Məhkəmə qərarları › İş №1(101)-552/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-552/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-552/2025 11.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X21 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki o, 24 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi “20-ci Sahə” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 03 ədəd ağ rəngli sellofan bükümdə ayrı-ayrılıqda külli miqdarda təmiz çəkisi, 2,142 qram, 3,012 qram, 2, 350 qram ümumi təmiz çəkisi 7,504 qram ağ rəngli, kristallik maddə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 29,181 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki, eləcə də 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,64 qram, 4,03 qram, 4,90 qram ümumi çəkisi 13,57 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanaları və ümumi təmiz çəkisi 1,489 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində əldə edib üstündə saxlamaqla daşımış, 25 yanvar 2024cü il tarixdə səhər saatlarında yaşadığı ünvan 3 ünvanda satış məqsədilə əldə etdiyi ümumi təmiz çəkisi 1,489 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,578 qramını 10 manata Şahid5, 0,533 qramını 10 manata Şahid6 və 0,378 qramını 10 manata X5, həmin gün saat 13:20 radələrində ünvan 1 ünvanın qarşısında Yasamal RPİ-nin X7 əməkdaşları tərəfindən saxlanılaraq idarənin inzibati binasına gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli gödəkçənin ciblərindən çıxararaq təqdim etdiyi 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 2,142 qram, 3,012 qram, 2,350 qram ümumi təmiz çəkisi 7,504 qram ağ rəngli, kristallik maddə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 29,181 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki, eləcə də 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,64 qram, 4,03 qram, 4,90 qram ümumi çəkisi 13,57 qram bitki mənşəli kütələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun evində o, Ramilə Əliyeva və Şahid6 ilə birlikdə yaşayırlar. Ramilə Əliyeva evsiz, küçədə yaşayan bir qızdır, Şahid6 isə evinin otaqlarından birində kirayəşin kimi yaşayır. Səhər saatlarında Şahid5 onların evinə gəlmişdir. Bir neçə saat sonra polis əməkdaşları evə daxil olmuş və evdə axtarış keçirmişlər. Onun şəxsiyyət vəsiqəsini və Şahid5 telefonunu götürmüşlər. Daha sonra o və Şahid6 bir maşına oturtmuşlar, qabaqda Etibar və Hüseyn adlı polis əməkdaşları əyləşmiş, Ramilə Əliyeva və Şahid5 isə başqa bir maşına əyləşdirərərək İdarəyə aparmışlar. İdarədə rəis digər 3 nəfəri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, onu isə 234.2-ci maddəsi ilə rəsmiləşdirmələrini demişdir. Həmin şəxslərin üçünü başqa otağa aparmışlar. Daha sonra polis əməkdaşları seyfdən narkotik vasitələr çıxararaq ona, həmin narkotik vasitələrin onun olmasını deməsini bildirmişlər. O da narkotik vasitələri cibinə yığmışdır. Daha sonra videoçəkiliş olmuş, çəkiliş zamanı o narkotik vasitənin onun olmadığını bildirmişdir. Çəkiliş dayanmış və onu təkrar otağa aparmışlar. Otaqda olan Etibar adlı polis əməkdaşı digərinə ona yazığı gəldiyini və onun da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirməyi təklif etmişdir. Lakin digər polis əməkdaşı bildirmişdir ki, artıq narkotik vasitələri təhqiqatçı görmüşdür. Daha sonra narkotik vasitələrin olduğu torbaları heroin əvəzinə torpağı, metamfetamin əvəzinə isə xörək duzu doldurub ekspertizaya göndərəcəklərini bildirmişlər. Bundan sonra o torpaq və xörək duzunu cibinə qoymuş və təkrar çəkilişə başlamışlar. O çəkiliş zamanı başqa vəkil verdiklərini görüb öz tanışı olan vəkil Qədiri çağırmalarını istəmişdir. Daha sonra çəkiliş yenidən dayanmış və onu otağa qaytarmışlar, otağa girən kimi ona bir yumruq vurmuşlar, üstdən heç bir zədə görünməsə də, damağı partlamış və qan açılmışdır. Ona salfet vermişlər və o cibindəkiləri boşaltmışdır. Ola bilər ki, həmin vaxt dəyişdirilmiş torpaq və duzu təkrar narkotik vasitələr ilə əvəz etmişlər. Çünki ekspertizadan göndərilmiş nümunələrin bir hissəsi həqiqətən torpaq digəri isə metafetamin çıxmışdır. Çıxandan sonra Şahid5lə qarşılaşmışlar. Ceyhun ona üzrxahlıq edərək bildirmişdir ki, onu onun əleyhinə ifadə verməyə məcbur etmişlər. O istintaq dövründə müstəntiqdən Şahid6, Ramilə Əliyeva və Şahid5lə onu üzləşdirməsini istəsə də, üzləşdirmə keçirilməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o 2008-ci ildən bəri narkotik vasitə heroin istifadə edir. Heroini əvvəllər iynə ilə, indi isə burundan iyləməklə istifadə edir. O, çəkiliş zamanı narkotik vasitənin onun olduğu ilə razılaşmamış, daha sonra ona yazıqları gəldiyi üçün narkotik vasitələrdən birini torpaqla əvəz etmişlər ki, halını yüngülləşdirsinlər. O, əvvəllər 6 dəfə məhkum olunmuşdur. Ona çıxış yolunun olmadığını bildirdikləri üçün üzərinə yüklədikləri narkotik vasitələri cibinə yığmışdır. O, rəngsazdır. Aylıq qazancı 500-700 manat arası olur, bəzi aylarda olmur. O narkotik vasitəni hər gün 0.1 qram istifadə edir. Onun evində Şahid6 aylıq 150 manata kirayə qalır, Ramilə Əliyevaya isə yazığı gəldiyi və küçədə qaldığı üçün evində yaşamağına icazə vermişdir. Ramilə Əliyeva narkomandır, valideynləri rəhmətə getmişdir. Onunla birlikdə tutulan digər 3 nəfər ona xəbər göndərmişlər ki, təzyiq altında olduqları üçün onun əleyhinə ifadə vermişlər. Yasamal rayon Məhkəməsində sanksiya ilə bağlı iclasda ona narkotik vasitə yüklədiklərini demişdir. Ona narkotik vasitə yüklədikləri ilə bağlı heç bir yerə şikayət etməmişdir. Ramilə Əliyeva 1 ay deyildi ki, onun evində qalırmış. Ramilə Əliyeva ilə aralarında narkotiklə bağlı heç bir əlaqə olmamışdır. Şahid6 işinə yaxın olsun deyə evinin bir otağını 150 manata kirayə götürmüşdür. Ramilə Əliyevaya yazığı gəldiyi üçün evində qalmasına icazə vermişdir. Şahid5 onun dostudur. O, Şahid5 narkotik vasitə verməmiş və satmamışdır. Ramilə Əliyeva, Şahid6 və Şahid5 hansı səbəbə onun əleyhinə ifadə verdiklərini bilmir. Onları küçədə yox, evdə saxlamışlar. Polis əməkdaşı Şahid3 onu döyməmişdir. Onu saxlayan əməliyyatçılar arasında Şahid4 olmamışdır. Onu Şahid1, Şahid2 və Şahid3 saxlamışlar. Saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Şahid2 onu döyməmişdir. O, adı çəkilən şəxslərə narkotik vasitə satmamış, həmin şəxslərin barələrində keçirilmiş məhkəmə iclaslarında şahid qismində iştirak etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində ünvan 5 ünvana polis əməkdaşları daxil olmuş və özlərini Yasamal rayon polis idarəsinin əməkdaşları kimi təqdim etmişlər. Həmin zaman onun evində tanışları Orxan, Ceyhun və Ramilə olmuşlar. Polis əməkdaşları onların dördünü də götürüb Yasamal rayon Polis İdarəsinə gətirmişlər. Polis əməkdaşları onu idarəyə gətirən zaman onun üzərimdə narkotik vasitə və ya psixotrop maddələr olmamışdır. İdarədə olan zaman adlarını bilmədiyi əməkdaşları onu döyərək bildirmişlər ki, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağını etiraf etsin. Lakin onlarla razılaşmamışdır. Sonradan ona istifadəçi kimi sənədləşdircəklərini demişlər o da onlarla razılaşmışdır. Əməliyyatçılar onun gödəkçəsinin sağ və sol cibinə narkotik vasitə və psixotrop maddələr qoymuşlar. Çəkilişdən əvvəl ona əməliyyat müvəkkilləri bildirmişlər ki, metamfetamini, heroini, tiryəki və marixuananı xx.xx.2024-cü il tarixdə axşam saatlarında Səbail rayonu Badamdar qəsəbəsi 20-ci sahə adlanan ərazidə Roma (Rəhman) adlı şəxsdən 150 manat pul ödəməklə şəxsi istifadəsi məqsədi ilə aldığını, xx.xx.2024-cü il tarixdə təxminən 13:20 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirildiyini bildirsin və çəkiliş zamanı onların dediklərinə əməl etmişdir. Onu istifadəçi kimi sənədləşdirəçəklərinə inandığı üçün onların istədiklərini etmişdir. Bundan sonra çəkiliş başlamış və o, əməliyyat müvəkkilərinin ona dediklərini etmişdir. Yasamal RPİ-də xidməti otaqlardan birində polis əməkdaşları onun üzərinə baxış keçirilməsini bildirmişlər və üzərində hər hansı bir gəzdirilməsi və saxlanması qadağan olunmuş əşya və maddənin olub-olmamamasmı soruşmuşlar. O, əynindəki boz rəngli gödəkçənin sol yan cibindən ümumilikdə 09 büküm 03 ədəd ağ sellofan büküm içərisində ağ kristal şəkilli maddələri (metamfetaminləri) və 05 ədəd şəffaf sellofan büküm içərisində tünd qəhvəyi rəngli spesifik qoxuya malik maddələri ( heroinləri) və 01 ədəd şəffaf selofan büküm içərsində tünd qəhvəyi rəngli maddəni ( tiryəki ) könüllü çıxararaq və gödəkçənin sağ yan cibindən 03 ədəd kibrit qutusunun içərisində tünd yaşıl rəngli kütləni ( marixuananı) könüllü çıxararaq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı şalvarının arxa sol yan cibindən istifadə etdiyi Samsung markalı mobil telefon götürülmüş və qablaşdırılaraq materiala əlavə edilmişdir. Ondan üzərindən aşkar edilən kütlələrin nədən ibarət olduğunu soruşduqda, bildirmişdir ki, həmin kütlələr narkotik maddələrdir. Bundan başqa üzərindən hər hansı qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik maddələr qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır, narkotik vasitələrin satışı ilə məşğul olmur, yalnız şəxsi istifadə edir. Roma Adlı şəxsin anket məlumatlarını və mobil nömrəsini bilmir. İlkin izahatında boz rəngli gödəkçənin sol yan cibindən aşkar edilmiş 05 ədəd bükümün heroin oduğunu bildirməsini düzgün göstərməmişdir. Məhkəmə fıziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyində üzərindən götürülmüş 20,326 qram, 21,651 qram, 58,231 qram, 23,240 qram və 19,193 qram ümumi təmiz çəkisi 142,641 qram olan qəhvəyi rəngli maddənin təkibində narkotik vasitə psixotrop və güclü təsir edə maddələr olması ilə razı deyildir, ifadəsində qeyd etdiyi kimi idarəyə gətirilən zaman onun üzərimdə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Üzərindən aşkar edilmiş Samsung markalı mobil telefonun üzərində olan mobil nömrənin üzərində mobil nömrə olmamış,həmin telefonu mobil nömrəsiz internet olan yerlərdə simsiz istifadə etmişdir. Polis əməkdaşları tərəfindən polis idarəsinə gətirilən zaman əməliyyat müvəkkilləri onu döyərək narkotik vasitənin satışı ilə məşğul olmağını etiraf etməyini istəmişdirlər, onun ayağında olan yaralara vuraraq ona ağrı vermişdirlər. Polis İdarəsində olan zaman polis əməkdaşlarını ona dediklərini etmişdir. O, Rəhman adlı şəxsi tanımır və ondan narkotik vasitə və ya psixotrop maddə almamışdır. Şahid5, Şahid6 və Ramilə Əliyeva narkotik vasitəni ondan 10 manat müqabilində aldıqlarını yalan demişlər, onlara narkotik vasitə və ya psixotrop maddə satmamışdır. (Cild 1; iş vərəqə; 78-80, cild 2, iş vərəqə 145-147) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ NMB-də əməliyyat müvəkkili Şahid3 göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə əməliyyat müvəkkili Şahid2 daxil olmuş əməliyyat məlumatı əsasında saat təxminən 13:20 radələrində Yasamal rayonu, Z.Adıgözəlov küçəsinə yaxınlaşmışlar. Həmin ünvanda 4 nəfər narkotik vasitə istifadəçisi olan şəxsi müəyyən etmişlər və həmin şəxslərə yaxınlaşıb Yasamal RPİ-yə dəvət etmişlər. Təhqiqatçının otağında müdafiəçilərin iştirakı ilə şəxslərin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs sağ yan cibindən tiryək, marixuana və heroin aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupu 4 nəfərdən ibarət olmuş, Şahid1, Şahid2 və Şahid4 qrup üzvləri olmuşdur. Saat 13:20 radələrində əməliyyat məlumatında qeyd olunan ünvana yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yanında özündən əlavə 3 nəfər də olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərməmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs və yanındakı şəxsləri qeyd olunan ünvanda küçədə saxlamışlar. O, videoçəkilişdə iştirak etmişdir. Şəxsi axtarışdan sonra narkotik vasitələr tərzidə çəkilməmiş, qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin X7 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 yanvar 2024-cü il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və istifadə etməsində şübhəlidir. Həmin məlumat haqqında X7 rəisi polis mayoru Anar İbrahimov tərəfindən dərhal raport əsasında Yasamal RPİ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən Şahid1 həvalə edilərək Şahid1 rəhbərliyi altında onun, baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və kiçik inspektor polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı baş əməliyyat müvəkkili Şahid1 əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün o, baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili, Şahid3 və kiçik inspektor Şahid4 ilə birlikdə Polis İdarəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni 25 yanvar 2024-cü tarixdə saat 13:20 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Bakı şəhəri Yasamal rayonu Zülfi Adıgözəlov 115 ünvanın küçəsi qarşısında əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin 2 nəfər kişi və 1 nəfər qadın cinsli şəxslərlə birlikdə dayandığını görüb onlara yaxınlaşaraq özlərini təqdim edərək onların şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətən də həmin şəxslərdən biri xx.xx.1977-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs, onunla birlikdə olan digərləri-xx.xx.1982-ci ildə tarixdə Bakı şəhərində anadan olmuş, Sumqayıt şəhəri,Saray bağları yaşayış massivi A4522-də qeydiyyatda olan və yaşayan Şahid6,xx.xx.1970-ci ildə anadan Bakı şəhərində anadan olmuş Bakı şəhəri,Yasamal rayonu, X47 küçəsi dalan 17,ev 2 ünvanında qeydiyyatda olan və yaşayan Şahid5 və xx.xx.2004-cü ildə bakı şəhərində anadan olmuş,Mərdəkan qəsəbəsi,Yesenin küçəsi 87, Xəzər RPİ-də qeydiyyatda olan X23r. Beləliklə də, onlar Təqsirləndirilən şəxs, Şahid6, Şahid5 və X2 özlərini təqdim edərək həmin şəxslərin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumatlarının olduğunu bildirərək həmin şəxslərdən onlarla Yasamal RPİ-nə getmələrini təklif etmişlər. Təqsirləndirilən şəxs, Şahid6, Şahid5 və X32 da razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-ni gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs, Şahid6, Şahid5 və X17 yaxalanaraq Yasamal RPİ-nə gətirilməsi barədə NMB-nin rəisi polis mayoru Anar İbrahimovun vasitəsilə dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Təhqiqat şöbəsinə həvalə olunmuş, həmin şəxslərdən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi baş təhqiqatçısı polis kapitanı Şahid6 Rasim oğluna, Şahid6 və X17 üzərinə şəxsi axtarış keçirilməsi təhqiatçı X10 və Şahid5 üzərinə şəxsi axtarış keçirilməsi baş təhqiqatçısı polis mayoru X27 həvalə edilmişdir. Bununla bağlı, baş təhqiqatçı Şahid6 Yasamal RPİ-nin TŞ-ndə iş otağında əvvəlcə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkillərinin siyahısını onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından heç bir vəkili seçməyərək maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını, dövlət hesabına onun üçün vəkil dəvət olunmasını xahiş etmişdir. Bununla bağlı, baş təhqiqatçı Şahid6 dövlət büdcəsi hesabına Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X28 TŞ-nə dəvət etdi. Bundan sonra isə baş təhqiqatçı Şahid6 Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Kərim Bağırovu təqdim etdi və həmin vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiklərini bildirmişdir. Sonra, baş təhqiqatçı Şahid6, əvvəlcə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokollar tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də baş əməliyyat müvəkkili Şahid1, eləcədə onun, Şahid2 və Şahid4 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, baş təhqiqatçı Şahid6 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etdi və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra baş təhqiqatçı Şahid6 hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşdu, şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatət və etirazın olmadığını bildirdilər, bundan sonra baş təhqiqatçı Şahid6 Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunmuş, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirmiş, baş təhqiqatçı Şahid6 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirmiş, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaran əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 9 ədəd ağ rəngli sellofanlara bükülmüş bükümləri, sağ cibindən isə 3 ədəd kübrit qutularını çıxararaq masanın üzərinə qoymuş, bundan sonra baş təhqiqatçı Şahid6 tərəfindən baxış zamanı həmin bükümlər sayıldıqda 9 ədəd olması, həmin bükümlər açıldıqda onlardan 5 ədəd ağ rəngli sellofan bükümlərinin hər birinin içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr, 1 ədəd ağ rəngli sellofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, 3 ədəd ağ rəngli sellofan bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr, 3 ədəd kibrit qutularının hər birinin içərisində tünd yaşıl rəngli ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması aşkar olunmuş, eyni zamanda baş təhqiqatçı Şahid6 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə və kibrit qutularında olan kütlə və maddələrin nədən ibarət olduğunu, həmin kütlələri nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd ağ rəngli sellofan bükümlərinin içərisində narkotik vasitə heroin, 1 ədəd ağ rəngli sellofan bükmün içərisində narkotik vasitə tiryək, 3 ədəd ağ rəngli sellofan bükümlərinin içərisində psixotrop maddə metamfetamin olmasını, həmin bükümlərdə və kibrit qutularında narkotik vasitə və psixotrp maddələri 20-ci sahə adlanan ərazisində yaşayan Roma kimi tanıdığı Rəhman adlı şəxsə 150 manat pul ödəyərək şəxsi istehlakı məqsədilə əldə etdiyini və şəxsi istifadə məqsədi ilə üzərində daşıdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Tofıq oğlunun üzərinə şəxsi axtarış zamanı gödəkçəsinin sağ yan cibindən xırda 30 qəpik pul aşkar edilmiş və özünə geri qaytarılmış, şalvarının arxa sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, təhqiqatçı Şahid6 həmin mobil telefonun iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyindən götürülərək materiala əlavə ediləcəyini bildirmiş, şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs Tofıq oğlunun üzərindən qanunla qadağan olunan başqa əşya və ya predmet aşkar olunmamış, daha sonra təhqiqatçı Şahid6 şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor və təzyiq göstərilib-göstərilməməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olması soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor və təzyiq göstərilmədiyini, üzərində aşkar edilmiş bükümlər və qutularda olan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak məqsədilə əldə etdiyini və satışı ilə məşğul olmadığını bildirdi, daha sonra baş təhqiqatçı Şahid6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ sellofana bükülmüş 9 ədəd bükümlər və 3 ədəd kibrit qutuları içərisində olan maddələr və kütlələr ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənərək üzərində qeydlər aparılmaqla şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi mən də həmin zərfin üzərinə imza etmişdir. Daha sonra baş təhqiqatçı Şahid6 aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığını bildirdi. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı baş təhqiqatçı Şahid6 tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o daə protokolu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncuya qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Daha sonra eyni qaydada baş təhqiqatçı polis mayoru X8 RPİ-nin TŞ-ndə iş otağında əvvəlcə Şahid5 üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkillərinin siyahısını onlara təqdim etmişdir. Şahid5 vəkillərin siyahısından heç bir vəkili seçməyərək maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını, dövlət hesabına onun üçün vəkil dəvət olunmasını xahiş etmişdir. Bununla bağlı, baş təhqiqatçı Əli Məmmədov dövlət büdcəsi hesabına Bakı şəhəri 22 saylı Bürosunun vəkili X13 TŞ-nə dəvət etmişdir. Bundan sonra isə baş təhqiqatçı Əli Məmmədov Şahid5 dəvət olunmuş vəkil Nofəl Əhmədovu təqdim etmiş və həmin vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiklərini bildirmişdir. Sonra, baş təhqiqatçı Əli Məmmədov əvvəlcə Şahid5 şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokollar tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş, Daha sonra Şahid5 üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, baş əməliyyat müvəkkili Şahid1, eləcə də onun, Şahid2 və Şahid4 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, baş təhqiqatçı Əli Məmmədov şübhəli şəxs Şahid5 üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş Şahid5 hüquq və vəzifələri elan edildikdən sonra baş təhqiqatçı Əli Məmmədov hər hansı bir vəsatətlərinin və ya etirazlarının olubolmadığını soruşmuş, şübhəli şəxs Şahid5 və iştirakçılar tərəfindən heç bir vəsatət və etirazın olmadığını bildirmişlər. Bundan sonra baş təhqiqatçı Əli Məmmədov Şahid5 özü barədə anket məlumatlarını bildirməsi təklif olunmuşdur. Şahid5 özü barədə anket məlumatlarını bildirmiş, baş təhqiqatçı Əli Məmmədov şübhəli şəxs Şahid5 saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Şahid5 heç bir vəsatətinin və ya etirazının olmadığını bildirmiş, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Şahid5 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Şahid5 özü könüllü olaran əynində olan qara rəngii şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu, həmin narkotik vasitəni 25 yanvar 2024-cü il tarixdə səhər radələrində ünvan 12 ünvanında yaşayan tanışı Hacıbabadan şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək aldığını bildirmişdir. Şahid5 təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, toz şəklində, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilmişdir. Şəxsi axtarış keçirən zaman Şahid5 sol yan cibindən bir ədəd qızılı gümüşü rəngli samsunq markalı mobii telefon aşkar olundu, bundan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar olunmamış, daha sonra təhqiqatçı Əli Məmmədov şübhəli şəxs Şahid5 polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor və təzyiq göstərilib-göstərilməməsi, narkotik vasitənin satışı ilə məşqul olub-olması soruşulduqda şübhəli şəxs Şahid5 polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor və təzyiq göstərilmədiyini, üzərində aşkar edilmiş narkotik vasitəni şəxsi istehlak məqsədilə əldə etdiyini və satışı ilə məşqul olmadığını bildirmiş, daha sonra baş təhqiqatçı Əli Məmmədov tərəfindən şübhəli şəxs Şahid5 üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofana bükülmüş maddə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənərək üzərində qeydlər aparılmaqla şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfin üzərinə imza etmişdir. Daha sonra baş təhqiqatçı Əli Məmmədov aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığını bildirmişdir. Aparılmış şəxsi axtarışla Şahid5 aşkar olunub-götürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı baş təhqiqatçı Əli Məmmədov tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da protokolu öz imzası ilə təsdiq etmişdir. Şahid5 saxlanılarkən və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Daha sonra eyni qaydada təhqiqatçı X34 RPİ-nin TŞ-ndə iş otağında əvvəlcə Şahid6 üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkillərinin siyahısını onlara təqdim etmişdir. Şahid6 vəkillərin siyahısından heç bir vəkili seçməyərək maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını, dövlət hesabına onun üçün vəkil dəvət olunmasını xahiş etmişdir. Bununla bağlı, təhqiqatçı Ariz Qədiməliyev dövlət büdcəsi hesabına Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X14 TŞ-nə dəvət etmişdir. Bundan sonra isə təhqiatçı Ariz Qədiməliyev Şahid6 dəvət olunmuş vəkil Arzu Cavadovu təqdim etmiş və həmin vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiklərini bildirmişdir. Sonra, təhqiatçı Ariz Qədiməliyev əvvəlcə Şahid6 şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokollar tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş, Daha sonra Şahid6 üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, baş əməliyyat müvəkkili Şahid1, eləcədə onun, Şahid2 və Şahid4 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı Ariz Qədiməliyev şübhəli şəxs Şahid6 üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş Şahid6 hüquq və vəzifələri elan edildikdən sonra təhqiatçı Ariz Qədiməliyev hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, şübhəli şəxs Şahid5 və iştirakçılar tərəfindən heç bir vəsatət və etirazın olmadığını bildirmişlər, bundan sonra təhqiatçı Ariz Qədiməliyev Şahid6 özü barədə anket məlumatlarını bildirməsi təklif olunmuş, Şahid6 özü barədə anket məlumatlarını bildirmiş, təhqiatçı Ariz Qədiməliyev şübhəli şəxs Şahid6 saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Şahid6 heç bir vəsatətinin və ya etirazının olmadığını bildirdi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Şahid6 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Şahid6 özü könüllü olaran əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Həmin maddənin nədən ibarət olduğunu soruşduqda həmin bükümün içərisində qəhvəyi rəngli heroin adlanan narkotik maddə olduğunu, həmin narkotik maddəni kimdən əldən etdiyini soruşduqda, o bildirmişdir ki, Yasamal rayonu Z.Adıgözəlov küçəsi ev 115 ünvanında Hacıbaba adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Şahid6 təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, toz şəklində, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilmişdir. Şəxsi axtarış keçirən zaman Şahid6 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar olunmamış, daha sonra təhqiatçı Ariz Qədiməliyev şübhəli şəxs Şahid6 polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor və təzyiq göstərilib-göstərilməməsi, narkotik vasitənin satışı ilə məşqul olub-olması soruşulduqda şübhəli şəxs Şahid6 polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor və təzyiq göstərilmədiyini, üzərində aşkar edilmiş narkotik vasitəni şəxsi istehlak məqsədilə əldə etdiyini və satışı ilə məşqul olmadığını bildirmiş, daha sonra təhqiatçı Ariz Qədiməliyev tərəfindən şübhəli şəxs Şahid6 üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofana bükülmüş maddə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənərək üzərində qeydlər aparılmaqla şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfin üzərinə imza etmişdir. Daha sonra təhqiatçı Ariz Qədiməliyev aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığını bildirmişdir. Aparılmış şəxsi axtarışla Şahid6 aşkar olunubgötürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı təhqiatçı Ariz Qədiməliyev tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da protokolu öz imzası ilə təsdiq etmişdir. Şahid6 saxlanılarkən və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir Daha sonra eyni qaydada təhqiqatçı X34 RPİ-nin TŞ-ndə iş otağında X17 üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkillərinin siyahısını onlara təqdim etmiş və X32 vəkillərin siyahısından heç bir vəkili seçməyərək maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını, dövlət hesabına onun üçün vəkil dəvət olunmasını xahiş etmişdir. Bununla bağlı, təhqiqatçı Ariz Qədiməliyev dövlət büdcəsi hesabına Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X29 TŞ-nə dəvət etmişdir. Bundan sonra isə təhqiatçı Ariz Qədiməliyev və X25 dəvət olunmuş vəkil Faiq Qarayevi təqdim etdi və həmin vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiklərini bildirmişdir. Sonra, təhqiatçı Ariz Qədiməliyev əvvəlcə və X17 şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokollar tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra və X17 üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, baş əməliyyat müvəkkili Şahid1, eləcədə onun, Şahid2, Şahid4, həmçinin Yasamal RPİ-nin PPXB-nün polis nəfəri polis kiçik serjantı X15 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı Ariz Qədiməliyev şübhəli şəxs X17 üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş X25 hüquq və vəzifələri elan edildikdən sonra təhqiatçı Ariz Qədiməliyev hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, şübhəli şəxs X32 və iştirakçılar tərəfindən heç bir vəsatət və etirazın olmadığını bildirmişlər. Bundan sonra təhqiatçı Ariz X4 özü barədə anket məlumatlarını bildirməsi təklif olunmuş, X32 özü barədə anket məlumatlarını bildirmiş, təhqiatçı Ariz Qədiməliyev şübhəli şəxs X1 ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı X32 heç bir vəsatətinin və ya etirazının olmadığını bildirmiş, bundan sonra şübhəli şəxs qismində saxlanılmış X32 Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. X32 özü könüllü olaran əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman 01 ədəd bükümün içərisində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Həmin maddənin nədən ibarət olduğunu soruşduqda X32 bildirmişdir ki, bükümün içərisində qəhvəyi rəngli heroin adlanan narkotik maddə olduğunu bildirmişdir. Həmin narkotik maddəni kimdən əldən etdiyini soruşduqda, Yasamal rayonu Z.Adıgözəlov küçəsi ev 115 ünvanında Hacıbaba adlı şəxsdən 10 manata aldığını bildirmişdir. X17 təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, toz şəklində, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilmişdir. Zeynəb Əhmədova tərəfindən X17 üzərinə şəxsi axtarış keçirən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar olunmamış, daha sonra təhqiatçı Ariz Qədiməliyev şübhəli şəxs X25 polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor və təzyiq göstərilib-göstərilməməsi, narkotik vasitənin satışı ilə məşqul olub-olması soruşulduqda şübhəli şəxs X32 polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor və təzyiq göstərilmədiyini, üzərində aşkar edilmiş narkotik vasitəni şəxsi istehlak məqsədilə əldə etdiyini və satışı ilə məşqul olmadığını bildirmiş, daha sonra təhqiatçı Ariz Qədiməliyev tərəfindən şübhəli şəxs X17 üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofana bükülmüş maddə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənərək üzərində qeydlər aparılmaqla şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfin üzərinə imza etmişdir. Daha sonra təhqiatçı Ariz Qədiməliyev aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığını bildirmişdir. Aparılmış şəxsi axtarışla X16 aşkar olunubgötürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı təhqiatçı Ariz Qədiməliyev tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da protokolu öz imzası ilə təsdiq etmişdir. X3 və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Həmçinin qeyd etmişdir ki, keçirilmiş əməliyyat tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatladan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotop maddələri həm istehlak edir, həmdə satışı ilə məşqul olur. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən narkotik vasitələri və psixotop maddəni Təqsirləndirilən şəxs həm istehlak etmək, həm də satış üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması barədə məlumat əldə olunmuşdur. Belə ki, Şahid6, Şahid5 və X24 şəxsi axtarış zamanı onlardan götürülmüş narkotik vasitələri onlara Təqsirləndirilən şəxs satdığını bildirmişdir. (cild 1, iş vərəqə 139-148) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ NMB-də əməliyyat müvəkkili Şahid4 göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvü olaraq saat təxminən 13:20 radələrində ünvan 13 ünvanda zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşmışlar. Hacıbabadan əlavə yanında olan 3 nəfər şəxsə də özlərini təqdim edərək Yasamal RPİ-yə dəvət etmişlər. Təhqiqatçının iştirakı ilə xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan bükümləri təqdim edərək narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, əməliyyat qrupu 4 nəfərdən ibarət olmuşdur. Şahid1, Şahid2 və Şahid3 qrup üzvləri olmuşdur. Əməliyyat qrupunun rəhbəri səhv etmirsə Şahid1 olmuş və məlumat ona daxil olmuşdur. Əməliyyat məlumatında qeyd olunan ünvanda binanın qarşısında saat təxminən 13:20 radələrində Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yanında özündən əlavə Orxan, Ceyhun və Ramilə adlı 3 nəfər şəxs də olmuşdur. Təqsirləndirilən şəxs yanında saxlanılan şəxslərin də üzərinə baxış keçirilmiş və həmin şəxslərdən də narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən 9 büküm və kibrit qutusunda top şəklində maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri kimdən aldığını deməsini xatırlamır. Təqsirləndirilən şəxs yanında olan şəxslərin narkotik vasitələri ondan almasını demələrini xatırlamır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs əməliyyat məlumatında qeyd olunan ünvanda binanın qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs saxlayan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsindən şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. O şəxsi axtarış zamanı videoçəkilişdə də iştirak etmişdir. Ola bilsin ki, təqsirləndirilən şəxs onun iştirak etdiyini xatırlamır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o digər Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək deyilən xüsusatları bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 149-158) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin X7 əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Saat təxminən 13-14 radələrində Yasamal rayonu, Z.Adıgözəlov küçəsinə yaxınlaşmışlar. Həmin ünvanda 4 nəfər narkotik vasitə istifadəçisi olan şəxsi müəyyən etmişlər və həmin şəxslərə yaxınlaşıb onları Yasamal RPİ-yə dəvət etmişlər. Təhqiqatçının otağında müdafiəçilərin iştirakı ilə şəxslərin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən 10-a yaxın büküm aşkar edilmiş, bu bükümlərdə müxtəlif növ narkotik vasitələrmetamfetamin, marixuana, tiryək və heroin olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxi olduğunu bildirmişlər və həmin şəxsi idarəyə dəvət etmişlər. Şəxsi axtarış video çəkilişində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxmış narkotik vasitələri 20-ci sahə adlanan ərazidən Ramin adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə saxladıqları şəxslərin də üzərindən narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadə etdiyini, narkotik vasitələri Ramin adlı şəxsdən 150 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə saxlanan digər şəxslər narkotik vasitələri Təqsirləndirilən şəxs aldığını bildirmişlər. Tərəfindən şəxsə fiziki və psixi təsir və təzyiq olmamış və belə bir halın şahidi olmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o digər Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək deyilən xüsusatları bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 129-138) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ NMB-də əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə saat təxminən 13:20 radələrində ünvan 13 ünvanda zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşmışlar və sonuncudan əlavə yanında olan 3 nəfər şəxsə də özlərini təqdim edərək Yasamal RPİ-yə dəvət etmişlər. Təhqiqatçı və müdafiəçinin iştirakı ilə xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 10 bükümə yaxın narkotik vasitələr aşkar edilmişdir. Aşkar edilmiş bükümlərdə heroin, metamfetamin və marixuana olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatının narkotik vasitələrin istifadəsi və ya satışı ilə bağlı olmasını tam xatırlamır. Təqsirləndirilən şəxs əməliyyat məlumatında qeyd olunan ünvanda binanın qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs evinə daxil olmamışlar. Əməliyyat qrupunda Şahid2, Şahid4 və Şahid3 olmuşdur. Təqsirləndirilən şəxs saxlamazdan əvvəl müşahidə etmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o digər Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək deyilən xüsusatları bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 119-128) Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, səhər saat 9-10 arasında Təqsirləndirilən şəxs evində şahmat oynamağa getmişdir. Orada onun səhhəti pisləşmiş, Təqsirləndirilən şəxs ona çaylarını içdikdən sonra evə ötürəcəyini demişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs evinə gələrək onları saxlamışlar. O, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, eyni məhəllədə böyümüşlər. Onları saxladıqdan bir neçə saat sonra, təxminən saat 13 radələrində şəxsi axtarış video-çəkilişi etmişlər. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 bildirdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, onunla münasibətləri yaxşıdır və heç bir şəxsi qərəzi yoxdur. Onları Təqsirləndirilən şəxs evindən aparmışlar. Onlar evdə 4 nəfər olmuşlar. O və Təqsirləndirilən şəxs başqa, başqa bir qız və bir oğlan da olmuşdur. Digər iki nəfəri tanımır. Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. O, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. O, əvvəllər narkotik vasitə istifadə etmişdir. O, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tutulmuşdur. Polis əməkdaşları ona narkotik vasitəni özləri vermişlər. Təqsirləndirilən şəxs evinə saxlanmamışdan 1 saat əvvəl gəlmişdir. Polisə Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə o məlumat verməmişdir. Onlarla birlikdə tutulan digər şəxslərin adını bilmir. Onların üzərlərini ayrıayrılıqda yoxlamışlar. Onları əvvəlcə bir otağa aparmışlar, orada üzərlərini yoxlamışlar və heç bir şey aşkar olunmamışdır. Birinci dəfə üzərlərini axtardıqları otaqda heç bir narkotik vasitə olmamış və onların da üzərlərindən heç bir predmet aşkar edilməmişdir. O, 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına edilmişdir. O, məhkəmədə narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını deməmişdir. O tutulmazdan bir il yarım əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitə istifadə etməmişlər. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, eyni məhəllədə böyümüşlər. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyinin və ya satdığının şahidi olmamışdır. O, özü uzun illər məhkumluq həyatı yaşamışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs iki dəfə məhkumluq həyatı yaşamışdır. O, bundan əvvəl sağlamlığa yüngül zərər vurma və bir dəfə də narkotik vasitədən istifadə ilə bağlı həbsdə olmuşdur. Təqsirləndirilən şəxsla birlikdə gedib narkotik vasitə alıb istifadə etmələri olmamışdır. Birinci dəfə barəsində həbs qətimkan tədbiri ilə bağlı məhkəmə iclasında burada dediklərinin hamısını demişdir. Onları səhər saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs evində olan qıza Təqsirləndirilən şəxs yazığı gəldiyi üçün evində saxlamış, digər oğlanı isə tanımır. Polis əməkdaşları onu ibtidai istintaq zamanı o cür ifadə verməyə məcbur etmişlər. Şahid5un ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 25 yanvar 2024-cü il tarixdə səhər saatlarında ünvan 14 ünvanda yaşayan Hacıbaba adlı şəxsin yanına gəlib ona 10 manat pul ödəyərək şəxsi istifadəsi üçün bir ədəd şəffaf selofana bükülmüş vəziyyətdə narkotik maddə hesab olunan heroin almışdır. Həmin narkotik maddəni istifadə etmək üçün əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Hacıbabanın evində ondan başqa bir neçə şəxs də olmuşdur. Bir qədər evdə oturduqdan sonra hamısı küçəyə çıxmışlar. Təxminən saat 13:20 radələrində Z.Adıgözəlov küçəsi 115 ünvanın qarşısında olan zaman dörd nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin əldə olunması və istifadə edilməsində şübhəli olduqlarını deyərək onu və digər şəxsləri Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Polis idarəsində olan zaman onun barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış va ona Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra vəkil X13 onun hüquqlarının müdafiə etməsini istəmişdir. Bundan sonra vəkil X30 xidməti otağa dəvət olunmuş və ona vəkil kimi təqdim edilmiş, daha sonra polis idarəsində inzibati binasında videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üstündə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir, həmçinin videoçəkiliş vasitəsi ilə üzərində axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya va yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da, bundan sonra əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı şəffaf selofana bükülmüş içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxarıb təqdim etdmişdir. Üstündə həmin vaxt başqa heç nə olmamışdır. İçərisində narkotik vasitə heroin olan bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırmaqla, möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və həmin protokolla qablaşdırılmış zərfə onunla bərabər orada olan digər iştirakçılar da imza atmışlar. Törətdiyi əməldən çox peşmandır, narkotik vasitə olan heroin qəbul etsə də, heç vaxt hər hansı bir narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 247-251) Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Həmin vaxt Hacıbabanın evində olmuşdur. Evdə olan zaman əməliyyatçılar evə daxil olmuş və onları idarəyə aparmışlar. İdarədə üzərlərinə baxış keçirilən zaman heç bir şey aşkar edilməməmişdir. İttiham aktında üzərlərinə şəxsi axtarışın saxlanmaqlarından iki saat sonra keçirilməsi qeyd edilmişdir. Əgər onun üzərində narkotik vasitə olsaydı, o arada keçən iki saat ərzində həmin narkotik vasitəni yox edə bilərdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid6 bildirdi ki, onun Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi yoxdur. Əməliyyatçılar onları evdə saxlamışlar. Saxlanılan zaman üzərlərində heç bir narkotik vasitə olmamışdır. O, Təqsirləndirilən şəxs evinə gedən zaman onun özü ağrı çəkirmiş. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman nə aşkar edildiyini o görməmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Əvvəllər Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satması bardə məlumatı yoxdur. O Təqsirləndirilən şəxs təxminən 5-6 ildir ki, tanıyır. O özü 2-3 il olar ki, metamfetamin istifadə edir. Təqsirləndirilən şəxs da metamfetamin istifadə edirmiş. Təqsirləndirilən şəxsla birlikdə metamfetamin istifadə etdikləri olmuşdur. Saxlanılan gün Təqsirləndirilən şəxs evinə gəlməyinin səbəbi, ağrı çəkdiyinə görə Təqsirləndirilən şəxs narkotik vasitə götürmək olmuş, lakin onun evinə gedən zaman özünün də ağrı çəkdiyini görmüşdür. Təqsirləndirilən şəxs evində bir qadın və Ceyhun adlı şəxs də olmuş, həmin şəxslərin hansı səbəbə Təqsirləndirilən şəxs evində olduğunu bilmir. Təqsirləndirilən şəxs evinə səhər vaxtı getmişdir. Əvvəllər də ağrıda olan zaman narkotik vasitə götürmək üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Narkotik vasitə götürməyinin qarşılığında Təqsirləndirilən şəxs heç vaxt pul ödənişi etməmişdir. Polis əməkdaşları ona təzyiq göstərdikləri üçün ibtidai istintaq zamanı narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, narkotik vasitə hesab edilən, heroindən təxminən 4-5 ildir ki, istifadə edir. Buna görə də bir neçə dəfə məhkumluğu olmuşdur. Ağrıları olduğu üçün hər gün narkotik vasitələrdən istifadə edir. Ona görə də 25 yanvar 2024-cü il tarixdə saat təxminən 13 radələrində ünvan 15 ünvanına gedərək, Hacı ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs ümumilikdə 10 (on) manat qarşılığında şəffaf rəngli sellona bükülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroin almış və istifadə etmək üçün geyindiyi qara rəngli cins şalvarının sağ yan cibində gizlətmişdir. Ondan başqa bir neçə nəfər şəxslər də onun evinə narkotik vasitə almağa gəlmişdirlər. O, narkotik vasitəni alıb evdən çıxan zaman həmin evin qarşısında dörd nəfər mülki geyimli şəxslərin ona və yanında olan digər şəxslərə yaxınlaşaraq özlərini Yasamal Rayon Polis İdarəsinin X7 əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onlarla birlikdə idarəyə getməyi təklif etmişlər. Daha sonra Təqsirləndirilən şəxs özünü də saxlayıb polis əməkdaşları ilə birlikdə Yasamal rayon polis idarəsinə gəlmişlər. Üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Polis idarəsində olan zaman onun barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış və ona, Bakı şəhəri Mərkəz vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O vəkillərin siyahısı ilə tanış olduqdan sonra vəkil X14 onun hüquqlarının müdafiə etməsinə ərizə ilə yazıb müraciət etmişdir. Bundan sonra vəkil Arzu Cavadov iş otağına dəvət olunmuş və ona vəkil kimi təqdim edilmişdir. Daha sonra polis idarəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üstündə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşlıq tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, həmçinin videoçəkiliş vasitəsi ilə üzərində axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmiş, o da, bundan sonra geyindiyi qara rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan heroin bükümünü çıxarıb təqdim etmiş, daha sonra aşkar olunmuş narkotik vasitə olan heroin ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, zərf və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır, O, narkotik vasitələrin satışı ilə məşğul olmur, lakin şəxsi istifadə edir, Saxlanılan zaman və Polis İdarəsində ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməyib.Bununla bağlı heç bir şikayət və tələbi yoxdur. (cild 2, iş vərəqə 17-25) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Bakı şəhərində anadan olmuş, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi, ev 115-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 3) xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan, həmin tarixli, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol və həmin tarixli, 3-13- 53/Ə59/2024 saylı əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 4-8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs, Şahid6, Şahid5 və X6 rayonu, Zülfi Adıgözəlov 115 ünvanının qarşısında xx.xx.2024-cü il tarixdə, saat 13:20də saxlanılaraq 13:35 radələrində Yasamal RPİ-nə gətirilmişdirlər. (cild 1, iş vərəqə 9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 14:20-də şübhəli şəxs qismində tutulmuş, o, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 25 yanvar 2024-cü il tarixdən, saat 13:20-dən tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 23, 24) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:20-də Yasamal rayonu Zülfi Adıgözəlov küçəsi 115 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı özü könüllü olaraq əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 9 ədəd ağ rəngli sellofanlara bükülmüş bükümləri, sağ cibindən isə 3 ədəd kibrid qutularını çıxararaq masanın üzərinə qoyması, bundan sonra baş təhqiqatçı Şahid6 tərəfindən baxış zamanı həmin bükümlər sayıldıqda 9 ədəd olması, həmin bükümlər açıldıqda onlardan 5 ədəd ağ rəngli sellofan bükümlərinin hər birinin içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr, 1 ədəd ağ rəngli sellofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, 3 ədəd ağ rəngli sellofan bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr, 3 ədəd kibrit qutularının hər birinin içərisində tünd yaşıl rəngli ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması aşkar olması, üzərinə şəxsi axtarış zamanı gödəkçəsinin sağ yan cibindən aşkar edilmiş xırda 30 qəpik pulların aşkar edilməsi və özünə geri qaytarılması, şalvarının arxa sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülməsi barədə dörd nəfər polis əməkdaşlarının, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə gürüntülər 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 33, 35-37) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/146 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs.......Təqsirləndirilən şəxs” yazılar və imzalar olan ağ rəngli kağız paketdə 3 (üç) ədəd kibrit qutusunda ayrı ayrılıqda təmiz çəkiləri-4,64 qram; 4,03qram; 4,90 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 13,57 qramdır. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə örən eynidirlər. QEYD: Marixuananın təmiz çəkisi - 13,57 qram, tədqiqata cəmi-0,06 qram (hər obyektdən 0,02qram) sərf edilmiş, 13,51 qram hissəsi qalıq qalmışdır. (cild 1, iş vərəqə 44-48) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/536 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №42” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 20,326 qram, 21,651 qram, 58,231 qram, 23,240 qram, 19,193 qram ümumi təmiz çəkisi 142,641 qram olan qəhvəyi rəngli maddənin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməmiş. Digər 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 2,142 qram, 3,012 qram, 2,350 qram ümumi təmiz çəkisi 7,504 qram ağ rəngli, kristallik maddə, xarici görünüş əlamətlərinə və kimyəvi komponentə tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 29,181 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Qəhvəyi rəngli maddənin ümumi təmiz çəkisi 142,641 qram, tədiqata 0,2 qram hissəsi sərf edilmiş, qalıq 142,441 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 7, 504 qram, tədqiqata - 0,15 qram sərf edilmiş, 7,354 qram. Tiryəkin təmiz çəkisi -29, 181 qram, tədiqata sərf edildi 0,1 qram, qalıq 29,081 qram. (cild 1, iş vərəqə 49-54) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 5(004)- 95/2024 saylı qərardan görünür ki, Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 56) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 69-71) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 91-96) Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, lakin istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. (cild 1, iş vərəqə 112) xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonda iş üçün əhəmiyyətli məlumatlar aşkar olunmadığından iş üzrə maddi sübut kimi tanınmalı və saxlanılması üçün Təqsirləndirilən şəxs qardaşı X11 təhvil verilmişdir. (cild 1, iş vərəqə 113) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən və məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə xx.xx.2009-cu il tarixdə vaxtından əvvəl şərti azad edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli “Amnistiya qərarı”nın 3-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı ildə Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 02 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2017-ci ildə cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmış, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsilə təqsirli bilinərək 4 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, Azərbaycan Respublikasının MM-nin xx.xx.2021-ci il tarixli «Amnistiya haqqında» qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021 ci il tarixdə cəzadan azad edilmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 76-cı maddəsinə əsasən 1 ay 11 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Hal hazırda məhkumluğu ödənilməmiş şəxsdir. (cild 1, iş vərəqə 114-117) Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilərək qeydə alınmış video görüntüyə baxış keçirilmiş, baxış zamanı Yasamal Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı polis kapitanı Şahid6 Rasim oğlu həmin Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, polis baş leytenantı Şahid3, kiçik inspektor polis serjantı Şahid4, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil bürosunun vəkili X26 iştirakları ilə xx.xx.2024cü il tarixdə saat 13:20-də Yasamal rayonu Zülfi Adıgözəlov küçəsi 115 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılacağını elan etməsi, istintaq hərəkətinin “İphone” markalı mobil telefon vasitəsi ilə qeydə alınacağını bildirməsi, bununla əlaqədar vəsatət və şikayət olub olmamağı barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatətinin və etirazının olmadığını bildirməsi, bundan sonra baş təhqiqatçısı Şahid6 şübhəli şəxs Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunması, şübhəli şəxs Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi, baş təhqiqatçısı Şahid6 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 9 ədəd ağ rəngli sellofanlara bükülmüş bükümləri, sağ cibindən isə 3 ədəd kibrid qutularını çıxararaq masanın üzərinə qoyması, bundan sonra baş təhqiqatçı Şahid6 tərəfindən baxış zamanı həmin bükümlər sayıldıqda 9 ədəd olması, həmin bükümlər açıldıqda onlardan 5 ədəd ağ rəngli sellofan bükümlərinin hər birinin içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr, 1 ədəd ağ rəngli sellofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, 3 ədəd ağ rəngli sellofan bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr, 3 ədəd kibrit qutularının hər birinin içərisində tünd yaşıl rəngli ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması aşkar olması, eyni zamanda baş təhqiqatçı Şahid6 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə və kibrit qutularında olan kütlə və maddələrin nədən ibarət olduğunu, həmin kütlələri nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd ağ rəngli sellofan bükümlərinin içərisində narkotik vasitə heroin olması, 1 ədəd ağ rəngli sellofan bükümün içərisində narkotik vasitə tiryək olması, 3 ədəd ağ rəngli sellofan bükümlərinin içərisində psixlotrop maddə metamfetamin olması, həmin bükümlərdə və kibrit qutularında narkotik vasitə və psixotrop maddələri 20-ci sahə adlanan ərazisində yaşayan Roma kimi tanıdığı Rəhman adlı şəxsə 150 manat pul ödəyərək şəxsi istehlakı məqsədilə əldə etdiyini və şəxsi istifadə məqsədi ilə üzərində daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı gödəkçəsinin sağ yan cibindən aşkar edilmiş xırda 30 qəpik pulların aşkar edilməsi və özünə geri qaytarılması, şalvarının arxa sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilməsi, təhqiqatçı Şahid6 həmin mobil telefonun iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyindən götürülərək materiala əlavə ediləcəyini bildirməsi, şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan başqa əşya və ya predmet aşkar olunmaması, daha sonra təhqiqatçı Şahid6 şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor və təzyiq göstərilib-göstərilməməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub olması soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor və təzyiq göstərilmədiyini, üzərində aşkar edilmiş bükümlər və qutularda olan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak məqsədilə əldə etdiyini və satışı ilə məşğul olmadığını bildirməsi, daha sonra baş təhqiqatçı Şahid6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ sellofana bükülmüş 9 ədəd bükümlərin və 3 ədəd kibrit qutularının içərisində olan maddələr və kütlələr ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənməsi, qablaşdırılmış zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Kərim Bağırov, polis əməkdaşları və baş təhqiqatçı Şahid6 tərəfindən imzalanması, baş təhqiqatçı Şahid6 şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş bükümlərdə və kibrit qutularında olan maddə və kütlələr qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini bildirərək aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. (cild 1, iş vərəqə 161-163) Məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 99 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xx.xx.2024-cü il tarixə uyğun gələn hər hansı bir xəsarət aşkar edilməmişdir. Onun bədəni üzərində köhnə trofık yaralar vardır. (cild 1, iş vərəqə 179-180) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1545 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1, iş vərəqə 181-182) Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 661 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması,kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Hacıbaba Tofiq oğlunda xasiyyətin psixopatik cizgiləri aşkar olur, törətdiyi əməl barəsində anlaqlı hesab olunur, qərarda qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21ci maddəsinin təsiri altına düşmür. (cild 1, iş vərəqə 183-184) xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 ilə Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları və xüsusatları təkzib edərək Təqsirləndirilən şəxs üzünə qarşı yuxarıdakı məzmunda olan ifadələrini tam təsdiq etmişlər və Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nə gətirilərkən, Polis idarəsində üstünə şəxsi axtarış və götürmə keçirilərkən ona təzyiq və hər hansı bir formada zor göstmədiklərini və xəsarət yetirmədiklərini bildirmişdirlər. (cild 1, iş vərəqə 197-246) Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (cild 1, iş vərəqə 247) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 həmin tarixdə, saat 13:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 248) xx.xx.2024-cü tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərar və protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:20-də Yasamal rayonu Zülfi Adıgözəlov küçəsi 115 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Şahid5 üzərində şəxsi axtarış zamanı özü könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu, həmin narkotik vasitəni 25 yanvar 2024-cü il tarixdə səhər saatlarında Z.Adıgözəlov küçəsi 115 ünvanında yaşayan tanışı Hacıbabadan şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək aldığını bildirməsi, Şahid5 təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, toz şəklində, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilərək götürülməsi barədə dörd nəfər polis əməkdaşlarının, Şahid5 özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. (cild 1, iş vərəqə 249-251) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 1) Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X18 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (cild 2, iş vərəqə 6) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X33 həmin tarixdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 2, iş vərəqə 7) xx.xx.2024-cü tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:20-da Yasamal rayonu Zülfi Adıgözəlov küçəsi 115 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş X18 üzərində şəxsi axtarış zamanı özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim edir, həmin maddənin nədən ibarət və kimdən əldən olduğunu soruşulduqda həmin bükümün içərisində qəhvəyi rəngli heroin adlanan narkotik maddə olduğunu, Z.Adıgözəlov küçəsi ev 115 ünvanında Hacıbaba adlı şəxsdən 10 manata aldığını bildirir, baxış keçirilən zaman içərisində qəhvəyi rəngli maddənin aşkar edilərək götürülməsi barədə bir nəfər qadın cinsli və dörd nəfər polis əməkdaşlarının, X18 özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. (cild 2, iş vərəqə 8-9) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, X33 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 10) Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid6 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (cild 2, iş vərəqə 17) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid6 həmin tarixdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 2, iş vərəqə 18) xx.xx.2024-cü tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:20-da Yasamal rayonu Zülfi Adıgözəlov küçəsi 115 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Şahid6 üzərində şəxsi axtarış zamanı özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim edir, həmin maddənin nədən ibarət və kimdən əldən olduğunu soruşulduqda həmin bükümün içərisində qəhvəyi rəngli heroin adlanan narkotik maddə olduğunu, Z.Adıgözəlov küçəsi ev 115 ünvanında Hacıbaba adlı şəxsdən 10 manata aldığını bildirir, baxış keçirilən zaman içərisində qəhvəyi rəngli maddənin aşkar edilərək götürülməsi barədə dörd nəfər polis əməkdaşlarının, Şahid6 özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. (cild 2, iş vərəqə 19-20) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 21) İbtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, 6 ayadək, yəni 26 iyul 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 34-35) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 25 iyul 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 55-56) İbtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 1 ay, 7 ayadək, yəni 26 avqust 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 71-72) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni 26 avqust 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 92-98) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişiliklər edilməklə onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsinə tövsif edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.1, 234.4.1, 234.4.2, 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid5, X33 və Şahid6 Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup halında qanınsuz olaraq külli miqdarda psixotrop maddələri və narkotik vasitələri əldə edib satması müəyyən edilmədiyindən Şahid5, X33 və Şahid6 barələrində də Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid5, X33 və Şahid6 barələrində Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə istintaq olunmuş 240090051, 240090052, ********* nömrəli cinayət işləri üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli qərarları ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan olunması nəzərə alınmış, narkotik vasitəni könüllü olaraq təhqiqata təqdim edilməsi hissəsi ilə bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin İ-ci bəndi tədbiq edilməmiş, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılarkən götürülmüş 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,142 qram, 3,012 qram, 2,350 qram ümumi təmiz çəkisi 7,504 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixatrik maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 29,181 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək, 3 (üç) ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri-4,64qram; 4,03qram; 4,90 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalar xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, məhkəmə ekspertizası tədqiqatından qalıq qalmış 7,354 qram metamfetamin, 29,081 qram tiryək və 13,51 qram qurudulmuş marixuana saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilməsi nəzərə alınmış, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3- 16-16/2-6/536 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş beş bükümdə 20,326 qram, 21,651 qram, 58,231 qram, 23,240 qram, 19,193 qram ümumi təmiz çəkisi 142,641 qram olan ekspertiza tədqiqatından qalıq qalmış 142,441 qram qəhvəyi rəngli maddənin tərkibində psixotrop maddə, narkotik vasitə və ya güclü təsir edən maddələr aşkar edilmədiyindən maddi subut kimi tanınmayaraq xx.xx.2024-cü il tarixli qərarla saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən həmin elektron məlumat daşıyıcısı olan “DVD” formatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmaması, narkotik vasitə və psixotrop maddəni istifadəsi üçün əldə etməsi, polis əməkdaşları tərəfindən saxlanılarkən onda narktik vastə olmaması, polis əməkdaşları tərəfindən saxlanılarkən və saxlanıldıqdan sonra döyülməsi və onun fiziki təzyiqlərə məruz qalması, şəxsi axtarış zamanı qorxduğundan polislərin tələb etdiyi kimi bükümlərdə və kibrit qutularında narkotik vasitə və psixotrop maddələri təhqiqatçıya təqdim etməsi barədə özünün müdafiəsi üçün gətirdiyi dəlillər istintaq zamanı yoxlanılaraq təkzib olunduğundan özünü müdafə kimi qiymətləndirilərək rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin, tanışı Rəhman adlı şəxsin şəxsiyyətini və olduqları yerləri müəyyən etmək və sair istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri keçirilməsindən ötrü hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması haqqında müvafiq qərar qəbul edilmişdir. (cild 2, iş vərəqə100- 123) Ayrıca icraata cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərradan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələri və narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən etmək və sair istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri keçirilməsindən ötrük hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmaqla bu istiqamətində ibtidai istintaq davam etdirilmişdir. (cild 2, iş vərəqə 125-127) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 135-137) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxli hökmdən görünür ki, Şahid5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxli hökmdən görünür ki, Şahid6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən evində o, Ramilə Əliyeva və Şahid6lə birlikdə yaşadıqlarını, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Şahid5 onların evinə gəldiyini, bir neçə saat sonra polis əməkdaşlarının evə daxil olduğunu, evdə axtarış keçirdiklərini, onları ayrı-ayrı maşınlarla polis idarəsinə apardıqlarını, polis idarəsində rəis digər 3 nəfəri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, onu isə 234.2-ci maddəsi ilə rəsmiləşdirmələrini dediyini, polis əməkdaşlarının seyfdən narkotik vasitələr çıxararaq ona, həmin narkotik vasitələrin onun olmasını deməsini bildirdiklərini, o da narkotik vasitələri cibinə yığdığını, çəkiliş zamanı o narkotik vasitənin onun olmadığını bildirdiyini, bundan sonra çəkiliş dayandığını, onu təkrar otağa apardıqlarını, Etibar adlı polis əməkdaşının digərinə ona yazığı gəldiyini və onun da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirməyi təklif etdiyini, daha sonra narkotik vasitələrin olduğu torbaları heroin əvəzinə torpağı, metamfetamin əvəzinə isə xörək duzu doldurub ekspertizaya göndərəcəklərini bildirdiklərini, torpaq və xörək duzunu cibinə qoyduğunu, təkrar çəkilişə başlanıldığını, çəkiliş zamanı başqa vəkilin verdiklərini görüb öz tanışı olan vəkil Qədiri çağırmalarını istədiyini, çəkilişin yenidən dayandığını, onu otağa qaytararaq yumruqla vurduqlarını, damağının partladığını, qan açıldığını, otaqdan çıxan zaman Şahid5lə qarşılaşdığını, Ceyhunun ondan üzrxahlıq edərək əleyhinə ifadə verməyə məcbur edilməsini bildirdiyini, Şahid5 narkotik vasitə vermədiyini və satmadığını, onları küçədə yox, evdə saxladıqlarını, onları saxlayan əməliyyatçılar arasında Şahid4 olmadığını, saxlanılan zaman onun üzərində narkotik vasitə olmadığını, adı çəkilən şəxslərə narkotik vasitə satmadığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-6980/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi ktabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə BİT-ə daxil olmuş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, yoxlanış zamanı xəsarət almadığını bildirmiş, qarının ön divarında, hər iki saidin ön səthində çoxsaylı köhnə çapıq toxumalar qeydə alınmışdır. Bundan başqa məhkəmə Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna sorğu ünvanlamış, Yasamal Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3027-xid-24 saylı məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğu zaman fiziki və psixoloji təsirlərə məruz qalması barədə hər hansı məlumat vermədiyindən və Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 99 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xx.xx.2024-cü il tarixə uyğun gələn hər hansı xəsarət aşkar edilmədiyindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən fiziki və psixaloji təsirlərə məruz qalması barədə Yasamal rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. Bundan başqa məhkəmə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə sorğu ünvanlamış, Yasamal Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 53/2-68822 nömrəli məktubdan və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş “MSYdə saxlanılanların uçotu kitabı və Tibbi Müayinənin keçirilməsi kitabın”ın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Yasamal RPİ-nin MSY-də saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə ərizə və şikayət daxil olmamış, onun üzərinə baxış keçirilən zaman heç bir xəsarət aşkar olunmamışdır. Həmin kitaba Təqsirləndirilən şəxs şəxsən imza etmişdir. Bundan başqa məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 99 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xx.xx.2024-cü il tarixə uyğun gələn hər hansı bir xəsarət aşkar edilməmişdir. Onun bədəni üzərində köhnə trofık yaralar vardır. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 və Yasamal RPİ-nin NMB-nin kiçik inspektoru Şahid4 ifadələrində 25 yanvar 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında 4 nəfərdən ibarət əməliyyat qrupunun yaradıldığını, saat təxminən 13:20 radələrində Yasamal rayonu, Z.Adıgözəlov küçəsinə getdiklərini, həmin ünvanda Təqsirləndirilən şəxs yaxınlaşdıqlarını, sonuncunun yanında əlavə 3 nəfərin də olduğunu, Hacıbaba və digər 3 nəfəri Yasamal RPİ-yə dəvət etdiklərini, idarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitələr və psixotrop maddələr aşkar edildiyini, digər 3 nəfər şəxsin də üzərlərindən narkotik vasitə aşkar edildiyini və həmin şəxsin narkotik vasitəni Təqsirləndirilən şəxs aldıqlarını və tərəflərindən Təqsirləndirilən şəxs heç bir fiziki təsir olmadığını bildirmişlər. Həmçinin xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 ilə Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları və xüsusatları təkzib edərək Təqsirləndirilən şəxs üzünə qarşı yuxarıdakı məzmunda olan ifadələrini tam təsdiq etmişlər və Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nə gətirilərkən, Polis idarəsində üstünə şəxsi axtarış və götürmə keçirilərkən ona təzyiq və hər hansı bir formada zor göstmədiklərini və xəsarət yetirmədiklərini bildirmişdirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X9rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması görüntüsünə məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, Yasamal Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı polis kapitanı Şahid6 Rasim oğlu həmin Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, polis baş leytenantı Şahid3, kiçik inspektor polis serjantı Şahid4, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil bürosunun vəkili X26 iştirakları ilə xx.xx.2024-cü il tarixdə saat 13:20-də Yasamal rayonu Zülfi Adıgözəlov küçəsi 115 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılacağını elan etməsi, istintaq hərəkətinin “İphone” markalı mobil telefon vasitəsi ilə qeydə alınacağını bildirməsi, bununla əlaqədar vəsatət və şikayət olub olmamağı barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatətinin və etirazının olmadığını bildirməsi, bundan sonra baş təhqiqatçısı Şahid6 şübhəli şəxs Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunması, şübhəli şəxs Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi, baş təhqiqatçısı Şahid6 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 9 ədəd ağ rəngli sellofanlara bükülmüş bükümləri, sağ cibindən isə 3 ədəd kübrid qutularını çıxararaq masanın üzərinə qoyması, bundan sonra baş təhqiqatçı Şahid6 tərəfindən baxış zamanı həmin bükümlər sayıldıqda 9 ədəd olması, həmin bükümlər açıldıqda onlardan 5 ədəd ağ rəngli sellofan bükümlərinin hər birinin içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr, 1 ədəd ağ rəngli sellofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, 3 ədəd ağ rəngli sellofan bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr, 3 ədəd kibrit qutularının hər birinin içərisində tünd yaşıl rəngli ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması aşkar olması, eyni zamanda baş təhqiqatçı Şahid6 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə və kibrit qutularında olan kütlə və maddələrin nədən ibarət olduğunu, həmin kütlələri nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd ağ rəngli sellofan bükümlərinin içərisində narkotik vasitə heroin olması, 1 ədəd ağ rəngli sellofan bükmün içərisində narkotik vasitə tiryək olması, 3 ədəd ağ rəngli sellofan bükümlərinin içərisində psixlotrop maddə metamfetamin olması, həmin bükümlərdə və kibrit qutularında narkotik vasitə və psixotrp maddələri 20-ci sahə adlanan ərazisində yaşayan Roma kimi tanıdığı Rəhman adlı şəxsə 150 manat pul ödəyərək şəxsi istehlakı məqsədilə əldə etdiyini və şəxsi istifadə məqsədi ilə üzərində daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı gödəkçəsinin sağ yan cibindən aşkar edilmiş xırda 30 qəpik pulların aşkar edilməsi və özünə geri qaytarılması, şalvarmın arxa sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilməsi, təhqiqatçı Şahid6 həmin mobil teldefonun iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyindən götürülərək materiala əlavə ediləcəyini bildirməsi, şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan başqa əşya və ya predmet aşkar olunmaması, daha sonra təhqiqatçı Şahid6 şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən i saxlanılarkən ona zor və təzyiq göstərilib-göstərilməməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olub olması soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor və təzyiq göstərilmədiyini, üzərində aşkar edilmiş bükümlər və qutularda olan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak məqsədilə əldə etdiyini və satışı ilə məşqul i olmadığım bildirməsi, daha sonra baş təhqiqatçı Şahid6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ sellofana bükülmüş 9 ədəd bükümlərin və 3 ədəd kibrit qutularının içərisində olan maddələr və kütlələr ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənməsi, qablaşdırılmış zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Kərim Bağırov, polis əməkdaşları və baş təhqiqatçı Şahid6 tərəfindən imzalanması, baş təhqiqatçı Şahid6 şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş bükümlərdə və kibrit qutularında olan maddə və kütlələr qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini bildirərək aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirir. Həmin şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsi, polis idarəsinə gətirilən zaman üzəinə narkotik vasitə və ya psixotrop maddə olmaması, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin polislər tərəfindən üzərinə qoyulmasına dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən polislər tərəfindən üzərinə narkotik vasitə və ya psixotrop maddə qoyulması və saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, əksinə Yasamal RPİ-nin MSY-də tərtib edilmiş və Təqsirləndirilən şəxs tərəfindən şəxsin imza edilmiş “MSY-də saxlanılanların uçotu kitabı və Tibbi Müayinənin keçirilməsi kitabın”da heç bir xəsarətinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı polis əməkdaşlarının onu küçədə deyil evində saxlaması, polis idarəsinə gətirilən zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmaması və polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə və psixotrop maddə qoyulması barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu hal artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmiş və bununla da məsuliyyətdən yayınmaq istəmişdir. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarış və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini qismən etiraf etməsi və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Beləliklə, xx.xx.2024-cü il tarixdə, saat 13:20-də Təqsirləndirilən şəxs ünvan 23 ünvanının qarşısında saxlanılması, Yasamal RPİ-nin inzibati binasına aparılması, orada həmin tarixdə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli gödəkçənin ciblərindən 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 2,142 qram, 3,012 qram, 2,350 qram ümumi təmiz çəkisi 7,504 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 29,181 qram kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək, eləcə də 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,64 qram, 4,03 qram, 4,90 qram ümumi çəkisi 13,57 qram bitki mənşəli kütələr, tərkibində narkotik maddələ olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilməsi məhkəmədə öz təsdiqini tapmışdır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyataxtarış tədbirinə şübhə ilə yanaşması üçün məhkəmədə heç bir hal müəyyən edilməmişdir. Əksinə məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-95/2024 saylı qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində 25 yanvar 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış keçirilərkən həqiqətən 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 2,142 qram, 3,012 qram, 2,350 qram ümumi təmiz çəkisi 7,504 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 29,181 qram kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək, eləcə də 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,64 qram, 4,03 qram, 4,90 qram ümumi çəkisi 13,57 qram bitki mənşəli kütələr, tərkibində narkotik maddələ olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, Şahid5 üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokol məhkəmə tərəfindən tədqiq edilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:20-da Yasamal rayonu Zülfi Adıgözəlov küçəsi 115 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Şahid5 üzərində şəxsi axtarış zamanı özü könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu, həmin narkotik vasitəni 25 yanvar 2024cü il tarixdə səhər saatlarında Z.Adıgözəlov küçəsi 115 ünvanında yaşayan tanışı Hacıbabadan şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək aldığını bildirmiş, Şahid5 təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, toz şəklində, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilərək götürülməsi barədə dörd nəfər polis əməkdaşlarının, Şahid5 özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa X18 üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokol məhkəmə tərəfindən tədqiq edilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:20-da Yasamal rayonu Zülfi Adıgözəlov küçəsi 115 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş X18 üzərində şəxsi axtarış zamanı özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədədşəffaf sellofan büküm çıxarıb təqdim edərək, həmin maddənin nədən ibarət və kimdən əldən olduğunu soruşulduqda həmin bükümün içərisində qəhvəyi rəngli heroin adlanan narkotik maddə olduğunu, Z.Adıgözəlov küçəsi ev 115 ünvanında Hacıbaba adlı şəxsdən 10 manata aldığını bildirmiş, baxış keçirilən zaman içərisində qəhvəyi rəngli maddənin aşkar edilərək götürülməsi barədə bir nəfər qadın cinsli və dörd nəfər polis əməkdaşlarının, Şahid6 özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Şahid6 üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokol məhkəmə tərəfindən tədqiq edilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:20-da Yasamal rayonu Zülfi Adıgözəlov küçəsi 115 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Şahid6 üzərində şəxsi axtarış zamanı özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim etmiş, həmin maddənin nədən ibarət və kimdən əldən olduğunu soruşulduqda həmin bükümün içərisində qəhvəyi rəngli heroin adlanan narkotik maddə olduğunu, Z.Adıgözəlov küçəsi ev 115 ünvanında Hacıbaba adlı şəxsdən 10 manata aldığını bildirmiş, baxış keçirilən zaman içərisində qəhvəyi rəngli maddənin aşkar edilərək götürülməsi barədə dörd nəfər polis əməkdaşlarının, Şahid6 özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı həmin şəxslər məhkəmə iclasına dəvət edilərək dindirilmiş, istər Şahid6, istərsə də Şahid5 ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitə almadıqlarını, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əleyhinə ifadə verən zaman polis əməkdaşları tərəfindən təsir altında olduqları üçün sonuncudan narkotik vasitə almaları barədə ifadə vermələrini bildirmişlər. Məhkəmə hesab edir ki, həmin şəxslər (o cümlədən Təqsirləndirilən şəxs) xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən bir-birilərini tanımışlar, faktiki isə dostluq münasibətlərində olmuşlar. Bu səbəbdən də onlar məhkəmədə ifadə verərək və həqiqəti gizlətməklə təqsirləndirilən şəxsə kömək etmək istəmişlər, bununla da məsuliyyətə cəlb edilmiş şəxsin xeyrinə ifadə verməklə sonuncunun məsuliyyətdən yayınmasına nail olmaq istəmişlər. Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, yəni, Ramilə Əliyeva və Şahid6lə birlikdə yaşadıqları, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Şahid5 onların evinə gəldiyi, bir neçə saat sonra polis əməkdaşlarının evə daxil olduğu, evdə axtarış keçirdiklərini, onları ayrı-ayrı maşınlarla polis idarəsinə apardıqları, polis idarəsində rəisin digər 3 nəfəri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, onu isə 234.2-ci maddəsi ilə rəsmiləşdirmələrini dediyi, polis əməkdaşlarının seyfdən narkotik vasitələr çıxararaq ona, həmin narkotik vasitələrin onun olmasını deməsini bildirdikləri, o da narkotik vasitələri cibinə yığdığını, çəkiliş zamanı o narkotik vasitənin onun olmadığını bildirdiyi, bundan sonra çəkiliş dayandığı, onu təkrar otağa apardıalqrı, Etibar adlı polis əməkdaşının digərinə ona yazığı gəldiyini və onun da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirməyi təklif etdiyi, daha sonra narkotik vasitələrin olduğu torbaları heroin əvəzinə torpağı, metamfetamin əvəzinə isə xörək duzu doldurub ekspertizaya göndərəcəklərini bildirdikləri, torpaq və xörək duzunu cibinə qoyduğu, təkrar çəkilişə başlanıldığı, çəkiliş zamanı başqa vəkil verdiklərini görüb öz tanışı olan vəkil Qədiri çağırmalarını istədiyi, çəkilişin yenidən dayandığı, onu otağa qaytararaq yumruqla vuduqları, damağının partladığını, qan açıldığını, otaqdan çıxan zaman Şahid5lə qarşılaşdığı, Ceyhunun ondan üzrxahlıq edərək əleyhinə ifadə verməyə məcbur edilməsini bildirdiyi, Şahid5 narkotik vasitə vermədiyi və satmadığı, onları küçədə yox, evdə saxladıqları, onları saxlayan əməliyyatçılar arasında Şahid4 olmadığı, saxlanılan zaman onun üzərində narkotik vasitə olmadığı, adı çəkilən şəxslərə narkotik vasitə satmadığı barədə məhkəmə iclaslarında verdikləri bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, üzləşdirmə protokolları, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, Şahid6, Şahid5 və X18 “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini əsas götürür. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 2,142 qram, 3,012 qram, 2,350 qram ümumi təmiz çəkisi 7,504 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 29,181 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək, eləcə də 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,64 qram, 4,03 qram, 4,90 qram ümumi çəkisi 13,57 qram qurudulmuş marixuana aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitənin və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından çox olmasına, narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə, əldə etdiyi külli miqdarda narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 76-cı maddəsinə əsasən 1 ay 11 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəzası xx.xx.2023-cü il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi birmənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. "Məhkəmə Hökmü Haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən halların müəyyən edilməməsini, iş üzrə cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətə, yəni 25 iyul 2024-cü il tarixədək uzadılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 26 avqust 2024-cü il tarixədək uzadılmış, Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun qərarı ilə sonuncunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 07 (yeddi) ay 01 (bir) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, həbs etmənin əvvəli yəni 11 fevral 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 137 (bir yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 7,354 qram metamfetamin, 29,081 qram tiryək və 13,51 qram qurudulmuş marixuana, həmçinin, narkotik və psixotrop maddə olmayan 142,441 qram qəhvəyi rəngli maddə məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonun saxlanılması üçün Təqsirləndirilən şəxs qardaşı X11 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X12 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 07 (yeddi) ay 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o dərhal məhkəmə iclas zalından həbs edilsin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 7,354 qram metamfetamin, 29,081 qram tiryək və 13,51 qram qurudulmuş marixuana, həmçinin, narkotik və psixotrop maddə olmayan 142,441 qram qəhvəyi rəngli maddə məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonun saxlanılması üçün Təqsirləndirilən şəxs qardaşı X11 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 137 (bir yüz otuz yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar