Məhkəmə qərarları › İş №1(101)-554/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-554/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-554/2023 06.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, onun anası olan qanuni nümayəndəsi və zərər çəkmiş şəxs Qanuni nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1995-ci il iyulun 19-da Tovuz rayonunun Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, Tovuz rayonunun Əyyublu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3.-cü və 178.2.4.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmiş və aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədi ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Lerik rayonu, Piran kənd sakini, 2006-cı il 25 fevral təvəllüdlü Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə yetkinlik yaşına çatmayan şəxs olduğunu bilib yaşını artıracağı və sonuncu ilə nikaha daxil olacağı barədə yalan vəd verdikdə inandıraraq aldatmış, Lerik rayonu, Piran kəndində yerləşən, Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında 2022-ci il avqustun 21də 4.000 manat, 2022-ci il avqustun 24-də 4.000 manat, 2022-ci il avqustun 26-da 1.900 manat, axırıncı dəfə isə 2022-ci il avqustun 28-də 1.860 manat olmaqla Qanuni nümayəndə məxsus ümumilikdə 11.760 manat məbləğində pulu Lerik rayonu, Piran kəndində Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Qanuni nümayəndə ümumilikdə 11.760 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci il avqustun 28-də Zərərçəkmiş şəxs1 yaşadığı Lerik rayonu, Piran kəndindən idarə etdiyi “Toyota Prius” markalı avtomobillə ünvan 2 ünvanında yerləşən “Astola hotel”ə aparıb həmin tarixdə saat 07 radələrində otelin 302 nömrəli otağında cinsi ehtirasım təmin etmək məqsədi ilə onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan barəsində, 2006-cı il 25 fevral təvəllüdlü Zərərçəkmiş şəxs1 zor tətbiq edərək sonuncuya sağ bazu nahiyəsində qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə əynindəki paltarı çıxarmış, Zərərçəkmiş şəxs1 üzüstə çarpayıya uzadıb qollarından tutaraq burmuş, ağzını əli ilə qapamaqla fiziki ağrı yetirib hərəkətini məhdudlaşdıraraq gərginləşmiş vəziyyətdəki cinsiyyət üzvünü zorla sonuncunun arxa keçəcəyinə daxil etmiş, təxminən 10 dəqiqə hərəkət etdirməklə Zərərçəkmiş şəxs1 ilə qeyri-təbii yolla cinsi əlaqədə olub seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 150.2.3.-cü və 178.2.4.-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində 2022-ci il avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs1 “Whatsapp” proqramından tanımaqla münasibətlərinin yarandığını, sonuncu yaşının 17 olduğunu bildirib qohumu ilə məcburən ailə qurmasının qarşısını almaqdan ötrü yaşını böyüdə bilib-bilməyəcəyini soruşanda onun Hacıbəyim ilə evləyənəcəyini yalandan vəd edərək sonuncunu aldatmaqla göstərilən müddət ərzində Hacıbəyimin yaşadığı Lerik rayonunun Piran kəndində sonuncudan tədricən, bir neçə dəfəyə 11.760 manat məbləğində pulu alıb öz şəxsi ehtiyaclarına xərclədiyini, 2022-ci il avqustun 28-də saat 03 radələrində gəldiyi Lerik rayonunun Piran kəndindən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota Prius” markalı avtomobillə ünvan 2 ünvanında yerləşən “Astola hotel”ə apararaq həmin tarixdə saat 07 radələrində oradakı 302 nömrəli otaqda razılıq əsasında Zərərçəkmiş şəxs1 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmasını, polis əməkdaşları tərəfindən saxlanarkən fiziki zor tətbiq olunmadığını göstərdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan 2006-cı il 25 fevral təvəllüdlü Zərərçəkmiş şəxs1 ifadəsində 2022-ci il avqustun 18-də “WhatsApp” proqramı vasitəsi ilə adının Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs ilə tanış olmaqla valideynlərinin onu sevmədiyi biri ilə ailə qurmağa məcbur etdiklərini dedikdə Orxanın köməklik edib onun canını qurtaracağını, Türkiyə apararaq onunla evlənəcəyini vəd verməklə yaşının artıracağı müqabilində vəkilə pul verməli olduğunu bildirib göstərilən ərəfədə yaşadığı Lerik rayonunun Piran kəndinə bir necə dəfə gələrək ondan ümumilikdə 11.760 manat məbləğində cehiz pulunu aldığını, 2022-ci il avqustun 28-də saat 03 radələrində Orxan mobil telefonuna zəng edəndə onun gizlicə evdən çıxaraq Orxanın idarə etdiyi “Toyota Prius” markalı avtomobilin arxa oturacağında əyləşməklə son 1.860 manatı Orxana verdiyini, Bakı şəhərinə çatdıqda sonuncunun onu tanımadığı otelə aparıb orada onunla zorla cinsi əlaqəyə girərək cinsiyyət orqanını onun anus dəliyinə daxil etdiyini və hamının arxalarınca düşdüyünü bəhanə edərək həmin gün taksi ilə onu evə yola saldığını göstərdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Qanuni nümayəndə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs olan övladı Zərərçəkmiş şəxs1 ilə eyni ifadə verməklə yanaşı qızı əmisi oğluna nişanlı olsa da toy etmək üçün 18 yaşının tamam olmasını gözləməli olduqlarını, qızının cehizlərini almaq üçün topladığı 12.000 manat vəsaiti özünə məxsus pul kisəsinə qoyub dolabda saxladığını, Hacıbəyimin də onun icazəsi ilə oradan pul götürdüyünü, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, sonuncunun qızı ilə sosial şəbəkədə tanış olaraq Hacıbəyim ilə evlənəcəyini, vəkil vasitəsi ilə yaşını artıracağını yalandan vəd verməklə qızından 11.760 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirdiyini, 2022-ci il avqustun 28-də Orxanın Hacıbəyimi evlənmək adı ilə aldadıb Bakı şəhərinə apararaq “Astola” otelində zorla qızı ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, Hacıbəyimi axtardıqlarını öyrəndikdən sonra qızını Lerik rayonuna yola saldığını göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində Təqsirləndirilən şəxs Elxan adlı dostu vasitəsi ilə tanıdığını, 2022-ci il avqustun 20-də saat 21 radələrində Orxanın təkidi ilə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə onunla birlikdə Lerik rayonu istiqamətində hərəkətə başlamaqla gecə saatlarında Bakı şəhərinə döndüyünü, yolda nə üçün qayıtdıqları ilə maraqlananda Orxanın ona “lazım olan sənədləri götürmüşəm” söylədiyini, Orxanın ittiham edildiyi əməlləri törətməsinin şahidi olmadığını göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid1 zərər çəkmiş şəxs olan anası Qanuni nümayəndə və yetkinlik yaşına çatmayan digər zərər çəkmiş şəxs olan bacısı Zərərçəkmiş şəxs1 ilə oxşar ifadə ifadə verib əlavə olaraq 2022-ci il avqustun 21-də saat 01 radələrində “Toyota Prius” markalı avtomobil işlədiyi, Lerik rayonunun Piran kəndindəki “50 qəpik” adlanan yuma məntəqəsinə daxil olduqda adını sonradan bildiyi Təqsirləndirilən şəxs sürdüyü avtomaşının motorunun səs etdiyini deməklə kömək istədiyindən sonuncunun yanında olan Şahid2 ilə getdikləri, Lənkəran rayonunun Şovu kəndində yerləşən “Ədo petrol” adlı yanacaqdoldurma məntəqəsindən iki litr mühərrik yağı alıb geri qayıtdıqlarını, təxminən 30 dəqiqə Orxanla söhbət etdikdən sonra sonuncunun və Pərvizin avtomobillə hərəkət edərək uzaqlaşdıqlarını, anası və bacısı ilə bağlı hadəsələri sonradan bildiyini göstərdi. İş üzrə əlavə şahid qismində dindirilən X5 ifadəsində onun “Astola hotel”in sahibi olduğunu, Təqsirləndirilən şəxs 2022-ci il avqustun 28-də hotelin qeydiyyat masasına yaxınlaşmaqla sonuncuya məxsus şəxsiyyət vəsiqəsini təqdim edib otaq sifariş verdiyini, ola bilsin, qeydiyyat masasında əyləşən işçinin telefonla danışması nəticəsində fikrinin yayınmasından istifadə edən Orxanın yanında bir qız ilə otağa qalxdığını, sonuncunun yetkinlik yaşına çatmayan olmasını sonradan bildiyni göstərdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı şahid və şübhəli şəxs qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 178.2.4.-cü maddələrində nəzərdə tutulan cinayət əməlini etiraf etmiş, təqsirləndirilən şəxs qismindəki ifadələrində ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 150.2.3.-cü və 178.2.4.-cü maddələri ilə özünü qismən təqsirli bilməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 yaşını artırıb evlənmək adı aldadaraq sonuncunun anası Qanuni nümayəndə məxsus 11.760 manat məbləğində pulu ələ keçirdikdə şəxsi ehtiyaclarına xərcləməsini, razılıq əsasında Zərərçəkmiş şəxs1 ilə qeyri-təbii yolla cinsi əlaqəyə girməsini göstərmişdir (1-ci cild, iş vərəqi 34-37, 56-59, 81- 84, 189-193 və 231-235). İş materiallarındakı Lerik Rayon Polis Şöbəsinin tərtib etdiyi 2022-ci il 31 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30-da Azərbaycan Respublikasının CM-nin 178.2.4.-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə anası X4 məlumat verilmişdir (1-ci cild, iş vərəqi 48-49). İş materiallarındakı Lerik Rayon Polis Şöbəsinin tərtib etdiyi 2022-ci il 31 avqust tarixli protokoldan görünür ki, iş üzrə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə qismən razılaşıb 11.760 manat pulu dələduzluq yolu ilə ələ keçirtdiyini lakin Zərərçəkmiş şəxs1 ilə könüllü razılıq əsasında qeyri-təbii yolla cinsi əlaqəyə girdiklərini, sonuncuya qarşı heç bir zorakılıq etmədiyini bildirmişdir (1-ci cild, iş vərəqi 60-63). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X3» publik hüquqi şəxsinin Lənkəran rayolararası MTE və PA zona mərkəzinin canlı şəxsin ekspertizasına dair 2022-ci il 30 avqust tarixli 121 nömrəli ekspert rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthi üzərində sağ bazu nahiyəsində qançırı aşkar edilən xəsarət bərk küt əşyanın təsirindən törənərək müddəti müayinədən iki-üç gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; qızlıq pərdəsinin tamlığı pozulmamaqla yanaşı sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (qıfabənzər genişlənmə, qansızma) aşkar edilməklə müddəti müayinədən iki-üç gün əvvələ uyğun gəlir (1-ci cild, iş vərəqi 64-66). İş materiallarında olan Lerik Rayon Polis Şöbəsinin 2022-ci il 01 sentyabr və 2022-ci il 02 sentyabr tarixli qərarlarından görünür ki, əməli Azərbaycan Respublikasının CM-nin 178.2.4.-cü maddəsindən həmin Məcəllənin 150.2.3.-cü və 178.2.4.-cü maddələrinə tövsif edilən Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona göstərilən maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 67-68 və 73-74). İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2022-ci il 02 sentyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il avqustun 31-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 93- 95). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il 05 sentyabr tarixli 17/386168 №-li məktubundan görünür ki, həmin tarixdə təcridxanaya daxil olan Təqsirləndirilən şəxs sağ gözətrafı nahiyəsində tünd bənövşəyi rəngli qançır izləri aşkarlanmış, Təqsirləndirilən şəxs göstərilən xəsarəti polis əməkdaşları tərəfindən saxlanarkən aldığını bildirmişdir (1-ci cild, iş vərəqi 99). İş materiallarındakı Lerik Rayon Polis Şöbəsinin tərtib etdiyi 2022-ci il 22 sentyabr tarixli protokoldan görünür ki, Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olan bir ədəd CD-R diskinə baxış zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri ilə 2022-ci il avqustun 15-dən 2022-ci il avqustun 28-dək olan müddət ərzində qeydə alınan 230 telefon zənginin 51-ni Təqsirləndirilən şəxs, 179-nu isə Zərərçəkmiş şəxs1 icra etmələri, Təqsirləndirilən şəxs 2022-ci il avqustun 20-də saat 22:47-də, saat 22:59-da və saat 23:13-də, 2022-ci il avqustun 23-də saat 00:06-da, saat 01:55-də, saat 01:56-da, saat 01:59-da və saat 02:25-də, 2022-ci il avqustun 26-da saat 00:02-də, saat 00:04-də və saat 01:15-də, 2022-ci il avqustun 28-də saat 00:05-də, saat 00:06-da, saat 00:10-da, saat 00:13-də, saat 00:22-də və saat 02:25-də Lerik rayonu Piran kəndinin anten əhatə dairəsində olması müəyyənləşdirilmiş, iş üçün əhəmiyət kəsb edən başqa hər hansı bir hal, SMS mətnləri aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 101-102). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il sentyabrın 22-də tərtib etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 2018-ci il 18 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 2019-cu il 09 avqust tarixli qərarı ilə barəsində Azərbaycan Respublikasının CM-nin 76-cı maddəsi tətbiq olunmaqla cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2020-ci il aprelin 17-də cəzası başa çatmışdır (1-ci cild, iş vərəqi 103- 104 və 141-152). İş materiallarındakı Lerik Rayon Polis Şöbəsinin tərtib etdiyi 2022-ci il 18 oktyabr tarixli protokoldan görünür ki, qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə ifadəsi yerində yoxlanılan iş üzrə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında yerləşən «Astola hotel»i göstərib ifadəsini təsdiqləmiş, bir ədəd DVD- RW diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 115-118). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixiloji ekspertizasına dair 2022-ci il 18 oktyabr tarixli 2775 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hər hansı psixi xəstəliyin, habelə psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə sonuncu konfliktə və mübahisəyə meyilli olmamaq, sadəlövhlük, sakit təbiətlilik, tez inanmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, Zərərçəkmiş şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq qabiliyyətinə malikdir (1-ci cild, iş vərəqi 120-124). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasına dair 2022-ci il 07 dekabr tarixli 2363 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda və ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, habelə psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 198-199). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 07 dekabr tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərarlarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.2.3.-cü və 178.2.4.-cü maddələri ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 144-cü, 149-cu, 177.2.4.-cü və 178.2.2.-ci, Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikasının CMnin 177.2.4.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, maddi sübut kimi tanınan bir ədəd CD-R diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması xüsusiyyəti üzrə cinayət təqibinin başlanması rədd olunmuşdur (1-ci cild, iş vərəqi 200-216 və 218-220). Məhkəməyə təqdim olunan 2023-cü il 23 yanvar və 2023-cü il 08 fevral tarixli ərizələrdən görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və sonuncunun qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs əmisi X2 tərəfindən 2.000 manat ödənilməklə sonuncu tərəfindən hər ay 300 manat ödənilməsi vəd edildiyindən, habelə Azərbaycan Respublikasının CM-nin 150.2.3.-cü maddəsinə münasibətdə Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncuya qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəməyə təqdim olunan “Astola hotel”ə məxsus qeydiyyat kitabından çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs başqası ilə birlikdə 2022-ci il avqustun 28-də ünvan 2 ünvanında yerləşən “Astola hotel”dəki 302 nömrəli otağı bir gün müddətinə öz adına götürmüşdür. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4.-cü maddəsində və Azərbaycan Respublikasının CM-nin 2023-cü il fevralın 01-dək qüvvədə olan 150.2.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyinin tam sübuta yetirilmiş hesab edir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 150.2.3-cü və 178.2.4.-cü maddələri ilə düzgün tövsif edilmişdir. 2023-cü fevralın 01-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli Qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3.-cü maddəsi ləğv edilmiş, 150.2.-ci maddənin sanksiyasında “səkkiz” sözü “on” sözü ilə əvəz edilmiş; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə «yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə» məzmunlu 150.2-1.1.-ci maddə əlavə edilməklə həmin maddənin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 10.4.-cü maddəsinə müvafiq olaraq, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-nin 318.1.-ci maddəsinə uyğun olaraq, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı əməlinin hazırda qüvvədə olan Azərbaycan Respublikasının CM-nin 150.2-1.1.-ci maddəsi ilə tövsif edilməsi sonuncunun vəziyyətini ağırlaşdırdığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 2023-cü il fevralın 01-dək qüvvədə olan 150.2.3.-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qarşı zorla heç bir seksual xarakterli hərəkət etməməsi barədə dediklərinə, bununla da ittiham olunduğu əməllərin törədilməsində özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə özünümüdafiə xarakteri daşımıdığı qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4.-cü və Azərbaycan Respublikasının CM-nin 2023-cü il fevralın 01-dək qüvvədə olan 150.2.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsi olan digər zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmə və ifadənin yerində yoxlanılması haqqında protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4.-cü və Azərbaycan Respublikasının CM-nin 2023-cü il fevralın 01-dək qüvvədə olan 150.2.3.-cü maddələri ilə təqsirli bilinməli və ona qanunvericliyin müəyyən etdiyi həddə və qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 2023-cü il fevralın 01-dək qüvvədə olan 150.2.3.-cü maddəsinə münasibətdə zərər çəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 178.2.4.-cü maddəsinə münasibətdə zərəri qismən (2.000 manat məbləğində) ödəməklə barışıq əldə etməyə çalışdığını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 2018-ci il 18 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2019-cu il avqustun 09-da Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının CMnin 76-cı maddəsi tətbiq olunub cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2020ci il aprelin 17-də cəzası başa çatmış, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan bir ədəd CD-R diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 60 iş saatı həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində, mütəxəssis və ya ekspertlərə hər iş saatı üçün 0,35 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının, Azərbaycan Respublikasının CPM-nin 195.1.2.-ci və 195.2.-ci maddələrinə müvafiq olaraq, mütəxəssis tərəfindən görülən işin haqqının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı vəkil bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəzaçəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il avqustun 31-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4.-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 2023cü il fevralın 01-dək qüvvədə olan 150.2.3.-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2022-ci il avqustun 31-dən hesablansın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınan bir ədəd CD-R diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar