Məhkəmə qərarları › İş №1(101)-555/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-555/2020

23.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-555/2020 23.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x4 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili x2 iştirakı ilə, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1992-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 148-də qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində ünvanını bilmədiyi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edib aldadaraq və hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb edib Azərbaycan Respublikasının dövlət sərhədindən keçirdikdən sonra insan alveri məqsədi ilə pasportlarını götürüb saxlamaqla gizlədərək təkrarən iki və ya daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2018-ci ilin avqust ayının sonlarında Türkiyə Respublikasının Tokat Vilayətinin Zile Bölgəsindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, ev 45-də kirayədə yaşayan Zərərçəkmiş şəxs3 ilə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edərək onu Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən xx xxxxxxxx 2018-ci il tarixdə, saat 15:34-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı sərhəd nəzarət məntəqəsindən avtobusla keçməklə Türkiyə Respublikasının Tokat vilayətinin Zile bölgəsinə getmiş, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2018-ci il tarixdə onu orada qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək olan müddət ərzində Zile bölgəsinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin fevral ayının əvvəllərində əlbir olduğu digər şəxs, Zərərçəkmiş şəxs2 xx xxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək nəzarəti altında Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri yayacağını bildirib, həmin hədəqorxu məcburetmə vasitəsindən istifadə edərək bundan sonra Təqsirləndirilən şəxs müştərilərinə təqdim olunacağını bildirib, cinsi istismar edilməsi məqsədi ilə Türkiyə Respublikasının Tokat vilayətinin Zile bölgəsində kirayə yaşadığı evdə cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdiyindən Təqsirləndirilən şəxs onu Zile bölgəsində, kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxx 2019-cu il tarixədək olan müddət ərzində qeyd olunan bölgənin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxsin cinsi istismara məruz qoyduğu Zərərçəkmiş şəxs1 xx xxxx 2019-cu il tarixdə digər şəxsin Türkiyə Respublikasının Tokat vilayətinin Zile bölgəsində kirayə yaşadığı mənzildə hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb edib həmin ünvandan götürərək özünün Tokat vilayətinin Zile bölgəsində kirayə yaşadığı mənzilə gətirib yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən xx xxxx 2019-cu il tarixədək olan müddət ərzində Zile bölgəsinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək üç şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən kafedə ofisiant işlədiyi vaxt Sevinc adlı qadınla tanış olmuşdur. Sevinc ona əvvəllər Türkiyə Respublikasına gedib gəldiyini, orada yaşadığını, İstanbul şəhərində fahişəliklə məşğul olduğunu, istədiyi halda onun da İstanbul şəhərində fahişəliklə məşğul ola biləcəyini bildirmişdir. O, Sevincə etiraz etməyərək xx xxxxxx 2016-cı il tarixdə Sevinclə birlikdə İstanbul şəhərinə gedərək orada Sevinclə birlikdə Sevincin müştəriləri ilə cinsi əlaqədə olmuşdur. Sevinc onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etməmiş, nə də pulundan özünə pul götürməmişdir. Bir müddətdən sonra Sevinc Tokat vilayətində müştərilərlə cinsi əlaqədə olmağın rahat olduğunu, həmin şəhərə getməyini demişdir. Sevinc Vəfa adlı şəxslə danışdıqdan sonra o, Sevinclə birlikdə Tokat vilayətinin Zile bölgəsinə gedərək orada Vəfa adlı şəxsin mənzilində qalmışlar. Sevinc əvvəllər Zile bölgəsində olduğu üçün orada Sevincin tanış müştəriləri olmuş, Sevinc onun Türkiyədə istifadə etdiyi mobil nömrəsini həmin şəxslərə vermiş, həmin müştərilər onunla telefon əlaqəsi saxlayaraq onunla cinsi əlaqədə olmuşlar. Həmin vaxtdan mütəmadi olaraq Türkiyə Respublikası, Tokat vilayətinin Zile bölgəsinə gedib gəlməyə başlamışdır. Zile bölgəsində o, Aynurə Şikarova ilə rastlaşmış, Aynurə Tokat vilayətində qadınları fahişəliyə cəlb etmiş, həmin vaxt Aynurənin yanında müxtəlif qadınlar olmuş, Aynurə ona müştəriləri ilə cinsi əlaqədə olmağını təklif etdiyi zaman o, Aynurəyə etiraz etməmişdir. Aynurə onu müştərilərinin yanına göndərdiyi zaman müştərilərdən aldığı pulun yarısını ona verib qalan yarısını isə özünə götürmüşdür. Aynurə onu 2016-cı ilin noyabr ayının ortalarından etibarən cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etmiş, o, Aynurənin orada fahişəliyə cəlb etdiyi qadınların anket məlumatlarını unutmuş, 2017-ci ilin mart ayının əvvəllərində Aynurə vasitəsilə Kadir adlı şəxslə tanış olaraq Zile bölgəsində Kadirlə bir yerdə yaşamağa başlamışdır. Bundan sonra Aynurənin müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmamışdır. Səidəni o, Elnarə Qurbanovanın yanında görmüşdür. Elnarə Səidəni 2018-ci ildə pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etsə də o, Səidəni fahişəliyə cəlb etməmişdir. Zərərçəkmiş şəxs2 o, Aynurə Şikarovanın yanında görmüşdür. Aynurə Güləri 2018-ci ildə pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etmiş, Gülərlə bir neçə dəfə ünsiyyətdə olsa da Güləri pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etməmiş, 2019-cu ilin mart ayının əvvəllərində Tokat vilayətinin Zile bölgəsində Kadirin yaşadığı mənzildə olduğu vaxt Aynurə Şikarova telefon əlaqəsi saxlayaraq polis tərəfindən Azərbaycan Respublikasına deportasiya olunduğunu, mənzilində fahişəliyə cəlb etdiyi Rəvanə adlı qadının olduğunu, həmin qadını öz mənzilinə aparmağını, bir neçə gün mənzilində saxlamağını ondan xahiş etmişdir. Aynurə ilə münasibəti yaxşı olduğu üçün etiraz etməmiş, Kadirin idarə etdiyi avtomobil ilə gedərək Rəvanəni Aynurənin mənzilindən götürərək yaşadığı mənzilə gətirmiş, Rəvanə üzərində 500 ABŞ dolları pul olduğunu, həmin pulu saxlamağını ondan xahiş etmiş, o da etiraz etməyərək pulu saxlaması üçün Kadirə verməsini Rəvanəyə bildirmişdir. Növbəti gün həmin pulu Rəvanə ilə bir yerdə gedib Ziraat bankından, yaxud da poçtdan Azərbaycana Rəvanənin anasına göndərmişlər. Rəvanə onun yaşadığı mənzildə bir həftə qalmış, Rəvanənin anası Rəvanə ilə telefon əlaqəsi saxladıqdan sonra Rəvanə Azərbaycana getmiş, bundan sonra onun Rəvanə ilə hər hansı əlaqəsi olmamışdır. Rəvanəni pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etməmiş, o, ümumiyyətlə Rəvanəni fahişəliyə cəlb etməmişdir. Azərbaycana gələndən sonra Rəvanənin anası onunla telefon əlaqəsi saxlayaraq qızının onun evində soyuqladığını, onlara pul göndərməyini, qızını müalicə elətdirmək istədiyini bildirmişdir. Rəvanənin anasına pulunun olmadığını dediyi zaman Rəvanənin anası ondan polisə şikayət edəcəyini bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2016-cı ilin dekabr ayının əvvəllərində metronun Qara Qarayev stansiyasının yaxınlığında yerləşən adını unutduğu gözəllik salonunda Asilə adlı qadınla tanış olmuşdur. Həmin vaxt Asilə Türkiyə Respublikasının Amasiya şəhərinin Merzifon rayonuna getdiyini, o da Merzifon rayonuna gəlsə Aynur adlı tanışının ona iş tapmaqda köməklik edəcəyini bildirmiş, həmin vaxt onun maddi vəziyyəti yaxşı olmadığı üçün işə ehtiyacı olduğuna görə Asilə ilə razılaşıb Türkiyə Respublikasına gedəcəyini demişdir. Bundan sonra 2017-ci ilin fevral ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 11-də olduğu zaman mobil telefonunda olan vatshap proqramı vasitəsilə Asilə ilə əlaqə saxlayıb Asilənin yanına getmək istədiyini, lakin pulu olmadığına görə pasport ala bilmədiyini demişdir. Həmin vaxt o, Aynurla danışdığı zaman Aynur ona yanına gəldiyi halda yüksək maaşlı iş tapacağını demiş, Asilə ona bacısının yaşadığı mənzilə getməyini, bacısının ona 100 ABŞ dolları pul verəcəyini, lakin Türkiyəyə gəldikdən sonra həmin pulu qaytarmalı olduğunu bildirmişdir. Asilənin sözlərinə əsasən bacısının yaşadığı, ünvanını unutduğu mənzilə gedərək Asilənin adını bilmədiyi bacısından 100 ABŞ dolları pul almış, bundan sonra o 2017-ci ilin fevral ayının ortalarında “Asan Xidmət”dən pasportunu alaraq xx xxxxxx 2017ci il tarixdə avtovağzaldan avtobusa minib Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Gürcüstan Respublikasına, oradan da Türkiyə Respublikasının Amasiya şəhərinin Merzifon rayonuna getmişdir. Orada Asilə ilə Asilənin əmisi qızı Aynur onu qarşılayaraq kirayədə yaşadıqları dəqiq ünvanını bilmədiyi 2 mərtəbəli binanın ikinci mərtəbəsinə aparmışlar. Aynur işlə bağlı qeydiyyata düşmək üçün lazım olduğunu deyib pasportunu ondan almış, Aynurdan harada işləyəcəyini soruşduğu zaman Aynur ona hər hansı iş olmadığını, tanışı olan müştərilərlə pul qarşılığında cinsi əlaqədə olacağını bildirmişdir. O, Aynura fahişəliklə məşğul olmaq üçün Türkiyə Respublikasına gəlmədiyini, ona normal iş söz verdiklərini demiş, Aynur ona dediklərini etmədiyi halda pasportunu cıracağını, polisə fahişəliklə məşğul olmağı barədə məlumat verib onu tutduracağını, ömrünün sonuna qədər Azərbaycana qayıda bilməyəcəyini bildirmişdir. O da Aynurdan qorxduğu üçün razılaşmış, Asilədən nə üçün onu aldatdığını soruşduğu zaman Asilə başını aşağı salaraq Aynurun hədə-qorxu gəldiyini, bu səbəbdən ona həqiqətləri deyə bilmədiyini demişdir. Bundan sonra Aynur Asilə və onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etməyə başlamış, Aynur müştərilərdən pulu alaraq onları müştərilərə təqdim etmiş, müştərilər apardıqları mənzillərdə və hotellərdə onlarla cinsi əlaqədə olmuş, müştərilərdən alınan pulun çox hissəsini Aynur özünə götürərək qalan hissəsini isə onlara vermişdir. xx xxxx 2017-ci il tarixədək Aynur onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, Asilə ondan əvvəl Azərbaycana qayıtmış, Aynur ona yenidən yanına qayıtmalı olduğunu, yanına qayıtmadığı halda müştəriləri ilə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri sosial şəbəkələrdə yayacağını demişdir. Yaxınlarının yanında rüsvay olmamaq üçün Aynur ilə razılaşmış, bundan sonra o, xx xxxx 2017-ci il tarixdə avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycana qayıtmış, xx xxxx 2017-ci il tarixdə yaşadığı mənzildə olduğu zaman Aynur yenidən onunla vhatsap vasitəsilə telefon əlaqəsi saxlamış, həmin vaxt 051 ***-**-** rəqəmli mobil nömrəni istifadə etmiş, telefonla danışdığı zaman Aynur ona yanına gəlmədiyi halda müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş video görüntülərini sosial şəbəkələrdə yayacağını bildirdiyinə görə məcburiyyət qarşısında qalaraq xx xxxx 2017-ci il tarixdə yenidən avtovağzaldan avtobusa əyləşib avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə Türkiyə Respublikasının Amasiya şəhərinin Merzifon rayonuna, Aynur və Asilənin kirayə yaşadıqları mənzilə getmişdir. Orada əvvəlki qaydada Aynur onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamış, təxminən on gündən sonra ünvanını bilmədiyi kafelərin birində təsadüfən Könül adlı qadınla tanış olmuşdur. Könüllə münasibəti yarandığından əlaqə saxlamaq məqsədi ilə mobil telefonlarının nömrələrini biri-birilərinə vermiş, Könülə Aynur tərəfindən başına gətirilənləri danışmış, Könül ona Aynurgilin yanından uzaqlaşmağı məsləhət görmüşdür. Könül özü Merzifonda Mustafa adlı şəxslə ailəli olaraq Mustafa ilə bir yerdə yaşamış, Aynurun polislə problemi olduğu üçün xx xxxxx 2017-ci il tarixdə onu Azərbaycana yola saldıqdan sonra Aynur barəsində onun məlumatı olmamışdır. Könüllə əlaqə saxladığı zaman Könülə Merzifon şəhərinə gəlib işləmək istədiyini demiş, Könül ona Merzifon şəhərinə gəlməyini, istədiyi halda orada iş tapmaqda köməklik edəcəyini bildirdikdən sonra xx xxxxx 2017-ci il tarixdə o Merzifon şəhərinə gedib kirayə mənzil tutataraq Könülün onun üçün tapdığı salonda saç ustasının köməkçisi kimi işə düzəlmişdtr. Bundan sonra Türkiyədə qalma müddəti bitdiyi üçün tez-tez Azərbaycana gəlib qayıtmış, müxtəlif əşyalar almaq üçün xx xxxxxxx 2018-ci il tarixdə x1 Doha şəhərinə getmiş, Doha şəhərində bir neçə gün qaldıqdan sonra xx xxxxxx 2018-ci il tarixdə o Azərbaycana qayıdaraq xx xxxxxx 2019-cu il tarixdə İran İslam Respublikasına həkimə gedib Bakı şəhərinə qayıtmışdır. 2019-cu ilin fevral ayının ortalarında Könüllə telefon əlaqəsi saxlayaraq Türkiyə Respublikasının Merzifon şəhərinə getmək istədiyini dediyi zaman Könül ona Azərbaycanda olduğunu, Türkiyəyə gedə bilmədiyini dedikdə o, Könülə tanışların birinin nömrəsini ona verməsini xahiş etmiş, Könül yaxın tanışlarından heç kimin orada olmadığını, yalnız Aynur adlı qadının telefon nömrəsinin olduğunu, Aynurla yeni tanış olduğunu, Aynurla əlaqə saxlayıb Aynurun yanına getməyini, Aynurun ona ev tapmaqda köməklik edəcəyini bildirmişdir. Həmin vaxt o 051 ***-**-** rəqəmli mobil nömrəni istifadə etmiş, yaşadığı Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 11-də olduğu zaman Aynurun Türkiyədə istifadə etdiyi +**********948 rəqəmli mobil nömrə ilə vhatsap vasitəsilə əlaqə saxladıqda Aynur ona Tokat şəhərinə gəlməyini, ona kirayə ev tapmaqda köməklik edəcəyini demiş, Aynura iş tapmaqda köməklik etməsini demiş, Aynur ona yaxınlıq etdiyi Türkiyə vətəndaşının restoranı olduğunu, həmin restoranda ofisiant kimi onu yüksək maaşlı işə düzəldəcəyini bildirdikə o, Aynurun təklifinə çox sevinmiş, Könüllə telefon əlaqəsi saxlayıb Aynurun etdiyi təklifi Könül dediyi zaman Könül ona Aynuru yaxşı tanımadığını, ehtiyatlı olmağını bildirmişdir. Bundan sonra Aynur Şikarova ilə bir də danışaraq Aynura əvvəllər başına iş gəldiyini, hər şeydən ehtiyat etdiyini demiş, Aynur Şikarova ona narahat olmamağını, pis insan olmadığını qeyd etmiş, bundan sonra xx xxxxxx 2019-cu il tarixdə avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən keçərək xx xxxxxx 2019-cu il tarixdə Türkiyə Respublikasının Tokat şəhərinin Zilə rayonuna çatmış, Aynur onu orada qarşılayıb kirayə yaşadığı mənzilə aparmışdır. Aynur onun pasportunu iş icazəsi alınması üçün lazım olduğunu deyərək onun pasportunu götürmüş, Aynur bundan sonra ona müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olacağını deyərək onu müştərilərin olduğu ünvanlara aparmağa başlamışdır. Müştərilər onunla cinsi əlaqədə olduqdan sonra pulu Aynura vermişlər. Aynur onu xx xxxx 2019-cu il tarixədək müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, xx xxxx 2019-cu il tarixdə Aynurun mənzilində olduğu zaman Aynur ona zəng edib əsl adı Tünzalə olan, Türkiyədə “Dəniz” kimi çağırılan qız gəldiyi zaman qapını açmağını demiş, az sonra mənzilin qapısı döyüldü zaman o, gələnin Tünzalə olduğunu bildiyinə görə qapını açmış, həmin vaxt Tünzalə mənzilə daxil olaraq ona Aynurun polislə problemi olduğuna görə birlikdə yaşadığı mənzilə gedəcəklərini, pasportunu Aynurdan götürdüyünü, bundan sonra müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olacağını demişdir. Bu zaman Tünzalənin tanışı, türk milliyyətindən olan, sonradan adının Kadir olduğunu bildiyi şəxs idarə etdiyi avtomobillə onların yanına gələrək onları avtomobilə əyləşdirərək Tünzalə ilə birlikdə yaşadığı mənzilə aparmış, yolla gedərkən Tünzalə ona üstündə olan pulların hamısını saxlaması üçün Kadirə verməyini bildirmiş, o da Tünzaləyə inandığından özünə məxsus 2500 türk lirəsini, yəni təxmini hesablamasına görə 1000 manata yaxın pulu saxlaması üçün Kadirə vermişdir. Daha sonra onlar birlikdə Tünzalənin yaşadığı Tokat şəhərinin Zilə rayonunda yerləşən evə getmiş, Tünzalənin mənzilinə gələndən sonra Tünzalə ona müştəriləri ilə cinsi əlaqədə olacağını demiş, Aynurla razılaşdığını, bundan sonra onun yanında qalacağını bildirmişdir. xx xxxx 2019-cu il tarixdən etibarən Tünzalə onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamış, Tünzalə onu müştərilərin olduğu ünvanlara apararaq müştəriləri ilə cinsi əlaqədə olduqdan sonra onu ger qaytarmış, əldə olunan pulu isə saxlaması üçün Kadirə vermişdir. Tünzalənin nəzarəti altında təqdim etdiyi təxminən 7-8, hətta bəzi günlərdə 12-13 kişi ilə cinsi əlaqədə olmuş, Təxminən bir həftədən sonra Tünzalə yaşadıqları evə Kadiri çağıraraq onun payına düşən pulları Kadirdən alıb valyuta dəyişmə məntəqəsində dollara dəyişsə də onun payına düşən 1500 ABŞ dollarını ona verməyərək özündə saxlamış, səhərisi günü anası ona zəng edib pul lazım olduğunu dedikdə o bu barədə Tünzaləyə demiş, Tünzalə ona cəmi 500 ABŞ dolları pul vermiş, o, 500 ABŞ dollarını anasına göndərmişdir. Həmçinin Tünzalə ona çatası 1000 ABŞ dolları məbləğində pulu bir neçə gün ərzində verəcəyini qeyd etmiş, həmin vaxtlarda o, xəstə olsa da Tünzalə ona çay, çörək verməmiş, xx xxxx 2019-cu il tarixdə anası zəng edib Tünzalə ilə onun barəsində danışaraq pasportunu verməyəcəyi təqdirdə polisə məlumat verəcəyini bildirmişdir. Bundan sonra Tünzalə onu xx xxxx 2019-cu il tarixdə avtobusla Azərbaycana yola salmışdır. O, Aynurun və Asilənin anket məlumatlarını bilmədiyini, Aynurun qara saç, orta bədən quruluşlu, orta boylu qadın olduğunu, Asilənin isə dolu bədənli, orta boylu, sarı saçlı qadın olduğunu bildirmişdir. Həmçinin, o, Könül İsgəndərovanın onu cinsi istismar etmədiyini bildirmişdir. Bundan başqa o, ifadəsində Gülər İskəngərovanın da Təqsirləndirilən şəxs tərəfindən cinsi istismar olunduğunu, Gülərin də onların yanında qaldığını, lakin müştərilərlə görüşə eyni vaxtda göndərilmədiyini bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Sabunçu qəsəbəsində tək kirayədə yaşamağa, kafelərdə xadimə kimi işləməyə başlamış, həmin ərəfədə Sabunçu qəsəbəsində yerləşən «Bakı» adlı kafeni işlədən Elnarə Qurbanova ilə tanış olmuş, arada Elnarənin işlətdiyi kafedə də təmizlik işləri görmüşdür. Təxminən 2017-ci ilin sonlarında Elnarə işlətdiyi kafenin fəaliyyətini saxlayaraq Türkiyə Respublikasına getmişdir. 2018-ci ilin yanvar ayının əvvəllərində kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, ev 45-də olduğu zaman Elnarə onunla telefonun vhatsapp proqramı vasitəsi ilə əlaqə saxlayaraq Türkiyə Respublikası Tokat bölgəsinin, Zile qəsəbəsində olduğunu, orada tikiş fabrikində işlədiyini, yüksək gəlir əldə etdiyini bildirərək ona yanına gəlməyini təklif etmişdir. O, Elnarəyə pasportunun və yol pulunun olmadığını dediyi zaman Elnarə ona pasport alacağını və yol pulunu ödəmək üçün pul göndərəcəyini bildirmişdir. Bundan sonra o razılaşmış, bir neçə gün sonra Elnarə öz adından onun adına 150 ABŞ dolları məbləğində pul göndərmiş, həmin pulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Firuzə şadlıq sarayının yanında yerləşən adını xatırlamadığı bank filialından almışdır. Bundan sonra pasport almaq üçün ASAN xidmətə müraciət etmiş, pasportunu aldıqdan sonra xx xxxxx 2018-ci il tarixdə avtobusla Şıxlı sərhəd buraxılış məntəqəsindən keçərək Türkiyə Respublikasına getmişdir. xx xxxxx 2018-ci il tarixdə Elnarə onu qarşılayaraq Zile qəsəbəsində kirayə tutduğu mənzilə aparmış, həmin vaxt mənzildə Şəlalə adlı qadın da olmuş, mənzilə çatdıqdan sonra Elnarə onun pasportunu almış, Elnarə ona işlə bağlı qeydiyyata düşmək üçün pasportunun lazım olduğunu bildirmişdir. Elnarədən harada işləyəcəyini soruşduğu zaman Elnarə onun üçün hər hansı iş olmadığını, işinin Şəlalə kimi tanışı olan kişilərə intim xidmətlər göstərməkdən ibarət olacağını, bununla olan borcunu ödəyəcəyini və özünə də pul qazanacağını bildirmişdir. O, belə razılaşmadıqlarını, heç vaxt belə bir iş görmədiyini bildirərək etiraz etmiş, Elnarə isə ona razılaşmayacağı halda başına oyun gətirəcəyini, borcunun olduğunu, həmin pulu ödəyərək çıxıb gedə biləcəyini demişdir. O da məcbur olub razılaşmış, bundan sonra Elnarə onu və Şəlaləni özü ilə hotellərə apararaq tanışı olan kişilərə cinsi əlaqədə olmaları üçün təqdim etməyə başlamış, Elnarənin tanışları ilə otellərdə cinsi əlaqədə olmuşdur. Həmin otellərə onları Elnarə özü aparmış, o, Elnarənin həmin kişilərdən nə qədər pul aldığını bilməmiş, Elnarə ona pul verməmişdir. Elnarəyə geri qayıtmaq istədiyini bildirdikdə isə Elnarə ona hələ borcunun olduğunu bildirmiş, həmin ərazidə polislər reyd keçirdiklərindən baş verənlər barədə heç kimə heç nə deməmək şərti ilə Azərbaycana qayıtmağına icazə vermiş, dediklərini etməyəcəyi halda kişilərə intim xidmətlər göstərən zaman çəkmiş olduğu video görüntüləri internetdə yayacağı, ilə Elnarə onu hədələmişdir. Elnarə onu xx xxxxx 2018-ci il tarixədək müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. 2018-ci ilin iyul ayının əvvəllərində yaşadığı evdə olduğu zaman Elnarə yenidən vhatsap vasitəsilə onunla telefon əlaqəsi saxlayaraq yanına gəlməli olduğunu demiş, yanına gəlmədiyi halda müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş video görüntülərini yayacağını demiş, Elnarənin tələbi ilə xx xxxx 2018-ci il tarixdə Şıxlı sərhəd buraxılış məntəqəsindən keçərək yenidən Türkiyə Respublikasına getmişdir. Onu Elnarə qarşılayaraq yenidən həmin mənzilə aparmış, Şəlalə artıq orada olmamış, əvvəlki qaydada Elnarə onu intim xidmətlər göstərməyi üçün müştərilərinə təqdim etməyə başlamış, ona hədə-qorxu gəlmiş, daim Elnarə onu öz nəzarəti altında saxlayaraq onu tək buraxmamışdır. O orada olarkən Təqsirləndirilən şəxs ilə tanış olmuş, Tünzalə ona yazığının gəldiyini, ona köməklik edəcəyini bildirmişdir. Təxminən 1 ay Elnarə onu müştərilərinə intim xidmətələr göstərməyə məcbur etmiş, o Elnarəyə özünü öldürəcəyini, həyatından bezdiyini, ondan əl çəkməsini demişdir. Elnarə onun yalan danışmadığını anlayaraq Azərbaycana qayıtmağına icazə vermiş, xx xxxx 2018-ci il tarixədək Elnarə onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, xx xxxx 2018-ci il tarixdə avtobusla Bakı şəhərinə gəlmişdir. Təxminən 2018-ci ilin avqust ayının sonlarında kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, ev 45-də olduğu zaman Türkiyə Respublikasında tanış olduğu Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq ona yanına gəlməyini bildirmiş, o, pulunun olmadığını, xadimə işlədiyini Tünzaləyə bildirmiş, Tünzalə Elnarə kimi qadın olmadığını, ona köməklik edəcəyini, yaxşı maaşı olan işə düzəlməkdə köməklik edəcəyini demiş, Tünzalə ona yol pulu göndərəcəyini bildirərək öz adından onun adına 50 ABŞ dolları pul göndərmiş, o da həmin pulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Firuzə şadlıq sarayının yanında yerləşən adını xatırlamadığı bank filialından almışdır. Bundan sonra xx xxxxxxxx 2018-ci il tarixdə avtobusla Şıxlı sərhəd buraxılış məntəqəsindən keçərək Türkiyə Respublikasına getmişdir. Tünzalə xx xxxxxxxx 2018-ci ildə onu qarşılayaraq yaşadığı mənzilə aparmış, mənzildə başqa heç kim olmamış, Tünzalə onu qeydiyyata salacağını bildirərək pasportunu almış, ardından işinin Elnarənin yanında olduğu kimi müştərilərinə pul qarşılığında intim xidmətlər göstərməkdən ibarət olacağını bildirmişdir. O, etiraz etsə də Tünzalə ona yad ölkədə olduğunu, kriminal aləmdə olan tanışlarının olduğunu, başına istədiyi oyunu gətirə biləcəyini deyərək onu hədələmiş, dediklərini edəcəyi halda isə əldə olunan pulun yarısını ona verəcəyini demişdir. O çarəsiz qalaraq razılaşmış, təxminən bir ay Tünzalə onu müştərilərinə intim xidmətlər göstərməyə məcbur edərək ona qarşı qəddarlıq etmiş, Tünzalə ona imkanlarının geniş olduğunu, heç kimdən qorxmadığını bildirmiş, orada müştəri kimi tanıdığı Yasin adlı şəxs onun vəziyyətini bilərək onu Tünzalənin əlindən almış, Tünzaləyə ondan əl çəkməsini xəbərdarlıq etmişdir. Tünzalə onu xx xxxxxxxx 2018-ci il tarixədək müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, sonra Yasin onu Sumqayıt şəhərindən olan, İstanbul şəhərində yaşayan, tanışı olan Firuzə adlı qadınla əlaqələndirərək Firuzəyə dayə lazım olduğunu bildirmiş, bundan sonra Yasin ona yol pulu verərək Azərbaycana yola salmış, o, xx xxxxxxx 2018-ci il tarixdə Azərbaycana qayıtmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Aynur adlı qadını 2006-cı ildən tanımış, belə ki, həmin vaxtlarda Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən dəmiryolu vağzalında, adını bilmədiyi kafedə Aynurə ilə birlikdə ofisiant işləmiş, sonradan vağzalın yaxınlığında yerləşən həmin kafe bağlandıqdan sonra təxminən 2012-ciildə Aynurə işləmək məqsədiilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. 2018-ci ilin təxminən yanvar ayının sonlarında Aynurə Bakı şəhərinə qayıdaraq onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Əsədullayev küçəsi, ev 27, mənzil 9A-ya gəlib onunla görüşmüş, söhbət zamanı maddi cəhətdən çətinlik çəkdiyini Aynurəyə dediyi zaman Aynurə ona Türkiyə Respublikası, Tokat vilayətinin Zile rayonunda yaşadığını, oradaona yüksək əməkhaqqısı olan iş tapmaqda kömək edəcəyini demiş, onun da pula ehtiyacı olduğu, maddi durumunun yaxşı olmadığı üçün Aynurə ilə razılaşmışdır. Aynurəyə yol pulunun olmadığını dediyi zaman Aynurə gedib Türkiyədən ona yol pulu göndərəcəyini bildirmiş, bir müddətdən sonra Aynurə Türkiyə Respublikasından ona 100 manat pul göndərmiş, həmin pulu o Bakıxanov qəsəbəsində, Bakıxanov bazarının yaxınlığında yerləşən adını unutduğu bankdan götürmüş, həmin ərəfədə o 077 ***-**-** rəqəmli mobil nömrəni istifadə etmişdir. xx xxx 2018-ciiltarixdə avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən keçib Türkiyə Respublikası, Tokat vilayətinin Zile rayonuna getdiyi zaman orada onu Aynurə qarşılayaraq kirayədə yaşadığı evinə aparmış, söhbət zamanı Aynurə onun işə düzəlməyi üçün pasportunun lazım olduğunu deyərək ondan pasportunu almışdır. xx xxx 2018-ci il tarixdə iş barədə soruşduqda Aynurə hər hansı işin olmadığını, nəzarəti altında təqdim etdiyi kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olacağını demiş, o, buna etiraz etsə də Aynurə ona dediklərini etmədiyi halda pasportunu cıracağını, polisə fahişəliklə məşğul olmağı barədə məlumat verib onu tutduracağını bildirmişdir. Aynurənin dediklərindən qorxduğuna, həmçinin Azərbaycana qayıtmağa yol pulu olmadığına görə Aynurə ilə razılaşmaq məcburiyyətində qalmış və həmin gündən başlayaraq Aynurənin nəzarəti altındatəqdim etdiyi kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmağa başlamışdır. Aynurə onu müştərilərin olduğu müxtəlif ünvanlara aparır, orada onun müştərilərlə cinsi əlaqədə olmağını təşkil edir, müştərilərdən pulu özü alaraq ona çatmalı olan hissəsini özündə saxlamışdır. Aynurə ona Azərbaycanda işinin olduğunu, evində gözləməyini, bir neçə günə qayıdacağını demiş, həmin vaxt onun pasportu Aynurədə olduğu üçün heç yerə çıxıb getməmiş, Aynurə xx xxx 2018-ci il tarixdə Azərbaycana gedib, 2018-ci ilin iyun ayının əvvəllərində yenidən qayıtmışdır. Aynurə onu xx xxxxxx 2018-ci il tarixədək müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, yenidən yanına qayıtmalı olduğunu ona demiş, müştərilərlə cinsi əlaqədə olduğu zaman onu video lentə aldığını, yenidən yanına qayıtmalı olduğunu, qayıtmadığı halda həmin video görüntüləri sosial şəbəkələrdə yayacağını bildirmişdir. O, xx xxxxxx 2018-ci il tarixdə avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən keçib Bakı şəhərinə gəlmiş, 2018-ci ilin noyabr ayının ortalarında yaşadığı evdə olduğu zaman Aynurə Türkiyə Respublikasından onunla vhatsapla telefon əlaqəsi saxlayaraq yenidən yanına gəlməyini, gəlmədiyi halda müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri sosial şəbəkələrdə yayacağını bildirmiş, xx xxxxxx 2018-ci il tarixdə avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən keçərək Türkiyə Respublikası, Tokat vilayətinin Zile rayonuna gedərək Aynurənin yaşadığı evdə yerləşmiş, xx xxxxxx 2018-ci il tarixdən etibarən Aynurə əvvəlki qaydada onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, xx xxxxxx 2018-ci il tarixədək Aynurənin tanışı olan müştərilərlə pul qarşılığında cinsi əlaqədə olduqdan sonra Azərbaycana qayıtmışdır. 2018-ci ilin dekabr ayının ortalarında yaşadığı evdə olduğum zaman Aynurə Türkiyə Respublikasından onunla vhatsapla telefon əlaqəsi saxlayaraq yenidən yanına gəlməyini, gəlmədiyi təqdirdə müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntüləri sosial şəbəkələrdə yayacağını demiş, xx xxxxxx 2018-ci il tarixdə avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən keçərək Türkiyə Respublikası, Tokat vilayətinin Zile rayonuna gedərək xx xxxxxx 2018-ci il tarixdə Aynurənin yaşadığı evdə yerləşmış, Aynurə əvvəlki kimi onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, 2019-cu ilin fevral ayının əvvəllərinədək Aynurənin təqdim etdiyi kişi müştərilərlə cinsi əlaqədə olmuş, həmin vaxtlarda Aynurənin polislə problemi olduğu üçün Aynurə onu Tünzalə adlı tanışının yanına göndərmişdir. Aynurə ona bundan sonra Tünzalənin tanışı olan şəxslərlə cinsi əlaqədə olacağını bildirmiş, Tünzalənin dediklərini etmədiyi halda özünün və Tünzalənin video görüntüləri sosial şəbəkələrdə yayacağını bildirdiyi zaman o məcburiyyət qarşısında Aynurə ilə razılaşmışdır. Bundan sonra o, Tünzalənin yaşadığı evə getdiyi zaman Tünzalə ona müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olacağını bildirmiş, 2019-cu ilin fevral ayının əvvəllərindən etibarən Tünzalənin tanışı olan müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmağa başlamışdır. Tünzalə onu müştərilərin olduğu ünvanlara apararaq orada onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, Tünzalə Kadir adlı şəxslə birlikdə yaşadığı üçün onu yaşadığı evində müştərilərinə təqdim etməmişdir. Təxminən 2019-cu ilin mart ayının 18dək Tünzalənin təqdim etdiyi kişi müştərilərlə onun nəzarəti altında cinsi əlaqədə olmuş, həmin tarixdən 1-2 gün sonra Tünzalə Azərbaycana yola düşmüş və o, Tünzalənin evindən çıxmışdır. Bir müddət orada qalıb xx xxxxx 2019-cu il tarixdə avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən keçib yaşadığı Bakı şəhərinə qayıtmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, 2017-ci ilin fevral ayının ortalarında Rəvanə işləmək məqsədi ilə Türkiyə Respublikasının Amasiya şəhərinin Merzifon rayonuna gedərək xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. Aralarında olan söhbət zamanı Rəvanə ona Türkiyə Respublikasının Amasiya şəhərinin Mərzifon rayonunda olan zaman təsadüfən Könül adlı qadınla tanış olduğunu, Könüllə arasında yaxşı münasibət yarandığını, Könülün ona iş tapmaqda köməklik etdiyini demiş, 2019-cu ilin fevral ayının sonlarında Rəvanə iş tapmaq üçün Türkiyə Respublikasına getmək istədiyi zaman onaKönül vasitəsilə bir nəfər Aynurə adlı qadının mobil nömrəsini tapdığını, həmin qadın da onaiş tapmaqda köməklik edəcəyini demişdir. Rəvanə Aynurə adlı qadınla danışıb xx xxxxxx 2019-cu il tarixdə Türkiyə Respublikasının Tokat şəhərinin Zile rayonuna getmiş, sonradan Rəvanə onunla telefon əlaqəsi saxlayaraq orada Aynurə tərəfindən qarşılandığını, Aynurə tərəfindən kirayə yaşadığı mənzilə aparıldığını, həmin gündən başlayaraq Aynurənin nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olduğunu, bundan başqa Tünzalə adlı qadının onu müxtəlif kişi müştərilərə təqdim edərək cinsi əlaqədə olmağa məcbur etdiyini,ona məxsus pasportu alıb özündə saxladığını, Tünzalənin əldə olunan pulun yarısınıona verməli olduğu halda həmin pulu da özündə saxladığını demişdir. xx xxxx 2019-cu il tarixdə o telefonla zəng edib Tünzalə ilə danışmış və Rəvanəyə məxsus pasportu qaytarmayacağı halda polisə məlumat verəcəyini bildirmiş, bundan sonra Tünzalə Rəvanəyə məxsus pasportu Rəvanənin özünə qaytarmış və Rəvanə həmin günü Azərbaycana qayıtmışdır. Bundan sonra qızı Rəvanə, Türkiyə Respublikasında baş verənlər barədəİnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmiş və baş verənlər barədə izahat vermişdir. Məhkəmədə təqsirləndirlən şəxsin, zərərçəkmişlərin və şahidlərin ifadələri ilə yanaşı aşağıdakı sübutlar da tədqiq olunmuşdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Gülər İsgəndərova və Zərərçəkmiş şəxs3 ərizələrindən məlum olur ki, onlar Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müracət edərək Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasında cinsi istismara məruz qaldıqlarını bildirmişlər. Cinayət işinin materiallarına əlavə edilmişDİN-in İAMAS-dan götürülmüş MAPS-uçot xəritələrinə baxış keçirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus «C01662149» nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxx 2019-cu il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 özünə məxsus «C01955165» nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxxx 2019-cu il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 özünə məxsus «C01928096» nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxxxxx 2018-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs özünə məxsus “C01080791” nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxxxx 2018-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuş, yenidən özünə məxsus “C01080791” nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx xxxx 2019-cu il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(005)-92/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinsi istismara məruz qoymaması, onları fahişəliyə cəlb etməməsi kimi ifadələri zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və işdə olan digər sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən cinayətin tamah məqsədi ilə törədilməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası CM-in 61.3-cümaddəsində göstərilir ki, Azərbaycan Respublikası CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Odur ki, tamah məqsədi İnsan alveri cinayətinin tərkib əlaməti olduğu üçün təkrarən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- xx xxxxxx 2020ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin tətbiq olunmasını zəruri hesab etmir. Belə ki, xx xxx 2012-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə, məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş musadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı alət və vasitələr istisna olmaqla) məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlakın hesabına əldə olunmuş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin (qrupların), mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Qeyd edilən normaların tələblərinə görə əmlakın müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş“həbs” qətimkan tədbiri hökm qanunu qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə yuxarıda göstərilən hüquqları izah edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili x3 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan- xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxslərə mülki iddiasının mulki icraat qaydasında verilməsi izah edilsin. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili x3 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar