Məhkəmə qərarları › İş №1(101)-553/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-553/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-553/2022 10.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1 və Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X5 iştirakları ilə Təqsirləndirilən şəxs2- xx.xx.1999-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Xatınlı kəndində qeydiyyatda olan və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Muğan qəsəbəsində pasport qeydiyyatında olan və halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqa məlum olmayan “Həsən" adlı və “Siyan" adlı şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 27 avqust 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Rahat marketin yaxınlığında 85 manata almış, sonuncu tərəfindən gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,216 qram çəkidə psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq 28 avqust 2021 -ci il tarixdə Təqsirləndirilən şəxs1 işlədiyi yerə daşımış, orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən saat 12:30-da Təqsirləndirilən şəxs1 ilə birlikdə külli miqdarda psixotrop maddə olan metamfetamini “Həsən" adlı şəxsə 150 manata satmaq məqsədi İlə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon F.Məlikov küçəsi 2 saylı binanın yaxınlığında sonuncu ilə görüşmək istəyərkən Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər ikisi saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi 52 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilmiş və orada saat 13:25 dəqiqədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,216 qram olan kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqa məlum olmayan “Həsən” adlı və “Siyan” adlı şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 27 avqust 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Rahat marketin yaxınlığında 85 manata almış, sonuncu tərəfindən gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,216 qram çəkidə psixotrop maddə metafetamini Təqsirləndirilən şəxs2 əldə edib üzərində saxlayaraq 28 avqust 2021ci il tarixdə onun işlədiyi yerə daşımış, orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən saat 12:30-da Təqsirləndirilən şəxs2 ilə birlikdə külli miqdarda psixotrop maddə olan metamfetamini “Həsən” adlı şəxsə 150 manata satmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon F.Məlikov küçəsi 2 saylı binanın yaxınlığında sonuncu ilə görüşmək istəyərkən Binəqədi RPİ- nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər ikisi saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi 52 ünvanında yerləşən Binəqədi RPl-nin 5-ci PB-nə gətirilmiş və orada saat 13:25 dəqiqədə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,216 qram olan kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dostudur. Belə ki, İlqar Bakıya gələndə onun evində qalmışdır. Ona gücü çatdığı qədər köməklik etmişdir. 27 avqust 2021-ci il tarixdə İlqarla telefon əlaqəsi saxlamış və onun işlədiyi Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsində yerləşən “Üç qardaş” kafesinin yaxınlığında görüşərək onu yaşadığı evə gətirməyinə razılaşmışlar. O, həmin kafenin qarşısına gedərkən İlqarın orada olan bisetkanın yanında dayandığını, “Həsən” adlı şəxsin isə bisetkanın içərisində olduğunu görmüşdür. Həmin vaxt tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu yerə yıxaraq sürüyə-sürüyə maşına mindirmişlər. Bundan sonra onları Binəqədi Rayon Polis İdarəsinə gətirmişlər. Həmin vax “Həsən” adlı şəxs sanki yoxa çıxdı. Orada bir gün qaldıqdan sonra Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparmılar. İlqar və o, psixotrop maddənin onlara məxsus olmadığını bildirmişlər. Daha sonra İlqara zor tətbiq etmişlər. Onlara bildirmişlər ki, ya ikisi də həbs ediləcəklər, ya da biri boynlarına götürməlidir və o, da öz məcbur öz boynuna götürməyə razı olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 xalası oğlunun vasitəsilə tanımış və dostluq münasibətləri yaranıb. Bakıya işləməyə gəlmiş və tez-tez Mehracgildə qalmışdır. 27 avqust 2021-ci il tarixdə işdə olarkən onunla əlaqə saxlamış və belə razılaşmışlar ki, həmin günü də onlarda qalmışdır. Bunun üçün də ona kababçı işlədiyi Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsində yerləşən “Üç qardaş” kafesinə gəlməsini bildirmişdir. O, işdən çıxanda axşam saat 23 radələri olmuşdur. Obyektin qarşısında bisetka olmuş və orada ona adı sonradan ona məlum olan “Həsən” adlı şəxsin oturduğunu görmüşdür. Həsənlə aralarında söhbət olmamış və o, həmin bisetkanın kənarında Mehracı gözləmişdir. Mehrac gəldikdən 5 dəqiqə keçməmiş Mehracla onu qandalla, Həsəni isə qandalsız aparmışlar. Həmin gecə Binəqədi Rayon Polis İdarəsində qalmışlar və ona işgəncələr vermişlər. İşgəncə vaxtı başı yaralanmış, üst-başı qan olmuş və gecə vaxtı işlədiyi obyektdən paltarlarını gətirmişlər. Səhəri gün Mehracla onu Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparmışlar və orada bildirmişlər ki, onsuzda içəri gedir, cinayəti götürsün boynuna. Ancaq o, razılaşmamışdır. Daha sonra Mehrac hər şeyi boynuna götürmüşdür. Müstəntiqə bu barədə bildirəndə o, demişdir ki, “Onsuzda narkomanların heç biri əməllərini etiraf etmir”. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməlini törətmələri, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsini daşıyır. 28 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Binəqədi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib qəbul etdiyi, eyni zamanda, satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəisə raportla məruzə olunduqdan sonra polis mayoru Şahid1 rəhbərliyi altında və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar 28 avqust 2021-ci il tarixdə ünvan 5 binanın qarşısına getmişlər. Saat təxminən 12:30 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin ünvanın yaxınlığına gəlmişlər və onlara yaxınlaşaraq özlərini təqdim edərək Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, həmin vaxt o, cibindən 01 ədəd sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş və içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 maddəni “Siyan” ləqəbli İran İslam Respublikası vətəndaşından mobil telefon vasitəsilə onun qabaqcadan “Whatsapp” proqramı vasitəsilə şəkil formatında göndərdiyi bank kart hesabına pulu göndərməklə həmin “Siyan” ləqəbli şəxsin hər dəfəsində ona qabaqcadan təyin etdiyi müxtəlif yerlərdən götürdüyünü, o isə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Rahat marketin yaxınlığından götürdüyünü, həmin psixotrop maddəni Təqsirləndirilən şəxs1 vasitəsi ilə “Həsən” adlı şəxsə satmaq istədiyini bildirmişdir. Həmin maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha öz ifadəsi ilə təsdiqləmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər 7-ci mikrorayonda Qardaşlar restoranında xidmətçi işləyir. 27 avqust 2021ci il tarixdə iişdə olmuş, həmin gün axşam saat 24:00 da evə getmiş, səhəri günü, yəni 28 avqust 2021-ci il tarixdə saat 11:00 da işə gələrkən əmisi oğlunun həbs olunduğunueşitmişdir. Rəhbərlikdən Əsəd müəllim ona bildirmişdir ki, o, işdən çıxıb evə gedəndən sonra gecə saat 3-4 radələrində Binəqədi rayon Polis idarəsinin 5-ci Polis bölməsinin əməkdaşları restorana gəlib baxış keçiriblər, restorandan heç bir şey aşkar olunmayıb, sonra İlqarı aparmışlar. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın 28 avqust 2021-ci il tarixli 6/3757 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174 dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,216 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 6,216 qram çəkidə psixotrop maddə metamfetamindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 6,166 qram çəkidə psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nə saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizanın 01.12.2021-ci il tarixli, 4805 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizanın 01.12.2021-ci il tarixli, 4820 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-ambulator psixiatrik ekspertizasının 06.12.2021-ci il tarixli 2901 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər-hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 hal- hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-ambulator psixiatrik ekspertizasının 06.12.2021-ci il tarixli 2900 saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs2 aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətləriniun faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. X6 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD disk sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd «CD» disk, "xxxx" MMC-dən alınmış 06.12.2021-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd «CD» disk və "xxxx" MMC-dən alınmış 08.12.2021-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd «CD» disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, onlar məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduqları ifadələrindən fərqli ifadə verərək onlara işgəncə verərək narkotik vasitələri boyunlarına götürmələrini məcbur edilmələrini və onların üzərində hər hansı bir narkotik vasitə olmadığı barədə vermiş olduqları ifadələr verməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşlər. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı dindirilərəkən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Bakı şəhərinə işləmək məqsədi ilə təxminən bir ay bundan əvvəl gəlmişdir. Təxminən 10 gün olar ki, ünvan 5 ünvanda yerləşən üç qardaş adlı kafedə kababçı olaraq işə başlamışdır. Təxminən 2 ilə yaxındır ki, narkotik vasitə aludəçisidir. O, el arasında şüşə adlanan psixotrop maddə qəbul edirmiş. Təqsirləndirilən şəxs2 isə təxminən bir ay olarki, tanıyırmış. Tanımağında məqsəd Mehracın tez-tez onun işlədiyi kafeyə gəlməsi olmuşdur. 25.08.2021-ci il tarixdə o, Xırdalan şəhərində yaşayan xalasıgilə qonaq gedən zaman təsadüfən Mehracı yolda görmüşdür. Söhbət əsnasında Mehrac ona bildirmişdir ki, tanış adam var patı satır, müştəri olsa ona xəbər etsin. O, bu barədə bir neçə dəfə kafedə gördüyü Həsən adlı şəxsə məlumat vermişdir. Həsən 5 qram patı istəmiş, o, da Mehraca zəng vuraraq bildirmişdir ki, müştəri var 5 qram patı istəyir. Mehrac qramı 30 manata 5 qram patı gətirəcəyini demişdir. 28.08.2021-ci il tarixdə saat 12 radələrində Mehracla onun iş yerinin yaxınlığında görüşmüşdür. Onlar Mehracla görüşdükdən sonra yaxınlıqda yerləşən Araz marketin qarşısında görüşərək Həsən adlı şəxslə görüşdükdən sonra Mehracın gətirdiyi psixotrop maddəni Həsənə verəcəklərmiş. Həmin vaxt onun işi Mehrac və Həsən arasında vasitəçilik etmək olmuşdur. Mehrac patı gətirdiyini demiş, bir qədər sonra tanımadığı şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Mehracı və onu Binəqədi RPİ-nin 5-cı PB-nə dəvət etmişlər. O, onlara etiraz etmədən onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Təxminən 3-4 ay olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edirmiş. İki aydır ki, sosial şəbəkədə özünü ona Siyan kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə danışırmış. Siyan ona psixotrop maddə göndərəcək, o da onu satacamış. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün Siyanın təklifini qəbul etmişdir. Təxminin 25.08.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 bu barədə bildirmişdir. İlqar ona həmin narkotik vastənin satılmasında müştəri tapacağını bildirmişdir. 27.08.2021-ci il tarixdə o, İlqarla telefonla danışan zaman İlqar ona müştəri tapdığını və ona 5 qram metamfetamin gətirməyini, həmin psixotrop maddəni 150 azn satacağını bildirmişdir. O, Siyan ilə watsapda əlaqə saxlamış Siyan ondan 5 qram metamfetaminin əvəzində 85 azn verməli olduğunu bildirmişdir. Siyan ona əlavədə verəcəyini demişdir. Siyanın ona göndərdiyi kart hesab nömrəsinə Xırdalan şəhərində yerləşən milli ön ödəmə terminalı vastəsi ilə həmin hesaba 85 azn göndərmiş və göndərdiyi pulun qəbzinin şəklini çəkərək Siyana atmışdır. Təxminən üç saatdan sonra Siyan onun mobil telefonuna metamfetaminin (patının) olduğu yerin işarələnmiş şəklini göndərmişdir. O, Xırdalan şəhərində yerləşən Rahat marketin yaxınlığına gedərək oradan həmin metamfetamini bir bükümdə götürmüşdür. İlqarla telefon əlaqəsi saxlamış İlqar işdən çıxdıqdan sonra onunla telefon əlaqəsi saxlayaraq onunla işlədiyi Binəqədi ray, 7-ci mik, F.Məlikov küç yerləşən üç qardaş kafesinin yaxınlığında görüşmüşdür. Həmin vaxt tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər. Polis əməkdaşları onu qanunsuz olaraq narkotik vasitə və pisxatrop maddəni saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 5-cı PB-nə dəvət etmişlər. O, onlara etiraz etmədən onlarla birlikdə Binəqədi RPİnin 5-ci PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 5-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində videoçəkilişlə onun üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarımın sol yan cibindən içərisində “patı” deyilən psixotrop maddə olan şəffaf rəngli sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzaları ilə təsdiq etmişlər. Məhkəmə əlavə şahid qismində dindirilmiş X12 ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, məhkəmədə ifadə verərək polis əməkdaşlarının restorana baxış keçirilərkən orada heç bir qanunsuz əşya aşkar olunmadığını, əmisi oğlu Təqsirləndirilən şəxs1 üzərindən hər hansı bir narkotik vasitənin aşkar olunmadığını bildirməkdə yalnız öz qohumu Təqsirləndirilən şəxs1 məsuliyyəini yüngülləşdirmək məqsədi güdmüşdür, məhkəmə onun ifadəsinə tənqidi yanaşaraq inandırıcı hesab etmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayətin onlar tərəfindən törədilməməsinə dair ifadələri, onların üzərilərinə şəxsi axtarış və götürmənin keçirilməsinin dair protokolla, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, üzləşdirmə protokolu, ilkin istintaq ifadələri ilə və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından onlar təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsüf edilməli və onlar, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqdim olumuş sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 İİ Qarabağ döyüşlərində Fizuli Şuşa isiqamətində gedən döyüşlərdə N saylı HH-nin sürücüsü olmuş və döyüş zamanı yaralanmışdır, eləcədə Təqsirləndirilən şəxs2 anası X13 İ Qarabac döyüşlərində N saylı HH –nin tərkibində döyüşlərdə iştirak etmiş, döyüş zamanı sağ badırını dəlib keçən gülə yarası almışdır, 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizə göstərdiyi xüsusi xidmətlərə görə və gənclər və hərbi vətənpərvərlik ruhu və milli-mənəvi dəyərlərin aşılanmasında xidmətlərə görə fəxri fərmanla təltif olunmuş, X11 tərəfindən fəxri ada laiyq görülmüşƏsrin X4 Birliyi tərəfindən əsrin ziyalısı Fəxri adla təltif olunmuş, X9 2016-cı il tarixdə müayinə zamanı sol Baldırın dəlib keçən güllə yarasından aldğı xəsarət nəticəsində 2-ci qrup əlillik dərəcəsi almış, qardaşı X15 İİ Qarabağ döyüşlərində N saylı HH-nin artilleriya dvizyonunun 2-ci artilleriya batareyamsının rabitə manqasında xidmət etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən haldır. Eləcə də təqdim olumuş sənədlərdən müəyyən olunur ki, təqsirləndirilən şəxs X2 qardaşı X7 İİ Qarabağ döyüşlərində Fizuli-Şuşa isiqamətində gedən döyüşlərdə iştirak etmiş, Fizulinin azad olunmasına görə medalı ilə təltif olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 28 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşlar. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onların şübhəli şəxs qismində tutulduqları 28 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonrakı qalıq qalmış çəkisi 6,166 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. X6 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD disk, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd «CD» disk, "xxxx" MMC-dən alınmış 01 ədəd «CD» disk və "xxxx" MMC-dən alınmış 01 ədəd «CD» disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 65 (altmış beş) manat təqsirləndirilən şəxslər arasında bölünərək 32 ( otuz iki) 50 (əlli) qəpik Təqsirləndirilən şəxs2, 32 (otuz iki) 50 (əlli) qəpik Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi 288 (iki yüz səksən səkkiz) manat məbləğində, X10 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi 288 (iki yüz səksən səkkiz) manat məbləğində, X10 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul ödənilsin İş üzrə maddi sübut olan və Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonrakı qalıq qalmış çəkisi 6,166 qram psixotrop maddə metamfetamin məhv edilsin. X6 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD disk, "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd «CD» disk, "xxxx" MMC-dən alınmış 01 ədəd «CD» disk və "xxxx" MMC-dən alınmış 01 ədəd «CD» disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 65 (altmış beş) manat təqsirləndirilən şəxslər arasında bölünərək 32 ( otuz iki) 50 (əlli) qəpik Təqsirləndirilən şəxs2, 32 (otuz iki) 50 (əlli) qəpik Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar