitel" markalı, **********88891 İMEİ kodlu mobil telefonları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları Elnurun təqdim etdiyi 01 ədəd şəffaf polietilen bükümü açaraq içərisinə baxmışlar. Həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Elnur da həmin zərfin üzərinə imza etmişdir. Elnurun təqdim etdiyi pul isə özünə qaytarılmışdır. Bundan sonra Elnurun üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Elnur Fəridəyə hər bir qramı 25 manata olmaqla 10 qram çəkidə heroini 250 manata satmasını etiraf etmişdir. Sorğu zamanı Elnur eyni zamanda bildirmişdir ki, Fəridə satdığı heroini və üzərindən təqdim etdiyi heroini hər bir qramı 21 manata Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanında yaşayan, təxminən 25-30 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan "Ramil" adlı şəxsdən satmaq və özü istifadə etmək məqsədilə almışdır. Elnur "Ramil" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə Elnur istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan "Ramil" adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq 100 qram çəkidə narkotik vasitə olan heroin istəmişdir. Razılıq əldə etdikdən sonra görüş yeri kimi "Ramil" adlı şəxsin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının qarşısı təyin edilmişdir. Tədbir iştirakçıları, o, Fəridə, Elnur və hal şahidləri ilə birlikdə "Ramil" adlı şəxsin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019-cu il tarixdə, saat 18:00da Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə "Ramil" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxs anket məlumatlarını bildirdikdən sonra onun Şahid10 olması müəyyən edilmişdir. Ramilə izah edilmişdir ki, narkotik vasitənin satışında şübhəlidir və təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Ramil bildirmişdir ki, üzərində 01 ədəd bükümdə təxminən çəkisi 105 qrama yaxın narkotik vasitə olan heroin, 02 ədəd mobil telefon, özünə məxsus pasport, şəxsiyyət vəsiqəsi və 15 manat pul vardır. Ramil hal şahidlərinin iştirakı ilə əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü, 15 manat pulu, şalvarının sol yan cibindən "Samsung" markalı, **********28505/01 imei kodlu və "Tara" markalı, **********98646 imei kodlu mobil telefonları, şalvarının sağ arxa cibindən özünə məxsus C seriyalı 02050729 nömrəli pasportu və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsini çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Ramilin təqdim etdiyi 01 ədəd şəffaf polietilen büküm polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxıldıqdan həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Ramil də həmin zərfin üzərinə imza etmişdir. Ramilin təqdim etdiyi 15 manat pul özünə qaytarılmışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə Ramilin üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Sorğu zamanı Ramil bildirmişdir ki, onun yaşadığı ünvan 4 ünvanında 02 ədəd şəffaf polietilen bükümlərdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitə olan heroin və 01 ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra Ramilə izah edilmişdir ki, yaşadığı ünvana baxış keçirilməlidir. Ramil edilən təklifə etiraz etməyib bu barədə ərizə vermişdir. Bu məqsədlə Ramilin yaşadığı ünvana yollanmışlar. Ramil yaşadığı ünvan ön dörd mərtəbəli binanın yeddinci mərtəbəsində yerləşmiş və mənzilə daxil olduqdan sonra Ramil mətbəxdə olan soyuducunun orta rəfindən 03 ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etmişdir. Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Ramil də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra mətbəxə, otağa, sanitar qovşağına və eyvana baxış keçirilmiş və baxış zamanı yataq otağında olan dolabın üstündən 01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq, 01 ədəd kustar üsulla hazırlanmış dəyənək və 02 ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur. 01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq və 01 ədəd kustar üsulla hazırlanmış dəyənək 01 ədəd torbada qablaşdırılıb möhürlənmişdir. Hal şahidləri kimi Ramil də həmin qablaşdırılmanın üzərinə imza etmişdir. 02 ədəd avtomaşın maqnitofonları isə gələcəkdə digər növ cinayətlər üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Sorğu zamanı Ramil tanışı Elnura səhər saatlarında hər bir qramı 21 manata olmaqla təxminən 50 qram çəkidə narkotik vasitə olan heroini satdığını, üzərindən təqdim etdiyi təxminən 105 qrama yaxın narkotik vasitə olan heroini Elnura satmaq üçün gətirdiyini, yaşadığı mənzildən təqdim etdiyi 02 ədəd bükümlərdə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini müştəri tapacağı təqdirdə satmaq üçün saxladığını bildirmişdir. Sorğu zamanı Ramil həmçinin bildirmişdir ki, tanışı Elnura satdığı, üzərindən təqdim etdiyi narkotik vasitə olan heroini hər bir qramı 17 manata, psixotrop maddə olan metamfetamini isə hər bir qramı 50 28.05.2019-cu il tarixdə səhər saatlarında istifadəsində ***-***- **-** nömrəli mobil telefonu olan İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, yaşıl rəngli, "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Binəqədi rayonu, Xocahəsən dairəsində nisyə alaraq pulunu satdıqdan sonra verəcəyi adı ilə aldığını bildirmişdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş və oraya gəldikdə hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqdim edilən siyahıdan istənilən vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmiş və bu səbəbdən qərar əsasında Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X3 dəvət edilərək təqdim edilmişdir. Bundan sonra göstərilənlər barədə müvafiq protokol tərtib olunmuşdur. Möhürlənmiş 06 zərf, 01 ədəd torba, 06 ədəd telefon, 01 ədəd planşet, pasport, şəxsiyyət vəsiqəsi və 02 ədəd avtomaşın maqnitofonu protokola əlavə edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-187/2021 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid11 ifadəsində göstərdi ki, orta təhsilini Sabirabad rayon orta məktəbində almış və təhsilini bitirdikdən sonra Daşkəsən rayonuna hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Abşeron rayonunda taksi olaraq işləməyə başlamışdır. Marixuana istifadəçisidir. Lizinqlə əldə etdiyi **-PJ-*** dövlət qeydiyyat nişanlı “Daevo Gentra” markalı avtomobillə taksi faəliyyəti ilə məşğul olmuşdur. Lakin son zamanlar maddi vəziyyəti pisləşdiyi üçün bir çox şəxsi borcu yaranmışdır. Bundan əlavə bir çox banka borcu olduğu üçün borcunun əvəzində taksi fəaliyyəti ilə məşğul olduğu avtomobil bank tərəfindən ondan alınmışdır. Tanışı Şahid10 narkotik vasitə heroinin satışı ilə məşğul olduğunu, Ramilin İranlı tanışı vasitəsi ilə ucuz qiymətə heroini alaraq üzərinə bir qədər məbləğ qoyub satmasını bilmişdir. Ramilə maddi vəziyyəti barədə bildirib narkotik vasitə alaraq satmaq istədiyini bildirmişdir. Ramil problem olmadığını və ona narkotik vasitə heroinin qramını 21 manatdan verəcəyini, onun da həmin narkotik vasitə heroini 25 manata sataraq pulunu verməyini, qalan 4 manatı isə özünə götürməsini bildirmişdir. Ramillə razılaşmış və ilkin olaraq Ramildən 10 qram heroin almış və həmin heroini tanışı Təqsirləndirilən şəxs1 satmaq istəmişdir. Belə ki, Seymur Xırdalan şəhərində narkotik vasitə satışı ilə məşğul olmuş, narkotik vasitəni baha qiymətə aldığını bildiyi üçün Ramildən ucuz qiymətə aldığı heroini Seymura satmaq qərarına gəlmişdir. Bu barədə Seymura bildirmiş və heroinin qramını 25 manatdan sata biləcəyini söyləmişdir. Seymur onun təklifi ilə razılaşmış və Ramildən aldığı 5 qram heroini Seymura satmışdır. Aralarında olan razılaşmaya əsasən Seymura narkotik vasitəni 25 manatdan vermiş, Seymur isə həmin narkotik vasitə heroini 35 manatdan sataraq onun 25 manat pulunu verirmişdir. Müxtəlif vaxtlarda Seymura hər dəfəsində 5 qram olmaqla narkotik vasitə heroin vermiş və günün sonunda Seymur onun pulunu vermişdir. 28 may 2019-cu il tarixdə Seymura 5 qram narkotik vasitə heroin vermiş və axşamı 125 manat pulunu vermişdir. 29 may 2019-cu il tarixdə, saat 12 radələrində Seymur istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 10 qram heroin lazım olduğunu bildirmişdir. Seymura Bakı-Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" hotelində olduğunu bildirib ora gəlməsini söyləmişdir. Seymur dediyi ünvana gəlmiş və ona bir bükümdə olmaqla 10 qram heroin vermişdir. 29 may 2019-cu il tarixdə, saat 16:30-da "Neapol" hotelinin qarşısında olarkən bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları yanlarında olan şəxsləri ona təqdim edərək həmin şəxslərin hal şahidi olduqlarını, bundan əlavə yanlarında olan digər şəxsin adının Vüqar olduğunu, digər qadının isə Fəridə olduğunu bildirmişlər. Həmin şəxslərdən sadəcə Fəridəni tanımışdır. Belə ki, Fəridənin Seymurla qeyri rəsmi birlikdə yaşadığını, hətta Seymurun narkotik vasitəni Fəridə vasitəsi ilə satdığını da bilmişdir. Polis əməkdaşları ondan anket məluatları barədə maraqlandıqda bütün məlumatlarını bildirmişdir. Polis əməkdaşları ona izah etmişlər ki, narkotik vasitənin satışında şübhəlidir. Bundan sonra ona təklif etmişlər ki, üzərində nə əşya varsa təqdim etsin. Səmimi olaraq bildirmişdir ki, üzərində 01 ədəd bükümdə çəkisi təxminən 02 qrama yaxın narkotik vasitə olan heroin, 02 ədəd mobil telefon və 32 manat pul vardır. Əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü, 32 manat pulu, şalvarının sol yan cibindən isə 02 ədəd "Samsung" markalı və "Oukitel" markalı mobil telefonları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi 01 ədəd şəffaf polietilen bükümü açaraq içərisinə baxmış və həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi o da həmin zərfin üzərinə imza etmişdir. Təqdim etdiyi pul isə özünə qaytarılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Seymura bir qramı 25 manata olmaqla 10 qram çəkidə heroini 250 manata satmasını etiraf etmişdir. Polis əməkdaşları ondan narkotik vasitə heroini haradan əldə etməsini soruşduqda satdığı heroini və üzərindən aşkar edilən heroini bir qramı 21 manata Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanında yaşayan, təxminən 25-30 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan Ramildən satmaq məqsədilə aldığını bildirmişdir.Ramilin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan Ramilin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq Ramildən 100 qram çəkidə narkotik vasitə olan heroin istəmişdir. Razılıq əldə etdikdən sonra görüş yeri kimi Ramilin yaşadığı ünvan 3 ünvanının qarşısı təyin edilmişdir. Tədbir iştirakçıları, Fəridə, Vüqar,Elnur və hal şahidləri ilə birlikdə Ramilin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi,ev 2A ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019-cu il tarixdə saat 18:00-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının qarşısında Ramil polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ramil anket məlumatlarını bildirdikdən sonra onun Şahid10 olması müəyyən edilmişdir. Ramilə izah edilmişdir ki, o, narkotik vasitənin satışında şübhəlidir və ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Ramil bildirmişdir ki, üzərində 01 ədəd bükümdə təxminən çəkisi 105 qrama yaxın narkotik vasitə olan heroin, 02 ədəd mobil telefon, özünə məxsus pasport, şəxsiyyət vəsiqəsi və on beş manat pul vardır. Ramil hal şahidlərinin iştirakı ilə əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü, 15 manat pulu, şalvarının sol yan cibindən "Samsung" markalı və "Tara" markalı mobil telefonları, şalvarının sağ arxa cibindən özünə məxsus pasportu və şəxsiyyət vəsiqəsini çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Ramilin təqdim etdiyi 01 ədəd şəffaf polietilen büküm polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxıldıqdan sonra həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Ramildə həmin zərfin üzərinə imza etmişdir. Ramilin təqdim etdiyi 15 manat pul özünə qaytarılmışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə Ramilin üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Ramil bildirmişdir ki, yaşadığı ünvan 4 ünvanında 02 ədəd şəffaf polietilen bükümlərdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitə olan heroin və 01 ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra Ramilə izah edilmişdir ki, yaşadığı ünvana baxış keçirilməlidir. Ramil edilən təklifə etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bu məqsədlə Ramilin yaşadığı ünvana yollanmışlar. Mənzilə daxil olduqdan sonra Ramil mətbəxdə olan soyuducunun orta rəfindən 03 ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etmişdir. Bükümlər maddələrlə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Ramil də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra mətbəxə, otağa, sanitar qovşağına və eyvana baxış keçirilmiş və baxış zamanı yataq otağında olan dolabın üstündən 01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq, 01 ədəd kustar üsulla hazırlanmış dəyənək və 02 ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur. 01 ədəd idman tapançası, 01 ədəd beşbarmaq və 01 ədəd kustar üsulla hazırlanmış dəyənək 01 ədəd torbada qablaşdırılmış və möhürlənmişdir. Hal şahidləri kimi Ramil də həmin qablaşdırılmanın üzərinə imza etmişdir. 02 ədəd avtomaşın maqnitofonları isə gələcəkdə digər növ cinayətlər üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Sorğu zamanı Ramil tanışı Elnura səhər saatlarında hər bir qramı 21 manata olmaqla təxminən 50 qram çəkidə narkotik vasitə olan heroini satdığını, üzərindən təqdim etdiyi təxminən 105 qrama yaxın narkotik vasitə olan heroini Elnura satmaq üçün gətirdiyini, yaşadığı mənzildən təqdim etdiyi 02 ədəd bükümlərdə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini müştəri tapacağı təqdirdə satmaq üçün saxladığını bildirmişdir. Sorğu zamanı Ramil həmçinin bildirmişdir ki, tanışı Elnura satdığı, üzərindən təqdim etdiyi narkotik vasitə olan heroini hər bir qramı 17 manata, psixotrop maddə olan metamfetamini isə hər bir qramı 50 manata 28.05.2019-cu il tarixdə səhər saatlarında istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, yaşıl rəngli, "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Binəqədi rayonu, Xocahəsən dairəsində pulunu satdıqdan sonra vermək şərti ilə nisyə almışdır. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. Oraya gəldikdə hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və təqdim edilən siyahıdan istənilən vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Bu səbəbdən qərar əsasında Bakı şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X11 dəvət edilərək ona təqdim edilmişdir. Bundan sonra göstərilənlər barədə müvafiq protokol tərtib olunmuş və möhürlənmiş altı zərf, bir ədəd torba, altı ədəd telefon, bir ədəd planşet, pasport, şəxsiyyət vəsiqəsi və iki ədəd avtomaşın maqnitofonu protokola əlavə edilmişdir. Sadəcə qurudulmuş marixuana istifadə etmiş və Ramildən aldığı heroini isə satış üçün əldə etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, 29 may 2019-cu il tarixdə, saat 12 radələrində şəxsi işləri ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllənin yaxınlığında olarkən bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polislər ona keçiriləcək əməliyyat axtarış tədbirində hal şahidi qismində iştirak etməyini təklif etmişlər. Polis əməkdaşları bir nəfər qadının üzərinə baxış keçirəcəklərini və onun keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini istəmişlər. Polislərin təklifi ilə razılaşmış və bundan sonra başqa bir qadında oraya dəvət edilmiş, hüquq və vəzifələri izah etdikdən sonra adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi qadın onların iştirakı ilə sağ əlində saxladığı sarı rəngli cüzdanın içərisindən bir ədəd şəffaf polietilen bükümü, iki ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Həmin bükümlər açılmış və içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmişdir. O və digər hal şahidi kimi Təqsirləndirilən şəxs2 də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əlində olan cüzdanına baxış keçirilmiş və baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı bir ədəd "Sony" markalı mobil telefonunu və bir ədəd "Apple" markalı planşeti o və digər hal şahidinin iştirakı ilə tədbir iştirakçılarına təqdim etmişdir. Sonra onun və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, cüzdanından təqdim etdiyi üç ədəd bükümlərdə olan narkotik vasitə olan heroinin hər bir qramını otuz beş manata Şahid12 satmaq məqsədi ilə gətirmişdir. Həmin narkotiki isə 29 may 2019-cu il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan, təxminən 23-25 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan "Elnur" adlı şəxsdən hər bir qramını iyirmi beş manata satmaq məqsədi ilə almışdır. Təqsirləndirilən şəxs2 eyni zamanda bildirmişdir ki, "Elnur" adlı şəxsdən götürdüyü narkotik vasitə olan heroini qeyri-rəsmi nikah münasibətində yaşadığı, əslən Füzuli rayonundan olan, təxminən 35-40 yaşlarında olan Təqsirləndirilən şəxs1 adlı şəxsin vasitəsi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs2 "Elnur" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və "Elnur" adlı şəxsin ehtimal olduğu Bakı-Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" hotelinin yaxınlığında olmasını bildirmişdir. Bu məqsədlə Şahid12, Təqsirləndirilən şəxs2 və digər hal şahidləri ilə birlikdə Bakı-Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" hotelinin yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019-cu il tarixdə, saat 16:30-da "Neapol" hotelinin yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə "Elnur" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü Şahid11 kimi təqdim etmiş və Şahid11 izah edilmişdir ki, o, narkotik vasitənin satışında şübhəlidir, ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Şahid11 bildirmişdir ki, üzərində bir ədəd bükümdə çəkisi təxminən iki qrama yaxın narkotik vasitə olan heroin, iki ədəd mobil telefon və 32 manat pul vardır. Şahid11 əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, 32 manat pulu, şalvarının sol yan cibindən isə iki ədəd "Samsung" markalı və "Oukitel" markalı mobil telefonları çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Şahid11 təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açılaraq içərisinə baxıldıqda sonra zərfə qoyularaq möhürlənmiş, o və digər hal şahidləri kimi Şahid11 da həmin zərfin üzərinə imza etmişdir. Şahid11 təqdim etdiyi pul isə özünə qaytarılmışdır. Bundan sonra Şahid11 üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Şahid11 Təqsirləndirilən şəxs2 hər bir qramı 25 manata olmaqla on qram çəkidə heroini 250 manata satmasını etiraf etmişdir. Sorğu zamanı Şahid11 eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs2 satdığı heroini və üzərindən təqdim etdiyi heroini hər bir qramı 21 manata Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanında yaşayan, təxminən 25-30 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan "Ramil" adlı şəxsdən satmaq və özü istifadə etmək məqsədilə almışdır. Şahid11 "Ramil" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə Şahid11 istifadəsinə olan ***-***-**-** nömrəli mobil telefonundan "Ramil" adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq 100 qram çəkidə narkotik vasitə olan heroin istəmişdir. Razılıq əldə etdikdən sonra görüş yeri kimi "Ramil" adlı şəxsin yaşadığı ünvan 3 ünvanının qarşısı təyin edilmişdir. Polis əməkdaşları, Şahid12, Təqsirləndirilən şəxs2, Elnur Kazımzadə və digər hal şahidləri ilə birlikdə "Ramil" adlı şəxsin yaşadığı ünvan 3 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019-cu il tarixdə, saat 18:00-da ünvan 3 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə "Ramil" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü Şahid10 kimi təqdim etmişdir. Şahid10 izah edilmişdir ki, narkotik vasitənin satışında şübhəlidir və ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Şahid10 bildirmişdir ki, üzərində bir ədəd bükümdə təxminən çəkisi 105 qrama yaxın narkotik vasitə olan heroin, iki ədəd mobil telefon, özünə məxsus pasport, şəxsiyyət vəsiqəsi və 15 manat pul vardır. Şahid10 oraya dəvət olunmuş hal şahidlərinin iştirakı ilə əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, 15 manat pulu, şalvarının sol yan cibindən "Samsung" markalı və "Tara" markalı telefonları, şalvarının sağ arxa cibindən özünə məxsus pasportu və şəxsiyyət vəsiqəsini çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Şahid10 təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açılaraq içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmiş, digər hal şahidləri kimi Şahid10 da həmin zərfin üzərinə imza etmişlər. Şahid10 təqdim etdiyi 15 manat pul özünə qaytarılmışdır. Bundan sonra digər hal şahidlərinin iştirakı ilə Şahid10 üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Şahid10 bildirmişdir ki, yaşadığı ünvan 4 ünvanında iki ədəd şəffaf polietilen bükümlərdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitə olan heroin və bir ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra Şahid10 izah edilmişdir ki, yaşadığı ünvana baxış keçirilməlidir. Şahid10 edilən təklifə etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bu məqsədlə polis əməkdaşları, digər hal şahidləri, Şahid12, Təqsirləndirilən şəxs2, Şahid11 və Şahid10 birlikdə sonuncunun yaşadığı ünvana yollanmışlar. Şahid10 yaşadığı ünvan on dörd mərtəbəli binanın yeddinci mərtəbəsində yerləmiş, mənzil bir otaq, mətbəx, sanitar qovşağı və eyvandan ibarət olmuşdur. Şahid10 mətbəxdə olan soyuducunun orta rəfindən üç ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etmişdir. Həmin bükümlərin ikisi açılaraq içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmişdir. O və digər hal şahidləri kimi Şahid10 da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra mətbəxə, otağa, sanitar qovşağına və eyvana baxış keçirilmiş və baxış zamanı yataq otağında olan dolabın üstündən bir ədəd idman tapançası, bir ədəd beşbarmaq, bir ədəd kustar üsulla hazırlanmış dəyənək və iki ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur. Bir ədəd idman tapançası, bir ədəd beşbarmaq və bir ədəd kustar üsulla hazırlanmış dəyənək bir ədəd torbada qablaşdırılaraq möhürlənmişdir. O və digər hal şahidləri kimi Şahid10 da həmin qablaşdırılmanın üzərinə imza etmişdir. İki ədəd avtomaşın maqnitofonları isə gələcəkdə digər növ cinayətlər üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Sorğu zamanı Şahid10 tanışı Şahid11 səhər saatlarında hər bir qramı 21 manata olmaqla təxminən 50 qram çəkidə narkotik vasitə olan heroini satdığını, üzərindən təqdim etdiyi təxminən 105 qrama yaxın narkotik vasitə olan heroini Şahid11 satacağını, yaşadığı mənzildən təqdim etdiyi iki ədəd bükümlərdə narkotik vasitə olan heroini və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini müştəri tapacağı təqdirdə satması üçün saxladığını bildirmişdir. Sorğu zamanı Şahid10 həmçinin bildirmişdir ki, tanışı Şahid11 satdığı, üzərindən təqdim etdiyi narkotik vasitə olan heroini hər bir qramı 17 manata, psixotrop maddə olan metamfetamini isə hər bir qramı 50 manata 28.05.2019-cu il tarixdə səhər saatlarında istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, yaşıl rəngli, "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Binəqədi rayonu, Xocahəsən dairəsində nisyə alaraq pulunu satdıqdan sonra verəcəyini bildirmişdir. Bundan sonra saxlanılan şəxslər, Şahid12, Təqsirləndirilən şəxs2, Şahid11, Şahid10 və digər hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. Oraya gəldikdə Şahid12, Təqsirləndirilən şəxs2, Şahid11 və Şahid10 hüquqlarını müdafiə edilməsi məqsədilə onlara vəkillər təqdim edilmişdir. Bundan sonra göstərilənlər barədə müvafiq protokol tərtib olunmuşdur. Möhürlənmiş altı zərf, bir ədəd torba, altı ədəd telefon, bir ədəd planşet, pasport, şəxsiyyət vəsiqəsi və iki ədəd avtomaşın maqnitofonu protokola əlavə edilmişdir. Protokol vəkillərin iştirakları ilə tərtib olunmuş və heç bir şikayət daxil olmadığı üçün imzalanmışdır. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid9 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, iş üzrə məhkəmədə şahid kimi dindirilmiş Şahid8 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: İİ cild səh.120-124). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid6 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, dindirilərkən tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 29 may 2019-cu il tarixdə, saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18 ünvanının yaxınlığında olarkən bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona keçiriləcək əməliyyat axtarış tədbirində hal şahidi qismində iştirak etməyi təklif etmişlər .Nə məsələ olduğunu soruşduqda bir nəfər şəxsin narkotik vsitə heroinin əldə edilməsində və satılmasında şübhəli olduğunu və həmin şəxsin ifşa edilməsi üçün qeyd edilən tədbirin keçirilməsinin zəruri olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifi ilə razılaşmış və bundan sonra polis əməkdaşları başqa şəxsi də ora dəvət etmişlər. Onlara hüquq və vəzifələri izah etdikdən sonra sonradan adının Şahid12 olduğunu bildiyi şəxsə təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Şahid12 bildirmişdir ki, üzərində bir ədəd bükümdə təxminən çəkisi bir qrama yaxın narkotik vasitə olan heroin, bir ədəd mobil telefon və iyirmi bir manat pul vardır. Şahid12 əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, iyirmi bir manat pulu, şalvarının sol yan cibindən isə "Nokia" markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Şahid12 təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açılaraq içərisinə baxılmış və bundan sonra həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. O və digər hal şahidi kimi Şahid12 də həmin zərfin üzərinə imza etmişlər. Şahid12 təqdim etdiyi iyirmi bir manat pul özünə qaytarılmışdır. Bundan sonra onun və digər hal şahidinin iştirakı ilə Şahid12 üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış, götürülməmişdir. Sorğu zamanı Şahid12 bildirmişdir ki, onun yaşadığı ünvan 6 ünvanında bir ədəd şəffaf polietilen bükümdə, təxminən çəkisi bir qrama yaxın narkotik vasitə olan heroin və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzi vardır. Bundan sonra Şahid12 izah edilmişdir ki, yaşadığı ünvana baxış keçirilməlidir. Şahid12 edilən təklifə etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bu məqsədlə tədbir iştirakçıları, digər hal şahidi və Şahid12lə birlikdə sonuncunun yaşadığı ünvana yollanmışlar. Şahid12 yaşadığı ünvan beşmərtəbəli binanın ikinci mərtəbəsində yerləşmiş, mənzil iki otaq, mətbəx, sanitar qovşağı və eyvandan ibarət olmuşdur. Şahid12 mətbəxdə olan masanın üzərindən bir ədəd şəffaf polietilen bükümü və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzini tədbir iştirakçılarına təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxılmış və həmin büküm maddə ilə birlikdə və bir ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmişdir. O və digər hal şahidi kimi Şahid12 də həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra mətbəxə, otaqlara, sanitar qovşağına və eyvana baxış keçirilmiş və baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Şahid12 bildirdirmişdir ki, üzərindən və yaşadığı evdən təqdim etdiyi narkotik vasitə olan heroini saxlanıldığı vaxtdan bir gün öncə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan, istifadəsində ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonları olan, təxminən 25-27 yaşlarında olan "Fəridə" adlı qadından bir qramını otuz beş manata olmaqla iki qramını yetmiş manata almış, bir hissəsini özü istifadə etmiş, qalan hissəsini də üzərində və yaşadığı evdə özü istifadə etmək məqsədi ilə saxlamışdır. Şahid12 "Fəridə" adlı qadının cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla "Fəridə" adlı qadının istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq beş qram çəkidə narkotik vasitə olan heroin sifariş etmişdir. Razılıq əldə edildikdən sonra görüş yeri kimi "Fəridə" adlı qadın Şahid12 yaşadığı ünvanının qarşısını təyin etmişdir. 29 may 2019-cu il tarixdə, saat 15:20-də Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə "Fəridə" adlı qadına oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 izah edilmişdir ki, narkotik vasitənin satışında şübhəlidir və təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üzərində bir ədəd şəffaf polietilen bükümdə çəkisi təxminən beş qrama yaxın, iki ədəd siqaretin gümüşü kağızından ibarət bükümlərdə çəkisi təxminən 0,5 qrama yaxın narkotik vasitə olan heroin, bir ədəd mobil telefon və bir ədəd planşet olmuşdur. Bundan sonra polis əməkdaşları iki nəfər qadını hal şahidi qismində dəvət edərək onlara hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs2 oraya dəvət olunmuş qadın hal şahidlərinin iştirakları ilə sağ əlində saxladığı sarı rəngli cüzdanın içərisindən bir ədəd şəffaf polietilen bükümü, iki ədəd siqaretin gümüşü kağızından ibarət bükümləri çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Həmin bükümlər açılmış və içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmişdir. Qadın hal şahidləri kimi Təqsirləndirilən şəxs2 də həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 əlində olan cüzdanına baxış keçirilmiş və baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı bir ədəd "Sony" markalı mobil telefonunu və bir ədəd "Apple" markalı planşeti qadın hal şahidlərinin iştirakları ilə tədbir iştirakçılarına təqdim etmişdir. Sonra qadın hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, cüzdanından təqdim etdiyi üç ədəd bükümlərdə olan narkotik vasitə olan heroinin hər bir qramını otuz beş manata Şahid12 satmaq məqsədi ilə gətirmişdir. Həmin narkotiki isə 29 may 2019-cu il tarixdə, günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan, təxminən 23-25 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan "Elnur" adlı şəxsdən hər bir qramını iyirmi beş manata satmaq məqsədi ilə almışdır. Təqsirləndirilən şəxs2 eyni zamanda bildirmişdir ki, "Elnur" adlı şəxsdən götürdüyü narkotik vasitə olan heroini qeyri-rəsmi nikah münasibətində yaşadığı, əslən Füzuli rayonundan olan, təxminən 35-40 yaşlarında Təqsirləndirilən şəxs1 adlı şəxsin vasitəsi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs2 "Elnur" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermişdir. Təqsirləndirilən şəxs2 "Elnur" adlı şəxsin ehtimal olduğu Bakı-Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" hotelinin yaxınlığında olmasını bildirmiş və bu məqsədlə Şahid12, Təqsirləndirilən şəxs2 və digər hal şahidləri ilə birlikdə Bakı- Sumqayıt avtomagistral şossesində yerləşən "Neapol" hotelinin yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019-cu il tarixdə, saat 16:30-da "Neapol" hotelinin yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə "Elnur" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü Şahid11 kimi təqdim etmişdir. Şahid11 izah edilmişdir ki, narkotik vasitənin satışında şübhəlidir və təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Şahid11 bildirmişdir ki, üzərində bir ədəd bükümdə çəkisi təxminən iki qrama yaxın narkotik vasitə olan heroin, iki ədəd mobil telefon və 32 manat pul vardır. Şahid11 əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, 32 manat pulu, şalvarının sol yan cibindən isə iki ədəd "Samsung" markalı və "Oukitel" markalı mobil telefonları çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Şahid11 təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açılaraq içərisinə baxıldıqda sonra zərfə qoyularaq möhürlənmişdir. O və digər hal şahidləri kimi Şahid11 da həmin zərfin üzərinə imza etmişdir. Şahid11 təqdim etdiyi pul isə özünə qaytarılmışdır. Bundan sonra Şahid11 üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Şahid11 Təqsirləndirilən şəxs2 hər bir qramı 25 manata olmaqla on qram çəkidə heroini 250 manata satmasını etiraf etmişdir. Sorğu zamanı Şahid11 eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs2 satdığı heroini və üzərindən təqdim etdiyi heroini hər bir qramı 21 manata Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanında yaşayan, təxminən 25-30 yaşlarında olan, istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan "Ramil" adlı şəxsdən satmaq və özü istifadə etmək məqsədilə almışdır. Şahid11 "Ramil" adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş və bu məqsədlə Şahid11 istifadəsinə olan ***-***-**-** nömrəli mobil telefonundan "Ramil" adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq 100 qram çəkidə narkotik vasitə olan heroin istəmişdir. Razılıq əldə etdikdən sonra görüş yeri kimi "Ramil" adlı şəxsin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının qarşısı təyin edilmişdir. Polis əməkdaşları, Şahid12, Təqsirləndirilən şəxs2, Elnur Kazımzadə və digər hal şahidləri ilə birlikdə "Ramil" adlı şəxsin yaşadığı ünvan 3 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və 29 may 2019-cu il tarixdə, saat 18:00-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 2A ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə "Ramil" adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü Şahid10 kimi təqdim etmişdir. Şahid10 izah edilmişdir ki, narkotik vasitənin satışında şübhəlidir və təklif olunmuşdur ki üzərində nə əşya varsa təqdim etsin. Şahid10 bildirmişdir ki, üzərində bir ədəd bükümdə təxminən çəkisi 105 qrama yaxın narkotik vasitə olan heroin, iki ədəd mobil telefon, özünə məxsus pasport, şəxsiyyət vəsiqəsi və 15 manat pul olmuşdur. Şahid10 əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, 15 manat pulu, şalvarının sol yan cibindən "Samsung" markalı və "Tara" markalı telefonları, şalvarının sağ arxa cibindən özünə məxsus pasportu və şəxsiyyət vəsiqəsini çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Şahid10 təqdim etdiyi bir ədəd şəffaf polietilen büküm açılaraq içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmişdir. O və digər hal şahidləri kimi Şahid10 da həmin zərfin üzərinə imza etmişdir. Şahid10 təqdim etdiyi 15 manat pul özünə qaytarılmışdır. Bundan sonra o və digər hal şahidlərinin iştirakı ilə Şahid10 üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Şahid10 bildirmişdir ki, yaşadığı ünvan 4 ünvanında iki ədəd şəffaf polietilen bükümlərdə təxminən ümumi çəkisi 400 qrama yaxın narkotik vasitə olan heroin və bir ədəd şəffaf polietilen bükümdə təxminən çəkisi 53 qrama yaxın psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra Şahid10 izah edilmişdir ki, yaşadığı ünvana baxış keçirilməlidir. Şahid10 edilən təklifə etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bu məqsədlə polis əməkdaşları, digər hal şahidləri, Şahid12, Təqsirləndirilən şəxs2, Şahid11 və Şahid10 sonuncunun yaşadığı ünvana yollanmışlar. Şahid10 yaşadığı ünvan on dörd mərtəbəli binanın yeddinci mərtəbəsində yerləşmiş, mənzil bir otaq, mətbəx, sanitar qovşağı və eyvandan ibarət olmuşdur. Şahid10 mətbəxdə olan soyuducunun orta rəfindən üç ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etmişdir. Həmin bükümlərin ikisi açılaraq içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmiş, o və digər hal şahidləri kimi Şahid10 da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra mətbəxə, otağa, sanitar qovşağına və eyvana baxış keçirilmiş və baxış zamanı yataq otağında olan dolabın üstündən bir ədəd idman tapançası, bir ədəd beşbarmaq, bir ədəd kustar üsulla hazırlanmış dəyənək və iki ədəd avtomaşın maqnitofonu aşkar olunmuşdur. Bir ədəd idman tapançası, bir ədəd beşbarmaq və bir ədəd kustar üsulla hazırlanmış dəyənək bir ədəd torbada qablaşdırılaraq möhürlənmişdir. O və digər hal şahidləri kimi Şahid10 da həmin qablaşdırılmanın üzərinə imza etmişdir. İki ədəd avtomaşın maqnitofonları isə gələcəkdə digər növ cinayətlər üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Sorğu zamanı Şahid10 tanışı Şahid11 səhər saatlarında hər bir qramı 21 manata olmaqla təxminən 50 qram çəkidə narkotik vasitə olan heroini satdığını, üzərindən təqdim etdiyi təxminən 105 qrama yaxın narkotik vasitə olan heroini Şahid11 satacağını, yaşadığı mənzildən təqdim etdiyi iki ədəd bükümlərdə narkotik vasitə olan heroini və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini müştəri tapacağı təqdirdə satması üçün saxladığını bildirmişdir. Sorğu zamanı Şahid10 həmçinin bildirmişdir ki, tanışı Şahid11 satdığı, üzərindən təqdim etdiyi narkotik vasitə olan heroini hər bir qramı 17 manata, psixotrop maddə olan metamfetamini isə hər bir qramı 50 manata 28.05.2019-cu il tarixdə səhər saatlarında istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan İran İslam Respublikasının vətəndaşı "Siyamət" adlı şəxsin tapşırığı ilə istifadəsində ***-***-**-** nömrəli mobil telefonu olan, yaşıl rəngli, "Mercedes Benz" markalı, dövlət nömrə nişanının əvvəli 90, sonu isə 106 olan, adını və yaşadığı ünvanını dəqiq bilmədiyi şəxsdən Binəqədi rayonu, Xocahəsən dairəsində nisyə alaraq pulunu satdıqdan sonra verəcəyini bildirmişdir. Bundan sonra saxlanılan şəxslər, Şahid12, Təqsirləndirilən şəxs2, Şahid11, Şahid10 və digər hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. Oraya gəldikdə Şahid12, Təqsirləndirilən şəxs2, Şahid11 və Şahid10 hüquqlarını müdafiə edilməsi məqsədilə onlara vəkillər təqdim edilmişdir. Bundan sonra göstərilənlər barədə müvafiq protokol tərtib olunmuşdur. Möhürlənmiş altı zərf, bir ədəd torba, altı ədəd telefon, bir ədəd planşet, pasport, şəxsiyyət vəsiqəsi və iki ədəd avtomaşın maqnitofonu protokola əlavə edilmişdir. Protokol vəkillərin iştirakları ilə tərtib olunmuş və heç bir şikayət daxil olmadığı üçün imzalanmışdır (iş vərəqə: İİ cild səh.63-68). Məhkəmə baxışı zamanı tədqiq olunan, Şahid6 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid6 üzləşmə zamanı sərbəst ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İV, səh. 188-195). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid7 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, iş üzrə şahid kimi dindirilmiş Şahid6 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: İV cild səh.234-239). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid13 məhkəmə baxışında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq mərhələsində vermiş olduğu şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, dindirilərkən tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2019-cu ilin əvvəllərindən ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etmişdir. Dəfələrlə müalicə olsa da heç bir xeyri olmamışdır. Lakin hazırda heç bir narkotik vasitə və psixotrop maddə istifadə etmir. Hər dəfə narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxslərdən almışdır. Lakin son zamanlar yəni 2019-cu ilin may ayı ərzində isə narkotik vasitə heroini əsasən Təqsirləndirilən şəxs2 almışdır. Fəridə Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Fəridə həmin narkotik vasitəni Seymur adlı şəxsdən almışdır. Belə ki, hər dəfə Fəridədən narkotik vasitə heroin aldıqda bu narkotik vasitəni haradan aldığını soruşmuş, Fəridə narkotik vasitənin birlikdə yaşadığı Seymur adlı şəxsə məxsus olduğunu bildirmişdir. Seymurla şəxsi tanışlığı olmasa da, bir neçə dəfə Fəridədən narkotik vasitə almaq üçün getdikdə Seymur da sonuncunun yanında olmuşdur. Fəridədən həmin şəxsin kim olduğunu soruşduqda Fəridə ona narahat olmamasını, həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Fəridə verdiyi narkotik vasitənin Seymura məxsus olduğunu və sonuncudan alaraq verdiyini bildirmişdir. Bundan bir neçə müddət sonra Fəridənin tutulduğunu, daha sonra həmin Seymurun da tutulduğunu eşitmişdir. Bir müddət sonra həmin nömrəni istifadə etmədiyi üçün nömrə bağlanmışdır. Daha sonra yenidən nömrəni açdırmışdır. Əvvəllər narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etsə də hazırda müalicə olunduğu üçün heç bir narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir (iş vərəqə: İV cild səh.180-182). Məhkəmə baxışı zamanı tədqiq olunan, Şahid13 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid13 üzləşmə zamanı sərbəst ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İV, səh. 186-187). Məhkəmə baxışı zamanı tədqiq olunan, şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 25 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Şahid13 prosessual qanunvericiliyin tələblərinə uyğun tanınma üçün ona təqdim olunan şəxslər arasında Təqsirləndirilən şəxs1 göstərərək tanımışdır (iş vərəqə: cild İV, səh. 183-184). Məhkəmə baxışı zamanı tədqiq olunan, əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi haqqında 29 may 2019-cu il tarixli protokoldan görünür ki, əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid12 həmin gün saat 12 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 18-in yaxınlığında saxlanılmış və baxış zamanı Şahid12 bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan narkotik vasitə heroin, yaşadığı mənzilin mətbəxində masanın üzərindən bir ədəd bükümdə təmiz çəkisi 0,613 qram olan narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd boz rəngli elektron tərəzi, Təqsirləndirilən şəxs2 bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 4,258 qram və iki ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,190 qram və 0,123 qram olan narkotik vasitə heroin, Şahid11 bir ədəd bükümdə təmiz çəkisi 1,467 qram olan narkotik vasitə heroin, Şahid10 bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 100,947 qram olan narkotik vasitə heroin və yaşadığı mənzildə mətbəxdə olan soyuducunun orta rəfindən külli miqdarda ümumilikdə 398,499 qram çəkidə narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 52,454 qram olan psixotrop maddə metamfetamin və mənzilin yataq otağında yerləşən dolabın üzərindən bir ədəd soyuq silah hesab edilən dəyənək və bir ədəd soyuq silah edilən bıçaq aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 17-23). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 31 may 2019-cu il tarixli, 14222 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “VəMüdafiəçi1 X10 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə ..” yazısı olan 1N-İi zərfdəki, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,067 qr olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində : “VəMüdafiəçi1 X10 mənzilindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə narkotik maddə və bir ədəd elektron tərəzi...” yazısı olan 2N-İi zərfdəki, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,613 qr olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd boz rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tədqiq olunan həmin rəylə müəyyən olunur ki, vəMüdafiəçi1 X8 götürülmüş heroinin ümumi təmiz çəkisi 1,680qr-dır. Tədqiqata təqdim edilmiş, üzərində. "Vət. Təqsirləndirilən şəxs2 götürülmüş...” yazısı olan 3N-İi zərfdəki, 1(bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 4,258qr və 2(iki) ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,190qr və 0,123qr olan açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan həmin rəylə müəyyən olunur ki, vət. Təqsirləndirilən şəxs2 götürülmüş heroinin ümumi təmiz çəkisi 4,571qr-dır. Tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Şahid11 götürülmüş bir ədəd bükümdə..." yazısı olan 4N-İi zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,467qr olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Şahid10 üzərindən götürülmüş bir ədəd bükümdə..." yazısı olan 5N-İi zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 100,947qr olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid10 mənzilindən götütrülmüş...” yazısı olan 6N-İi zərfdəki, 2(iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 198,756qr və 199,743qr, ümumi təmiz çəkisi 398,499qr olan açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 52,454qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiq olunan həmin rəydən görünür ki, vət. Şahid10 götürülmüş heroinin ümumi təmiz çəkisi 499,446 qr-dır. Vət. Əliyev X10 üzərindən və yaşadığı ünvandan götürülmüş 02 (iki) ədəd bükümdə heroinlər, vət. Təqsirləndirilən şəxs2 götürülmüş 03 (üç) ədəd bükümdə heroinlər, vət. Şahid11 götürülmüş 01 (bir) ədəd bükümdə heroin və vət.Şahid10 üzərindən və yaşadığı ünvandan götürülmüş 03 (üç) ədəd bükümdə heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vət.Şahid10 götürülmüş elektron tərəzinin üzərində heroin iz şəklində olduğu üçün yuxarıda qeyd olunmuş heroinlərlə eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı. Qeyd: Şahid12: heroinin ümumi təmiz çəkisi: 1,680qr, tədqiqata sərf edildi: ümumi:0,1qr qalıq: 1,580qr; Təqsirləndirilən şəxs2: heroinin ümumi təmiz çəkisi: 4,571 qr, tədqiqata sərf edildi: ümumi 0,15qr,qalıq: 4,421qr; Şahid11: heroinin təmiz çəkisi: 1,467qr, tədqiqata sərf edildi:0,05qr,qalıq: 1,417qr; Şahid10: heroinin ümumi təmiz çəkisi: 499,446qr, sərf edildiıümumi 0,2qr, qalıq: 499,246qr, metamfetaminin təmiz çəkisi: 52,454qr, sərf edildi:0,1 qr, qalıq:52,354qr” (iş vərəqə: İ cild səh.90- 94). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-ballistik ekspertizasının 28 iyun 2019-cu il tarixli, 15092/15093 nömrəli rəyindən görünür ki: “1. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd “İ 2677 K” nömrəli tapança, İjevsk silah zavodunda istehsal olunmuş darağı səkkiz ədəd piston tutumuna malik, “İJ SPL” modelli, idman-məşq zamanı istifadə olunan start siqnalı vermək üçün nəzərdə tutulmuş tapançadır, odlu silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata darağın içərisində təqdim edilmiş 06 (altı) ədəd predmet, mərkəzdən alışan «Jevelo» tipli pistondurlar, dörd ədədi təyinatı üzrə istifadə edilmişdir-yarasızdır iki ədədi isə istifadə üçün yararlıdırlar, döyüş sursatı hesab edilmirlər.

2. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə hazırlanmış, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçaqdır, soyuq silah hesab edilir.

3. Tədqiqata təqdim edimiş 01 (bir) ədəd predmet dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.” (iş vərəqə: İİİ cild səh.75-78). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 06 iyul 2020-ci il tarixli, 1839 saylı məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi nakoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (iş vərəqə: İV cild, səh.25-26). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 23 noyabr 2020-ci il tarixli, 3281 saylı məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi nakoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (iş vərəqə: Vİİİ cild, səh.108-109). Daha sonra məhkəmə baxışı zamanı iş üzrə elan olunmaqla tədqiq edilən, telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri ilə 01 mart 2019-cu il tarixdən 29 may 2019-cu il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş və Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilmişdir. Lakin telefon danışıqlarına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 tərəfindən narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər-hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir (iş vərəqə: İİ cild, səh.232). Məhkəmə baxışı zamanı tədqiq olunan, telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri ilə 01 mart 2019-cu il tarixdən 29 may 2019-cu il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi müəyyən müddət Təqsirləndirilən şəxs1 və müəyyən müddətdən sonra isə Təqsirləndirilən şəxs2 istifadəsində olmuşdur. Bundan əlavə baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi müxtəlif telefon nömrə sahiblərindən gələn mesajlarda mesaj sahiblərinin qeyd edilən telefon nömrəsinə Seymur, qaqa, brat və sair bu formada müraciətlər etmiş, sonuncu mesajlarda isə Fəridə deyə müraciətlər başlamışdır: 06-03-2019 14:47:53 06-03-2019 14:47:53 1.1.**********75 1.1.**********12 Seymur obsi 300 manata istiyen varsa verey masnin yiyesi zeng elyir bir xeber de mene vasmoyda gedib masin bazarinda satim 06-03-2019 20:13:17 06-03-2019 20:13:17 1.1.**********75 1.1.**********12 Seymur temiz yari ele yanimda qonaq olacaq 06-03-2019 21:00:54 06-03-2019 21:00:55 1.1.**********90 1.1.**********12 Ay seymur danisdim birdan mama poliszad gatirar mamaya didim getma faridincani narahat olma yaxsi 06-03-2019 21:00:54 1.1.**********90 1.1.**********12 Ay seymur danisdim birdan mama poliszad gatirar mamaya didim getma faridincani narahat olma yaxsi 27-05-2019 23:28:41 27-05-2019 23:53:15 1.1.**********35 1.1.**********12 Feride axwamin xeyir, teze xeber geldi? 12-05-2019 02:40:55 12-05-2019 02:40:56 1.1.**********71 1.1.**********12 Axwamin xeyir necesen qaqa kola varindi qaqa 18-05-2019 02:15:04 1.1.**********23 1.1.**********12 Menem tamı men weherdeyem rufet qelsın ona bıdene kola 02 ax quyruq 20-05-2019 06:00:52 1.1.**********90 1.1.**********12 Hesne mati koku istirdim uwaqda pul varydi getdi oda qaldim bele wirin lomkadayam bayaq pati vereceydin e onun yerine kola vere bilersen ? Quzu keserem l 26-05-2019 18:13:52 26-05-2019 18:13:52 0.1.********** 1.1.**********12 Pati kako lazimdi bu 27-05-2019 00:17:47 1.1.**********89 1.1.**********12 Axsamin xeyirpati var 27-05-2019 18:41:49 27-05-2019 18:41:49 1.1.**********90 1.1.**********12 Na pati bahadi galam 05-05-2019 01:06:22 05-05-2019 01:06:22 1.1.**********66 1.1.**********12 Pati var isdeyen var he yox 26-05-2019 18:13:50 1.1.**********12 1.1.**********24 Pati kako lazimdi butun xirdalan istdiyir hamsin caliyim 26-05-2019 20:54:02 1.1.**********12 1.1.**********72 Qaqa 30dan ya 35dan var kako 28-04-2019 18:49:56 1.1.**********12 1.1.**********76 qaqa dene paketdi dobrudu bir saata gel musviqe hemde gedeciyik kako goturmeye 19-05-2019 20:36:58 1.1.**********12 1.1.**********99 Nd getirim pati yoxsa kakoda 20-05-2019 00:36:49 1.1.**********12 1.1.**********63 freskoda pati verib geliram baci hazirlasin saharda kakoda verecem 27-05-2019 00:17:47 1.1.**********12 1.1.**********89 Axsamin xeyirpati va (iş vərəqə: İİ cild, səh.220-231). Məhkəmə baxışı zamanı iş üzrə elan olunmaqla tədqiq edilən, telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri ilə 30 mart 2019-cu il tarixdən 04 mart 2020-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş və Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilmiş, lakin telefon danışıqlarına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər-hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir (iş vərəqə: İİİ cild, səh.248-250). Məhkəmə baxışı zamanı iş üzrə elan olunmaqla tədqiq edilən, 04.11.2019-cu il tarixli, 008- 3225-1219 nömrəli məktubdan görünür ki, iş üzrə aşkar edilərək götürülmüş 507,164 qram çəkidə narkotik vasitə heroin, 52,454 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, bir ədəd soyuq silah dəyənəyin və bir ədəd soyuq silah bıçağın əldə edildiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: İİ cild, səh.214-216; 218). Məhkəmə baxışı zamanı iş üzrə elan olunmaqla tədqiq edilən, 13.04.2020-ci il tarixli, 008- 1651-1220 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Şahid11 narkotik vasitə heroin alması, həmin narkotik vasitə heroini özü və qeyri-rəsmi birlikdə yaşadığı Təqsirləndirilən şəxs2 tərəfindən müxtəlif şəxslərə pul müqabilində satması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin satıldığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: İİİ cild, səh.237-239; 246). Məhkəmə baxışı zamanı iş üzrə elan olunmaqla tədqiq edilən, Abşeron Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 29.05.2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqə: İİİ cild, səh.66-68). Məhkəmə baxışı zamanı tədqiq olunan 29 fevral 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə aşkar edilərək götürülmüş qalıq çəkisi 506,664 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 52,354 qram olan psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, bir ədəd soyuq silah hesab edilən dəyənək və bir ədəd soyuq silah hesab edilən bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına saxlanca verilmişdir (iş vərəqə: İİİ cild, səh.79-127). Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş 506,664 qram olan heroin narkotik vasitəsinin və 52,354 qram metamfetamin psixotrop maddəsinin miqdarı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən olunan külli miqdarın minimum həddindən qat-qat çoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə aşkar edilib götürülmüş həm narkotik vasitənin, həm də psixotrop maddənin çəkisinin külli miqdar təşkil etməsi ilə yanaşı narkotik vasitələrin növ müxtəlifliyi, heroin narkotik vasitəsinin külli miqdarda qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsi təqsirləndirilən şəxslərin narkotik vasitələri satmaq niyyətində olmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsini satış niyyəti ilə təkrarən qanunsuz olaraq əldə etmək, saxlamaq, daşımaq məqsədilə narkotik vasitələrin külli miqdarda qaçaqmalçılığı cinayətini törətmələri, yəni Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Həmin Məcəllənin 206.3.2-ci maddəsində Azərbaycan Respublikası CM-nin 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulur. Baxılan cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin İİR ərazisindən Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsi ilə bağlı hərəkətlər təşkil edir. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının altıncı bəndində məhkəmələrə tövsiyə olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı qeyri-etirafedici və ziddiyyətli ifadələrini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilməsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onun təqsirliliyini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və təqsirləndirilən şəxslərin hər biri onlara istinad olunan maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışlarından görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (iş vərəqə: cild İV, səh. 20-21; cild Vİ, səh. 46). Məhkəmə baxışı zamanı həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər, Təqsirləndirilən şəxs2 himayəsində isə bir nəfər azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının qalmasını qüvvədə olan Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmamalarını, Təqsirləndirilən şəxs2 münasibətdə isə həm də əməlindən səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı ittiham irəli sürərkən həmin ittihamın mətnində təqsirləndirilən şəxslərin onlardan aşkar edilib götürülmüş narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etmələrini, daşımalarını və saxlamalarını qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ehtiva olunduğundan "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların törətmiş olduğu cinayətin ağır cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalı, təqsirləndirilən şəxslərin islah olunması, həm onların özləri, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, ədalətli, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs1 04 mart 2020-ci il tarixdə tutulmuş, 06 mart 2020-ci il tarixdə müvafiq məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 29 may 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 may 2019-cu il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Bundan sonra, qətimkan tədbirinin şərtlərini pozduğu üçün 27 fevral 2020-ci il tarixdə tutulsa da, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən 06 mart 2020-ci il tarixdə baxılmış və Təqsirləndirilən şəxs2 apellyasiya məhkəməsinin çağırışlarına üzürlü səbəb olmadan gəlmədiyi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs2 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 28 oktyabr 2020-ci il tarixdə tutulmuş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 29 may 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulduğu vaxtdan 30 may 2019-cu il tarixdə barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilənədək həbsdə saxlanıldığı 1 (bir) gün, 27 fevral 2020-ci il tarixdə tutulub həbsdə saxlanıldığı 1 (bir) gün – cəmi 2 (iki) gün ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, cəza çəkməsi üçün qəti cəza təyin olunmalı, 28 oktyabr 2020-ci il tarixdən məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli baxılan iş üzrə barəsində “həbs” qətimkan tədbirinin icra edildiyi 28 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin əvvəli 04 mart 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin əvvəli isə 28 oktyabr 2020-ci il tarixdən hesablanmalı, onların cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlanılma müddəti məhkəmə tərəfindən onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onlarn barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın 06 iyul 2020-ci il tarixli, 1839 saylı və 23 noyabr 2020-ci il tarixli, 3281 saylı rəylərini nəzərə alıb belə nəticəyə gəlir ki, tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi ilə əlaqədar rəylərə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və onlar yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, 506,664 qram çəkidə heroin narkotik vasitəsi, 52,354 qram çəkidə metamfetamin psixotrop maddəsi, 01 ədəd elektron tərəzi, 01 ədəd dəyənək və 01 ədəd bıçaq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icrata ayrılmış ********* nömrəli cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılanadək Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılmalı, 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 mart 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 29 may 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulub 30 may 2019-cu il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün, 27 fevral 2020-ci il tarixdə tutulub həbsdə saxlanıldığı 1 (bir) gün – cəmi 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli tutulduğu 28 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, 506,664 qram çəkidə heroin narkotik vasitəsi, 52,354 qram çəkidə metamfetamin psixotrop maddəsi, 01 ədəd elektron tərəzi, 01 ədəd dəyənək və 01 ədəd bıçaq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icrata ayrılmış ********* nömrəli cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılanadək Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar