Məhkəmə qərarları › İş №1(101)-553/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-553/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-553/2020 28.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X12 və X9, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 və zərərçəkmiş şəxslərin hüquqi varisləri - Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkillləri X10, X14 və X7, zərərçəkmiş şəxsin nümayəndəsi X13, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1974-ci il tarixdə Lerik şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxxxxxxxxxx" MMC-də Şərq vaqon deposunun Vaqonların depo və əsaslı təmiri sahəsinin elektrik qaz qaynaqçısı vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 oğlu xx xxxx 2019-cu il tarixdə saat 17:00 radələrində idarə etdiyi "Toyota Land-Cruiser Prado" markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 22-ci kilometrliyində üçzolaqlı yolun orta hərəkət zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib qarşısında eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan Təqsirləndirilən şəxs2 80 km/saat sürətlə idarə etdiyi "Ford Transit" minik markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomaşının orta hərəkət zolağına, daha sonra yenidən sola istiqamətləndiyini, yəni təhlükə yarandığını görüb idarə etdiyi avtomaşını dayandırmağa kifayət edəcək qədər məsafə olduğu halda dayandıra bilməmiş, idarə etdiyi avtomobilin hərəkətini davam etdirərək "Ford Transit" minik markalı avtomobili sağdan ötüb keçmək istəyərkən, sonuncu avtomobilin sağ hissəsi onun avtomobilinin qabaq hissəsi ilə toqquşmuş, zərbədən "Ford Transit" minik markalı avtomobil yolun soluna istiqamətlənib yolayırıcı metal konstruksiyalı çəpərə dəyərək aşmış, nəticədə ehtiyatsızlıqdan iki və daha artıq şəxsin - "Ford Transit" minik markalı avtomobilin sərnişinləri Hindistan Respublikasının vətəndaşları X3 alın sümüyünün basılmış sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsinə, Zərərçəkmiş şəxs1 təpə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol kürəkaltı nahiyənin sıyrığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət alaraq ölməsinə, Zərərçəkmiş şəxs2 ənsə sümüyünün sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sağ tərəfli Vİ-Vİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları, başın ənsə nahiyəsinin əzilmiş yarası və sol təpə nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət alaraq ölmələrinə, Banqladeş Respublikasının vətəndaşı Alam Cahangırın baş beyin silkələnməsi, Vİ-Vİİ boyun fəqərələrinin sürüşməsi, onurğa beyinin ödemi ilə müşaiyət olunan Vİİ boyun fəqərəsinin sağ yan çıxıntısının, İİİ-İV-V döş fəqərələrinin cisimlərinin kompression sınıqları, hər iki tərəfli İ qabırğaların sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət almasına, Banqladeş Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs4 baş beyin silkələnməsi ilə müşaiyət olunan ənsə nahiyəsinin əzilmiş yarası, sağ kürəyin sıyrığı, İ-İİ-İİİ döş fəqərələrinin arxa çıxıntılarının, İİ-İİİ-İV bel fəqərələrinin sağ yan çıxıntılarının sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına, Banqladeş Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs7 İX-X döş fəqərələrinin cisimlərinin fəsadlaşmamış kompression sınıqları, sol əlin İİ barmağının əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına, Hindistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs5 Xİİ döş və İ bel fəqərələrinin cisimlərinin fəsadlaşmayan kompression sınıqları, sağ çiyin, sağ və sol bazu nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına, Banqladeş Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs8 burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüklərinin yerdəyişmiş sınığı, alının sağ və sol yan səthlərinin, sol qaşüstü nahiyədən sol üst göz qapağına keçən, sol baldırın yuxarı 1/3-nin və burun belinin səthi əzilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına, "Ford Transit" minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 sol bazunun və sol çiyin qurşağının əzilmiş-cırılmış yaraları kimi dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığı yüngül dərəcəli xəsarət almasına, "Toyota Land- Cruiser Prado" minik markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs9 başın sol təpə-ənsə nahiyəsinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığına zərər vurmayan bədən xəsarətləri almalarına, habelə "Ford Transit" minik markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs10 13.000 (on üç min) manat, "Toyota Land-Cruiser Prado" markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs11 12.399 (on iki min üç yüz doxsan doqquz) manat, 32 p/m metal təhlükəsizlik səddinin yararsız hala düşərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2.060,80 (iki min altmış manat səksən qəpik) manat maddi ziyan dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə saat 17:00 radələrində idarə etdiyi "Ford Transit" minik markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərinə riayət etməyərək avtomobilin texniki xarakteristikasında nəzərdə tutulan 8 nəfərdən artıq 15 nəfər sərnişin daşımaqla Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 22-ci kilometrliyində üçzolaqlı yolun orta zolağı ilə təxminən 80 km/saat sürətlə Bakı istiqamətində hərəkətdə olarkən, həmin Qanunun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitəsinə yol verməli olduğu halda bunu etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış və qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini ötmək məqsədilə avtomobili sol hərəkət zolağına manevr edərkən arxadan eyni istiqamətdə sol zolaqla düzünə hərəkətdə olan Təqsirləndirilən şəxs1 oğlunun idarə etdiyi "Toyota Land-Cruiser Prado" markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsi onun avtomobilinin arxa sağ hissəsi ilə toqquşmuş, zərbədən "Ford Transit" markalı minik avtomobili yolun soluna istiqamətlənib yolayırıcı metal konstruksiyalı çəpərə dəyərək aşmış, nəticədə ehtiyatsızlıqdan iki və daha artıq şəxsin - "Ford Transit" minik markalı avtomobilin sərnişinləri Hindistan Respublikasının vətəndaşları X3 alın sümüyünün basılmış sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsinə, Zərərçəkmiş şəxs1 təpə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol kürəkaltı nahiyənin sıyrığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət alaraq ölməsinə, Zərərçəkmiş şəxs2 ənsə sümüyünün sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sağ tərəfli Vİ-Vİİ- Vİİİ qabırğaların yerdəyişən sınıqları, başın ənsə nahiyəsinin əzilmiş yarası və sol təpə nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət alaraq ölmələrinə, Banqladeş Respublikasının vətəndaşı Alam Cahangırın baş beyin silkələnməsi, Vİ-Vİİ boyun fəqərələrinin sürüşməsi, onurğa beyinin ödemi ilə müşaiyət olunan Vİİ boyun fəqərəsinin sağ yan çıxıntısının, İİİ-İV-V döş fəqərələrinin cisimlərinin kompression sınıqlırı, hər iki tərəfli İ qabırğaların sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət almasına, Banqladeş Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs4 baş beyin silkələnməsi ilə müşaiyət olunan ənsə nahiyəsinin əzilmiş yarası, sağ kürəyin sıyrığı, İ-İİ-İİİ döş fəqərələrinin arxa çıxıntılarının, İİ-İİİ-İV bel fəqərələrinin sağ yan çıxıntılarının sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına, Banqladeş Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs7 İX-X döş fəqərələrinin cisimlərinin fəsadlaşmamış kompression sınıqları, sol əlin İİ barmağının əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına, Hindistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs5 Xİİ döş və İ bel fəqərələrinin cisimlərinin fəsadlaşmayan kompression sınıqları, sağ çiyin, sağ və sol bazu nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına, Banqladeş Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs8 burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüklərinin yerdəyişmiş sınığı, alının sağ və sol yan səthlərinin, sol qaşüstü nahiyədən sol üst göz qapağına keçən, sol baldırın yuxarı 1/3-nin və burun belinin səthi əzilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına, "Toyota Land-Cruiser Prado" minik markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs9 başın sol təpə-ənsə nahiyəsinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığına zərər vurmayan bədən xəsarətləri almalarına, habelə "Ford Transit" minik markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs10 13.000 (on üç min) manat, "Toyota Land-Cruiser Prado" markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs11 12.399 (on iki min üç yüz doxsan doqquz) manat, 32 p/m metal təhlükəsizlik səddinin yararsız hala düşərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2.060,80 (iki min altmış manat səksən qəpik) manat maddi ziyan dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 oğlu elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, sürücülük vəsiqəsilə etibarnamə əsasında qardaşı Zərərçəkmiş şəxs11 məxsus «Toyota Land-Cruiser-Prado» markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx xxxx 2019-cu il tarixdə həmin avtomobillə Lənkəran rayonundan Bakı şəhərinə yola düşmüş, Ələt-Astara avtomobil yolu ilə xeyli gəlib Ələt qəsəbəsindən Bakı şəhəri istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, maşında ailə üzvləri - qabaq oturacaqda anası Zərərçəkmiş şəxs9, arxa oturacaqda arvadı Günay Mirzəzadə, oğulları Elnur və Şahid9 oturmuşlar. Avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində hərəkətdə olan zaman maşını yolun ikinci hərəkət zolağı ilə təxminən 80-90 km/saat sürətlə idarə edərkən ondan qarşıda yolun sağ hərəkət zolağı ilə «Ford Tranzit» markalı avtomobilin hərəkət etdiyini görmüşdür. Həmin avtomobilə çatan zaman «Ford» markalı avtomobil qəflətən sola, yəni orta hərəkət zolağına doğru hərəkət edib onun qarşısından keçərək soldan ikinci, yəni orta hərəkət zolağına keçmiş, o da, həmin avtomobilin qarşısına çıxdığını görüb sol hərəkət zolağına keçmişdir. Soldan birinci hərəkət zolağında hərəkətdə olan zaman «Ford» markalı avtomobilin hərəkətini davam etdirərək soldan birinci hərəkət zolağına keçmək istədiyini görüb ondan yayınmaq üçün yenidən sağa, yəni orta hərəkət zolağına keçməyə başlamış, həmin zolağa keçib ondan təxminən 20-25 metr qarşıda hərəkət edən zaman «Ford Tranzit» markalı avtomobilin sol qabaq küncü dəmir çəpərə dəymiş və arxa hissəsi onun hərəkət zolağına çıxmış, bu zaman avtomobillər arasında ara məsafəsi az olduğu üçün hadisədən yayına bilməyib idarə etdiyi «Toyota Prado» markalı avtomobilin qabaq hissəsi ilə həmin avtomobilin arxa sağ hissəsindən vurmuşdur. Toqquşmadan sonra o, idarəetməni itirmiş və idarə etdiyi avtomobil yolun hərəkət hissəsində aşaraq 2-3 dəfə çevrildikdən sonra dayanmışdır. Bundan sonra o, avtomobildən çıxmış və «Ford» markalı mikroavtobusda olan sərnişinlərə kömək etmək üçün oraya qaçmışdır. Daha sonra ətrafa yığışan insanlar gəlib ona və sərnişinlərə kömək etmişlər. Hadisə zamanı o, idarə etdiyi maşında olan həyat yoldaşı və uşaqları xəsarət almasalar da, anası Zərərçəkmiş şəxs9 xəsarət almışdır. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşının qardaşı Təqsirləndirilən şəxs1 adına olduğunu və özünün həmin maşını etibarnamə əsasında idarə etdiyini, baş vermiş avtoqəzaya görə dərin təəssüf hissi keçirdiyini bildirərək əməlindən peşman olduğunu məhkəmənin nəzərinə çatdırdı. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə tanışı Zərərçəkmiş şəxs10 məxsus «Ford Transit » minik markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobillə Qaradağ rayonu ərazisində yerləşən «Gəmiqayırma» zavodunda işləyən fəhlələri arabir Bakı şəhərinə aparıb-gətirmişdir. xx xxxx 2019-cu il tarixdə avtomobilin sahibi Fərid ona zəng vuraraq «Gəmiqayırma» zavodundan fəhlələri Bakı şəhərinə aparmaq lazım olduğunu bildirmiş, o da, Ələt qəsəbəsindən həmin zavoda gəlmiş və oradan xarici ölkə vətəndaşları olan fəhlələri götürüb yola çıxmışdır. O, avtomobili Bakı-Qazax-Gürcüstan avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etdirmiş, həmin vaxt avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Maşında 15 nəfər götürmək imkanı olmuş, lakin həmin vaxt oturacaqlarda dəqiq yadında qalmasa da, təxminən 12-13 nəfər xarici vətəndaşlar oturmuşdur. Avtomobili Bakı şəhəri istiqamətində yolun sağ, yəni sağdan birinci hərəkət zolağı ilə təxminən 80-90 km/saat sürətlə hərəkətdə olarkən qarşısında yük avtomobili getdiyi üçün idarə etdiyi maşını sola doğru istiqamətləndirib orta, yəni sağdan ikinci hərəkət zolağına keçmişdir. Həmin zolağa keçəndə görmüşdür ki, həmin zolaqda da başqa avtomobil yavaş sürətlə getmişdir. O, yenidən həmin avtomobili ötmək üçün sola doğru istiqamətlənib soldan birinci hərəkət zolağına keçmək istəmiş, bu zaman sol yan güzgüdən arxaya baxanda «Toyota Prado» markalı cip maşınının ona gəlib çatdığını görmüşdür. O, manevr etməyə davam edib manevri tam başa çatdırmamış həmin «Toyota Prado» markalı avtomobilin onunla toqquşacağını görüb sükanı sağa doğru döndərib sağ hərəkət zolağına keçmək istəmiş, bu zaman həmin cip maşını onun idarə etdiyi «Ford» markalı avtomobilin sağ arxa hissəsindən zərbə ilə vurmuşdur. Toqquşmadan sonra o, idarəetməni itirmiş və avtomobil yolun soluna doğru hərəkət edib dəmir çəpərlərə dəyərək aşmışdır. Avtomobil aşandan sonra o, özündən getmiş və oyananda idarə etdiyi maşının aşıb dayandığını, özünün isə xəsarət aldığı üçün maşından çıxa bilmədiyini görmüşdür. Ətrafda olan vətəndaşlar gəlib ona və sərnişinlərə köməklik edib onları avtomobildən çıxarmışlar. Daha sonra o, xəsarət aldığı üçün təcili yardım maşını ilə Bakı şəhər X19 aparılmışdır. Orada ona ilkin yardım göstərdikdən sonra evə buraxılmışdır. Təqsirləndirilən şəxs2 ifadəsinə görə, idarə etdiyi «Ford» markalı avtomobillə sağdan sola doğru keçib təxminən 30-35 metr getdikdən sonra toqquşma baş vermiş, avtomobili sola istiqamətləndirdiyi zaman həmin «Prado» markalı avtomobillə aralarında təxminən 30-35 metr məsafə olmuşdur. O, hadisədən əvvəl spirtli içki və ya narkotik qəbul etməmişdir. Həmin maşını etibarnamə əsasında idarə etmiş, baş vermiş avtoqəzaya görə dərin təəssüf hissi keçirir və əməlindən peşmandır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs9 ifadəsində bildirdi ki, xx xxxx 2019-cu il tarixdə oğlu Təqsirləndirilən şəxs1 idarə etdiyi «Toyota Prado» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonundan Bakı şəhərinə yola düşmüşlər. Ələt-Astara avtomobil yolu ilə xeyli gəlib Ələt qəsəbəsindən Bakı-Qazax avtomobil yoluna çatmışlar və Bakı şəhəri istiqamətində hərəkəti davam etdirmişlər. Həmin vaxt o, avtomobildə qabaq oturacaqda, gəlini Günay Mirzəzadə, nəvələri Elnur və Elmir isə arxa oturacaqda oturmuşlar. Bakı-Qazax avtomobil yolu ilə xeyli gələrək Lökbatan qəsəbəsi ərazisində qarşılarına «Ford» markalı avtomobil çıxmış, qəzadan qaçmaq üçün oğlu çox çalışsa da, heç nə edə bilməmiş, nəticədə onun əyləşdiyi avtomobilin qabaq hissəsi «Ford» markalı maşının arxasından dəymişdir. Toqquşmadan sonra əyləşdiyi avtomobil yolun hərəkət hissəsində aşaraq 2-3 dəfə çevrilmiş və dayanmışdır. Sonra onu avtomobildən çıxarmışlar və xəsarət aldığı üçün xəstəxanaya aparmışlar. Orada bir müddət müalicə olunduqdan sonra evə buraxılmışdır. Zərərçəkmiş şəxs9 baş vermiş avtoqəzada oğlunun heç bir günahı olmadığını, hadisənin digər avtomaşının onların qarşısına çıxması səbəbindən baş verdiyini, özünün hadisə nəticəsində xəsarət aldığını, uşaqların çox qorxduqlarını, zərərçəkmiş şəxs kimi təqsirləndirilən şəxslərin hər ikisini bağışladığını, onlara qarşı şikayəti və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs1 idarə etdiyi «X26 Prado» markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına qeydiyyatdan keçmiş, lakin qardaşı onu etibarnamə əsasında idarə etmişdir. xx xxxx 2019-cu il tarixdə qardaşı Habil anası Zərərçəkmiş şəxs9, həmçinin öz həyat yoldaşı və uşaqları ilə Lənkəran rayonundan Bakı şəhərinə gələrkən Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində başqa bir avtomobillə toqquşmuşdur. Nəticədə avtomobildə olan anası, qardaşı uşaqları xəsarət almış, digər avtomobildə olan sərnişinlərdən ölənlər olmuşdur. Baş vermiş avtoqəza zamanı ona məxsus avtomobilə maddi ziyan dəysə də, təqsirldəndirilən şəxs Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Bu səbəbdən onun doğma qardaşına qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs10 ifadəsində bildirdi ki, “Ford Tranzit» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur. O, həmin avtomobili tanışı olan Qaradağ rayonu, Ələt qəsəbə sakini Təqsirləndirilən şəxs2 icarəyə vermişdir. Mehman sifarişlər olanda həmin avtomobillə sərnişin daşıması ilə məşğuldur. xx xxxx 2019-cu il tarixdə «Gəmiqayırma» zavodundan ona tanışları zəng vurmuş və özlərinin maşınnı nasaz olduğu üçün ondan fəhlələri aparmaq üçün avtomobil istəmişlər. O da, Mehmana zəng vuraraq fəhlələri Bakı şəhərinə aparmasını xahiş etmişdir. Mehman razılığını bildirmiş və həmin sərnişinləri Bakıya aparacağını bildirmişdir. Həmin gün saat 17 radələrində Mehman telefonla ona zəng vurmuş və Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, həmin vaxt Bakı şəhərində olmuş, buna görə dərhal hadisə yerinə, yəni yolun 22-ci km-nə gəlmişdir. O, hadisə yerinə çatdıqda ona məxsus mikroavtobusun metal çəpərlərin üzərinə aşdığını və içərisində olan sərnişinlərdən üç nəfərinin öldüyünü, bir neçəsinin isə xəsarət aldığını görmüşdür. Hadisə yerinə çatanda orada yol polisinin əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri də olmuşlar. Yolun hərəkət hissəsində həmçinin «Toyota Prado» markalı maşının qabaq hissəsinin əzilmiş vəziyyətdə dayandığını görmüş, bilmişdir ki, avtoqəza zamanı həmin avtomaşınlar toqquşmuşdur. Mehman xəsarət aldığı üçün onu xəstəxanaya aparmışlar. Sonra o, Mehmanın yanına xəstəxanaya getmiş, sonuncu, orada müayinə olunduqdan sonra evinə buraxılmışdır. O, Mehmandan hadisənin necə baş verdiyini soruşduqda, sonuncu ona bildirmişdir ki, yolun orta hərəkət zolağından, yəni soldan birinci hərəkət zolağına keçəndə onu arxadan «Toyota Prado» markalı avtomobil zərbə ilə vurmuşdur. Bundan sonra o, idarəetməni itirdiyindən avtomobil metal çəpərlərə dəymişdir. Hadisə zamanı ona məxsus olan «Ford Tranzit» markalı avtomobilə 13.000 manat ziyan dəyərək yararsız vəziyyətə düşmüşdür. Bununla belə, onun Təqsirləndirilən şəxs2, həmçinin digər təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, həmin təqsirləndirilən şəxslərin hər ikisi ilə barışmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. Cinayət işinin həm ibtidai istintaqı zamanı, həm də məhkəmə baxışı dövründə “Ford Tranzit» markalı avtomobildə sərnişin qismində olmuş və hadisə nəticəsində ölmüş Hindistan Respublikasının vətəndaşları - xx xxxx 1993-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1, xx xxx 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2, xx xxxx 1992-ci il təvəllüdlü X6 yaxın qohumlarının müəyyən edilib hüquqi varisləri qismində tanınıb dindirilməsi üçün sorğular verilsə də, həmin şəxslərin yaxın qohumlarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq işin ibtidai istintaqı zamanı Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkilləri X1 Gopalın, X2 Muthukumarın, X14 isə Cayachandran Racendranın hüquqi varisi qismində tanınmışlar. Məhkəmə baxışı zamanı dindirilən yuxarıda adları çəkilən zərərçəkmiş şəxslərin hüquqi varislərinin hər biri ayrı-ayrılıqda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətlərinin və iddia tələblərinin olmadıqlarını bildirərək, bu barədə xx.xx.2020-ci il tarixli yazılı ərizələrini məhkəməyə təqdim etdilər. Həmçinin məhkəmə baxışı dövründə Hindistan Respublikası və Banqladeş Respublikasının vətəndaşları olan zərərçəkmiş şəxslərin məhkəmə iclasına çağırılıb dindirilməsi ilə bağlı tədbirlər görülsə də, bu mümkün olmamış və həmin şəxslərin işin ibtidai istintaqı zamanı verdiyi ifadələri məhkəmə iclasında elan və tədqiq edilmişdir. Zərərçəkmiş şəxs4 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində bildirmişdir ki, 2018-ci ildən Azərbaycan Respublikasına gəlmiş və burada müqavilə əsasında Bakı şəhəri «Gəmiqayırma» zavodunda işləmişdir. Hər gün iş yoldaşları ilə birlikdə səhər tezdən yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindən Qaradağ rayonu ərazisində yerləşən «Gəmiqayırma» zavoduna gedib axşam da oradan çıxıb yaşadığı yerə qayıtmışlar. xx xxxx 2019-cu il tarixdə yenə də iş yerindən çıxıb Bakı şəhərinə gəlmişlər. Onlar zavoddan «Ford» markalı mikroavtobusa minib Bakı şəhərinə gələrkən o, salonda sol tərəfdə oturacaqda oturmuşdur. Zavoddan çıxıb yolun sağ hərəkət hissəsi ilə xeyli getmişlər. Avtomobil yola hərəkətdə olarkən onun telefonla oynamağa başı qarışmış, birdən avtomobilin arxa hissəsindən başqa avtomobil zərbə ilə vurmuşdur. Toqquşmadan sonra əyləşdiyi mikroavtobus yolun sol hissəsindəki metal çəpərə doğru gedib sürətlə həmin çəpərə dəymiş və metal çəpərlərin üzərinə aşıb fırlanmışdır. Avtomobil dayandıqdan sonra onu avtomobildən çölə çıxarmışlar və xəsarət aldığı üçün təcili tibbi yardım maşını ilə xəstəxanaya getmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı heç bir şikayəti və tələbi yoxdur (cild 2, iş vərəqi 57-64). Zərərçəkmiş şəxs Karuppaıan Palanıappan cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2016-ci ildən Azərbaycan Respublikasına gəlmiş və burada müqavilə əsasında Bakı şəhəri «Gəmiqayırma» zavoduna işləmişdir. Hər gün iş yoldaşları ilə birlikdə səhər tezdən yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindən Qaradağ rayonu ərazisində yerləşən «Gəmiqayırma» zavoduna gedib axşam da oradan çıxıb yaşadığı yerə qayıtmışlar. xx xxxx 2019-cu il tarixdə yenə də iş yerindən çıxıb Bakı şəhərinə gəlmişlər. Onlar zavoddan «Ford» markalı mikroavtobusla Bakı şəhərinə gələrkən o, salonda sağ oturacaqda oturmuş, zavoddan çıxıb yolun orta hərəkət hissəsi ilə xeyli getmişlər. O da, avtomobil yola hərəkətdə olarkən telefonla oynamağa başı qarışmış, birdən avtomobilin arxa hissəsindən başqa avtomobilin zərbə ilə dəydiyini bilmişdir. Toqquşmadan sonra əyləşdiyi mikroavtobus yolun sol hissəsindəki metal çəpərə doğru gedib surətlə həmin metal çəpərlərə dəymiş və metal çəpərlərin üzərinə aşıb fırlanmışdır. Avtomobil dayandıqdan sonra onu avtomobildən çölə çıxarmışlar və xəsarət aldığı üçün təcili tibbi yardım maşını ilə xəstəxanaya getmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı heç bir şikayəti və tələbi yoxdur (cild 2, iş vərəqi 65-72). Zərərçəkmiş şəxs Alam Cahangır cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində bildirmişdir ki, 2016-ci ildən Azərbaycan Respublikasına gəlmiş və burada müqavilə əsasında Bakı şəhəri «Gəmiqayırma» zavoduna işləmişdir. Hər gün iş yoldaşları ilə birlikdə səhər tezdən yaşadığı Badamdar qəsəbəsindən Qaradağ rayonu ərazisində yerləşən «Gəmiqayırma» zavoduna gedib axşam da oradan çıxıb yaşadığı yerə qayıtmışlar. xx xxxx 2019-cu il tarixdə yenə də iş yerindən çıxıb Bakı şəhərinə yola düşmüşlər, onlar zavoddan «Ford» markalı mikroavtobusa minib Bakı şəhərinə gələrkən o, salonda sağ oturacaqda oturmuş, avtomobil yolda hərəkətdə olarkən telefonla oynamağa başı qarışmışdır. Hərəkətdə olarkən avtomobilin arxa hissəsindən başqa avtomobil zərbə ilə vurmuşdur. Toqquşmadan sonra əyləşdiyi mikroavtobus yolun sol hissəsindəki metal çəpərə doğru gedib çəpərin üzərinə aşıb fırlanmışdır. Avtomobil dayandıqdan sonra onu avtomobildən çölə çıxarmışlar və xəsarət aldığı üçün təcili tibbi yardım maşını ilə xəstəxanaya getmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı heç bir şikayəti və tələbi yoxdur (cild 2, iş vərəqi 73-80). Zərərçəkmiş şəxs Amin Ruhul cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində bildirmişdir ki, 2019-cu ildən Azərbaycan Respublikasına gəlmiş və burada müqavilə əsasında Bakı şəhəri «Gəmiqayırma» zavodunda nəzarətçi işləmişdir. Hər gün iş yoldaşları ilə birlikdə səhər tezdən yaşadığı Badamdar qəsəbəsindən Qaradağ rayonu ərazisində yerləşən «Gəmiqayırma» zavoduna gedib axşam da ordan çıxıb yaşadığı yerə qayıtmışdır. xx xxxx 2019-cu il tarixdə yenədə iş yerindən çıxıb Bakı şəhərinə yola düşmüşlər. Onlar zavoddan «Ford» markalı mikroavtobusa minib Bakı şəhərinə gələrkən o, salonda oturacaqda oturmuşdur. Zavoddan çıxıb yolun orta hərəkət hissəsilə xeyli getmişlər. Yorğun olduğu üçün yola fikir verə bilməmişdir. Hərəkətdə olduğu zaman əyləşdiyi avtomobilin arxa hissəsindən başqa avtomobil zərbə ilə dəydiyini hiss etmişdir. Toqquşmadan sonra əyləşdiyi mikroavtobus yolun sol hissəsindəki metal çəpərlərə dəymiş və aşıb fırlanmışdır. Avtomobil dayandıqdan sonra onu avtomobildən çıxarmışlar və xəsarət aldığı üçün təcili yardım avtomobili ilə xəstəxanaya getmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı heç bir şikayəti və tələbi yoxdur (cild 2, iş vərəqi 81-88). Zərərçəkmiş şəxs8 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2016-cı ildən Azərbaycan Respublikasına gəlmiş və burada müqavilə əsasında Bakı şəhəri «Gəmiqayırma» zavodunda nəzarətçi işləmişdir. Hər gün iş yoldaşları ilə birlikdə səhər tezdən yaşadığı Badamdar qəsəbəsindən Qaradağ rayonu ərazisində yerləşən «Gəmiqayırma» zavoduna gedib axşam da ordan çıxıb yaşadığı yerə qayıtmışdır. xx xxxx 2019-cu il tarixdə yenədə iş yerindən çıxıb Bakı şəhərinə yola düşmüşlər. Onlar zavoddan «Ford» markalı mikroavtobusa minib Bakı şəhərinə gələrkən o, salonda sağ oturacaqda qapının yanında oturmuşdur. Zavoddan çıxıb yolun orta hərəkət hissəsilə xeyli getmişlər. Yol gedəndə o, telefonla məşğul olmuş, birdən əyləşdiyi avtomobilin arxa hissəsindən başqa avtomobilin zərbə ilə vurduğunu hiss etmişdir. Bundan sonra əyləşdiyi mikroavtobus yolun sol hissəsindəki metal çəpərlərə dəymiş və onların üzərinə aşıb fırlanmışdır. Avtomobil dayandıqdan sonra onu avtomobildən çıxarmışlar və xəsarət aldığı üçün təcili yardım avtomobili ilə xəstəxanaya getmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı heç bir şikayəti və tələbi yoxdur (cild 2, iş vərəqi 89-96). Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində X16 və X20 X17 şöbəsində hüquqşünas vəzifəsində işlədiyini, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində olan hissəsində yolun təhlükəsizlik səddinin həmin agentliyə məxsus olduğunu bildirmişdir. Nümayəndə ifadəsinə görə, xx xxxx 2019-cu il tarixdə həmin yolun 22-ci km-də yol nəqliyyat hadisəsi baş verməsi nəticəsində, yəni «Ford Transit» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəsizlik səddinə çırpılması nəticəsində səddin bir hissəsinin əzilməsi barədə məlumat daxil olmuş və agentliyin «Yolların Muhafizə Xidməti»-nin mütəxəssisləri tərəfindən baxış keçirilərək 2060 manat 80 qəpik məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 3/09-5520 saylı məktubdan görünür ki, yuxarıda qeyd olunan avtoqəza nəticəsində Agentliyə 2060 manat 80 qəpik məbləğində maddi ziyan dəymiş, həmin ziyan müvafiq sığorta şirkətləri tərəfindən ödənilmiş, ona görə də Agentliyin hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğluna və Təqsirləndirilən şəxs2 qarşı iddia və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə əri Habilin idarə etdiyi «Toyota Prado» markalı avtomobillə Lənkəran rayonundan Bakı şəhərinə gələrkən uşaqları Elnur və Elmir ilə birgə arxa oturacaqda, qaynanası Zərərçəkmiş şəxs9 isə qabaq sağ oturacaqda əyləşmişdir. Qaradağ rayonu ərazisində hərəkətinii davam etdirən zaman qabaqda eyni istiqamətdə qırmızı rəngli «Ford Tranzit» markalı avtomobil hərəkət etmişdir. Birdən gözlənilmədən həmin avtomobil onların qabağına çıxmış, nəticədə əri Habil toqquşmamaq üçün sükanı sağa burmuşdur. Buna baxmayaraq əyləşdiyi avtomobilin qabaq hissəsi həmin «Ford» markalı avtomobilin arxa hissəsinə dəyərək toqquşmuşdur. Hadisə zamanı uşaqları və özü heç bir xəsarət almamışlar. Qaynanası isə xəsarət almış, bir gün Respublika Kliniki xəstəxanasında qaldıqdan sonra evə buraxılmışdır. Məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan şahidlər Şahid9 və Şahid10 xx xxxx 2019-cu il tarixdə atası Habilin idarə etdiyi «Toyota Prado» markalı avtomobillə Lənkəran rayonundan Bakı şəhərinə gəlmək üçün yola çıxdıqlarını, avtoqəza baş verərkən hər ikisinin «Toyota Prado» markalı maşında olduqlarını bildirərək, baş vermiş hadisə və alınmış xəsarətlər barədə anaları Şahid8 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində Şahid1 göstərmişdir ki, 2014-cü ildən Azərbaycan Respublikasına gəlmiş və burada müqavilə əsasında Bakı şəhəri «Gəmiqayırma» zavoduna işləyir. Hər gün iş yoldaşları ilə birlikdə səhər tezdən yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindən Qaradağ rayonu ərazisində yerləşən «Gəmiqayırma» zavoduna gedib axşam da oradan çıxıb yaşadığı yerə qayıtmışlar. xx xxxx 2019-cu il tarixdə yenə də iş yerindən çıxıb Bakı şəhərinə gəlmişlər. Onlar zavoddan «Ford» markalı mikroavtobusa minib Bakı şəhərinə gələrkən o, salonda ikinci oturacaqda oturmuşdur. Zavoddan çıxıb yola düşəndən sonra o, telefonla oynamağa başı qarışmışdır. Hərəkətdə olarkən avtomobilin arxa hissəsindən başqa avtomobil zərbə ilə vurmuşdur. Toqquşmadan sonra əyləşdiyi mikroavtobus yolun sol hissəsindəki metal çəpərə doğru gedib oraya dəymiş və metal çəpərlərin üzərinə aşıb xeyli getmişdir. Avtomobil dayandıqdan sonra o, avtomobildən çıxmışdır. Hadisə zamanı o, xəsarət almamış, ancaq avtomobildə olan iş yoldaşlarından xəsarət alan və ölənlər olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 168-170). Cinayət işinin ibtidai istintaqı zamanı dindirilərkən verdikləri və məhkəmədə tədqiq olunmuş ifadələrində şahidlər Şahid2 2018-ci ildən, İslam Mazıdul 2012-ci ildən, Şahid4 2014-cü ildən, Şahid5 2014-cü ildən, Şahid6 2014-cü ildən, Şahid7 isə 2018-ci ildən Azərbaycan Respublikasına gələrək burada müqavilə əsasında Bakı şəhəri «Gəmiqayırma» zavodunda işlədiklərini, xx xxxx 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi baş verərkən «Ford» markalı mikroavtobusda olduqlarını, hadisə zamanı xəsarət almadıqlarını, ancaq avtomobildə olan iş yoldaşlarından xəsarət alan və ölənlərin olduğunu, yol-nəqliyyat hadisəsi ilə bağlı özlərinin heç bir şikayəti və tələbi olmadıqlarını bildirərək, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. (cild 1, iş vərəqi 171-173, 174-176, 177-179, 180-182, 183-185, 186-188). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İŞ materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 43 nömrəli rəyindən görünür ki, Cayachandran Racendranın meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın sümüyünün basılmış sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər başın küt travması nəticəsində yaranmışlar, xx.xx.2019-cu il tarixdə sərnişini olduğu avtomobildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və X5 ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X5 ölümünə səbəb alın sümüyünün basılmış sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşaiyət olunan başın küt travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, X5 ölümü onun meyitinin meyitxanada müayinəsindən 16-20 saat əvvəl baş vermişdir (cild 1, iş vərəqi 191-195). Məhkəmə tibb ekspertizasının xx xxxx 2019-cu il tarixli 44 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər - təpə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol kürəkaltı nahiyənin sıyrığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər başın küt travması nəticəsində yaranmışlar, xx.xx.2019-cu il tarixdə sərnişini olduğu avtomobildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhum Zərərçəkmiş şəxs1 ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb təpə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşaiyət olunan başın küt travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, mərhum Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsindən 16-20 saat əvvəl baş vermişdir (cild 1, iş vərəqi 196-200). Məhkəmə tibb ekspertizasının xx xxxx 2019-cu il tarixli 45 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər - ənsə sümüyünün sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sağ tərəfli Vİ-Vİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları, başın ənsə nahiyəsinin əzilmiş yarası və sol təpə nahiyəsinin sıyrığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər başın küt travması nəticəsində yaranmışlar, xx.xx.2019-cu il tarixdə sərnişini olduğu avtomobildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhum Zərərçəkmiş şəxs2 ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb ənsə sümüyünün sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşaiyət olunan başın küt travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, mərhum Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinəsindən 16-20 saat əvvəl baş vermişdir (cild 1, iş vərəqi 201-205). Məhkəmə tibbi ekspertizasının xx xxxx 2019-cu il tariixli 492 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində baş beyin silkələnməsi ilə müşaiyət olunan ənsə nahiyəsinin əzilmiş yarası, sağ kürəyin sıyrığı, İ-İİ-İİİ döş fəqərələrinin arxa çıxıntılarının, İİ-İİİ-İV bel fəqərələrinin sağ yan çıxıntılarının sınıqları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yerinə yetirilməyə uyğundur. Dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (cild 1, iş vərəqi 206-208). Məhkəmə tibbi ekspertizasının xx xxxx 2019-cu il tariixli 493 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Alam Cahangırın bədəni üzərində baş beyin silkələnməsi, Vİ-Vİİ boyun fəqərələrinin sürüşməsi, onurğa beyinin ödemi ilə müşaiyət olunan Vİİ boyun fəqərəsinin sağ yan çıxıntısının, İİİ-İV-V döş fəqərələrinin cisimlərinin kompression sınıqları, hər iki tərəfli İ qabırğaların sınıqları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yerinə yetirilməyə uyğundur. Dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (cild 1, iş vər: 209-211). Məhkəmə tibbi ekspertizasının xx xxxx 2019-cu il tariixli 490 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Karuppaıan Palanıappanın bədəni üzərində Xİİ döş və İ bel fəqərələrinin cisimlərinin fəsadlaşmayan kompression sınıqları, sağ çiyin, sağ və sol bazu nahiyələrinin sıyrıqları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yerinə yetirilməyə uyğundur. Dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (cild 1, iş vərəqi 225-228). Məhkəmə tibbi ekspertizasının xx xxxx 2019-cu il tariixli 491 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədəni üzərində İX-X döş fəqərələrinin cisimlərinin fəsadlaşmamış kompression sınıqları, sol əlin İİ barmağının əzilmiş yarası xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yerinə yetirilməyə uyğundur. Dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (cild 1, iş vərəqi 222-224). Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tariixli 590 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində sol bazunun və sol çiyin qurşağının əzilmiş-cırılmış yaraları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, xx.xx.2019-cu il tarixdə yolnəqliyyat hadisəsi zamanı yerinə yetirilməyə uyğundur. Dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (cild 2, iş vərəqi 97-99). Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tariixli 611 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs8 bədəni üzərində burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüklərinin yerini dəyişmiş sınığı, alnın sağ və sol yan səthlərinin, sol qaşüstü nahiyədən sol üst göz qapağına keçən, sol baldırın yuxarı 1/3-nin və burun belinin səthi əzilmiş yaraları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yerinə yetirilməyə uyğundur. Dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (cild 2, iş vərəqi 110-113). Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tariixli 887 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs9 bədəni üzərində başın sol təpə-ənsə nahiyəsinin dərialtı hematoması xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs9 adına tərtib olunmuş tibbi sənəddə göstərilmiş diaqnoz «sağ bazu və baldırın yumşaq toxumasının əzilməsi» obyektiv, məhkəmə-tibbi və klinik əlamətləri ilə öz təsdiqini tapmadığından həmin diaqnozun xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir (cild 2, iş vərəqi 200- 202). Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının x xxxx 2019-cu il tarixli 16391 nömrəli rəyindən görünür ki, «Ford Transit» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətləriində «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 «Ford Transit» markalı avtomobilin texniki xarakteristikasında nəzərdə tutulduğundan (8 nəfər) artıq sayda (15 nəfər) sərnişin apardığından onun hərəkətləriində «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin həmin rəylə müəyyən edilmişdir ki, «X26 Prado» markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətləriində «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqi 212-215). Məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 16390 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma «Ford Transit» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsi ilə «X26 Prado» markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında təxminən 15-20 dərəcə bucaq altında baş vermişdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə nəqliyyat vasitələri arasında toqquşmanın «X26 Prado» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi kimi baş verməsi real hadisə mexanizminə uyğun deyildir. Nəqliyyat vasitələri arasında toqquşmanın istintaq tərəfindən müəyyən edildiyi kimi baş verməsi nəqliyyat vasitələri üzərində olan zədələr, izlər ilə və toqquşma anında avtomobillərin qarşılıqlı vəziyyətləri ilə ziddiyyət təşkil etmir (cild 2, iş vərəqi 123-127). İbtidai istintaq orqanının qərarına əsasən, «X26 Prado» markalı ** NK *** nömrəli və «Ford Transit» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə maddi sübut kimi tanınmış, «Ford Transit» markalı avtomobil saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs10 və «X26 Prado» markalı avtomobil isə sahibi Zərərçəkmiş şəxs11 qaytarılmışdır (cild 2, iş vərəqi 128, 142, 198). İş materiallarında olan xx.xx.2020-ci il tarixli 30/0014 saylı arayışdan, həmin tarixli xasiyyətnamədən, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu ünvan 1 ünvanında qeydiyyatda olmaqla həyat yoldaşı və iki yetkinlik yaşına çatmayan uşaqları ilə yaşayır, ərazi üzrə müsbət xarakterizə olunur (cild 3, iş vərəqi 42-47). Cinayət işinə əlavə olunmuşq xx.xx.2019-cu il tarixli 2/5146 nömrəli sərxoşluq vəziyyətinin tibb müayinə aktı ilə Təqsirləndirilən şəxs1 oğlunun müayinə vaxtı ayıq olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 28). İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2/5148 nömrəli sərxoşluq vəziyyətinin tibb müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs2 müayinə vaxtı ayıq olmuşdur (cild 1, iş vərəqi 29). Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 016-58095-1219 saylı və xx.xx.2019-cu il tarixli 016-58292-1219 saylı məktublardan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter-uçot bazasında olan məlumatlara görə, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2010-cu ildə «BC» kateqoriyalı AB seriyalı 333126 nömrəli, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 oğluna isə xx.xx.2018-ci ildə «B» kateqoriyalı AD seriyalı 139182 nömrəli sürücülük vəsiqələri verilmiş, onların heç biri sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur (cild 1, iş vərəqi 139, 190). Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən alınmış xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 32 p/m metal təhlükəsizlik səddinin yararsız hala düşməsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2060.80 (iki min altmış manat səksən qəpik) manat maddi ziyan dəymişdir (cild 2, iş vərəqi 42-43). Cinayət işində olan «İnam-93» kommersiya kiçik müəssisəsindən alınmış xx.xx.2019-cu il tarixli 60 nömrəli ziyan aktına əsasən, “Ford Transit” minik markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilə 13.000 (on üç min) manat ziyan dəymişdir (cild 2, iş vərəqi 141). «Avtomotoservis» ticarət müəssisəsindən alınmış xx.xx.2019-cu il tarixli 32k nömrəli ziyan aktına əsasən, “Toyota Land-Cruiser Prado” markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilə 12.399 (on iki min üç yüz doxsan doqquz) manat ziyan dəymişdir (cild 2, iş vərəqi 210). Cinayət işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli tələbnamələrdən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 132, 135). Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 26-cı maddəsinin tələblərinə görə, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğluna və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğluna və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqların olmasını, zərərçəkmiş şəxslərin ona qarşı iddia tələblərinin və şikayətlərinin olmamasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 münasibətdə isə, məhkəmə onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərin ona qarşı iddia tələblərinin və şikayətlərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, məhkəmədə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi eyni cinayət hadisəsi üzrə eyni maddələrlə təqsirli bilinsələr də, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində hər birinin konkret rolu nəzərə alınmaqla onlara təyin olunacaq cəzalar fərdiləşdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 öz hərəkətləri ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozduğu halda, ondan fərqli olaraq Təqsirləndirilən şəxs2 "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9cu hissəsinin 2-ci bəndinin tələblərinə riayət etməyib, avtomobilin texniki xarakteristikasında nəzərdə tutulan 8 nəfərdən artıq 15 nəfər sərnişin daşımaqla, həmçinin həmin Qanunun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə zidd olaraq, manevr qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Avtoqəza nəticəsində dünyasını dəyişmiş şəxslərin hamısı, həmçinin ağır və az ağır xəsarətlər almış şəxslər Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşında olmuşlar. Eləcə də, baş vermiş yolnəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs1 yaxın qohumları olan anası Zərərçəkmiş şəxs9 da xəsarət almış, həmçinin təqsirləndirilən şəxsin həyat yoldaşı və iki yetkinlik yaşına çatmayan uşaqları avtoqəzanın iştirakçısı olmuşlar. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğluna və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkməsinin əvvəli xx xxxx 2019-cu il, Təqsirləndirilən şəxs2 isə cəza çəkməsinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan tarixlərdə istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-ci il tarixdən, Təqsirləndirilən şəxs2 isə xx xxxx 2019-cu il tarixdən tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onların hər birinə CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanının qərarına əsasən iş üzrə maddi sübut hesab edilmiş «X26 Prado» markalı ** NK *** nömrəli avtomaşının onun sahibi Zərərçəkmiş şəxs11, «Ford Transit» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi Zərərçəkmiş şəxs10 qaytarılması nəzərə alınmalı və qeyd olunan avtomaşınlar adları çəkilən şəxslərin sərəncamına verilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatlarına görə 398 (üç yüz doxsan səkkiz) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 398 (üç yüz doxsan səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 199 (yüz doxsan doqquz) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 oğlu təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilmiş «X26 Prado» markalı ** NK *** nömrəli avtomaşının onun sahibi Zərərçəkmiş şəxs11, «Ford Transit» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi Zərərçəkmiş şəxs10 qaytarılması nəzərə alınsın və qeyd olunan avtomaşınlar adları çəkilən şəxslərin sərəncamına verilsin. Məhkəmə məsrəfləri hesab edilən 398 (üç yüz doxsan səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 199 (yüz doxsan doqquz) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar