Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-554/2025 30.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş (FİN №xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın 1 il 6 ay 29 gününü çəkmiş, 4 ay 27 günü çəkilməmiş qalan, ünvan 1 ünvanda yaşamış, 04 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuş, 06 may 2024-cü il tarixdə əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilərək, həmin tarixdə qeyd olunan maddə ilə ittiham elan edilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqəsədi ilə “Whatsapp” ani mesajlaşma-mübadilə sistemindən istifadə etməklə narkotik vasitələri və psixotrop maddələri kiilli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan Əziz adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq şəxsiyyəti məlum olmayan İran vətəndaşının qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və məlum olmayan vaxtda əldə edərək müəyyən olunmayan qaydada Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar massivi” adlanan ərazisində qrupun digər üzvünün məlum olmayan şəxsə verdiyi 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,299 qram və 1,408 qram olmaqla, ümumi təmiz çəkisi 1,707 qram olan qəhvəyi rəngli maddə - xarici görünüş əlamətlərinə və kimyəvi tərkibi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin, 2 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,110 qram və 1,944 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 2,054 qram təşkil edən ağ rəngli kristallik maddə - xarici görünüş əlamətlərinə, kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Whatsapp” ani mesajlaşma-mübadilə sistemindən istifadə etməklə özünə məxsus “Samsung” markalı mobil telefon aparatına yüklənmiş “Whatsapp” ani mesajlaşma-mübadilə proqramı vasitəsilə şəxsiyyəti məlum olmayan Əziz adlı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə yaradaraq, sonuncunun “Whatsapp” ani mesajlaşma-mübadilə sistemi vasitəsilə göndərdiyi məkana, yəni Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar massivi” adlanan ünvanına gələrək həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metafetamini əldə edərək üzərində saxlamaqla daşımış, 03 may 2024-cii il tarixdə saat 22:30 dəqiqədə Bakı şəhər, Nərimanov rayon Polis idarəsi, Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ arxa cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan şəffaf selofana bükülmüş 1 ədəd bükümdə 0,299 qram olan narkotik vasitə heroin, qara rəngli dəri gödəkçəsinin sol iç cibindən 1 ədəd elektron tərəzi, 1 ədəd qara rəngli pul kisəsi və pul kisəsinin içərisindən 1 ədəd bükümdə 1,408 qram olan narkotik vasitə heroin, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 2,054 qram ağ rəngli kristallik psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 03 may 2024-cü il tarixdə Yasamal rayonu ərazisində Nərimanov rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis işçiləri onu saxlayandan sonra idarəyə dəvət etmişlər və orada üzərinə baxış keçirilərkən narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitəni internet vasitəsi ilə almışdır. Həmin narkotik vasitələrə görə 300 manat pul ödəmişdir. Özü təxminən 5-6 il olar ki, narkotik vasitələrdən, əsasən də «patı» kimi tanıdığı maddələrdən istifadə edir. Üzərindən aşkar olunmuş narkotik və psixotrop maddələr ona məxsusdur. Həmin maddələri özünün istifadəsi üçün almış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir və təzyiq olunmamışdır. Bəzən elə hallar olmuşdur ki, narkotik vasitələrdən istifadə etmək üçün dost-tanışlarına vermişdir. Təqsirini etiraf edir və əməlindən peşmandır. Məhkəmədə zərurət yarandığına görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 8 ildir narkotik vasitə və psixotrop maddəni çəkmək yolu ilə istifadə edir. Təxminən bir neçə ay qabaq tanış olduğu İran vətəndaşı Əziz adlı şəxsin 070 850-39-79 saylı mobil nömrənin «Whatsapp» tətbiqinə mesaj yazaraq 300 manat dəyərində narkotik vasitə və psixotrop maddə göndərməsini istəmişdir. Həmin şəxs Hövsan qəsəbəsi, «Bağlar massivi» deyilən yerdə öz kuryeri vasitəsilə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini atdıracağını, həmin narkotik vasitəni və psixotrop maddə metamfetamini 300 manat müqabilində satacağını bildirmişdir. Əziz adlı şəxsin kart hesabına 300 manat atdıqdan sonra «Whatsapp»da həmin şəxs ona konum atmış, həmin yer Hövsan qəsəbəsi, «Bağlar massivi» ərazisini göstərmişdir. 03 may 2024cü il tarixdə saat 15:00 radələrində həmin ünvana getmiş və oradan 2 ədəd bükümdə narkotik vasitəni və 2 bükümdə psixotrop maddəni götürərək oradan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Yasamal rayonu, N.Hikmət küçəsi, 45 ünvanının qarşısında ona tanımadığı mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu saxlamış və Bakı şəhəri, Nərimanov RPİ-yə dəvət etmişlər. Xidməti otaqlardan birində polis əməkdaşları dövlət hesabına müdafiəçi çağırdıqdan sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. O, əynində olan qara rəngli şalvarın arxa sol cibindən 1 ədəd “Attenti” markalı qolbağının aparatını, sağ arxa cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, 2 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd manatlıq pul əskinaslarını, içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan şəffaf selofana bükülmüş 1 ədəd bükümü, qara rəngli dəri gödəkçənin sol iç cibindən 1 ədəd qara rəngli pul kisəsini və 1 ədəd elektron tərəzini cibindən çıxardığı qara rəngli pul kisəsinin içərisindən şəffaf rəngli, spesifik qoxuya malik, kristal şəkilli maddə olan şəffaf selofana bükülmüş 1 ədəd büküm, içərisində spesifik qoxuya malik qəhvəyi rəngli şəffaf selofana bükülmüş 1 ədəd və içərisində içərisində spesifik qoxuya malik şəffaf rəngli, kristal şəkilli maddə olan qəbz kağızına bükülmüş 1 ədəd büküm olmaqla 1 bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümlərin nədən ibarət olduğunu soruşduqda, 2 ədəd bağlama narkotik vasitə olan “kakos” və 2 ədəd bükümdə psixotrop maddə “patı” olduğunun bildirmişdir. Təqdim etdiyi narkotik vasitə və psixotrop maddə qablaşdırılmış, möhürlənərək imzalanmışdır. Üzərindən aşkar edilmiş heroin və psixotrop maddə metafetamini satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün 03 may 2024-cü il tarixdə saat 15 radələrində sosial şəbəkəsində danışdığı, Əziz adlı İran vətəndaşının qeyd etdiyi yerdən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, «Bağlar massivi» adlanan ərazidən götürdüyünü bildirmişdir. Saxlanılarkən və RPİ-nə gətirilərkən, eyni zamanda RPİ-də ona qarşı heç bir qanunsuz hərəkət olmamış, heç bir psixi, yaxud fiziki zorakılığa məruz qalmamışdır (cild 1, iş vərəqi 231-233). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi, Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 03 may 2024-cü il tarixdə idarəyə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Nərimanov RPİ-nin və Bakı şəhər BPİ-nin rəhbərliyinə məruzə edildikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Onun rəhbərliyi ilə 16-cı Polis şöbəsinin kiçik inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün əməliyyat- axtarış tədbirləri keçirmək üçün o, Şahid2lə birlikdə Yasamal rayonu ərazisinə gəlmiş, saat 22:30 radələrində əməliyyat məlumatına əsasən Yasamal rayonu, N.Hikmət küçəsi, 45 ünvanının qarşısında zahiri görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq, sonuncunun şəxsiyyəti ilə maraqlandıqda, həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs özləri ilə birlikdə 16-cı Polis şöbəsinə gətirərək təhqiqatçıya təhvil vermişlər. Sonra şübhəli şəxsin hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxsə üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə və pisxotrop maddələr olduğu təqdirdə, təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən və dəri gödəkçənin iç cibindən çıxardığı qara rəngli pul kisəsinin içərisindən bükümləri çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlər açılıb içərisinə baxıldıqda spesifik iyə malik, şəffaf rəngli, kristal şəkilli metafetaminə bənzər və 2 ədəd bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddələrin heroin və metamfetamin olduğunu, onları bir neçə ay əvvəl sosial şəbəkədə tanış olduğu Əziz adlı İran vətəndaşından əldə etdiyini, iranlının ona 300 manat məbləğində heroin və metafetamin təklif etdiyini və onun konumunu göndərdiyi ünvana getdiyini, oradan həmin bükümləri götürərək uzaqlaşdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şalvarın ciblərindən 1 ədəd “Attenti” markalı həbs qolbağı aparatı, 1 ədəd “Samsung” markalı mobil telefon və təxminən 15-16 manat pul və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən heroinə və metamfetaminə bənzər kütlələr qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra protokol tərtib olunmuş, videoçəkiliş görüntüləri DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı psixoloji və fiziki təzyiqlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 16-cı Polis şöbəsinin Cinayət axtarışı üzrə kiçik inspektoru Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilməsi, orada üzərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib götürülməsi ilə bağlı keçirilmiş tədbirdə əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 04 may 2024-cü il tarixli protokola əsasən, həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 16cı Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılmış, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Attend” markalı həbs qolbağı aparatı, 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 1 manatlıq pul əskinasları, içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan şəffaf selofana bükülmüş 1 ədəd büküm, qara rəngli dəri gödəkçənin sol iç cibindən 1 ədəd qara rəngli pul kisəsi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Pul kisəsinin içərisinə baxış keçirdikdə, oradan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, vergi ödəyicisi vəsiqəsi, 1 ədəd “Umico” kartı, 1 ədəd “Leobank” plastik kartı, 1 ədəd “BakıKart” gediş kartı, içərisində şəffaf rəngli, spesifik qoxuya malik malik, kristal şəkilli maddə olan şəffaf selofana bükülmüş 1 ədəd büküm, içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, şəffaf sellofana bükülmüş 1 ədəd və içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan qəbz kağızma bükülmüş 1 ədəd büküm olmaqla 1 ədəd bağlama aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən 2 ədədinin içərisində narkotik maddə hesab olunan “kokos”'adı ilə tanınan heroin və digər 2 ədədinin içərisində psixotrop maddə hesab olunan “patı” adı ilə tanınan metamfetamin olduğunu, həmin maddələri 03 may 2024-cü il tarixdə əvvəllər də aralarında narkotik vasitə alqı-satqısı olduğu İran vətəndaşı olan Əziz adlı görmədiyi şəxsin atdırması ilə 300 manat qarşılığında Hövsan qəsəbəsində «Bağlar massivi»ndə yolun kənarından götürdüyünü bildirmişdir (cild 1, iş vərəqi 38-39). Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntüləri “DVD” formatlı diskə köçürülmüş, həmin disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 120, 206). Cinayət işində olan 08 may 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntülərin əks olunduğu DVD diskə baxış keçirilərkən həmin videogörüntülərin şəxsi axtarış və götürmə aparılması haqqında 04 may 2024-cü il tarixli protokolda qeyd olunanlara uyğun olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 119). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 6/2468 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün №218” dairəvi möhür əksi olan üzərində soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,299 qram və 1,408 qram olmaqla, ümumi təmiz çəkisi 1,707 qram təşkil edən qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkibi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,110 qram və 1,944 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 2,054 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə, kimyəvi tərkibi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli təhqiqat aparılması mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunan psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunan narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 46-51). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4473 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür (cild 1, iş vərəqi 169-170). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1281 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicə tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 167-168). Cinayət işinə əlavə olunmuş diskə baxış keçirilməsi haqqında 22 avqust 2024-cii il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş həmin diskə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 850-39-79 saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək olan müddət ərzində aparılmış danışqların (daxil olan və çıxan zənglər) çıxarışları, SMS yazışmaları mətnləri, eləcə də daxil olan və çıxan zənglərə aid abonentlərin anket məlumatları və həmin zənglərin hansı antenlar tərəfindən qeydiyyata alınması haqqında məlumatlar yüklənmişdir. Həmin diskin yaddaşında olan fayllarda xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddət ərzində 070 ******* saylı sim-kart nömrədən çıxan və daxil olan SMS yazışmalarının mətinində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar məlumatlar aşkar edilmişdir. xx.xx.2024-cü il tarixdə 070 ******* nömrəli abonentdən daxil olan mesajda “qaqaş qalan 5 manata kola düz qoş gəlim goturum gozduyurem” ifadələri qeyd edilmişdir. Həmən nömrəli abonentə 070 ******* mesajda “brat verdiyim kola lOnug idi qaqaş acanda görmədin qardaşım o 5 diy dour”, 070 ******* nömrəli abonentdən daxil olan mesajda “mən besdiy onlug bilmirem guya qaqas”, “qaqas sen hec patını gozdeme ele kola duzelt gelim goturum and ola” sözləri qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə **********99 nömrəli abonentdən daxil olan mesajda “salam brat 15diy alınır”, “lOluq das duzelende de edisdi brat” sözləri qeyd edilmişdir. Həmin nömrədən xx.xx.2024-cü il tarixdə “lOluq das 51ik kola evdeyem” mesajı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə **********51 nömrəli abonentdən daxil olan mesajlarda “inanki agriyiram” “salam mənə yarı lazımdı onluqda suse”, “qaqa tindeyem soyuqdan öldum yaxın uşaqda var onada birdene 10 çıxard” sözləri qeyd edilmşdir. İbtidai istintaq orqanının qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş yuxarıda göstərilən hadisəyə aid məlumatları özündə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 119-120). Həmçinin, təhqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd elektron tərəziyə baxış keçirilərkən işlək vəziyyətdə olması müəyyən olunmuş və üzərində narkotik vasitə olan heron iz şəkilində olduğu üçün elektron tərəzi maddi sübut kimi tanınmış və Bakı şəhəri, Yasamal RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 193-208). Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Nərimanov RPİ, Cinayət axtarış şöbəsinin axtarış üzrə əməliyyat müvəkilli, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 53). İbtidai istintaq orqanının 23 avqust 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılarkən götürülmüş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,299 qram və 1,408 qram olmaqla, ümumi təmiz çəkisi 1,707 qram təşkil edən qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkibi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,110 qram və 1,944 qram olmaqla, külli miqdarda - ümumi təmiz çəkisi 2,054 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə, kimyəvi tərkibi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 226). Elektron məhkəmə portalından əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1990-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşamış, onun himayəsində həyat yoldaşı və bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamadən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 139-148). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə idarədə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və tutulduğu tarixə kimi 1 il 6 ay 29 gününü çəkmiş, azadlığın məhdudlaşdarılması cəzasının 4 ay 27 günü çəkimlməmiş qalmışdır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, həmin məhkumluq hazırkı iş üzrə onun əməlində residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün dəlillər gətirmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi izahat və ifadələrində şəxsi axtarışı zamanı aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, iş materiallarında narkotik və psixotrop maddələrin alqı-satqısına dair çoxsaylı “sms” yazışmalarının olmasını, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla ayrı-ayrı bükümlərdə qablaşdırılmasını və onların çəkisinin müəyyən edilməsi üçün elektron trərəzinin mövcud olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, həmçinin təqsirini etiraf edib əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın 1 il 6 ay 29 gününü çəkmiş, azadlığın məhdudlaşdırılması cəzasının 4 ay 27 günü çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 4 ay 27 gün azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, həmin cəzanı hazırkı hökmlə təyin olunacaq cəzaya qismən birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Həmçinin məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 04 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuşdur. İstintaq orqanının qərarı ilə 06 may 2024-cü il tarixdə onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilərək, həmin tarixdə qeyd olunan maddə ilə ittiham elan edilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həmin tarixdən hal-hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 05 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı, çəkilməsi üçün onun üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 may 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4473 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs abstinensiya, intoksikasiya əlamətlərinin müəyyən edilməməsi və onun narkomaniyadan müalicəyə ehtiyacı olmaması nəzərə alınaraq barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,627 qram çəkidə narkotik vasitə heroin, 1,954 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 ay 27 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 2 (iki) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş cəzaya Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə müəyyən edilmiş və çəkilməmiş qalan 2 (iki) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 05 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,627 qram çəkidə narkotik vasitə heroin, 1,954 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-554/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-554/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver