Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-552/2021 22.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1987-ci il avqustun 13-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci il avqustun 23-də Sumqayıt şəhərində olarkən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir ədəd ağ rəngli sellofan torbada ümumi çəkisi 1.210 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananı əldə edib özü ilə Abşeron rayonunun Saray qəsəbəsinə daşımaqla qəsəbə ərazisində yerləşən zibilxanaların birində gizlətmiş, 2020-ci il avqustun 24-də zibilxanada gizlətdiyi bir ədəd ağ rəngli sellofan torbadakı qurudulmuş marixuananı götürərək qara rəngli sellofan torbaya qoyub əlində saxlamaqla özü ilə Abşeron rayonunun Saray qəsəbəsindəki qəbiristanlığın yaxınlığına daşımış, 2020-ci il avqustun 24-də saat 17 radələrində həmin ərazidə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanaraq idarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindəki 1.210 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt narkotik vasitələri satmamışdır. Üzərindən aşkarlanan qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün Sumqayıt şəhərində tanımadığı şəxsdən almışdır. Polis əməkdaşları onu qəbiristanlığın yanında tutmamış, evinə gələrək saxlayıb idarəyə aparmışlar. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, polis baş leytenantı olmaqla Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyi müddətdə, yəni 2020-ci il avqustun 24-də Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində daşıması barədə daxil olan məlumatla bağlı əməliyyataxtarış tədbirinin keçirilməsi üçün ondan və əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən tarixdə saat 17 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən qəbiristalığın yaxınlığında məlumatdakı zahiri əlamətlərinə uyğun gələn Təqsirləndirilən şəxs adlı şəxsə yaxınlaşıb özlərini təqdim etməklə narkotik vasitələri əldə edərək saxlamaqda şübhəli olduğunu bildirib sonuncunu idarəyə dəvət etmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üstündə qanunla qadağan edilmiş əşyalar varsa, könüllü təqdim etməsi təklif olunduqda sonuncu əlindəki qara rəngli sellofan torbadan çıxartdığı ağ rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni 2020-ci il avqustun 23-də Sumqayıt şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 150 manata alaraq Abşeron rayonu, Saray qəsəbəsindəki zibilxanaların birində gizlətdiyini bildirib təqdim etmiş, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılmaqla üzəri möhürlənmiş, hadisə ilə əlaqədər təhqiqatçı polis mayoru X15 tərtib etdiyi protokol və aşkar olunan maddənin qablaşdırıldığı zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor hərəkətləri, təzyiq, yaxud təsir tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid1 ilə analoji ifadə verdi. İş üzrə əlavə şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, övladı Təqsirləndirilən şəxs 2020-ci il avqustun 24-də saat 11 radələrində polis əməkdaşları tərəfindən evdə yaxalaraq aparılmışdır. Həmin vaxt o, həyətdə olmuş, polis işçiləri Mahirin şübhəli olduğunu deyib özləri ilə harasa aparmışlar. Evdən heç bir qanunsuz predmet aşkarlanmamışdır. İş üzrə əlavə şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Sonuncunu 2020-ci il avqustun 24-də polis əməkdaşları tərəfindən tutulanda görmüşdür. Mahirin narkotik vasitə istifadə etməsi, habelə satması ilə bağlı heç bir məlumatı yoxdur. İş üzrə əlavə şahid qismində dindirilən X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 2020-ci il avqustun 24-də sonuncunun yaşadığı evin ətrafında polis əməkdaşlarını görməklə Mahirin atası X7 nə baş verməsini soruşanda sonuncu Mahirin şübhəli olduğu üçün tutulduğunu bildirmişdir. Mahirin narkotik vasitə istifadə etməsindən, eləcə də satmasından xəbəri yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma vaxtı yazdığı izahatında, habelə şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən əməlini qismən etiraf edərək ifadəsində ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığını, bir ildən çoxdur arabir narkotik vasitə qurudulmuş marixuana qəbul etdiyini, 2020-ci il avqustun 23-də Sumqayıt şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 150 manata bir ədəd ağ rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuana alıb Abşeron rayonunun Saray qəsəbəsindəki zibilxanaların birində gizlətdiyini, 2020-ci il avqustun 24-də saat 16:30 radələrində zibilxanada gizlətdiyi narkotik vasitəni götürməklə qara rəngli sellofan torbaya qoyaraq əlində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qəbiristanlıq tərəfə apardıqda iki nəfər mülki geyimli şəxsin yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra narkotik vasitələri saxlamasında şübhələnildiyi üçün onu Abşeron Rayon Polis İdarəsinə dəvət etdiklərini, orada videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əlindəki bir ədəd qara rəngli sellofan torbanı təqdim edib içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, göstərilən maddəni Sumqayıt şəhərində hansısa şəxsdən 150 manata aldığını bildirdiyini, tərtib edilən protokolu öz imzası ilə təsdiqlədiyini göstərmişdir (iş vərəqi 31, 42-43 və 57-59). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin 2020ci il avqustun 24-də tərtib etdiyi raportdan, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin Abşeron rayonunun Saray qəsəbəsində narkotik vasitə marixuananı üzərində daşıyıb qəbulu ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmışdır (iş vərəqi 4-5). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 24 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 16). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 24 avqust tarixli protokoldan görünür ki, üzərinə videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilən Təqsirləndirilən şəxs əlindəki qara rəngli sellofan torbanı təqdim edərək içərisində olan narkotik vasitə qurudulmuş marixuananı Sumqayıt şəhərində tanımadığı şəxsdən 150 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmiş, bir ədəd DVD diski protokola əlavə edilmişdir (iş vərəqi 25-27). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 25 avqust tarixli 7/558 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs üzərində...» sözləri və imzalar olan bir ədəd polietilen bağlamadakı təmiz çəkisi 1.210 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmaqla narkotik vasitə qurudulmuş marixuanadır, tədqiqatdan sonrakı qalıq 1.209,8 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 69,82 manatdır (iş vərəqi 37-39). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 25 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosesinin qeydə alındığı DVD diskinə baxış zamanı sonuncu təqdim etdiyi qara rəngli sellofan torbanın içindəki ağ rəngli sellofan torbada narkotik vasitə marixuana olduğunu, göstərilən kütləni 2020-ci il avqustun 23-də Sumqayıt şəhərində naməlum şəxsdən 150 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirməklə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən zibilxanaların birində gizlətdiyini, sonra həmin maddəni qara rəngli sellofana qoyaraq özündə saxladığını bildirmiş, DVD diskinə baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüləri imzası ilə təsdiq etmişdir (iş vərəqi 46-47). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 25 avqust tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 48-49). İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2020-ci il 25 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il avqustun 24-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 73-76). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 30 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan ekspertiza tədqiqatından sonrakı 1.209,8 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 83-84). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 2020-ci il dekabrın 07-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il noyabrın 03-də Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü və 234.1.-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 66.2.-ci və 69.3.-cü maddəsinə əsasən 03 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur (iş vərəqi 100-101 və 104-114). İş materiallarındakı Abşeron Rayonu İcra Hakimiyyəti başçısının X17 Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 07 noyabr tarixli 3957 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (iş vərəqi 116). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 02 noyabr tarixli 3078 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 117-118). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin 2020-ci ilin tarixsiz məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş 1.210 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana haradan əldə etməsini və satmasını, sonuncudan həmin maddəni alan və satmaqda kömək edən şəxsin (şəxslərin) şəxsiyyətini, yerini və əhatə dairəsini, sonuncunu göstərilən maddəni satdığı vaxt görən şəxsin (şəxslərin) yerini və əhatə dairəsini, Təqsirləndirilən şəxs ailə üzvlərinin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub-olmalarını, sonuncunun bundan başqa hər hansı bir cinayət törətməsini müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 126). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 28 noyabr tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və cinayət işindən yeni icraatın ayrılması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs 1.210 qram çəkidə qurudulmuş marixuananı verən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işi ayrılmış, maddi sübut kimi tanınıb Təqsirləndirilən şəxs götürülən ekspertiza tədqiqatından sonrakı 1.209,8 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (iş vərəqi 127-132). İş materiallarındakı 2020-ci il 04 dekabr tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X11 tərəfindən 60 iş saatı müddətində həyata keçirilmişdir (iş vərəqi 140). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da heç vaxt narkotik vasitələri satmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla özünü, habelə əlavə şahidlər X10, X6 və Anar Gəncəli oğlu X1 cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini axırıncı dəfə məhkum olunmamışdan əvvəl törətmişdir. Belə olan vəziyyətdə onun əməlində cinayətin residivi mövcud deyildir, əvvəlki hökm üzrə isə təyin olunmuş əsas cəza nəzərə alınmaqla ona Azərbaycan Respublikasının CM-nin 66.5.ci maddəsində nəzərdə tutulan qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsinə uyğun olaraq, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona bu maddədə müəyyən edilən eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2020-ci il 03 noyabr tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü və 234.1.-ci maddələri ilə təyin edilən 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Qeyd olunan Plenum Qərarının 16-cı bəndində qeyd edilir ki, birinci hökm çıxarılanadək şəxsə başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-in 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 1.209,8 qram qalığı məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 69,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 42 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Xırdalan Şəhər Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 252 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il avqustun 24-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Abşeron Rayon Məhkəməsinin 2020-ci il 03 noyabr tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü və 234.1.-ci maddələri ilə təyin edilən 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il avqustun 24-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 69,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Xırdalan Şəhər Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 252 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 1.209,8 qram qalığı məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-552/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-552/2021
22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver