Məhkəmə qərarları › İş №1(101)-551/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-551/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-551/2024 22.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, “Arbitrium” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X13 küçəsi, nömrəsiz evdə yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa şəxsdən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 03 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi - 6,819 qram psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə ümumi təmiz çəkisi - 0,965 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən 29 mart 2023-cü il tarixdə saat 23:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4-nin 36-cı PB-nin inzibati binasına gətirilərək videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,694 qram, 2,424 qram və 0,701 qram, külli miqdarda ümumi təmiz çəkisi - 6,819 qram olan ağ rəngli kristalşəkilli kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,767 qrram və 0,198 qram, ümumi təmiz çəkisi - 0,965 qram olan qəhvəyi rəngli kimyəvi komponent tərkiblərinə görə Öz aralarında eynilik təşkil edən maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 29 mart 2023-cü il tarixdə işlədiyi Araz supermarketin müdiri Elçin müəllim ona zəng etdi ki, təcili işə gəl. O, saat 2-yə işləmiş marketə gəlmişdir. Ona müdir dedi ki, səni bir nəfər axtarır. O da kim olduğunu soruşmuşdur. Həmin vaxt marketin qarşısında ona dörd nəfər yaxınlaşıb onu tutub telefonunu, çantasını əlindən almışlar. Sonra onun ciblərini yoxlayıb nə vardısa çıxarıb çantaya ataraq onu da maşına zorla mindirmişlər. Onlardan onu hara apardıqlarını soruşduqda onu 36-cı polis bölməsinə apardıqlarını bildirdilər. Onlardan onu aparmalarına görə hansısa sənəd təqdim etmələrini istədi. Yalnız “Hunday” markalı maşını sürən sürücü ona polis vəsiqəsini göstərdi, o da sənədə baxıb təqdim edən şəxsin Süleyman olduğunu görmüşdür. O, 36-cı X9 ifadə vermişdir. Bundan sonra otağa bölmə rəisinin müavini daxil oldu. Həmin şəxs onunla Fazil Mustafa haqqında, saxlanıldığı gündən əvvəl harada olmağı haqqında və sair bu kimi mövzularda sorğu sual apardı. Həmin vaxt telefonu da orada idi. Ondan telefonunun kodunu açmağını istədilər. O da telefonu verib onlara ailəsinə aid olan hissələrə daxil olmamaq şərti ilə başqa nə istəyirlərsə araşdırsınlar deyib özünün dövlətinə qarşı heç bir narazılığı olmadığını da demişdir. Bundan sonra onu rəisin otağına aparıb orada onunla sorğu sual apardılar və dedilər ki, radikalsan, dövlətin əleyhinə işləyirsən. O da demişdir ki, onun heç bir günahı yoxdur, bu dedikləriniz də ona aid deyil. Sonra onu Xətai rayon Polis İdarəsinə apardılar, orada əl izini götürdülər. Bundan sonra onu Süleyman onu maşını ilə aparıb, Həzi Aslanov metrosunun yanında maşından düşürüb buraxmışdır. Bundan sonra o, Zabrata işlədiyi Araz supermarketə gəlmişdir. Saat təxminən 22 radələrində Süleyman ora gəldi və ona dedi ki, səni yenidən Bölməyə dəvət edirlər. Həmin vaxt onun telefonu Bölmədə qalmışdı və araşdırdıqdan sonra bir-iki gün sonra özünə qaytaracaqlarını demişdilər. Bundan sonra o, şirkət telefonu ilə müdirlərinə zəng edib demişdir ki, onun telefonu polisdədir, həmin telefonu da marketin işləri ilə bağlı sifarişlər yazır buna görə də telefonunu polisdən istəsin. Müdir isə dedi ki, bir-iki günə telefonunu qaytaracaqlar. Bundan sonra şirkət telefonu ilə atasına zəng edib vəziyyəti ona da izah etdi ki, telefonuna zəng çatmasa narahat olmasınlar. Atası ürək xəstəsi olduğuna görə polislərin onu tutduğunu deməmişdir ki, ona nəsə olar. Fikirləşdi ki, evə gedər, baş verənləri tam olaraq evdə deyər. Bundan sonra Süleyman yenə içəri gəlib ona “gedək səninlə təxminən yarım saatlıq işimiz var, bir nəfər var sənə göstərəcəyik və sənədə imza etdirib səni buraxacağıq”. O da etiraz etməyib marketdə işləyən Rəşad müəllimə yaxınlaşıb ona polisə getdiyini, əgər tutulsa atasıgilə məlumat versin deyərək atasının telefon nömrəsini də Rəşada vermişdir. Bundan sonra Süleymanla marketdən çıxıb 36-cı Polis Bölməsinə yollandılar. Yolda Süleyman onunla xoş danışıb, hətta onu işə düzəldəcəyini, işinin yaxşı olacağını və sair bu kimi xoş sözlər demişdir. 36-cı Polis Bölməsinə çatdıqdan sonra onu orada gözlətdirdilər. Bir saat sonra rəis müavini ilə birlikdə 7-8 nəfər otağa daxil oldu və ona gətirdikləri 5-6 ədəd balaca bükümdə ota oxşar bir şey göstərib dedilər ki, bunlar sənindir. O, etiraz edib bunların onunla əlaqəsi yoxdur. Dedilər ki, narkotikdir. O, onlara başa salmağa çalışmışdır ki, o, narkotik istifadə etmir, bu bir bəladır deyib stresə düşmüşdür. Polis əmkdaşları da bundan istifadə edib ona təzyiqlər göstərmişlər. Dedilər ki, ya boynuva götür, ya da səni Mütəşşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərəcəyik orada sənin üstünə silah da qoyacaqlar. O, yenə də onların təzyiqlərinə əhəmiyyət verməyib bu işlər onluq deyil, boynuna da götürmür demişdir. Bundan sonra onu ailəsi ilə təhdid edib dedilər ki, atanı da bura gətirəcəyik. Bundan sonra onun ürəyi getmişdir. O, özünə gəlib polis əməkdaşlarından təcili tibbi yardım çağırmalarını xahiş etmişdir. Saat 2-3 radələrində həkim briqadası gəlib onun qoluna iynə vurmuşlar, dilinin altına dərman qoymuşlar. Təcili tibbi yardım briqadasının həkimləri gedəndən sonra yumruq təpiklə onu döyməyə başlamışlar və dedilər ki, bunu istəsən də istəməsən də boynuna almalısan. İynədən sonra onun ayaqları tutulmuşdur. Onu stolda oturtdub qolundan da polis tutub saxlamışdı ki, yıxılmasın. Sonra cibinə bir-iki büküm narkotik qoyub çəkiliş aparmağa başladılar, o da demişdir ki, onun günahı yoxdur, narkotiklə əlaqəsi yoxdur. Çəkilişi saxlayaraq ona təzyiqlər göstərməyə başladılar. İkinci dəfə çəkiliş apardılar. Həmin vaxt çəkilişdə ondan soruşurlar ki, sualın varmı. O da demişdir ki, var. Həmin vaxt kameranın obyektini başqa istiqamətə çevirdilər ki, çəkilişə düşməsin və onun qolunu sıxıb başa saldılar ki, heç bir sual verməsin. O, 450 manata fəhlə işləyən adamdır, gözdən əlildir, bu işlərin onunla əlaqəsi yoxdur, ona qarşı bu olanları haqsızlıq kimi qiymətləndirir. O, ibadət edir, bu o demək deyil ki, İran tərəfdarıdır. Onun İranla da heç bir əlaqəsi yoxdur. Sadəcə Allah xətrinə ibadət edir. Dövlətinə qarşı da heç bir mənfi münasibəti yoxdur. Xahiş edir ki, barəsində olan işə düzgün baxılsın. Ona verilən ittiham əsassız və yalandır. İfadələrinə əlavə olaraq göstərmişdir ki, Şahid2 “Araz” marketdə polis əməkdaşları tərəfindən saxlanılan zaman orada deyildi, lakin bölmədə həmin şahid ona təzyiq göstərmişdir. Bölmədə ürək xəstəsi olduğu üçün ona iynə vurmuşdular, həmin vaxt polis əməkdaşlarına videoçəkilişə gedə bilməyəcəyini desə də, onu məcbur etmişdilər. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin olaraq ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 6 nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Araz” marketdə satıcı kimi işləmişdir. Əvvəllər narkotik vasitələr istifadə etməsə də, sonradan ona narkotik vasitə və psixotrop maddə qəbul edilən zaman sakitləşəcəyi barədə əldə etdiyi yalan məlumatla narkotik vasitə və psixotrop maddə qəbul etmək qənaətinə gəlmişdir. 29 mart 2023cü tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən “H.Aslanov” metrostansiyasının yaxınlığında olan zaman tanımadığı şəxsdən 100 manat nağd pul müqabilində 03 ədəd bükümdə psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə narkotik vasitə heroini almış və əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur ki, sonra istifadə edər. O, əvvəllər narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 23:00 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində olan zaman mülki geyimli polis əməkdaşları özünü şübhəli apardığından ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə soraqlaşmış və onu ərazi üzrə olan 36-cı Polis Bölməsinə dəvət etmişlər. Xətai RPİ-nin 36-cı PB-də hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil dəvət olunduqdan sonra vəkilin iştirakı ilə hüquqları izah olunduqdan sonra üzərinə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Üzərində olan əşyaları təqdim etməyini dedikdə, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 03 ədəd bükümdə psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. Video çəkiliş zamanı təhqiqatçı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını qeyd etmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroin və psixotrop maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Etmiş olduğu cinayət əməlinə görə özünü tam təqsirli bilmiş və əməlimdən peşmandır. O, ifadəsində qeyd etdiyi kimi üzərindən aşkar edilərək götürülmüş 05 ədəd bükümdə olan narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Xətai rayonunda yerləşən Həzi Aslanov metrostansiyasının yaxınlığında tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 100 manat nağd pul müqabilində almışdır. O, narkotik vasitəni kimsənin yanında istifadə etməmişdir. Əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, ruhi və psixi cəhətdən sağlamdır, heç bir xəstəliyi yoxdur. Heç kimin onun üzərində olan narkotik vasitə və psixotrop maddələr olması barədə məlumatı olmamışdır. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və mütəmadi olaraq istifadəsində olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlavə dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 6 nömrəsiz evdə ailəsi ilə birlikdə yaşamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən ‘Araz” marketdə satıcı kimi işləmişdir. Cinayət işi üzrə ilkin ifadəsində qeyd etdiyi xüsusatlarla bağlı dediklərini imtina edərək iş üzrə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə ona məxsus deyildir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində o, işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Araz” marketin qarşısında olan zaman Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları onu 36-cı PB-nə dəvət etmişlər. Həmin bölmədə onunla sorğu-sual edilmişdir. Daha sonra o, Bölmədən Bakı şəhəri, Xətai rayonunda yerləşən Həzi Aslanov metrostansiyasına polis əməkdaşları tərəfindən yola salınmışdır. Ardınca iş yerinə qayıtmışdır. Həmin gün saat 22 radələrində 36-cı PB-nin əməkdaşı olan Süleyman adlı şəxs iş yerinə yaxınlaşaraq onu yenidən 36-cı PB-nə dəvət etmişdir. Bundan sonra 36-cı PB-nə aparılmışdır. Daha sonra PB- də təxminən 1 saat gözlədilmişdir. Ardınca onaa qarşı polis əməkdaşları tərəfindən təzyiqlər olunaraq üzərinə narkotik götürməyini tələb etmişlər. Daha sonra onun stresli halda olduğundan özünü pis hiss etmiş və PB-də ona təcili tibbi yardım naryadı gətirilmişdir. PB-nə yaxınlaşan təcili tibbi yardım naryadı tərəfindən ona ilkin müayinə edilmiş və sakitləşdirici iynə vurulmuşdur. Bundan sonra ona təzyiq altında üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyularaq videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı təzyiq altında olduğundan həmin narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitə və psixotrop maddə ona məxsus deyildir. Qeyd olunan narkotik vasitə və psixotrop maddə üzərinə polis əməkdalan tərəfindən qoyulmuşdur. Şahid1 Raqif oğlu ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası əlaqədar tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Əməliyyat qrupunun digər üzvü Şahid2la Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 29 mart 2023 tarixində inzibati ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə ona saxlayıb Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsində təhqiqatçıya təhvil vermişlər. Video çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən sellofana bükülmüş 03 ədəd psixotrop maddə metamfetamin, 02 ədəd narkotik vasitə olan heroin aşkar olundu. Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən 100 (yüz) manat məbləğində aldığını bildirdi. Narkotik vasitə təqsirləndirilən şəxsə məxsus idi. Polis bölməsində təqsirləndirilən şəxsə heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Onlar təqsirləndirilən şəxsi Xətai rayonu Məhəmməd Hadi 73 küçəsində saxlamışlar. Onlar təqsirləndirilən şəxsə şübhəli hərəkətlərinə görə yaxınlaşdılar. Təqsirləndirilən şəxsi “Araz” supermarketdə saxlamamışlar. Təqsirləndirilən şəxsin saxlanılması ilə bağlı daxil olan əməliyyat məlumatı mənbəyi məxfidir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirəndirilən şəxsə tərəflərindən heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsi 29 mart 2023-cü il tarixdə axşam saat 11 radələrində “Həzi Aslanov” metrostansiyasının yaxınlığında saxlamışlar. “Araz” market ilə əlaqədar bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitənin öz üzərində olduğunu etiraf etdi, polis bölməsində də videoçəkiliş zamanı təqsirləndirilən şəxs əsəblərini sakitləşdirmək üçün narkotik vasitə istifadə etdiyini və həmin narkotik vasitənin ona məxsus olduğunu təsdiq etdi. “Araz” marketində göstərilən şəxs o deyil. Təqsirləndirilən şəxsə ifadəsi ilə böhtan atmır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 Raqif oğlu ibtidai istintaq zamanı göstərmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin CA üzrə baş əməlliyyat müvəkkili vəzifəsində işləyir və polis mayorudur. Onunla birlikdə Xətai RPİ-nin 36-cı PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid2 ilə işlədikləri Xətai RPİ-nin 36-cı PB-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 29 mart 2023-cü il tarixdə saat 23:00-da inzibati ərazidə xidmətdə olan zaman ünvan 3 ünvanında qarşısında olarkən, Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından yaxınlaşaraq mülki geyimdə olduqları üçün ilkin olaraq xidməti vəsiqələrini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etməsi barədə söyləmişdir. Bu zaman onlar həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu PBnə apararaq barəsində araşdırma aparılması üçün X10a təhvil vermişlər. Bölmədə olan zaman həmin şəxsin xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X13 küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. X10 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 05 ədəd şəffaf sellofona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin 05 ədəd şəffaf sellofona bükülmüş bükümün 03 ədədi psixotrop maddə metamfetaminə bənzər maddə və 02 ədədi isə narkotik vasitə heroinə bənzər maddə olmuşdur. Təqsirləndirilən şəxs 05 ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində nə olması soruşduqda Təqsirləndirilən şəxs həmin üzərindən aşkar edilmiş 05 ədəd şəffaf sellofona bükülmüş bükümlərin əsəblərini sakitləşdirmək üçün Bakı şəhəri, Xətai rayonunda yerləşən “Həzi Aslanov” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 100 manat nağd pula aldığını bildirmişdir. Bundan sonra 05 ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin elektron tərəziyə qoyularaq çəkilərək çəkiləri müəyyən edilmimşdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmimşdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi soruşduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Xətai rayonunda yerləşən “Həzi Aslanov” metrostanasiyasınm yaxınlığında tanımadığı şəxsdən 100 manat nağd pula aldığını bildirmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası əlaqədar tanıyır. Əməliyyat qrupunun digər üzvü Şahid1la Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 29 mart 2023 tarixində inzibati ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə ona yaxınlaşdılar. Təqsirləndirilən şəxsi Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsində təhqiqatçıya təhvil verdilər. Video çəkiliş zamanı təqsirləndirilən şəxsin üzərindən sellofana bükülmüş 03 ədədi psixotrop maddə olan metamfetamin, 02 ədəd narkotik vasitə olan heroin aşkar olundu. Salayev X8 vasitələrini tanımadığı şəxsdən aldığını bildirdi. Təqsirləndirilən şəxsi əməliyyat məlumatı əsasında saxlamışlar. Əvvəlki şahidlə onun ifadələri arasında zidiyyət yaranma səbəbini bilmir. 05 büküm narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitələrdən 3-ü metamfetamin, 2-i heroin olmuşdur. Təqsirləndirilən şəxs “Araz” marketdə deyil, M.Hadi 73 küçəsində saxlamışlar. O, "Araz" marketdə olmamışdır. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə olan heroin və metamfetamin aşkar edilib. O, Təqsirləndirilən şəxs böhtan atmır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı Şahid1 Raqif oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış üzləşdirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs üzünə narkotik vasitə və psixotrop maddənin sonuncunun üzərindən aşkar edilməsini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış üzləşdirmə protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs oğunun üzünə narkotik vasitə və psixotrop maddənin sonuncunun üzərindən aşkar edilməsini bildirmişdir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs işi ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. O, “Araz” supermarketdə müdir vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun intizamlı işçilərindən biri olmuş və ona heç bir zaman işlə bağlı problem yaratmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını da ona Rəşad demişdir. Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən saxlanılmasını müdiriyyətə elektron poçt vasitəsi ilə bildirən zaman təqsirləndirilən şəxs geri qayıtdı. Hadisənin baş verdiyi günün sabahı Rəşad ona Orxanın polislər tərəfindən saxlanıldığını dedi, lakin onlar bu növbəti gün market müdiriyyətinə xəbər vermişlər. Onlar Zabrat qəsəbəsində yerləşən “Araz” supermarketdə işləyirlər, hadisə də həmin yerdə baş vermişdi. Polis əməkdaşları mülki geyimdə idilər. Polis əməkdaşları vəsiqəni göstərdilər, lakin o, tam diqqətlə baxa bilməyib. Təqsirləndirilən şəxs səhər vaxtı saxlanılmışdı. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-1 ünvanında yerələşən “Araz” marketin filialının müdiri vəzifəsində 1 il müddətidir ki, işləmişdir. Təqsirləndirilən şəxs müdiri olduğu marketdə təxminən 2022-ci ilin dekabr ayından etibarən meyvə şöbəsində satıcı vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs iş rejimi dəyişkən qrafikli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs növbəli şəkildə həm axşam, həmdəki səhər rejimində işləmişdir. 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs marketə işə gəlmiş və sonradan işdən getmişdir. Təqsirləndirilən şəxs hara getməsi barədə məlumat olmamışdır. Ancaq sonradan polis əməkdaşı tərəfindən ona məlumat verilmişdir ki, 29 mart 2023-cü il tarixdə Xətai rayon ərazisində narkotik vasitə ilə saxlanılmışdır. Onun Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi barədə məlumatı olmamışdır. Belə ki, onun həmin şəxslə işçi və iş yoldaşı münasibətindən başqa münasibəti olmadığından narkotik vasitə istifadə etməsi barədə məlumatı olmamışdır. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs işi ilə əlaqədar tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs Zabrat qəsəbəsində yerləşən “Araz” supermarketdə saxlayıblar. “Araz” supermarketində müdir müavini kimi işləyir. İşə həmin gün 14:00-da gəlmişdir. Təqsirləndirilən şəxs mülki geyimli polislərin yaxınlaşdığını görəndə onlardan atasına zəng etmələrini xahiş etdi. Təqsirləndirilən şəxsin işə gəlməsi barədə onlara məlumat verilmişdi. Təqsirləndirilən şəxs atası təhlükəsizlik kameraları ilə maraqlanmışdı. O, hadisə zamanı nə baş veribsə, onu deyir. Müstəntiqə ifadə verərkən ona verilən suallardan başqa heç bir suala cavab verməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəsindən istifadə etməyi barədə heç bir məlumatı yoxdur. Əməliyyat zamanı Şahid1 da iştirak edib. O, Təqsirləndirilən şəxs saxlayan əməliyyat qrupunda Vüsalı görməmişdir. Polis əmədaşları ona məsələnin ciddi olduğunu dediyinə görə o, Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu gözlədiyini deməmişdir. O, hadisənin dəqiq zamanını bilmir. Təqsirləndirilən şəxs böhtan atmır. Polis əmədaşları Təqsirləndirilən şəxs səhər saatlarında saxladılar. Məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə eynidir. Təqsiləndirilən şəxs mağazada saxlanıldıqdan sonra ikinci dəfə də polis əməkdaşları tərəfindən saxlanıldı. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-1 ünvanında yerələşən “Araz” marketin filialının müdir müavini vəzifəsində 2022-ci ilin sentyabr ayından 2023-cü ilin may ayınadək işləmişdir Həmin zaman Təqsirləndirilən şəxs müdir müavini olduğu marketdə təxminən 2022-ci ilin dekabr ayından etibarən meyvə şöbəsində satıcı vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs iş rejimi dəyişkən qrafikli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs növbəli şəkildə həm axşam, həmdəki səhər rejimində işləmişdir. 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs marketə işə gəlmiş və sonradan işdən getmişdir. O, Təqsirləndirilən şəxs hara getməsi barədə məlumatı olmamışdır Ancaq sonradan polis əməkdaşı tərəfindən ona məlumat verilmişdir ki, 29 mart 2023-cü il tarixdə Xətai rayon ərazisində narkotik vasitə ilə saxlanılmışdır. Onun Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi barədə məlumatı olmamışdır. Onun həmin şəxslə işçi və iş yoldaşı münasibətində başqa münasibəti olmadığından onun narkotik vasitə istifadə etməsi barədə məlumatı olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 29 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-in 36-cı PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 05 ədəd şəffaf sellofana bükülmüş bükümdən 03 ədəd bükümdə psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilən zaman 03 ədəd bükümdə psixotrop maddə metamfetaminin çəkisi ayrı-ayrılıqda çəkiləri 2.56 qram, 3.87 qram və 0.88 qram, 02 ədəd bükümdə narkotik vasitə heroinin çəkisi ayrı- ayırlıqda çəkiləri 0.92 qram və 0.26 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış 20 aprel 2023-cü il tarixli, 6/2338 nömrəli məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1823 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün Nə151” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və s.. yazıları, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,694 qram, 2,424 qram, 0,701 qram, ümumi təmiz çəkiləri 6,819 qram ağ rəngli, kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,767 qram, 0,198 qram, ümumi təmiz çəkiləri 0,965 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 6,819 qram psixotrop maddə olan metamfetamin və ümumi təmiz çəkisi 0,965 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 6,629 qram çəkidə psixotrop maddə olan metamfetamin və qalıq 0,865 qram narkotik vasitə heroin saxlanıması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş kompleks məhkəmə psixoloji və psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1057 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hannsı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmiş, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və barəsində düzgün ifadə vermək qabiliyyətinə malik olmuş, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuş və buna görə də anlaqlı hesab edilməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri həmin Məcəllənin «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» fəslində nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 2 saylı Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilən ittiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməllərdə onun təqsirliliyinin sübuta yetirilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı ona psixi və sair təsirlər edilməsi ilə əlaqələndirdi. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə polis bölməsində polis əməkdaşlarının ona qarşı psixi zorakılıq etdiyini, üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmadığını, narkotik vasitələrin istifadəsi, satışı ilə məşğul olmadığı, həm onun özünün, həm də şahidlər Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs ittihamda göstərilən ünvanda deyil, işlədiyi “Araz Supermarketdə” saxlanıldığı barəsindəki iddiaları araşdırılarkən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədiylə deyil, satış məqsədi olmadan əldə etmə, saxlama, daşıması özü təsdiqini tapdı. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə ittiham tərəfi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilməsi, üzərindən aşkarlanan narkotik vasitələrin ona aid olmaması, Təqsirləndirilən şəxs, o cümlədən də, şahidlər Şahid3, Şahid4 təqsirləndirilən şəxsin ittihamda göstərilən ünvanda deyil, işlədiyi “Araz Supermarket”-də saxlanıldığı ilə bağlı olan ifadələri araşdırılarkən onların bu iddiaları öz təsdiqini tapmadı. Bu səbəbdən də məhkəmə onun bu ifadələrini faktiki əsası olmayan və təqsirləndirilən şəxsin öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Belə ki, onun ittihamda göstərilən ünvanda deyil işlədiyi “Araz Supermarket”-də saxlanıldığı ilə bağlı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən “Araz Supermarket”-in təhlükəsizlik kameralarından videogörüntülərdə bir şəxsin və şəxsiyyəti məlum olmayan başqa şəxslərlə mağazadan çölə çıxması görünür, lakin həmin şəxslərin polis əməkdaşları olmasını, həmçinin, videogörüntülərin bu işə aidiyyətinin olmasını təsdiq, onun ünvan 3 ünvanın qarşısında saxlanılmasını təkzib edən hər hansı sübut müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, həmin görüntüləri mənbəyi və mənsubiyyəti məlum olmayan halları özündə əks etdirən rəqəmsal diskdə əks olunmuş məlumatlar kimi, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini isə təqsirləndirilən şəxsin müdafiəsinə yönələn məsuliyyətdən yayınmaq cəhdləri kimi qiymətləndirir və həmin məlumatları sübutların qiymətləndirilməsi zamanı müqayisə oluna bilinməsi üçün hüquqi əsası olmayan hal kimi nəzərə alır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. İstintaq orqanı isə Təqsirləndirilən şəxs bu əməllərini naməlum şəxsdən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 03 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi - 6,819 qram psixotrop maddə metamfetamini və 02 ədəd bükümdə ümumi təmiz çəkisi - 0,965 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıma və onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olma qiymətləndirib onun əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə, yuxarıda göstərilən qənaətə gəldiyindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin xaric olunmasını əsaslı sayır və ittihamdan xaric edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədiyi əməli qəsdən törətməsi qənaətinə gəldiyindən onun təqsirli bilinib bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 110 (yüz on) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 110 (yüz on) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X3 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsinin təmin edilməsi və Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 6,629 qram çəkidə psixotrop maddə olan metamfetamin və qalıq 0,865 qram narkotik vasitə heroinin sərbəsət dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 mart 2023cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi onun əvvəllər məhkum olunmaması və ibtidai istintaqın ilkin mərhələsində etirafedici ifadələr verməsi müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli, 2036 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmamasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 110 (yüz on) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Dövlət büdcəsi hesabına ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X3 ödənilməsi üçün 228 (iki yüz iyirmi səkkiz) manat Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,629 qram psixotrop maddə olan metamfetamin və 0,865 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar