Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-553/2021 02.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X16, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Cəlilabad şəhər Məlikqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 246 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 7 saylı evin, 110 saylı mənzilində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəni külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalban gətirilməsində köməklik edəcəyinə dair yalandan vəd verib bu adla Zərərçəkmiş şəxs1 31.10.2018-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi, 3 ünvanında yerləşən “Terass" çay evinin qarşısında 78.000 manat, 01.11.2018-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında 25.000 manat, 29.11.2018-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi, 3 ünvanında yerləşən “Terass" çay evinin qarşısında 26.000 manat, 12.12.2018-ci il tarixdə saat 14 radələrində eyni adla həmin ünvanda 26.000 manat, 04.02.2019-cu il tarixdə saat 16 radələrində eyni adla həmin ünvanda 25.000 manat və 06.02.2019-cu il tarixdə saat 13:30 radələrində eyni adla həmin ünvanda 26.000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 206.000 manat olmaqla külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalban gətirilməsində köməklik edəcəyinə dair yalandan vəd verib bu adla Zərərçəkmiş şəxs2 04.12.2017-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi, 31 ünvanında Zərərçəkmiş şəxs2 tanışı Hikmət Rəhimovun vasitəsilə 52.000 manat, 07.03.2018-ci il tarixdə saat 20 radələrində həmin ünvanda eyni adla 52.000 manat, 02.05.2018-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi, 3 ünvanında yerləşən “Terass” çay evinin qarşısında Hikmət Rəhimovun vasitəsilə 78.000 manat, 02.06.2018-ci il tarixdə saat 12:30- da Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi, 21 ünvanda Hikmət Rəhimovun vasitəsilə 52.000 manat, ümumilikdə 234.000 manat pulunu və Zərərçəkmiş şəxs2 mülkiyyətində və ona məxsus olan tanışı Hikmət Rəhimovun adına rəsmləşdirilmiş “Hyundai Grandeur” markalı 2018-ci il buraxılışlı, ** SH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 60.000 manat pul qarşılığında alacağına dair yalan vəd verib bu adla 09.03.2019-cu il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında yerləşən “Çardaq” çay evinin qarşısında avtomobili Zərərçəkmiş şəxs2 götürərək ələ keçirib 10.03.2019-cu il tarixdə Bakı şəhəri 32 saylı Notariat ofisində qeyd edilən avtomobilə dair Hikmət Rəhimovdan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə alıb 11.03.2019cu il tarixdə isə həmin avtomobili 54.400 manat pula Bakı şəhəri Xətai rayon Babək prospekti 34 ünvanında “357” avtosalonunda Şahid13 sataraq Zərərçəkmiş şəxs2 60.000 manat dəyərində, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 294.000 manat dəyərində pulunu ələ keçirdib vermiş olduğu vədlərə əməl etməyib ona külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o Amal kimi tanıdığı Şahid5 4 ildir ki, tanıyır. Onunla tanışlığı Zərərçəkmiş şəxs1 vasitəsilə olmuşdur. Bununla yanaşı həmin vaxtlar o nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olmuşdur. Şahid5 ilə iş birliyi təxminən 2 idir ki, yaranmışdır. O Mahmudla taxta-şalban ticarəti ilə məşğul olmuşdur.Belə ki, Rusiya Federasiyasının Perm şəhərindən vaqonla taxta-şalban gətizdirmiş və Azərbaycan Respublikasında taxta-şalban satışı ilə məşğul olaraq müxtəlif mağazalara satmışdır. Şahid5 isə Azərbaycan Respublikasına gətiriləcək taxta-şalbanın pulunu vermişdir. Həmin taxta-şalban satıldıqdan sonra, o həmin taxtaşalbandan əldə etdiyi qazanc puldan Şahid5 vermişdir. Şahid5 hər dəfə ölkəyə vaqonla gətiriləcək taxta-şalbanın pulunu vermiş, o isə taxta-şalbanı öz adına ölkəyə gətirmiş satdıqdan sonra Şahid5 pul qazancını vermişdir. Şahid5 xaricdə olan qohumu ona 78000 manat pul göndərmiş və nəticədə Mahmud ona bir dəfəyə 3 vaqonun pulunu vermək istədiyi zaman demişdir ki, xeyli miqdarda olan pulu ala bilməz və həmin pulun onun tərəfindən alınması məsuliyyət yaradır. Səbəbi isə Perm şəhərində heç bir vaqonun taxtaşalban ilə hazırlanmadığını və nəticənin olduğu halda bu barədə ona məlumat verəcəyini demişdir. Mahmud isə onun arxasınca düşərək 78000 manat pulu götürməyi ondan xahiş etmiş, o isə vaqonların X14 şəhərində hazır olmadığı üçün həmin pulu götürməkdən imtina etmişdir. Sonuncu dəfə Şahid5 78000 manat pulu ona verməyi təklif edən zaman, o Rusiya Federasiyasının Perm şəhərindən yalnız onun diqtəsi ilə 2 (iki) vaqon taxtaşalbanın hazırlandığını deyərək, 3 (üç) vaqonun deyil, 2 (iki) vaqonun pulunu almışdır. Qalıq qalan 26000 manat pulu isə Mahmudun özünə qaytarmışdır.Vaqonun qazanc pulunun vaxtı çatan zaman, o Şahid5 ilə telefon əlaqəsi saxlayaraq həmin 2 (iki) vaqonun qazanc pulunu ona vermişdir. O hər bir vaqonun pulunu, həmin pulu nə vaxt aldığını və nə zaman qazanc götürüləcəyini əvvəlcədən çox yaxşı bildiyini, müvafiq hesabat aparmasını bildirmişdir. Təxminən 2018-ci ilin sentyabr ayının əvvəllərində Şahid5 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 adında ortaq tanışlarının olduğunu və aralarında olan taxta-şalban fəaliyyətləri barədə məlumatlı olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs1 onlar ilə birlikdə taxta-şalban fəaliyyəti ilə məşğul olmaq istədiyini onun nəzərinə çatdırmışdır. İlkin olaraq Şahid5, Zərərçəkmiş şəxs1 onlar ilə birlikdə taxta-şalban fəaliyyəti ilə məşğul olması barədə fikri ilə maraqlanan zaman o əvvəlcə qəti olaraq onunla taxta-şalban fəaliyyəti ilə məşğul olmaq istəmədiyini demişdir. Lakin sonradan Zərərçəkmiş şəxs1 onunla taxtaşalban fəaliyyi ilə məşğul olmaq üçün razılıq verdiyini qeyd etmişdir. Qeyd etmişdir ki, o Zərərçəkmiş şəxs1 nəqliyyat-vasitələrinin alqı satqısından tanımışdır. Zərərçəkmiş şəxs1 əvvəllər nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olmuşdur. Bununla yanaşı onun Şahid5 ilə aralarında olan razılıq danışığından hər bir vaqonun pulu veriləndən 1 (bir) ay sonra qazanc götürüləcəkdir. Belə ki, 02 oktyabr 2018-ci il tarixdə Ağayev X4 Rəşad Eldar oğlundan 25000 manat pulu alaraq ona gətirib vermişdir. 2018-ci ilin noyabr ayının ilk əvvəllərində o Şahid5 ilə istifadəsində olan mobil telefonla əlaqə saxlamış və oktyabr ayında olan vaqonun qazancını ondan götürməsini xahiş etmişdir. Şahid5 onunla yadında qalmayan ünvanda görüşüb 2000 manat pulu alaraq Zərərçəkmiş şəxs1 vermişdir. Həmin xüsusatı Zərərçəkmiş şəxs1 özü təsdiq edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 2018-ci ilin noyabr ayında növbəti vaqon üçün ona verilməsi üçün 26000 manat pulu Şahid5 vermişdir. Şahid5 həmin pulu Zərərçəkmiş şəxs1 götürmüş və ona vermişdir. 2018ci ilin dekabr ayının ilk əvvəllərində o Şahid5 4000 manat pul vermiş və sonradan maraqlanmışdır ki, Mahmud ondan götürdüyü 4000 manat pulu Zərərçəkmiş şəxs1 həqiqətəndə aparaq vermişdir. Sonradan 2018-ci ilin dekabr ayının ortalarında Şahid5 ölkə hüdudlarını tərk edib getdiyi üçün artıq Zərərçəkmiş şəxs1 ilə aralarında olan taxta-şalban fəaliyyətlərini özləri idarə etməyə başlamışdır. Belə ki, 05 dekabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalbanın Azərbaycan Respublikasına gətirilməsi məqsədilə 3 (üç) vaqonun pulunu yəni 78.000 manat pulu ona vermişdir. O 78000 manat pulun qazancını 05.01.2019-cu il tarixdə yadında qalmayan ünvanda, yəni 6000 manat pulu Zərərçəkmiş şəxs1 vermişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ona Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalbanın Azərbaycan Respublikasına gətirilməsi məqsədilə 10.01.2019-cu il tarixdə 26000 manat pul vermişdir. Bundan sonra onun təşəbbüsü ilə Zərərçəkmiş şəxs1 07.02.2019-cu il tarixdə Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalbanın Azərbaycan Respublikasına gətirilməsi məqsədilə və növbəti vaqon üçün ona 25000 pul vermişdir. O həmin pulun qazancını növbəti ay, yəni 10.02.2019-cui il tarixdə 2000 manat pulu Zərərçəkmiş şəxs1 vermişdir. Həmin vaqondan əldə ediləcək qazancdan Zərərçəkmiş şəxs1 payına düşəcək 2000 manat pulu 07.03.2019-cu il tarixdə vermişdir. Sonradan Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalbanın Azərbaycan Respublikasına gətirilməsi məqsədilə hər hansı bir məbləğdə pul almamışdır.Onun Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalbanın Azərbaycan Respublikasına gətirilməsi fəaliyyətində müəyyən çətinliklər yaranmağa başlamış və o Rusiya Federasiyasına getməli olmuş və nəhayət ki, 2019-ci ilin iyun ayında Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə geri qayıtdıqda ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 onun barəsində ona qarşı dələduzluq etməyi ilə bağlı Nəsimi RPİ-nə şikayət etmişdir. Bildirmişdir ki, o Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməmiş, sadəcə Zərərçəkmiş şəxs1 vəd vermişdir ki, maliyyə baxımdan dəstək olmasını, o isə Rusiya Federasiyasının Perm şəhərindən taxta- şalbanın Azərbaycan Respublikasına gətirilməsi ilə məşğul olmuşdur. Hazırda Zərərçəkmiş şəxs1 ona Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalbanın Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı onda külli miqdarda pulu qalmışdır. Bu barədə də onu qeyd etmişdir ki, onun Rusiya Federasiyasına getməyinin səbəbi pul məsələsi olmuşdur. Belə ki, o Rusiya Federasiyasının Perm şəhərinə getmişdir ki, onun vaqonlara görə yığılmış pullarını ala bilsin. Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalbanın Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı Zərərçəkmiş şəxs1 ümumilikdə 178000 manat pul almışdır. Həmin puldan ona 34000 manatını qaytarmış və qalıq qalan 144000 manat olmuşdur. Tez bir zamanda azadlığa çıxarsa Zərərçəkmiş şəxs1 ilə aralarında olan pulu həll edəcək və heç bir narazılıq qalmayacaqdır. Zərərçəkmiş şəxs2 isə 2017-ci ilin yanvar ayından X8 vasitəsi ilə tanımışdır. Həmin ərəfələrdə o Bakı şəhərində nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs2 və X17 Bakı şəhərində nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, bir müddət sonra o X11 bildirmişdir ki, Bakı şəhərində nəqliyyat vasitələrinin alqı-satqısında pul qazancı yoxdur və ona qoşularaq Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına taxta-şalban gətirilməsi ilə məşğul olmalarını təklif etmişdir. Hər bir vaqona görə 26000 manat pulun verilməsini və o öz növbəsində Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına adına gətirdiyi taxta-şalban işindən, yəni həmin taxta-şalbanın Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Meyvəli ticarət mərkəzinin yaxınlığındakı stansiyasına gətirməsi ilə bağlı hər bir vaqondan ona 1700 manat pul qazancı verməsini bildirmişdir. İlk olaraq onun Zərərçəkmiş şəxs2 etdiyi iş təklifi onun və X8 xoşuna gəlmişdir. Lakin onlar həmin vaxt ona müsbət cavab verməmişdir. Bundan sonra o bir neçə dəfə Zərərçəkmiş şəxs2 və Hikmət Rəhimova bildirmişdir ki, Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına taxta-şalban işində yaxşı pul qazancı olduğunu və həmin işdən birgə qazanc əldə etməyi qətiyyətlə onlara söyləmişdir. Beləliklə də bir müddət sonra Zərərçəkmiş şəxs2 və Hikmət Rəhimov bu barədə bir daha götür-qoy etdikdən sonra qəti olaraq qərara gəlmişdilər ki, onun tərəfindən Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına taxta-şalban işində yaxşı pul qazancı olduğundan birgə qazanc əldə etmək məqsədi ilə həmin işə qol qoysunlar. Qarşılıqlı razılaşma əsasında o Rusya Federasiyasının Perm şəhərindən taxta-şalban sifariş verməli və Azərbaycan Respublikasına gətirməli və özü satmalı olmuşdur. Bunun üçün Zərərçəkmiş şəxs2 yalnız ona pul köməkliyi etməli olmuş, o isə ona pul qazancı verməsini öz öhdəsinə götürmüşdür. Nəhayət Zərərçəkmiş şəxs2 ona Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalban gətirilməsi ilə bağlı 04.12.2017-ci il tarixdən 02.06.2018-ci il tarixə olan müddət ərzində hissə-hissə ümumilikdə 234000 manat pul vermiş və o həmin pulun qarşılığında 234000 manat əsas pulu qaytarmaqla ona 220000 manat pul xeyri vermişdir. Həmçinin Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Grandeur" markalı 2018-ci il buraxılışlı, Az ** SH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 50.000 manat pul qarşılığında 09.03.2019-cu il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən “Çardaq” çay evinin qarşısında almasını nəğd halda pul vermişdir. Bir sözlə Zərərçəkmiş şəxs2 onun barəsində göstərdikləri ilə razı deyil və ona heç bir məbləğdə pul borcu yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs 2013 və ya 2015-ci il tarixlərdən tanımışdır. Belə ki, o həmin tarixlərdə Təqsirləndirilən şəxs məxsus “HYUNDAİ GRANDEUR" markalı nəqliyyat vasitəsini yadında qalmayan məbləğdə alan zaman tanış olmuşdur. Həmin müddətdən etibarən Təqsirləndirilən şəxs ilə münasibətləri yaranmış və aralarında düşmənçilk, eləcə də ədavətləri heç bir zaman olmamışdır. Bununla yanaşı olaraq o 2016cı il tarixdə ümumi dostları vasitəsi ilə Amal kimi tanınan lakin şəxsiyyət vəsiqəsində adı, soyadı və atasının adı, qeyd edilən Şahid5 ilə tanış olmuşdur. Şahid5 həmin ərəfələrdə Təqsirləndirilən şəxs ilə birlikdə ona məlum olmayan ticarətlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs əldə etdiyi gəlirdən onun sonradan bildiyinə görə Şahid5 müəyyən məbləğlərdə pul vermişdir. Həmin ərəfələrdə yəni 2018-ci ilin oktyabr ayının ortalarında Şahid5 ona bildirmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə taxta ticarəti ilə məşğul olur. Belə ki, Ağayev X7 Samir Şirindil oğluna pul vermiş və Təqsirləndirilən şəxs Şahid5 götürdüyü pulun müqabilində Rusiya Federasiyasının Perm Şəhərindən Azərbaycan Respublikasına gələn vaqonlara taxta vurur. Sonda Təqsirləndirilən şəxs hər bir vaqondan əldə etdiyi gəlirdən Şahid5də pul verir. Şahid5 ona bu işdə yaxşı pul qazancı olduğunu bildirmişdir. O Təqsirləndirilən şəxs ilə birlikdə Rusiya Federasiyasının Perim şəhərindən vaqonlara taxta vuraraq Azərbaycan Respublikasına gətirməyini məsləhət görmüşdür. Onun həmin ərəfələrdə Təqsirləndirilən şəxsla münasibətləri isti olmamışdır. Sonradan Şahid5 dediyi məsələ onu düşünməyə vadar etmişdir. O bir neçə gün sonra Şahid5 ona dediyi məsələni fikirləşdiyini və razı olduğunu bildirmişdir. Bundan sonra Şahid5 onu Təqsirləndirilən şəxs ilə qarşılaşdırmış və onlar qarşılıqlı olaraq Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına qatarlarla taxta vurub gətirməkləri barədə razılaşmışdılar. Qarşılıqlı razılaşmaya əsasən, Təqsirləndirilən şəxs Rusiya Federasiyasından taxta sifariş vermiş Azərbaycan Respublikasına gətirib özü satmalı olmuşdur. Bunun üçün o Təqsirləndirilən şəxs maliyyə köməkliyi etmişdir. Beləliklə Təqsirləndirilən şəxs ona taxta işi ilə məşğul olacağını və “Lady şharm” mağazalar şəbəkəsi üçün mal gətirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona əlavə olaraq bildirmişdir ki, ona nə qədər çox pul yardım edərsə oda ona daha çox taxta işindən pul verəcəkdir. Bir sözlə Təqsirləndirilən şəxs taxta gətirilməsi üçün pul buraxmağı, qarşılığında Azərbaycan Respublikasına yük qatarı daxil olmuş hər bir vaqona görə ona 2000 manat xeyir verəcəyini demişdir. Onun işi ancaq Təqsirləndirilən şəxs lazım olacaq pul məbləğini vermək olmuşdur. İşin maddi cəhətdən sərfəli olduğunu bilmiş və Təqsirləndirilən şəxs ona bildirdiyi işə girməyi qərar almasım demişdir. Həmçinin Təqsirləndirilən şəxs uzun müddət tanıdığını, eyni zamanda Şahid5 da uzun müddət tanıdığı üçün ona tam olaraq inanmışdir. Bundan əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs “Lady Şharm” mağazalar şəbəkəsinin sahibləri X5 və X2 doğma xalası oğlu olmuşdur. Beləliklə də Təqsirləndirilən şəxs ilə görüşərək ona Zərərçəkmiş şəxs1 vəd etdiyi işə girməyə hazır olduğunu demişdir. Təqsirləndirilən şəxs ona “nə qədər çox pul versən” o qədər çox mal daxil olacağını bildirmiş və konkret olaraq nə qədər pul verməyini həmin vaxt bildirməmişdir. Beləliklə də o Rusiya Federasiyanın Perm şəhərindən Azərbaycan Respublikasına qatarla taxta-şalban vurub gətirilməsi adı ilə 31.10.2018-ci il tarixdə saat 17 radələrində 78000 manat pulu qabaqcadan razılaşdıqları Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrarayon dairəsi yaxınlığında yəni, “Teras” çay evinin yanında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt onun yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona hər vaqonuna görə ümumilikdə 26000 manat məbləğində taxta- şalban materialı tutduğunu demişdir. O 78000 manat pulu cibindən çıxarmış həmin ünvanda Təqsirləndirilən şəxs əlbəəl vermişdir. Həmin vaxt onun yanında arvadı Günel olmudur. Razılaşmaya əsasən Təqsirləndirilən şəxs 3 (üç) vaqon taxtaşalban materialı gətirəcəyini öz öhdəsinə götürmüşdür. Hər vaqondan ona 2000 manat xeyir qalacağını vəd etmişdir. Onun tərəfindən verilən 78000 manat məbləğ Təqsirləndirilən şəxs qalacaqdır ki, növbəti reys üçün taxta- şalban gətirilsin. Təqsirləndirilən şəxs tam işlərini qurtardıqdan sonra ona verdiyi 78000 manat pulu yenidən özünə qaytaracağdır. Təqsirləndirilən şəxs ona 1 (bir) ay ərzində taxta şalban materialının Azərbaycana qatar vasitəsilə gətiriləcəyini, malın özü tərəfindən Qaradağ rayonunda yerləşən Meyvəli ticarət mərkəzinin yaxınlığındakı stansiyadan təhvil alacağım demişdir. Bundan sonra o həmin pulun davamı olaraq 01.11.2018-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Əşya Bazarından Şəhər Polis İdarəsinin Dövlət X24 inzibati binasına gedən yolun üzərində Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə götürmüşdür. Həmin vaxt onun yanında Şahid1 olmuşdur. Beləliklə də Təqsirləndirilən şəxs ona məxsus avtomobilin arxa salonunda əyləşmişdir. Şahid1 avtomobilin ön sağ sərnişin oturacağında əyləşmişdir. O, 25000 manat pulu çıxarmış Şahid1 şahidliyi ilə Təqsirləndirilən şəxs əl-bə-əl vermişdir. Belə ki, Təqsirləndirilən şəxs ondan aldığı 25000 manat pulu 78000 manat pulun üzərində qoyacağını və onun üçün artıq 4 (dörd) vaqon Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalban materialı gətirəcəyini öz öhdəsinə götürmüşdür. Beləliklə də artıq mal Azərbaycana daxil olduqdan sonra Təqsirləndirilən şəxs ona 8000 manat xeyir verməli, qalan 103000 manat pulu isə istəyinə əsasən ona qaytaracağını, istəməsə növbəti reysə saxlayacağını vəd etmişdir. Təqsirləndirilən şəxs onunla mütəmadi olaraq telefon əlaqəsi saxlamış işlərin qaydasında getdiyini artıq taxtaşalbanın Rusiya Federasiyasının Perm şəhərindən vaqonlara yüklənidiyini bildirmişdir. Bununla yanaşı təklif etmişdir ki ki, taxta-şalban Rusiyadan Azərbaycana gələnədək o yenidən ona əlavə pul versin ki, vaqonların sayını artırsın. O daha çox pul qazanmaq istəmişdir. Beləliklə də həmin pulun davamı olaraq 29.11.2018-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi yaxınlığında yəni, “Teras” çay evinin qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt o tək olmuşdur. Nəhayət o 26000 manat pulu cibindən çıxararaq Təqsirləndirilən şəxs idarə etdiyi “Range Rover” markalı nəqliyyat vasitəsində ona vermişdir. Qeyd olunanlara əsasən, həmin avtomobilin dövlət qeydiyyat nömrə nişanı **-SM-*** olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt ona qısa müddət ərzində taxta-şalbanın Rusiya Federasiyasından Azərbaycana daxil olacağını demişdir. O ona etibar etdiyi üçün işin detlalları ilə tam olaraq maraqlanmamışdır. 2018-ci ilin dəqiq olaraq tarixini xatırlamadığı gündə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs ona artıq taxta-şalbanın Azərbaycana daxil olduğunu bildirərək 5 (beş) vaqonunun onlara aid olduğunu və hər vaqona sözləşmələri üzrə öhdəsinə götürdüyü 2000 manat, ümumlikdə 10000 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs ondan növbəti reysin gətirilib-gətirilmədiyini soruşmuşdur. O razılıq vermişdir ki, onda olan 129000 manat pul ilə taxta-şalban işini davam etməsini, yəni Rusiya Federasiyasının Perm şəhərindən qatarla Azərbaycana taxta gətirmə işini davam etdirməsini bildirmişdir. Həmin pulun davamı olaraq yəni 12.12.2018-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan telefona zəng edib əlaqə saxlamış, pulu bir az da artırmağını təklif etmişdir. O həmin vaxt Təqsirləndirilən şəxs ilə telefonda razılaşmışdır. Təqsirləndirilən şəxs ilə yenidən Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrorayon dairəsinin yaxınlığında olan “Teras” çay evinin qarşısında görüşmüşdür. O, həmin vaxt Təqsirləndirilən şəxs 26000 manat pul vermişdir. Beləliklə də Təqsirləndirilən şəxs verdiyi məbləğ artıq ümumilikdə 155000 manat olmuşdur. Təqsirləndirilən şəxs ona deməsinə görə artıq Rusiya Federasiyasından Azərbaycana gətirdiyi taxta-şalbanın 6 (altı) vaqonu ona məxsusdur. Sonradan dəqiq olaraq tarixini xatırlamadığı gündə təxmini bidliyinə görə 2019-cu ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs ona 5000 manat pul vermişdir. Deməsinə görə həmin ərəfədə Azərbaycana daxil olmuş taxta-şalban materialından artıq yarısına qədərini satmış, bu isə ona nəticədə düşən xeyirdir. Qalan pulu isə taxta-şalbanı tam satdıqdan sonra verəcəyini bildirmişdir. Bir sözlə ümumilikdə verdiyi 155000 manat puldan ona 15000 manat pul qalmışdır. Qalıq qalan pulu isə taxtaşalbanı tam satdıqdan sonra verəcəyi barədə vəd vermişdir. Nəhayət 04.02.2019-cu il tarixdə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayıb Rusiya Federasiyasının Perm şəhərindən qatarla gələn taxta-şalban malının bir qədər də vaqonların sayını artırmağı təklif etmişdir. O Təqsirləndirilən şəxs əlavə olaraq 51000 manat pulu verməyi qərara almışdır. 04.02.2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsinin yaxınlığında olan “Teras” çay evinin qarşısında verilən pulun davamı olaraq 25000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Beləliklə də Təqsirləndirilən şəxs verdiyi məbləğ artıq ümumilikdə 180000 manat olmuşdur. Nəhayət 05.02.2019-cu il tarixdə Təqsirləndirilən şəxs onun ilə yenidən telefon əlaqəsi saxlayaraq Rusiya Federasiyasının Perm şəhərindən qatarla gələn taxta-şalbanın bir qədər də vaqonların sayını artırmağı təklif etmişdir. O Təqsirləndirilən şəxs əlavə olaraq 26000 manat pulu verməyi qərara almışdır. Bu minvallada 06.02.2019-cu il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsinin yaxınlığında olan “Teras” çay evinin qarşısında verilən pulun davamı olaraq 26000 manat pulu Təqsirləndirilən şəxs əl-bə-əl vermişdir.Beləliklə də Təqsirləndirilən şəxs verdiyi məbləğ artıq ümumilikdə 206000 manat olmuşdur.Bundan sonra o hər dəfə Təqsirləndirilən şəxs pul verdiyi zamanlarda Rusiya Federasiyanın Perm şəhərindən hansı növdə, taxta- şalbanm gətirdiyini, heç olmasa bir dəfə olsun belə ona həmin malları göstərməsini xahiş etdiyi zamanlar, ona müxtəlif bəhanələr gətirərək guay ki, gətirdiyi malları ona göstərməmişdir.O artıq Təqsirləndirilən şəxs hərəkətlərində şübhə yarandığı üçün onun üstünə düşməyə başlamişdir.Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalban fəaliyyəti ilə məşğul olub-olmaması barədə onda şübhə yarandığını ona bildirən zaman həmin ərəfələrdə ona hissə-hissə olmaqla ümumilikdə yuxanda göstərilən 15000 manat pulu ona vermişdir.Halbu ki, həmin pul yəni 15000 manat pul guya qazanc olmuş, lakin ona verilən pul onun ona verdiyi ümumilikdə 206000 manat əsas puldan olmuşdur. Beləliklə də Samir onda şübhə yaranmaması üçün 15000 manat pulu ona vermişdir.Buna baxmayaraq 11.03.2019-cu il tarixdən hazır ki, vaxta qədər o Təqsirləndirilən şəxs ilə ümumiyyətlə heç bir zaman qarşı-qarşıya gələ bilməmiş və hər dəfə Təqsirləndirilən şəxs telefon nömrələrini tez-tez dəyişərək ondan uzaqlaşmasına nail olmuşdur.Dəfələrlə o Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələri ilə əlaqə yaratmaq istəsə də onunla heç bir zaman əlaqə qura bilməmişdir. Artıq o Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını tam olaraq başa düşmüşdür. Sonradan o Təqsirləndirilən şəxs xəbər göndərən zaman ona məlum olmuşdur ki, hətta Təqsirləndirilən şəxs öz adına olan avtomobilləri yəni, “Porshe Panamera”, “Tayota Camry” və “Mersedes E Class” markalı avtomobillərini “Lady Şharm" mağazalar şəbəkəsinin müdirləri olan, iki qardaş X5 və X2 adlarına keçirmişdir. Hətta Təqsirləndirilən şəxs ondan aldadıb aldığı ümumilkdə 206000 manat məbləğində pulu hara xərcləməsi barədə maraqlanan zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə əldə etdiyi pula Rusiya Federasiyasının Perm şəhərindən qatarla taxta-şalban vurub gətirəcəyi adı ilə aldadıb dələduzluqla ələ keçirdiyi 206000 manat pulu öz şəxsi biznesi və şəxsi ehtiyacları üçün xərcləmişdir. Ona sonradan verdiyi 15000 manat pulu isə sadəcə onun ona olan etibarını və inanmağı üçün bir vasitə olaraq etmişdir. Belə ki, o maraqlanmışdır ki, Təqsirləndirilən şəxs ondan 206000 manat pulu əldə etdiyi zaman ümumiyyətlə heç bir xarici ölkədən, eyni zamanda Rusiya Federasiyasının Perm şəhərindən qatarla taxta-şalban vurub Azərbaycan Respublikasına, həmçinin “Lady şharm” mağazalar şəbəkəsi üçün heç bir mal gətirməmişdir. Lakin bütün olanlara baxmayaraq o Təqsirləndirilən şəxs 13000 manat da pul almışdır. Beləliklə də o Təqsirləndirilən şəxs verdiyi 206000 manat puldan 28000 manatını geri ala bilmişdir. Son olaraq onun Təqsirləndirilən şəxs da 178000 manat pulu qalmışdir. Ona verilən ümumilikdə 28000 manat pulun bir hissəsini Şahid5 tərəfindən gətirilib verilməsini, bir hissəsini isə özü tərəfindən verilmişdir. Həmin pulun alınması Nəsimi rayonunun inzibati ərazisində olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayından yaxın uşaqlıq dostu X8 vasitəsi ilə tanımağa başlamışdır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs Bakı şəhərində nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olmuşdur. Həmçinin o və X17 Bakı şəhərində nəqliyyat vasitələrinin alqı-satqısı ilə birlikdə məşğul olmuşdur. Belə ki, bir müddət sonra Təqsirləndirilən şəxs ona və X11 bildirmişdir ki, Bakı şəhərində nəqliyyat vasitələrinin alqı-satqısında hazırda pul qazancı olmadığını və onların ona qoşularaq Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına taxta-şalban gətirilməsi ilə məşğul olmağı təklif etmişdir. Yaxud da hər bir vaqona görə ona 26000 manat pul verməsini və oda Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına gətirdiyi taxta-şalban işindən, yəni həmin taxta-şalbanın Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Meyvəli ticarət mərkəzinin yaxınlığındakı stansiyasına gəlməklə hər bir vaqondan onlara 1700 manat pul qazancı verəcəyini vəd etmişdir. İlk olaraq Təqsirləndirilən şəxs onlara təklif etdiyi iş onun və X8 xoşuna gəlmişdir. Lakin onlar həmin vaxt Təqsirləndirilən şəxs müsbət cavab verməmişdilər. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə ona və X11 bildirmişdir ki, Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına taxta- şalban işində yaxşı pul qazancı olduğunu və onlarında həmin işə cəlb etmək istədiyini, həmin işdən birgə qazanc əldə etməyi qətiyyətlə onların nəzərinə çatdırmışdır. Beləliklə də o X17 ilə bu barədə bir daha götür-qoy etdikdən sonra qəti olaraq qərara almışdır ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına taxta-şalban işində yaxşı pul qazancı olduğundan birgə qazanc əldə etmək məqsədilə həmin işə girişsin. Qarşılıqlı razılaşma əsasında Təqsirləndirilən şəxs Rusiya Federasiyasından taxta-şalban sifariş verib Azərbaycan Respublikasına gətirib tərəfindən satmağı öz öhdəsinə götürmüşdür. Bunun üçün o Təqsirləndirilən şəxs maliyyə köməkliyi etməli olduğunu öz boynuna götürmüşdür. Həmçinin o Təqsirləndirilən şəxs etibar etdiyi üçün taxta-şalban işinin tam olaraq detlalları ilə maraqlanmamışdır. Bundan sonra o mülkiyyətində olan nəqliyyat vasitələrini dəyər-dəyməzinə sataraq Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına 2 (iki) vaqon taxta-şalban gətirilməsi üçün 52000 manat pul düzəltmişdir. Bir sözlə o 52000 manat pulu düzəltdikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna istifadəsində olan ***-***-**-** saylı mobil telefonla zəng edərək 52000 manat pulu düzəltdiyini bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs ona telefonda bildirmişdir ki, Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına qatarla 2 (iki) vaqon taxta-şalbam gətirdikdən sonra həmin taxta-şalbanın Bakı şəhərində satışı ilə özü məşğul olacaqdır. Bir sözlə o kənarda qalaraq hər bir taxta-şalban vaqonuna görə Təqsirləndirilən şəxs 1700 manat pul alacaqdır. Son olaraq o Təqsirləndirilən şəxs ilə telefonda razılaşmışdır. Beləliklə də o 04.12.2017-ci il tarixdə saat 15 radələrində 52000 manat pulu ünvan 5 ünvanda uşaqlıq dostu X11 vermişdir ki, Təqsirləndirilən şəxs versin ki, Rusiya Federasiyasının Perm şəhərindən 2 (iki) vaqon taxta-şalbam Bakı şəhərinə gətirsin. Bununla yanaşı olaraq X17 ondan 52000 manat pulu qəbul etmiş, daha sonra həmin tarixdə yəni 04.12.2017-ci il tarixdə saat 18 radələrində ünvan 5 ünvanda Təqsirləndirilən şəxs ilə görüşərək əl-bə-əl ona vermişdir.Həmin vaxt Təqsirləndirilən şəxs ona telefon zəngi edərək 52000 manat pulu Hikmət Rəhimovdan qəbul etdiyini bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs ona bildirdiyinə görə Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına qatarla 2 (iki) vaqon taxta-şalban gətirərək Bakı şəhərində satmışdır.Həmin taxta-şalban işindən X8 vasitəsilə ona 05.01.2018-ci il tarixdə 1700 manat, 15.01.2018-ci il tarixdə 1700 manat, 30.01.2018-ci il tarixdə 1700 manat, 04.02.2018-ci il tarixdə 1700 manat, 16.02.2018-ci il tarixdə 1700 manat, 01.03.2018-ci il tarixdə 1700 manat pul göndərmişdir.Həmin pulun ümumi məbləği 10200 manat təşkil etmişdir. Hissə-hissə olmaqla Təqsirləndirilən şəxs X8 vasitəsi ilə ona göndərdiyi pulları, işdən sonra o ünvan 5 ünvana gələrək X6 qəbul etmişdir. Əlavə etmişdir ki, hissə-hissə Təqsirləndirilən şəxs tərəfindən X11 verilən pulları o ünvan 5 ünvanda vermişdir ki, ona çatdırsın. Beləliklə də o taxta-şalban işində yaxşı pul qazancı olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, vaqonların sayını artıraraq 4 çatdırmaq lazımdır. Növbəti olaraq ona 52000 manat pul verməyini bildirmişdir. Bundan sonra o 07.03.2018-ci il tarixdə saat 13 radələrində 52000 manat pulu ünvan 5 ünvanda X11 vermişdir ki, Təqsirləndirilən şəxs versin ki, Rusiya Federasiyasının Perm şəhərindən 2 (iki) vaqon ümumilikdə 4 (dörd) vaqon taxta-şalban gətirsin. Bununla yanaşı olaraq X17 ondan 52000 manat pulu qəbul etdikdən sonra həmin tarixdə yəni 07.03.2018-ci il tarixdə saat 20 radələrində ünvan 5 ünvanda Təqsirləndirilən şəxs ilə görüşərək əl-bə-əl ona vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona telefon zəngi edərək 52000 manat pulu Hikmət Rəhimovdan qəbul etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirdiyinə görə Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına qatarla ümumilikdə 4 (dörd) vaqon taxta-şalban gətirərək Bakı şəhərində satmışdır. Həmin taxta-şalban işindən X8 vasitəsilə ona 13.03.2018-ci il tarixdə 1700 manat, 28.03.2018-ci il tarixdə 1700 manat, 02.04.2018-ci il tarixdə 3400 manat, 12.04.2018-ci il tarixdə 1700 manat, 30.04.2018-ci il tarixdə 1700 manat pul göndərmişdir. Həmin pulun ümumi məbləği 10.200 manat etmişdir. Hissə-hissə olmaqla Təqsirləndirilən şəxs X8 vasitəsilə ona göndərdiyi pulları o işdən sonra ünvan 5 ünvana gedərək X6 qəbul etmişdir. Əlavə etmişdir ki, həmin pulları Samir X1 verdiyi pulu ünvan 6 ünvanda vermişdir ki, ona çatdirilsın. Beləliklə də o taxta-şalban işində həqiqətəndə yaxşı pul qazanc olduğunu görmüşdür. Bundan sonra yenidən Təqsirləndirilən şəxs ona bildirmişdir ki, vaqonların sayını daha çox artırmaq lazımdır və növbəti olaraq 78000 manat pul verməyini bildirmişdir. Bundan sonra o 02.05.2018-ci il tarixdə saat 16 radələrində 78000 manat pulu ünvan 6 ünvanda X11 vermişdir ki, Təqsirləndirilən şəxs versin ki, Rusiya Federasiyasının Perm şəhərindən 3 (üç) vaqon ümumilikdə 7 (yeddi) vaqon taxta- şalban gətirsin. Bununla yanaşı olaraq X17 ondan 78000 manat pulu qəbul etdikdən sonra həmin tarixdə yəni 02.05.2018-cİ il tarixdə saat 17 radələrində ünvan 7 ünvanında olan “Teras”çay evinin qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək əl-bə-əl ona vermişdir.Həmin vaxt Təqsirləndirilən şəxs ona telefon zəngi edərək 78000 manat pulu Hikmət Rəhimovdan qəbul etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirdiyinə görə Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına qatarla ümumilikdə 7 (yeddi) vaqon taxta-şalban gətirərək satmışdır. Həmin taxta-şalban işindən mütəmadi olaraq X8 vasitəsi ilə ona 03.05.2018-ci il tarixdə 3400 manat, 10.05.2018-ci il tarixdə 1700 manat, 25.05.2018-ci il tarixdə 3400 manat, 30.05.2018-ci il tarixdə 3400 manat, 01.06.2018-ci il tarixdə 3400 manat pul göndərmişdir. Həmin pulun ümumi məbləği 15300 manat etmişdir. Hissə-hissə olmaqla Təqsirləndirilən şəxs X8 vasitəsi ilə göndərdiyi pulları o işdən sonra həmişə kimi ünvan 5 ünvana gedərək X6 qəbul etmişdir. Əlavə etmişdir ki, hissə-hissə Təqsirləndirilən şəxs tərəfindən X11 verilən pullar ünvan 5 ünvanda vermişdir ki, ona çatdırilsin. Beləliklə də o taxta-şalban işində həqiqətəndə yaxşı pul qazanc olduğunu görmüş, lakin ara-sıra fikirləşmişdir ki, bəlkə də Təqsirləndirilən şəxs ona verdiyi qazanc pul onun elə özünə məxsus əsas olan məbləğdən olan puludur. Bundan sonra yenidən Təqsirləndirilən şəxs ona bildirmişdir ki, vaqonların sayını daha çox artıraraq ümumilikdə 9 (doqquz) vaqona çatdırmaq lazımdır. Növbəti olaraq 52000 manat pul verməyini ona demişdir.O, 02.06.2018-ci il tarixdə saat 11 radələrində 52000 manat pulu düzəldərək ünvan 5 ünvanda X11 vermişdir ki, Təqsirləndirilən şəxs versin ki, Rusiya Federasiyasının Perm şəhərindən 2 (iki) vaqon ümumilkdə 9 (doqquz) vaqon taxta-şalban gətirsin. Bununla yanaşı olaraq X17 ondan 52000 manat pulu qəbul etdikdən sonra həmin tarixdə yəni 02.06.2018-ci il tarixdə saat 12:30 radələrində ünvan 8 ünvanda Təqsirləndirilən şəxs ilə görüşərək əl-bə-əl ona vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona telefon zəngi edərək 52000 manat pulu Hikmət Rəhimovdan qəbul etdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirdiyinə görə Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına ümumilikdə 9 (doqquz) vaqon taxta-şalban gətirərək Bakı şəhərində bir neçə aya satmışdır. Həmin taxta-şalban işindən mütəmadi olaraq X8 vasitəsilə ilə ona 10.06.2018-ci il tarixdə 1700 manat, 24.06.2018-ci il tarixdə 3400 manat, 30.06.2018-ci il tarixdə 3400 manat, 04.07.2018-ci il tarixdə 5100 manat, 10.07.2018-ci il tarixdə 5100 manat, 20.07.2018-ci il tarixdə 3400 manat, 30.07.2018-ci il tarixdə 1700 manat, 05.08.2018-ci il tarixdə 6800 manat, 20.08.2018-ci il tarixdə 6800 manat, 30.08.2018-ci il tarixdə 1700 manat, 06.09.2018-ci il tarixdə 6800 manat, 14.09.2018-ci il tarixdə 6800 manat, 27.09.2018-ci il tarixdə 1700 manat, 08.10.2018-ci il tarixdə 6800 manat, 12.10.2018-ci il tarixdə 6800 manat, 22.10.2018-ci il tarixdə 1700 manat, 06.11.2018-ci il tarixdə 6800 manat, 15.11.2018-ci il tarixdə 6800 manat, 24.11.2018-ci il tarixdə 1700 manat, 06.12.2018-ci il tarixdə 6800 manat, 13.12.2018-ci il tarixdə 6800 manat, 26.12.2018-ci il tarixdə 1700 manat, 06.01,2019-cu il tarixdə 6800 manat, 14.01.2019-cu il tarixdə 6800 manat, 28.01.2019-cu il tarixdə 1700 manat, 10.02.2019-cu il tarixdə 6800 manat, 22.02.2019-cu il tarixdə 6800 manat, 04.03.2019-cu il tarixdə 1700 manat pul göndərmiş və həmin pulun ümumi məbləği 130900 manat etmişdir. Hissə-hissə olmaqla Təqsirləndirilən şəxs X8 vasitəsi ilə göndərdiyi pulları ona işdən sonra həmişə kimi ünvan 6 ünvana gedərək X6 qəbul etmişdir. Əlavə etmişdir ki, həmin pulları Samir X1 verdiyi pulu Nəsimi rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi, 31 saylı ünvanda vermişdir ki, ona versin. Həmin ərəfələrdə onun istifadəsində satış üçün “Huyundai Qrandeur” markalı Az ** SH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi olmuşdur. Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs ilə o 08.03.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonunda olan “paulaner” restoranında nahar edən zaman sonuncu bildirmişdir ki, satış üçün nəzərdə tutduğu “Hyundai Qrandeur" nəqliyyat vasitəsini ona satmasını, o Təqsirləndirilən şəxs bildirmişdir ki, "Hyundai Qrandeur” avtomobilini 60000 manat pula satır. Beləliklə də Təqsirləndirilən şəxs ilə aralarında həmin vaxt razılaşma olmuşdur. Bu minvallada 09.03.2019-cu il tarixdə saat 11 radələrində ünvan 4 ünvanının qarşısında olan “Çardaq” çay evinin qarşısında 2019-cu il buraxılışlı “Hyundai Qrandeur” markalı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 60000 manat pul yaxın qohumunun evində olmasını, həmin pulu gedib götürməklə ona bir neçə saat ərzində telefon zəngi edib ona həmin pulu çatdıracağını demişdir. Lakin Təqsirləndirilən şəxs bir neçə saat ərzində onunla telefon əlaqəsi saxlamamış və İstifadəsində olan mobil telefonu söndürməklə aradan çıxmışdır. O Təqsirləndirilən şəxs axtarsa da tapa bilməmiş və müəyyən etmişdir ki, o “Hyundai Qrandeur” markalı nəqliyyat vasitəsini aldadıb 60000 manat pula guya almaqla, 50000 manat pula Nizami rayonu, Babək prospekti, ünvanında olan 357 nömrəli avtosalona satmışdır. Bundan sonra o əldə etdiyi pulu götürməklə Rusiya Federasiyasına qaçmışdır. Bir sözlə Təqsirləndirilən şəxs tapa bilməmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına 9 (doqquz) vaqon taxta-şalban gətirilməsi adı ilə ümumilikdə 234000 manat pul vermiş və o öz növbəsində guya ki, qazanc adı ilə ona 166600 manat pul vermişdir. Halbu ki, ona Təqsirləndirilən şəxs qazanc adı ilə verdiyi 166600 manat pul onun əsas olaraq ona verdiyi 234000 manat puldan olmuşdur. Əlavə olaraq bildirmişdir ki, o hər dəfə Təqsirləndirilən şəxs pul verdiyi zaman Rusiya Federasiyanın Perm şəhərindən hansı növ taxta-şalban gətirdiyini heç olmasa bir dəfə də olsun belə ona həmin taxtaşalban mallarına ona göstərməsini xahiş etdiyi zamanlar belə ona müxtəlif bəhanələr gətirərək guya ki, gətirdiyi malları heç vaxt ona göstərməmişdir.Hər dəfə ona bildirirmişdir ki, neynirsən əsas olaraq pul verir. Bir sözlə onu həmin işdən qəsdən yayındırmışdır ki, onun dələduzluq əməlləri barədə məlumatı olmasın. O artıq Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələndiyi üçün telefonla onun üstünə düşməyə başlamışdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Perm şəhərindən taxta-şalban ticarət fəaliyyəti ilə məşğul olub-olmaması barədə onda şübhə yarandığını ona bildirən zaman həmin ərəfələrdə o narahat olmamağı və tez bir zamanda işlərin yaxşı olacağını bildirmişdir. Son olaraq o hazır ki, vaxta qədər Təqsirləndirilən şəxs ilə ümumiyyətlə heç bir zaman qarşı-qarşıya gələ bilməmiş və hər dəfə Təqsirləndirilən şəxs telefon nömrələrini tez-tez dəyişərək ondan uzaqlaşmasına nail olmuşdur. Dəfələrlə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə yaratmaq istəsə də onunla heç bir zaman telefon əlaqəsi yarada bilməmişdir. Artıq Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını gecdə olsa başa düşmüşdür. Hətta Təqsirləndirilən şəxs ondan aldadıb aldığı ümumilkdə 294.000 manat məbləğində pulu hara xərcləməsi barədə maraqlandığı zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə Rusiya Federasiyasının Perm şəhərindən qatarla taxta-şalban vurub gətirəcəyi adı ilə aldadıb dələduzluqla ələ keçirdiyi 294.000 manat pulu öz şəxsi biznesi və şəxsi ehtiyacları üçün xərcləmişdir. Belə ki, o maraqlandığı zaman, Təqsirləndirilən şəxs ondan 294000 manat pulu əldə etdiyi zaman ümumiyyətlə heç bir xarici ölkədən, eyni zamanda Rusiya Federasiyasının Perm şəhərindən qatarla taxta-şalban vurub Azərbaycan Respublikasına gətirməmişdir. Beləliklə də o S. Şükürovdan verdiyi 294000 manat puldan 166600 manatını geri ala bilmişdir. Son olaraq onun Təqsirləndirilən şəxs da 127400 manat pulu qalmışdır. Ona verilən hissə-hissə olmaqla ümumilikdə 127400 manat pulu X17 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1 ilə hazırda yaşadıqları məhlədə böyümüş və uzun müddətdir ki, bir-birilərini tanımışdır. Nəhayət 01.11.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 ona yaşadıqları məhlədə bildirmişdir ki, onun ilə idarə etdiyi nəqliyyat vasitəsi ilə Sumqayıt şəhərinə getsin. Səbəbini o Rəşaddan soruşduqda, Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə şəxsi işinin olduğunu və ona pul verməli olduğunu qeyd etmişdir. Lakin o həmin vaxt Zərərçəkmiş şəxs1 soruşmamamışdır ki, Təqsirləndirilən şəxs ilə nə işinin olduğunu və nədən ona pul verir. Bundan sonra o Zərərçəkmiş şəxs1 xahişi ilə onunla bilrikdə Sumqayıt şəhərinə getmişdir. 01.11.2018-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Əşya Bazarından Sumqayıt Şəhər Polisi İdarəsinin Dövlət X24 inzbati binasına gedən yolun üzərində Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs ilə səmimi halda görüşmüşdür. O həmin zaman onlar arasında olan söhbətdən belə başa düşmüşdür ki, Rəşad, Təqsirləndirilən şəxs Rusiya Federasiyasın Perm şəhərindən taxta-şalban materiallarının Azərbaycan Respublikasına gətirilməsi üçün pul verir. Həmin vaxt o Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs daha yaxşı tanıyıb-tammamağını soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs tanımasını və ona olan inamı və etibarının böyük olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 25000 manat pulu onun yanında cibindən çıxarıb Sumqayıt şəhəri Əşya Bazarından Sumqayıt Şəhər Polisi İdarəsinin Dövlət X24 inzbati binasına gedən yolun üzərində Təqsirləndirilən şəxs yanında əl-bə-əl vermişdir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 həmin vaxt bildirirmiş ki, təxminən bir aydan sonra taxta-şalban qatarla Rusiya Federasiyasının Perm şəhərindən, Bakı şəhəri, Qaradağ rayonu, ərazisində yerləşən Meyvəli Ticarət Mərkəzinə mallar gələcəkdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1, Samir Şirinovdan ayrılaraq yaşadığı mənzilə getmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 öyrənmişdir ki, Təqsirləndirilən şəxs onu aldadaraq dələduzluqla külli miqdarda pulunu ələ keçirmişdir. Daha sonra o Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ilə əyləşib çay süfrəsi arxasında bu barədə söhbət etmişdir. Lakin həmin söhbətin heç bir nəticəsi olmamış, o cümlədən üz-üzə Təqsirləndirilən şəxs bildirmişdir ki, nədən Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirirməsini, guya ki, taxta-şalban gətirirməsini bildirmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs yalandan hər dəfə and verib vədlər verərək bu gun sabaha salaraq pulu verəcəyini bildirsədə heç bir nəticəsi olmamışdır. Daha sonra o Zərərçəkmiş şəxs1 tövsiyyə etmişdir ki, Təqsirləndirilən şəxs barəsində hüquq mühafizə orqanlarına şikayət etsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs1 2015-ci il tarixdən tanıyır. Belə ki, onun hazırda Zərərçəkmiş şəxs1 ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs1 ilə o daha yaxından idman zalında tanış olaraq münasibət qurmuşdur. Həmin ərəfələrdə o Nəsimi rayonu, 9 mikrorayon dairəsi yaxınlığına “Veqas” adı altında fəaliyyət göstərən idman zalı işlətmiş və Zərərçəkmiş şəxs1 həmin zaldan tanımışdır. Həmin ərəfələrdə onun idman müəllimi olmuşdur. 26.11.2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 onun istifadəsində olan 050-714- 09- 09 saylı mobil telefonuna, öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon ilə zəng edərək ondan borca pul istəmişdir. O heç bir problem olmadığını bildirmiş imkan daxilində ona borca pul verə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 27.11.2018-ci il tarixdə saat 17 radələrində işlədiyi Nəsimi rayonu, 9 mikrorayon dairəsi yaxınlığında olan “Veqas” adı altında fəaliyyət göstərən idman zalına gəlmiş və onun ilə görüşmüşdür. Həmin vaxt o Zərərçəkmiş şəxs1 ilə əl verib görüşmüş ordan-burdan söhbət etmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs1 ona tanışı Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına qatarla taxta-şalban gətirməsini demişdir.. O isə Zərərçəkmiş şəxs1 həmin işlərin onun şəxsi işi olduğunu demişdir. Borca verəcəyi pulu hansı təyinat üzrə istifadə etməyinin ona heç bir aidiyyəti olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 ondan 26000 manat borca pul istəmişdir.O isə ona həmin pulu səhəri gün verə biləcəyini demişdir. Nəhayət 28.11.2018-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 9 mikrorayon dairəsi yaxınlığında olan “Veqas” adı altında idman zalında Zərərçəkmiş şəxs1 26000 manat nəğd pul vermişdir. Zərərçəkmiş şəxs1 26000 manat pulu ondan qəbul edən zaman bildirmişdir ki, tez bir zamanda ondan borca götürdüyü pulu tam şəkildə qaytaracaqdir. Lakin o Zərərçəkmiş şəxs1 borca verdiyi 26000 manat pulu müddətsiz olaraq verməsini, imkanı nə vaxt olarsa qaytarmasını demişdir. Beləliklə də Zərərçəkmiş şəxs1 işlədiyi “Veqas” idman zalında 26000 manat pulu vermişdir. Daha sonra yəni 2019-cu ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs1 ondan 2 ay əvvəl borca götürdüyü 26000 manat pulu tam şəkildə işlədiyi Nəsimi rayonu, 9 mikrorayon dairəsi yaxınlığında olan “Veqas” adı altında fəaliyyət göstərən idman zalında ona qaytarmışdır. Təxminən bir müddət sonra o dost- tanışdan eşitmişdir ki, Şükürov X10 Rəşad Eldar oğlunu dələduzluqla aldadaraq, guya ki, Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respubliksına qatarla taxta-şalban gətirmək adı ilə aldadaraq ümumilikdə 206000 manat pulunu dələduzluqla ələ keçirmişdir. Bundan sonra o öz iradını Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 206000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsini, üstəlikdə ondan borca götürülən 26000 manat pulu qaytarmasını irad tutmuşdur. Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs tərəfindən aldanılmağının ondan borca götürdüyü 26000 manat pula heç bir aidiyyətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs1 2013-cü il tarixdən tanıyır. Belə ki, onun hazırda Zərərçəkmiş şəxs1 ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs1 ilə o daha yaxından “NBS” bankdan tanış olaraq münasibət qurmuşdur. Həmin ərəfələrdə Hümbətov X13 rayon mərkəzi “NBC” bank filialında avto kreditə baxdığından və o yeni nəqliyyat vasitəsi aldığından “NBC” bankda kreditə avtomobilini satmışdır. Həmin vaxtdan hazır ki, vaxta qədər Zərərçəkmiş şəxs1 ilə münasibəti davam etmişdir. 08.12.2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefona, öz istifadəsində olan ***-***-**-** saylı mobil telefonla zəng edərək borca pul istəmişdir. O ona heç bir problem olmadığını imkan daxilində borca pul verə biləcəyini demişdir. Bundan sonra o 09.12.2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə görüşmüş ona tanışı Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına qatarla taxtaşalban gətirməsi barədə məlumat vermişdir. O Zərərçəkmiş şəxs1 həmin işlərin onun şəxsi işi olmuşdur. Borca verdiyi pul hansı təyinat üzrə istifadə etməyininin ona heç bir aidiyyətinin olmadığını qeyd etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ondan 26000 manat borca pul istəmişdir. O isə həmin pulu səhəri gün verə biləcəyini demişdir. Nəhayət 10.12.2018-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospektində olan “Sokar” Yanacaq doldurma məntəqəsinin daxilində olan çayxanada Zərərçəkmiş şəxs1 ilə görüşərək 26000 manat nəğd pul vermişdir. Zərərçəkmiş şəxs1 26000 manat pulu ondan qəbul edib tez bir zamanda borca götürdüyü pulu tam şəkildə qaytaracağı barədə bildirmişdir. Lakin o Zərərçəkmiş şəxs1 borca verdiyi 26000 manat pulu müddətsiz verməsini imkanı nə vaxt olarsa qaytarmasını demişdir. Beləliklə də o Zərərçəkmiş şəxs1 26000 manat pul vermişdir. Daha sonra yəni 2019-cu ilin aprel ayında Zərərçəkmiş şəxs1 ondan 3 ay əvvəl borca götürdüyü 26000 manat pulu tam şəkildə Sabunçu rayonu, H.Əliyev prospektində olan “Sokar” Yanacaq doldurma məntəqəsində qaytarmışdır. Təxminən bir müddət sonra o dost- tanışdan eşitmişdir ki, Şükürov X10 Rəşad Eldar oğlunu dələduzluqla aldadaraq, guya ki, Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına qatarla taxta-şalban gətirmək adı ilə aldadaraq ümumilikdə 26000 manat pulunu dələduzluqla ələ keçirmişdir.Bundan sonra o öz iradını Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ümumilikdə 206000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilib, üstəlikdə borca götürdüyü 26000 manat pulu qaytarmısan. Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs tərəfindən aldanılmağının ondan borca götürdüyü 26000 manat pula aidiyyətinin olmadığını göstərmişdir. Şahid qismində dindirilmiş X3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğmaca oğludur. Belə ki, oğlu Zərərçəkmiş şəxs1 30.10.2018-ci il tarixdə yaşadığı mənzildə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adında tanışın olduğunu və həmin şəxsin Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına taxta şalban gətirdiyini, hər bir vaqona görə 26000 manat pulun lazım olduğunu bildirmişdir. Bundan sonra o oğlu Zərərçəkmiş şəxs1 hər bir vaqona görə onun hansı məbləğdə pul qazancının olduğunu soruşduqda oğlu Rəşad 2000 manat pul qazancının olduğunu demişdir. Beləliklə də Zərərçəkmiş şəxs1 onda olan 78000 manat pulunu istəmişdir ki, Rusiya Federasiyasının Perm şəhərindən Təqsirləndirilən şəxs vasitəsi ilə 3 (üç) vaqon taxta şalban gətirsin. Beləliklə də 31.10.2018-ci il tarixdə o oğlu Rəşada məxsus 78000 manat pulu ona vermişdir ki, Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına 3 (üç) vaqon taxta-şalban gətirsin. Lakin sonda ona məlum olmuşdur ki, Şükürov X10 Rəşad Eldar oğlunu aldadarq ümumilikdə 206000 manat pulunu Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına taxta-şalban gətirməsi adı ilə aldadarq ələ keçirmişdir və nəticədə oğluna vəd etdiyi işin müqabilində heç bir iş görməmişdir. Oğlu Zərərçəkmiş şəxs1 verdiyi 78000 manat pulun ona məxsus olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs 2015-ci il tarixdən tanıyır.Təqsirləndirilən şəxs həmin ərəfələrdə nəqliyyat vasitələrinin alqı-satqısıilə məşğul olmuşdur.Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs ilə taxta-şalban işi 2017-ci il tarixdən yaranmışdır.Belə ki, Təqsirləndirilən şəxs ilə bilrikdə taxta-şalban ilə məşğul olaraq müəyyən məbləğlərdə pul qazanmışdır.Həmin vaxtlar Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Perm şəhərindən o cümlədən digər xarici ölkələrdən qatarla Azərbaycan Respublikasına taxta-şalban gətizdirmiş və Azərbaycan Respublikasında taxta-şalban satışı ilə məşğul olan müxtəlif mağazalara satmışdır.O ilkin olaraq Azərbaycan Respublikasına gətiriləcək taxta-şalbamn pulunu vermişdir.Daha sonra həmin taxta-şalban Azərbaycan Respublikasında satıldıqdan sonra Təqsirləndirilən şəxs həmin taxta-şalban işindən əldə etdiyi qazancdan onun pulunu vermişdir. Qeyd etmişdir ki, əvvəlcədən Təqsirləndirilən şəxs ilə razılaşması bu formada olmuşdur.Belə ki, o maddi cəhətdən köməklik edir, yəni hər dəfə Azərbaycan Respublikasına qatarla gətiriləcək taxta-şalbamn pulunu vermiş, Təqsirləndirilən şəxs isə taxta-şal banı ölkəyə gətirib satdıqdan sonra onun xeyir pul qazancını vermişdir.Belə ki, xaricdə yaşayan qohumları 78000 manat pul göndərən zaman Təqsirləndirilən şəxs bir dəfəyə 3 (üç) vaqonun, yəni hər bir vaqona görə 26000 manat pulu vermək istəmişdir.Lakin Təqsirləndirilən şəxs ona 78000 manat pulu ondan qəbul etməmiş, səbəbi Rusiya Federasiyasında heç bir vaqonun taxta-şalban ilə yüklənmədiyi olmuşdur.Həmin vaxt Təqsirləndirilən şəxs ona vaqonlar taxta-şalban ilə yükləndikdən və hazır olduqdan sonra ona bu barədə xəbər edəcəyini demişdir.Hətta o dəfələrlə Təqsirləndirilən şəxs arxasınca düşərək 78000 manat pulu götürməsini xahiş etsə o hər dəfə vaqonların Rusiya Federasiyasında hazır olmadığından n həmin pulu ondan götürməkdən imtina etmişdir.Sonuncu dəfə 78000 manat pulu Təqsirləndirilən şəxs verməyini təklif edən zaman bildirmişdir ki, Rusiya Federasiyasında yalnız 2 (iki) vaqon taxta-şalbanın yükləndiyini və hazırlandığını deyərək, ondan 3 (üç) vaqonun deyil, 2 (İki) vaqonun pulunu yəni 52000 manat pul almışdır.Qalıq qalan 26000 manat pulu Təqsirləndirilən şəxs onun özünə qaytarmışdır.2 (iki) vaqonun qazanc pulunun vaxtı çatan gün Təqsirləndirilən şəxs onun ilə telefon əlaqəsi saxlayaraq həmin 2 (iki) vaqonun qazanc pulunu ona vermişdir.O bildirmişdir ki, Təqsirləndirilən şəxs hesab-kitabda çox dəqiq bir insandır.Bununla yanaşı olaraq Zərərçəkmiş şəxs1 4 ildir ki, tanıyır.Zərərçəkmiş şəxs1 ilə tanışlığı Təqsirləndirilən şəxs ilə tanışlığından əvvələ təsadüf etmişdir.Çünki, o Təqsirləndirilən şəxs elə Zərərçəkmiş şəxs1 sayəsində tanımışdır.Zərərçəkmiş şəxs1 ilə tanışlığı onun müxtəlif modelli nəqliyyat vasitələrin alqı-satqısı ilə məşğul olduğu vaxtlara təsadüf etmişdir.2018-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbətlərin birində Rəşad ondan xahiş etmişdir ki, onu Təqsirləndirilən şəxs ilə taxta-şalban işi görməyə cəlb etsin.Zərərçəkmiş şəxs1 onun Təqsirləndirilən şəxs ilə aralarıda olan taxta-şalban işindən məlumatı olduğunu qeyd etmişdir.Bu səbəbdən o Təqsirləndirilən şəxs bu barədə bildirdikdə o razılıq verməmiş və səbəbinin Zərərçəkmiş şəxs1 pul məsələsində dəqiq biri olmaması kimi qeyd etmişdir.Sonradan Zərərçəkmiş şəxs1 təkidi əsasında Təqsirləndirilən şəxs onunla taxta-şalban fəaliyyəti ilə məşğul olmağa razılıq vermişdir.Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında olan danışıq belə olmuşdur ki, hər bir vaqonun pulu veriləndən 1 (bir) ay sonra qazanc götürülməlidir.Belə ki, 02.10.2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 25000 manat pulu alıb Təqsirləndirilən şəxs vermişdir.2018-ci ilin noyabr ayının ilk əvvəllərində Təqsirləndirilən şəxs onun ilə telefon əlaqəsi saxlamış və oktyabr ayında olan vaqonun qazancını almağını bildirmişdir.O Təqsirləndirilən şəxs ilə görüşmüş 2000 manat pulu ondan alaraq Zərərçəkmiş şəxs1 vermişdir.Zərərçəkmiş şəxs1 həmin ay, yəni 2018-ci ilin noyabr ayında növbəti vaqon üçün ona Təqsirləndirilən şəxs vermək üçün 26000 manat pul vermişdir.Dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona 4000 manat pul vermişdir.O 4000 manat pulu Təqsirləndirilən şəxs qəbul etdikdən sonra Zərərçəkmiş şəxs1 özünə vermişdir.Sonradan 2018-ci ilin dekabr ayının ortalarında o xaricə getdiyi üçün artıq Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan taxtaşalban fəaliyyətlərindən xəbəri olmamışdır.Bir sözlə özləri öz aralarında fəaliyyətlərini qurmuşdur.O 4000 manat pulu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 gətirib verəndən sonra onlar arasında hansı sayda vaqon məsələsi, həmçinin hansı məbləğdə pul məsələləri olduğundan heç bir məlumatınin olmamışdır. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül tikinti materiallar bazarında 12 ilə yaxındır ki, işləyir. İlk əvvəllər həmin bazarda fəhlə, satıcı daha sonra icarəyə yer götürüb, Keşlə yük boşaltma yerindən topdan satış qiymətlərə taxtaşalban alaraq Dərnəgül tikinti materiallar bazarında satmağa başladmışdır.Hazır ki, vaxta qədər həmin iş ilə məşquldur.Qeyd edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 4 ilə yaxındır ki, Dərnəgül tikinti materiallar bazarından tamyır.Onu tanımağa səbəb ondan müxtəlif satış qiymətlərinə taxta-şalban alaraq hansısa ünvanda tikinti işləri görməsi olmuşdur.Təqsirləndirilən şəxs həmişə ondan tikintidə istifadə edilən materiallar alaraq pulunu vermişdir.Lakin sonuncu dəfə ondan 2019-cu ilin aprel ayında işlədiyi Dərnəgül tikinti materiallar bazarında borca 2500 manat pul istəmişr və həmin pulu 2 gün müddətində qaytaracağını demişdir.O isə ona 2500 manat məbləğində pulunun olmadığını və ona 1000 manat borca pul verə biləcəyini demişdir.Həmin pulu Təqsirləndirilən şəxs ondan aldıqdan sonra qəfil olaraq yoxa çıxmışdır və istifadəsində olan mobil telefona dəfələrlə zəng etsədə zəng çatmamışdır.Daha sonra isə bilmişdir ki, Təqsirləndirilən şəxs bir neçə nəfər şəxsə guya ki, Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycana taxta-şalban gətirəcəyi adı ilə aldadaraq pullarını ələ keçirmiş və nəticədə Nəsimi rayon polis idarəsi tərəfindən həbs edilmişdir.Bununla yanaşı olaraq 2020-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs ona yadında qalmayan şəhər nömrəsindən istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək ona köməklik edilməsini xahiş etmişdir.O Təqsirləndirilən şəxs ona nə kimi köməkliyi və nədən ibarət olduğunu soruşmuşdur.Təqsirləndirilən şəxs ona bildirmişdir ki, guya ki, o Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycana taxta-şalban vuraraq gətirmiş və həmin taxta-şalbam guya ki, o topdan satış olaraq ondan almışdır.O isə Samirə özünün nə danışmasını vaqona neçə kub taxta vurulmasını sorğu-sual etmişdir.Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs onu telefonda razı salmağa çalışmış və bundan sonra ona hüquqlarını müdafiə edən vəkilinin ona zəng edəcəyini demişdir.Sonda vəkili guya ki, onu başa saldıqdan sonra o müstəntiqə onun Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycana taxta-şalban gətirməsi ilə bağlı ifadə verməsini, onun işinin nəticədə yüngülləşməsini və sonda azadlığa çıxmasını bildirmişdir.O isə Təqsirləndirilən şəxs ümumiyyətlə Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycana taxta-şalban gətirmədiyini, Azərbaycanda topdan satış yerlərindən taxta-şalban alaraq burda satışı ilə məşğul olmadığını demişdir.O Təqsirləndirilən şəxs bildirmişdir ki, yalandan ifadə verə bilməyəcəyini və sonda gedib adamını tapmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül tikinti materiallar bazarında 10 ilə yaxındır ki, işləyir. İlk əvvəllər həmin bazarda fəhlə, satıcı daha sonra icarəyə yer götürmüş, təmir tikinti mallarının satışı ilə məşğul olmağa başlamışdır. Təqsirləndirilən şəxs 5 ilə yaxındır ki, Dərnəgül tikinti materiallar bazarından tanıyır. Onu tanımağına səbəb ondan müxtəlif satış qiymətlərinə tikintidə istifadə edilən təmir tikinti malları alması olmuşdur. 2020-ci il tarixdə təxminən may ayının əvvəllərində Təqsirləndirilən şəxs onun işlədiyi Dərnəgül tikinti materiallar bazarına işlədiyi mağazaya gələrək ondan 10 gün müddətində borca 1000 manat pul istəmişdir. O Təqsirləndirilən şəxs tanıdığından ona borca 1000 manat əl-bə-əl pul vermişdir. Lakin Təqsirləndirilən şəxs dediyi 10 gün müddəti gəlib çatsada ondan borca aldığı 1000 manat pulu qaytarmamışdır. O Təqsirləndirilən şəxs yadında qalmayan mobil nömrələrinə dəfələrlə zəng etsədə o, qəfil olaraq yoxa çıxmış və istifadəsində olan mobil telefon nömrələrinə zəng çatmamışdır. Daha sonra o bilmişdir ki, Təqsirləndirilən şəxs bir neçə nəfər şəxsə guya ki, Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycana taxtaşalban gətirəcəyi adı ilə aldadaraq onların külli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirməsini nəticədə Nəsimi rayon polis idarəsi tərəfindən həbs edilmişdir. Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs ondan borca aldığı 1000 manat pulu hazır ki, vaxta qədər qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2015-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşdur. Qurulan ailədən azyaşlı iki oğlan övladları dünyaya gəlmişdir. O, Təqsirləndirilən şəxs hazırda ikinci həyat yoldaşı olmuşdur. Belə ki, onun əri Təqsirləndirilən şəxs onun bildiyinə əsasən 2015-ci il tarixdən hazır ki, vaxta qədər Bakı şəhərində nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olmuşdur. Onun əri Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Perm şəhərindən Azərbaycan Respublikasına qatarla taxta-şalban gətirməsi ilə bağlı telefon danışıqlarını eşitmiş, lakin işin tam olaraq mahiyyəti barədə onun heç bir məlumatı olmamışdır. Eyni zamanda onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, 7 saylı evin, C saylı blokun, 115 saylı mənzilinə heç bir vətəndaş gəlməmiş, onu və ailəsini narahat etməmişdir. Şahid qismində dindirilmiş X18 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül tikinti materiallar bazarında 8 ilə yaxındır ki, çalışır. İlk əvvəllər həmin bazarda fəhlə, daha sonra Qazel markalı Az ** MP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi alaraq bazarda sürücülük etməyə başlamışdır. Təqsirləndirilən şəxs isə 3 ilə yaxındır ki, “Ledi Şarm” mağazalar şəbəkəsindən tanıyır. Bir müddət sonra Təqsirləndirilən şəxs ona telefonla zəng edərək Nərimanov rayonu, Dərnəgül tikinti materiallar bazarından taxta və digər materiallar aldığını və həmin taxta materiallarını Cəlilabad rayonunda yeni tikdirdiyi evinə aparmağıni xahiş etmişdir. O 110 manat pulun müqabilində Təqsirləndirilən şəxs məxsus taxta və digər tikinti materialları Nərimanov rayonu, Dərnəgül tikinti materiallar bazarından özünə məxsus Qazel markalı Az ** MP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yükləyərək Cəlilabad rayonuna aparmışdır. Daha sonra Dərnəgül tikinti materiallar bazarından eşitmişdir ki, Təqsirləndirilən şəxs Şahid7 1000 manat və Şahid6 1000 manat pulu borca alaraq aradan çıxmışdır və hazır ki, vaxta qədər Təqsirləndirilən şəxs borca aldığı şəxslərin pulunu tam olaraq qaytarmamışdır. Şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaqda verdiyi və məhkəməddə tədqiq edilən ifadəsində göstərmişdir ki, o 17 mart 2019-cu il tarixdə Bakı şəhəri, Babək prospekti ünvanında yerləşən 357 və ya 444 nömrəli avtosalondan satış üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə baxmışdır. Qeyd olunan avtosalonda “Hyundai Grandeur” markalı nəqliyyat vasitəsi onun xoşuna gəlmişdir. Həmin avtomobil salon sahibi ilə razılaşaraq, 18.03.2019-cu il tarixdə 32000 ABŞ dollarına, təxminən 54400 manat nəğd pula avtomaşını almışdır. Aldığı “Hyundai Grandeur” markalı nəqliyyat vasitəsinin üzərinə Az ** ST *** dövlət nömrə nişanı alaraq üzərinə qoymaqla idarə etməyə başlamışdır. Təxminən “Hyundai Grandeur” markalı Az ** ST *** dövlət nömrə nişanı nəqliyyat vasitəsini 8 ay idarə etdikdən sonra “Turba Az” saytında elan yerləşdirməklə satmaq qərarına gəlmişdir. Bu minvallada 27.11.2019-cu il tarixdə sonradan şəxsiyyəti ona bəlli olan X9 razılaşma əsasında 31500 ABŞ dollarına təxminən 53550 manat pula satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun ana bir qardaşıdır. Belə ki, Zərərçəkmiş şəxs1 adına olan 055- ***-**-** saylı mobil telefon nömrəsi 2017-ci il tarixdən etibarən onun istifadəsində olmuşdur. Həmin ***-***-**-** saylı mobil nömrə kartı ilə o Azərbaycanın bütün rayonlarında o cümlədən ölkə hüdüdlarından kənarda olmaqla istifadə etmişdir. Hazırda həmin mobil nömrə kartından o istifadə etmir. ***-***-**-** saylı mobil nömrə kartı ilə 2018ci il tarixlərdə Dəvəçi rayon Şahnəzərli kəndində, hazırda isə Şabran rayonlarında öz şəxsi işləri ilə bağlı olmuşdur. Şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o “Turbo Az” saytında özünə nəqliyyat vasitəsi almaq məqsədi İlə müxtəlif nəqliyyat vasitələrinə baxmışdır. Həmin “Turbo Az” saytında “Hyundai Grandeur” markalı Az ** ST *** dövlət nömrə nişanı nəqliyyat vasitəsi onun xoşuna gəlmiş və almaq qərarına gəlmişdir. Bu minvallada həmin saytda yerləşdirilən ***- ***-**-** saylı mobil telefon nömrəsinə istifadəsində olan 055-210-77- 55 saylı mobil telefon nömrəsi ilə zəng etmişdir. Həmin şəxs özünü ona Şahid10 olaraq təqdim etmişdir. Bundan sonra o Şahid10 ilə telefonda razılaşıb “Hyundai Grandeur” markalı Az ** ST *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini almaq istədiyini bildirmişdir. Beləliklə də o almaq istədiyi avtomobilə ilk olaraq özü baxmış daha sonra ustaya aparıb göstərmişdir. Almaq istədiyi nəqliyyat vasitəsi ideal vəziyyətdə olduğundan almaq fikri daha da ciddi olmuşdur. Bundan sonra Şahid10 bildirmişdir ki, “Hyundai Grandeur” markalı Az ** ST *** dövlət nömrə nişanı nəqliyyat vasitəsini qəti olaraq almaq istədiyini və son olaraq qiymətinin nə-qədər olacağını o, isə ona almaq istədiyi avtomobilin son qiymətinin 33000 ABŞ dolları olduğunu bildirmişdir. Lakin Şahid10 ilə aralarında sonradan olan razılaşma əsasında o “Hyundai Grandeur" markalı Az ** ST *** dövlət nömrə nişanı nəqliyyat vasitəsini 31500 ABŞ dollarına, yəni 53550 manat pula almışdır. Beləliklə də 27.11.2019-cu il tarixdə Şahid10 “Hyundai Grandeur” markalı Az ** ST *** dövlət nömrə nişanı nəqliyyat vasitəsini öz adına alaraq sənədləşdirmişdir. Bir sözlə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini öz adına çıxartmışdır. Həmin vaxtı “Hyundai Grandeur” markalı nəqliyyat vasitəsinin üzərində olan Az ** ST *** dövlət nömrə nişanını onun özünə məxsus olan Az ** NN *** dövlət nömrə nişanına dəyişərək hazır ki, vaxta qədər idarə etmişdir. Şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 11.03.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında yerləşən “357” nömrəli avtosalona sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs adlı bir şəxs gələrək mülkiyyətində olan "Hyundai Grandeur" markalı 2018-ci il buraxılışlı, Az ** SH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini təcili olaraq pul lazım olduğundan satmaq istədiyini bildirmişdir. O həmin avtomaşına baxdıqda müəyyən etmişdir ki, satılan nəqliyyat vasitəsi həqiqətəndə ideal vəziyyətdədir. Beləliklə də Təqsirləndirilən şəxs həmin avtomaşını ilkin olaraq ona 32000 ABŞ dollarına satmaq istədiyini bildirmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında olan çox söz söhbətdən sonra nəhayət ki, "Hyundai Grandeur” markalı 2018-ci il buraxılışlı, Az ** SH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin son qiymətinin 31000 ABŞ dollarına almağı barədə razılaşmışdır. Həmin nəqliyyat vasitəsi onun çox xoşuna gəldiyindən 11.03.2019-cu il tarixdə Az ** SH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini mülkiyyətinə çevirməklə 31000 ABŞ dollarına Təqsirləndirilən şəxs alaraq Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında yerləşən “357” nömrəli avtosalona qoymaqla “Turba Az” saytında satışa çıxarmışdır.Nəhayət 18.03.2019-cu il tarixdə Babək prospekti ünvanında yerləşən “357” nömrəli avtosalona Şahid10 adında bir şəxs gələrək ’’Hyundai Grandeur” markalı 2018-ci il buraxılışlı, Az ** SH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini almaq istədiyini demişdir.Beləliklə də o "Hyundai Grandeur” markalı 2018-ci il buraxılışlı, Az ** SH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Şahid10 aralarında olan razılaşma əsasında 32000 ABŞ dollarına, təxminən 54400 manat nəğd pula satmışdır.O həmin nəqliyyat vasitəsini Şahid10 satdıqda onunla aralarında olan razılaşmaya əsasən ona yeni bir dövlət qeydiyyat nişanı, yəni "Hyundai Grandeur" markalı 2018-ci il buraxılışlı nəqliyyat vasitəsinin Az ** SH *** dövlət nömrəsini dəyişdirməklə Az ** ST *** dövlət nömrə nişanı alaraq ona verməsini göstərmişdir. Cinayət işinin 3-cü cildinin 09-11-ci vərəqlərində, 4-cü cildin 14-20, 160-167-ci vərəqlərində olan protokollardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri hadisə yerində yoxlanılmış və bu barədə ifadənin yerində yoxlanılması haqqında protokollar tərtib edilmişdir. Cinayət işinin 3-cü cildinin 187-188-ci vərəqlərində olan iş üzrə “Bakcell" MM-dən daxil olmuş 04.08.2020-ci il tarixli BKC/LGL-13526/20 nömrəli 01 (bir) ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işi materillarına əlavə edilmişdir. Cinayət işinin 3-cü cildinin 204-205-ci vərəqlərində olan ş üzrə “Azercell” MM-dən daxil olmuş 05.08.2020-ci il tarixli 11289 nömrəli 01 (bir) ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işi materillarına əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 88-89-cu vərəqlərində olan iş üzrə “Azerfon LLC" MM-dən daxil olmuş 14.09.2020-ci il tarixli AZF/LGL-10992/20 nömrəli 01 (bir) ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işi materillarına əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 86-87-ci vərəqlərində olan 21.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 (bir) ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işi materillarına əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 217-220-ci vərəqlərində olan iş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzləşdirmə zamanı ifadələrini bir daha təsdiq etmişlər. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlil gətirərək Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli olmadığını göstərsədə, zərərçəkmiş şəxslərin ifadələri, ifadələrin yerində yoxlanılması, üzləşdirmə protokolları və başqa sübutlarla tam təsdiq olunduğundan məhkəmə tərəfindən özünümüdafiə xarakterli kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 2-ci cildinin 206-209 və 3-cü cildinin 04-08-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 28 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayətt işinin 1-ci cildinin 118-119-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26.06.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 04.08.2008-ci il tarixdə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azəraycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə olduğu 7 ay 28 gün nəzərə alınaraq təyin olunmuş cəzadan azad edilmişdir. Göstərilən hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 28 may 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 28 may 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov